Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-208/2023 25.01.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Əliyev Samir İmamverdi oğlu (sədrlik edən), Hüseynov Cavid İbadulla oğlu və İsmayılov Eldar Herov oğlundan ibarət tərkibdə Məhkəmə iclasının katibi: X4 və Hüseynova Aytac Faiq qızının katibliyi Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı və X2 Müdafiəçilər: “Pro Bono” Vəkil Bürosunun vəkilləri Müdafiəçi2, Müdafiəçi3, müqavilə üzrə çıxış edən müdafiəçi “Union” Vəkil Bürosunun vəkili Müdafiəçi1 iştirakları ilə, 06 fevral 1986-cı ildə Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, işləməyən, məhkumluğu olmayan, Naxçıvan Muxtar Respublikası, Şərur rayonu, Xələc kəndində qeydiyyatda olmaqla Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Südçülük sovxozu, nömrəsiz fərdi yaşayış evində yaşamış, barəsində «həbs» növündə qətimkan tədbiri seçilməklə hazırda Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə, xx xxxxxx 1985-ci ildə Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Südçülük sovxozu, nömrəsiz fərdi yaşayış evində yaşamış, barəsində «həbs» növündə qətimkan tədbiri seçilməklə hazırda Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 qızının Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə, müəyyən etdi: Təqsirləndirilən şəxs1 ittiham verilmişdir ona görə ki, o, satış məqsədi və tamah niyyəti ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri əldə etmə, saxlama, daşıma və satma barədə tanışları Təqsirləndirilən şəxs2 və şəxsiyyəti istintaqla araşdırılan İran İslam Respublikasının vətəndaşı “Ağa” adlı şəxs və qeyriləri ilə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etmiş, aralarında olan cinayətkar razılaşmaya əsasən şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikası vətəndaşı “Ağa” adlı şəxs və qeyriləri tərəfindən Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli yolla külli miqdarda narkotik vasitələri İran İslam Respublikasından Azərbaycan Respublikası ərazisinə qaçaqmalçılıq yolu ilə keçirilməsi və satışının təşkil edilməsinə əvvəlcədən vəd verməklə razılığa gələrək köməklik etmiş, bu məqsədlə «Ağa» adlı şəxs və qeyriləri naməlum vaxtda və şəraitdə Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli yolla keçirdikləri külli miqdarda ümumi təmiz çəkisi 10150 qram çəkidə narkotik vasitə heroini istintaqa məlum olmayan ünvanda yerləşdirib bu barədə Təqsirləndirilən şəxs1 məlumat verdikdən sonra sonuncu tanışı Təqsirləndirilən şəxs2la birlikdə həmin kütlələri istintaqa məlum olmayan vaxtda və şəraitdə qeyd olunan yerdən «Ağa» adlı şəxsin və qeyrilərinin göstərişinə əsasən pul müqabilində daşıma, saxlama və satışını həyata keçirmək üçün razılaşaraq satış məqsədi və tamah niyyəti ilə qanunsuz olaraq əldə edib satışını həyata keçirmək məqsədi ilə qeyd edilən çəkidə narkotik vasitəni Təqsirləndirilən şəxs1 rol bölgüsünə əsasən öz üzərində saxlamaqla Bakı şəhəri, Qaradağ rayonu ərazisindən keçən Bakı-Ələt yolunun 40-cı kilometriliyi yaxınlığına daşımış, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 18 may 2022-ci il tarixdə həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 həmin gün saat 23.50-də qeyd olunan ünvanda saxlanılaraq üzərilərinə baxış keçirilərkən Təqsirləndirilən şəxs1 sağ əlində saxladığı bir ədəd qara rəngli idman çantasından Təqsirləndirilən şəxs2la birlikdə əldə etdikləri beş ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 2250 qram, 2000 qram, 1800 qram, 1900 qram və 2200 qram olmaqla ümumilikdə külli miqdarda 10150 qram çəkidə komponent tərkiblərinə və xarici əlamətlərinə görə eynilik təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs2 ittiham verilmişdir ona görə ki, o, satış məqsədi və tamah niyyəti ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri əldə etmə, saxlama, daşıma və satma barədə tanışları Təqsirləndirilən şəxs1 və şəxsiyyəti istintaqla araşdırılan İran İslam Respublikasının vətəndaşı “Ağa” adlı şəxs və qeyriləri ilə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etmiş, aralarında olan cinayətkar razılaşmaya əsasən şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikası vətəndaşı “Ağa” adlı şəxs və qeyriləri tərəfindən Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli yolla külli miqdarda narkotik vasitələri İran İslam Respublikasından Azərbaycan Respublikası ərazisinə qaçaqmalçılıq yolu ilə keçirilməsi və satışının təşkil edilməsinə əvvəlcədən vəd verməklə razılığa gələrək köməklik etmiş, bu məqsədlə «Ağa» adlı şəxs və qeyriləri naməlum vaxtda və şəraitdə Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli yolla keçirdikləri külli miqdarda ümumi təmiz çəkisi 10150 qram çəkidə narkotik vasitə heroinİ istintaqa məlum olmayan ünvanda yerləşdirib bu barədə Təqsirləndirilən şəxs1 məlumat verdikdən sonra sonuncu tanışı Təqsirləndirilən şəxs2la birlikdə həmin kütlələri istintaqa məlum olmayan vaxtda və şəraitdə qeyd olunan yerdən «Ağa» adlı şəxsin və qeyrilərinin göstərişinə əsasən pul müqabilində daşıma, saxlama və satışını həyata keçirmək üçün razılaşaraq satış məqsədi və tamah niyyəti ilə qanunsuz olaraq əldə edib satışını həyata keçirmək məqsədi ilə qeyd edilən çəkidə narkotik vasitəni Təqsirləndirilən şəxs1 rol bölgüsünə əsasən öz üzərində saxlamaqla Bakı şəhəri, Qaradağ rayonu ərazisindən keçən Bakı-Ələt yolunun 40-cı kilometriliyi yaxınlığına daşımış, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində daxil olmuş məlumat əsasmda Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 18 may 2022-ci il tarixdə həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 həmin gün saat 23.50-də qeyd olunan ünvanda saxlanılaraq üzərilərinə baxış keçirilərkən Təqsirləndirilən şəxs1 sağ əlində saxladığı bir ədəd qara rəngli idman çantasından Təqsirləndirilən şəxs2la birlikdə əldə etdikləri beş ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 2250 qram, 2000 qram, 1800 qram, 1900 qram və 2200 qram olmaqla ümumilikdə külli miqdarda 10150 qram çəkidə komponent tərkiblərinə və xarici əlamətlərinə görə eynilik təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 özünü qismən təqsirli bilərək, ifadəsində göstərmişdir ki, o psixotrop maddə metamfetamindən çəkmək yolu ilə istifadə edirdi. Metamfetamini “Ağa” adlı şəxsdən əldə edirdi, onunla “Whatsapp" proqramı vasitəsi ilə danışırdı, həmin şəxsi telefonunda “Tt” kimi qeyd etmişdi. “Ağa” adlı şəxsin iranlı olub olmadığını bilmir, ancaq yazışdığı nömrə iran nömrəsi idi. Ondan daha öncə də bir neçə dəfə öz istifadəsi üçün psixotrop maddə metamfetamin almışdı. Ağadan metamfetamini ya əlbəəl götürürdü, ya da ona şəklini atdığı yerdən malı gedib götürdükdən sonra şəklini atdığı bank kartına ödəniş edirdi. Ağa ilə şəhərdə tanış olmuşdur, bildiyi qədər 20 Yanvar dairəsində yaşayır, onun narkotiki haradan gətirdiyi barədə məlumatı yoxdur. Axırıncı dəfə, yəni tutulan zaman Binədən Primorski deyilən əraziyə 5 qr metamfetamin dalınca gedirdi, 5 qr metamfetamin üçün 100 manat ödəniş edəcəkdi. Pulu karta atacaqdı. Telefonunda internet olmadığı üçün dostu Anarın telefonunda özünə internet açmaq üçün malı götürməyə onunla gedirdi. Onları aparan taksi də tanış idi, həmin taksi sürücüsü ilə eyni məhəllədə qalırdılar. O nə üçün getdiyini bilmirdi, Anar da onun mal almağa getdiyini bilmirdi. Malın olduğu yerə təxminən 10-15 metr qalmış polis əməkdaşları onları saxladı, təxminən 17-18 nəfər idilər, qaçmamaqları üçün havaya atəş açdılar. Anar ondan bir qədər aralıda idi, onu da tutub gətirdilər. Adidas sumkanı gətirib qabağına qoydular ki, boynuna götürsün. O polis əməkdaşlarına etiraz etdi, bildirdi ki, həmin mal ona məxsus deyil, o 5 qr metamfetamin əldə etmək üçün gəlmişdir. Ona orda təzyiq göstərdilər. Təzyiqlərə dözmədiyi üçün çəkiliş zamanı həmin adidas sumkada olan heroinin ona məxsus olduğunu dedi. Ona zorla məzmununu oxumadığı sənədlərə imza etdirdilər. Yolda Anarın telefonu ilə iranlıyla danışmışdır, ona malı götürməyə getdiyi barədə demişdir, danışığını Anar eşidirdi, ancaq taksi şoferi Aminin eşitdiyini düşünmür. Saxlanılarkən narkotikin olduğu yerin şəkilləri telefonundan silmişdi, həmçinin yazışmaları da. Anara işlə bağlı zəng gələcəyi üçün o telefonu ona verə bilmədi, özü də onunla gəlməli oldu. Anarın yanında cəmi 1 dəfə narkotik istifadə etmişdir, Anar özü narkotik istifadəçisi deyil. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 özünü təqsirli bilməyərək, ifadəsində göstərmişdir ki, o, hadisə günü Binədə yerləşən kafelərin birində dostlarıyla oturub çay içirdi. Həmin vaxt Əsgər ona zəng etdi, ondan Primorski adlanan yeri tanıyıb tanımadığını soruşdu. O da tanıdığını bildirdi. O çay içməyə davam etdi, 12-13 dəqiqə sonra Əsgər yenidən zəng vurub ondan telefonunu bir neçə saatlıq ona verməyini istədi. O tez-tez ondan internet üçün telefonunu istəyirdi, o da verirdi. Əsgərə işlə bağlı zənglər olacağı və həmin zənglərə cavab verməli olduğu üçün telefonu verə bilməyəcəyini dedi. O da təklif etdi ki, onunla gedib qayıdıb bir nəfəri görməlidir. Razılaşdılar ki, o yolun qırağında onu gözləyisin, o gəlib onu götürsün. Əsgər taksi ilə gəlib onu götürdü, o arxada o isə qabaqda oturmuşdu. O arxada oturan zaman işlə bağlı zənglər edirdi. Getdikləri yerin boş sahə olduğunu görəndə Əsgərdən kimlə görüşəcəyini, ora nə üçün getdiyini soruşduqda, Əsgər ona bir nəfərlə görüşüb istifadəsi üçün mal götürəcəyini dedi. Daha sonra o Əsgərdən ayrılıb ayaqyoluna getdi. Birdən qışqırıq qopdu və çox sayda mülki geyimli şəxslər toplaşdı. O yerə uzandı, əvvəlcə həmin şəxslərin polis olduğunu başa düşməmişdi. Polis əməkdaşları ona dedilər ki, çəkiliş zamanı istifadəçi olduğunu desin və əgər belə desə səhəri gün onu buraxacaqlarını dedilər. O da çəkiliş zamanı onların dediyi kimi danışdı. Polisdə ona heç bir sual vermədilər, xəbəri olub-olmadığını da soruşmadılar. Sanskiyaya çıxan zaman məhkəmədə öz etirazını bildirdi ki, polislər onu aldadıb ona görə o çəkiliş zamanı onlar dediyi kimi danışmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin xüsusilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili vəzifəsində işləyir. 18 may 2022-ci il tarixdə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 külli miqdarda narkotik vasitə daşımaları və saxlamaları barədə əməliyyat məlumatı daxil olmuşdu. Əməliyyat məlumatının yoxlanılması məqsədilə əməliyyat qrupu yaradıldı. Digər polis əməkdaşları ilə onlar Bakı şəhəri, Qaradağ rayonu, Bakı-Ələt yolunun 40-cı kilometrliyinə gəldilər və orada gözlədilər. Əsgər və Anarı saxladılar və onları qərarla tanış etdilar. Əsgərin əlində çanta var idi. Əsgərdən əlindəki çantada nə olduğunu soruşduqda, Əsgər narkotik vasitə olduğunu bildirdi. Bundan sonra təhqiqatçı gəldi və onların üzərinə şəxsi axtarış keçirildi. Əsgər narkotik vasitəni İran İslam Respublikasının vətəndaşından əldə etdiyini, onun dediyi yerə qoyacağını və bunun müqabilində 500 manat məbləğində ona pul veriləcəyini bildirdi. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2ı 18 may tarixdə gecə saat 12:00 və 01:00 aralığında Əsgərin yolda əlində çanta ilə gedərkən saxladılar. Əməliyyat məlumatı onlara gözləmə nöqtəsinə getməzdən əvvəl, 1-2 saat əvvəl daxil olmuşdu. Əsgəri əlində çanta ilə getdiyini görəndə onunla aralarında 3-4 metr məsafə var idi. Əməliyyat məlumatında onların narkotik vasitəni kimdən götürəcəyi barədə məlumat yox idi. Tərəflərindən Təqsirləndirilən şəxs1 təzyiq göstərilməyib, özü əməlini könüllü olaraq etiraf etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3, Şahid4 və Şahid2 Şahid1 ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 ifadəsində göstərmişdir ki, o taksi fəaliyyətilə məşğul olurdu və təqsirləndirilən şəxsləri hadisə baş verən gün təyinat nöqtəsinə daşımışdı. O, sifariş gözləyirdi, Anar və Əsgər adlı şəxslər səhv etmirsə, bir yerdə ona yaxınlaşdılar. O Anar və Əsgəri onların dediyi yerə apardı, onlar gediş haqqı kimi 25 manatı gedib pul götürüb ona verəcəklərini bildirdilər, O da onları gözlədi. Bu vaxt polis əməkdaşları gəldi. X10 cinayətkar olduğunu bildirdilər və onları tanıyıb-tanımadığını soruşduqda, o onlara Anarla Əsgəri tanımadığını bildirdi. Onun telefonunu əlindən aldılar və həmin yerə necə gəldiyini soruşduqda, o naviqasiya proqramı vasitəsilə həmin şəxsləri oraya gətirdiyini, həmin ərazini tanımadığını bildirdi. Polis əməkdaşları onun əl-qolunu bağlayıb öz avtomobilinin arxa oturacağına otuzdurdular. Anar və Əsgər adlı şəxslər ilkin olaraq Binə qəsəbəsi ərazisində avtomobilinə əyləşdilər. Onları Lökbatan qəsəbəsi ərazisi tərəfə apardı, bu vaxt gecə saat 11 radələri idi. Anarla Əsgər onları Lökbatan qəsəbəsi ərazisindən başqa yerə apamağını istəmədilər. Anarla Əsgəri Bakı-Ələt yolunun 40-cı kilometriliyinə aparmış və Terminal restoranı ilə üzbəüz onları düşürtmüşdür. Anar və Əsgər adlı şəxslər avtomobildən düşdükdən sonra orada olan hasarın içərisinə daxil oldular. Yolun kənarında Terminal restoranı ilə üzbəüz yerləşən hasar var idi. Anar və Əsgər adlı şəxslər hasarın içərisinə daxil olduqdan 2-3 dəqiqə sonra polis əməkdaşları ona yaxınlaşdı. Anar və Əsgər adlı şəxslər avtomobilinə əyləşəndə onların əllərində hər hansı bağlama yox idi, polis əməkdaşları ona yaxınlaşanda onların yanında Anarla Əsgər yox idi. Polis əməkdaşları videoçəkiliş olacağını və bundan sonra onu buraxacaqlarını bildirdilər. Bu vaxt Anar və Əsgər adlı şəxslər polis əməkdaşlarının yanında idilər. Videoçəkiliş oldu, Anar və Əsgər adlı şəxslər videoçəkiliş zamanı oraya hansı məqsədlə gəlmələri barədə polis əməkdaşının sualına şəxsi istifadələri üçün narkotik vasitə götürmək üçün oraya gəldiklərini bildirdilər. Videoçəkiliş zamanı Əsgər sellofan torbanı təqdim edib onun olduğunu, səhv etmirsə iranlı şəxsə veriləcəyini bildirdi. Təqsirləndirilən şəxs2 üzərində heç nə aşkar edilmədi və o polis əməkdaşlarına heç nə təqdim etmədi. avtomobildə idi, Əsgər və Anar adlı şəxslərə polis əməkdaşları tərəfindən hər hansı təzyiq olunduğunu görmədi. Anar və Əsgər adlı şəxsləri eyni yerdən yoxsa müxtəlif yerlərdən ayrı-ayrılıqda götürüb-götürmədiyini xatırlamır. Bakı-Ələt yolunun 40-cı kilometriliyinə saat neçədə çatdıqlarını xatırlamır Məhkəmə iclasında Dövlət ittihamçısı yekun nitqi söyləyərək, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 32.5, 206.3.2ci maddəsi üzrə verilmiş ittihamdan Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 39.1.2-ci maddəsinə əsasən imtina edərək, cinayət təqibinə xitam verilməsini xahiş etmişdir. Məhkəmə hesab edir ki, hazırkı iş üzrə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 206.3.2-ci maddəsi üzrə Azərbaycan Respublikası CPM-nin 43.1.1-ci maddəsinə əsasən cinayət təqibinə xitam verilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 43.1.1-ci maddəsinə əsasən dövlət ittihamçısı və xüsusi ittihamçısı cinayət təqibindən imtina etdikdə məhkəmə baxışı gedişində cinayət təqibinə xitam verilməlidir. Məhkəmə iş üzrə sübutlara qiymət verərək, hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli olması sübüta yetirilir və onların törətmiş olduqları cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq qeyd olunan maddələr ilə tövsif edilmişdir. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 onlarda narkotik vasitənin olmaması və özlərini narkotik vasitənin satışında təqsirli bilməmələrinə dair verdikləri ifadələri ilə məhkəmə iclasında şahid qismində dindirilmiş şəxslərin biri-birinə, habelə işin faktiki hallarına uyğun olan ifadələri ilə, iş materiallarında olan sübutlarla təkzib olunduğundan, məhkəmə təqsirləndirilən şəxslərin ifadələrinə, eyni zamanda Təqsirləndirilən şəxs1 saxlanılarkən döyülməklə təzyiq altında ifadə verdiyinə də tənqidi yanaşaraq, inandırıcı saymır və onların ifadələrini özlərini müdafiə edilməsi kimi qiymətləndirir. Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 4(005)-586/2022 saylı xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 məhkəmə iclasında cinayəti etiraf etmişdir və barəsində həbsetmənin əvvəli 18 may 2022-ci il tarixdən hesablanmaqla 04 (dörd) ay müddətinə həbs növündə qətimkan tədbiri seçilmişdir. Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 4(005)-587/2022 saylı xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində həbsetmənin əvvəli 18 may 2022ci il tarixdən hesablanmaqla 04 (dörd) ay müddətinə həbs növündə qətimkan tədbiri seçilmişdir. Cinayət işində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 19 may 2022-ci il tarixli 6/2879 №İi rəylərində göstərilir ki, tədqiqata təqdim edilmiş üzərində: "Təqsirləndirilən şəxs1 üzərindən aşkar ..." yazısı və imzalar olan qara rəngli idman çantasındaki 5 (beş) ədəd bağlamada ayrı- ayrılıqda təmiz çəkisi 2250 qram, 2000 qram, 1800 qram, 1900 qram və 2200 qram, ümumi təmiz çəkisi 10150 (lOkq 150qr) olan qəhvəyi rəngli tozşəkilli maddələr kütlələri kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eyni olub, kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Qeyd: Tədqiqata sərf edildi 0.25 qram, qalıq qalıq 10149,75 qram (ekpertiza tədqiqatın dəyəri 114 manat) Cinayət işində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin Təhqiqat bölməsinin təhiqatçısı X3 tərəfindən tərtib edilmiş baxış və götürmə aparılması barədə protokoldan görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 18 may 2022-ci il tarixdə həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 həmin gün saat 23.50-də saxlanılaraq üzərilərinə baxış keçirilərkən Təqsirləndirilən şəxs1 sağ əlində saxladığı bir ədəd torbada Təqsirləndirilən şəxs2la birlikdə əldə etdikləri beş ədəd bükümdə ayrı- ayrılıqda təmiz çəkiləri 2250 qram, 2000 qram, 1800 qram, 1900 qram və 2200 qram olmaqla ümumilikdə külli miqdarda 10150 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Baxış və götürmə aparılması video çəkilişlə aparılmışdır, video görüntü 01 ədəd DVD disk köçürülmüşdür. Cinayət işində olan məhkəmə-narkoloji ekspertizasının 02 iyul 2022-ci il tarixli 3595 nömrəli məhkəmə-narkoloji ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 opioidlərin və psixostimulyatorların birgə qəbul edilməsi nəticəsində yaranan asililiq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur, narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Müayinə zamanı Təqsirləndirilən şəxs1 bildirmişdir ki, iki ildir ki, narkotik vasitə heroindən və psixotrop maddə metamfetamindən yandırıb tüstüsünü nəfəsinə çəkməklə istifadə etmişdir. Cinayət işində olan məhkəmə-narkoloji ekspertizasının 02 iyul 2022-ci il tarixli 3597 nömrəli məhkəmə-narkoloji ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 psixostimulyatorların qəbulu nəticəsində yaranan asililiq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Müayinə zamanı Təqsirləndirilən şəxs2 bildirmişdir ki, 1 ildir ki, psixotrop maddə metamfetamindən yandırıb tüstüsünü nəfəsinə çəkməklə istifadə etmişdir. Cinayət işi üzrə müəyyən edilir ki, Təqsirləndirilən şəxs1 məxsus bir ədəd “Samsung” və Təqsirləndirilən şəxs2 məxsus bir ədəd “Xiaomi” markalı mobil telefon aparatlarına baxış zamanı Təqsirləndirilən şəxs1 məxsus bir ədəd “Samsung” markalı mobil telefonun yaddaşının "Kİşiler" bölümündə İran İslam Respublikasının mobil telefon operatorlarına məxsus +98 (914) ***-**-** nömrəsinin “Tt” adı altında qeydiyyata alındığı aşkar edilmişdirdir. Bundan başqa telefonun menyusunda olan “WhatsApp” proqramın “Aramalar" bölümündə 18 may 2022-ci il tarixdə “Tt” adı altında qeydiyyata alındığı İran İslam Respublikasının mobil telefon operatorlarına məxsus +98 (914) ***-**-** telefon nömrəsindən 27 telefon danışığın aparıldığı müəyyən edilmişdir. Bundan başqa Təqsirləndirilən şəxs2 məxsus bir ədəd “Xiaomi” markalı mobil telefonun yaddaşının “Kişiler” bölümündə İran İslam Respublikasının mobil telefon operatorlarına məxsus +98 (914) ***-**-** nömrəsinin “Tt” adı altında qeydiyyata alındığı aşkar edilmişdirdir. Cinayət işində olan Nərimanov rayon prokurorluğunun müstəntiqi Anar İskəndərlinin 22 noyabr 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 polis əməkdaşları tərəfindən zorakılığa məruz qalması xüsusatı ilə bağlı toplanmış material üzrə cinayət hadisəsi müəyyən edilmədiyindən, cinayət işinin başlanması rədd olunmuşdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 65.1-ci maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqanın ləğv edilməmiş qərarı həmin məsələ üzrə yeni qərar çıxarılmasına yol verilmir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 oğlunun törətdiyi cinayət Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 15.4-cü maddəsinə əsasən ağır cinayətlər kateqoriyasına aiddir. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 oğluna cəza təyin edərkən, onların şəxsiyyətini, törətmiş olduğu cinayətlərin xarakteri və ictimai təhlükəliliyini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəza təyin edərkən cinayətin məqsədi və motivini, təqsirkarların cinayətin törədilməsində hər birinin rolunu ayrı ayrılıqda nəzərə alıb barələrində təqsirli bilindiyi cinayət qanununun normasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə ilə əlaqədar cəzanın seçilməsini və cəzalarını tutulduqları vaxtdan hesablanmaqla, cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkmələrini mümkün hesab edir. Məhkəmə Təqsirləndirilən şəxs1 əməlini qismən təqsirli bilməsini cəzanı yüngülləşdirən hal kimi qiymətləndirir. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 əməlində cəzalanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs2 əməllərində cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müəyyən etməmişdir. Məhkəmə nəzərə alır ki, “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” xx.xx.2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin məcəllənin 99-1.1-ci maddəsi isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197 və 198-ci maddələrinə əsasən ekspertə verilməli olan məbləğ məhkəmə məsrəflərinə aid olduğundan, məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübutlar olan və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BMCMİ-nin Növbətçi Hissəsində saxlanılan maddi sübut kimi tanınmış - bir ədəd paketdə qablaşdırılan tədqiqatdan sonra qalıq qalan 10149,75 qram çəkidə narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilərək götürülmüş bir ədəd “Samsung” markalı mobil telefon və Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilərək götürülmüş bir ədəd “Xiaomi” markalı mobil telefon onların yaxın qohumuna qaytarılmalı, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 üstünə baxış və götürmə aparılmasını özündə əks etdirən 01 ədəd DVD disk cinayət cinayət işinin materiallarında saxlanılması nəzərə alınmalı, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93-1.1-ci madddəsinə əsasən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər təyin edilməli və ərazi narkoloji dispanserində qeydiyyata alınmalı, iş üzrə məhkəmə məsrəflərini təşkil edən 114 (yüz on dörd) manat məbləğində ekspertiza xərci təqsirləndirilən şəxslərdən müştərək qaydada tutularaq dövlət büdcəsinə keçirilməlidir. İş üzrə mülki iddia verilməmişdir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5,206.3.2-ci maddəsi üzrə Azərbaycan Respublikası CPM-nin 43.1.1-ci maddəsinə əsasən cinayət təqibinə xitam verilsin. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinib, 11 (on bir) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkmə müddətinin əvvəli 19 may 2022-ci il tarixdən hesablansın, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinib, 11 (on bir) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkmə müddətinin əvvəli 19 may 2022-ci il tarixdən hesablansın, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübutlar olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BMCMİ-nin Növbətçi Hissəsində saxlanılan maddi sübut kimi tanınmış - bir ədəd paketdə qablaşdırılan tədqiqatdan sonra qalıq qalan 10149,75 qram çəkidə narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilərək götürülmüş bir ədəd “Samsung” markalı mobil telefon və Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilərək götürülmüş bir ədəd “Xiaomi” markalı mobil telefon onların yaxın qohumlarına qaytarılsın, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 üstünə baxış və götürmə aparılmasını özündə əks etdirən 01 ədəd DVD disk cinayət cinayət işinin materiallarında saxlanılması nəzərə alınsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93-1.1-ci madddəsinə əsasən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər təyin edilsin və ərazi narkoloji dispanserində qeydiyyata alınsınlar. İş üzrə məhkəmə məsrəflərini təşkil edən 114 (yüz on dörd) manat məbləğində ekspertiza xərci təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutularaq dövlət büdcəsinə keçirilsin. Hökmdən 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Bakı Ağır Cinayətlər məhkəməsinin hakimləri: Samir Əliyev (sədrlik edən) Cavid Hüseynov Eldar İsmayılov
Məhkəmə qərarları › İş №1(101)-208/2023
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-208/2023
25.01.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver