Məhkəmə qərarları › İş №1(101)-207/2025

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-207/2025

24.09.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-207/2025 24.09.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Eldar Herov oğlunun sədrliyi ilə, hakimlər Hüseynov Cavid İbadulla oğlu və Hüseynov Səbuhi Sabir oğlundan ibarət tərkibdə, məhkəmə iclası katibi X3, dövlət ittihamçıları - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin böyük prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı2 və həmin idarənin prokurorları, ədliyyə müşaviri Dövlət ittihamçısı1 və İİ dərəcəli hüquqşünas Dövlət ittihamçısı3, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs1 nümayəndəsi - Bakı şəhəri, “SİRİUS” Vəkil Bürosunun vəkili Nümayəndə, Təqsirləndirilən şəxs, müdafiəçi - Bakı şəhəri, 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, 26 avqust 1969-cu ildə Bərdə rayonunun Kətəlparaq kəndində doğulmuş (FİN: xxxxxxx), Azərbaycan Respublikası vətəndaşı, evil, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Bərdə rayonu, Kətəlparaq kəndində qeydiyyatda olmaqla Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Südçülük sovxozu yaşayış massivində nömrəsiz fərdi evdə yaşamış, 17 oktyabr 2023cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri, Xəzər rayon Məhkəməsinin 19 oktyabr 2023-cü il tarixli qərarına əsasən barəsində həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.4, 182.3.2 və 320.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs bilə-bilə saxta sənədlərdən istifadə etmə, tamah niyyəti ilə etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə təkrar özgənin əmlakını ələ keçirib zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla dələduzluq və zərərçəkmiş şəxsin barəsində rüsvayedici məlumatları yayma hədəsi ilə külli miqdarda pulu hədə-qorxu ilə tələb etmə cinayət əməllərini törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxs haqqında rüsvayedici məlumatlar yayma hədəsi ilə tanışı Zərərçəkmiş şəxs1 onunla əvvəllər intim münasibətdə olduğunu videoya çəkdiyini inandırıb, həmin videogörüntüləri yaxın qohumlarına göstərəcəyi hədəsi ilə 2023-cü ilin mart ayının əvvəllərində sonuncudan 200000 manat nəğd pulu hədə-qorxu ilə tələb etmiş, 2023-cü ilin aprel ayından 2023-cü ilin iyul ayının sonlarınadək olan müddət ərzində Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi ərazisində Zərərçəkmiş şəxs1 istifadəsində olan iaşə obyektlərini icarəyə verdiyi şəxsləri kənarlaşdırıb özü razılaşaraq gətirdiyi digər şəxslərə icarəyə verməklə stomatoloji kimi fəaliyyət göstərən obyektdən 600 manat, meyvə-tərəvəz kimi fəaliyyət göstərən obyektdən 600 manat, geyim əşyaları mağazası kimi fəaliyyət göstərən obyektdən 600 manat, bərbərxana kimi fəaliyyət göstərən obyektdən 400 manat, daşınmaz əmlakın alqı-satqısı ofisi kimi fəaliyyət göstərən obyektdən 450 manat pulu, yəni əmlak xarakteri daşıyan icarə haqlarını tələb etməklə vahid niyyətlə əhatə olunmuş qəsdlə Zərərçəkmiş şəxs1 cəmi 2700 manat pulunu hədəqorxu ilə ələ keçirmişdir. Bundan başqa o, təkrar tamah niyyəti ilə özgənin əmlakını qanunsuz və əvəzsiz olaraq ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs2 aldadıb ona X5 məxsus Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Südçülük sovxozunda yerləşən 0,20 ha torpaq sahəsinin 0,02 ha hissəsini satacağını vəd etməklə 19 aprel 2023-cü il tarixdə Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi ərazisində yerləşən 31 saylı notariat kontorunun qarşısında 5400 manat pulunu alıb etibardan sui-istifadə və aldatma yolu ilə Zərərçəkmiş şəxs2 cəmi 5400 manat pulunu ələ keçirib xeyli miqdarda ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Bundan başqa o, təkrar tamah niyyəti ilə özgənin əmlakını qanunsuz və əvəzsiz olaraq ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs3 aldadıb məlum olmayan şəxs tərəfindən saxtalaşdırılmış Abşeron rayon İcra Hakimiyyətinin 28 avqust 2000-ci il tarixli 171 №-li sərəncamı, Hövsan Südçülük sovxozu həmkarlar komitəsinin 08 dekabr 2000-ci il tarixli 21 №-li protokoluna əsasən Abşeron rayon Hövsan Südçülük sovxozu üzrə Zərərçəkmiş şəxs3 fərdi ev tikmək üçün 0,02 ha torpaq sahəsinin ayrılması barədə 09 dekabr 2000-ci il tarixli 16 nömrəli əmrdən çıxarış və Abşeron rayon İcra Hakimiyyətinin 28 yanvar 1998-ci il tarixli 40 №-li məktubu və islahat komissiyasının 1997-ci il tarixli 03 №-li protokoluna əsasən X6 0,04 ha torpaq sahəsinin ayrılması barədə 25 dekabr 1998-ci il tarixli 28 №-li əmrdən çıxarışın saxta olduqlarını bilə-bilə qeyd olunan sənədlərdən istifadə etməklə Zərərçəkmiş şəxs3 təqdim edib, ona Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Hövsan Südçülük sovxozunda yerləşən 0,035 ha torpaq sahəsini satacağını vəd etməklə 07 fevral 2023-cü il tarixdən 2023-cü ilin avqust ayının əvvəllərinədək olan müddət ərzində müxtəlif tarixlərdə və ünvanlarda, sonuncu dəfə isə Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi ərazisində yerləşən Binə məscidinin yaxınlığında 300 manat pulunu alıb etibardan sui-istifadə etmə və aldatma yolu ilə vahid niyyətlə əhatə olunmuş qəsdlə Zərərçəkmiş şəxs3 cəmi 5000 manat pulunu ələ keçirərək təkrar dələduzluq etmişdir. Məhkəmə iclasında dindirilmiş Təqsirləndirilən şəxs elan olunmuş ittihamlar üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs1 ilə münasibətləri çox yaxşı olmuşdur. Zərərçəkmiş şəxs1 onun barəsində söylədikləri doğru deyildir. Gülzarın heç bir manat da pulu olmamışdır. O, özü Binədə torpağı 13500 manata alaraq 22500 manata satmışdır. Həmçinin, Zərərçəkmiş şəxs1 ilə arasında intim münasibətləri olmamış, onlar bacı-qardaş münasibətində olmuşlar. Həmçinin, cinayət işi üzrə zərərçəkmiş şəxs kimi tanınan Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 ilə bağlı epizodları və bununla əlaqədar ona qarşı irəli sürülmüş ittihamları da qəbul etmir. İfadələri arasında ziddiyyətlər olduğundan məhkəmə iclasında təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadəsi tədqiq olunmuşdur. Həmin ifadəsində Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2, 178.2.4, 182.3.2 və 320.2-ci maddələri ilə elan edilmiş ittihamlar üzrə özünü təqsirli bilməyərək göstərmişdir ki, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 yazdığı ərizələrlə tanış olmuşdur. Zərərçəkmiş şəxs1 ilə 2017-ci il tarixdə tanış olmuş, 2023-cü ilin mart ayına kimi münasibətləri yaxşı olmuşdur. İlk olaraq onun Binə qəsəbəsində yerləşən obyektini icarəyə götürüb dəmirçi işləri ilə məşğul olmuş, sonradan Gülzar onun qoçaq olduğunu görüb ona məxsus obyektlərin tikinti və təmirinə nəzarət etməyi xahiş etmişdir. Həm də onun Binə qəsəbəsində inşa edilmiş fərdi yaşayış evinin bağında müəyyən işlər görmüşdür. Gülzar tərəfindən ona verilmiş işlərin öhdəsindən gəldiyini görüb Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsində olan torpaq sahəsində obyektlər tikməyini xahiş etmiş, həmin obyektlərin tikintisində istifadə edilən tikinti materiallarının pullarını və ustaların zəhmət haqlarının hamısını Gülzar vermişdir. Bildirmişdir ki, "SOKAR" neft şirkətinin ərazisində tikilən yerlər onun maddi vəsaiti hesabına tikilmiş, bu səbəbdən "SOKAR" neft şirkəti onu məhkəməyə vermişdir. Məhkəmə həmin yerlərin sökülməsi ilə bağlı qərar çıxarmış, bundan sonra məhkəmə icraçıları məhkəmə qərarını icra etmək üçün, yəni tərəfindən maddi vəsaiti hesabına tikilmiş yerləri sökmək üçün həmin yerə gəlmiş, o da, arvadı Südabəni çağırmış, Südabənin şəhid ailəsi olması səbəbindən icraçılar sökməmişlər. Gülzar da bundan sonra qarşılığını verəcəyini demişdir. Gülzar sonradan sözünü tutmamış, bu səbəbdən onların arasında narazılıq yaranmışdır. Belə ki, o, Gülzardan pul tələb etməyə başlamışdır. Çünki bütün obyektlərin tikintisində və təmirində onun nəzarətçi kimi rolu olmuşdur. Gülzar isə bunun müqabilində ona çox az zəhmət haqqı vermişdir. Gülzar ilə bir müddət sevgi münasibətləri də olmuş, buna görə də ona inanmışdır ki, gördüyü işləri dəyərləndirib ona da bir gün ağlayacaqdır. Gülzar isə ona xırda bir obyekt vermiş və evinin tikintisində cüzi kömək etmişdir. Bütün bunlar onu qıcıqlandırdığı üçün Gülzarı hədələməyə başlamışdır. Əslində telefonunda onun heç bir görüntüsü olmasa da, yalandan demişdir ki, intim münasibətlərini çəkmişdir və bunları onun ailə üzvlərinə göstərəcəkdir. Bunu ona görə demişdir ki, özünün ona elədiklərini dəyərləndirsin. Təqsirləndirilən şəxs istintaqa verdiyi ifadəsində həmçinin bildirmişdir ki, Zərərçəkmiş şəxs2 Gülzara məxsus torpaq sahəsini satmışdır. Əvvəlcə Gülzar buna özü icazə vermiş, sonradan isə razı olmadığını görmüşdür. 2023-cü ilin aprel ayında ona başqa torpaq sahəsinin sənədini göstərib, Gülzara məxsus Bakı şəhəri, Suraxanı rayonu, Binə qəsəbəsində yerləşən 2 sot torpaq sahəsini 5000 manata satmışdır. Bundan əlavə Elmin 400 manatı Rizvan adlı ev alqı-satqısı işləri ilə məşğul olan şəxsə vermişdir. O, 5000 manat puldan 100 manat notariat kontorunda rüsum ödəmiş, əldə etdiyi pul ilə torpaq sahəsinə mişar daşları ilə hasar çəkmişdir. Həmin hasarın çəkilməsində onların razılığı olmuşdur. O, ifadəsinə əlavə olaraq bildirmişdir ki, həqiqətən son bir neçə aydır özünün qoyduğu icarədarların pulunu o, alır. Qeyd etmişdir ki, onlar obyektləri tikəndə Gülzar şərik olduqlarını, həm də xidmət göstərdiyi üçün ona əlavə pul verəcəyini bildirmiş, lakin sonradan vədinə əməl etməmişdir. Təqsirləndirilən şəxs ifadəsinə görə, o, arvadı X4 adına olan Bakı şəhəri, Binə südçülük Sovxozunda yerləşən 4 sot torpaq sahəsinin 1 sotunu Nurqələmin vasitəsilə tanışı Təravətə satmış, həmin 4 sot torpaq sahəsini təxminən 1 il bundan qabaq Nizam adlı ev alqı-satqısı işləri ilə məşğul olan şəxsdən 1700 manata almışdır. O, 4 sot torpaq sahəsinin satılmasını Nizam da daxil olmaqla bir neçə maklerə tapşırmış, 2023-cü ilin fevral ayında Nizam ona zəng vurmuş, ona satılmasını tapşırdığı torpaq sahəsinin 1 sotuna müştəri tapdığını bildirmiş, 1000 manata razılaşdığını və 300 manat beh aldığını demişdir. Nizamın torpaq sahəsini ucuz satmasını görüb, ona hansı səbəbə ondan icasəiz bunu etdiyini soruşmuş, o isə, 1000 manata razılaşdığını, ağzından söz çıxdığını və 300 manat beh aldığını bildirmişdir. O da, Nizamı pis vəziyyətə qoymamaq üçün onunla razılaşmış, bundan sonra o, Nurqələm ilə görüşmüş, torpağı Nizamın ucuz satmasına baxmayaraq etiraz etmədiyini bildirmiş, həmin gün 700 manat alıb, Nurqələmin tanışı Təravətə 1 sot torpaq sahəsinin satılması ilə bağlı Binə qəsəbəsində fəaliyyət göstərən 31 saylı notariat kontorunda müqavilə bağlamışdır. Torpaq sahəsinin arvadı Südabənin adına olmasına baxmayaraq onun bu məsələlərə, yəni alqı-satqıya, torpağın satış qiymətinə heç bir aidiyyəti yoxdur. O, sadəcə torpaq sahəsi onun adına olduğu üçün notariusda iştirak etmişdir, Nurqələm 700 manatdan əlavə təxminən 300 manatdan çox olmayan məbləğdə torpağa görə pulu dəqiq xatırlamadığı karta köçürmə etmişdir. O da, Nurqələmə ancaq arvadı X4 adına olan çıxarışı vermiş, X1 adına verilmiş çıxarışdan məlumatı olmamışdır. Qeyd etmişdir ki, Nurqələmin həmin sənədi haradan əldə etməsini bilmir. Nurqələmin ondan 1 sot torpaq sahəsindən əlavə 2 sot torpaq sahəsi alması və bunun müqabilində 3000 manat pul verməsi barədə göstərdikləri yalandır, elə bir hal olmamışdır. O, həmişə pulunun olduğunu, sadəcə Gülzara kömək etdiyini qeyd etmişdir (cild 1, iş vərəqi 90-92, 126-128). Məhkəmə iclasında dindirilən Zərərçəkmiş şəxs1 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs onu hədələməklə, döyməklə, üzərinə bıçaq çəkməklə, əmlakını mənimsəməklə çox pis vəziyyətə qoymuşdur. O, Natiqi 2017-ci ildən tanıyır. Natiq əvvəlcə onun obyektlərindən birini icarəyə götürmək məqsədilə müraciət etmiş, iki il normal işləmiş, özünü yaxşı işçi kimi göstərmişdir. Daha sonra müəyyən işləri bacardığını söyləyərək ona kömək etməyə başlamışdır. Natiq onunla cinsi əlaqədə olduğu zaman çəkdiyi videogörüntüləri ailə üzvlərinə və digər şəxslərə göstərəcəyi ilə hədələyib ondan 200.000 manat pul tələb etmişdir. O, dəqiq olaraq bununla bağlı videonun Natiqdə olubolmadığını bilməmiş, sadəcə aralarında mübahisə olan zaman Natiq onu hədələyərək intim videosunun onda olduğunu yadına salmaqla sanki xəbərdarlıq etmişdir. 200.000 manat pulu verməyəcəyi təqdirdə onunla birlikdə intim münasibətdə olan vaxtlar çəkdiyi şəkilləri və videoları ailə üzvlərinə göstərəcəyi və paylaşacağı adı ilə onu hədələmişdir. Aralarında münaqişələr olmuş, Natiq dəfələrlə onu döymüşdür. Natiq onun oğluna səs yazıları ataraq 7 ildir ki, anası ilə münasibətlərinin olduğunu söyləmişdir. Əvvəllər Natiq ondan pul istədikdə, o, vermiş, Natiqin bütün tələbatlarını ödəmişdir. Daha sonra Natiq ondan oğlunun ona “Gelandewagen” markalı avtomobil almasını istəmişdir. Onu hamının yanında biabır etmiş, telefonda şəkilləri göstərmişdir. Sualları cavablandıran Zərərçəkmiş şəxs1 torpağın üzərində 240 m2 obyektinin olduğunu, onları icarəyə verdiyini, Təqsirləndirilən şəxslə münasibətlərinin 2021-ci ildən başladığını, onun verdiyi pul ilə Natiqin usta gətizdirib xırda obyektlər tikdirdiyini, Natiqin özünün isə heç bir iş görmədiyini, həmin tikintiyə ümumilikdə 100.000 manat pul xərclədiyini, tikinti materiallarının pulunu da əlavə olaraq ona verdiyini, Təqsirləndirilən şəxs ondan şantaj yolu ilə 200.000 manat pul tələb etdiyini, həmin məbləği bəzən 200.000 ABŞ dolları, sonradan isə 200.000 manat kimi istədiyini, Natiqin ona obyektlərin özünün olduğunu, həmin obyektlərin qiymətinin cəmi 500.000 manat etdiyini, həmin məbləğdən 200.000 manatı da ona verməli olduğunu söylədiyini, Natiqin əvvəllər obyektlərdən birinin icarədarı olduğunu, ona həm əmək haqqı, həm də əmək haqqından əlavə də pul verdiyini, Natiqin obyektlərin və torpaqların alınmasında rolu olmadığını, obyektlərin yerləşdiyi torpağın 20 sot olduğunu, məhkəmə qətnaməsi olan torpaq sahəsinin hazırda özünün istifadəsində olduğunu, Natiqin evinin tikintisi üçün 8500 manatlıq torpaq sahəsi, həmçinin evin dam örtüyünü vurmaq üçün 3500 manat pul verdiyini, son 3 ayın telefon yazışmalarını saxladığını, istintaqda qəbzləri, telefon yazışmalarını təqdim etdiyini, intim videolarını görmədiyini, Natiqlə əvvəllər münasibətlərinin olduğunu, Natiqin ona məxsus 4 sot torpağı Elmin və əsgər yoldaşının hər birinə 2 sot olmaqla satdığını, Natiqin obyektlərinin olmadığını, obyektləri özünün tikdirdiyini, Natiqin torpaqları olsa da, üzərində heç bir tikinti aparmadığını, özünün həmin torpaqlarda olan obyektlərə 22000 manat pul xərclədiyini, Natiqlə birlikdə tikinti materialları almağa getdiklərini, Qəbələdə ev tikdirdiyi zaman onun tikintisinə nəzarət etdiyi üçün Natiqə əmək haqqı verdiyini, “Socar” şirkəti onu məhkəməyə verdikdən sonra bu barədə məlumatı olduğunu, məktubu oxuduğunu, həmin məktubda Natiqin adının yazıldığını gördüyünü, Natiqin hamıya onu öz bacısı kimi təqdim etdiyini, hazırda Təqsirləndirilən şəxs şikayətçi olduğunu, dəymiş ziyanın ödənilməsini tələb etdiyini bildirmişdir. Məhkəmə iclasında dindirilən Zərərçəkmiş şəxs3 ifadəsində bildirmişdir ki, Binə qəsəbəsində torpaq sahəsi alıb ev inşa etdirmək üçün Natiqlə görüşüb danışmış, ona torpaq sahəsinə görə 5000 manat pul vermişdir. Natiq əlavə 2 sot torpaq sahəsi də təklif etmiş, bununla razılaşaraq danışıb əlavə pul vermişdir. Daha sonra orada yaşayan şəxslər həmin ərazidəki evlərin yolu olmadığını bildirdikdə, o da, təəccüblənərək buna etiraz etmişdir. Sualları cavablandıran Zərərçəkmiş şəxs3 özünün Şahid7 məxsus fermada işlədiyini, Nurqələmin onun tək qadın olduğunu bildiyi üçün pulu verməyə onunla birlikdə getdiyini, torpağın pulunu verdiyi zaman Natiqin yanında əlavə iki nəfərin də olduğunu, lakin həmin şəxsləri tanımadığını, pulu Natiqə Nurqələmin yanında verdiyini, Nurqələmdən əlavə taksi sürücüsünün də orada iştirak etdiyini, qalan pulu “MİLLİ ÖN” ödəniş terminalı vasitəsi hissə-hissə ilə ödədiyini, torpağın ona bələdiyyə sənədi ilə verildiyini, Natiqin onlara torpaq sahəsinin arvadının adına olduğunu bildirdiyini, ona verilmiş sənəddə olan tarixi xatırlamadığını, istintaqda verdiyi ifadəsini təstiq etdiyini, təqsirləndirilən şəxs tutulduqdan sonra vurulmuş ziyanın ona ödənildiyini, Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə iclasında dindirilən Zərərçəkmiş şəxs2 ifadəsində bildirmişdir ki, özünə torpaq sahəsi alıb ev tikmək istəmiş, bununla bağlı Binə qəsəbəsində maklerlər ona Natiqin torpaq satdığını bildirmiş və onu Natiqin yanına göndərmişlər. O, Natiqlə danışıb razılaşdıqdan sonra birlikdə notariusa getmiş, müqavilə bağlamış və pulunu verib torpağını almışdır. Təqsirləndirilən şəxsə qarşı heç bir şikayəti və tələbi yoxdur. Sualları cavablandıran Zərərçəkmiş şəxs2 2 sot torpağa görə Natiqə 4500 manat pul verdiyini, ibtidai istintaq zamanı həmin torpaqda 1000 manat dəyərində tikinti işləri apardığını bildirdiyini, Natiqin adına etibarnamə olduğunu, onlar torpağa baxan zaman kadastr idarəsinin nümayəndələrinin də gəldiyini, sonradan Zərərçəkmiş şəxs1 həmin torpağın özünə məxsus olduğunu söyləyərək birlikdə Natiqdən şikayət etməyi təklif etdiyini, lakin şikayət etmədiyini, onu müstəntiq özü çağırdığı üçün idarəyə getdiyini, savadı olmadığı üçün ona nə qədər zərər vurulması ilə bağlı heç bir fikri olmadığını, istintaq zamanı ona heç nə izah edilmədiyini, idarədə müstəntiqin ona torpağın Gülzar xanıma məxsus olduğunu söylədiyini, Zərərçəkmiş şəxs1 da bu faktı təsdiq etdiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərmişdir ki, o, Natiqi torpaqla bağlı Nizam adlı maklerin vasitəsi ilə tanımışdır. Belə ki, onunla fermada bir yerdə işlədiyi Təravət adlı qadın özünə torpaq almaq istədiyini ona bildirmiş, onlar da bu məqsədlə Binə qəsəbəsinə getmişlər. Orada Natiqlə görüşmüşlər və sonuncunun göstərdiyi torpağa baxmışlar. Onlar torpağı bəyənmiş, Natiqə 300 manat beh vermiş, daha sonra isə 1400 manat pul vermişdir. Ümumilikdə isə, həmin torpaq sahəsinə görə Natiqə hissə-hissə olmaqla 4700 manat, torpağa sənəd almaq üçün isə 300 manat pul vermişdir. Sualları cavablandıran Şahid7 istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini, pulu Natiqə özünün verdiyini, Natiqin onlara bir vərəqədən ibarədən çıxarış sənədi və etibarnamə verdiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid19 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək bildirmişdir ki, Zərərçəkmiş şəxs1 onun bibisi qızıdır, Təqsirləndirilən şəxs isə Gülzarın tikinti işlərinə nəzarət edən şəxs kimi tanıyır. Gülzar ona həmişə zəhmət haqqı kimi artıqlaması ilə pul ödəmişdir. Natiq özünə ev tikəndə Gülzar ona maddi köməklik etmiş, obyektləri icarəyə verəndə aldığı pullardan həmişə Natiqə vermişdir. Əvvəllər Gülzar ilə Natiqin münasibətləri yaxşı olsa da, sonradan pisləşmiş, Natiq heç bir səbəb olmadan Gülzardan pul tələb etməyə başlamışdır. Belə ki, telefonunda şəkillər olduğunu bildirərək həmin şəkli Gülzarın oğluna atacağını söyləmiş və Gülzarı hədələmişdir. Natiq Gülzara məxsus torpaq sahəsini satmış, Gülzara məxsus obyektlərdən icarədarları zorla çıxardıb özü yeni icarədarlar yerləşdirmiş və icarə pulunu özü almışdır. Gülzar ona öz iradlarını bildirəndə, telefonda olan görüntüləri ilə Gülzarı hədələmiş, onunla arasında baş verən münasibəti ailə üzvlərinə danışacağını demişdir. O, dəfələrlə Natiqlə görüşmüş və Gülzarı hədələməməyi xahiş etmişdir. Lakin buna baxmayaraq Natiq tikintisinə nəzarət etdiyi obyektlərin satılmasını və ona 200000-250000 ABŞ dolları arası pul ödənilməsini tələb etmişdir. Pulu verməyəcəyi təqdirdə Natiq Gülzarla olan intim münasibətini ailə üzvlərinə danışıb onu biabır edəcəyini demişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid14 ibtidai zamanı verdiyi ifadəsini təstiq edərək bildirmişdir ki, Gülzar onun qonşusudur, Gülzarın obyektlərinin birinin icarəçisi olmuş və həmin yerdə meyvə dükanı işlətmişdir. Təqsirləndirilən şəxs təxminən 6-7 ildir ki, Gülzara məxsus obyektlərin tikintisinə və təmirinə nəzarət edən şəxs kimi tanımışdır. O, obyektin icarəçisi kimi Gülzar xanıma arenda pulu vermişdir. Birinci dəfə pulu Natiqə vermiş, sonradan isə Gülzar xanım icarə pullarını ondan almışdır. Natiq Gülzarı özünün bacısı kimi təqdim etmişdir. Onun özü əvvəlcədən həmin dükanın Gülzar xanıma məxsus olduğunu bilmişdir. X8 arasında tez-tez mübahisə düşmüş, hətta onlar əlbəyaxa da olmuşlar. O, obyektlər olduğu ərazinin Gülzara məxsus olduğunu bilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid15 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, Təqsirləndirilən şəxs onun qaynatasıdır. İsmayıllı rayonu, Cülyan kəndində o, özünə məxsus 12 sot torpaq sahəsini satmaq istəmiş, bu barədə qaynatasına bunun üçün müştəri tapmasını söyləmişdir. Bir neçə gün sonra Natiq öz tanışı Gülzar ilə birlikdə İsmayıllı rayonuna gəlmiş, həmin vaxt o, Gülzarla tanış olmuşdur. Onlar birlikdə torpaq sahəsinə baxmış, Gülzar torpaq sahəsini bəyənmiş və 12 sot torpaq sahəsini 14000 manata almışdır. Gülzar və Natiq 1 gün onun evində qonaq olmuş, həmin vaxt Gülzar onun usta olduğunu və hazırda işsiz olduğunu bilmişdir. Gülzar onu Bakı şəhərinə, özünə məxsus obyektlərin tikintisi və təmirinə dəvət etmiş, o da, etiraz etməyib gəlmişdir. Daha sonra o, Binə qəsəbəsində olan obyektlərin tikintisində iştirak etmiş, həmin obyektlərin tikintisinə Natiq nəzarət etsə də, torpaq sahələri Gülzara məxsus olmuşdur. Tikinti üçün lazım olan materialları Gülzar almış, ustaların pulunu, Natiqin zəhmət haqqını da Gülzar ödəmişdir. Natiqin həmin obyektlərə heç bir şərikliyi olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid18 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək bildirmişdir ki, onlar Gülzar xanımla ailəvi dost olmuş, münasibətləri yaxşı olmuşdur. Natiqlə Gülzar pul üstündə dalaşmışlar. Gülzar Natiqin ona məxsus evi və torpağı satdığını, lakin pulunu vermədiyini bildirmişdir. Natiqin Gülzardan nə vaxtsa pul tələb etdiyini görməmiş, sadəcə bu barədə eşitmişdir. Natiq hətta onun nəvəsini də qapıdan qovmuşdur. Şahid18 ibtidai istintaq zamanı verdiyi ifadəsi məhkəmədə tədqiq edilmişdir. O, həmin ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs1 qızı Gülnarın azyaşlı övladlarına 2019-cu il tarixdən baxıçılıq etmişdir. Bildirmişdir ki, 2019-cu ilin yaz aylarında Gülzar ondan xahiş etmişdir ki, onunla birlikdə Binə qəsəbəsinə getsin. O da, etiraz etməyib onunla birlikdə Binə qəsəbəsinə getmişdir. Oraya Gülzarı ilk dəfə gördüyü Natiq adlı şəxs çağırmışdır. O, Gülzara məxsus obyekti icarəyə götürmək istəmiş, onlar 150 manata razılaşmışlar. Bundan sonra Natiq bir çox işlər görməyə başlamış, o, həm Gülzara məxsus obyektə nəzarət etmiş, həm də bağbanlıq etmişdir. Gülzar da bunun müqabilində Natiqə zəhmət haqqı vermişdir. Hal-hazırda Natiq özünə aid olmayan, lakin tikintisinə nəzarət edərək zəhmət haqqı aldığı obyektləri də onun da haqqını olduğunu deyərək, onu hədələyir və müxtəlif yollarla pul tələb edir. Elan olunmuş ifadə ilə bağlı sualları cavablandıran Şahid18 dindirmə protokolunda olan imzaların ona məxsus olduğunu, Gülzarla Natiqin pul üstündə mübahisə etdiklərini, hadisənin nə vaxt olduğunu xatırlamadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, işlətdiyi obyekti Natiqdən icarəyə götürmüş, bir ay icarə pulunu Natiqə vermiş, daha sonra isə təxminən 4-5 ay icarə haqqını Gülzara vermişdir. Gülzarla Natiqin arasında mübahisə olmuşdur. Natiq tikintidə palçıq da qarışdırmış, orada ağsaqqallıq da etmişdir. Natiq orada 3-4 il olar ki, tikinti işləri aparmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsliq edərək bildirmişdir ki, əvvəllər Zərərçəkmiş şəxs1 tanımamış, Natiqi isə təxminən 4 olar ki, tanıyır. Natiq Binə qəsəbəsində ona obyekt vermiş, o da, həmin obyekti icarə əsasında ev alqı-satqısı ofisi kimi işlətmişdir. Natiq həmin obyektin özünə məxsus olduğunu bildirmiş, o da, hər ay 150 manat olmaqla 2 ay Natiqə pul vermişdir. Sonradan Zərərçəkmiş şəxs1 ona zəng vurmuş və obyektin ona məxsus olduğunu bildirmişdir. O, əvvəlcə inanmasa da, maraqlandıqda həqiqətən də yerin Gülzara məxsus olduğunu, Natiqin isə tikilən obyektlərə nəzarət etdiyini ona demişlər. Bundan sonra Gülzar ilə müqavilə bağlamış və 3 ayın icarə pulunu Gülzara ödəmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində bildirmişdir ki, Zərərçəkmiş şəxs1 Binə qəsəbəsində obyekt tikdirmiş və Natiq də həmin obyektlərə nəzarət etmişdir. O, Təqsirləndirilən şəxs nəzarəti ilə tikilən bütün obyektlərin Gülzara məxsus olduğunu bilmişdir. Sonradan ev alqı-satqısı ilə məşğul olmaq üçün obyektlərdən birini icarəyə götürmək qərarına gəlmiş və bu məqsədilə ilk olaraq Natiqlə görüşmüşdür. Natiq həmin yerin Gülzara məxsus olduğunu, bütün obyektlərə özünün nəzarət etdiyini, icarə pullarını yığıb Gülzara verdiyini söyləmişdir. Təxminən bir il həmin obyektdə ev-alqı satqı işləri ilə məşğul olmuş, hər ay vaxtında 150 manatı Natiqə vermişdir. Gülzar 2023-cü ilin yayında ona zəng vuraraq aylıq icarə haqqını onun kart hesabına göndərməyi xahiş etmiş, o da, deyilən kimi son ayın 150 manat icarə pulunu Gülzarın kartına göndərmişdir. Bundan 2 gün sonra Natiq ona zəng vurub icarə haqqını istəmiş, o isə, pulu Gülzarın kartına göndərdiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid11 ifadəsində göstərmişdir ki, ev alqı-satqısı ilə məşğul olduğu yeri Natiqdən icarəyə götürmüş, icarə haqqı olan aylıq 150 manat pulu da Natiqə vermişdir. Həmin ərazidəki obyektlərin şəxsən tanımadığı Gülzar adlı qadına məxsus olduğunu, həmin obyektlərə Natiqin nəzarət etdiyini eşitmişdir. Təqsirləndirilən şəxs də bunu heç vaxt vaxt inkar etməmiş, yəni onlardan aylıq yığılan icarə haqqının obyektlərin sahibi olan Gülzara çatdığını demişdir. Təqsirləndirilən şəxs 2023-cü ilin yay aylarında heç bir səbəb olmadan onu işlədiyi yerdən çıxarmış, o da, etiraz etməyərək oradan çıxmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, o, Zərərçəkmiş şəxs1 və Təqsirləndirilən şəxs 4 ildən artıq müddətdir tanıyır. Onun hər ikisi ilə münasibətləri yaxşı olmuş, aralarında heç bir düşmənçilik və ədavət olmamışdır. O, Binə qəsəbəsində yerləşən obyekti 2019-cu ildə icarəyə götürmüş, həmin obyektdə həm mebel təmiri ilə məşğul olmuş, həm də mebel satmışdır. O, həmin obyekti icarəyə Natiqdən götürmüşdür. Lakin Natiq həmin obyektin Gülzara məxsus olduğunu bildirmiş, aylıq icarə haqqını Gülzarın kartına atacağını demişdir. Natiqin dediyi qaydada aylıq 300 manat pulu o, Gülzara məxsus karta köçürmüşdür. 2023-cü ilin ortalarında Natiq obyektin pulunu ona verməyi tələb etmiş, o da, yerin Gülzara məxsus olduğunu bildirərək həmişəki kimi onun kartına göndərəcəyini demişdir. Bu səbəbdən Natiq onunla uzun müddət davam edən münaqişələr yaratmış, lakin o, pulu həmişəki qaydada Gülzara məxsus karta göndərmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X11 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs ilə 25 ildən artıq müddətdir qeyri-rəsmi ər-arvad münasibətində yaşayır. Natiqin onun adına olan torpaq sahəsinin satılmasında o, formal iştirak etmişdir. Bu işlərlə həmişə Natiq məşğul olmuşdur. Natiq bir gün onu Binə qəsəbəsində notariusa aparmış, orada o, Binə qəsəbəsində adına olan 4 sot torpaq sahəsinin 1 sotunun Təravətə satılmasına etiraz etməməsi ilə bağlı ərizə yazmışdır. Eşitdiyinə görə, Natiq həmin torpaq sahəsini təxminən 700 manata satmışdır. O, heç bir alqı-satqı və digər sənədləşmə işlərində iştirak etməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid15 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, Təqsirləndirilən şəxs onun qaynatasıdır. 2018-ci ildə onun İsmayıllı rayonunda torpaq sahəsi olmuş, həmin torpağı satdığını Natiqə demişdir. Bir gün Natiq Gülzar adlı bir qadınla rayona gəlmiş, qadın həmin torpaq sahəsinə baxıb bəyənmiş və 12 sot torpaq sahəsini Gülzar 14.000 manata almışdır. Daha sonra Gülzar onun usta olduğunu bilib Bakıda özünə məxsus obyektlərdə tikinti və təmir işlərinə dəvət etmiş, o da, etiraz etməyib gəlmişdir. Binə qəsəbəsində olan obyektlərin tikintisində iştirak etmişdir. Həmin obyektlərin tikintisinə Natiq nəzarət etsə də, torpaq sahəsi Gülzara məxsus olmuş, həmçinin tikinti materiallarının pulunu da Gülzar vermişdir. Orada işlədiyi müddətdə Natiqin Gülzara hədə-qorxu gəldiyini eşitməmiş, həmçinin Gülzarın Natiqə pul verdiyini bilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid17 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək bildirmişdir ki, o, 2016-cı ildən Gülzarın evində xidmətçi kimi çalışır, həmin evdə də müvəqqəti yaşayır. 2017-ci ildən Təqsirləndirilən şəxs tanımış, Natiq Gülzar xanımın obyektlərinə iş icraçısı kimi gəlmişdir. Obyektlərin tikintisinə və təmirinə lazım olan pulları Gülzar vermişdir. X9 münasibətləri yaxşı olsa da, sonradan pul üstündə tez-tez mübahisələri, hətta bir-biri ilə dava etmələrini görmüşdür. Son zamanlar isə Natiqlə Gülzarın münasibətləri daha da pisləşmiş, Natiq Gülzardan 200.000 manat pul tələb etmişdir. Natiq söhbət zamanı Gülzarın onu işlətdiyini, lakin haqqını vermədiyini demiş və pul istəmiş, Gülzar isə Natiqə heç bir borcu olmadığını deyərək verməkdən imtina etmişdir. Natiq hətta bir dəfə Gülzarı döymüşdür. O, Natiqlə Gülzarın arasında yaxın münasibətlərin olub-olmamasını bilməmişdir. Lakin Natiq tutulmamışdan əvvəl onun telefonunda Gülzarın şəkli olduğunu bildirib, ona həmin şəkli göstərmiş, şəkil adi şəkil olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid13 ifadəsində göstərdi ki, o, 25 ildir Binədə həmin ərazidə yaşayır. Gülzarı “Çiçək” adı ilə tanımış, Natiqi isə 10 ildir ki, tanıyır. Həmin ərazidə Gülzarın torpaq sahəsi və obyektləri olmuş, lakin obyektlərin tikintisini Natiq aparmışdır. Onun həm Gülzar, həm də Natiqlə münasibətləri yaxşı olmuşdur. Oradakı obyektlərdən icarə pulunu kimin yığdığını bilməmiş, Natiqlə Gülzarın arasında narazılıq olduğundan məlumatsız olmuşdur. O, Gülzarın Natiqlə dava etdiyini və bir-birlərinə səs qaldırmalarını görməmişdir. İfadələri arasında ziddiyyətlər olduğundan məhkəmə iclasında şahidin istintaqa verdiyi ifadəsi tədqiq edilmişdir. Həmin ifadəsində Şahid13 göstərmişdir ki, o, Gülzarın adını “Çiçək” kimi bilmiş, ona da həmişə elə müraciət etmişdir. Gülzar onun qonşusudur, Təqsirləndirilən şəxs isə təxminən 6-7 il olar ki, tanıyır. Onun Gülzara məxsus obyektlərin tikintisinə və təmirinə nəzarət etdiyini eşitmişdir. O, Natiqin Binə qəsəbəsində tikilən obyektlərə nəzarət etməsini özündən də eşitmişdir. Natiq həm obyektlərin tikintisinə nəzarət etmiş, həm də müəyyən məsələlərlə bağlı işləri görmüşdür. Natiq özünü mühəndis kimi təqdim etmiş, böyük tikintilərə nəzarət etdiyini demişdir. O da, tanımadığı üçün ona inanmışdır. Natiq hal-hazırda Zərərçəkmiş şəxs1nm obyektlərinin təmir-tikinti işlərinə nəzarət etdiyini bildirmiş, həmişə Gülzar olmasa, həyatda çox çətinlik yaşayacağını demişdir. Belə ki, onun evinin tikilməsində, gündəlik həyatında, yəni maddi ehtiyaclarının ödənilməsində Gülzarın rolu onun üçün böyük olmuş, həmin yerlər hamısı Gülzara məxsus olsa da, ora Natiq nəzarət etmiş, gələn insanları özü qarşılamışdır. Bildirmişdir ki, son zamanlarda Natiqin dəfələrlə Gülzar ilə mübahisə etdiyinin, onu hədələdiyinin şahidi olmuşdur. Bu hadisələr 2023-cü əvvəllərindən başlamışdır. Dəfələrlə Natiqin söyüşünü eşitmiş, ona irad bildirərək həmin yerdə onun və digər qonşuların ailəsinin yaşadığını, etdiyi hərəkətlərin, yəni söyüş söyməyinin düzgün olmadığını demişdir. Natiq üzrxahlıq etsə də, yenə mütəmadi olaraq öz hərəkətlərini davam etdirib Gülzara qarşı hədəqorxularını davam etdirmişdir. Şahid ifadəsinə əlavə olaraq bildirmişdir ki, Natiq 2023-cü ilin yay aylarında onunla danışığı zamanı Binə qəsəbəsində Gülzara məxsus obyektlərin tikintisinə can qoyduğunu, lakin onun əziyyətinin dəyərləndirilmədiyini, onlardan zəhmət haqqını istədiyini, onların isə verməkdən imtina etdiyini demişdir. Natiq demişdir ki, nəyin bahasına olursa olsun, onlardan istədiyi məbləği alacaqdır. Qeyd etmişdir ki, Natiqin hər hansı məbləğdə pul istəməsinin şahidi olmamışdır (cild 2, iş vərəqi səh 62-64). Elan olunmuş ifadə ilə bağlı sualları cavablandıran Şahid13 dindirmə protokolundakı imzaların ona məxsus olduğunu, lakin həmin ifadəni oxumadan imzaladığını, elan olunmuş ifadəni təsdiq etmədiyini, ifadəni verəndə Natiqin tutulduğunu bilmədiyini, məhkəmədə verdiyi ifadəni təsdiq etdiyini bildirmişdir. Məhkəmə iclasında Şahid8 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olunmuşdur. Şahid8 həmin ifadəsində göstərmişdir ki, 2023-cü ilin mart ayından 2023-cü ilin sentyabr ayına kimi Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsində diş həkimi fəaliyyəti ilə məşğul olmuşdur. Həkimlik fəaliyyəti ilə məşğul olduğu yeri Təqsirləndirilən şəxs icarəyə götürmüşdür. Onlar aylıq 150 manata razılaşmışlar, hər ay icarə haqqını Natiqə vermişdir. Çünki Natiq özünü həmin obyektin sahibi kimi qələmə vermişdir. Orada işlədiyi dövrdə eşitmişdir ki, diş həkimliyi fəaliyyəti ilə məşğul olduğu obyekt də daxil olmaqla həmin yerdə yerləşən digər yerlər əslində Natiqə deyil, Gülzar adlı qadına məxsusdur. Lakin Gülzarı görməmiş, onunla heç bir münasibəti olmamışdır. Təxminən 2023-cü ilin sentyabr ayında ilk dəfə Gülzarı görmüş, o, həmin yerlərin ona məxsus olduğunu bildirmiş, ona kart göndərmiş, icarə haqqını ona verməyini istəmişdir. O da, mübahisəli yer olduğunu görüb oradan çıxmaq qərarına gəlmiş və əşyalarını götürüb həmin yerdən çıxmışdır (cild 2, iş vərəqi 10-12). Məhkəmə iclasında Şahid9 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olunmuşdur. Şahid9 həmin ifadəsində göstərmişdir ki, «Vaz 2107» markalı ** BB *** dövlət qeydiyyat nişanlı avtomobil ilə taksi fəaliyyəti ilə məşğul olur. Şahid7 müştəri kimi tanıyır. O, Nurqələmlə və Təravətlə birlikdə Binə qəsəbəsində torpaq alınmasında iştirak etmişdir. Həmin torpaq sahəsi Təravətə alınmalı imiş. Onlar ora gedəndə ilk olaraq Nizam ilə tanış olmuşlar, sonuncu özünü ev alqı-satqısı işləri ilə məşğul olan şəxs kimi təqdim etmiş, 1,5 sot torpaq sahəsini 1700 manata satdığını bildirmişdir. Həmin gün onun yanında Nurqələm 300 manat beh kimi Nizama pul vermiş və Təravətin şəxsiyyət vəsiqəsinin surətini təqdim etmişdir ki, sənədləşmə işi aparılsm. Bir gün sonra onlar Nizam ilə görüşəndə onun yanında Natiq adlı şəxs də gəlmiş və həmin torpaq sahəsinin ona məsus olduğunu bildirmiş, torpağı Nizamın ucuz satdığını demişdir. Lakin sonda razılığa gəlmişlər, Natiq 1400 manat pulu alıb, Təravətin adına bağlanmış etibarnaməni təqdim etmişdir. Bir müddət sonra Natiq 2 sot da torpaq sahəsi satmış, həmin torpaq sahəsinə görə Nurqələm onun yanında 1000 manat, sonuncu isə 300 manat pul vermişdir. Sonuncu dəfə Binə qəsəbəsində Məscidə gedən yolda 300 manat pul verəndə Natiq alınmış torpaq sahəsinə aid 2 sənəd təqdim etmişdir. Həmin vaxt Təravət də yanında olmuş, Təravət hansı səbəbə iki sənəd verdiyini soruşmuş, Natiq sənədlərin hamıya bu şəkildə verdildiyini bildirmiş, şəhid torpağı olduğunu, heç nədən narahat olmamağı tövsiyyə etmişdir. Nurqələm eşitdiyinə görə qalan pulu Natiqin göndərdiyi karta köçürmə etmişdir (cild 2, iş vərəqi 34- 36). Məhkəmə iclasında Şahid12 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olunmuşdur. Şahid12 həmin ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsində ev alqı-satqısı işləri ilə məşğul olur. Təqsirləndirilən şəxs 10 ildən artıqdır tanıyır, onunla aralarında heç bir ədavət və düşmənçilik olmamışdır. Natiq 2023-cü ilin fevral ayında ondan xahiş etmişdir ki, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsində “Parniklər” adlanan yerdə ona məxsus torpaq sahəsini satmağa köməklik etsin. O da, etiraz etməmiş, Natiq torpaq sahəsinin 1 sotunu 1500 manata satdığını bildirmiş, bundan sonra torpağı satmaq üçün müştəri axtarmış, onu tanışlarının vasitəsilə tapan Nurqələm adlı şəxs 1 sot torpaq sahəsini öz tanışı Təravət adlı qadına almaq istədiyini demiş, o da, Natiqin satmaq istədiyi torpaq sahəsini təklif etmişdir. Onlar birlikdə torpaq sahəsinə baxmışlar. Onlar torpaq sahəsini bəyənmişlər və 1 sot almaq istədiklərini bildirmişlər. Həmin gün sərxoş olduğundan torpağın 1 sotunu Natiqin dediyi kimi 1500 manata yox, 1000 manata olduğunu bildirmiş, 300 manat beh almışdır. Bundan başqa sənədləşmə işi aparılması üçün X2 məxsus şəxsiyyət vəsiqəsini də götürmüşdür. Həmin gün Natiqlə görüşüb ona məxsus torpaq sahəsini 1000 manata satdığını demiş, Natiq isə buna hirslənmiş və ucuz satmağını ona irad bildirmişdir. O isə, artıq gec olduğunu, 300 manat beh aldığını deyib Natiqi razı salmışdır. O, Təravətə məxsus şəxsiyyət vəsiqəsini torpağa aid sənədləşmə işi aparılması üçün Natiqə vermişdir. Bundan bir gün sonra, yəni 2023-cü ilin fevral ayının əvvələrində Natiqi torpaq almaq istəyən şəxslərlə tanış etmişdir. Sonradan onların arasında olan məsələlərdən məlumatı olmamışdır. O, ifadəsinə əlavə olaraq bildirmişdir ki, deyilənlər yalandır. Əgər Natiq torpağı ondan almışdırsa, təzədən onun satmağını xahiş etməsi məntiqsizdir. O, Binə qəsəbəsində yerləşən torpağı bir nəfər tanışından aldığını demişdir. Həmin şəxsin adını unutmuşdur və tanımır. Onu bir dəfə Natiqin yanında görmüş, Natiq ona bir neçə gün sonra yanında gördüyü adamın Binə qəsəbəsi, «Parnik» adlanan yerdə torpaq sahəsini satan adam olduğunu demişdir. Həmin vaxtdan sonra Natiqin dediyi şəxsi görməmişdir. Heç dəqiq olaraq Natiqin həmin torpağı ondan almasını da bilmir. Ola bilər ki, Natiq həmin torpağı ümumiyyətlə almamış, sadəcə olaraq saxta sənəd düzəldərək yerin ona məxsus olmasını demişdir (cild 2, iş vərəqi 57- 59). Məhkəmə iclasında Şahid16 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq edilmişdir. Şahid16 həmin ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs1 yazdığı ərizə ilə tanış olmuşdur. Zərərçəkmiş şəxs1nm barəsində şikayət etdiyi Təqsirləndirilən şəxs tanımır, heç vaxt rastlaşmamış, aralarında heç bir düşmənçilik və ədavət olmamışdır. Bildirmişdir ki, o, Zərərçəkmiş şəxs1 məxsus hal-hazırda "Oba" mağazalar şəbəkəsinə icarəyə verdiyi Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsində yerləşən torpaq sahəsində olan tikintisində və təmirində iştirak etmişdir. Həmin mağazanın təmiri üçün materialların pulunu və orada işləyən ustaların zəhmət haqqını Gülzar özü ödəmişdir. Orada hamı Gülzara hörmət etmişdir. Gülzar özünə məxsus həmin yerdə paralel yerləşən 12 sot torpaq sahəsinin içərisində gələcəkdə obyektlər tikdirəcəyini də demiş, həmin torpaq sahəsi də Gülzara məxsus olmuşdur (cild 1, iş vərəqi 108). Məhkəmə kollegiyası iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, ekspert rəylərini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, iş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli üzləşdirmə protokoluna əsasən, Şahid7 ilə Təqsirləndirilən şəxs arasında keçirilmiş həmin istintaq hərəkəti zamanı onlar ifadələrində qeyd etdikləri xüsusatları bir-birinin üzünə qarşı deyərək təsdiq etmişlər (cild 2, iş vərəqi 20-23). Cinayət işində olan xx.xx.2024-cü il tarixli üzləşdirmə protokoluna əsasən, həmin istintaq hərəkəti zamanı Zərərçəkmiş şəxs1 sərbəst ifadəsində göstərdiyi xüsusatları Təqsirləndirilən şəxs üzünə qarşı deməklə onu ifşa etmişdir (cild 2, iş vərəqi 80-86). İş materiallarında olan xx.xx.2024-cü il tarixli üzləşdirmə protokolundan görünür ki, Şahid12 ilə Təqsirləndirilən şəxs arasında keçirilmiş həmin istintaq hərəkəti zamanı onlar ifadələrində qeyd etdikləri xüsusatları bir-birinin üzünə qarşı deyərək təsdiq etmişlər (cild 1, iş vərəqi 87-89). İş üzrə keçirilmiş xx.xx.2024-cü il tarixli üzləşdirmə protokoluna əsasən, Şahid19 ilə Təqsirləndirilən şəxs arasında keçirilmiş həmin istintaq hərəkəti zamanı onlar sərbəst ifadələrində göstərdikləri xüsusatları bir-birinin üzünə qarşı təsdiq etmişlər (cild 2, iş vərəqi 119-123). İbtidai istintaq orqanının 30 yanvar 2024-cü il tarixli qərarı ilə Zərərçəkmiş şəxs1 könüllü olaraq təqdim etdiyi 3 ədəd disk, eləcə də Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi təqdim etdiyi 4 ədəd disk, həmçinin Təqsirləndirilən şəxs istifadə etdiyi 2 ədəd saxta sənəd hesab olunan çıxarış iş üzrə maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə olunmuşdur (cild 2, iş vərəqi 151-174). Sənədlərin məhkəmə-texniki ekspertizasının 24 yanvar 2024-cü il tarixli 4/1977- 5/1682 saylı rəyindən görünür ki:

1. Tədqiqata təqdim edilmiş Abşeron rayon Hövsan südçülük sovxozunun Zərərçəkmiş şəxs3 torpaq sahəsinin ayrılması barədə 09 dekabr 2000- ci il tarixli 16 nömrəli əmrdən çıxarışda olan möhür əksi birbaşa klişe ilə vurulmayıb, şırnaklı çap qurğusunda çap edilmişdir.

2. Tədqiqata təqdim edilmiş X6 torpaq sahəsinin ayrılması baradə 25 dekabr 1998-ci il tarixli 28 nömrəli əmrdən çıxarışın surətində olan möhür əksi elektrofotoqrafik çap qurğuda (surətçıxaran, lazer printer və s.) çap edilmişdir.

3. Tədqiqata təqdim edilmiş sənədlərdə olan möhür əkslərində "Azərbaycan Respublikası Abşeron Rayonu Hövsan südçülük sovxozunun Aqrar-islahat komissiyası” məzmunlu mətn vardır.

4. Tədqiqata təqdim edilmiş Abşeron rayon Hövsan südçülük sovxozunun Zərərçəkmiş şəxs3 torpaq sahəsinin ayrılması barədə 09 dekabr 2000-ci il tarixli 16 nömrəli əmrdən çıxarışda olan möhür əksi birbaşa klişe ilə vurulmadığından, X6 torpaq sahəsinin ayrılması barədə 25 dekabr 1998-ci il tarixli 28 nömrəli əmrdən çıxarışın surətində olan möhür əksi surət olduğu üçün həmin möhür əkslərinin müqayisəli tədqiqatı aparılmadı.

5. Ekspertizaya təqdim edilmiş Abşeron rayon Hövsan südçülük sovxozu üzrə X6 torpaq sahəsinin ayrılması barədə 25 dekabr 1998-ci il tarixli 28 nömrəli əmrdən çıxarışın kserosurətində "Sovxozun direktoru” qrafasındakı imzanın və Abşeron rayon Hövsan südçülük sovxozunun Zərərçəkmiş şəxs3 torpaq sahəsinin ayrılması barədə 09 dekabr 2000-ci il tarixli 16 nömrəli əmrdən çıxarışda "09 dekabr 2000-ci il” yazıları qarşısındakı imzanın Təqsirləndirilən şəxs tərəfindən icra olunub-olunmamasını tədqiqat prosesinin təsviri hissəsinin 5-ci bəndində göstərilən səbəblərə görə müəyyən etmək mümkün olmadı (cild 2, iş vərəqi 127-131). Cinayət işində olan diskə baxış keçirilməsi haqqında 17 oktyabr 2023-cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs1 könüllü olaraq təqdim etdiyi 3 ədəd diskə baxış keçirilmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, üzərində 01 yazısı qeyd olunmuş diskdə 3 ədəd fayl var. Track 01 yazısı qeyd olunmuş fayl açıldıqda məlum olur ki, Rzayev X13 Cabbarovanın oğlu Nəsimiyə səs göndərib, səs yazısı 01:30 dəqiqə davam edir. Səs yazısında Natiq Nəsimiyə bildirir ki, onun obyektləri işləsə, o da, dolanacaqdır, güzəranından, həyatından razılıq edir. Track 02 yazısı qeyd olunmuş fayl açıldıqda məlum olur ki, Natiqin oğlu nalayiq söyüşlərlə Zərərçəkmiş şəxs1 oğlu Nəsimini təhqir edir və təkidlə onu münaqişəyə çağırır, səs yazısı 01:02 dəqiqə davam edir. Track 03 yazısı qeyd olunmuş fayl açıldıqda məlum olur ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 səs göndərib. O, Gülzara hələlik ərinə bir söz demədiyini, düz qadındırsa, nə üçün intihar etməsini deyir, ardınca dialoqa çağırır, 250000 dollar borcunun olduğunu bildirir, dialoqa dəvət edir, yerin satılmasını və pulun bölünməsini təklif edir, dialoqa gəlməyəcəyi təqdirdə əri ilə, oğlu ilə danışacağı ilə hədələyir. Üzərində 02 yazısı qeyd olunmuş diskdə 2 ədəd video, 7 ədəd səs yazısı olmaqla, ümumilikdə 9 ədəd fayl var. AUD-20230815-WA0006 yazısı qeyd olunmuş fayl açıldıqda məlum olur ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 əri Akifin ünvanına çox ağır nalayiq söyüşlər söyür və hədə-qorxu gəlir, səs yazısı 1:04 dəqiqə davam edir. AUD-20230815-WA0007 yazısı qeyd olunmuş fayl açıldıqda məlum olur ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 əri Akifin ünvanına çox ağır nalayiq söyüşlər söyür və hədə-qorxu gəlir, onu sroka göndərməməsini deyir, səs yazısı 1:44 dəqiqə davam edir. AUD-20230815-WA0008 yazısı qeyd olunmuş fayl açıldıqda məlum olur ki, Rzayev X13 Cabbarovanın oğlu Nəsimiyə səs göndərib. Bildirir ki, tutular, ölər, qalar, əlinin haqqın heç kəs ala bilməz, kobud formada haqqını verəcəyini deyir. Başqa yerin sənədi ilə oba tikib verdiyini bildirir. Səs yazısı 0:30 saniyə davam edir. VİD- 20230115-WA0004 yazısı qeyd olunmuş fayl açıldıqda məlum olur ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 qarşı kobud davranması və şiddət göstərməsi lentə alınmışdır. Videogörüntü səssiz olmaqla 04:16 dəqiqə davam edir. VİD-20230115-WA0004 yazısı qeyd olunmuş fayl açıldıqda məlum olur ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 əri Akifi uca səslə nalayiq söyüşlərlə söyüb təhqir edir. Videogörüntü 01:30 dəqiqə davam edir. Digər 03 ədəd səs yazısında Təqsirləndirilən şəxs oğlu Zərərçəkmiş şəxs1 oğlu Nəsimini nalayiq söyüşlərlə təhqir edərək münaqişəyə, dava-dalaşa çağırır. Sonuncu səs yazısının isə təkrar olduğu məlum olur. Belə ki, həmin səs yazısında Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 səs göndərib, o, Gülzara hələlik ərinə bir söz demədiyini, düz qadındırsa, nə üçün intihar etməsini deyir, ardınca dialoqa çağırır, 250000 dollar borcunun olduğunu bildirir, dialoqa dəvət edir, yerin satılmasını və pulun bölünməsini təklif edir, dialoqa gəlməyəcəyi təqdirdə əri ilə, oğlu ilə danışacağı ilə hədələyir. Üzərində 03 yazısı qeyd olunmuş diskdə isə tikinti aparılması zamanı çəkilmiş videogörüntülər var. Bundan başqa qeyd olunan disklərdə iş üçün əhəmiyyət kəsb edəcək heç bir məlumat aşkar olunmamışdır (cild 1, iş vərəqi 33). Telefona baxış keçirilməsi haqqında 17 oktyabr 2023-cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs1 könüllü olaraq təqdim etdiyi özünə məxsus “İphone x” markalı mobil telefona baxış keçirilmiş və baxış zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs “whatsapp” vasitəsilə Zərərçəkmiş şəxs1 ailəsinə və oğluna intim video göndərəcəyi, evində problem yaradacağı barədə hədə-qorxu məzmunlu mesajlar yazmışdır. Qeyd olunan mesajlar çap olunaraq protokola əlavə edilmişdir (cild 1, iş vərəqi 34-38). Diskə baxış keçirilməsi haqqında 28 noyabr 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi könüllü olaraq təqdim etdiyi 4 ədəd diskə baxış keçirilmişdir. İlkin olaraq üzərində “dava” yazısı yazılmış diskə baxış keçirilmiş, məlum olmuşdur ki, diskin içərisində 11 ədəd video, bir ədəd isə foto şəkil vardır. Birinci video 02:02 dəqiqə davam edir. Video Zərərçəkmiş şəxs1 tərəfindən lentə alınmışdır. Gülzar Təqsirləndirilən şəxs rayon ərazisində abadlıq işləri görərkən lentə almışdır. O, çəkiliş apara-apara Natiqə «qardaşım» deyə müraciət edir və onun ünvanına təriflər yağdırır, Binəni də belə başladıqlarını bildirir və sonda ona da belə şeylərin qismət olmasını arzulayır. İkinci faylda Təqsirləndirilən şəxslə Zərərçəkmiş şəxs1 qol-qola girərək mehriban formada şəkil çəkdirmələri müəyyən edilmişdir. Üçüncü fayl videodur. Zərərçəkmiş şəxs1 ilə Təqsirləndirilən şəxs arasında yer üstündə mübahisə gedir. Gülzar onun mağazasına heç kimin mal vura bilməyəcəyini deyir, Natiq isə yeri boşaltmayacağını bildirir. Videogörüntü Təqsirləndirilən şəxs tərəfindən lentə alınmışdır və 04 dəqiqə 29 saniyə davam edir. Dördüncü fayl videodur və 32 saniyə davam edir. Təqsirləndirilən şəxs tərəfindən lentə alınmışdır, məlum olur ki, Təqsirləndirilən şəxs arvadı ilə Zərərçəkmiş şəxs1 arasında sözlə mübahisə gedir. Beşinci fayl videodur, 01 dəqiqə 15 saniyə davam edir. Təqsirləndirilən şəxs tərəfindən lentə alınmışdır. Zərərçəkmiş şəxs1 ilə Təqsirləndirilən şəxs arasında sözlə mübahisə gedir. Altıncı fayl videodur, 01 dəqiqə 24 saniyə davam edir, Təqsirləndirilən şəxs tərəfindən lentə alınmışdır. Zərərçəkmiş şəxs1 ilə Təqsirləndirilən şəxs arasında sözlə mübahisə gedir. Yeddinci fayl videodur, 19 saniyə davam edir, Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs ünvanına təhqiramiz sözlər işlədir. Səkkizinci fayl videodur, 14 saniyə davam edir, Təqsirləndirilən şəxs tərəfindən lentə alınmışdır. Zərərçəkmiş şəxs1 ilə Təqsirləndirilən şəxs arasında sözlə mübahisə gedir. Doqquzuncu faylı videodur, 01 dəqiqə 29 saniyə davam edir. Təqsirləndirilən şəxs tərəfindən lentə alınmışdır. Zərərçəkmiş şəxs1 ilə Təqsirləndirilən şəxs arasında sözlə mübahisə gedir. Onuncu fayl videodur, 18 saniyə davam edir. Təqsirləndirilən şəxs arvadı tərəfindən lentə alınmışdır. Çiçəyin dayısı qızı tərəfindən Təqsirləndirilən şəxs xəsarət aldığı deyilir, lakin görüntüdə xəsarət izi görünmür. On birinci fayl videodur, 0 saniyə davam edir, boğaz nahiyəsi lentə alınmışdır. On ikinci fayl videodur, 01 dəqiqə 23 saniyə davam edir. Tikinti aparılması əks olunur. Bundan sonra üzərində “səs” yazısı olan diskə baxış keçirildi. Məlum oldu ki, diskdə ümumilikdə 11 ədəd səs yazısı var. Səs yazılarının doqquz ədədi Zərərçəkmiş şəxs1 tərəfindən Təqsirləndirilən şəxs ünvanlanıb, mahiyyət etibarı ilə səs yazılarının hamısında Gülzar onlardan əl çəkməsini, onunla işlərinin olmamasını deyir. Bir səs yazısında Təqsirləndirilən şəxslə Zərərçəkmiş şəxs1 mübahisə edir, Natiq onun maaşını vermədiyini bildirir. Gülzar isə 150 manat verdiyini, telefon aldığını deyir. Digər səs yazısı isə Çinarə adlı qadınla Təqsirləndirilən şəxs arasında olan danışığın səs yazısıdır. Üzərlərində “nütöv” yazısı olan digər iki ədəd diskə baxış zamanı isə müəyyən edildi ki, həmin disklərdə tikinti aparılması ilə bağlı,eləcə də digər diskdə olan yazılar təkrar olaraq köçürülmüşdür (cild 2, iş vərəqi 15). Cinayət işinə əlavə olunmuş xx.xx.2024-cü il tarixli və xx.xx.2024-cü il tarixli ərizələrdən görünür ki, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs qarşı iddia tələbləri və şikayətləri yoxdur. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 03 fevral 2024-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri, Nərimanov rayon Məhkəməsinin xx.xx.2002-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 204.1-ci maddəsi ilə təqsirli bilinərək 5 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Nərimanov rayon Məhkəməsinin xx.xx.2004-cü il tarixli qərarı ilə cəzasının çəkilməmiş 2 il 5 ay 12 günü azadlığın məhdudlaşdırılması cəzası ilə əvəz olunmuşdur. Göründüyü kimi, hazırda Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxs hesab edilməlidir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamlar üzrə özünü təqsirli bilməyərək, Zərərçəkmiş şəxs1 ilə münasibətlərinin çox yaxşı olduğunu, Gülzarın onun barəsində söylədiklərinin doğru olmadığını, Gülzarın özünün heç bir manat da pulunun olmadığını, özü Binədə torpağı 13500 manata alaraq 22500 manata satdığını, Zərərçəkmiş şəxs1 ilə arasında intim münasibətlərinin olmadığını, onların bacı-qardaş münasibətində olduqlarını, iş üzrə zərərçəkmiş şəxs kimi tanınan Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 ilə bağlı epizodları və bununla əlaqədar ona qarşı irəli sürülmüş ittihamları da qəbul etmədiyini bildirib müdafiəsi üçün dəlillər gətirdi. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» 24 dekabr 2021-ci il tarixli Qərarının 33-cü bəndində məhkəmələrə tövsiyyə edilir ki, hökmün təsviri-əsaslandırıcı hissəsində təqsirləndirilən şəxsin ona verilən ittihama münasibəti öz əksini tapmalı, onun özünü müdafiə məqsədilə gətirdiyi dəlillərə qiymət verilməlidir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Məhkəmə kollegiyası təqsirləndirilən şəxsin gətirdiyi həmin dəlillərlə bağlı qeyd etməyi lazım bilir ki, Təqsirləndirilən şəxs hazırkı iş üzrə ona verilmiş ittihamları qəbul etməsə də, onun Zərərçəkmiş şəxs1 barəsində rüsvayedici məlumatları yayma hədəsi ilə külli miqdarda pulu hədə-qorxu ilə tələb etmə, həmçinin bilə-bilə saxta sənədlərdən istifadə etmə, tamah niyyəti ilə etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə təkrar zərərçəkmiş şəxsə ziyan vurmaqla və xeyli miqdarda ziyan vurmaqla dələduzluq cinayətlərini törədilməsində təqsiri ibtidai istintaq zamanı verdiyi qismən etirafedici ifadələri ilə yanaşı, iş üzrə zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs2 ifadələri, iş üzrə dindirilmiş çoxsaylı şahid ifadələri, həmçinin məhkəmədə tədqiq edilmiş üzləşdirmə protokolları ilə, Zərərçəkmiş şəxs1 könüllü olaraq istintaq orqanına təqdim etdiyi və məhkəmədə tədqiq olunmuş 3 ədəd diskə köçürülmüş səs yazıları və votsap yazışmaları ilə, maddi sübutlar və ekspertiza rəyləri ilə, həmçinin işdə olan və məhkəmədə tədqiq edilmiş digər sübutlarla tam təsdiq olunur. Bu səbəbdən məhkəmə kollegiyası təqsirləndirilən şəxsin məhkəmədə gətirdiyi dəlilləri məsuliyyətdən yayınmaq üçün seçilmiş müdafiə taktikası kimi qiymətləndirir. Təqsirləndirilən şəxs müdafiəçisi tərəfindən istintaq orqanına təqdim edilmiş və məhkəmədə tədqiq olunmuş 4 ədəd disklərlə bağlı qeyd edilməlidir ki, həmin disklərə köçürülmüş səs yazıları və videogörüntülər torpaq sahəsində müxtəlif tikinti-təmir işlərinin aparılması, bu işlərin görülməsində Təqsirləndirilən şəxs iştirak etməsi, əvvəllər münasibətlərdə gərginliyin olmaması, sonradan təqsirləndirilən şəxslə zərərçəkmiş şəxs arasında mübahisələrin yaranmasını təsdiq edir. Bununla əlaqədar məhkəmə kollegiyası hesab edir ki, qeyd edilən səs yazılarında və videogörüntülərdə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxs Gülzar Rzayeva barəsində rüsvayedici məlumatları yayma hədəsi ilə onun külli miqdarda pulunu hədə-qorxu ilə tələb etmə cinayətinin törədilməsində təqsirsizliyini təsdiq edə biləcək hər hansı hal mövcud deyildir. Qeyd olunanlara və Azərbaycan Respublikası cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin törətdiyi əməllər düzgün tövsif edilmişdir, həmin əməllər qəsdən törədilmiş, başa çatmış cinayətlərdir. Təsnifatına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.2-ci maddəsi ilə olan əməl böyük icttmai təhlükə törətməyən cinayət, Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4cü maddələrində nəzərdə tutulmuş əməllər az ağır, Cinayət Məcəlləsinin 182.3.2-ci maddəsi ilə nəzərdə tutulan əməllər isə xüsusilə ağır cinayətlər kateqoriyasına aiddir. Belə ki, Cinayət Məcəlləsinin 15.2-ci maddəsinə əsasən, qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza nəzərdə tutulmuş əməllər, yaxud qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi iki ildən artıq olmayan əməllər böyük ictimai təhlükə törətməyən cinayətlər, 15.3-cü maddəsinə qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi yeddi ildən artıq olmayan əməllər az ağır cinayətlər, həmin Məcəllənin 15.5-ci maddəsinə uyğun olaraq, bu Məcəllə ilə qəsdən törədilməsinə görə on iki ildən artıq azadlıqdan məhrum etmə cəzası və ya daha ağır cəza nəzərdə tutulmuş əməllər xüsusilə ağır cinayətlər hesab olunur. Həmin Məcəllənin 25.2-ci maddəsinə əsasən, şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk etmiş, onun ictimai təhlükəli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, bu halda cinayət birbaşa qəsdlə törədilmiş hesab olunur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmədə Təqsirləndirilən şəxs əməllərinin cinayət olmasını aradan qaldıran hallar, Cinayət Məcəlləsinin 178.2.2, 178.2.4 və 182.3.2-ci maddələri ilə cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən edilməmişdir. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi ilə bağlı məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, məhkəmə iclasında Təqsirləndirilən şəxs bilə-bilə saxta sənədlərdən istifadə etmə, tamah niyyəti ilə etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə təkrar özgənin əmlakını ələ keçirib zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla dələduzluq və zərərçəkmiş şəxsin barəsində rüsvayedici məlumatları yayma hədəsi ilə külli miqdarda pulu hədə-qorxu ilə tələb etmə cinayət əməllərini törətməsi öz təsdiqini tapmışdır. Yəni, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.4 və 182.3.2-ci maddələri ilə yanaşı, Cinayət Məcəlləsinin 320.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini də qəsdən törətməsi tam sübuta yetirilmişdir. Qüvvədə olan cinayət qanunvericiliyinə əsasən, qeyd edilən əməl böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyasına aiddir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 75.1.1-ci maddəsinə əsasən, böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyasına aid cinayət törətmiş şəxs cinayətin törədildiyi gündən iki il keçdikdə cinayət məsuliyyətinə cəlb edilə bilməz. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.3-cü maddəsinə əsasən, cinayət məsuliyyətinə cəlbetmə müddətlərinin keçməsi cinayət təqibini istisna edən hallardan biridir və belə hallarda, cinayət təqibi başlana bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir. Həmin Məcəllənin 44.2.1-ci maddəsinin tələblərinə görə, bəraət hökmü və ya cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarılması üçün bu Məcəllənin 42 və 43-cü maddələrində göstərilən əsaslar mövcud olmadıqda, məhkəmə CPM-nin 39.1.3-cü maddəsində nəzərdə tutulmuş halda təqsirləndirilən şəxsə cəza təyin etməməklə ittiham hökmü çıxarır. Qeyd olunanları ümumiləşdirən məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək barəsində ittiham hökmü çıxarılmalı, lakin cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən ona həmin maddə ilə cəza təyin edilməməlidir. Beləliklə, məhkəmə kollegiyası, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və təkzibedilməz sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.4, 182.3.2 və 320.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini qəsdən törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməllərini törətməkdə təqsirlidir, onun cinayət məsuliyyətindən azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.2.2, 178.2.4 və 182.3.2-ci maddələri ilə qanunla müəyyən edilmiş qaydada, azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, həmçinin Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 320.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli, lakin cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən ona həmin maddə ilə cəza təyin edilməməlidir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.14-cü maddəsinə əsasən cinayət nəticəsində vurulmuş maddi ziyanın qismən ödənilməsini Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal kimi nəzərə alır, Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddələr üzrə ayrı-ayrılıqda cəza təyin edilməli, həmin cəzalar Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən qismən toplanılmaqla qəti cəza təyin olunmalıdır. Məhkəmədə həmçinin müəyyən edildi ki, Təqsirləndirilən şəxs hazırkı iş üzrə 17 oktyabr 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, 19 oktyabr 2023-cü il tarixdə Bakı şəhəri, Xəzər rayon Məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin 06 mart 2024-cü il tarixli qərarı ilə qətimkan tədbiri dəyişdirilmədən saxlanılmış və Təqsirləndirilən şəxs həmin tarixdən halhazıra qədər Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılır. Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsində görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Qeyd olunan müddəlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat və məhkəmə baxışı zamanı həbsdə saxlanıldığı müddət ona təyin olunmuş cəza müddətinə daxil edilməli, ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 17 oktyabr 2023-cü il tarixdən hesablanmalıdır. Cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə cəzası ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən, xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilmə yeri ciddi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir. Eyni zamanda məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Azərbaycan Respublikası CPM-nin 132.1.6-cı maddəsinin tələbinə görə isə, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Cinayət-prosessual qanunvericiliyinin qeyd olunan müddəalarına əsasən məhkəmə kollegiyası hesab edir ki, cinayət işi üzrə maddi sübutlar – Zərərçəkmiş şəxs1 istintaq orqanına təqdim etdiyi 3 ədəd disk, eləcə də Təqsirləndirilən şəxs müdafiəçisinin təqdim etdiyi 4 ədəd disk, həmçinin Təqsirləndirilən şəxs istifadə etdiyi 2 ədəd saxta sənəd hesab olunan çıxarış cinayət işində saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.4-cü maddəsində ekspertə ödənilməli haqqlar məhkəmə məsrəflərinin bir növü kimi nəzərdə tutulmuşdur və həmin Məcəllənin 198.1-ci maddəsinə əsasən, həmin məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər. Bu səbəbdən, məhkəmə məsrəfləri hesab edilən 170 (yüz yetmiş) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə köçürülməlidir. Cinayət işi üzrə mülki iddia verilməməsi, əmlak üzərinə həbs qoyulmaması və xüsusi müsadirə üçün təklif edilən əmlakın olmaması nəzərə alınmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə

H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.4, 182.3.2 və 320.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsində təqsirli bilinsin. Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə 3 (üç) il müddətə, Cinayət Məcəlləsinin 182.3.2-ci maddəsi ilə 10 (on) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən, təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 11 (on bir) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 75.1.1-ci maddəsinə əsasən, cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.2-ci maddəsi ilə cəza təyin olunmasın. Məhkəməyədək icraat və məhkəmə baxışı zamanı həbsdə saxlanıldığı bütün müddət cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 17 oktyabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. İş üzrə maddi sübutlar – Zərərçəkmiş şəxs1 istintaq orqanına təqdim etdiyi 3 ədəd disk, Təqsirləndirilən şəxs müdafiəçisinin təqdim etdiyi 4 ədəd disk, eləcə də Təqsirləndirilən şəxs istifadə etdiyi saxta sənəd hesab olunan iki ədəd çıxarış cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə məsrəfləri hesab edilən 170 (yüz yetmiş) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə köçürülsün. Cinayət işi üzrə mülki iddia verilməməsi, əmlak üzərinə həbs qoyulmaması və xüsusi müsadirə üçün təklif edilən əmlakın olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu vaxtdan, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.

Sədrlik edən hakim Eldar İsmayılov Hakimlər Cavid Hüseynov, Səbuhi Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar