Məhkəmə qərarları › İş №1(101)-2072/2025

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-2072/2025

02.02.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-2072/2025 02.02.2026 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Qurbanova Aygün Arzu qızının sədrliyi, hakimlər Namazov Fərid Arif oğlu və Hüseynov Telman Qulaməli oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X4, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokurorları Dövlət ittihamçısı2 və Dövlət ittihamçısı1, müdafiəçi Bakı şəhəri 32 saylı Vəkil bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxx 1980-cı il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, M.Hüseynzadə küçəsi ünvanında 49 nömrəli evdə yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridaxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ:

1. Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən satış məqsədi ilə qanunsuz olaraq xeyli miqdarda narkotik vasitə və psixotrop maddəni əldə etmiş, saxlayıb daşımışaqla Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. İşin faktiki hallar

2. Təqsirləndirilən şəxs, istintaqa məlum olmayan vaxtda İran İslam Respublikasının vətəndaşı olması ehtimal edilən «Müseyib» adlı şəxslə cinayət əlaqəsinə girib, qabaqcadan əlbir olub bir qrup şəxs halında, satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitəni və psixotrop maddəni əldə etmə, saxlama, daşıma və satması barədə razılığa gəlib, həmin cinayətin həyata keçirilməsi üçün istintaqa məlum olmayan İran İslam Respublikası vətəndaşı olması ehtimal olunan «Müseyib» adlı şəxsdən, digər naməlum şəxslərə satmaq məqsədi ilə istintaqa məlum olmayan vaxtda və ünvandan qanunsuz olaraq xeyli miqdarda ümumi təmiz çəkisi 99,26 qram narkotik vasitə qurudulmuş marixuananı, xeyli miqdarda ümumi təmiz çəkisi 0,838 qram psixotrop maddə metamfetamini əldə edib saxlayaraq daşımış, Sabunçu rayon Polis İdarəsinin 14-cü Polis şöbəsinin əməkdaşları tərəfindən “Əməliyyat- axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə riayət etməklə keçirilən əməliyyat tədbirləri nəticəsində 27 avqust 2025-ci il tarixdə saat01:45-də Bakı şəhəri Sabunçu rayonu Maştağa qəsəbəsi Mehdi Hüseynzadə küçəsində nömrəsiz evin qarşısında saxlanılaraq üstünün yoxlanılması zamanı üzərindən, bundan sonra onun yaşadığı Bakı şəhəri Sabunçu rayonu, Maştağa qəsəbəsi Mehdi Hüseynzadə küçəsində yerləşən nömrəsiz evdən cəmi 03 ədəd bükümdə tərkiblərinə və kimyəvi komponentlərinə görə eyni olan 0,447 qram, 0,201 qram, 0,190 qram olmaqla ümumi təmiz çəkisi 0,838 qram xeyli miqdarda psixotrop maddə metamfetamin, cəmi 15 bükümdə təmiz çəkiləri 9,61 qram, 9,99 qram, 10,11 qram, 9,84 qram, 9,85 qram, 9,66 qram, 4,87 qram, 5,11 qram, 4,87 qram, 5,00 qram, 4,80 qram, 4,90 qram, 4,94 qram, 5,22 qram, 0,49 qram olmaqla ümumi təmiz çəkisi 99,26 qram xeyli miqdarda bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana və üzərində psixotrop maddə metamfetamin izləri olan bir ədəd elektron tərəzi aşkar edilib götürülmüşdür.

Təqsirləndirilən şəxsə qarşı ittiham tərəfinin təqdim etdiyi sübutlar aşağıdakılardan ibarətdir:

3. 26.08.2025-ci il tarixli raportdan (cild 01, iş vərəqə 04) görünür ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda psixotrop maddələri əldə etməsi, üzərində saxlaması və daşıması bildirilmişdir.

4. xx.xx.2025-ci il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan ( cild 01, iş vərəqə10-11) görünür ki, 27 avqust 2025-ci il tarixdə saat 01:45-də Sabunçu Rayon Polis idarəsinin 14-cü Polis şöbəsinin polis sahə inspektoru, polis kapitanı Şahid2 özünü təqdim edərək həyata keçirdikləri əməliyyat axtarış tədbirləri nəticəsində narkotik vasitə, psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli bilinən X1 barədə məlumat verir. Daha sonra şübhəli şəxs Təqsirləndirilən şəxs özünü təqdim edir. Videçəkilişdə iştirak edən Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis şöbəsinin cinayət axtarışı üzrə baş əməliyyat müvəkkili, polis kapitanı Şahid1 və videoçəkilişi qeydə alan həmin şöbənin cinayət axtarışı üzrə əməliyyat müvəkkili, polis baş leytenantı X6 təqdim edilir. Bundan sonra polis əməkdaşı şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində qanunla dövriyyəsi məhdudlaşdırılmış hər hansı bir əşya və predmet varsa təqdim etməsini təklif edir. Təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarının sol yan cibində 03 ədəd ağ kağıza bükülmüş bükümləri təqdim edir. Polis əməkdaşı şübhəli şəxsdən həmin bükümlərin nə olduğunu soruşduqda Təqsirləndirilən şəxs cavab verir ki, təqdim etdiyi 03 ədəd bükümdən 02 bükümün içərisində “patı", 01 ədəd bükümün içərisində isə “nəşə” vardır. Daha sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli idman şalvarının sağ yan cibində özünə məxsus “Redmi” markalı mobil telefonu təqdim edir. Təqdim edilmiş bükümlər və mobil telefon ayrı-ayrılıqda polis əməkdaşı tərəfindən zərfə qoyularaq qablaşdırılır. Polis əməkdaşı şübhəli şəxsdən təqdim edilmiş kütlələri kimdən, haradan, hansı məqsədlə, neçəyə əldə etdiyini soruşduqda, Təqsirləndirilən şəxs cavab verir ki, həmin bükümlərin qiymətini bilmir, onları İran İslam Respublikasının vətəndaşından əldə etdiyini, İran İslam Respublikasının vətəndaşının həmin bükümləri ona şəxsi istifadəsi üçün, həmçinin istəyən olarsa verməsi üçün verdiyini bildirir. Şübhəli şəxs Təqsirləndirilən şəxs üstünün yoxlanılması zamanı başında olan yay papağının iç tərəfindən 01 ədəd qara rəngli sellofana, 01 ədəd ağ rəngli şəffaf sellofana bükülmüş büküm aşkarlanır.^Polis əməkdaşı həmin bükümlərin nə olduğunu soruşduqda Təqsirləndirilən şəxs bildirir ki, onlar patı və nəşədirlər, həmin bükümləri şəxsi istifadəsi üçün istəyən şəxslərə vermək üçün daşıdığını bildirir. Aşkarlanmış həmin kütlələr də polis əməkdaşı tərəfindən zərfə qoyularaq qablaşdırılır. Polis əməkdaşı şübhəli şəxsdən evində və digər hər hansı bir yerdə narkotik vasitə və psixotrop maddə olub-olmadığ'nı soruşduqda Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsində narkotik vasitə və psxiotrop maddə saxladığını bildirir. Polis əməkdaşı həyətyanı sahəyə baxış keçirilməsinə etirazının olub- olmadığını soruşduqda Təqsirləndirilən şəxs bildirir ki, etirazı yoxdur. Polis əməkdaşı şübhəli şəxs Təqsirləndirilən şəxs hansı ünvanda yaşadığını soruşduqda Təqsirləndirilən şəxs əli ilə yaşadığı evin darvasını göstərərək orada yaşadığını, həmin ünvanın ünvan 2ətəndaş Təqsirləndirilən şəxs icazəsi ilə polis əməkdaşları Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, M.Hüseynzadə küçəsi ünvanında yerləşən evin həyətyanı sahəsinə daxil olurlar. Təqsirləndirilən şəxs öndə gedərək həyətə qoyulmuş kardon qutunun içərisindən 01 ədəd bankanı çıxarır. Daha sonra 01 ədəd elektron tərəzi və 01j ədəd eynək qabı aşkarlanır. Baxış zamanı şüşə bankanın içərisindən 14 ədəd qara sellofana bükülmüş bükümlər aşkarlanır. Polis əməkdaşı həmin bükümlərin nə olduğunu soruşduqda, Təqsirləndirilən şəxs onların marixuana olduğunu deyir. Daha sonra TJpolisr,əməkdaşi“tərəfindən'eynək qutusu açılfr və içərisindən şəffaf sellofanda içərisində kristallik kütlə və 01 ədəd daşlaşmış kütlə aşkarlanır. Polis əməkdaşı həmin külələrin nə olduğunu soruşduqda Təqsirləndirilən şəxs cavab verir ki, həmin kütlələr zəy daşıdır. Elektron tərəzi yoxlanıldıqda işlək vəziyyətdə olduğu müəyyən edilir. Polis əməkdaşı tərəfindən aşkarlanmış 14 ədəd qara şəffaf sellofana bükülmüş kütlələr zərfə qoyularaq qablaşdırılır, daha sonra Təqsirləndirilən şəxs zəy daşı olduğunu bildirdiyi kütlələr və elektron tərəzi ayrı-ayrılıqda qablaşdırılır, qablaşdırılmış zərf möhürlənir, iştirakçılar tərəfindən imzalanır

5. xx.xx.2025-ci il tarixli Təqsirləndirilən şəxs ərizəsindən ( cild 01, iş vərəqə 14) görünür ki, Təqsirləndirilən şəxs ünvan 3 ünvanında yerləşən mənzilinə baxış keçirilməsinə etiraz etmədiyini bildirmişdir.

6. xx.xx.2025-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan (cild 01, iş vərəqə 26) görünür ki, Təqsirləndirilən şəxs 27 avqust 2025-ci il tarixdə saat 01.45 dəqiqədə tutulmuşdur.

7. xx.xx.2025-ci il tarixli təqdim olunana əşyaya baxış keçirilməsi və götürmə haqqında protokoldan ( cild 01, iş vərəqə 36-38) görünür ki, Sabunçu rayon Polis İdarəsinin 14-cü Polis şöbəsinin təhqiqatçısı, polis baş leytenantı Qoşqar Abuzərli, şöbənin əməkdaşları və şübhəli şəxs Təqsirləndirilən şəxs təyin edilmiş müfadiəçi 7 saylı Vəkil Bürosunun vəkili, X5 iştirakı ilə Vahid Mirzşyevə narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli bilindiyi üçün 27 avqust 2025-ci il tarixdə yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, M.Hüseynzadə küçəsi ünvanında Sabunçu rayon Polis İdarəsinin 14-cü Polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində saxlanılaraq Polis şöbəsinə gətirildiyini bildirir. Təhqiqatçı şübhəli şəxsdən ona təqdim edilmiş əşyaların üzərindən və yaşayaış yerindən aşkarlanmış əşyalar olub-olmadığını soruşduqda Təqsirləndirilən şəxs təsdiq edərək həmin əşyaların ondan aşkarlandığını bildirir. Təhqiqatçı tərəfindən qablaşdırılmış zərflər ayrılıqda açılır və içərisindəki bükümlər, həmçinin elektron tərəzi qarşısındakı stolun üzərinə düzülür. Təhqiqatçı həmin kütlələrin nə zaman və haradan əldə etdiyini soruşduqda Təqsirləndirilən şəxs cavab veriri ki, həmin bükümləri təxminən 5-6 gün əvvəl Bakı şəhəri, Binəqədi rayonu ərazisində İran İslam Respublikasının vətəndaşı vasitəsilə pul qarşılığı olmadan nisyə əldə etdiyini bildirir. Bundan sonra təhqiqatçı tərəfindən bükümlər, elektron tərəzi, mobil telefon ayrı-ayrılıqda qablaşdırılaraq möhürlənir və iştirakçılar tərəfindən imzalanır.

8. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin Məhkəməkimyəvi ekspertizasının 28 avqust 2025-ci il tarixli, 6/2888 nömrəli ekspert rəyindən( cild, iş vərəqə: 47-52) görünür ki, Tədqiqata təqdim edilmiş, üzərində: “Azərbaycan Respublikası DİN Zərflər üçün №100” dairəvi möhür əksi, “şübhəli şəxs : Təqsirləndirilən şəxs (imza)” yazısı və imzalar olan 3 (üç) ədəd zərfdə, -3 (üç) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,447 qram, 0,201 qram və 0,190 qram ümumi təmiz çəkisi 0,838 qram ağ rəngli kristalşəkilli maddələr xarici əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eyni olub, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir, -1 (bir) ədəd elektron elektron tərəzinin üzərində metamfetaminin izləri vardır. İz şəklində olduğu üçün metamfetaminin təmiz çəkisini və bükümlərdə olan metamfetaminlə eyni kimyəvi tərkibli olubolmamasını müəyyən etmək mümkün deyildir, -1 (bir) ədəd bükümdə təmiz çəkisi 32,45 qram ağ rəngli iri kristalların tərkibində narkotik vasitələrin, psixotrop, güclü təsir edən və zəhərli maddələrin komponentləri yoxdur və həmin maddə narkotik vasitələrə, psixotrop, güclü təsir edən və zəhprli maddələrə aid deyildir. Qeyd: Metamfetaminin ümumi təmiz çəkisi 0,838 qram, tədqiqata sərf edildi: ümumi 0,15 qram, qalıq 0,688 qram. Qeyri psixotrop tərkibli maddənin təmiz çəkisi: 32,435 qram, tədqiqata sərf edildi : 0,3 qram, qalıq: 32,135 qram. Metamfetamin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”-in İ siyahısına daxildir.

9. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin Məhkəmə-bioloji ekspertizasının 28 avqust 2025-ci il tarixli, 7/1139 nömrəli ekspert rəyindən ( cild 01, iş vərəqə 54-56) görünür ki, Tədqiqata təqdim edilmiş paketdə on dörd ədəd qara rəngli kağız bükümlərrdə və bir ədəd ağ rəngli kağız bükümdə ayrı-ayrılıqda ^təmiz çəkiləri 9,61 qram, 9,99 qram, 10,11 qram, 9,84 qram, 9,85 qram, 9,66 qram, 4,87 qram, 5,11 qram, 4,87 qram, 5,00 qram, 4.80 qram, 4,90 qram, 4,94 qram, 5,22 qram, 0,49 qram, ümumi çəkisi 99,26 qram bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkişindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuanadır. Qeyd: Marixuananın ümumi çəkisi 99,26 qram, tədqiqata cəmi sərf edildi-0,3qram (hər obyektdən 0,02 qram), qalıq-98,96 qramdır. Qurudulmuş marixuana 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin”-in İ siyahısına daxildir.

10. xx.xx.2025-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan ( cild 01, iş vərəqə 69-70) görünür ki, Təqsirləndirilən şəxs CM-nin 234.4.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsi qərara alınmışdır.

11. Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 4(008)-398/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarından ( cild 01, iş vərəqə 91) görünür ki, Təqsirləndirilən şəxs barəsində 04 ay müddətində həbs qətimkna tədbiri seçilmiş və həbsetməsinin əvvəli xx.xx.2025-ci il tarixdən hesablanması qərara alınmışdır.

12. 29.08.2025-ci il tarixli DVD diskə baxış keçirilməsi haqqında protokoldan ( cild 01, iş vərəqə 106-107) görünür ki, cinayət işi materiallarına əlavə olunmuş narkotik vasitələrin və psixotrop maddələrin saxlanılmasında şübhəli bilinən Təqsirləndirilən şəxs üstünün yoxlanılması, yaşayış yerinə baxış keçirilməsi və götürmə haqqında və təqdim edilmiş əşyaya baxış və götürmə haqqında protokollara əlavə edilmiş 02 (iki) ədəd «DVD» diskdə qeydə alınmış videoyazıya baxış keçirilən zaman müəyyən edilmişdir ki, şübhəli şəxsin üstünün yoxlanılması, yaşayış yerinə baxış keçirilməsi və götürmə haqqında protokola əlavə edilmişOİ (bir) ədəd DVD diskdə 01 (bir) ədəd videoyazı vardır, çəkilmiş videoyazı 18 dəqiqə 57 saniyədən ibarətdir. Videoyazıya baxış keçirdikdə müəyyən olunur ki, 27 avqust 2025-ci il tarixdə saat 01:45-də Sabunçu Rayon Polis idarəsinin 14-cü Polis şöbəsinin polis sahə inspektoru, polis kapitanı Şahid2 özünü təqdim edərək həyata keçirdikləri əməliyyat axtarış tədbirləri nəticəsində narkotik vasitə, psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli bilinən X1 barədə məlumat verir. Daha sonra şübhəli şəxs Təqsirləndirilən şəxs özünü təqdim edir. Videçəkilişdə iştirak edən Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis şöbəsinin cinayət axtarışı üzrə baş əməliyyat müvəkkili, polis kapitanı Şahid1 və videoçəkilişi qeydə alan həmin şöbənin cinayət axtarışı üzrə əməliyyat müvəkkili, polis baş leytenantı X6 təqdim edilir. Bundan sonra polis əməkdaşı şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində qanunla dövriyyəsi məhdudlaşdırılmış hər hansı bir əşya və predmet varsa təqdim etməsini təklif edir. Təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarının sol yan cibində 03 ədəd ağ kağıza bükülmüş bükümləri təqdim edir. Polis əməkdaşı şübhəli şəxsdən həmin bükümlərin nə olduğunu soruşduqda Təqsirləndirilən şəxs cavab verir ki, təqdim etdiyi 03 ədəd bükümdən 02 bükümün içərisində “patı", 01 ədəd bükümün içərisində isə “nəşə” vardır. Daha sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli idman şalvarının sağ yan cibində özünə məxsus “Redmi” markalı mobil telefonu təqdim edir. Təqdim edilmiş bükümlər və mobil telefon ayrıayrılıqda polis əməkdaşı tərəfindən zərfə qoyularaq qablaşdırılır. Polis əməkdaşı şübhəli şəxsdən təqdim edilmiş kütlələri kimdən, haradan, hansı məqsədlə, neçəyə əldə etdiyini soruşduqda, Təqsirləndirilən şəxs cavab verir ki, həmin bükümlərin qiymətini bilmir, onları İran İslam Respublikasının vətəndaşından əldə etdiyini, İran İslam Respublikasının vətəndaşının həmin bükümləri ona şəxsi istifadəsi üçün, həmçinin istəyən olarsa verməsi üçün verdiyini bildirir. Şübhəli şəxs Təqsirləndirilən şəxs üstünün yoxlanılması zamanı başında olan yay papağının iç tərəfindən 01 ədəd qara rəngli sellofana, 01 ədəd ağ rəngli şəffaf sellofana bükülmüş büküm aşkarlanır.^Polis əməkdaşı həmin bükümlərin nə olduğunu soruşduqda Təqsirləndirilən şəxs bildirir ki, onlar patı və nəşədirlər, həmin bükümləri şəxsi istifadəsi üçün istəyən şəxslərə vermək üçün daşıdığını bildirir. Aşkarlanmış həmin kütlələr də polis əməkdaşı tərəfindən zərfə qoyularaq qablaşdırılır. Polis əməkdaşı şübhəli şəxsdən evində və digər hər hansı bir yerdə narkotik vasitə və psixotrop maddə olub-olmadığ'nı soruşduqda Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsində narkotik vasitə və psxiotrop maddə saxladığını bildirir. Polis əməkdaşı həyətyanı sahəyə baxış keçirilməsinə etirazının olubolmadığını soruşduqda Təqsirləndirilən şəxs bildirir ki, etirazı yoxdur. Polis əməkdaşı şübhəli şəxs Təqsirləndirilən şəxs hansı ünvanda yaşadığını soruşduqda Təqsirləndirilən şəxs əli ilə yaşadığı evin darvasını göstərərək orada yaşadığını, həmin ünvanın ünvan 2ətəndaş Təqsirləndirilən şəxs icazəsi ilə polis əməkdaşları Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, M.Hüseynzadə küçəsi ünvanında yerləşən evin həyətyanı sahəsinə daxil olurlar. Təqsirləndirilən şəxs öndə gedərək həyətə qoyulmuş kardon qutunun içərisindən 01 ədəd bankanı çıxarır. Daha sonra 01 ədəd elektron tərəzi və 01j ədəd eynək qabı aşkarlanır. Baxış zamanı şüşə bankanın içərisindən 14 ədəd qara sellofana bükülmüş bükümlər aşkarlanır. Polis əməkdaşı həmin bükümlərin nə olduğunu soruşduqda, Təqsirləndirilən şəxs onların marixuana olduğunu deyir. Daha sonra polis əməkdaşları tərəfindəne ynək qutusu açılır və içərisindən şəffaf sellofanda içərisində kristallik kütlə və 01 ədəd daşlaşmış kütlə aşkarlanır. Polis əməkdaşı həmin külələrin nə olduğunu soruşduqda Təqsirləndirilən şəxs cavab verir ki, həmin kütlələr zəy daşıdır. Elektron tərəzi yoxlanıldıqda işlək vəziyyətdə olduğu müəyyən edilir. Polis əməkdaşı tərəfindən aşkarlanmış 14 ədəd qara şəffaf sellofana bükülmüş kütlələr zərfə qoyularaq qablaşdırılır, daha sonra Təqsirləndirilən şəxs zəy daşı olduğunu bildirdiyi kütlələr və elektron tərəzi ayrı-ayrılıqda qablaşdırılır, qablaşdırılmış zərf möhürlənir, iştirakçılar tərəfindən imzalanır və bununla da çəkiliş sona çatır. Təqdim olunmuş əşyaya baxış və götürmə haqqında protokola əlavə edilmiş 01 (bir) əcəd DVD diskə baxış zamanı müəyyən edilmişdir ki, DVD diskdə 01 (bir) ədəd videoyazı vardır və videoyazı 09 dəqiqə 34 saniyədən ibarətdir, yideoyazıda Sabunçu rayon Polis İdarəsinin 14-cü Polis şöbəsinin təhqiqatçısı, polis baş leytenantı Qoşqar Abuzərli, şöbənin əməkdaşları və şübhəli şəxs Təqsirləndirilən şəxs təyin edilmiş müfadiəçi 7 saylı Vəkil Bürosunun vəkili, X5 iştirakı ilə Vahid Mirzşyevə narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli bilindiyi üçün 27 avqust 2025-ci il tarixdə yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, M.Hüseynzadə küçəsi ünvanında Sabunçu rayon Polis İdarəsinin 14-cü Polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində saxlanılaraq Polis şöbəsinə gətirildiyini bildirir. Təhqiqatçı şübhəli şəxsdən ona təqdim edilmiş əşyaların üzərindən və yaşayaış yerindən aşkarlanmış əşyalar olub-olmadığını soruşduqda Təqsirləndirilən şəxs təsdiq edərək həmin əşyaların ondan aşkarlandığını bildirir. Təhqiqatçı tərəfindən qablaşdırılmış zərflər ayrılıqda açılır və içərisindəki bükümlər, həmçinin elektron tərəzi qarşısındakı stolun üzərinə düzülür. Təhqiqatçı həmin kütlələrin nə zaman və haradan əldə etdiyini soruşduqda Təqsirləndirilən şəxs cavab veriri ki, həmin bükümləri təxminən 5-6 gün əvvəl Bakı şəhəri, Binəqədi rayonu ərazisində İran İslam Respublikasının vətəndaşı vasitəsilə pul qarşılığı olmadan nisyə əldə etdiyini bildirir. Bundan sonra təhqiqatçı tərəfindən bükümlər, elektron tərəzi, mobil telefon ayrı-ayrılıqda qablaşdırılaraq möhürlənir və iştirakçılar tərəfindən imzalanır. Bununla da çəkiliş sona çatır.

13. Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən daxil olmuş tələbnamədən (cild 01, iş vərəqə 160-161) görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır.

14. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X9 Şəxsi əlavə ambulator məcburi-narkoloji tibbi yoxlamanın 06 oktyabr 2025-ci il tarixli 6178 nömrəli rəyindən (cild 01, iş vərəq 166-167)görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs Kannabionidlərin və psixostimulyatorların qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDİROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. VSİS-dən alınan məlumata əsasən Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdən Bakı şəhər NM-də (F19x2) diaqnozu ilə dispanser qeydiyyatdadır.

15. 05.12.2025-ci il tarixli sübutların qiymətləndirilməsi və iş üzrə əməlin tövsfi edilməsi haqqında qərardan (cild 01, iş vərəqə168-178) görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 2344.1-ci maddəsi ilə elan edilmiş ittiham və barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən qüvvəsində saxlanılması, 02 sentyabr 2025-ci il tarixdə tərəfimdən X2 aşkar edilib götürülmüş ümumi təmiz çəkisi 0,838 qram olan psixotrop madde metamfetamin, ümumi tamiz çəkisi 99,26 qram olan narkotik vasitə qurudulmuş marixuana, üzərində psixotrop madde metamfetaminin izləri olan 01 ədəd elektron tərəzinin iş üzrə maddi sübut kimi tanınaraq saxlanc yerinə təhvil verilməsi nəzərə alınması, 29 avqust 2025-ci il tarixdə tərəfimdən Təqsirləndirilən şəxs üstünün yoxlanılması, yaşayış yerinə baxış keçirilməsi və götürmə haqqında və təqdim edilmiş əşyaya baxış və götürmə haqqında protokollara əlavə edilmiş 02 (iki) edad DVD» diskin iş üzrə maddi sübut kimi tanınması nəzərə alınması, iş üzrə Təqsirləndirilən şəxs etirafedici ifadəsi, Şahid1 və Şahid2 ifadələri, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin Məhkəmə-kimyəvi ekspertizasının 28 avqust 2025-ci il tarixli, 6/2888 nömrəli, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Mehkeme Ekspertiza Mərkəzinin Məhkəmə-bioloji ekspertizasının 28 avqust 2025-ci il tarixli, 7/1139 nömrəli, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X12 Şəxsi ambulator məcburi-narkoloji tibbi yoxlamanın 06 oktyabr 2025-ci il tarixli 6178 nömrəli rəyləri, Təqsirləndirilən şəxs üstünün yoxlanılması, mobil telefon aparatına baxış keçirilməsi haqqında protokol və digər istintaq sənədləri iş üzrə əhəmiyyətli olduğundan sübut növü kimi qiymətləndirilməsi, Təqsirləndirilən şəxs üstünün yoxlanılması zamanı aşkarlanaraq götürülmüş "Redmi 9 C markalı mobil telefon aparatı istintaq üçün sübut əhəmiyyəti kəsb etdiyindən məhkəmə hökmü çıxanadək Sabunçu Rayon Polis İdarəsinin İstintaq şöbəsində saxlanılması,iş üzrə ********* nömrəli cinayət işinin materiallarından istintaqa məlum olmayan mənbə haqqında istintaq aparılması üçün ayrıca icraata material ayrılması qərara alınmışdır.

16. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, 26 avqust 2025-ci il tarixdə Təqsirləndirilən şəxs narkotik vasitə dövriyyəsi ilə məşğul olması ilə bağlı məlumat əsasında saxlanılmışdır. Üzərinə videoçəkiliş ilə baxış həyata keçirilmiş və üzərindən bir neçə büküm narkotik vasitə aşkarlanmışdır. Ona əlavə narkotik vasitə olması barədə sual verildikdə, o evinin həyətində narkotik vasitə olması barədə bildirmişdir. Bundan sonra onun yaşadığı evə getdikdə o, könüllü şəkildə həyətdə olan külli miqdar narkotik vasitəni təhvil vermişdir. Həmin narkotik vasitə qablaşdırılıb götürülmüş və Mirzyev Vahid isə Polis İdarəsinə aparılmışdır. Verilmiş suallara cavab olaraq bildirmişdir ki, təqsirləndirilən şəxsi saxlayan zaman onun yanında müdafiəçi olmamışdır. Təqsirləndirilən şəxs onlara müqavimət göstərməmiş, həyətində olan narkotik vasitəni özü təqdim etmişdir. Narkotik vasitənin tərəzidə çəkilməsini xatırlamır. Həyətdən aşkar olunmuş narkotik vasitənin evdən və ya həyətdən aşkar edilməsinin iş üçün əhəmiyyəti olmadığını düşünür. İbtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etmişdir..

17. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, narkotik vasitə daşınması barədə əməliyyat məlumatı daxil olmuş, həmin məlumat əsasında əməliyyat qrupu yaradılmış və əməliyyat tədbiri həyata keçirilmişdir. Əməliyyat tədbiri nəticəsində Təqsirləndirilən şəxs saxlanılmışdır. Üzərində marixuana və metamfetamin aşkar olunmuşdur. Əlavə narkotik vasitə olması barədə soruşduqda, yaşadığı ünvanda narkotik vasitə olmasını bildirmişdir. Yaşadığı evin bağında narkotik vasitə aşkarlanmış, narkotik vasitələr zərfə qoyulub ekspertizaya göndərilmişdir. Verilmiş suallara cavab olaraq bildirmişdir ki, əməliyyat qrupunda 3 nəfər olmuş, əməliyyat məlumatı onlara daxil olmuşdur. Təqsirləndirilən şəxs evinin girişində sol tərəfində dam kimi bir yer olmuş, onun yanında narkotik vasitə aşkar etmişlər. Əməliyyat məlumatının məzmunu narkotik vasitə istifadəsi və daşınması barədə olmuş, lakin əməliyyat məlumatında narkotik vasitə satışı olması barədə dəqiq xatırlamır. İbtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etmişdir.

Təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürdüyü sübutlar aşağıdakılardır

18. Təqsirləndirilən şəxs məhkəmə baxışında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, o, Müseyib adlı İran vətəndaşı ilə əlaqə quraraq, Mehdiabad qəsəbəsi ərazisindən narkotik vasitələr və psixotrop maddələr götürmüşdür. Müseyib ona əldə etdiyi narkotik vasitələri bükümlərə ayırmağı məsləhət görmüşdür, lakin onun niyyəti həmin narkotik vasitələri bükümlərə ayırmaq deyildi. O həmin narkotik vasitələri şəxsi istifadəsi üçün istifadə etmək niyyətində idi. Əldə etdiyi narkotik vasitələr marixuana mənşəli idi, yalnız 01 qram metamfetamin də var idi. Verilmiş suallara cavab olaraq bildirmişdir ki, 14 büküm marixuana, 3- 4 büküm də metamfetamin olmuşdur. Müseyibdən şəxsi istifadəsi üçün, pulunu daha sonra vermək şərti ilə marixuana istəmişdir. Müseyib isə ona pulunu daha sonra ödəmək şərti ilə, istədiyindən daha çox miqdarda narkotik vasitə verdi, bir şərtlə ki, həmin narkotik vasitələri Müseyibin dediyi ünvanlara yerləşdirsin. O əvvəlcə Müseyib ilə razılaşmışdır. Lakin narkotik vasitələri əldə etdikdən sonra onun zənglərinə cavab verməməyə başladı. 26 avqust 2025-ci il tarixdə, saat 23:30 radələrində saxlanılmışdır. Saxlanılmazdan 5-6 gün əvvəl narkotik vasitələri əldə etmişdir. Saxlanılan kimi, dərhal üzərinə videoçəkiliş ilə şəxsi axtarış və baxış keçirildi. 02 dəfə üzərinə videoçəkiliş ilə şəxsi axtarış və baxış keçirildi. Müseyib adlı şəxsi sosial şəbəkələr vasitəsilə tanımışdır. Seymur adlı tanışı onun mobil nömrəsini Müseyibə vermişdi. Müseyib daha sonra ona zəng etmişdi. O Müseyibdən şəxsi istifadəsi üçün 01 qram metamfetamin, 10 qram marixuana istəmiş, sonuncu isə 15 büküm marixuana, 3 büküm metamfetamin olmaqla 800 qram metamfetamin, 100 qram marixuana göndərmişdi. Müseyib ona narkotik vasitələri yerləşdirdiyi ünvanları əvvəlcədən demişdi. Marixuananı Binəqədi rayonu, Balaxanı-Binəqədi yolu yaxınlığındakı məhəllələrdən, metamfetamini isə Mehdiabad qəsəbəsi ərazisindən götürmüşdür. Həm marixuana, həm də metamfetamin olan bükümləri eyni gündə, təxminən 1- 2 saat fərq ilə deyilən ünvanlardan götürmüşdür. Üzərindən elektron tərəzi aşkar olunmuşdur. Tərəzi daşımağının səbəbi narkotacirdən əldə etdiyi narkotik vasitələrin çəkisini ölçmək olmuşdur. Əldə etdiyi narkotik vasitələri yaşadığı evə aparmışdır. Polis əməkdaşları üzərindən narkotik vasitələr aşkar etmişdi. Papağında gizlətdiyi narkotik vasitələr də var idi, onlar da aşkar olunmuşdur. Daha sonra o, həmin şəxslərə yaşadığı evdə də narkotik vasitələr olduğunu bildirmişdir. Daha sonra evdən də narkotik vasitələr aşkar olunmuşdur. Metamfetamin olan bükümlər üzərindən, marixuana olan bükümlər isə yaşadığı evdən aşkar olunmuşdu. Narkotik vasitələri sonra istifadə etmək üçün tərəzi vasitəsilə özü bükümlərə ayırmışdır. Müseyib ona görüntülü zəng edərək, narkotik vasitələri görmək istədiyini bildirmişdi. Buna görə də o narkotik vasitələri bükümlərə ayırmışdır. O narkotik vasitələri bütöv halda Müseyibdən götürmüşdür. Müseyib ona daha sonra narkotik vasitələri dediyi ünvanlara yerləşdirməyi tapşırmışdı. O, Müseyib onu narahat etməsin deyə, onun mobil nömrəsini bloklamışdır. Elektron tərəzi onda uzun müddətdir ki, var idi.Tərəzi daşımağının səbəbi narkotacirdən əldə etdiyi narkotik vasitələrin çəkisini ölçmək idi. Saxlanılan zaman polis əməkdaşları üzərinə axtarış keçirmiş, üzərində 02 büküm narkotik vasitəaşkarlanmışdır. Saxlanılan zaman əməlini səmimi etiraf etmişdir. Təkcə üzərində yox, evdə də narkotik vasitələr olduğunu polis əməkdaşlarına bildirmişdir. Hüquqi məsələlər Azərbaycan Respublikası Cinayət Məcəlləsi:

19. Maddə 234.4.1. Bu Məcəllənin 234.2, 234.3 və 234.3-1-ci maddəsində nəzərdə tutulmuş əməllər qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə beş ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

20. Maddə 8.1. Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır.

21. Maddə 41.1. Cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir.

22. Maddə 41.2. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.

23. Maddə 56.1.2. Qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanı ümumi rejimli cəza çəkmə müəssisələrində çəkmələri müəyyən edilir.

24. Maddə 58.3. cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsiri nəzərə alınır.

25. Maddə 59.2. Cinayət Məcəlləsinin 59.1.1—59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsi:

26. Maddə 44.1. Məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır.

27. Maddə 124. İstintaq və məhkəmə hərəkətlərinin protokollarını, iş üzrə keçirilmiş ekspertiza rəylərini, maddi sübutlar və digər sənədləri sübut növləri kimi qəbul edilir.

28. Maddə 145. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir.

29. Maddə 125.8. Cinayət-Prosessual Məcəllənin tələblərinə riayət olunmaqla sübutlar əldə edildikdə, onların qəbul olunmasının yolverilməzliyinin əsaslandırılması mübahisə edən tərəfin üzərinə düşür.

30. Maddə 158.2. Təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxildir.

31. Maddə 158.6. Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir

32. Maddə 132. Məhkəmə yekun qərar çıxararkən maddi sübutlar barədə məsələni həll etməlidir.

33. Maddə 198.1. Bu Məcəllənin 197.1.1, 197.1.2, 197.1.4, 197.1.5-1 – 197.1.9cu maddələrində sadalanan məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş dövlət orqanının, fiziki, yaxud hüquqi şəxsin hesabına keçirilə bilər. Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanunu:

34. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununa əsasən, metamfetaminin təmiz halda 0,15 qrama qədəri şəxsi istehlak miqdarı, 2 qram və ondan artıq miqdarı külli miqdar, 400 qramdan artıq miqdarı xüsusilə külli miqdar, həmçinin 500 qramdan artıq marixuana külli miqdar hesab olunur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanunu

35. Maddə 1.0.8. Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir.

36. Maddə 1.0.9. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir.

37. Maddə 1.0.10. Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir.

38. Maddə 1.0.11. Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2011-ci il tarixli 2 saylı Qərarı

39. Qərarın 9-cu bəndi. Məhkəmələrə tövsiyə edilir ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır.

Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli Qərarı

40. Qərarın 25-ci bəndi (2-ci abzas). Cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən (şübhəli) şəxsin ifadəsinin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıbyoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət verib-verməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır.

41. Qərarın 26-cı bəndi. Azərbaycan Respublikası CPM-nin 125.8-ci maddəsinə əsasən, bu Məcəllənin tələblərinə riayət olunmaqla sübutlar əldə edildikdə, onların qəbul olunmasının yolverilməzliyinin əsaslandırılması mübahisə edən tərəfin üzərinə düşür. Həmin maddənin İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 3-cü maddəsinin tətbiqi məsələləri üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ilə qarşılıqlı əlaqələndirilməsindən görünür ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz

Avropa Məhkəməsinin presedent hüququ:

42. Avropa Məhkəməsinin “Cənnətov Azərbaycana qarşı” işi (Jannatov v. Azerbaijan, № 32132/07, 31 iyul 2014-cü il, § 58) üzrə qərarında qeyd olunmuşdur ki, “...pis rəftar iddiaları müvafiq dəlillərlə dəstəklənməlidir. Dəlilləri qiymətləndirərkən məhkəmə “əsaslı şübhədən kənar” sübut standartı tətbiq edir. Belə sübut kifayət qədər güclü, aydın və uyğun gələn nəticələrin və ya təkzib olunmayan oxşar fakt prezumpsiyalarının birgə mövcudluğundan irəli gələ bilər”.

Məhkəmənin hüquqi dəyərləndirməsi:

43. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittiham toplanmış sübutlarla tam olaraq təsdiq olunur. Belə ki, təqsirləndirilən şəxs məhkəmədə və ibtidai istintaq zamanı veridyi ifadələrdə əməlini səmimi etiraf etmiş, özünü tam təqsirli bildiyini və əməlindən peşman olmasını bildirmişdir.

44. Belə ki, o ifadəsində narkotik vasitəni İran İslam Respublikası vətəndaşı olması ehtimal olunan “Müseyib” adlı şəxsdən, aralarında olan ilkin razılaşmaya əsasən sonuncunun dediyi ünvanlara yerləşdirmək məqsədilə əldə etdiyini bildirmişdir. Həmçinin Təqsirləndirilən şəxs məxsus mobil telefona baxış keçirilən zaman qalereya bölməsində təqsirləndirilən şəxsin özünün videoçəkilişlər vasitəsilə bağlamalarda olan kütlələri elektron tərəzinin üzərinə qoyub, çəkiilərini qeydə alaraq “Müseyib” adlı şəxsə məlumat verməsi müəyyən edilmişdir. Həmçinin qalereya bölməsində whatsapp mobil tətbiqi vasitəsi ilə ***-***-**-** saylı mobil nömrə istifadəçisinin Təqsirləndirilən şəxs istifadəsində olan mobil nömrəyə “Abi bi dene 20 liy hazirla başiva donerem 40 45 deqe ordayam” məzmunlu, kontaktlarda “Ədalət Slesar” adı ilə qeyd olunmuş şəxsə “o şeydə hazırdı kart atım pulu vur qoyum çöldə bir yerə gəl götür get” məzmunlu sms mətn göndərməsi müəyyən edilmişdir.

45. Məhkəmə təqsirləndirilən şəxsdə aşkar edilmiş narkotik vasitə və psixotrop maddənin şəxsi istehlak miqdarından dəfələrlə artıq halda olmasını, özünün etirafedici ifadəsini, habelə iş üzrə toplanmış digər sübutları məcmu halda qiymətləndirərək hesab edir ki, o, narkotik vasitəni məhz satış məqsədilə əldə etmişdir.

46. Təqsirləndirilən şəxs ilə İran İslam Respublikası vətəndaşı olması ehtimal edilən “Müseyib” adlı şəxs arasında olan sövdələşmənin, o cümlədən təqsirləndirilən şəxsin mobil telefonunda olan sms mətnlərin məzmunundan da görünür ki, təqsirləndirilən şəxsin narkotik və psixotrop maddələri bükümlərə ayrıma, yerinin dəyişdirilməsi və müəyyən edilmiş ünvanlara çatdırılmasını ehtiva edən əməlləri narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması, yəni əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir.

47. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsi ilə tövsif edilmişdir.

48. Məhkəmə istintaqı gedişində tədqiq olunmuş yuxarıda qeyd olunan sübutların məcmusu təqsirləndirilən şəxsin cinayətdə təqsirini təsdiq etdiyi üçün məhkəmə ittiham hökmü çıxarmaq qənaətinə gəlir (qərarın 26-cu bəndi)

49. Təqsirləndirilən şəxs təqsirli bilindiyi cinayət qanunun müvafiq normasının sanksiyasında beş ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur.(qərar 19-cu bənd)

50. Məhkəmə cəza təyin edərkən cəza təyini ilə bağlı cinayət qanunvericiliyinin müvafiq normalarının tələblərini nəzərə alır (qərarın 20,21,22-ci bəndləri).

51. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə cinayət törətməsini, törətdiyi əməli etiraf etməsini, məhkəmə istintaqının aparılmasına maneə yaradan hallara yol verməməsini və ən əsası əməlindən səmimi peşman olmasını onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə xüsusi olaraq qeyd edir ki, təqsirləndirilən şəxsin əməlindən peşman olması yalnız sözdə ifadə edilməmiş, məhkəmə istintaqı zamanı onun hal və hərəkətləri ilə törətdiyi cinayət əməlinə tənqidi münasibətdə olması məhkəmədə daxili inam formalaşdırmışdır (qərar 25-cı bənd).

52. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin əməlində onun cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir.

53. Məhkəmə, yuxarıda şərh edilənləri, eləcə də təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halların olmasını və ağırlaşdıran halın olmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının hüdudları daxilində ən aşağı həddə cəza təyin edilməklə cəzanın qanunda nəzərdə tutulmuş məqsədlərinə nail olmaq mümkündür.

54. Təqsirləndirilən şəxs ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxs hesab edildiyindən cəzanın çəkilmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilməlidir (qərarın 23-cü bəndi).

55. Cinayət işində olan tutma haqqında protokoldan və məhkəmə qərarından görünür ki, Təqsirləndirilən şəxs 27 avqust 2025-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 4(008)-398/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində 04 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 27 avqust 2025-ci il tarixdən hesablanmışdır. Təqsirləndirilən şəxs hökm çıxarılanadək həbsdə saxlandığı üçün həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə bir günə bir gün hesablanmaqla daxil edilməlidr (qərarın 30-cu bəndi).

56. Məhkəmə hesab edir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs ooğlunun cəza çəkməsinin başlanğıcı onun tutulduğu 27 avqust 2025-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir.

57. İş üzrə mülki iddia yoxdur və xüsusi müsadirə olunmalı əmlak müəyyən edilməmişdir.

58. İş üzrə maddi sübut olan, Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin maddi sübutları saxlama yerində saxlanılan, Təqsirləndirilən şəxs ooğlunun üzərindən, ekspertizanın tədqiqatından sonra psixotrop maddə metamfetaminin 0,688 qram çəkidə olan qalıq hissəsi, narkotik vasitə qurudulmuş marixuananın 98,96 qram qalıq hissəsi və 01 ədəd elektron tərəzi məhv edilməli, digər maddi sübut - Təqsirləndirilən şəxs .üstünün yoxlanılması, yaşayış yerinə baxış keçirilməsi və götürmə haqqında və təqdim edilmiş əşyaya baxış və götürmə haqqında protokollara əlavə edilmiş 02 (iki) ədəd «DVD» disk iş üzrə maddi sübut kimi cinayət işinin materiallarında saxlanılmalı, Sabunçu Rayon Polis İdarəsinin İstintaq şöbəsində saxlanılan 1 ədəd "Redmi 9 C” markalı mobil telefon Təqsirləndirilən şəxs özünə qaytarılmalıdır (qərarın 32-ci bəndi)

59. Məhkəmə-narkoloji ekspertizasının rəyinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır və Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdən Bakı şəhər NM-də (F19x2) diaqnozu ilə dispanser qeydiyyatdadır. Odur ki, ona narkomaniyadan məcburi müalicə təyin edilməli və onun Bakı şəhər NM-də (F19x2) diaqnozu ilə dispanser qeydiyyatda olması nəzərə alınmalıdır.

60. İbtidai istintaq zamanı keçirilmiş məhkəmə ekspertizası ilə əlaqədar 186 (yüz səksən altı) manat məbləğində məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir (qərarın 33-cü bəndi).

61. Cinayət-Prosessual Məcəllənin 193.2-ci və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” xx.xx.2025-ci il tarixli qərara əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 11 manat miqdarında haqq ödənilməlidir. Odur ki, həmin hesabla məhkəmə mərhələsində göstərilmiş 26 (iyirmi altı) iş saatı həcmində hüquqi yardımla bağlı Müdafiəçi təqdim edilməsi üçün Bakı şəhəri 32 saylı Vəkil Bürosunun hesabına ödənilməsi üçün 286 ( iki yüzsəksən altı) manat məbləğində pul köçürülməlidir.

62. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə

hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzanın əvvəli onun tutulduğu xx.xx.2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzasını çəkdiyi müddətdə ona narkomaniyadan məcburi müalicə təyin edilsin və xx.xx.2025-ci il tarixdən Bakı şəhər NM-də (F19x2) diaqnozu ilə dispanser qeydiyyatda olması nəzərə alınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökm qanuni qüvvəsini aldıqdan sonra iş üzrə maddi sübut olub Azərbaycan Respublikası DİN-nin Sabunçu Rayon Polis idarəsinin saxlanc yerində saxlanılan, ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq qalan ümumi təmiz çəkisi 0,838 qram olan psixotrop maddə metamfetami\, ümumi təmiz çəkisi 99,26 qram olan narkotik vasitə qurudulmuş marixuana və üzərində psixotrop maddə metamfetaminin izləri olan 01 ədəd elektron tərəzi məhv edilsin. Hökm qanuni qüvvəsini aldıqdan sonra iş üzrə maddi sübut olub Sabunçu Rayon Polis İdarəsinin İstintaq şöbəsində saxlanılan 1 ədəd "Redmi 9 C” markalı mobil telefon Təqsirləndirilən şəxs özünə qaytarılsın, 02 ədəd disk isə cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 186 (yüz səksən altı) manat məbləğində məhkəmə xərci Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan digər əmlak yoxdur. Məhkəmə mərhələsində göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabına Bakı şəhəri 32 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi üçün 286 (iki yüz səksən altı) manat məbləğində pul köçürülsün Hökmdən, elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Sədrlik edən hakim Aygün Qurbanova Hakimlər Telman Hüseynov Fərid Namazov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar