Məhkəmə qərarları › İş №1(101)-208/2025

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-208/2025

22.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-208/2025 22.05.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Namazov Fərid Arif oğlunun sədrliyi, hakimlər Hüseynov Telman Qulaməli oğlu və X5 ibarət tərkibdə, məhkəmə iclasının katibləri X10, X6, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçilər- Bakı şəhəri Mərkəz Vəkil Bürosunun vəkilləri Müdafiəçi1, Müdafiəçi2, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 iştirakları ilə, xx xxx 1987-ci il tarixdə Tərtər rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, himayəsində 01 (bir) yetkinlik yaşına çatmayan uşağı olan, orta təhsilli, işsiz, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilən Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1-ci və 234.4.3-cü maddələri ilə xx xxxxxx 1986-cı il tarixdə Zəngilan şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, Səhiyyə Nazirliyinin 2 saylı psixiatriya xəstəxanasında tibb qardaşı vəzifəsində işləmiş, məhkumluğu olmayan, ünvan 3 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməsi ilə əlaqədar Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1-ci və 234.4.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ:

1. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda psixotrop maddə və narkotik vasitəni əldə edib saxlamaqla daşımışdır.

İşin faktiki halları

2. Təqsirləndirilən şəxs1 narkotik vasitələrin və psixotrop maddələrin ölkə ərazisində satışını həyata keçirmək məqsədilə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək, istintaqa məlum olmayan vaxtda və şəraitdə, Təqsirləndirilən şəxs2 ilə birlikdə istintaqa məlum olmayan mənbədən satış məqsədilə qanunsuz olaraq xarici əlamətlərinə və kimyəvi komponent tərkibinə görə eyni olan külli miqdarda 3,124 qram çəkidə psixotrop maddə metamfetamini və 0,320 qram çəkidə narkotik vasitə heroini əldə etdikdən sonra psixotrop maddə metamfetaminin 2,281 qram hissəsini Təqsirləndirilən şəxs2, narkotik vasitə heroini və psixotrop maddə metamfetaminin 0,843 qram hissəsini isə o, özündə saxlamaqla daşımış, 11 iyul 2023-cü il tarixdə Nəsimi Rayon Polis İdarəsinin 21-ci Polis Bölməsinin və Bakı şəhəri Baş Polis İdarəsinin Kiber X4 şöbəsinin əməkdaşlarının birgə keçirdikləri əməliyyataxtarış tədbirləri nəticəsində həmin gün saat 22:40-da ünvan 5 ünvanın qarşısında saxlanılaraq ünvan 6 Nəsimi Rayon Polis İdarəsinin 21-ci Polis Bölməsinə aparılmış və orada üzərində şəxsi axtarış keçirilən zaman üzərindəki əl çantasının içərisindən 01 bükümdə 0,843 qram çəkidə kustar üsulla hazırlanmış həmin psixotrop maddə metamfetamin, 02 bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,119 qram və 0,201 qram olmaqla ümumi təmiz çəkisi 0,320 qram təşkil edən narkotik vasitə heroin və narkotik vasitə-psixotrop maddələrin satışında istifadə etmək məqsədilə əldə etdiyi üzərində narkotik vasitə heroin izləri olan 01 ədəd elektron tərəzi aşkar olunaraq götürülmüşdür.

3. Təqsirləndirilən şəxs2 narkotik vasitələrin və psixotrop maddələrin ölkə ərazisində satışını həyata keçirmək məqsədilə tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək, istintaqa məlum olmayan vaxtda və şəraitdə, Təqsirləndirilən şəxs1 ilə birlikdə istintaqa məlum olmayan mənbədən satış məqsədilə qanunsuz olaraq xarici əlamətlərinə və kimyəvi komponent tərkibinə görə eyni olan külli miqdarda 3,124 qram çəkidə psixotrop maddə metamfetamini və 0,320 qram çəkidə narkotik vasitə heroini əldə etdikdən sonra narkotik vasitə heroini və psixotrop maddə metamfetaminin 0,843 qram hissəsini Təqsirləndirilən şəxs1, psixotrop maddə metamfetaminin 2,281 qram hissəsini isə o, özündə saxlamaqla daşımış, 11 iyul 2023-cü il tarixdə Nəsimi Rayon Polis İdarəsinin 21-ci Polis Bölməsinin və Bakı şəhəri Baş Polis İdarəsinin Kiber X4 şöbəsinin əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində həmin gün saat 22:40-da ünvan 5 ünvanın qarşısında saxlanılaraq ünvan 8 Nəsimi Rayon Polis İdarəsinin 21-ci Polis Bölməsinə aparılmış və orada üzərində şəxsi axtarış keçirilən zaman əynindəki şalvarın cibindən 01 bükümdə külli miqdarda təmiz çəkisi 2,281 qram təşkil edən kustar üsulla hazırlanmış həmin psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür.

Təqsirləndirilən şəxsə qarşı ittiham tərəfinin təqdim etdiyi sübutlar aşağıdakılardan ibarətdir:

4. Məhkəmə istintaqı zamanı elan olunmaqla tədqiq edilmiş xx.xx.2023-cü il tarixli əməliyyat raportuna, “Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” qərara, “Əməliyyat qrupunun təşkil edilməsi barədə” protokol və əməliyyat raportuna əsasən etimad doğuran, qərəzsiz mənbədən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Bakı şəhərinin müxtəlif rayonları, eyni zamanda Nəsimi rayonu ərazisində qanunsuz olaraq narkotik vasitə heroinin mütəmadi satışı ilə məşğul olmaları barədə məlumat daxil olduğundan, onların ətrafında təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri keçirilməklə yaxalanmasından ötrü Nəsimi Rayon Polis İdarəsinin 21-ci Polis Bölməsinin əməliyyat müvəkkiləri Şahid1, Şahid2, Bakı Şəhəri Baş Polis İdarəsinin Kiber X4 Şöbəsinin əməliyyat müvəkkilləri Şahid4 və Şahid3 ibarət əməliyyat qrupu yaradılmış, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 xx.xx.2023-cü il tarixdə saat 22:40-da ünvan 5 ünvanın qarşısında saxlanılaraq Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 21-ci Polis Bölməsinə gətirilmişdir. (Cild 1, iş vərəqi 3; 4-5; 8; 9)

5. Məhkəmə istintaqı zamanı elan olunmaqla tədqiq edilmiş “Şəxsi axtarış və götürmə aparılması haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, müvafiq istintaq hərəkəti zamanı Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barələrində şəxsi axtarış və götürmə aparılmışdır: -Təqsirləndirilən şəxs1 barəsində şəxsi axtarış və götürmə aparılmazdan əvvəl bu barədə tərtib olunmuş qərarla tanış edilmiş, paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə təqdim etməsi ona təklif edilmişdir. Bundan sonra o, üzərində olan qara rəngli əl çantasının içərisindən 01 ədəd qara rəngli “Meizu” markalı mobil telefonu, 01 ədəd boz rəngli elektron tərəzini, 01 ədəd "xxxx" MMC-yə məxsus üzərində 055- ***-**-** yazısı olan sim kartını, 02 ədəd “Leobank”-a məxsus **********696714, **********677165 nömrəli, "xxxx" ASC-yə məxsus **********192650 nömrəli, "xxxx" ASC-yə məxsus **********043581 nömrəli, "xxxx" ASC-yə məxsus **********174037 nömrəli, ümumilikdə 05 ədəd bank kartlarını, 01 ədəd içərisində ağ sellofana bükülmüş içərisində ağ rəngli, spesifik iyə malik, kristal şəkilli maddənin (metamfetamin) və 02 ədəd şəffaf sellofana bükülmüş, içərisində qəhvəyi rəngli, spesifik iyə malik, toz şəkilli maddə heroinin olduğu sarı qutunu təqdim etmiş, sorğu zamanı Təqsirləndirilən şəxs1 üzərində aşkarlanmış narkotik vasitə heroini və psixotrop maddə metamfetamini xx.xx.2023-cü il tarixdə günorta saatlarında Bakı şəhəri, Yasamal rayonunda yerləşən “Sovetski” adlanan ərazidə adını bilmədiyi, lakin üzdən tanıdığı şəxsdən şəxsi istifadəsi və satmaq məqsədilə əldə edib üzərində saxladığını bildirmişdir. -Təqsirləndirilən şəxs2 barəsində şəxsi axtarış və götürmə aparılmazdan əvvəl bu barədə tərtib olunmuş qərarla tanış edilmiş, paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə təqdim etməsi ona təklif edilmişdir. Bundan sonra o, əynində olan göy rəngli cins şalvarının cibindən 01 ədəd ağ kağıza bükülmüş bükümü, 02 ədəd qara rəngli “LG” və “Samsung” markalı mobil telefonları, 01 ədəd üzərində “Chevrolet” yazısı olan açarı təqdim etmiş, sorğu zamanı Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilmiş bükümün içərisində psixotrop maddə metamfetamin olduğunu, həmin metamfetamini xx.xx.2023-cü il tarixdə günorta saatlarında şəxsi istifadəsi üçün Bakı şəhəri, Yasamal bazarı adlanan yerdə adını bilmədiyi, lakin üzdən tanıdığı şəxsdən şəxsi istifadəsi üçün əldə etdiyini bildirmişdir. -Təqsirləndirilən şəxs1 üzərindən aşkar olunmuş 01 ədəd elektron tərəzi, 03 ədəd sellofana bükülmüş bükümdə olan kütlə qablaşdırılmış və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “Zərflər üçün” 189 saylı möhürü ilə möhürlənib götürülmüşdür. -Təqsirləndirilən şəxs2 üzərindən aşkar olunmuş 01 ədəd ağ kağıza bükülmüş kütlə qablaşdırılaraq götürülmüşdür. -Təqsirləndirilən şəxs1 üzərindən aşkar olunaraq götürülmüş 05 ədəd bank kartı, 01 ədəd mobil nömrə, 01 ədəd “Meizo” markalı mobil telefon, Təqsirləndirilən şəxs2 üzərindən aşkar olunaraq götürülmüş 02 ədəd qara rəngli “LG” və “Samsung” markalı mobil telefonlar və 01 ədəd “Chevrolet” markalı avtomobilə məxsus açar qablaşdırılaraq istintaqa təqdim edilməsi üçün götürülmüşdür. (Cild 1, iş vərəqi 79-82)

6. Məhkəmə istintaqı zamanı elan olunmaqla tədqiq edilmiş Məhkəmə kimyəvi ekspertizasının xx.xx.2023-cü il tarixli, 3-16-16/2-6/3751 saylı rəyində aşağıdakılar göstərilmişdir: -Tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №189” dairəvi möhür əksi, “şübhəli Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilmiş büküm Təqsirləndirilən şəxs2 (imza)” yazısı və imzalar olan zərfdəki 1 (bir) ədəd bükümdə təmiz çəkisi 2,281 qram ağ rəngli kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş siyahılara əsasən, metamfetamin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”-in siyahısına (Siyahı İ) daxildir. Qeyd: Metamfetaminin təmiz çəkisi 2,281 qram olmuş, 0,1 qram tədqiqata sərf edildikdən sonra 2,181 qram qalıq qalmışdır. (Cild 1, iş vərəqi 95-97)

7. Məhkəmə istintaqı zamanı elan olunmaqla tədqiq edilmiş Məhkəmə kimyəvi ekspertizasının xx.xx.2023-cü il tarixli, 3-16-16/2-6/3752 saylı rəyində aşağıdakılar göstərilmişdir: -Tədqiqata təqdim edilmiş üzərində “Şübhəli Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilmiş bükümlər...” və s. soyadlar, imzalar olan zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi 0,843 qram ağ rəngli kristalşəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir; 02 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,119 qram və 0,201 qram, ümumilikdə təmiz çəkiləri 0,320 qram qəhvəyi rəngli maddə kütlələri kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir; 02 bükümdəki heroin kütlələri kimyəvi komponent tərkibinə görə öz aralarında eynilik təşkil edirlər. -üzərində “Şübhəli Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilmiş elektron tərəzi...” və s. soyadlar, imzalar olan zərfdəki elektron tərəzinin səthində heroinin izləri müəyyən edildi. Elektron tərəzinin səthində heroin iz şəklində olduğundan təmiz çəkisinin müəyyən edilməsi və eyniləşdirmə üzrə tədqiqatın aparılması mümkün olmadı. 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş siyahılara əsasən, heroin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ), Metamfetamin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”-in siyahısına (Siyahı İ) daxildir. Qeyd: Heroinin ümumi təmiz çəkisi 0,320 qram olmuş, 0,1 qram tədqiqata sərf edildikdən sonra 0,220 qram qalıq qalmışdır. Metamfetaminin təmiz çəkisi 0,843 qram olmuş, 0,05 qram tədqiqata sərf edildikdən sonra 0,793 qram qalıq qalmışdır. Aparılmış ekspertiza tədqiqatının dəyəri 110 (bir yüz on) manat təşkil edir. (Cild 1, iş vərəqi 100-102)

8. Məhkəmə istintaqı zamanı elan olunmaqla tədqiq edilmiş Materialların məhkəmə ekspertizasının xx.xx.2023-cü il tarixli, 3-16-16/2-6/6392 saylı rəyində aşağıdakılar göstərilmişdir: -Tədqiqata təqdim edilmiş üzərində AR ƏN MEM-nin Tədqiqat Obyekti № 60”-li ştamp əksi olan paketdəki vət. Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilərək götürülmüş 01 (bir) ədəd bükümdə olan metamfetamin, üzərində AR ƏN MEM-nin “Tədqiqat Obyekti № 59”-li ştamp əksi olan paketdə, vət. Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilərək götürülmüş 01 (bir) ədəd bükümdəki metamfetaminlə xarici əlamətlərinə və kimyəvi komponent tərkibinə görə eynidir. -İlkin tədqiqat zamanı vət. Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilərək götürülmüş metamfetaminin təmiz çəkisi 12 iyul 2023-cü il tarixli, 6/3752 saylı, Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilərək götürülmüş metamfetaminin təmiz çəkisi 12 iyul 2023-cü il tarixli, 6/3751 saylı ekspert rəylərində göstərilmişdir. Qeyd: Təqsirləndirilən şəxs2: Metamfetaminin təmiz çəkisi 2,181 qram olmuş, 0,02 qram tədqiqata sərf edildikdən sonra 2,161 qram qalıq qalmışdır. Təqsirləndirilən şəxs1: Metamfetaminin təmiz çəkisi 0,793 qram olmuş, 0,02 qram tədqiqata sərf edildikdən sonra 0,773 qram qalıq qalmışdır. Aparılmış ekspertiza tədqiqatının dəyəri 114 (bir yüz on dörd) manat təşkil edir. (Cild 2, iş vərəqi 107-109)

9. Məhkəmə istintaqı zamanı elan olunmaqla tədqiq edilmiş Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 21-ci Polis Bölməsinin xx.xx.2023-cü il tarixli, 53-1/2-6675 nömrəli məktubundan görünür ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 üzərlərindən aşkarlanmış narkotik vasitə və psixotrop maddə metamfetamini hansı mənbədən əldə etmələrini müəyyən etmək mümkün olmamışdır. Həmçinin əməliyyat tapşırığında göstərilən digər xüsusatlar üzrə müvafiq əməliyyat tədbirləri həyata keçirilmiş, məxfi agentlər təlimatlandırılmış və müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğuldur və hər iki şəxs əlbir olaraq narkotik vasitə və psixotrop maddələrin satışını həyata keçirməklə bağlı razılaşmışlar. (Cild 1, iş vərəqi 197)

10. Məhkəmə istintaqı zamanı elan olunmaqla tədqiq edilmiş “Baxış keçirilməsi haqqında” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, müvafiq istintaq hərəkəti zamanı Təqsirləndirilən şəxs2 üzərindən aşkar olunmuş “LG” markalı mobil telefona baxış keçirilən zaman “mesajlar” bölməsində Təqsirləndirilən şəxs2 mobil telefon nömrəsinə “Gunel” adı ilə qeyd edilən şəxs tərəfindən “Mənəm Günel. Gəl görüşək götürəcəm kola da patıda edərik. Sənidə lomkadan çıxardım” məzmunlu mesaj göndərilməsi müəyyən olunmuş, mobil telefona baxış keçirilən zaman iş üçün başqa əhəmiyyət kəsb edən hər hansı bir məlumat aşkar olunmamışdır. Bundan başqa, Təqsirləndirilən şəxs2 üzərindən aşkar olunmuş “Samsung A52” markalı mobil telefona baxış keçirilən zaman “mesajlar” bölməsində Təqsirləndirilən şəxs2 mobil telefon nömrəsinə “Raufdu” adı ilə qeyd edilən şəxs tərəfindən “Zaur qardasım neynirsen Zaur g.. gunundeyem yasamaldayam 2 saat isimi qurtaruram qardasımsan hal hazırda pulum yixdu amma benzinim var imkan olar gorusey 10 l verim benzin sene basımızı acaq basımın ağrısınnan valla diyana bilmirem”, “Salex” adı ilə qeyd edilən şəxs tərəfindən “Gelim meni bitike sevindirde nolar”, “Kasi” adı ilə qeyd edilən şəxs tərəfindən “Ama sen anancanı olmasa eger emi goturersende cekey”, “yetim sen mamacanı alınsa biraz emit Getirersende cekey p cekmisem sen ol gic olmusam pis sixir meni”, “3ne emi vermeliyik 4ne lili, 10 manat pul almısam, 5ne dizel vurduq”, “Anar Kub” adı ilə qeyd edilən şəxs tərəfindən “Qaqa gelirsenmi s....m o cırıgın agzını vereceyi patıyada soxum gelmirsense de bilim” məzmunda mesajların göndərilməsi müəyyən olunmuş, mobil telefona baxış keçirilən zaman iş üçün başqa əhəmiyyət kəsb edən hər hansı bir məlumat aşkarlanmamışdır. (Cild 2, iş vərəqi 63-67)

11. Məhkəmə istintaqı zamanı elan olunmaqla tədqiq edilmiş “Baxış keçirilməsi haqqında” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, müvafiq istintaq hərəkəti zamanı Təqsirləndirilən şəxs1 üzərindən aşkar olunmuş “Meizu” markalı mobil telefona baxış keçirilən zaman “mesajlar” bölməsində Təqsirləndirilən şəxs1 mobil telefon nömrəsinə “GuskA” adı ilə qeyd edilən şəxs tərəfindən “10 m verecem senen mene dasda verersen k da verersen saba vezyetden cxaq”, “İntiresni” adı ilə qeyd edilən şəxs tərəfindən “Gune 10 qram Mal satirsan senden artıq pul istiyirem Men”, “Sen nece siyapur gedesen O gun getrib sene Cola qoydum ki ozuve gelesen. Hansıki kecen defe Muradgilde olanda sen Colani cibivin dalinda gizleden oglansan senin hara geder oldugunu Men gordum”, “Sen daha ish yerinde Mal sata bilmeyeceysen”, “KasKa” adı ilə qeyd edilən şəxs tərəfindən “Menimde qutarıb kolam, gedrem goturem 40dey gozdiyirsense karti atim pulu at ora senede goturum” məzmunda mesajlar göndərilməsi müəyyən olunmuş, mobil telefona baxış keçirilən zaman iş üçün başqa əhəmiyyət kəsb edən hər hansı bir məlumat aşkarlanmamışdır. (Cild 2, iş vərəqi 68-71)

12. Məhkəmədə Şahid1 məhkəməyədək icraat zamanı verdiyi ifadələri ilə oxşar məzmunlu ifadə verərək göstərmişdir ki, o, həmin dövrdə Nəsimi Rayon Polis İdarəsinin 21-ci Polis Bölməsinin əməliyyat müvəkkili vəzifəsində işləməklə, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əvvəllər tanımamış, aralarında ədavət və düşmənçilik olmamışdır. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 narkotik tərkibli maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuş, həmin əməliyyat məlumatı əsasında əməliyyat qrupu yaradılmış, Bakı şəhəri Baş Polis İdarəsinin Kiber X4 şöbəsinin əməkdaşıları ilə birgə 11 iyul 2023-cü il tarixdə, saat 22:40 radələrində keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Rüstəm küçəsinin yaxınlığında saxlanılaraq Nəsimi Rayon Polis İdarəsinin 21-ci Polis Bölməsinə dəvət edilmiş, həmin polis bölməsində təhqiqatçı tərəfindən videoçəkiliş vasitəsilə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 üzərlərinə şəxsi axtarış və götürmə istintaq hərəkəti həyata keçirilmiş, müvafiq istintaq hərəkəti zamanı Təqsirləndirilən şəxs1 üzərindən 02 ədəd bükümdə narkotik vasitə heroinə bənzər kütlə, 01 ədəd bükümdə psixotrop maddə metamfetaminə bənzər kütlə və 01 ədəd elektron tərəzi, Təqsirləndirilən şəxs2 üzərindən isə 01 ədəd bükümdə psixotrop maddə metamfetaminə bənzər kütlə aşkar olunaraq təhqiqatçı tərəfindən qablaşdırılaraq götürülmüşdür. Şahid1 məhkəmədə həmçinin bildirmişdir ki, əməliyyat qrupunun tərkibinə ondan başqa Nəsimi Rayon Polis İdarəsinin 21-ci Polis Bölməsinin əməkdaşı Şahid2 və Bakı şəhəri Baş Polis İdarəsinin əməkdaşları Şahid3la Şahid4 daxil olmuş, saxlanılan vaxt təqsirləndirilən şəxslərin yanında başqa şəxs olmamış, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 polis əməkdaşlarına qarşı müqavimət göstərməmiş, polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qarşı heç bir zorakılıq hərəkətləri edilməmiş, o, ***-***-**-** saylı mobil nömrəni istifadə etmiş, həmin mobil nömrə onun adına olmuş, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 saxlayan zaman da həmin mobil nömrəni istifadə etmiş, əməliyyat məlumatı həm Bakı şəhəri Baş Polis İdarəsinə, həm də ona təqsirləndirilən şəxslərin saxlanıldığı tarixdə daxil olmuş, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 narkotik tərkibli maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əvvəllər əməliyyat məlumatı olmamış, Təqsirləndirilən şəxs1 aşkarlanmış elektron tərəzini narkotik tərkibli maddələrin satışında istifadə etdiyini bildirmiş, videoçəkilişdə nümayiş etdirilməsi üçün Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 heç nə təqdim edilməmiş, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 aşkar olunmuş narkotik tərkibli maddələrin özlərinə məxsus olduğunu etiraf etmiş, o, ibtidai istintaq zamanı verdiyi ifadəni təsdiqləmişdir.

13. Məhkəmədə dindirilmiş şahidlər Şahid2, Şahid4 və Şahid3 Şahid1 məhkəmədə verdiyi ifadəsinə əsasən oxşar məzmunda ifadə verməklə təqsirləndirilən şəxslərə qarşı fiziki və psixi zorakılıq olmadığını, təqsirləndirilən şəxslərə videoçəkilişdə nümayiş etdirilməsi hər hansısa kütlə təqdim edilmədiyini, təqsirləndirilən şəxslərin üzərindən cinayət işinin materiallarında qeyd olunan narkotik tərkibli maddə və digər əşyaların aşkarlandığını bildirmişdir.

14. Məhkəmə istintaqı zamanı elan olunmaqla tədqiq edilmiş Məhkəmə-narkoloji ekspertizasının xx.xx.2023-cü il tarixli, 6929 nömrəli rəyinə əsasən, müayinə zamanı Təqsirləndirilən şəxs1 kannabinoidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunsa da, müayinə zamanı abstinensiya, intoksikasiya əlamətlərinin olmaması, öz vəziyyətinə tənqidi münasibətinin olması ilə əlaqədar onun narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur və ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülmüşdür. (Cild 1, iş vərəqi 230-231)

15. Məhkəmə istintaqı zamanı elan olunmaqla tədqiq edilmiş Məhkəmə-narkoloji ekspertizasının xx.xx.2023-cü il tarixli, 7320 nömrəli rəyinə əsasən, müayinə zamanı Təqsirləndirilən şəxs2 kannabinoidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunsa da, müayinə zamanı abstinensiya, intoksikasiya əlamətlərinin olmaması, öz vəziyyətinə tənqidi münasibəti olması ilə əlaqədar onun narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur və ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülmüşdür. (Cild 2, iş vərəqi 104-105)

16. Məhkəmə istintaqı zamanı elan olunmaqla tədqiq edilmiş Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin 2 nömrəli X2 xx.xx.2024-cü il tarixli, 1/434 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Kamil oğlu son 10 ildə stasionar üçün həmin xəstəxanaya müraciət etməmişlər. (Cild 2, iş vərəqi 124)

17. Məhkəmə istintaqı zamanı elan olunmaqla tədqiq edilmiş xx.xx.2024-cü il tarixli “Sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 narkotik vasitəni və psixotrop maddəni əldə etdikləri mənbənin müəyyən edilməsi məqsədilə CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə ayrıca cinayət işinin icraata ayrılması qərara alınmış, Təqsirləndirilən şəxs2 üzərindən aşkar olunaraq götürülmüş 2,281 qram psixotrop maddə metamfetamin, Təqsirləndirilən şəxs1 üzərindən aşkar olunaraq götürülmüş 0,320 qram narkotik vasitə heroin, 0,843 qram psixotrop maddə metamfetamin, 01 ədəd elektron tərəzi, Təqsirləndirilən şəxs1 götürülmüş 01 ədəd “Meizu” markalı mobil telefon, Təqsirləndirilən şəxs2 götürülmüş 01 ədəd “LG” markalı və 01 ədəd “Samsung” markalı mobil telefonlar maddi sübut qismində tanınaraq, narkotik vasitə heroinin ekspertiza tədqiqatından sonrakı 0,220 qram qalığı, psixotrop maddə metamfetaminin ekspertiza tədqiqatından sonrakı 2,161 qram və 0,773 qram qalıqları, 01 ədəd elektron tərəzi və 03 ədəd mobil telefon saxlanılması üçün Nəsimi Rayon Polis İdarəsinin Maddi sübutları saxlama yerinə təhvil verilmiş, təqsirləndirilən şəxslərin, şahidlərin ifadələri, “Şəxsi axtarış və götürmə aparılması haqqında” protokola əlavə edilmiş 01 ədəd DVD disk, istintaq hərəkətlərinin protokolları, ekspertiza rəyləri və digər istintaq sənədləri sübut növü kimi qiymətləndirilmişdir. (Cild 2, iş vərəqi 127-139)

18. Məhkəmə istintaqı zamanı elan olunmaqla tədqiq edilmiş xx.xx.2023-cü il tarixli Təqsirləndirilən şəxslərə yenidən ittiham elan etmək haqqında qərarlara əsasən, həmin tarixdə Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə, onlara həmin maddələrlə ittiham elan edilmişdir. (Cild 2, iş vərəqi 146-147; 161-162)

Təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürdüyü və müdafiə tərəfinin vəsatəti əsasında əldə edilmiş sübutlar aşağıdakılardır:

19. Təqsirləndirilən şəxs1 məhkəmə baxışında Cinayət Məcəlləsinin 234.4.1-ci və 234.4.3-cü maddələri ilə ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək göstərmişdir ki, Təqsirləndirilən şəxs2 11 iyul 2023-cü il tarixdə ona zəng edərək birlikdə paltar almağa getməyi təklif etmiş, həmin gün saat 18 radələrində Təqsirləndirilən şəxs2 onu öz şəxsi avtomobili ilə gəlib işdən götürdükdən sonra onlar “Azadlıq” prospektinə tərəf yollanmış, orada yerləşən paltar mağazasında xoşlarına gələn paltar tapa bilmədiklərindən evə qayıtmaq qərarına gəlmişlər. Təqsirləndirilən şəxs2 məxsus avtomobilin yanına gəldikdə orada polis əməkdaşlarının olduğunu görmüş, həmin polis əməkdaşları onları saxlayıb Nəsimi Rayon Polis İdarəsinin 21-ci Polis Bölməsinə aparmış, orada onları ayrıayrı otaqlara keçirmişlər. Polis əməkdaşları onun üzərinə və əlindəki çantasına baxış keçirən zaman 01 ədəd bükümdə heroin və 01 ədəd elektron tərəzi aşkar etmişlər. Ona həmin tərəzi vasitəsilə narkotik tərkibli maddəni satıb-satmadığına dair suallar verilmişdir. O, tibb qardaşı kimi fəaliyyət göstərmiş, lakin bununla paralel əlavə gəlir üçün gümüş, qızıl satmaqla məşğul olmuşdur. Üzərindən aşkar olunan elektron tərəzidən də qızıl-zinət əşyalarının çəkilməsi məqsədilə istifadə etmişdir. O, ara-bir narkotik tərkibli maddə istifadə etsə də, heç vaxt narkotik tərkibli maddələrin satışı ilə məşğul olmamışdır. Polis əməkdaşları tərəfindən ona psixi və fiziki təzyiq olunmuş, hədə qorxu və şantaja məruz qalmışdır. Polis əməkdaşları ona təzyiq göstərərək razılaşmadığı təqdirdə evindən tonlarla narkotik tərkibli maddə çıxaracaqlarını söyləmişlər. Yaşlı anasının olması və belə bir hadisənin onun anasının ürəyinin dayanmasına gətirib çıxaracağını düşündüyündən polis əməkdaşları tərəfindən ona verilmiş ittihamla razılaşmalı olmuşdur. Təqsirləndirilən şəxs1 məhkəmədə həmçinin bilirmişdir ki, üzərində 01 ədəd bükümdə heroin olmuş, həmin narkotik tərkibli maddəni 1 ay əvvəl toyda olarkən 1 nəfər tanışından almış, Təqsirləndirilən şəxs2 narkotik tərkibli maddə istifadəçisi olub-olmadığını bilməmiş, Təqsirləndirilən şəxs2 üzərində narkotik tərkibli maddə daşıyıb-daşımadığına dair heç bir məlumatı olmamış, arabir narkotik tərkibli maddədən istifadə etmiş, lakin heç vaxt Təqsirləndirilən şəxs2lə birlikdə narkotik tərkibli maddədən istifadə etməmiş, saxlanılmamışdan əvvəl 3 aya yaxın Təqsirləndirilən şəxs2 Göyçay rayonunda olmuş, həmin vaxt ərzində 3-4 dəfə mobil telefon vasitəsilə Təqsirləndirilən şəxs2lə danışsa da, heç vaxt görüşməmiş, satdığı bütün gümüşləri dəftərinə qeyd etmiş, səhv etmirsə, həmin dəftər də çantasında olmuş, gümüşləri Sədərəkdən, Binədən, “28 May” metrostansiyasının yaxınlığında yerləşən mağazalardan almışdır.

20. Təqsirləndirilən şəxs2 məhkəmə baxışında Cinayət Məcəlləsinin 234.4.1-ci və 234.4.3-cü maddələri ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək göstərmişdir ki, başqa bir cinayət işi üzrə baş vermiş bir hadisə ilə əlaqədar bir şəxslə mobil telefonla danışdığı üçün Bakı şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən axtarılmış, Təqsirləndirilən şəxs1 onun sinif yoldaşı olmuş, Təqsirləndirilən şəxs1la telefonla danışaraq paltar almaq üçün görüşməyə razılaşmışdır. 11 iyul 2023-cü il tarixdə, saat 20:00 radələrində Təqsirləndirilən şəxs1 işlədiyi yerə getmiş, avtomobildə onu gözləmiş, İlqar onun avtomobilinə yaxınlaşan zaman Bakı şəhər Baş Polis İdarəsinin 3 nəfər əməkdaşı onlara yaxınlaşıb polis əməkdaşları olduqlarını bildirmiş, üzərinə və avtomobilinə baxış keçirdikdən sonra onlara ən yaxın polis bölməsinin Nəsimi Rayon Polis İdarəsinin 21-ci Polis Bölməsi olduğunu bildirib, orada ondan izahat almalı olduqlarını dedikdən sonra həmin polis bölməsinə aparılmışlar. Həmin polis bölməsində polis əməkdaşları ona təqdim etdikləri narkotik tərkibli maddəni videoçəkilişdə nümayiş etdirməzsə, Təqsirləndirilən şəxs1 tutacaqlarını bildirmiş, əgər təqdim edərsə, hər ikisinin də buraxılacağı deyildiyindən, o, razılaşmış və videoçəkilişdə ona verilən psixotrop maddə metamfetamini nümayiş etdirmişdir. Təqsirləndirilən şəxs2 məhkəmədə həmçinin bildirmişdir ki, elan olunmuş ittihamla razı olmamış, saxlanıldığı yerdə təhlükəsiz şəhər kameraları mövcud olmuş, saxlanılan vaxt Təqsirləndirilən şəxs1 hər hansısa qanunsuz maddə aşkarlanıb-aşkarlanmadığını bilməmiş, onun üzərində mobil telefon olmuş, həmin mobil telefona polis əməkdaşları tərəfindən baxış keçirimiş, əhəmiyyətli heç nə aşkarlanmamış, ibtidai istintaqda verdiyi ifadəni müstəntiq həmin sənədləri ona məhkəməyə çıxmazdan əvvəl təcili imzalatdığı üçün təsdiq etməmiş, ona qarşı heç bir zorakılıq hərəkətləri edilməmiş, lakin həm onu, həm də Təqsirləndirilən şəxs1 buraxacaqlarını dedikləri üçün polis əməkdaşları ilə razlaşıb təqdim olunmuş narkotik tərkibli maddəni nümayiş etdirmiş, Nəsimi Rayon Məhkəməsində olarkən müstəntiq ona təqdim etdiyi sənədləri təcili imzalamalı olduğunu, şəxsi istehlak miqdarında olduğundan həmin narkotik tərkibli maddə ilə heç kimin həbs olunmadığını bildirmiş, məhkəmədə verdiyi ifadəni təsdiq etmiş, ibtidai istintaqda verdiyi ifadəni təsdiq etməmiş, videoçəkilişdə nümayiş etdirdiyi narkotik tərkibli maddə tərəzidə çəkilməmiş, Təqsirləndirilən şəxs1 ilə arasında narkotik tərkibli maddə ilə bağlı heç bir söhbət olmamış, o, İlqarın cibində nə olduğunu, İlqar da onun cibində nə olduğunu bilməmiş, müstəntiq onu barəsində olan cinayət işinin materialları ilə tanış etməmiş, ilk dəfə Nəsimi Rayon Məhkəməsində müstəntiqin çıxışı vaxtı barəsində olan cinayət işinin nədən ibarət olduğunu bilmiş, sonradan Təqsirləndirilən şəxs1 cibindən nə aşkar olunduğu ona məlum olmuş, Təqsirləndirilən şəxs1 narkotik tərkibli maddə istifadə etməsi barədə onda heç vaxt məlumat olmamış, o, narkotik vasitə olan marixuanadan istifadə etmiş, heç vaxt narkotik vasitə olan heroindən istifadə etməmiş və heç vaxt heroin görməmişdir.

21. Məhkəmədə müdafiə tərəfinin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş X11 ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxslərdən Təqsirləndirilən şəxs1 tanımaqla təqsirləndirilən şəxslərlə arasında ədavət və düşmənçilik olmamışdır. O, “28 May” metrostansiyasının yaxınlığında yerləşən ərazidə Bakı şəhəri, Nəsimi rayonu, ünvan 10 ünvanında gümüş alıb-satmaqla məşğul olur. Təqsirləndirilən şəxs1 ondan 5-6 dəfə gümüş almışdır. Şahid X11 həmçinin bildirmişdir ki, o, nağd şəkildə və ya nisyə qaydada gümüş alıb-satmış, Təqsirləndirilən şəxs1 tərəzisi, qeyd dəftərçəsi olmuş, həmin dəftərçənin içərisinə nə qeyd etdiyini bilməmiş, Təqsirləndirilən şəxs1 ondan 5-6 dəfə gümüş almış, gümüşün qiyməti hər an dəyişdiyindən gümüşü hansı qiymətə İlqara satdığını xatırlamamış, ondan gümüş alan şəxslərin çoxu üzərində tərəzi daşımış, Təqsirləndirilən şəxs1 tərəzisinin quruluşunu xatırlamamış, onun da vitrində gümüş satarkən istifadə etdiyi tərəzisi olmuş, həmişə satdığı gümüşləri öz tərəzisində də ölçmüş, mağazada istifadə etdiyindən tərəzini üzərində daşımamış, Təqsirləndirilən şəxs1 sonuncu dəfə ondan təxminən 1 il 6 ay əvvəl gümüş almışdır.

22. Məhkəmədə müdafiə tərəfinin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş X7 ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxslərdən Təqsirləndirilən şəxs1 iş yoldaşı kimi tanımaqla təqsirləndirilən şəxslərlə arasında ədavət və düşmənçilik olmamışdır. O, təxminən 24 ildir ki, 2 saylı psixiatrik xəstəxanada xadimə işləyir. Təqsirləndirilən şəxs1 isə təxminən 10 ildir ki, həmin xəstəxanada işləmiş, Təqsirləndirilən şəxs1 heç vaxt işə alkoqollu içki və ya narkotik tərkibli maddə qəbul etməklə sərxoş vəziyyətdə gəlməmiş, Təqsirləndirilən şəxs1 gümüş satmaqla da məşğul olmuş, Təqsirləndirilən şəxs1 2-3 dəfə özü və nəvəsi üçün gümüş almış, barmağındakı üzüyü də Təqsirləndirilən şəxs1 almış, Təqsirləndirilən şəxs1 balaca tərəzisi olmuş, gümüşləri həmin tərəzidə ölçməklə ona satmış, sonuncu dəfə təxminən 2 il əvvəl Təqsirləndirilən şəxs1 gümüş almışdır.

23. Məhkəmədə müdafiə tərəfinin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxslərdən Təqsirləndirilən şəxs1 iş yoldaşı kimi tanımaqla təqsirləndirilən şəxslərlə arasında ədavət və düşmənçilik olmamışdır. Təqsirləndirilən şəxs1 onun iş yoldaşı olmaqla aralarındakı münasibət normal olmuşdur. Təqsirləndirilən şəxs1 narkotik tərkibli maddə qəbul etməsini, kiməsə satmasını görməmiş, Təqsirləndirilən şəxs1 işdən kənar gümüş alğı-satqısı ilə məşğul olmasını bilmiş, o, heç vaxt narkotik tərkibli maddə görməmiş, Təqsirləndirilən şəxs1 narkotik tərkibli maddə qəbul edib-etməməsini bilməmiş, Təqsirləndirilən şəxs1la mobil telefon vasitəsilə əlaqə saxlamış, ***-***-**-** və ***-***-**-** saylı mobil nömrələr ona məxsus olmuşdur. O, Təqsirləndirilən şəxs1 mesaj yazmış, sonuncu gümüş alğı-satqısı ilə məşğul olmuş, o isə gümüş alğı-satqısı ilə məşğul olmamış, Təqsirləndirilən şəxs1 ailə üzvlərinə gümüş almaq istəsə də, sonuncu həmin gümüşləri ona təhvil verməmiş, onların işlədiyi müəssisədə işləyərkən işçilər mobil telefonlarını paltar dəyişmə otağında qoymuş, iş yerində iş qrafiki 12 saatlıq və ya 24 saatlıq olmuş, iş vaxtında işçilərin mobil telefondan istifadə etməsinə icazə verilməmiş, onun mobil telefonu oğurlanmamış, soyunma otağına ondan başqa digər işçilər də girib-çıxmış, məhkəmə iclasında elan olunan məzmunda mesajlarla hər hansı əlaqəsi olmamış, lakin mesajların göndərildiyi mobil nömrə ona məxsus olmuşdur. O, Təqsirləndirilən şəxs1la yalnız iş barəsində danışmış və yazışmış, o, içki məclislərində belə əyləşməmiş, heç vaxt narkotik tərkibli maddə istifadə etməmişdir. O, Təqsirləndirilən şəxs1 narkotik tərkibli maddə qəbul edib-etmədiyini bilməmiş, ola bilər ki, kimsə onun yerinə həmin mesajları yazmış, “Apple” markalı mobil telefondan istifadə etmiş, onun mobil telefonu heç vaxt kiliddə olmamış, onun mobil telefonunu ondan başqa heç kim istifadə etməmiş, o, “Whatsapp” mobil tətbiqindən istifadə etmişdir.

24. Məhkəmə istintaqı zamanı elan olunmaqla tədqiq edilmiş AZ-İİ 433186 nömrəli “Doğum haqqında şəhadətnamə”-nin kserosurətindən görünür ki, Təqsirləndirilən şəxs2 himayəsində xx.xx.2010-cu il təvəllüdlü 1 yetkinlik yaşına çatmayan uşaq vardır.

25. Məhkəmə istintaqı zamanı elan olunmaqla tədqiq edilmiş Bakı şəhəri İcra Hakimiyyətinin Bakı şəhər Mənzil-Kommunal Təsərrüfatı Birliyinin 25 saylı Mənzil- Kommunal İstismar Sahəsinin xx.xx.2024-cü il tarixli, 11 nömrəli xasiyyətnamədən görünür ki, X12 müsbət xarakterizə edilmişdir.

26. Məhkəmə istintaqı zamanı elan olunmaqla tədqiq edilmiş Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İsitintaq Təcridxanasından daxil olmuş xx.xx.2024-cü il tarixli, 3-16-17/40/2-6182/2024 nömrəli məktubdan və ona əlavə edilmiş Təqsirləndirilən şəxs1 tibbi kitabçasının kserosurətindən görünür ki, Təqsirləndirilən şəxs1 xx.xx.2023-cü il tarixdə Bakı İstintaq Təcridxanasına gətirilmiş, ilkin tibbi müayinədən keçirilərək adına tibbi kitabça açılmış, sorğu zamanı xəsarət almadığını bildirmiş, bədəninə keçirilən baxış zamanı sağ saiddə çoxsaylı kiçikölçülü köhnə çapıqlar aşkar edilmişdir.

27. Məhkəmə istintaqı zamanı elan olunmaqla tədqiq edilmiş Bakı şəhəri İcra Hakimiyyətinin Mənzil-Kommunal Təsərrüfatı Departamentinin 2 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyinin rəisi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 müsbət xarakterizə edilmişdir.

28. Məhkəmə istintaqı zamanı elan olunmaqla tədqiq edilmiş Bakı şəhəri Nəsimi Rayon Prokurorluğundan daxil olmuş xx.xx.2024-cü il tarixli, 2-2/315/2-139680/2024 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs1 fiziki və ya psixi zorakılıq edilməsi barədə həmin rayon prokurorluğuna məlumat daxil olmamış, qeyd olunan məzmunda rayon prokurorluğunda hər hansı araşdırma aparılmamışdır.

29. Məhkəmə istintaqı zamanı elan olunmaqla tədqiq edilmiş "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli, 26765 nömrəli məktubundan görünür ki, Şahid2 aid ***-***-**-** saylı mobil nömrənin xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək "xxxx" şəbəkəsində istifadəsi aşkarlanmamışdır. Mobil nömrə xx.xx.2024-cü il tarixdə aktiv edilmişdir.

30. Məhkəmə istintaqı zamanı elan olunmaqla tədqiq edilmiş "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli, BKC/LGL-18610/24 nömrəli məktubu və ona əlavə edilmiş diskdəki məlumatlardan görünür ki, Təqsirləndirilən şəxs1 aid ***-***-**-** saylı mobil nömrə, Təqsirləndirilən şəxs2 aid ***-***-**-** saylı mobil nömrə xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək "xxxx" şəbəkəsində istifadə edilməmişdir. Şahid2 aid ***-***-**-** saylı mobil nömrəyə dair anten məlumatları xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək Gədəbəy rayonunu göstərmişdir.

31. Məhkəmə istintaqı zamanı elan olunmaqla tədqiq edilmiş "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli, AZF/LGL-12011/24 nömrəli məktubu və ona əlavə edilmiş diskdəki məlumatdan görünür ki, Şahid1 aid ***-***-**-** saylı mobil nömrə xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək "xxxx" şəbəkəsində istifadə edilməmişdir. Təqsirləndirilən şəxs1 aid ***-***-**-** saylı mobil nömrənin əhatə dairəsinə dair son məlumat xx.xx.2023-cü il tarixə aiddir.

32. Məhkəmə istintaqı zamanı elan olunmaqla tədqiq edilmiş "xxxx" MMC-nin xx.xx.2025-ci il tarixli, 3557 nömrəli məktubu və ona əlavə edilmiş diskdəki məlumatdan görünür ki, ***-***-**-** saylı mobil nömrə X1 məxsusdur.

33. Məhkəmə istintaqı zamanı elan olunmaqla tədqiq edilmiş "xxxx" MMC-nin xx.xx.2025-ci il tarixli, AZF/LGL-167/25 nömrəli məktubu və ona əlavə edilmiş diskdəki məlumatdan görünür ki, ***-***-**-** saylı mobil nömrə Şahid5 məxsusdur. Hüquqi məsələlər:

Azərbaycan Respublikasının Cinayət Məcəlləsi:

34. CM-in 234.4.1-ci və 234.4.3-cü maddələrinə əsasən satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma; Narkotik vasitələrin və ya psixotrop maddələrin qanunsuz hazırlanmasında və emalında istifadə etmək məqsədi ilə prekursorları satma, yaxud prekursorları eyni məqsədlə xeyli miqdarda hazırlama, əldə etmə, saxlama, göndərmə və ya daşıma; Yetkinlik yaşına çatmayanlara qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma, habelə bu Məcəllənin 234.2-ci və 234.3-cü maddələrində nəzərdə tutulmuş əməlləri təhsil və ya tibb müəssisələrində, eləcə də cəzaçəkmə müəssisələrində yaxud həbs yerlərində törətmə qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən və yaxud külli miqdarda törədildikdə beş ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

35. Maddə 8.1. Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır.

36. Maddə 41.1. Cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir.

37. Maddə 41.2. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.

38. Maddə 56.1.2. Qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir.

39. Maddə 58.3. cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsiri nəzərə alınır.

40. Maddə 69.3. Hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır.

41. Maddə 15.4, 18.1, 83.3.3 və 83.6. Cinayət Məcəlləsi ilə qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi on iki ildən artıq olmayan əməllər ağır cinayətlər hesab olunur. Qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə, ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən altı il onların məhkumluğu ödənilmiş hesab olunur. Məhkumluğun ödənilməsi və ya götürülməsi məhkumluqla bağlı olan bütün hüquqi nəticələri ləğv edir.

Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsi:

42. Maddə 44.1. Məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır.

43. Maddə 124. İstintaq və məhkəmə hərəkətlərinin protokollarını, iş üzrə keçirilmiş ekspertiza rəylərini, maddi sübutlar və digər sənədləri sübut növləri kimi qəbul edilir.

44. Maddə 125.8. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə- Cinayət-Prosessual Məcəlləsi və ya CPM) tələblərinə riayət olunmaqla sübutlar əldə edildikdə, onların qəbul olunmasının yolverilməzliyinin əsaslandırılması mübahisə edən tərəfin üzərinə düşür.

45. Maddə 132. Məhkəmə yekun qərar çıxararkən maddi sübutlar barədə məsələni həll etməlidir.

46. Maddə 145. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir.

47. Maddə 158.2. Təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxildir.

48. Maddə 158.6. Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir.

49. Maddə 198.1. Bu Məcəllənin 197.1.1, 197.1.2, 197.1.4, 197.1.5-1–197.1.9cu maddələrində sadalanan məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş dövlət orqanının, fiziki, yaxud hüquqi şəxsin hesabına keçirilə bilər.

50. Maddə 349. Məhkəmə hökmü qanuni olmalıdır, yəni Azərbaycan Respublikası Konstitusiyasının, Cinayət-Prosesual Məcəlləsinin, Cinayət Məcəlləsinin və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarılmalıdır.

Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanunu:

51. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununa əsasən, narkotik vasitə heroinin təmiz halda 2 qram və ondan artıq miqdarı külli miqdar, psixotrop maddə metamfetaminin təmiz halda 2 qram və ondan artıq miqdarı külli miqdar hesab olunur.

“Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanunu

52. Maddə 1.0.1. narkotik vasitələr - BMT-nin 1961-ci il tarixli “Narkotik vasitələr haqqında” Vahid Konvensiyasında, 1971-ci il tarixli “Psixotrop maddələr haqqında” Konvensiyasında, 1988-ci il tarixli “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” Konvensiyasında, habelə Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş siyahılarda belə təsnif edilmiş sintetik və ya təbii mənşəli maddələr, onların preparatları, o cümlədən tərkibində narkotik maddələr olan bitkilərdir (onların hissələridir).

53. Maddə 1.0.2. psixotrop maddələr - BMT-nin 1971-ci il tarixli “Psixotrop maddələr haqqında” Konvensiyasında, 1988-ci il tarixli “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” Konvensiyasında, habelə Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş siyahılarda belə təsnif edilmiş sintetik və ya təbii mənşəli maddələr, onların preparatlarıdır.

54. Maddə 1.0.8. Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir.

55. Maddə 1.0.9. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir.

56. Maddə 1.0.10. Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması - məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir.

57. Maddə 1.0.11. Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 26 fevral tarixli 63 nömrəli qərarı ilə təsdiq edilmiş “İstintaq təcridxanalarının daxili intizam Qaydaları”

58. Həmin Qaydaların 5.7-ci bəndinə əsasən, istintaq təcridxanasının müdiriyyəti istintaq təcridxanasına gətirilmiş həbs edilmiş şəxsi qəbul etməli və aşağıdakı məlumatları qeydə almalıdır: 5.7.5. bənd. həbs edilmiş şəxsin üzərində müşahidə olunan hər hansı bədən xəsarətləri və onun istintaq təcridxanasına daxil olanadək məruz qaldığı hər hansı işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan rəftar barədə şikayəti. 21.8. bənd. İstintaq təcridxanasının müdiriyyəti həbs edilmiş şəxsdə prosessual hərəkətin keçirilməsindən əvvəl və sonra müşahidə olunan bədən xəsarətləri və prosessual hərəkət zamanı yol verilən hər hansı işgəncə və ya digər qəddar, qeyriinsani, yaxud ləyaqəti alçaldan rəftar barədə şikayətləri qeydə alır və Qanunda (“Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında” Qanun) nəzərdə tutulmuş qaydada tədbirlər görür.

Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2024-cü il tarixli 8 saylı Qərarı

59. Qərarın 9-cu bəndi. Məhkəmələrə tövsiyə edilir ki, CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır.

60. Qərarın 12-ci bəndi. Yalnız CM-in 234.2, 234.3 və 234.3-1-ci maddələrində göstərilən hərəkətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi CM-in 234.4.1-ci maddəsinin tərkibini yaratdığı üçün təqsirkar şəxsin narkotik vasitəni satanla və ya satış məqsədi olmadan əldə edənlə qabaqcadan əlbir olmasının dəqiq müəyyən edilməsi əməlin düzgün tövsifi üçün mühüm əhəmiyyət kəsb edir. Odur ki, digər şəxsin xahişi ilə (sonuncu üçün) və ya birgə istifadə üçün təqsirkarın (vasitəçinin) narkotik vasitə və ya psixotrop maddə, yaxud prekursoru alması əməli qiymətləndirilərkən təqsirkarın bu hərəkətləri kimin mənafeyinə (həmin maddələri satanın və ya alanın) uyğun etdiyi, həmin maddələri satan şəxslə onların satışı barədə əvvəlcədən razılığa gəlib-gəlməməsi, özünün bu maddələrin satışından mənfəət əldə edib-etməməsi araşdırılmalıdır. Belə razılığın və ya mənfəətin əldə edilməsi təsdiq edilmədiyi halda, digər şəxsin xahişi ilə və ya sonuncu ilə birlikdə satış məqsədi olmadan narkotik vasitə almış təqsirkarın əməli narkotiki satanla qabaqcadan əlbir olma və ya narkotik vasitəni satma kimi deyil, satış məqsədi olmadan narkotik vasitə əldə etmə kimi qiymətləndirilməlidir.

Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli Qərarı

61. Qərarın 25-ci bəndi (2-ci abzas). Cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən (şübhəli) şəxsin ifadəsinin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıb-yoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət veribverməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır.

62. Qərarın 26-cı bəndi. CPM-nin 125.8-ci maddəsinə əsasən, bu Məcəllənin tələblərinə riayət olunmaqla sübutlar əldə edildikdə, onların qəbul olunmasının yolverilməzliyinin əsaslandırılması mübahisə edən tərəfin üzərinə düşür. Həmin maddənin İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 3-cü maddəsinin tətbiqi məsələləri üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ilə qarşılıqlı əlaqələndirilməsindən görünür ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz.

Avropa Məhkəməsinin president hüququ:

63. Avropa Məhkəməsinin “Cənnətov Azərbaycana qarşı” işi (Jannatov v. Azerbaijan, № 32132/07, 31 iyul 2014-cü il, § 58) üzrə qərarında qeyd olunmuşdur ki, “...pis rəftar iddiaları müvafiq dəlillərlə dəstəklənməlidir. Dəlilləri qiymətləndirərkən məhkəmə “əsaslı şübhədən kənar” sübut standartı tətbiq edir. Belə sübut kifayət qədər güclü, aydın və uyğun gələn nəticələrin və ya təkzib olunmayan oxşar fakt prezumpsiyalarının birgə mövcudluğundan irəli gələ bilər”. Avropa Məhkəməsinin “Məmmədov və digərləri Azərbaycana qarşı” işi (Mammadov and others v. Azerbaijan, № 35423/07, 21 fevral 2019cu il, § 112) üzrə qərarında verilən təfsirə görə, bu qəbildən olan iddiaların əsas sübut etmə vasitəsini zorakılığın görünən nəticəsini əks edən tibbi sənədlər təşkil edir.

Məhkəmənin hüquqi dəyərləndirməsi:

64. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslərə qarşı irəli sürülmüş ittiham toplanmış sübutlarla tam olaraq təsdiq olunur. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 tərəfindən cinayətin törədilməsinə dair ittiham əsaslıdır. Bununla bağlı ittiham tərəfinin təqdim etdiyi sübutların şübhə altına alınması üçün əsaslar yoxdur.

65. Təqsirləndirilən şəxslərin özlərini müdafiə üçün gətirdiyi dəlillər keçərli deyil.

66. Belə ki, Təqsirləndirilən şəxs1 ifadəsində tutulduğu vaxtı mübahisələndirməklə, 11 iyul 2023-cü il tarixdə saat 22:40-da yox, həmin tarixdə saat 19:00 radələrində polis əməkdaşları tərəfindən saxlanıldığını, saxlanılarkən üzərində 01 bükümdə heroin və elektron tərəzinin olduğunu, ittihamda göstərilən digər narkotik tərkibli maddə olan bükümlərin onun üzərində olmadığını, ona qarşı fiziki və psixi zorakılıq edildiyini, elektron tərəzidən gümüş çəkmək üçün istifadə etdiyini, heç vaxt narkotik vasitə və ya psixotrop maddə satmadığını, üzərində narkotik vasitə olmasından Təqsirləndirilən şəxs2 xəbərinin olmadığını bildirmişdir. (hökmün 19-cu bəndi)

67. Təqsirləndirilən şəxs2 ifadəsində tutulduğu vaxtı mübahisələndirməklə, 11 iyul 2023-cü il tarixdə saat 22:40-da yox, həmin tarixdə saat 20:00 radələrində polis əməkdaşları tərəfindən saxlanıldığını, saxlanılarkən üzərində heç bir narkotik tərkibli maddə olmadığını, ittihamda göstərilən narkotik tərkibli maddəni polis əməkdaşlarının hədəsi nəticəsində videoçəkilişdə nümayiş etdirdiyini, Təqsirləndirilən şəxs1 üzərində narkotik vasitə olmasından xəbərinin olmadığını bildirmişdir. (hökmün 20-ci bəndi)

68. Məhkəmə müdafiə tərəfinin təqdim etdiyi dəlilləri hərtərəfli, tam və obyektiv araşdırmışdır.

69. Müdafiə tərəfi həmçinin saxlanılmalarında şahidlər- Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları Şahid2 və Şahid1 iştirak etmədiyini də bildirdiyindən, məhkəmə həm həmin xüsusatı, həm də təqsirləndirilən şəxslərin saxlanıldığı vaxtın müəyyən edilməsi məqsədilə onlara məxsus olan mobil nömrələrin əhatə dairələrinə dair məlumatlar məhkəmə tərəfindən "xxxx" MMC, "xxxx" MMC və "xxxx" MMC-dən ələ keçirilmiş, həmin diskə və digər məlumatlar nəzərdən keçirildikdə müəyyən edilmişdir ki, həm təqsirləndirilən şəxslər, həm də sözügedən şahidlərin mobil nömrələrinin xx.xx.2023cü il tarixə olan əhatə dairələrinə dair məlumatları mövcud olmamışdır. Məhkəmə bununla bağlı qeyd etməyi zəruri bilir ki, müdafiə tərəfi Təqsirləndirilən şəxs1 barəsində həbs qətimkan tədbiri seçilərkən həbs etmənin əvvəli xx.xx.2023-cü il tarixdə, saat 19:00-dan hesablanması qeyd edilsə də, bu, cinayət işinin materialları ilə öz təsdiqini tapmamışdır. (hökmün 29-33-cü bəndləri)

70. Belə ki, cinayət işinin materiallarında olan xx.xx.2023-cü il tarixli raportdan görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 həmin tarixdə saat 22:40-da saxlanılmışlar. (Cild 1, iş vərəqi 9)

71. Habelə, Təqsirləndirilən şəxs2 məhkəmə iclasında müdafiəçisinin iştirakı ilə verdiyi ifadəsində də xx.xx.2023-cü il tarixdə saat 20 radələrində digər Təqsirləndirilən şəxs1 işlədiyi yerə getdiyini bildirmişdir.

72. Göründüyü kimi, cinayət işinin materialları, şahidlərin, habelə təqsirləndirilən şəxslərin həm məhkəməyədək, həm də məhkəmə baxışı zamanı verdikləri ifadələrinə əsasən Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 birlikdə olarkən polis əməkdaşları tərəfindən saxlanılması işin mübahisəsiz halıdır.

73. Lakin hər iki təqsirləndirilən şəxsin öz-özlüyündə məhkəməyə verdiyi məlumatlar, yəni saxlanıldığı vaxtla bağlı dedikləri (Təqsirləndirilən şəxs1: saat 19:00, Təqsirləndirilən şəxs2 saat 20:00) bir-birilə uzlaşmır.

74. Məlumatların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda sübut kimi qəbul edildiyindən və təqsirləndirilən şəxslərin saxlanılma vaxtları barədə dedikləri bir-birləri uzlaşmamaqla, təqsirləndirilən şəxsin söylədikləri özözlüyündə həqiqiliyinə şübhə yaratdığından sübut kimi qiymətləndirilə bilməz.

75. Bundan başqa, məhkəmə müdafiə tərəfinin şahidlər Şahid2 və Şahid1 onların saxlanılmalarında və ümumiyyətlə şəxsi axtarış və götürmə istintaq hərəkətində iştirak etməmələri barədə dediklərinə isə məhkəmə münasibət bildirməklə qeyd edir ki, xx.xx.2023-cü il tarixli “Şəxsi axtarış və götürmə aparılması haqqında” protokola əlavə edilmiş 01 ədəd diskə baxış zamanı həmin diskdə olan “00778” adlı qovluqdakı videogörüntünün 01-ci dəqiqəsinin 2-ci saniyəsində Şahid2, “00779” adlı qovluqdakı videogörüntünün 15-ci saniyəsində Şahid1 olması müəyyən edilir. Göründüyü kimi, müdafiə tərəfinin həmin mövqeyi tamamilə əsassız olduğundan, məhkəmə həmin mövqeyi həqiqətə uyğun olmayan hesab edir.

76. Məhkəmə Təqsirləndirilən şəxs1 məhkəmədə verdiyi ifadəsində göstərdiyi ona qarşı fiziki zorakılıq edilməsi ilə bağlı iddiasını araşdırmaqla, həmin xüsusatın aydınlaşdırılması üçün Təqsirləndirilən şəxs1 saxlanıldığı Ədliyyə Nazirliyinin Bakı İstintaq Təcridxanasına və Bakı şəhəri Nəsimi rayon prokurorluğuna müraciət edilmişdir.

77. Bakı İstintaq Təcridxanasının xx.xx.2024-cü il tarixli, 3-16-17/40/2-6183/2024 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs1 xx.xx.2023-cü il tarixdə həmin təcridxanaya gətirilərkən ilkin tibbi müayinədən keçirilən zaman o, həbs edildiyi vaxt xəsarət almadığını demiş, bədəninə baxış keçirilərkən sağ saiddə çoxsaylı kiçikölçülü köhnə çapıqlar aşkarlanmış, lakin bədəni üzərində yeni xəsarət izi aşkarlanmamışdır. (hökmün 26-cı bəndi)

78. Bakı şəhəri Nəsimi rayon prokurorluğunun xx.xx.2024-cü il tarixli, 2-2/315/2- 139680/2024 nömrəli məktubundan isə görünür ki, Təqsirləndirilən şəxs1 fiziki və ya psixi zorakılıq edilməsi barədə həmin rayon prokurorluğuna məlumat daxil olmamış, hər hansı araşdırma aparılmamışdır.

79. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxslər tutulduqdan sonra onlara psixoloji, fiziki təsir göstərilməsi barədə məhkəməyədək icraat dövründə etirazlar etməmişlər. Bu barədə ibtidai araşdırma zamanı, məhkəmədə barələrində həbs qətimkan tədbiri seçilərkən nə özləri, nə vəkilləri nə də başqa şəxslər bildirməmiş, Təqsirləndirilən şəxs1 istintaq təcridxanasına yerləşdirilərkən üzərində hər-hansı xəsarət aşkar edilməmişdir. Təqsirləndirilən şəxs2 isə ümumiyyətlə ona fiziki zorakılıq edilmədiyini bildirmişdir. Nəzərə almaq lazımdır ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək vəzifəsindən azad edən hal deyil.

80. Bundan başqa, Təqsirləndirilən şəxs1 məhkəmədə verdiyi ifadəsində digər Təqsirləndirilən şəxs2 üzərində hər hansı çəkidə narkotik tərkibli maddə olmadığını, özündə isə 01 ədəd bükümdə narkotik vasitə heroin və 01 ədəd elektron tərəzinin olduğunu bildirməsi ilə bağlı məhkəmə qeyd edir ki, xx.xx.2023-cü il tarixli şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı videoçəkilişə baxdıqda görünür ki, videoyazı fasiləsiz aparılmış, hər hansı kəsintiyə yol verilməmiş, Təqsirləndirilən şəxs1 könüllü şəkildə əl çantasının içərisində olan 01 ədəd bükümdə psixotrop maddə metamfetamini, 02 bükümdə narkotik vasitə heroini və 01 ədəd elektron tərəzini, Təqsirləndirilən şəxs2 isə könüllü şəkildə şalvarının cibində olan 01 ədəd bükümdə psixotrop maddəni çıxarıb təqdim etmiş, aşkarlananlar təhqiqatçı tərəfindən qablaşdırılmaqla, iştirakçılar tərəfindən imzalanıb möhürlənmişdir. Daha sonra qablaşdırılmış predmetlər ekspertizaya göndərilmiş və ekspertizanın nəticəsinə dair rəy tərtib edilməklə cinayət işinin materiallarına əlavə olunmuşdur. (hökmün 5-8-ci bəndləri)

81. Məhkəmə qeyd etməyi zəruri bilir ki, hər iki təqsirləndirilən şəxsin üzərindən aşkarlanmış psixotrop maddə metamfetaminin eyniliyinin müəyyən edilməsi məqsədilə ekspertiza aparılmışdır. xx.xx.2023-cü il tarixli, 3-16-16/2-6/6392 nömrəli ekspert rəyinə əsasən Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilərək götürülmüş 01 ədəd bükümdə olan metamfetamin və Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilərək götürülmüş 01 ədəd bükümdəki metamfetamin xarici əlamətlərinə və kimyəvi komponent tərkibinə görə eynilik təşkil etmişlər.

82. Göründüyü kimi, təqsirləndirilən şəxslər müvafiq şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı kənar təsirdən azad, könüllü şəkildə üzərlərindən aşkarlanmış predmetləri təqdim etmiş və əldə etmə şəraiti barədə məlumat vermişlər. Lakin hər iki təqsirləndirilən şəxs məhkəmə araşdırması zamanı məsuliyyətdən yaxa qurtarmaq, bu mümkün olmadıqda məsuliyyətlərini yüngülləşdirmək məqsədilə həqiqətə uyğun olmayan ifadə vermişlər.

83. Bundan başqa, hər iki təqsirləndirilən şəxsin narkotik vasitə və psixotrop maddələrin satışı ilə heç vaxt məşğul olmamaları barədə məhkəmədə verdikləri ifadələrlə bağlı qeyd etməyi zəruri bilir ki, cinayət işinin materiallarında olan təqsirləndirilən şəxslərə məxsus mobil telefonlara baxış keçirilməsinə dair xx.xx.2024-cü il tarixli protokollara əsasən, təqsirləndirilən şəxslərin mobil telefonuna müxtəlif şəxslər tərəfindən fərqli vaxtlarda narkotik vasitə və ya psixotrop maddənin istənilməsinə dair yazıların yazılması müəyyən edilmişdir. (hökmün 10-11-ci bədənləri)

84. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxslərə məxsus mobil telefonlar tədqiq edilən zaman təqsirləndirilən şəxslər həmin mobil telefonların onlara məxsus olduğunu bildirmişlər.

85. Belə ki, xx.xx.2024-cü il tarixli protokola əsasən, Təqsirləndirilən şəxs2 mobil telefon nömrəsinə “Gunel” adı ilə qeyd edilən şəxsin “Mənəm Günel. Gəl görüşək götürəcəm kola da patıda edərik. Sənidə lomkadan çıxardım” məzmununda, “Raufdu” adı ilə qeyd edilən şəxsin “Zaur qardasım neynirsen Zaur g.. gunundeyem yasamaldayam 2 saat isimi qurtaruram qardasımsan hal hazırda pulum yixdu amma benzinim var imkan olar gorusey 10 l verim benzin sene basımızı acaq basımın ağrısınnan valla diyana bilmirem” məzmununda, “Salex” adı ilə qeyd edilən şəxsin “Gelim meni bitike sevindirde nolar” məzmununda, “Kasi” adı ilə qeyd edilən şəxsin “Ama sen anancanı olmasa eger emi goturersende cekey”, “yetim sen mamacanı alınsa biraz emit Getirersende cekey p cekmisem sen ol gic olmusam pis sixir meni”, “3ne emi vermeliyik 4ne lili, 10 manat pul almısam, 5ne dizel vurduq” məzmununda, “Anar Kub” adı ilə qeyd edilən şəxsin “Qaqa gelirsenmi s....m o cırıgın agzını vereceyi patıyada soxum gelmirsense de bilim” məzmununda mesajların göndərilməsi müəyyən edilmişdir.

86. Bundan əlavə, məhkəmə qeyd etməyi zəruri bilir ki, məhkəmə araşdırması zamanı Təqsirləndirilən şəxs2 məxsus mobil telefonlara baxış keçirilərkən yuxarıda istinad edilən mesajların mobil telefonda mövcudluğu cinayət prosesinin iştirakı ilə bir daha müəyyənləşmiş, həmçinin əlavə olaraq “Coni” adı ilə qeyd edilən şəxsin “Zaur qurban olum lazimdi men men gelim. Qalmişam pis vəziyyətə. Qardaşimsan bir kömey ele. Ya beyax dediyini ver özüne alarsan men çixim gedim. Qaqa bide işim düşdü sene nolarki kömek elesen? Dayca suab qazanarsan. Alinmirsa aç de alinmir men başqa yerden axdarim. Emimde oturub meni gözdeyir. Sen ölenlerivin qebrli el tut qaqaşça” məzmununda mesajların gəldiyi də aşkarlanmışdır.

87. Bundan başqa, xx.xx.2024-cü il tarixli protokola əsasən Təqsirləndirilən şəxs1 mobil telefon nömrəsinə “GuskA” adı ilə qeyd edilən şəxsin “10 m verecem senen mene dasda verersen k da verersen saba vezyetden cxaq” məzmununda, “İntiresni” adı ilə qeyd edilən şəxsin “Gune 10 qram Mal satirsan senden artıq pul istiyirem Men”, “Sen nece siyapur gedesen O gun getrib sene Cola qoydum ki ozuve gelesen. Hansıki kecen defe Muradgilde olanda sen Colani cibivin dalinda gizleden oglansan senin hara geder oldugunu Men gordum”, “Sen daha ish yerinde Mal sata bilmeyeceysen” məzmununda, “KasKa” adı ilə qeyd edilən şəxsin “Menimde qutarıb kolam, gedrem goturem 40dey gozdiyirsense karti atim pulu at ora senede goturum” məzmununda mesajların göndərilməsi müəyyən olunmuşdur.

88. Məhkəmə bir halı da qeyd edir ki, hər iki təqsirləndirilən şəxsə müvafiq mesaj mətnləri onların tutulmalarından yaxın zaman kəsiyində gəlmişdir.

89. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslərə qarşı narkotik vasitələri satış məqsədilə əldə etməsi, saxlaması və daşımasına dair irəli sürülmüş ittiham toplanmış sübutlarla tam olaraq təsdiq olunur. Göründüyü kimi, müxtəlif şəxslər fərqli vaxtlarda Təqsirləndirilən şəxs2 “kola”, “patı”, “goturersende cekey”, “bitike sevindirde” adı altında (eyni vaxtda müxtəlif növ), Təqsirləndirilən şəxs1 “das”, “k”, “mal”, “cola” adı altında (eyni vaxtda müxtəlif növ) mesajlar yazmış, narkotik vasitə və ya psixotrop maddələri əldə etmək üçün Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1la razılığa gəlmişlər. Təqsirləndirilən şəxslərin müxtəlif şəxslərlə fərqli vaxtlarda narkotik vasitə və psixotrop maddələrin satışına dair yazışmaların mövcudluğu, həmin şəxslər tərəfindən təqsirləndirilən şəxslərdən narkotik tərkibli maddə istəmələrinə dair mesajların göndərilməsi, həmin yazışmaların mətni təsdiq edir ki, təqsirləndirilən şəxslər narkotik tərkibli maddələri satış məqsədilə əldə etmiş, saxlamış və daşımışdır.

90. Bundan başqa, müdafiə tərəfi öz mövqeyini həmçinin onunla əsaslandırmağa çalışmışdır ki, Təqsirləndirilən şəxs1 üzərindən aşkarlanmış 01 ədəd elektron tərəzini narkotik vasitənin satışı məqsədilə istifadə etməmiş, o, gümüş alğı-satqısı ilə məşğul olduğundan, gümüşün çəkisini dəqiq müəyyən etmək üçün üzərində daşımışdır.

91. Bununla bağlı məhkəmə qeyd edir ki, cinayət işinin materiallarında olan xx.xx.2023-cü il tarixli, 3-16-16/2-6/3752 nömrəli ekspert rəyindən də görünür ki, Təqsirləndirilən şəxs1 üzərindən aşkarlanmış elektron tərəzinin səthində heroinin izləri müəyyən edilmişdir.

92. Məhkəmə müdafiə tərəfinin vəsatəti əsasında dindirilmiş əlavə şahidlər X11, Şahid5 və X7 məhkəmə verdikləri ifadələrində Təqsirləndirilən şəxs1 narkotik vasitənin satışı ilə məşğul olub-olmamasından məlumatsız olduqlarını, sonuncunun işdən asudə vaxtlarında gümüş alğı-satqısı ilə məşğul olduğunu söyləmişlər. Məhkəmə Təqsirləndirilən şəxs1 gümüş alışını və satışını həyata keçirdiyini, habelə hər hansı tərəzidən gümüşün ölçüsünü müəyyən etmək üçün istifadə etmək ehtimalını mübahisələndirmir. Bunu məhkəmə mümkün və həqiqətə uyğun hesab edir. Lakin məhkəmə onu da qeyd etməyi zəruri bilir ki, Təqsirləndirilən şəxs1 üzərindən müvafiq şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı aşkarlanmış 1 ədəd elektron tərəzinin səthində məhz narkotik vasitə heroinin izlərini aşkarlanmışdır. Bu səbəbdən, məhkəmə Təqsirləndirilən şəxs1 üzərindən aşkarlanmış 1 ədəd elektron tərəzini narkotik vasitə və ya psixotrop maddələrin çəkilərini müəyyən etmək, bükümlərə bölmək məqsədilə istifadə etməsi qənaətinə gəlir.

93. Bundan başqa, məhkəmə Şahid5 narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı Təqsirləndirilən şəxs1 heç vaxt yazmadığı barədə dediklərinə tənqidi yanaşmaqla, şəxsin özünün əleyhinə ifadə verməmə kimi hüququnun olmasını nəzərə alır və Təqsirləndirilən şəxs1 məsuliyyətdən yaxa qurtarmasını köməklik məqsədilə verilmiş ifadə kimi qəbul edir.

94. Beləliklə, məhkəmə müdafiə tərəfinin təqdim etdiyi əlavə şahidlər X11, Şahid5 və X3 ifadələrini işin hallarına uyğun olmayan, Təqsirləndirilən şəxs1 müdafiəsi məqsədilə verilmiş ifadə kimi dəyərləndirir və mötəbər hesab etmir.

95. Məhkəmə kollegiyası qeyd edir ki, Təqsirləndirilən şəxs1 əldə edib üzərində 2 fərqli növdə narkotik tərkibli maddəni daşıması, narkotik vasitə heroin və psixotrop maddə metamfetaminin xırda bükümlərdə olması, bükümlərin hazırlanması üçün istifadə edilən elektron tərəzinin mövcudluğu, 2 fərqli bükümdə olan heroinin 0,320 qram, yəni şəxsi istehlak miqdarından təxminən 2,133 dəfədən, psixotrop maddə metamfetaminin (onun üzərində 0,843 qram hissəsinin aşkarlanması nəzərə alınmaqla) ümumi çəkisinin 3,124 qram, yəni şəxsi istehlak miqdarından 20,826 dəfədən, külli miqdarından isə təxminən 1,562 dəfədən olması, narkotik vasitə və psixotrop maddənin çoxlu bükümlərdə olması, narkotik vasitə və psixotrop maddələrin növ müxtəlifliyi, narkotik vasitə və psixotrop maddənin satışına dair mesaj mətnlərinin mövcudluğu və cinayət işinin materiallarında olan digər sübutlar onun məqsədinin məhz satışla bağlı olduğunun bilavasitə təzahürüdür.

96. Məhkəmə kollegiyası qeyd edir ki, Təqsirləndirilən şəxs2 əldə edib üzərində aşkarlanmış psixotrop maddə metamfetaminin (onun üzərində 2,281 qram hissəsinin aşkarlanması nəzərə alınmaqla) ümumi çəkisinin 3,124 qram, yəni şəxsi istehlak miqdarından 20,826 dəfədən, külli miqdarından isə təxminən 1,562 dəfədən olması, narkotik vasitə və psixotrop maddənin satışına dair mesaj mətnlərinin mövcudluğu və cinayət işinin materiallarında olan digər sübutlar onun məqsədinin məhz satışla bağlı olduğunun bilavasitə təzahürüdür.

97. Məhkəmə həmçinin onu da qeyd etməyi zəruri bilir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 eyni yerdə saxlanılmış və hər ikisinin üzərindən xarici komponentləri və tərkibi eynilik təşkil edən psixotrop maddə metamfetamin aşkarlanmışdır.

98. Bundan başqa, məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs2 mobil telefonunda “Kasi” adlı ilə qeyd edilmiş şəxslə, Təqsirləndirilən şəxs1 mobil telefonunda “KasKa” adlı ilə qeyd edilmiş şəxs eyni şəxsdir, yəni hər iki adda ***-***-**-** saylı mobil nömrə qeydiyyatdan keçmişdir.

99. Sözügedən mobil nömrənin istifadəçisi, yəni təqsirləndirilən şəxslərin mobil telefonlarında “Kasi” və “KasKa” adı ilə qeydiyyatdan keçmiş şəxs hər iki təqsirləndirilən şəxsə narkotik tərkibli maddənin istənilməsinə dair mesaj mətni yazmışdır.

100. Beləliklə, məhkəmə təqsirləndirilən şəxslərin əməllərini qiymətləndirərkən o nəticəyə gəlir ki, narkotik vasitə və psixotrop maddələrin satışına dair çoxlu mesajların da mövcudluğunu, hər iki təqsirləndirilən şəxsin üzərindən aşkarlanmış psixotrop maddə metamfetaminin tərkibinin eynilik təşkil etməsini, təhqiqat orqanına təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 narkotik vasitələrin satışı ilə bağlı qabaqcadan əlbirliyinə dair əməliyyat məlumatının daxil olmasını, eyni şəxs tərəfindən həm Təqsirləndirilən şəxs2, həm də Təqsirləndirilən şəxs1 narkotik vasitə və psixotrop maddənin istənilməsinə dair mesaj mətninin yazılmasını nəzərə almaqla təqsirləndirilən şəxslər onların satışı barədə əvvəlcədən razılığa gəlmişlər.

101. Məhkəmə göstərilənlərə nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında bu cinayəti törətmişlər.

102. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi, o cümlədən satışı ilə məşğul olmaması və hazırki hökmlə münasibət bildirilmiş digər xüsusatlarla bağlı ifadəsində göstərdiyi halları və gətirdiyi ziddiyyətli dəlilləri onların müdafiə mövqelərinə söykənən subyektiv mülahizələri, törətdikləri ağır cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmaqla məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdləri kimi qiymətləndirərək, onların əməllərinin ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrinə tövsif edilməsi qənaətinə gəlir və onların ittiham olunduğu Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə olan cinayət əməllərini törətməsini tam sübuta yetirilmiş hesab edir.

103. Psixotrop maddənin Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilməsi, qablaşdırılması, narkotik vasitənin və psixotrop maddənin, habelə elektron tərəzinin Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilməsi, qablaşdırılması, həmin narkotik tərkibli maddələrin kimyəvi tərkibinin müəyyən edilməsi ilə bağlı ilkin sübutların əldə edilməsi ilə əlaqədar istintaq hərəkətlərinin etibarsız hesab olunması üçün əsaslar müəyyən edilmədiyindən həmin hərəkətlərin nəticələri, habelə təqsirləndirilən şəxslərin ibtidai istintaq zamanı verdiyi ifadələri, şahidlərin ifadələri, istintaq hərəkəti protokolları iş üzrə mötəbər sübutlar kimi qəbul edilir.

104. Məhkəmənin mövqeyinə görə müdafiə tərəfinin irəli sürdüyü dəlillər heç bir sübutla dəstəklənmədiyi, ittiham tərəfinin təqdim etdiyi sübutlar isə zorakılığın mövcud olmaması və sübutun yolverilənliyini təsdiq etdiyindən müdafiə tərəfinin dəlilləri əsassız hesab edilməlidir.

105. Məhkəmə baxışı gedişində tədqiq olunmuş yuxarıda qeyd olunan sübutların məcmusu təqsirləndirilən şəxslərin cinayətdə təqsirini təsdiq etdiyi üçün məhkəmə ittiham hökmü çıxarmaq qənaətinə gəlir.

106. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 təqsirli bilindikləri cinayət qanunun müvafiq normasının sanksiyasında beş ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur.

107. Məhkəmə cəza təyin edərkən cəza təyini ilə bağlı cinayət qanunvericiliyinin müvafiq normalarının tələblərini nəzərə alır. (hökmün 35-37 və 39-cu bəndləri)

108. Məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistik və İnformasiya İdarəsinin xx.xx.2023-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır. (Cild 1; iş vərəqi 237)

109. Məhkəmə kollegiyası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən himayəsində 01 (bir) yetkinlik yaşına çatmayan uşağının olmasını, əvvəllər cinayət məsuliyyətinə cəlb edilməməklə məhkum olunmamasını, məhkəməyədək icraat və məhkəmə icraatı dövründəki davranışını Təqsirləndirilən şəxs2 cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır.

110. Məhkəmə kollegiyası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 əməlində cəzasını ağırlaşdıran halın olmadığını qeyd edir.

111. Məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistik və İnformasiya İdarəsinin xx.xx.2023-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs1 Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli qərarı ilə CM-in 70-ci maddəsi tətbiq olunmaqla cəzasının çəkilməmiş 07 (yeddi) ay 28 (iyirmi səkkiz) günündən vaxtından əvvəl azad edilmiş, xx.xx.2016-cı il tarixdə AR Milli Məclisinin xx.xx.2016-cı il tarixli Amnistiya qərarının 5.4-cü bəndinə əsasən cəzasının çəkilməmiş hissəsindən azad edilmişdir (Cild 1; iş vərəqi 258-259). CM-in 83.3.3-cü maddəsinə əsasən onun məhkumluğu ödənilmişdir. Hazırda onun məhkumluğu yoxdur.

112. Məhkəmə kollegiyası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinin tələbinə əsasən müsbət xarakterizə edilməsini, məhkəməyədək icraat və məhkəmə icraatı dövründəki davranışını, məhkumluğunun olmamasını Təqsirləndirilən şəxs1 cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır.

113. Məhkəmə kollegiyası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 əməlində cəzasını ağırlaşdıran halın olmadığını qeyd edir.

114. Təqsirləndirilən şəxs1 əvvəlki məhkumluğu qüvvədə olan cinayət qanunvericiliyinin müddəalarına əsasən cinayətin residivini yaratmır.

115. Məhkəmə, yuxarıda şərh edilənləri, eləcə də təqsirləndirilən şəxslər tərəfindən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxslərin şəxsiyyətini, cəzalarını yüngülləşdirən halların olmasını, ağırlaşdıran halların olmadığını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 təqsirləndirildikləri maddələrin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının hüdudları daxilində cəza təyin edilməklə cəzanın qanunda nəzərdə tutulmuş məqsədlərinə nail olmaq olar.

116. İşdə olan tutma protokolu və məhkəmə qərarından görünür ki, Təqsirləndirilən şəxs2 11 iyul 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 13 iyul 2023-cü il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatət təmin edilməyərək məhkəmə iclas zalından azad olunmuşdur. 13 iyul 2023-cü il tarixdə Təqsirləndirilən şəxs2 barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir (Cild 1, iş vərəqi 24-25; 165-170; 179-180).

117. Məhkəmə hesab edir ki, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs2 xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək tutulduğu 3 (üç) gün müddət bir günə bir gün hesabı ilə cəmi 3 (üç) gün azadlıqdan məhrumetmə cəzasına bərabər tutulmalı və təyin edilmiş cəzadan çıxılaraq üzərində qəti cəza saxlanılmalıdır. (hökmün 40 və 47-ci bəndləri)

118. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilməli, onun barəsində həbs qətimkan tədbiri seçilməli və o, məhkəmə iclas zalında dərhal həbs edilməlidir.

119. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır.

120. Təqsirləndirilən şəxs2 təyin ediləcək cəzanın əvvəli 22 may 2025-ci il tarixdən hesablanmalıdır.

121. Təqsirləndirilən şəxs2 ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs hesab edildiyindən cəzanın çəkilmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilməlidir. (hökmün 34; 38 və 41-ci bəndləri)

122. İşdə olan tutma protokolu və məhkəmə qərarından görünür ki, Təqsirləndirilən şəxs1 11 iyul 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin qərarı ilə barəsində 13 iyul 2023-cü il tarixdə həbs qətimkan tədbiri seçilmiş və hökm çıxarılana kimi fasiləsiz olaraq həbsdə saxlanılmışdır (Cild 1, iş vərəqi 50-51; 160-164; Cild 2, iş vərəqi 11-14; 42-45; 93-96; 208-211).

123. Təqsirləndirilən şəxs1 hökm çıxarılanadək həbsdə saxlandığı üçün həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə bir günə bir gün hesablanmaqla daxil edilməlidir. (hökmün 40 və 47-ci bəndləri)

124. Məhkəmə hesab edir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs1 cəza çəkməsinin başlanğıcı onun tutulduğu 11 iyul 2023cü il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir.

125. Təqsirləndirilən şəxs1 ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs hesab edildiyindən cəzanın çəkilmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilməlidir. (hökmün 34; 38 və 41-ci bəndləri)

126. İş üzrə mülki iddia, həbs edilməli və xüsusi müsadirə olunmalı əmlak müəyyən edilməmişdir.

127. İş üzrə maddi sübut olmaqla Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin maddi sübutları saxlama yerində saxlanılan ekspertiza tədqiqatından sonra 01 ədəd bükümdə qalıq çəkisi 0,220 qram çəkidə narkotik vasitə heroin, cəmi 02 ədəd bükümdə qalıq çəkisi 2,161 qram və 0,773 qram olan psixotrop maddə metamfetamin və 01 ədəd elektron tərəzi məhv edilməlidir. Cinayət işinin materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs2 məxsus 01 ədəd “Samsung” markalı və 01 ədəd “LG” markalı mobil telefon, Təqsirləndirilən şəxs1 məxsus 01 ədəd “Meizu” markalı mobil telefon müvafiq olaraq onların yaxın qohumlarına qaytarılmalı, xx.xx.2023-cü il tarixli “Şəxsi axtarış və götürmə aparılması haqqında” protokola əlavə edilmiş 01 (bir) DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. (hökmün 17 və 45-ci bəndləri)

128. Məhkəmə-narkoloji ekspertizasının rəyinə əsasən Təqsirləndirilən şəxs1 ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınmalıdır. (hökmün 14-cü bəndi)

129. Məhkəmə-narkoloji ekspertizasının rəyinə əsasən Təqsirləndirilən şəxs2 ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınmalıdır. (hökmün 15-ci bəndi)

130. İbtidai istintaq zamanı keçirilmiş məhkəmə ekspertizaları ilə əlaqədar 224 (iki yüz iyirmi dörd) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 müştərək qaydada, yəni hər birindən 112 (bir yüz on iki) manat olmaqla tutularaq dövlət büdcəsinə ödənilməlidir. (hökmün 6-8; 49-cu bəndləri)

131. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinsin 344-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1-ci və 234.4.3-cü maddələri ilə təqsirli bilinsin və ona Cinayət Məcəlləsinin 234.4.1-ci və 234.4.3-cü maddələri ilə 05 (beş) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 ibtidai həbs müddəti, yəni hazırki iş üzrə tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəli onun hazırkı iş üzrə tutulduğu 11 iyul 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanısın. Təqsirləndirilən şəxs1 ona təyin edilən azadlıqdan məhrumetmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs1 ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1-ci və 234.4.3-cü maddələri ilə təqsirli bilinsin və ona Cinayət Məcəlləsinin 234.4.1-ci və 234.4.3-cü maddələri ilə 05 (beş) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs2 xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək tutulduğu 03 (üç) gün müddət bir günə bir gün hesabı ilə cəmi 03 (üç) gün azadlıqdan məhrumetmə cəzasına bərabər tutulsun və təyin edilmiş cəzadan çıxılaraq üzərində 05 (beş) il 05 (beş) ay 27 (iyirmi yeddi) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin, onun barəsində həbs qətimkan tədbiri seçilsin və o, məhkəmə iclas zalında dərhal həbs edilsin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanısın. Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs2 cəzaçəkmə müddətinin başlanğıcı 22 may 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınsın. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 224 (iki yüz iyirmi dörd) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada, yəni hər birindən 112 (bir yüz on iki) manat olmaqla tutulub Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. Məhkəmə hökmü qanuni qüvvəsini aldıqdan sonra maddi sübut kimi tanınaraq, Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin maddi sübutları saxlama yerində saxlanılan ekspertiza tədqiqatından sonra 01 ədəd bükümdə qalıq çəkisi 0,220 qram çəkidə narkotik vasitə heroin, cəmi 02 ədəd bükümdə qalıq çəkisi 2,161 qram və 0,773 qram olan psixotrop maddə metamfetamin və 01 ədəd elektron tərəzi məhv edilsin. Cinayət işinin materiallarına əlavə olunmuş Təqsirləndirilən şəxs2 məxsus 01 ədəd “Samsung” markalı, 01 ədəd “LG” markalı mobil telefonlar və Təqsirləndirilən şəxs1 məxsus 01 ədəd “Meizu” markalı mobil telefon müvafiq olaraq onların yaxın qohumlarına qaytarılsın. xx.xx.2023-cü il tarixli “Şəxsi axtarış və götürmə aparılması haqqında” protokola əlavə edilmiş 01 (bir) DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə mülki iddia, həbs edilməli və xüsusi müsadirə edilməli olan digər əmlakın olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Sədrlik edən hakim Fərid Namazov Hakimlər Telman Hüseynov Aygün Qurbanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar