Məhkəmə qərarları › İş №1(101)-208/2021

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-208/2021

01.04.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-208/2021 01.04.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Sədrlik edən Mikayılov Eldar Əli oğlu, Hakimlər Abasov Əliövsəd Məzahir oğlu və Ağalarov Mahmud Muradxan oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi - X11, Dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi- Azərbaycan Respublikası Vəkillər kollegiyası Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxxxx 1972-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, Biləsuvar Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli hökmünə əsasən CM-in 206.2 və 234.1-ci maddələri ilə qəti olaraq 03 il 05 ay 05 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddəni əldə edərək saxlamış və daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs xx xxxx 2020-ci il tarixdə Biləsuvar şəhərində adı istintaqa məlum olmayan İran İslam Respublikasının vətəndaşından satış məqsədi ilə qanunsuz olaraq təmiz çəkisi 50,547 qram külli miqdar təşkil edən tünd qəhvəyi rəngli kustar üsulla hazırlanmış narkotik vasitə tiryək, təmiz çəkisi 12,287 qram külli miqdar təşkil edən ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə metafetamin, 48 ədəd ağ rəngli dairəvi formalı həblərdə metadonun təsir maddəsinin ümumi miqdarı 1,92 qram külli miqdar təşkil edən Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşıdırlan narkotik vasitələrin İİ siyahısına daxil olan dərman vasitəsi metadonu və istintaqa məlum olmayan tarixdə Cəlilabad rayonunda istintaqa "Hacı" kimi məlum olan mənbədən təmiz çəkisi 5005 qram (5 kq 5 qram) külli miqdar təşkil edən tərkibində narkotik maddələr olan çətənə kannabis bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı qanunsuz olaraq əldə edərək saxlayaraq daşımış, Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz olaraq dövriyyəsində şübhəli olduğu üçün xx xxxx 2020-ci il tarixdə saat 18:00-da Bakı şəhəri Qaradağ RPİ-nin 11-ci PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Bakı-Qazax magistiral yolunun, Qaradağ rayonu, Sahil qəsəbəsindən keçən hissəsində saxlanılmaq istənilərkən o, polis əməkdaşlarının yaxınlaşdıqlarını görüb tutulmaqdan yaxa qurtarmaq məqsədi ilə idarə etdiyi “Nissan Qashqai” markalı **-NE-*** dövlət qeydiyyat nişanlı avtomobili işə salaraq Bakı-Qazax magistiral yolu ilə Bakı şəhəri istiqamətdə hərəkətə başlamış və Bakı-Qazax yolunun 29-cu km-də, Bakı şəhəri istiqamətdə hərəkətdə olarkən avtomobilin idarəetməni itirərək avtomobili yolun sağındakı xəndəyə aşırmış, Təqsirləndirilən şəxs həmin yerdə, saat 18:35-də 11-ci PB-nin əməkdaşları tərəfindən saxlanılaraq Bakı-Qazax yolunun 29-cu km-də fəaliyyət göstərən “Qaradağ Market” ilə üzbəüz Bakı şəhəri istiqamətində yolun sağ kənarında müdafiəçinin iştirakı ilə şübhəli şəxs qismində tutulduqdan sonra videoçəkiliş aparılmaqla üzərinə baxış keçirilən zaman Təqsirləndirilən şəxs əynindəki göy rəngli qısa qol gödəkcənin sağ yan cibindən həmin bir ədəd sellofan bükümdə içində təmiz çəkisi 50,547 qram külli miqdar təşkil edən tünd qəhvəyi rəngli kustar üsulla hazırlanmış narkotik vasitə tiryək, bir ədəd sellofan bükümdə təmiz çəkisi 12,287 qram külli miqdar təşkil edən ağ rəngli kristalik kustar üsulla hazırlanmış psixotrop maddə metafetamin və 48 ədəd ağ rəngli dairəvi formalı həbdə metadonun təsir maddəsinin ümumi miqdarı 1,92 qram külli miqdar təşkil edən Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşıdırlan narkotik vasitələrin İİ siyahısına daxil olan dərman vasitəsi metadon aşkar edilərək götürülmüş, daha sonra həmin tarixdə saat 19:30-da davam edən təxirəsalınmaz axtarış və götürmə istintaq hərəkətləri zamanı videoçəkilişlə axtarış aparılarkən Təqsirləndirilən şəxs idarə etdiyi “Nissan Qashqai” markalı **-NE-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa yük yerində bir ədəd polietilen torbada təmiz çəkisi 5005 qram (5 kq 5 qram) külli miqdar təşkil edən tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə elan olunmuş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, xx xxxx 2020-ci il tarixdə saat 18:00 radələrində dostu Dəyanət adlı şəxsdən müvəqqəti olaraq istifadəyə götürüb idarə etdiyi "Nissan Qashqai" markalı, **-NE-*** dövlət qeydiyyat nişanlı avtomaşınla Bakı-Qazax yolunun Qaradağ rayonu, Sahil qəsəbəsindən keçən hissəsində yolun kənarında Bakı şəhəri istiqamətində dayanmışdır. Həmin vaxt avtomobildə tək olmuş və öz tanışı Rövşən adlı şəxsi gözləmişdir. O, əvvəllər 11-ci PB-nin yaxınlığında yaşadığı üçün polis əməkdaşlarının bir neçəsini simasından tanımışdır. Elə avtomobildə gözlədiyi vaxt avtomobilin yan güzgülərindən arxa hissəyə baxmış və Qaradağ RPİ-nin 11-ci PB-nin əməkdaşlarının onun avtomobili tərəfə gəldiklərini görmüşdür. Elə bu zaman ilk olaraq Rövşən adlı tanışı, bir an sonra isə polis əməkdaşı olaraq tanıdığı Ruhin onun avtomobilinə əyləşmişlər. Rövşən qabaq sərnişin tərəfindən oturmuş, Ruhin də Rövşənin arxasındakı oturacaqda əyləşmişdir. Rövşən maşına oturan kimi ona sürməsini demiş, o da avtomobillə hərəkətə başlamışdır. Avtomobil hərəkət etdiyi zaman Ruhin maşının sükanına əl atıb burduğundan maşın yoldan çıxmış və xəndəyə düşmüşdür. Bundan sonra Ruhin maşının açarını buraraq mühərriki söndürmüş, Rövşən isə oradan qaçıb çıxıb getmişdir. Onun avtomobili dərhal sürüb çıxıb getməsinə səbəb əynindəki göy rəngli qolsuz gödəkçənin sağ yan cibində bir ədəd bükümdə narkotik vasitə olan tiryək, bir ədəd bükümdə psixotrop maddə olan metafetamin və ümumi 48 ədəd həb olan 5 listdə "Methadone" dərmanının olduğu üçün polis əməkdaşlarının onu tutmaq üçün gəldiklərini düşünməsi olmuşdur. Həmin vaxt o, təxminən ***-**** metr yol sürə bilmiş və təxminən 80 km/saat sürətlə hərəkt etmiş, daha sonra isə xəndəyə düşmüşdür. Bundan sonra digər polis əməkdaşları da oraya gəlib, ona qarşı təzyiq göstərməklə tutub saxlamışlar. Bir qədər sonra oraya bir nəfər polis zabiti də gəlmiş, həmin şəxsin müstəntiq olduğunu bilmiş və daha sonra ona vəkil də təqdim olunmuş, həmin vəkil 10 saylı vəkil bürosunun vəkili X4 olmuşdur. Daha sonra ona hüquq və vəzifələri izah edilmiş və videoçəkiliş aparılmaqla onun üzərində baxış keçirilməyə başlanmışdır. Bu zaman əynindəki gödəkçənin sağ yan cibindən bir ədəd bükümdə tiryək narkotik vasitəsi, bir ədəd bükümdə metafetamin psixotrop maddəsi və 48 ədəd "Methadone" dərman vasitələrinin həbi və bir ədəd tərəzi aşkar edilmişdir. Polis əməkdaşları ondan soruşduqları zaman, həmin narkotik vasitələrin və psixotrop maddələrin özünə məxsus olduğunu və özünün istifadəsi üçün xx xxxx 2020ci il tarixdə Azərbaycan Respublikası, Biləsuvar rayonu ərazisində tanımadığı İran İslam Respublikasının vətəndaşından aldığını bildirmişdir. Bundan sonra həmin narkotik vasitələr və psixotrop maddələr polis əməkdaşları tərəfindən qablaşdırılaraq götürülməklə protokol tərtib edilmiş və o da protokolu imzalamışdır. Bundan sonra polis əməkdaşları ona avtomobilinə baxış keçirilməsinin lazım olduğunu bildirmiş, o da buna etiraz etmədiyini bildirərək ərizə verdikdən sonra polis əməkdaşları tərəfindən idarə etdiyi nəqliyyat vasitəsinə həmin yerdə təxirəsalınmaz axtarış keçirilmişdir. Videoçəkiliş ilə nəqliyyat vasitəsinə axtarış keçirilən zaman "Nissan Qashaqi” markalı **-NE-*** dövlət qeydiyyat nişanlı avtomobilin salon hissəsindən heç bir qanunsuz əşya aşkar olunmamış, arxa yük yerindən isə bir ədəd polietilen torbada içində qurudulmuş marixuana narkotik vasitə olan quru bitki kütləsi aşkar edilmişdir. Bu zaman o, həmin kütlənin ona məxsus olmadığını bildirsə də, polis əməkdaşları bunun araşdırılacağını söyləmişlər. Hazırda bildirir ki, həmin kisədəki marixuana ona məxsus olmamış, ola bilsin həmin kütləni oraya Rövşən adlı tanışı qoymuşdur. Verilmiş suallara cavab olaraq göstərmişdir ki, Avtomobilinin yük yerində aşkar olunmuş bir kisədə narkotik vasitə qurudulmuş marixuana ona məxsus deyildir. Həmin narkotik vasitəni ola bilsin ki, oraya həmin gün ifadəsində göstərdiyi Rövşən adlı şəxs gətirib qoymuşdur. Rövşən onun idarə etdiyi avtomobilə əyləşməmişdən qabaq həmin avtomobilin yük yeri bağlı olmuş, oranın kiminsə tərəfindən açılmasını görməmişdir. İfadəsində Rövşən adlı şəxsin qabaq sərnişin kreslosunda əyləşdiyini və eləcə də yük yerinin açılmadığını bildirdiyi halda, həmin narkotik vasitənin Rövşən tərəfindən oraya necə qoyulmuş ola biləcəyini izah edə bilmir. Saxlandığı zaman əynindəki göy rəngli qolsuz gödəkçənin sağ yan cibində bir ədəd bükümdə narkotik vasitə olan tiryək, bir ədəd bükümdə psixotrop maddə olan metafetamin və ümumi 48 ədəd həb olan 5 listdə "Methadone" dərmanı və bir ədəd tərəzi onun üzərində olmuşdur. Tutulduğu tarixlərdə onun istifadəsində ***-***-**-**, ***-***-**-** və ***-***-**-** saylı mobil telefon nömrələri olmuş, həmçinin həmin nömrələrlə telefonunda "WhatApp” ani mesajlaşma proqramında qeydiyyatdan keçməklə istifadə etmişdir. Elan edilməklə ona təqdim edilmiş cinayət işinin birinci cildinin 80-82-ci vərəqlərində olan “Təqsirləndirilən şəxsin dindirilməsi haqqında” xx.xx.2020-ci il tarixli protokol ona tanışdır, həmin protokolun hər bir vərəqinin aşağısında və “Təqsirləndirilən şəxs” qrafasındakı imza ona məxsusdur, həmin protokol tərtib olunduğu vaxt təqsirləndirilən şəxs qismində dindirilərkən müdafiəçisi iştirak etmişdir. İfadənin sonunda kiril qrafikalı Azərbaycan əlifbası ilə əlyazma formasında yazılmış,- “İfadə ucadan oxundu mənə, əlavəm yoxdur, düzgünlüyünü imzamla təsdiq edirəm” sözlərini o, özü yazmışdır. Həmin protokolun məzmununda verilmiş suallara cavab olaraq “həmin narkotik vasitələri və psixotrop maddəni şəxsi istehlak məqsədi ilə xx.xx.2020-ci il tarixdə Biləsuvar rayonunda tanımadığım İİR vətəndaşından əldə etmişəm. Belə ki, mən xx.xx.2020-ci il tarixdə şəxsi işim ilə əlaqədar Biləsuvar şəhərinə getmişdim. Biləsuvar şəhərində yerləşən bazarın qarşısında olan zaman bir nəfər şəxs mənə yaxınlaşıb İran İR vətəndaşı olduğunu bildirdi və onda narkotik vasitələr olduğunu və ucuz qiymətə satdığını dedi. Həmin vaxt üzərimdə pul olduğu üçün qərara gəldim ki, həmin şəxsdən narkotik alaraq özümdə saxlayım və özüm gələcəkdə istifadə edim. Mən razılaşdım və 1000 manat müqabilində tanımadığım İran İR vətəndaşından bir ədəd bükümdə tiryək narkotik vasitəsi, bir ədə bükümdə metafetamin psixotrop maddəsi və 48 ədəd “Methadone” dərman vasitələrinin həblərini aldım və üzərimdə saxladım. Sonra İran vətəndaşı oradan getdi. Bir daha onu görmədim, həmin şəxsi ilk dəfə idi görürdüm” məzmunda ifadə verməsi ona aydındır. Həmin hissədə ifadəsini təsdiq edir və bildirir ki, aşkar olunan vasitələri həqiqətən də özünün istifadəsi üçün almışdır. Həmin protokolun məzmununda “Mən aşkar edilmiş marixuananı Cəlilabad rayonundan üzdən tanıdığım “Hacı” adlı şəxsdən almışam. Belə ki, Biləsuvar rayonundan sonra işim ilə əlaqədar Cəlilabad rayonuna getdim. Orada üzdən tanıdığım “Hacı” adlı şəxslə təsadüfən görüşdüm. “Hacı” mənə dedi ki, onda narkotik vasitə olan qurudulmuş marixuana var və həmin marixuananı 200 manata satır. Mən razılaşdım və həmin şəxsdən şəxsi istifadəm üçün marixuananı alaraq idarə etdiyim avtomaşının yük yerinə qoydum.” kimi məlumatın qeyd olunması, yəni faktiki olaraq ifadəsində avtomobilin yük yerindən aşkar olunmuş narkotik vasitə qurudulmuş marixuananı əldə etmə vaxtı, yeri və mənbəyi ilə bağlı ətraflı məlumat verməsi ona aydındır. Hazırda ifadəsində fərqli məlumat verməsini izah etməkdə çətinlik çəkir. Bir daha qeyd edir ki, üzərindən aşkar olunan narkotik vasitələri və psixotrop maddəni yalnız öz istifadəsi üçün əldə etmişdir. Ona qarşı polis əməkdaşları tərəfindən saxlandığı zaman zor tətbiq olunub və təzyiq göstərilib. Avtomobilin yük yerindən aşkar olunan bir kisədə narkotik vasitə qurudulmuş marixuana Rövşənə məxsusdur. Rövşəni gözlədiyi vaxt ilk olaraq Rövşən qabaq sərnişin oturacağına, dərhal onun ardınca isə Ruhin adlı polis əməkdaşı Rövşənin arxasında olan oturacağa maşına oturmuş və o, dərhal avtomobili hərəkətə gətirmişdir. Avtomobilin arxa yük yerindən aşkar olunan narkotik vasitə ona məxsus olmamışdır. İfadəsində göstərdiyi Rövşən adlı şəxsin özü Ələt rayonunda yaşamaqla, ləqəbi Conidir. Həmin şəxslə istifadəsində olan mobil telefon nömrələri ilə əlaqə saxlamışdır. Hadisə günü Rövşən avtomobilinə oturan kimi “sür” dediyi üçün o da avtomobili hərəkətə gətirmiş və təxminən ***-**** metr yolu sürdükdən sonra Ruhin adlı polis əməkdaşı maşının sükanını burduğu üçün maşın yoldan çıxmış və xəndəyə düşmüşdür. Həmin vaxt avtomobili idarə edərkən təhlükəsizlik kəmərini bağlamamışdır. Hazırda məhkəmə iclasında polis əməkdaşları tərəfindən saxlandıqdan və avtomobili yoldan çıxararaq xəndəyə saldığı yerdə ona qarşı təzyiq olunduğunu bildirdiyi halda, ibtidai istintaq zamanı bu barədə heç bir ifadəsində bildirməməsinin, həmin xəsarətləri məhz avtomobili xəndəyə saldığı zaman avtomobilin daxili səthindəki qurğularına dəyməsi zamanı almasını bildirməsinin səbəbini izah etməkdə çətinlik çəkir, həmin vaxtı polis əməkdaşlarından çəkindiyindən ifadəsini belə vermişdir. Bu kimi hərəkətsizliyini polis əməkdaşlarının təzyiqi səbəbi ilə izah etdikdə belə, cinayət işinin birinci cildinin 92-95-ci vərəqlərində olan Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 4(002)-31/2020 nömrəli qərarından da göründüyü kimi, barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı məsələyə qapalı məhkəmə iclasında məhkəmədə baxılarkən, yəni məhkəməyə həqiqəti çatdırmaq üçün tam sərbəst imkanı olduğu halda belə, göz nahiyəsində almış olduğu xəsarətləri hadisə baş verən gün avtomobillə hərəkətdə olarkən idarəetməni itirdiyi zaman sükanın onun göz nahiyəsinə dəyməsi nəticəsində almasını bildirməsinin səbəbini izah etməkdə çətinlik çəkir. İş üzrə ibtidai istintaq zamanı müstəntiqin qərarı əsasında keçirilmiş və cinayət işinin birinci cildinin 101-104-cü vərəqlərində olan xx.xx.2020-ci il tarixli, 224 nömrəli məhkəmə-tibbi ekspertizasının rəyi ona tanışdır. Həmin ekspertiza rəyinə əsasən bədən səthində aşkar olunmuş xəsarətlərinin xarakter və lokalizasiyalarına görə yol-nəqliyyat hadisəsi zamanı əmələ gəlməsinin inkar olunmadığının müəyyən edilməsi ona aydındır. Ümumiyyətlə Rövşənlə daha əvvəllər də əlaqəsi olmuş, Rövşən də onun kimi narkoman olmaqla, Rövşənin ona borcu da olmuşdur. O, xəndəyə düşəndən sonra hadisə yerindən Rövşən qaçaraq uzaqlaşmışdır. İfadələrində narkotik vasitəni əldə etmə mənbəyi kimi qeyd olunan “Hacı” adlı şəxslə hər hansı əlaqəsi olmamışdır, sonuncudan narkotik vasitə marixuana almasını təsdiq etmir. Özünün daha əvvəl Qaradağ Rayon Məhkəməsinin 1(002)-152/2008 nömrəli, xx.xx.2008-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 234.2-ci maddələri ilə, yəni şəxsi istifadəsi ilə yanaşı narkotik vasitənin satışını həyata keçirməkdə təqsirli bilinərək məhkum olunması ona aydındır, lakin hazırki cinayət işi üzrə ondan aşkar olunmasını etiraf etdiyi narkotik vasitə və psixotrop maddəni şəxsi istifadəsi üçün əldə etdiyini təkrar olaraq bildirir. Onun istifadəsində olmuş ********** mobil telefon nömrəsindən göndərilmiş və həmin telefon nömrəsinə daxil olmuş sms məlumatlarından görünən ********** nömrəsindən xx.xx.2020-ci il tarixdə, saat 06:43-də “Yatmamisansa xeber ele, Duranda zəng elə mənə srocnu tema yoxumdu avara oldum nece gundu” məzmunlu, ********** nömrəsindən xx.xx.2020-ci il tarixdə, saat 01:22 radələrində “Amanatun var 10,15 dene”, “150 var qallanıda saba verim”, “Masın olmusken he Yox de gelim padarcole kimi gotrum qalydım 200m duzdım qosdum 15 verersen 5q pulun verim saba” məzmunlu, ********** nömrəsindən xx.xx.2020-ci il tarixdə, saat 03:11 radələrində “Xahiw edirem menim dermanimida getir, yaddan cixmasin”, ********** nömrəsindən xx.xx.2020-ci il tarixdə, saat 04:47 radələrində “Hardasan kelim koruwek iwim var tezbazar”, “100 necedene batı veresenib”, “Adam var onda 350 kram ot var ideyirem onu atam”, “Kola var in”, “Nayıl dunen seherden ahwama keder wobede olmuwam balamın canı zamına cıhmıwam zulumnen rayondayam o hazırdı mawın yohdu kele bilmirem” məzmunlu, ********** nömrəsindən xx.xx.2020-ci il tarixdə, saat 23:34 radələrində “Alinir alinmir bir kelme di bilimde camatin yaninda yalanci cixmiyim” məzmunlu, ********** nömrəsindən xx xxxx 2020-ci il tarixdə, saat 19:59-da “Gözdüyürem menim o-t mütleq getır mütleq”, “Acda poxunu 5 eded ko lazımdı pullna” məzmunlu, ********** nömrəsindən xx xxxx 2020-ci il tarixdə, saat 03:38 radələrində “X20 Cixmadin?X8 Uje Saat 3 Du 5 X16 Axi Sen”, “Senol 50m X30 Deyerdim?X26 10m X22,problem 10manatdadida onda he?bu qedar vaxti 10manata gore agridirsan meni?nese o(......)ldu goruwenedak”, “problem duzeldi 10m 60m di senol ama ceki sohbeti duz olsun 1dana kola yari pati mene bilirsan ne deyirler?derlerki qohumun idi bes ne oldu gelib cixmadi lomka” məzmunlu, “sen menim canim cekisine bax ikisinada,” xx xxxx 2020-ci il tarixdə, saat 12:24-də ********** mobil telefon nömrəsindən “Harda olmüsen yene veziyyetden çıxaq, Xuyovudu veziyyet” məzmunlu smslərin yazılmasını təsdiq edir. Həqiqətən də qeyd olunan tarixlərdə ********** saylı mobil telefon nömrəsi onun istifadəsində olmaqla aktiv olmuş və başqa heç kim həmin nömrədən istifadə etməmişdir. Onun nömrəsinə sms yazmış şəxslərin kimliklərini hazırda nömrələri üzrə təyin edə bilmir. Smslərin məzmununda onunla əlaqə yaradan şəxslərin narkotik vasitə və psixotrop maddələri əldə etmək məqsədi ilə yazdıqlarının görünməsi ona aydındır, bununla onun özünün narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olmasının aşkarlanması da ona aydındır. Özünü narkotik vasitələrin satışı ilə bağlı təqsirli bilməməsinə baxmayaraq, yuxarıda qeyd olunan smslərin məzmunundan bunun əksinin təsdiq olunmasını inkar etmir. Elan edilməklə onun diqqətinə çatdırılmış istifadəsində olmuş ***-***-**-** saylı mobil telefon nömrəsi ilə ***-***-**-** saylı mobil telefon nömrəsi arasında aparılmış sms yazışmaları ona aydındır. Həmin smslərdə həqiqətən də ifadəsində göstərdiyi Rövşən adlı şəxslə əlaqə saxlamışdır. Avtomobilindən aşkar olunan qurudulmuş marixuananın Rövşənə məxsus olduğunu bildirdiyi halda, qeyd olunan smslərdən xx-xx-2020-ci il tarixdə, saat 12:04:19-da ***-***-**-** nömrəsindən ***- ***-**-** nömrəsinə yazılmış “Rauf me yalvaridi ge se mal verim men se gore goturmurdum deyrdim nailnen is gorrem gordum soradan sen elimi kesdun geh getirdun geh yo 100dene dedim 30-40dene getrirdun pati yo qara yo gordum getirmek fikrun yox raufda deir ge men verimda nailnen qutar rauf anamin xalasi ogludu onan bele men onnan hecne goturmurdum sen eledunda telfonu cibunde acib hacya esitdururdun onnan buna bunan ona soz gezirurdun ne bilima cagirurdun me bakya hecne yox bos dala qaydirdim bele is gormek olurdu nail?men mal vereydimki camatdanda borcu alardimda” məzmunda sms və xx-xx-2020-ci il tarixdə, saat 12:08:34-də ***-***-**-** nömrəsindən ***-***-**-** nömrəsinə “Duxda mali pati getrib axirdan axra me verurdun patin icinen bir qramin yarim qrami duz olurdu bele kisliy olar?” məzmunlu smsdə Rövşən adlı şəxsin əvvəllər malları (narkotik vasitələri) məhz onun özündən mütəmadi olaraq əldə etməklə satışı ilə məşğul olduğunu bildirməsi ona aydındır. xx-xx-2020-ci il tarixdə, saat 12:19:20-də ***-***-**-** nömrəsindən ***-***-**-** nömrəsinə yazılmış “NESE VERE BİLSEYDUN ELCİNİ GONDERERDİM VERERDUN 30-40 DENE RAYONDA HECNE YOXDU TEMBOLİ ZİRHA ZİR YİGLLAR HECNE TAPİB VERE BİLMREM RAUFADA SAMİR 36.MİN BORCU VAR YAMAN GUNE QALB SAMİRDE TUTULUB TOFİKİDE İTDER QOGDU GİZZENİB” xx-xx-2020-ci il tarixdə, saat 12:21:43-də ***-***-**-** nömrəsindən ***-***-**-** nömrəsinə “VERSEYDUN 2-GUNE PULUN CATAR DUZGUN HEREKET ELEMEK LAZİMDE KİSİ KİMİ HAMYA DEMEK LAZM DOR LAP 200m var mende o vererem arvadin bogazndan kesib” məzmunlu smslərdə məhz Rövşən adlı şəxsin ondan narkotik vasitə əldə etmək üçün müraciət etməsinin müəyyən edilməsi ona aydındır. xx-xx-2020-ci il tarixdə, saat 11:19:13də ***-***-**-** nömrəsindən ***-***-**-** nömrəsinə yazılmış “HER ADAM MEN EVİMİN İCİNE GİRMEMİSDİ NAİL.SE MEN HORMET QOYURDUM SİSDUN İCİNE SENDEN QACİRDİM MEN YOXSA ALDATMİSDİM SE? 400min borcum varda me yukleyb mal alduz nese alduz. basqa basqa yollarla hacin qucaginda oturdun me el atduz haci idida se yapsib ulgumundan pul alan qorxurdun? kisi doylerde vurarda vurularda amma kisi kimi.borcdan otru el atursuza yaxsi hereket idi nail o.?iki defe dalucan gelmisem agzun icinnen atacaydim allah uzuve baxibki evunde olmamisan me qarsi duz hereket elemedun sen ozunde yaxsi bilrsen sen pulun verileceydi neyse” məzmunlu smsdə və xx-xx-2020-ci il tarixdə, saat 12:50:55-də ***-***-**-** nömrəsindən ***-***-**-** nömrəsinə “SESUN GELMEDİ YENE HACİ ZADİ YGİB GETRESENSE BUTUN QOHUM EQRABAMA DEYİM HAZR OLSUN QANJLİ DOYUS OLACAX KİSİ OL DUZ HEREKET ELE VARYOXN SİKM DUNYADA ANAMNAN EZİZ HEC KİM YOXDU OLEREM CAN VERMEREM KECİB HER SEY DAY ALACAGİM VERECEYM YOX BİR QURUCANİMDİ” məzmunlu smslərdə Rövşən adlı şəxsin ona bəhs edərkən məhz onun özünün narkotik vasitə əldə etdiyi “Hacı” adlı şəxs barəsində danışıldığı ona aydındır. Həmin smslərdən məhz onun ifadəsində guya “Hacı” adlı şəxsi tanımaması ilə bağlı göstərdiklərinin həqiqətə uyğun olmamasının müəyyən edilməsi, özünün əvvəllər belə bir şəxslə narkotik vasitələrin satışı ilə bağlı əlaqəsinin olmasının və borcunun yaranmasının təsdiq edilməsi ona aydındır. Baş vermiş hadisələrdən və törətdiyi əməllərdən peşmandır, barəsində ədalətli cəza təyin olunmasını məhkəmədən xahiş edir. Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan cinayət əməlini törətməkdə təqsirli olması onun özünü qismən təqsirli bilməsinə baxmayaraq, hadisələrin baş vermə yeri, vaxtı və inkişafı ardıcıllığı barədə işin faktiki hallarına uyğun olan ifadələri ilə yanaşı, məhkəmədə tədqiq olunmuş təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadələri, şahid ifadələri, istintaq hərəkətlərinin həyata keçirilməsinə dair protokolların məzmunu, həmin protokolların əyani olaraq əks etdirildiyi və DVD diskə köçürülməklə iş materiallarına əlavə edilmiş videogörüntülər, maddi sübutlar, ekspertiza rəyləri və həmçinin məhkəmədə tədqiq olunmuş digər iş materialları ilə tam təsdiq olunmuşdur. Belə ki, məhkəmə iclasında dindirilmiş Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi hallarla iş üzrə ibtidai istintaq zamanı təqsirləndirilən şəxs qismində verdiyi ifadələri arasında əhəmiyyətli ziddiyyətlər olduğundan Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 327.1.3-cü maddəsinə əsasən təqsirləndirilən şəxsin iş üzrə ibtidai istintaq zamanı verdiyi ifadələri elan edilərək tədqiq edilmiş və bu zaman müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı ifadəsində göstərmişdir ki, xx.xx.2020-ci il tarixdə, saat 18:00 radələrində idarə etdiyi "Nissan Qashqai" markalı, **- NE-*** dövlət qeydiyyat nişanlı avtomaşınla Bakı-Qazax yolunun Qaradağ rayonu, Sahil qəsəbəsindən keçən hissəsində yolun kənarında Bakı şəhəri istiqamətində dayanıb. Həmin avtomoibili tanışı Dəyanət adlı şəxsdən idarə etmək üçün alıb. Avtomobildə həmin vaxt tək olub. Avtomobilin yan güzgülərindən arxa hissəyə yola baxan zaman Qaradağ RPİ-nin 11-ci PB-nin əməkdaşlarının onun avtomobili tərəfə gəldiklərini görüb. O, əvvəllər 11 -ci PB-nin yaxınlığında yaşadığı üçün polis əməkdaşlarının bir neçəsini simasından tanıyır. Həmin vaxt üzərindəki göy rəngli qolsuz gödəkçənin sağ yan cibində bir ədəd bükümdə narkotik vasitə olan tiryək, bir ədəd bükümdə psixotrop maddə olan metafetamin və ümumi 48 ədəd həb olan 5 listə "Methadone" dərmanının, eləcə də, idarə etdiyi avtomobilin arxa yük yerində bir ədəd polietilen torbada qurudulmuş marixuana narkotik vasitəsinin olduğu üçün polis əməkdaşlarının onu tutmaq üçün gəldiklərini bilib və dərhal avtomobili işə salaraq Bakı şəhəri istiqamətində hərəkətə başlamışdır. Polis əməkdaşları ona çata bilməmələri üçün avtomobilin sürətini artırıb və yüksək sürətlə idarə elməyə başlamışdır. Həmin vaxt həyəcanlı olduğu üçün avtomobilin idarə etməsini itirib və avtomoibili Bakı-Qazax magistiral yolunun 29-cu km-nin. Qaradağ rayonu, Sahil qəsəbəsi yaxınlığından keçən hissəsində yolun sağındakı xəndəyə aşırıb. Həmin vaxt üz nahiyyəsindən ciddi olmayan xəsarət alıb. Bu zaman polis əməkdşaları onun yol-nəqliyyat hadisəsi törətdiyini görüb ona yaxınlaşıblar. Polis əməkdaşları onun ağır xəsarət almadığını müəyyən etydikdən sonra həmin yerdə saxlayıblar. Onun hüquqlarının müdafiəsi üçün dövlət hesabına vəkil təyin edilib. 10 savlı vəkil bürosunun vəkili X1 iştirakı ilə videoçəkiliş ilə həmin yerdə üzərinə baxış keçirilib. Baxışdan əvvəl ona hüquq və vəzifələri izah edilib. Baxış zamanı əynindəki gödəkçənin sağ yan cibindən bir ədəd bükümdə tiryək narkotik vasitəsi, bir ədəd bükümdə metafetamin psixotrop maddəsi və 48 ədəd "Methadone" dərman vasitələrinin həbi aşkar edilib. Şifahi sorğu zamanı həmin narkotik vasitələrin və psixotrop maddələrin ona məxsus olduğunu və şəxsi istehlak məqsədi ilə xx.xx.2020-ci il tarixdə Azərbaycan Respublikası, Biləsuvar rayonu ərazisində tanımadığı İran İslam Respublikasının vətəndaşından aldığını bildirib. Bundan sonra həmin narkotik vasitələr və psixotrop maddələr polis əməkdaşları tərəfindən qablaşdırılaraq götürülüb. Baxış keçirilməsi haqqında protokol tərtib edilib və iştirakçılara ucadan oxunub, əlavə və düzəliş edən olmayıb, protokolun düzgünlüyü imzalar ilə təsdiq edilib. Bundan sonra polis əməkdaşları tərəfindən idarə etdiyi nəqliyyat vasitəsinə həmin yerdə təxirəsalınmaz axtarış keçirilib. Axtarışdan əvvəl o ərizə ilə müraciət edərək nəqliyyat vasitəsinə axtarış keçirilməsinə etiraz etmədiyini bildirib. Videoçəkiliş ilə nəqliyyat vasitəsinə axtarış keçirilən zaman "Nissan Qashqai” markalı, **-NE-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa yük yerindən bir ədəd polietilen torbada içində qurudulmuş marixuana narkotik vasitəsi olan quru bitki kütləsi aşkar edilib. Axtarış keçirilən zaman başqa cinayət məsuliyyəti yarada biləcək əşya və maddə aşkar edilməyib. Axtarış keçirilməsi haqqında protokol iştirakçılara ucadan oxunub, əlavə və düzəliş edən olmayıb, imzalar ilə düzgünlüyü təsdiq edilib. Onu da qeyd edib ki, avtomobilində axtarış zamanı avtomobilin yük yerindən aşkar edilmiş marixuananın ona məxsus olmadığını bildirib. Başa düşüb ki, çəki çoxdur və onu ağır məsuliyyət gözləyir. Lakin, sonradan qərara alıb ki, əməlini səmimi etiraf etsin. Həmin marixuana da ona məxsusdur. O, ***-***-**-** və ***-***- **-** saylı sim nömrələdən və 070 *** ** ** saylı sim nömrəni "vatsap“ sosial şəbəkəsində istifadə etmişdir. O, həmin narkotik vasitələri və psixotrop maddəni şəxsi istehlak məqsədi ilə xx.xx.2020-ci il tarixdə Biləsuvar rayonunda tanımadığı İran İR vətəndaşından əldə edib. Belə ki, o, xx.xx.2020-ci il tarixdə şəxsi işi ilə əlaqədar Biləsuvar şəhərinə gedib. Biləsuvar şəhərində yerləşən bazarın qarşısında bir nəfər şəxs ona yaxınblaşıb İran İR vətəndaşı olduğunu bildirib və narkotik vasitələrinin olduğunu və ucuz qiymətə satdığını deyib. Həmin vaxt üzərində pul olduğu üçün qərara gəlib ki, həmin şəxsdən narkotik vasitə alaraq gələcəkdə istifadə etsin. O, razılaşıb və 1000 manat müqabilində tanımadığı İran İR vətəndaşından bir ədəd bükümdə tiryək narkotik vasitəsi, bir ədəd bükümdə metafetamin psixotrop maddəsi və 48 ədəd "Methadone” dərman vasitələrinin həbini alıb və üzərində saxlayıb. Sonra İran vətəndaşı oradan gedib. Bir daha onu görməyib. Həmin şəxsi ilk dəfə görüb. O, marixuananı Cəlilabad rayonundan üzdən tanıdığı "Hacı" adlı şəxsdən alıb. Belə ki, Biləsuvar rayonundan sonra işi ilə əlaqədar Cəlilabad rayonuna gedib. Orada üzdən tanıdığı “Hacı” adlı şəxslə təsadüfən görüşüb. “Hacı” ona deyib ki, narkotik vasitə olan qurudulmuş marixuana var və həmin marixuananı 200 manata satır. O, razılaşıb və həmin şəxsdən marixuananı alaraq idarə etdiyi avtomaşının yük yerinə qoyub. O, İran İR vətəndaşını ilk dəfə idi görüb və ondan əvvəllər narkotik vasitə almayıb. Habelə, “Hacı” adlı şəxsdən əvvəllər narkotik vasitə almayıb. “Hacı” adlı şəxsi üzdən tanıyır. Narkotik vasitələrin qanunsuz olaraq əldə edilməsində, daşınmasında və satışında ona köməklik edən olmamışdır. Avtomobili aşıran zaman göz nahiyəsindən və bədəninin bir neçə nahiyəsindən yüngül xəsarətlər alıb. Məhkəmə iclasında şahid qismində dindirilmiş Qaradağ RPİ-nin, 11-ci PB-nin cinayət axtarış üzrə baş əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərdi ki, xx xxxx 2020-ci il tarixdə məxfi olmaqla, etimad doğuran və qərəzsiz mənbədən Qaradağ rayonu, Lökbatan qəsəbəsi, S.Orucov küçəsi ev 1-də pasport qeydiyyatında olan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin əldə etməsi, üzərində saxlaması və satması barədə məlumat daxil olmuşdur. Həmin məlumat barədə tərəfindən raport yazılmaqla rəhbərliyə məruzə olunmuş və müvafiq qərarla Qaradağ RPİ-nin 11-ci PB-də əməliyyat qrupu yaradılmışdır. xx.xx.2020-ci il tarixdə, saat 18:00 radələrində Təqsirləndirilən şəxs Bakı-Qazax yolunun Sahil qəsəbəsi ərazisindən keçən hissəsində Bakı şəhəri istiqamətində yolun kənarında "Nissan Qashqai" markalı. **-NE-*** dövlət qeydiyyat nişanlı avtomaşında sükan arxasında dayandığı müəyyən edilmişdir. Bu zaman əməliyyat qrupunun üzvlərindən Qaradağ RPİ-nin. 11-ci PB-nin əməliyyat müvəkkili, polis baş leytenanatı Şahid2 cəld davranmaqla qaçaraq Təqsirləndirilən şəxs idarə etdiyi avtomobilə əyləşmiş və həmin avtomobil hərəkətə başlamışdır. Sonunculardan geri qalmamaq üçün o və əməliyyat qrupunun digər üzvü Qaradağ RPİ-nin 11-ci PB-nin əməliyyat müvəkkili Şahid3 avtomobillə onların arxalarınca getmiş, Təqsirləndirilən şəxs idarə etdiyi avtomobil təxminən ***-**** metr getdikdən sonra ani olaraq yoldan çıxaraq, yolun sağında olan xəndəyə düşmüşdür. Bu zaman onlar dərhal avtomobili saxlayıb həmin avtomobilə yaxınlaşmışlar. Təqsirləndirilən şəxs avtomobildən düşürüb özlərini təqdim edərək, onun narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz olaraq dövriyyəsində və satışında şübhəli olduğunu bildirib saxlamışlar. Bu zaman Təqsirləndirilən şəxs üz nahiyəsində xəsarətlərin olduğunu görüb bununla bağlı sonuncudan soruşduqda, Təqsirləndirilən şəxs həmin xəsarətləri avtomaşının xəndəyə düşməsi zamanı avtomaşının salonunda aldığını bildirmişdir. Bundan sonra əməliyyatın gedişatı və Təqsirləndirilən şəxs saxlanması barədə Qaradağ RPİ-yə məlumat verilmiş və hadisə yerinə Qaradağ RPİ-nin, İŞ-nin müstəntiqi, polis kapitanı Rafiq Qarayev gəlmişdir. Daha sonra müstəntiq tərəfindən notebook kompyuteri və printer xidməti avtomobilin akkumlyatorunun enerjisi ilə işə salınaraq, Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz olaraq dövriyyəsində şübhəli olduğu üçün şübhəli şəxs qismində tutulmuş və ona hüquqlarının müdafiə edilməsi üçün 10 saylı vəkil bürosunun vəkili X5 dövlət hesabına müdafiəçi təyin edilərək dəvət edilmişdir. Müdafiəçinin də hadisə yerinə gəlməsindən sonra elə həmin yerdə Təqsirləndirilən şəxs və iştirakçılara hüquq və vəzifələri izah edilmiş və Təqsirləndirilən şəxs üzərinə videoçəkiliş ilə baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs üzərində qanunla əldə edilməsi, saxlanılması və daşınması qadağan edilmiş maddə və ya əşya varsa təqdim etməsi təklif edilmiş, bu zaman Təqsirləndirilən şəxs əynindəki göy rəngli qısa qol gödəkcənin sağ yan cibindən beş ədəd listdə olmaqla 48 ədəd metadon həbləri, bir ədəd sellofan bükümdə içində qara rəngli bərk halda tiryək narkotik vasitəsinə oxşar kütlə və bir ədəd sellofan bükümdə ağ rəngli kristal şəkildə metafetamin psixotrop maddəsinə oxşar kütlə və bir ədəd elektron tərəzi aşkar edilmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs 5 ədəd listdə olan həblərin metadon dərman vasitəsi, qara rəngli bərk kütlənin tiryək narkotik vasitəsi, ağ rəngli kristal kütlənin isə metafetamin psixotrop maddəsi olduğunu və şəxsi istifadəsi üçün Azərbaycan Respublikası Biləsuvar rayonu ərazisində tanımadığı İran İslanı Respublikasının vətəndaşından aldığını bildirmiş, üzərindən aşkar edilmiş elektron tərəzini isə narkotik vasitələri alan zaman çəkilərini müəyyən etmək üçün üzərində daşıdığını bildirmişdir. Baxışın sonrakı gedişatında Təqsirləndirilən şəxs üzərindən başqa qadağan olunmuş əşya və ya maddə aşkar edilməmiş və aşkar edilmiş dərman vasitələri və kütlələr qablaşdırılaraq götürülmüş və bu barədə müstəntiq tərəfindən protokol tərtib olunmaqla iştirakçılara ucadan oxunaraq, əlavə və düzəliş edən olmadığından düzgünlüyü iştirakçılar tərəfindən imzalarla təsdiqlənmişdir. Daha sonra müstəntiq tərəfindən Təqsirləndirilən şəxs idarə etdiyi və xəndəyə düşmüş avtomaşında axtarış keçirilməsinin zəruri olduğu bildirilmiş və Nail buna etiraz etməyərək, müvafiq ərizə təqdim etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs idarə etdiyi və xəndəyə düşmüş Nissan Qashqai" markalı, **-NE-*** dövlət qeyliyyat nişanlı avtomaşına videoçəkiliş aparılmaqla axtarış və götürmə istintaq hərəkəti həyata keçirilmiş, nəqliyyat vasitəsinə axtarış keçirilən zaman avtomaşının arxa yük yerindən bir ədəd iri üzəri şəffaf yapışqan lent ilə sarılmış ağ rəngli iri bağlama aşkar edilmişdir. Həmin bağlamanın üst hissəsi bir qədər kəsilməklə içərisinə baxıldıqda orada qurudulmuş marixiuanaya oxşar kəskin qoxulu yaşıl rəngli quru bitki kütləsi olduğu müəyyən edilmişdir. Təqsirləndirilən şəxs isə həmin kisə formasında bağlamanın ona məxsus olmadığını bildirmişdir. Daha sonra həmin bitki kütləsi qablaşdırılaraq götürülmüş və avtomobildən başqa qadağan olunmuş əşya və ya maddə aşkar edilməmişdir. Sonradan elə müstəntiq tərəfindən oradaca axtarış və götürmənin keçirilməsi barədə protokol tərtib olunmuş, iştirakçılara ucadan oxunmuş, əlavə və düzəliş edən olmamaqla, protokolun düzgünlüyü imzalarla təsdiq edilmişdir. Verilmiş suallara cavab olaraq göstərmişdir ki, əməliyyat məlumatı onun özünə daxil olmuş və tərəfindən həmin məlumatın mənbəyinin etimadlılığı və qərəzsizliyi yoxlanıldıqdan sonra rəhbərliyə məruzə olunmuşdur. Əməliyyat qrupunda o və bölmənin iki digər əməkdaşı Şahid2 və Şahid3 olmuş və onlar üçü birlikdə Təqsirləndirilən şəxs təxmini olduğunu yer olan Bakı-Qazax yolunun Sahil qəsəbəsi ərazisindən keçən hissəsinə getmişlər. Orada Təqsirləndirilən şəxs yolun kənarında "Nissan Qashqai" markalı, **-NE-*** dövlət qeydiyyat nişanlı avtomaşında sükan arxasında dayandığı görmüşlər və bu zaman Şahid2 cəld tərpənib həmin avtomobilə minməyə müvəffəq olmuşdur. Təqsirləndirilən şəxs idarə etdiyi avtomobilin arxasınca o və Şahid3 xidməti avtomobillə getmişlər. Təqsirləndirilən şəxs avtomobili xaotik və artan sürətlə idarə etmiş və anidən idarə etməni itirib yoldan çıxaraq sağ tərəfdəki xəndəyin içərisinə düşmdüşdür. O və Şahid3 Təqsirləndirilən şəxs yaxınlaşıb onu avtomobildən düşürtmüş, Şahid2 isə özü avtomobildən düşmüşdür. Təqsirləndirilən şəxs idarə etdiyi avtomobildə özü və Şahid2 başqa heç kim olmamışdır. Naili özləri saxlayıb rəhbərliyə məruzə etmişlər. Təqsirləndirilən şəxs avtomobildən düşəndə artıq sifət nahiyəsində xəsarət var idi, avtomobilin xəndəyə düşməsi nəticəsində polis əməkdaşı Şahid2 da əl-qol nahiyəsindən xəsarət almışdı. Müstəntiq hadisə yerinə gəldikdən sonra prosessual tədbirlər həyata keçirildi və Nailin üzərinə baxış keçirildi. Təqsirləndirilən şəxs üzərindən aşkar olunan narkotik vasitələr və psixotrop maddələrin özünə məxsus olduğunu bildirdi. Avtomobilə baxış keçirilməmişdən əvvəl həmin avtomobilə heç kim müdaxilə etməmiş, avtomaşına elə xəndəyə düşdüyü vəziyyətdə axtarış keçirilmişdir. Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi Rövşən adlı şəxsi tanımır və belə bir şəxs əməliyyat tədbiri keçirdikləri vaxt orada ümumiyyətlə olmamışdır. Ola bilər ki, Təqsirləndirilən şəxs hadisə zamanı elə avtomobildə ona müştəri olaraq müraciət etmiş kimisə gözləmişdir. Onlar tərəfindən Təqsirləndirilən şəxs özündə olan narkotik vasitələri realizə edilməsinin qarşısı alınması üçün elə təxirəsalınmaz tədbirlər həyata keçirilmişdir. Təqsirləndirilən şəxs narkotik vasitələri və psixotrop maddəni əldə etdiyi mənbənin müəyyən edilməsi istiqamətində əməliyyat tədbirləri davam etdirilir. Təqsirləndirilən şəxs tərəflərindən saxlandıqdan sonra ona qarşı heç bir təzyiq göstərilməyib, zor tətbiq olunmayıb. Nail qəza edərək yoldan çıxdıqdan sonra onu maşından düşürdükləri zaman artıq sonuncunun sifət nahiyəsində xəsarət izi olmuş, bu barədə sonradan hadisə yerinə gəlmiş müstəntiq də Təqsirləndirilən şəxs soruşmuş, bu zaman da Nail həmin xəsarətləri məhz qəza zamanı üz nahiyyəsinin avtomobilin sükan mexanizminə dəyməsi nəticəsində aldığını bildirmişdir. Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması barədə bölməyə bir neçə dəfə məlumat daxil olmuş, həmçinin onun şəxsiyyətini araşdırarkən də əvvəllər də narkotik vasitə satışı ilə məşğul olduğuna görə məhkum olunduğunu müəyyən etmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitələri və psixotrop maddəni Biləsuvar rayonundan İİR vətəndaşından öz istifadəsi üçün aldığını demiş, ilk olaraq avtomobilin yük yerindən aşkar olunan narkotik vasitə marixuananın isə ona məxsus olmadığını bildirmişdir. Sonradan verilən əməliyyat tapşırıqlarının məzmunundan bilmişdir ki, Təqsirləndirilən şəxs istitnaqın gedişatında qurudulmuş marixuananın da özünə məxsus olduğunu etiraf etmiş və Cəlilabad rayonundan “Hacı” adlı şəxsdən aldığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Qaradağ RPİ-nin 11-ci PB-nin əməkdaşı Şahid3 digər Şahid1 ilə oxşar məzmunlu ifadələr verməklə, öz ifadəsi ilə iş üzrə tərtib olunmuş raportlarda və istintaq hərəkətlərinin həyata keçirilməsinə dair protokolların məzmununda qeyd olunan xüsusatları təsdiq etmişdir. Bununla yanaşı verilmiş suallara cavab olaraq göstərmişdir ki, o, əməliyyat qrupunun digər üzvləri ilə Bakı-Qazax yolunun Sahil qəsəbəsi ərazisindən keçən hissəsinə getdiklərində Təqsirləndirilən şəxs Bakı şəhəri istiqamətində yolun kənarında "Nissan Qashqai" markalı, **-NE-*** dövlət qeydiyyat nişanlı avtomaşında sükan arxasında dayandığı görmüşlər. Əməliyyat qrupunun üzvlərindən yalnız Şahid2 fürsət tapıb həmin avtomobilə minə bildi, Nail isə dərhal avtomobili hərəkətə gətirib oradan uzaqlaşmışdır. O və Şahid1 xidməti avtomobillə Təqsirləndirilən şəxs idarə etdiyi avtomobili təqib etmiş və həmin avtomobil yoldan çıxıb xəndəyə düşdükdən sonra ona yaxınlaşmışlar. Avtomobilə yaxınlaşdıqları zaman avtomobilin salonunda Təqsirləndirilən şəxs və Şahid2 başqa heç kim olmamış, Nail avtomaşından düşdüyü zaman onun üz nahiyəsində xəsarət izi olmasını görmüşdür. Şahid2 da avtomobilin xəndəyə düşməsi nəticəsində xəsarət almışdı. Təqsirləndirilən şəxs ifadəsində qeyd etdiyi Rövşən adlı şəxsin kimliyi barədə heç bir məlumatı yoxdur. Keçirdikləri əməliyyat tədbiri zamanı Təqsirləndirilən şəxs yaxınlığında və ya avtomobilinin salonunda kənar şəxsin olmasının şahid olmamışdır. Daxil olmuş məlumat əsasında tədbir keçirdikləri zaman, onun təxmini yerini müəyyən etdikdən sonra hərəkətə keçmişlər və Təqsirləndirilən şəxs özündə olan narkotik vasitələri satışını həyata keçirməklə realizə etməsinin qarşısını almaq üçün dərhal həmin şəxsin saxlanmasını təmin etmişlər. Təqsirləndirilən şəxs tərəflərindən saxlandığı zaman, eləcə də ondan sonra sonucuya qarşı heç bir təzyiq göstərilməmiş, hər hansı formada zor tətbiq edilməmişdir. Təqsirləndirilən şəxs idarə etdiyi avtomobildə yalnız polis əməkdaşı Şahid2 olmuş və qəzadan dərhal sonra Şahid2 avtomobildən düşmüş və bundan sonra axtarış aparılanadək həmin avtomobilə nə polis əməkdaşları tərəfindən, nə də hər hansı kənar şəxs tərəfindən müdaxilə olunmamışdır. Elə saxlandığı yerdəcə Təqsirləndirilən şəxs müdafiəçi ilə təmin olunmuş və müstəntiq tərəfindən şübhəli şəxs qismində tutulduqdan sonra videoçəkiliş aparılmaqla müvafiq istintaq hərəkətləri həyata keçirilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Qaradağ RPİ-nim 11-ci PB-nin əməkdaşı Şahid2 digər Şahid1 ilə oxşar məzmunlu ifadələr verməklə, öz ifadəsi ilə iş üzrə tərtib olunmuş raportlarda və istintaq hərəkətlərinin həyata keçirilməsinə dair protokolların məzmununda qeyd olunan xüsusatları təsdiq etmişdir. Bununla yanaşı verilmiş suallara cavab olaraq göstərmişdir ki, xx.xx.2020-ci ildə daxil olmuş əməliyyat məlumatı ilə yanaşı daha əvvəl də bir neçə dəfə Təqsirləndirilən şəxs narkotik vasitə satışı ilə məşğul olması barədə bir neçə dəfə yerli əhalidən ona məlumat verilmişdir. Belə ki, Qaradağ rayonu ərazisində əhali mütəmadi olaraq polis əməkdaşları ilə əlaqədə olur və kimin nə işlə məşğul olduğunu bilirlər. xx.xx.2020-ci il tarixdə əməliyyat qrupunun digər üzvləri ilə birlikdə Bakı-Qazax yolunun Sahil qəsəbəsi ərazisindən keçən hissəsinə getdikdə orada Təqsirləndirilən şəxs "Nissan Qashqai" markalı, **-NE-*** dövlət qeydiyyat nişanlı avtomaşında sükan arxasında oturub Bakı şəhəri istiqamətində yolun kənarında dayandığını müşahidə etmiş və dərhal fürsətdən istifadə edərək həmin avtomobilin arxa sağ qapısından maşına otura bilmişdir. Həmin vaxtı avtomobilin mühərriki işlək vəziyyətdə olmaqla, avtomobilin salonunda ondan və Nailin özündən başqa heç kim olmamış və Nail dərhal qorxuya düşüb avtomobili hərəkətə gətirmişdir. Nail avtomobili təxminən 80-90 km/saat sürətlə və xaotik hərəkət etdirmiş, o da avtomobili dayandırmağa çalışmışdır. Təxminən 1-2 kilometr irəlilədikdən sonra avtomobil yoldan çıxaraq xəndəyə düşmüş və dayanmışdır. Qəza nəticəsində onun özünün də alnı çapılmış və əlindən də xəsarət almış hazırda əlində həmin xəsarətdən iz də qalmışdır. Müstəntiq və müdafiəçi gəldikdən sonra hadisə yerində Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş və aşkar olunan vasitələri Nail oradakı “pikap” formalı avtomobilin baqajının üzərinə qoymuşdur. Təqsirləndirilən şəxs üzərindən aşkar olunan narkotik vasitə, dərman həbləri və psixotrop maddə metafetaminlər sellofan torbada olmuş, eləcə də bir ədəd elektron tərəzi də aşkar olunmuşdur. Daha sonra avtomobildə axtarış keçirilmiş və yük yerindən bir kisədə narkotik vasitə marixuana bitkisi aşkar edilmişdir. Təqsirləndirilən şəxs idarə etdiyi avtomobildə sonuncu tək olmuş və yalnız o, həmin avtomobilə minə bilmişdir. Həmin vaxt avtomobildə 3-cü bir şəxs olmamış, o da Təqsirləndirilən şəxs heç bir təzyiq və ya zor tətbiq etməmişdir. Yalnız avtomobilin açarını burmaqla mühərriki söndürməyə cəhd etmişdir. O da Nail də qəzadan sonra maşından çıxan zaman halsız vəziyyətdə olmuşlar. Təqsirləndirilən şəxs üzərindən aşkar olunanları etiraf etsə də, avtomobildən aşkar olunan narkotik vasitəni etiraf etmədi. Təqsirləndirilən şəxs ifadəsində qeyd etdiyi Rövşən adlı şəxsi ümumiyyətlə tanımır, xx.xx.2020-ci il tarixdə əməliyyat tədbiri keçirərkən Nailin yanında başqa heç kim olmamışdır. Təqsiləndirilən şəxs Təqsirləndirilən şəxs yuxarıda qeyd edilən cinayət əməlini törətməkdə təqsirli olması cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı elan edilməklə tədqiq edilmiş aşağıda qeyd edilən digər sübutlarla da təsdiq olunur. Belə ki, cinayət işində olmaqla məhkəmə baxışı zamanı tədqiq edilmiş: “Cinayət işi başlanması və icraata qəbul edilməsi haqqında” xx xxxx 2020-ci il tarixli qərardan görünür ki, Qaradağ RPİ-nin İstintaq Şöbəsinin müstəntiqi, polis kapitanı Rafiq Qarayev tərəfindən satış məqsədilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə etmə, saxlama, daşıma faktına görə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanılması və icraata qəbul edilməklə ibtidai istintaqın aparılması qərara alınmışdır. (cild 01, iş vər. 1-2) xx xxxx 2020-ci il tarixli Qaradağ RPİ-nin 11-ci PB-nin baş əməliyyat müvəkkili Şahid1 Qaradağ RPİ-nin rəisinə olan rapotundan görünür ki, əməliyyat müvəkkili məruzə edərək etimad doğuran, qərəzsiz mənbədən daxil olmuş məlumatda xx.xx.1972-ci ildə Bakı şəhərində anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikası vətəndaşı, işləməyən, ailəli, əvvəllər məhkum olunmuş, Bakı şəhəri, Qaradağ ryaonu, Lökbatan qəsəbəsi, S.Orucov küçəsi ev 1-də daimi pasport qeydiyyatında olan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin əldə etməsi, üzərində saxlaması və satmasının bildirildiyi qeyd olunmuş və göstərilənlərə əsasən daxil olmuş məlumatın əməliyyat yolu ilə yoxlanılması, Təqsirləndirilən şəxs cinayət əməllərinin ifşa olunması, onun cinayət törədərkən, yaxud törətdikdən bilavasitə sonra yaxalanması, narkotik vasitələrin, cinayət izlərinin vaxtında aşkar edilərək götürülməsi məqsədi ilə yaradılacaq əməliyyat qrupunun üzvlərinin iştirakı ilə təxirəsalınmaz tədbirlər görülməklə qanunvericiliikdə nəzərdə tutulmuş qaydada aşkar və gizli üsullarla müvafiq əməliyyat-axtarış tədbirləriin həyata keçirilməsinə icazə verilməsi xahiş olunmuşdur. (cild 01, iş vər. 57) xx xxxx 2020-ci il tarixli Qaradağ RPİ-nin 11-ci PB-nin baş əməliyyat müvəkkili Şahid1 Qaradağ RPİ-nin rəisinə olan rapotundan görünür ki, əməliyyat müvəkkili məruzəsində göstərmişdir ki, olunmaqla xx xxxx 2020-ci il tarixdə saat 18:00-da Qaradağ RPİ-nin 11-ci PB-nin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, ərazisində Bakı-Qazax yolunun 29-cu km-də idarə etdiyi Nissan-Qashqai markalı, **-NE-*** dövlət nömrə nişanlı avtomaşınla birlikdə saxlanılan, Təqsirləndirilən şəxs barəsində və idarə etdiyi avtomaşında şəxsi axtarışa aparılarkən əynindəki göy rəngli gödəkcəsinin sağ yan cibindən bir ədəd elektron tərəzi, 05 list metadon dərman preperatı, bir büküm narkotik vasitə olan tiryəkə bənzər maddə, bir büküm psixotrop maddə metafetaminə bənzər kristal kütlə və idarə etdiyi **-NE-*** dövlət nömrə nişanlı avtomaşının yük yerindən bir kisə narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər ot kütləsi aşkar edilərək götürülmüş və Təqsirləndirilən şəxs idarə etdiyi maşınla birlikdə 11-ci Polis bölməsinə gətirilmişdir. Bu səbəbdən Azərbaycan respublikası CPM-nin 207-ci maddəsinin tələblərinə əsasən baxılaraq müvafiq prosessual qərar qəbul edilməsi üçün “Törədilmiş və ya hazırlanan cinayətlər və hadisələr barədə məlumatların qəbulu, qeydiyyatı və baxılması qaydaları haqqında” Təlimatın tələblərinə uyğun olaraq məlumatın “Törədilmiş və ya hazırlanan cinayətlər barədə məlumatların qeydiyyatı kitabında qeydiyyata alınmasına göstəriş verilməsi xahiş olunmuşdur. (cild 01, iş vər. 04) “Əməliyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” xx xxxx 2020-ci il tairxli qərardan görünür ki, Qaradağ RPİ-nin 11-ci PB-nin baş əməliyyat müvəkkili Şahid1 tərəfindən vətəndaş Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumatı nəzərdən keçirilməklə, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş əsaslar olduğundan zəruri məlumatların alınmasının və haqqında tədbir keçirilməsi təklif edilən şəxsin ifşa edilməsinin adi təhqiqat üsulları vasitəsi ilə qeyri-mümkünlüyünü nəzərə alaraq xx.xx.1972-ci ildə Bakı şəhərində anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikası vətəndaşı, işləməyən, ailəli, əvvəllər məhkum olunmuş, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, S.Orucov küçəsi ev 1-də daimi pasport qeydiyyatında olan Təqsirləndirilən şəxs ətrafında təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri keçirilməklə yaxalanmasından ötrü əməliyyat qrupu yaradılması, operativ şəkildə lazımi qabaqlayıcı tədbirlər görülmədiyi halda Təqsirləndirilən şəxs tərəfindən onda saxlanılan narkotik vasitənin qısa müddətdə realizə olunacağı, gizlədiləcəyi və ya məhv ediləcəyi ehtimalını nəzərə alaraq, daxil olmuş məlumatın əməliyyat yolu ilə yoxlanılması, həmin şəxsin cinayət əməllərinin ifşa olunması, onun cinayət törədərkən, yaxud törətdikdən bilavasitə sonra yaxalanması, narkotik vasitənin, cinayətin izlərinin vaxtında aşkar edilərək götürülməsi məqsədi ilə yaradılmış əməliyyat qrupunun üzvlərinin iştirakı ilə təxirəsalınmaz tədbirlər görülməklə hakimin qərarı olmadan qanunvericilikdə nəzərdə tutulmuş qaydada aşkar və gizli üsullarla müvafiq əməliyyat-axtarış tədbirləri həyata keçirilməsi, Təqsirləndirilən şəxs olduğu yerin müəyyən edilməsi, tədbirin gedişi zamanı şəraitdən asılı olaraq onun olduğu yerin və nəqliyyat vasitəsinin müşahidəsi aparılması, tutulduqdan sonra zərurət olduğu təqdirdə üstünün yoxlanılması, polis orqanına gətirilməsi, üzərində şəxsi axtarış, ondan aşkar edilmiş əşyalara, nəqliyyat vasitəsinə, yaşayış yerinə, bina və saxlanc yerlərinə baxış keçirilməsi, əməliyyat-axtarış tədbirləri həyata keçirilən zaman zərurət yarandığı halda mövcud şəraitdən asılı olaraq «Əməliyyat-axtarış fəaliyyəti haqqında» Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş digər əməliyyat tədbirlərinə istinad edilməklə qanunvericiliyə uyğun şəkildə tədbir davam etdirilməsi qərara alınmışdır. (cild 01, iş vər. 5-6) “Şübhəli şəxsin tutulması haqqında” xx xxxx 2020-ci il tarixli protokoldan görünür ki, Qaradağ RPİ-nin İstintaq Şöbəsinin müstəntiqi, polis kapitanı Rafiq Qarayev tərəfindən həmin gün saat 18.35-də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməsinə şübhə yarandığından, azadlıqda qalarsa qaçıb gizlənə, istintaqın normal gedişatına mane ola biləcəyi və təsir göstərə biləcəyi nəzərə alınmaqla müdafiəçi X2 iştirakı ilə şübhəli şəxs qismində tutulmuşdur. (cild 01, iş vər. 20-21) “Baxış və götürmə aparılması haqqında” xx xxxx 2020-ci il tarixli protokoldan görünür ki, Qaradağ RPİ-nin İstintaq Şöbəsinin müstəntiqi, polis kapitanı Rafiq Qarayev tərəfindən digər polis əməkdaşlarının və müdafiəçinin iştirakı ilə material üzrə şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs üzərinə Bakı-Qazax avtomagistral yolunun Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsində keçən 29-cu km-liyində, elə şübhəli şəxs qismində tutulduğu yerdə baxış keçirilmişdir. İstintaq hərəkəti zamanı Təqsirləndirilən şəxs təklif edilmişdir ki, üzərində cinayət xarakterli alət və ya vasitə varsa təqdim etsin. Bu zaman Təqsirləndirilən şəxs əynindəki göy rəngli qolsuz gödəkçənin sağ yan cibindən üç ədəd ağ sellofan torba və bir ədəd elektron tərəzi çıxardıb təqdim etmişdir. Sellofanlardan biri açıldıqda hər birində 48 ədəd həbb olan 5 list üzərində “Methodon” yazısı olan həblər aşkar edilmişdir. Digər sellofan torba açıldıqda içərisindən qara rəngli tiryək narkotik vasitəsinə oxşar kütlələr aşkar edilmişdir. Üçüncü sellofan torba açıldıqda içərisindən ağ şəffaf rəngli şüşə qırıntılarına oxşar metafetamin psixotrop maddəsinə bənzər kütlələr aşkar edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, həmin kütlələr narkotik və psixotrop maddələrdir, həmin kütlələri o, Biləsuvar rayonunda İran İslam Respublikası vətəndaşından əldə edib. Həmin kütlələr yəni ki, metodon həbləri, tiryək və ağ rəngli kristal kütlələr hər biri ayrı-ayrı zərfə qoyularaq qablaşdırılmış, möhürlənmiş və imzalarla təsdiq edilmişdir. Bundan başqa istintaq hərəkəti zamanı Təqsirləndirilən şəxs zahiri görkəmində gözə görünən xəsarətlərlə bağlı sual verildikdə o bildirmişdir ki, həmin xəsarətlər yol hərəkəti hadisəsi törədərkən alıb, ona heç kim xəsarət yetirməyib. İstintaq hərəkəti günün təbii işıqlı vaxtı, yağmursuz hava çəraitində saat 18:44-dən 19:10-dək aparılmış, istintaq hərəkəti zamanı “İPHONE” markalı telefonla video çəkiliş aparılmışdır. (cild 01, iş vər. 31- 33) Təqsirləndirilən şəxs Qaradağ RPİ-nin İstintaq Şöbəsinin müstəntiqi Rafiq Qarayevə olan xx xxxx 2020-ci il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ərizə ilə müraciət edərək idarə etdiyi “Nissan Qashqai” markalı, **-NE-*** dövlət qeydiyyta nişanlı avtomaşına polis əməkdaşları tərəfindən axtarış keçirilməsinə etiraz etmədiyini bildirmişdir. (cild 01, iş vər. 37) “Axtarış və götürmə aparılması haqqında” xx xxxx 2020-ci il tarixli protokoldan görünür ki, Qaradağ RPİ-nin İstintaq Şöbəsinin müstəntiqi, polis kapitanı Rafiq Qarayev tərəfindən digər polis əməkdaşlarının və müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs istifadəsində olan Nissan Qashqai markalı, **-NE-*** dövlət qeydiyyat nişanlı avtomobilə axtarış və götürmə hərəkəti keçririlmişdir. İstintaq hərəkəti zamanı müəyyən edilmişdir ki, avtomobil yol nəqliyyat haidəsinə uğradığından yolun sağında olan xəndəyə düşmüş, axtarış zamanı avtomobilin arxa yük yerindən bir ədəd ağ torba aşkar edilmiş və həmin torba açıldıqda içərisində qurudulmuş marixuanaya bənzər quru bitki kütləsi aşkar edilmişdir. Təqsirləndirilən şəxs bu barədə sorğu edildikdə o, həmin maddənin ona məxsus olmadığını bildirmiş, həmin kisə qablaşdırılaraq üzəri möhürlənmiş, imzalarla təsdiq edilmiş və götürülmüşdür. İstintaq hərkəti zamanı “İPHONE” markalı telefonun video kamerası ilə video çəkiliş aparılmışdır. (cild 01, iş vər. 38-40) “Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinəyə dair” xx xxxx 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs sidiyində OPİ (+) və THC (+) aşkar edilmişdir. (cild 01, iş vər 44) Məhkəmə-kimyəvi ekspertizasının xx xxxx 2020-ci il tarixli, 6/133 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində "Azərbaycan Respublikası Zərflər üçün No 223" dairəvi möhür əksi olan və "Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş bir bükümdə içində qara rəngli maddə, habelə birində beş list yazılmış "Methadone" yazılmış kütlə" sözləri qeyd edilmiş bir kağız paketdə bir ədəd bükümdə təmiz çəkisi 50,547 qram olan tünd qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə tiryəkdir. Digər bükümdə təmiz çəkisi 12,287 qram olan ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə-metafetamindir. Metafetamin "Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”-in siyahısına (Siyahı 1) daxildir. Ağ rəngli dairəvi formalı, ümumi sayı 48 ədəd həb dərman vasitəsi olan metadondur. Metadon "Azərbaycan Respublikası ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələr"-in siyahısına (Siyahı İİ) daxildir. Təqdim olunmuş ümumi sayı 48 ədəd olan həbdə metadonun təsir maddəsinin ümumi miqdarı 1,92 qram təşkil edir.(cild 01, iş vər. 58-61) Məhkəmə bioloji ekspertizasının xx xxxx 2020-ci il tarixli 7/40 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində "Təqsirləndirilən şəxs idarə etdiyi ...avtomaşından ..." yazıları və imzalar olan sintetik torbadakı 01 (bir) ədəd polietilen torbada təmiz çəkisi,- 5005 qram (5 kq 5 qram) olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır.(cild 01, iş vər. 64-65) “Diskə baxış keçirilməsi haqqında” xx xxxx 2020-ci il tarixli protokoldan görünür ki, Qaradağ RPİ-nin İstintaq Şöbəsinin müstəntiqi, polis kapitanı Rafiq Qarayev tərəfindən şübhəli şəxs Təqsirləndirilən şəxs üzərinə baxış zamanı çəkilmiş videoyazı olan bir ədəd “CD” diskə baxış keçirilmişdir. Baxış zamanı həmin diskdə iki ədəd videogörüntü olması aşkarlanmaqla, birinci videogörüntüyə baxış keçirilən zaman müəyyən edilmişdir ki, xx xxxx 2020-ci il tarixdə, saat 18:44-də Bakı–Qazax magistral yolunun 29-cu km-də yolun Bakı şəhəri istiqamətində sağ kənarında Təqsirləndirilən şəxs üzərinə baxış keçirilir. Baxış zamanı Təqsirləndirilən şəxs əynindəki göy rəngli qısa qol gödəkçənin sağ yan cibindən bir ədəd sellofan bükümdə tiryək narkotik vasitəsi, bir ədəd sellofan bükümdə metafetamin psixotrop maddəsi və 48 ədəd həbdə dərman vasitəsi olan metadon aşkar edilərərk götürüldü. Həmin diskdə olan ikinci video görüntüyə baxış keçirilən zaman müəyyən edilmişdir ki, polis əməkdaşları xx xxxx 2020-ci il tarixdə Təqsirləndirilən şəxs üzərinə baxış, keçirdikdən sonra onun idarə etdiyi və yolun sağında xəndəyə aşmış “Nissan Qashqai” markalı, **-NE-*** d.q.n avtomobilə təxirəsalınmaz axtarış keçirilərkən, avtomobilin arxa yük yerində həmin bir ədəd polietilen torbada qurudulmuş marixuana narkotik vasitəsi aşkar edilərək götürülür.(cild 01, iş vər. 69) Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında xx xxxx 2020-ci il tarixli qərardan görünür ki, Qaradağ RPİ-nin İstintaq Şöbəsinin müstəntiqi, polis kapitanı Rafiq Qarayev tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilməsi qərara alınmışdır. (cild 01, iş vər. 70-71) Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 4(002)-31/2020 nömrəli qərarından görünür ki, məhkəmə tərəfindən Təqsirləndirilən şəxs barəsində həbsetmə müddətinin əvvəli xx xxxx 2020-ci il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. Bununla yanaşı Təqsirləndirilən şəxs məhkəmə iclasında iştirak edərkən törətdiyi əməli qismən etiraf edərək əməlindən peşman olduğunu bildirmiş, eləcə də göz nahiyəsində yaranmış şişkinliyi hadisə baş verən gün avtomobil hərəkətdə olarkən idarəetməni itirdiyi zaman avtomobilin sükanının onun göz nahiyəsinə dəyməsi ilə izah etmişdir. (cild 01, iş vər. 92-95) Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X9- Təcrübi və Tədris birliyi tərəfindən verilmiş 224 nömrəli ekspert rəyindən görünür ki, vətəndaş Təqsirləndirilən şəxs da sağ gözün ağlı qişasına qansızma ilə müşayiət olunan sağ gözətrafı nahiyənin qançırı və zəif şişkinliyi, burun sümüyünün çatı ilə müşayiət olunan burun belinin sıyrığı və şişkinliyi, üst dodağın sol yarısının və alt dodağın sağ yarısının selikli qişaların əzilmiş-cırılmış yaraları, sol bazunun, döş qəfəsinin 2(iki) ədəd sol çiyin qurşağının və sol qalça nahiyəsinin qançırları, hər iki baldrın ön səthinin çoxsaylı səthi sıyrıqları müəyyən edilmişdir.Xəsarətlər bərk küt əşya təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərildiyi kimi xx xxxx 2020-ci il tarixdə əmələ gələ bilərdilər və dərəcələrinə görə sağ gözün ağlı qişasına qansızma ilə müşayiət olunan sağ gözətrafı qançır və zəif şişkinliyi, burun sümüyünün çatı ilə müşayiət olunan burun belinin sıyrığı və şişkinliyi, üst dodağın sol yarısının və alt dodağın sağ yarısının selikli qişalarının əzilmişcırılmış yaraları ayrı-ayrılıqda, eləcə də ümumiliklə səhhətin qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddirlər, sol bazunun, döş qəfəsinin 2(iki) ədəd, sol çiyin qurçağının və sol qalça nahiyəsinin qançırları, hər iki baldırın ön səthiniin çoxsaylı səthi sıyrıqları isə ayrı-ayrılıqda, eləcə də ümumilikdə sağlamlığa zərər vurmayan xəsarətlərrə aid olduqları üçün dərəcələri təyin edilmir. Qeyd olunan xəsarətlər xarakter və lokalizasiyalarına görə müxtəlif şəraitlərdə törənə bilər, o cümlədən yol-nəqliyyat hadisəsi zamanı əmələ gəlməsi inkar olunmur. (cild 01, iş vər. 101-104) “Təqsirləndirilən şəxs haqqında seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilməsi barədə” xx xxxxxx 2019-cu il tarixli, 4(004)-911/2019 saylı qərardan çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmiş və o, məhkəmə iclas zalından dərhal həbsdən azad olunmuşdur. Təqsirləndirilən şəxs ev dustaqlığında saxlanılma müddəti həbsdə saxlanılma müddətinin sonuncu gününədək, yəni xx xxxxxx 2020-ci il tarixədək hesablanmışdır.(cild 01, iş vər. 106-107) “Təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında” xx xxxx 2020-ci il tarixli protokoldan görünür ki, Qaradağ RPİ-nin İstintaq Şöbəsinin müstəntiqi, polis kapitanı Rafiq Qarayev tərəfindən digər polis əməkdaşlarının və müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs ifadəsinin yerində yoxlanması istintaq hərəkəti həyata keçirilmişdir. İstintaq hərəkəti zamanı “X12” markalı, ** AP *** d.q.n. avtomaşınla Təqsirləndirilən şəxs saxlanıldığı Qaradağ RPŞ-in, MSY-nin inzibati binasının qarşısından hərkətə başlanılmış, Təqsirləndirilən şəxs avtomaşını Bakı-Qazax magistral yolu istiqamətində hərəkət etdirmələrini bildirmiş və Bakı-Qazax yolunun 29-cu km-də fəaliyyət göstərən “Qaradağ market” ilə üzbəüz Bakı şəhəri istiqamətində yolun sağ kənarına getmişlər. Hadisə yerinə gəldikdən sonra Təqsirləndirilən şəxs avtomaşından düşərək yolun kənarında dayanıb hadisə yerini göstərmiş və istintaqa təqsirləndirilən şəxs qismində verdiyi ifadəsini əyani olaraq bir daha təsdiq etməyə başlamışdır. Təqsirləndirilən şəxs ifadəsinin yerində yoxlanması zamanı bidlirmişdir ki, xx xxxx 2020-ci il tarixdə, saat 18:44 radələrində Bakı- Qazax yolunun 29-cu km-də fəaliyyət göstərən “Qaradağ Market” ilə üzbəüz Bakı şəhəri istiqamətində yolun sağ kənarında saxlanılıb üzərinə baxış keçrilən zaman əynindəki göy rəngli qısa qol gödəkçənin sağ yan cibindən bir ədəd sellofan bükümdə içində təmiz çəkisi 50,447 qram külli miqdar təşkil edən tiryək narkotik vasitəsi, bir ədəd sellofan bükümdə təmiz çəkisi 12,287 qram külli miqdar təşkil edən metafetamin psixotrop maddəsi və 48 ədəd həbdə dərman vasitəsi olan metadon videoçəkilişlə aşkar edilərək götürülmüş, həmçinin orada “Nissan Qashqai” markalı, **-NE-*** d.q.n avtomobildə axtarış aparılarkən avtomobilin arxa yük yerində həmin bir ədəd polietilen torbada təmiz çəkisi 5005 qram külli miqdar təşkil edən qurudulmuş marixuana narkotik vasitəsi videoçəkilişlə aşkar edilərək götürülmüşdür. İfadənin yerində yoxlanılması zamanı heç bir foto və video qurğudan istifadə edilməmişdir. (cild 01, iş vər. 114-115) xx xxxxx 2020-ci il tarixli Qaradağ RPİ-nin İŞ-nin müstəntiqi, polis kapitanı Rafiq Qarayevin vəsatəti və həmin tarixli Qaradağ rayon Prokurorunun təqdimatına baxılmasına dair Qaradağ rayon Məhkəməsinin 5(002)-47/2020 nömrəli, xx xxxxx 2020-ci il tarixli “Telefon danışıqları, SMS mətnləri və anten dairəsinə dair məlumatların açıqlanmasına dair vəsatətin baxılması haqqında” qərarından görünür ki, vəsatət təmin edilərək Təqsirləndirilən şəxs istifadə etdiyi ***-***-**-**, ***-***-**-** və ***-***-**-** saylı nömrələrindən xx.xx.2020-ci il tarixdən xx xxxx 2020-ci il tarixədək olan müddət ərzində daxil olan və çıxan zənglərin siyahısı, SMS mətnlərinin açıqlamaları, daxil olan və çıxan zənglərin abunəçilərinin tam anket məlumatları, daxil olan və çıxan zənglərin hansı antenalar tərəfindən qeydiyyata alınması haqqında daxil olmuş məlumatların xxxx MMCdən ələ keçirilərək götürülməsi qərara alınmış, sözügedən qərar Qaradağ RPİ-nin xx xxxxx 2020-ci il tarixli məktubu ilə icra olunması üçün müvafiq olaraq “xxxx” MMC-yə göndərilmişdir. (cild 01, iş vər. 116-117, 118-119, 122-123) Azərbaycan Respublikası DİN BƏSİİ-nin tələbnaməsi və Qaradağ Rayon Məhkəməsinin 1(002)-152/2008 saylı, xx xxxx 2008-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 01 il müddətinə, 234.2-ci maddəsi ilə 03 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzalar qismən toplanmaqla Təqsirləndirilən şəxs qəti olaraq 03 il 06 ay azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Nərimanov Rayon Məhkəməsinin xx.xx.2009-cu il tarixli qərarı ilə Təqsirləndirilən şəxs cəzası 01 il 11 ay 17 gün azadlığın məhdudlaşdırması cəzası ilə əvəz olunmuşdur. (cild 01, iş vər. 126-129, 151-152) Qaradağ RPİ-nin 11-ci PB-nin rəisi, polis polkovniki X13 RPŞ-nin İŞ-nin müstəntiqi, polis kapitanı Rafiq Qarayevə ünvanlanmış məktubundan görünür ki, verilmiş əməliyyat tapşırığı əsasında keçirilmiş tədbirlər zamanı Təqsirləndirilən şəxs hər hansı bir şəxslə qabaqcadan əlbir olaraq narkotik vasitələrin qanunsuz olaraq satışı ilə bağlı aralarında razılaşmanın olub-olmamasını, Təqsirləndirilən şəxs narkotik vasitələri haradan əldə etməsini, onun İİR-vətəndaşı ilə əlaqəsini və narkotik vasitələri haradan əldə etməsini, onun İran İR vətəndaşı ilə əlaqəsini və narkotik vasitələri və psixotrop maddəni Respublika ərazisində hansı şəkildə keçriməsini, habelə, “Hacı” adlı şəxsi müəyyən etmək və Təqsirləndirilən şəxs kimlərə narkotik vasitə satmasını müəyyən etmək mümkün olmamışdır. (cild 01, iş vər. 139) Biləsuvar Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 1(022)-9/2020 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2 və 234.1-ci maddələr ilə təqsirləndirilməsinə dair cinayət işi xx xxxxxx 2019-cu il tarixdə Biləsuvar Rayon Məhkəməsinə daxil olmuş, Təqsirləndirilən şəxs üzrlü səbəb olmadan məhkəmə çağırışarına gəlmədiyinə görə Biləsuvar rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 1(022)9/2020 saylı qərarı ilə Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş və cinayət işi üzrə icraat Təqsirləndirilən şəxs tapılana qədər dayandırılmışdır. Təqsirləndirilən şəxs tutulması barədə məhkəməyə heç bir məlumat daxil olmadığına görə həmin cinayət işi üzrə icraat təzələnməmişdir. (cild 01, iş vər. 163) Məhkəmə-narkoloji ekspertizasının xx.xx.2020-ci il tarixli, 1711 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs tiryək alkolidlərini tərkibində saxlayan maddələrdən, çətənə bitkisi preparatlarından və psixotrop maddə olan metafetamindən sui-istifadə edilməsi nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (cild 01, iş vər. 164-165) “Sübutların qiymətləndirilməsi haqqında” xx xxxx 2020-ci il tarixli qərardan görünür ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona həmin maddə ilə yenidən ittiham elan edilməsi, həbsdə saxlanılmasının nəzərə alınması, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-in 185.1, 206.3.2 və 234.4.1-ci maddələri ilə cinayət təqibinin başlanmasının rədd edilməsi, Təqsirləndirilən şəxs yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alması xüsusatı üzrə cinayət təqibin başlanması rədd edilməsi, Murad Nəsirlinin Azərbaycan Respublikası İXM-nln 337.1-cl maddəsi ilə nəzərdə tutulmuş inzibati məsuliyyətə cəlb edilməsi üçün qərarın surətinin Qaradağ RPi-nin DYPŞ-nə göndərilməsi, Təqsirləndirilən şəxs nəqliyyat vasitəsini sürücülük hüququ olmadan idarə etdiyi üçün onun Azerbaycan Respublikası İXM-nin 332.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati məsuliyyətə cəlb edilməsi üçün qərarın surətinin Qaradağ RPi-nin DYPŞ-nə göndərilməsi, cinayət işi üzrə Təqsirləndirilən şəxs etirafedici ifadələri, şahid ifadələri, baxış və götürmə protokolu, ifadənin yerində yoxlanılması protokolları, məhkəmə-kimyəvi, məhkəmə-bioloji və məhkəmə-narkoloji ekspertizalarının rəylərinin iş materialları ilə öz təsdiqini tapdığından sübut növü kimi qiymətləndirilməsi, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş ümumi təmiz çəkisi 50,547 qram tiryək narkotik vasitəsinin tədqiqata 0,05 qram sərf edildikdən sonra 50,497 qram qalığı, ümumi təmiz çəkisi 12,287 qram metafetamini tədqiqata 0,05 qram sərf edildikdən sonra 12,237 qram qalığı, 48 ədəd metadon həbinin 2 ədədi tədqiqata sərf edildikdən sonra 46 ədəd qalığı və Təqsirləndirilən şəxs idarə etdiyi avtomaşından aşkar edilərək götürülmüş, ümumi təmiz çəkisi 5005 qram qurudulmuş marixuananın 0,2 qram tədqiqata sərf edildikdən sonra 5004,8 qram qalığı iş üçün sübut əhəmiyyəti kəsb etdiyi üçün maddi sübut kimi tanınması və saxlanılması üçün Qaradağ RPİ-nin maddi sübutların saxlanılması otağına təhvil verilməsi, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş bir ədəd elektron tərəzinin iş üzrə sübüt növü kimi tanınaraq, saxlanılması üçün Qaradağ RPi-nin maddi sübutların saxlanılması yerinə təhvil verilməsi, cinayət işi üzrə təqsirləndirilən Təqsirləndirilən şəxs üzərində video çəkiliş ilə baxış və götürmə aparılmasını və idarə etdiyi “Nissan Qashqai” markalı, ** NE *** d.q.n. avtomaşına axtarış və götürmə keçirilməsini özündə əks etdirən bir ədəd CD diskin iş üzrə sübut əhəmiyyətə malik olduğundan sübut növü kimi tanınması və cinayət işinin materiallarına əlavə edilməsi, Nissan Qashqai markalı, **-NE-*** dövlət qeydiyyat nişanlı avtomaşının X3 mülkiyyəti hesab edilməsi və Murad Nəsirlinin iş üzrə zərərçəkmiş şəxs qismində tanınmaması, Təqsirləndirilən şəxs idarə etdiyi nəqliyyat vasitəsinin yolun kənarındakı çökəkliyə düşürərək xəsarət alması xüsusatı üzrə cinayət təqibinin başlanmasının rədd edilməsi, Təqsirləndirilən şəxs narkotik vasitələri və psixotrop maddəni hansı mənbədən əldə etməsi ilə bağlı ********* nömrəli cinayət işinin materiallarından Azərbaycan Respuhblikası CM-nin 234.4.3-cü maddəsi ilə ********* nömrəli cinayət işinin ayrılaraq icraata qəbul edilməklə istintaq edilməsi və ********* nömrəli cinayət işindən materialların ayrılaraq ********* nömrəli cinayət işinə əlavə edilməsi, Təqsirləndirilən şəxs istifadə etdiyi *** *** ** **, 077 *** ** ** və 070 *** ** ** saylı nömrələrindən xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək olan müddət ərzində daxil olan və çıxan zənglərin siyahısı, SMS mətnlərinin açıqlamaları, daxil olan və çıxan zənglərin abunəçilərinin tam anket məlumatları, daxil olan və çıxan zənglərin hansı antenalar tərəfindən qeydiyyata alınması ilə bağlı xüsusatlara cinayət işindən ayrılmış ********* nömrəli cinayət işində baxılaması qərara alınmışdır. (cild 01, iş vər. 167-177) “Cinayət işinin ayrılması və icraata qəbul edilməsi haqqında” xx.xx.2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələri və psixotrop maddəni hansı mənbədən əldə etməsi ilə bağlı ********* nömrəli cinayət işinin materiallarından Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ********* nömrəli cinayət işinin ayrıca icraata ayrılmışdır. (cild 01, iş vər. 180) Məhkəmə istintaqı zamanı iş materillarına əlavə edilmiş xx xxxxxx 2021-ci il tarixdə “xxxx” MMC-dən götürülmüş bir ədəd diskə baxış keçirilmiş, baxış zamanı Təqsirləndirilən şəxs istifadəsində olmuş ********** mobil telefon nömrəsindən göndərilmiş və həmin telefon nömrəsinə daxil olmuş aşağıdakı sms məlumatları aşkar edilmişdir: Daxil olan sms məlumatlarında ********** nömrəsindən xx.xx.2020-ci il tarixdə, saat 06:43-də “Yatmamisansa xeber ele, Duranda zəng elə mənə srocnu tema yoxumdu avara oldum nece gundu” məzmunlu, ********** nömrəsindən xx.xx.2020-ci il tarixdə, saat 01:22 radələrində “Amanatun var 10,15 dene”, “150 var qallanıda saba verim”, “Masın olmusken he Yox de gelim padarcole kimi gotrum qalydım 200m duzdım qosdum 15 verersen 5q pulun verim saba” məzmunlu, ********** nömrəsindən xx.xx.2020-ci il tarixdə, saat 03:11 radələrində “Xahiw edirem menim dermanimida getir, yaddan cixmasin”, ********** nömrəsindən xx.xx.2020-ci il tarixdə, saat 04:47 radələrində “Hardasan kelim koruwek iwim var tezbazar”, “100 necedene batı veresenib”, “Adam var onda 350 kram ot var ideyirem onu atam”, “Kola var in”, “Nayıl dunen seherden ahwama keder wobede olmuwam balamın canı zamına cıhmıwam zulumnen rayondayam o hazırdı mawın yohdu kele bilmirem” məzmunlu, ********** nömrəsindən xx.xx.2020-ci il tarixdə, saat 23:34 radələrində “Alinir alinmir bir kelme di bilimde camatin yaninda yalanci cixmiyim” məzmunlu, ********** nömrəsindən xx xxxx 2020-ci il tarixdə, saat 19:59-da “Gözdüyürem menim o-t mütleq getır mütleq”, “Acda poxunu 5 eded ko lazımdı pullna” məzmunlu, ********** nömrəsindən xx xxxx 2020-ci il tarixdə, saat 03:38 radələrində “X20 Cixmadin?X8 Uje Saat 3 Du 5 X16 Axi Sen”, “Senol 50m X30 Deyerdim?X26 10m X22,problem 10manatdadida onda he?bu qedar vaxti 10manata gore agridirsan meni?nese o(......)ldu goruwenedak”, “problem duzeldi 10m 60m di senol ama ceki sohbeti duz olsun 1dana kola yari pati mene bilirsan ne deyirler?derlerki qohumun idi bes ne oldu gelib cixmadi lomka” məzmunlu, “sen menim canim cekisine bax ikisinada,” xx xxxx 2020ci il tarixdə, saat 12:24-də ********** mobil telefon nömrəsindən “Harda olmüsen yene veziyyetden çıxaq, Xuyovudu veziyyet” məzmunlu smslərin yazıldığı müəyyən edilmişdir. Bununla yanaşı elə həmin məlumatlardan Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil telefon nömrəsi ilə ***-***-**-** saylı mobil telefon nömrəsi arasında aşağıdakı məzmunlarda qarşılıqlı sms yazışmaları müəyyən edilmişdir: xx-xx-2020-ci il tarixdə, saat 09:35:12-də ***-***-**-** nömrəsindən ***-***-**-** nömrəsinə “Танымадун Рошан Санан габаг мана ал атылды Курдамирда олмадим ки”, xx-xx-2020-ci il tarixdə, saat 09:40:38-də ***-***-**-** nömrəsindən ***-***-**-** nömrəsinə “Данышмасонда Рахимин йада Самирин номрасин вер”, xx-xx-2020-ci il tarixdə, saat 09:48:59-da ***-***- **-** nömrəsindən ***-***-**-** nömrəsinə “SAMİR TUTULUB RAHİMNENDE DANSMİRAM.KİMSEN DEYREM.XESTEXANADAYAM DANSA BİLMREM CİXM DANSARUX”, xx-xx-2020-ci il tarixdə, saat 09:49:27-də ***-***-**-** nömrəsindən ***-***-**- ** nömrəsinə “Курдамирдан кечачам на созун гулуг Самир Рахимин номрасин тап верда имкан варса”, xx-xx-2020-ci il tarixdə, saat 09:54:51-də ***-***-**-** nömrəsindən ***-***-**-** nömrəsinə “Ман сани чох уча тутурдум АММА сан билмадин чанун саг олсун На тез номрами унутдун” xx-xx-2020-ci il tarixdə, saat 09:56:34-də ***-***-**-** nömrəsindən ***-***-**-** nömrəsinə “Достун шарикун (şərikin) Рошанин номрасин верда”, xx-xx-2020-ci il tarixdə, saat 10:01:34-də ***-***-**-** nömrəsindən ***-***-**-** nömrəsinə “MEN BASİMNAN MALİCE ALMİSAM BEYNİM SİRKELENİB TRAMA ALMİSAM VALLA BİLMREM KİMSEN YADDASİM İTİB SAGOL SAGOL VALLA HECNE EHTYAC YOXDU” xx-xx-2020-ci il tarixdə, saat 10:03:25-də ***-***-**-** nömrəsindən ***- ***-**-** nömrəsinə “АЛЛАХ комай олсун балницада на олуб кимаса”, xx-xx-2020-ci il tarixdə, saat 10:04:19-da ***-***-**-** nömrəsindən ***-***-**-** nömrəsinə “MEN SERİKİM ZADİM YOXDU.NESE BİR İSİM YOXDİ SERİKM OLSUN QUTARMİSAM MALNAN ZADNAN MALİCE ALMİSAM RAUFDİ?” xx-xx-2020-ci il tarixdə, saat 10:11:38-də ***-***- **-** nömrəsindən ***-***-**-** nömrəsinə “ANAMDİ.UREYİ ZEİFDİ MALİCE ALİR.SİKDİRSİNLER ROSEN MOSEN CİNDR SEYLERDİ DARA DUSENDE ATİB QACALLAR ADAMİ”, xx-xx-2020-ci il tarixdə, saat 10:30:45-də ***-***-**-** nömrəsindən ***-***-**-** nömrəsinə “Асобудакы Рауфдуса Рошан санин учун нади надойил мамим она хорматим олуб йахшы оглан кими танымышам Карак киминса созуна гулаг асыб мана уз чондармазди Курамирда она кимса даверйа етмадийини кордум дедим гардаш каларсан Бакыйа на лазым олса сана ман чалышыб дузуб гошарам”, xx-xx- 2020-ci il tarixdə, saat 11:06:51-də ***-***-**-** nömrəsindən ***-***-**-** nömrəsinə “NAİL SEN PRAMOY CİNDR HEREKET ELEDUN.PULUN VERLECEYDİ O NE HEREKET İDİ?DEİR DAG DAGA RASS GELMESE İNSAN İNSANA RASS GELER. SEN SAMİRGİL BASU PARDADACAXDİ, ROSEN QOYMADİ” xx-xx-2020-ci il tarixdə, saat 11:19:13-də ***-***-**-** nömrəsindən ***-***-**-** nömrəsinə “HER ADAM MEN EVİMİN İCİNE GİRMEMİSDİ NAİL.SE MEN HORMET QOYURDUM SİSDUN İCİNE SENDEN QACİRDİM MEN YOXSA ALDATMİSDİM SE? 400min borcum varda me yukleyb mal alduz nese alduz. basqa basqa yollarla hacin qucaginda oturdun me el atduz haci idida se yapsib ulgumundan pul alan qorxurdun? kisi doylerde vurarda vurularda amma kisi kimi.borcdan otru el atursuza yaxsi hereket idi nail o.?iki defe dalucan gelmisem agzun icinnen atacaydim allah uzuve baxibki evunde olmamisan me qarsi duz hereket elemedun sen ozunde yaxsi bilrsen sen pulun verileceydi neyse”, xx-xx-2020-ci il tarixdə, saat 11:34:24-də ***-***-**-** nömrəsindən ***-***-**-** nömrəsinə “Сан Рошансан нар номран варса занк вур данышаг Белада вахтун варса Чырагда дайаначам чай ичачам” xx-xx- 2020-ci il tarixdə, saat 11:46:06-da ***-***-**-** nömrəsindən ***-***-**-** nömrəsinə “İS GORURDUNDA MENEN SE ALLATMAMİSDİMKİ ATMAMİSDİMKİ PULUN NİSYELERDEYDİ YAVAS YAVAS ALİB VERİRDİMDA NAİL ME ZEİF GORDUWZ EL ATDUZ NEDEN MALDAN OTRU.?DEYERDİ NAİL? KİSİ OL KİSİ KİMİ YASA KİSİ KİMİDE OL”, xx-xx-2020-ci il tarixdə, saat 11:53:10-da ***-***-**-** nömrəsindən ***-***-**-** nömrəsinə “Ман сана пис олмамышам Биринци Самирин чавабын сан вермалийдин Икинци Рауфнан иш кордун мана билдирмадин На олду Рауф мана дейирди баш ун хараб олуб Рошана нисйа на иса вермисан”, xx-xx-2020-ci il tarixdə, saat 12:04:19-da ***-***-**-** nömrəsindən ***-***-**-** nömrəsinə “Rauf me yalvaridi ge se mal verim men se gore goturmurdum deyrdim nailnen is gorrem gordum soradan sen elimi kesdun geh getirdun geh yo 100dene dedim 30-40dene getrirdun pati yo qara yo gordum getirmek fikrun yox raufda deir ge men verimda nailnen qutar rauf anamin xalasi ogludu onan bele men onnan hecne goturmurdum sen eledunda telfonu cibunde acib hacya esitdururdun onnan buna bunan ona soz gezirurdun ne bilima cagirurdun me bakya hecne yox bos dala qaydirdim bele is gormek olurdu nail?men mal vereydimki camatdanda borcu alardimda”, xx-xx-2020-ci il tarixdə, saat 12:08:34-də ***-***-**-** nömrəsindən ***-***-**-** nömrəsinə “Duxda mali pati getrib axirdan axra me verurdun patin icinen bir qramin yarim qrami duz olurdu bele kisliy olar?” xx-xx-2020-ci il tarixdə, saat 12:10:29-da ***-***-**-** nömrəsindən ***-***-**-** nömrəsinə “Калирсан Чырага”, xx-xx-2020-ci il tarixdə, saat 12:14:45-də ***- ***-**-** nömrəsindən ***-***-**-** nömrəsinə “MEN SEHERDİYEM DEMEDİM XESTEXANADA ARVADİN UREYİ TUTUB PROMBLASİB BAKİDAYAM GUNORTA CİXACAM RAYONA 2-de zadda”, xx-xx-2020-ci il tarixdə, saat 12:19:20-də ***-***-**-** nömrəsindən ***-***-**-** nömrəsinə “NESE VERE BİLSEYDUN ELCİNİ GONDERERDİM VERERDUN 30-40 DENE RAYONDA HECNE YOXDU TEMBOLİ ZİRHA ZİR YİGLLAR HECNE TAPİB VERE BİLMREM RAUFADA SAMİR 36.MİN BORCU VAR YAMAN GUNE QALB SAMİRDE TUTULUB TOFİKİDE İTDER QOGDU GİZZENİB” xx-xx-2020-ci il tarixdə, saat 12:21:43-də ***-***-**-** nömrəsindən ***-***-**-** nömrəsinə “VERSEYDUN 2-GUNE PULUN CATAR DUZGUN HEREKET ELEMEK LAZİMDE KİSİ KİMİ HAMYA DEMEK LAZM DOR LAP 200m var mende o vererem arvadin bogazndan kesib”, xx-xx- 2020-ci il tarixdə, saat 12:22:06-da ***-***-**-** nömrəsindən ***-***-**-** nömrəsinə “Ман саат 2 йа БАКЫ да оларам Чатышмайан наиса варса ананын гулугундайам”, xx-xx- 2020-ci il tarixdə, saat 12:23:25 ***-***-**-** nömrəsindən ***-***-**-** nömrəsinə “Rawyona girme vezyet pisdi teze reis zad gelb sede bir iki qehbe tanir yandirarlar”, xx-xx-2020-ci il tarixdə, saat 12:26:55-də ***-***-**-** nömrəsindən ***-***-**-** nömrəsinə “Sagol nail qohum eqraba komeklik edir daylarim dayi usaxlarim burdadi hamsi sagol sagol”, xx-xx- 2020-ci il tarixdə, saat 12:48:19-da ***-***-**-** nömrəsindən ***-***-**-** nömrəsinə “Рошка санол манда хечна йохду Бакыда вар Койчайдан калирам Пулсуздугдан бир нафар озума гошмушам пулу вар шарик кедир”, xx-xx-2020-ci il tarixdə, saat 12:50:55də ***-***-**-** nömrəsindən ***-***-**-** nömrəsinə “SESUN GELMEDİ YENE HACİ ZADİ YGİB GETRESENSE BUTUN QOHUM EQRABAMA DEYİM HAZR OLSUN QANJLİ DOYUS OLACAX KİSİ OL DUZ HEREKET ELE VARYOXN SİKM DUNYADA ANAMNAN EZİZ HEC KİM YOXDU OLEREM CAN VERMEREM KECİB HER SEY DAY ALACAGİM VERECEYM YOX BİR QURUCANİMDİ”, xx-xx-2020-ci il tarixdə, saat 18:58:35-də ***-***- **-** nömrəsindən ***-***-**-** nömrəsinə “Nail dedun ygacam ygmadun gozzedim neses geldi ne semir geldim rayona” smslərinin yazıldığı müəyyən edilmişdir. Bundan başqa Təqsirləndirilən şəxs istifadəsində olan digər telefon nömrəsi olan ********** mobil telefon nömrəsinə xx-xx-2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək olan müddət ərzində “X21?X27 Sendan Yaxsisan?Qardas Mene 5dana Kola Lazimdi 1dana butov list metanet birda 10m vererem prosta o kola ve listin ayri-ayri qiymatin yaz birdaki nailcani papamin goru haqi siqaret almaqa imkan yoxdu mendan yoxsa her gun 300- 400manatdiq ayin oyun istirler birda ozuma baxma oturub gozdiye bilirem seni basqasi en uzaqi 30deq gozdayir,birdaki yasamaldayam qonaqim gelib atacani prob alam o 5danani xowa gelen olsa 50dana isdir”, “mene bir xeber de”, “beladaki senol papamin goru haqi nagd pulvu verecem sonra veressen aglina bir shey gelmasin bele olarki 5-10 m qalaram borclu ama senol papamin goru haqi pul olmasa deyerem lomkayam mene komey ele bela senin mene olan komeyin bu olarki qiymetda hormet edarsan papacani 3 gundu nwge siqaretm var nada 1m pul m ona gorada evdan cixmrdm bir qohm var yasamalda qalr o yiqdi dedm pisdi vezyet dedi kola lazmdi dedm yaxn br nefer alr mene gore pulsz qalmaym deye alb verir,hec dedm namaz qilr,belada sen menle iw goresn,rayondada veziyt pisdi ona istirm birdafalk qalm,birda nail bunla 2ci dafadi o qiz fikr der aybdi”, “Ayın səkkizi qonaqlarım olacaq gətirərkən 3-4 dənə”, “o biri isler duzeldi dermanin qiymetin yaz pulum varken alim cixim bu miretdan meni yiq, ya mesaj yaz xeber gozdirem o 10m da hazirdi”, “qaqa netersen?neciyedi bir packa bawva donerem senol atamin goruna and olsun cixmagcun aliram lazim olanda tapa bilmirem seni beyaq 5q kola 2q pati lazim idi dilxor oldum seni tapmadim deymine”, “aydindi prosta sene soz direm dilxowluq edrem o cavab verir olmaz brat biz qardawiq neceye hell etmek olar?packa?” “bratka is var buraliqdasans 6 kola yari pati derman birda ama dermanin qiymatin desen onuda deyerem he ya yox,nagd gele ene senol prosta gec olsa uje qal acaq senol,birsoz de bilim he yox,” “X28 X18 Verma,papamin X23 Ona O X29 X31 Nemli İdi ama senle daniwdim dedin qurudu,mawindan soruwdum qurudu O Oyana 8,02 X10 X24 Getirdiler Yenada 8.02 X25 X6 Atdilar ikisi 1,2 onu verdim 1danada dedim seher hel edaram narahat olma pati ise dawsiz idi papamin goru haqi 0.3 basqa seye gore demirem canin saqolsun o temadada xeyrim yox idi ara yerda patida cekildi ortada getdi senol ozum olum basqa sey basa dusersen dedim gerey deyim bikesen vzv atdim yiqmadin ki deyem,b”, məzmunlu smslərin yazıldığı müəyyən edilmişdir. Məhkəmə iclasında kompyuter texnikasının vasitəsilə cinayət işinin materiallarına əlavə edilmiş 01 ədəd «DVD» diskdə olan videgörüntüyə baxış keçirilmiş və baxış zamanı həmin videogörüntülərdə “Baxış və götürmə aparılması haqqında” xx xxxx 2020-ci il tarixli protokol, “Axtarış və götürmə aparılması haqqında” xx xxxx 2020-ci il tarixli protokol və “Diskə baxış keçirilməsi haqqında” xx xxxx 2020-ci il tarixli protokolların məzmununda qeyd olunan halların əyani olaraq öz əksini tapması müəyyən edilmişdir. Azərbaycan Respublikasının xx xxxx 2005-ci il tarixli Qanunu ilə təsdiq olunmuş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə» Siyahılarında narkotik vasitələrin siyahısında qurudulmuş marixuananın 500 qramdan yuxarı olması, tiryəkin 50 qramdan yuxarı olması, metadonun 1,6 qramdan yuxarı, psixotrop maddələrin siyahısında isə metafetaminin çəkisinin 02 qramdan yuxarı olması külli miqdar hesab olunur. Beləliklə, məhkəmə təqsirləndirilən şəxs və şahidləri dinləyərək iş materiallarını nəzərdən keçirib, iş üzrə əldə olmuş sübutlara hərtərəfli və obyektiv qiymət verməklə hesab edir ki, Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan cinayət əməlini törətməkdə təqsirli olması onun özünü qismən təqsirli bilməsinə baxmayaraq, hadisələrin baş vermə yeri, vaxtı və şəraiti barədə işin faktiki hallarına uyğun olan ifadələri, məhkəmə istintaqı zamanı toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, şahidlərin məhkəmə iclasında verdikləri ifadələr, ekspertiza rəyləri, maddi sübut və məhkəmə iclasında elan edilmiş digər sənəd və iş materialları ilə tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs həmin cinayət əməlində təqsirini təkzib edə biləcək hal məhkəmə tərəfindən müəyyən edilmədi. Məhkəmə Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamla bağlı, yuxarıda qeyd edilən şəraitdə polis əməkdaşları tərəfindən yaxalanan zaman avtomobilin yük hissəsindən aşkar edilmiş narkotik vasitə marixuananın ona məxsus olmadığı, ona qarşı zor tətbiq olunduğu və narkotik vasitələrin satışı ilə məşğul olmadığına dair hissədə məhkəmə baxışı zamanı verdiyi ifadələrinə hüquqi qiymətin verilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx xxxx 2011-ci il tarixli, 2 nömrəli qərarının 9-cu bəndinə əsasən təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi və işin digər halları nəzərə alınmalıdır. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi haqqında» xx xxxx 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.11 maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılmasımiqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrinin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətdir. Qanunun mənasına görə, narkotik vasitələrin satışı dedikdə yalnız qeyd olunan maddələrin əvəzli, qazanc əldə etmək, yaxud şəxsi maraq məqsədi ilə yayılması başa düşülür. Bu isə o deməkdir ki, şəxsin narkotik vasitələri satış üçün əldə edib gəzdirməsi haqqında nəticəyə gəlmək üçün onun məhz sadalanan məqsədlərin hər hansı birini izləyərək narkotik vasitələri əldə edib gəzdirməsi sübut edilməlidir. Məhkəmə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun yuxarıda qeyd olunan həmin tövsiyyələri, Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi haqqında» xx xxxx 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun müddəalarını və işin faktiki hallarını, yəni əməliyyat axtarış və ibtidai istintaq hərəkətlərinin aparılmasına dair protokolların məzmununu, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı müdafiəçisinin iştirakı ilə verdiyi hadisələrin baş vermə yeri, vaxtı və ardıcıllığına uyğun etirafedici ifadələri, Təqsirləndirilən şəxs oğlunun üzərindən və avtomobilindən aşkarlanıb götürülmüş narkotik vasitələr və psixotrop maddənin müxtəlif növlərdə olmaqla, miqdarını, üzərindən bir ədəd elektron tərəzi aşkar edildiyini, Təqsirləndirilən şəxs narkotik vasitələr və psixotrop maddənin satışı ilə məşğul olmasına əsaslı şübhələr olduğuna dəlalət edən istifadəsində olan mobil telefon nömrələri ilə apardığı və cinayət işi materiallarına çıxarış şəklində əlavə edilmiş sms yazışmalarına dair məlumatları və digər sübutları qarşılıqlı şəkildə tədqiq və təhlil edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan cinayət əməllərinin törədilməsinə şübhə yarada biləcək hər hansı bir hal müəyyən edilməmiş və təqsirləndirilən şəxsin məhkəmə baxışında heç bir mötəbər hala əsaslanmayan ifadələri ittihamı təkzib edən sübut kimi qəbul edilə bilməz. Bununla yanaşı məhkəmə kollegiyası Təqsirləndirilən şəxs ifadəsində ona qarşı zor tətbiq olunduğuna dair göstərdikləri ilə bağlı qeyd edir ki, yuxarıda sadalananlardan göründüyü kimi, Təqsirləndirilən şəxs ifadəsində narkotik vasitələrin satışı ilə məşğul olmadığına dair göstərdiyi xüsusatların həqiqətə uyğun olmadığı və özünümüdafiə xarakteri daşıdığı artıq tam təsdiqini tapmışdır ki, məhkəmə göstərilən halı və bununla yanaşı məhkəmə iclasında dindirilmiş şahidlərin ifadələrində qeyd etdikləri xüsusatları (Təqsirləndirilən şəxs qəzadan sonra avtomobildən düşərkən artıq üz nahiyəsində xəsarətlərin müşahidə olunduğu, Şahid2 özünün də qəza zamanı avtomobildə olmaqla sifət və qol nahiyəsindən xəsarət alması), istintaq hərəkətlərinin həyata keçirilməsinə dair protokolların məzmununu, iş üzrə keçirilmiş məhkəmə-tibbi ekspertizasının rəyini və iş materiallarında olan digər sübutları qarşılıqlı şəkildə tədqiq və təhlil edərək hesab edir ki, Təqsirləndirilən şəxs ona qarşı zor tətbiq olunduğuna dair göstərdikləri iş materialları ilə təsdiqini tapmamışdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki təqsirləndirilən şəxs verilmiş ittihamı təkzib edə biləcək sübutları məhkəməyə təqdim edə bilməmiş, təqsirləndirilən şəxsin bu hallara istinad edilməklə qurulmuş müdafiəsi onun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən yayınmağa cəhdləri kimi qiymətləndirilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməlinin tövsifi məsələsini müzakirə edərək hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə tövsif edilmiş və o, həmin maddədə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası CMnin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq onun törətmiş olduğu cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, həmçinin ədalət prinsipini və sosial ədalətin bərpasını, cəzanın məhkumun islah edilməsi və təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini və təyin olunacaq cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini qismən etiraf etməsini onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. İş materiallarına əlavə edilmiş Biləsuvar Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 1(022)-9/2020 saylı hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMnin 206.2 və 234.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirli bilinərək ona Azərbaycan Respublikası CM-nin 206.2-ci maddəsi 3 (üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi 1 (bir) il müddətinə azadlıqdan məhrum etmə növündə cəzası təyin edilmiş, Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunmuş cəzalarının qismən toplamaq yolu ilə ona çəkilməsi üçün 3 (üç) il 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə növündə cəzası müəyyən edilmiş və Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən məhkməyədək icraat zamanı tutulduğu, həbsdə saxlanıldığı və ev dustaqlığında olduğu 3 (üç) ay 25 (iyirmi beş) gün müddət təyin edilmiş cəza müddətinə 1 günə 1 gün hesabı ilə hesablanması və Təqsirləndirilən şəxs çəkilməsi üçün qəti olaraq 3 (üç) il 5 (beş) ay 05 (beş) gün müddətinə azadlıqdan məhrum etmə cəzası müəyyən edilmişdir. Təqsirləndirilən şəxs ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsinin müəyyən edilmiş, cəzaçəkmə müddətinin başlanğıcı xx xxxxxx 2020-ci il tarixdən hesablanmışdır. Şirvan Apellyasiya Məhkəməsinin xx xxxx 2021-ci il tarixli 1(106)-66/2021 saylı qərarından görünür ki, Nəcəfov X7 Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 1(02)- 9/2020 saylı hökmündən Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Biləsuvar Rayon Məhkəməsinin həmin hökmü dəyişdirilmədən saxlanmışdır. Hazırki cinayət işi üzrə verilmiş ittihamdan görünür ki, Təqsirləndirilən şəxs hazırki cinayət işi üzrə təqsirli bilindiyi ağır cinayət olan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini onun barəsində Biləsuvar Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü çıxarılmazdan əvvəl törətmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Biləsuvar Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli hökmü ilə təyin edilmiş 3 (üç) il 5 (beş) ay 05 (beş) gün müddətinə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinin tələblərinə əsasən hazırki hökm üzrə ona təyin ediləcək cəza ilə qismən toplanmaqla Təqsirləndirilən şəxs qəti cəza təyin edilməli və həmin əvvəlki hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanmalı, cəzaçəkmə müddətinin əvvəli Biləsuvar Rayon Məhkəməsinin hökmü ilə ona təyin olunmuş cəzaçəkmə müddətinin əvvəli olaraq müəyyən edilmiş xx xxxxxx 2020-ci il tarixdən hesablanmalı və o, cəzasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Yuxarıda qeyd edildiyi kimi, iş üzrə keçirilmiş məhkəmə-narkoloji ekspertizasının rəyinə əsasən təqsirləndirilən Təqsirləndirilən şəxs tiryək alkolidlərini tərkibində saxlayan maddələrdən, çətənə bitkisi preparatlarından və psixotrop maddə olan metafetamindən sui-istifadə edilməsi nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunmuş və narkomaniyadan məcburi müalicəyə ehtiyacı olmaqla, onun ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülmüşdür. Bu səbəbdən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş üzrə maddi sübutlar: Qaradağ RPİ-nin maddi sübutların saxlanılması otağında saxlanılan və cinayət işi üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar edilməklə, müvafiq ekspertiza tədqiqatlarından sonra qalıq qalan,- 50,497 qram çəkidə narkotik vasitə tiryək, 12,237 qram çəkidə psixotrop maddə metafetamin, 46 ədəd metadon həbi, və Təqsirləndirilən şəxs idarə etdiyi avtomaşından aşkar edilərək götürülməklə, müvafiq ekspertiza tədqiqatlarından sonra qalıq qalan,- 5004,8 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, cinayət işinə əlavə edilmiş xx xxxx 2020-ci il tarixdə keçirilmiş “baxış və götürmə” və “axtarış və götürmə” istintaq hərəkətlərinin videogörüntülərini özündə əks etdirən 01 ədəd DVD disk və “xxxx” MMC tərəfindən təqdim olunmuş 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanmalıdır. İş üzrə ekspertiza xərcləri cəmi 134,82 manat (yüz otuz dörd manat, səksən iki qəpik) Təqsirləndirilən şəxs dövlətin xeyrinə tutulmalıdır. Məhkəmə eyni zamanda qeyd edir ki, Təqsirləndirilən şəxs narkotik vasitələri və psixotrop maddəni əldə etmə mənbəyinin müəyyən edilməsi üçün hazırki cinayət işindən ibtidai istintaq zamanı ayrılmaqla Qaradağ RPİ-nin İŞ-də icraatı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə aparılan ********* nömrəli cinayət işi üzrə mühüm əhəmiyyət kəsb edə biləcəyi nəzərə alınmaqla, eləcə də törədilməsi ehtimal olunan digər cinayət faktlarının müəyyən edilməsi üçün məhkəmə istintaqı zamanı müvafiq qərarla əldə edilmiş “xxxx” MMC tərəfindən təqdim olunmuş 01 ədəd CD diskin elektron qaydada surəti çıxarılmaqla ibtidai istintaqa prosessual rəhbərliyi həyata keçirən Bakı şəhəri Prokurorluğuna göndərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 345-349, 351-353 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 07 (yeddi) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Biləsuvar Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 1(022)-9/2020 saylı hökmü ilə Təqsirləndirilən şəxs oğluna təyin edilmiş 3 (üç) il 5 (beş) ay 05 (beş) gün müddətinə azadlıqdan məhrumetmə cəzası Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən hazırkı hökm üzrə təyin edilmiş cəza ilə qismən toplanmaqla Təqsirləndirilən şəxs 8 (səkkiz) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs hazırki cinayət işi üzrə xx xxxx 2020-ci il tarixdə tutularaq həbsdə saxlandığı və Biləsuvar Rayon Məhkəməsinin hökmü ilə ona təyin olunmuş cəzaçəkmə müddətinin əvvəli olaraq müəyyən edilmiş xx.xx.2020-ci il tarixədək olan müddət, 05 (beş) ay 10 (on) gün bir günə bir gün hesabı ilə hesablanaraq təyin olunmuş cəzadan çıxılmaqla üzərində 07 (yeddi) il 06 (altı) ay 20 (iyirmi) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin əvvəli xx xxxxxx 2020-ci il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsəsən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübutlar: Qaradağ RPİ-nin maddi sübutların saxlanılması otağında saxlanılan və cinayət işi üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar edilməklə, müvafiq ekspertiza tədqiqatlarından sonra qalıq qalan,- 50,497 qram çəkidə narkotik vasitə tiryək, 12,237 qram çəkidə psixotrop maddə metafetamin, 46 ədəd metadon həbi və Təqsirləndirilən şəxs idarə etdiyi avtomaşından aşkar edilərək götürülməklə, müvafiq ekspertiza tədqiqatlarından sonra qalıq qalan,- 5004,8 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, cinayət işinə əlavə edilmiş xx xxxx 2020-ci il tarixdə keçirilmiş “baxış və götürmə” və “axtarış və götürmə” istintaq hərəkətlərinin videogörüntülərini özündə əks etdirən 01 ədəd DVD disk və “xxxx” MMC tərəfindən təqdim olunmuş 01 ədəd CD disk cinayət işinin materiallarında saxlansın. İş üzrə ekspertiza xərcləri cəmi 134,82 manat (yüz otuz dörd manat, səksən iki qəpik) Təqsirləndirilən şəxs dövlətin xeyrinə tutulsun. Təqsirləndirilən şəxs narkotik vasitələri və psixotrop maddəni əldə etmə mənbəyinin müəyyən edilməsi üçün hazırki cinayət işindən ibtidai istintaq zamanı ayrılmaqla Qaradağ RPİ-nin İŞ-də icraatı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə aparılan ********* nömrəli cinayət işi üzrə mühüm əhəmiyyət kəsb edə biləcəyi nəzərə alınmaqla, eləcə də törədilməsi ehtimal olunan digər cinayət faktlarının müəyyən edilməsi üçün məhkəmə istintaqı zamanı müvafiq qərarla əldə edilmiş “xxxx” MMC tərəfindən təqdim olunmuş 01 ədəd CD diskin elektron qaydada surəti çıxarılmaqla ibtidai istintaqa prosessual rəhbərliyi həyata keçirən Bakı şəhəri Prokurorluğuna göndərilsin. Hökmdən elan olunduğu, məhkuma isə hökmün surətinin verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikə hökm həmin müddət başa çatdığı vaxdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Eldar Mikayılov Hakimlər: Əliövsəd Abasov Mahmud Ağalarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar