Məhkəmə qərarları › İş №1(101)-208/2022

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-208/2022

05.03.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-208/2022 05.03.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Paşayev Azər İslah oğlu (sədrlik edən), Kərimov Novruz Ağakərim oğlu və Quliyev Əhməd Qəhrəman oğlundan ibarət tərkibdə, məhkəmənin iclas katibi, məsləhətçi X1, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçilər, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvləri, Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili Müdafiəçi3 və Fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi4 Sərkar oğlunun iştirakları ilə xx xxxxxxxx 1986-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2 ünvanda yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hazırda Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5,206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə, 01 avqust 1980-ci ildə Ermənistan Respublikasının Mehri şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta ixtisas təhsilli, Zəngilan rayon 21 saylı orta məktəbdə müəllim işləyən, əvvəllər məhkum olunmamış, ünvan 3 ünvanında qeydiyyatda olmaqla ünvan 4 ünvanda müvəqqəti məskunlaşmış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hazırda Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5,206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi və tamah niyyəti ilə külli miqdarda narkotik vasitələri və külli miqdarda psixotrop maddələri Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli keçirilməsinə və satılmasına əvvəlcədən vəd verməklə köməklik etmiş, habelə qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi və tamah niyyəti ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və külli miqdarda psixotrop maddələri əldə etmiş, daşımış və saxlamışdır. Belə ki, Təqsirləndirilən şəxs1 satış məqsədi və tamah niyyəti ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və külli miqdarda psixotrop maddələri əldə etmə, saxlama, daşıma və satma barədə tanışı Təqsirləndirilən şəxs2, şəxsiyyəti istintaqla araşdırılan İran İslam Respublikasının vətəndaşı «Şamil» adlı şəxs və qeyriləri ilə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etmiş, aralarında olan cinayətkar razılaşmaya əsasən şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikası vətəndaşı «Şamil» adlı şəxs və qeyriləri tərəfindən Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli külli miqdarda narkotik vasitələri və külli miqdarda psixotrop maddələri İran İslam Respublikasından Azərbaycan Respublikası ərazisinə qaçaqmalçılıq yolu ilə keçirilməsi və satışının təşkil edilməsinə əvvəlcədən vəd verməklə razılığa gələrək köməklik etmiş, bu məqsədlə «Şamil» adlı şəxs və qeyriləri naməlum vaxtda və şəraitdə Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli yolla keçirdikləri külli miqdarda ümumi təmiz çəkisi 6089,567 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroini, külli miqdarda ümumi təmiz çəkisi 2050 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini istintaqa məlum olmayan ünvanda yerləşdirib bu barədə Təqsirləndirilən şəxs1 məlumat verdikdən sonra sonuncu həmin kütlələri istintaqa məlum olmayan vaxtda və şəraitdə qeyd olunan yerdən satış məqsədi və tamah niyyəti ilə qanunsuz olaraq əldə edib satışını həyata keçirmək məqsədi ilə qeyd edilən çəkidə narkotik vasitə heroinin bir bükümdə olan 9,567 qramını üzərində saxlamış, qalan 6080 qram çəkidə narkotik vasitə heroini və 2050 qram çəkidə psixotrop maddə metamfetamini kirayədə yaşadığı ünvan 5 ünvanında həyət qapısının girişindəki kərpiclərin arasında olan torpaq səthinin alt hissəsində gizlətməklə saxlamış, daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 07 iyun 2021-ci il tarixdə saat 18:30-da ünvan 6 ünvanının yaxınlığında saxlanılaraq BNMİ-yə gətirilmiş və orada Təqsirləndirilən şəxs1 üzərinə şəxsi axtarış keçirilən zaman onun əynində olan cins şalvarının sağ yan cibindən bir ədəd bükümdə təmiz çəkisi 9,567 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Bundan başqa, əməliyyat axtarış tədbirinin davamı olaraq 07 iyun 2021-ci il tarixdə saat 22:25-dən etibarən Təqsirləndirilən şəxs1 öz könüllü razılığı və tanışı Təqsirləndirilən şəxs2 iştirakı ilə birlikdə kirayə yaşadığı ünvan 5 ünvanına və həmin ünvanın həyətinə baxış keçirilən zaman həyət qapısının girişindəki kərpiclərin arasında olan torpaq səthinin alt hissəsində gizlətməklə saxladıqları bir ədəd sellofan bağlamanın içərisindəki 06 ədəd bükümdə ümumi təmiz çəkisi 6080 qram üzərindən aşkar edilmiş narkotik vasitə heroinlə kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eyni olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin, 02 ədəd bükümdə ümumi təmiz çəkisi 2050 qram ağ rəngli kristallardan ibarət kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eyni olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və üzərində narkotik vasitə heroinin və psixotrop maddə metamfetaminin izləri olan bir ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi və tamah niyyəti ilə külli miqdarda narkotik vasitələri və külli miqdarda psixotrop maddələri Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli keçirilməsinə və satılmasına əvvəlcədən vəd verməklə köməklik etmiş, habelə qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi və tamah niyyəti ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və külli miqdarda psixotrop maddələri əldə etmiş, daşımış və saxlamışdır. Belə ki, Təqsirləndirilən şəxs2 satış məqsədi və tamah niyyəti ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və külli miqdarda psixotrop maddələri əldə etmə, saxlama, daşıma və satma barədə tanışı Təqsirləndirilən şəxs1, şəxsiyyəti istintaqla araşdırılan İran İslam Respublikasının vətəndaşı «Şamil» adlı şəxs və qeyriləri ilə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etmiş, aralarında olan cinayətkar razılaşmaya əsasən şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikası vətəndaşı «Şamil» adlı şəxs və qeyriləri tərəfindən Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli külli miqdarda narkotik vasitələri və külli miqdarda psixotrop maddələri İran İslam Respublikasından Azərbaycan Respublikası ərazisinə qaçaqmalçılıq yolu ilə keçirilməsi və satışının təşkil edilməsinə əvvəlcədən vəd verməklə razılığa gələrək köməklik etmiş, bu məqsədlə «Şamil» adlı şəxs və qeyriləri naməlum vaxtda və şəraitdə Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli yolla keçirdikləri külli miqdarda ümumi təmiz çəkisi 6089,567 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroini, külli miqdarda ümumi təmiz çəkisi 2050 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini istintaqa məlum olmayan ünvanda yerləşdirib bu barədə Təqsirləndirilən şəxs1 məlumat verdikdən sonra sonuncu həmin kütlələri istintaqa məlum olmayan vaxtda və şəraitdə qeyd olunan yerdən satış məqsədi və tamah niyyəti ilə qanunsuz olaraq əldə edib satışını həyata keçirmək məqsədi ilə qeyd edilən çəkidə narkotik vasitə heroinin bir bükümdə olan 9,567 qramını üzərində saxlamış, qalan 6080 qram çəkidə narkotik vasitə heroini və 2050 qram çəkidə psixotrop maddə metamfetamini kirayədə yaşadığı ünvan 5 ünvanında həyət qapısının girişindəki kərpiclərin arasında olan torpaq səthinin alt hissəsində gizlətməklə saxlamış daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 07 iyun 2021-ci il tarixdə saat 18:30-da ünvan 6 ünvanının yaxınlığında saxlanılaraq BNMİ-yə gətirilmiş və orada Təqsirləndirilən şəxs1 üzərinə şəxsi axtarış keçirilən zaman onun əynində olan cins şalvarının sağ yan cibindən bir ədəd bükümdə təmiz çəkisi 9,567 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Bundan başqa, əməliyyat axtarış tədbirinin davamı olaraq 07 iyun 2021-ci il tarixdə saat 22:25-dən etibarən Təqsirləndirilən şəxs1 öz könüllü razılığı və tanışı Təqsirləndirilən şəxs2 iştirakı ilə birlikdə kirayə yaşadığı ünvan 5 ünvanına və həmin ünvanın həyətinə baxış keçirilən zaman həyət qapısının girişindəki kərpiclərin arasında olan torpaq səthinin alt hissəsində gizlətməklə saxladıqları bir ədəd sellofan bağlamanın içərisindəki 06 ədəd bükümdə ümumi təmiz çəkisi 6080 qram Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilmiş narkotik vasitə heroinlə kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eyni olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin, 02 ədəd bükümdə ümumi təmiz çəkisi 2050 qram ağ rəngli kristallardan ibarət kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eyni olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və üzərində narkotik vasitə heroinin və psixotrop maddə metamfetaminin izləri olan bir ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs1 məhkəmə iclasında verdiyi ifadəsində özünü qismən təqsirli bilərək göstərmişdir ki, tutulduğu gündən 3-4 gün əvvəl yeni Ramana qəsəbəsində kirayə ev tutmuş, Təqsirləndirilən şəxs2 evdə yerləşən xarab əşyaları təmir etməsi üçün çağırmışdır. Müşfiq evdə qalmış və özü isə taksi sürməyə getmişdir. Əsl sənəti aşbazlıqdır. Pandemiya şəraitində şadlıq evləri işləmədiyi üçün ailəsini dolandırmaq lazım olduğundan taksi sürücüsü işləmişdir. O, 8555 taksi şirkətinə qoşulmuş, həmin gün Binəqədiyə müştəri aparmış, orada ağ rəngdə Land Cruiser markalı Jeep-dən düşən şəxs özünü Şamil kimi təqdim etmiş, qara sellofan qutunun içində su motoru olduğunu deyərək ona həmin qutunu Mərdəkana aparacağını bildirmişdir. Bundan sonra o, həmin şəxin nömrəsini götürmüş, ondan 20 manat pul almış və Ramanaya evə gedib onun zəngini gözləmişdir. Evə gələndə Müşfiqin evdə olduğunu və divanı təmir etdiyini görmüş, Müşfiq ondan su və siqaret istəmiş və o, yenidən marketə qayıdanda polis əməkdaşları onu həbs etmişdir. Marketə girən zaman onda qara sellofanda narkotik vasitə olduğu deyilmiş, o isə bunu təsdiqləmiş, evin həyətinə girən zaman onlara sumkanı göstərmişdir. Saxlanılan zaman nə üzərində nə də maşında narkotik vasitə olmayıbdır. O, 2 il kokos narkotik vasitəsindən istifadə etmişdir. İstintaqa verdiyi ifadələri təsdiq etmir. Ona Baş Narkotiklərlə Mübarizə İdarəsində təzyiq olunub, onlar ona dediklərini etməsə, narkotik vasitəni onun evinə qoyacaqlarını və ailəsinin bütün üzvlərinin hamısını oraya aparacaqlarını demişlər. Axşam onları həmin evə aparmışlar və bel vasitəsilə narkotik vasitəni yerdən qazıb çıxarmaqlarını demişlər. Halbuki əvvəl torpağın altında elə bir şey olmamışdır. O, malı müştəridən götürən zaman motor şəklində karopka olduğunu görmuş, ancaq yer qazılan zaman yerdən karopka və içindən narkotik vasitə çıxmışdır. Bu proseslə bağlı çəkiliş aparılmışdır. Anlayışı olmadığı üçün ibtidai istintaq zamanı o, ərizə ilə şikayət etməmişdir. O, kirayə evi ayda 180 manata dostları ilə istirahət üçün götürmüş və həmin gün Müşfiq evə ilk dəfə gəlmişdir. Təqsirləndirilən şəxs2 məhkəmə iclasında verdiyi ifadəsində özünü təqsirli bilməyərək göstərmişdir ki, əslində usta deyil, ancaq belə bir bacarığı var. 19 ildir Zəngilan məktəbində hərbi rəhbər vəzifəsində işləyir, digər işi isə şadlıq evlərində videoçəkiliş etməkdir. Amidin kirayə ev tutmağını elə həmin gün öyrənmiş, o günə kimi xəbəri olmamışdır. Amid ona zəng vuraraq ev tutduğunu və köməyə ehtiyacı olduğunu demiş, saat təxminən 11-12 radələrində onlar Koroğlu metrostansiyasının yanında görüşmüş və onun maşını ilə Ramanaya gedib bir iki ləvazimat almışlar. Həmin evə gedən zaman onların əlində sadəcə təmir ləvazimatları olmuşdur. Sonra o, Amidə onun üçün siqaret və yemək almağı demiş, gündüz saat təxminən 4-5 radələrində Amid qayıtmış, qapı açılan zaman o, Amidin gəldiyini düşünmüş, ancaq Samir adlı əməliyyatçı və 6-7 nəfər adını bilmədiyi şəxslər içəri daxil olub ondan Müşfiq olub-olmadığımı soruşmuşlar. Bu zaman polislər narkotik vasitənin harada olduğunu soruşmuş, o bilmədiyini dedikdə isə ona təzyiqlər olmuşdur. Sonra Amid gəlmiş, onları Badamdara aparmışlar. Orada onlara təzyiq olunmuş, sonra isə çəkiliş olmuş, bir müddət sonra yenidən həmin həyətə qayıtmışlar. Kuloku Amid qazıb çıxartmaq istəmiş, buna icazə verilmədiyi üçün çəkiliş dayanmış və o, təqribən 30-40 santimetr dərinlikdə torpağı qazmış, kuloku çıxarmışdır. Sonra kuloku açmış və içindən altı büküm və iki büküm narkotik vasitə çıxmışdır. Sonra onlar Baş İdarəyə, sabahı gün isə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə gətirilmişlər. O, həyətə işləməyə gedən zaman orada qutu, bağlama, kulok görməmiş, içində tullantıların olduğu boz kisələri görmüşdür. Heroin adlı narkotik vasitədən 13 ildir istifadə edir. Amidin narkotik vasitələrdən istifadə etdiyi barədə məlumatı olmamış, özünün də istifadə etdiyini gizlətmiş və bir yerdə narkotik vasitədən istifadə etməmişlər. O, daha sonra göstərmişdir ki, istintaqa verdiyi ifadəsini təsdiq etmir, təzyiq altında olduğu üçün fərqli ifadə vermiş, ifadəsini oxumamış, ifadəsinə heç nə yazmamış, sadəcə imza etmişdir. Məhkəmə hesab edir ki, məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5,206.3.2, 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətmələri aşağıdakı sübut növləri ilə tam təsdiq olunur. Belə ki, məhkəmədə şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşı Şahid2 ifadəsində göstərmişdir ki, 07 iyun 2021-ci il tarixdə Təqsirləndirilən şəxs1 satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və ya psixotrop maddələri əldə etməsi, saxlaması, daşıması və satması ilə məşğul olması barədə məlumat daxil olmuşdur. Həmin məlumatın yoxlanılması məqsədi ilə əməliyyat-axtarış tədbirləri keçirilmişdir. Keçirilmiş tədbirlər nəticəsində Təqsirləndirilən şəxs1 Bakı şəhəri, Sabunçu rayonu, Yeni Ramana qəsəbəsi, Dimitriyev küçəsi, ev 7 ünvanının yaxınlığında olduğunu bildikləri üçün 07 iyun 2021-ci il tarixdə saat 18:30-da həmin ünvana gəlmişlər. Təqsirləndirilən şəxs1 oxşar bir nəfər şəxsin başqa bir nəfər şəxs ilə həmin ünvanın yaxınlığında piyada hərəkət etdiyini görmüşdür. Həmin şəxslərə yaxınlaşıb özlərini təqdim etmiş və anket məlumatlarını bildirmələrini xahiş etmişlər. Həmin şəxslərdən biri özünü Təqsirləndirilən şəxs1, digəri isə Təqsirləndirilən şəxs2 kimi təqdim etmişdir. Həmin şəxslərə Baş Narkotiklərlə Mübarizə İdarəsinə getmək lazım olduğunu bildirmişlər. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 etiraz etmədən razılaşıb Baş İdarəyə gəlmişlər. Baş İdarədə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ayrı-ayrılıqda müdafiəçi təyin edilmişdir. Müdafiəçilər gəldikdən sonra isə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 şübhəli şəxs qismində tutulmuşlar. Onların üzərində videoçəkilişlə şəxsi axtarış başlamışdır. Şəxsi axtarış və götürmə zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs1 paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə vermək təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs1 masaya doğru yaxınlaşıb əynində olan cins şalvarın sağ yan cibindən bir ədəd bükümdə narkotik vasitə olan heroinə bənzər kütləni və həmin şalvarın sol yan cibindən bir ədəd mobil telefonu və 20 manat pulu təqdim edərək masanın üzərinə qoymuşdur. Həmin heroinə bənzər kütlə elektron tərəzidə çəkilmişdir. Daha sonra Təqsirləndirilən şəxs1 üzərinə şəxsi axtarış keçirilmiş və əynində olan şalvarın sol yan cibindən bir ədəd açar aşkar olunaraq götürülmüşdür. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs1 üzərindən əlavə olaraq heç nə aşkar edilməmişdir. Daha sonra Təqsirləndirilən şəxs1 təqdim etdiyi büküm zərfə qoyularaq qablaşdırılmış, möhürlənmiş, üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Bir ədəd mobil telefon götürülmüş, iş üzrə əhəmiyyət kəsb etmədiyi üçün isə bir ədəd açar və 20 manat pul Təqsirləndirilən şəxs1 qaytarılmışdır. Şəxsi axtarış və götürmə zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs2 paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə vermək təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs2 üzərində qanunla qadağan olunmuş əşya olmadığını bildirmişdir. Buna görə də Təqsirləndirilən şəxs2 üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs2 əynində olan şalvarın sağ yan cibindən içərisində siqaret dənələri və alışqan olan siqaret qutusu, həmin şalvarın sol yan cibindən bir ədəd mobil telefon və bir ədəd Kapital banka məxsus plastik bank kartı aşkar olunaraq götürülmüşdür. Daha sonra şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs2 üzərindən əlavə olaraq heç nə aşkar edilməmişdir. İş üzrə əhəmiyyət kəsb etdiyi üçün mobil telefon və bir ədəd Kapital banka məxsus plastik bank kartı götürülmüş, iş üzrə əhəmiyyət kəsb etmədiyi üçün isə içərisində siqaret dənələri və alışqan olan siqaret qutusu isə Təqsirləndirilən şəxs2 qaytarılmışdır. Şəxsi axtarış keçirilən zaman Təqsirləndirilən şəxs1 verilən suallara cavab olaraq bildirmişdir ki, üzərindən aşkar olunmuş heroin özünə məxsusdur, həmin kütləni iki həftə bundan əvvəl tanış olduğu İran İslam Respublikası vətəndaşı “Şamil” adlı şəxsin vasitəsi ilə 06 iyun 2021-ci il tarixdə, Bakı şəhəri, Binəqədi rayonu ərazisindən əvvəlcədən təyin edilmiş yerdən götürüb kirayə yaşadığı evə qoymuşdur. Sonradan isə həmin narkotik vasitələri iranlı Şamil adlı şəxsin dediyi şəxslərə verməli, gördüyü işin qarşılığında İran İslam Respublikası vətəndaşı “Şamil” adlı şəxs ona pul verməli idi. Özü narkotik vasitələrin satışını həyata keçirmir, narkotik vasitə olan heroindən istifadə edir. Narkotik vasitəni yaşadığı ünvana gətirdikdən sonra tanışı Təqsirləndirilən şəxs2 yaşadığı evdə narkotik maddə saxladığını deyərək həmin narkotik maddənin mühafizəsini təşkil etməsini xahiş etmişdir. Gördüyü işin qarşılığında Təqsirləndirilən şəxs2 pul vəd etmişdir. Həmçinin yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsində yerləşən evində də narkotik vasitələr vardır. Təqsirləndirilən şəxs2 verilən suallara cavab olaraq bildirmişdir ki, tanışı Təqsirləndirilən şəxs1 ona zəng edərək yaşadığı evə dəvət etmiş, gəldikdən sonra isə Təqsirləndirilən şəxs1 yaşadığı mənzildə narkotik maddə saxlaması barədə ona məlumat vermiş və onun narkotik vasitələrin mühafizəsini təşkil etməsini xahiş etmişdir. Gördüyü işin qarşılığında isə Təqsirləndirilən şəxs1 ona pul verəcəkdi. Həmin narkotik vasitələri Təqsirləndirilən şəxs1 yaşadığı evin həyətyanı sahəsində torpağa basdırmışdır. Narkotik vasitə olan heroindən istifadə edir və Təqsirləndirilən şəxs1 yaşadığı evə baxış zamanı həmin narkotik vasitələri təqdim edə bilər. Bundan sonra videoçəkiliş qurtarmış, protokol tərtib edilmiş, ucadan oxunmuş, həmin protokol iştirakçılar tərəfindən imzalanmışdır. Daha sonra Təqsirləndirilən şəxs1 yaşadığı ünvana baxış keçirilməsi üçün həmin ünvana yollanmışlar. Təqsirləndirilən şəxs1 yaşadığı evdə baxış keçirilməsinə etirazının olmadığ barədə ərizə yazmışdır. Təqsirləndirilən şəxs1 yaşadığı ünvan 5 ünvanına çatdıqdan sonra Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 evdə və evin həyətində olması ehtimal edilən narkotik vasitələri və psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs2 yaşayış evində girişdəki dəmir qapının qarşısında kərpiclərin arasında narkotik vasitələri basdırdığını bildirmişdir və həmin yeri qazaraq həmin yerdən içərisində altı ədəd bağlamada narkotik vasitə olan heroinə, iki ədəd bağlamada psixotrop maddə olan metamfetaminə bənzər maddə və bir ədəd elektron tərəzi olan qara rəngli sellofan torbanı təqdim etmişdir. Sonra həmin bağlamalarda olan heroinə və metamfetaminə bənzər kütlələr elektron tərəzidə çəkilmiş və içərisi boş olan qara rəngli sellofan torbanın içərisinə qoyularaq qablaşdırılmış, möhürlənmiş və üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Sonra Təqsirləndirilən şəxs1 yaşadığı evin digər hissələrinə baxış keçirilmiş və başqa qanunsuz heç nə aşkar edilməmişdir. Təqsirləndirilən şəxs2 verilən suallara cavab olaraq bildirmişdir ki, təqdim etdiyi kütlələr tanışı Təqsirləndirilən şəxs1 məxsusdur, 07.06.2021-ci il tarixdə Təqsirləndirilən şəxs1 onu öz yaşadığı hazırda olduqları evə qonaq kimi çağıraraq həmin evdə narkotik vasitə olduğunu göstərməklə həmin narkotik vasitənin mühafizəsini təşkil etməsini istəmiş, gördüyü işin qarşılığında isə Amid ona narkotik vasitəni təhvil verən zaman alacağı puldan bir hissəsini ona verəcəkdi. Təqsirləndirilən şəxs1 verilən suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs2 təqdim etdiyi qara rəngli sellofan torbada olan narkotik vasitələrin hamısı özünə məxsusdur, həmin kütlələri tanışı İran İslam Respublikası vətəndaşı “Şamil” adlı şəxsin vasitəsi ilə 06 iyun 2021-ci il tarixdə, Bakı şəhəri, Binəqədi rayonu ərazisindən əvvəlcədən təyin edilmiş yerdən götürüb kirayə yaşadığı evə qoymuş, gördüyü işin qarşılığında İran İslam Respublikası vətəndaşı “Şamil” adlı şəxs ona pul verəcəkdi. Bundan sonra baxış qurtarmış, videoçəkiliş dayandırılmış, protokol tərtib edilmiş, ucadan oxunmuş, həmin protokola imza etmişdir. Onun tərəfindən və digər polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qarşı fiziki və ya psixi zor tətbiq edilməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları Şahid1 və Şahid3 Şahid2 ifadəsinə oxşar ifadələr verməklə onun göstərdiyi xüsusatları təsdiq etmişlər. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq ekspertiza rəylərini də sübut növü kimi qəbul edir. Belə ki, cinayət işinə əlavə olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 08 iyun 2021-ci il tarixli, 6/2303 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində: “şübhəli şəxs Təqsirləndirilən şəxs1 şəxsi axtarış zamanı təqdim etdiyi...” yazısı olan kağız paketdəki 1(bir) ədəd bükümdə təmiz çəkisi 9,567 qram qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitəheroindir. -Tədqiqata təqdim edilmiş üzərində: “şübhəli şəxs: Təqsirləndirilən şəxs1 evə baxış zamanı təqdim etdiyi...” yazısı olan bağlamadakı, 6(altı) ədəd bükümdə ümumi təmiz çəkisi 6080 (6 kq 80 qr) qram qəhvəyi rəngli kütlələr kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eyni olub kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. 2(iki) ədəd bükümdə ümumi təmiz çəkisi 2050 qram (2kq 50qr) ağ rəngli kristallardan ibarət maddələr kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eyni olub, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. 1(bir) ədəd “600g/0,01g” markalı elektron tərəzinin üzərində heroinin və metamfetaminin izləri vardır. Heroin və metamfetamin iz şəklində olduğu üçün onların çəkisini və bükümdəki heroinlə və metamfetaminlə eyni tərkibli olub-olmamasını müəyyən etmək mümkün olmadı. Təqsirləndirilən şəxs1 şəxsi axtarış zamanı təqdim etdiyi və yaşadığı evdən aşkar edilmiş heroinin ümumi təmiz çəkisi 6089,567 qram (6 kq 89,567 qr) təşkil edir və həmin heroinlər kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eynidirlər. Qeyd: heroinin ümumi təmiz çəkisi: 6089,567 qr, tədqiqata sərf edildi: ümumi 0,34 qr (6 ədəd bükümdən ümumi 0,24 qr və bir ədəd bükümdən 0,1 qr), qalıq: 6089,227 qr. -Metamfetaminin ümumi təmiz çəkisi: 2050 qr, tədqiqata sərf edildi: ümumi 0,2 qr (hər maddədən 0,1 qr) qalıq: 2049,8 qr. Cinayət işinə əlavə olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzin Ambulator məcburi-narkoloji tibbi yoxlamasının 13 sentyabr 2021-ci il tarixli 3397 nömrəli məhkəmə-narkoloji ekspertizasının rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs1 OPİOİDLƏRİN və psixotrop maddə olan metamfetaminin birgə qəbulu edilməsi nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (Narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsələhət görülür. Cinayət işinə əlavə olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzin Ambulator məcburi-narkoloji tibbi yoxlamasının 13 sentyabr 2021-ci il tarixli 3393 nömrəli məhkəmə-narkoloji ekspertizasının rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs2 OPİOİDLƏRİN və psixotrop maddə olan metamfetaminin birgə qəbulu edilməsi nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (Narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsələhət görülür. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 məhkəmədə verdiyi ifadələri özünümüdafiə xarakteri daşımaqla ağır ittihamdan yayınmaq və cinayət məsuliyyətindən azad olunmaq məqsədi güdür. Belə ki, cinayət işinin 01-ci cildinin, 161-165-ci vərəqlərində olan “təqsirləndirilən şəxsin dindirilməsi” protokolundan görünür ki, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs1 09 iyun 2021-ci il tarixdə müdafiəçisi Xəyalə Babayevanın iştirakı ilə təqsirləndirilən şəxs qismində dindirilərkən göstərmişdir ki, o, təxminən iki ildir ki, narkotik vasitənin kokos, yəni heroin növündən istifadə edir. İran İslam Respublikasının vətəndaşı Şamil adlı şəxslə tanış olub. Narkotik vasitənin istifadəçisi olduğu üçün bilmişdir ki, iranlılar Azərbaycan Respublikasına narkotik vasitələr göndərir. Şamil adlı şəxsin nömrəsini alandan sonra onunla əlaqə saxlamış və Şamil ona narkotik vasitə göndərəcəyini, həmin narkotik vasitəni alıb bir ünvandan başqa ünvana çatdırmağının müqabilində pul verəcəyini bildirmişdir. Maddi durumu zəif olduğu üçün iranlı Şamil adlı şəxsin göndərdiyi narkotik vasitəni bir ünvandan başqa ünvana daşımağa razı olmuşdur. İranlı Şamil adlı şəxsin mobil nömrəsini götürüb onunla Vatsap sosial şəbəkəsində danışmağa başlamışdır. 06 iyun 2021-ci il tarixdə Şamil adlı şəxslə danışan zaman o demişdir ki, Binəqədi rayonu ərazisinə bir ədəd sellofanda narkotik vasitə qoymuşdur, həmin narkotik vasitəni götürüb onun dediyi ünvana çatdırmalı və həmin ünvandan narkotik vasitəni başqa bir şəxs gəlib götürməlidir. Daha sonra həmin gün Bakı şəhəri, Binəqədi rayonu ərazisində olan Binəqədi dairəsi deyilən ünvana gəlmişdir. Həmin yerin yaxınlığında maşını saxlayıb bir ədəd sellofanda narkotik vasitəni götürüb maşına minib kirayə tutduğu ünvan 5 ünvanına gəlmişdir. Narkotik vasitəyə görə nəsə edəcəklərindən qorxub Təqsirləndirilən şəxs2 zəng etmiş və ona narkotik vasitə göndərildiyini, həmin narkotik vasitəni gəlib bir gün sonra götürəcəklərini, demiş və qaldığı evə çağırmışdır. Müşfiq ilə arası yaxşı olduğu üçün Müşfiq gəlməyə razılaşmışdır. Müşfiq gələnə qədər həmin narkotik vasitənin üzərindən bir büküm götürüb istifadə etmək üçün cibinə qoymuşdur. Təxminən 1 saat sonra Müşfiq onun olduğu evə gəlmişdir. Olanlar barədə Müşfiqə bildirmişdir. Narkotik vasitəni sahibinə verəndən sonra Müşfiqə çəkmək üçün narkotik vasitə verəcəyini və əlavə olaraq pul olarsa pul verəcəyini demişdir. Müşfiqdə ona bildirmişdir ki, bu iş qorxuludur. Müşfiqə demişdir ki, həmin narkotik vasitəni həyətdə quyu qazıb basdırsın, narkotik vasitəni alan şəxs gələndə torpaqdan çıxarsın. Daha sonra isə Müşfiqə narkotik vasitənin mühafizəsini çəkməyi və yerə basdırmağı bildirəndən sonra oradan çıxıb ailəsi ilə birlikdə yaşadığı evə gəlmişdir. 07 iyun 2021-ci il tarixdə saat 17 radələrində kirayə tutduğu ünvan 5 ünvanına gəlmiş və görmüşdür ki, Müşfiq həmin göndərilən narkotik vasitəni həyətdə basdırıbdır. Daha sonra Müşfiq ilə birlikdə evdən çıxıb gəzməyə başlamışlar. 07 iyun 2021-ci il tarixdə saat təxminən 18:30 radələrində yaşadığı ünvanının yaxınlığında Təqsirləndirilən şəxs2 ilə birlikdə piyada hərəkət edən zaman 3 nəfər mülki geyimli şəxs yaxınlaşaraq özlərini ona polis əməkdaşı kimi təqdim edərək onun qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsində şübhəli olduğunu bildirərək, xidməti vəsiqələrini göstərərək, barəsində əməliyyat – axtarış tədbirlərinin keçirilməsi haqqında qərarla tanış etdib onu və Müşfiqi Baş Narkotiklərlə Mübarizə İdarəsinə dəvət etmişlər. Etiraz etmədən razılaşıb polis işçiləri ilə birlikdə baş idarəyə gəlmişlər. Baş idarədə hər birisinə müdafiəçi təyin edilmiş və şübhəli şəxs qismində tutulmuşdur. Hüquq və vəzifələri elan olunmuş və buna dair bildiriş təqdim edilmişdir. Bundan sonra onun və tanışı Müşfiqin üzərinə şəxsi axtarış aparılmağa başlanılmışdır. Şəxsi axtarış zamanı ona üzərində olan qanunla qadağan olunmamış əşya varsa onları təqdim etməyi təklif olunmuşdur. Bu təklifdən sonra o əynində olan şalvarının sağ yan cibindən bir büküm narkotik vasitə olan heroini, həmçinin şalvarının sol yan cibindən mobil telefonunu və 20 manat pulu təqdim edərək masanın üzərinə qoymuşdur. Sonra həmin kütlə elektron tərəzidə çəkilmiş və daha sonra isə üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı əynində olan şalvarın sol yan cibindən bir ədəd yaşadığı evin açarı aşkar olunaraq götürülmüşdür. Daha sonra şəxsi axtarış zamanı üzərindən əlavə olaraq qanunla qadağan olunmuş heç nə aşkar edilməmişdir. Daha sonra təqdim etdiyi büküm içərisi boş olan ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılmış, möhürlənmiş, üzəri tərəfindən imzalanmışdır. Bir ədəd açar və 20 manat pul özünə geri qaytarılmış, bir ədəd mobil telefonu isə götürülmüşdür. Verilən suallara cavab olaraq üzərindən aşkar olunmuş heroinin özünə məxsus olduğunu, həmin kütləni iki həftə bundan əvvəl tanış olduğu İran İslam Respublikası vətəndaşı “Şamil” adlı şəxsin vasitəsi ilə 06 iyun 2021-ci il tarixdə Bakı şəhəri, Binəqədi rayonu ərazisindən əvvəlcədən təyin edilmiş yerdən götürüb kirayə tutduğu evə qoyduğunu, sonradan isə həmin narkotik vasitələri iranlı Şamil adlı şəxsin dediyi şəxslərə verəcəyini, gördüyü işin qarşılığında İran İslam Respublikası vətəndaşı “Şamil” adlı şəxsin ona pul verəcəyini, özünün narkotik vasitələrin satışını həyata keçirmədiyini, narkotik vasitə olan heroindən istifadə etdiyini, narkotik vasitəni ünvana gətirdikdən sonra tanışı Təqsirləndirilən şəxs2 yaşadığı evdə narkotik maddə saxladığını deyərək həmin narkotik maddənin mühafizəsini təşil etməsini xahiş etdiyini, gördüyü işin qarşılığında Təqsirləndirilən şəxs2 pul verəcəyini, həmçinin yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsində yerləşən evində də narkotik vasitələr olduğunu, həmin ünvana polis əməkdaşları tərəfindən baxış keçirilməsinə etirazının olmadığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs2 paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim edilməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs2 üzərində qanunla qadağan olunmuş hər hansı bir əşya, maddə və ya predmet olmadığını bildirmişdir. Sonra Təqsirləndirilən şəxs2 üzərinə şəxsi axtarış keçirilmiş və əynində olan şalvarın sağ yan cibindən içərisində siqaret dənələri və alışqan olan siqaret qutusu, həmin şalvarın sol yan cibindən bir ədəd “Jinga” markalı mobil telefon və 1 ədəd Kapital banka məxsus plastik bank kartı aşkar olunaraq götürülmüşdür. Şəxsi axtarış zamanı sonuncunun üzərindən əlavə olaraq qanunla qadağan olunmuş hər hansı bir əşya, maddə və ya predmet aşkar edilməmişdir. Bir ədəd “Jinga” markalı mobil telefon və 1 ədəd Kapital banka məxsus plastik bank kartı götürülmüş, içərisində siqaret dənələri və alışqan olan siqaret qutusu isə Təqsirləndirilən şəxs2 qaytarılmışdır. Təqsirləndirilən şəxs2 verilən suallara cavab olaraq onun, yəni Təqsirləndirilən şəxs1 ona zəng edərək yaşadığı evə dəvət etməsini, gəldikdən sonra isə Təqsirləndirilən şəxs1 yaşadığı mənzildə narkotik maddə saxlaması barədə ona məlumat verdiyini və onun narkotik vasitələrin mühafizəsini təşkil etməsini xahiş etdiyini, gördüyü işin qarşılığında isə sonuncunun ona pul verəcəyini, özünün də həmin narkotik vasitələri Təqsirləndirilən şəxs1 yaşadığı evin həyətyanı sahəsində torpağa basdırdığını, narkotik vasitə olan heroindən istifadə etdiyini, Təqsirləndirilən şəxs1 yaşadığı evə baxış zamanı həmin narkotik vasitələri təqdim edə biləcəyini bildirmişdir. Daha sonra şəxsi axtarış qurtarmış, videoçəkiliş dayandırılmış, protokol tərtib edilmiş, ucadan oxunmuş, həmin protokola imza etmişdir. Daha sonra yaşadığı evə baxış keçirilməsinə etirazı olmadığına dair ondan müvafiq ərizə alınmış, sonra tanışı Müşfiqin, müdafiəçilərin və polis əməkdaşlarının iştirakı ilə yaşadığı evə gedilmişdir. Yaşadığı evdə Baş idarədə tanışı Müşfiqin narkotik vasitəni onun yaşadığı evin həyətində basdırması barədə bildirdiyi fikir dəqiqləşdirilmiş və Müşfiq bir daha həmin faktı təsdiq etmişdir. Bundan sonra Müşfiqə basdırdığı yeri göstərərək həmin narkotik vasitəni təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Müşfiq evin həyətində giriş qapısı ilə üzbəüz kərpiclərin arasında torpağın altından içərisində 6 bağlama heroin, 2 bağlama psixotrop maddə olan metamfetamin və 1 ədəd elektron tərəzi olan qara rəngli sellofan torbanı təqdim etmişdir. Sonra həmin kütlələr çəkilərinin müəyyən edilməsi məqsədi ilə elektron tərəzidə çəkilmişdir. Sonra həmin 8 ədəd bağlama və bir ədəd elektron tərəzi içərisi boş olan qara rəngli sellofan torbanın içərisinə qoyularaq qablaşdırılmış, möhürlənmiş və üzəri imzalanmışdır. Sonra yaşadığı evin digər hissələrinə baxış keçirilmiş və əlavə heç nə aşkar edilməmişdir. Verilən suallara cavab olaraq tanışı Müşfiqin təqdim etdiyi kütlələrin özünə məxsus olduğunu, Təqsirləndirilən şəxs2 həmin içərisində narkotik vasitələr olan sellofan torbanı verərək mühafizəsini təşkil etməsini xahiş ediyini, gördüyü işin qarşılığında da Müşfiqə narkotik vasitəni götürəcək şəxslərin verdiyi pulun bir hissəsini verəcəyini bildirmişdir. Həmçinin Müşfiq ilə birlikdə hər ikisi narkotik vasitə olan heroinin aludəçisi olduğunu bildirmişlər. Daha sonra baxış qurtarmış, videoçəkiliş dayandırılmış, protokol tərtib edilmiş, ucadan oxunmuş, həmin protokola imza etmişdir. Cinayət işinin 01-ci cildinin, 178-181-ci vərəqlərində olan “təqsirləndirilən şəxsin dindirilməsi” protokolundan görünür ki, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs2 09 iyun 2021-ci il tarixdə müdafiəçisi Kərim Bağırovun iştirakı ilə təqsirləndirilən şəxs qismində dindirilərkən göstərmişdir ki, o, təxminən bir neçə ildir ki, narkotik vasitənin kokos, yəni heroin növündən istifadə edir. Narkotik vasitə istifadə etdiyini tanışı Təqsirləndirilən şəxs1 bilmişdir. Çünki Təqsirləndirilən şəxs1 onun dostudur, münasibətləri yaxşıdır. 06 iyun 2021-ci il tarixdə axşam saatlarında onun istifadəsində olan mobil nömrəsinə tanışı Təqsirləndirilən şəxs1 istifadəsində olan mobil nömrədən zəng etmişdir. Amid ona zəng edərək kirayə tutduğu ünvan 5 ünvanına gəlməyini bildirmişdir. Buna görə həmin evə gəlmişdir. Həmin vaxt Amid evdə tək olmuşdur. Amid ilə söhbət edən zaman o bildirmişdir ki, iranlı Şamil adlı şəxs ona narkotik vasitə göndəribdir və həmin narkotik vasitə divanın üstündə olan bir ədəd sellofan torbanın içərisindədir. Həmin sellofan torbanı ona göstərdikdən sonra ona bildirmişdir ki, həmin narkotik vasitəni sabah yəni 07 iyun 2021-ci il tarixdə gəlib götürəcəklər, həmin vaxta kimi narkotik vasitəni mühafizə etmək lazımdır. O, bunun qorxulu iş olduğunu bildirmişdir. Amid isə ona demişdir ki, narkotik vasitəni evin həyətində yer qazıb gizlətmək lazımdır. Bunun müqabilində isə ona çəkmək üçün narkotik vasitə heroin və narkotik vasitə satılandan sonra isə pul verəcəyini bildirmişdir. O, narkotik vasitəni mühafizə etməyə və həmin evin həyətində yer qazıb ona torpağa basdıracağına razılaşmışdır. 07 iyun 2021-ci il tarixdə saat 17 radələrində Təqsirləndirilən şəxs1 ünvan 5 ünvanına gəlmişdir. Yaşayış evinin həyətinə girəndə narkotik vasitənin basdırıldığını görmüşdür. Bundan sonra Amidlə birlikdə çıxıb mağazaya getmək istəmişdir. Piyada gəzərkən həmin gün saat 18:30 radələrində həmin ünvanın yaxınlığında bir neçə nəfər mülki geyimli şəxs yaxınlaşaraq özlərini polis əməkdaşı kimi təqdim edərək tanışı Amidin qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsində şübhəli olduğunu bildirərək, xidməti vəsiqələrini göstərərək, Amidi barəsində əməliyyat – axtarış tədbirlərinin keçirilməsi haqqında qərarla tanış edib onu və Amidi Baş Narkotiklərlə Mübarizə İdarəsinə dəvət etmişlər. Etiraz etmədən onlarla razılaşıb baş idarəyə gəlmişdir. Baş idarədə hər ikisinə müdafiəçi təyin edilmiş və şübhəli şəxs qismində tutulmuşlar. Hüquq və vəzifələri elan olunmuş və buna dair bildiriş təqdim edilmişdir. Bundan sonra tanışı Amidin üzərinə şəxsi axtarış aparılmağa başlanılmışdır. Şəxsi axtarış zamanı Amidə və ona üzərində olan qanunla qadağan olunmuş əşya varsa onları təqdim etməyi təklif olunmuşdur. Bu təklifdən sonra Amid əynində olan şalvarın sağ yan cibindən 1 bükümdə narkotik vasitə olan heroin, həmin şalvarın sol yan cibindən 1 ədəd mobil telefon və 20 manat pulu təqdim edərək masanın üzərinə qoymuşdur. Sonra həmin heroin kütləsi elektron tərəzidə çəkilmiş və əlavə olaraq Amidin üzərindən 1 ədəd açar da aşkar olunmuşdur, Amidin mobil telefonu götürülmüş, açar və 20 manat pul isə Amidin özünə geri qaytarılmışdır. Sonra ona üzərində olan qanunla qadağan olunmuş əşya varsa onları təqdim etməyi təklif olunmuşdur. Bu təklifdən sonra o üzərində narkotik vasitə olmadığını bildirmişdir. Üzərinə keçirilən şəxsi axtarış zamanı üzərindən 1 ədəd telefon və 1 ədəd plastik bank kartı aşkar olunaraq götürülmüşdür. Təqsirləndirilən şəxs1 verilən suallara cavab olaraq təqdim etdiyi heroinin özünə məxsus olduğunu, həmin kütləni İran İslam Respublikası vətəndaşı Şamil adlı şəxsin vasitəsi ilə 06.06.2021-ci il tarixdə Bakı şəhəri, Binəqədi rayonu ərazisindən götürərək kirayə evinə apardığını, narkotik vasitəni kirayə yaşadığı evə yerləşdirdikdən sonra zəng edərək onu çağırdığını və həmin narkotik vasitənin mühafizəsini təşkil etməyini xahiş etdiyini və görəcəyi işin qarşılığında ona narkotik vasitəni götürəcək şəxslərin verəcəyin pulun bir hissəsini ona verəcəyini bildirmişdir. Ona verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs1 dediklərinin doğru olduğunu bildirərək, Amidin onu yaşadığı evə çağırdıqdan sonra narkotik vasitəni göstərərək həmin narkotik vasitənin mühafizəsini təşkil etməyini xahiş etdiyini və əvəzində də sonra pul verəcəyini demişdir. Sonradan həmin narkotik vasitəni Amidin yaşadığı evin həyətyanı sahəsində basdırdığını, özünün narkotik vasitələrin satışını həyata keçirmədiyini, narkotik vasitə olan heroindən istifadə etdiyini bildirmişdir. Bundan sonra şəxsi axtarış qurtarmış, videoçəkiliş dayandırılmış, protokol tərtib edilmiş, həmin protokola imza etmişdir. Daha sonra Təqsirləndirilən şəxs1 evə baxış keçirilməsinə etirazı olmadığına dair müvafiq ərizə vermişdir. Sonra onun, Amidin, müdafiəçilərin və polis əməkdaşlarının iştirakı ilə Amidin yaşadığı evə gedilmişdir. Bundan sonra ona basdırdığı yeri göstərərək həmin narkotik vasitəni təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra evin həyətində giriş qapısı ilə üzbəüz kərpiclərin arasında torpağın altından içərisində 6 bağlama heroin, 2 bağlama psixotrop maddə olan metamfetamin və 1 ədəd elektron tərəzi olan qara rəngli sellofan torbanı təqdim etmişdir. Həmin kütlələr çəkilərinin müəyyən edilməsi məqsədi ilə elektron tərəzidə çəkilmişdir. 8 ədəd bağlama və bir ədəd elektron tərəzi içərisi boş olan qara rəngli sellofan torbanın içərisinə qoyularaq qablaşdırılmış, möhürlənmiş və üzəri imzalanmışdır. Sonra həmin evin digər hissələrinə baxış keçirilmiş və əlavə heç nə aşkar edilməmişdir. Daha sonra baxış qurtarmış, videoçəkiliş dayandırılmış, protokol tərtib edilmiş, ucadan oxunmuş, həmin protokola imza etmişdir. Bundan başqa, cinayət işinin 01-ci cildinin 139-142-ci vərəqlərində olan 08 iyun 2021-ci il tarixli “üzləşdirmə” protokolundan görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 arasında, müdafiəçilərin iştirakı ilə keçirilən üzləşdirmədə Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı vermiş olduğu ifadəsini digər Təqsirləndirilən şəxs2 üzünə qarşı demişdir. Təqsirləndirilən şəxs2 öz növbəsində Təqsirləndirilən şəxs1 onun üzünə qarşı dediklərini təsdiq etmişdir. Həmçinin cinayət işinin 01-ci cildinin 144-146-cı vərəqlərində olan 08 iyun 2021-ci il tarixli “üzləşdirmə” protokolundan görünür ki, Təqsirləndirilən şəxs1 və şübhəli şəxs X2 arasında, vəkillərin iştirakı ilə keçirilən üzləşdirmədə şübhəli şəxs Zakir Abasov Təqsirləndirilən şəxs1 ondan tanışı iranlı Şamil adlı şəxsin mobil telefonunun nömrəsini aldığını, lakin həmin nömrəni nə məqsədlə almasını demədiyini, onunla bu işdə əlbir olmadığını, onun narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmağından xəbəri olmadığını, kirayə tutduqları evdə Amidin ona sellofanda narkotik vasitə göstərdiyini görəndə isə onu təhqir etdiyini Təqsirləndirilən şəxs1 üzünə qarşı demişdir. Təqsirləndirilən şəxs1 öz növbəsində şübhəli şəxs Zakir Abasovun onun üzünə qarşı dediklərini təsdiq etmişdir. Cinayət işinə əlavə olunmuş “evə baxış keçirilməsi və götürmə haqqında” 07 iyun 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 Bakı şəhəri, Sabunçu rayonu, Yeni Ramana qəsəbəsi, Dimitriyev küçəsi ev 7 saylı yaşayış evində girişdəki dəmir konstruksiyalı qapının qarşısında kərpiclərin arasında narkotik vasitələri basdırdığını bildirmiş və həmin yeri qazaraq həmin yerdən içərisində 6 (altı) bağlamada açıq qəhvəyi rəngli, spesifik iyə malik, narkotik vasitə olan heroin, 2 (iki) bağlamada, ağ rəngli, kristall şəkilli, psixotrop maddə olan metamfetaminə bənzər maddə və 1 (bir) ədəd elektron tərəzi olan qara rəngli sellofan torbanı təqdim etmişdir. Təqsirləndirilən şəxs2 təqdim etdiyi kütlələrin tanışı Təqsirləndirilən şəxs1 məxsus olduğunu, sonuncunun 07.06.2021-ci il tarixdə onu öz yaşadığı hazırda olduqları evə qonaq kimi çağıraraq həmin evdə narkotik vasitə olduğunu göstərməklə həmin narkotik vasitənin mühafizəsini təşkil etməsini istədiyini, gördüyü işin qarşılığında isə Amidin ona narkotik vasitəni təhvil verən zaman alacağı puldan bir hissəsini ona verəcəyini, ona qarşı polis əməkdaşları tərəfindən fiziki və psixi zor tətbiq edilmədiyini, səmimi və doğru cavablar verdiyini göstərmişdir. Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2 təqdim etdiyi qara rəngli sellofan torbada olan narkotik vasitələrin hamısının özünə məxsus olduğunu, həmin kütlələri tanışı İran İslam Respublikası vətəndaşı ”Şamil” adlı şəxsin vasitəsi ilə 06 iyun 2021-ci il tarixdə, Bakı şəhəri, Binəqədi rayonu ərazisindən əvvəlcədən təyin edilmiş yerdən tanışı Zakir adlı şəxs ilə birlikdə gedərək götürüb yaşadığı evə qoyduqlarını, Zakir adlı şəxsin əvvəlcədən narkotik vasitə üçün getdikərini bidiyini, sonradan isə həmin narkotik vasitələri iranlı Şamil adlı şəxsin dediyi şəxslərə verəcəyini, ona qarşı polis əməkdaşları tərəfindən fiziki və psixi zor tətbiq edilmədiyini, səmimi və doğru cavablar verdiyini göstərmişdir. Cinayət işinə əlavə olunmuş “şəxsi axtarış və götürmə aparılması haqqında” 07 iyun 2021-ci il tarixli protokoldan görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 07 iyun 2021-ci il tarixdə saat 15:00-da Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Bakı şəhəri, Sabunçu rayonu, Yeni Ramana qəsəbəsi, Dimitriyev küçəsi, ev 7 ünvanının yaxınlığında saxlanılaraq Baş Narkotiklərlə Mübarizə İdarəsinə dəvət olunub şəxsi axtarış keçirilərkən Təqsirləndirilən şəxs1 əynində olan şalvarının sağ yan cibindən bir ədəd bükümdə narkotik vasitə heroinə bənzər maddə aşkar edilərək götürülmüşdür. Cinayət işinə əlavə olunmuş “şəxsi axtarış və götürmə aparılması haqqında” 07 iyun 2021-ci il tarixli protokoldan görünür ki, ünvan 6 ünvanının həyət qapısının girişindəki kərpiclərin arasında olan torpaq səthinin alt hissəsində saxlanılan bir ədəd sellofan bağlamanın içərisindəki 06 ədəd bükümdə narkotik vasitə heroinə bənzər, 02 ədəd bükümdə psixotrop maddə metamfetaminə bənzər maddə və bir ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. Cinayət işinə əlavə olunmuş 06 sentyabr 2021-ci il tarixli, 008-3158-1221 saylı əməliyyat tapşırığına cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əvvəllər narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olmasını görə biləcək şahidlərin dairəsini, onların yaxın əlaqələrini, İran İslam Respublikasının vətəndaşı “Şamil” adlı şəxsin, eləcə də cinayətin digər iştirakçılarının şəxsiyyətlərini müəyyən etmək məqsədi ilə bir sıra əməliyyat-axtarış tədbirləri keçirilmişdir. Keçirilmiş tədbirlər nəticəsində Təqsirləndirilən şəxs1 üzərindən və yaşadığı evdən aşkar edilmiş narkotik vasitələri satış məqsədi ilə əldə edib, Təqsirləndirilən şəxs2 ilə birgə saxladıqlarına, bu kimi maddələrin qanunsuz ticarət dövriyyəsində İran İslam Respublikasının vətəndaşı olan “Şamil” adlı şəxslə birgə əlaqələrinin olmasına və fəaliyyət göstərmələrinə, “Şamil” adlı şəxsin həmin narkotik vasitəni və psixotrop maddəni cinayətdə əlbir olduqları digər naməlum şəxslər vasitəsi ilə irandan qaçaqmalçılıq yolu ilə Təqsirləndirilən şəxs1 göndərdiklərinə, Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1 ilə birlikdə narkotik vasitəni və psixotrop maddəni satış məqsədi ilə qaçaqmalçılıq yolu ilə qanunsuz əldə etdikdən sonra bu kimi maddələri Bakı şəhəri ərazisində qanunsuz daşıma fəaliyyəti ilə məşğul olmasına və həmin narkotik maddələri Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2 ilə ilə birgə qanunsuz saxlamasına dair əlavə məlumatlar əldə edilmişdir. Lakin "Şamil" adlı şəxsin, eləcə də cinayətin digər iştirakçılarının şəxsiyyətlərinin, onların yaxın əlaqələrinin müəyyən edilməsi mümkün olmamışdır. Göründüyü kimi təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi və tamah niyyəti ilə külli miqdarda narkotik vasitələri və külli miqdarda psixotrop maddələri Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli keçirilməsinə və satılmasına əvvəlcədən vəd verməklə köməklik etmişlər. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 32.1-ci maddəsində göstərilir ki, cinayətin icraçısı ilə birlikdə, təşkilatçısı, təhrikçisi və köməkçisi cinayətin iştirakçıları sayılırlar. Bundan başqa Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi və tamah niyyəti ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və külli miqdarda psixotrop maddələri əldə etmiş, daşımış və saxlamışdır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna qiymət verib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5,206.3.2, 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətmələri və onların həmin əməlləri törətməkdə təqsirli olmaları tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qeyd edilən cinayət əməllərini törətməkdə təqsirlidirlər, onların əməllərinin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur, onlara qanunla müəyyən edilmiş qaydada cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə görə cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs1 ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, himayəsində bir azyaşlı övladının olmasını, yaşayış yerindən müsbət xarakterizə olunmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs2 ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, himayəsində iki azyaşlı övladlarının olmasını, yaşayış yerindən müsbət xarakterizə olunmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs1 təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5,206.3.2, 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyalarında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən həmin cəzalar qismən toplanmaqla ona cinayətlərin məcmusu üzrə qəti cəza təyin edilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli, Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 158.6-cı maddəsinin tələblərinə uyğun olaraq cinayət işi üzrə icraatın aparılması zamanı həbsdə saxlama müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs1 təyin ediləcək cəzanın əvvəli 07 iyun 2021-ci il tarixdən hesablanmalı, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə Təqsirləndirilən şəxs2 təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5,206.3.2, 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyalarında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən həmin cəzalar qismən toplanmaqla ona cinayətlərin məcmusu üzrə qəti cəza təyin edilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli, Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 158.6-cı maddəsinin tələblərinə uyğun olaraq cinayət işi üzrə icraatın aparılması zamanı həbsdə saxlama müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs1 təyin ediləcək cəzanın əvvəli 07 iyun 2021-ci il tarixdən hesablanmalı, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həmdə başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslərə təyin olunacaq cəza ilə cəzanın məqsədini təmin etmək mümkündür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Cinayət Məcəlləsinin 99-1.1.1 və 99-1.1.2-ci maddələrində məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin, məhkumun cinayət yolu iləəldə etdiyi pul vəsaitləri və ya digər əmlakın, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlərin məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Məhkəmə hesab edir ki, iş üzrə nəzərdə tutulmuş müsadirə edilməli əmlak olmadığından yuxarıda qeyd olunan müddəa tətbiq olunmamalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut kimi Azərbaycan Respublikası DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Növbətçi Hissəsinin maddi sübutların saxlanma kamerasında saxlanılan Təqsirləndirilən şəxs1 və onun yaşadığı evdən aşkar edilərək götürülmüş ekspertiza tədqiqatından sonra qalıq çəkisi 6089,227 qram təşkil edən narkotik vasitə heroin, qalıq çəkisi 2049,8 qram təşkil edən psixotrop maddə metamfetamin və üzərində narkotik vasitə heroinin və psixotrop maddə metamfetaminin izləri olan bir ədəd elektron tərəzi məhv edilməlidir. Cinayət işinə əlavə olunmuş 03 ədəd DVD disk isə cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 198-ci maddəsinə uyğun olaraq məhkəmə məsrəfləri ilə əlaqədar məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, ibtidai istintaq zamanı keçirilmiş məhkəmə ekspertizalarına görə 114 (yüz on dörd) manat xərc təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 57 (əlli yeddi) manat və Təqsirləndirilən şəxs2 57 (əlli yeddi) manat olmaqla məhkəmə məsrəfi kimi tutularaq dövlət büdcəsinə ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5,206.3.2, 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5,206.3.2-ci maddəsi ilə 06 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə 11 (on bir) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzalar qismən toplanılsın və Təqsirləndirilən şəxs1 qəti olaraq 14 (on dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin olunsun. Həmin cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilsin. Təqsirləndirilən şəxs1 cəzaçəkmə müddətinin əvvəli 07 iyun 2021-ci il tarixdən hesablansın, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 barəsində narkomaniyadan məcburi müalicə təyin edilsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5,206.3.2, 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5,206.3.2-ci maddəsi ilə 05 (beş) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə 11 (on bir) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzalar qismən toplanılsın və Təqsirləndirilən şəxs2 qəti olaraq 13 (on üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin olunsun. Həmin cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilsin. Təqsirləndirilən şəxs2 cəzaçəkmə müddətinin əvvəli 07 iyun 2021-ci il tarixdən hesablansın, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 barəsində narkomaniyadan məcburi müalicə təyin edilsin. İş üzrə maddi sübut kimi Azərbaycan Respublikası DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Növbətçi Hissəsinin maddi sübutların saxlanma kamerasında saxlanılan Təqsirləndirilən şəxs1 və onun yaşadığı evdən aşkar edilərək götürülmüş ekspertiza tədqiqatından sonra qalıq çəkisi 6089,227 qram təşkil edən narkotik vasitə heroin, qalıq çəkisi 2049,8 qram təşkil edən psixotrop maddə metamfetamin və üzərində narkotik vasitə heroinin və psixotrop maddə metamfetaminin izləri olan bir ədəd elektron tərəzi məhv edilsin. Cinayət işinə əlavə olunmuş 03 ədəd DVD disk isə cinayət işinin materiallarında saxlanılsın. İbtidai istintaq zamanı keçirilmiş məhkəmə ekspertizalarına görə 114 (yüz on dörd) manat xərc Təqsirləndirilən şəxs1 57 (əlli yeddi) manat və Təqsirləndirilən şəxs2 57 (əlli yeddi) manat olmaqla məhkəmə məsrəfi kimi tutularaq dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qadasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən, hakim: Azər Paşayev Hakimlər: Novruz Kərimov Əhməd Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar