Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-2074/2024 02.12.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsi, hakimlər: Əliyeva Aytən Heydər qızı (sədrlik edən), Namazov Fərid Arif oğlu və Quliyev Vüqar Elbrus oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi - X2, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, təqsirləndirilən şəxsin müdafiəçisi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri «Kəngərli və Partnyorları» Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə xx xxxxxx 1994-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmuş, Bakı şəhəri, Sabunçu rayonu, Vişnovka-1 Bağ sahəsi, 1122 saylı bağ sahəsinin bir hissəsində qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3 və 240.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə saat 17:00-da açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İttihamın mahiyyəti: 1.Təqsirləndirilən şəxs 17 oktyabr 2023-cü il tarixdə saat 14 radələrində ünvan 1 ünvanında yerləşən 1 saylı X11 ərazisində istintaqa məlum olmayan mənbədən satış məqsədi ilə qanunsuz olaraq 1 ədəd ağ-qəhvəyi rəngli kapsulun tərkibində təsiredici maddəsinin miqdarı 0,3 qram təşkil edən «P300» göstəricili güclü təsir edən preqabalin dərman həbini qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşımış, xx.xx.2023-cü il tarixdə saat 23:10-da Yasamal RPİ-nin PPXB-nin əməkdaşları tərəfindən ünvan 2 ünvanın qarşısında saxlanılaraq Yasamal RPİ-nin 27-ci PŞ-nin inzibati binasına gətirilib üzərinə şəxsi axtarış və götürmə aparılarkən sonuncunun əynindəki göy rəngli cins şalvarının sağ yan cibindən 1 ədəd ağ-qəhvəyi rəngli kapsulun tərkibində təsiredici maddəsinin miqdarı 0,3 qram təşkil edən «P300» göstəricili güclü təsir edən preqabalin dərman həbi aşkar edilərək götürülmüşdür. 2.Bundan başqa, Təqsirləndirilən şəxs qardaşı X8 və şəxsiyyəti istintaqa məlum olmayan Həsən adlı İran İslam Respublikası vətəndaşı ilə cinayət əlaqəsinə girərək, qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə heroin və xeyli miqdarda psixotrop maddə metamfetamin əldə etmək, saxlamaq, daşımaq və satmaq barədə razılaşdıqdan sonra 18 oktyabr 2023-cü il tarixdə şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikası vətəndaşı “Həsən” adlı şəxsə qardaşı Teymur Sadıxov tərəfindən narkotik vasitə heroin, psixotrop maddə metamfetamin almaq məqsədi ilə 100 manat pul göndərildikdən sonra İran İslam Respublikası vətəndaşı “Həsən” adlı şəxsin istintaqla müəyyən edilmədiyi qaydada Abşeron rayonu, Xırdalan şəhəri ərazisində yerləşdirdiyi bir ədəd bükümdə külli miqdarda 3,169 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroini və bir ədəd bükümdə xeyli miqdarda təmiz çəkisi 1,691 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini qardaşı Teymur Sadıxovun tapşırığı ilə həmin yerdən əldə etməklə gələcəkdə ayrı-ayrı şəxslərə satmaq niyyəti ilə daşıyaraq üzərində saxlamış, xx.xx.2023-cü il tarixdə saat 23:10-da Yasamal RPİ-nin PPXB-nin əməkdaşları tərəfindən ünvan 2 ünvanın qarşısında saxlanılaraq Yasamal RPİ-nin 27-ci PŞ-nin inzibati binasına gətirilib üzərinə şəxsi axtarış və götürmə aparılarkən sonuncunun əynindəki göy rəngli cins şalvarının sağ yan cibindən bir ədəd bükümdə külli miqdarda təmiz çəkisi 3,169 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin və 1 ədəd bükümdə xeyli miqdarda təmiz çəkisi 1,691 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Sübutların tədqiqi: 3.Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3 və 240.1-ci maddələri ilə elan olunmuş ittihamda özünü təqsirli bilməyərək ifadəsində bildirmişdir ki, təxminən 3-4 il olar ki, narkotik vasitədən istifadə edir. Polis əməkdaşları tərəfindən saxlanılan zaman ittihamda qeyd edilən narkotik vasitə və maddələr onun üzərində olmuşdur. Sadəcə polis əməkdaşları avtomobilinin qapısını döyəndə o, çatdırıb qardaşına yazmışdır ki, “imkan varsa mənə kömək et, polislərlə danış”. Təxminən qırx dəqiqə gözlədikdən sonra qardaşı gələrək polislərlə söhbət etmiş və onları birlikdə polis bölməsinə aparmışlar. Bölmədə də sorğu-sual etmişlər. Qardaşı ona “boynuva al” demiş, o da boynuna almışdır. Qardaşını tutmayıb barəsində inzibati tənbeh tədbiri aparmışlar. O, narkotiki qardaşından almamışdır. Narkotiki Xırdalanda birbaşa tanımadığı satan adamdan almış və saxlanılan zaman narkotik bir bükümdə olmuşdur. Onu narkotikin dalınca qardaşı göndərməmişdir. Dərmanı daha əvvəl götürmüş, “lirika” adlı həmin dərmanı aptekdə reseptlə satırlar. Onun resepti olmuş, lakin həmin resept köhnə olmuş, həbsdən təzə çıxdığından başqa adamdan tapmışdır. O, narkotiki öz istifadə üçün almış və üzərindən aşkar edilənlərin hər biri onun üzərində olmuşdur. O, üzərindən aşkar edilən narkotiklərin çəkisini mübahisələndirmir. İbtidai istintaq dövründə ifadəsini o şəkildə verməyini qardaşı ona demiş, polislər tərəfindən hər-hansı bir təzyiqə məruz qalmamışdır. Sonradan ifadəsini dəyişmək istəmişdir. 4.Məhkəmə iclas zalında verdiyi ifadəsi ilə məhkəməyədək icraat zamanı verdiyi 20 oktyabr 2022-ci il tarixli ifadəsi arasında ziddiyyətlər yarandığından Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 327.1.3-cü maddəsinə uyğun olaraq Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olunmuşdur. Həmin ifadəsində o, bildirmişdir ki, o da qardaşı da narkotik vasitə istifadəçiləridirlər. 17 oktyabr 2023-cü il tarixdə saat 14 radələrində «Semaşko» adlanan xəstəxananın həyətində tanımadığı şəxsdən 5 manata 1 ədəd el arasında «Lirika» adlanan dərman almışdır ki, ürəyi istəyəndə istifadə etsin. 18 oktyabr 2023-cü il tarixdə saat 22:15 radələrində qardaşı Teymur onunla «Whatsapp» ani mesajlaşma mübadilə sistemi vasitəsi ilə yazışaraq ondan Abşeron rayonu, Xırdalan şəhərinə getməyini xahiş etmişdir və göndərdiyi dəqiq xəritə üzrə ünvan (konum) Xırdalan şəhərindən məhlələrin arasında olan daşın altından «kakos» götürməyini istəmişdir. Teymur işi olduğu üçün özünün gedə bilmədiyindən onun gedib götürməyini xahiş etmişdir. O, onun istiqamətləndirdiyi ünvana gedib daşın altındakı bükülünü götürmüş və onlar Bakı şəhəri Yasamal rayonu Hərbi şəhərcik adlanan ərazidə Rus kilsəsinin yaxınlığında görüşməyə razılaşdırmışdırlar. Bakı şəhəri Yasamal rayonu Eldar Ağayev küçəsi 2-də yerləşən «Hərbi məhkəməsi»nin qarşısışda qardaşı Teymuru gözləyən zaman, təxminən saat 23:10 radələrində PPXB əməkdaşları ona yaxınlaşmışdırlar. Həmin zaman o, üzərində narkotik vasitə olduğundan özünü şübhəli aparmağa başlmışdır. Polis əməkdaşları ondan nə üçün özünü şübhəli apardığını soruşduqda, o, artıq polis əməkdaşlarının ondan şübhələndiklərini görüb onlara üzərində narkotik vasitə olduğu üçün özünü şübhəli apardığını bildirmişdir. Bundan sonra polis əməkdaşları tərəfindən ona onlarla birlikdə ərazi aidiyyəti üzrə Yasamal RPİ-nin 27-ci PŞ-nə getməyi istənilmişdir. O, polis əməkdaşlarının təklifi ilə razılaşaraq onlarla birlikdə 27-ci PŞ-nə gəlmişdir. Orada hüquqlarının müdafiə edilməsi üçün vəkil dəvət olunmuş və bundan sonra videoçəkiliş aparılmaqla üzərinə şəxsi axtarış keçiriləcəyi elan edilmişdir. Daha sonra təhqiqatçı tərəfindən vəkilinin iştirakı ilə üzərinə şəxsi axtarış aparılmağa başlanılmışdır. Şəxsi axtarış zamanı ona üzərində qanunsuz əşyalar varsa təqdim etməyi təklif olunmuşdur. O, təkliflə razılaşaraq əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən bir ədəd üzərində 4+2 yazılmış kağıza bükülərək üzəri yapışqanlı lentlə sarılmış bükümü və 1 ədəd qeyd etdiyi kimi «Lirika» kimi tanınan dərman kapsulunu masanın üzərinə qoymuşdur. Polis əməkdaşları tərəfindən həmin bükümdəkinin nə olması soruşulduqda o, onlara bükümdə 4 qram heroin və 2 qram metamfetamin olmasını, qardaşının xahişi ilə Abşeron rayonu, Xırdalan şəhərində verdiyi ünvandan götürdüyünü və qardaşı ilə görüşüb sonuncuya çatdırmaq üçün saxlanılarkən olduğu ünvanda gözlədiyi, «lirika» adlı dərmanı isə şəxsi istifadəsi üçün 17 oktyabr 2023-cü il tarixdə 5 manata tanımadığı şəxsdən aldığını bildirmişdir. Bundan sonra polis əməkdaşları tərəfindən təqdim etdiyi bir büküm qayçı vasitəsilə kəsilib açıldıqda həmin bükümün isərisindən iki ədəd sellofan kəsiyində olan bükümlər aşkar edilmişdir. Bükümlərdən biri açıldıqda içərisində qəhvəyi rəngli maddə, yəni heroin, digərində isə ağ kristallik formada olan metamfetamin olması müəyyən edilmişdir. Daha sonra polis əməkdaşları tərəfindən ona üzərində başqa nə kimi əşya olduğu soruşulduqda o, əynində olan gödəkcənin sağ yan cibindən bir ədəd «İphone 7» markalı mobil telefon aparatını çıxarıb polis əməkdaşlarına təqdim etmişdir. Bundan sonra polis əməkdaşları tərəfindən həmin bükümlər və dərman kapsulu qablaşdırılaraq götürülmüş və bu barədə protokol tərtib edilmişdir. O, da protokolun doğruluğunu imzayla təsdiq etmişdir (İ cild, səh. 72-76). 5.Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs özünü şübhləli apardığından gecə radələrində Yasamal rayonu ərazisində Hərbi Məhkəmənin qarşısında saxlanılmış və sorğu-sual edildikdə üzərində narkotik vasitə olduğunu demişdir. Şəxsin üzərinə şəxsi axtarış 23-cü Polis Şöbəsində videoçəkilişlə və müdafiəçinin iştirakı ilə keçirilmişdir. Hal-hazırda baxış zamanı şəxsin üzərindən aşkar olunan əşyaları xatırlamır. Şəxsin saxlayanılmasında üç nəfər polis əməkdaşı o, Cavad və Firuz iştirak etmişlər. Təqsirləndirilən şəxs saxlanılarkən tək olmuş, yanında başqa şəxs olmamışdır. O, saxlanılandan şöbəyə gətirənə kimi daim təqsirləndirilən şəxsin yanında olmuş və şəxsin qardaşı haqqında hansısa məlumatın olmasını xatırlamır. Təqsirləndirilən şəxs qarşı hansısa fiziki və psixoloji təzyiq olmamışdır. Şahid3 ibtidai istintaq dövründə verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. 6.Məhkəmə iclasında Şahid3 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olunmuşdur. Həmin ifadəsində o, göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə Yasamal RPİ-nin PPX-nin polis nəfərləri polis kiçik serjantı Şahid2 Səfər oğlu və polis nəfəri polis baş serjantı Şahid1 ilə birlikdə xidməti ərazidə olan zaman saat 23:10-da ünvan 6 ünvanda bir nəfər şəxsin hərəkətləri şübhəli gəldiyi üçün həmin şəxsə yaxınlaşaraq özlərini təqdim etmiş və həmin şəxsin danışığı və hərəkətləri onun narkotik vaistələrin istifadəsində şübhələndirdiyi üçün onu 27-ci PŞ-nə dəvət etmişdirlər. Polis Şöbəsində onlara məlum olmuşdur ki, həmin şəxs Təqsirləndirilən şəxsdur. Bundan sonra Təqsirləndirilən şəxs polis şöbəsinin xidməti otaqların birinə yerləşdirilmiş, üzərinə şəxsi axtarış və götürmə keçirmək məqsədi ilə hüquqlarını müdafiə etmək üçün vəkil dəvət olunmuş və Təqsirləndirilən şəxs hüquqları izah olunmaqla vəkilin iştirakı ilə video çəkiliş aparılmaqla üzərinə şəxsi axtarış və götürmə keçirilmişdir. Şəxsi axtarış və götürmə zamanı Təqsirləndirilən şəxs üzərində hər hansı bir qanunsuz əşya olub olmaması soruşulmuşdur. Həmin vaxtı Təqsirləndirilən şəxs əynindəki göy rəngli cins şalvarının sağ yan cibində skoçla bağlanmış kağıza bükülmüş üzərində “4+2” yazısı olan bir ədəd bükümdə “Kakos” adlanan narkotik maddə heroini və həmin cibindən bir hissəsi ağ, bir hissəsi tünd qəhvəyi rəngli olan bir ədəd demesinə görə “lirika” adlanan kapsulu çıxardaraq təqdim etmişdir. Həmin bükümdə olan maddənin narkotik vasitə heroin və psixotrop maddə metamfetamin olduğunu, bu narkotik vəsitə və psixotrop maddəni 18 oktyabr 2023-cü il tarixdə saat 22:15 radələrində Abşeron rayonu, Xırdalan şəhərində qardaşı Teymurun göndərdiyi konumda olan daşın altından götürdüyünü, bir ədəd kapsulu isə 17 oktyabr 2023-cü il tarixdə “Semaşka” adlanan ərazidən tanımadığı şəxsdən 5 manat aldığını bildirmişdir. Sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş və sonuncunun üzərindən əlavə olaraq qanunla qadağan olunmuş hər hansı bir əşya, maddə və ya predmet aşkar edilməmişdir. Həmin aşkar olunmuş kütlə içərisi boş olan kağız zərfə qoyularaq qablaşdırılmış, DİN-in 168 nömrəli möhürü ilə möhürlənmiş, zərfin üzəri isə şübhəli şəxs və müdafiəçi tərəfindən imzalanmışdır. Bundan sonra şəxsi axtarış və götürmə aparılması barədə protokol tərtib olunmuş, protokol ucadan oxunmuş, heç bir təklif və şikayət daxil olmadığı və düzgün tərtib olunduğu üçün iştirakçılar tərəfindən imzalanmışdır (İ cild, səh. 235-237). 7.Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, xatırlamdığı tarixdə təxminən axşam vaxtlarında Eldar Ağayev küçəsindən hərəkət edərkən Hərbi Məhkəmənin qarşısında bir avtomobil onun diqqətini cəlb etmiş, yanında olan ekipaja “nəsə mənim xoşuma gəlmədi, qayıdaq geriyə” demiş və maşına baxmaq üçün geriyə qayıtmışlar. Gələndə bir nəfərin avtomobilin yanında dayandığını görmüşlər və daimi olaraq həmin ərazidə xidmətdə olduğu üçün avtomobili tanımamışdır. Həmin şəxs “Sovetski” ərazisində yaşadığını bildirmiş, portaldan çıxarış edib şəxsiyyətini müəyyən edəndə arxaya çəkildiyini və şübhəli olduğunu görərək həmin şəxsi bölməyə dəvət etmişlər. Bölmədə üzərinə çəkilişlə və vəkilin iştirakı ilə baxış keçirərkən üzərindən narkotik vasitə aşkar olunmuşdur. Həmin şəxsin üzərindən aşkar olunmuş bağlamadan başqa nəyin çıxmasını xatırlamır. Şəxsi saxlayarkən onlar üç nəfər olmuşlar, şəxs özü isə tək olmuşdur. Bildiyi qədər şəxsi saxladıqdan sonra kimsə arxasınca gəlmiş, amma o, orada olmadığından və stasionar postları yoxlamağa getdiyindən qardaşını görməmişdir. Saxlanılan zaman, bölmədə olarkən Təqsirləndirilən şəxs hansısa zor və təzyiq olmamışdır. Şahid1 ibtidai istintaq dövründə verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. 8.Məhkəmə iclasında Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olunmuşdur. Həmin ifadəsində o, Şahid3 ilə eyni məzmunlu ifadə vermişdir (İ cild, səh. 204-206). 9.Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 Səfər oğlu ifadəsində göstərmişdir ki, Yasamal Rayon Polis İdarəsinin PPX-nin inzibati ərazisində Hərbi Məhkəmənin qarşısında təqribi gecə saat birdən sonra şəxsin özünü şübhəli apardığını görüb yaxınlaşaraq özlərini təqdim etmişlər, üzərində qeyri-qanuni maddə və yaxud da kəsici-deşici alət olub-olmamasını soruşduqda sol cibindən maddələri göstərmiş, sonra şəxsi şöbəyə aparmışlar. Şöbədə üzərinə videoçəkilişlə və müdafiəçinin iştirakı ilə şəxsi axtarış keçirilərkən büküm aşkar edilmiş, Təqsirləndirilən şəxs büküm halında narkotik vasitə olduğunu bildirmişdir. O, bükümün içini görməmişdir. O, Təqsirləndirilən şəxs üzərindən büküm çıxmasını görmüş, dərmanın çıxmasını görməmişdir. Aşkar edilənlərlə bağlı Təqsirləndirilən şəxs nə bildirməsini tam dəqiq xatırlamır. Onlar əməliyyatda üç nəfər iştirak etmişlər. Saxlanılan zaman, şöbəyə gətirildikdən sonra Təqsirləndirilən şəxs hansısa zor və təzyiq olmamışdır. Şahid2 ibtidai istintaq dövründə verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. 10.Məhkəmə iclasında Şahid2 Səfər oğlunun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olunmuşdur. Həmin ifadəsində o, Şahid3 ilə eyni məzmunlu ifadə vermişdir (İ cild, səh. 232-234). 11.Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X8 ifadəsində göstərmişdir ki, ibtidai istintaq dövründə olan ifadəsindən imtina edir. Belə ki, onlar birlikdə olmamışlar və o, qardaşını harasa göndərməmişdir. İbtidai istintaq dövründə olan ifadəsindəki imza ona məxsusdur. O, qardaşını xilas etmək istəmiş, ona görə o şəkildə ifadə vermişdir. Ona polis əməkdaşları tərəfindən hansısa zor olmamışdır. Qardaşı həm metamfetamini, həm də heroini özü üçün almış, neçəyə aldığını isə bilməmişdir. Qardaşı ona zəng edərək tutulduğunu demiş və həmin vaxt narkotiklə tutulduğunu bilmişdir. O, polisdə qardaşını görərək xilas etmək üçün qardaşına necə ifadə verməsini demişdir. O, əslində iranlını tanımır. 12.Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 19 oktyabr 2023-cü il tarixli, 3-16-16/2-6/5639 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikasının DİN Zərflər üçün №168”-li dairəvi möhür əksi olan, “...4.Şübhəli şəxs “imza” Təqsirləndirilən şəxs...” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdəki 1(bir) ədəd bükümdəki təmiz çəkisi 3,169 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir, bir ədəd bükümdə təmiz çəkisi 1,691 qram olan ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir. Tədqiqata təqdim edilmiş üzərində “P 300” göstəricisi olan 1 (bir) ədəd ağ-qəhvəyi rəngli kspdulun tərkibindəki preqabalinin təsir maddəsinin ümumi miqdarı 0,3 qram olduğu müəyyən edildi (üzərindəki göstəriciyə əsasən bir ədəd kapsulda preqabalinin təsir maddəsiin miqdarı 0,3 qramdır). Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağam edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ) daxildir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağam edilən psixotrop maddələrin”-in siyahısına (Siyahı İ) daxildir. Preqabalin 2016-cı il 18 mart tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Güclü təsir edən maddələrin və onların külli miqdarının siyahısına” (1 nömrəli əlavə) daxildir. (İ cild, səh. 41-45). 13.Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X12 Şəxsi Ambulator X1 19 oktyabr 2023-cü il tarixli 6798 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (İ cild, səh. 47-48). 14.Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X7-Hüquqi şəxsi ambulator məhkəmə psixiatrik ekspertizasının 10 iyul 2024-cü il tarixli, 2005 nömrəli rəyindən görünür ki, İ. Motivləşdirici hissə. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs halhazırda hər hansı psixi xəstələyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Bunu cinayət işi materialları, anamnestik məlumatlar və hal-hazırki psixatrik müayinənin nəticələri və s. sübut edir. Belə ki, Təqsirləndirilən şəxs əvvəllər psixatrik müəssisələrə müraciət etməmiş, onda hər hansı psixi pozuntu əlamətləri təsvir olunmamış, həmçinin hazırki müayinə zamanı psixi xəstəlik əlamətləri müəyyən edilməmişdir. İİ.Yekun hissə. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs hadisədən əvvəl xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik müəyyən edilmir. Təqsirləndirilən şəxs hazırda hər hansı psixi xəstəlik aşkar olunmur. Təqsirləndirilən şəxs xasiyyətin psixopatik cizgiləri aşkar edilir. Təqsirləndirilən şəxs ictimai təhlükəli əməli (hərəkət və ya hərəkətsizliyi) törətdiyi zaman öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliyini dərk etmək və onları idarı etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. Onun əməli Azərbaycan Respublikasının CM-nin 21 və 22-ci maddəsinin təsiri altına düşmür (İİ cild, səh. 4-5). 15.«Şəxsi axtarış və götürmə aparılması haqqında» 19 oktyabr 2023-cü il tarixli protokoldan və həmin istintaq hərəkətinin videogörüntülərini özündə əks etdirən DVD diskdən görünür ki, Təqsirləndirilən şəxs üzərində, paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri və ya psixotrop kütlələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və sənədləri təqdim etməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarının sağ yan cibində saxladığı skoçla bağlanmış və kağıza bükülmüş üzərində “4+2” yazısı olan bir ədəd bükümdə “kakos” adlanan narkotik maddə heroin, bir hissəsi ağ, bir hissəsi tünd qəhvəyi rəngli olan bir ədəd kapsula, demesinə görə “lirika” adlanan psixotrop dərman olduğunu bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə hərəkəti keçirilmiş, Təqsirləndirilən şəxs cibindən çıxardığı dediyinə görə içərisində narkotik vasitə olan bükülünü və bir ədəd kapsulanı çıxarıb təqdim etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs üzərindən hər hansı bir qanunla qadağan olunmuş əşya və predmet aşkar edilməmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi bükülünün içərisində olan maddənin 6 qramdan ibarət olmaqla 4 qramının “kakos” deyilən heroin, 2 qramının isə “patı” deyilən metamfetamin olduğunu, həmin bükülünü 18 oktyabr 2023-cü il tarixdə saat 22:15 radələrində qardaşı Teymur ilə «Whatsapp» ani mesajlaşma mübadilə sistemi vasitəsi ilə apardığı yazışma və onun verdiyi istiqamətlər nəticəsində Abşeron rayonu, Xırdalan şəhərindən məhlələrin arasında olan daşın altından götürdüyünü, “lirika” adlandırdığı bir ədəd kapsulanı isə 17 oktyabr 2023-cü il tarixdə günorta saatlarında “Semaşko” adlanan xəstəxananın həyətindən tanımadığı şəxsdən 5 manata aldığını, bükülünü götürüb ünvan 6-də yerəşən Hərbi Məhkəmənin qarşısışda qardaşı Teymuru gözləyən zaman, təxminən saat 23:10 radələrində PPXB əməkdaşları tərəfindən saxlanılaraq 27-ci PŞ-nə gətirildiyini bildirmişdir. Bundan başqa şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən iş üçün əhəmiyyət kəsb edən bir ədəd qara rəngli «İphone 7» markalı mobil telefon götürülmüşdür (İ cild, səh. 27-28). 16.«Maddi sübut kimi tanımaq haqqında» 02 aprel 2024-cü il tarixli qərardan görünür ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs üzərindən götürülmüş ümümi təmiz çəkiləri 3,169 qram heroin, 1,691 qram metamfetamin və bir ədəd preqabalin həbi cinayət işi üzrə maddi sübut kimi tanınmış və tədqiqatlardan sonra qalıq qalmış 3,119 qram heroin, 1,641 qram metamfetamin, 1/2 ədəd preqabalin kapsulu məhkəmə baxışınadək saxlanması üçün Yasamal Rayon Polis İdarəsinin maddi sübutların saxlanc anbarına təhvil verilmişdir (İ cild, səh. 170-171). 17.«Cinayət işi üzrə toplanmış sübutların qiymətləndirilməsi haqqında» 11 iyul 2024-cü il tarixli qərardan görünür ki, iş üzrə Təqsirləndirilən şəxs üzərinə xx.xx.2023-cü il tarixli şəxsi axtarış və götürmə aparılması zamanı qeydə alınmış videogörüntünün köçürüldüyü 01 ədəd DVD-R formatındakı disk maddi sübut kimi tanınmış və cinayət işinin materiallarında saxlanılmışdır (İİ cild, səh. 41-50). 18.«Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında» protokoldan görünür ki, Təqsirləndirilən şəxs 19 oktyabr 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur (İ cild, səh. 16). 19.Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 20 oktyabr 2023-cü il tarixli, 4(004)- 821/2023 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 19 oktyabr 2023cü il tarixdən hesablamaqla 04 (dörd) ay müddətinə “həbs" növündə qətimkan tədbiri seçilmişdir (İ cild, səh. 86-90). 20.Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 22 aprel 2022-ci il tarixli, 1(004)-151/2022 nömrəli hökmündən və Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 04 avqust 2023-cü il tarixli, 7(010)-456/2023 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 22 aprel 2022-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 01 (bir) il müddətinə azadlıqdan məhrumetmə cəzasına, həmin Məcəlləsinin 237.1-ci maddəsi ilə 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən, təyin olunmuş cəzaları qismən toplamaqla Təqsirləndirilən şəxs 02 (iki) il müddətinə müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək həbsdə saxlanıldığı 02 (iki) gün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir günə bir gün hesablanmaqla ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılmış və üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, 04 avqust 2023-cü il tarixdə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 04 avqust 2023-cü il tarixli qərarı ilə cəzasının çəkilməmiş qalan 08 (səkkiz) ay 16 (on altı) gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmişdir (İ cild, səh. 175-176, 177-185). Tətbiq edilən qanunvericilik normaları və məhkəmənin mövqeyi: 21.Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124.1 və 125.1-ci maddələrinin tələblərinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur və məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. 22.Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. 23.Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. 24.Məhkəmə yuxarıda sadalanan qanunvericilik normalarının tələbinə uyğun olaraq iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini, istintaq hərəkətlərinin protokollarını, ekspertiza rəylərini, iş üzrə digər sənədləri sübut növü kimi qəbul edib və məhkəmə iclasında tam, hərtərəfli, obyektiv araşdırılmış mötəbər sübutlara mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə birgə hüquqi qiymət verib, həmin sübutlara əsaslanaraq, iş üçün mühüm əhəmiyyət kəsb edən bütün halları aydınlaşdırmaqla belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3 və 240.1-ci maddələrində nəzərdə tutulmuş cinayət tərkibi vardır və onun törətmiş olduğu cinayət əməlləri istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3 və 240.1-ci maddələri ilə tövsif edilmişdir. 25.Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 2011-ci il 17 mart tarixli Qərarına görə tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. 26.«Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Qanununun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər başa düşülür. 27.Qanunun 1.0.9-cu maddəsində göstərilir ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin alınması, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsi, başqa mallara və əşyalara dəyişdirilməsi, mənimsənilməsi və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. 28.Qanunun 1.0.10-cu maddəsinə görə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. 29.Qanunun 1.0.11-ci maddəsində göstərilir ki, «narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması - miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir». 30.“Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli qərarının 8-ci bəndinə əsasən digər şəxsi maraq dedikdə şəxsin özünün və ya yaxınlarının maddi xarakterli müəyyən öhdəliklərdən azad olunmasına nail olunması, qeyri-əmlak xarakterli mənfəət əldə etmə və yaxud şəxsi narkotik vasitələrin, psixotrop maddələrin yayılmasına yönələn qanunsuz əməllər törətməyə sövq edən sair maraq başa düşülür. 31.Qeyd olunan Plenum qərarının 9-cu bəndində qeyd edilmişdir ki, CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. 32.«Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» 28 iyun 2005-ci il tarixli, 961 №-li Azərbaycan Respublikasının Qanununa əlavə edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə» İ siyahının 83-cü bəndinə əsasən 2 qram və yuxarı həddə narkotik vasitə olan heroin külli miqdar hesab edilir. İİ siyahının 118-ci bəndinə əsasən 2 qram və yuxarı həddə psixotrop maddə olan metafetamin külli miqdar hesab edilir. 33.«Güclü təsir edən maddələr və onların külli və xüsusilə külli miqdarlarının, habelə zəhərli maddələrin siyahılarının təsdiq edilməsi haqqında» 18 mart 2016-cıil tarixli, 180- VQ №-li Azərbaycan Respublikasının Qanununa əlavə edilmiş «Güclü təsir edən maddələr və onların külli və xüsusilə külli miqdarlarının» siyahısının 71-ci bəndinə əsasən «Preqabalin (S)-3-(aminometil)-5-metilheksan turşusu» güclü təsir edən maddələrə aid edilir. 34.İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd edir ki, konvensiyanın 6-cı maddəsi ədalətli məhkəmə araşdırması hüququna təminat verir və məhkəmənin vəzifəsi bütövlükdə məhkəmə araşdırmasının, o cümlədən sübutların əldə edilməsinin, qiymətləndirilməsinin ədalətliliyini, müdafiə və ittiham tərəflərinin hüquq bərabərliyi təmin edilməklə çəkişmə prinsipinə əməl edilməsinin, təqsirləndirilən şəxsin sübutları mübahisə etmək, onlara etiraz etmək hüququnun təmin edilməsini araşdırmaqdır. (Bikkov v. Rusiya [GC], 4378/02, §§ 88- 90, xx.xx.2009 və Rowe və X4rşı [GC], 28901/95, § 60, AİHM 2000 İİ) 35.Məhkəmə, təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadəsini onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməllərinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən azad olunmaqla məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək onun ittiham olunduğu cinayət əməllərini törətməsini sübuta yetirilmiş hesab edir. Belə ki, təqsirləndirilən şəxs öz müdafiəsi üçün məhkəmə istintaqı zamanı irəli sürdüyü mülahizələri məhkəmə iclasında dindirilmiş şahidlərin ifadələri, təqiq edilmiş ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları, habelə iş üzrə toplanılmış digər sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur. Qeyd edilənlərlə bağlı məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin məhkəmədə öz müdafiəsi üçün gətirdiyi dəlillər əsasızdır və özünü müdafiə xarakteri daşıyır. 36.Məhkəmə həmçinin dinidirilmiş şahid X3 ifadəsinə münasibətdə qeyd edir ki, onun təqsirləndirilən şəxsin yaxın qohumu olmaqla xeyrinə müdafiə xarakterli ifadə verməsi istisna olunmur. Həmin ifadə iş materialarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunmuş digər sübutlarla tam təkzib olunur. 37.Məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitəni və psixotrop maddəni əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətləri qabaqcadan əlbir olan bir qrup şəxs halında törətməsi məhkəmə istintaqı zamanı araşdırılmış sübutlarla öz təsdiqini tapır. 38.Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda vasitə və xeyli miqdarda psixotrop maddə, bundan başqa güclü təsir edici maddə əldə etməsi, saxlaması və daşıması mötəbər və təkzibedilməz sübutlarla tam təsdiq olunduğundan onun törətmiş olduğu ictimai təhlükəli əməllər Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3 və 240.1-ci maddələri ilə düzgün tövsif edilmişdir. 39.Məhkəmə təqsirləndirilən şəxsin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3 və 240.1-ci maddələri ilə nəzərdə tutulmuş ictimai təhlükəli əməlləri törətməsində təqsirliliyinin sübuta yetirildiyini müəyyən edərək hesab edir ki, Təqsirləndirilən şəxs həmin maddələr ilə təqsirli bilinərək qanunla müəyyən edilmiş qaydada cəzalandırılmalıdır. 40.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında cəzanı bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyası olmasını, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticə olmasını qeyd etmişdir. Bundan başqa məlumdur ki, sosial ədalətin bərpası cəzanın məqsədi kimi o zaman həyata keçirilməyə başlanır ki, artıq cinayət törədilmiş olsun, bununla sosial balans pozulmuş olsun və bu balansın bərpası üçün törədilmiş cinayətə uyğun cəza tətbiq edilmiş olsun. 41.Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 42.Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. 43.Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 44.Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinin tələblərini rəhbər tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal müəyyən edilməmişdir. 45.Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə müvafiq olaraq cinayətin residivini Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. 46.Belə ki, Təqsirləndirilən şəxs əvvəllər Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 22 aprel 2022-ci il tarixli, 1(004)-151/2022 nömrəli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 01 (bir) il müddətinə azadlıqdan məhrumetmə cəzasına, həmin Məcəlləsinin 237.1-ci maddəsi ilə 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən, təyin olunmuş cəzaları qismən toplamaqla Təqsirləndirilən şəxs 02 (iki) il müddətinə müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək həbsdə saxlanıldığı 02 (iki) gün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir günə bir gün hesablanmaqla ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılmış və üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, 04 avqust 2023-cü il tarixdə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 04 avqust 2023-cü il tarixli, 7(010)-456/2023 nömrəli qərarı ilə cəzasının çəkilməmiş qalan 08 (səkkiz) ay 16 (on altı) gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmiş, məhkumluğu götürülmədiyi və ya ödənilmədiyi dövrdə, yəni 17 oktyabr 2023-cü il tarixdə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 240.1-ci maddəsində nəzərdə tutulmuş, 18 oktyabr 2023-cü il tarixdə isə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş hazırki cinayət əməllərini törətmiş və bununla da onun əməlində cinayətlərin residivi müəyyən olunmuşdur. 47.Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.1-ci maddəsinə müvafiq olaraq cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. 48.“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.2-ci maddəsinin şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 08 iyul 2008-ci il tarixli qərarında göstərilmişdir ki, Cinayət Məcəlləsinin 83.1-ci maddəsindən göründüyü kimi məhkumluq cinayət törətməyə görə müəyyən cəza növünə məhkum edilmiş şəxs barəsində məhkəmənin ittiham hökmünün qanuni qüvvəyə mindiyi gündən başlanır və bütün cəzaçəkmə müddəti ərzində və cəzaçəkmə müddətindən sonrakı dövrdə qanunla müəyyən edilmiş müddətlər çərçivəsində davam edir. 49.Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.3-cü maddəsində göstərilmişdir ki, az ağır cinayət törətməyə görə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluğu ödənilmiş hesab edilir. 50.“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunması ilə bağlı Ağır cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin müraciətinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 25 may 2009-cu il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3, 83.4-cü maddələrinin mənasına görə şəxs cinayətlərin və ya hökmlərin məcmusu üzrə məhkum olunduqda, məhkumluğun ödənilmə müddətinin axımı cinayətlərin və ya hökmlərin məcmusu üzrə təyin edilmiş qəti cəzanın çəkilib qurtarması və ya cəzadan azad edilməsi anından başlayaraq, cinayətlərin hər təsnifatı üçün müstəqil şəkildə hesablanmalıdır. 51.Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.4-cü maddəsinə görə məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. 52.Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə görə qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. 53.Beləliklə, məhkəmə təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanı yüngüləşdirən və ağırlaşdıran halları, cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini və qanunvericiliyin residivə görə cəza təyini ilə bağlı tələblərini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə növündə cəzanın təyini qanuni, ədalətli və cəzanın tətbiqi məqsədinə uyğundur. 54.Məhkumluğu olan şəxs tərəfindən yeni cinayətin törədilməsi bir qayda olaraq onun sabit kriminal meylliliyinə, məhkəmə tərəfindən edilmiş xəbərdarlığa məhəl qoymamasına dəlalət edir, bu isə nəticə etibarı ilə onun yüksək ictimai təhlükəliliyinə işarə edir. Yeni cinayət törətdiyinə görə qanun belə şəxslərə qarşı daha sərt cinayət-hüquqi təsir tədbirlərinin tətbiq edilməsini nəzərdə tutur. 55.Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. 56.Verilmiş ittihama əsasən Təqsirləndirilən şəxs hazırki cinayət işi üzrə təqsirləndirildiyi ictimai təhlükəli əməli Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 22 aprel 2022-ci il tarixli, 1(004)-151/2022 nömrəli hökmü ilə ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan 08 (səkkiz) ay 16 (on altı) gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad edildiyi vaxt yəni, cəzanın çəkilməmiş hissəsi ərzində törətmişdir. 57.Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 76.6-cı maddəsində göstərilmişdir ki, cəzanın çəkilməmiş hissəsi ərzində məhkum: ... qəsdən az ağır, ağır və ya xüsusilə ağır cinayət törətdikdə, məhkəmə cəzadan şərti olaraq vaxtından əvvəl azad etməni ləğv edir və ona bu Məcəllənin 67-ci maddəsində nəzərdə tutulmuş qaydalar üzrə cəza təyin edir. 58.Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən, hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. 59.Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 76.6.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 22 aprel 2022-ci il tarixli, 1(004)-151/2022 nömrəli hökmü ilə təyin edilmiş 01 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzasının Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 04 avqust 2023-cü il tarixli, 7(010)-456/2023 nömrəli qərarı ilə 08 (səkkiz) ay 16 (on altı) gün vaxtından əvvəl şərti azad olunması hissəsində ləğv edilməli və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 22 aprel 2022-ci il tarixli, 1(004)-151/2022 nömrəli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş və çəkilməmiş qalan 08 (səkkiz) ay 16 (on altı) gün müddətə azadlıqdan məhrum etmə cəzası hazırki hökm üzrə təyin ediləcək azadlıqdan məhrum etmə cəzasına qismən birləşdirilməklə ona qəti cəza təyin edilməlidir. 60.Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrumetmə növündə cəza ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. 61.Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinin tələblərinə görə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə həmin şəxslər üçün cəzanın ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi müəyyən olunur. 62.Məhkəmə Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsini əsaslı hesab edir. 63.Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. 64.«Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında» protokoldan və Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 20 oktyabr 2023-cü il tarixli, 4(004)-821/2023 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs 19 oktyabr 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş və barəsində 19 oktyabr 2023-cü il tarixdən hesablamaqla həbs növündə qətimkan tədbiri seçilmişdir. Lakin iş materiallarından görünür ki, Təqsirləndirilən şəxs azadlığı faktiki olaraq 18 oktyabr 2023-cü il tarixdən məhdudlaşdırılmışdır. 65.Məhkəmə qeyd edir ki, qanunvericiliyin tələbləri baxımından Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə, cəzaçəkmə müddətinin başlanğıcı onun azadlığının faktiki məhdudlaşdırıldığ - 18 oktyabr 2023-cü il tarixdən hesablanmalıdır. 66.Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə tədbirləri tətbiq edilməli və ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. 67.Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99.1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilmədi. 68.Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində qeyd olunmuş əmlakın müəyyən olunmamasını nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs xüsusi müsadirə cinayət-hüquqi tədbiri tətbiq olunmamalıdır. 69.Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.11-ci maddəsinə uyğun olaraq iş üzrə maddi sübut Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin maddi sübutların saxlanc anbarında saxlanılan, iş üzrə aşkar edilərək götürülmüş, ekspertiza tədqiqatından sonra qalıq qalmış 3,119 qram çəkidə narkotik vasitə heroinin, 1,641 qram çəkidə psixotrop maddə metamfetaminin və 1/2 ədəd preqabalin həbinin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməsini, həmin Məcəllənin 132.1.6-cı maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış zamanı çəkilən videogörüntüləri özündə əks etdirən 01 ədəd DVD-R formatlı diskin cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində cinayət işinin materiallarında saxlanılmasını əsaslı hesab edir. 70.İş üzrə mülki iddia və üzərinə həbs qoyulmuş əmlak yoxdur. 71.Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.4-cü maddəsində ekspertə ödənilməli haqqlar məhkəmə məsrəflərinin bir növü kimi nəzərdə tutulmuşdur və həmin Məcəllənin 198.1-ci maddəsinə əsasən, həmin məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş dövlət orqanının, fiziki, yaxud hüquqi şəxsin hesabına keçirilə bilər. 72.Bu səbəbdən, məhkəmə məsrəfləri hesab edilən iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 65 (altmış beş) manat Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. 73.Məhkəmə, həmçinin Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 31 saylı qərarına əsasən təqsirləndirilən şəxsin məhkəmədə hüquqlarının müdafiə edilməsinə görə dövlət büdcəsindən pul tutulmasını əsaslı hesab edir. 74.İş materiallarından görünür ki, müdafiəçi Bakı şəhəri «Kəngərli və Partnyorları» Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət hesabına göstərdiyi hüquqi yardım üzrə iş saatları 60 saat, iş saatları üzrə vəkilə ödənilməli haqq 360 (üç yüz altmış) manat təşkil edir. 75.Beləliklə Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» qərara əsasən Bakı şəhəri «Kəngərli və Partnyorları» Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmə icraatı dövründə göstərilən hüquqi yardımla bağlı 360 (üç yüz altmış) manat məbləğində pul vəsaiti dövlət büdcəsindən tutularaq Bakı şəhəri «Kəngərli və Partnyorları» Vəkil Bürosunun hesabına ödənilməlidir. 76.Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3 və 240.1-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə 06 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 240.1-ci maddəsi ilə 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 06 (altı) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 76.6.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 22 aprel 2022-ci il tarixli, 1(004)-151/2022 nömrəli hökmü ilə təyin edilmiş 01 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzasının Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 04 avqust 2023-cü il tarixli, 7(010)-456/2023 nömrəli qərarı ilə 08 (səkkiz) ay 16 (on altı) gün vaxtından əvvəl şərti azad olunması hissəsi ləğv edilsin və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 22 aprel 2022-ci il tarixli, 1(004)-151/2022 nömrəli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş və çəkilməmiş qalan 08 (səkkiz) ay 16 (on altı) gün müddətə azadlıqdan məhrum etmə cəzası hazırki hökm üzrə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasına qismən birləşdirilməklə ona qəti olaraq 07 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin başlanğıcı 18 oktyabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilsin, ərazi narkoloji dispanserdə qeydiyyata götürülsün. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 65 (altmış beş) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Məhkəmə icraatı dövründə göstərdiyi hüquqi yardımla bağlı Müdafiəçi ödənilməsi üçün dövlət büdcəsindən 360 (üç yüz altmış) manat Bakı şəhəri «Kəngərli və Partnyorları» Vəkil Bürosunun hesabına köçürülsün. Maddi sübut olaraq Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin maddi sübutların saxlanc anbarında saxlanılan - iş üzrə aşkar edilərək götürülmüş, tədqiqata sərf edildikdən sonra qalıq qalmış 3,119 qram çəkidə narkotik vasitə heroin, 1,641 qram çəkidə psixotrop maddə metamfetamin və 1/2 ədəd preqabalin həbi məhv edilsin, 01 ədəd DVD-R formatlı disk cinayət işinin materiallarında saxlanılsın. Hökmdən elan olunduğu (hökmün surəti Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətdə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Apellyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakimlər: 1.(sədrlik edən) Aytən Əliyeva
2. Fərid Namazov
3. Vüqar Quliyev