Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-2079/2024 01.11.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər, X10 (sədrlik edən), X8 və X3 ibarət tərkibdə, məhkəmə iclasının katibi Nayıbov Pərviz Şakir oğlunun katibliyi, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X2 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs müdafiəçisi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Əsgər oğlunun, Təqsirləndirilən şəxs iştirakı ilə, xx xxxx 1982-ci il tarixdə Qubadlı rayonunun Eyvazlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində bir azyaşlı uşağı olan, orta təhsilli, heç bir yerdə işləməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-229/2019 saylı, 04 aprel 2019-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CMnin 234.4.1-ci və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək qəti olaraq 04 (dörd) il 04 (dörd) ay 14 (on dörd) gün müddət azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 79-cu maddəsi tətbiq edilməklə, uşağı on dörd yaşına çatanadək cəzasının çəkilməsi təxirə salınmış, məhkumluğu ödənilməmiş və götürülməmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 1(001)- 61/2022 saylı, 31 oktyabr 2022-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1-ci və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək qəti olaraq 01 (bir) il 07 (yeddi) ay 24 (iyirmi dörd) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, ünvan 1 ünvanda yaşamış, 07 fevral 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 4(001)-101/2024 saylı, 09 fevral 2024-cü il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4-cü, 234.4.1-ci və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs tamah niyyətilə aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə Zərərçəkmiş şəxs oğlu X5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.3-cü maddəsi ilə təqsirləndirilənməsinə dair Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin icraatında olan cinayət işi üzrə azadlıqdan məhrum etmə cəzası ilə bağlı olmayan digər yüngül cəza verilməsinə köməklik göstərilməsi ilə əlaqədar 2022-ci ilin aprel ayında Zərərçəkmiş şəxs bilavasitə özünə müraciətindən sonra məhkəmə sistemində yüksək vəzifədə işləyən şəxslərlə yaxın münasibətlərinin olduğunu və həmin şəxslər vasitəsi ilə qeyd olunan məsələni həll etmək imkanına malik olmasını yalandan vəd edərək, həmin məsələnin müsbət həlli üçün 08 may 2022-ci il tarixdə Sumqayıt şəhəri, Sülh küçəsi, 1-ci döngə, «Bağça şəhər» yaşayış kompleksi, bina 24, mənzil 8 ünvanında 10.000 manat, eyni niyyətlə 2022-ci ilin noyabr ayının sonunda istintaqla müəyyən edilməmiş bank hesab kartına köçürülən 500 manat və həmin tarixdə ünvan 3 ünvanında 1.000 manat olmaqla, ümumilikdə vahid niyyətlə 11.500 (on bir min beş yüz) manat məbləğində pul vəsaitini Zərərçəkmiş şəxs alıb ələ keçirərək, etibardan sui-istifadə etmə və aldatma yolu ilə Zərərçəkmiş şəxs 11.500 (on bir min beş yüz) manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, istintaqla şəxsiyyəti araşdırılan şəxs (şəxslər) ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs tərəfindən satış məqsədi ilə qanunsuz olaraq xeyli miqdarda narkotik vasitəni və külli miqdarda psixotrop maddəni əldə edib sataraq qazanc əldə etmək məqsədilə istintaqa məlum olmayan tarixdə və mənbədən təmiz çəkisi 104,979 qram xeyli miqdarda olan narkotik vasitə qurudulmuş marixuananı və təmiz çəkisi 4,990 qram külli miqdarda psixotrop maddə metamfetamini əldə edib saxlamaqla üzərində daşımış, xx.xx.2024-cü il tarixdə, saat 23:20-də Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 3-cü Mədən küçəsində yerləşən “Nicat” adlanan mağazanın yaxınlığında hərəkətdə olan zaman Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılaraq ünvan 4 ünvanında yerləşən Binəqədi rayon polis idarəsinin 43cü polis bölməsinin inzibati binasına gətirilmiş və xx.xx.2024-cü il tarixdə, saat 00:25-də üzərinə şəxsi axtarış keçirilərkən əynində olan qızılı rəngli paltonun sağ yan cibindən 2 ədəd sellofan bükümdə təmiz çəkisi 104,979 qram xeyli miqdarda bitki mənşəli kütlə çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana və təmiz çəkisi 4,990 qram külli miqdarda ağ rəngli kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək göstərdi ki, 2019-cu ildə DİNnin Baş Narkotiklərlə Mübarizə İdarəsində məxfi işçi kimi fəaliyyətə başlamış və tutulduğu günə qədər də orada rəsmi olaraq işləmiş, əmək haqqı almışdır. DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin rəsmilərinin göstərişi əsasında keçiriləcək əməliyyat tədbirinin tərkib hissəsi olaraq ona Şüvəlan qəsəbəsində yerləşən cəzaçəkmə müəssisəsində cəza çəkən və əvvəllər narkotik vasitələrin satışı ilə məşğul olmuş şəxslə əlaqə saxlaması, sonuncudan əvvəllər birgə fəaliyyət göstərdikləri, narkotik vasitələrin qanunsuz dövriyyəsini həyata keçirən İran vətəndaşı olan şəxs, eləcə də narkotik vasitələrin haradan və necə ölkə ərazisinə keçirilməsi barədə məlumatların əldə edilməsi üçün əlaqə yaratması barədə göstəriş verilmişdir. Verilmiş göstərişə uyğun olaraq Şüvəlan qəsəbəsində yerləşən cəzaçəkmə müəssisəsinə getmiş, özünü narkotik vasitələrin qanunsuz dövriyyəsinə görə məhkum olunmuş sözügedən şəxsə DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşı kimi təqdim edərək, məhkuma düzgün məlumatlar verməsinin sonradan özü üçün faydalı olacağını bildirmiş, həmin şəxs onunla razılaşmış, o, sonuncudan zəruri məlumatlar əldə etmiş, həmin məlumatlar əsasında uğurlu əməliyyat tədbiri keçirilmişdir. Məhkumla əlaqə yaratmaq üçün cəzaçəkmə müəssisəsinə gedib-gələrkən sonuncunun dostu olan və həmin müəssisədə saxlanılan hazırki cinayət işi üzrə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs oğlu Çingiz Nuriyev də onu tanımış, harada və kimlərlə işləməsindən xəbərdar olduğundan, ondan Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin icraatında olan Azərbaycan Respublikası CM-nin 126.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə köməklik göstərməsini xahiş etmişdir. O, bundan sonra DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinə gəlmiş, o zamanki rəsmilərdən “Ələkbər” adlı şöbə rəisindən Çingiz Nuriyevin təklifinə dair fikrini soruşmuş, sonuncu ona əməliyyat planının pozulmaması üçün işi qəbul etməsini bildirmişdir. Bundan sonra Sumqayıt Ağır Cinayətlər Məhkəməsində məhkəmə istintaqı aparılan Çingiz Nuriyevə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza verilməsini və həbsdən azad edilməsini təmin edəcəyinə dair yalan vəd vermişdir. İttiham aktında qeyd edilən və zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs verdiyi 11.500 (on bir min beş yüz) manat məbləğində pulu özü qəbul etmiş olsa da, həmin pulu birbaşa rəsmilərinə təqdim etmişdir ki, sonuncular pulu özlərində saxlasınlar. Hadisədən bir müddət sonra zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs polisə şikayət ərizəsi ilə müraciət etmiş, bundan sonra Sumqayıt şəhər polisi ona zəng edərək, gördüyü işə görə narahat olmamasını, hər şeyin qaydasında olduğunu bildirmişdir. DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinə gəlmiş, “Ələkbər” adlı şöbə rəisinin yanına gedərək sonuncu ilə mübahisə etmiş, nə üçün zərər çəkmiş şəxsin verdiyi pulu hələ də qaytarmadıqlarını bildirmişdir. Yalnız bundan sonra 2.500 manat məbləğində pulu ala bilmiş, həmin pulu isə DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs şikayət üzrə cinayət işinin ibtidai istintaqını aparan “Əsgər” adlı müstəntiqə, sonuncu isə zərər çəkmiş şəxsin qızına vermişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə heç vaxt polis idarəsinə getməmiş, aparılmış istintaqın gedişindən, ümumiyyətlə, xəbəri olmamışdır. Yalnız o, hazırki cinayət işi üzrə həbs edildikdən sonra Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Müalicə Müəssisəsində saxlanılarkən “Əsgər” adlı müstəntiq yanına gəlmiş, ona barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə istintaqı aparılan cinayət işinə görə narahat olmamasını, pulun qaytarılacağını bildirmiş, bundan sonra müstəntiq tərəfindən özünə təqdim olunmuş bütün sənədləri imzalamışdır. Bundan başqa təqsirləndirildiyi digər maddələr üzrə bildirir ki, işlədiyi BNMİ-dən ona göstəriş vermişdir ki, “Emil” adlı şəxsin iş gördüyü İran vətəndaşını müəyyən etsin. Emil ona bildirmişdir ki, onun iş gördüyü İranlıda narkotik vasitələr az olur, onu “Rəhman” adlı şəxs ilə tanış etmişdir ki, sonuncunun iş gördüyü “Abbas” adlı İranlıda narkotik vasitələr külli miqdarda olur. O, Rəhmanlə tanışlıq yaratmış və sonuncu onu “Abbas” adlı İranlı ilə tanış etmişdir. Abbas ona bildirmişdir ki, Qaradağda yarım kilo narkotik vasitə olacaq və narkotik vasitəni oradan götürsün. O, polis əməkdaşları ilə birlikdə Abbasın dediyi əraziyə getmiş, orada Abbasın kartına 10.000 manat pul göndərmişdir və onlar narkotik vasitəni götürmüşlər. Daha sonra o, yenidən Abbasdan ona narkotik vasitə göndərməsini istəmişdir. Abbas ona bildirmişdir ki, anbarları rayondadır və bu səbəbdən polis əməkdaşları ilə birlikdə Sabirabad rayonuna getmiş və Abbasın anbarlarını müəyyən etmişlər. O, bir müddət sonra Abbasdan yenidən narkotik vasitə istəmiş, bu zaman sonuncu ona anbarlarının vurulduğunu, bir az da səbrli olsa həll edəcəyini bildirmişdir. Bundan sonra “Həzi Aslanov” metrosunda Abbasın adamı narkotik vasitəni gətirən zaman polis əməkdaşları ilə birlikdə sonuncunu da tutmuşlar. Yeni il zamanı Abbas ilə danışanda sonuncu ona bildirmişdir ki, onu tanıyandan bütün anbarları polis əməkdaşları tərəfindən ələ keçirilib, bu səbəbdən onun polis əməkdaşı olmağından şübhəlidir. Bir müddət sonra yenə Abbas ilə danışanda sonuncu ona demişdir ki, narkotik vasitə gəlib və Sabunçu rayonu ərazisindədir, əgər o, polis əməkdaşı deyilsə və ona narkotik vasitənin yerin deyəcək, bunun üçün o, təhqiredici video hazırlayıb Abbasa göndərməlidir. O, bu barədə rəhbər şəxsə məlumat vermiş və sonuncu bildirmişdir ki, “bunu dövlətimiz üçün edirik, ona görə də həmin videonu çək və göndər”. O da təhqiredici video çəkərək Abbasa göndərsin. Bundan sonra Abbas ona narkotik vasitənin yerini demiş, polis əməkdaşları həmin əraziyə gedərək narkotik vasitələri ələ keçirdilər. Bundan sonra Abbas onun polislə əlbir olduğunu bildiyindən, onu təhdid etməyə başlamış, fevral ayının 7-də də sosial şəbəkələrdə sonuncuya göndərdiyi videonu paylaşmışdır. Həmin video paylaşılandan sonra rəis onu idarəyə çağırmış, ona bildirmişdir ki, o, həbsə getməlidir, onu 2 qram “patı” ilə sənədləşdirəcəklər. O, razılaşmamış və bu zaman “Arif” adlı şəxs ona təpiklə vuraraq qolunu sındırmışdır. O, sonuncuları söyməyə başlamış və bu səbəbdən döyülmüşdür. Sonda zərər çəkmiş şəxsə vurmuş olduğu maddi ziyanı tamamilə ödəyəcəyini, bildirmişdir, ona qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1-ci və 234.4.3-cü maddələri ilə elan edilmiş ittiham üzrə bəraət verilməsini xahiş etmişdir. Məhkəmə dövlət ittihamçısını, zərər çəkmiş şəxsi, təqsirləndirilən şəxsi, onun müdafiəçisini dinləyərək, habelə iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü, 234.4.1-ci və 234.4.3cü maddələri ilə müəyyən edilmiş cinayət əməllərini törətmişdir, onun təqsiri özünün qismən etirafedici ifadəsi ilə yanaşı aşağıda göstərilən sübutlarla təsdiq edilir. Məhkəmə Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. Məhkəmədə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, oğlu X5 Azərbaycan Respublikası CM-nin 126.3-cü maddəsilə təqsirləndirilməsinə dair Sumqayıt Ağır Cinayətlər Məhkəməsində işinə baxılırmış. Təxminən 2022-ci ilin may ayında qızı Ruxsarə ilə birlikdə Bakı şəhərində yerləşən 3 saylı İstintaq Təxridxanasına gedərək oğlu Çingiz Nuriyevlə görüşmüşdür. Söhbət zamanı Çingiz ona Sumqayıt şəhərində “İlahə” adlı qadının, barəsində cinayət işi aparılan şəxslərə kömək etdiyini, cəzadan qurtardığını bildirmişdir. Onlar Çingizdən bu məlumatı hardan əldə etdiyini soruşduqda, sonuncu İlahənin qohumunun onunla birlikdə təcridxanada olduğunu və həmin şəxsdən eşitdiyini bildirmişdir. Çingizdən “İlahə” adlı qadınla necə əlaqə saxlamağı soruşduqda, sonuncu onun telefon nömrəsini İlahənin qohumuna verdiyini İlahənin özü ona zəng vuracağını demişdir. Təxminən 1-2 gündən sonra “İlahə” adlı qadın ona zəng vuraraq, Sumqayıt şəhəri, «Baxça şəhər» yaşayış kompleksinin qarşısında görüşməyi təklif etmişdir. O, İlahə ilə dediyi yerdə görüşüb, sonuncunun həmin yafayış kompleksində yerləşən evinə qalxmışdır. Evdə söhbət zaman, İlahə ona qohumunun ona görə xahiş etdiyini, buna görə də ona kömək etmək qərarına gəldiyini bildirmişdir. Kömək qismində isə X13 təqsirləndirildiyi cinayət işinə görə icbari cəza alacağını və məhkəmədən bir başa azad olunacağı sözünü vermiş, lakin bu işin qarşılığında ondan 10.000 manat məbləğində pul tələb etmişdir. O, İlahədən bu işi necə həll edəcəyini soruşduqda, İlahə ona Bakı şəhərində mayor rütbəli bir tanışının olduğunu, həmin şəxsin Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hakimləri ilə münasibətinin yaxşı olduğunu, buna görə də ondan alacağı 10.000 manat pulu həmin adamın vasitəsi ilə hakimlərə verəcəyini bildirmişdir. O, İlahənin dediklərinə inandığı üçün 4-5 gün ərzində qohumlarından və tanışlarından həmin pulu yığaraq, qardaşı Qurbanla birlikdə İlahənin evinə gedərək, İlahəyə vermişdir. Onlar pulu İlahəyə verdikdən sonra, evdən çıxıb getmişlər. X13 iki məhkəmə iclası olduqdan sonra İlahə onunla əlaqə saxlayaraq, Çingizin cəzadan tam azad oluna bilməyəcəyini, lakin 3 il yarım cəza veriləcəyini söyləmişdir. O, İlahənin dediklərinə heç bir etiraz etməyərək, sonuncu ilə razılaşmışdır. O, bu barədə Çingizin vəkili Nəriman müəllimlə bildirmiş və sonuncu İlahənin ona dediklərinin həqiqətə uyğun olmadığını, qanunda belə bir halın nəzərdə tutulmadığını və İlahə tərəfindən aldadıldığını bildirmişdir. İlahə isə ona vəkil Nəriman müəllimlə görüşüb söhbət etmək istədiyini bildirmiş, lakin Nəriman müəllim buna razılıq verməmişdir. Bundan sonra İlahə ona başqa bir vəkil tapacağını söyləmiş və təxminən 3-4 gün sonra İlahə ona zəng vuraraq, təzə vəkil tapdığını və sonuncu ilə müqavilə bağlamaq lazım olduğunu söyləyyib, onu həmin gün öz avtomobili ilə evdən götürüb, Sumqayıt Regional vəkil bürosunun vəkili Nigar Hüseynovanın yanına aparmışdır. Yolda olarkən İlahə ona «aramızda olan pul söhbətini vəkil Nigar Hüseynovanın yanında danışma» sözlərini demişdir. Onlar büroya gəldikdən sonra o, oğlu Çingizin hüquqlarını |müdafiə etmək üçün Nigar xanımla müqavilə bağlamışdır. Təxminən 3-4 gün sonra o, tək Nigar Hüseynovanm yanına gedərək, oğlunun işi ilə maraqlanmış və sonucuya İlahənin ona köməklik edəcəyini, oğlunun 3 il yarım cəza alacağını söyləmişdir. Vəkil Nigar ona İlahənin ondan buna görə pul alıb-almadığını soruşmuşdur. İlahə ona tapşırdığı üçün o, vəkil Nigar xanıma bu barədə bildirməmişdir. Nigar isə ona İlahənin onu aldatdığını, qanunvericiliklə oğlu Çingizə 3 il yarım cəza verilməsinin qeyri-mümkün olduğunu bildirmişdir. Nigarla söhbət etdikdən sonra həmin gün axşam İlahəyə zəng vuraraq, onu aldatdığını oğlu Çingizə 3 il yarım azadlıqdan məhrum etmə cəzasının verilməsinin mümkün olmadığını, bildirmiş və pulunu geri tələb etmişdir. İlahə isə məhkəmə bitənədək pulunu geri qaytaracağı təqdirdə, pulu vermiş olduğu mayor rütbəli şəxsin Çingizi təcridxanada incidəcəyini söyləmişdir. O, oğluna nə isə olacağından qorxduğu üçün məhkəmə yekunlaşanadək gözləmişdir. Təxminən avqust ayında İlahənin bacısı ona zəng vuraraq, telefon nömrəsini İlahədən aldığını, İlahənin Bakı şəhərində Binəqədi rayon məhkəməsi tərəfindən tutulduğunu söyləyərək, onlardan İlahə haqqında hüquq mühafizə orqanlarına şikayəti etməməyi, İlahənin 10-15 günə azadlığa çıxaraq pullarını qaytaracağını bildirmişdir. Təxminən 10-15 gündən sonra, İlahə özü onlara zəng vuraraq, Çingizin məsələsinin həll olunduğunu narahat olmamağı bildirmişdir. Oğlu Çingizin sonuncu məhkəməsinə təxminən bir həftə qalmış, İlahə yenidən onunla görüşərək, işin həll olduğunu, lakin dövlət ittihamçısının razılaşmadığını və apellyasiya protesti verəcəyini, bunun üçün əlavə 2000 manat verməli olduğunu demişdir. O, 2000 manat yox 1500 manat tapdığından həmin məbləğin 500 manatını Sumqayıt şəhəri, 26-cı məhəllədə yerləşən «Oba» marketin daxilindəki “MilliÖn” ödəniş terminalı vastəsilə Təqsirləndirilən şəxs ona verdiyi iki ədəd bank hesab kartından birinə 2022-ci ilin noyabr ayının sonlarında göndərmişdir. Qalan 1000 manatı isə İlahə özü gəlib onun evində ondan götürmüşdür. Həmin evdə qızı Minə və Yeganə adlı tanışı da olmuş və İlahəyə pulu verdiklərini görmüşlər. xx.xx.2022-ci il tarixdə X13 sonuncu məhkəmə prosesi keçirilmiş və oğlu Azərbaycan Respublikası CM-nin 126.3-cü maddəsilə təqsirli bilinərək, 9 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur. O, məhkəmədən çıxan kimi İlahəyə zəng vurmuş və Çingizin 9 il cəza aldığını bildirmişdir. İlahə isə ona narahat olmamağı Apellyasiya Məhkəməsinə şikayət verərək, cəzasını yüngülləşdirəcəyini demişdir. O, İlahə tərəfindən aldadıldığını başa düşdüyündən, apelyasiya şikayətinə ehtiyac olmadığını, pulu qaytarmasını söyləmişdir. İlahə müxtəlif bəhanələr gətirərək 11500 manat məbləğində pulunu qaytarmaqdan imtina etmişdir. Ona dəymiş ziyanın ümumilikdə 6.800 manat hissəsi ödənilmişdir, həmçinin təqsirləndirilən şəxsin qohumu 4.000 məbləğində pulun yaxın dörd ay ərzində ödəniləcəyinə dair söz vermişdir. Sonda təqsirləndirilən şəxsin ona dəymiş maddi ziyanı tamamilə ödəmədiyini, sonuncuya qarşı şikayətçi olduğunu bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X9 ifadəsində göstərmişdir ki, qardaşı X5 Azərbaycan Respublikası CM-nin 126.3-cü maddəsilə təqsirləndirilməsinə dair Sumqayıt Ağır Cinayətlər Məhkəməsində işinə baxılmışdır. Çingiz onlara zəng edərək məhkəmə işinin müəyyən məbləğ qarşısında həll oluna biləcəyini demişdir. Onlar İlahə ilə telefon vasitəsi ilə danışmış və sonuncu qardaşının işini “həll” edə biləcəyini bildirmişdir. İlahədən bu işi necə həll edəcəyini soruşduqda, İlahə ona Bakı şəhərində “Elman müəllim” deyə bir tanışının olduğunu, həmin şəxsin Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hakimləri ilə münasibətinin yaxşı olduğunu, buna görə də onlardan alacağı pulu həmin adamın vasitəsi ilə hakimlərə verəcəyini bildirmişdir. Daha sonra onlar İlahənin istədiyi pulu toplayıb sonuncuya vermiş, həmin məbləği toplamaq üçün bankdan kredit də götürmüşlər. Pulu İlahəyə dayısı və anası vermişdir. Daha sonra qardaşının barəsində hökm elan olunandan sonra aldadıldıqlarını başa düşmüşlər. İlahədən pullarını geri istəsələr də, sonuncu hər dəfə bəhanələr ilə verməkdən yayınmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Xuramanın oğlu X5 Azərbaycan Respublikası CM-nin 126.3-cü maddəsilə təqsirləndirilməsinə dair Sumqayıt Ağır Cinayətlər Məhkəməsində işinə baxılırmış. Xuraman ona zəng vuraraq, təxminən 2022-ci ilin may ayında Çingizlə istintaq təcridxanasında görüşdüyünü, Çingizin cəzasının aşağı həddə salınması üçün “İlahə” adlı qadınla tanış olduğunu, İlahənin bunun üçün 10.000 manat məbləğində pul istədiyini bildirərək, ondan həmin məbləği toplamaq üçün kömək istəmişdir. Onlar "xxxx" ASC-nin Fizuli rayonunda yerləşən filialına gedərək kredit götürmüşlər. Pulu tamamladıqdan sonra Sumqayıt şəhərinə Xuramanın yanına gəlmişdir. Daha sonra İlahənin Sumqayıt şəhəri, «Baxça şəhər» yaşayış kompleksində yerləşən evinə getmişlər. İlahə ilə söhbət edib Çingizə necə kömək edəcəyini soruşmuşlar. İlahə isə ona kömək qismində Çingiz Nuriyevin təqsirləndirildiyi cinayət işinə görə icbari cəza alacağını və məhkəmədən bir başa azad olunacağına söz verişdir. Lakin bu işin qarşılığında 10.000 manat məbləğində pul tələb etmişdi. İlahəyə imkanlarının zəif olduğunu və pul məbləğinin bir qədər aşağı salınmasını xahiş etmişdir. İlahə işin əsl qiymətinin 20-30 min manat olduğunu onlara görə 10 min manata saldığını bildirmişdir. İlahədən pulu kimə verəcəyini soruşduqda, İlahə Bakı şəhərində mayor rütbəli bir tanışının olduğunu həmin şəxsin Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hakimləri ilə münasibətinin yaxşı olduğunu, buna görə də alacağı 10.000 manat pulu həmin adamın vasitəsilə hakimlərə verəcəyini bildirmişdir. İlahəyə inandıqlarından üzərilərində götürdükləri 10.000 manat pulu İlahəyə təqdim etmişlər. Söhbətin sonunda İlahədən harada işləməsini soruşduqda, sonuncu qırmızı rəngli açılıbbağlanan vəsiqə göstərərək, “Narkobiznesin” rəisi olduğunu buna görə də 1900 manat maaş aldığını bildirmişdir. Pulu İlahəyə verdikdən sonra evdən çıxıb getmişlər. Təxminən avqust ayında Xuraman zəng vuraraq, İlahənin tutulduğunu demişdir. Bundan sonra İlahənin onları aldadaraq 10000 manat pullarını ələ keçirdiyini başa düşmüşlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, 2020-ci il tarixdən hal-hazıradək Sumqayıt şəhəri N saylı hərbi hissənin yataqxanasında nəzarətçi işləyir. Zərərçəkmiş şəxs da həmin binanln sakinidir. Sonuncu ilə münasibətləri hər zaman normal olmuşdur. Belə ki, Zərərçəkmiş şəxs qızı Minə Nuriyeva ilə birlikdə nəzarətçi işlədiyi yataqxanada yaşayırlar. Zərərçəkmiş şəxs X13 Azərbaycan Respublikası CM-nin 126.3-cü maddəsilə təqsirləndirilməsinə dair Sumqayıt Ağır Cinayətlər Məhkəməsində işinə baxılırmış. Xuramanın özündən eşitmiş ki, hansısa İlahə adlı qadın sonuncuya oğlunun işinin yüngülləşdirilməsində köməklik edəcək və bu məqsədlə İlahə adlı qadına qohumlarının götürdüyü kredit pul vasitəsi ilə 10.000 manat da vermişdir. Təxminən 2022-ci ilin avqust-sentyabr ayında sonradan adının İlahə olduğunu bildiyi bir nəfər qadın tələsik olaraq işlədiyi yataqxananın həyətinə gəlmiş və Xuramanın yaşadığı mənzilə getdiyini bildirib iti sürətlə içəriyə daxil olmuşdur. O, həmin qadının arxası ilə düşmüş, həmin qadın çox sürətlə hərəkət etdiyindən mən ona çata bilmədim. Binaya daxil olduqda, həmin qadının artıq Zərərçəkmiş şəxs mənzilindən çıxdığını görmüşdür. Sözü gedən qadın çıxıb getdikdən sonra o, Xuramandan həmin qadının kim olduğunu və nə üçün gəldiyini soruşmuşdur. Xuraman ona həmin qadının adının İlahə olduğunu, oğlu Çingizin işi ilə əlaqədar olaraq verdiyi 10.000 və həmçinin kart vasitəsi ilə göndərdiyi 500 manatdan başqa həmin vaxt İlahəyə 1000 manat pul verdiyini söyləmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikası DİN-nin BNMİ-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid7 ifadəsində göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə xidmətdə olduğu zaman, ona xx.xx.1982-ci il tarixdə Qubadlı rayonu, Eyvazlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş, işləməyən, ünvan 1 ünvanda yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq satış məqsədi ilə narkotik vasitə və psixotrop maddələrin satış məqsədi ilə əldə edib üzərində saxlayıb gəzdirməsi barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumat ətrafında əməliyyat axtarış tədbirlərinin keçirilməsi məqsədilə idarənin rəhbərliyinə qərarla müraciət edilmişdir. Daxil olmuş mötəbər məlumat ətrafında əməliyyat-axtarış tədbirlərinin və müvafiq prosessual hərəkətlərin həyata keçirilməsi üçün Azərbaycan Respublikası DİN-nin BNMİ-nin əməkdaşlarından ibarət əməliyyat qrupu yaradılmışdır. Həmin qrupun rəhbəri özü, qrupun üzvü isə DİN-nin BNMİ-nin baş əməliyyat müvəkkili, polis baş leytenantı Şahid6 təyin olunmuşdur. xx.xx.2024-cü il tarixdə saat 23:20-də Təqsirləndirilən şəxs olduğu ehtimal olunan Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 3-cü Mədən küçəsində yerləşən «Nicat» adlanan marketin yaxınlığına getmişlər. Orada qabaqcadan xarici görkəmi və əlamətləri barədə məlumatlı olduqları Təqsirləndirilən şəxs yaxınlaşaraq, özlərini təqdim etdikdən sonra, sonuncuya satış məqsədi ilə narkotik vasitə və psixotrop maddələrin qanunsuz əldə etmə, saxlama və gəzdirməsində şübhəli olduğunu bildirib, birlikdə Binəqədi RPİ-nin 43-cü PB-nə getməsini təklif etmişlər. Həmin şəxs təklifdən imtina etməyərək, onlarla birlikdə Binəqədi RPİ-nin 43-cü PB-nin inzibati binasına getmişdir. Bölmədə bu barədə raportla rəhbərliyə məlumat verdikdən sonra, faktın araşdırılması DİNnin BNMİ-nin Təhqiqat Qrupunun təhqiqatçısı, polis kapitanı Nicat Osmanova həvalə olunmuş və video çəkiliş vasitəsi ilə müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman, təhqiqatçı tərəfindən ona hüquq və vəzifələri izah olunmuş, üzərində qanunsuz saxlanılan, gəzdirilən əşya və ya maddənin olduğu halda könüllü təqdim olunması təklif edilmişdir. Təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qızılı rəngli paltosunun sağ yan cibindən iki ədəd sellofan bükümləri, sol yan cibindən 02 ədəd mobil telefonları və şəxsiyyət vəsiqəsini təqdim etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi bükümlərin içərisində psixotrop maddə metamfetamin və narkotik vasitə qurudulmuş marixuana olduğunu bildirmişdir. Təhqiqatçı tərəifndən təqdim olunmuş bükümlər açılaraq və içərsində olan maddə kütlələri tərəzidə çəkildikdən sonra qablaşdırılaraq müvafiq ekspertizanın keçirilməsi üçün götürülmüşdür. Bu barədə protokol tərtib olunduqdan sonra, həmin protokol bütün iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs həmin maddəli İİR vətəndaşı kimi təqdim edən «Abbas» adlı şəxsin vasitəsi ilə bir gün əvvəl Sumqayıt şəhəri ərazisində gizlədilmiş yerdən başqa şəxslərə çatdırmaq məqsədi ilə götürdüyünü və bunun müqabilində pul alacağını bildirmişdir. Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saxlanılan zaman, sonuncunun əli qipsdə olmuş, bu barədə təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs sual verildikdə, sonuncu həmin xəsarəti həmin gün Bakı şəhəri ərazisində yıxıldığı zaman aldığını bildirmişdir. Təqsirləndirilən şəxs saxlanılan zaman sonuncuya qarşı heç bir fiziki və ya psixi zor tətbiq olunmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikası DİN-nin BNMİ-nin baş əməliyyat müvəkkili, polis baş leytenantı Şahid6 ifadəsində Şahid7 dediklərini təsdiq edərək, analoji ifadə vermiş, ona verilmiş suallara cavab olaraq göstərmişdir ki, təqsirləndirilən şəxsə qarşı heç bir fiziki və ya psixi zor tətbiq olunmamış, sonuncu saxlanılan zaman tək olmuş, müqavimət göstərməmişdir. Cinayət işinin ibtidai istintaqı zamanı şahid qismində dindirilmiş Şahid4 məhkəmə iclasında elan olunmuş ifadəsindən görünür ki, bacısı Xuramanın oğlu X5 Azərbaycan Respublikası CM-nin 126.3-eü maddəsilə təqsirləndirilməsinə dair Sumqayıt Ağır Cinayətlər Məhkəməsində işinə baxılırmış. Bacısı Xuraman ona zəng vuraraq, təxminən 2022-ci ilin may ayında Çingizlə istintaq təcridxanasmda görüşdüyünü, Çingizin cəzasının aşağı həddə salınması üçün İlahə adlı qadınla tanış olduğunu, İlahənin bunun üçün 10.000 manat məbləğində pul istədiyini bildirərərk, ondan həmin məbləği toplamaq üçün kömək istəmişdir. O, yoldaşı Şahid3 və qardaşının yoldaşı Şahid5 ilə birlikdə "xxxx" ASCnin Fizuli rayonunda yerləşən filialına gedərək kredit götürmüşlər. Onun adına 3100 manat, yoldaşı Şahid3 adına 4600 manat, Şahid5 adına isə 5000 manat məbləğində kredit verilmişdir. Onlar pulu tamamladıqdan sonra o, Sumqayıt şəhərinə bacısı Xuramanın yanına gəlmişdir. Daha sonra o, və bacısı Xuraman İlahənin Sumqayıt şəhəri, «Baxça şəhər» yaşayış kompleksində yerləşən evinə getmişlər. İlahə ilə söhbət edib. Çingizə necə kömək edəcəyini soruşmuş, İlahə isə ona kömək qismində Çingiz Nuriyevin təqsirləndirildiyi cinayət işinə görə icbari cəza alacağını və məhkəmədən bir başa azad olunacağına söz vermişdir. Lakin bu işin qarşılığında 10.000 manat məbləğində pul tələb etmişdir. O, İlahəyə imkanlarının zəif olduğunu və pul məbləğinin bir qədər aşağı salınmasını xahiş etmişdir. İlahə işin əsl qiymətinin 20-30 min manat olduğunu onlara görə 10 min manata saldığını söyləmişdir. O, İlahədən pulu kimə verəcəyini soruşduqda, İlahə Bakı şəhərində mayor rütbəli bir tanışının olduğunu həmin şəxsin Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hakimləri ilə münasibətinin yaxşı olduğunu, buna görə də ondan alacağı 10.000 manat pulu həmin adamın vasitəsilə hakimlərə verəcəyini bildirmişdir. Onlar İlahəyə inandıqlarından o, üzərində götürdüyü 10.000 manat pulu İlahəyə təqdim etmişdir. Söhbətin sonunda o, İlahədən harada işləməsini soruşduqda, sonuncu ona qırmızı rəngli açılıb-bağlanan vəsiqə göstərərək, “Narkobiznesin” rəisi olduğunu buna görə də 1900 manat maaş aldığını söyləmişdir. Onlar pulu İlahəyə verdikdən sonra evdən çıxıb getmişlər. Təxminən avqust ayında bacısı Xuraman ona zəng vuraraq, İlahənin tutulduğunu söyləmiş, bundan sonra o, İlahənin onları aldadaraq 10000 manat pullarını ələ keçirdiyini başa düşmüşdür. Əsəbdən şəkəri qalxdığından “paralic” keçirmişdir. xx.xx.2022-ci il tarixdə bacısı Xuraman yenidən ona zəng vuraraq, Çingiz Nuriyevin sonuncu məhkəmə prosesinin keçirildiyini və 9 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunduğunu söyləmişdir. Bundan sonra onlar dəfələrlə İlahə ilə əlaqə saxlayaraq, pullarını tələb etmişlər. Lakin İlahə müxtəlif bəhanələr gətirərək pulu qaytarmaqdan imtina etmişdir. Cinayət işinin ibtidai istintaqı zamanı şahid qismində dindirilmiş Şahid5 məhkəmə iclasında elan olunmuş ifadəsindən görünür ki, sonuncu Şahid4 dediklərini təsdiq edərək, istintaqa analoji ifadə vermişlər. Cinayət işinin materiallarında olan “Üzləşdirmə haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs ilə iş üzrə şahidlər Şahid7 və Şahid6 arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş və üzləşdirmə zamanı şahidlər ifadələrində göstərdiklərini təqsirləndirilən şəxsin üzünə qarşı deyərək bir daha təsdiq etmişlər. Cinayət işinin materiallarında olan “Şəxsi axtarış və götürmə aparılması haqqında” 08 iyul 2024-cü il tarixli protokoldan, məhkəmə iclasında tədqiq edilmiş DVD diskdəki görüntülərdən görünür ki, DİN-nin BNMİ-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid7, DİN-nin BNMİ-nin baş əməliyyat müvəkkili, polis baş leytenantı Şahid6, müdafiəçi X14 və X4 iştirakları ilə DİN-nin BNMİ-nin təhqiqatçısı, polis kapitanı Nicat Osmanov tərəfindən özünü Təqsirləndirilən şəxs kimi təqdim edən şəxsin üzərinə şəxsi axtarış keçirilmişdir. Təqsirləndirilən şəxs hüquq vəzifələri izah olunmuş, axtarış keçirilməzdən əvvəl üstündə qanunsuz saxlanılan və gəzdirilən əşya və ya maddənin könüllü təqdim olunması ona təklif edilmişdir. Təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qızılı rəngli paltosunun sağ yan cibindən iki ədəd sellofan bağlamaları təqdim edərək, içərisində psixotrop maddə metamfetamin və narkotik vasitə qurudulmuş marixuana olduğunu bildirmişdir. Həmçinin paltosunun sol yan cibindən üç ədəd mobil telefon və şəxsiyyət vəsiqəsini təqdim etmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitə və psixotrop maddəni «Abbas» adlı İran İslam Respublikası vasitəsi ilə Sumqayıt şəhəri ərazisindən əvvəlcən təyin edilmiş yerdən götürdüyünü, qeyd olunan maddələri Abbasın dediyi yerə qoycağını, gördüyü işin müqabilində Abbasın ona pul verəcəyini, narkotik vasitələrdən istifadə etmədiyini, üzərində olan xəsarətləri Bakı şəhəri ərazisində yerə yıxılan zaman aldığını, başqa hər hansı bir yerdə narkotik vasitə, psixotrop maddə saxlamadığını bildirmişdir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Fkspertizası Mərkəzindən alınmış xx.xx.2024-cü-cü il tarixli, 3-16-16/2-6/795- 7/205 №li rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində aşkar olan maddə ...» yazı və imzalar olan zərfdə 1 ədəd şəffaf sellofanda təmiz çəkisi 4,990qram ağ rəngli kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir, 1 ədəd şəffaf sellofanda təmiz çəkisi 104,979 qram bitki mənşəli kütlə çətənə (kaıtnabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Cinayət işinin materiallarında olan ambulator məhkəmə-psixiatrik ekspertizasının xx.xx.2024- cü il tarixli 949 №li rəyi ilə müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Cinayət işinin materiallarında olan xx.xx.2024-cü il tarixli “Diskə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş 051 - ***-**-** saylı mobil telefon nömrəsi ilə Zərərçəkmiş şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil telefon nömrəsi arasında xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan müddət ərzində telefon danışıqları olmuşdur. Cinayət işinin materiallarında olan xx.xx.2024-cü il tarixli “Telefona baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış zamanı götürülmüş “Samsung A10” markalı mobil telefona baxış keçirilmiş və həmin telefonun «qalereya» qovluğunun albom bölməsinin «skrinşot» ayarında «sabah patı olacaq, 30 dənə koladı, 30 qram, hədə bildim koladı, yaxşı 35 manatdan, hə, onu tezdən götüründə» sözlərindən ibarət olan yazışmalar aşkar olunmuşdur. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistik və İnformasiya İdarəsinin məlumatından görünür ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin 04 aprel 2019-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1-ci və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək 04 il 04 ay 14 gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, uşağı 14 yaşına çatanadək hökmün icrası təxirə salınmış, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 31 oktyabr 2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1ci, 178.2.4-cü maddələri ilə təqsirli bilinərək 01 (bir) il 07 (yeddi) ay 24 (iyirmi dörd) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikasının cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməlləri ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir, həmin əməllər qəsdən törədilmişdir, başa çatmış cinayətlərdir, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1-ci və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlləri təsnifata görə ağır, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməli təsnifata görə az ağır cinayətdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə hesab edir ki, əvvəllər Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə idarəsi ilə əməkdaşlıq etməsi, narkotik vasitələrin satışı ilə məşğul olmaması, dövlət başçısı təhqir etməsi barədə video sosial şəbəkələrdə yayıldıqdan sonra Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə idarəsinin əməkdaşlarının onu idarəyə çağırması, ona qarşı irəli sürülmüş ittihamı qəbul etməyə məcbur edilməsi, buna etiraz etdiyi üçün sonuncuların onu dəyməsi və qolunu sındırması, polis əməkdaşları tərəfindən məruz qaldığı fiziki təsirlərin nəticəsində etirafedici ifadə verməsi barədə Təqsirləndirilən şəxs ifadəsi işdə olan sübutlarla təsdiq olunmadığına görə qəbul edilə bilməz və cinayət məsuliyyətindən yayınmaq üçün özünümüdafiə məqsədi ilə verilmiş sayılmalıdır. İş materiallarında olan Azərbaycan Respublikası Baş Prokurorluğunun Xidməti araşdırmalar idarəsinin böyük prokuroru, İ dərəcəli hüquqşünas X6 18 mart 2024-cü il tarixli “Cinayət işinin başlanmasının rədd olunması haqqında” Qərarından görünür ki, Bakı şəhəri Binəqədi rayon polis idarəsinin istintaq şöbəsində-istintaqı aparılan cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən fiziki zorakılığa məruz qalması ilə əlaqədar daxil olmuş məlumat əsasında Xidməti araşdırmalar idarəsində 266-C-24 nömrəli material üzrə araşdırma aparılmış, Təqsirləndirilən şəxs müraciəti əsasında Xidməti araşdırmalar idarəsində toplanmış 266- C-24 nömrəli material üzrə cinayət işinin başlanılması rədd olunmuşdur. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasının 24 sentyabr 2024-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə Bakı istintaq təcridxanasına Binəqədi MSY-dan daxil olarkən sorğu zamanı Binəqədi müvvəqəti saxlama yerində olan zaman istintaqın gedişatına etiraz əlaməti olaraq özü-özünə xəsarət yetirdiyini bildirmişdir. Bədəninə baxış keçirən zaman qarnın ön hissəsinin aşağı 1/3-nin sağ və sol nahiyyəsində kəsilmiş, cızılmış, ətrafları tünd bənövşəyi rəngli qərtməkli yaraları aşkar edilmişdir. Bundan başqa Cinayət işinin materiallarında olan “Şəxsi axtarış və götürmə aparılması haqqında” 08 iyul 2024-cü il tarixli protokoldan, məhkəmə iclasında tədqiq edilmiş DVD diskdəki görüntülərdən görünür ki, Təqsirləndirilən şəxs üzərində olan xəsarətləri Bakı şəhəri ərazisində yerə yıxılan zaman aldığını bildirmişdir. Məhkəmə Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı vermiş olduğu ifadəsini mötəbər sübut qismində qəbul edir və sonuncunun ibtidai istintaq zamanı verdiyi ifadəsindən də görünür ki, xx.xx.2024-cü il tarixdə saat 23:20-də Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 3-cü Mədən küçəsində yerləşən «Nicat» marketin yaxınlığında piyada hərəkət edən zaman, iki nəfər mülki geyimdə olan şəxslər ona yaxınlaşaraq özlərini polis əməkdaşı kimi təqdim edərək, onun qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsində şübhəli olduğunu bildirərək xidməti vəsiqələrini göstərərək, barəisndə əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında qərarla tanış etdib onu Binəqədi RPİnin 43-cü PB-nin inzibati binasına dəvət etmişlər. PB-də dəvət olunmuş müdafiəçinin iştirakı ilə o, şübhəli qismində tutulmuş, ona hüquq və vəzifələri elan olunmuş və buna dair bildiriş təqdim edilmişdir. Bundan sonra üzərinə şəxsi axtarış keçirilmiş və şəxsi axtarış zamanı ona üzərində qanunla qadağan olunmuş əşyanın olduğu tədqirdə, onları təqdim etməsi təklif edilmişdir. Təklifdən sonra o, əynində olan paltosunun sağ yan cibindən 2 (iki) ədəd sellofan bağlamaları təqdim edərək, içərisində metamfetamin və qurudulmuş marixuana olduğunu bildirmişdir. Bağlamalar açıldıqda, içərilərində psixotrop maddə metamfetamin və narkotik vasitə qurudulmuş marixuana aşkar olunmuşdur. Həmçinin, paltosunun sol yan cibindən üzərində ***-***-**-** mobil nömrəsi olan 1 (bir) ədəd “Samsunq” markalı mobil telefon, üzərində mobil nömrə olmayan 2 (iki) ədəd mobil telefonlar və 1 (bir) ədəd özünə aid şəxsiyyət vəsiqəsi aşkar olunmuşdur. Bundan sonra təqdim etdiyi metamfetamin elektron tərəzidə çəkilmiş və çəkisi 4 (dörd) qram, qurudulmuş marixuana elektron tərəzidə çəkildikdə çəkisi 118 (yüz on səkkiz) qram təşkil etmişdir. Aşkar olunmuş maddələr içərisi boş olan ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılmış, möhürlənmiş, üzəri tərəfindən imzalanmışdır. Əhəmiyyət kəsb etdiyi üçün mobil telefonları və şəxsiyyət vəsiqəsi götürülmüşdür. Polis əmkdaşları tərəfindən saxlanılan və üzərinə şəxsi axtarış keçirilən zaman, ona qarşı heç bir psixi və ya fiziki zor tətbiq olunmamışdır. Bundan başqa 2022-ci ilin aprel ayında Sumqayıt Ağır Cinayətlər Məhkəməsində Azərbaycan Respubilkası CM-nin 126.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə baxılan X1 göstərilməsi üçün sonuncunun anası Zərərçəkmiş şəxs ona etdiyi müraciətlə əlaqədar Zərərçəkmiş şəxs Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hakimlərinin köməkliyi ilə X7 azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza verilməsini və həbsdən azad edilməsini təmin edəcəyini Sumqayıt şəhəri, Sülh küçəsi, 1-ci döngə, «Bağça şəhər» yaşayış kompleksində yerləşən mənzilində yalandan bildirib, bununla əlaqədar Zərərçəkmiş şəxs Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hakimlərinə verilməsi adı ilə xx.xx.2022-ci il tarixdə həmin ünvanda 10.000 manat, 2022-ci ilin noyabr ayının sonlarında onun tapşırığı ilə “MilliÖn” ödəniş terminalı vastəsilə "xxxx" ASC tərəfindən verilmiş bank kartına köçürülməklə 500 manat və ünvan 3 ünvanında 1000 manat alaraq, əldə etdiyi həmin pul vəsaitlərini şəxsi ehtiyaclarına sərf etməklə, verdiyi vədinə əməl etməmişdir. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli Qərarının 1, 2, 3, 4 və 5ci bəndlərində qeyd edilir ki, törədilmiş əməl o halda Cinayət Məcəlləsinin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. Dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Dələduzluq cinayəti özgənin əmlakının (əmlaka olan hüququnun) təqsirkarın və ya üçüncü şəxslərin sahibliyinə keçdiyi və onların bu əmlaka (əmlaka olan hüquqa) dair istədikləri kimi sərəncam vermək və ya onlardan istifadə etmək imkanının yarandığı andan başa çatmış hesab edilir. Şəxs əmlakı (əmlaka olan hüququ) əldə edərək onların verilməsinin şərtləri ilə bağlı öhdəlikləri yerinə yetirmək niyyətində olmadıqda və nəticədə zərər çəkmiş şəxsə maddi zərər vurulduqda, onun əməli o halda dələduzluq kimi qiymətləndirilir ki, təqsirkarın özgə əmlakının talanmasına və ya əmlaka olan hüquqa yiyələnməsinə yönəlmiş niyyəti həmin əmlakı və ya əmlaka olan hüququ əldə edənədək yaranmış olsun. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanuna əsasən, həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (maddə 1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (maddə 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (maddə 1.0.8) hesab edilir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən isə miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli 2 №-li qərarının 9-cu bəndində göstərilmişdir ki, narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir.Təqsirkarın narkotik vasitəni satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Qeyd olunan Plenum qərarının 14-cü bəndinin 2-ci abzasına əsasən, bir neçə növ narkotik vasitənin və ya psixotrop maddənin satış məqsədi ilə əldə edilməsi, saxlanılması, hazırlanması, istehsal edilməsi, emal edilməsi, daşınması və göndərilməsi müəyyən edildikdə, külli miqdar tövsifedici əlamətin olub-olmaması məsələsi həll edilərkən hər bir növ narkotik vasitənin miqdarı əsas götürülməli, hər hansı bir növ narkotikin miqdarı yuxarıda qeyd edilən siyahılarda külli miqdar kimi göstərilmiş miqdarı təşkil etdikdə əməl Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif edilməli, aşkar olunmuş narkotik vasitələrin və psixotrop maddələrin heç biri külli miqdar təşkil etmədikdə isə əməl (satış məqsədi ilə həmin maddələrin əldə edilməsi, saxlanılması və sair) Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə tövsif edilməlidir. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş müvafiq siyahıya əsasən təmiz halda 500 qramdan artıq çəkidə narkotik vasitə qurudulmuş marixuana və habelə 2 qram artıq çəkidə psixotrop maddə metamfetamin külli miqdarda hesab olunur. «Güclü təsir edən maddələr və onların külli miqdarının, habelə zəhərli maddələrin siyahılarının təsdiq edilməsi haqqında» Azərbaycan Respublikasının 2016-cı il 18 mart tarixli 180-VQ nömrəli Qanununun güclü təsir edən maddələr və onların külli miqdarının siyahısında Preqabalin (S)-3-(aminometil)-5-metilheksan turşusu külli miqdar (qramlarla) daxil olmaqla aşağı həddi 5 qram müəyyən olunmuşdur. Beləliklə məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4cü, 234.4.1-ci və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4-cü, 234.4.1-ci və 234.4.3-cü maddələrinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, zərər çəkmiş şəxsin ona qarşı şikayətçi olmasını, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı uşağının olmasını və zərər çəkmiş şəxsə vurduğu maddi ziyanın 6.800 manat hissəsini ödəməsini Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən onun cəzasının yüngülləşdirən hallar qismində qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-229/2019 saylı, 04 aprel 2019-cu il tarixli hökmündən müəyyən olunur ki, Təqsirləndirilən şəxs 05 iyun 2017-ci il təvəllüdlü bir azyaşlı uşağı var. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-229/2019 saylı, 04 aprel 2019-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.4.1-ci və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək qəti olaraq 04 (dörd) il 04 (dörd) ay 14 (on dörd) gün müddət azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 79-cu maddəsi tətbiq edilməklə, uşağı on dörd yaşına çatanadək cəzasının çəkilməsi təxirə salınmışdır. Qəsdən ağır cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş Təqsirləndirilən şəxs məhkumluğu ödənilmədən və ya götürülmədən yenidən qəsdən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü, 234.4.1-ci və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayətləri törətməsini müvafiq olaraq cinayətlərin residivi və təhlükəli residivi, həmçinin Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal hesab edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-229/2019 saylı, 04 aprel 2019-cu il tarixli hökmü ilə təyin edilmiş 04 (dörd) il 04 (dörd) ay 14 (on dörd) gün müddət azadlıqdan məhrum etmə cəzasının çəkilməsi təxirə salınsa da, Təqsirləndirilən şəxs məhkumluğu ödənilmədən və ya götürülmədən yenidən qəsdən cinayət törətdiyindən və cəzanın çəkilməsinin təxirə salınması Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4-cü maddəsində qeyd edilən və residivin müəyyən edilməsi zamanı nəzərə alınmayan hallardan hesab edilmədiyindən, sonuncunun Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayəti törətməsi cinayətlərin residivi, həmin məcəllənin 234.4.1-ci və 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayəti törətməsi cinayətlərin təhlükəli residivi hesab edilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayət törədilməsi cinayətin residivini yaradır. Azərbaycan Respublikası CM-nin 83.3.4-cü maddəsinə əsasən ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə məhkumluq ödənilmiş sayılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.1-1-ci maddəsinə əsasən cəzanın çəkilməsi təxirə salınmış şəxslər barəsində bu Məcəllənin 79.3-cü maddəsində nəzərdə tutulmuş qaydada cəzadan və ya cəzanın çəkilməmiş hissəsindən azad edildikdə məhkumluğu olmayan hesab edilir. Beləliklə məhkəmə hesab edir ki, əvvəllər Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)- 229/2019 saylı, 04 aprel 2019-cu il tarixli hökmü ilə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş Təqsirləndirilən şəxs məhkumluğu ödənilmədən və ya götürülmədən yenidən qəsdən Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayəti törətməsi cinayətlərin residividir, beləliklə də məhkumluğu vaxtından əvvəl götürülməmiş Təqsirləndirilən şəxs məhkəmənin hazırki hökmü ilə törətməkdə təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməli cinayətlərin təsnifatına görə az ağır hesab olunduğundan və ona istinad edilən cinayət əməlini əvvəllər ağır cinayət törətməyə görə məhkum olunduğu azadlıqdan məhrum etmə cəzasını çəkib qurtardığı gündən 02 il keçmədən törətdiyindən, Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə müvafiq olaraq törədilmiş dələduzluq cinayətinə görə həmin Məcəllənin 178.2.4-cü maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az olmamaqla azadlıqdan məhrum etmə cəzası təyin olunmalıdır. Bundan başqa qəsdən ağır cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş Təqsirləndirilən şəxs yenidən qəsdən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1-ci və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş, təsnifatına görə ağır hesab edilən cinayət əməlini törətməsi cinayətlərin təhlükəli residivi hesab olunur. Belə ki, Azərbaycan Respublikası CM-nin 18.2.2-ci maddəsinə əsasən qəsdən ağır cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs yenidən qəsdən ağır cinayət törətdikdə cinayətin təhlükəli residivini yaradır. Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə həmin Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün təhlükəli residivə görə üçdə ikisindən az ola bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən, cinayətlərin məcmusuna ağır və ya xüsusilə ağır cinayətlərdən hər hansı biri daxildirsə, təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda azadlıqdan məhrum etmə növündə qəti cəzanın müddəti iyirmi ildən çox ola bilməz. Cinayətlərin məcmusuna daxil olan cinayətlərdən birinə görə ömürlük azadlıqdan məhrum etmə növündə cəza və ya iyirmi il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edildikdə isə az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə qəti cəza təyin edilir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsində müəyyən edilmiş azadlıqdan məhrum etmə növündə cəzanın yuxarı həddinin yarısından az olmamaqla və Azərbaycan Respublikası CM-nin 234.4.1-ci və 234.4.3-cü maddələrində müəyyən edilmiş azadlıqdan məhrum etmə növündə cəzaların yuxarı həddinin üçdə ikisindən az olmamaqla cəza təyin edilməli, Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrum etmə cəzaları qismən toplamaq yolu ilə sonuncuya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Bundan başqa Azərbaycan Respublikası CM-nin 79.5-ci maddəsinə əsasən şəxs cəzaçəkmənin təxirə salındığı müddətdə qəsdən az ağır, ağır və ya xüsusilə ağır cinayət törətdikdə, məhkəmə cəzaçəkmənin təxirə salınmasını ləğv edir və ona bu Məcəllənin 67ci maddəsində nəzərdə tutulmuş qaydalar üzrə cəza təyin edir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 1(001)-61/2022 saylı, 31 oktyabr 2022-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1-ci və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək qəti olaraq 01 (bir) il 07 (yeddi) ay 24 (iyirmi dörd) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Həmçinin cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-229/2019 saylı, 04 aprel 2019-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.4.1-ci və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək qəti olaraq 04 (dörd) il 04 (dörd) ay 14 (on dörd) gün müddət azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 79-cu maddəsi tətbiq edilməklə, uşağı on dörd yaşına çatanadək cəzasının çəkilməsi təxirə salınmışdır. İş materiallarında olan Sumqayıt şəhər probasiya şöbəsinin 10 oktyabr 2024-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü tarixdə şöbədə qeydiyyata alınmış, polis əməkdaşları tərəfindən tutulduğu xx.xx.2024-cü il tarixədək cəzasından 01 il 27 gününü çəkmiş və çəkilməmiş cəzası 06 ay 27 gun təşkil edir Azərbaycan Respublikası CM-nin 68.1.1-1-ci maddəsinə əsasən cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü bərabər tutulur. Buna görə məhkəmə hesab edir ki Azərbaycan Respublikası CM-nin 79.5-ci maddəsinə əsasən Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-229/2019 saylı, 04 aprel 2019-cu il tarixli hökmü ilə Təqsirləndirilən şəxs barəsində qəti olaraq təyin edilmiş 04 (dörd) il 04 (dörd) ay 14 (on dörd) gün müddətə azadlıqdan məhrum etmə cəzasının çəkilməsinin təxirə salınması ləğv edilməli, Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-229/2019 saylı, 04 aprel 2019-cu il tarixli hökmü ilə qəti olaraq təyin edilmiş 04 (dörd) il 04 (dörd) ay 14 (on dörd) gün müddətə azadlıqdan məhrum etmə cəzası bu hökm üzrə təyin olunmuş müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza ilə qismən birləşdirilməklə Təqsirləndirilən şəxs 09 (doqquz) il 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməli, həmçinin sonuncuya Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 1(001)-61/2022 saylı, 31 oktyabr 2022-ci il tarixli hökmü ilə təyin edilmiş azadlığın məhdudlaşdırılması növündə cəzanın çəkilməmiş 06 (altı) ay 27 (iyirmi yeddi) gün müddətində hissəsi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə müvafiq olaraq azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü hesabı ilə hesablanaraq 03 (üç) ay 13 (on üç) gün müddətə azadlıqdan məhrum etmə növündə cəzaya bərabər tutulmaqla, Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən bu hökm üzrə təyin edilmiş cəzaya qismən birləşdirilməli və Təqsirləndirilən şəxs qəti olaraq müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməlidir. Azərbaycan Respublikası CM-nin 56.1 və 56.1.2-cü maddəsinə görə qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün azadlıqdan məhrum etmə növündə cəzanın ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə görə azadlıqdan məhrum etmə növündə cəzanın xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plemunun 28 iyun 2002-ci il tarixli, 2 saylı Qərarının 4-cü bəndinə əsasən əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmiş şəxslər dedikdə, keçmişdə törətdikləri cinayətlərə görə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və cəzalarını müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzaçəkmə müəssisələrində, həbsxanalarda, azadlıqdan məhrum edilmiş şəxslər üçün müalicə müəssisələrində, təsərrüfat və məişət xidməti işlərinə görə istintaq təcridxanalarında saxlanılmış (CİM-nin 66-cı maddəsi) və yeni cinayət hadisəsi törədilənədək qanunla müəyyən edilmiş qaydada məhkumluğu götürülməmiş və ödənilməmiş şəxslər başa düşülməlidir. İşdə olan sübutlardan isə göründüyü kimi Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-229/2019 saylı, 04 aprel 2019-cu il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 04 (dörd) il 04 (dörd) ay 14 (on dörd) gün müddətə azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikası CM-nin 79-cü maddəsinə əsasən çəkilməsi üçün təxirə salındığından, sonuncu azadlıqdan məhrum etmə növündə cəzasını cəzaçəkmə müəssisələrində çəkməmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-229/2019 saylı, 04 aprel 2019-cu il tarixli hökmü tarixli hökmü ilə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, lakin cəzasının çəkilməsi təxirə salınmış Təqsirləndirilən şəxs hazırda ona istinad edilən cinayət əməlini törədənədək cəza çəkmək üçün cəzaçəkmə müəssisəsinə göndərildiyi müəyyən edilməmişdir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü, 234.4.1-ci və 234.4.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə cəzası təyin edilməli, Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrum etmə cəzaları qismən toplamaq yolu ilə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza müəyyən edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 5-ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 158-ci maddəsində də birbaşa göstərilir ki, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir (maddə 158.6). Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 07 fevral 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 4(001)-101/2024 saylı, 09 fevral 2024-cü il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmişdir. Ona görə də, məhkəmə göstərilənləri nəzərə almaqla Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən belə nəticəyə gəlir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 07 fevral 2024-cü il tarixdən hesablanmalıdır. Həmçinin zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs qızna ona dəymiş maddi ziyana görə Təqsirləndirilən şəxs qarşı mülki icraat qaydasında məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilmədi. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.4-cü maddəsinə əsasən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə edilmiş hallar istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Həmin Məcəllənin 132.1.7-ci maddəsinə əsasən dəyəri olmayan digər əşyalar məhv edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.6-cı maddəsinə əsasən, maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Həmin məcəllənin 135.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə əhəmiyyət kəsb edə bilən məlumatları hərf, rəqəm, qrafika və digər işarə formasında özündə əks etdirən kağız, elektron və ya digər daşıyıcılar sənəd hesab olunur. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut qismində tanınaraq Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin saxlancına təhvil verilmiş, ekspert tədqiqatından sonra qalıq təmiz çəkisi 104,929 qram narkotik vasitə qurudulmuş marixuana, 4,940 qram psixotrop maddə metafetamin məhv edilməlidir. İş üzrə maddi sübut qismində tanınaraq Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin saxlancına təhvil verilmiş Təqsirləndirilən şəxs məxsus 01 (bir) ədəd “Samsung A10” markalı mobil telefon cəzasının çəkib qurtardıqdan sonra Təqsirləndirilən şəxs və ya özünün razılığı ilə ailə üzvlərinə qaytarılmalıdır. Eyni zamanda məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınaraq cinayət işinə əlavə edilmiş 01 ədəd “DVD” və 01 ədəd “CD” disk Azərbaycan Respublikası CPMnin 132.1.6-cı maddəsinə əsasən cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də məhkəmə xərclərinin ödənilməsidir. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 70 (yetmiş) manat məbləğində ekspertiza xərci tutularaq dövlət büdcəsinə ödənilməlidir. Məhkəmə məsrəfləri ilə bağlı məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında hüquqlarını müdafiə etmiş Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Əsgər oğluna dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli, 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 06 manat məbləğində müəyyən edilmişdir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında göstərdiyi pulsuz hüquqi yardıma görə 20 (iyirmi) iş saatı üçün 120 (yüz iyirmi) manat məbləğində vəsait Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Əsgər oğluna ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri 12 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Məhkəmə gəldiyi nəticələri “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003cü il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” xx.xx.2006-cı il tarixli, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2011-ci il tarixli, “Məhkəmə hökmü haqqında” xx.xx.2021-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4-cü, 234.4.1-ci və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına və Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1-ci və 234.4.3-cü maddələri ilə 08 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrum etmə cəzaları qismən toplamaq yolu Təqsirləndirilən şəxs 08 (səkkiz) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 79.5-ci maddəsinə əsasən Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-229/2019 saylı, 04 aprel 2019-cu il tarixli hökmü ilə Təqsirləndirilən şəxs barəsində qəti olaraq təyin edilmiş 04 (dörd) il 04 (dörd) ay 14 (on dörd) gün müddətə azadlıqdan məhrum etmə cəzasının çəkilməsinin təxirə salınması ləğv edilsin. Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-229/2019 saylı, 04 aprel 2019-cu il tarixli hökmü ilə qəti olaraq təyin edilmiş 04 (dörd) il 04 (dörd) ay 14 (on dörd) gün müddətə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən bu hökm üzrə təyin olunmuş 08 (səkkiz) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə növündə cəza ilə qismən birləşdirilməklə Təqsirləndirilən şəxs 08 (səkkiz) il 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 1(001)-61/2022 saylı, 31 oktyabr 2022-ci il tarixli hökmü ilə təyin edilmiş azadlığın məhdudlaşdırılması növündə cəzanın çəkilməmiş 06 (altı) ay 27 (iyirmi yeddi) gün müddətində hissəsi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə müvafiq olaraq azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü hesabı ilə hesablanaraq 03 (üç) ay 13 (on üç) gün müddətə azadlıqdan məhrum etmə növündə cəzaya bərabər tutulmaqla, Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən bu hökm üzrə təyin edilmiş 08 (səkkiz) il 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzasına qismən birləşdirilsin və Təqsirləndirilən şəxs qəti olaraq 09 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs məhkəməyədək və məhkəmə icraatı zamanı həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin başlanğıcı 07 fevral 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Zərərçəkmiş şəxs qızna ona dəymiş maddi ziyana görə Təqsirləndirilən şəxs qarşı mülki icraat qaydasında məhkəməyə müraciət etmək hüququ izah edilsin. İş üzrə maddi sübut qismində tanınaraq Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin saxlancına təhvil verilmiş, ekspert tədqiqatından sonra qalıq təmiz çəkisi 104,929 qram narkotik vasitə qurudulmuş marixuana, 4,940 qram psixotrop maddə metafetamin məhv edilsin. İş üzrə maddi sübut qismində tanınaraq Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin saxlancına təhvil verilmiş Təqsirləndirilən şəxs məxsus 01 (bir) ədəd “Samsung A10” markalı mobil telefon cəzasının çəkib qurtardıqdan sonra Təqsirləndirilən şəxs və ya özünün razılığı ilə ailə üzvlərinə qaytarılsın. İş üzrə maddi sübut kimi tanınaraq cinayət işinə əlavə edilmiş 01 ədəd “DVD” və 01 ədəd “CD” disk Azərbaycan Respublikası CPM-nin 132.1.6-cı maddəsinə əsasən cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılsın. Təqsirləndirilən şəxs 70 (yetmiş) manat məbləğində ekspertiza xərci tutularaq dövlət büdcəsinə ödənilsin. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında göstərdiyi pulsuz hüquqi yardıma görə 20 (iyirmi) iş saatı üçün 120 (yüz iyirmi) manat məbləğində vəsait Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Əsgər oğluna ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri 12 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: Elnur Nuriyev (sədrlik edən) Azər Tağıyev Kamran Muxtarov
Məhkəmə qərarları › İş №1(101)-2079/2024
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-2079/2024
01.11.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver