Məhkəmə qərarları › İş №1(101)-2072/2023

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-2072/2023

07.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-2072/2023 07.12.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Hüseynov Cavid İbadulla oğlunun sədrliyi, hakimlər İsmayılov Eldar Herov oğlu və Hüseynov Səbuhi Sabir oğlundan ibarət tərkibdə, X5, Feyzi Günay Rasim qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarənin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin Bakı Ağır Cinayətlər Məhkəməsi üzrə prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, müdafiəçilər - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 05 saylı Vəkil Bürosunun vəkili Fərhadov Əhməd Hüseyn oğlunun və Bakı şəhəri 09 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında xx xxxx 1971-ci ildə Gədəbəy rayonu, Söyüdlü kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, məhkum olunmamış, fərdi əmək fəaliyyəti ilə məşğul olan, Gədəbəy rayonu, Söyüdlü kəndində qeydiyyatda olan, ünvan 1 ünvanında yaşamış, 22 iyun 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, 23 iyun 2023cü il tarixdə barəsində “həbs” qətimkan tədbiri seçilmiş, faktiki həbsdə olan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda heroin narkotik vasitəsini əldə edib saxlamaqla daşımışdır. Belə ki, ibtidai istintaq orqanının gəldiyi nəticəyə görə Təqsirləndirilən şəxs naməlum vaxtda və naməlum mənbədən satış məqsədi ilə qanunsuz olaraq “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in İ siyahısına daxil olan, 5,844 qram çəkidə külli miqdarda narkotik vasitə heroin əldə edib üzərində saxlamaqla ünvan 2 ünvanının yaxınlığına daşımış, bu barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin (bundan sonra: DİN, BMCMİ) əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs 21 iyun 2023-cü il tarixdə, saat 23:00-da yuxarıda qeyd edilən ünvanda saxlanılaraq BMCMİ-nin inzibati binasına gətirilmiş, orada 22 iyun 2023-cü il tarixdə, saat 00:50-dən üzərində şəxsi axtarış və götürmə keçirilən zaman əynindəki boz rəngli cins şalvarının sağ yan cibindən satış məqsədi ilə qanunsuz olaraq əldə edib saxlamaqla daşıdığı bir ədəd sellofan bükümdə təmiz çəkisi 5,844 qram olan narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür, yəni qeyd olunan hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs münasibətdə Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə irəli sürülmüş ittihamla bağlı məhkəmə baxışına təqdim edilmiş sübutlar məhkəmə iclasında hərtərəfli, tam və obyektiv araşdırılmış və müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq bir ədəd sellofan bükümdə külli miqdarda - təmiz çəkisi 5,844 qram olan qram kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib üzərində saxlamaqla ünvan 2 ünvanının yaxınlığına daşımış, bu barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası DİN, BMCMİ-nin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs 21 iyun 2023-cü il tarixdə, saat 23:00-da yuxarıda qeyd edilən ünvanda saxlanılaraq BMCMİ-nin inzibati binasına aparılmış, orada 22 iyun 2023-cü il tarixdə, saat 00:50-dən üzərində şəxsi axtarış və götürmə keçirilən zaman əynindəki boz rəngli cins şalvarının sağ yan cibindən satış məqsədi olmadan qanunsuz olaraq əldə edib saxlamaqla daşıdığı bir ədəd sellofan bükümdə təmiz çəkisi 5,844 qram olan külli miqdarda narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür, yəni qeyd olunan bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə deyil, həmin Məcəllənin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Belə ki, cinayət işinə məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilməyib ifadəsində göstərdi ki, O, Gədəbəy hadisəsi ilə bağlı tutulmuşdur. Gədəbəy rayonunun Söyüdlü kəndinin abadlaşması üçün 2019-cu ildə xeyriyyəçiliklə məşğul olan bir WhatsApp qrupu yaradılmışdır. O qrupda təxminən 350-400 nəfər Söyüdlü kənd sakinləri vardır. O, özü də həmin qrup üzvü kimi zəlzələ ilə bağlı Türkiyəyə Söyüdlü adından kömək göndərilməsində, tələbənin valideynlərinə yardımda iştirak etmişdir. Gədəbəy rayonunda Söyüdlü kəndindəki gölün çirklənməsinin qarşısının alınmasına əlindən gələn lazımı köməkliyimi göstərəcəyim barədə həmin WhatsApp qrupuna səs atmış, sivil qaydada Söyüdlü kəndində göl ilə bağlı problemlə əlaqədar özünün də gələcəyini, söhbət edib məsələni həll edəcəklərini demiş, lakin artıq, pis söz işlətməmişdir. Hadisə ilə bağlı polis əməkdaşı da ona «sən niyə səs yazısı atmısan?» deyə soruşmuşdur. Bu hadisədən sonra o, gecə dayısı oğlunun yanına restorana pul borcunu qaytarmağa gedərkən gecə saat 1də onu X4 tərəfdə «Şüa» restoranının yanında 4 nəfər tutub bölməyə aparmışlar. Polis onun cibinə balaca bir tünd sellofan büküm narkotik qoymuş, yerdən tapdığını deməsini tapşırmış, ona tutulmayacağı barədə vəd vermişlər. Qəbul etmək istəmədikdə, onu uşaqları ilə təhdid edib, oğlunu da narkotiklə tutduracaqlarını, maşınına da narkotik atacaqlarını dedikləri üçün o, onların dedikləri ilə razılaşmışdır. O, axşam tutdulsa da, səhər üstünə çəkilişlə baxış keçirilmişdir. Bundan sonra onların diqtəsinə əsasən narkotik vasitəni Papanin küçəsindən keçərkən yerdən tapdığını demişdir. Çəkilişdə məni saxlayanlardan yalnız 3 nəfəri iştirak etmişdir. Onun üstündən əlavə olaraq iki ədəd telefon götürülmüş və maşınına baxış keçirilmişdir. Təqsirləndirilən şəxs ifadəsinin davamında göstərdi ki, onun 53 yaşım var, heç vaxt polisdə olmamış və narkotikin rəngini belə, tanımamışdır. Onun heç bir günahı yoxdur. O, əlinin zəhməti ilə uşaqlarını böyütmüşdür. Ona danışmağa imkan verilməmiş, 23 gün onun saxlanılması barədə ailəsinə xəbər verilməmişdir. Vəkillə təmin olunsa da, hədə-qorxu gəlinən vaxt vəkili onun yanında olmamışdır. İbtidai istintaqda qorxudulduğu üçün etirafedici ifadələr vermişdir. Ona şikayət etməmək tapşırılmış və buna görə də heç bir yerə şikayət etməmişdir. Cinayət işinə məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs verdiyi ifadə ilə onun məhkəməyədək icraat mərhələsində verdiyi ifadələri arasında müəyyən olunan ziddiyyətlərlə bağlı Təqsirləndirilən şəxs ibtidai istintaq mərhələsində vermiş olduğu 22 və 23 iyun 2023-cü il tarixli ifadələri elan edilməklə tədqiq olundu. Təqsirləndirilən şəxs tədqiq olunan həmin ifadəsində Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadələrində göstərmişdir ki, 21 iyun 2023-cü il tarixdə səhər vaxtı Bakı şəhəri, Nəsimi rayonu “Papanin” adlanan ərazidən keçərkən təsadüfən yerdə 01 ədəd şəffaf sellofan büküm görmüş, həmin büküm diqqətini cəlb etdiyi üçün götürüb açıb içinə baxmış və yerdən tapdığı sellofan bükümün içərisində narkotik maddə olduğunu aşkar etmişdir. O, narkotik vasitədən istifadə etməsə də, tapdığı maddənin formasından və rəngindən tanıyıb onun narkotik maddə olduğunu bilmişdir. Sosial şəbəkədə həmin maddəni dəfələrlə görmüşdür. O, həmin narkotik maddənin başqa şəxslərin, əsasən də uşaqların əlinə keçməməsi üçün götürüb əynində olan şalvarının cibinə qoyub özündə saxlamışdır ki, sonra kənar bir yerdə tullayar və ya məhv edər. Lakin sonradan həmin maddəni atmamış və özündə saxlamışdır. Təqsirləndirilən şəxs tədqiq olunan ifadələrində daha sonra göstərmişdir ki, 21 iyun 2023-cü il tarixdə, saat 23 radələrində Bakı şəhəri, Nərimanov rayonu, K.Rəhimov küçəsində idarə etdiyi “Saipa” markalı, **-GN-*** qeydiyyat nişanlı avtomobilin yanında olduğu zaman ona 3 nəfər mülki geyimdə olan şəxs yaxınlaşıb özlərini təqdim edib DİNnin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları olduqlarını bildirib ondan anket məlumatlarını soruşmuşlar. O, özünü təqdim etdikdən sonra polis əməkdaşları onun narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğunu bildirib, barəsində qəbul edilmiş “Əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında” qərarla onu tanış etmişlər. O, yalan danışmağın əhəmiyyət kəsb etmədiyini başa düşüb səmimi olaraq etiraf edib üstündə narkotik maddə olduğunu etiraf etmişdir. Bundan sonra polis əməkdaşları onu DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə dəvət etmişlər. O, buna etiraz etməyib idarə etdiyi avtomobillə birlikdə polis əməkdaşları ilə həmin Polis İdarəsinə gəlmişdir. Polis İdarəsində hüquqlarının müdafiə edilməsi üçün müdafiəçi ilə təmin edilmiş və şübhəli şəxs qismində tutulmuşdur. Ona hüquq və vəzifələri izah olunmuş, sonra video çəkilişdən istifadə edilməklə onun üstünə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı o, üstündə narkotik maddə olduğunu bildirib, əynində olan boz rəngli cins şalvarının sağ yan cibində olan 01 ədəd sellofan bükümü, sol yan cibində olan avtomobil açarını, sağ arxa cibində olan 01 ədəd “Samsung” markalı və 01 ədəd “Redmi” markalı mobil telefonları çıxardıb masanın üzərinə qoymaqla təqdim etmişdir. O, təqdim etdiyi 01 ədəd sellofan bükümün içərisində narkotik maddə olduğunu bildirmişdir. Onun təqdim etdiyi 01 ədəd sellofan büküm iştirakçıların şahidliyi ilə açıldıqda bükümün içərisindən qəhvəyi rəngli narkotik maddə aşkar edilmişdir. Polis əməkdaşları həmin maddənin narkotik vasitə heroinə oxşar maddə olduğunu bildirmişlər. Sorğu zamanı o, üstündən aşkar edilmiş 01 ədəd sellofan bükümdə olan narkotik maddəni 21 iyun 2023-cü il tarixdə, səhər vaxtı “Papanin” adlanan ərazidən yerdən tapdığını, başqa şəxslərin və uşaqların əlinə keçməməsi üçün götürüb üzərində saxladığını və həmin maddəni tullamaq fikrinin olduğunu bildirmişdir. Bundan sonra üstündən aşkar olunmuş 01 ədəd sellofan bükümdə olan narkotik maddə heroin polis əməkdaşları tərəfindən 01 ədəd kağız zərfdə qablaşdırılıb möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. Təqdim etdiyi 01 ədəd “Redmi” və 01 ədəd “Samsung” markalı mobil telefonlar polis əməkdaşları tərəfindən götürülmüş, üzərindən aşkar edilmiş 01 ədəd avtomobil açarı onun özünə qaytarılmışdır. Bundan sonra şəxsi axtarış və baxış keçirilməsi barədə protokol tərtib olunmuş, protokol ucadan oxunmuş, protokol düzgün tərtib edildiyi üçün onun özü və digər iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Daha sonra həmin günü onun icazəsi və iştirakı ilə idarə etdiyi “Saipa” markalı, **-GN-*** qeydiyyat nişanlı avtomobilə baxış keçirilmişdir. Baxış zamanı avtomobildən qanunsuz maddə, əşya və predmetlər aşkar olunmamışdır. Sonra avtomobilə baxış keçirilməsi barədə protokol tərtib olunmuş, protokol düzgün tərtib edildiyi üçün onun özü və digər iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Daha sonra Təqsirləndirilən şəxs tədqiq olunan həmin ifadələrində göstərmişdir ki, polis əməkdaşları tərəfindən saxlanılarkən ona qarşı heç bir fiziki və ya psixi təsir olmamış, özü də polis əməkdaşlarının göstərişlərinə tabe olmuş, heç bir müqavimət göstərməmişdir. O, narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olmamış, hər hansı bir şəxsə narkotik vasitə və psixotrop maddə satmamışdır. Üzərindən aşkar edilmiş həmin psixotrop maddədən hər hansı bir şəxsə verməmiş, həmçinin özü də istifadə etməmişdir. Yaşadığı mənzildə, yaxud da başqa bir yerdə narkotik vasitə və ya psixotrop maddə, eləcə də cinayət yolu ilə əldə olunmuş hər hansı bir əşya gizlədib saxlamamışdır (iş vərəqə: 60-63, 88-92). Məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilən Azərbaycan Respublikası DİN-nin BMCMİ-nin xüsusilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərdi ki, 21 iyun 2023-cü il tarixdə işlədiyi Baş İdarəyə Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olması, bu məqsədlə qeyd edilən maddələr əldə edib saxlaması və daşıması barədə əməliyyat məlumatı daxil olmuş, o, özü bu məlumatı Baş İdarənin rəhbərliyinə raportla məruzə etmiş və Təqsirləndirilən şəxs qanunsuz əməlinin ifşa olunması üçün əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi qərara alınmışdır. Bu məqsədlə əməliyyat qrupu yaradılmış, qrupa rəhbərlik ona həvalə olunmuşdur. Əməliyyat qrupuna işlədiyi Baş İdarənin baş əməliyyat müvəkkili, polis mayoru Şahid3 və baş əməliyyat müvəkkili, polis mayoru Şahid2 daxil edilmişdir. Əməliyyat qrupu olaraq Təqsirləndirilən şəxs olduğu yer barədə əldə etdikləri məlumat üzrə hərəkət edilmiş və 21 iyun 2023-cü il tarixdə, saat 23:00 radələrində ünvan 2 ünvanının yaxınlığında xarici əlamətlərinə görə Təqsirləndirilən şəxs oxşar bir nəfər şəxs idarə etdiyi “Saipa” markalı, **-GN-*** qeydiyyat nişanlı avtomobilin yanında olduğu müəyyən edilmiş və həmin şəxsə yaxınlaşıb xidməti vəsiqələrini göstərməklə özlərini təqdim etmişlər. Həmçinin saxlanılan şəxsə özünü təqdim etməsini təklif etmişlər. Həmin şəxs özünü təqdim edib Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs saxlanılmasının səbəbi izah olunmuş və onunla bağlı əməliyyat-axtarış tədbirinin keçirilməsi barədə qərar ona elan edilmiş, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olduğunu, əgər üzərində bu kimi qanunsuz maddə və ya predmet saxlayırsa məlumat verməsi bildirilmişdir. Təqsirləndirilən şəxs da heç bir etiraz etmədən səmimi şəkildə etiraf edib hazırda üzərində bir büküm narkotik vasitə olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə, həmçinin qeyd olunan avtomobilə də baxış keçirilməsi zərurəti yarandığından Təqsirləndirilən şəxs BMCMİ-nə dəvət edilib idarə etdiyi “Saipa” markalı, **-GN-*** qeydiyyat nişanlı avtomobillə birgə Baş İdarəyə gətirilmişdir. Baş İdarənin inzibati binasına gəldikdən sonra Təqsirləndirilən şəxs Baş X2 baş təhqiqatçısı Babək Haqverdiyev tərəfindən şübhəli şəxs qismində tutulmuş, onun hüquqlarının müdafiəsi üçün vəkil dəvət edilərək Təqsirləndirilən şəxs təqdim edilmiş, şəxsi axtarış və götürmə aparılmazdan əvvəl baş təhqiqatçı Babək Haqverdiyev tərəfindən Təqsirləndirilən şəxs bu prosesin videoçəkilişlə həyata keçiriləcəyi, eləcə də hüquq və vəzifələr izah olunmaqla bu barədə qərar ona elan edilmişdir. Şəxsi axtarış və götürmə aparılarkən Təqsirləndirilən şəxs təklif olunmuşdur ki, üzərində saxladığı hər hansı qanunsuz əşya, predmet, narkotik və ya psixotrop maddə varsa çıxarıb təqdim etsin. Təqsirləndirilən şəxs da üzərində 01 ədəd sellofan bükümdə narkotik vasitə olduğunu bildirib, əynində olan boz rəngli cins şalvarının sağ yan cibində olan 01 ədəd sellofan bükümü, sol yan cibində olan avtomobil açarını, sağ arxa cibində olan 01 ədəd “Samsung” markalı və 01 ədəd “Redmi” markalı mobil telefonları çıxardıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd sellofan bükümün içərisində narkotik maddə olduğunu bildirmiş və onun təqdim etdiyi 01 ədəd sellofan büküm iştirakçıların şahidliyi ilə açıldıqda bükümün içərisindən qəhvəyi rəngli, spesifik iyə malik narkotik vasitə heroinə oxşar maddə aşkar edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs üstündən aşkar edilmiş 01 ədəd sellofan bükümdə olan narkotik vasitə heroini 21 iyun 2023-cü il tarixdə səhər vaxtı “Papanin” adlanan ərazidə yerdən tapdığını, başqa şəxslərin və uşaqların əlinə keçməməsi üçün götürüb üzərində saxladığını və həmin maddəni tullamaq fikrinin olduğunu bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üstündən aşkar olunmuş 01 ədəd sellofan bükümdə olan narkotik vasitə heroinə oxşar maddə təhqiqatçı tərəfindən 01 ədəd kağız zərfdə qablaşdırılıb möhürlənərək iştirakçılar tərəfindən imzalanmış və götürülmüşdür. Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd “Redmi” və 01 ədəd “Samsung” markalı mobil telefonlar iş üzrə əhəmiyyət kəsb etdiyi üçün təhqiqatçı tərəfindən götürülmüşdür. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 01 ədəd avtomobil açarı onun özünə qaytarılmışdır. Bundan sonra şəxsi axtarış və baxış keçirilməsi barədə protokol tərtib olunmuş, protokol düzgün tərtib edildiyi üçün Təqsirləndirilən şəxs və digər iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Şahid1 ifadəsinin davamında göstərdi ki, bir neçə dəqiqə sonra isə BMCMİ-nin inzibati binasının qaraj hissəsində saxlanılmış Təqsirləndirilən şəxs idarə etdiyi “Saipa” markalı, **-GN-*** qeydiyyat nişanlı avtomobilə onun özünün və müdafiəçisinin iştirakı ilə videoçəkilişlə baxış keçirilmişdir. Təqsirləndirilən şəxs təklif edilmişdir ki, avtomobildə qanunsuz saxladığı hər hansı əşya, predmet və maddə varsa təqdim etsin. Təqsirləndirilən şəxs avtomobildə qanunsuz əşya və maddələr saxlamadığını bildirmişdir. Bundan sonra baş təhqiqatçı Babək Haqverdiyev tərəfindən “Saipa” markalı, **-GN-*** qeydiyyat nişanlı avtomobilə baxış keçirilmiş və baxış zamanı avtomobildən qanunsuz əşya və maddələr aşkar edilmədi. Avtomobilə baxış prosesi başa çatandan sonra təhqiqatçı tərəfindən bu barədə protokol tərtib olunmuş, iştirakçılara ucadan oxunmuş və protokolun doğruluğunu imzalarla təsdiqləmişlər. Şahid1 ifadəsinin yekununda göstərdi ki, Təqsirləndirilən şəxs saxlanıldıqdan sonra ibtidai istintaq orqanı tərəfindən əməliyyat tapşırığı verilmiş, lakin Təqsirləndirilən şəxs barəsində narkotik vasitələrin satış faktı təsdiqini tapmamışdır. Təqsirləndirilən şəxs əməliyyat-axtarış tədbiri zamanı saxlanılarkən, Baş İdarəyə dəvət edilib aparılarkən və yaxud orada olarkən ona qarşı heç bir təzyiq, zorakılıq, qanunsuz hərəkətlər edilməmiş, o, hansısa narkotik vasitəni boynuna götürməsi üçün hədələnməmişdir. Eləcə də Təqsirləndirilən şəxs tərəfindən polis əməkdaşlarına qarşı heç bir təzyiq və zorakılıq hərəkətlər edilməmişdir. Daha sonra, cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilmiş DİN-nin BMCMİ-nin digər əməliyyat müvəkkilləri Şahid3 və Şahid2 məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ilə oxşar məzmunlu ifadələr verib sonuncunun ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişlər. İşdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsi haqqında Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 23 iyun 2023-cü il tarixli qərarından görünür ki, şəxsin barəsində həbs qətimkan tədbiri seçilməsi məsələsinə baxılan zaman sonuncu məhkəmə iclasında çıxış edərək üzərindən aşkar edilmiş narkotik vasitəni yerdən tapdığını və uşaqların əlinə keçməməsi üçün özünün götürdüyünü qeyd etmişdir (iş vərəqə: 104-108). Cinayət işinə məhkəmə baxışı zamanı tədqiq olunan “şəxsi axtarış və götürmə aparılması haqqında» 22 iyun 2023-cü il tarixli protokoldan və protokola əlavə olunan şəxsi axtarış və götürmə prosesinin videogörüntülərinin yükləndiyi 01 ədəd DVD formatlı diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olması, satış məqsədi ilə külli miqdarda narkotik vasitələr və psixotrop maddələr əldə edib saxlaması və daşıması barədə daxil olmuş məlumat əsasında DİN-nin BMCM-nin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Təqsirləndirilən şəxs 21 iyun 2023-cü il tarixdə, saat 23:00 radələrində ünvan 2 ünvanının yaxınlığında idarə etdiyi “Saipa” markalı, **-GN-*** qeydiyyat nişanlı avtomobilin yanında saxlanılaraq həmin avtomobillə birlikdə DİN-in ünvan 3 ünvanında yerləşən BMCMİ-nin inzibati binasına dəvət edildikdən sonra orada 22 iyun 2023-cü il tarixdə, saat 00:50-dən etibarən onun üzərində video çəkiliş müşaiyəti altında şəxsi axtarış aparılmışdır. Tədqiq olunan həmin protokoldan görünür ki, Təqsirləndirilən şəxs əynində olan boz rəngli cins şalvarının sağ yan cibindən içərisində narkotik vasitə heroinə oxşar maddə olan 01 ədəd sellofan bükümü, sol yan cibindən avtomobil açarı, sağ arxa cibindən 01 ədəd “Samsung” markalı və 01 ədəd “Redmi” markalı mobil telefonları aşkar edilmişdir. Aşkar edilmiş Təqsirləndirilən şəxsə məxsus “Redmi” və “Samsung” markalı mobil telefonlar, içərisində narkotik vasitə heroin oxşar maddə olan 01 ədəd sellofan büküm iş üzrə əhəmiyyət kəsb etdiyi üçün təhqiqatçı tərəfindən götürülmüş, avtomobil açarı onun özünə qaytarılmışdır. Şəxsi axtarış və götürmə istintaq hərəkəti 22 iyun 2023-cü il tarixdə saat 01:01-də başa çatmışdır (iş vərəqə: 28-30). İşdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan məhkəmə-kimyəvi ekspertizasının 22 iyun 2023-cü il tarixli 6/3490 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs...” sözləri olan zərfdəki bir ədəd bükümdə olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir və təmiz çəkisi 5,844 qramdır. Tədqiq olunan həmin rəydən görünür ki, tədqiq olunan heroinin təmiz çəkisinin 5,844 qram olduğu müəyyən edilmiş, 0,050 qram tədqiqata sərf edildilmiş, 5,794 qram qalıq qalmışdır. Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin”-in İ siyahısına daxildir (iş vərəqə: 46-50). Bundan başqa, məhkəmə baxışı zamanı tədqiq olunan məhkəmə-narkoloji ekspertizasının 23 iyun 2023-cü il tarixli 3994 nömrəli ekspert rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur, Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir və onun narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur (iş vərəqə: 153-154). Həmçinin məhkəmə baxışı zamanı tədqiq olunan məhkəmə-kimyəvi ekspertizasının 07 iyul 2023-cü il tarixli, 2273/K nömrəli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs götürülmüş qan və sidik nümunələrinin tərkibində barbitur turşusu törəmələri, alkaloidlər (həmçinin tiryək qrupu), kannabinoid (çətənə bitkisindən alınan və təbii mənşəli narkotik vasitə hesab edilən), fenilalkilamin qrupuna aid olan amfetamin və metamfetamin, fenotiazin, pirazalon, 1,4 benzodiazepin törəmələri və salisilatlar aşkar edilməmişdir (iş vərəqə: 155-158). İşdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan məhkəmə-tibbi ekspertizasının 17 iyul 2023-cü il tarixli, 250/MEŞ nömrəli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs məhkəmə-tibbi müayinəsi zamanı onun bədən səthində xəsarət aşkar edilməmişdir (iş vərəqə: 159-162). Məhkəmə baxışı zamanı tədqiq olunan digər sənədlərlə müəyyən edildi ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş və ekspertiza tədqiqatlarından sonra qalıq qalmış 5,794 qram çəkidə narkotik vasitə heroin iş üzrə maddi sübut kimi tanınmış və saxlanmasından ötrü Azərbaycan Respublikası DİN-in BMCMİ-nin maddi sübutları saxlama yerinə təhvil verilmişdir. Həmçinin Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılması prosesinin videogörüntülərinin yükləndiyi 01 ədəd DVD formatlı disk iş üzrə maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir (iş vərəqə: 30, 111-112, 163- 174). İşdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan ibtidai istintaq orqanı tərəfindən əməliyyat-axtarış tədbirlərini həyata keçirən orqana verilmiş 30 iyun 2023-cü il tarixli əməliyyat tapşırığının cavab məktubunda qeyd edilmişdir ki, ilkin əməliyyat məlumatında Təqsirləndirilən şəxs aşkar edilən narkotik vasitə heroinin onun satış məqsədilə əldə edib üzərində gəzdirməsi qeyd edilmişdir. Sonradan keçirilmiş əməliyyat-axtarış tədbirləri nətiicəsində onun narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olması barədə əlavə məlumatlar əldə edilmişdir. Lakin Təqsirləndirilən şəxs aşkar edilmiş narkotik vasitəni aldığı şəxsin müəyyən edilməsi, həmçinin, digər cinayət əməllərinin törədilməsində iştirakının olub-olmaması, yaxın əlaqələrinin müəyyən edilməsi, narkotik vasitələrin və ya psixotrop maddələrin satışında və istifadəsində şübhəli olan şəxslərlə əlaqələrinin müəyyən edilməsi, qanunsuz olaraq əldə etdiyi narkotik vasitəni nə vaxt, kimdən, harada və hansı şəraitdə əldə etməsi, əvvəllər narkotik vasitə və ya psixotrop maddələri qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasının ərazisinə keçiribkeçirməməsinin müəyyən edilməsi istiqamətində aparılmış əməliyyat-axtarış tədbirləri nəticəsində müsbət nəticə əldə etmək mümkün olmamışdır (iş vərəqə: 141). Məhkəmə baxışı zamanı müəyyən edildi ki, məhkəməyədək icraat mərhələsində Təqsirləndirilən şəxs aşkar edilib götürülmüş narkotik vasitənin mənbəyinin müəyyənləşdirilməsi mümkün olmamış və qeyd olunan mənbənin müəyyənləşdirilməsi məqsədilə baxılan cinayət işindən ayrıca icraatda material ayrılmışdır (iş vərəqə: 177-178, 179-180). Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda heroin narkotik vasitəsini əldə etməyə, saxlamağa və daşımağa, yəni Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməyə görə təqsirli bilinə və cəzalandırıla bilməz. Azərbaycan Respublikası CM-nin 7.1-ci maddəsinin tələbinə görə yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Məhkəmə kollegiyası, məhkəmə baxışına təqdim edilmiş sübutları məhkəmə iclasında hərtərəfli, tam və obyektiv tədqiq edib, sübutlar toplusuna məcmu halında qiymət verərək, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq külli miqdarda heroin narkotik vasitəsi əldə etməsi, saxlaması və daşıması, yəni Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi məhkəmədə təkzibedilməz və mötəbər sübutlarla təsdiq edildiyindən onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-1-ci maddəsinə tövsif edilməli və Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirli bilinib cəzalandırılmalıdır. Belə ki, məhkəmə ilk növbədə qeyd edir ki, iş üzrə tərtib olunan ittiham aktının məzmunundan göründüyü kimi təqsirləndirilən şəxsin özünün və şahidlərin ifadələri, şəxsi axtarış və götürmə barədə protokol, şəxsi axtarış aparılmasına dair videogörüntülərə baxış protokolu, iş üzrə keçirilmiş məhkəmə-kimyəvi və məhkəmə-narkoloji ekspertizaların rəyləri, əməliyyat tapşırığına əməliyyat xidmətinin cavabları və digər istintaq sənədləri sübut əhəmiyyətli prosessual sənədlər kimi təqsirləndirilən şəxsin ondan aşkar olunan narkotik vasitəni satış məqsədilə qanunsuz olaraq əldə edib üzərində saxlama və daşıma cinayətini törətməkdə sübut növü kimi qiymətləndirilərək cinayət işinə əlavə edilmişdir (ittiham aktı). Lakin məhkəmə araşdırması ilə müəyyən olundu ki, ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulan ittihamın əsası kimi qəbul olunan həmin sübutlar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə deyil, həmin Məcəllənin 234.1-1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirliliyini təsdiq edir. Belə ki, istər məhkəməyədək icraat və istərsə də məhkəmə baxışı mərhələsində Təqsirləndirilən şəxs satış məqsədilə qanunsuz olaraq külli miqdarda heroin narkotik vasitəsi əldə etməsini, saxlamasını və daşımasını təsdiq edə biləcək konkret sübutlar müəyyən edilməmişdir. İlk növbədə qeyd olunmalıdır ki, məhkəmə baxışı zamanı tədqiq olunan Təqsirləndirilən şəxs ətrafında keçirilmiş əməliyyat-axtarış tədbirinə dair müvafiq sənədlərlə, o cümlədən Azərbaycan Respublikası DİN-nin BMCMİ-nin xüsusilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili Şahid1 tərəfindən tərtib olunan 21 may 2023-cü il tarixli raportla, eyni şəxs tərəfindən qəbul edilmiş “Əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə dair” 21 may 2023-cü il tarixli qərarla, Təqsirləndirilən şəxs saxlanılıb BMCMİ-nə gətirilməsi barədə xüsusilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili Şahid1 tərəfindən tərtib olunan 21 may 2023-cü il tarixli daha bir protokolla müəyyən edildi ki, əməliyyat məlumatı baxılan iş üzrə Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olması, bu məqsədlə qeyd edilən maddələri əldə edib saxlaması və daşıması barədə olmuşdur (iş vərəqə: 4, 5, 6-7). Məhkəməyədək icraat mərhələsində Təqsirləndirilən şəxs dindirilərkən şübhəli və təqsirləndirilən şəxs qismində vermiş olduğu 22 və 23 iyun 2023-cü il tarixli ifadələrində ondan aşkar edilib bir bükümdə götürülən narkotik vasitəni satış məqsədilə əldə etdiyini, konkret olaraq kiməsə satdığını, əldə etdiyi konkret mənbəni etiraf etməmiş, 01 ədəd sellofan bükümdə təqdim etdiyi olan narkotik maddəni 21 iyun 2023-cü il tarixdə, səhər vaxtı “Papanin” adlanan ərazidən yerdən tapdığını, başqa şəxslərin və uşaqların əlinə keçməməsi üçün götürüb üzərində saxladığını və həmin maddəni tullamaq fikrinin olduğunu bildirmiş, məhkəmə baxışı zamanı verdiyi ifadələrində isə şübhəli və təqsirləndirilən şəxs qismində dindirilərkən ifadələrində göstərdiklərini inkar etmiş, aşkar olunub götürülən narkotik vasitənin ona aid olmadığını, həmin narkotik vasitənin polis əməkdaşları tərəfindən ona qarşı edilmiş psixoloji təzyiqlər nəticəsində boynuna götürməsinə məcbur edildiyini göstərmişdir. Məhkəmə baxışı zamanı müəyyən edildi ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs aşkar edilib götürülən heroin narkotik vasitəsinin əldə olunma mənbəyinin, Təqsirləndirilən şəxs narkotik vasitələrin və ya psixotrop maddələrin satışı ilə məşğul olub-olmamasının müəyyənləşdirilməsi üçün 30 iyun 2023-cü il tarixli əməliyyat tapşırığı verilmişdir. Məhkəmə baxışı zamanı tədqiq olunan ibtidai istintaq orqanının həmin əməliyyat tapşırığına verilmiş 02 avqust 2023-cü il cavab məktubunun məzmunundan görünür ki, ilkin əməliyyat məlumatında Təqsirləndirilən şəxs aşkar edilən narkotik vasitə heroinin onun satış məqsədilə əldə edib üzərində gəzdirməsi qeyd edilmişdir. Sonradan keçirilmiş əməliyyat-axtarış tədbirləri nətiicəsində onun narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olması barədə əlavə məlumatlar əldə edilmişdir. Lakin Təqsirləndirilən şəxs aşkar edilmiş narkotik vasitəni alıb əldə etdiyi mənbənin, digər cinayət əməllərinin törədilməsində onun iştirakının, yaxın əlaqələrinin, narkotik vasitələrin və ya psixotrop maddələrin satışında və istifadəsində şübhəli olan şəxslərlə əlaqələrinin müəyyənləşdirilməsi mümkün olmamışdır (iş vərəqə: 141). İlk növbədə məhkəmə qeyd edir ki, əməliyyat tapşırığına verilmiş 02 avqust 2023cü il cavab məktubunun məzmunundakı məlumatlar iş üzrə tərtib olunan ittiham aktında sübut kimi qiymətləndirilərkən istintaqı tərəfindən təhriflərə yol verilmişdir. Belə ki, əməliyyat tapşırığına verilmiş cavab məktubunda ilk cymlə olaraq yer almış “ilkin əməliyyat məlumatında Təqsirləndirilən şəxs aşkar edilən narkotik vasitə heroinin onun satış məqsədilə əldə edib üzərində gəzdirməsi qeyd edilmişdir» cümləsi “keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs aşkar edilən heroin narkotik vasitəsini onun satış məqsədi ilə əldə edib üzərində gəzdirməsi aşkar edilmişdir” cümləsi ilə əvəz edilmişdir ki, bu da Təqsirləndirilən şəxs qarşı Azərbaycan Respublikası CM-nin 234.4.3cü maddəsi ilə irəli sürülmüş ittihamın qeyri-qanuni olaraq möhkəmləndirilməsi məqsədi daşımışdır. Tədqiq olunan əməliyat tapşırığına əməliyyat xidməti tərəfindən verilmiş həmin məktubunun məzmununda ilkin əməliyyat məlumatında Təqsirləndirilən şəxs aşkar edilən narkotik vasitə heroinin onun satış məqsədilə əldə edib üzərində gəzdirməsi, həmçinin onun narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əlavə əməliyyat məlumatının əldə edilməsi barədə göstərilənlər, Azərbaycan Respublikası Qanunlarına uyğun əldə olunmadığından, Cinayət Məcəlləsinin tələblərinə uyğun əməliyyat tapşırığını verən istintaq orqanına təqdim edilmədiyindən və istintaq yolu ilə yoxlanılmadığından cinayət təqibi üzrə sübut kimi qəbul edilə və Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirli bilinməsinə əsas verə bilməz. Azərbaycan Respublikası CPM-nin 137-ci maddəsinə əsasən əməliyyat-axtarış fəaliyyəti nəticəsində əldə edilmiş materiallar «Əməliyyat-axtarış fəaliyyəti haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun əldə olunduqda və bu Məcəllənin tələblərinə uyğun təqdim edildikdə və yoxlanıldıqda, cinayət təqibi üzrə sübut kimi qəbul edilə bilər. Cinayət işinə məhkəmə baxışı zamanı şahid qismində dindirilən Azərbaycan Respublikası DİN-nin BMCMİ-nin xüsusilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili, Təqsirləndirilən şəxs ətrafında əməliyyat-axtarış tədbirləri keçirmiş əməliyyat qrupunun rəhbəri Şahid1 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs saxlanıldıqdan sonra ibtidai istintaq orqanı tərəfindən əməliyyat tapşırığı verilmiş, lakin Təqsirləndirilən şəxs barəsində narkotik vasitələrin satışı faktı təsdiqini tapmamışdır. Məhkəmə baxışı zamanı isə Təqsirləndirilən şəxs aşkar edilərək götürülən heroin narkotik vasitəsinin mənbəyinin müəyyən edilməməsi əsası ilə baxılan cinayət işindən Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə ayrıca icraatda material ayrıldığı müəyyən edilmişdir. Daha sonra məhkəmə baxışı zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs narkotik vasitələri və ya psixotrop maddələri satarkən və ya satmağa cəhd edərkən yaxalanmamış, onun hər hansı istehlakçı və s. cinayətkar şəxslə istər fiziki və ya istərsə də mobil əlaqəsi müəyyənləşdirilməmişdir. Məhkəmə baxışı zamanı tədqiq olunan Təqsirləndirilən şəxs məxsus olmuş ***-***- **-** və ***-***-**-** mobil nömrələri üzrə müvafiq olaraq “Azerfon” və "xxxx" MMC mobil operatorlarından götürülmüş məlumatlara baxış keçirilməsi haqqında 12 avqust 2023-cü il tarixli protokoldan görünür ki, baxış nəticəsində Təqsirləndirilən şəxs narkotik vasitələri almasını və ya satışı ilə məşğul olmasını təsdiq edə biləcək sms və ya sair məlumatlar aşkar edilməmiş və ya iş üçün əhəmiyyətli ola biləcək hər hansı məlumat əldə edilməmişdir (iş vərəqə: 142-144, 145-147). Məhkəmə baxışı zamanı tədqiq olunan “şəxsi axtarış və götürmə barədə” protokolunda da Təqsirləndirilən şəxs ondan aşkar edilib götürülən narkotik vasitəni satış məqsədilə qanunsuz olaraq əldə edib saxlamasını və üzərində daşımasını təsdiq edə biləcək konkret sübutedici məqam müəyyən edilməmişdir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs ondan aşkar edilib götürülmüş heroin narkotik vasitəsini satış məqsədilə qanunsuz olaraq əldə etməsini, saxlamasını, daşımasını və s. təsdiq edə biləcək, həmçinin onun bir ədəd bükümdə aşkar edilib götürülmüş heroin narkotik vasitəsini satış məqsədi olmadan qanunsuz əldə edib saxlamasını və eyni məqsədlə daşımasını təkzib edə biləcək hər hansı sübut növü müəyyən edilməmişdir. Məhkəmə baxışı zamanı cinayət işinin materialları araşdırılarkən müəyyən edildi ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs cinayət əməlinə görə toplanılmış sübutlara hüquqi qiymət verilərkən təqsirləndirilən şəxsin özünün, şahidlərin ifadələri, “şəxsi axtarış və götürmə», «şəxsi axtarış aparılmasına dair videogörüntülərə baxış keçirilməsi barədə” protokolları, məhkəmə-kimyəvi və məhkəmə narkoloji ekspertizaların rəyləri, maddi sübut və cinayət işinin sair materialları əsas götürülmüş və onun Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi tam sübuta yetmiş əməl kimi qiymətləndirilmişdir. Lakin məhkəmə araşdırması ilə müəyyən olundu ki, ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulan ittihamın əsası kimi qəbul olunan sübutlar həm məhkəməyədək və həm də məhkəmə icraatında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə deyil, əksinə həmin Məcəllənin 234.1-1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirliliyini təsdiq edir. «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli qərarının doqquzuncu bəndində məhkəmələrə tövsiyə olunur ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Lakin baxılan iş üzrə Təqsirləndirilən şəxs ondan aşkar olunub götürülmüş narkotik vasitəni qanunsuz olaraq satış məqsədilə əldə etməsi öz təsdiqini tapmamış, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs əməlini Cinayət Məcəllənin 234.4.3-cü maddəsi ilə tövsif edərkən fərziyyə və şübhələrə əsaslanmışdır ki, məhkəmə baxışı zamanı bu şübhələrin digər sübutlarla aradan qaldırılması mümkün olmamışdır. Azərbaycan Respublikası CPM-nin 145.1-ci maddəsinin tələblərinə görə hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Həmin Məcəllənin 145.2-ci maddəsinə əsasən …. hakimlər qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Ən nəhayət, həmin Məcəllənin 145.3-cü maddəsinin tələblərinə görə isə ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Məhkəmə Təqsirləndirilən şəxs əməlinin Azərbaycan Respublikası CM-nin 234.1-1ci maddəsi ilə hüquqi tövsifi ilə bağlı qeyd edir ki, 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıya» əsasən heroin narkotik vasitəsinin şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar daxil olmaqla yuxarı həddi 2 qram müəyyən edilmişdir. Yəni Təqsirləndirilən şəxs götürülən bir ədəd bükümdəki heroin narkortik vasitəsinin ümumi kütləsi külli miqdar olmaqla 5,844 qram qram təşkil etmişdir və bu miqdar şəxsi istehlak miqdarından artıq külli miqdar kimi qəbul edilməlidir. Belə ki, “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” 26 aprel 2022-ci il tarixdə qəbul edilmiş 516-VİQD nömrəli qanunla yeni məzmunda 234.1-1-ci maddə Azərbaycan Respublikasının CM-nə əlavə olunmuşdur ki, həmin qanuna əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan əməllər külli miqdarda törədildikdə təqsirləndirilən şəxsin əməli Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə tövsif olunmalıdır. Qeyd olunan həmin Qanun 20 may 2022-ci il tarixdə qanuni qüvvəyə minmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 10.1-ci maddəsinin tələblərinə görə əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza, bu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədildiyi zaman qüvvədə olan cinayət qanunu ilə müəyyən edilir. Törədildiyi zaman cinayət sayılmayan əmələ görə heç kəs cinayət məsuliyyətinə cəlb oluna və cəzalandırıla bilməz. Həmin Məcəllənin 10.2-ci maddəsinə əsasən ictimai təhlükəli əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilmə vaxtı, onun nəticələrinin baş verdiyi andan asılı olmayaraq, cinayətin törədildiyi vaxt sayılır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cinayət əməlinin 21 may 2023-cü il tarixə təsadüf etməsi, ondan aşkar edilib götürülən heroin narkotik vasitəsinin miqdarının 5,844 qram olmaqla külli miqdar təşkil etməsi, həmin narkotik vasitənin satış məqsədilə qanunsuz olaraq əldə olunması, saxlanması və daşınmasının təsdiq olunmaması nəzərə alınmalı və Təqsirləndirilən şəxs cinayət əməli Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-1-ci maddəsi ilə tövsif edilməlidir. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası CPM-nin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır və məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxarmaq hüququna malikdir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı sərbəst ifadəsində ondan aşkar edilib götürülməsi qeyd olunan narkotik vasitənin ona aid olmaması, saxlanılarkən onun üzərində heç bir növdən olan narkotik vasitə olmaması, qanunsuz saxlanılması və polis tərəfindən psixoloji təzyiqlərə məruz qalması, psixoloji təzyiqlər və nəticəsində ittihamda göstərilən külli miqdarda heroin narkotik vasitəsini boynuna götürməyə məcbur edilməsi, etirafedici ifadələr verməyə məcbur edilməsi ilə əlaqədar göstərdiklərini onun ağır cinayət törətməyə görə cinayət məsuliyyətindən və cəzadan azad oluna bilmək üçün seçmiş olduğu müdafiə taktikası kimi qiymətləndirir. Təqsirləndirilən şəxs məhkəmədə polis tərəfindən təzyiqlərə, məruz qalması barədə ifadələrində göstərdiyi xüsusatlar, özünü müdafiə üçün gətirdiyi sair dəlillər məhkəmə baxışı zamanı araşdırılmış, araşdırılan mötəbər və təkzibedilməz sübutlarla tam inkar olunmuşdur. Məhkəmədə Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar və onu cinayət məsuliyyətindən azad etmə üçün əsaslar müəyyən edilməmişdir. Məhkəmə cəza təyin edərkən, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və cəzanı ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli əməliyyat-sorğu arayışından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (iş vərəqə: 201-202). Məhkəmə baxışı zamanı müəyyən olundu ki, Təqsirləndirilən şəxs 20 iyun 1992-ci ildən hərbi xidmət dövrü əmələ gəlmiş əlillik səbəbindən müddətsiz İİ qrup əlildir. Həmçinin işdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi-Ekspert Komissiyasının məlumatından görünür ki, görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2007-ci il təvəllüdlü yetkinlik yaşına çatmayan qızı X3 İİ-İİİ-İV əl barmaqlarının daraq səviyyəsindən amputasiyası səbəbindən «sağlamlıq imkanları məhdud uşaqlar» kateqoriyasına aiddir. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs müddətsiz İİ qrup əlil olması və yetkinlik yaşına çatmayan qızının olması Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində cəzanı yüngülləşdirən hal qismində nəzərə alınmalıdır. Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1 - 59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə baxışında Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CMnin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəza məsələsini müzakirə edib belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin qəsdən ağır cinayət törətməsi nəzərə alınmalı, həm sosial ədalətin bərpası, həm onun islah olunması, təqsirləndirilən şəxsin özü və başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısının alınması məqsədi ilə ona Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsinin sanksiyası daxilində, müəyyən müddətə azadlıqdan məhrum etmə növündə ədalətli, şəxsiyyətinə uyğun cəza təyin olunmalıdır. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində tədqiq olunan məhkəmə-narkoloji ekspertizasının 23 iyun 2023-cü il tarixli 3994 nömrəli rəyini əsas götürərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs narkomaniya xəstəliyinin əlamətlərinin aşkar olunmamsı, onun narkomaniya xəstəliyindən əzab çəkməməsi və narkomaniyadan məcburi müalicəyə ehtiyacının olmaması nəzərə alınmalı və barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi-xarakterli məcburi tədbirlər tətbiq edilməməlidir. Məhkəmə, eyni zamanda təyin olunacaq azadlıqdan məhrum etmə cəzasının çəkilməsi üçün Təqsirləndirilən şəxs barəsində cəzaçəkmə müəssisəsinin növünü müəyyən edərkən, törədilən cinayətin ağır cinayətlər kateqoriyasına aid olmasını, onun ilk dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunacağını qeyd edir və onun təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsini qanuna uyğun hesab edir. Belə ki, Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər təyin olunan azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidirlər. Bundan başqa, məhkəmə kollegiyası təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının çəkilməsinin əvvəli ilə əlaqədar məsələni müzakirə edib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli onun faktiki olaraq saxlanıldığı və azadlığının məhdudlaşdırıldığı 21 iyun 2023-cü il tarixdən hesablanmalıdır. Belə ki, məhkəmə baxışı zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs baxılan iş üzrə 22 iyun 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulsa da, o, faktiki 21 iyun 2023-cü il tarixdə saxlanılmış və onun azadlığı qeyd olunan tarixdən məhdudlaşdırılmışdır. 23 iyun 2023-cü il tarixdə barəsində müvafiq məhkəmə qərarına əsasən “həbs” qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli 21 iyun 2023-cü il tarixdən hesablanmış və bundan sonra o, məhkəmə hökmü çıxarılanadək qanuni əsaslarla həbsdə saxlanılmışdır. Qeyd olunanlara əsasən Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəlinin onun faktiki olaraq saxlanıldığı və azadlığının məhdudlaşdırıldığı 21 iyun 2023-cü il tarixdən hesablanmalıdır. Həmçinin məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs baxılan iş üzrə 22 iyun 2023cü il tarixdən başlayaraq həbsdə saxlanıldığı bütün müddət ona təyin olunmalı olan cəza müddətinə daxil edilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə görə isə cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Məhkəmə təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbirinə münasibət bildirib qeyd edir ki, təqsirləndirilən şəxsə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin ediləcəyindən onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Məhkəmə, Azərbaycan Respublikası CPM-nin 346.1.19-cu maddəsinin tələbləri baxımından iş üzrə maddi sübutlara dair məsələni həll edərkən belə nəticəyə gəlir ki, iş üzrə maddi sübutların taleyi hökm qanuni qüvvəyə mindikdən sonra aşağıdakı qaydada həll edilməlidir: - Azərbaycan Respublikası DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutları saxlama kamerasında saxlanılan, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən aşkar edilib götürülmüş və ekspertiza tədqiqatlarından sonra qalıq qalan 5,794 qram narkotik vasitə heroin məhv edilməlidir; - Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılması prosesinin videogörüntülərinin yükləndiyi bir ədəd DVD formatlı diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınmalıdır. Məhkəmə baxışı zamanı müəyyən edildi ki, iş üzrə 81 (səksən bir) manat məbləğində ekspertiza xərci mövcuddur ki, həmin məbləğ Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir. İş üzrə qanunla müəyyən olunmuş qaydada mülki iddia verilməmişdir, əmlak üzərinə həbs qoyulmamışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 345-347, 349, 351- 354, 356, 381, 384.1 maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli onun faktiki saxlanıldığı 21 iyun 2023cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbixarakterli məcburi tədbirlər tətbiq edilməsin. İş üzrə maddi sübutların taleyi hökm qanuni qüvvəyə mindikdən sonra aşağıdakı qaydada həll edilsin: - Azərbaycan Respublikası DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutları saxlama kamerasında saxlanılan, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən aşkar edilib götürülmüş və ekspertiza tədqiqatlarından sonra qalıq qalan 5,794 qram narkotik vasitə heroin məhv edilsin; - Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılması prosesinin videogörüntülərinin yükləndiyi bir ədəd DVD formatlı diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınsın. İş üzrə məhkəmə məsrəfləri – 81 (səksən bir) manat məbləğində ekspertiza xərci məhkum Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. İş üzrə qanunla müəyyən olunan qaydada mülki iddia verilməmişdir, əmlak üzərinə həbs qoyulmamışdır. Hökmdən elan olunduğu vaxtdan, həbsdə olan məhkum Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar