Məhkəmə qərarları › İş №1(101)-207/2024

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-207/2024

01.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-207/2024 01.05.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Eldar Herov oğlunun sədrliyi ilə, hakimlər Hüseynov Cavid İbadulla oğlu və Hüseynov Səbuhi Sabir oğlundan ibarət tərkibdə, məhkəmə iclası katibləri X10, dövlət ittihamçıları - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin böyük prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı1 və həmin idarənin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı2, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və müdafiəçi - Bakı şəhəri, 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxxxx 1991-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda qeydiyyatda olmaqla yaşamış, 23 noyabr 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri, Xətai rayon Məhkəməsinin 25 noyabr 2022-ci il tarixli qərarına əsasən barəsində həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə qanunsuz və əvəzsiz olaraq öz mülkiyyətinə keçirmək qərarına gəlib, bu məqsədlə şəxsiyyəti istintaqla araşdırılan şəxs və ya şəxslərlə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib, «İnstagram» sosial şəbəkəsində qadın istifadəçisi qismində «aygu.l1262» səhifəsini yaradaraq, 2020-ci ilin dekabr ayında həmin səhifənin izləyicilərindən olan Zərərçəkmiş şəxs ilə virtual ünsiyyət qurduqdan sonra özünü ona «Nigar» kimi təqdim edib özü və ailə üzvləri haqda həqiqətə uyğun olmayan məlumatlar verərək və tanışı Şahid10 «İnstagram» sosial şəbəkəsində olan səhifəsinə yüklənmiş şəxsi fotoşəkillərindən sonuncunun xəbəri olmadan istifadə edib, həmin fotoşəkilləri Zərərçəkmiş şəxs sosial şəbəkədə göndərməklə öz fotoşəkilləri kimi təqdim edərək, «Nigar» və sonuncunun «atası» «Xəyyam Əliyev» adları altında ünsiyyətdə olduğu müddətdə Zərərçəkmiş şəxs tikinti biznesinə şərik edəcəyini, onu "xxxx" ASC-nin Bakı şəhəri, Səbail rayon şöbəsinə əməyin mühafizəsi və əməyin texniki təhlükəsizliyi üzrə mühəndis vəzifəsinə işə qəbul etdirəcəyini, həmin işə qəbul olunmaq üçün əmək kitabçasında «xidməti uyğunsuzluq»la bağlı qeydi sildirməyi və sair işləri görməyi yalan vəd verib aldadaraq, bu adlarla cinayətkar niyyətindən xəbərsiz olan tanışı Şahid6 yaxın qohumu Şahid2 məxsus, "xxxx" ASC-yə aid olan 676867******6476 nömrəli bank kartına bağlı olan bank hesabına Zərərçəkmiş şəxs xx.xx.2020-ci ildə ünvan 2 ünvanda fəaliyyət göstərən «Kəpəz market»də quraşdırılmış «eManat» ödəmə terminalı vasitəsilə köçürtdüyü 100 AZN, xx.xx.2020-ci ildə Bakı şəhəri, Səbail rayonu, Bülbül prospekti, «Sahil» metrostansiyasının keçidində quraşdırılmış «eManat» ödəmə terminalı vasitəsilə köçürtdüyü 220 AZN, xx.xx.2020-ci ildə Bakı şəhəri, Suraxanı rayonu, Zığ şossesi, «BakuBus» şirkətinin baş ofisində quraşdırılmış «eManat» ödəmə terminalı vasitəsilə köçürtdüyü 100 AZN və 210 AZN, xx.xx.2020-ci ildə ünvan 2 ünvanda fəaliyyət göstərən «Kəpəz market»də quraşdırılmış «eManat» ödəmə terminalı vasitəsilə köçürtdüyü 650 AZN, xx.xx.2020-ci ildə ünvan 2 ünvanda fəaliyyət göstərən «Kəpəz market»də quraşdırılmış «eManat» ödəmə terminalı vasitəsilə köçürtdüyü 300 AZN, ümumilikdə 1580 AZN pul vəsaitini, cinayətkar niyyətindən xəbərsiz olan tanışı Şahid5 məxsus, "xxxx" ASC-yə aid olan 416974******1748 nömrəli bank kartına bağlı olan bank hesabına Zərərçəkmiş şəxs xx.xx.2020-ci ildə ünvan 2 ünvanda fəaliyyət göstərən «Kəpəz market»də quraşdırılmış «eManat» ödəmə terminalı vasitəsilə köçürtdüyü 1200 AZN pul vəsaitini, cinayətkar niyyətindən xəbərsiz olan tanışı Şahid13 məxsus, "xxxx" ASC-yə aid olan 4******7916 nömrəli bank kartına bağlı olan bank hesabına Zərərçəkmiş şəxs xx.xx.2020-xx.xx.2021-ci ildə Bakının Xətai, Nizami, Suraxanı, Səbail və Nəsimi rayonlarında, Qazax rayonunda quraşdırılmış ödəmə terminalları vasitəsilə, sonuncu dəfə isə Xətai rayonu, Cavanşir küçəsi, 21 ünvanda fəaliyyət göstərən «Kəpəz» marketdə quraşdırılmış «eManat» ödəmə terminalı vasitəsilə hissə-hissə köçürtdüyü, ümumilikdə 16817 AZN pul vəsaitini, cinayətkar niyyətindən xəbərsiz olan tanışı Şahid4 məxsus, "xxxx" ASC-yə aid olan 416974******9843 nömrəli bank kartına bağlı olan bank hesabına Zərərçəkmiş şəxs xx.xx.2021-ci ildə ünvan 5 ünvanda fəaliyyət göstərən «Megastore» marketində quraşdırılmış «MilliÖN» ödəmə terminalı vasitəsilə köçürtdüyü 410 AZN, xx.xx.2021-ci ildə Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, 62 ünvanda fəaliyyət göstərən «Rahat market»də quraşdırılmış «eManat» ödəmə terminalı vasitəsilə köçürtdüyü 1500 AZN, xx.xx.2021-ci ildə ünvan 2 ünvanda fəaliyyət göstərən «Kəpəz market»də quraşdırılmış «eManat» ödəmə terminalı vasitəsilə köçürtdüyü 40 AZN, ünvan 7 ünvanda fəaliyyət göstərən «Bravo» marketində quraşdırılmış «MilliÖN» ödəmə terminalı vasitəsilə köçürtdüyü 1500 AZN, xx.xx.2021-ci ildə ünvan 8 ünvanda fəaliyyət göstərən «OBA» marketdə quraşdırılmış onlayn ödəmə terminalı vasitəsilə köçürtdüyü 400 AZN, xx.xx.2021-ci ildə Bakı şəhəri, Xətai rayonu, «Həzi Aslanov» metrostansiyasının yaxınlığında quraşdırılmış onlayn ödəmə terminalı vasitəsilə köçürtdüyü 850 AZN, xx.xx.2021-ci ildə Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, 11/74 ünvanda fəaliyyət göstərən «OBA» marketdə quraşdırılmış onlayn ödəmə terminalı vasitəsilə köçürtdüyü 100 AZN, xx.xx.2021-ci ildə Bakı şəhəri, Xətai rayonu, Zığ yolu 36 ünvanda fəaliyyət göstərən «Zərifə» marketdə quraşdırılımış «eManat» ödəmə terminalı vasitəsilə köçürtdüyü 20 AZN, ünvan 11 ünvanda fəaliyyət göstərən «Optimal» mağazasında quraşdırılmış «eManat» ödəmə terminalı vasitəsilə köçürtdüyü 65 AZN, xx.xx.2021-ci ildə ünvan 12 ünvanda fəaliyyət göstərən «Al» marketdə quraşdırılmış «eManat» ödəmə terminalı vasitəsilə köçürtdüyü 202 AZN, xx.xx.2021-ci ildə ünvan 13 ünvanda quraşdırılmış «eManat» ödəmə terminalı vasitəsilə köçürtdüyü 101 AZN, xx.xx.2021-ci ildə Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu və F.X.Xoyski küçələrinin kəsişməsində fəaliyyət göstərən «Bravo» marketdə quraşdırılmış «eManat» ödəmə terminalı vasitəsilə köçürtdüyü 10 AZN, xx.xx.2021-ci ildə Bakı şəhəri, Səbail rayonu, Bülbül prospekti, «Sahil» metrostansiyasının keçidində quraşdırılmış «eManat» ödəmə terminalı vasitəsilə köçürtdüyü 16 AZN, xx.xx.2021-ci ildə Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti, Tağıyev adına Kombinatın yaxınlığında quraşdırılmış «eManat» ödəmə terminalı vasitəsilə köçürtdüyü 300 AZN, xx.xx.2021-ci ildə ünvan 12 ünvanda fəaliyyət göstərən «Al» marketdə quraşdırılmış «eManat» ödəmə terminalı vasitəsilə köçürtdüyü 20 AZN, xx.xx.2021-ci ildə ünvan 2 ünvanda fəaliyyət göstərən «Kəpəz market»də quraşdırılmış «eManat» ödəmə terminalı vasitəsilə köçürtdüyü 10 AZN və 20 AZN, xx.xx.2021-ci ildə ünvan 14 ünvanda fəaliyyət göstərən «Ümid» marketdə quraşdırılmış «eManat» ödəmə terminalı vasitəsilə köçürtdüyü 430 AZN, xx.xx.2021-ci ildə Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, 62 ünvanda fəaliyyət göstərən «Rahat» marketdə quraşdırılmış «eManat» ödəmə terminalı vasitəsilə köçürtdüyü 400 AZN, ümumilikdə 6394 AZN pul vəsaitini, cinayətkar niyyətindən xəbərsiz olan tanışı X2 bacısı Şahid8 məxsus, "xxxx" ASC-yə aid olan 416973******7063 nömrəli bank kartına bağlı olan bank hesabına Zərərçəkmiş şəxs xx.xx.2021-ci ildə Bakı şəhəri, Yasamal rayonu, H.Cavid prospekti, 30/52 ünvanda fəaliyyət göstərən «Şah» marketdə quraşdırılmış onlayn ödəmə terminalı vasitəsilə köçürtdüyü 200 AZN, xx.xx.2021-ci ildə Bakı şəhəri, Xətai rayonu, Sarayevo küçəsi, «Bizim market»də quraşdırılmış «MilliÖN» ödəmə terminalı vasitəsilə köçürtdüyü 810 AZN, ümumilikdə 1010 AZN pul vəsaitini, cinayətkar niyyətindən xəbərsiz olan tanışı X36 anası Şahid9 məxsus, "xxxx" ASC-yə aid olan 416974******6634 nömrəli bank kartına bağlı olan bank hesabına Zərərçəkmiş şəxs xx.xx.2021-ci ildə Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti, 25A ünvanda fəaliyyət göstərən «Araz Express» marketində quraşdırılmış «MilliÖN» ödəmə terminalı vasitəsilə köçürtdüyü 250 AZN, xx.xx.2021-ci ildə ünvan 5 ünvanda fəaliyyət göstərən «Megastore» marketində quraşdırılmış «MilliÖN» ödəmə terminalı vasitəsilə köçürtdüyü 1000 AZN, xx.xx.2021-ci ildə ünvan 13 ünvanda quraşdırılmış «eManat» ödəmə terminalı vasitəsilə köçürtdüyü 30 AZN, xx.xx.2021-ci ildə ünvan 17 ünvanda fəaliyyət göstərən «Bolluq» marketində quraşdırılmış «eManat» ödəmə terminalı vasitəsilə köçürtdüyü 25 AZN, xx.xx.2021-ci ildə Bakı şəhəri, Xətai rayonu, Zığ yolu, 36 ünvanda fəaliyyət göstərən «Zərifə» marketində quraşdırılmış «eManat» ödəmə terminalı vasitəsilə köçürtdüyü 7 AZN, xx.xx.2021-ci ildə ünvan 19 ünvanda fəaliyyət göstərən «Ailəm» marketdə quraşdırılmış «eManat» ödəmə terminalı vasitəsilə köçürtdüyü 7 AZN, ümumilikdə 1319 AZN pul vəsaitini, cinayətkar niyyətindən xəbərsiz olan tanışı Şahid3 məxsus, "xxxx" ASC-yə aid olan 416973******5057 nömrəli bank kartına bağlı olan bank hesabına Zərərçəkmiş şəxs xx.xx.2021-ci ildə ünvan 17 ünvanda fəaliyyət göstərən «Bolluq» marketdə quraşdırılmış «eManat» ödəmə terminalı vasitəsilə köçürtdüyü 370 AZN, xx.xx.2021-ci ildə ünvan 2 ünvanda fəaliyyət göstərən «Kəpəz market»də quraşdırılmış «eManat» ödəmə terminalı vasitəsilə köçürtdüyü 400 AZN, xx.xx.2021-ci ildə ünvan 2 ünvanda fəaliyyət göstərən «Kəpəz market»də quraşdırılmış «eManat» ödəmə terminalı vasitəsilə köçürtdüyü 1200 AZN, ümumilikdə 1970 AZN pul vəsaitini, cinayətkar niyyətindən xəbərsiz olan tanışı Şahid1 məxsus, "xxxx" ASC-yə aid olan 416974******8841 nömrəli bank kartına bağlı olan bank hesabına Zərərçəkmiş şəxs xx.xx.2021-xx.xx.2021-ci ildə Bakının Xətai, Nizami, Suraxanı, Səbail, Binəqədi və Nəsimi rayonlarında, Qazax rayonunda quraşdırılmış ödəmə terminalları vasitəsilə, sonuncu dəfə isə Xətai rayonu, Cavanşir küçəsi, 34 ünvanda fəaliyyət göstərən «Kəpəz market»də quraşdırılmış «eManat» ödəmə terminalı vasitəsilə hissəhissə köçürtdüyü, ümumilikdə 25644 AZN pul vəsaitini, cinayətkar niyyətindən xəbərsiz olan tanışı Şahid7 məxsus, "xxxx" ASC-yə aid olan 416973******6118 nömrəli bank kartına bağlı olan bank hesabına Zərərçəkmiş şəxs xx.xx.2021-ci ildə Bakı şəhəri, Səbail rayonu, Bülbül prospekti, «Sahil» metrostansiyasının keçidində quraşdırılmış «eManat» ödəmə terminalı vasitəsilə köçürtdüyü 200 AZN, xx.xx.2021-ci ildə ünvan 17 ünvanda fəaliyyət göstərən «Bolluq» marketdə quraşdırılmış «eManat» ödəmə terminalı vasitəsilə köçürtdüyü 101 AZN, xx.xx.2021-ci ildə ünvan 13 ünvanda quraşdırılmış «eManat» ödəmə terminalı vasitəsilə köçürtdüyü 68 AZN, xx.xx.2021-ci ildə Bakı şəhəri, Nəsimi rayonu, Ceyhun Səlimov küçəsi, «Nur market»də quraşdırılmış «eManat» ödəmə terminalı vasitəsilə köçürtdüyü 101 AZN, 25 AZN və 30 AZN, xx.xx.2021-ci ildə ünvan 19 ünvanda fəaliyyət göstərən «Ailəm» marketdə quraşdırılmış «eManat» ödəmə terminalı vasitəsilə köçürtdüyü 50 AZN, xx.xx.2021-ci ildə ünvan 21 ünvanda fəaliyyət göstərən «Yaxın» marketdə quraşdırılmış «eManat» ödəmə terminalı vasitəsilə köçürtdüyü 76 AZN, xx.xx.2021-ci ildə Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, «Rahat» supermarketində quraşdırılmış «MilliÖN» ödəmə terminalı vasitəsilə köçürtdüyü 36 AZN, xx.xx.2021-ci ildə Bakı şəhəri, Xətai rayonu, Əhmədli 11/74, «OBA» marketdə quraşdırılmış onlyan ödəmə terminalı vasitəsilə köçürtdüyü 36 AZN, xx.xx.2021-ci ildə Nərimanov rayonu, Z.Xəlil küçəsi ilə Mayakovski küçəsinin kəsişməsində fəaliyyət göstərən marketdə quraşdırılmış «MilliÖN» ödəmə terminalı vasitəsilə köçürtdüyü 91 AZN, xx.xx.2021-ci ildə ünvan 17 ünvanda fəaliyyət göstərən «Bolluq» marketdə quraşdırılmış «eManat» ödəmə terminalı vasitəsilə köçürtdüyü 26 AZN, xx.xx.2021-ci ildə Bakı şəhəri, Xətai rayonu, Zığ şossesi, «33» marketdə quraşdırılmış «MilliÖN» ödəmə terminalı vasitəsilə köçürtdüyü 30 AZN, xx.xx.2021-ci ildə ünvan 22 ünvanda fəaliyyət göstərən «24 saat» marketdə quraşdırılmış «MilliÖN» ödəmə terminalı vasitəsilə köçürtdüyü 27 AZN, xx.xx.2021-ci ildə Bakı şəhəri, Xətai rayonu, Əhmədli 11/74, «OBA» marketdə quraşdırılmış onlyan ödəmə terminalı vasitəsilə köçürtdüyü 31 AZN, 31 AZN və 11 AZN, ümumilikdə 970 AZN pul vəsaitini, cinayətkar niyyətindən xəbərsiz olan tanışı Şahid12 məxsus, "xxxx" ASC-yə aid olan 4****9946 nömrəli bank kartına bağlı olan bank hesabına Zərərçəkmiş şəxs xx.xx.2021-ci ildə ünvan 17 ünvanda fəaliyyət göstərən «Bolluq» marketdə quraşdırılmış «eManat» ödəmə terminalı vasitəsilə köçürtdüyü 54 AZN pul vəsaitini, cinayətkar niyyətindən xəbərsiz olan tanışı Şahid6 məxsus, "xxxx" ASC-yə aid olan 540408******7188 nömrəli bank kartına bağlı olan bank hesabına Zərərçəkmiş şəxs xx.xx.2021-ci ildə Bakı şəhəri, Xətai rayonu, Zığ yolu, 36 ünvanda fəaliyyət göstərən «Zərifə» marketdə quraşdırılmış «eManat» ödəmə terminalı vasitəsilə köçürtdüyü 21 AZN, xx.xx.2021-ci ildə Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, 11/74, «OBA» marketdə quraşdırılmış onlayn ödəmə terminalı vasitəsilə köçürtdüyü 71 AZN, ümumilikdə 92 AZN pul vəsaitini, cinayətkar niyyətindən xəbərsiz olan Şahid11 məxsus, "xxxx" ASC-yə aid olan 4****5913 nömrəli bank kartına bağlı olan bank hesabına Zərərçəkmiş şəxs xx.xx.2021-ci ildə Bakı şəhəri, Xətai rayonu, Əhmədli 11/74, «OBA» marketdə quraşdırılmış onlayn ödəmə terminalı vasitəsilə köçürtdüyü 43 AZN pul vəsaitini, cinayətkar niyyətindən xəbərsiz olan tanışı Şahid15 məxsus, "xxxx" ASC-yə aid olan ******20439323 nömrəli bank kartına bağlı olan bank hesabına Zərərçəkmiş şəxs xx.xx.2022-ci ildə ünvan 19 ünvanda fəaliyyət göstərən “Ailəm” marketdə quraşdırılmış «eManat» ödəmə terminalı vasitəsilə köçürtdüyü 99 AZN, xx.xx.2022-ci ildə ünvan 19 ünvanda fəaliyyət göstərən “Ailəm” marketdə quraşdırılmış «eManat» ödəmə terminalı vasitəsilə köçürtdüyü 199 AZN, xx.xx.2022-ci ildə ünvan 19 ünvanda fəaliyyət göstərən “Ailəm” marketdə quraşdırılmış «eManat» ödəmə terminalı vasitəsilə köçürtdüyü 99 AZN, xx.xx.2022-ci ildə ünvan 19 ünvanda fəaliyyət göstərən “Ailəm” marketdə quraşdırılmış «eManat» ödəmə terminalı vasitəsilə köçürtdüyü 29 AZN və Şahid15 məxsus, "xxxx"a aid olan ******60881103 nömrəli bank kartına bağlı olan bank hesabına Zərərçəkmiş şəxs xx.xx.2022-ci ildə ünvan 19 ünvanda fəaliyyət göstərən “Ailəm” marketdə quraşdırılmış «eManat» ödəmə terminalı vasitəsilə köçürtdüyü 350 AZN, ümumilikdə 776 AZN pul vəsaitini və cinayətkar niyyətindən xəbərsiz olan Şahid14 məxsus, "xxxx" ASC-yə aid olan 416973****5193 nömrəli bank kartına bağlı olan bank hesabına Zərərçəkmiş şəxs xx.xx.2022-ci ildə ünvan 19 ünvanda fəaliyyət göstərən «Ailəm» marketdə quraşdırılmış «eManat» ödəmə terminalı vasitəsilə köçürtdüyü 20 AZN pul vəsaitini vahid niyyətlə alıb ələ keçirdikdən sonra verdiyi vədlərə əməl etməyərək, Zərərçəkmiş şəxs külli miqdar hesab edilən 57889 manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxslə internet vasitəsi ilə tanış olmuşdur. Belə ki, internetdə qız adı ilə səhifə açmış və bu yolla onun pullarını ələ keçirmişdir. Törətdiyi əməli boynuna alır. O, istintaqda müstəntiqə zərərçəkmiş şəxsi gətirib onunla üzləşdirməsini, bu halda onunla razılaşacağını bildirmiş, lakin müstəntiq zərərçəkmiş şəxsi onunla üzləşdirməmişdir. Sualları cavablandıran Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini, lakin heç kimlə əlbir olmadığını, istintaqda kiminsə qohumu olması barədə yazılanların düz olmadığını, internetdə qadın adı ilə səhifə açdığını və Zərərçəkmiş şəxslə "İnstagram"da tanış olduğunu, ziyanı qismən ödəmək istədiyini, belə ki, həmin ziyandan hər ay 500 manat olmaqla ödəmək imkanının olduğunu, zərərçəkmiş şəxsin onun tanıdığı şəxslərin kartlarına pullar köçürdüyünü, lakin həmin şəxslərin bu işdən xəbərlərinin olmadığını, Zərərçəkmiş şəxs əvvəllər tanımadığını, ondan işə düzəltmək adı ilə 57.300 manat pul aldığını və onu "Azərişıq"a işə düzəltməli olduğunu, Zərərçəkmiş şəxs bu günə qədər pul qaytarmadığını məhkəməyə bildirdi. Təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etməsi barədə mövqeyi ilə bağlı məhkəmə iclasında həmin ifadələr tədqiq olundu. Təqsirləndirilən şəxs istintaqa verdiyi ifadəsində göstərmişdir ki, o, ittiham olunduğu cinayət əməlini tək törətmiş və heç kim bu işdə ona köməklik etməmişdir. 2020-ci ilin dekabr ayında «İnstagram» sosial şəbəkəsində hazırda xatırlamadığı qadın adı altında profil yaratmışdır ki, sosial şəbəkədə kişi istifadəçiləri ilə qadın adı ilə danışıb onlardan müxtəlif adlarla pul ala bilsin. Bir müddət sonra səhifəsinə bir nəfər şəxsin izləyici kimi qoşulduğunu görmüşdür. Həmin şəxsə «salam» yazaraq onunla ünsiyyət yaratmış və beləcə yazışmağa başlamışlar. Həmin şəxs adının Elxan olduğunu bildirmişdir. Həmin şəxsə adının Nigar olduğunu, 39 yaşında olduğunu, anasının əslən Gürcüstanlı, atasının isə əslən Göyçaylı olduğunu, anasının öldüyünü, atasının isə məhşur iş adamı olduğunu, əmisi İlqar Əliyevin vaxtilə MTN-də şöbə rəisi işlədiyini, tutulduqdan sonra Bakı İstintaq Təcridxanasında özünü asdığını, atasının Rusiya Federasiyasında işlədiyini, ərinin «Azal» şirkətində pilot işlədiyini, bir oğlunun və bir qızının olduğunu yalandan bildirmişdir. Nigar adını həmin vaxt ünsiyyətdə olduğu öncə Nigar kimi tanıdığı, sonradan isə adının Şahid10 olduğunu bildiyi qadının adından götürmüşdür. Anası rəhmətə getmiş, atası isə əslən Göyçay rayonundandır, vaxtilə MTN əməkdaşı olmuş İlqar Əliyev isə atasının qohumudur. Elxana guya pilot işləyən ərinin bir stüardessa ilə xəyanət etdiyini, bu səbəbə görə ərindən qisas alacağını, yəni ərinə xəyanət edəcəyini bildirmişdir. Bu sözləri effekt vermişdir. Elxanın marağı daha da artmış, fotoşəkillər istəmişdir. Elxana yuxarıda qeyd etdiyi Nigar kimi tanıdığı xanımın profilindən sonuncunun fotoşəkillərini götürüb öz fotoşəkilləri kimi Elxana göndərmişdir. Elxanın fotoşəkli profilində olmuşdur. Elxanın marağı artandan sonra ondan müxtəlif adlar altında pul istəməyə başlamışdır. Elxandan borc adı ilə, uşağının əməliyyat olunması adı ilə və sair adlar altında pul istəmişdir. Elxan da həmin pulları «İnstagram»da ona 16 rəqəmli şifrələrini yazdığı bank kartlarına köçürtmüşdür. Pul köçürmək üçün Elxana bir neçə şəxsin bank kartlarının şifrələrini və ya birbaşa bank kartlarının fotoşəkillərini göndərmişdir. Həmin bank kartları dostu Şahid1, Vasifin iş yoldaşı Elşadın, dostu Şahid6 və onun qaynanası Məsumə xanımın, tanışları Şahid13, tanışı Əlirzanın anası Şahid9, tanışları Əziz Kazımovun, Şahid4 və adlarını hazırda xatırlamadığı şəxslərin adlarına olmuşdur. Həmin şəxslərə isə qohumları tərəfindən pul köçürüləcəyini və ya işində bank kartının lazım olduğunu yalandan deyərək, onlardan bank kartlarını götürmüşdür. Elxanla Nigar adı ilə ünsiyyətdə olan zaman onunla canlı danışığı məlum səbəbə görə olmamışdır. Sonradan paralel olaraq Elxanla guya Nigarın atası olan «Xəyyam Əliyev» adı altında yazışmağa və danışmağa başlamışdır və «Nigarı» ona ərə verəcəyini yalandan bildirmişdir. «Xəyyam»ın adından da müxtəlif bəhanələr gətirərək Elxandan borc adı ilə pullar almışdır. Həmçinin, Elxana guya onu məşğul olduğu tikinti biznesinə şərik edəcəyini yalandan vəd verərək bu adla da ondan pul vəsaitləri almışdır. Sonradan Elxana guya onu "xxxx" ASC-nin Bakı şəhəri, Səbail rayon şöbəsinə əməyin mühafizəsi və əməyin texniki təhlükəsizliyi üzrə mühəndis vəzifəsinə işə qəbul etdirəcəyinə yalandan vəd verərək bu adla da ondan pul almışdır. Həmin hadisələrdən çox vaxt keçdiyi üçün Elxanın konkret olaraq hansı işə görə nə qədər pul göndərdiyini və ya ümumilikdə nə qədər pul göndərdiyini xatırlamır. Həmin vaxt «Topaz»da idman yarışlarına pullar qoymuşdur. Elxandan öncə də «Topaz»da külli miqdarda pullar uduzmuş, Elxanla ünsiyyət yaratdıqdan sonra ondan aldığı pulların böyük hissəsini Bakı şəhəri, Bakıxanov qəsəbəsində fəaliyyət göstərən bir neçə «Topaz» məntəqəsində idman yarışlarına qoymuş, həmin pulların hamısını uduzmuşdur. «Topaz» məntəqəsinə getməyə vaxtı olmayanda, pulları idman yarışlarına «online» şəkildə qoymuş, yəni «Topaz» məntəqəsinin əməkdaşına zəng edib ondan idman yarışına qoymaq istədiyi pulu köçürmək üçün bank kartı istəmiş, həmin şəxs də «WhatsApp» mesenceri vasitəsilə bank kartının 16 rəqəmli şifrəsini göndərmişdir. Elxandan pul almaq üçün bir bəhanə tapmış və ona müraciət edərək ondan pul istəmişdir. Elxan da pul göndərmək istəyəndə ona "Topaz” məntəqəsinin əməkdaşının göndərdiyi 16 rəqəmli şifrəni «WhatsApp» və ya «İnstagram»da yazaraq pulu həmin bank kartına köçürməyi demişdir. Elxana "Topaz" məntəqələrində işləyən tanışları Şahid15 və Şahid12 göndərdikləri bank kartlarının 16 rəqəmli şifrələrini yazmışdır. Elxan göndərmək istədiyi pul vəsaitlərini ödəmə terminalları vasitəsilə bank kartlarına köçürmüşdür. Təxminən 2022-ci ilin mart ayına kimi Elxanla ünsiyyətdə olmuş və bu müddətə kimi ondan müxtəlif adlarla pullar almışdır (cild 4, iş vərəqi 216-218). Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs şəxsən tanımamışdır. Təqsirləndirilən şəxs "İnstagram"da qız adı ilə səhifə açmış və onlar həmin sosial şəbəkədə danışmışlar. Samirlə yazışan zaman özünü qız adı ilə təqdim etmiş və atasının tanınmış adam olduğunu ona demişdir. Bu yolla o, Təqsirləndirilən şəxs külli miqdarda pullar köçürmüşdür. Proses iştirakçılarının suallarını cavablandıran Zərərçəkmiş şəxs sözlərinə görə, ibtidai istintaq orqanına çağırılan zaman artıq onun ifadəsi hazır yazılmış vəziyyətdə olmuş, o isə, gedib ancaq sənədlərə imza etmişdir. O, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində, Səbail rayon Polis idarəsində və Xətai RPİ-də ifadələr vermişdir. Bu ifadələrində Samirin ona qarşı dələduzluq etdiyini, Samirin onunla qadın adı ilə yazışdığını, Samirlə təxminən 1 il ərzində yazışdığını, lakin onun qadın, yoxsa kişi olduğunu bilmədiyini, 2021-ci ilin dekabr ayında ona zəng gəldiyini və zəng edən şəxsin onunla yazışan qadının əri olduğunu dediyini, həmin zəngə qədər artıq Samirə 2000-3000 manat pul verdiyini, daha sonra yazışanda ərinin onu döydüyünü və onun verdiyi pulları da cırdığını, o da, pulu cırıbsa, cırılmış pulları ona göndərməsini istədiyini, ən çox pulu Vasif adlı şəxsin kartına göndərdiyini, işə düzəlmək adı ilə 18.000 manat pul köçürdüyünü, bu şəxsin atası onu qızı ilə evləndirəcəyinə söz verdiyini, hətta onunla görüşəcəyini, ona Rusiyadan gəldiyini və rus nömrəsi istifadə etdiyini bildirdiyini, onun hesablamalarına görə Samirə 150.000 manat pul verdiyini, əlində olan qəbzlərdə 87.000 manat pul təşkil etdiyini, təxminən 1 il Samirin özü ilə, 6 ay isə atası ilə danışdığını, daha doğrusu təqsirləndirilən şəxsin atasının adı ilə onunla danışdığını və vurulmuş ziyanın ödənilməsini tələb etdiyini məhkəməyə bildirdi. Zərərçəkmiş şəxsin ibtidai istintaq zamanı verdiyi ifadələr ilə məhkəmə iclasında verdiyi ifadələr arasında ziddiyyətlər olduğundan məhkəmə iclasında onun ibtidai istintaq zamanı verdiyi ifadələri tədqiq edildi. Zərərçəkmiş şəxs həmin ifadələrində bildirmişdir ki, 2020-cİ ilin dekabr ayında «Referans» klinikasında sahə həkimi işləmiş və Hövsan qəsəbəsində fəaliyyət göstərən «BakuBus» şirkətinə təhkim edilmişdir. Orada sutkalıq iş rejimində işləmişdir. «BakuBus» şirkətində işləyərkən boş vaxtı çox olmuş, başını qatmaq üçün «İnstagram» sosial şəbəkəsində xəbərləri oxumuş və əyləncəli videolara baxmışdır. «İnstagram» sosial şəbəkəsinin alqoritminə uyğun olaraq istifadəçinin qarşısına onun tanıya biləcək digər istifadəçilər çıxmış, həmin istifadəçiləri tanıdığı halda onların səhifələrini «takip» etmək mümkün olmuşdur. Həmin vaxt təsadüfən qarşısına «aygu.11262» profil çıxmış, həmin profildə şəkil olmamışdır. Özü də bilmədən həmin profilə «takip» olmuşdur. Təxminən iki gün sonra «aygu. 11262» səhifəsindən «salam» mesajı gəlmişdir. Qarşı tərəflə aralarında beləcə virtual ünsiyyət yaranmışdır. «İnstagram» sosial şəbəkəsində «Akif» adı ilə qeydiyyatdan keçmişdir. Mesaj yazan xanım olduğunu, adının Nigar olduğunu, 39 yaşının olduğunu, anası Nailə Əliyevanın əslən Gürcüstanlı, atası Xəyyam Əliyevin isə əslən Göyçaylı olduğunu, anasının öldüyünü, atasının məhşur iş adamı olduğunu, əmisi İlqar Əliyevin vaxtilə MTNdə şöbə rəisi işlədiyini, tutulduqdan sonra Bakı İstintaq Təcridxanasında özünü asdığını, atasının Rusiya Federasiyasının Çita şəhərində işlədiyini, əri Feyruzun «Azal» şirkətində pilot işlədiyini, 11 yaşında oğlunun, 9 yaşında qızının olduğunu, ərinin birlikdə işlədiyi stüardessa ilə ona xəyanət etdiyini, bu səbəbə görə ərindən qisas alacağını bildirmişdir. Yazışmaların birində Nigar mobil telefonunda internetin az olduğunu bildirmiş və 5 manat pul istəmişdir. Buna etiraz etmədikdə, Nigar «İnstagram»da hazırda xatırlamadığı bank kartının fotoşəkfini göndərmiş, yaşadığı evin yaxınlığında 2020-ci ilin dekabr ayının ortalarında elektron ödəmə terminalı vasitəsilə həmin bank kartına 5 manat pul köçürmüşdür. Bundan bir neçə gün sonra Nigarla yazışarkən sonuncu 100 manat müqabilində Bakıda istənilən otellərin birində görüşüb cinsi əlaqədə ola biləcəyini demişdir. Nigar bu cür ərindən ona xəyanət etdiyinə görə qisas almaq istədiyini yazmışdır. Nigarın təklifini qəbul etmişdir. Nigar ərinin ondan şübhələnməməsi üçün görüşə rəfiqəsi Məsumə Rzayeva ilə birlikdə gələcəyini bildirmiş və 100 manat pulu Məsumə Rzayevanın "xxxx" ASC-yə aid olan bank hesabına göndərməyi demişdir. Nigara inanınb yaşadığı binanın yaxınlığında elektron ödəmə terminalı vasitəsilə Nigarın «İnstagram» sosial şəbəkəsində göndərdiyi Məsumə Rzayevanın bank kartına köçürmüşdür. Bir neçə gündən sonra Nigar «İnstagram» sosial şəbəkəsində mesaj yazaraq yaşadıqları evin həyətində saxladıqları itin onun uşağının sifətini dişlədiyini, uşağın sifətinə tikiş qoyulduğunu və həkimə 200 manat pul vermək lazım olduğunu bildirərək həmin məbləği istəmişdir. Nigara inanıb onun göndərdiyi Məsumə Rzayevanın bank kartına elektron ödəmə terminalı vasitəsilə 200 manat pul köçürmüşdür. Lakin Nigar görüşməmişdir. 2021-ci ilin may ayına qədər özünü Nigar kimi təqdim edən şəxs müxtəlif adlarla təxminən 70000 manat pul almışdır. Nigar atasının Rusiyadan qayıdan kimi həmin pulu qaytaracağını, atasının öz tikinti biznesinə qoşacağını bildirmişdir. Nigara verdiyi pulun bir hissəsini tanışlarından borc götürmüş, bir hissəsini banklardan kredit kimi götürmüş, eyni zamanda arvadının qızıllarının satışından əldə etdiyi pulları da Nigara vermişdir. 2021-ci ilin may ayında Nigarla «İnstagram» sosial şəbəkəsində yazışarkən o, atasının Rusiyadan Azərbaycana qayıtdığını və yolda olduğunu bildirmişdir. 2021-ci ilin may ayında Nigar mesaj yazaraq atasının zəng edəcəyini bildirmişdir. Bir neçə dəqiqədən sonra özünü Nigarın atası kimi təqdim edən şəxs «WhatsApp» proqramı vasitəsilə Rusiya nömrəsindən zəng edərək Xəyyam Əliyev olduğunu, Nigarla aralarında olan yazışmadan, Nigara maddi tərəfdən köməklik etdiyindən xəbərdar olduğunu bildirmiş və təşəkkür etmişdir. Həmin telefon danışığı zamanı X37 evləndirəcəyini, qurduğu biznesə şərik edəcəyini bildirmişdir. Bir müddət sonra Xəyyam zəng edərək Bakıda tikintidə bədbəxt hadisə nəticəsində fəhləsinin öldüyünü, bu hadisəyə görə 130000 manat xərclədiyini və bu işdə köməklik göstərməyi xahiş etmişdir. Həmin vaxt xatırlamadığı məbləğdə hansısa bank kartına müəyyən məbləğdə pul göndərmişdir. Xəyyam Əliyevlə mobil telefonla danışsa da, onunla şəxsən görüşməmişdir. xx.xx.2021-ci il tarixdə «Referans» klinikasından işdən çıxmış, belə ki, iş yerində bir nəfər şəxslə aralarında münaqişə olmuşdur. İşsiz olduğu üçün Xəyyam Əliyevə zəng edib iş tapmaqda köməklik göstərməyi xahiş etmişdir. Həmin vaxt eşitmişdir ki, "xxxx" şirkətində vakansiyalar var. Bu səbəbdən Xəyyam Əliyevə "xxxx" şirkətinin Bakı şəhərində rayon şöbələrinin birinə sağlamlıq və əməyin mühafizəsi üzrə mühəndis vəzifəsinə qəbul olunmaqda köməklik göstərməyi xahiş etmişdir. 2005-ci ilədək Ədliyyə Nazirliyinin Müalicə müəssisəsində həkim-narkoloq vəzifəsində işləmiş və orada rəhbərliklə aralarında olan münaqişəyə görə «xidməti uyğunsuzluq» maddəsi ilə ədliyyə orqanlarından xaric edilmişdir. Bu haqda Nigara yazmışdır. Nigar isə bu haqda atasına demişdir. Həmin «ləkə»ni şəxsi işindən sildirmək üçün Xəyyam Əliyev 4000 manat pul istəmişdir. Xəyyamın sözlərinə görə dövlət işinə keçəcəyi üçün bu «ləkə» problem yaradacaqdır. 4000 manat pulu iki-üç dəfəyə Seymur adlı şəxsin bank kartına göndərmişdir. Xəyyamın dediyinə görə Seymur onun tanışıdır və işini düzəldən şəxsdir. "xxxx" məsələsindən əvvəl Xəyyam tikinti biznesinə qoşacağı adı ilə hissə-hissə olmaqla 5000 manat pul almışdır. Həmin pulları da elektron ödəmə terminalı vasitəsilə müxtəlif bank kartlarına köçürtmüşdür. X61 "xxxx" şirkətinin Səbail rayon şöbəsinə qəbul olunmaq üçün 14000 manat pul istəmişdir. Borc-xərc edib həmin pulu hissə-hissə olmaqla Xəyyamın dediyi bank kartlarına ödəmə terminalı vasitəsilə göndərmişdir. Xəyyam rus və ABŞ nömrələrindən istifadə etmiş və yalnız «WhatsApp» proqramı vasitəsilə yazışmış və ya zəng etmişdir. Xəyyamla ünsiyyəti 2021-ci ilin sentyabr ayına kimi, Nigarla isə ünsiyyəti 2022-ci aprel ayına kimi davam etmişdir. Həmin şəxslər aldadaraq müxtəlif adlarla təxminən 150000 manat pulunu ələ keçirmişlər. İstintaq zamanı verdiyi ifadəsində Zərərçəkmiş şəxs həmçinin göstərmişdir ki, təxminən 2021-ci ilin sentyabr ayının sonlarında Nigar kimi bildiyi qadının atası Xəyyam hazırda xatırlamadığı telefon-avtomatdan zəng edərək yaşadığı evi satışa qoyduğunu, xaricdən ona iki avtomobil göndərildiyini, həmin avtomobilləri satıb pulunu qaytaracağını, lakin avtomobillərin gömrük rəsmiləşdirməsi üçün ona pul lazım olduğunu bildirmişdir. Xəyyama inanıb onun xarici nömrədən «WhatsApp» vasitəsilə göndərdiyi bank hesablarına müxtəlif məbləğlərdə pul vəsaitləri göndərmişdir. Zərərçəkmiş şəxs göstərmişdir ki, onu aldadan şəxslər +1 *** *** ** **, +7 *** *** ** **, +1 *** *** ** **, +1 *** *** ** **, +1 *** *** ** **, *** *** ** **, 051 *** ** ** və 050 *** ** ** mobil nömrələrdən «WhatsApp» vasitəsilə Nigar və atası Xəyyam, özünü Nigarın iş yoldaşı kimi təqdim edən Nəzrin mesajlar yazmışlar, lakin həmin yazışmalar köhnə mobil nömrəsində olmuş və həmin yazışmaların böyük hissəsi silinmişdir. +7 *** *** ** **, +1 219 *** ** ** mobil nömrələr vasitəsilə Xəyyam audiozənglər etmiş və səsli mesajlar atmışdır. Həmçinin, istintaq zamanı Zərərçəkmiş şəxs «Siz əvvəlki ifadənizdə aldadılaraq 120000 AZN pul vəsaitinizin ələ keçirildiyini göstərirsiniz. Lakin istintaqa təqdim etdiyiniz ödəniş qəbzlərində göstərilən məbləğ toplam olaraq 77074 AZN-dir. Bu haqda nə deyə bilərsiniz?» sualına cavab olaraq göstərmişdir ki, «Nigar» və «Xəyyam» adı ilə danışan şəxs və ya şəxslərə göndərdiyi pulların böyük hissəsini bankdan kredit götürməklə və arvadının qızıl-zinət əşyalarını lombarda girov qoymaqla əldə etmiş, həmin məbləğlərə görə bankda və lombardda yüksək faizlər hesablanmış, ona görə də həmin faizləri də göstərdiyi «120000 AZN» məbləğində nəzərə almışdır (cild 2, iş vərəqi 6-9, cild 3, iş vərəqi 125-129). Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid11 istintaq zamanı verdiyi ifadəni təsdiq etdiyini bildirərək göstərdi ki, o, təqsirləndirilən şəxsi və zərərçəkmiş şəxsi tanımamışdır. Onu bank kartı ilə bağlı istintaqa dəvət edib dindirmişlər. O da, bildirmişdir ki, əmisi oğlu Şahid15 «Topaz»da işləmiş, ondan kartını istədiyinə görə ona bank kartını vermişdir. Zərərçəkmiş şəxsi əvvəllər görməmiş və tanımamışdır. Həmçinin, təqsirləndirilən şəxs ondan pul almamışdır. O, öz kartını əmisi oğlu Əliyə vermişdir. Lakin karta nə vaxt, hansı məbləğdə pullar daxil olmasından və çıxarılmasından onun xəbəri olmamışdır. O, öz adına yeni kart almış və əmisi oğluna vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid14 istintaq zamanı verdiyi ifadəni təsdiq etdiyini bildirərək göstərdi ki, o, təqsirləndirilən şəxsi və zərərçəkmiş şəxsi tanımamışdır. Qonşusu Şahid15 ondan bank kartı istəmiş, o, kartı olmadığını bildirmişdir. Sonra Əlinin təklifi ilə bank kartı açdırmaq üçün banka getmişlər. Əliyə inandığı üçün öz adına kart açdırıb ona vermişdir. Kartın açılması üçün rüsumu Əli vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirdi ki, Təqsirləndirilən şəxs uşaqlıqdan tanıyır, bir həyətdə böyümüşlər və dostluq münasibətləri olmuşdur. 2021-ci ilin yanvar ayında o, özünə "xxxx"dan kart almış, bu barədə Samirin də məlumatı olmuşdur. Bir gün Samir işlədiyi tikinti materialları mağazasının müdirinin ona pul göndərəcəyini bildirərək, onun adına olan bank kartını istəmişdir. O da, dostu olduğuna görə Samirə etiraz etməmiş və kartı ona vermişdir. Bank kartı təxminən 4-5 ay Samirdə qalmış, hər dəfə ondan kartı istədikdə, Samir müxtəlif bəhanələr gətirərək kartı qaytarmamışdır. Axırıncə dəfə istədikdə Samir kartın bloka düşdüyünü və buna görə sındırdığını bildirmişdir. 2021-ci ilin dekabr ayında Səbail RPİ-yə dəvət olunmuş və ondan adına olan bank hesabına edilən pul köçürmələri haqda soruşmuşlar. O da, bank kartını Təqsirləndirilən şəxs verdiyini bildirmişdir. Lakin Samirin bank kartını hansı məqsədlə götürdüyünü bilməmiş, bunun müqabilində Samir ona hər hansı məbləğdə pul verməmişdir. Zərərçəkmiş şəxsi tanımamış, onunla hər hansı münasibəti olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid9 ifadəsində göstərdi ki, onun istifadəsində "xxxx" ASC-yə aid bank kartı olmuşdur. Həmin kartı təxminən 2020-ci ilin avqust ayında əldə etmiş, lakin özü həmin kartla heç bir əməliyyat aparmamışdır. Yalnız istintaqa çağırıldıqda ona məlum olmuşdur ki, 2021-ci ilin mart-dekabr aylarında ona məxsus karta ümumilikdə 1319 manat pul köçürülmüşdür. Lakin həmin pulların kartına kimin tərəfindən köçürülməsi barədə məlumatı yoxdur. Bankdan kartı götürəndən sonra az müddətdə istifadə etmiş, sonradan həmin kartı oğlu X54 istəmişdir. Oğlu ona demişdir ki, «Topaz»da keçirilən oyunlara ödənişlər qoyacaqdır. Sonradan bilmişdir ki, adına olan bank kartından oğlunun dostu və vaxtilə qonşusu olmuş Təqsirləndirilən şəxs da istifadə etmişdir. Lakin Samirin həmin bank kartından hansı məqsədlə istifadə etdiyini bilməmiş, həmçinin zərərçəkmiş şəxsi tanımamış və adını eşitməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid12 ifadəsində göstərdi ki, çay evində inzibatçı işləmiş, Təqsirləndirilən şəxs təxminən iki ildir ki, tanımışdır. 2021-ci ilin yanvar-aprel aylarında Bakıxanov qəsəbəsində fəaliyyət göstərən «Topaz» məntəqəsində ödənişləri qəbul etmişdir. Samiri də Bakıxanov qəsəbə sakini kimi tanımışdır. Samir demək olar ki, hər gün işlədiyi «Topaz» məntəqəsinə gəlib idman yarışlarına ödənişlər qoymuşdur. Samir ödənişləri həm nağd şəkildə, həm də istifadə etdiyi "xxxx"a aid bank kartına köçürmüşdür. Samirin idman oyununa görə etdiyi minimal ödəniş 50 manat, maksimal ödəniş isə 1000 manat olmuşdur. Samirin həmin pulları haradan əldə etdiyini bilməmiş, zərərçəkmiş şəxsi tanımamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərdi ki, Bakıxanov qəsəbəsində fərdi qaydada bərbər kimi fəaliyyət göstərir. 2020-ci ilin mart ayında dövlət tərəfindən ona maddi dəstək göstərilmiş, bu məqsədlə "xxxx" ASC-də adına bank hesabı açılmış və filialdan bank kartını götürmüşdür. Təqsirləndirilən şəxs təxminən üç ildən çoxdur ki, tanıyır, Samir onun müştərisi olmuş, aralarında normal münasibətlər olmuşdur. Təxminən 2020-ci ilin dekabr ayında pandemiya zamanı Samir kiminsə ona pul göndərəcəyini deyib bank kartını istəmişdir. O da, kömək üçün "xxxx" ASC-yə aid bank kartını Samirə vermişdir. Samir bank kartını götürüb 4 rəqəmli şifrəni də istəmiş, bank kartının məxfi şifrəsini də ona vermişdir. Samir bank kartını götürüb həmin gün də qaytarmış, sonradan bir daha həmin kartı istəməmişdir. Sonradan istintaqa çağırılanda bilmişdir ki, onun bank kartına «E-Manat» ödəmə terminalı vasitəsilə 1200 manat pul köçürülmüş, həmin pul Təqsirləndirilən şəxs köçürülmüş pul olmuşdur. Lakin pulun kim tərəfindən Təqsirləndirilən şəxs köçürüldüyünü bilməmiş, zərərçəkmiş şəxsi ümumiyyətlə tanımamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid10 ifadəsində bildirdi ki, orta məktəbdə ingilis dilli müəllimi işləyir. 2016-cı ildə «İnstagram»da «nika_444» profilini yaratmışdır. Qızının adı Nigardır və evdə onu «Nika» adı ilə çağırırlar. Üç-dörd il əvvəl «İnstagram»da Samir adlı şəxslə tanış olmuş və virtual ünsiyyətdə olmuşlar. Dost kimi arabir sosial şəbəkədə ünsiyyət qurmuş, o, öz profilində, Samir də öz profilində fotoşəkillərini yerləşdirmişlər. Samir hər hansı problemi olacağı təqdirdə köməklik edə biləcəyini demişdir. Sonra onlar bir-birinə mobil nömrələrini vermiş və «WhatsApp»da yazışmışlar. Onunla yalnız ünsiyyətdə olmuş, görüşməmişlər. Sonra Samir ümumiyyətlə yazmamış və təxminən bir il Samirdən hər hansı xəbər olmamışdır. 2021-ci ilin oktyabr ayında Samir üzə çıxmış və «WhatsApp»da ona mesaj yazaraq tutulduğunu, türmədə cəza çəkdiyini bildirmişdir. Həmin vaxt maddi vəziyyəti pis olmuş, Samir də bunu hiss etmişdir. Samirə borclarının olduğunu və imkansızlıqdan borclarını bağlaya bilmədiyini demiş, Samir imkanlı dostunun olduğunu, həmin şəxsin ona-buna pul xərclədiyini bildirmiş, həmin dostu ilə görüşdürmək üçün növbəti gün saat 19:00-da «Nəriman Nərimanov» metrostansiyasının qarşısına dəvət etmişdir. Samir dostunun istədiyi məbləğdə pul verə biləcəyini demi, lakin o, Samirin təklifindən imtina etmişdir. Daha sonra Samirin zəng etdiyi mobil nömrələri «qara siyahı»ya salmış, həmin vaxtdan ünsiyyətləri olmamışdır. Təxminən 2021-ci ilin dekabr ayında Səbail RPİ-ə çağırılmış, orada məlum olmuşdur ki, kimsə Elxan adlı şəxslə Nigar adından danışmış və onun külli miqdarda pulunu ələ keçirmişdir. Həmin vaxt Samiri də Səbail rayon Polis idarəsinə çağırmışlar və Samiri ilk dəfə canlı olaraq orada görmüşdür. Samirlə aralarında olan mesajları ərinin xəbər tutmaması üçün mobil telefonundan silmişdir. Təqsirləndirilən şəxs ona hər hansı məbləğdə pul verməmiş, Samirdən pul istəməmiş, onunla görüşməmiş, zərərçəkmiş şəxsi tanımamışdır. Sonuncunun istintaqa təqdim etdiyi fotoşəkillər özünə məxsusdur, onları öz «İnstagram» profilində yerləşdirmişdir. Düşünür ki, Təqsirləndirilən şəxs onun profilindən fotoşəkillərini götürüb yaratdığı «qız» profilində istifadə edərək həmin profildən Zərərçəkmiş şəxslə «Nigar» adı ilə ünsiyyətdə olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində bildirdi ki, Daxili İşlər nazirliyinin Hospitalında sürücü işləyir, istifadəsində "xxxx" ASC-yə aid bank kartı vardır. Şahid1 2009-cu ildən iş yoldaşı kimi tanımış, Təqsirləndirilən şəxs isə Şahid1 görə tanımışdır. Onlarla bir məhəllədə böyümüşlər. Təxminən 2021-ci ilin mart ayında Vasif dostu Samirə kiminsə pul göndərməli olduğunu və Samirə təcili bank kartı lazım olduğunu demiş, Samirə kömək məqsədi ilə öz adına olan bank kartını Vasifə vermişdir. Təxminən 4-5 gün sonra Vasif bank kartını qaytarmışdır. Təqsirləndirilən şəxs bank kartını hansı məqsədlə götürdüyünü bilməmiş, bunun müqabilində Təqsirləndirilən şəxs və Şahid1 ona hər hansı məbləğdə pul verməmişlər. Zərərçəkmiş şəxsi ümumiyyətlə tanımamış və ünsiyyətdə olmamışdır. Samirin Zərərçəkmiş şəxs necə aldadıb pulunu ələ keçirdiyini bilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərdi ki, atasınn yanında marketdə satıcı kimi işləməklə ona kömək edir, istifadəsində "xxxx"a məxsus kart vardır. Təqsirləndirilən şəxs tanımış, onunla düşmənçiliyi və ədavəti yoxdur. Samir Bakıxanov qəsəbəsində onunla qonşuluqda yaşayır. Aralarında yaxın münasibətlər olmasa da, arabir görüşüb kafedə çay içib söhbət etmişlər. 2021-ci ilin yayında Samir dostları tərəfindən ona pul göndəriləcəyini deyərək, bir neçə dəfə "xxxx"a aid kartını istəmiş, o da, Samirə kömək üçün bank kartını vermiş, həmçinin sonuncunun istəyi ilə kartın dörd rəqəmli məxfi şifrəsini də ona demişdir. Samir hər dəfə bankomatdan pulu çıxardandan sonra bank kartını ona qaytarmışdır. Bank kartına Samir üçün nə qədər pul köçürüldüyünü bilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirdi ki, istifadəsində "xxxx"a aid olan bank kartı olmuşdur. Həmin karta 2020-ci il dekabr ayında müxtəlif məbləğlərdə pul köçürülməsini istintaqa çağırılanda bilmiş, lakin həmin pulları bankomatdan özü çıxarmamışdır. Bank kartı həmin vaxt kürəkəni Şahid6 olmuş, Roman həmin kartın məxfi şifrəsini də bilmişdir. O, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs ümumiyyətlə tanımamış, onlarla heç vaxt ünsiyyətdə olmamışdır. Məhkəmə iclasında Şahid6 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olundu. Həmin ifadəsində Şahid6 göstərmişdir ki, Şahid2 qaynanasıdır. "xxxx" ASC-yə aid olan 4.......3108 nömrəli bank kartı qaynanası Məsməyə məxsus olmuşdur. "xxxx" ASC-yə aid olan 5404 0852 3896 7188 nömrəli bank kartı isə özünə məxsusdur. Həmin bank kartını 2021-ci ilin fevral ayında şəxsi istifadəsi üçün əldə etmişdir. Bir müddət həmin karta pul qoyaraq «e-topaz» «online» mərc oyunlarında iştirak etmiş, yəni keçirilən futbol yarışlarında hər hansı komandanın uduşuna müəyyən məbləğlərdə pullar qoymuşdur. Təqsirləndirilən şəxs təxminən 15 ildir ki, tanıyır. Bakıxanov qəsəbəsində yerləşən 271 nömrəli məktəbdə ayrı-ayrı siniflərdə oxumuşlar. Eyni zamanda, Samir Bakıxanov qəsəbəsində qonşu məhəllədə yaşayır. Dost olmasalar da, arabir təsadüfən görüşmüşlər. Sonuncu dəfə Samiri Bakıxanov qəsəbəsində üç ay əvvəl görmüşdür. Qaynanası Məsməyə aid olan 4.......3108 nömrəli bank kartı 2020-ci ilin dekabr ayında təxminən bir həftə özündə qalmışdır. Belə ki, həmin vaxt Daşkəsən rayonunda yaşayan əmisi pul göndərmiş, öz bank kartı isə həmin vaxt olmamışdır. Qaynanasının bank kartını Təqsirləndirilən şəxs necə və hansı məqsədlə verdiyini xatırlamasa da, Təqsirləndirilən şəxs həmin vaxt bank kartı istəmişdir. Təqsirləndirilən şəxs həmin bank kartından nə qədər pul çıxardığını bilmir. xx.xx.2021-ci il tarixdə axşam saatlarında Bakıxanov qəsəbəsində fəaliyyət göstərən «Arzu» şadlıq evinin yaxınlığında yerləşən kafedə olan zaman Samir kafeyə gələrək atasının rayondan ona pul göndərmək istədiyini və özündə olan bank kartından istifadə etmək istədiyini bildirmişdir. Buna etiraz etməmişdir. Samir yanında kiməsə zəng edərək mobil telefonla bank kartının 16 rəqəmli şifrəsini demişdir. Bir neçə dəqiqədən sonra Samir təkrar kiməsə zəng edib danışmış, telefon danışığını qurtarandan sonra isə Samir pulun bank kartına köçdüyünü demiş və pulu çıxartmaq üçün yaxınlıqda olan "xxxx" ASC-yə aid olan bankomata getməyi xahiş etmişdir. Həmin vaxt bank hesabında özünə aid pul olmamışdır. Bank kartını bankomata daxil edib yoxlamış və hesabına 21 manat pulun köçdüyünü görmüşdür. Bu haqda Samirə demiş və 1 manat bank faizi çıxdıqdan sonra 20 manat pulu bankomatdan çıxarıb Samirə vermişdir. Növbəti gün axşam saatlarında yuxarıda qeyd etdiyi kafedə olan zaman Samir kafeyə gələrək ona çatası pulun bank kartına köçürüldüyünü deyib bank kartını istəmişdir. Həmin vaxt dostları ilə domino oynadığı üçün Samirlə getməmiş və kartının 4 rəqəmli məxfi şifrəsini Samirə deyərək bank kartını ona vermişdir. Təxminən 10 dəqiqədən sonra Samir kafeyə qayıdıb bank kartını qaytarmışdır. Samirin həmin vaxt bankomatdan nə qədər pul çıxartdığını bilməmişdir. Həmin vaxtdan sonra Samir bank kartı istəməmişdir (cild 2, iş vərəqi 143-145). Məhkəmə iclasında Şahid4 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olundu. Həmin ifadəsində Şahid4 göstərmişdir ki, təxminən 6 ildir Bakıxanov qəsəbəsi, Sakit Qocayev küçəsi, 1 nömrəli binanın alt hissəsində yerləşən bərbərxanada fərdi qaydada bərbər işləyir. 2020ci ilin mart ayında ölkədə «Covid 19» virusu ilə bağlı elan edilmiş pandemiyaya görə bir çox obyektlərin, o cümlədən bərbərxanaların və gözəllik salonlarının fəaliyyəti dayandırılmışdır. DVX-də kiçik sahibkar kimi qeydiyyatda olduğu üçün dövlət tərəfindən ümumilikdə 500 manat məbləğində iki dəfə maddi dəstək göstərilmişdir. Bu məqsədlə DVX-nin sifarişi əsasında "xxxx" ASC-nin Bakıxanov filialında adına 4169 7423 2100 9843 nömrəli bank hesabı açılmış və 2020-ci ilin aprel ayında həmin filiala gedib oradan adına olan bank kartını götürmüşdür. Dövlət tərəfindən maddi dəstək kimi ilk 250 manat pul xx.xx.2020-ci il tarixdə adına olan bank hesabına köçürülmüşdür. Təqsirləndirilən şəxs təxminən üç ildir ki, tanıyır. Təqsirləndirilən şəxs müştərisi olmuş, arabir iş yerinə gələrək saçını və saqqalını kəsdirmişdir. Samir özü də Bakıxanov qəsəbəsində yaşayır. Samirlə aralarında normal münasibətlər olmuşdur. Pandemiya vaxtı Samir internetdə «online» şəkildə idman oyunları oynayacağını, həmin oyunlara pul qoyub uduş götürmək üçün bank kartının lazım olduğunu bildirmiş və bank kartının olub-olmadığını soruşmuşdur. Samirə dövlət tərəfindən verilmiş "xxxx" ASC-yə aid olan bank kartının olduğunu bildirmiş və kömək etmək üçün ona 4169 7423 2100 9843 nömrəli bank kartını təklif etmişdir. Samir bank kartını götürüb 4 rəqəmli şifrəni də istəmiş, kartın məxfi şifrəsini də ona vermişdir. Samir bank kartını tez qaytarmışdır. Bu adla Samir bir neçə dəfə bank kartını götürüb tez də qaytarmışdır. Sonuncu dəfə Samir bank kartını götürəndə kart onda bir neçə gün qalmış, hətta məcbur olub Samirdən bank kartını istəmiş, Samir də növbəti gün bank kartını qaytarmışdır. Təqsirləndirilən şəxs ona verdiyi bank kartı müqabilində hər hansı bir məbləğdə pul verməmişdir. Zərərçəkmiş şəxs ümumiyyətlə tanımır, onunla heç vaxt ünsiyyətdə olmamış və Samirin Zərərçəkmiş şəxs necə aldadıb pulunu ələ keçirdiyini, Təqsirləndirilən şəxs verdiyi bank kartına hansı məbləğlərdə pul vəsaitlərinin köçürüldüyünü bilmir (cild 2, iş vərəqi 90- 92). Məhkəmə iclasında Şahid8 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olundu. Həmin ifadəsində Şahid8 göstərmişdir ki, Bakı şəhəri, Həsən Əliyev küçəsində yerləşən «Gənclik» marketdə xadimə işləyir. "xxxx" ASC-yə aid olan 416973...........7063 nömrəli bank kartı özünə məxsusdur. 2019-cu ildə əri X25 boşanmış və üç azyaşlı qızı özü ilə qalmışdır. Qəbələ Rayon Məhkəməsinin qətnaməsinə əsasən hər uşağa görə 100 manat alimentin keçmiş əri tərəfindən verilməsi qərara alınmışdır. Aliment pulunu rahat yolla almaq üçün iş yerinin yaxınlığında yerləşən "xxxx"ın «Gənclik» filialına müraciət edərək orada adına yuxarıda qeyd etdiyi bank kartını əldə etmişdir. Bank kartına 06 mart 2021-ci il tarixdə 200 manat pulun və 08 mart 2021-ci il tarixdə 810 manat pulun köçürülməsi ilə bağlı göstərmişdir ki, həmin tarixlərdə bank kartı qardaşı Vüsal Mursaliyevdə olmuş, belə ki, Vüsala tanışı Təqsirləndirilən şəxs adlı şəxs müraciət edərək ona pul köçürüləcəyini demiş və bank kartı istəmişdir. Vüsal da Samirə kömək etmək üçün iki dəfə yuxarıda qeyd edilmiş tarixlərdə bank kartını götürmüş və Samirə çatası pulu çıxardan kimi bank kartını özünə qaytarmışdır. Vüsal hazırda Rusiya Federasiyasında tikintidə fəhlə işləyir. Vüsal Samirə pulun kim tərəfindən və hansı məqsədlə köçürüldüyünü bilmir. Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs ümumiyyətlə tanımır və onlarla heç vaxt ünsiyyətdə olmamışdır (cild 2, iş vərəqi 127-129). Məhkəmə iclasında Şahid13 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olundu. Həmin ifadəsində Şahid13 göstərmişdir ki, fərdi qaydada sifariş əsasında fotoçəkilişlə məşğul olur. Təqsirləndirilən şəxs təxminən 2020-ci ilin oktyabr ayından tanıyır. Belə ki, həmin vaxt Təqsirləndirilən şəxs «İnstagram» sosial şəbəkəsində olan səhifəsinə mesaj yazaraq «love story» fotosessiyası sifariş etmək istədiyini bildirmişdir. Bu haqda ətraflı söhbət etmək üçün həmin vaxt «Qış parkı»nda görüşmüşlər. Belə ki, Samir bir xanımla «love story» fotosessiyasını məhz həmin parkda etmək istəmişdir. Samir görüşə tək gəlmiş, bir qədər sonra isə bir xanım da gəlmişdir. Həmin gün onların parkda fotoşəkillərini çəkmişdir. Bunun müqabilində Samir 40 AZN ödəniş etmişdir. Təxminən 2020-ci ilin dekabr ayının sonlarında Samir zəng edərək yeni «love story» fotosessiyasını sifariş etmək istədiyini demişdir. Bu dəfə Samirin yuxarıda qeyd etdiyi xanımla fotoşəkillərini «Fəvvarələr meydanı»nda çəkmişdir. Bunun müqabilində Samir 60 AZN ödəmişdir. Samir həmin məbləği ödəyəndən sonra bank kartının olub-olmadığını soruşmuş, müsbət cavab verəndə, o, üzərində olan bütün məbləği verdiyini, xanımla şəhərdə gəzəcəyini, üzərində pulun olmadığını, adına pul köçürüləcəyini bildirmiş və bu məqsədlə bir günlük bank kartını istəmişdir. Samirə bank kartının 16 rəqəmli şifrəsini verməyi, pul karta köçürülən kimi birlikdə yaxınlıqda olan bankomata gedib pulu oradan çıxartmağı təklif etsə də, Samir pulun həmin gün axşam saatlarında ona köçürüləcəyini və narahat olmamağını demişdir. Özünə məxsus olan "xxxx" ASC-yə aid debet kartını Samirə vermiş və kartın məxfi 4 rəqəmli şifrəsini bildirmişdir. Bank hesabında pul olmamışdır. Həmin vaxt işlətdiyi mobil telefonda «Birbank» mobil tətbiqi yazılmışdır. Bank kartına pul köçürüləndə həmin proqramdan müvafiq mesaj gəlir. İki-üç gün bank kartına pul köçməmişdir. Fikirləşmişdir ki, hələ ki, Samirə pul göndərməyiblər. Ona görə də Samirə zəng edib ondan bank kartını istəməmişdir. Sonra istifadə etdiyi «Samsung» markalı «A50» modelində olan mobil telefonu «Həzi Aslanov» metrostansiyasının yaxınlığında naməlum şəxs tərəfindən oğurlanmışdır. Bu haqda 36-cı Polis bölməsinə ərizə də yazmışdır. Lakin mobil telefonu tapılmamışdır. Həmin vaxt başı bu məsələyə qarışdığı üçün Samirə bank kartı verdiyini unutmuşdur. Təxminən iki ay sadə mobil telefon işlətmişdir. Sonra isə yaxın qohumundan işlənmiş vəziyyətdə olan «İphone 6» markalı mobil telefonu götürüb onu işlətməyə başlamış və oğurlanmış mobil telefonda olan mobil nömrənin dublikatını çıxartdırıb «İphone 6» markalı mobil telefona taxmışdır. Sonra isə həmin mobil telefona «Birbank» mobil tətbiqini yükləmişdir. Mobil tətbiqi yükləyəndən sonra bank hesabında 800 manatdan artıq məbləğdə pul vəsaitinin olduğunu aşkar etmişdir. Həmin vaxt yadına düşmüşdür ki, bank kartı Samirdə qalıb və həmin məbləğ də ona göndərilib. Bank kartını blok etmək üçün "xxxx" ASC-nin Buzovna qəsəbəsində yerləşən filialına getmişdir. Orada xanım əməkdaşa müraciət edərək adına olan bank kartını blok etmək istədiyini və əvəzində yeni bank kartı almaq istədiyini bildirmişdir. Bankın əməkdaşı bank kartının harada olduğunu soruşmuş, bank kartının oğurlandığını yalandan bildirmişdir. Bank əməkdaşı təxminən iki ay müddətində bank kartına külli miqdarda pul vəsaitinin köçürüldüyünü, bank hesabında qalan 800 manatdan artıq olan məbləği nağd şəkildə ala biləcəyini və ya həmin məbləğin yeni alacağı bank kartına bağlı olan bank hesabına köçürülə biləcəyini bildirmişdir. Fikirləşmişdir ki, həmin məbləği nağd götürüb Samirə verər. Həmin məbləği nağd şəkildə götürüb yeni bank kartı sifariş etmişdir. Köhnə bank kartını blok edəndən təxminən 5 dəqiqə sonra Samir zəng edərək bank kartının blok edilməsi səbəbindən ona göndərilən məbləği bankomatdan çıxarda bilmədiyini demişdir. Samirə ona göndərilən məbləği nağd şəkildə bankdan götürdüyünü bildirmiş və həmin pulu ona Buzovna qəsəbəsində yerləşən «Favorit» marketin qarşısında verə biləcəyini demişdir. Təxminən iki saat sonra Samir tanımadığı üç nəfərlə həmin marketin qarşısına gəlmiş və orada bankdan götürdüyü 800 manatdan artıq olan məbləği Samirə vermişdir. Samirə həmin pulun kim tərəfindən köçürüldüyünü bilmir və bu haqda Samir heç nə deməmişdir (cild 4, iş vərəqi 130-133). Məhkəmə iclasında şahid X42 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olundu. Həmin ifadəsində Əli Cabbarlı göstərmişdir ki, hazırda heç bir yerdə işləmir. 2020-ci ilin dekabr ayından 2022-ci ilin mart ayına kimi Bakıxanov qəsəbəsi, Şamil Kamilov küçəsində yerləşən «Topaz» məntəqəsində mərc oyunlarına «stavka», yəni ödənişlər qəbul edən kimi işləmişdir. Təqsirləndirilən şəxs «Topaz» məntəqəsində işlədiyi vaxtdan tanımış, onunla heç bir düşmənçiliyi və ədavəti olmamışdır. Samir tez-tez işlətdiyi «Topaz» məntəqəsinə gələrək idman yarışlarına «stavka», yəni ödəniş qoymuş, Samir həftədə 4-5 dəfə «Topaz» məntəqəsinə gəlib «stavka»lar yazdırmış, məntəqəyə gəlməyəndə isə «WhatsApp»la mesaj yazaraq «stavka»nın (ödənişin) məbləğini kartdan-karta köçürmək istədiyini demiş və pulu köçürmək üçün bank kartının 16 rəqəmli şifrəsini istəmişdir. Məntəqədə istifadə etdiyi bank kartlarının 16 rəqəmli şifrələrini Samirə göndərmiş, o da, idman yarışına yazdırmaq istədiyi məbləği həmin bank kartına köçürmüşdür. Samir minimal olaraq 10 AZN, maksimum isə 500 AZN ödəniş qoymuşdur. Məntəqəyə gələn və Samiri tanıyan digər müştərilər Samiri mənfi xarakterizə etmiş və ona etibar etməməyi tövsiyyə etmişlər. Samirin demək olar ki, hər gün «Topaz» məntəqəsinə gəlib idman yarışlarına pul qoymağı təəccüb doğurmuş, belə ki, Samir həmin vaxt heç bir yerdə işləmədiyi halda, haradansa pul tapıb «Topaz» məntəqəsinə gəlmişdir. Samirin haradan pul əldə etdiyini bilməmiş və Samir özü də bu haqda heç nə deməmişdir. «Topaz» məntəqəsində işlədiyi müddətdə ödənişləri «online» şəkildə qəbul etmək üçün öz adına olan "xxxx"a aid olan *****20439323 nömrəli bank kartından, öz adına olan "xxxx"a aid olan *****60881103 nömrəli bank kartından, əmisi oğlu Şahid11 adına olan, «KapitalBank»a aid bank kartından və qonşusu Şahid14 adına olan «KapitalBank»a aid bank kartından istifadə etmişdir. Samirə də ödəniş etmək üçün «WhatsApp»la həmin bank kartlarının 16 rəqəmli şifrəsini yazıb göndərmişdir. Zərərçəkmiş şəxs ümumiyyətlə tanımamış və onunla heç vaxt ünsiyyətdə olmamışdır (cild 4, iş vərəqi 147-149). Məhkəmə kollegiyası iş üzrə dindirilmiş təqsirləndirilən şəxsrin, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, Zərərçəkmiş şəxs istintaqa təqdim etdiyi və cinayət işinə əlavə olunmuş fotoşəkillərə və qəbzlərə əsasən, Şahid1 "xxxx" ASC-yə aid olan 4****8841 nömrəli bank kartına bağlı olan bank hesabına müxtəlif elektron ödəmə terminalları vasitəsilə 25644 AZN pul vəsaitinin köçürülməsini təsdiq edən 141 qəbz; Şahid13 "xxxx" ASC-yə aid olan 4****7916 nömrəli bank kartına bağlı olan bank hesabına müxtəlif elektron ödəmə terminalları vasitəsilə 16817 AZN pul vəsaitinin köçürülməsini təsdiq edən 65 qəbz; Şahid4 "xxxx" ASC-yə aid olan 4****9843 nömrəli bank kartına bağlı olan bank hesabına müxtəlif elektron ödəmə terminalları vasitəsilə 6394 AZN pul vəsaitinin köçürülməsini təsdiq edən 19 qəbz; Şahid3 "xxxx" ASC-yə aid olan 4****5057 nömrəli bank kartına bağlı olan bank hesabına müxtəlif elektron ödəmə terminalları vasitəsilə 1970 AZN pul vəsaitinin köçürülməsini təsdiq edən 3 qəbz; Şahid2 "xxxx" ASC-yə aid olan 4****3108 nömrəli bank kartına bağlı olan bank hesabına müxtəlif elektron ödəmə terminalları vasitəsilə 1580 AZN pul vəsaitinin köçürülməsini təsdiq edən 6 qəbz; Şahid8 "xxxx" ASC-yə aid olan 4****7063 nömrəli bank kartına bağlı olan bank hesabına müxtəlif elektron ödəmə terminalları vasitəsilə 1010 AZN pul vəsaitinin köçürülməsini təsdiq edən 2 qəbz; Şahid6 "xxxx" ASC-yə aid olan 5****7188 nömrəli bank kartına bağlı olan bank hesabına müxtəlif elektron ödəmə terminalları vasitəsilə 92 AZN pul vəsaitinin köçürülməsini təsdiq edən 2 qəbz; X11 "xxxx" ASC-yə aid olan 5****3606 nömrəli bank kartına bağlı olan bank hesabına müxtəlif elektron ödəmə terminalları vasitəsilə 395 AZN pul vəsaitinin köçürülməsini təsdiq edən 4 qəbz; X12 "xxxx" ASC-yə aid olan bank kartına bağlı olan bank hesabına müxtəlif elektron ödəmə terminalları vasitəsilə 755 AZN pul vəsaitinin köçürülməsini təsdiq edən 7 qəbz; Şahid9 "xxxx" ASC-yə aid olan 4****6634 nömrəli bank kartına bağlı olan bank hesabına müxtəlif elektron ödəmə terminalları vasitəsilə 1319 AZN pul vəsaitinin köçürülməsini təsdiq edən 6 qəbz; Şahid7 "xxxx" ASC-yə aid olan 4****6118 nömrəli bank kartına bağlı olan bank hesabına müxtəlif elektron ödəmə terminalları vasitəsilə 970 AZN pul vəsaitinin köçürülməsini təsdiq edən 17 qəbz; X26 "xxxx" ASC-yə aid olan 4****1129 nömrəli bank kartına bağlı olan bank hesabına müxtəlif elektron ödəmə terminalları vasitəsilə 360 AZN pul vəsaitinin köçürülməsini təsdiq edən 2 qəbz; Şahid5 "xxxx" ASC-yə aid olan 4****1748 nömrəli bank kartına bağlı olan bank hesabına elektron ödəmə terminalı vasitəsilə 1200 AZN pul vəsaitinin köçürülməsini təsdiq edən 1 qəbz; X27 "xxxx" ASC-yə aid olan 5****1226 nömrəli bank kartına bağlı olan bank hesabına müxtəlif elektron ödəmə terminalları vasitəsilə 1794 AZN pul vəsaitinin köçürülməsini təsdiq edən 10 qəbz; X38 "xxxx" ASC-yə aid olan 4****6258 nömrəli bank kartına bağlı olan bank hesabına müxtəlif elektron ödəmə terminalları vasitəsilə 71 AZN pul vəsaitinin köçürülməsini təsdiq edən 2 qəbz; X21 "xxxx" ASC-yə aid olan 4****3383 nömrəli bank kartına bağlı olan bank hesabına müxtəlif elektron ödəmə terminalları vasitəsilə 579 AZN pul vəsaitinin köçürülməsini təsdiq edən 8 qəbz; X48 "xxxx"a aid olan ****62873835 nömrəli bank kartına bağlı olan bank hesabına müxtəlif elektron ödəmə terminalları vasitəsilə 380 AZN pul vəsaitinin köçürülməsini təsdiq edən 4 qəbz; X43 "xxxx" ASC-yə aid olan ****13189430 nömrəli bank kartına bağlı olan bank hesabına müxtəlif elektron ödəmə terminalları vasitəsilə 76 AZN pul vəsaitinin köçürülməsini təsdiq edən 2 qəbz; X44 "xxxx" ASC-yə aid olan 4****6654 nömrəli bank kartına bağlı olan bank hesabına müxtəlif elektron ödəmə terminalları vasitəsilə 74 AZN pul vəsaitinin köçürülməsini təsdiq edən 2 qəbz; X1 "xxxx"a aid olan ****60856006 nömrəli bank kartına bağlı olan bank hesabına müxtəlif elektron ödəmə terminalları vasitəsilə 120 AZN pul vəsaitinin köçürülməsini təsdiq edən 3 qəbz; X13 "xxxx"a aid olan ****58831227 nömrəli bank kartına bağlı olan bank hesabına elektron ödəmə terminalı vasitəsilə 220 AZN pul vəsaitinin köçürülməsini təsdiq edən 2 qəbz; X14 "xxxx" ASC-yə aid olan 4****1895 nömrəli bank kartına bağlı olan bank hesabına müxtəlif elektron ödəmə terminalları vasitəsilə 4303 AZN pul vəsaitinin köçürülməsini təsdiq edən 4 qəbz; X28 "xxxx" ASC-yə aid olan 4****1163 nömrəli bank kartına bağlı olan bank hesabına müxtəlif elektron ödəmə terminalları vasitəsilə 651 AZN pul vəsaitinin köçürülməsini təsdiq edən 4 qəbz; X15 "xxxx" ASC-yə aid olan 4****2579 nömrəli bank kartına bağlı olan bank hesabına müxtəlif elektron ödəmə terminalları vasitəsilə 42 AZN pul vəsaitinin köçürülməsini təsdiq edən 2 qəbz; X29 "xxxx"a aid olan ****58081443 nömrəli bank kartına bağlı olan bank hesabına elektron ödəmə terminalı vasitəsilə 151 AZN pul vəsaitinin köçürülməsini təsdiq edən 1 qəbz; Şahid11 "xxxx" ASC-yə aid olan 4****5913 nömrəli bank kartına bağlı olan bank hesabına elektron ödəmə terminalı vasitəsilə 43 AZN pul vəsaitinin köçürülməsini təsdiq edən 1 qəbz; X49 "xxxx" ASC-yə aid olan 4****7717 nömrəli bank kartına bağlı olan bank hesabına elektron ödəmə terminalı vasitəsilə 200 AZN pul vəsaitinin köçürülməsini təsdiq edən 1 qəbz; X3 "xxxx"a aid olan ****60361163 nömrəli bank kartına bağlı olan bank hesabına elektron ödəmə terminalı vasitəsilə 45 AZN pul vəsaitinin köçürülməsini təsdiq edən 1 qəbz; X16 "xxxx"a aid olan ****10124570 nömrəli bank kartına bağlı olan bank hesabına elektron ödəmə terminalı vasitəsilə 61 AZN pul vəsaitinin köçürülməsini təsdiq edən 1 qəbz; X5 "xxxx" ASC-yə aid olan 5****5590 nömrəli bank kartına bağlı olan bank hesabına müxtəlif elektron ödəmə terminalı vasitəsilə 82 AZN pul vəsaitinin köçürülməsini təsdiq edən 2 qəbz; X30 "xxxx" ASC-yə aid olan 4****9640 nömrəli bank kartına bağlı olan bank hesabına elektron ödəmə terminalı vasitəsilə 100 AZN pul vəsaitinin köçürülməsini təsdiq edən 1 qəbz; X22 "xxxx" ASC-yə aid olan 4****7068 nömrəli bank kartına bağlı olan bank hesabına elektron ödəmə terminalı vasitəsilə 15 AZN pul vəsaitinin köçürülməsini təsdiq edən 1 qəbz; X6 "xxxx" ASC-yə aid olan 5****1447 nömrəli bank kartına bağlı olan bank hesabına elektron ödəmə terminalı vasitəsilə 100 AZN pul vəsaitinin köçürülməsini təsdiq edən 1 qəbz; X17 "xxxx" ASC-yə aid olan 4****2327 nömrəli bank kartına bağlı olan bank hesabına elektron ödəmə terminalı vasitəsilə 11 AZN pul vəsaitinin köçürülməsini təsdiq edən 1 qəbz; X31 "xxxx"a aid olan ****62791235 nömrəli bank kartına bağlı olan bank hesabına elektron ödəmə terminalı vasitəsilə 110 AZN pul vəsaitinin köçürülməsini təsdiq edən 1 qəbz; X45 "xxxx" ASC-yə aid olan 5****7475 nömrəli bank kartına bağlı olan bank hesabına elektron ödəmə terminalı vasitəsilə 255 AZN pul vəsaitinin köçürülməsini təsdiq edən 1 qəbz; Şahid12 "xxxx" ASC-yə aid olan 4****9946 nömrəli bank kartına bağlı olan bank hesabına elektron ödəmə terminalı vasitəsilə 54 AZN pul vəsaitinin köçürülməsini təsdiq edən 1 qəbz; X7 "xxxx" ASC-yə aid olan 4****6703 nömrəli bank kartına bağlı olan bank hesabına elektron ödəmə terminalı vasitəsilə 95 AZN pul vəsaitinin köçürülməsini təsdiq edən 1 qəbz; X23 "xxxx" ASC-yə aid olan 5****0945 nömrəli bank kartına bağlı olan bank hesabına elektron ödəmə terminalı vasitəsilə 150 AZN pul vəsaitinin köçürülməsini təsdiq edən 1 qəbz; X4 "xxxx" ASC-yə aid olan 4****7848 nömrəli bank kartına bağlı olan bank hesabına elektron ödəmə terminalı vasitəsilə 32 AZN pul vəsaitinin köçürülməsini təsdiq edən 1 qəbz; X39 "xxxx" ASC-yə aid olan 4****3609 nömrəli bank kartına bağlı olan bank hesabına elektron ödəmə terminalı vasitəsilə 1000 AZN pul vəsaitinin köçürülməsini təsdiq edən 1 qəbz; Şahid15 "xxxx" ASC-yə aid olan ****20439323 nömrəli bank kartına bağlı olan bank hesabına müxtəlif elektron ödəmə terminalları vasitəsilə 430 AZN pul vəsaitinin köçürülməsini təsdiq edən 4 qəbz və "xxxx" ASC-yə aid olan ****60881103 nömrəli bank kartına bağlı olan bank hesabına elektron ödəmə terminalı vasitəsilə 350 AZN pul vəsaitinin köçürülməsini təsdiq edən 1 qəbz; X24 "xxxx"a aid olan ****60771098 nömrəli bank kartına bağlı olan bank hesabına elektron ödəmə terminalı vasitəsilə 16 AZN pul vəsaitinin köçürülməsini təsdiq edən 1 qəbz; X32 "xxxx" ASC-yə aid olan 4****6609 nömrəli bank kartına bağlı olan bank hesabına elektron ödəmə terminalı vasitəsilə 60 AZN pul vəsaitinin köçürülməsini təsdiq edən 1 qəbz; X33 "xxxx" ASC-yə aid olan 4****5717 nömrəli bank kartına bağlı olan bank hesabına müxtəlif elektron ödəmə terminalları vasitəsilə 151 AZN pul vəsaitinin köçürülməsini təsdiq edən 3 qəbz; X40 "xxxx" ASC-yə aid olan 5****5188 nömrəli bank kartına bağlı olan bank hesabına ödəmə terminalı vasitəsilə 50 AZN pul vəsaitinin köçürülməsini təsdiq edən 1 qəbz; X8 "xxxx" ASC-yə aid olan 4****0858 nömrəli bank kartına bağlı olan bank hesabına müxtəlif elektron ödəmə terminalları vasitəsilə 240 AZN pul vəsaitinin köçürülməsini təsdiq edən 5 qəbz; X9 "xxxx" ASC-yə aid olan 4****7886 nömrəli bank kartına bağlı olan bank hesabına müxtəlif elektron ödəmə terminalları vasitəsilə 210 AZN pul vəsaitinin köçürülməsini təsdiq edən 3 qəbz; X41 "xxxx" ASC-yə aid olan 4****8160 nömrəli bank kartına bağlı olan bank hesabına müxtəlif elektron ödəmə terminalları vasitəsilə 390 AZN pul vəsaitinin köçürülməsini təsdiq edən 4 qəbz; X34 "xxxx" ASC-yə aid olan 4****8491 nömrəli bank kartına bağlı olan bank hesabına elektron ödəmə terminalı vasitəsilə 95 AZN pul vəsaitinin köçürülməsini təsdiq edən 2 qəbz; X18 "xxxx" ASC-yə aid olan 5****3181 nömrəli bank kartına bağlı olan bank hesabına müxtəlif elektron ödəmə terminalları vasitəsilə 636 AZN pul vəsaitinin köçürülməsini təsdiq edən 8 qəbz; X19 "xxxx" ASC-yə aid olan 4****9161 nömrəli bank kartına bağlı olan bank hesabına müxtəlif elektron ödəmə terminalları vasitəsilə 417 AZN pul vəsaitinin köçürülməsini təsdiq edən 4 qəbz; X20 "xxxx" ASC-yə aid olan 4****5670 nömrəli bank kartına bağlı olan bank hesabına elektron ödəmə terminalı vasitəsilə 60 AZN pul vəsaitinin köçürülməsini təsdiq edən 2 qəbz; X46 "xxxx" ASC-yə aid olan 4****5845 nömrəli bank kartına bağlı olan bank hesabına elektron ödəmə terminalı vasitəsilə 400 AZN pul vəsaitinin köçürülməsini təsdiq edən 1 qəbz; X50 "xxxx" ASC-yə aid olan 4****0383 nömrəli bank kartına bağlı olan bank hesabına elektron ödəmə terminalı vasitəsilə 200 AZN pul vəsaitinin köçürülməsini təsdiq edən 1 qəbz; X35 "xxxx" ASC-yə aid olan 5****6780 nömrəli bank kartına bağlı olan bank hesabına elektron ödəmə terminalı vasitəsilə 300 AZN pul vəsaitinin köçürülməsini təsdiq edən 1 qəbz; Y......R.....S......oğlunun (qızının) "xxxx" ASC-yə aid olan 4****1277 nömrəli bank kartına bağlı olan bank hesabına müxtəlif elektron ödəmə terminalları vasitəsilə 792 AZN pul vəsaitinin köçürülməsini təsdiq edən 6 qəbz; M......O.....R......oğlunun (qızının) "xxxx" ASC-yə aid olan 4****0994 nömrəli bank kartına bağlı olan bank hesabına müxtəlif elektron ödəmə terminalları vasitəsilə 725 AZN pul vəsaitinin köçürülməsini təsdiq edən 7 qəbz; H......N.....A......oğlunun (qızının) "xxxx" ASC-yə aid olan 4****6609 nömrəli bank kartına bağlı olan bank hesabına müxtəlif elektron ödəmə terminalları vasitəsilə 261 AZN pul vəsaitinin köçürülməsini təsdiq edən 2 qəbz; S......A.....T......oğlunun (qızının) "xxxx" ASC-yə aid olan 4****9633 nömrəli bank kartına bağlı olan bank hesabına müxtəlif elektron ödəmə terminalları vasitəsilə 202 AZN pul vəsaitinin köçürülməsini təsdiq edən 2 qəbz; S......M.....T......oğlunun (qızının) "xxxx" ASC-yə aid olan 5****7532 nömrəli bank kartına bağlı olan bank hesabına elektron ödəmə terminalı vasitəsilə 71 AZN pul vəsaitinin köçürülməsini təsdiq edən 1 qəbz; Q......B.....T......oğlunun (qızının) "xxxx" ASC-yə aid olan 4****8491 nömrəli bank kartına bağlı olan bank hesabına elektron ödəmə terminalı vasitəsilə 190 AZN pul vəsaitinin köçürülməsini təsdiq edən 1 qəbz; V......K.....Q......oğlunun (qızının) "xxxx" ASCyə aid olan 4****2762 nömrəli bank kartına bağlı olan bank hesabına elektron ödəmə terminalı vasitəsilə 152 AZN pul vəsaitinin köçürülməsini təsdiq edən 1 qəbz; H......İ.....C......oğlunun (qızının) "xxxx" ASC-yə aid olan 6****7871 nömrəli bank kartına bağlı olan bank hesabına müxtəlif elektron ödəmə terminalları vasitəsilə 501 AZN pul vəsaitinin köçürülməsini təsdiq edən 3 qəbz; E......B.....S......oğlunun (qızının) "xxxx" ASC-yə aid olan 5****3022 nömrəli bank kartına bağlı olan bank hesabına elektron ödəmə terminalı vasitəsilə 202 AZN pul vəsaitinin köçürülməsini təsdiq edən 1 qəbz; İ......R.....V......oğlunun (qızının) "xxxx" ASC-yə aid olan 4****2818 nömrəli bank kartına bağlı olan bank hesabına elektron ödəmə terminalı vasitəsilə 10 AZN pul vəsaitinin köçürülməsini təsdiq edən 1 qəbz; D.....S.....S......oğlunun (qızının) "xxxx" ASC-yə aid olan 5****5398 nömrəli bank kartına bağlı olan bank hesabına elektron ödəmə terminalı vasitəsilə 26 AZN pul vəsaitinin köçürülməsini təsdiq edən 1 qəbz; A.....M.....M......oğlunun (qızının) "xxxx" ASCyə aid olan 4****9402 nömrəli bank kartına bağlı olan bank hesabına elektron ödəmə terminalı vasitəsilə 30 AZN pul vəsaitinin köçürülməsini təsdiq edən 1 qəbz; A.....S.....A......oğlunun (qızının) "xxxx" ASC-yə aid olan 4****4851 nömrəli bank kartına bağlı olan bank hesabına elektron ödəmə terminalı vasitəsilə 202 AZN pul vəsaitinin köçürülməsini təsdiq edən 1 qəbz; İ......M.....R......oğlunun (qızının) "xxxx" ASC-yə aid olan 4****6703 nömrəli bank kartına bağlı olan bank hesabına müxtəlif elektron ödəmə terminalları vasitəsilə 245 AZN pul vəsaitinin köçürülməsini təsdiq edən 2 qəbz; S.....S.....Z......oğlunun (qızının) "xxxx" ASC-yə aid olan 4****5193 nömrəli bank kartına bağlı olan bank hesabına elektron ödəmə terminalı vasitəsilə 20 AZN pul vəsaitinin köçürülməsini təsdiq edən 1 qəbz; R.....R.....E......oğlunun (qızının) "xxxx" ASC-yə aid olan 6****6194 nömrəli bank kartına bağlı olan bank hesabına elektron ödəmə terminalı vasitəsilə 7 AZN pul vəsaitinin köçürülməsini təsdiq edən 1 qəbz və ABB-yə aid olan 4****6674 nömrəli bank kartına bağlı olan bank hesabına elektron ödəmə terminalı vasitəsilə 113 AZN pul vəsaitinin köçürülməsini təsdiq edən 3 qəbzlə Zərərçəkmiş şəxs tərəfindən pul vəsaitləri köçürülmüşdür (cild 2, iş vərəqi 10-19). Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 19 noyabr 2021-ci il tarixli 5(011)-891/2021 nömrəli qərarı "xxxx" ASC tərəfindən icra edilərək qərarda göstərilən məlumatlar iki ədəd diskdə 36-cı Polis bölməsinə təqdim edilmişdir. İstintaq zamanı vətəndaş Şahid13 adına olan 4169 74** ****7916 nömrəli bank kartına bağlı olan bank hesabı üzrə məlumatlara baxış keçirilmiş və iş üzrə zərərçəkmiş Zərərçəkmiş şəxs istintaqa təqdim etdiyi qəbzlərdən 65 qəbzdə göstərilən ümumi məbləğ olan 16817 AZN pul vəsaitinin xx.xx.2020-xx.xx.2021-ci ildə ödəmə terminalları vasitəsilə 4169 74** ****7916 nömrəli bank kartına bağlı olan bank hesabına mədaxil edilməsi təsdiqini tapmışdır (cild 3, iş vərəqi 233). İbtidai istintaq zamanı "xxxx" ASC-nin 28 dekabr 2022-ci il tarixli 49/1313 nömrəli məktubu ilə ********************, ******************** və ******************** nömrəli hesablara dair məlumatlar təqdim edilmiş, həmçinin məktubda göstərilmişdir ki, bankda ilk altı və son dörd rəqəmi eyni olan plastik kartlardan bir neçə ədəd çap olunduğundan məhkəmə qərarında qeyd edilən rəqəmləri şifrələnmiş digər plastik kartların kimlərin adına olmasının araşdırılması mümkün deyildir (cild 4, iş vərəqi 76-85). İbtidai istintaq zamanı Zərərçəkmiş şəxs təqdim etdiyi, sübut əhəmiyyətə malik olan bir ədəd CD diskə yazılmış, özünü «Xəyyam Əliyev» kimi təqdim etmiş şəxsin +7 *** *** ** **, +1 219 *** ** ** mobil nömrələr vasitəsilə «WhatsApp»la göndərdiyi səsli mesajları təqdim etmiş, həmin səsli mesajlara baxış keçirilərək protokol tərtib edilmişdir (cild 3, iş vərəqi 135-136). Məhkəmə-fonoskopik ekspertizasının 09 yanvar 2023-cü il tarixli 4/1735 nömrəli rəyi ilə aşağıdakılar müəyyən edilmişdir: “WhatsApp Audio 2022-11-28 at 11.08.19 (1)” K1 – Ona demişəm, balamın canı, sabahlarım 2, 3 o pul oturmasa, onu gülləynən vurmasam mənnən namərdi yoxdu. “WhatsApp Audio 2022-11-28 at 11.08.19” K2 – Dayı, salam, nətərsən? Sən qalan hissəsini düzəldə bilmisən pulun? Deyirsən qolbağı satdım. Qolbağ 200 manat olmaz e, baha olar. Ucuz satmayaydın gərək. “WhatsApp Audio 2022-11-28 at 11.08.20 (1)” K1 – Yo, getmədim. Sabahlarım burdan şeyliyərik, ödənişi eliyim, onların hamısını yoluna qoyum, sonra gedəcəm, Elxan. “WhatsApp Audio 2022-11-28 at 11.08.20 (2)” (Danışıq siqnalı qeydə alınmadı) “WhatsApp Audio 2022-11-28 at 11.08.20” K1 – Hə qardaş, neynirsən, nə var, nə yox? Sabahlarım inşallah, heç nə, mən burda patandart tərəfdəyəm, oteldəyəm, heç öz evimizə də getməmişəm. Hımm, heç nə, sabah qardaş, səhər-səhər bu mənim maşınımın sənətlərində 1-2 dənə prablemlər olub, ona görə onları həll eliyəcəm, qardaş, tezdənnən. Tezdənnən onları həll eliyəcəm qardaş. Mən sənə deyəndə qardaş, zəhmət olmasa gedərsən, o şəxsiyyət vəsiqəni verərsən banka qardaş, ödənişi götürərsən. “WhatsApp Audio 2022-11-28 at 11.08.21 (1)” K1 – Ona demişəm, balamın canı, sabahlarım 2, 3 o pul oturmasa, onu gülləynən vurmasam mənnən namərdi yoxdu. “WhatsApp Audio 2022-11-28 at 11.08.21 (2)” K1 – Qaqaş, bi dənə mənnən səhər-səhər tezdən duran kimi mənnən əlaqə saxla. “WhatsApp Audio 2022-11-28 at 11.08.21” K1 – Deyir göndərmişəm, amma gəlib karta çıxmıyıb hələ. Bu nətər olur?! Mənim başım çıxmır. “WhatsApp Audio 2022-11-28 at 11.08.22 (1)” K1 – Bunu adam adama vaxtında deyər də Elxan. Sabah göndərərəm sənin pulun. “WhatsApp Audio 2022-11-28 at 11.08.22” K3 – Məllim, necəsüz, nə var nə yox? Seymurdu, narahat eliyən. Elxanın işiynən bağlı əmr verildi, ayın 5-i inşallah, işdədi. Arxeyin olun. “WhatsApp Audio 2022-11-28 at 11.08.23” K2 – Nəçə qramdı ki? Yəni qızıl ən azı 66, 56 manatdı, şey, adi qızıl. O birisi italiyan lap bahadı, yetmiş neçə manatdı. Yəni ki, ucuz satma da. Rəyə əsasən ekspertizaya təqdim olunmuş 1 ədəd «Gold» markalı DVD diskdə olan mübahisəli fonoqramlardakı danışıqların məzmunu tədqiqi hissədə verilmiş yazılı mətnlərdən ibarətdir. Ekspertizaya təqdim olunmuş 1 ədəd «Gold» markalı DVD diskdə olan mübahisəli fonoqramlardakı danışıqların tədqiqi hissədə verilmiş yazılı mətnlərində «K1» kimi işarə olunmuş diktorun səsi və nitqi - Təqsirləndirilən şəxs məxsusdur (cild 4, iş vərəqi 105-109). Azərbaycan Respublikası DİN Baş Əməliyyat və Statistik İnformasiya idarəsindən daxil olmuş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur (cild 2, iş vərəqi 113-114). Məhkəmə iclasında Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək müdafiəsi üçün dəlillər gətirmədi. Məhkəmə kollegiyası yuxarıda qeyd olunan sübutlara və Azərbaycan Respublikası cinayət qanunvericiliyinin tələblərinə əsasən bu nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl düzgün tövsif edilmişdir, həmin əməl qəsdən törədilmiş, başa çatmış cinayətdir, təsnifatına görə ağır cinayətlər kateqoriyasına aiddir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.4cü maddəsinə əsasən, qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi on iki ildən artıq olmayan əməllər ağır cinayətlər hesab olunur. Həmin Məcəllənin 25.2-ci maddəsinə əsasən, şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk etmiş, onun ictimai təhlükəli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, bu halda cinayət birbaşa qəsdlə törədilmiş hesab olunur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmədə Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə kollegiyası, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və təkzibedilməz sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini qəsdən törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir, onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə qanunla müəyyən edilmiş qaydada, azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs münasibətdə Azərbaycan Respublikası CM-nin 59-cu və 61-ci maddələrində nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə kollegiyası cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə cəzası ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələbinə görə, qəsdən törədilmiş ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir. Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsində görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Məhkəmə baxışı zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs istintaq orqanından yayındığına görə xx.xx.2022-ci il tarixdə onun tutulması və barəsində axtarış elan edilməsi haqqında qərar qəbul edilmiş, 23 noyabr 2022-ci il tarixdə o, saxlanılaraq istintaqa təqdim edilmiş, həmin tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri, Xətai rayon Məhkəməsinin 25 noyabr 2022-ci il tarixli qərarına əsasən barəsində həbs qətimkan tədbiri seçilmişdir. Həmçinin, Bakı Ağır Cinayətlər Məhkəməsinin hazırlıq iclasının qərarına əsasən Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmış və hal-hazıra qədər şəxs həbsdə saxlanılır. Məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs hazırkı iş üzrə həbsdə saxlanıldığı bütün müddət ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzası müddətinə daxil edilməklə, təyin olunmuş cəzanın başlanğıcı 23 noyabr 2022-ci il tarixdən hesablanmalıdır. Həmçinin, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. İş üzrə ibtidai araşdırma zamanı keçirilmiş ekspertiza tədqiqatı 200 (iki yüz) manat dəyərində qiymətləndirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.4-cü maddəsində ekspertə ödənilməli haqqlar məhkəmə məsrəflərinin bir növü kimi nəzərdə tutulmuşdur və həmin Məcəllənin 198.1-ci maddəsinə əsasən, həmin məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər. Bu səbəbdən, məhkəmə məsrəfləri hesab edilən 200 (iki yüz) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə köçürülməlidir. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli 222 №-li qərarına əsasən hər iş saatı üçün 6 manat hesabı ilə müdafiə xərcləri hesablanmalıdır. Cinayət işinə əlavə olunmuş 22 fevral 2023-cü il tarixli 002781 nömrəli orderə əsasən, iş məhkəməyə daxil olduqdan sonra hökmün çıxarıldığı tarixədək olan dövrdə məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs hüquqlarını dövlət büdcəsinin vəsaiti hesabına vəkil Müdafiəçi müdafiə etmişdir. Vəkil Müdafiəçi məhkəməyə təqdim etdiyi hesabata əsasən o, təqsirləndirilən şəxsin müdafiəsi ilə bağlı 99 saat vaxt sərf etmişdir. Lakin iş materialları nəzərdən keçirilən zaman həmin hesabatda göstərilən rəqəmlərin həqiqəti əks etdirmədiyi müəyyən edilmişdir. Bununla əlaqədar məhkəmə hesab edir ki, məhkəmə iclaslarının başlama və qurtarma vaxtlarını özündə əks etdirən protokollar və müdafiəçinin məhkəmə iclaslarına gəlib-getməsi ilə bağlı sərf etdiyi vaxt da nəzərə alınmaqla vəkil Müdafiəçi təqsirləndirilən şəxsin müdafiəsi ilə bağlı sərf etdiyi vaxt ümumlikdə 52 saat müəyyən edilməli və ona ödəniləcək 312 (üç yüz on iki) manat məbləğində pul vəsaiti Bakı şəhəri, 12 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Cinayət işi üzrə maddi sübutların olmaması, mülki iddia verilməməsi, əmlak üzərinə həbs qoyulmaması və xüsusi müsadirə üçün təklif edilən əmlakın olmaması nəzərə alınmalı, Zərərçəkmiş şəxs mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququ izah edilməlidır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344- 347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsində təqsirli bilinib, 7 (yeddi) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs təyin olunmuş cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Məhkəməyədək icraat və məhkəmə baxışı zamanı həbsdə saxlanıldığı bütün müddət cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 23 noyabr 2022-ci il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. İş üzrə məhkəmə məsrəfləri hesab edilən: - 200 (iki yüz) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə köçürülsün; - məhkəmə baxışı zamanı dövlət büdcəsinin vəsaiti hesabına təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etmiş vəkil Müdafiəçi ödəniləcək 312 (üç yüz on iki) manat məbləğində pul vəsaiti Bakı şəhəri, 12 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Cinayət işi üzrə maddi sübutların olmaması, mülki iddia verilməməsi, əmlak üzərinə həbs qoyulmaması və xüsusi müsadirə üçün təklif edilən əmlakın olmaması nəzərə alınsın. Zərərçəkmiş şəxs mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququ izah edilsin. Hökmdən elan olunduğu vaxtdan, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətinə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən hakim Eldar İsmayılov Hakimlər Cavid Hüseynov, Səbuhi Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar