Məhkəmə qərarları › İş №1(101)-2075/2024

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-2075/2024

10.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-2075/2024 10.10.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ X4 (sədrlik edən), hakimlər Qəniyev Faiq Əsəd oğlu və Əliyev Samir İmamverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Əfəndiyev Emil Habil oğlunun katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X8, müdafiəçi – Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi və Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1999-cu ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işsiz, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda yaşayış yeri üzrə qeydiyyatda olmaqla, Abşeron rayonu Xırdalan şəhərində, ünvansız evdə kirayə yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə halhazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs satış məqsədilə qanunsuz olaraq psixotrop maddə və narkotik vasitənin əldə edilməsi, saxlanılması, daşınması barədə “İnstaqram” sosial şəbəkəsində tanış olduğu şəxsiyyəti istintaqa məlum olmayan şəxslə cinayətdə iştirakçılığın qabaqcadan əlbir olan bir qrup şəxs formasında birləşərək, şəxsiyyəti istintaqa məlum olmayan şəxslə razılığa gəldikdən sonra aralarında olan danışığa əsasən 07 yanvar 2024-cü il tarixdə Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Biləcəri dəmiryolu vağzalı ərazisində piyada keçidinin aşağı hissəsində içərisində külli miqdarda, təmiz çəkisi 315,0 qram ağ kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və xeyli miqdarda təmiz çəkisi nəm vəziyyətdə 610,0 qram, quru halda 436,516 qram bitki mənşəli kütlə çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə marixuana olan, üzərində “Mələk”, “Angel”,”X29” yazıları yazılmış göy rəngli sellofan torbanı satış məqsədilə qanunsuz olaraq əldə edib, üzərində saxlamaqla daşımış, X14 Polis İdarəsinin Biləcəri stansiyasında X22 əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində həmin gün saat 21:50-də Biləcəri dəmiryolu vağzalının piyada keçidinin yanında saxlanılaraq, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, M.S.ünvan 3 ünvanda yerləşən Biləcəri stansiyasında X26 aparılmış və orada üzərinə şəxsi axtarış keçirilən zaman sağ əlində saxladığı üzərində “Mələk”, “Angel”,”X29” yazıları olan göy rəngli sellofan torbanın içərisindən ağ rəngli kiçik bükümdə külli miqdarda təmiz çəkisi 315,0 qram olan ağ kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, qara rəngli böyük bükümdə xeyli miqdarda təmiz çəkisi nəm vəziyyətdə 610,0 qram, quru halda 436,516 qram bitki mənşəli kütlə çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs məhkəməyə ifadə verərkən ona CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək göstərmişdir ki, o, “İnstagram” sosial şəbəsində tanış olduğu şəxsin narkotik vasitəni qoyduğu ünvana getmiş, 05 (beş) qram narkotik vasitə sifariş vermişdir. Həmin yerdə içərisində psixotrop və narkotik maddələr olan böyük həcmli göy selofan torba olmuş, o, həmin torbanı qoyulduğu yerdən götürüb hadisə yerindən uzaqlaşmağa çalışmışdır. Lakin sözügedən torbanı deyilən yerdən götürdükdən dərhal sonra əlində göy rəngli sellofanla polislər tərəfindən tutulmuş, polis bölməsinə aparılmışdır. Sellofana baxış keçirilən zaman içərisində 02 (iki) böyük büküm narkotik və psixotrop vasitə olduğunu görmüş, o, həmin bükümlərə toxunmamışır. Məhkəmədə verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs narkotik və psixotrop maddıni götürdüyü şəxsin adının Əli olduğunu, həmin şəxslə narkotik vasitə qəbul edən dost-tanışlarının vasitəsilə ilə internetdə tanış olduğunu, “Əli” adlı şəxsə ona narkotik vasitə lazım olduğunu bildirdikdə ona bank kart nömrəsini yolladığını, 03 (qram) metamfetamin üçün terminal vasitəsilə “Əli” adlı şəxsin göndərdiyi kart hesabına 100 (yüz) manat məbləğində pul göndərdiyini, metamfetaminin qramının 25-30 (iyirmi beşotuz) manat olduğunu, özünün zavodda işlədiyini, 02 (iki) qram psixotrop maddənin ona 02 (iki) gün kifayət etdiyini, tutulduğu ərəfədə onun “Əli” adlı şəxsə borcunun qaldığını, aralarında olan razılaşmaya əsasən Əlinin təyin olunacaq məkana 04 qram metamfetamin qoyacağını, qarşılığında isə Əliyə pul göndərməli olduğunu, Biləcəridə Əlinin dediyi yerə getdiyini, orada göy rəngli sellofanın içərisində plastik qabların yanında metamfetamin olacağını, böyük həcmli sellofanı götürüb kənara çəkildikdən sonra polis əməkdaşları tərəfindən saxlanıldığını, polislər tərəfindən döyülmədiyini, lakin psixi təzyiqlərə məruz qaldığını, narkotik vasitə istifadəçisi olduğunu, hər hansı satış məqsədinin olmadığını, 04 (dörd) ilə yaxın müddətdir ki, psixotrop maddə metamfetamindən istifadə etdiyini, narkotik vasitə götürməyə tək getdiyini, sonradan Rəşad adlı dostunun gəldiyini, saxlanıldığı yerdə üzərinə baxış keçirilmədiyini, narkotik vasitə olan sellofanı götürən zaman kənarda başqa şəxslərin də olduğunu, həmin şəxslərin də, nə isə axtardığını, polislər həmin şəxsin dalınca gedəndə Rəşadın qaçdığını, özünün isə qaça bilmədiyini, qaçmaq kimi fürsətinin olmadığını, ona təzyiq göstərən polisləri üzdən görsə tanıya biləcəyini, narkotik vasitə olan sellofanı götürən zaman kənarda nəsə axtaran şəxsi tanımadığını, dostu Rəşadı bir ilə yaxın müddət ərzində tanıdığını, ibtidai istintaq zamanı verdiyi ilk ifadəni xatırladığını, həmin vaxt təzyiq altında olduğunu, polislər narkotik vasitəni götürən zaman yanında Rəşadın olmasını bildirdiyi təqdirdə işinin yüngül olacağını söylədiklərini, lakin sonradan ifadəni dəyişdiyini, çünki həqiqətən də, həmin vaxt yanında Rəşadın olmadığını, Rəşadın narkotik vasitə götürməmişdən az əvvəl ondan ayrıldığını, məhkəmədə verdiyi ifadəsini təsdiq etdiyini və istintaq zamanı verdiyi ifadəsinin polislər tərəfindən yazıldığını, iranlı kimi tanıdığı Əli adlı şəxsin “instagram” hesabını Rəşaddan aldığını, hadisə baş verməmişdən əvvəl Rəşadla birlikdə çayxanada olduğunu, Rəşadın da narkotik vasitələrdən istifadə etdyini, tutulandan sonra Rəşad barəsində də cinayət işinin açıldığını bildiyini, iranlı ilə yazışmalarını narkotik vasitə götürməyə gedənə qədər sildiyini, iranlı ilə taksidə danışdığını, daha sonra həmin mesajları pozaraq taksidən düşüb narkotik maddəni götürməyə getdiyini, polislərin onun narkotik vasitə dalınca gələcəyini ehtimal etdiyini, 315 (üç yüz on beş) qram metamfetamin, yarım kiloqram marixuana almağa onun maddi imkanının olmadığını, bununla belə qeyd olunan çəkidə metamfetamini və qurudulmuş marixuananı təyin olunan yerdən götürüb uzaqlaşmağa çalışan zaman polis əməkdaşları tərəfindən yaxalandığını bildirdi. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində qeyd etmişdir ki, hazırda Azərbaycan Respublikası DİN DYNPİ-nin X10 Polis Şöbəsinin CABın rəisi vəzifəsində xidmət edir. Göstərir ki, 07 yanvar 2024-cü il tarixdə Biləcəri X26 etibarlı mənbələrdən, “Orxan” adlı şəxsin Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi ərazisində qanunsuz olaraq narkotik vasitələrin istifadəsi, saxlaması və daşınmasında şübhəli olması barədə əməliyyat məlumatı daxil olmuş, təxirəsalınmaz əməliyyatın keçirilməsi üçün dərhal qrup yaradılmış, onun olduğu yer müəyyənləşdirilmiş, “Orxan” adlı şəxs Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Biləcəri dəmiryolu stansiyasında piyadalar üçün nəzərdə tutulmuş ərazidə saxlanılaraq Biləcəri X26 dəvət edilmişdir. Orada onun şəxsiyyətinin Təqsirləndirilən şəxs olduğu müəyyənləşdirilmişdir. Təqsirləndirilən şəxs üzərinə videoçəkiliş vasitəsilə şəxsi axtarış istintaq hərəkəti keçirilmiş, bu zaman o, əlindəki 01 (bir) ədəd sellofan torbanı təqdim etmiş, torbaya baxış keçirilən zaman içərisindən 02 (iki) ədəd bağlama aşkar olunmuşdur. Qara rəngli bağlamadan marixuana, ağ rəngli bağlamadan isə metamfetamin aşkar edilərək götürülmüş, ondan həmin maddələri haradan əldə etməsi soruşulduqda tanışı “Rəşad” adlı şəxsin İran İslam Respublikasının vətəndaşı ilə sosial şəbəkə vasitəsi ilə tanış olduğunu və onun vasitəsilə həmin maddələri əldə etdiyini bildirmiş, Orxan saxlanılan zaman onunla birlikdə olan bir nəfər şəxs qaçmışdır. Orxandan həmin şəxsin kim olduğunu soruşduqda dostu Rəşad olduğunu bildirmişdir. Əməliyyat yolu ilə şəxsiyyətini müəyyənləşdirdikdə onun X15 olduğu müəyyən olunmuş, o, əməliyyat tapşırığı yolu ilə Biləcəri X26 dəvət edilmişdir. Rəşadla Orxanın üzləşdirilməsi zamanı sonuncu Rəşadın orada olduğunu, lakin onun narkotik vasitələr götürməsində xəbəri olmadığını bildirmişdir Orxan ilkin ifadəsində narkotik vasitəni əldə etməsi üçün iranlı ilə Rəşadın danışdığını bildirsə də, lakin sonradan bunu təkzib etmişdir.Məhkəmədə verilən suallara cavab olaraq Şahid3 Təqsirləndirilən şəxs axşam saatlarında saxlanıldığını, Təqsirləndirilən şəxs yanında bir nəfərin də olduğunu, onun ardınca qaçmasına baxmayaraq, onu tuta bilmədiyini, Təqsirləndirilən şəxs saxlanılan zaman qaçmağa cəhd göstərmədiyini, Təqsirləndirilən şəxs ərizə yazaraq müdafəçidən imtina etdiyini, bu səbəbdən də, onun üzərinə şəxsi axtarış keçirilən zaman həmin istintaq hərəkətində vəkilin iştirak etmədiyini, onun tərəfindən Təqsirləndirilən şəxs mobil telefonuna baxış keçirilmədiyini bildirdi. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, hazırda DYNPİ-nin X10 X19 stnsiyasında X16 rəisi vəzifəsində xidmət edir. Göstərir ki, Biləcəri X26 qərəzsiz mənbədən “Orxan” adlı şəxsin Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi ərazisində qanunsuz olaraq narkotik vasitələrin istifadəsi, saxlaması, daşınması və satışında şübhəli olması barədə məlumat daxil olmuş, dərhal Biləcəri X23 əməliyyat qrupu yaradılmış, qrupun rəhbəri Şahid1, üzvləri isə Şahid3 və özü olmuşdur. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 07 yanvar 2024-cü il tarixdə təxminən saat 22-23 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Biləcəri dəmiryolu stansiyasında piyadalar üçün nəzərdə tutulmuş ərazidə “Orxan” adlı şəxs ərazidə saxlanılaraq Biləcəri X26 dəvət edilmişdir. Orada həmin şəxsin Təqsirləndirilən şəxs olduğu müəyyən olunmuş, onun üzərinə şəxsi axtarış və baxış keçirilmiş, o, saxlanılan zaman əlində olan göy rəngli bağlama, onun içərisində isə qara və ağ rəngli bağlamalar aşkar edilmişdir. Qara bağlamada olan çəkisi təxminən 400 (dörd yüz) qramdan artıq maruxianaya bənzər ot kütləsi, digər ağ rəngli bağlamada isə kristal formada metamfetaminə bənzər psixotrop maddə olduğu müəyyən edilmiş, o, ifadəsində həmin əraziyə gəlməyinə səbəb istifadəsi üçün narkotik vasitə əldə etmək, qalanını isə narkotik vasitə aludəçilərinə satmaq olduğunu bildirmişdir. Orxan ilkin ifadəsində bildirmişdir ki, “Rəşad” adlı şəxs sosial şəbəkə vasitəsilə İran İslam Respublikasının vətəndaşı ilə ünsiyyət qurmuş, bundan sonra narkotik vasitələrin yerini Orxana bildirmiş, sonuncu da həmin yerə gedərək narkotik maddələri əldə etmişdir. Onu da qeyd etmək zəruridir ki, Təqsirləndirilən şəxs tərəfimizdən saxlanılan zaman onun yanın da bir nəfər şəxs də var idi. Həmin şəxs qaçdı və onu saxlamağa müvəffəq olmadıq. Biz “Rəşad” adlı şəxsin kimliyini müəyən etdik. X5 tərəfimizdən müəyyənləşdi. Üzləşdirmə zamanı müəyyən olunmuşdur ki, Rəşad adlı şəxs həmin vaxt dəmiryolu ərazisində olsa da sözügedən hadisə ilə birbaşa əlaqəsi olmamışdır. Məhkəmə baxışı iclasında cinayət prosesi tərəflərinin iştirakı ilə Şahid1 ibtidai istintaq orqanına verdiyi ifadəsi elan edilmiş, Şahid1 ifadəsində göstərmişdir ki, 07 yanvar 2024-cü il tarixində DYNPİ-nin Biləcəri stansiyasında XPŞ-nə “Orxan” adlı şəxsin Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Biləcəri dəmir yolu stansiyasının ərazisinə gəlməsi, bu zaman əksər hallarda onun üzərində narkotik vasitə və ya psixotrop maddələrin qamnsuz olaraq istifadəsində, üzərində saxlaması, gəzdirməsi və satışında şübhəli olması barədə qərəzsiz mənbədən məlumat daxil olmuşdur. Ona görə də, «Orxan» adlı şəxsin cinayət əməlini ifşa edib yaxalanması məqsədi ilə Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Biləcəri dəmir yolu stansiyasının ərazisində «Təxirəsalınmaz əməliyyat tədbirlərinin keçirilməsinə dair» qərara əsasən qrup rəhbəri özü, qrup üzvləri isə DYNPİ-nin Biləcəri stansiyasında XPŞ-nin Baş-Ələt stansiyasında XPM-nin rəisi polis kapitanı Şahid3 və DYNPİ-nin Biləcəri stansiyasında XPŞ-nin Keşlə stansiyasında XPM-nin rəisi polis baş leytenantı Şahid2 qrup üzvləri təyin edilmişlər. Məlumatda göstərilən şəxsi müəyyən etmək üçün elə həmin gün tədbirlərə başlamışlar. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində qərəzsiz mənbədən daxil olmuş məlumata əlamətləri uyğun gələn “Orxan” adlı şəxs 07 yanvar 2024-cü il tarixdə saat 21:50-də Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Biləcəri dəmir yolu stansiyasının piyadalar üçün nəzərdə tutulmuş ərazisində saxlanılaraq, saat 22:10-də DYNPİ-nin Biləcəri stansiyasında X22 növbətçi hissəsinə gətirilmişdir. Biləcəri stansiyasında X23 həmin şəxsin xx.xx.1999-cü ildə Bakı şəhərində anadan olmuş, ünvan 4 ünvanında qeydiyyatında olan və Abşeron rayonu, Xırdalan şəhəri, 119 nömrəli maşrutun son dayanacağında kirayədə yaşayan dediyinə görə əvvəllər məhkumluğu olmamış Təqsirləndirilən şəxs olduğu müəyyən edilmiş və Biləcəri stansiyasının növbətçi hissəsində saat 23:10-da Təqsirləndirilən şəxs üzərinə video çəkiliş vasitəsi ilə şəxsi axtarış keçirilən zaman Təqsirləndirilən şəxs sağ əlində üzərində “Mələk”,’’Angel”, “X29” yazıları olan göy rəngli sellofan torba, həmin tobanın içərisində isə qara rəngli sellofan büküm aşkar edilmiş, həmin büküm açıldıqda onun içərisindən böyük və kiçik ölçülü olmaqla, iki ədəd qara və ağ rəngli, yapışqanlı lentlə izolyasiya edilmiş bükümlər aşkar edilmişdir. Ağ rəngli büküm açıldıqda içərisində ümumi təmiz çəkisi 315,0 qram olan ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin və qara rəngli böyük ölçülü büküm açıldıqda isə ümumi təmiz quru çəkisi 436,516 qram marixuana aşkar olunmuşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, aşkar edilmiş yaşımtıl rəngli ot kütləsi “nəşə” adlandırılan narkotik vasitə “marixuana”dır, kristal formalı kütlə isə “şüşə” və ya “patı” adlandırılan psixotrop maddə “metamfetamin”dir. Yanvar ayının 7-də, Orxanı saxlayarkən, onunla birlikdə olan digər şəxs hadisə yerindən qaçmışdır. Həmin şəxs arıq, uzunboy olmuş və hava qaranlıq olduğuna görə onun üzünü tam görə bilməmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx.xx.2024-cü il tarixli raportdan görünür ki, “Orxan” adlı şəxsin üzərində narkotik vasitə saxlaması və satışı ilə məşğul olması barədə qərəzsiz və dəqiq mənbədən Biləcəri stansiyası X26 əməliyyat məlumatı daxil olmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx.xx.2024-cü il tarixli “Şübhəli şəxsin tutulması haqqında” protokoldan və qərardan görünür ki, Təqsirləndirilən şəxs 07 yanvar 2024-cü il tarixdə, saat 22:40 radələrində tutulmuş hesab edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, “Şəxsi axtarış və götürmə haqqında” protokoldan görünür ki, 07 yanvar 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs üzərinə Biləcəri stansiyası X23 videoçəkilişlə şəxsi axtarış keçirilmiş və şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs sağ əlində saxladığı üzərində “Mələk” “Angel”, “X29” yazıları olan, göy rəngli sellofan torbanın içərisində qara rəngli sellofan bükümün içindən yapışqanlı lentlə izolyasiya edilmiş qara rəngli böyük və ağ rəngli kiçik ölçülü bükümlər aşkar edilmiş, sorğu zamanı Təqsirləndirilən şəxs qara rəngli böyük ölçülü bükümün içərisində olan yaşımtıl rəngli ot kütləsinin “nəşə” adlandırılan narkotik vasitə “marixuana”, ağ rəngli kiçik ölçülü bükümün içərisində olan kristal formalı kütlənin “şüşə” və ya “patı” adlandırılan psixotrop maddə “metamfetamin” olduğunu bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs aşkar edilmiş həmin kütlələr zərfə qoyulub qablaşdırılaraq möhürlənmiş və zərf şəxsi axtarışda iştirak edən şəxslər tərəfindən imzalanmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə fiziki-kimyəvi ekspertizasının xx.xx.2024-cü il tarixli, 3-16-16/2-6/46 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində: “Azərbaycan Respublikası DİN Nəqliyyatda Baş Polis İdarəsinin DYNPİ-nin Biləcəri stansiyasında X31 Zərflər üçün” dairəvi möhür əksi olan, ’’Təqsirləndirilən şəxs üzərindən” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdə bir ədəd bağlamada təmiz çəkisi 315,0 qram olan ağ kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Metamfetamin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in İ siyahısına daxildir. Qeyd: Metamfetaminin təmiz çəkisi 315,0 qram, tədqiqata sərf edildi: 0,05 qram, qalıq 314,95 qram. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəməbioloji ekspertizasının xx.xx.2024-cü il tarixli, 3-16-16/2-7/31 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, bir ədəd kağız paketdə nəm vəziyyətdə çəkisi 610,0 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə marixuanadır. Həmin marixuananın quru çəkisi 436,516 qramdır. Qeyd: Marixuananın təmiz çəkisi 610.0 qram, tədqiqata sərf edildi: 0.1 qram qalıq 609.9 qram. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx.xx.2024-cü il tarixli “Təqsirləndirilən şəxs qismində cəb edilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının 234.1-1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. xx.xx.2024-cü il tarixli “Mobil telefon aparatına baxış keçirilməsi barədə” protokoldan görünür ki, mobil telefona baxış zamanı iş üçün əhəmiyyət kəsb edən zəng, yazışma, kontakt məlumatı, video və fotoşəkil aşkar edilməmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(006)-8/2024 nömrəli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində əvvəli xx.xx.2024-cü il tarixdən heablanmaqla 04 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həmin məhkəmənin xx.xx.2024-cü il tarixli, 4(006)-219/2024 nömrəli qərarına əsasən, həbsdə saxlanılma müddəti xx.xx.2024-cü il tarixədək uzadılmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, “Maddi sübut kimi tanımaq və saxlanılması üçün verilməsi haqqında” qərardan görünür ki, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş psixotrop maddə olan metamfetamin və narkotik vasitə marixuana maddi sübut hesab edilmiş, ekspert tədqiqatından sonra qalıq qalmış 314,95 qram metamfetamin və 609,9 qram marixuana saxlanılmasından ötrü X14 Polis İdarəsinin maddi sübutların saxlanılma anbarına təhvil verilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx.xx.2024-cü il tarixli DİN-in BƏSİİ-nin təqdim etdiyi tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx.xx.2024-cüil tarixli “CD-də olan video görüntülərə baxış keçirilməsi barədə” protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə Biləcəri st. X23 videoçəkilişlə şəxsi axtarış keçirilmiş və şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs sağ əlində saxladığı üzərində “Mələk” “Angel”, “X29” yazıları olan, göy rəngli sellofan torbanın içərisində qara rəngli sellofan bükümün içindən yapışqanlı lentlə izolyasiya edilmiş qara rəngli böyük və ağ rəngli kiçik ölçülü bükümlər aşkar edilir, sorğu zamanı Təqsirləndirilən şəxs qara rəngli böyük ölçülü bükümün içərisində olan yaşımtıl rəngli ot kütləsinin “nəşə” adlandırılan narkotik vasitə “marixuana”, ağ rəngli kiçik ölçülü bükümün içərisində olan kristal formalı kütlənin “şüşə” və ya “patı” adlandırılan psixotrop maddə “metamfetamin” olduğunu bildirir. Bundan sonra Təqsirləndirilən şəxs aşkar edilmiş həmin kütlələr zərfə qoyulub qablaşdırılaraq möhürlənir və zərfi şəxsi axtarışda iştirak edən şəxslər imzalayırlar. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” X24 xx.xx.2024-cü il tarixli, 580 nömrəli məktubdan görünr ki, Təqsirləndirilən şəxs arxiv məlumatına görə adı göstəriən xəstəxanada müalicədə olmamışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Tibbi Ekspertiza və X13” X24 xx.xx.2024-cü il tarixli 24 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədən səthində aşkar olunmuş xəsarətlər sağ bazu oynağı nahiyəsinin qançırlı sıyrığı, sağ diz oynağı nahiyəsinin sıyrığı bərk küt əşyanın (əşyaların) təsirindən müayinədən 1-2 gün əvvəl əmələ gəlmişdirlər və sağlamlığa zərərvurmayan xəsarətlərə aid edildiklərindən dərəcələri təyin olunmur. Təqsirləndirilən şəxs bədən səthində aşkar olunmuş xəsarətlərin xarakterini və lokalizasiyalarını nəzərə alaraq demək olar ki, həmin xəsarətlər qərarda göstərilən tarixdə və şəraitdə, yəni xx.xx.2024-cü il tarixdə onun öz boyu hündürlüyündən yıxılaraq yerin bərk səthinə və bərk küt əşyalara zərblə dəyməsi nəticəsində əmələ gələ bilərdilər. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx.xx.2024-cü il tarixli “Üzləşdirmədə dindirmə” protokolundan görünür ki, X15 ilə Təqsirləndirilən şəxs arasında üzəşdirmə istintaq hərəkəti keçirilmiş, Təqsirləndirilən şəxs ibtiai istintaq zamanı verdiyi ifadəsini X9 üzünə qarşı bir daha demişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Azərbayca Respublikası Səhiyyə Nazirliyi 2 nömrəli X2 xx.xx.2024-cü il tarixli 1/1492 nömrəli məktubundan görünür ki, Umudov X6 və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xəzər rayon idarəsinin göndərişinə əsasən xx.xx.2017-ci il tarixdən xx.xx.2017-ci il tarixinədək Bakı şəhəri 2 nömrəli X3 müayinədə olmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Bakı şəhəri, Xəzər rayon İcra Hakimiyyəti başçısının Qala qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən daxil olmuş arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ünvan 6 ünvanda qeydiyyatdadır və onun barəsində qəsəbə nümayəndəliyinə heç bir şikayət daxil olmamışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X20 Şəxsi Ambulator X1 xx.xx.2024-cü il tarixli, 2018 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs Opiodlərin, Kannabinoidlərin və psixostimulyatorlarm birgə qəbulu nəticəsində yaranan Asılılıq Sindromu (Narkomaniya Xəstəliyi) aşkar olunur. Onun narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 08 iyun 2024-cü il tarixli “Cinayət işi üzrə əməlin tövsif edilməsi haqqında” Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsindən 234.4.3-cü maddəsinə tövsif edilmiş, 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona yenidən ittiham elan edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx.xx.2024-cü il tarixli “Şəxsin təqsirləndirilən şəxs qismində cəlb edilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X18 kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizasının xx.xx.2024-cü il tarixli 841 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəliyin əlamətləri aşkar olunmur. Tibbi sənədlərə əsasən anamnezində keçirilmiş “Mülayim ifadəli dissosiativ pozuntusu, özünükəsmələrlə” diaqnozu qeyd edilmişdir. Təqsirləndirilən şəxs xasiyyətin isterik cizgiləri müəyyən edilir. Bunu cinayət işi materialları, anamnestik məlumatlar və hal-hazirki psixiatrik müayinənin nəticələri və s. sübut edir. Təqsirləndirilən şəxs qərarda qeyd edilən zaman öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs 07 yanvar 2024-cü il tarixdə törətdiyi hərəkətləri qavramaq və anlamaq qabiliyyətinə malik olmuşdur. Təqsirləndirilən şəxs hal-hazırda öz hərəkətlərini qavramaq və anlamaq qabiliyyətinə malikdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx.xx.2024-cü il tarixli “Sübutların qiymətləndirilməsi və cinayət işinin materiallarından başqa cinayət işinin ayrılması” haqqında qərardan görünür ki, X14 Polis İdarəsinin maddi sübutların saxlama anbarında saxlanılan Təqsirləndirilən şəxs aşkar olunaraq götürülüb qablaşdırılmış və tədqiqata sərf edildikdən sonra qalıq təmiz çəkisi 314,95 qram psixortop maddə metamfetamin və 609,9 qram narkoik vasitə marixuana, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə keçirilməsi istintaq hərəkəti əks etdirən 01 ədəd DVD disk, iş üzrə şahid ifadələri, məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2024-cü il tarixli, 3-16-16/2-6/46 nömrəli rəyi, ekspert rəyləri, şəxsi axtarış keçirilməsi haqqında və diskə baxış eçirilməsi haqqında protokollar maddi sübut kimi qiymətləndirilmişdir. Məhkəmə təqsirləndirilən şəxsin özünü müdafiə məqsədilə gətirdiyi dəlilləri araşdırmış, müdafiə tərəfi ittihamı mübahisələndirdiyi hissələrdəki mövqeyini ibtidai istintaq zamanı təqsirləndirilən şəxsə qarşı psixi zorakılıq edilməsi ilə əlaqələndirmişdir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəməyə verdiyi ifadəsində ibtidai araşdırma zamanı ona polis əməkdaşları tərəfindən psixi təzyiq göstərilməsi, ondan aşkar olunan narkotik vasitəni satış məqsədi ilə əldə etməməsi ilə bağlı qeyd etdiyi xüsusatlara tənqidi yanaşır və həqiqətə uyğun hesab etmir. Belə ki, qeyd olunan xüsusatlar iş üzrə şahid qismində dindirilmiş polis əməkdaşlarının ifadələri, istintaq hərəkətlərinin protokolları, digər sübutlar və işin faktiki halları ilə tam təkzib olunur. Cinayət işinin materiallarında Təqsirləndirilən şəxs ona qarşı edilmiş psixi zorakılıqla bağlı ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora və ya məhkəmə nəzarəti qaydasında məhkəməyə müraciət etməsi barədə məlumat olmamış, habelə məhkəmə baxışı zamanı aşkarlanmamışdır. Avropa İnsan Hüquqları Məhkəməsinin “Cənnətov Azərbaycana qarşı” işi (Jannatov v. Azerbaijan, № 32132/07, 31 iyul 2014-cü il, § 58) üzrə qərarında qeyd olunmuşdur ki, “...pis rəftar iddiaları müvafiq dəlillərlə dəstəklənməlidir. Dəlilləri qiymətləndirərkən Məhkəmə “əsaslı şübhədən kənar” sübut standartı tətbiq edir. Belə sübut kifayət qədər güclü, aydın və uyğun gələn nəticələrin və ya təkzib olunmayan oxşar fakt prezumpsiyalarının birgə mövcudluğundan irəli gələ bilər.” Avropa Məhkəməsinin “Məmmədov və digərləri Azərbaycana qarşı” işi (Mammadov and Others v. Azerbaijan, № 35423/07, 21 fevral 2019-cu il, § 112) üzrə qərarında verilən təfsirə görə, bu qəbildən olan iddiaların əsas sübut etmə vasitəsini zorakılığın görünən nəticəsini əks edən tibbi sənədlər təşkil edir. Bununla belə, müstəsna hallarda iddia olunanların həqiqətə uyğun olub-olmadığını müəyyən etmək üçün şikayət edənin hadisə ilə bağlı təfərrüatlı ifadələrinin əsas götürülməsi mümkündür. Göründüyü kimi, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən ona psixi zorakılıq edilməsi ilə bağlı məhkəmədə verdiyi ifadəsi hər hansı dəlillərə söykənməmiş, həmin halı təsdiq edən hər hansı sənəd yoxdur, əsaslı şübhə mövcud deyil. O, fikirlərini heç bir dəlillə möhkəmləndirməmiş, sadəcə ifadənin psixi zorakılığın tətbiq edilməsi ilə alınmasını deməklə kifayətlənmişdir. Bu səbəbdən, məhkəmə həmin xüsusatla bağlı Təqsirləndirilən şəxs dediklərini özünü müdafiə xarakterli verdiyi ifadə kimi qiymətləndirir və göstərdiyi xüsusatı rədd etməklə, həqiqətə uyğun olmayan hesab edir Bundan başqa, 07 yanvar 2024-cü il tarixli, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə keçirilməsi barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs sağ əlində saxladığı üzərində “Mələk” “Angel”, “X29” yazıları olan, göy rəngli sellofan torbanın içərisində qara rəngli sellofan bükümün içindən yapışqanlı lentlə izolyasiya edilmiş qara rəngli böyük və ağ rəngli kiçik ölçülü bükümlər aşkar edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs göstərdiyi halları digər sübutlarla müqayisəli surətdə araşdıraraq iddia olunan xüsuslara belə qiymət verir ki, təqsirləndirilən şəxsin məhkəməyə verdiyi ifadəsində göstərdiyi qeyd olunan xüsusatlar cinayət işinin materiallarına uyğun olmayan, özünü müdafiə məqsədi ilə uydurulmuş, qeyri-səmimi və işin faktiki halları ilə tamamilə təkzib edilən ifadələrdir. Belə ki, Təqsirləndirilən şəxs məhkəməyə verdiyi ifadəsində qanunsuz olaraq narkotik vasitə əldə etmək üçün şərti adı Əli olan şəxslə 5 qram metamfetaminin alınması ilə bağlı razılaşıb sonuncunun təyin etdiyi yerə getdiyini göstərsə də, içərisində 315,0 qram olan ağ kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, qara rəngli böyük bükümdə xeyli miqdarda təmiz çəkisi nəm vəziyyətdə 610,0 qram, quru halda 436,516 qram bitki mənşəli kütlə çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə marixuana olan torbanı təyin olunmuş yerdən götürdüyünü və qısa vaxt ərzində polis əməkdaşları tərəfindən yaxalandığını məhkəmə heyətinin diqqətinə çatdırmışdır. Buradan belə bir nəticə hasil olur ki, Təqsirləndirilən şəxs içərisində kiçik həcmdə psixotrop maddə olmalı olan torbaya 5 qramdan yüz dəfələrlə artıq çəkidə narkotik vasitə qoyulduğunu görmüş və bununla belə həmin torbanı qeyd olunan yerdən götürərək üzərində saxlamış və daşımışdır. Təkcə bu arqument onun şərti adı Əli olan şəxslə yalnız öz istifadəsi üçün 5 qram həcmdə metamfetamin əldə etməsi ilə bağlı razılığının uydurma olduğunu, ondan aşkar olunmuş külli miqdarda psixotrop və xeyli miqdarda narkotik maddəni məhz satış məqsədilə əldə etdiyini təsdiq edir. Məhkəmə baxışı zamanı təqsirsizlik prezumpsiyası rəhbər tutulmuş, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihama baxılmış və bu prosessual qaydalara riayət edilməklə nəticələr əldə edilmiş, o cümlədən məhkəmənin qənaəti məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanmış, təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilinməyən şübhələr onun xeyrinə şərh ediləcəyi vəziyyətdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gəlinmişdir. Bundan başqa, məhkəmə qeyd edir ki, ibtidai araşdırma dövründə təqsirləndirilən şəxsin müdafiə hüquqları qorunmuş, cinayət-prosessual qanunvericiliyinə əsasən müdafiəçinin zəruri iştirakı nəzərdə tutulmuş bütün istintaq hərəkətlərində müdafiəçisi iştirak etmişdir. İstintaq hərəkəti protokolları və ona əlavələr qanunvericiliyə uyğun tərtib edilmişdir. Beləliklə, məhkəmə, ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspert rəylərini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutları Azərbaycan Respublikası CPM-in 124-137-1-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə onları Azərbaycan Respublikası CPM-in 144- 146-cı maddələrinə müvafiq olaraq yoxlayıb qiymətləndirməklə və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətmişdir, həmin cinayət hadisəsi həqiqətən baş vermiş və məhz onun tərəfindən törədilmişdir, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayətin əlamətləri vardır və həmin cinayətin törədilməsində o, təqsirlidir. Odur ki, məhkəmə göstərilənləri nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinməli və o həmin maddənin sanksiyası həddində cəzalanmalıdır. Məhkəmə gəldiyi qənaətlə bağlı eyni zamanda aşağıda göstərilənləri də qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Avropa İnsan Hüquqları Məhkəməsinin formalaşdırdığı mövqeyə görə, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən yerli qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən, Avropa məhkəməsinin vəsifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilibqiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla, bütövlükdə prosesin ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. “Ədalətli məhkəmə araşdırması hüququ” kontekstində araşdırılmalı olan məsələ sübutların əldə edilməsi üsulu da daxil olmaqla bütövlükdə məhkəmə prosesinin ədalətli olub-olmamasından ibarətdir, bu da özlüyündə sübutların “qanunsuz” yolla əldə edilibedilməməsinin, Konvensiyada nəzərdə tutulmuş digər hüquqların pozulubpozulmamasının, pozuntu olduğu təqdirdə, onun xarakterinin müəyyən edilməsinə xidmət edir. Məhkəmə qeyd edir ki, bütün məhkəmə iclaslarında müdafiə tərəfinin hüquqlarına hörmət edilmiş, təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların, o cümlədən maddi sübutların tədqiqində şəxsən iştirak etmiş, ona sübutların etibarlılığına və onlardan istifadəyə etiraz etmək imkanları təqdim olunmuş, əleyhinə ifadə vermiş şahidlərə bilavasitə və müdafiəçi vasitəsi ilə suallar verilmiş, eyni zamanda öz lehinə ifadə verə biləcək şahidi dindirilmək imkanı təqdim edilmiş, öz alibisini sübut etmək üçün ona şərait yaradılmışdır. Bundan əlavə, sübutların keyfiyyəti, o cümlədən sübutların əldə edildiyi şərait onların etibarlılığını və ya dəqiqliyini şübhə altına almır, əldə edilmiş sübutlar iş üzrə digər materiallarla təsdiq olunur. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli qərarına əsasən, hökmün təsviri-əsaslandırıcı hissəsində həmçinin təqsirləndirilən şəxsin ona verilən ittihama münasibətini öz əksini tapmalı, onun özünü müdafiə məqsədilə gətirdiyi dəlillərə qiymət verilməlidir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Məhkəmə Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, iş üzrə dindirilmiş şəxslərin ifadələrindən başqa, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, digər sənədləri də mötəbər sübut növləri kimi qəbul edir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarda Konstitusiya Məhkəməsinin Plenumu cinayət əməlinin tövsifi ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Qərarda həmçinin göstərilir ki, cinayətin tövsifi dedikdə törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından Cinayət Qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrinə görə, qabaqcadan əlbir olaraq satış məqsədilə qanunsuz olaraq narkotik vasitə və ya psixotrop maddə əldə etdikdə, saxladıqda, hazırladıqda, istehsal etdikdə, emal etdikdə, daşıdıqda, göndərdikdə, yaxud qanunsuz olaraq narkotik vasitəni və ya psixotrop maddəni satdıqda müvafiq cinayətin tərkibi yaranır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, narkotik vasitələr- BMT-nin 1961-ci il tarixli “Narkotik vasitələr haqqında” Vahid Konvensiyasında, 1971-ci il tarixli “Psixotrop maddələr haqqında” Konvensiyasında, 1988-ci il tarixli “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” Konvensiyasında, habelə Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş siyahılarda belə təsnif edilmiş sintetik və ya təbii mənşəli maddələr, onların preparatları, o cümlədən tərkibində narkotik maddələr olan bitkilər aiddir. Həmin Qanunun 1.0.8-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi dedikdə, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər, 1.0.9-cu maddəsinə əsasən, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər, 1.0.10-cu maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə, məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər, 1.0.11-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə, miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. Həmin Qanunun 21.1-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün, hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlakı həcminə əsasən müəyyən edilir. Şəxsi istehlak üçün nəzərdə tutulan narkotik vasitələrin və psixotrop maddələrin miqdarı onların təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyən edilir. Sözügedən Qanunun 21.2-ci maddəsinə əsasən, qazanc əldə etmək məqsədilə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin müəyyən edilməsi, belə şəxslərin Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarı, habelə onların külli miqdarı müəyyən edilir. Həmin Qanunun 21.3-cü maddəsinə əsasən isə şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak miqdarından artıq və külli miqdarı, habelə onların prekursorlarının və qanunsuz kultivasiya edilən tərkibində narkotik maddələr olan bitkilərin (onların hissələrinin) xeyli və külli miqdarı müvafiq qanunlarla müəyyən edilir. Məhkəmə Təqsirləndirilən şəxs şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı təqdim etdiyi narkotik vasitə olan marixuananın və psixotrop mddə olan metamfetaminin çəkisinin birdəfəlik istifadə üçün nəzərdə tutulan şəxsi istehlak miqdarından dəfələrlə çox olmasına, narkotik vasitə olan marixuananın və psixotrop maddə metamfetaminin həcminə, onun narkotik vasitələrin satışı ilə məşğul olmasına dair əməliyyat məlumatına, qabaqcadan əlbir olduğu “Əli” adlı şəxsin göstərişinə əsasən pul müqabilində müəyyən yerlərə qoyacağını Təqsirləndirilən şəxs bildirməsinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutları Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə edib, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara ayrıayrılıqda və məcmu halda qiymət verərək Təqsirləndirilən şəxs əməlinin hüquqi tövsifi məsələsini də həll etmişdir. Məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrinə düzgün tövsif edilmiş, onun həmin cinayət əməlini törətməsi və əməli törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Odur ki, məhkəmə bir daha vurğulayır ki, yuxarıda göstərilənlərə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin 2-ci hissəsində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 21.2-ci maddəsində təsbit olunmuş təqsirsizlik prezumpsiyası prinsipinə əsasən şəxsin təqsirli olmasına əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən, cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 145.3-cü maddəsinin tələbinə görə, ittihamın sübut olunmasında yaranan şübhələri başqa sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Həmin Məcəllənin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmuyu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 351.3.4-cü maddəsinə əsasən, məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 2-ci maddəsinə əsasən, həmin Məcəllənin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə əsasən, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq bir daha qeyd edir ki, Təqsirləndirilən şəxs əməlində Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayətin bütün tərkib əlamətləri vardır, həmin cinayət hadisəsi həqiqətən baş vermiş, cinayət əməli məhz onun tərəfindən törədilmişdir. Həmçinin, bu cinayətin törədilməsində o, təqsirlidir. Təqsirləndirilən şəxs cinayət əməlini qəsdən törətmişdir. Onun əməli başa çatmış cinayətdir və cinayətlərin təsnifatına görə ağır cinayət kateqoriyasına aiddir. Təqsirləndirilən şəxsin əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinməklə həmin maddənin sanksiyası həddində ədalətli şəkildə cəzalandırılmalıdır. Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrinin dispozisiyasına görə, həmin əməli törətmiş şəxs beş ildən on iki ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən, onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Təqsirləndirilən şəxs əməlində Cinayət Məcəlləsinin 59 və 61-ci maddələrinə əsasən cəzanı yüngülləşdirən və ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs şəxsiyyətini, ondan aşkar edilmiş narkotik vasitənin və psixotrop maddənin çəkisini, həmin narkotik vasitənin şəxsi istehlak miqdarından dəfələrlə çox olmasını, cəzasını yüngülləşdirən və ağırlaşdıran halın olmamasını, eləcə də işin digər hallarını nəzərə alaraq hesab edir ki, onlara Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş sanksiya həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Cinayətlərin təsnifatına görə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində göstərilən cinayət əməli həmin Məcəllənin 15-ci maddəsinə əsasən ağır cinayətlər təsnifatına daxildir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən, qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslərin cəzalarının ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Həmin Məcəllənin 158.2.1-ci maddəsinə əsasən tutulduğu və həbsdə saxlanıldığı müddət təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə daxildir. Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Ona görə də, Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməli və təyin ediləcək cəzanın əvvəli onun tutulduğu vaxtdan, yəni 07 yanvar 2024-cü il tarixdən hesablanmalıdır. İş üzrə mülki iddia yoxdur. Məhkəmə tərkibi Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 198-ci maddəsinə uyğun olaraq məhkəmə məsrəfləri ilə əlaqədar məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, ibtidai istintaq zamanı keçirilmiş məhkəmə-fiziki-kimyəvi ekspertizaları ilə əlaqədar Təqsirləndirilən şəxs 137 manat (yüz otuz yeddi) manat məbləğində pul məhkəmə məsrəfi kimi tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Cinayət-Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsinə əsasən, şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Məhkəmə hesab edir ki, hazırki məhkəmə hökmü qanuni qüvvəsini aldıqdan sonra maddi sübut kimi tanınaraq, və X14 Polis İdarəsinin maddi sübutların saxlama anbarında saxlanılan Təqsirləndirilən şəxs aşkar olunaraq götürülüb qablaşdırılmış və tədqiqata sərf edildikdən sonra qalıq təmiz çəkisi 314,95 qram psixortop maddə metamfetamin və 609,9 qram narkoik vasitə marixuana məhv edilməlidır. Şəxsi axtarış və götürmə zamanı istintaq hərəkətinin videogörüntüsünü özündə əks etdirən 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olubolmaması məsələsini həll edir. Həmin Məcəllənin 99-1.1.1-ci maddəsinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla); 99-1.1.2-ci maddəsinə əsasən isə şəxsin cinayət yolu ilə əldə etdiyi əmlak, habelə həmin əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla) məhkəmənin yekun qərarı ilə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalıdır. Bununla belə, hazırki iş üzrə qeyd edilən xarakterli, başqa sözlə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən olunmamışdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən, cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli, 2 nömrəli Qərarının 26-cı bəndində göstərilmişdir ki, məhkəmələr narkomaniya xəstəliyinə düçar olmuş təqsirli şəxslər barəsində cəza təyin edərkən onların cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi qaydada müalicə olunması məsələsini həll etməlidirlər (belə müalicənin tətbiq edilməli olub-olmaması barədə müvafiq ekspertiza rəyi alınmalıdır). Bu halda məcburi müalicənin müddəti məhkəmələr tərəfindən hökmdə göstərilməməlidir. Narkomaniyadan məcburi müalicənin belə şəxslərə zərərli təsir göstərməsi həkim rəyində qeyd olunduğu halda və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 09 fevral 2006-cı il tarixli 39 №-li qərarının 3-cü bəndində nəzərdə tutulan digər hallarda məhkəmə hökmdə Cinayət Məcəlləsinin 93.1.4-cü maddəsinin tətbiq edilməməsinin səbəblərini əsaslandırmalı, belə şəxslərin ərazi narkoloji dispanserində qeydiyyata götürülməsi təmin edilməlidir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Respublika Narkoloji Mərkəzi” X18 xx.xx.2024-cü il tarixli, 2018 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs Opiodlərin, Kannabinoidlərin və psixostimulyatorlarm birgə qəbulu nəticəsində yaranan Asılılıq Sindromu (Narkomaniya Xəstəliyi) aşkar olunur. Onun narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinsin və ona 07 (yeddi) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Həbsdə saxlandığı müddət cəza müddətinə daxil edilməklə cəzaçəkmənin başlanğıcı şübhəli şəxs qismində tutulduğu 07 yanvar 2024-cü il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində narkomaniyadan məcburi müalicə təyin edilsin. İş üzrə maddi sübut olan və X14 Polis İdarəsinin maddi sübutların saxlama anbarında saxlanılan Təqsirləndirilən şəxs aşkar olunaraq götürülüb qablaşdırılmış və tədqiqata sərf edildikdən sonra qalıq təmiz çəkisi 314,95 qram psixortop maddə metamfetamin və 609,9 qram narkoik vasitə marixuana məhv edilsin. Şəxsi axtarış və götürmə zamanı istintaq hərəkətinin videogörüntüsünü özündə əks etdirən 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Narkotik vasitənin məhv edilməsi “Azərbaycan Respublikasının Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə dövlət komissiyası” tərəfindən həyata keçirilsin. Təqsirləndirilən Təqsirləndirilən şəxs 137 manat (yüz otuz yeddi) məbləğində məhkəmə məsrəfi hesab olunan ekspertiza xərci tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Hökmdən onun elan olunduğu, həbsdə saxlanılan təqsirləndirilən şəxsə münasibətdə isə ona hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilməmişdirsə, hökm, ondan apellyasiya şikayəti və apellyasiya protesti verilməsi üçün müəyyən edilmiş müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Elmin Rüstəmov Hakimlər Faiq Qəniyev Samir Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar