Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-2078/2024 16.09.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Namazov Fərid Arif oğlunun sədrliyi, hakimlər Quliyev Əhməd Qəhrəman oğlu və Hüseynov Telman Qulaməli oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibləri X6 və X4, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi– Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxxx 1986-cı il tarixdə Ermənistan Respublikasının Zəngibasar rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, himayəsində 2 azyaşlı uşağı olan, orta təhsilli, işsiz, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Südçülük sovxozu, nömrəsiz fərdi evdə yaşamış, barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə əlaqədar Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3 və 240.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında 6 nömrəli məhkəmə iclasında saat 10:50-də açıq məhkəmədə baxaraq, m ü ə y y ə n e t d i: İttiham aktına görə, Təqsirləndirilən şəxs satış məqsədi və tamah niyyəti ilə qanunsuz olaraq külli miqdarda psixotrop maddə və narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən maddə əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə satış məqsədi və tamah niyyəti ilə qanunsuz olaraq külli miqdarda, 3,910 qram çəkidə “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”-in siyahısına daxil olan psixotrop maddə metamfetamini və narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan “Güclü təsir edən maddələrin” siyahısına daxil olan tərkibində ümumilikdə 0,05 qram tramadol təsiredici maddəsi olan 01 ədəd dərman kapsulunu əldə edib üzərində saxlamaqla Bakı şəhəri, Xətai rayonu, K.Əfkari küçəsi, “Kerba Avto” mağazasının yaxınlığına daşımış, bu barədə daxil olmuş məlumat əsasında Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs 07 may 2024-cü il tarixdə, saat 13:05-də yuxarıda qeyd edilən ünvanda saxlanılaraq Baş İdarəyə gətirilmiş və orada həmin gün saat 14:55-dən etibarən üzərində şəxsi axtarış və götürmə keçirilən zaman əynində olan tünd göy rəngli, üzəri zolaqlı şalvarın sağ yan cibindən satış məqsədi və tamah niyyəti ilə qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşıdığı 02 ədəd bükümdə ayrı-ayrılıqda çəkiləri 1,791 qram və 2,119 qram olmaqla, ümumilikdə təmiz çəkisi külli miqdarda xarici görünüş əlamətlərinə və kimyəvi komponent tərkibinə görə eyni olan 3,910 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan tərkibində ümumilikdə 0,05 qram tramadol təsiredici maddəsi olan 01 ədəd kapsul aşkar edilərək götürülmüşdür. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, o, 07 may 2024-cü il tarixdə, saat 13:00 radələrində Bakı şəhəri, Xətai rayonu, K.Əfkari küçəsində yerləşən “Kerba Avto” mağazasının yaxınlığında idarə etdiyi avtomobilin yanında olan zaman Daxili İşlər Nazirliyinin yol patrul xidmətinin əməkdaşları yaxınlaşaraq onunla söhbət etmiş, ardınca mülki geyimdə olan polis əməkdaşları yaxınlaşaraq özlərini təqdim etdikdən sonra onu Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə dəvət etmişlər. Həmin idarədə polis əməkdaşları ona əlavə bükümlər təqdim edərək videoçəkilişdə nümayiş etdirməsini tələb etmiş, o, polis əməkdaşları ilə razılaşmaq məcburiyyətində qalmış, üzərinə videoçəkilişlə baxış keçirilmiş, üzərində olan 01 ədəd “tramal” həbini, psixotrop maddə metamfetamini, həmçinin polis əməkdaşlarının verdiyi psixotrop maddə metamfetamini nümayiş etdirmişdir. Məhkəmə iclasında verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs üzərindən 01 ədəd “tramal” həbi və 01 ədəd psixotrop maddə metamfetamin aşkar olunduğunu, psixotrop maddə metamfetamindən arabir istifadə etdiyini, lakin üzərindən aşkar olunmuş psixotrop maddənin hamısının ona məxsus olmadığını, aşkar olunmuş “tramal” həbinin və psixotrop maddə metamfetaminin bir hissəsinin ona məxsus olduğunu, həmin psixotrop maddəni 10 manat qarşılığında əldə etdiyini, cinayət işinin materiallarında olan imzaların ona məxsus olduğunu, Şahid qismən doğru danışdığını bildirdi. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 327.1.3-cü maddəsinə əsasən, təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı verdiyi ifadə ilə məhkəmə iclasında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyət olduğundan, onun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilmişdir. Məhkəməyədək icraat zamanı verdiyi ifadəsində Təqsirləndirilən şəxs göstərmişdir ki, o, təxminən 5 ilə yaxındır ki, narkotik vasitə və psixotrop maddələrdən istifadə edir. Üzərindən aşkar edilmiş bir ədəd sellofan bükümdə olan “patı” kimi tanıdığı psixotrop maddə metamfetamini və “ tramal” kimi tanıdığı içərisində güclü təsir edən maddə tramadol olan kapsulu saxlanılmasından 3-4 gün əvvəl “Whatsapp” ani mesajlaşma proqramında tanış olduğu, anket məlumatlarını bilmədiyi şəxsdən 200 manata almışdır. Qeyd etdiyi maddələri almaq üçün həmin şəxsin ona dediyi kart hesabına “M10” proqramı vasitəsi ilə 200 manat köçürmüş, həmin şəxs ona “Whatsapp” ani mesajlaşma proqramında metamfetaminin və tramalın olduğu yerin ünvanını demişdir. Həmin ünvana etibarnamə əsasında idarə etdiyi “Nissan Teana” markalı **-VT-*** qeydiyyat nişanlı avtomobil ilə tək gedərək içərisində psixotrop maddə olan metamfetamin və tramal həbi olan bükümləri götürmüş, götürdüyü psixotrop maddə metamfetamin və tramal kapsulundan istifadə etməmiş, lakin istifadə etmək məqsədi ilə üzərində saxlamışdır. Üzərində psixotrop maddə metamfetamin və güclü təsir edən maddə olmasını heç kimə deməmiş, həmin maddələrin üzərində olmasından heç kimin xəbəri olmamış və həmin maddələrdən heç kimə verməmişdir. 07 may 2024-cü il tarixdə, saat 13:05-də Bakı şəhəri, Xətai rayonu, K.Əfkari küçəsində yerləşən “Kerba Avto” mağazasının yaxınlığında idarə etdiyi “Nissan Teana” markalı **-VT-*** dövlət qeydiyyat nişanlı avtomobilin yanında olan zaman ona üç nəfər mülki geyimdə olan şəxs yaxınlaşıb Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları olduqlarını bildirib ondan anket məlumatlarını soruşmuş, özünü təqdim etdikdən sonra polis əməkdaşları onun narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğunu bildirib, barəsində qəbul edilmiş “Əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında” qərarla tanış etmiş, yalan danışmağın əhəmiyyət kəsb etmədiyini başa düşüb səmimi olaraq etiraf edib bildirmişdir ki, hazırda üzərində “patı” adı ilə tanıdığı psixotrop maddə metamfetamin və “tramal” adı ilə tanıdığı həb vardır. Bundan sonra polis əməkdaşları onu Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə dəvət etmiş, etiraz etməyib polis əməkdaşlarının müşayiəti ilə həmin idarəyə gəlmişdir. Polis idarəsində hüquqlarının müdafiə edilməsi üçün müdafiəçi ilə təmin edilmiş və şübhəli şəxs qismində tutulmuşdur. Hüquq və vəzifələri izah olunmuş, üzərində video çəkilişdən istifadə edilməklə şəxsi axtarış keçirilmişdir. O, əynində olan tünd göy rəngli, üzəri zolaqlı şalvarın sol yan cibindən 01 ədəd içərisində ***-***-**-** saylı mobil nömrə olan “Samsung” markalı mobil telefonunu, həmin cibdən 01 ədəd idarə etdiyi “Nissan Teana” markalı **-VT-*** dövlət qeydiyyat nişanlı avtomobilin açarını, şalvarın arxa sağ cibindən 09 manat müxtəlif əskinaslardan ibarət pulu, 01 ədəd “Kapital Bank ASC”yə aid olan ona məxsus plastik kartı, 01 ədəd üzərində “Bakı kart” yazısı yazılmış ictimai nəqliyyatda istifadə edilən plastik kartı, həmin şalvarın sağ yan cibindən isə içərisində 02 ədəd şəffaf büküm olan 01 ədəd şəffaf sellofan bükümü və 01 ədəd ağ rəngli salfetə bükülmüş 01 ədəd dərman həbini masanın üzərinə qoymaqla təqdim etmişdir. Təqdim etdiyi 01 ədəd şəffaf bükümə keçirilən baxış zamanı həmin bükümün içərisində 02 ədəd şəffaf sellofan bükümün olduğu, həmin bükümlərin içərisində psixotrop maddə metamfetamin olması müşahidə edilmiş, bundan sonra üzərindən aşkar olunmuş içərisində psixotrop maddə metamfetaminə bənzər maddə olan 02 ədəd şəffaf sellofan büküm və 01 ədəd dərman həbi bir ədəd kağız zərfdə qablaşdırılıb möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. Üstündən aşkar edilmiş ümumilikdə 09 manat pul, 01 ədəd avtomobil açarı və 01 ədəd üzərində “Bakı kart” sözləri yazılmış ictimai nəqliyyatda istifadə olunan plastik kart iş üzrə əhəmiyyət kəsb etmədiyindən ona geri qaytarılmışdır. Təqdim etdiyi 01 ədəd “Samsung” markalı mobil telefon və 01 ədəd “Kapital Bank ASC”-nə məxsus plastik kart iş üzrə əhəmiyyət kəsb etdiyindən polis əməkdaşları tərəfindən götürülmüşdür. Şifahi sorğu zamanı üzərindən aşkar edilmiş 01 ədəd şəffaf sellofan bükümdə qablaşdırılmış 02 ədəd şəffaf sellofan bükümün içərisində olan maddənin psixotrop maddə metamfetamin olduğunu, 01 ədəd dərman həbinin isə “tramal” adı ilə tanıdığı dərman həbi olduğunu, həmin maddəni və həbi təxminən 03-04 gün əvvəl, yəni dəqiq xatırlamadığı tarixdə sosial şəbəkə vasitəsilə tanış olduğu tanımadığı şəxsə “online” qaydada 200 manat pul göndərməklə şəxsi istifadəsi üçün aldığını, əvvəllər də narkotik vasitə və psixotrop maddələrdən istifadə etdiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərdi ki, o, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməliyyat müvəkkili vəzifəsində xidmət etməklə, Təqsirləndirilən şəxs əvvəllər tanımamış, aralarında ədavət və düşmənçilik olmamışdır. 07 may 2024-cü il tarixdə Təqsirləndirilən şəxs barəsində Baş İdarəyə daxil olmuş əməliyyat məlumatı əsasında onun rəhbərliyi ilə əməliyyat qrupu yaradılmışdır. Təqsirləndirilən şəxs yeri müəyyən olunduqdan sonra Bakı şəhəri, Xətai rayonu, K.Əfkari küçəsinə getmiş, “Nissan Teana” markalı avtomobilin yanında zahiri əlamətlərinə görə Təqsirləndirilən şəxs oxşar şəxsə yaxınlaşıb özlərini təqdim etmiş və həmin şəxsdən kim olduğunu soruşduqda sonuncu şəxsiyyəti barədə məlumat vermişdir. Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olması bildirildikdən sonra onu Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə dəvət etdikdə etiraz etməyib Baş İdarəyə gəlmiş, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin inzibati binasında Təqsirləndirilən şəxs üzərinə videoçəkiliş vasitəsi ilə şəxsi axtarış və götürmə istintaq hərəkəti həyata keçirilən zaman 1 ədəd bükümdə içərisində 2 ədəd ayrıca büküm olan psixotrop maddə metamfetaminə bənzər kütlə və ağ rəngli salfetə bükülmüş 01 ədəd “Tramal” həbi aşkar edilərək götürülmüş, qablaşdırılıb ekspertizaya göndərilmişdir. Məhkəmə iclasında verilən suallara cavab olaraq Şahid saxlanılan vaxt Təqsirləndirilən şəxs tək olduğunu, Təqsirləndirilən şəxs polis əməkdaşlarına qarşı hər hansı müqavimət göstərmədiyini, Təqsirləndirilən şəxs üzərinə videoçəkiliş vasitəsilə şəxsi axtarış və baxış keçirilməsində iştirak etdiyini, Təqsirləndirilən şəxs könüllü şəkildə üzərində olan narkotik maddələri təqdim etdiyini, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və baxış keçirilən zaman sonuncunun üzərindən əlavə olaraq avtomobil açarı, mobil telefon və “Bakı kart” yazısı olan plastik kartın aşkarlandığını, Təqsirləndirilən şəxs üzərindən aşkarlananların videoçəkilişdə öz əksini tapdığını, polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs videoçəkilişdə nümayiş etdirməsi üçün əlavə kütlənin təqdim edilmədiyini, ibtidai istintaqda verdiyi ifadəni təsdiq etdiyini bildirdi. Məhkəmə iclasında məhkəməyədək icraat zamanı verdikləri ifadələri elan edilmiş şahidlər X5 və X2 da Şahid məhkəmə baxışı zamanı verdiyi ifadəsinə oxşar məzmunda ifadə vermişlər. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxs və şahidin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspert rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş: xx.xx.2024-cü il tarixli raportdan görünür ki, etimad doğuran, məlum, qərəzsiz mənbədən daxil olmuş məlumatda Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olması, satış məqsədi ilə külli miqdarda narkotik vasitə və psixotrop maddələr əldə edərək saxlaması və daşıması bildirilmişdir.(Cild 1, iş vərəqə 4) xx.xx.2024-cü il tarixli “Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin 7179/2024 nömrəli əmr və qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində daxil olmuş əməliyyat məlumatının yoxlanılması məqsədilə həmin idarənin əməliyyat müvəkkillərindən ibarət əməliyyat qrupu yaradılmışdır. (Cild 1, iş vərəqə 5-8) xx.xx.2024-cü il tarixli raportdan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 13:05-də Bakı şəhəri, Xətai rayonu, K.Əfkari küçəsində yerləşən “Kerba Avto” mağazasının yaxınlığında idarə etdiyi “Nissan Teana” markalı, **-VT-*** dövlət qeydiyyat nişanlı avtomobilin yanına olarkən saxlanılmışdır. (Cild 1, iş vərəqə 9) xx.xx.2024-cü il tarixli “Şübhəli şəxsin tutulması haqqında” qərar və protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə şübhəli şəxs qismində tutulmuşdur. (Cild 1, iş vərəqə 17-18) xx.xx.2024-cü il tarixli “Şəxsi axtarış və götürmə aparılması haqqında” qərar və protokoldan görünür ki, müvafiq istintaq hərəkəti zamanı Təqsirləndirilən şəxs əynində olan tünd göy rəngli, üzəri zolaqlı şalvarın sol yan cibindən içərisində ***-***-**-** saylı mobil nömrə olan 01 ədəd “Samsung” markalı mobil telefonu, 01 ədəd idarə etdiyi avtomobil açarını, həmin şalvarın arxa sağ cibindən müxtəlif əskinaslardan ibarət pulu, 01 ədəd “Kapital Bank ASC”nə aid olan özünə məxsus plastik kartı, 01 ədəd üzərində “Bakı kart” yazısı yazılmış ictimai nəqliyyatda istifadə edilən plastik kartı, həmin şalvarın sağ yan cibindən isə 01 ədəd şəffaf sellofan bükümü və 01 ədəd ağ rəngli salfetə bükülmüş 01 ədəd dərman həbini masanın üzərinə qoymaqla təqdim etmişdir. Təqdim edilmiş 01 ədəd şəffaf bükümə baxış zamanı içərisində 02 ədəd şəffaf sellofan bükümün olduğunu, həmin bükümlərin içərisində ağ rəngli, krsital forması, xüsusi spesifik iyə malik olmayan psixotrop maddə metamfetaminə oxşar maddənin olması, ağ rəngli salfetə bükülmüş 01 ədəd dərman həbinə baxış zamanı isə həmin həbin ağ-tünd göy rənglərdən ibarət kapsuldan ibarət üzərində heç bir yazısı olmayan həb olduğu müəyyən olunmuşdur. Aşkarlanmış içərisində psixotrop maddə metamfetaminə oxşar maddə olan 02 ədəd şəffaf sellofan büküm və 01 ədəd dərman həbi bir ədəd kağız zərfdə qablaşdırılıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “Zərflər üçün” 6 saylı möhürü ilə möhürlənərək götürülmüş, Təqsirləndirilən şəxs üstündən aşkar edilmiş pul, 01 ədəd avtomobil açarı və 01 ədəd üzərində “Bakı kart” sözləri yazılmış ictimai nəqliyyatda istifadə olunan plastik kart iş üzrə əhəmiyyət kəsb etmədiyindən onun özünə geri qaytarılmış, Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd “Samsung” markalı mobil telefon və 01 ədəd "xxxx" ASC-yə məxsus plastik kart iş üzrə əhəmiyyət kəsb etdiyindən götürülmüşdür. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs üstündən aşkar edilmiş 01 ədəd şəffaf sellofan bükümdə qablaşdırılmış 02 ədəd şəffaf sellofan bükümün içərisində olan psixotrop maddə metamfetaminə oxşar maddəni və 01 ədəd dərman həbini təxminən 3-4 gün əvvəl sosial şəbəkə vasitəsilə tanış olduğu tanımadığı şəxsə “online” qaydada 200 manat pul göndərməklə şəxsi istifadəsi üçün əldə etdiyini bildirmişdir.(Cild 1, iş vərəqə 25-29) Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli, 3-16-16/2-6/2547 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün №6” dairəvi möhür əksi olan, “Təqsirləndirilən şəxs üzərindən...” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdə olan iki ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 1,791 qram, 2,119 qram, ümumi təmiz çəkisi 3,910 qram olan ağ rəngli kristallik formada maddələr xarici görünüş əlamətlərinə və kimyəvi komponent tərkibinə görə eyni olub, kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir. Bir ədəd sellofan paketdə 1 ədəd kapsulda tramadolun təsir maddəsinin miqdarı 0,05 qram təşkil edir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələri”-in siyahısına (Siyah İ) daxildir. Tramadol hidroxlorid 18 mart 2016-cı il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Güclü təsir edən maddələrin və onların külli miqdarının siyahısına” (1 nömrəli əlavə) daxildir. Qeyd: Metamfetaminin ümumi təmiz çəkisi 3,910 qram olmuş, 0,1 qram tədqiqata sərf edildikdən sonra 3,810 qram qalıq qalmışdır. Tramadol kapsullarının sayı 01 ədəd olmuş, 1/2 hissə tədqiqata sərf edildikdən sonra 1/2 hissə qalıq qalmışdır. (Cild 1, iş vərəqə 46-50) xx.xx.2024-cü il tarixli “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Azərabaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3 və 240.1-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. (Cild 1, iş vərəqə 67-68) Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(005)-623/2024 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmaqla, 04 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. (Cild 1, iş vərəqə 110-114) xx.xx.2024-cü il tarixli “Maddi sübut hesab edilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş qalıq çəkisi 3,810 qram olan psixotrop maddə metamfetamin və tərkibində təsiredici maddə tramadol olan ½ hissə kapsul maddi sübut hesab edilməklə saxlanılması üçün Baş Mütəşəkkil Cİnayətkarlıqla Mübarizə İdarəsinə təhvil verilmişdir. (Cild 1, iş vərəqə 117-118) Azərbaycan Respubikasının Səhiyyə Nazirliyinin “Respublika Psixiatriya Xəstəxanası” X8 xx.xx.2024-cü il tarixli, 6838 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs arxiv məlumatına görə “Respublika Psixiatriya Xəstəxanası” X9 müalicədə olmamışdır. (Cild 1, iş vərəqə 144) Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, “Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” 07 may 2024-cü il tarixli qərar qanuni hesab edilmişdir. (Cild 1, iş vərəqə 128) Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2024-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 il 11 ay 28 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarına əsasən xx.xx.2021-ci il tarixli hökm dəyişdirilərək 01 il 11 ay 26 gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılmış, Azərbaycan Respublikasının Milli Məclisinin xx.xx.2021-ci il tarixli Amnistiya Qərarının 2, 9.2, 9.3-cü bəndləri tətbiq edilməklə cəzası 01 il azaldılaraq qəti 11 ay 26 gün azadlığın məhdudlaşdırılması saxlanılmışdır. xx.xx.2023-cü il tarixdə təyin olunmuş cəza müddəti başa çatmışdır. Təqsirləndirilən şəxs hazırda məhkumluğu yoxdur. (Cild 1, iş vərəqə 145- 146) xx.xx.2024-cü il tarixli “Telefon zəngləri üzrə aparılmış danışıqlar barədə məlumatlara baxış keçirilməsi haqqında” protokoldan görünür ki, baxış zamanı Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrədən ***-***-**-** saylı mobil nömrəyə xx.xx.2023-cü ildə “Brat sen pulu vurda be ilkin getdi goturmeye pulu sen vurda” məzmununda, ***-***-**-** saylı mobil nömrəyə xx.xx.2023-cü ildə “Zeng vura bilmirem biyagki dediyvi soruwursan hara qoymuwam pulu at yerini deyim get goture”, “Qaqa biyaq hardan goturdun 3deneni ordadi dawin altinda” məzmununda, ***-***-**-** saylı mobil nömrəyə xx.xx.2023-cü ildə “Nese zaryatkam yoxdu sondu Namiqi tapsan 50manat vermiwdi. Oda 50 manatdan cemisi 5 denesini veribdir qalani ondadi tapsan 50min qaliginin yerinede gotur ozun ucun” məzmununda, ***-***-**-** saylı mobil nömrəyə xx.xx.2023-cü ildə “Birdenesinide wlabanin boyrunen yuxari kecende duz wlabamin aparatinin arga terefine yeni goresen iki daw qirintisi var onun arasinda 1 dene” məzmununda, ***-***-**-** saylı mobil nömrəyə xx.xx.2023-cü ildə “Qaqa dermanim yoxdur obirinende bir balaca dawim var onuda vere bilmerem seher tezden vacib lazimdir” məzmununda, ***-***-**-** saylı mobil nömrəyə xx.xx.2023-cü ildə “Qaqa bawuva donum daniwa bilmirem evde corey yiyirdik. Allahimiza and olsunki heleki hecneyim yoxdur coxdandir 10 Romada yoxdur diyene qalmiwam pis gunde colerde agdariram tapsam goturecem senede xeber ederem” məzmununda, ***-***-**-** saylı mobil nömrəyə xx.xx.2023-cü ildə “Salam gaga evdeyem daniwa bilmirem gor ne deyirem duz varsa ortadaki witin icine 0.50 qoyatdun men sene pulunu saat 20:00 qeder vuraramda 40 manati alinar” məzmununda, ***-***-**-** saylı mobil nömrəyə xx.xx.2023-cü ildə “Qardawim bu gec olacag sora gelmiyecek qadasi isdiyirsense bit balaca tez atardun mende buna gonderim ki goturub gele bilsin” məzmununda, ***-***- **-** saylı mobil nömrəyə xx.xx.2024-cü ildə “Qaqa uwaqlarda o qeder duzelmedi 30 duzelibdir gelmeyede mawin təpilmir qalsin.ozume lazim olsa xeberleweriy Maci uzurlu say” məzmununda, Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə ***-***-**-** saylı mobil nömrədən xx.xx.2023-cü ildə “Ureyim Kartini wpda at mene 40 azn vuracam 5 dene qoy başina fonerem”, “ And ola Allaha 2-3 nefer pay getireceydi olar gelib cxmayiblar Men sabah senin kartina 30 aznda vuracam Ureyim”, “Vururam Ureyim 40 vururam Ama Başina donum Ne qoya bilirsen qoy Pulun qalanin sabah X14” məzmununda, ***-***-**-** saylı mobil nömrədən xx.xx.2023-cü ildə “Qaqa meni gormemiw gedmede. Smendeydim 2 oyax olmuwam Veziyet boom”, “He qaqa 4 dene. Vesiyet yaxsidi. 2 seyide 1 asif 1 men” məzmununda, ***-***-**-** saylı mobil nömrədən xx.xx.2023-cü ildə “Salam brat oyaqsan mene yazda bidene qadan alim meyve lazmdi nese var oralarda pulu atim karta gedm goturum”, “Brat dunenko yerde hecne yoxdu zibil yesiynin bu biri hissesinde 1 dene var onu”, “Pul gozlurem. Gorum eyer alinsa ata bilsem pul nese elemek olar?”, “Alinar brat 10 luq atsam ?” məzmununda, ***-***-**-** saylı mobil nömrədən xx.xx.2023-cü ildə “Goturduy 2 dene 30 manat atdig 10 manatdan borcdan cix” məzmununda, ***-***-**-** saylı mobil nömrədən xx.xx.2023-cü ildə “Cox vuracam İmnna dunenkinnen ayirda 5 dene”, “50 indi Vururam Ureyim 30 da negd ozune verecem 8-9 dene ne bacarirsan” məzmununda, ***-***-**-** saylı mobil nömrədən xx.xx.2023-cü ildə “Ureyim 5 dene emi Hazirlada elinde ayri cibine qoy”, xx.xx.2023-cü ildə “Ureyim Maraglan mene dide gor listi neciye verir 60-70 azna alinirsa Cox goturey seninde hormetin ayri olacag ozume mayasina goturey qaqaşa 80-90 nan deyerem her listden 20-30 azn sene catsin”, xx.xx.2023-cü ildə “Ureyim gelim heleliy 4 deneni goturum gece 12 ye islemisde geleremde ya sabah gelerem”, xx.xx.2023-cü ildə “Ureyim 100 manatdiq hazir ele Qurban sene 1-2 basda dobru qoy Qramnan”, xx.xx.2023-cü ildə “Ureyim 20 ozum Atdim 40 Da ozderi X12 Samaxidayam 1 saata kimi Vuracaglar narahat olma Mene arxayin Ol”, xx.xx.2023-cü ildə “Ureyim 80 i negd atiram 20 de ozune verirem Moykanin Yanindayiq”, “77 vurdum 23 de ozune verirem”, “11 dene ele dassagini yesinler” məzmununda, ***-***-**-** saylı mobil nömrədən xx.xx.2023-cü ildə “dunen tuxta seyi verirsen mene amcix saat 3 den sabunçudayam evdekilere demisem zeng vurub emi oğluya xais minetnen cmahati isin hel elemisem nedi nedi ki sen sikilmisin sehide olub mene lazim idi 75 manatimda ortaliqda getdi evenen bazarliqdayM harda durursan dur gelende söhbet edecem” məzmununda, ***-***-**-** saylı mobil nömrədən xx.xx.2023-cü ildə “20, manat verim 3 dene otur imkan varsa qardashlig elede” məzmununda, ***-***-**-** saylı mobil nömrədən xx.xx.2023-cü ildə “Abi gelirem men ozunun dawin dermanin neyjn var men olum axwam iwim var getmeliyem mene az maz gore biler?” məzmununda sms məntlərinin yazılması müəyyən olunmuşdur. (Cild 1, iş vərəqə 151-153) xx.xx.2024-cü il tarixli “Mobil telefona baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs götürülmüş “Samsung” markalı mobil telefona baxış keçirilən zaman “Whatsapp” ani mesajlaşma mübadilə sistemi bölməsində “Rəşat məhlə” adı altında qeydə alınmış +**********70 saylı mobil nömrə istifadəçisindən Təqsirləndirilən şəxs 04 may 2024-cü ildə “Bir list gotursey nevaxt verebilersen”, “Namiq gelsin goturum ki deyim gel goturesende”, “Gör nə deyirəm sən götürüb özündə saxlaya bilərsən? Sabah şəhərə fırlanmıyassan? Axot yoxdu o tərəflərə gəlim. Yuxuda tutub məni”, “Hə Orxan denən bir list. Gör imkan olsa görüşərik lap. Özün hardasan belə. Antalyadasan? Heç nə maqazinə girirəm. Paraşok alacam bir dənə. Sən mənə xəbər elə. Maşınlasan yoxsa piyada? Çoxdandı eləmirik deyirəm Qurbanı sirkəliyəsən bəlkə bir o manat mən qoyum beş-beş atışa bilərsiz siz. iyirmilik bəlkə partdadandan götürək çoxdandı şeyləmirik nə qədər vaxtı istiyirsizsə. Nə fikiriləşirsiz.”, “Heçnə qaqa danışaram. Prosta bilmirəm o burdadı. Ola bilsin Zabratdadı. Zabratda olsa uzun dərədi.”, “Sən daniş bir hə, yox desin. Buda elə bil deputatdır. Qaqaş mənə zəng eləmişdi. Mənə bir hə, yox deyin bir dəfəlik götürmək istəyirəm.”, “Mən indi evdəyəm Xətaidə. Sən hardasan. Maşınlasansa gəl bura hazırlaşım çıxaq gedək.” məzmununda, Təqsirləndirilən şəxs isə +**********70 mobil nömrə istifadəçisinə “Qaa mən bu deqe capayevdeyem”, “Gelecem wehere goturerem sagliyaram İndi deyim 1list getirsin Tez denen tez deyimde ona”, “Qaqa sen bu oğlanan daniwa bilersen eliynen 20liy Goturey ikimize 10 men 10da sen mende namikle goruwub gelim senin iwive.”, “Sen tez daniwda Namiqde isdiyirdi.”, “Bu deyir ki, mənə lazım olmalıdı. Özündə alındı. Onda alınıb istəmir qalsın. Bizim özümüz üçün 20lik götürdə qaqa. Eləbil 10 mənlik, 10 sənlik.” məzmununda yazışmaların aparılması müəyyən edilmişdir. (Cild 1, iş vərəqə 154-159) Azərbaycan Respubikasının Səhiyyə Nazirliyinin “Respublika Narkoloji Mərkəzi” X8 Ambulator məcburi-narkoloji tibbi yoxlaması üzrə xx.xx.2024-cü il tarixli, 3484 nömrəli ekspert rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs kannabinoidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyac vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (Cild 1, iş vərəqə 160-161) Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X3” X8 xx.xx.2024-cü il tarixli, 253/MEŞ nömrəli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs məhkəmə-tibbi müayinəsi zamanı bədən səthində xəsarət aşkar edilməmişdir. (Cild 1, iş vərəqə 162-164) xx.xx.2024-cü il tarixli “Sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, təqsirləndirilən şəxs və şahidlərin ifadələri, istintaq hərəkətlərinin protokolları, ekspert rəyləri və digər zəruri sənədlər iş üzrə əhəmiyyət kəsb etdiyi üçün sübut qismində qiymətləndirilmiş, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 01 ədəd “Samsung” markalı mobil telefon, qalıq çəkisi 3,810 qram psixotrop maddə metamfetamin və tərkibində təsir edici maddə tramadol olan 1/2 hissə kapsul maddi sübut qismində tanınmaqla saxlanması üçün Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutların saxlanc yerinə təhvil verilmiş, şəxsi axtarış və götürmə keçirilən zaman aparılmış videogörüntünü özündə əks etdirən 01 ədəd DVD disk və Bakcell” MMC-dən daxil olmuş 01 ədəd CD disk sübut qismində tanınmaqla cinayət işinin materiallarına əlavə edilməsi qərara alınmışdır. (Cild 1, iş vərəqə 174-191) xx.xx.2024-cü il tarixli “Təqsirləndirilən şəxsə yenidən ittihamın elan edilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Azərabaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3 və 240.1-ci maddələri ilə yenidən təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. (Cild 1, iş vərəqə 197-198) “AZEMİS” elektron məhkəmə informasiya sistemindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2012-ci il və xx.xx.2013-cü il təvəllüdlü olmaqla, himayəsində 2 azyaşlı uşağı vardır. Əməlin tövsifi və hüquqi məsələlər: Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən, hər kəs ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Avropa İnsan Hüquqları Məhkəməsinin formalaşdırdığı mövqeyə görə, 6-cı maddə ədalətli məhkəmə araşdırması hüqucunu təmin etsə də, sübutların qəbul edilməsinin mümkünlüyünə dair hər hansı qaydaları təsbit etmir, bu, ilk növbədə milli qanunvericiliklə tənzimlənməli olan məsələdir Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən yerli qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən, Avropa məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilmərnəsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla, bütövlükdə prosesin ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. “Ədalətli məhkəmə araşdırması hüququ” kontekstində araşdırılmalı olan məsələ sübutların əldə edilməsi üsulu da daxil olmaqla bütövlükdə məhkəmə prosesinin ədalətli olub-olmamasından ibarətdir, bu da özlüyündə sübutların “qanunsuz yolla əldə edilibedilməməsinin, Konvensiyada nəzərdə tutulmuş digər hüquqların pozulubpozulmamasının, pozuntu olduğu təqdirdə, onun xarakterinin müəyyən edilməsinə xidmət edir. Məhkəmə qeyd edir ki, bütün məhkəmə iclaslarında müdafiə tərəfinin hüquqlarına hörmət edilmiş, təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların, o cümlədən maddi sübutların tədqiqində şəxsən iştirak etmiş, ona sübutların etibarlılığına və onlardan istifadəyə etiraz etmək imkanları təqdim olunmuş, əleyhinə ifadə vermiş şahidə bilavasitə və müdafiəçi vasitəsi ilə suallar verilmiş, öz alibisini sübut etmək üçün ona şərait yaradılmışdır. Bundan əlavə, sübutların keyfiyyəti, o cümlədən sübutların əldə edildiyi şərait onların etibarlılığını və ya dəqiqliyini şübhə altına almır, əldə edilmiş sübutlar iş üzrə digər materiallarla təsdiq olunur. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli qərarına əsasən, hökmün təsviri-əsaslandırıcı hissəsində həmçinin təqsirləndirilən şəxsin ona verilən ittihama münasibəti öz əksini tapmalı, onun özünü müdafiə məqsədilə gətirdiyi dəlillərə qiymət verilməlidir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Məhkəmə təqsirləndirilən şəxsin özünü müdafiə məqsədilə gətirdiyi dəlilləri araşdırmış, müdafiə tərəfi ittihamı mübahisələndirdiyi hissələrdəki mövqeyini ibtidai istintaq orqanının qərəzi ilə əlaqələndirmişdir. Belə ki, Təqsirləndirilən şəxs məhkəməyə verdiyi ifadəsində üzərində psixotrop maddə metamfetamin və həb olduğunu təsdiqləsə də, polis əməkdaşlarının ona əlavə kütlədə psixotrop maddə metamfetamini təqdim etdiyini, o da məcbur qalıb şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı həqiqətdə üzərində olan və ona təqdim edilmiş psixotrop maddə metamfetamin və həbi videoçəkiliş aparılarkən nümayiş etdirdiyini söyləmiş, lakin Şahid məhkəməyə verdiyi ifadəsində Təqsirləndirilən şəxs tutulmazdan əvvəl və ya sonra heç bir fiziki və ya psixi zorakılıq edilmədiyini, Təqsirləndirilən şəxs videoçəkilişdə nümayiş etdirməsi üçün əlavə kütlənin təqdim edilmədiyini, könüllü şəkildə üzərindən aşkar edilmiş psixotrop maddə metamfetamin və tramadol həbi təqdim etdiyini bildirmişdir. Cinayət işinin materiallarının 1-ci cildinin 9-cu vərəqində olan raportdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 13:05-də saxlanılmışdır. Elşən İsmayılov saxlanıldığı yeri mübahisələndirmir. Bu, məhkəmə üçün mübahisəsiz haldır. Cinayət işinin materiallarının 1-ci cildinin 26-28-ci vərəqlərində olan “Şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan, habelə məhkəmə istintaqı zamanı həmin protokola əlavə edilmiş diskə baxışdan müəyyən edilir ki, şəxsi axtarış və götürmə istintaq hərəkəti Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin inzibati binasında aparılmışdır. Həmin vaxt Təqsirləndirilən şəxs könüllü olaraq əynindəki şalvarın sağ yan cibindən içərisində 02 ədəd şəffaf sellofan büküm olan 01 ədəd şəffaf sellofan bükümü və 01 ədəd ağ rəngli salfetə bükülmüş 01 ədəd dərman həbini təqdim etmiş, aşkarlananlar kağız zərfdə qablaşdırılıb möhürlənmişdir. Videogörüntüdə əks olunanlar tam olaraq əvvəldən sonadək aydın şəkildə müşahidə edilir. Həmçinin, məhkəmə baxışı zamanı həmin videoyazının tədqiqindən də görünür ki, videogörüntüdə kəsinti olmamış, ardıcıl olaraq, fasiləsiz videoçəkiliş aparılmışdır. Həmin protokollardan görünür ki, zərf “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “Zərflər üçün” 6 saylı möhürü ilə möhürlənmiş, Təqsirləndirilən şəxs və digərləri tərəfindən hər hansı etirazın olması ilə bağlı protokola qeyd edilməmiş, heç bir şikayət və ya vəsatətin daxil olmadığı ilə bağlı qeyd də əlavə olunmuşdur. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 3-16-16/2-6/2547 nömrəli ekspert rəyinin təsviri hissəsində tədqiqata təqdim olunmuş AR DİN “Zərflər üçün №6” möhür əksi və “Təqsirləndirilən şəxs üzərindən...” və s. yazılar, imzalar olan bir ədəd zərfin tamlığının pozulması ilə bağlı hər hansı qeyd aparılmamış, təqdim olunanlar əsasında keçirilmiş ekspertizanın nəticəsində 2 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 1,791 qram və 2,119 qram olmaqla, ümumi təmiz çəkisi 3,910 qram olan ağ rəngli, kristalşəkilli kütlələr kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetaminin və 01 ədəd sellofan paketdə 1 ədəd kapsulda tramadolun təsir maddəsinin miqdarı 0,05 qram olması müəyyən edilmişdir. Həmçinin, təqsirləndirilən şəxs şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı üzərində olan və polis əməkdaşlarının təqdim etdiyi psixotrop maddə metamfetamini nümayiş etdirdiyini desə də, müvafiq ekspert rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş 2 ədəd bükümdə psixotrop maddə metamfetamin xarici görünüş əlamətlərinə və kimyəvi komponent tərkibinə görə eyni olmuşlar. Göründüyü kimi, Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsində göstərdiyi həmin xüsusatlar öz təsdiqi tapmamış, digər sübutlarla tam şəkildə təkzib edilmişdir. Məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq və məhkəmə istintaqında başqa məzmunda ifadə verməklə cinayət məsuliyyətindən və cəzadan yaxa qurtarmaq, bu alınmadıqda isə məsuliyyətini yüngülləşdirmək məqsədi güdmüşdür. Beləliklə, məhkəmə cinayət prosesinin çəkişmə xarakterinin təmin olunduğu məhkəmə baxışı və təqsirləndirilən şəxsin bilavasitə dinlənilməsi məhkəməyə onun verdiyi məlumatlar üzrə qənaətə gəlmək üçün daha yaxşı imkan yaradaraq, sübutetmə predmetinə aid olan məsələyə dair nəticəyə gələrkən, Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı verdiyi xx.xx.2024-cü il tarixli ifadəsini əsas götürür. Məhkəmə baxışı zamanı təqsirsizlik prezumpsiyası rəhbər tutulmuş, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihama baxılmış və bu prosessual qaydalara riayət edilməklə nəticələr əldə edilmiş, o cümlədən məhkəmənin qənaəti məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanmış, təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilinməyən şübhələr onun xeyrinə şərh ediləcəyi vəziyyətdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gəlinmişdir. Məhkəmə Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, iş üzrə dindirilmiş şəxslərin ifadələrindən başqa, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, digər sənədləri də mötəbər sübut növləri kimi qəbul edir. Bundan başqa, məhkəmə qeyd edir ki, ibtidai araşdırma dövründə təqsirləndirilən şəxsin müdafiə hüquqları qorunmuş, cinayət-prosessual qanunvericiliyinə əsasən müdafiəçinin zəruri iştirakı nəzərdə tutulmuş bütün istintaq hərəkətlərində müdafiəçisi iştirak etmişdir. İstintaq hərəkəti protokolları və ona əlavələr qanunvericiliyə uyğun tərtib edilmişdir. Hər hansı sübutun yol verilməz kimi çıxarılmasına əsas yoxdur. Sübutlar yolveriləndir. Beləliklə, məhkəmə baxışı zamanı ibtidai istintaq dövründə toplanmış sübutların mötəbərliliyinə xələl gətirən hər hansı hal müəyyən edilmədiyindən, cinayət işi üzrə mövcud olan məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadığına görə məhkəmə təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı verdiyi xx.xx.2024-cü il ifadəsini, Şahid həm ibtidai istintaq, həm də məhkəmə baxışı zamanı verdiyi ifadəsini, şahidlər X5 və X1 məhkəməyədək icraat zamanı verdikləri ifadələrini, ekspert rəylərini, istintaq hərəkəti protokolları və ona əlavələri, işdə olan digər sənədləri sübut kimi qəbul edir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3 və 240.1-ci maddələri ilə, satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda psixotrop maddəni, eləcə də narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən maddələri əldə edib daşıyaraq üzərində saxlamaqla ittiham irəli sürülmüşdür. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən psixotrop maddələr- BMT-nin 1971-ci il tarixli “Psixotrop maddələr haqqında” Konvensiyasında, 1988-ci il tarixli “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” Konvensiyasında, habelə Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş siyahılarda belə təsnif edilmiş sintetik və ya təbii mənşəli maddələr, onların preparatlarıdır. Həmin Qanunun 1.0.8-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi dedikdə, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər, 1.0.9-cu maddəsinə əsasən, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər, 1.0.10-cu maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə, məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər, 1.0.11-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə, miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. Həmin Qanunun 21.1-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün, hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlakı həcminə əsasən müəyyən edilir. Şəxsi istehlak üçün nəzərdə tutulan narkotik vasitələrin və psixotrop maddələrin miqdarı onların təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyən edilir. Sözügedən Qanunun 21.2-ci maddəsinə əsasən, qazanc əldə etmək məqsədilə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin müəyyən edilməsi, belə şəxslərin Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarı, habelə onların külli miqdarı müəyyən edilir. Həmin Qanunun 21.3-cü maddəsinə əsasən isə şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak miqdarından artıq və külli miqdarı, habelə onların prekursorlarının və qanunsuz kultivasiya edilən tərkibində narkotik maddələr olan bitkilərin (onların hissələrinin) xeyli və külli miqdarı müvafiq qanunlarla müəyyən edilir. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında” xx.xx.2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə” Siyahıların 2-ci Siyahısının 118-ci bəndinə əsasən, psixotrop maddə metamfetamin təmiz halda 0,15 qramdan artıq çəkidə olduqda şəxsi istehlak miqdarından artıq, 2 (iki) qramdan artıq çəkidə olduqda külli miqdar təşkil edir. “Güclü təsir edən maddələr və onların külli və xüsusilə külli miqdarlarının, habelə zəhərli maddələrin siyahılarının təsdiq edilməsi haqqında” xx.xx.2016-cı il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Güclü təsir edən maddələr və onların külli və xüsusilə külli miqdarlarının” Siyahısının 79-cu bəndinə əsasən, tramadol hidroxlorid 6 (altı) qramdan artıq çəkidə olduqda külli miqdar təşkil edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2024-cü il tarixli qərarına əsasən, narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri qanunsuz olaraq əldə etmə, təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama, narkotik vasitənin, psixotrop maddənin və prekursorların şəxsin özündə nəqliyyat vasitələri ilə və ya belə vasitələrdən istifadə etməməklə yerinin dəyişdirilməsi daşınma kimi qiymətləndirilməlidir. Həmin Plenum qərarına görə, şəxsi maraq dedikdə, şəxsin özünün və ya yaxınlarının maddi xarakterli müəyyən öhdəliklərdən azad olunmasına nail olunması, yaxud qeyriəmlak xarakterli mənfəət əldə etmə başa düşülür. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2 və 234.3-cü maddələrində nəzərdə tutulan əməllərin külli miqdarda törədilib-törədilməməsi məsələsi “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Qanunu ilə müvafiq miqdarları özündə əks etdirən siyahılara uyğun (İ və İİ siyahılar) olaraq həll olunmalıdır. Bir neçə növ narkotik vasitənin və ya psixotrop maddənin satış məqsədi ilə əldə edilməsi, saxlanılması, hazırlanması, istehsal edilməsi, emal edilməsi, daşınması və göndərilməsi müəyyən edildikdə, külli miqdar tövsifedici əlamətin olub-olmaması məsələsi həll edilərkən hər bir növ narkotik vasitənin miqdarı əsas götürülməli, hər hansı bir növ narkotikin miqdarı yuxarıda qeyd edilən siyahılarda külli miqdar kimi göstərilmiş miqdarı təşkil etdikdə əməl Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif edilməli, aşkar olunmuş narkotiklərin bir növünün külli miqdar, digərinin isə külli miqdar təşkil etmədiyi hallarda əməl cinayətlərin məcmusu qaydasında Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2 və 234.4.3-cü maddələri ilə deyil, yalnız Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif edilməlidir. Cinayət Məcəlləsinin 240-cı maddəsində nəzərdə tutulmuş güclü təsir edən və ya zəhərli maddələrin satış məqsədi ilə qanunsuz dövriyyəsi üzrə cinayətlərin tərkibinin olubolmaması müəyyən edilərkən nəzərə alınmalıdır ki, həmin Məcəllənin 240.1-ci maddəsində və ya 240.1-1-ci maddəsində təsbit edilən müvafiq olaraq narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən maddələri və narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan zəhərli maddələri qanunsuz hazırlama, emal etmə, əldə etmə, saxlama, daşıma, göndərməyə görə cinayət məsuliyyəti yalnız həmin əməllər satış məqsədi ilə törədildikdə və ya şəxs həmin maddələri, yaxud onları hazırlamaq, emal etmək üçün avadanlığı qanunsuz satdıqda yaranır. Odur ki, qeyd olunan cinayətlərə dair işlərə baxılarkən, sübutetmə predmetini təşkil edən digər məsələlərlə yanaşı, maddələrin güclü təsir edən və ya zəhərli maddələrə aid edilib-edilməməsi, şəxsdə bu maddələri satmaq məqsədinin olub-olmaması, avadanlığın belə maddələr hazırlamaq, emal etmək üçün nəzərdə tutulub-tutulmaması araşdırılmalıdır. Maddələrin güclü təsir edən və ya zəhərli maddələrə aid olması barədə nəticə müvafiq ekspert rəyinə əsaslanmalıdır. Nəzərə alınmalıdır ki, “Güclü təsir edən maddələr və onların külli və xüsusilə külli miqdarlarının Siyahısı” və “Zəhərli maddələrin siyahısı” 2016-cı il 18 mart tarixli 180-VQ nömrəli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmişdir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə şəxsi axtarış və götürmə keçirilən zaman ümumi təmiz çəkisi 3,910 qram çəkidə külli miqdarda psixotrop maddə metamfetamin və təsir maddəsinin miqdarı 0,05 qram təşkil edən 1 ədəd kapsul aşkarlanmışdır. Göründüyü kimi, Təqsirləndirilən şəxs üzərində aşkarlanmış narkotik tərkibli maddələrdən, psixotrop maddə metamfetaminin təmiz çəkisi şəxsi istehlak üçün nəzərdə tutulduğundan 26,06 dəfə çoxdur, “Tramadol” maddəsinin isə çəkisi 0,05 qram qədərdir. Habelə, Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsində “Qaqa dermanim yoxdur obirinende bir balaca dawim var onuda vere bilmerem seher tezden vacib lazimdir” məzmununda, “Salam gaga evdeyem daniwa bilmirem gor ne deyirem duz varsa ortadaki witin icine 0.50 qoyatdun men sene pulunu saat 20:00 qeder vuraramda 40 manati alinar” məzmununda, “Ureyim Kartini wpda at mene 40 azn vuracam 5 dene qoy başina fonerem”, “He qaqa 4 dene. Vesiyet yaxsidi. 2 seyide 1 asif 1 men” məzmununda, “Salam brat oyaqsan mene yazda bidene qadan alim meyve lazmdi nese var oralarda pulu atim karta gedm goturum” məzmununda, “Brat dunenko yerde hecne yoxdu zibil yesiynin bu biri hissesinde 1 dene var onu” məzmununda, “Goturduy 2 dene 30 manat atdig 10 manatdan borcdan cix” məzmununda, “Cox vuracam İmnna dunenkinnen ayirda 5 dene” məzmununda, “50 indi Vururam Ureyim 30 da negd ozune verecem 8-9 dene ne bacarirsan” məzmununda, “Ureyim 5 dene emi Hazirlada elinde ayri cibine qoy” məzmununda, “Ureyim Maraglan mene dide gor listi neciye verir 60-70 azna alinirsa Cox goturey seninde hormetin ayri olacag ozume mayasina goturey qaqaşa 80-90 nan deyerem her listden 20-30 azn sene catsin” məzmununda, “Ureyim gelim heleliy 4 deneni goturum gece 12 ye islemisde geleremde ya sabah gelerem” məzmununda, “Ureyim 100 manatdiq hazir ele Qurban sene 1-2 basda dobru qoy Qramnan” məzmununda, “11 dene ele dassagini yesinler” məzmununda, “dunen tuxta seyi verirsen mene amcix saat 3 den sabunçudayam evdekilere demisem zeng vurub emi oğluya xais minetnen cmahati isin hel elemisem nedi ki sen sikilmisin sehide olub mene lazim idi 75 manatimda ortaliqda getdi evenen bazarliqdayM harda durursan dur gelende söhbet edecem” məzmununda, “20, manat verim 3 dene otur imkan varsa qardashlig elede” məzmununda, “Abi gelirem men ozunun dawin dermanin neyjn var men olum axwam iwim var getmeliyem mene az maz gore biler?” məzmununda və oxşar məzmunda yazışmaların olduğu müəyyən edilmişdir. Həmin sms mətnlərinin məzmunundan da görünür ki, Təqsirləndirilən şəxs “derman”, “daw”, “duz”, “sey”, “list” adları altında narkotik tərkibli maddələrin satışı ilə bağlı yazışmalar etmiş, həmin narkotik tərkibli maddələri xırda bükümlərdə bükülmüş halda üzərində saxlamaqla, daşımışdır. Təqsirləndirilən şəxs məhkəmədə mobil telefonundan aşkarlanmış yazışmalar ilə əlaqədar verilmiş suallara əsaslı cavab verə bilməmiş, öz mövqeyini əsaslandırmamışdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Həmin Məcəllənin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Beləliklə, Təqsirləndirilən şəxs şəxsi axtarış və götürmə zamanı təqdim etdiyi psixotrop maddə metamfetaminin çəkisinin külli miqdar təşkil etməsinə, şəxsi istehlak üçün nəzərdə tutulduğundan dəfələrlə çox olmasına, güclü təsir edən maddəni satış məqsədilə üzərində daşımasına, narkotik vasitə, psixotrop maddə və güclü təsir edən maddələrin satışına dair mesajların mövcudluğuna, onun narkotik vasitə, psixotrop maddələrin satışı ilə məşğul olması ilə bağlı əməliyyat məlumatının olmasına və işdə olan digər sübutlara əsasən, habelə təqsirləndirilən şəxs və şahidin ifadələrini, cinayət işinin materiallarında olan, cinayət təqibi üzrə toplanmış sübutları Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə edib, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara ayrı-ayrılıqda və məcmu halda qiymət verərək Təqsirləndirilən şəxs əməlinin hüquqi tövsifi məsələsini də həll etmişdir. Məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs əməlləri Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3 və 240.1-ci maddələrinə düzgün tövsif edilmiş, onun həmin cinayət əməllərini törətməsi və əməlləri törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Ona görə də, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3 və 240.1-ci maddələri ilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən, cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 145.3-cü maddəsinin tələbinə görə, ittihamın sübut olunmasında yaranan şübhələri başqa sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Həmin Məcəllənin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmuyu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 351.3.4-cü maddəsinə əsasən, məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə əsasən, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3 və 240.1-ci maddələrində nəzərdə tutulan cinayətin bütün tərkib əlamətləri vardır, həmin cinayət hadisəsi həqiqətən baş vermiş, cinayət əməli məhz onun tərəfindən törədilmişdir. Həmçinin, bu cinayətin törədilməsində o, təqsirlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 15-ci maddəsinə əsasən, cinayətlərin təsnifatına görə Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində göstərilən cinayət əməli ağır, həmin Məcəllənin 240.1-ci maddəsində göstərilən cinayət əməli isə az ağır cinayətlər təsnifatına daxildir. Təqsirləndirilən şəxs cinayət əməlini qəsdən törətmişdir. Onun əməli başa çatmış cinayətdir, təqsirləndirilən şəxsin əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3 və 240.1-ci maddələri ilə təqsirli bilinməklə həmin maddənin sanksiyası həddində ədalətli şəkildə cəzalandırılmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin sanksiyasına görə, həmin əməli törətmiş şəxs beş ildən on iki ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Cinayət Məcəlləsinin 240.1-ci maddəsinin sanksiyasına görə, həmin əməli törətmiş şəxs üç ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən, onun şəxsiyyətini, cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşağının olmasını cəzasını yüngülləşdirən hal kimi qəbul edir və qiymətləndirir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən, həmin Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, məhkumluğunun olmamasını cəzasını yüngülləşdirən hal kimi qəbul edir və qiymətləndirir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs şəxsiyyətini, ondan aşkar edilmiş psixotrop maddə və güclü təsir edən maddənin növünü, çəkisini, cəzasını yüngülləşdirən halın olmasını, cəzasını ağırlaşdıran halın olmamasını və işin digər hallarını nəzərə alaraq hesab edir ki, ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3 və 240.1-ci maddələrində nəzərdə tutulmuş sanksiya həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3 və 240.1-ci maddələri üzrə azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Məhz bu cəzanı ona təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Bundan başqa, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs ona təyin olunacaq cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2 və 158.6-ci maddələrinə əsasən, Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməli və təyin ediləcək cəzanın əvvəli onun tutulduğu vaxtdan, yəni 07 may 2024-cü il tarixdən hesablanmalıdır. İş üzrə mülki iddia yoxdur. Məhkəmə tərkibi Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 198ci maddəsinə uyğun olaraq məhkəmə məsrəfləri ilə əlaqədar məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, ibtidai istintaq zamanı keçirilmiş məhkəmə-kimyəvi ekspertizası ilə əlaqədar Təqsirləndirilən şəxs 65 (altmış beş) manat məbləğində pul məhkəmə məsrəfi kimi tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Məhkəmə hesab edir ki, hazırki nəhkəmə hökmü qanuni qüvvəsini aldıqdan sonra maddi sübut kimi tanınaraq, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış 3,810 qram psixotrop maddə metamfetamin, ½ hissə kapsulda güclü təsir edən maddə “Tramadol” məhv edilməli, xx.xx.2024-cü il tarixli şəxsi axtarış və götürmə istintaq hərəkətinin aparılmasını özündə əks etdirən 01 ədəd DVD disk və "xxxx" MMC-dən daxil olmuş 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalı, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş 01 ədəd “Samsung” markalı mobil telefon onun yaxın qohumlarına qaytarılmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Həmin Məcəllənin 99-1.1.1-ci maddəsinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla); 99-1.1.2-ci maddəsinə əsasən isə şəxsin cinayət yolu ilə əldə etdiyi əmlak, habelə həmin əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla) məhkəmənin yekun qərarı ilə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalıdır. Bununla belə, hazırki iş üzrə qeyd edilən xarakterli, başqa sözlə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən olunmamışdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən, cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli, 2 nömrəli Qərarının 26-cı bəndində göstərilmişdir ki, məhkəmələr narkomaniya xəstəliyinə düçar olmuş təqsirli şəxslər barəsində cəza təyin edərkən onların cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi qaydada müalicə olunması məsələsini həll etməlidirlər (belə müalicənin tətbiq edilməli olub-olmaması barədə müvafiq ekspertiza rəyi alınmalıdır). Bu halda məcburi müalicənin müddəti məhkəmələr tərəfindən hökmdə göstərilməməlidir. Narkomaniyadan məcburi müalicənin belə şəxslərə zərərli təsir göstərməsi həkim rəyində qeyd olunduğu halda və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 09 fevral 2006-cı il tarixli 39 №-li qərarının 3-cü bəndində nəzərdə tutulan digər hallarda məhkəmə hökmdə Cinayət Məcəlləsinin 93.1.4-cü maddəsinin tətbiq edilməməsinin səbəblərini əsaslandırmalı, belə şəxslərin ərazi narkoloji dispanserində qeydiyyata götürülməsi təmin edilməlidir. Azərbaycan Respubikasının Səhiyyə Nazirliyinin “Respublika Narkoloji Mərkəzi” X8 xx.xx.2024-cü il tarixli, 3484 nömrəli ekspert rəyinə əsasən, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3 və 240.1-ci maddələrində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası, Cinayət Məcəlləsinin 240.1-ci maddəsi ilə 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 05 (beş) il 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu vaxtdan, yəni 07 may 2024-cü il tarixdən hesablansın. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 65 (altmış beş) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. Hökm qanuni qüvvəsini aldıqdan sonra iş üzrə maddi sübut kimi tanınmış Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış 3,810 qram psixotrop maddə metamfetamin və ½ hissə kapsulda güclü təsir edən maddə “Tramadol” məhv edilsin. xx.xx.2024-cü il tarixli şəxsi axtarış və götürmə istintaq hərəkətinin aparılmasını özündə əks etdirən 01 ədəd DVD disk və "xxxx" MMC-dən daxil olmuş 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş 01 ədəd “Samsung” markalı mobil telefon onun yaxın qohumlarına qaytarılsın. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanısın. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan digər əmlakın olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən hakim Fərid Namazov Hakimlər Əhməd Quliyev Telman Hüseynov
Məhkəmə qərarları › İş №1(101)-2078/2024
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-2078/2024
16.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver