Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-2073/2023 30.10.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Əli İrfan oğlunun sədrliyi, hakimlər Məcidov X11 və Məmmədzadə Səbinə Adil qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin böyük prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, yetkinlik yaşına çatmayan təqsirləndirilən şəxsin qanuni nümayəndəsi (anası) Qanuni nümayəndə1, müdafiəçi – Bakı şəhəri 05 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi və yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs iştirakı ilə, xx xxxx 2006-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, natamam orta təhsilli, əvvəllər məhkum olunmayan, işləməyən, Ağdam rayonu, Ağdam şəhəri, M.Abbas küçəsi, ev 80-də qeydiyyatda olan, hazırda Bakı şəhəri, Qaradağ rayonu, Qobu park yaşayış kompleksi, bina 8, mənzil 45-də yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4 və 221.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İttiham aktından görünür ki, Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, silah qismində istifadə olunan əşyadan istifadə edilməklə törədərək zərərçəkmiş şəxsə zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlərlə xuliqanlıq etmiş və xuliqanlıq niyyətilə insan həyatı üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurmuşdur. İbtidai istintaq orqanının gəldiyi nəticəyə görə xx.xx.2006-cı il təvəllüdlü, yetkinlik yaşına çatmamış Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə, saat 23:28-də Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şossesi 31A ünvanında yerləşən «White Palace» şadlıq sarayında toy şənliyində iştirak edərkən spirtli içki qəbul edərək alkoqollu sərxoş vəziyyətdə əxlaq normalarına etinasızlıq göstərib tanışı, xx.xx.2005-ci il təvəllüdlü, yetkinlik yaşına çatmamış Zərərçəkmiş şəxs zarafat zamanı əli ilə onu vurmasını bəhanə edərək cüzi səbəb kimi göstərib Zərərçəkmiş şəxs ünvanına nalayiq ifadələr işlətməklə cəmiyyət üzvləri fövqündə şəxsiyyətini üstün tutaraq, ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik göstərməklə, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər etməklə ictimai yer sayılan şadlıq sarayında olan şəxslərin təşvişinə və narahatçılığına səbəb olub həmin şəxslərin gözü önündə silah qismində istifadə etdiyi istintaqla müəyyən edilməmiş bıçaqla Zərərçəkmiş şəxs zor tətbiq edərək xuliqanlıq etmiş və həmin bıçaqla sonuncunun bədən nahiyəsinə 2 (iki) dəfə zərbə vuraraq nazik bağırsağın zədələnməsi ilə müşayiət olunan qarnın ön divarının daxilə nüfuz edərək deşilmiş-kəsilmiş yarası, sağ qoltuq arteriyasının tam kəsilməsi, sağ qoltuq sinirinin zədələnməsi və hemorragik şok İİİ dərəcə ilə müşaiyət olunan sağ qoltuqaltı nahiyənin deşilmiş-kəsilmiş yarası kimi hər biri həm ümumilikdə, həm də ayrı-ayrılıqda insan həyatı üçün təhlükəli olan ağır dərəcəli bədən xəsarətləri yetirərək xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa ağır zərər vurmuşdur. Məhkəmə istintaqında qanuni nümayəndəsinin vasitəsilə təqsirləndirilən şəxs qismində dindirilmiş yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, o, Bakı şəhəri, Qaradağ rayonu, Qobu park yaşayış kompleksində yaşayır. O, xx.xx.2023-cü il tarixdə toy məclisinə getmişdir. Toyda yeyib-içən zaman o, spirtli içki də qəbul etmişdir. Daha sonra zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs onu rəqsə dəvət etmiş və o, Xəyalla birlikdə rəqs etmişdir. Hər şey yaxşı olmuşdur. Bundan sonra Xəyal onu özünün əyləşdiyi masaya dəvət etmişdir. O, Xəyal ilə eyni masa arxasına əyləşdikdən sonra yenə spirtli içki qəbul etmişdir. Bir qədər sonra Xəyal ondan birlikdə siqaret almağa getməyi xahiş etmiş, o da Xəyalla birlikdə siqaret almaq üçün “White Palace” şadlıq sarayının yanında yerləşən mağazaya getmişdir. Marketdə Xəyal ona əl-qol atmağa başlamışdır. O, Xəyaldan 2-3 dəfə bunu etməməsini xahiş etmişdir. Xəyal siqareti alaraq mağazanı tərk etmişdir. Onlar şadlıq evinə qayıdarkən Xəyal ondan 7-8 addım qabaqda getmişdir. Bu zaman tanımadığı 2 (iki) nəfər şəxs onu saxlayaraq Xəyalın içkili vəziyyətdə olduğunu və sonuncuya fikir verməməyini bildirmişlər. O da öz növbəsində Xəyalın onun dostu olduğunu həmin şəxslərə bildirmişdir. O, “White Palace” şadlıq sarayına daxil olub pilləkanlarla qalxarkən Xəyal onu çölə, yəni şadlıq evinin sağ hissəsinə dəvət etmişdir. Orada Xəyal ona əl-qol atmış, yəni yumruq zərbələri endirərək onun gözünü partlatmışdır. Sonra Xəyal onu yerə yıxaraq döyməyə başlamışdır. O da Xəyala toy məclisində olduqları və toyda dava salmağın düzgün olmadığını bildirərək Xəyaldan dayanmasını istəmişdir. Bundan sonra Xəyal onu təhqir etmiş və ailəsinin, eyni zamanda onun ünvanına nalayiq ifadələr səsləndirmişdir. Baş verənlər ona pis təsir etmiş və onun nüfuzuna toxunmuşdur. Ona görə də o, yuxarı çıxaraq foyedəki bardan meyvə bıçağını götürmüş və bundan sonra Xəyala yaxınlaşmışdır. O, Xəyalı bıçaqla sonuncunu toy zalının qapısının yanında duran zaman vurmuşdur. O, Xəyala bıçaqla zərbələri necə endirdiyini xatırlamır. Belə ki, həmin an o, spirtli içkinin təsirində olmuş və ona görə də Xəyala ağır xəsarət yetirmək istəməmişdir. Onun məqsədi Xəyalı qorxutmaq olmuşdur. Daha sonra o, endirdiyi bıçaq zərbələrinin Xəyalın qoltuqaltı və sinə nahiyəsinə dəydiyini öyrənmişdir. Yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs ifadəsində qeyd etdiklərinin nəzərə alınaraq əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsindən həmin Məcəllənin 126.1-ci maddəsinə tövsif edilməklə həmin maddə ilə ona yüngül cəza təyin edilməsini, Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə isə ona bəraət verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, o, Poladla toyda olduğu zaman siqaretinin qurtardığını görmüşdür. O, Poladı siqaret almaq üçün mağazaya getməyə dəvət etmişdir. Mağazaya gedərkən Polad yolda qışqırmağa başlamışdır. Onun tanımadığı şəxslər, yəni bir neçə qaqaş onlara yaxınlaşıb irad bildirərək Polada qışqırmamasını demişlər. O, Poladın adından həmin qaqaşlardan üzr istəmişdir. O, Polada irad bildirən şəxsləri tanımır. Daha sonra o, Poladla birlikdə mağazaya getmişdir. O, mağazada siqaretin ödənişini edib pulun qalığını almaq üçün gözləyərkən Polad onu heç bir səbəb olmadan vurmağa başlamışdır. Sonra Polad onu bir neçə dəfə vurmuşdur. O, öz növbəsində Polada bunu etməməsini dəfələrlə demişdir. O, mağazadan çıxıb biraz uzaqlaşdıqdan sonra Poladdan nəyə görə belə hərəkət etdiyini soruşmuşdur. Polad isə öz növbəsində əlini belinə uzadaraq onu qorxutmağa çalışmışdır. O da həmin an Polada olandan, yəni bıçağın onda da olduğunu bildirmişdir. Bundan sonra o, Polada bıçaqdan istifadə etməyin lazım olmadığını bildirmişdir. Onlar oradan danışa-danışa uzaqlaşaraq “White Palace” şadlıq sarayına getmişlər. O, şadlıq sarayına çatanda Fərid adlı dostu ondan nə olduğunu soruşmuşdur. Bir neçə dəfə o, Fəridin suallarına cavab verməsə də, ən sonda Fəridə Polad ilə mübahisə etdiyini demişdir. O, Fəridlə danışarkən artıq spirtli içki qəbul etmişdir. O, Poladın spirtli içki içib-içmədiyini xatırlamır. O, özü 2-3 qədəh spirtli içki qəbul etmişdir. Fərid onlara dalaşmamağı və səhəri gün aralarında olan problemi həll edə biləcəklərini bildirmişdir. Biraz sonra Polad onun yanına gələrək onu aşağı dəvət edib söhbət etmək istədiyini bildirmişdir. O da söhbət edə biləcəyini və problem olmadığını Polada demişdir. Onlar şadlıq evindən çıxdıqda, Polad elə şadlıq evinin qarşısında söhbət etmək istəmişdir. O, Polada orada danışmağın düzgün olmayacağını bildirmiş və ona görə də onlar şadlıq evindən biraz kənara getmişlər. Daha sonra onlar orada xeyli mübahisə etmişlər. Mübahisə zamanı ilk olaraq Polad onun sinə nahiyəsinə zərbə endirmişdir. Daha sonra Polad onu üç dəfə vuraraq ona qarşı nalayiq ifadələr işlətmiş və ona “varyox” söyüşü söymüşdür. Polad söyüş söydükdən sonra o, Poladın üzündən yumruqla vurmuşdur. Daha sonra Fərid gələrək onları ayırmışdır. Fərid onlara toya qan-qaraçılıq salmağın lazım olmadığını və aralarında olan məsələni toyun səhəri günü həll edə biləcəklərini demişdir. Fərid hətta bu söhbəti səhəri gün davam etdirməyənə söyüş də qoymuşdur. Onun əli, Poladın isə ağzı qan içində olduğu üçün onlar ayaqyolunda əl-üzlərini yumuşlar və sonra şadlıq evinin zalına getmişlər. Toy zalında o, rəqs etdiyi zaman birdən nə iləsə vurulduğunu hiss etmişdir. Onunla eyni zamanda toyda 100 nəfərə yaxın insan rəqs etmişdir. Zərbənin biri onun qoltuqaltısına, digəri isə o, həmin vaxt çöndüyündən qarın nahiyəsinə dəymişdir. Poladın ona zərbə endirdiyi bıçağı o, görməmişdir. Onun başı fırlandığı üçün o, arxa-arxaya gedərək yıxılmışdır. Daha sonra onu xətəxanaya aparmışlar. Polad onu xəstəanaya aparmaq üçün heç bir köməklik göstərməmişdir. Onu xəstəxanaya Fərid adlı dostu aparmışdır. Müalicə xərci təxminən 10.000 manatdan çox olmuşdur. Poladın özü və yaxın qohumları tərəfindən ona dəymiş zərər ödənilməmişdir. Təqsirləndirilən şəxs ilə onun arasında barışıq yoxdur. Zərərçəkmiş şəxs ifadəsində, həmçinin təqsirləndirilən şəxslə barışmadığını və sonuncuya qarşı şikayət və tələbinin olduğunu bildirmişdir. Zərərçəkmiş şəxs qeyd etdiklərinin nəzərə alınaraq təqsirləndirilən şəxsə ağır cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, o, “’White Palace” şadlıq evində zal müdiri vəzifəsində işləyir. Şadlıq evində zal müdirləri üçün ayrılmış otaq var. O, adətən həmin otaqda əyləşir. xx.xx.2023-cü il tarixdə onun işlədiyi şadlıq evində keçirilən toy mərasiminin sonuna doğru o, zal müdirləri üçün ayrılmış otaqda növbəti toy məclisi üçün tədarük görən zaman ona toyda hadisə baş verdiyini, yəni toyda dava düşdüyünü bildirmişlər. O da öz növbəsində baş vermiş hadisə ilə əlaqədar Azərbaycan Respublikası DİN-in 102 xidmətinə bu barədə məlumat vermişdir. Bir qədər sonra polis əməkdaşları şadlıq evinə gəlmişlər. Polis əməkdaşları gəldikdən sonra baş vermiş hadisəni törədən şəxsi, yəni Təqsirləndirilən şəxsı “White Palace” şadlıq evinin həyətində saxlayaraq Polis bölməsinə aparmışlar. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərdi ki, o, hal-hazırda bərbərxanada tələbə kimi bu sənəti öyrənir. O, toyu olan şəxs Balağanın bərbəridir. O, toy günü Balağanın saç kəsimini etmək üçün əvvəlcə Mehdiabad qəsəbəsinə, oradan da toy məclisinə bəy tərəfinin qonağı kimi getmişdir. Poladın və Xəyalın toy məclisinə kimin tərəfindən çağırıldığını o, bilmir. O, Xəyal və Poladla yaxın dostluq münasibətlərində olmamışdır. Toy məclisində Polad onun yanında oturmuşdur. Lakin o, Poladın spirtli içki içib-içmədiyini xatırlamır. Daha sonra o, Fariz adlı bərbər yoldaşı, Vüsal və Elgün adlı şəxslərlə birlikdə toy məclisindən ayrılmışdır. Bıçaqlanma hadisəsi baş verən zaman o, “White Palace” şadlıq evində olmamışdır. Toyun səhəri günü o, bərbərxanada olan zaman toy məclisində bıçaqlanma hadisəsinin baş verməsi danışılmışdır. Lakin hadisə barədə onun dəqiq məlumatı yoxdur. O, öz növbəsində Balağaya zəng etmiş və baş vermiş hadisə barədə soruşmuşdur. Balağa sadəcə bıçaqlanma hadisəsinin baş verdiyini bildiyini, lakin hadisədə kimlərin iştirak etdiyini bilmədiyini bildirmişdir. Daha sonra onun işlədiyi bərbərxanada toy məclisində baş vermiş bıçaqlanma hadisəsi barədə söhbət aparılmışdır. Lakin həmin söhbətlər dəqiq olmadığından və o, hadisəni öz gözü ilə görmədiyindən hadisə vaxtı günahın kimdə olduğunu bilmir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərdi ki, o, toy məclisinə Polad ilə birlikdə getmişdir. O, toyda iştirak etdikdən sonra saat 22:00 radələrində şadlıq evindən Şahid7 və əmisi oğlu ilə birlikdə çıxaraq evə getmişdir. Polad toy məclisində onun yanında oturmuşdur. Lakin o, Poladın spirtli içki qəbul edib-etmədiyini xatırlamır. Toydan bir gün sonra o, toy məclisində bıçaqlanma hadisəsinin baş verdiyini eşitmişdir. İbtidai istintaq zamanı o, ifadə verərkən də, bıçaqlanma hadisəsi baş verən zaman hadisə yerində olmadığını bildirmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, o, toy məclisinin sahibi olmuşdur. O, toyun sonuna yaxın məclisin aparıcısına artıq toyu yekunlaşdırmasını demişdir. O, aparıcının yanında olarkən foyedən hay-küy gəldiyini eşitmişdir. Bundan sonra o, toy zalından çıxıb pilləkanlarla aşağı düşdükdə, çöldə Zərərçəkmiş şəxs yıxıldığını, ətrafına başqalarının toplaşdığını və yıxılan şəxsin qolundan qan axdığını görmüşdür. Bundan sonra o, Xəyalın qolunu sarıyaraq sonuncunu taksi ilə xəstəxanaya aparmışdır. Həmin vaxt o, yaralı şəxsin kim olduğunu bilməmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilməsi nəzərdə tutulmuş şahid Qanuni nümayəndə1 (yetkinlik yaşına çatmayan təqsirləndirilən şəxsin anası) Azərbaycan Respublikası Konstitusiyasının 66-cı və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 20-ci maddəsində nəzərdə tutulmuş hüququndan istifadə edərək yaxın qohumu olan oğlu Təqsirləndirilən şəxs əleyhinə ifadə verməkdən imtina etmişdir. Bu səbəbdən də şahid Qanuni nümayəndə1 ibtidai istintaq zamanı vermiş olduğu ifadəsinin elan edilməklə tədqiq edilməsinə zərurət yaranmışdır. Şahid Qanuni nümayəndə1 məhkəmə istintaqında elan edilib araşdırılmış ifadəsindən görünür ki, o, 3 uşağı (habelə oğlu Təqsirləndirilən şəxs) ilə birlikdə yaşayır. Onlar məcburi köçkün ailəsidir. O, əri Vüqar ilə 2012-ci ildə ayrılmış və ona görə də uşaqlarına özü baxır. Oğlu Təqsirləndirilən şəxs Qobu Parkda yerləşən 32 nömrəli Ağdam rayon tam orta məktəbin 9-cu sinfini bitirdikdən sonra ağır ailə vəziyyətləri ilə əlaqədar oxumamış və harada təsadüf gündəlik iş olduqda, orada işləmişdir. Oğlu Təqsirləndirilən şəxs şahmatla məşğul olmuş, şahmatda idman dərəcəsi var, ailədə və məişətdə özünü yaxşı aparır, sakitdir, təmkinlidir, qonşulardan oğlu Poladın barəsində şikayət daxil olmamışdır. xx.xx.2023-cü il tarixdə Polad Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şossesində yerləşən «White Palace» adlanan şadlıq sarayına dostu Balağanın toy məclisinə getmişdir. Yalnız gecə vaxtı ona məlum olmuşdur ki, oğlu Polad toy zamanı spirtli içki içərək həmyaşıdı Xəyalla dalaşmış və nəticədə Xəyal oğlu Poladı döymüşdür. Ona görə də Polad masaların birindən bıçaq götürərək Xəyalı bıçaqlamışdır. Hadisə barədə onun digər məlumatı yoxdur. O, şəxsən Xəyalın özünü və ailəsini tanımır. Hadisədən sonra o, xəstəxanaya gedib Xəyalın valideynlərini tanımışdır. O, Xəyalın valideynləri ilə barışmağa cəhd etsə də, Xəyalın xəstəlik xərclərini ödəyə bilmədiyindən barışıq əldə olunmamışdır. Onun oğlu Polad heç vaxt özü ilə bıçaq gəzdirməmiş və şadlıq sarayının hansısa masasında olan meyvə kəsən bıçaqla hadisəni törətmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs onun oğludur. O, təqsirləndirilən şəxs Polad ilə oğlu Xəyal arasında dava olduğunu bilir. Belə ki, o, Poladla Xəyalın birlikdə mağazaya getdiklərini, orada birbirilərinə söyüş söydüklərini və dalaşdıqları bilir. Xəyalın ona dediyinə görə Polad Xəyala qarşı söyüş söymüşdür. Daha sonra Poladla Xəyal çölə çıxaraq dalaşmışlar. Bu hadisədən qabaq onun oğlu Xəyal heç bir toya getməmiş, ümmiyyətlə Xəyal toya gedən adam deyil. Poladın anası yalnız bir dəfə onların yaşadığı evə gələrək barışmaq istəmişdir. Lakin aralarında barışıq baş tutmamışdır. Oğlu Xəyalın sağlamlığına dəymiş zərərin ödənilməsi ilə əlaqədar onlara heç bir yardım edilməmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 Fizuli oğlu ifadəsində göstərdi ki, Polad ilə Xəyal mağazaya gedərkən O, “White Palace” şadlıq evində oturmuşdur. O, Poladla Xəyalın mağazaya getmələrini və mübahisə etdiklərini sonradan Xəyaldan öyrənmişdir. O, toyda olarkən spirtli içki də qəbul etmişdir. Daha sonra o, Xəyalın sinəsini tutduğunu və həmin vaxtə Xəyalın sinəsindən qan gəldiyini görmüşdür. Lakin həmin an o, hadisənin kimin tərəfindən törədildiyini, yəni Poladın Xəyala bıçaq zərbəsi endirdiyini görməmişdir. O, Xəyala yardım edərək şadlıq evinin çölünə çıxartmışdır. Həmin vaxt o, Xəyalın yarasının üstündən sıxıb tutmuşdur. Sonra o, Xəyalı xəstəxanaya apararkən Xəyal Polad tərəfindən bıçaqladığını çox aşağı səslə bildirmişdir. O, Poladın nə etdiyini görməmişdir. Xəstəxanada Xəyalın vəziyyətinin yaxşı olduğunu bildirmişlər. Daha sonra o, Poladın polislər tərəfindən saxlanıldığını eşitmişdir. Xəyal isə xəstəxanada olmuşdur. O, xəstəxanaya getsə də, həkimlər Xəyal ilə görüşməyə icazə verməmişlər. Şahid5 məhkəmə istintaqında elan edilib araşdırılmış ifadəsindən görünür ki, o, icarə əsasında etibarnamə üzrə idarə etdiyi “Kia Rio” markalı, **-BU-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə fərdi qaydada taksi fəaliyyəti ilə məşğul olur. xx.xx.2023-cü il tarixdə gecə vaxtı Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şossesində yerləşən «White Palace» adlanan restoranda toy şənliyi keçirilmiş və o, həmin şadlıq sarayının qarşısında dayanmışdır ki, müştəri olsa aparsın. Təxminən saat 23:50 radələrində bir nəfər şəxs ona yaxınlaşaraq üzərindən qan axan bir cavan oğlanı Məlikov adına xəstəxanaya aparmasını xahiş etmişdir. Deyəsən başqa avtomobillər bu şəxsi qanlı vəziyyətdə götürməkdən çəkinmişlər. O da vətəndaşlıq borcunu yerinə yetirərək araşdırma zamanı adının Zərərçəkmiş şəxs olduğu ona məlum olan şəxsi təcili olaraq Məlikov adına xəstəxanaya aparmış və orada həkimlərə təhvil verilməsinə köməklik göstərmişdir. O, hadisənin biləvasitə şahidi olmamış, lakin hadisə ilə bağlı araşdırma aparılarkən Zərərçəkmiş şəxs öz həmyaşıdı olan tanışı tərəfindən bıçaqlanaraq xəsarət alması ona məlum olmuşdur. O, Xəyalı bıçaqlamış şəxsi tanımır. Hadisə şadlıq sarayının içərisində baş vermişdir. Şadlıq sarayından söyüş, dalaşma səsləri gəlməmişdir. O, hadisə barədə başqa heç nə bilmir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxs, zərərçəkmiş şəxs və şahidlərin) ifadələri ilə yanaşı, elan edilmiş şahid ifadələrini, ekspert rəylərini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş: xx.xx.2023-cü il tarixli cinayət işinin başlanması haqqında qərardan (cild 1, iş vərəqə 1) görünür ki, həmin gün fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə cinayət işi başlanmışdır. xx.xx.2023-cü il tarixli raportdan (cild 1, iş vərəqə 3) görünür ki, həmin gün saat 01:10-da 6 saylı Məlikov adına xəstəxanadan həkim İsiyeva zəng edərək Zərərçəkmiş şəxs sağ qoltuqaltı kəsilmiş-deşilmiş yarası barədə xəsarət alması barədə məlumat vermişdir. xx.xx.2023-cü il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan və həmin protokola əlavə edilmiş fotoşəkillərdən (cild 1, iş vərəqə 4-11) görünür ki, cinayət hadisəsi 26 aprel 2023-cü il tarixdə, saat 23:28-də «White Palace» şadlıq sarayında baş vermiş və həmin cinayət hadisəsi yetkinlik yaşma çatmamış Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs bıçaqla bədən xəsarətləri yetirməsindən ibarət olmuşdur. xx.xx.2023-cü il tarixli sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə haqqında protokoldan (cild 1, iş vərəqə 12) görünür ki, həmin vaxt Təqsirləndirilən şəxs orta alkoqol sərxoşluğu vəziyyətində olmuşdur. xx.xx.2023-cü il tarixli şübhəli şəxsin tutulması haqqında qərardan (cild 1, iş vərəqə 50) görünür ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulması qərara alınmışdır. xx.xx.2023-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan (cild 1, iş vərəqə 51) görünür ki, həmin gün Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. xx.xx.2023-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan (cild 1, iş vərəqə 63-64) görünür ki, həmin gün Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilmişdir. xx.xx.2023-cü il tarixli DVD diskdə olan görüntüyə baxış keçirilməsi haqqında protokoldan (cild 1, iş vərəqə 75) görünür ki, «White Palace» şadlıq sarayında toy şənliyi keçirilir, foyedən zal hissəsi görünür, yetkinlik yaşına çatmamış Təqsirləndirilən şəxs tərəfindən Zərərçəkmiş şəxs bıçaqla xəsarət yetirməsi birbaşa görünməsə də, saat 23:28də zalda olan insanlar hərəkət edir və saat 23:29-da Zərərçəkmiş şəxs zaldan foyeyə arxaya addımlayaraq çıxır, həmin vaxt Zərərçəkmiş şəxs sinəsindən qan axır, foyedə olan şəxslərdən biri Zərərçəkmiş şəxs salfetka gətirərək sonuncunun sinəsinə qoyur, «White Palace» şadlıq sarayındakı insanlar həyəcanlı vəziyyətdə tələsik zaldan foyeyə çıxaraq pilləkanlara tərəf gedir, həmin şəxslərin arasında yetkinlik yaşına çatmamış Təqsirləndirilən şəxs da var və o da zalı tərk edərək foye ilə pilləkanlara tərəf gedir. Görüntüyə baxış keçirilməsi zamanı yetkinlik yaşına çatmamış Təqsirləndirilən şəxs qanuni nümayəndəsi və müdafiəçisinin yanında xx.xx.2023-cü il tarixdə, saat 23:28-də “White Palace” şadlıq sarayında tanışı Zərərçəkmiş şəxs bıçaqla xəsarət yetirdiyini etiraf etmişdir. xx.xx.2023-cü il tarixli Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 4(001)-449/2023 saylı qərarından (cild 1, iş vərəqə 83-87) görünür ki, yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsindən imtina edilmiş və o, həmin gün məhkəmə iclas zalından həbsdən azad olunmuşdur. xx.xx.2023-cü il tarixli qətimkan tədbirinin seçilməsi haqqında qərardan (cild 1, iş vərəqə 88-90) görünür ki, həmin gün yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. xx.xx.2023-cü il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Tibbi Ekspertiza və X3” X9 769 nömrəli canlı şəxsin ekspertizası rəyindən (cild 1, iş vərəqə 126- 128) görünür ki, vət.Təqsirləndirilən şəxs bədən səthində aşkar olunmuş xəsarətlər - sağ göz qapaqlarının və gözaltı nahiyənin, üst dodağın, sağ dirsək oynağı nahiyəsinin qançırları, üst dodağın selikli qişasının səthi əzilmiş yarası, sağ said nahiyəsinin, sağ baldır nahiyəsinin, sağ və sol əllərinin sıyrıqları bərk küt əşyanın (əşyaların) təsirindən müayinədən 3-5 gün əvvəl əmələ gəlmişdirlər, qərarın təsviri hissəsində göstərilən xx.xx.2023-cü il tarixdə əmələ gələ bilərdilər və sağlamlığa zərər vurmayan xəsarətlərə aid edildiklərindən dərəcələri təyin olunmur. Vət.Təqsirləndirilən şəxs bədən səthində aşkar olunmuş xəsarətlərin xarakterini və lokalizasiyasını nəzərə alaraq demək olar ki, həmin xəsarətlər qərarın təsviri hissəsində göstərilən şəraitdə, yəni insan bədəninin hissələri (əl, yumruq, təpik və s.) ilə endirilmiş zərbələrin təsirindən əmələ gələ bilərdilər. Vət.Təqsirləndirilən şəxs bədən səthində aşkar olunmuş xəsarətlərin bədənin əlçatan nahiyələrində yerləşmələrinə baxmayaraq, şəxsin özü tərəfindən yetirilməsi və eləcə də şəxsin öz boyu hündürlüyündən yıxılaraq yerin bərk səthinə dəyməsi nəticəsində əmələ gələ bilmələri az inandırıcıdır. xx.xx.2023-cü il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Tibbi Ekspertiza və X3” X9 805 nömrəli canlı şəxsin ekspertizası rəyindən (cild 1, iş vərəqə 135- 138) görünür ki, vət.Zərərçəkmiş şəxs bədənində aşkar olunmuş xəsarətlər - nazik bağırsağın zədələnməsi ilə müşayiət olunan qarnın ön divarının daxilə nüfuz edərək deşilmiş-kəsilmiş yarası, sağ qoltuq arteriyasının tam kəsilməsi, sağ qoltuq sinirinin zədələnməsi və hemorragik şok İİİ dərəcə ilə müşayiət olunan sağ qoltuqaltı nahiyənin deşilmiş-kəsilmiş yarası deşici-kəsici əşyanın (alətin) təsirindən onun tibbi yardım üçün Ə.D.Məlikov adına “X8” PHŞ-nə müraciət etdiyi xx.xx.2023-cü il, saat 00:26-dan bir qədər əvvəl əmələ gəlmişdirlər, qərarın təsviri hissəsində göstərilən xx.xx.2023-cü il tarixdə əmələ gələ bilərdilər və dərəcəsinə görə hər biri həm ümumilikdə, həm də ayrı-ayrılıqda həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aiddir. Vət.Zərərçəkmiş şəxs bədənində aşkar olunmuş xəsarətlərin xarakterik xüsusiyyətlərini və lokalizasiyalarını nəzərə alaraq demək olar ki, həmin xəsarətlər qərarda göstərilən şəraitdə, yəni bıçağın tiyəsinin deşici-kəsici təsirindən əmələ gələ bilərdilər. Vət.Zərərçəkmiş şəxs bədənində aşkar olunmuş xəsarətlərin bədənin əl çatan nahiyələrində yerləşmələrinə baxmayaraq, şəxsin özü tərəfindən yetirilməsi və eləcə də şəxsin öz boyu hündürlüyündən yıxılaraq deşici-kəsici əşyanın üzərinə dəyməsi nəticəsində əmələ gələ bilmələri inandırıcı deyildir. xx.xx.2023-cü il tarixli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən (cild 1, iş vərəqə 122) görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. xx.xx.2023-cü il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X9 1922 saylı ekspertiza rəyindən (cild 1, iş vərəqə 171- 172) görünür ki, Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə hər hansı psixi xəstəlik əlamətləri qeyd olunmamışdır. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs öz əməlinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəlik aşkar olunmur. Təqsirləndirilən şəxs hazırkı psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur. Yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21-ci maddəsinin təsiri altına düşmür. xx.xx.2023-cü il tarixli ifadənin yerində yoxlanılması haqqında protokoldan və həmin protokola əlavə edilmiş fotoşəkillərdən (cild 1, iş vərəqə 176-178) görünür ki, həmin gün Təqsirləndirilən şəxs törətmiş olduğu cinayətin üsulu və mexanizmi barədə cinayət hadisəsinin baş verdiyi yerdə ətraflı məlumat vermişdir. xx.xx.2023-cü sübutların qiymətləndirilməsi haqqında qərardan (cild 1, iş vərəqə 201-213) görünür ki, yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsindən həmin Məcəllənin 126.2.4 və 221.3-cü maddələrinə tövsif edilməsi, Zərərçəkmiş şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128 və 221-ci maddələri ilə cinayət təqibinin başlanmasının rədd edilməsi qərara alınmışdır. xx.xx.2023-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan (cild 1, iş vərəqə 217-219) görünür ki, həmin gün Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4 və 221.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələr ilə yeni məzmunda ittiham elan edilmişdir. xx.xx.2023-cü il tarixli ərizədən (cild 2, iş vərəqə 63) görünür ki, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ilə barışmamış, ona vurulmuş ziyan ödənilməmişdir. xx.xx.2013-cü il tarixli nikahın pozulması haqqında şəhadətnamənin surətindən (cild 2, iş vərəqə 74) görünür ki, Təqsirləndirilən şəxs anası və atası arasında bağlanmış nikah pozulmuş və bu barədə akt qeydləri kitabında qeydiyyat aparılmışdır. xx.xx.2012-ci il tarixli 089570 saylı vəsiqənin surətindən (cild 2, iş vərəqə 75) görünür ki, Təqsirləndirilən şəxs X4 adlı azyaşlı qardaşı var. Şahmat yarışlarında iştirak barədə sertifikatın surətindən (cild 2, iş vərəqə 79) görünür ki, Təqsirləndirilən şəxs Vüqar Həşimovun xatirəsinə həsr olunmuş şahmat turnirində iştirak etmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən - hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “X2 Rusiya Federasiyasına qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 21 iyun 2011-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmək, həmin sübutları mübahisələndirmək imkanına malik olmuşdur. Təqsirləndirilən şəxsin əleyhinə olan sübutlara etiraz etmək və onları mübahisələndirmək üçün məhkəmə prosesində müdafiə tərəfinə imkan yaradılmış, təqsirləndirilən şəxs və müdafiəçi həmin sübutlara dair öz etirazlarını bildirmişlər, eləcə də irəli sürülmüş ittihamı və tədqiq edilmiş sübutları mübahisələndirmişlər. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Həmin Məcəllənin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarda Konstitusiya Məhkəməsinin Plenumu cinayət əməlinin tövsifi ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Qərarda həmçinin göstərilir ki, cinayətin tövsifi dedikdə törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Məhkəmə cinayət təqibi üzrə toplanmış sübutları Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə edib, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara məcmu halda hüquqi qiymət verərək yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs əməllərinin hüquqi tövsifi məsələsini də həll etmişdir. Məhkəmə istintaqında araşdırılmış mötəbər və obyektiv sübutlar əsasında müəyyən edilmişdir ki, 26 aprel 2023-cü il tarixdə Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şossesi 31A ünvanında yerləşən «White Palace» şadlıq sarayında Balağa adlı şəxsin toy məclisi keçirilmiş və həmin toy məclisində digər şəxslərlə yanaşı, həmçinin Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs da iştirak etmişdir. Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs toy məclisində toyu olan Balağa adlı şəxsin dost-tanışı qismində iştirak etmişlər. Toy məclisində iştirak etmiş Təqsirləndirilən şəxs həm həmin vaxt, həm də hazırda yetkinlik yaşına çatmamışdır. Zərərçəkmiş şəxs isə həmin vaxt yetkinlik yaşına çatmasa da, hazırda yetkinlik yaşına çatmışdır. Qeyd edilən hallar cinayət işinin mübahisəsiz hallarıdır. Toy məclisində Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs həm ayrı-ayrılıqda, həm də birlikdə spirtli içki qəbul etmişlər. Bundan sonra Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs siqaret almaq məqsədi ilə «White Palace» şadlıq sarayından bir qədər aralıda yerləşən mağazaya getməyi təklif etmiş, Təqsirləndirilən şəxs da bu təkliflə razılaşmış və bundan sonra onlar birlikdə mağazaya getmişlər. Həmin vaxt onlar sərxoş olduğundan öz aralarında zarafat etməyə başlamışlar. Zarafat zamanı onlar qarşılıqlı şəkildə bir-birilərinə əl-qol atmışlar. Həmin vaxt onların arasında başlanmış zarafat ciddi bir mübahisəyə keçməmişdir. Zarafatın kimin tərəfindən başlanmasını məhkəmə istintaqında müəyyən etmək mümkün olmamışdır. Belə ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs zarafat etməyə birinci başladığını iddia etsə də, Zərərçəkmiş şəxs bunun əksini iddia etməklə mağazada Təqsirləndirilən şəxs onunla zarafat etməyə başlamasını və onun bədəninə əsassız yerə əl-qol atmasını bildirmişdir. Bu səbəbdən də məhkəmə istintaqında zarafatın kimin tərəfindən başlanmasını və həmin vaxt kimin birinci olaraq əks tərəfə əl-qol atmasını müəyyən etmək mümkün olmamışdır. Lakin siqaret almaq üçün mağazaya gedərkən və sonradan «White Palace» şadlıq sarayına qayıdanadək Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxsla münasibətinin pozulması və bunun səbəbinin hər iki şəxsin sərxoş olması cinayət işinin mübahisəsiz hallarıdır. İş üzrə əhəmiyyət kəsb edən hallar bundan sonra baş verən hallarla bağlıdır. Məsələ ondan ibarətdir ki, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs siqaret aldıqdan sonra «White Palace» şadlıq sarayına qayıtdıqda, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs şadlıq sarayından kənara çağırmış və buna səbəb bir qədər əvvəl aralarında yaranmış məsələ ilə əlaqədar Zərərçəkmiş şəxsla haqq-hesab etmək olmuşdur. Onlar Təqsirləndirilən şəxs təşəbbüsü ilə şadlıq sarayından çıxdıqdan və bir qədər kənara çəkildikdən sonra Təqsirləndirilən şəxs birinci olaraq Zərərçəkmiş şəxs zorakılıq etmiş və bundan sonra onların arasında qısa müddət davam edən dava başlamışdır. Həmin vaxt onlar qarşılıqlı şəkildə bir-birilərini vurmuşlar. Sonra isə ibtidai istintaq orqanı tərəfindən şəxsiyyəti müəyyən edilməyən şəxs Poladla Xəyalı ayırmış və bununla da qısa müddət davam edən dava başa çatmışdır. Bundan sonra onlar ayrı-ayrılıqda «White Palace» şadlıq sarayına qayıtmışlar. Həmin vaxt tərəflər arasında yaranmış narazılıq başa çatmışdır. Zərərçəkmiş şəxs şadlıq sarayına qayıtdıqdan sonra toy məclisi keçirilən zala daxil olmuş və digər şəxslərlə birlikdə rəqs etməyə başlamışdır. Xəyal Hüsyenov rəqs etdiyi vaxt Təqsirləndirilən şəxs əlində bıçaqla Zərərçəkmiş şəxs arxadan yaxınlaşmışdır. Bu vaxt toy məclisində iştirak edən, eləcə də həmin vaxt rəqs edən şəxslər arasında təşviş başlamış, yəni rəqs edən şəxslər və toy məclisində iştirak edən şəxslər Təqsirləndirilən şəxs əlində bıçaq olduğunu görərək bundan qorxmuşlar və qaçmağa başlamışlar. Həmin vaxt Təqsirləndirilən şəxs arxadan Zərərçəkmiş şəxs yaxınlaşaraq əlindəki bıçaqla sonuncuya 2 (iki) dəfə zərbə endirmişdir. Bu hissədə qeyd edilməlidir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs arxadan bıçaqla xəsarət yetirərkən bu sonuncu üçün gözlənilməz olmuşdur. Belə ki, bıçaqlanma hadisəsi baş verən zaman Zərərçəkmiş şəxsla Təqsirləndirilən şəxs arasında bir qədər əvvəl yaranmış narazılıq başa çatdığından Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ona xəsarət yetirəcəyini, ələlxüsus da bu xəsarəti bıçaqla yetirəcəyini ümumiyyətlə güman etməmişdir. Başqa sözlə, Təqsirləndirilən şəxs buna heç bir əsaslı səbəb olmadan, əksinə bir qədər əvvəl aralarında baş vermiş zarafatı cüzi bəhanə edərək Zərərçəkmiş şəxs 2 (iki) dəfə bıçaqla xəsarət yetirmişdir. Cinayət hadisəsinin baş verməsi vaxtı ilə bağlı isə qeyd edilməlidir ki, bu hadisə Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şossesi 31A ünvanında yerləşən «White Palace» şadlıq sarayında xx.xx.2023-cü il tarixdə, saat 23:28-də baş vermişdir. Cinayətin alətinə gəldikdə isə məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs həm ibtidai istintaq zamanı, həm də məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs zərbə endirərkən şadlıq sarayında olan masaların birinin üstündən götürdüyü bıçaqdan istifadə etdiyini bildirdiyindən, eləcə də ibtidai istintaq orqanı tərəfindən cinayətin aləti qismində istifadə edilmiş predmet (bıçaq) əldə edilib maddi sübut qismində tanınmadığından və bu hissədə ibtidai istintaq orqanı tərəfindən lazımı zəruri tədbirlər görülmədiyindən məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs bu hissədə ifadəsində göstərdiyi hallar işin hallarına uyğundur. Lakin qeyd edilməlidir ki, məhkəmə istintaqında dindirilmiş şahid ifadələri ilə təsdiq olunmuşdur ki, cinayət hadisəsi baş verdikdən sonra qısa müddət ərzində şadlıq sarayına polis əməkdaşları gəlmişlər, həmin vaxt Təqsirləndirilən şəxs hadisə yerindən qaçmamış, əksinə orada olmuş, sonra polis əməkdaşları Təqsirləndirilən şəxs saxlayaraq Polis bölməsinə aparıb təhvil vermişlər. Təqsirləndirilən şəxs faktiki olaraq cinayət hadisəsindən qısa müddət sonra polis əməkdaşları tərəfindən hadisə yerində saxlanıldığı halda cinayətin aləti qismində istifadə olunmuş predmetin aşkar edilərək götürülməsi Təqsirləndirilən şəxs həmin bıçaqla şadlıq sarayına gəlib-gəlməməsi, başqa sözlə, onun cinayət törətməyə meyilli olan şəxs olubolmaması və əməlində başqa cinayətin əlamətlərinin olub-olmaması nəticəsinə gəlməyə, bununla da cinayət işinin daha obyektiv ibtidai istintaqının aparılmasına xidmət etmiş olardı. Bu səbəbdən də məhkəmə göstərilən hissədə ibtidai istintaq orqanının apardığı araşdırmaya tənqidi yanaşır və həmin araşdırmanı natamam araşdırma kimi qəbul edir. Lakin Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs bıçaqdan istifadə etməklə 2 (iki) dəfə xəsarət yetirməsi cinayət işinin mübahisəsiz hallarıdır. Bundan başqa, Təqsirləndirilən şəxs Xəyal Hüsyenova şadlıq sarayının foyesində 2 (iki) dəfə bıçaqla xəsarət yetirdiyini bildirsə də, eləcə də toy məclisinin sahibi və məhkəmədə şahid qismində dindirilmiş Şahid3 ifadəsində toy məclisinin sonuna yaxın aparıcıya toyu yekunlaşdırmasını dediyini, aparıcının yanında olarkən foyedən hay-küy səsi gəldiyini və bundan sonra toy zalından çıxıb pilləkanlarla aşağı düşdükdə, çöldə Zərərçəkmiş şəxs yıxıldığını, ətrafına başqalarının toplaşdığını və yıxılan şəxsin qolundan qan axdığını gördüyünü bildirsə də, Zərərçəkmiş şəxs bunu inkar edərək məhz toy məclisi keçirilən zalda rəqs edərkən Təqsirləndirilən şəxs arxadan ona yaxınlaşaraq 2 (iki) dəfə bıçaqla xəsarət yetirdiyini bildirmişdir. Göstərilən hallarla bağlı məhkəmə istintaqında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs məhz toy məclisinə qonaq qismində gəlmiş şəxslərin olduğu zalda bıçaqlamışdır. Belə ki, məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli diskə baxış keçirilməsi haqqında protokoldan məlum olmuşdur ki, xx.xx.2023-cü il tarixdə, saat 23:28-də şadlıq sarayında olan insanlar hərəkət edir, saat 23:29-da isə Zərərçəkmiş şəxs toy məclisi keçirilən zaldan şadlıq sarayının foyesinə addımlayaraq çıxır, bu zaman Zərərçəkmiş şəxs sinəsindən qan axır, foyedə olan şəxslərdən biri Zərərçəkmiş şəxs salfetka gətirərək sinəsinə qoyur. Bu səbəbdən də məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs həqiqətən də Zərərçəkmiş şəxs məhz toy məclisinin keçirildiyi zalda 2 (iki) dəfə bıçaqla xəsarət yetirmişdir. Bıçaq zərbəsi nəticəsində isə Zərərçəkmiş şəxs nazik bağırsağın zədələnməsi ilə müşayiət olunan qarnın ön divarının daxilə nüfuz edərək deşilmiş-kəsilmiş yarası, sağ qoltuq arteriyasının tam kəsilməsi, sağ qoltuq sinirinin zədələnməsi və hemorragik şok İİİ dərəcə ilə müşaiyət olunan sağ qoltuqaltı nahiyənin deşilmiş-kəsilmiş yarası kimi hər biri həm ümumilikdə, həm də ayrı-ayrılıqda insan həyatı üçün təhlükəli olan ağır dərəcəli bədən xəsarəti almışdır. Bundan başqa, qeyd edilməlidir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs toy məclisinin keçirildiyi zalda və ya foyedə bıçaqlaması əməlin tövsifinə təsir etmir. Belə ki, həm toy məclisinin keçirildiyi zal, həm də həmin zala daxil olmaq üçün nəzərdə tutulmuş foye ictimai yer sayıldığından hər iki yerdə törədilmiş eyni əməl eyni cür tövsif olunur. Məhkəmə Təqsirləndirilən şəxs ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, silah qismində istifadə olunan əşyadan istifadə etməklə törədərək zərərçəkmiş şəxsə zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlərlə xuliqanlıq etməsi nəticəsinə gələrkən ona istinad etmişdir ki, Təqsirləndirilən şəxs əlində bıçaqla toy məclisi keçirilən zalda müxtəlif qanunsuz hərəkətlər etməsi və həmin vaxt onun sərxoş halda olması ictimai yer sayılan şadlıq sarayında olan şəxslərin təşvişinə və narahatçılığına səbəb olmuş, həmin şəxslər qorxmuşlar və tələm-tələsik şadlıq sarayını tərk etməklə oradan uzaqlaşmaq istəmişlər. Həmçinin xuliqanlıq onda ifadə olunmuşdur ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs orada olan çoxlu sayda şəxsin gözü qarşısında bıçaqlamışdır. Zərərçəkmiş şəxsin aldığı ağır bədən xəsarəti ilə təqsirləndirilən şəxsin törətmiş olduğu əməl (fəal hərəkət) arasında birbaşa səbəbli əlaqə olmuş və zərərçəkmiş şəxs həmin xəsarəti məhz təqsirləndirilən şəxsin bıçaqla ona yetirdiyi zərbə nəticəsində almışdır. Qeyd edilən hallar cinayət işinin mübahisəsiz hallarını təşkil edir. Eyni zamanda məhkəmə istintaqında müəyyən edilmişdir ki, yetkinlik yaşına çatmamış Təqsirləndirilən şəxs və onun qanuni nümayəndəsi ilə Zərərçəkmiş şəxs arasında barışıq əldə edilməmiş, zərərçəkmiş şəxsə vurulmuş ziyan bu və ya digər şəkildə aradan qaldırılmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi zoraki cinayət əməllərinə, ələlxüsus da bu cinayətləri yetkinlik yaşına çatmadığı dövrdə törətməsinə tənqidi yanaşaraq bu kimi halları qınayır. “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2002-cı il tarixli 3 №-li qərarının 6-cı bəndində məhkəmələrə tövsiyə olunmuşdur ki, qəsdən adam öldürmə cinayəti xuliqanlıq niyyəti ilə o vaxt tövsif edilməlidir ki, təqsirkar öz davranışı ilə ictimai qaydalara və hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərməklə, özünü ətrafdakılara qarşı qoymaqla cinayət törətmiş olsun (məsələn, heç bir səbəb olmadan, yaxud hər hansı bəhanə ilə). Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4 və 221.3-cü maddələrində nəzərdə tutulan cinayətlərin bütün əlamətləri vardır, həmin cinayət hadisəsi həqiqətən baş vermiş və qeyd edilən cinayət əməlləri məhz onun tərəfindən törədilmişdir. Həmçinin bu cinayətlərin törədilməsində o, təqsirlidir. Bundan başqa, yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs cinayət əməllərini qəsdən törətmişdir. Onun hər bir əməli ayrı-ayrılıqda başa çatmış cinayətdir, həmin cinayətlərdən biri (Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi) cinayətlərin təsnifatına görə ağır cinayət, digəri isə (Cinayət Məcəlləsinin 221.3-cü maddəsi) cinayətlərin təsnifatına görə az ağır cinayət kateqoriyasına aiddir. Yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs əməllərinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, məhkəmə hesab edir ki, yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4 və 221.3-cü maddələri ilə təqsirli bilinməli və həmin maddələrin sanksiyası həddində cinayətlərin məcmusu qaydasında cəzalandırılmalıdır. Cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi əməlin cinayət-hüquqi nəticəsidir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 17 mart 2011-ci il tarixli Qərarı). “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Məhkəmə yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın həmin şəxslərin islah olunmasına və onların ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Bundan başqa, Cinayət Məcəlləsinin 86.1-ci maddəsinə görə yetkinlik yaşına çatmayana cəza təyin edərkən məhkəmə bu Məcəllənin 58-ci maddəsində müəyyən edilmiş hallardan başqa, həmçinin həmin şəxsin həyat və tərbiyə şəraitini, psixi inkişaf səviyyəsini, onun şəxsiyyətinin digər xüsusiyyətlərini və kənar şəxslərin ona təsirini nəzərə alır. Təqsirləndirilən şəxs yetkinlik yaşına çatmadığından məhkəmə ona cəza təyin edərkən Cinayət Məcəlləsinin 58.3-cü maddəsi ilə yanaşı, həmçinin həmin Məcəllənin 86.1-ci maddəsinin də tələblərinin nəzərə alınmasını mütləq sayır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 84.1-ci maddəsinə görə Cinayət törədərkən on dörd yaşı tamam olmuş, lakin on səkkiz yaşına çatmayan şəxslər yetkinlik yaşına çatmayanlar hesab olunur. Həmin Məcəllənin 84.2-ci maddəsinə görə Yetkinlik yaşına çatmayanlar cinayət törətdikdə, onlara cəza təyin edilə bilər və ya tərbiyəvi xarakterli məcburi tədbirlər tətbiq edilə bilər. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 7.0.33-1-ci maddəsinə görə yetkinlik yaşına çatmayan şəxs (uşaq) - 18 yaşına çatmayan şəxsdir. Həmin Məcəllənin 429-cu maddəsinə görə törədilən cinayət üzrə müəyyən edilməli olan hallardan başqa yetkinlik yaşına çatmayanlar barəsində icraat zamanı yetkinlik yaşına çatmayanın yaşı (doğulduğu il, ay, gün), yetkinlik yaşına çatmayanın həyat və tərbiyə şəraiti, yetkinlik yaşına çatmayanın fiziki intellektual və əqli inkişaf səviyyəsi və yetkinlik yaşına çatmayanın törətdiyi cinayətdə digər iştirakçılar olduqda onun barəsində cinayət işinin icraatının ayrılmasının mümkünlüyü halları müəyyən edilməlidir. CPM-nin 435.4-cü maddəsinə görə məhkəmə yetkinlik yaşına çatmayan şəxs barəsində cəza tədbiri seçərkən məhkəmə aşağıdakıları rəhbər tutmalıdır: cəza tədbiri yalnız törədilmiş cinayətin hallarına və ağırlığına deyil, həmçinin yetkinlik yaşına çatmayan şəxsin vəziyyətinə və tələbatına, habelə cəmiyyətin tələbatına uyğun olmalıdır; yetkinlik yaşına çatmayan şəxsin azadlıqdan məhrum edilməsi ilə bağlı olan cəza tədbiri yalnız həmin məsələnin mükəmməl baxılmasından sonra tətbiq edilməli və imkan daxilində aşağı həddə endirilməlidir; yetkinlik yaşına çatmayan şəxs ağır və ya xüsusilə ağır cinayətin, habelə ağır nəticələrə səbəb olan zor tətbiq etməklə qəsdən törədilmiş cinayətin və ya digər ağır cinayətin təkrarən törədilməsində təqsirli bilinmədiyi halda onun azadlıqdan məhrum edilməsi məqsədəuyğun deyildir. Məhkəmə Təqsirləndirilən şəxs cavan olmasını, ibtidai istintaq zamanı etirafedici ifadə verməsini, məhkəmədə özünü qismən təqsirli bilməsini, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, cinayət əməllərini törədərkən və hazırda yetkinlik yaşına çatmamasını, məcburi köçkün olmasını, ağır ailə şəraitini, qanuni nümayəndəsi olan anasının zərərçəkmiş şəxslə barışmağa cəhd etməsini, yaşadığı yer üzrə müsbət xarakterizə olunmasını və ailədə yeganə qazanc gətirən şəxs olmasını (yetkinlik yaşına çatmasa da, fərdi əməklə məşğul olaraq ailəsini dolandırır) Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir və nəzərə alır. Yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs əməllərində Cinayət Məcəlləsinin 61.1-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran hallar məhkəmə tərəfindən müəyyən edilmədi. Həmçinin yuxarıda göstərilən halları nəzərə alaraq, məhkəmə hesab edir ki, yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs əməllərində cinayətlərin məcmusu var və ona görə də ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinin tələbləri nəzərə alınmaqla təqsirli bilindiyi Cinayət Məcəlləsinin 126.2.4 və 221.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli və təyin edilmiş cəzalar qismən toplanmaqla ona qəti olaraq azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 17.1-ci maddəsinə əsasən bu Məcəllənin müxtəlif maddələri ilə nəzərdə tutulmuş iki və ya daha çox cinayətin törədilməsi, həmin cinayətləri törətmiş şəxs onlardan heç birinə görə məhkum olunmamışdırsa və ya qanunla müəyyən edilmiş əsaslar üzrə cinayət məsuliyyətindən azad edilməmişdirsə, habelə bu cinayətlərdən heç birinə görə cinayət məsuliyyətinə cəlbetmə müddəti keçməmişdirsə, cinayətlərin məcmusunu yaradır. Qeyd edilən Məcəllənin 17.3-cü maddəsinə əsasən - şəxs bu Məcəllənin müvafiq maddələrinə uyğun olaraq cinayətlərin məcmusunu yaradan hər cinayətə görə cinayət məsuliyyətinə cəlb edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusuna az ağır, ağır və ya xüsusilə ağır cinayətlərdən hər hansı biri daxildirsə, təyin olunmuş cəzalar tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Cinayət Məcəlləsinin 41.2-ci maddəsində cəzanın məqsədi açıqlanaraq göstərilmişdir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Göstərilən maddənin məzmunundan göründüyü kimi cəzanın qarşısında üç əlaqəli məqsəd qoyulmuşdur: sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması. Cəzanın cinayətə görə sitəm olması deyil, sosial ədalətin bərpası məqsədi ilə tətbiq edilməsi xüsusilə nəzərə alınmalıdır. Sosial ədalətin bərpası cəzanın məqsədi kimi o zaman həyata keçirilməyə başlanır ki, artıq cinayət törədilmiş olsun, bununla sosial balans pozulmuş olsun və bu balansın bərpası üçün törədilmiş cinayətə uyğun cəza tətbiq edilmiş olsun. Qeyd edilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs yalnız azadlıqdan məhrum etmə cəzası təyin edilməklə cəzanın məqsədlərinə, o cümlədən pozulmuş sosial ədalətin bərpasına nail olmaq olar. Yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının həddinə gəldikdə məhkəmə hesab edir ki, onun cinayət törədərkən və hazırda yaşı, cinayət əməllərini ictimai yerdə və çoxlu sayda şəxsin iştirak etdiyi yerdə törətməsi, cinayətlərin nəticəsində baş vermiş ağır nəticə (Zərərçəkmiş şəxs ağır bədən xəsarəti) və tərəflər arasında barışığın əldə edilməməsi, eləcə də vurulmuş ziyanın hazıradək aradan qaldırılmaması nəzərə alınmaqla cəzanın həddi müəyyən edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini məqbul sayarkən bilavasitə Azərbaycan Respublikası CPM-nin 435.4-cü maddəsini rəhbər tutmuşdur. Belə ki, göstərilən prosessual hüquq normasında göstərilmişdir ki, yetkinlik yaşına çatmayan şəxs barəsində cəza tədbiri seçərkən məhkəmə aşağıdakıları rəhbər tutmalıdır: cəza tədbiri yalnız törədilmiş cinayətin hallarına və ağırlığına deyil, həmçinin yetkinlik yaşına çatmayan şəxsin vəziyyətinə və tələbatına, habelə cəmiyyətin tələbatına uyğun olmalıdır; yetkinlik yaşına çatmayan şəxsin azadlıqdan məhrum edilməsi ilə bağlı olan cəza tədbiri yalnız həmin məsələnin mükəmməl baxılmasından sonra tətbiq edilməli və imkan daxilində aşağı həddə endirilməlidir; yetkinlik yaşına çatmayan şəxs ağır və ya xüsusilə ağır cinayətin, habelə ağır nəticələrə səbəb olan zor tətbiq etməklə qəsdən törədilmiş cinayətin və ya digər ağır cinayətin təkrarən törədilməsində təqsirli bilinmədiyi halda onun azadlıqdan məhrum edilməsi məqsədəuyğun deyildir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 85.5.1-ci maddəsinə əsasən yetkinlik yaşına çatmayan qızlar, habelə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş yetkinlik yaşına çatmayan oğlanlar cəzanı ümumi rejimli tərbiyə müəssisələrində çəkməlidirlər. Göstərilənlərə əsasən yetkinlik yaşına çatmayan yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs təyin ediləcək cəzanı ümumi rejimli tərbiyə müəssisələrində çəkməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158.2 və 158.6-cı maddələrinə əsasən təqsirləndirilən şəxslərin tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı müddət həbsdə saxlama müddətinə aid edildiyindən məhkəmə hesab edir ki, yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs həbsdə və ev dustaqlığında saxlanıldığı müddət ona təyin olunacaq cəza müddətinə daxil edilməli və onun 27 aprel 2023-cü il tarixdən 29 aprel 2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 2 (iki) gün müddət ona təyin ediləcək qəti cəzadan çıxılmaqla üzərində saxlanılacaq cəzanın əvvəli hökmün çıxarıldığı gündən, yəni 30 oktyabr 2023-cü il tarixdən hesablanmalıdır. Bundan başqa, yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilməli, onun barəsində həbs qətimkan tədbiri seçilməli və o, məhkəmə iclas zalında dərhal həbs edilməli, hökm qanuni qüvvəsini alanadək barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmalıdır. Bu hissədə hökmün icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına həvalə olunmalıdır. Məhkəmə iş üzrə maddi sübutun taleyini həll edərkən qeyd edir ki, iş üzrə maddi sübut olub cinayət işinə əlavə edilmiş və hadisənin görüntülərini özündə əks etdirən 1 (bir) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə ekspertiza xərci və mülki iddia yoxdur. Hazırkı cinayət işi üzrə yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə edilməli olan əmlakı məhkəmə tərəfindən müəyyən edilməmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə h ö k m e t d i: Yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4 və 221.3-cü maddələrində nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirli bilinsin, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs cinayətlərin məcmusu qaydasında qəti olaraq 6 (altı) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs 27 aprel 2023-cü il tarixdən 29 aprel 2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 2 (iki) gün müddət ona təyin edilmiş qəti cəzadan çıxılsın və onun üzərində 6 (altı) il 5 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın və onun üzərində saxlanılacaq cəzanın əvvəli 30 oktyabr 2023-cü il tarixdən hesablansın. Yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli tərbiyə müəssisəsində çəksin. Yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilsin, onun barəsində həbs qətimkan tədbiri seçilsin, o, dərhal məhkəmə iclas zalında həbs edilsin və hökm qanuni qüvvəsini alanadək barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Bu hissədə hökmün icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına həvalə olunsun. İş üzrə maddi sübut olub cinayət işinə əlavə edilmiş və hadisənin görüntülərini özündə əks etdirən 1 (bir) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza xərci, mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən hakim Əli Məmmədov Hakimlər Azad Məcidov Səbinə Məmmədzadə
Məhkəmə qərarları › İş №1(101)-2073/2023
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-2073/2023
30.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver