Məhkəmə qərarları › İş №1(101)-2073/2025

Bakı Ağır Cinayətlər Məhkəməsi Qiyabi hökm — İş №1(101)-2073/2025

04.03.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ HÖKM Bakı şəhəri İş № 1(101)-2073/2025 04.03.2026 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Əliyeva Aytən Heydər qızı (sədrlik edən), X4 və Quliyev Vüqar Elbrus oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi - X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, təqsirləndirilən şəxsin müdafiəçisi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri «Alyans» Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx xxxxxx 1991-ci il tarixdə Zərdab rayonu, Yuxarı Seyidlər kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, xx.xx.2017-ci il tarixdə C01495152 nömrəli Azərbaycan Respublikasının ümumi vətəndaş pasportu ilə Heydər Əliyev adına X2 Respublikasının Praqa şəhəri istiqamətində ölkə ərazisini tərk etmiş, hazırda İsveçrə Konfederasiyasının ərazisində yaşayan, barəsində “həbs” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 220.2-ci və 281.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə qiyabi icraat qaydasında saat 09:30-da qapalı məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İttihamın mahiyyəti: 1.Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında təkrarən hakimiyyət nümayəndəsinin qanuni tələblərinə fəal şəkildə tabe olmamağa və kütləvi iğtişaşlara çağırışlar etmiş, həmçinin qabaqcadan əlbir olan bir qrup şəxs halında təkrarən Azərbaycan Respublikasında hakimiyyətin zorla ələ keçirilməsinə, Azərbaycan Respublikasının konstitusiya quruluşunun zorla dəyişdirilməsinə yönələn qəsdən açıq çağırışlar etmiş və bu cür məzmunlu materialları təkrarən yaymışdır. 2.Belə ki, Təqsirləndirilən şəxs 01 sentyabr 2017-ci il tarixdə Azərbaycan Respublikasının ərazisini Çexiya Respublikasının Praqa şəhəri istiqamətində tərk etdikdən sonra İsveçrə Konfederasiyasına gedib Azərbaycan Respublikasının vətəndaşları X3, X6 və istintaqa şəxsiyyətləri məlum olmayan qeyriləri ilə istintaqa məlum olmayan tarixdə və yerdə görüşüb Azərbaycan Respublikasında qanuni əsaslarla formalaşdırılmış və Azərbaycan Respublikasının Konstitusiyasına əsasən fəaliyyət göstərən hakimiyyətin zorla ələ keçirilməsini, Azərbaycan Respublikasının konstitusiya quruluşunun zorla dəyişdirilməsini təbliğ edən açıq çağırışlar etmək məqsədilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşmişlər. Daha sonra Təqsirləndirilən şəxs qabaqcadan aralarında olan cinayətkar sövdələşməyə əsasən cinayətkar qrupun üzvləri Süleyman Süleymanlı, Mehman Məmmədov və qeyriləri tərəfindən İsveçrə Konfederasiyasının Cenevrə şəhərində Palace of Nations, Av. de la Paix 8-14, 1211 ünvanında yerləşən Birləşmiş Millətlər Təşkilatının Cenevrə Bürosu yaxınlığında eyni cinayətkar məqsədlə insanların gediş-gəlişi çox olan ictimai yerdə təşkil olunmuş piketdə iştirak etməklə, orada cinayətkar qrupun üzvləri tərəfindən quraşdırılmış səsucaldıcı qurğu vasitəsilə qabaqcadan əlbir olduğu şəxslərlə əvvəlcədən əldə edilmiş sövdələşməyə əsasən, Mehman Məmmədov və digərləri “Diktatoru ... devirməkdən ötəri neynəmək lazımdır? İnqilab eləmək lazımdır! Yalnız inqilab eləmək! Mən hamını belə deyərdim ki, inqilaba çağırıram. Yəni, çalışsınlar, vuruşsunlar, qismən də olsa, başsız da olsa ayağa qalxsınlar! Yəni, bu rejim devrilməsə, bu rejim getməsə başqa cür mümkün deyil... Azərbaycan xalqı həmişə belə kötü gündə olacaq, həmişə belənçinə zəif gündə olacaq, yəni, Azərbaycan xalqının diktator rejiminə son, son, bir də son!” məzmunlu çıxışlar edib Azərbaycan xalqını inqilab etməyə səsləmiş, hakimiyyətin qeyri-leqal yolla, yəni zorla ələ keçirilməsinə yönələn açıq çağırışlar etmiş, əvvəlcədən razılaşdırıldığı kimi cinayətkar qrupun üzvü olaraq Təqsirləndirilən şəxs tərəfindən həmin çağırışlar istintaqa markası və modeli məlum olmayan mobil telefonun kamerası ilə videolentə alınaraq ümumi cinayətkar niyyətə uyğun olaraq insanların sərbəst surətdə daxil olub izləyə biləcəkləri, 17 fevral 2019-cu il tarixdə Təqsirləndirilən şəxs tərəfindən yaradılmış “Diktator Tv” adlı youtube kanalında 19 noyabr 2022-ci il tarixdə yerləşdirib canlı yayımlamaqla ictimai əmin-amanlığın və dincliyin, təhlükəsizliyin pozulmasına səbəb olan hakimiyyət orqanlarının fəaliyyətlərini iflic vəziyyətə salmağa, insanların iradəsinə təsir edib onları mövcud hakimiyyətə qarşı qanunsuz yollarla çıxmağa təşviq etməklə qabaqcadan əlbir olan bir qrup şəxs halında Azərbaycan Respublikasında hakimiyyətin zorla ələ keçirilməsinə yönələn və vahid niyyətlə qabaqcadan əlbir olan bir qrup şəxs halında təkrarən Azərbaycan Respublikasında hakimiyyətin zorla ələ keçirilməsinə və Azərbaycan Respublikasının konstitusiya quruluşunun zorla dəyişdirilməsinə yönələn açıq çağırışlar etmiş, həmçinin bu cür məzmunlu video materialları internet resursları vasitəsi ilə yaymışdır. 3.Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən “Youtube.com” video internet platformasında “Diktator tv” internet kanalında qeyri-məhdud sayda insan kütləsinə səslənərək xx.xx.2023-ci il tarixdə yayımladığı “Baxın Ölkənin mafiya qanunları ilə idarə olunması sübut olundu. Xalq gecə üsyana qalxmalı idi” başlıqlı (linkhttps://www.youtube.com/watch?v=tCjEsQfutjk) videomüraciətində ”.............biz də polisə qarşı hərəkət etməliyik, digər polislər baxsın, gözləri qorxsun......... burda yazılmamış qanunlar həyata keçirilməlidir ki, digər polislər baxsın, otursun yerinə........” məzmunlu ifadələr işlədib Azərbaycan Respublikasında hakimiyyət nümayəndəsinin qanuni tələblərinə fəal şəkildə tabe olmamağa və zorakılıqla müşayiət olunan kütləvi iğtişaşlara təkrarən açıq çağırışlar etmiş, həmçinin bu cür məzmunlu video materialları qeyri-məhdud sayda şəxslərin izləyə biləcəyi internet resursları vasitəsi ilə təkrarən yaymışdır 4.Bundan başqa, Təqsirləndirilən şəxs eyni məqsədlə təkrarən Azərbaycan Respublikası Konstitusiyasının 2-ci maddəsinin “Azərbaycan xalqı öz suveren hüququnu bilavasitə ümumxalq səsverməsi - referendum və ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, gizli və şəxsi səsvermə yolu ilə seçilmiş nümayəndələri vasitəsi ilə həyata keçirir”, Konstitusiyanın 58-ci maddəsinin 4-cü bəndinin “Azərbaycan Respublikasının bütün ərazisində və ya hər hansı hissəsində qanuni dövlət hakimiyyətini zorla devirmək məqsədi, cinayət hesab edilən digər məqsədlər güdən və ya cinayətkar üsullardan istifadə edən birliklər qadağandır” kimi tələblərinə zidd olaraq insanların təfəkküründə aşkar surətdə çaşqınlıq yaratmaqla, dinc sakinləri Azərbaycan Respublikasında qanuni əsaslarla formalaşmış və fəaliyyət göstərən mövcud hakimiyyətə qarşı qanunsuz, yəni zor tətbiqi yolu ilə qarşı çıxmağa, zorakılıqla müşayiət olunan kütləvi iğtişaşlara və hakimiyyət nümayəndəsinin qanuni tələblərinə fəal şəkildə tabe olmamağa -təşviq edən “Youtube.com” video internet platformasında qeyri-məhdud sayda insanların hər hansı məhdudiyyət olmadan daxil olub izləyə biləcəyi “Diktator tv” internet kanalında xx.xx.2023-cü il tarixdə “Saatlı rayonu ayağa qalxdı. Polis dəstələri yeridildi. Yaralananlar var. Ayağa qalxmağın zamanı gəldi” başlıqlı (linkhttps://www.youtube.com/watch?v=ei_gq7NoYQ0&rco=1) videomüraciətində “Azərbaycan xalqı, bu terrorist rejimdən artıq qisasımızı almaq lazımdır. Ayağa qalx Azərbaycan, ayağa qalxın artıq. ......üsyana qalx Azərbaycan xalqı, nəyi gözləyirsən?........ bu rejimə dur demək lazımdır. Azərbaycan xalqı, nə qədər yatacaqsan, ....... bunlardan qisas almalıyıq, ya yox. Rədd edin də, bu............polis rejimi yaradıblar, insanların üstünə 200-300 nəfər polis tökürlər” məzmunlu ifadələr işlədərək insanların iradəsinə təsir edib onları Azərbaycan Respublikasında qanuni əsaslarla formalaşmış və fəaliyyət göstərən mövcud hakimiyyətə qanunsuz, yəni zor tətbiqi yolu ilə qarşı çıxmağa təşviq etməklə təkrarən Azərbaycan Respublikasında hakimiyyətin zorla ələ keçirilməsinə yönələn və təkrarən hakimiyyət nümayəndəsinin qanuni tələblərinə fəal şəkildə tabe olmamağa, zorakılıqla müşayiət olunan kütləvi iğtişaşlara açıq çağırışlar etmiş, həmçinin bu cür məzmunlu video materialları qeyri-məhdud sayda şəxslərin izləyə biləcəyi internet resursları vasitəsi ilə təkrarən yaymışdır. 5.Bundan başqa, Təqsirləndirilən şəxs eyni məqsədlə təkrarən “Youtube.com” video internet platformasında “Diktator tv” internet kanalında xx.xx.2023-cü il tarixdə “Təqsirləndirilən şəxs Azərbaycan xalqına çağırış edir. Diktator ............ rejimi üçün sonun başlanğıcı” başlıqlı (link-https://www.youtube.com/watch?v=6FPQaLAjİzİ) videomüraciətində “........bu rejimin bir sonu var, Azərbaycan xalqı qorxmaq lazım deyil, .......ən böyük qüvvə xalqdır, əgər biz xalq olaraq bir yerə toplansaq, yumruğu bir yerə vursaq, hədəfimiz bir olsa, inanın Azərbaycan xalq, heç kim bizim qarşımızda dayana bilməz. .......qorxmadan çəkinmədən səsinizi çıxardın.........biz hamımılıqla əl-ələ verib hakimiyyətin üzərinə getməliyik. Ona görə qorxmaq lazım deyil....... artıq hərəkətə keçməyin vaxtıdır, bunların üstünə getməyin vaxtıdır. ........artıq hakimiyyətin üzərinə yerimək lazımdır, hakimiyyət qorxur. Xalq ayağa qalxdıqda, ardı gələcək, inanın mənə Azərbaycan xalqı, min nəfər, yüz nəfər ayağa qalxdı, onlarda onlara qoşulacaq, sadəcə bu partlayışı etmək lazımdır” məzmunlu ifadələr işlədərək yayımlamaqla Azərbaycan Respublikasında qanuni əsaslarla formalaşmış və fəaliyyət göstərən mövcud hakimiyyətə qanunsuz, yəni zor tətbiqi yolu ilə qarşı çıxmağa təşviq etməklə Azərbaycan Respublikasında hakimiyyətin zorla ələ keçirilməsinə yönələn təkrarən açıq çağırışlar etmiş, eləcə də həmin məzmunlu materialları, yəni çağırışları internet informasiya resurslarında təkrarən yayılmışdır. 6.Bundan başqa, Təqsirləndirilən şəxs eyni məqsədlə təkrarən “Youtube.com” video internet platformasında “Diktator tv” internet kanalında xx.xx.2023-cü il tarixdə “2 May Diktator.............rejimi Bloggeri Türkiyədə qətlə yetirdi. Unutmayaq. Qisas almalıyıq” başlıqlı (link-https://www.youtube.com/watch?v=7zCVThieVGA) videomüraciətində “Bir gün qisas alınacaq..... ölkənin 50 faizi nankordur......öləndə də gəlin kişi kimi ölün, kişi kimi ölmək lazımdır, daha qorxaq kimi yox, Bayram kimi ölmək lazımdır....” məzmunlu ifadələr işlədərək yayımlamaqla ictimai əmin-amanlığın və dincliyin, təhlükəsizliyin pozulmasına səbəb olan hakimiyyət orqanlarının fəaliyyətlərini iflic vəziyyətə salmağa, insanların iradəsinə təsir edib onları Azərbaycan Respublikasında hakimiyyət nümayəndəsinin qanuni tələblərinə fəal şəkildə tabe olmamağa və zorakılıqla müşayiət olunan kütləvi iğtişaşlara təkrarən açıq çağırışlar etmiş, həmçinin bu cür məzmunlu video materialları qeyri-məhdud sayda şəxslərin izləyə biləcəyi internet resursları vasitəsi ilə təkrarən yaymışdır. 7.Bundan başqa, Təqsirləndirilən şəxs eyni məqsədlə təkrarən “Youtube.com” video internet platformasında “Diktator tv” internet kanalında xx.xx.2023-cü il tarixdə “Əsgər Anaları videonu diqqətlə izləyin-Diktator ............ rejimi və daha bir əsgərimiz. Susmayaq” başlıqlı (link-https://www.youtube.com/watch?v=JDK2XW0xXls) videomüraciətində “.... Ay Azərbaycan valideynləri bir dəfəlik üsyana qalxın.....nə vaxta kimi susacaqsınız? .......Əsgər anaları, əsgər valideynləri, gələcəkdə əsgər valideynləri olacaq şəxslər sözüm sizədir, artıq susmayın............rejmin terroruna, ...........yığışında, bu .......ailəni, rejmi ......edin, getsin. ..........üsyana qalxın” məzmunlu ifadələr işlədərək yayımlamaqla Azərbaycan Respublikasında qanuni əsaslarla formalaşmış və fəaliyyət göstərən mövcud hakimiyyətə qanunsuz, yəni zor tətbiqi yolu ilə qarşı çıxmağa təşviq etməklə Azərbaycan Respublikasında hakimiyyətin zorla ələ keçirilməsinə yönələn təkrarən açıq çağırışlar etmiş, eləcə də həmin məzmunlu materialları, yəni çağırışları internet informasiya resurslarında təkrarən yayılmışdır. 8.Bundan başqa, Təqsirləndirilən şəxs eyni məqsədlə təkrarən “Youtube.com” video internet platformasında “Diktator tv” internet kanalında xx.xx.2023-cü il tarixdə “Halaldı Gədəbəydə insanlar dayanmır. Həbs olunanlar var. Təcili Rayonlar Gədəbəyə dəstək verin” başlıqlı (link-https://www.youtube.com/watch?v=İFrQ3oAaXA8) video müraciətində “............... Polis sizə qarşı belə şərəfsizlik edibsə, siz ona beş qatını etməlisiniz, çünki bu hakimiyyət bunu haqq edir, çünki bu hakimiyyət terror hakimiyyətidir, Azərbaycan xalqı başa düşürsünüzmü, hər rayondan 5 dənə, 10 dənə Yunis Səfərovlar meydana çıxmalıdır. 1-2 dənəsi o icra başçısının təpəsindən qoymadısa, düzələsi deyil, qoymaq lazımdır. Vətəndaş inqilabına başlamaq lazımdır, üsyana qalxmaq lazımdır, bu terrorist rejimi rədd etməyin artıq vaxtı çatıb Azərbaycan xalqı. Ayağa qalx, bu Gədəbəy camaatına dəstək verin. Üsyana qalxmaq lazımdır” məzmunlu ifadələr işlədərək yayımlamaqla ictimai əminamanlığın və dincliyin, təhlükəsizliyin pozulmasına səbəb olan hakimiyyət orqanlarının fəaliyyətlərini iflic vəziyyətə salmağa, insanların iradəsinə təsir edib onları Azərbaycan Respublikasında qanuni əsaslarla formalaşmış və fəaliyyət göstərən mövcud hakimiyyətə qanunsuz, yəni zor tətbiqi yolu ilə qarşı çıxmağa təşviq etməklə təkrarən Azərbaycan Respublikasında hakimiyyətin zorla ələ keçirilməsinə yönələn və təkrarən hakimiyyət nümayəndəsinin qanuni tələblərinə fəal şəkildə tabe olmamağa və zorakılıqla müşayiət olunan kütləvi iğtişaşlara açıq çağırışlar etmiş, həmçinin bu cür məzmunlu video materialları qeyri-məhdud sayda şəxslərin izləyə biləcəyi internet resursları vasitəsi ilə təkrarən yaymışdır. 9.Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən eyni məqsədlə “Youtube.com” video internet platformasında “Diktator tv” internet kanalında xx.xx.2024-cü il tarixdə “Kürd ............ M@fiyası və Kürd Azərin elədiyi qəddarlıqlar” başlıqlı (linkhttps://www.youtube.com/watch?v=ancKVoulNY8) video müraciətində “.........ey mənim talış qardaş və bacılarım, sizlərə səslənirəm, ancaq ümid sizlərədir, ancaq rejimə qarşı siz səsinizi çıxara bilərsiniz. Qoymayın haqqınızı, bu rejim alsın, ayağa qalxmaq vaxtıdır, öz səsinizi çıxarın, talış milləti, talış xalqı həmişə mərd cəsur olubdur....... Azərbaycanda yaşayan digər millətlər, özünüzü sübut eləməlisiniz” məzmunlu ifadələr işlədərək yayımlamaqla təkrarən Azərbaycan Respublikasında qanuni əsaslarla formalaşmış və fəaliyyət göstərən mövcud hakimiyyətə qanunsuz, yəni zor tətbiqi yolu ilə qarşı çıxmağa təşviq etməklə Azərbaycan Respublikasında hakimiyyətin zorla ələ keçirilməsinə yönələn təkrarən açıq çağırışlar etmiş, eləcə də həmin məzmunlu materialları, yəni çağırışları internet informasiya resurslarında təkrarən yayılmışdır. 10.Bundan başqa, Təqsirləndirilən şəxs eyni məqsədlə təkrarən “Youtube.com” video internet platformasında “Diktator tv” internet kanalında xx.xx.2024-cü il tarixdə “Xəmir yumruğun şəhidə verdiyi dəyər. Oyan Bazarvaycan toplumu. Diktatorun Oyunlarına getmiyin” başlıqlı (link- https://www.youtube.com/watch?v=uj5W5O_O0rc) video müraciətində “..........bilmirəm, nə deyim, nə danışım ki, xalq üsyana qalxsın. Bu müharibə zad ..... üçün oyundur, bir şoudur, camaatı yatızdırmaq üçün, insanların başını qarışdırmaq üçün, hakimiyyətin devrilməsinin qarşısını almaq üçün bir oyun idi. Oyanın ay kasıblar oyanın, gözünüzü açın” məzmunlu ifadələr işlədərək yayımlamaqla Azərbaycan Respublikasında qanuni əsaslarla formalaşmış və fəaliyyət göstərən mövcud hakimiyyətə qanunsuz, yəni zor tətbiqi yolu ilə qarşı çıxmağa təşviq etməklə Azərbaycan Respublikasında hakimiyyətin zorla ələ keçirilməsinə yönələn təkrarən açıq çağırışlar etmiş, eləcə də həmin məzmunlu materialları, yəni çağırışları internet informasiya resurslarında təkrarən yayılmışdır. 11.Bundan başqa, Təqsirləndirilən şəxs eyni məqsədlə təkrarən “Youtube.com” video internet platformasında “Diktator tv” internet kanalında xx.xx.2024-cü il tarixdə “Təcili Qazilərə göstəriş- Məmurları, Dövlət binalarına hücum edin, onları y@ndırın” başlıqlı (linkhttps://www.youtube.com/watch?v=VdSJbXEBWHg) video müraciətində “.........mən burdan özünü yandıran qazilərimizə səslənirəm, birinci özünü yandırma deyirəm, mən buna qarşıyam, ikincisi də özünü yandırırsan Daşkəsən icra hakimiyyətinin qarşısında, ayə birinci benzini tök icra hakimiyyətinin binasına, yandır oranı, sonra özünü yandır, gedən ayağı özünlə birini apar. Özünüzü yandırmaq istəyirsinizsə, gedin Milli Məclisi yandırın, gedin daş-qalaq edin də, oranı, gedin deputatları yandırın, Prezident aparatını yandırın, İcra hakimiyyətinin özünü yandırın, bir iki dəfə belə edin, xalq da sizə dəstək verəcəkdir. ......... sizə hörmət etmirlərsə, siz bu hakimiyyətə niyə hörmət etməlisiniz, gedin dövlət binalarına od qoyun da. Eşidirsiniz qazi qardaşlar, bunu edin............” məzmunlu ifadələr işlədərək yayımlamaqla ictimai əmin-amanlığın və dincliyin, təhlükəsizliyin pozulmasına səbəb olan hakimiyyət orqanlarının fəaliyyətlərini iflic vəziyyətə salmağa, insanların iradəsinə təsir edib onları Azərbaycan Respublikasında qanuni əsaslarla formalaşmış və fəaliyyət göstərən mövcud hakimiyyətə qanunsuz, yəni zor tətbiqi yolu ilə qarşı çıxmağa təşviq etməklə hakimiyyət nümayəndəsinin qanuni tələblərinə fəal şəkildə tabe olmamağa və kütləvi ixtişaşlara təkrarən açıq çağırışlar etmiş, həmçinin bu cür məzmunlu video materialları qeyri-məhdud sayda şəxslərin izləyə biləcəyi internet resursları vasitəsi ilə təkrarən yaymışdır. 12.Bundan başqa, Təqsirləndirilən şəxs eyni məqsədlə təkrarən “Youtube.com” video internet platformasında “Diktator tv” internet kanalında xx.xx.2024-cü il tarixdə “Dünən gəbərdilən Pol-itləri daha yaxından tanıyaq. Rövşənlər ortaya çıxacaq, xalqın qisasını alacaq” başlıqlı (link- https://www.youtube.com/watch?v=5137m5-rM6E) video müraciətində “........ Azərbaycan polisi it kimi gəbərəcəksiniz, Rövşən kimi oğlanlar Milli qəhrəmandır....... belə itləri də gəbərtmək lazımdır” məzmunlu ifadələr işlədərək yayımlamaqla ictimai əmin-amanlığın və dincliyin, təhlükəsizliyin pozulmasına səbəb olan hakimiyyət orqanlarının fəaliyyətlərini iflic vəziyyətə salmağa, hakimiyyət nümayəndəsinin qanuni tələblərinə fəal şəkildə tabe olmamağa və kütləvi ixtişaşlara təkrarən açıq çağırışlar etmiş, həmçinin bu cür məzmunlu video materialları qeyri-məhdud sayda şəxslərin izləyə biləcəyi internet resursları vasitəsi ilə təkrarən yaymışdır. 13.Bundan başqa, Təqsirləndirilən şəxs eyni məqsədlə təkrarən “Youtube.com” video internet platformasında “Diktator tv” internet kanalında xx.xx.2025-ci il tarixdə “İmişlidən Təcili-İnternet kəsilb. Rayon əhalisi Polis bölməsinin qarşısında toplaşıb. 4 uşaq ölüb” başlıqlı (link- https://www.youtube.com/watch?v=z9KmDo178Hİ), “Hakimiyyət İmişlidə baş verən qəzanın videogörüntülərini paylaşdı” başlıqlı (linkhttps://www.youtube.com/watch?v=7bzX7VsGe8A) və “Cinayət törədən Polis sərxoş olub. Nazirliyin saxtalaşdırdığı videonun orginalı. Dəhşətli görüntülər” başlıqlı (linkhttps://www.youtube.com/watch?v=Y-R_kwdv5eİ) videomüraciətlərində “Bax belə, vur dağıdın, vurun aşırın polis maşınını, başqa variant buraxmayıb bu hakimiyyət bizdə......... ayağa qalxın. .......ay millət üsyana qalxın, üsyan, üsyan, üsyan. Ancaq bu, başqa variant yoxdur, bax belə üsyana qalxmaq lazımdır, digər rayonlar da üsyana qalxmalıdır, bu bandit rejimdən xilas olmaq lazımdır. Ancaq hərbə-zorba, zorakılıq...... Ədaləti bərpa etmək özümüzün əlindədir. Azərbaycanda polisdən qanundan heç nə gözləmə. Üsyana qalxanlara dəstək vermək lazımdır. ............ona görə ay millət üsyana qalxmaq lazımdır, bu rejim artıq bütün qırmızı cizgiləri keçibdir. ......... ayağa qalxın, üsyana qalxın, vurun polis bölmələrini dağıdın, polis maşınlarını vurun aşırdı”, “.......... dəstək olun da o rayonlara, çeviriliş edin də, bu rejimi. Üsyana qalxın ay millət, üsyana qalxın. ....... ayağa qalx, gecə ilə ayağa qalxın rayonlar, üsyana qalx”, “......... üsyana qalxmaq lazımdır, bu polislər camaatı yığıblar boğaza ............ üsyana qalx, ay millət üsyana, gecəliklə üsyana. ə digər rayonlar qalxmalıdır. .........” məzmunlu, xx.xx.2025-ci il tarixdə “İmişlidən son məlumat- Hakimiyyət qorxusundan İmişliyə qoşun yeritdi. Baxın e rejim xalqdan necə qorxur” başlıqlı (link- https://www.youtube.com/watch?v=Xh4Dqo-7İ_k) video müraciətində “..........bu xalq özünə güvənməlidir, bir gün çəkmədi, görürsünüz?, hakimiyyət necə ordu yeridib ora. .............. özümüzə inanmaq lazımdır, adi bir İmişlidə 300-500 adam, görsünüzmü polisin maşınını necə aşartdı. İstəsək eliyə bilirik, bunu digər rayonlarda da etmək lazımdır. Özünüzə güvənin, İmişliyə, bax, həmin o həbsdə olan, polis maşınlarını aşıran o qəhrəmanları azad etmək üçün əlinizə balta, yava, tüfəng alın, xilas edin onları, başa düşün, qeyrətə gəlin, bezib xalq bu hakimiyyətdən, üsyan edin.” məzmunlu ifadələr işlədərək yayımlamaqla ictimai əmin-amanlığın və dincliyin, təhlükəsizliyin pozulmasına səbəb olan hakimiyyət orqanlarının fəaliyyətlərini iflic vəziyyətə salmağa, insanların iradəsinə təsir edib onları Azərbaycan Respublikasında qanuni əsaslarla formalaşmış və fəaliyyət göstərən mövcud hakimiyyətə qanunsuz, yəni zor tətbiqi yolu ilə qarşı çıxmağa təşviq etməklə təkrarən Azərbaycan Respublikasında hakimiyyətin zorla ələ keçirilməsinə yönələn və təkrarən hakimiyyət nümayəndəsinin qanuni tələblərinə fəal şəkildə tabe olmamağa və zorakılıqla müşayiət olunan kütləvi iğtişaşlara açıq çağırışlar etmiş, həmçinin bu cür məzmunlu video materialları qeyri-məhdud sayda şəxslərin izləyə biləcəyi internet resursları vasitəsi ilə təkrarən yaymışdır. 14.Bundan başqa, Təqsirləndirilən şəxs eyni məqsədlə təkrarən “Youtube.com” video internet platformasında “Diktator tv” internet kanalında xx.xx.2025-cü il tarixdə “......... rejimi Azərbaycanda yaşayan millətlərə qarşı haqsızlıq etməkdə davam edir” başlıqlı (linkhttps://www.youtube.com/watch?v=e3VHDcPkfV0) video müraciətində “........... bu rejim silahlı üsyandan başqa, silahlı inqilabdan başqa bir şey buraxmayıbdır. Bunun bir çarəsi var, oda ki, evinizdəki silahları, tüfəngləri, tüfəng olmadıqda baltanızı, yavanızı götürürsünüz, gecə ilə bütün polis bölmələrinə, icra başçılarına hücum edirsiniz, silahı olan da güllələməlidir, başqa variantı yoxdur...... silahlı üsyana qalxın da....... silahı əlinə al, güllələ bu rejimi, başqa variant yoxdur” məzmunlu ifadələr işlədərək yayımlamaqla ictimai əmin-amanlığın və dincliyin, təhlükəsizliyin pozulmasına səbəb olan hakimiyyət orqanlarının fəaliyyətlərini iflic vəziyyətə salmağa, insanların iradəsinə təsir edib onları Azərbaycan Respublikasında qanuni əsaslarla formalaşmış və fəaliyyət göstərən mövcud hakimiyyətə qanunsuz, yəni zor tətbiqi yolu ilə qarşı çıxmağa təşviq etməklə təkrarən Azərbaycan Respublikasında hakimiyyətin zorla ələ keçirilməsinə yönələn və hakimiyyət nümayəndəsinin qanuni tələblərinə fəal şəkildə tabe olmamağa və zorakılıqla müşayiət olunan kütləvi iğtişaşlara təkrarən açıq çağırışlar etmiş, həmçinin bu cür məzmunlu video materialları qeyri-məhdud sayda şəxslərin izləyə biləcəyi internet resursları vasitəsi ilə təkrarən yaymışdır. 15.Bundan başqa, Təqsirləndirilən şəxs eyni məqsədlə təkrarən “Youtube.com” video internet platformasında “Diktator tv” internet kanalında xx.xx.2025-ci il tarixdə “................. bənzəyən, Xalqına zülm edən Diktatorun acı sonu. Hardadı DTX Polisi” başlıqlı (linkhttps://www.youtube.com/watch?v=L138UOqxFUİ) videomüraciətində “........özünüzə güvənmək lazımdır, polisdən qorxmaq lazım deyil, .............devirmək, xalqda böyük qüvvə yoxdur, polisdən qorxmaq lazım deyil, əgər polis sənə necə davranırsa, sən də polisə eləcə davranmalısan. Polis sənə qarşı dubinkadan istifadə edir, sən də əlinə dəmir götür, armatur götür, vur polisin təpəsinə, qorxma. Bu dünyada, bu həyatda məğlub edilməz heç kim yoxdur, devrilməyəcək heç kim yoxdur. Hər kəs devrilə bilər, elə ...... də devrilə bilər. ..... Azərbaycan xalqı özünə güvən, qruplaşmaq vaxtıdır, rayonlarda, kəndlərdə, Bakının kəndlərində vatsap qrupları yaradın, etiraz qrupları yaradın, təşkilatlanın, beləcə, yavaşyavaş, qorxmaq lazım deyildir. ........” məzmunlu ifadələr işlədərək yayımlamaqla ictimai əmin-amanlığın və dincliyin, təhlükəsizliyin pozulmasına səbəb olan hakimiyyət orqanlarının fəaliyyətlərini iflic vəziyyətə salmağa, insanların iradəsinə təsir edib onları Azərbaycan Respublikasında qanuni əsaslarla formalaşmış və fəaliyyət göstərən mövcud hakimiyyətə qanunsuz, yəni zor tətbiqi yolu ilə qarşı çıxmağa təşviq etməklə təkrarən Azərbaycan Respublikasında hakimiyyətin zorla ələ keçirilməsinə yönələn və təkrarən hakimiyyət nümayəndəsinin qanuni tələblərinə fəal şəkildə tabe olmamağa və zorakılıqla müşayiət olunan kütləvi iğtişaşlara açıq çağırışlar etmiş, həmçinin bu cür məzmunlu video materialları qeyri-məhdud sayda şəxslərin izləyə biləcəyi internet resursları vasitəsi ilə təkrarən yaymışdır. 16.Bundan başqa, Təqsirləndirilən şəxs eyni məqsədlə təkrarən “Youtube.com” video internet platformasında “Diktator tv” internet kanalında xx.xx.2025-ci il tarixdə “Günün günorta vaxdı evə basqın edin, dağıtdılar. Diktator rejimə qarşı Silahlı üsyan” başlıqlı (linkhttps://www.youtube.com/watch?v=nY18vkq9CFQ) videomüraciətində “.......bu rejim sənə necə davranırsa, sən də elə davranmalısan. Sənin evini uçurur, sən də get Prezident Aparatını uçur, Milli Məclisdə otur, zatən Milli Məclis bir..... yaramır. Bu rejim sənə qarşı silahdan istifadə edirsə, sən də silahdan istifadə et. Əgər bu rejim sənə qarşı bulduzerdən istifadə edirsə, sən də bir bulduzer götürüb gedib Milli Məclisin üstünə sürməlisən, Prezident Aparatına girməlisən. Bunun bir yolu var, silahlı üsyan, qardaş bu hakimiyyət silah yolu ilə hakimiyyətə gəlibdirsə, silah yolu ilə də getməlidir. Bunun ikinci bir adı yoxdur. .....silahlı üsyana qalx, topunu, tüfəngini, makarını, yavanı, baltanı, əlində nə varsa, götürüb çıxmalısan, bu rejimə qarşı, bunun polisinə qarşı, iri buynuzlu məmuruna qarşı istifadə etməlisən....... silahlanmaq, başqa variantı yoxdur, balta, yava, çəkic götürün, kəndlilər kəndli üsyanına başlamalıdır, bunun başqa variantı yoxdur” məzmunlu ifadələr işlədərək yayımlamaqla ictimai əmin-amanlığın və dincliyin, təhlükəsizliyin pozulmasına səbəb olan hakimiyyət orqanlarının fəaliyyətlərini iflic vəziyyətə salmağa, insanların iradəsinə təsir edib onları Azərbaycan Respublikasında qanuni əsaslarla formalaşmış və fəaliyyət göstərən mövcud hakimiyyətə qanunsuz, yəni zor tətbiqi yolu ilə qarşı çıxmağa təşviq etməklə təkrarən Azərbaycan Respublikasında hakimiyyətin zorla ələ keçirilməsinə yönələn və təkrarən hakimiyyət nümayəndəsinin qanuni tələblərinə fəal şəkildə tabe olmamağa və zorakılıqla müşayiət olunan kütləvi iğtişaşlara təkrarən açıq çağırışlar etmiş, həmçinin bu cür məzmunlu video materialları qeyri-məhdud sayda şəxslərin izləyə biləcəyi internet resursları vasitəsi ilə təkrarən yaymışdır. 17.Bundan başqa, Təqsirləndirilən şəxs eyni məqsədlə təkrarən “Youtube.com” video internet platformasında “Diktator tv” internet kanalında xx.xx.2025-ci il tarixdə “Azərbaycan polisinə ürək sözlərim” başlıqlı (link- https://www.youtube.com/watch?v=Fls8aYdEaRc) videomüraciətində ” ........... rejimə qarşı üsyana qalxmaqdan başqa çarə yoxdur ........ Bu rejimdən xilas olmaq lazımdır ....... Bu rejimə qarşı üsyan, başqa variant yoxdur. Qana-qan lazımdır, bu rejimə qarşı konkret qana-qan lazımdır, bunun başqa adı yoxdur, Azərbaycan xalqı....... bu rejimə, bu ölkənin polisinə sadəcə və sadəcə nifrət eləməliyik, harda polis gördün, “işverən” gördün özün bas döy, başına ......, videosunu çək” məzmunlu ifadələr işlədərək yayımlamaqla ictimai əmin-amanlığın və dincliyin, təhlükəsizliyin pozulmasına səbəb olan hakimiyyət orqanlarının fəaliyyətlərini iflic vəziyyətə salmağa, insanların iradəsinə təsir edib onları Azərbaycan Respublikasında qanuni əsaslarla formalaşmış və fəaliyyət göstərən mövcud hakimiyyətə qanunsuz, yəni zor tətbiqi yolu ilə qarşı çıxmağa təşviq etməklə təkrarən Azərbaycan Respublikasında hakimiyyətin zorla ələ keçirilməsinə yönələn və təkrarən hakimiyyət nümayəndəsinin qanuni tələblərinə fəal şəkildə tabe olmamağa və zorakılıqla müşayiət olunan kütləvi iğtişaşlara təkrarən açıq çağırışlar etmiş, həmçinin bu cür məzmunlu video materialları qeyri-məhdud sayda şəxslərin izləyə biləcəyi internet resursları vasitəsi ilə təkrarən yaymışdır. 18.Bundan başqa, Təqsirləndirilən şəxs eyni məqsədlə təkrarən “Youtube.com” video internet platformasında “Diktator tv” internet kanalında xx.xx.2025-ci il tarixdə “Diqqət- Kürdəmirdə əhali yolu bağladı. Polislər vətəndaşdan rüşvət ala bilmədiyi üçün d.öydülər” başlıqlı (link- https://www.youtube.com/watch?v=V7K7Eqs9Flİ) video müraciətində “...........bunun bir yolu var, üsyana qalxmaq ............ ortalıq qarışıbdır, bundan istifadə etmək lazımdır. Rayonlar, kəndlər polislərə qarşı üsyana qalxmalıdır, başqa variantı yoxdur........” məzmunlu ifadələr işlədərək yayımlamaqla ictimai əmin-amanlığın və dincliyin, təhlükəsizliyin pozulmasına səbəb olan hakimiyyət orqanlarının fəaliyyətlərini iflic vəziyyətə salmağa, insanların iradəsinə təsir edib onları Azərbaycan Respublikasında qanuni əsaslarla formalaşmış və fəaliyyət göstərən mövcud hakimiyyətə qanunsuz, yəni zor tətbiqi yolu ilə qarşı çıxmağa təşviq etməklə təkrarən Azərbaycan Respublikasında hakimiyyətin zorla ələ keçirilməsinə yönələn və təkrarən hakimiyyət nümayəndəsinin qanuni tələblərinə fəal şəkildə tabe olmamağa və zorakılıqla müşayiət olunan kütləvi iğtişaşlara açıq çağırışlar etmiş, həmçinin bu cür məzmunlu video materialları qeyriməhdud sayda şəxslərin izləyə biləcəyi internet resursları vasitəsi ilə təkrarən yaymışdır. Sübutların tədqiqi: 19.Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 22 oktyabr 2025-ci il tarixli, 4/1530 nömrəli ekspert rəyindən görünür ki, 1.Ekspertiza tədqiqatına təqdim edilmiş audio paylaşımlarda olan çıxışlarda ictimai təhlükəsizliyi pozmaq, əhali arasında vahimə yaratmaq, hakimiyyətin zorla ələ keçirilməsinə, zorla saxlanılmasına və ya Azərbaycan Respublikasının konstitusiya quruluşunun zorla dəyişdirilməsinə, eləcə də, hakimiyyət nümayəndəsinin qanuni tələblərinə fəal şəkildə tabe olmamağa və kütləvi iğtişaşlara çağırışlar etmə, həmçinin Azərbaycan Respublikasında hakimiyyətin zorla ələ keçirilməsinə, Azərbaycan Respublikasının konstitusiya quruluşunun zorla dəyişdirilməsinə yönələn qəsdən açıq çağırışlar və bu cür məzmunlu materialları yayma əlamətləri mövcuddur. Həmin açıq çağırışlar və bu cür məzmunlu materialları yayma əlamətləri tədqiqi hissədə göstərilmiş çoxsaylı söz və cümlələrdə əksini tapmışdır. 2.Ekspertiza tədqiqatına təqdim edilmiş audio paylaşımlarda olan çıxışlarda ictimai təhlükəsizliyi pozmaq, əhali arasında vahimə yaratmaq, hakimiyyətin zorla ələ keçirilməsinə, zorla saxlanılmasına və ya Azərbaycan Respublikasının konstitusiya quruluşunun zorla dəyişdirilməsinə, eləcə də, hakimiyyət nümayəndəsinin qanuni tələblərinə fəal şəkildə tabe olmamağa və kütləvi iğtişaşlara çağırışlar etmə, həmçinin Azərbaycan Respublikasında hakimiyyətin zorla ələ keçirilməsinə, Azərbaycan Respublikasının konstitusiya quruluşunun zorla dəyişdirilməsinə yönələn qəsdən açıq çağırışlar və bu cür məzmunlu materialları yayma əlamətləri, həmin açıq çağırışlar və ya bu məzmunlu materialları yayma Təqsirləndirilən şəxs adlı və soyadlı şəxs tərəfindən icra olunmuşdur (İ cild, səh. 105-110). 20.Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 12 fevral 2025-ci il tarixli, 4/237 nömrəli ekspert rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş 01 ədəd ağ rəngli diskdə qeydə alınmış videomaterialda hakimiyyətin zorla ələ keçirilməsinə, zorla saxlanılmasına yönələn açıq çağırışlar müəyyən edilmişdir (İ cild, səh. 160-162). 21.«İnternet resurslarına baxış keçirilməsi haqqında» 09 sentyabr 2025-ci il tarixli protokoldan və videogörüntüləri özündə əks etdirən diskdən görünür ki, Təqsirləndirilən şəxs dövlət əleyhinə yönələn açıq çağırışlar etməsi və kütləvi iğtişaşlara çağırış etməsi faktları barədə Azərbaycan Respublikası Dövlət Təhlükəsizlik Xidmətindən daxil olmuş elektron daşıyıcıya və sonuncuya məxsus qeyri-məhdud sayda kənar şəxslərin sərbəst surətdə daxil olub tanış ola bildiyi “Youtube” geniş internet sosial şəbəkəsindəki 186.000 izləyicisi və 90.547.642 baxışı olan “Diktator tv” kanalına baxış keçirilmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, “Youtube” geniş internet sosial şəbəkəsindəki 186.000 izləyicisi və 90.547.642 baxışı olan “Diktator tv” kanalı xx.xx.2019-cu il tarixdə Təqsirləndirilən şəxs tərəfindən yaradılmış və sonuncu tərəfindən 3 599 ədəd video paylaşılmışdır. Kanalın ön səhifəsində - “Əlinizdə olan xəbər və məlumatı bizimlə bölüşün. Məxfiçiliyiniz qorunur. Əlaqə nömrəmiz. Whatsapp +**********1. Diktator və ailə hakimiyyətinə birlikdə son qoyaq. Yeni kanalımıza abunə olun - www.youtube.com/@manafjalilzade)” paylaşılmışdır. Eyni zamanda, baxış zamanı aşağıdakı faktlar müəyyən edilmişdir: 1.Baxın Ölkənin mafiya qanunları ilə idarə olunması sübut olundu. Xalq gecə üsyana qalxmalı idi. “.............biz də polisə qarşı hərəkət etməliyik, digər polislər baxsın, gözləri qorxsun......... burda yazılmamış qanunlar həyata keçirilməlidir ki, digər polislər baxsın, otursun yerinə........”. (link-https://www.youtube.com/watch?v=tCjEsQfutjk) 2.Saatlı rayonu ayağa qalxdı. Polis dəstələri yeridildi. Yaralananlar var. Ayağa qalxmağın zamanı gəldi. “Azərbaycan xalqı, bu terrorist rejimdən artıq qisasımızı almaq lazımdır. Ayağa qalx Azərbaycan, ayağa qalxın artıq. ......üsyana qalx Azərbaycan xalqı, nəyi gözləyirsən?........ bu rejimə dur demək lazımdır. Azərbaycan xalqı, nə qədər yatacaqsan, ....... bunlardan qisas almalıyıq, ya yox. Rədd edin də, bu............polis rejmi yaradıblar, insanların üstünə 200-300 nəfər polis tökürlər”. (link- https://www.youtube.com/watch?v=ei_gq7NoYQ0&rco=1) 3.Təqsirləndirilən şəxs Azərbaycan xalqına çağırış edir. Diktator ................. rejimi üçün sonun başlanğıcı. “........bu rejimin bir sonu var, Azərbaycan xalqı qorxmaq lazım deyil, .......ən böyük qüvvə xalqdır, əgər biz xalq olaraq bir yerə toplansaq, yumruğu bir yerə vursaq, hədəfimiz bir olsa, inanın Azərbaycan xalq, heç kim bizim qarşımızda dayana bilməz. .......qorxmadan çəkinmədən səsinizi çıxardın.........biz hamımılıqla əl-ələ verib hakimiyyətin üzərinə getməliyik. Ona görə qorxmaq lazım deyil....... artıq hərəkətə keçməyin vaxtıdır, bunların üstünə getməyin vaxtıdır. ........artıq hakimiyyətin üzərinə yerimək lazımdır, hakimiyyət qorxur. Xalq ayağa qalxdıqda, ardı gələcək, inanın mənə Azərbaycan xalqı, min nəfər, yüz nəfər ayağa qalxdı, onlarda onlara qoşulacaq, sadəcə bu partlayışı etmək lazımdır”. (linkhttps://www.youtube.com/watch?v=6FPQaLAjİzİ) 4.2 May Diktator .......... rejimi Bloggeri Türkiyədə qətlə yetirdi. Unutmayaq. Qisas almalıyıq. “Bir gün qisas alınacaq..... ölkənin 50 faizi nankordur......öləndə də gəlin kişi kimi ölün, kişi kimi ölmək lazımdır, daha qorxaq kimi yox, Bayram kimi ölmək lazımdır....”. (link https://www.youtube.com/watch?v=7zCVThieVGA) 5.Əsgər Anaları videonu diqqətlə izləyin-Diktator .............. rejimi və daha bir əsgərimiz. Susmayaq. “.... Ay Azərbaycan valideynləri bir dəfəlik üsyana qalxın.....nə vaxta kimi susacaqsınız? .......Əsgər anaları, əsgər valideynləri, gələcəkdə əsgər valideynləri olacaq şəxslər sözüm sizədir, artıq susmayın............rejmin terroruna, ...........yığışında, bu .......ailəni, rejmi ......edin, getsin. ..........üsyana qalxın”. (link- https://www.youtube.com/watch?v=JDK2XW0xXls) 6.Halaldı Gədəbəydə insanlar dayanmır. Həbs olunanlar var. Təcili Rayonlar Gədəbəyə dəstək verin. “...............Polis sizə qarşı belə şərəfsizlik edibsə, siz ona beş qatını etməlisiniz, çünki bu hakimiyyət bunu haqq edir, çünki bu hakimiyyət terror hakimiyyətidir, Azərbaycan xalqı başa düşürsünüzmü, hər rayondan 5 dənə, 10 dənə Yunis Səfərovlar meydana çıxmalıdır. 1-2 dənəsi o icra başçısının təpəsindən qoymadısa, düzələsi deyil, qoymaq lazımdır. Vətəndaş inqilabına başlamaq lazımdır, üsyana qalxmaq lazımdır, bu terrorist rejimi rədd etməyin artıq vaxtı çatıb Azərbaycan xalqı. Ayağa qalx, bu Gədəbəy camaatına dəstək verin. Üsyana qalxmaq lazımdır”. (linkhttps://www.youtube.com/watch?v=İFrQ3oAaXA8) 7.Kürd ....................... M@fiyası və Kürd Azərin elədiyi qəddarlıqlar. “.........ey mənim talış qardaş və bacılarım, sizlərə səslənirəm, ancaq ümid sizlərədir, ancaq rejimə qarşı siz səsinizi çıxara bilərsiniz. Qoymayın haqqınızı, bu rejim alsın, ayağa qalxmaq vaxtıdır, öz səsinizi çıxarın, talış milləti, talış xalqı həmişə mərd cəsur olubdur....... Azərbaycanda yaşayan digər millətlər, özünüzü sübut eləməlisiniz”. (link-https://www.youtube.com/watch?v=ancKVoulNY8) 8.Xəmir yumruğun Şəhidimizə qoyduğu hörmət. Oyan ay xalq. “.........bilmirəm, nə deyim, nə danışım ki, xalq üsyana qalxsın. Bu müharibə zad ..... üçün oyundur, bir şoudur, camaatı yatızdırmaq üçün, insanların başını qarışdırmaq üçün, hakimiyyətin devrilməsinin qarşısını almaq üçün bir oyun idi. Oyanın ay kasıblar oyanın, gözünüzü açın”. (linkhttps://www.youtube.com/watch?v=uj5W5O_O0rc) 9.Təcili Qazilərə göstəriş- Məmurları, Dövlət binalarına hücum edin, onları y@ndırın. “.........mən burdan özünü yandıran qazilərimizə səslənirəm, birinci özünü yandırma deyirəm, mən buna qarşıyam, ikincisi də özünü yandırırsan Daşkəsən icra hakimiyyətinin qarşısında, ayə birinci berzini tök icra hakimiyyətinin binasına, yandır oranı, sonra özünü yandır, gedən ayağı özünlə birini apar. Özünüzü yandırmaq istəyirsinizsə, gedin Milli Məclisi yandırın, gedin daş-qalaq edin də, oranı, gedin deputatları yandırın, Prezident aparatını yandırın, İcra hakimiyyətinin özünü yandırın, bir iki dəfə belə edin, xalq da sizə dəstək verəcəkdir. ......... sizə hörmət etmirlərsə, siz bu hakimiyyətə niyə hörmət etməlisiniz, gedin dövlət binalarına od qoyun da. Eşidirsiniz qazi qardaşlar, bunu edin............”. (linkhttps://www.youtube.com/watch?v=VdSJbXEBWHg) 10.Dünən gəbərdilən polisləri yaxından tanıyaq. “........ Azərbaycan polisi it kimi gəbərəcəksiniz, Rövşən kimi oğlanlar Milli qəhrəmandır....... belə itləri də gəbərtmək lazımdı”. (linkhttps://www.youtube.com/watch?v=5137m5-rM6E) 11.İmişlidən Təcili-İnternet kəsilb. Rayon əhalisi Polis bölməsinin qarşısında toplaşıb. 4 uşaq ölüb. “Bax belə, vur dağıdın, vurun aşırın polis maşını, başqa variant buraxmayıb bu hakimiyyət bizdə......... ayağa qalxın. .......ay millət üsyana qalxın, üsyan, üsyan, üsyan. Ancaq bu, başqa variant yoxdur, bax belə üsyana qalxmaq lazımdır, digər rayonlar da üsyana qalxmalıdır, bu bandit rejimdən xilas olmaq lazımdır. Ancaq hərbə-zorba, zorakılıq...... Ədaləti bərpa etmək özümüzün əlindədir. Azərbaycanda polisdən qanundan heç nə gözləmə. Üsyana qalxanlara dəstək vermək lazımdır. ............ona görə ay millət üsyana qalxmaq lazımdır, bu rejim artıq bütün qırmızı cizgiləri keçibdir. ......... ayağa qalxın, üsyana qalxın, vurun polis bölmələrini dağıdın, polis maşınlarını vurun aşırdın”. (linkhttps://www.youtube.com/watch?v=z9KmDo178Hİ) 12.Hakimiyyət İmişlidə baş verən qəzanın videogörüntülərini paylaşdı. “.......... dəstək olun da o rayonlara, çeviriliş edin də, bu rejimi. Üsyana qalxın ay millət, üsyana qalxın. ....... ayağa qalx, gecə ilə ayağa qalxın rayonlar, üsyana qalx”. (link- https://www.youtube.com/watch?v=7bzX7VsGe8A) 13.Cinayət törədən Polis serxoş olub. Nazirliyin saxtalaşdırdığı videonun orginalı. Dəhşətli görüntülər. “......... üsyana qalxmaq lazımdır, bu polislər camaatı yığıblar boğaza ............ üsyana qalx, ay millət üsyana, gecəliklə üsyana. ə digər rayonlar qalxmalıdır. .........”. (linkhttps://www.youtube.com/watch?v=Y-R_kwdv5eİ) 14.İmişlidən son məlumat-Hakimiyyət qorxusundan İmişliyə qoşun yeritdi.Baxıne rejim xalqdan necə qorxur. “..........bu xalq özünə güvənməlidir, bir gün çəkmədi, görürsünüz?, hakimiyyət necə ordu yeridib ora. .............. özümüzə inanmaq lazımdır, adi bir İmişlidə 300-500 adam, görsünüzmü polisin maşınını necə aşartdı. İstəsək eliyə bilirik, bunu digər rayonlarda da etmək lazımdır. Özünüzə güvənin, İmişliyə, bax, həmin o həbsdə olan, polis maşınlarını aşıran o qəhrəmanları azad etmək üçün əlinizə balta, yava, tüfəng alın, xilas edin onları, başa düşün, qeyrətə gəlin, bezib xalq bu hakimiyyətdən, üsyan edin”. (linkhttps://www.youtube.com/watch?v=Xh4Dqo-7İ_k) 15............ rejimi Azərbaycanda yaşayan millətlərə qarşı haqsızlıq etməkdə davam edir “........... bu rejim silahlı üsyandan başqa, silahlı inqilabdan başqa bir şey buraxmayıbdır. Bunun bir çarəsi var, oda ki, evinizdəki silahları, tüfəngləri, tüfəng olmadıqda baltanızı, yavanızı götürürsünüz, gecə ilə bütün polis bölmələrinə, icra başçılarına hücum edirsiniz, silahı olan da güllələməlidir, başqa variantı yoxdur...... silahlı üsyana qalxın da....... silahı əlinə al, güllələ bu rejimi, başqa variant yoxdur”. (link- https://www.youtube.com/watch?v=e3VHDcPkfV0) 16........................ bənzəyən, Xalqına zülm edən Diktatorun acı sonu. Hardadı DTX Polisi. “........özünüzə güvənmək lazımdır, polisdən qorxmaq lazım deyil, ............. devirmək, xalqda böyük qüvvə yoxdur, polisdən qorxmaq lazım deyil, əgər polis sənə necə davranırsa, sən də polisə eləcə davranmalısan. Polis sənə qarşı dubinkadan istifadə edir, sən də əlinə dəmir götür, armatur götür, vur polisin təpəsinə, qorxma. Bu dünyada, bu həyatda məğlub edilməz heç kim yoxdur, devrilməyəcək heç kim yoxdur. Hər kəs devrilə bilər, elə ...... də devrilə bilər. ..... Azərbaycan xalqı özünə güvən, qruplaşmaq vaxtıdır, rayonlarda, kəndlərdə, Bakının kəndlərində vatsap qrupları yaradın, etiraz qrupları yaradın, təşkilatlanın, beləcə, yavaşyavaş, qorxmaq lazım deyildir. ........”. (linkhttps://www.youtube.com/watch?v=L138UOqxFUİ) 17.Günün günorta vaxdı evə basqın edin, dağıtdılar. Diktator rejimə qarşı Silahlı üsyan.“.......bu rejim sənə necə davranırsa, sən də elə davranmalısan. Sənin evini uçurur, sən də get Prezident Aparatını uçur, Milli Məclisdə otur, zatən Milli Məclis bir..... yaramır. Bu rejim sənə qarşı silahdan istifadə edirsə, sən də silahdan istifadə et. Əgər bu rejim sənə qarşı bulduzerdən istifadə edirsə, sən də bir bulduzer götürüb gedib Milli Məclisin üstünə sürməlisən, Prezident Aparatına girməlisən. Bunun bir yolu var, silahlı üsyan, qardaş bu hakimiyyət silah yolu ilə hakimiyyətə gəlibdirsə, silah yolu ilə də getməlidir. Bunun ikinci bir adı yoxdur. .....silahlı üsyana qalx, topunu, tüfəngini, makarını, yavanı, baltanı, əlində nə varsa, götürüb çıxmalısan, bu rejimə qarşı, bunun polisinə qarşı, iri buynuzlu məmuruna qarşı istifadə etməlisən....... silahlanmaq, başqa variantı yoxdur, balta, yava, çəkic götürün, kəndlilər kəndli üsyanına başlamalıdır, bunun başqa variantı yoxdur”. (linkhttps://www.youtube.com/watch?v=nY18vkq9CFQ) 18.Azərbaycan polisinə ürək sözlərim “.......... rejimə qarşı üsyana qalxmaqdan başqa çarə yoxdur ........ Bu rejimdən xilas olmaq lazımdır ....... Bu rejimə qarşı üsyan, başqa variant yoxdur. Qana-qan lazımdır, bu rejimə qarşı konkret qana-qan lazımdır, bunun başqa adı yoxdur, Azərbaycan xalqı....... bu rejimə, bu ölkənin polisinə sadəcə və sadəcə nifrət eləməliyik, harda polis gördün, “işverən” gördün özün bas döy, başına ......, videosunu çək”. (linkhttps://www.youtube.com/watch?v=Fls8aYdEaRc) 19.Diqqət-Kürdəmirdə əhali yolu bağladı. Polislər vətəndaşdan rüşvət ala bilmədiyi üçün d.öydülər. “...........bunun bir yolu var, üsyana qalxmaq ............ ortalıq qarışıbdır, bundan istifadə etmək lazımdır. Rayonlar, kəndlər polislərə qarşı üsyana qalxmalıdır, başqa variantı yoxdur........”.(linkhttps://www.youtube.com/watch?v=V7K7Eqs9Flİ) (İ cild, səh. 81-85). 22.İş materiallarından görünür ki, 15 noyabr 2025-ci il tarixdə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 467-13.4-cü maddəsinin tələblərinə əsasən təqsirsizlik prezumpsiyasına riayət etməklə, Cinayət-Prosessual Məcəlləsinin 54-2.1-ci maddəsində nəzərdə tutulmuş məlumatlar (çağırış vərəqəsinin verilməli olduğu şəxsin ünvanı istisna olmaqla) Azərbaycan Respublikasının ictimai televiziyası və radiosu vasitəsilə yayımlanmış və həmin tarixdə televiziyanın rəsmi internet səhifəsində, habelə ictimai televiziyanın “youtube” internet kanalında dərc edilməklə, Təqsirləndirilən şəxs 24 noyabr 2025-ci il tarixdə istintaqa dəvət olunmuşdur (İ cild, səh. 212-214). 23.İş materiallarında olan sərhədkeçmə məlumatlarından görünür ki, Təqsirləndirilən şəxs sonuncu dəfə xx.xx.2017-ci il tarixdə C01495152 nömrəli -Azərbaycan Respublikasının ümumi vətəndaş pasportu ilə Heydər Əliyev adına X2 Respublikasının Praqa şəhəri istiqamətində ölkə ərazisini tərk etmişdir (İ cild, səh. 207). 24.Bakı Ağır Cinayətlər Məhkəməsinin 06 oktyabr 2025-ci il tarixli, 1(101)-1382/2025 nömrəli hökmündən görünür ki, X6 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 281.2ci maddəsi ilə təqsirli bilinərək 5 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir (İ cild, səh. 147-159). 25.Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 27 noyabr 2025-ci il tarixli, 18(001)- 10/2025 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində qiyabi icraat açılmışdır (İ cild, səh. 242-254). 26.Azərbaycan Respublikası Səhiyyə Nazirliyi «Respublika Psixiatriya Xəstəxanası» publik hüquqi şəxsin 10 sentyabr 2025-ci il tarixli, 3-28-29/2-8558/2025 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs arxiv məlumatına görə yuxarıda adı göstərilən xəstəxanada müalicədə olmamışdır (İ cild, səh. 107). 27.«Sübutların qiymətləndirilməsi haqqında» 01 dekabr 2025-ci il tarixli qərardan görünür ki, 09 sentyabr 2025-ci il tarixdə “youtube” kanalına keçirilmiş baxış zamanı aşkar edilmiş Təqsirləndirilən şəxs kütləvi ixtişaşlara, eləcə də Azərbaycan Respublikasında hakimiyyətin zorla ələ keçirilməsinə, Azərbaycan Respublikasının konstitusiya quruluşunun zorla dəyişdirilməsinə yönələn açıq çağırışlar etdiyi 19 ədəd video görüntülərin köçürüldüyü CD disk iş üzrə maddi sübut qismində tanınmış və cinayət işi materiallarında saxlanılmışdır. 10 fevral 2025-ci il tarixdə “youtube” kanalına keçirilmiş baxış zamanı aşkar edilmiş Təqsirləndirilən şəxs, X6 və qeyrilərinin qabaqcadan əlbir olan bir qrup şəxs halında Azərbaycan Respublikasında hakimiyyətin zorla ələ keçirilməsinə, Azərbaycan Respublikasının konstitusiya quruluşunun zorla dəyişdirilməsinə yönələn açıq çağırışlar etdiyi 1 ədəd video görüntünün köçürüldüyü CD diskin ********* nömrəli cinayət işinin istintaqı çərçivəsində maddi sübut qismində tanınması və həmin cinayət işinin materiallarında saxlanılması nəzərə alınmışdır (İ cild, səh. 255-280). 28.Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 23 fevral 2025-ci il tarixli, 4(001)- 143/2025 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində tutulduğu andan hesablamaqla 04 (dörd) ay müddətinə “həbs" növündə qətimkan tədbiri seçilmişdir (İ cild, səh. 40-45). 29.İş materiallarında olan, Bakı şəhəri Sabunçu rayon İcra Hakimiyyəti başçısının Bakıxanov qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən daxil olmuş 24 noyabr 2025-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs qeydiyyatda olduğu yer üzrə mənfi xarakterizə olunmuşdur (İ cild, səh. 217). 30.İş materiallarında olan 14 noyabr 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (İ cild, səh. 204). Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: 31.Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124.1 və 125.1-ci maddələrinin tələblərinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur və məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. 32.Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. 33.Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. 34.Məhkəmə yuxarıda sadalanan qanunvericilik normalarının tələbinə uyğun olaraq iş üzrə keçirilmiş istintaq hərəkətlərinin protokollarını, ekspertiza rəylərini və digər sənədləri sübut növü kimi qəbul edərək məhkəmə iclasında tam, hərtərəfli, obyektiv araşdırılmış sübutlara mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə birgə hüquqi qiymət verib, həmin sübutlara əsaslanaraq, iş üçün mühüm əhəmiyyət kəsb edən bütün halları aydınlaşdırmaqla belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 220.2-ci və 281.2-ci maddələrində nəzərdə tutulmuş cinayət tərkibi vardır və onun törətmiş olduğu cinayət əməlləri istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 220.2-ci və 281.2-ci maddələri ilə tövsif edilmişdir. 35.Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 2011-ci il 17 mart tarixli Qərarına görə tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. 36.İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd edir ki, konvensiyanın 6-cı maddəsi ədalətli məhkəmə araşdırması hüququna təminat verir və məhkəmənin vəzifəsi bütövlükdə məhkəmə araşdırmasının, o cümlədən sübutların əldə edilməsinin, qiymətləndirilməsinin ədalətliliyini, müdafiə və ittiham tərəflərinin hüquq bərabərliyi təmin edilməklə çəkişmə prinsipinə əməl edilməsinin, təqsirləndirilən şəxsin sübutları mübahisə etmək, onlara etiraz etmək hüququnun təmin edilməsini araşdırmaqdır. (Bikkov v. Rusiya [GC], 4378/02, §§ 88- 90, xx.xx.2009 və Rowe və X5rşı [GC], 28901/95, § 60, AİHM 2000 İİ) 37.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” 22 iyun 2015-ci il tarixli qərarında qeyd edilir ki, cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmış əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə və subyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. 38.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 142-ci maddəsinin həmin Məcəllənin 56-cı maddəsinin tətbiqi baxımından şərh olunmasına dair” 07 aprel 2021-ci il tarixli qərarında olunur edilir ki, təqsir şüur və iradə kimi psixoloji elementlərin məcmusudur və bu elementlər müvafiq olaraq ictimai təhlükəli davranışın əqli və iradəvi tərəflərini təşkil edir. Əqli meyar ondan ibarətdir ki, təqsirli şəxs əməlin ictimai təhlükəliliyini və belə əməlin törədəcəyi ictimai təhlükəli nəticələri dərk edir. İradi element cinayətin subyektinin şüurunda baş verən iradəvi proseslərlə səciyyələnir: şəxs ictimai təhlükəli nəticələrin baş verməsini arzu edir və ya şüurlu surətdə onlara yol verir, yaxud yüngül fikirliliklə ictimai təhlükəli nəticələrin qarşısının alınmasına ümid edir. 39.Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 281.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin iki tövsifedici halı göstərilmişdir. Eyni əməllər təkrar və ya bir qrup şəxs tərəfindən törədildikdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 281.2-ci maddəsi ilə, həmin Məcəllənin 281.1 və 281.2-ci maddələri ilə nəzərdə tutulmuş əməllər xarici təşkilatların və onların nümayəndələrinin tapşırığı ilə törədildikdə isə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 281.3-cü maddəsi ilə tövsif olunur. Cinayət işi materiallarından göründüyü kimi Təqsirləndirilən şəxs ona verilmiş ittiham üzrə cinayət əməlini bir qrup şəxs tərəfindən törətmişdir. Buna görə də onun əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 281.2-ci maddəsinin tərkibi müəyyən olunur. 40.Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 220.2-ci maddəsinə əsasən hakimiyyət nümayəndəsinin qanuni tələblərinə fəal şəkildə tabe olmamağa və kütləvi iğtişaşlara, habelə vətəndaşlara qarşı zorakılıq etməyə çağırışlar etmə cinayət məsuliyyətinə səbəb olur. 41.Qeyd olunan cinayətin obyekti ictimai münasibətlərdir. Maddədə göstərilmiş kütləvi iğtişaş dedikdə, ictimai əmin-amanlığın, yəni dincliyin və sakitliyin, təhlükəsizliyin kortəbii şəkildə toplanmış insanlar qrupu tərəfindən elə pozulması başa düşülür ki, bu zaman hakimiyyət orqanlarının fəaliyyəti iflic vəziyyətinə salınır və ictimai dincliyin bərpası üçün fövqəladə tədbirlər həyata keçirilir. 42.Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 220.2-ci maddəsində nəzərdə tutulmuş cinayətin obyektiv cəhəti hakimiyyət nümayəndəsinin qanuni tələblərinə fəal şəkildə tabe olmamağa və kütləvi iğtişaşlara, habelə vətəndaşlara qarşı zorakılıq etməyə çağırışlar etmədə ifadə olunur. Qeyd olunan çağırışlar kütləyə fitnəkar və təhrikedici müraciətlər etmə, vərəqələr paylama və digər formalarda, yəni kütləvi iğtişaş iştirakçılarının şüuruna, iradəsinə onları qeyd olunan ictimai təhlükəli əməlləri törətməyə sövq etmək məqsədi ilə təsir göstərmə başa düşülməlidir. Çağırışın üsulları şifahi, radio, televiziya, mətbu nəşrlər və s. vasitəsilə ola bilər. 43.Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 281-ci maddəsinə əsasən hakimiyyətin ələ keçirilməsinə, zorla saxlanılmasına və ya Azərbaycan Respublikasının konstitusiya quruluşunun zorla dəyişdirilməsinə və ya ərazi bütövlüyünün parçalanmasına yönələn açıq çağırışlar etmə, habelə bu cür məzmunlu materialları yayma cinayət məsuliyyətinə səbəb olur. Həmin maddənin 2-ci bəndinə əsasən eyni əməllər bir qrup şəxs tərəfindən və ya təkrar törədildikdə beş ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə cəzası ilə cəzalandırılır. 44.Qeyd olunan cinayətin obyekti Azərbaycan Respublikasının konstitusiya quruluşunun təhlükəsizliyi ilə əlaqədar ictimai münasibətlərdir. Bu cinayətin obyekti hakimiyyətin zorla ələ keçirilməsində, zorla saxlanılmasında və ya Azərbaycan Respublikasının konstitusiya quruluşunun zorla dəyişdirilməsində və ya ərazi bütövlüyünün parçalanmasına yönələn açıq çağırışlar etmədə, həmçinin bu cür məzmunlu materialları yaymada ifadə olunur. 45.Azərbaycan Respublikası Milli Məclisinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin bəzi normalarının tətbiqi qaydası haqqında” 11 aprel 1995-ci il tarixli qərarının 2-ci bəndində qeyd olunur ki, Cinayət Məcəlləsinin 281-ci maddəsində çağırışlar dedikdə insanların iradəsinə təsir edərək onları bu maddədə göstərilən əməllərin törədilməsinə cəlb etməyə yönələn fəal hərəkətlər başa düşülməlidir. 46.Açıq çağırışlar, bir qayda olaraq, qeyri-məhdud şəxslər dairəsinə yönəlir. Burada kütləvilik çağırışın məcburi ünsürü hesab olunur. Çağırışın kütləviliyini qiymətləndirərkən müraciətin üsulu, konkret şərait və s. nəzərə alınmalıdır. Hər bir halda kütləvilik əlamətinin mövcudluğu üçün çağırışın iki və ya daha çox şəxs tərəfindən qəbul edilməsi vacibdir. Televiziya, radio, internet platformaları, səsgücləndirici vasitələrlə, vərəqələr yaymaqla, mitinqlər keçirməklə müraciət çağırışın kütləviliyinə nümunə ola bilər. Çağırışın açıqlığı təqsirkar şəxsin bu cinayəti törədərkən kütləni aşkar surətdə insanlarda mövcud hakimiyyətə və konstitusiya quruluşuna nifrət yaradan, onları hakimiyyət əleyhinə qiyama, kütləvi iğtişaşa çağıran, hakimiyyət nümayəndələrinin qanuni tələblərinə tabe olmamağa və s. qanunsuz hərəkətlər etməyə sövq edən yazılı və yaxud şifahi müraciətlərində olunur. Açıq çağırışlar, həmçinin, hakimiyyətə qarşı açıq itaətsizliyə, habelə hakimiyyətin nümayəndələrinə qarşı zor tətbiq etməyə yönəlmiş qanunsuz müraciətlərdə ifadə oluna bilər. Hakimiyyəti zorla ələ keçirmə dedikdə, qanuni səlahiyyətli hakimiyyət nümayəndəsini onun iradəsi ziddinə hakimiyyət səlahiyyətlərini həyata keçirməkdən daimi və ya müvəqqəti kənarlaşdırma və onun vəzifə səlahiyyətlərini qanunsuz olaraq səlahiyyəti olmayan şəxsə həvalə etmə başa düşülür. Təqsirkar hakimiyyəti zorla ələ keçirməyə yönəlmiş elə hərəkətlərə yol verir ki, bu hərəkətlər hakimiyyətə yiyələnməyin konstitusion metodlarına və prinsiplərinə tamamilə ziddir. Hakimiyyəti zorla ələ keçirməyə yönəlmiş bu hərəkətlər həm fiziki, həm də psixi zorakılıq formasında qanuni səlahiyyətli hakimiyyət nümayəndəsinin həm bilavasitə özünə, həm də onun ailə üzvlərinə, yaxın qohumlarına münasibətdə icra oluna bilər. Hakimiyyəti zorla saxlama dedikdə, elə hərəkətlərin edilməsi nəzərdə tutulur ki, təqsirkar seçkilərin nəticələrinə və yaxud səlahiyyətli dövlət orqanlarının və ya vəzifəli şəxslərin qərarına görə tutduğu vəzifədən (dövlət postundan) azad olunmasına baxmayaraq, öz hakimiyyətini saxlamaq məqsədilə onun yerinə seçilmiş və yaxud təyin olunmuş şəxsə qarşı zorakılıq tətbiq edir, onun hakimiyyət səlahiyyətlərini həyata keçirməsinə zorakılıq mane olur. 47.Cinayət işinin materiallarına əlavə edilmiş məhkəmə-linqvistik ekspertiza rəyləri ilə müəyyən edilmişdir ki, “Baxın Ölkənin mafiya qanunları ilə idarə olunması sübut olundu. Xalq gecə üsyana qalxmalı idi”, “2 May Diktator.............rejimi Bloggeri Türkiyədə qətlə yetirdi. Unutmayaq. Qisas almalıyıq”, “Təcili Qazilərə göstəriş- Məmurları, Dövlət binalarına hücum edin, onları y@ndırın”, “Dünən gəbərdilən Pol-itləri daha yaxından tanıyaq. Rövşənlər ortaya çıxacaq, xalqın qisasını alacaq”, “................. bənzəyən, Xalqına zülm edən Diktatorun acı sonu. Hardadı DTX Polisi” başlıqlı videomüraciətlərdə yalnız kütləvi iğtişaşlara açıq çağırışlar, “Təqsirləndirilən şəxs Azərbaycan xalqına çağırış edir. Diktator ............ rejimi üçün sonun başlanğıcı”, “Əsgər Anaları videonu diqqətlə izləyin- Diktator ............ rejimi və daha bir əsgərimiz. Susmayaq”, “Kürd .............. M@fiyası və Kürd Azərin elədiyi qəddarlıqlar” və “Xəmir yumruğun şəhidə verdiyi dəyər. Oyan Bazarvaycan toplumu. Diktatorun Oyunlarına getmiyin” başlıqlı videomüraciətlərdə yalnız hakimiyyətin zorla ələ keçirilməsinə açıq çağırışlar, “Saatlı rayonu ayağa qalxdı. Polis dəstələri yeridildi. Yaralananlar var. Ayağa qalxmağın zamanı gəldi”, “Halaldı Gədəbəydə insanlar dayanmır. Həbs olunanlar var. Təcili Rayonlar Gədəbəyə dəstək verin”, “İmişlidən Təcili-İnternet kəsilb. Rayon əhalisi Polis bölməsinin qarşısında toplaşıb. 4 uşaq ölüb”, “Hakimiyyət İmişlidə baş verən qəzanın videogörüntülərini paylaşdı”, “Cinayət törədən Polis sərxoş olub. Nazirliyin saxtalaşdırdığı videonun orginalı. Dəhşətli görüntülər”, “İmişlidən son məlumat-Hakimiyyət qorxusundan İmişliyə qoşun yeritdi. Baxın e rejim xalqdan necə qorxur”, “......... rejimi Azərbaycanda yaşayan millətlərə qarşı haqsızlıq etməkdə davam edir”, “Günün günorta vaxdı evə basqın edin, dağıtdılar. Diktator rejimə qarşı Silahlı üsyan”, “................. bənzəyən, Xalqına zülm edən Diktatorun acı sonu. Hardadı DTX Polisi”, “Azərbaycan polisinə ürək sözlərim” və “Diqqət-Kürdəmirdə əhali yolu bağladı. Polislər vətəndaşdan rüşvət ala bilmədiyi üçün d.öydülər” başlıqlı videomüraciətlərdə həm kütləvi iğtişaşlara və hakimiyyətin zorla ələ keçirilməsinə açıq çağırışlar mövcuddur. 48.Konstitusiya quruluşunu zorla dəyişdirmə dedikdə, bu quruluşun Azərbaycan Respublikasının Konstitusiyasında nəzərdə tutulmuş əsaslarının zorakılıqla dəyişdirilməsi başa düşülür. Dövlətin konstitusiya quruluşunun dəyişdirilməsi Azərbaycan Respublikasının Konstitusiyasına müvafiq dəyişikliklərin olunmasını tələb edir ki, bu ya yalnız ümumxalq səsverməsi - referendumun keçirilməsi yolu ilə mümkündür. Lakin təqsirkar konstitusiya quruluşunun zorakılıqla dəyişdirilməsinə yönələn hərəkətlər edərkən bu quruluşu qeyri-konstitusion metodlarla dəyişdirməyi nəzərdə tutur. 49.Cinayət işinin materiallarına əlavə edilmiş məhkəmə-linqvistik ekspertizasının 12 fevral 2025-ci il tarixli 4/237 nömrəli rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş videomaterialdakı “Diktatoru ... devirməkdən ötəri neynəmək lazımdır? İnqilab eləmək lazımdır!! Yalnız İnqilab eləmək! Mən hamını belə deyərdim ki, inqilaba çağırıram. Yəni, çalışsınlar, vuruşsunlar, qismən də olsa başsız da olsa ayağa qalxsınlar! Yəni, bu rejim devrilməsə bu rejim getməsə başqa cür mümkün deyil. Azərbaycan xalqı həmişə belə kötü gündə olacaq, həmişə belənçinə zəif gündə olacaq, yəni, Azərbaycan xalqının diktator rejiminə SON SON bir də SON!” məzmunlu çıxışda hakimiyyətin zorla ələ keçirilməsinə, zorla saxlanılmasına yönələn açıq çağırışlar müəyyən edilmişdir. 50.Eyni zamanda, qeyd olunan fikirlərdə hakimiyyətin zorla ələ keçirilməsinə yönələn açıq çağırışlarla yanaşı, Azərbaycan Respublikasının konstitusiya quruluşunun zorla dəyişdirilməsini təbliğ edən açıq çağırışlar da mövcuddur. 51.Azərbaycan Respublikası Konstitusiyasının 7-ci maddəsinə əsasən, Azərbaycan dövləti demokratik, hüquqi, dünyəvi, unitar respublikadır. Konstitusiyanın 2-ci maddəsinə əsasən isə Azərbaycan xalqı öz suveren hüququnu bilavasitə ümumxalq səsverməsi referendum və ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, gizli və şəxsi səsvermə yolu ilə seçilmiş nümayəndələri vasitəsilə həyata keçirir. 52.Hakimiyyətin ələ keçirilməsi, zorla saxlanılması, Azərbaycan Respublikasının konstitusiya quruluşunun zorla dəyişdirilməsi və ya ərazi bütövlüyünün parçalanmasına yönələn açıq çağırış məzmunlu materialları yayma dedikdə hakimiyyəti ələ keçirməyə, saxlamağa və ya Azərbaycan Respublikasının konstitusiya quruluşunu zorla dəyişdirməyə, yaxud ərazi bütövlüyünü parçalamağa yönəlmiş məzmuna malik olan müxtəlif əyani vəsaitlər, texniki vasitələr (audio, video və s.) başa düşülür. Həmin materialları yayma dedikdə isə onların qeyri-məhdud şəxslər dairəsinə ötürülməsi, verilməsi və ya təqdim olunması başa düşülməlidir. Burada da kütləvilik yaymanın məcburi ünsürüdür. Açıq çağırışların edildiyi və materialların yayıldığı andan cinayət başa çatmış hesab olunur. 53.Təqsirləndirilən şəxs “Youtube.com” internet platformasında yaratdığı və qeyriməhdud sayda insanların hər hansı məhdudiyyət olmadan daxil olub izləyə biləcəyi “Diktator tv” internet kanalında Azərbaycan Respublikasında hakimiyyətin zorla ələ keçirilməsinə yönələn və zorakılıqla müşayiət olunan kütləvi iğtişaşlara açıq çağırışlar etməsi, həmçinin bu cür məzmunlu video materialları internet resursları vasitəsi ilə yayması faktı müvafiq məhkəmə linqvistik-ekspertizalarının rəyləri ilə öz təsdiqini tapmışdır. 54.Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında təkrarən hakimiyyət nümayəndəsinin qanuni tələblərinə fəal şəkildə tabe olmamağa və kütləvi iğtişaşlara çağırışlar etməsi, həmçinin qabaqcadan əlbir olan bir qrup şəxs halında təkrarən Azərbaycan Respublikasında hakimiyyətin zorla ələ keçirilməsinə, Azərbaycan Respublikasının konstitusiya quruluşunun zorla dəyişdirilməsinə yönələn qəsdən açıq çağırışlar etməsi və bu cür məzmunlu materialları təkrarən yayması mötəbər və təkzibedilməz sübutlarla tam təsdiq olunduğundan onun törətmiş olduğu ictimai təhlükəli əməllər Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 220.2-ci və 281.2-ci maddələri ilə düzgün tövsif edilmişdir. 55.Məhkəmə istintaqı zamanı təqsirləndirilən Təqsirləndirilən şəxs törətmiş olduğu ictimai təhlükəli əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir 56.Məhkəmə təqsirləndirilən şəxsin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 220.2-ci və 281.2-ci maddələri ilə nəzərdə tutulmuş ictimai təhlükəli əməlləri törətməsində təqsirli olması iş üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar, eləcə də iş materiallarında olan digər təkzibolunmaz sübutların məcmusu ilə sübuta yetirildiyini müəyyən edərək hesab edir ki, Təqsirləndirilən şəxs həmin maddələr ilə təqsirli bilinməli və təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır. 57.Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 467-17.1-ci maddəsinə əsasən barəsində qiyabi hökm və ya digər yekun qərar çıxarılmış şəxs qiyabi hökm və ya digər yekun qərar qanuni qüvvəyə mindikdən sonra könüllü gəldikdə və ya cəzanı icra edən orqanın sərəncamına verildikdə cəzanı icra edən orqan dərhal qiyabi hökm və ya digər yekun qərarı çıxarmış məhkəməyə qiyabi hökm və ya digər yekun qərarın ləğv edilməsi və yeni məhkəmə baxışının keçirilməsi barədə məsələlərə baxılması üçün təqdimat verir. 58.Həmin Məcəllənin 467-17.2-ci maddəsinə əsasən təqdimatın daxil olduğu vaxtdan 10 gün müddətində məhkəmə hökm və ya məhkəmənin digər yekun qərarlarının icrası qaydasında iclas təyin edir. Məhkəmənin iclasında barəsində qiyabi hökm və ya digər yekun qərar çıxarılmış şəxs, müdafiəçi və prokurorun iştirakı məcburidir. 59.Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 467-17.3-cü maddəsinə əsasən məhkəmə barəsində qiyabi hökm və ya digər yekun qərar çıxarılmış şəxsə qiyabi hökm və ya digər yekun qərarın ləğv edilməsi və yeni məhkəmə baxışının keçirilməsi barədə ərizə vermək hüququnu izah edir, bunu məhkəmə iclasının protokoluna daxil edir, barəsində qiyabi hökm və ya digər yekun qərar çıxarılmış şəxsə və onun müdafiəçisinə 10 gün müddətində cinayət işinin materialları ilə tanış olmaq üçün şərait yaradır. Cinayət işinin həcminin böyüklüyü ilə əlaqədar barəsində qiyabi hökm və ya digər yekun qərar çıxarılmış şəxsin və ya onun müdafiəçisinin vəsatəti əsasında həmin müddət 30 günədək uzadılır. 60.Həmin Məcəllənin 467-17.4-cü maddəsinə əsasən cinayət işinin materialları ilə tanışlıq başa çatdığı vaxtdan 48 saat ərzində barəsində qiyabi hökm və ya digər yekun qərar çıxarılmış şəxs və ya onun müdafiəçisi qiyabi hökm və ya digər yekun qərarın ləğv edilməsi və yeni məhkəmə baxışının keçirilməsi barədə ərizə verməzsə, hakim qiyabi hökmün və ya digər yekun qərarın icrası barədə göstəriş verir və qiyabi hökm və ya digər yekun qərar ümumi qaydada icra olunur. 61.Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 467-17.5-ci maddəsinə əsasən barəsində qiyabi hökm və ya digər yekun qərar çıxarılmış şəxs və ya onun müdafiəçisi qiyabi hökm və ya digər yekun qərarın ləğv edilməsi və yeni məhkəmə baxışının keçirilməsi barədə ərizə verdikdə, həmin qiyabi hökm və ya digər yekun qərarın ləğv edilməsi barədə qərar qəbul edilir və yeni məhkəmə baxışının keçirilməsi məqsədilə bu Məcəllənin 298 – 307-ci maddələrində nəzərdə tutulmuş tədbirlər görülür. 62.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında cəzanı bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyası olmasını, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticəsi olmasını qeyd etmişdir. Bundan başqa məlumdur ki, sosial ədalətin bərpası cəzanın məqsədi kimi o zaman həyata keçirilməyə başlanır ki, artıq cinayət törədilmiş olsun, bununla sosial balans pozulmuş olsun və bu balansın bərpası üçün törədilmiş cinayətə uyğun cəza tətbiq edilmiş olsun. 63.Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 64.Həmin Məcəllənin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. 65.Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 66.Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinin tələblərini rəhbər tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal müəyyən edilməmişdir. 67.Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1-ci və 61.1.3-cü maddələrinin tələblərini rəhbər tutaraq, cinayətlərin təkrar törədilməsini Cinayət Məcəlləsinin 220.2-ci maddəsinə aid hissədə, cinayətin qabaqcadan əlbir olmuş bir qrup şəxs tərəfindən törədilməsini Cinayət Məcəlləsinin 220.2-ci və 281.2-ci maddələrinə aid hissədə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar kimi nəzərə alır. 68.Beləliklə, məhkəmə təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanı yüngüləşdirən və ağırlaşdıran halları, cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə növündə cəzanın təyini qanuni, ədalətli və cəzanın tətbiqi məqsədinə uyğundur. 69.Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən, Cinayətlərin məcmusuna ağır və ya xüsusilə ağır cinayətlərdən hər hansı biri daxildirsə, təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda azadlıqdan məhrum etmə növündə qəti cəzanın müddəti iyirmi ildən çox ola bilməz. Cinayətlərin məcmusuna daxil olan cinayətlərdən birinə görə ömürlük azadlıqdan məhrum etmə növündə cəza və ya iyirmi il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edildikdə isə az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə qəti cəza təyin edilir. 70.Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin ediləcək cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti cəza təyin olunmalıdır. 71.Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrumetmə növündə cəza Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. 72.Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə görə, qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi müəyyən olunur. 73.Məhkəmə Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsini əsaslı hesab edir. 74.Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. 75.Məhkəmə qeyd edir ki, qanunvericiliyin tələbləri baxımından Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı hazırki hökmün icrası qaydasında faktiki tutulduğu və ya könüllü olaraq özünü cəzanı icra edən orqana təqdim etdiyi vaxtdan hesablanmalıdır. 76.Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99.1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilmədi. 77.Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində qeyd olunmuş əmlakın müəyyən olunmamasını nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs xüsusi müsadirə cinayət-hüquqi tədbiri tətbiq olunmamalıdır. 78.Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.11-ci maddəsinə əsasən, iş üzrə maddi sübut kimi tanınmış 09 sentyabr 2025-ci il tarixdə “youtube” kanalına keçirilmiş baxış zamanı aşkar edilmiş Təqsirləndirilən şəxs kütləvi ixtişaşlara, eləcə də Azərbaycan Respublikasında hakimiyyətin zorla ələ keçirilməsinə, Azərbaycan Respublikasının konstitusiya quruluşunun zorla dəyişdirilməsinə yönələn açıq çağırışlar etdiyi 19 ədəd video görüntülərin köçürüldüyü CD formatlı diskin cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində cinayət işinin materiallarında saxlanılmasını, 10 fevral 2025-ci il tarixdə “youtube” kanalına keçirilmiş baxış zamanı aşkar edilmiş Təqsirləndirilən şəxs, X6 və qeyrilərinin qabaqcadan əlbir olan bir qrup şəxs halında Azərbaycan Respublikasında hakimiyyətin zorla ələ keçirilməsinə, Azərbaycan Respublikasının konstitusiya quruluşunun zorla dəyişdirilməsinə yönələn açıq çağırışlar etdiyi bir ədəd video görüntünün köçürüldüyü CD formatlı diskin ********* nömrəli cinayət işinin istintaqı çərçivəsində maddi sübut qismində tanınaraq həmin cinayət işinin materiallarında saxlanılmasının nəzərə alınmasını əsaslı hesab edir. 79.İş üzrə mülki iddia, ekspertiza xərci və üzərinə həbs qoyulmuş əmlak yoxdur. 80.Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 220.2-ci və 281.2-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 220.2-ci maddəsi ilə 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 281.2-ci maddəsi ilə 07 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 08 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin başlanğıcı hazırki hökmün icrası qaydasında faktiki tutulduğu və ya könüllü olaraq özünü cəzanı icra edən orqana təqdim etdiyi vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs həbsdə saxlanma yeri Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanası müəyyən edilsin. Təqsirləndirilən şəxs hazırki hökm qanuni qüvvəyə mindikdən sonra könüllü gəldikdə və ya cəzanı icra edən orqanın sərəncamına verildikdə, qiyabi hökm və ya digər yekun qərarın ləğv edilməsi və yeni məhkəmə baxışının keçirilməsi barədə təqdimatla Bakı Ağır Cinayətlər Məhkəməsinə müraciət etmək vəzifəsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin müvafiq cəzaçəkmə müəssisəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs və onun müdafiəçisinə izah edilsin ki, Təqsirləndirilən şəxs könüllü gəldikdə və ya cəzanı icra edən orqanın sərəncamına verildikdə, qiyabi hökmün ləğv edilməsi və yeni məhkəmə baxışının keçirilməsi barədə ərizə vermək və 10 gün müddətində cinayət işinin materialları ilə tanış olmaq hüququ vardır. Maddi sübut - 19 ədəd videogörüntülərin köçürüldüyü CD formatlı disk cinayət işinin materiallarında saxlanılsın. Maddi sübut - 10 fevral 2025-ci il tarixdə “youtube” kanalına keçirilmiş baxış zamanı aşkar edilmiş Təqsirləndirilən şəxs, X6 və qeyrilərinin qabaqcadan əlbir olan bir qrup şəxs halında Azərbaycan Respublikasında hakimiyyətin zorla ələ keçirilməsinə, Azərbaycan Respublikasının konstitusiya quruluşunun zorla dəyişdirilməsinə yönələn açıq çağırışlar etdiyi 1 ədəd videogörüntünün köçürüldüyü CD diskin ********* nömrəli cinayət işinin materiallarında saxlanılması nəzərə alınsın. Hökmdən elan olunduğu (hökmün surəti Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətdə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Apellyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakimlər: 1.(sədrlik edən) Aytən Əliyeva

2. Elmin Rüstəmov

3. Vüqar Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar