Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-2070/2024 07.10.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Muxtarov Kamran Nüsrət oğlunun sədrliyi, X10 və X5 ibarət tərkibdə, məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində X3 üzrə Şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, təqsirləndirilən Təqsirləndirilən şəxs, müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx.xx.1984-cü il ildə Bakı şəhərində olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, məhkumluğu olmayan, fərdi əmək fəaliyyəti ilə məşğul olmuş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, həmin ünvanda faktiki yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilməklə hazırda Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcrixdanasmda saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs satış məqsədi və tamah niyyəti ilə qanunsuz olaraq külli miqdarda psixotrop maddə və xeyli miqdarda narkotik vasitə əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, o, istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə satış məqsədi və tamah niyyəti ilə qanunsuz olaraq külli miqdarda - 4,40 qram çəkidə “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”-in İİ siyahısına daxil olan psixotrop maddə metamfetamini və xeyli miqdarda - 16,19 qram çəkidə “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in İ siyahısına daxil olan narkotik vasitə qurudulmuş marixuananı əldə edib üzərində saxlamaqla Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Şəhər şossesində yerləşən “Opel Servis”in yaxınlığına daşımış, bu barədə daxil olmuş məlumat əsasında Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs 25 aprel 2024-cü il tarixdə saat 15:50-də yuxarıda qeyd edilən ünvanda saxlanılaraq Baş İdarəyə gətirilmiş və orada həmin gün saat 17:55-dən etibarən üzərində şəxsi axtarış və götürmə keçirilən zaman satış məqsədi və tamah niyyəti ilə qanunsuz olaraq əldə edib üzərində saxlamaqla qara rəngli şalvarının sağ yan cibində daşıdığı 01 ədəd bükümdə külli miqdarda - 4,40 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, 02 ədəd bükümdə ayrı-ayrılıqda çəkiləri 0,7 və 0,37 qram olmaqla eyni tərkibli kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana, həmçinin şalvarının sağ arxa cibində daşıdığı 01 ədəd bükümdə tərkibinə görə digərləri ilə eyni olan 15,12 qram çəkidə nakotik vasitə qurudulmuş marixuana olmaqla, ümumilikdə xeyli miqdarda - 16,19 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə elan ona edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, əvvəllər narkotik vasitələrin marixuana növündən istifadə etmişdir. Diş texniki vəzifəsində çalışır. Boş vaxtlarında isə “Bolt”-da taksi fəaliyyəti ilə məşğul olmuşdur. 25 aprel 2024-cü il tarixdə Zabrat qəsəbəsi, Şəhər şossesində yerləşən “Opel” Servisin yanında maşınına əyləşmişdir. Bu zaman bir nəfər şəxs ona yumruq zərbəsi vurmuşdur. Həmin vaxt telefonla danışdığı üçün zərbə nəticəsində telefonu sınmış, dişləri zədələnmişdir. Bundan sonra maşından düşmüşdür. Maşından düşdükdən sonra 2 nəfər şəxs ona yaxınlaşmış, ona heç nə demədən yerə yıxaraq qollarını qandallamışlar. Ona yaxınlaşan şəxslər ittiham aktında adları şahid kimi qeyd edilmiş şəxslər olmamışdır. Onu saxlayan şəxs xarici görünüşünə görə kök, təxminən onunla eyni boyda olan şəxs olmuşdur. Onu yumruqla vuran 1 nəfər 165 nömrəli göy rəngdə “Prius” idarə edən şəxs olmuşdur. Polis əməkdaşı ona yaxınlaşıb maşının qapısını açaraq maşının içərisindən nə isə çıxararaq “nəşəni tapdım” demişdir. Sonra onu maşına mindirib BMCMİ-ə aparmışlar. Onu həmin idarənin 306-cı otağına aparmışlar. İdarədə ona psixoloji təzyiqlər edərək narkotik vasitəni anasının, həyat yoldaşının üzərinə qoyacaqları ilə hədələmişlər. O, iki övladının olduğunu bildirərək narkotik vasitələri boynuna götürə bilməyəcəyini demişdir. Bundan sonra aşağı mərtəbəyə apararaq onu döymüşlər. Orada təzyiqlərə məruz qaldıqdan sonra metamfetamini boynuna almışdır. Yəni narkotikin heç biri ona məxsus olmamışdır. Bütün ifadələrini təzyiq altında imzalamışdır. Polis əmədaşları tərəfindən tutulduqdan sonra üzərində xəsarət olmuşdur. Kibercinyatəkarlıqla mübarizə bölməsində 3 gün saxlanılmışdır. Barəsində həbs qətimkan tədbiri seçilərkən onunla birlikdə 5 nəfər polis əməkdaşı getmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı vermiş olduğu 26 aprel 2024-cü il tarixli ifadəsində göstərmişdir ki, təxminən 3 ilə yaxındır ki, narkotik vasitə və psixotrop maddələrdən istifadə edir. Təxminən 06 ay bundan əvvəl “İnstaqram” sosial şəbəkəsində anket məlumatlarını bilmədiyi Adəm adlı İran islam Respublikası vətəndaşı ilə tanış olmuşdur. Həmin şəxslə bir müddət danışdıqdan sonra narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olduğunu ona demişdir. Bundan sonra tutulduğu günə kimi Adəm adlı şəxsdən 25-30 dəfə narkotik vasitə və psixotrop maddələr əldə etmişdir. Əldə etdiyi narkotik vasitələr və psixotrop maddələrin ünvanını Adəm ona “instaqram” sosial şəbəkəsində demişdir. Adəm adlı şəxslə olan mesajlarını mütəmadi olaraq silmişdir. Əldə etdiyi narkotik vasitələrin və psixotrop maddələrin pulunu Adəm adlı şəxsin ona dediyi kart hesabına “MilliÖn” aparatı vasitəsi ilə ödəmişdir. Sonucu dəfə 24 aprel 2024-cü il tarixdə Adəm adlı şəxsə “nəşə” kimi tanıdığı nakotik vasitə qurudulmuş marixuana və “patı" kimi tanıdığı psixotrop maddə metamfetamin istədiyini bildirmişdir. 25 aprel 2024-cü il tarixdə Adəm ona nakotik vasitə qurudulmuş marixuananın və psixotrop maddə metamfetamin olduğu yeri demişdir. Həmin yer Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə ərazisində yerləşirdi. Həmin maddələri almaq üçün Adəmin ona dediyi kart hesabına 130 manat pul ödəniş etmişdir. Həmin yerə tək gedərək nakotik vasitə qurudulmuş marixuana və psixotrop maddə metamfetamin olan bükümləri götürmüşdür. Həmin maddələrin onda olmasını heç kimə deməmiş, həmin maddələrdən heç kimə verməmiş və üstündə olmasından heç kimin xəbəri olmamışdır. 25 aprel 2024-cü il tarixdə saat 15:50-də Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Şəhər şossesində yerləşən “Opel”servisin yaxınlığında olan zaman ona iki nəfər mülki geyimdə olan şəxs yaxınlaşıb özlərini təqdim edib, xidməti vəsiqələrini göstərib Daxili işlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətlkarlıqla Mübarizə İdarəsinin əməkdaşları olduqlarını bildirmişlər. Polis əməkdaşları onda özünü təqdim etməyini xahiş etmişlər, özünü təqdim etdikdən sonra polis əməkdaşları onun narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib, barəsində qəbul edilmiş “Əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında” qərarla onu tanış etmişlər. Yalan danışmağın əhəmiyyət kəsb etmədiyini başa düşüb səmimi olaraq etiraf edib bildirmişdir ki, hazırda üzərində psixotrop maddə “patı” və narkotik vasitə “nəşə” vardır. Bundan sonra polis əməkdaşları onu polis idarəsinə dəvət etmişlər. Buna etiraz etməyib polis əməkdaşları ilə birlikdə Baş Mütəşəkkil Cinayətlkarlıqla Mübarizə İdarəsinə gətirilmişdir. Polis idarəsində hüquqlarının müdafiə edilməsi üçün müdafiəçi ilə təmin edilmiş və şübhəli şəxs qismində tutulmuşdur. Hüquq və vəzifələri izah olunmuşdur. Sonra üzərinə video çəkilişdən istifadə edilməklə şəxsi axtarış keçirilmişdir. Ona üzərində narkotik vasitə və ya psixotrop maddə varsa təqdim etməyi təklif edilmişdir. Bu təklifdən sonra əynində olan qara rəngli şalvarın sol yan cibindən 01 ədəd içərisində ***-***-**-** və ***-***-**-** saylı mobil nömrələr olan mobil telefonunu, həmin şalvarın sağ yan cibindən 03 ədəd şəffaf sellofan bükümləri və müxtəlif əskinazlardan ibarət ümumilikdə 133 manat pulu, həmin şalvarın arxa sağ cibindən isə 01 ədəd ağ rəngli sellofan bükümü masanın üzərinə qoymaqla təqdim etmişdir. Əynində olan şalvarın sağ yan cibindən təqdim etdiyi 03 ədəd şəffaf sellofan bükümlərin içərisinə baxış keçirilən zaman həmin bükümlərdən 02 ədədinin içərisində tünd yaşıl rəngli, spesifik iyə malik, narkotik vasitə qurudulmuş marixuananın, 01 ədədinin içərisində isə ağ rəngli, kristalik formalı, spesifik iyi olmayan psixotrop maddə metamfetaminin olması müşahidə edilmişdir. Əynində olan şalvarın arxa sağ cibindən təqdim etdiyi 01 ədəd ağ rəngli sellofan bükümün içərisində tünd yaşıl rəngli, spesifik iyə malik, narkotik vasitə qurudulmuş marixuananın olması müşahidə edilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini törətməsi özünün ifadəsindən başqa ibtidai araşdırma dövründə qanuni üsullarla toplanmış və hazırki məhkəmə iclasında tam, hərtərəfli və obyektiv şəkildə tədqiq edilmiş sübutlarla, yəni özünün istintaq zamanı verdiyi ifadələri, şahidlərin ifadələri, şəxsi axtarış və götürmə aparılması haqqında protokol, məhkəmə ekspertizasının rəyləri, maddi sübutlar və digər sənədlərlə tam təsdiq edilmişdir. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs barəsində narkotik vasitələrin, psixotrop maddələrin qanunsuz dövriyyəsini həyata keçirməsi barədə məlumat daxil olmuşdur. Məlumat əsasında Baş İdarənin rəhbərinə məruzə olunduqdan sonra şəxs barəsində qərar qəbul edilərək 25 aprel 2024-cü il tarixdə saat təxminən 3-4 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsində olması barədə məlumat əldə edilmişdir. Məlumatda Vüqarın dəqiq harada olması göstərilməsə də, məlumatda sonuncunun Sabunçu rayonu, Zabrat qəsəbəsi istiqamətində hərəkətdə olması göstərilmişdir. Şəxsin olması ehtimal olunan ünvana getdikdən sonra Təqsirləndirilən şəxs bənzər şəxsi görüb yaxınlaşmış və özlərini baş idarənin əməkdaşı kimi təqdim edib vəsiqələrini göstərmişlər. Vüqar həmin vaxt “Opel sevices” tərəfdə dayanmışdır. Özlərini təqdim etdikdən sonra şəxsin Təqsirləndirilən şəxs bilmiş və sonuncunu baş idarəyə dəvət etmişlər. əməliyyatda hal şahidi iştirak etməmişdir. Əməliyyat tədbirindən ondan başqa Abbaslı Anar adlı əməliyyatçı iştirak etmişdir. Sonra təhqiqatçının, vəkilin iştirakı ilə videoçəkiliş başlamışdır. Şəxsi axtarış zamanı öz üzərində olan narkotik vasitələri təqdim edərək özünün bildiyi qədər “nəşə” və “patı”nın olduğunu, “Adəm” adlı İran İslam Respublikasının vətəndaşından əldə etdiyini bildirmişdir. Daha sonra narkotik vasitələr qablaşdırılmış və möhürlənərək ekspertizaya göndərilmişdir. 25 aprel 2024-cü il tarixli raportdan görünür ki, etimad doğuran, məlum, qərəzsiz mənbədən daxil olmuş məlumatda “Vüqar” adlı şəxsin qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olması, satış məqsədilə külli miqdarda narkotik vasitə və psixotrop maddələr əldə edərək saxlaması və daşıması bildirilir. Müəyyən edilmişdir ki, “Vüqar” adlı şəxs xx.xx.1984-cü il ildə Bakı şəhərində olmuş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, həmin ünvanda faktiki yaşayan Təqsirləndirilən şəxsdur. (Cild 1 i.v. 4) 25 aprel 2024-cü il tarixli tutma protokolundan görünür ki, Təqsirləndirilən şəxs həmin gün BMCMİ-nin TŞ-nin təhqiqatçısı, polis kapitanı Cavanşir Mansirov tərəfindən şübhəli şəxs qismində tutulmuşdur. (Cild 1 i.v. 19) 27 aprel 2024-cü il tarixli Nərimanov Rayon Məhkəməsinin qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 04 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitəni şəxsi istifadəsi üçün 60 manata aldığını bildirmişdir. (Cild 1 i.v. 94-98) 25 aprel 2024-cü il tarixli şəxsi axtarış protokolundan görünür ki, şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs barəsində 25 aprel 2024-cü il il tarixdə saat 17:55də şəxsi axtarış və götürmə prosesi aparılmışdır. Şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində şəxsi axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs şəxsi axtarış və götürmənin videoçəkiliş vasitəsi ilə Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili, polis kapitanı X7 tərəfindən çəkiliş aparılacağı barədə məlumat verilmiş, şübhəli şəxs Təqsirləndirilən şəxs buna etiraz etmədiyini bildirdikdən sonra onu şəxsi axtarış və götürmə aparılması haqqında qərarla tanış edərək ona paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarın sol yan cibindən 01 ədəd içərisində ***-***-**-**, ***-***-**-** saylı mobil nömrələr olan mobil telefonu, həmin şalvarın sağ yan cibindən 03 ədəd şəffaf sellofan bükümləri və müxtəlif əskinazlardan ibarət ümumilikdə 133 manat pulu, həmin şalvarın arxa sağ cibindən isə 01 ədəd ağ rəngli sellofan bükümü təqdim etməklə masanın üzərinə qoymuşdur. Əynində olan şalvarın sağ yan cibindən təqdim etdiyi 03 ədəd şəffaf sellofan bükümlərin içərisinə baxış keçirilən zaman həmin bükümlərdən 02 ədədinin içərisində tünd yaşıl rəngli, spesifik iyə malik, narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlələrin, 01 ədədinin içərisində isə ağ rəngli, kristalik formalı, spesifik iyi olmayan psixotrop maddə metamfetaminə oxşar maddənin olması müşahidə edilmişdir. Təqsirləndirilən şəxs əynində olan şalvarın arxa sağ cibindən təqdim etdiyi 01 ədəd ağ rəngli sellofan bükümün içərisində tünd yaşıl rəngli, spesifik iyə malik, narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlənin olması müşahidə edilmişdir. Şifahi sorğu zamanı Vüqar Orucov təqdim etdiyi kütlələri “nəşə” adı ilə tanıdığı narkotik vasitə olduğunu və təqdim etdiyi maddəni isə “patı” adı ilə tanıdığı psixotrop maddə olduğunu, həmin maddə və kütlələri 25 aprel 2024-cü il tarixdə sosial şəbəkə vasitəsilə tanış olduğu “Adəm” adı ilə özünü təqdim edən İran İslam Respublikası vətəndaşından şəxsi istifadəsi üçün 130 manat pul müqabilində aldığını, həmin maddə və kütlələrin onda olmasından heç kimin məlumatının olmadığını, heç kimə satmadığını və belə bir niyyətinin olmadığını, heç kimə hədiyyə vermədiyini bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üstündən aşkar olunmuş 01 ədəd şəffaf sellofan bükümdə olan psixotrop maddə metafetaminə oxşar maddə, 02 ədəd şəffaf sellofan bükümdə olan narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlə və 01 ədəd ağ rəngli sellofan bükümdə olan narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlə cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan 01 ədəd kağız zərfdə qablaşdırılıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “Zərflər üçün” 6 saylı möhürü ilə möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. Həmçinin, Təqsirləndirilən şəxs üstünə şəxsi axtarış keçirilsə də, iş üzrə əhəmiyyət kəsb edən heç bir əşya və predmet aşkar edilməmişdir. Daha sonra Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd Redmi markalı mobil telefon iş üzrə əhəmiyyət kəsb etdiyindən tərəfindən götürülmüşdür. Təqsirləndirilən şəxs təqdim etdiyi ümumilikdə 133 manat pul isə iş üzrə əhəmiyyət kəsb etmədiyindən özünə geri qaytarılmışdır. Şəxsi axtarış və götürmə 25 aprel 2024-cü il tarixdə saat 18:15-də başa çatmışdır. (Cild 1 i.v. 27-28) Məhkəmə-bioloji ekspertizasının 26 aprel 2024-cü il tarixli 3-16-16/2-6/2285-7/647 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “ Təqsirləndirilən şəxs üzərindən aşkar edilmi...” yazı və imzalar olan zərfdə 3(üç) ədəd sellofan bükümdə hər birinin ayrı-ayrılıqda təmiz çəkisi 15,12 qr, 0,7 qr və 0,37 qram olmaqla, ümumi çəkisi 16,19 qram bitki mənşəli kütlələr tərkiblərinə görə eyni olub, çətənə (kannabis) bitkisindən küstar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuanadır. Həmin zərfin içərisində 1 (bir) ədəd şəffaf sellofanda təmiz çəkisi 4,40 qram ağ rəngli kirstalşəkilli maddə küstar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir. (Cild 1 i.v. 42-43) Məhkəmə-narkoloji ekspertizasının 03 iyun 2024-cü il tarixli, 3927 №-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs kannaboidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. (Cild 1 i.v. 167-168) Məhkəmə-tibbi ekspertizasının 08 may 2024-cü taixli, 237/MEŞ rəyindən görünür ki, Təqsirləndirilən şəxs məhkəmə-tibbi müayinəsi zamanı bədən səthində xəsarət aşkar edilməmişdir. (Cild 1 i.v. 164-166) Maddi sübut kimi tanınma haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş qalıq çəkiləri 4,35 qram çəkidə psixotrop maddə metamfetamin və 16,04 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana maddi sübut hesab edilmiş və məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə təyinatı məsələsi həll edilənədək saxlanmasından ötrü Azərbaycan Respublikası DİN-in BMCMİ-nin maddi sübutları saxlama yerinə təhvil verilmişdir. (Cild 1 i.v. 99-100) DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər cinayət məsuliyyətinə cəlb edilməmişdir. (Cild 1 i.v. 155) 20 iyun 2024-cü il tarixli DİN X4 Xidmətindən daxil olmuş məktubdan görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Şəhər şosesində yerləşən “Opel” servisin qarşısında olan 9-203 saylı Təhlükəsiz şəhər kamerası ilə 25.0.2024-cü il saat 15-17 aralığında olan müddət ərzində qeydə alınmış videogörüntülərin arxivdə saxlama müddəti bitdiyindən həmin informasiyanın təqdim edilməsi mümkün olmamışdır. (Cild 1 i.v. 161, 162) 05 iyul 2024-cü il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı polis əməkdaşları tərəfindən təzyiqlərə məruz qalması öz təsdiqini tapmadığından cinayət işinin başlanması rədd edilmişdir. (Cild 1 i.v. 206-207) Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** və ***- ***-**-** saylı mobil nömrələrə daxil olan və çıxan SMS məlumatlarına baxış keçirilərkən müəyyn edilmişdir ki, onun ***-***-**-** saylı mobil nömrəsindən “4169-7388-6722-3871 mana deyersen abi atanda deyim ona”, “**********611317 baba 70 atda”, “Mani axdarirlar itlar yiq indi sondracam mana yer lazimdi qalmaqa mikrayondayam gozdyram”, “Mana 2 gun heckim bilmadiyi yer lazimdi qalmaqa hami tutuldu blav”, “Noldu səni gozdamirram sakos necədi darman zad varindi”, “Harda siz bele daşın var? Məndə var yiq gozduyurem” məzmunlu SMS-lər və müxtəlif kodlu kart nömrələri göndərilmişdir. Bundan başqa onun ***-***-**-** saylı mobil nömrəsinə “50 atdım qaqaş, 20 də vuracam”, “vuqar menim malimi bu deyqa catdirmiyanin varyoxunu s...m”, “Seher bunu oxuyanda mənə dərhal xəbər ver mən qedib konumu tapa bilmədim. Çox qaranlıq olub ona əgər imkan varsa səhər lap tezdən qəlib gedərdik Sulutəpəyə orda Sumqayıta mənə səhər xəbər ver”, “Vüqar o birinden götüre bilerik mendeki cox azdı senol”, məzmunlu SMS-lər göndərilmişdir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs üzərinə keçirilən şəxsi axtarış və götürmə zamanı çəkilmiş videogörüntünün olduğu 01 ədəd diskə baxılmışdır. Müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarın sol yan cibindən 01 ədəd içərisində ***-***-**-**, ***-***-**-** saylı mobil nömrələr olan mobil telefonu, həmin şalvarın sağ yan cibindən 03 ədəd şəffaf sellofan bükümləri və müxtəlif əskinazlardan ibarət ümumilikdə 133 manat pulu, həmin şalvarın arxa sağ cibindən isə 01 ədəd ağ rəngli sellofan bükümü təqdim etməklə masanın üzərinə qoymuşdur. Əynində olan şalvarın sağ yan cibindən təqdim etdiyi 03 ədəd şəffaf sellofan bükümlərin içərisinə baxış keçirilən zaman həmin bükümlərdən 02 ədədinin içərisində tünd yaşıl rəngli, spesifik iyə malik, narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlələrin, 01 ədədinin içərisində isə ağ rəngli, kristalik formalı, spesifik iyi olmayan psixotrop maddə metamfetaminə oxşar maddənin olması müşahidə edilmişdir. Təqsirləndirilən şəxs əynində olan şalvarın arxa sağ cibindən təqdim etdiyi 01 ədəd ağ rəngli sellofan bükümün içərisində tünd yaşıl rəngli, spesifik iyə malik, narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlənin olması müşahidə edilmişdir. Şifahi sorğu zamanı Vüqar Orucov təqdim etdiyi kütlələri “nəşə” adı ilə tanıdığı narkotik vasitə olduğunu və təqdim etdiyi maddəni isə “patı” adı ilə tanıdığı psixotrop maddə olduğunu, həmin maddə və kütlələri 25 aprel 2024-cü il tarixdə sosial şəbəkə vasitəsilə tanış olduğu “Adəm” adı ilə özünü təqdim edən İran İslam Respublikası vətəndaşından şəxsi istifadəsi üçün 130 manat pul müqabilində aldığını, həmin maddə və kütlələrin onda olmasından heç kimin məlumatının olmadığını, heç kimə satmadığını və belə bir niyyətinin olmadığını, heç kimə hədiyyə vermədiyini bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üstündən aşkar olunmuş 01 ədəd şəffaf sellofan bükümdə olan psixotrop maddə metafetaminə oxşar maddə, 02 ədəd şəffaf sellofan bükümdə olan narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlə və 01 ədəd ağ rəngli sellofan bükümdə olan narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlə cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan tərəfindən 01 ədəd kağız zərfdə qablaşdırılıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “Zərflər üçün” 6 saylı möhürü ilə möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. Həmçinin, Təqsirləndirilən şəxs üstünə şəxsi axtarış keçirilsə də, iş üzrə əhəmiyyət kəsb edən heç bir əşya və predmet aşkar edilməmişdir. Daha sonra Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd Redmi markalı mobil telefon iş üzrə əhəmiyyət kəsb etdiyindən tərəfindən götürülmüşdür. Təqsirləndirilən şəxs təqdim etdiyi ümumilikdə 133 manat pul isə iş üzrə əhəmiyyət kəsb etmədiyindən özünə geri qaytarılmışdır. Elektron məhkəmə informasiya sistemindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində 02 avqust 2009-cu il təvəllüdlü X6 adında, 07 dekabr 2011-ci il təvəllüdlü X8 adında iki yetkinlik yaşına çatmayan övladı vardır. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “Şenk İsveçrəyə qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 12 iyul 1988ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, 6-cı maddə ədalətli məhkəmə araşdırması hüququnu təmin etsə də, sübutların qəbul edilməsinin mümkünlüyünə dair hər hansı qaydaları təsbit etmir, bu, ilk növbədə milli qanunvericiliklə tənzimlənməli olan məsələdir. “Yallo Almaniyaya qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 11 iyul 2016cı il tarixli qərarında göstərilir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən yerli qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. “Ədalətli məhkəmə araşdırması hüququ” kontekstində araşdırılmalı olan məsələ sübutların əldə edilməsi üsulu da daxil olmaqla bütövlükdə məhkəmə prosesinin ədalətli olub-olmamasından ibarətdir, bu da özlüyündə sübutların “qanunsuz” yolla əldə edilibedilməməsinin, Konvensiyada nəzərdə tutulmuş digər hüquqların pozulubpozulmamasının, pozuntu olduğu təqdirdə onun xarakterinin müəyyən edilməsinə xidmət edir. Məhkəmə qeyd edir ki, bütün məhkəmə iclaslarında müdafiə tərəfinin hüquqlarına hörmət edilmiş, təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların, o cümlədən maddi sübutların tədqiqində şəxsən iştirak etmiş, ona sübutların etibarlılığına və onlardan istifadəyə etiraz etmək imkanları təqdim olunmuş, əleyhinə ifadə vermiş şahidlərə bilavasitə və müdafiəçisi vasitəsi ilə suallar vermişdir. Bundan əlavə, sübutların keyfiyyəti, o cümlədən sübutların əldə edildiyi şərait onların etibarlılığını və ya dəqiqliyini şübhə altına almır, əldə edilmiş sübutlar iş üzrə digər materiallarla təsdiq olunur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 349-cu maddəsinə əsasən, məhkəmə hökmü qanuni olmalıdır, yəni Azərbaycan Respublikası Konstitusiyasının, Cinayət-Prosesual Məcəlləsinin, Cinayət Məcəlləsinin və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Azərbaycan Respublikasının CM-nin 3-cü maddəsinə əsasən yalnız Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında Azərbaycan Respublikasının Qanununun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin qanunsuz əldə edilməsi dedikdə : həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin alınması, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsi, başqa mallara və əşyalara dəyişdirilməsi, mənimsənilməsi və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qeyd edilən Qanunun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin qanunsuz saxlanması dedikdə: məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları”nın 1-ci siyahısının 109.1-ci bəndinə əsasən - təmiz halda 5 (beş) qramdan 500 (beş yüz) qramadək çəkidə qurudulmuş marixuana xeyli miqdar, 2 (iki) qramdan 400 (dörd yüz) qramadək çəkidə metamfetamin külli miqdar təşkil edir. Məhkəmə ilk olaraq şəxsi axtarışın qanunun tələblərinə müvafiq aparılıbaparılmamasını, eləcə də, təqsirləndirilən şəxsin gətirdiyi dəlilərin əsaslı olub-olmamasını araşdırmağı zəruri hesab edir. CPM-nin 207-ci maddəsinə əsasən də cinayət işi başlamadan Təqsirləndirilən şəxs üzərində axtarış keçirilməsi qanununun tələblərinə uyğun olmuşdur. Belə ki, CPM-nin 207.4-cü maddəsində göstərilmişdir ki, …cinayət törətməkdə şübhələnildiyinə görə tutulmuş şəxsə münasibətdə bu Məcəllənin 90.11.2-90.11.5-ci maddələrində müəyyən edilmiş vəzifələrin yerinə yetirməsi ilə bağlı həyata keçirilən prosessual hərəkətlər istisna olmaqla cinayət işinin başlanmasından əvvəl digər istintaq hərəkətlərinin aparılması, habelə tutulma istisna olmaqla digər prosessual məcburiyyət tədbirlərinin tətbiqi qadağandır. CPM-nin 90.11.2-ci maddəsində isə şübhəli şəxsin tutularkən baxışa və şəxsi axtarışa məruz qalmaq vəzifəsi təsbit olunmuşdur. Bundan başqa, Təqsirləndirilən şəxs şəxsi axtarışı zamanı CPM-nin 246-cı maddəsinin tələblərinə riayət edilmişdir. Belə ki, 25 aprel 2024-cü il tarixli şəxsi videoçəkilişlə aparılmış və orada təqsirləndirilən Təqsirləndirilən şəxs videoçəkilişlə üzərində olan metamfetamini və qurudulmuş marixuananı könüllü təqdim etmişdir. Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı ona qarşı irəli sürülmüş ittihamı bütövlükdə mübahisləndirərək BMCMİ-nin əmədaşlarının ona fiziki, eləcə də, ailəsi ilə hədələnərək psixoloji təzyiqlər edildiyini və bunun nəticəsində üzərindən aşkar edilən metamfetamin və marixuananı boynuna götürdüyünü bildirmişdir. Təqsirləndirilən şəxs təzyiqlərə məruz qalması ilə bağlı məhkəmə qeyd edir ki, hazırki cinayət işi üzrə keçirilmiş məhkəmə tibbi ekspertizasınn rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs bədən səthində hər hansı xəsarət aşkar edilməmişdir. Bundan başqa sonuncunun ibtidai itintaq zamanı vermiş olduğu ifadəsi və üzərinə keçirilmiş şəxsi axtarış və götürmə hərəkəti protokolu ilə də təqsirləndirilən şəxsi polis əməkdaşları tərəfindən təzyiqlərə məruz qalması və bu təzyiqlər nəticəsində narkotik vasitənin ona məxsus olduğunu etiraf etməsi təkzib edilmişdir. Bundan başqa cinayət işinin ibtidai istintaqı zamanı Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən təzyiqlərə məruz qalması faktı öz təsdiqini tapmadığından cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Bundan başqa, müdafiə tərəfinin Təqsirləndirilən şəxs Sulutəpəyə gedib narkotik vasitə almamasını bildirməsi ilə bağlı məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrənin anten dairəsi tədqiq edilmiş və müəyyən edilmişdir ki, həmin nömrə xx.xx.2024-cü il tarixdə saat 11.07-də "**********16 GPRS xx.xx.2024 11:07:37 157 LBBK2385O1/LBBK2385 Khirdalan_H_ Aliyev_pros1/"Bakı şəhəri, Binəqədi rayonu, Xırdalan qəsəbəsi, Zeynəlabdin T. küçəsi, dalan 1" /Binagadi/ (40.441xx/xx.77152)” antenasının əhatə dairəsində olmuş, saat 15:49da isə UBBK3606C/UBBK3606 Azerneftkimyamash/"Bakı şəhəri , Sabunçu qəsəbəsi, İ. Aslanov 5"/Sabunchu/ (40.446xx/xx.94033) antenasında olmuşdur. Sonuncu antena onun tutulduğu Sabunçu rayonu Zabrat qəsəbəsi şəhər şosessi boyunca yerləşmiş, birinci antena ilə, yəni 11:07-də olan antena ilə Sulutəpənin mərkəzi arasında isə 1,32 km məsafə olmuşdur. Təqsirləndirilən şəxs narkotik vastəni Sulutəpənin həmin antenə daha yaxın ərazisindən götürdüyü halda və antendan sonra hərəkətinin davam etməsini nəzərə aldıqda həmin məsafənin daha da qısalaraq bir neçə yüz metrə qədər azala biləcəyini də qeyd etmək lazımdır. Beləliklə, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən fiziki təzyiqə məruz qalması və narkotik vasitənin onun üzərinə polis əməkdaşları tərəfindən qoyulması öz təsdiqini tapmamış və məhkəmə baxışı zamanı vermiş olduğu ifadəsi deyil, ibtidai istintaq zamanı vermiş olduğu xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixli ifadələri daha mötəbər və inandırıcı hesab edilməlidir. Belə ki, üzərindən metamfetamin və qurudulmuş marixuana aşkar edilməsi ilə bağlı istintaq zamanı vermiş olduğu həmin ifadələri digər sübutlarla - videoçəkiliş zamanı aparılmış şəxsi axtarış protokolu, şahidlərin ifadələri, eləcə də, anten məlumatları ilə də dəstəklənmişdir. Həmçinin istintaq zamanı vermiş olduğu ifadəsinin inandırıcılığı ilə bağlı qeyd edilməlidir ki, nəzəriyyədə inandırıcılığın meyarlarından ən önəmlisi ayrıntıdır. Burada önəmli olan təqsirləndirilən hadisənin ayrıntılı bir şəkildə anlada bilməsidir. Hazırki iş üzrə də görünür ki, Təqsirləndirilən şəxs isintaq zamanı yuxarıda qeyd olunan ifadələrində və videoçəkilişlə aparılmış şəxsi axtarışlar zamanı hadisə ilə, yəni narkotik vasitənin Sulutəpədən əldə edilib Zabrat qəsəbəsinə daşıması və daha sonra polis əməkdaşları tərəfindən saxlanılması bağlı halları bir-biri ilə əlaqəli, zəncir kimi bağlı, detallı ayrıntılarla anlatmış, özü könüllü şəkildə üzərində olan narkotik vasitəni təqdim etmişdir. Həmin hal yuxarıda qeyd olunan onun hərəkət marşurutunu təsdiq edən telefon anten məlumatları ilə də təsdiq edilmişdir. Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsinin dispozisiyasında satış məqsədi subyektiv cəhətin zəruri əlaməti kimi nəzərdə tutulmuş və məhkəmə bu halın hazırki işdə sübuta yetirilib-yetirilmədiyini araşdırmalıdır. Nakotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında Azərbaycan Respublikasının Qanununun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə: miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 14 iyun 2024-cü il 2 №-li qərarında məhkəmələrə tövsiyyə olunur ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** və ********* saylı mobil nömrələrə daxil olan və çıxan mesajlar məhkəmə istintaqında tədqiq olunmuş, həmin mesajların narkotik vasitələr və psixotrop maddələrin satışı ilə bağlı olması, eyni zamanda Təqsirləndirilən şəxs tərəfindən çoxsaylı müxtəlif nömrələrə kart məlumatlarının göndərilməsi müəyyən edilmişdir. Göstərilən mesajların mahiyyəti və məzmunu ona dəlalət edir ki, təqsirləndirilən şəxs metamfetamini və qurudulmuş marixuananı satış məqsədilə əldə etmişdir. Bundan başqa, onda aşkar edilmiş narkotik vasitə iki növdən olmuş, həmçinin marixuana 2 kiçik, 1-i böyük olmaqla 3 bükümdə olmuş, həmin bağlamalar satışa hazır vəziyyətdə olmuşdur. Məhkəmə məhkəmə istintaqı zamanı hərtərəfli, tam və obyektiv şəkildə araşdırılmış sübutları ayrı-ayrılıqda və məcmu halında təhlil edərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsilə tövsif edilməlidir. Onun əməlində CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayətin əlamətləri vardır, həmin cinayət hadisəsi həqiqətən baş vermiş, cinayət hadisəsi məhz onun tərəfindən törədilmişdir. Həmçinin bu cinayətin törədilməsində o, təqsirlidir. Təqsirləndirilən şəxs cinayət əməlini qəsdən törətmişdir. Onun əməli başa çatmış cinayətdir və cinayətlərin təsnifatına görə ağır cinayət kateqoriyasına aiddir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin sanksiyası həddində ədalətli şəkildə cəzalandırılmalıdır. Təqsirləndirilən Təqsirləndirilən şəxs himayəsində iki yetkinlik yaşına çatmayan uşağının olmasını Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən əməlində onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Təqsirləndirilən Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal müəyyən etməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında» 12 yanvar 1999-cu il tarixli Qərarında göstərilir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinin tələblərinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Cəzanın təyin edilməsinin ümumi əsaslarını özündə əks etdirən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinin tələblərindən görünür ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin sanksiyasında beş ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Məhkəmə təqsirləndirilən Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini cəzanın məqsədlərinə çatmaq baxımından qanuni, əsaslı və ədalətli hesab edir. Təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən ona təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəza çəkmə müddətinin əvvəli onun faktiki tutulduğu vaxtdan, yəni 25 aprel 2024-cü il tarixdən hesab edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1 və 93.1.2-ci maddələrinə əsasən məhkəmə cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Bundan başqa, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli 2 nömrəli Qərarının 26-cı bəndinə görə məhkəmələr narkomaniya xəstəliyinə düçar olmuş təqsirli şəxslər barəsində cəza təyin edərkən onların cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi qaydada müalicə olunması məsələsini həll etməlidirlər (belə müalicənin tətbiq edilməli olub-olmaması barədə müvafiq ekspertiza rəyi alınmalıdır). Bu halda məcburi müalicənin müddəti məhkəmələr tərəfindən hökmdə göstərilməməlidir. Məhkəmə məhkəmə-narkoloji ekspertizasının rəyini və təqsirləndirilən şəxsə narkomaniyadan məcburi müalicənin təyin edilməsini istisna edən halların olmadığını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.4-cü maddəsinə əsasən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə edilmiş hallar istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Həmin Məcəllənin 132.1.7-ci maddəsinə əsasən dəyəri olmayan digər əşyalar məhv edilməlidir. Həmin Məcəllənin 132.1.6-cı maddəsinə əsasən maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Həmin Məcəllənin 135.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə əhəmiyyət kəsb edə bilən məlumatları hərf, rəqəm, qrafika və digər işarə formasında özündə əks etdirən kağız, elektron və ya digər daşıyıcılar sənəd hesab olunur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra BMCMİ-nin maddi sübutların saxlanc yerinə təhvil verilmiş iş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş ekspert tədqiqatından sonra qalıq qalmış 4,35 qram çəkidə psixotrop maddə metamfetamin və 16,04 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana məhv edilməli, 2 ədəd disk sübut kimi tanınaraq cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə məhkəmə-bioloji ekspertizasına sərf edilmiş ümumilikdə 70 (yetmiş) manat məbləğində ekspertiza xərci təqsirləndirilən Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin büdcəsinə keçirilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353-cü maddələrini rəhbər tutaraq məhkəmə, H Ö K M E T D İ : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinsin və ona 5 (beş) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilsin və cəzanın əvvəli onun tutulduğu vaxtdan, yəni 25 aprel 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Hökm qanuni qüvvəyə mindikdən sonra BMCMİ-nin maddi sübutların saxlanc yerinə təhvil verilmiş iş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş ekspert tədqiqatından sonra qalıq qalmış 4,35 qram çəkidə psixotrop maddə metamfetamin və 16,04 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana məhv edilsin, 2 ədəd disk sübut kimi tanınaraq cinayət işinin materiallarında salanılsın. İş üzrə məhkəmə-bioloji ekspertizasına sərf edilmiş 70 (yetmiş) manat məbləğində ekspertiza xərci təqsirləndirilən Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin büdcəsinə keçirilsin. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surətini aldığı) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Kamran Muxtarov Hakimlər: Elnur Nuriyev Azər Tağıyev
Məhkəmə qərarları › İş №1(101)-2070/2024
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-2070/2024
07.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver