Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-2081/2023 15.12.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Hüseynov Səbuhi Sabir oğlu (sədrlik edən), X2 və İsmayılov Eldar Herov oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X3, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının 15 saylı Vəkil Bürosunun vəkili X4, Zərərçəkmiş şəxs iştirakı ilə, xx xxxx 1989-cu il tarixdə Yardımlı rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olmuş, evli, əvvəllər məhkum olunmuş (Bakı şəhəri Sabunçu rayon məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirli bilinib 3 (üç) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Xətai rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə cəzasının çəkilməmiş 1 (bir) ay 7 (yeddi) gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmiş), məhkumluğu ödənilməmiş, Yardımlı rayonu, Ərşilə ərazi dairəsi, Ləzran kəndində qeydiyyatda olmaqla faktiki olaraq Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, nömrəsiz fərdi evdə kirayədə yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs özgənin əmlakını ələ keçirmək məqsədi ilə hücuma məruz qalmış şəxsin sağlamlığı üçün təhlükəli zorakılıqla basqın edərək quldurluq cinayət əməlini törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs özgənin əmlakını ələ keçirmək məqsədi İlə xx.xx.2023cü il tarixdə saat 2:30 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Daş Karxanası, Elşən Mehtiyev küçəsində Zərərçəkmiş şəxs sağlamlığı üçün təhlükəli zorakılıqla basqın edib yumruğu ilə qəsdən baş nahiyəsindən zərbələr vuraraq sol göz konyuktivasına və ağlı qişasına qansızma ilə müşayiət olunan sol gözyuvasıətrafıalmacıq-yanaq-çənə nahiyələrinin dərialtı hematoması, üst və alt dodağın, sol qulaq seyvanının qançırları, sağ dirsək oynağı nahiyəsinin sıyrığı ilə nəticələnən, ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid xəsarət yetirərək yerə yıxaraq şalvarının ciblərindən içərisində cəmi 20 manat dəyərində ***-***-**-** və ***-***-**-** nömrələri olan 650 manat dəyərində 1 ədəd “POCO” markalı mobil telefonunu, içərisində 1500 manat pulu, şəxsiyyət və sürücülük vəsiqələri olan 10 manat dəyərində pul kisəsini ələ keçirərək Zərərçəkmiş şəxs ümumilikdə 2180 manat məbləğində maddi ziyan vurmaqla quldurluq etmişdir. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.1-ci maddəsi ilə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, 14 iyun 2023-cü il tarixdə saat 23:45 radələrində pivə içmək üçün Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, X6 ilə üzbəüz yerləşən “TT” adlanan, “Leylanın kafesi” deyilən yerə getmişdir. Kafedə olarkən sonradan adını bildiyi Zərərçəkmiş şəxs ona tərəf baxması diqqətini cəlb etmiş, Mübarizin onu hansısa tanıdığı şəxsə bənzətdiyini hiss etmişdir. Sonra Mübarizdən onun oturduğu masaya tərəf baxmasının səbəbini soruşduqda, onunla aralarında mübahisə yaranmışdır. Mübarizin sərxoş halda olduğunu görüb evə getmək üçün ona yola salmağı təklif etmişdir. Daha sonra kafedən çölə çıxarkən həmin şəxs ona qarşı ağır təhqiredici ifadələr işlətdikdə, ona bir yumruq zərbəsi vurmuşdur. Bundan sonra Mübariz DİN-in “102” xidmətinə zəng etmək üçün cibindən telefonu çıxarmışdır. Mübariz telefonu cibindən çıxardıqda pul kisəsinin cibindən yerə düşdüyünü görmüşdür. Əvvəllər məhkum olunduğundan həmin pul kisəsini yerdən götürməsə özünə problem yaradacağını fikirləşmiş, sonra da Mübarizin telefonu ilə sonuncunun telefonunda “Ariz bibioğlu” yazılan nömrəyə zəng edib həmin şəxsə bildirmişdir ki, Mübarizin mobil telefonu, bank kartları, şəxsiyyət və sürücülük vəsiqələri ondadır. Ariz adlı şəxs ona rayonda olduğunu dedikdə, o, yaxınlıqda olan köşklərin birinə həmin əşyaları təhvil verəcəyini, gəlib götürmələrini bildirmişdir. Köşkdə satıcı işləyən cavan oğlan əşyaları götürmək istəmədiyindən Mübarizin telefonunda “Ariz bibioğlu” yazılan nömrəyə yenidən zəng edib Sabunçu rayonu, Zabrat qəsəbəsi, Şəhər Yolu küçəsində, Sabunçu DYPŞ-si ilə üzbəüz yerləşən köşkün qarşısında olduğunu və köşkdə satıcı işləyən şəxsə pul kisəsini, sənədləri və bank kartlarını təhvil verdiyini demişdir. Bundan sonra o, Sabunçu RPİ-nin 14-cü PB-nin əməkdaşları tərəfindən saxlanılmışdır. Həmin bölmədə ona işgəncə verib qulağını partdatmışlar. Sonra da qardaşını qanunsuz olaraq cinayət məsuliyyətinə cəlb etmişlər. Cibində olan 400 manat pul vəsaitini qardaşına qaytardıqda, polis əməkdaşları qardaşına saxta pul verib sonra da saxta pul daşımağa görə onu saxlamışlar. Zərərçəkmiş şəxsi onu söydüyünə görə vurmuşdur. Mübariz içkili vəziyyətdə olduğu üçün dəfələrlə onu təhqir etmişdir. 1500 manat pul vəsaiti Mübarizin bank kartında olan vəsaitdir, Mübarizin mobil telefonunu, pul kisəsini və digər sənədlərini götürüb köşklərin birinə təhvil vermişdir. Əgər pul kisəsi yolun ortasında qalsaydı, pul kisəsini onun götürəcəyini düşünərdi. İbtidai istintaq zamanı ifadə verməmiş, barəsində axtarış elan edildiyini bilməmişdir. Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı ona qarşı şikayəti olmadığını bildirmişdir. İbtidai istintaq zamanı yazılan həmin ifadədə olan imzalar ona məxsus deyildir. Ona psxiloji və fiziki zor tətbiq etmişlər. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsini iş materiallarına uyğun olmayan, özünü müdafiə məqsədilə uydurulmuş, qeyri-səmimi və işin faktiki halları ilə təkzib edilən ifadə kimi qiymətləndirərək təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı verdiyi ifadəsini mötəbər hesab etmir. Məhkəmədə ifadəsi elan olunub tədqiq edilərək sübut kimi qəbul edilmiş Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı ifadəsində göstərmişdir ki, idmançı olmaqla yanaşı qaydasız döyüşlərdə iştirak etmiş, evlidir, əvvəllər məhkum olunmuş, orta təhsillidir, fərdi əməklə (fəhləliklə) məşğul olur, Yardımlı rayonu, Ərşilə ərazi dairəsi, Ləzran kəndində qeydiyyatda olmaqla Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsində nömrəsiz ünvanda yerləşən fərdi yaşayış evində 180 manata kirayədə yaşayır. Hadisə baş verən günədək sonradan adını bildiyi Zərərçəkmiş şəxs görməmiş, tanışlığı, ədavəti və ya düşmənçiliyi olmamışdır. xx.xx.2023-cü il tarixdə pivə içməsi üçün tək olaraq Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, X6 ilə üz-üzə yerləşən “TT” adlanan, “Leylanın kafesi” deyilən yerə getmişdir. Kafeyə girərkən əvvəllər onunla Sabunçu qəsəbəsində eyni məhəllədə yaşayan, heç bir anket məlumatını bilmədiyi tanışının 1 nəfər dostu ilə kafedə oturduqlarını görmüşdür. Həmin şəxslərin xahişi ilə həmin şəxslərin masasında oturub söhbət etmişlər. Həmin vaxt kafedə sonradan adını bildiyi Zərərçəkmiş şəxs ona tərəf baxması diqqətimi cəlb etmiş, o, Mübarizin davranışından yerli adam olmadığını başa düşmüşdür. Bir neçə dəfə baş jestləri ilə Mübarizdən onun oturduğu stola tərəf baxmasının səbəbini soruşmuş, lakin Mübariz baş jesti ilə ona salam verməklə kifayətlənmişdir. Mübarizin baxışları onun xoşuna gəlmədiyindən Mübarizin kim olmasını dəqiqləşdirmək üçün Mübariz kafedən pivənin pulunu verib çıxarkən, o da kafedən küçəyə çıxmış və Mübarizə yaxınlaşaraq kafenin qarşısında ondan siqaret istəmişdir. Mübariz ona 3 ədəd siqaret verib piyada kafedən uzaqlaşmışdır. Mübariz kafedən piyada təxminən 50 metr uzaqlaşdıqda Mübarizin tək olduğunu görüb gərara gəlmişdir ki, onu qaranlıq və heç kimin olmadığı yerə apararaq pulunu ələ keçirsin. Saat 2:30 radələrində Maştağa yolundan, Maştağa istiqamətində işıqfordan sağa, yəni Daş Karxanası, Elşən Mehtiyev küçəsinə dönülən yerdə arxadan Mübarizi qaqaş deyərək çağırmış, Mübariz dayanaraq onu gözləmişdir. O, Mübarizə yaxınlaşaraq bildirmişdir ki, guya yaxınlıqda, yəni getdikləri istiqamətdə avtomobili xarab olmuş, həmin avtomobili itələyərək mühərrikini işə salmaq lazımdır. Mübariz də onunla razılaşaraq yollarına davam etmişlər. Mübarizdən hansı rayondan olduğunu soruşduqda, o, Salyan rayonundan gəldiyini, ot gətirdiyini demişdir. Mübarizlə birlikdə təxminən 100 metr məsafə qətt etdikdən sonra onun göstərdiyi sağ tərəflərindəki dalana dönmüşlər. Həmin dalan qaranlıq olmaqla dalanın sonu qəbir daşları sexinə dirəndiyindən həmin yerdə heç kim olmamışdır. Həmin dalanda özününkü kimi təqdim edəcəyi maşın olmadığından fikrini dəyişərək Mübarizə demişdir ki, “gəl burada pivə içək”. Mübariz ətrafa baxaraq həmin yerdə pivə içiləcək yerin olmadığını görüb geri dönərək ondan uzaqlaşıb getmək istəyərkən ətrafda heç kimin olmadığını və Mübarizin ondan uzaqlaşıb gedəcəyini başa düşüb qəbir daşları sexinin qarşısında qəfildən yumruğu ilə Mübarizə bir zərbə vurmuş, zərbədən Mübariz yerə yıxılaraq hərəkətsiz vəziyyətə düşmüşdür. Mübarizin şalvarının qabaq sağ cibindən 1 ədəd “POCO” markalı mobil telefonunu, şalvarının qabaq sol cibindən isə içərisində 1500 manat pulu, Zərərçəkmiş şəxs şəxsiyyət və sürücülük vəsiqələri olan pul kisəsini götürərək Mübarizdən uzaqlaşmışdır. Mübarizdən götürdüyü 1500 manatla borclarını ödəmiş və şəxsi işlərinə xərcləmişdir. Mübarizin sürücülük və şəxsiyyət vəsiqələrinə ehtiyacı olmadığından, həmçinin Mübariz ondan şikayət etməsin və telefondakı imeikodla polis əməkdaşları tərəfindən aşkar edilməsin deyə qərara gəlmişdir ki, Mübarizin “POCO” markalı mobil telefonunu, pul kisəsini, şəxsiyyət və sürücülük vəsiqələrini mağazaların birinə qoyaraq ələ keçirdiyi telefondakı kontakta olan nömrələrin birinə zəng edib mağazanın yeri barədə məlumat versin. Odur ki, xx.xx.2023-cü il tarixdə saat 12 radələrində Mübarizin 1 ədəd “POCO” markalı mobil telefonunu, pul kisəsini, şəxsiyyət və sürücülük vəsiqələrini Sabunçu rayonu, Zabrat qəsəbəsində yerləşən bir neçə mağazaya versə də, mağaza işlədənlər müxtəlif bəhanələr gətirərək götürməmişlər. Zabrat qəsəbəsi, Şəhər Yolu küçəsində, Sabunçu DYPŞ-si ilə üz-üzə yerləşən digər köşkə həmin əşyaları verərkən köşkü işlədən, sonradan adının Ramin olduğunu bildiyi şəxs bildirmişdir ki, götürə bilməz, mağaza sahibləri icazə vermirlər. O, pul kisəsinin ağzını açaraq Raminə göstərmişdir ki, narahat olmasın, içərisində yalnız sürücülük və şəxsiyyət vəsiqələridir, həmçinin telefondur, başqa heç nə yoxdur, əşyalar dayısı oğlunundur. Ramin onunla razılaşmış, o, köşkün qarşısına çıxaraq Mübarizin telefonunda “Ariz bibioğlu” yazılan nömrəyə zəng edib həmin şəxsə bildirmişdir ki, Mübarizin mobil telefonu, şəxsiyyət və sürücülük vəsiqələri ondadır, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Şəhər Yolu küçəsində, Sabunçu DYPŞ-si ilə üz-üzə yerləşən köşkə verəcək, həmin yerdən götürə bilər. Bundan sonra Raminə “POCO” markalı mobil telefonu, içərisində şəxsiyyət və sürücülük vəsiqələri olan pul kisəsini verərək dərhal oradan uzaqlaşmışdır. xx.xx.2023-cü il tarixdə o, Sabunçu rayonu ərazisində olarkən Sabunçu RPİ-nin 14-cü PB-nin əməkdaşları tərəfindən saxlanılaraq istintaq şöbəsinə təhvil verilmişdir. Polis əməkdaşları tərəfindən saxlanılarkən ona qarşı fiziki və psixi təsir göstərilməmiş, həmçinin hər hansı qanunsuz hərəkətlərə yol verilməmiş, törətdiyi əməlindən peşmandır (cild 1, iş vərəqə 62-65). Həmin ifadənin məzmunundan görünür ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı törətdiyi cinayət əməlini tam etiraf etmiş və işin faktiki hallarına uyğun ifadə vermişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsi iş materiallarına və işin faktiki hallarına uyğun olduğundan, obyektiv həqiqəti əks etdirdiyindən məhkəmə onun ibtidai istintaq zamanı verdiyi etirafedici ifadəsini mötəbər hesab edir. Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə tam təqsirli olması ibtidai istintaqı zamanı etirafedici ifadəsi ilə yanaşı, məhkəmə istintaqı zamanı tədqiq edilmiş zərərçəkmiş şəxsin və şahidin ifadələri, digər istintaq hərəkətinin protokolları, ekspertiza rəyləri və cinayət işi üzrə toplanmış və məhkəmə istintaqı zamanı tədqiq olunmuş digər sübutlarla tam təsdiq edildi. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, rayonlardan ot toplayıb 2022-ci ildən icarəyə götürdüyü “Kamaz” markalı **-RJ-*** dövlət qeydiyyat nişanlı yük avtomobili ilə Bakı şəhərinə daşıyıb satmaqla məşğul olmuşdur. 15 iyun 2023-cü il tarixdə saat 1:00 radələrində pivə içmək üçün Sabunçu rayonu, Ramana qəsəbəsi, Daş Karxanası ərazisində yerləşən “TT” (Lalənin kafesi) adlanan kafeyə getmişdir. Kafedə 3-4 masada müştərilər olmuşdur. Kafedə 3 bakal pivə içdikdən sonra kafedən çıxmışdır. Kafedən çıxarkən kafedə eyni masa arxasında oturan 3 nəfər şəxs olmuş, onlardan biri də adını sonradan bildiyi Təqsirləndirilən şəxs olmuşdur. Həmin şəxslərdən biri ondan siqarət istədikdə, aralarında mübahisə yaranmışdır. Sonra o, kafedən çölə çıxıb kafenin qarşısında dayanmışdır. Təqsirləndirilən şəxs ona yaxınlaşıb tanışı ilə aralarında mübahisə yaranmasının səbəbini soruşduqda, ona tanışının hərəkətinin xoşuna gəlmədiyini demişdir. Pərviz də ona ətrafda olan kafelərin birində oturub söhbət etməyi təklif etmişdir. Bir az keçdikdən sonra Təqsirləndirilən şəxsla aralarında mübahisə yaranmış, lakin həmin vaxt içkili olduğundan Pərvizə nə dediyini xatırlamır. Daha sonra Pərviz ona 1 yumruq zərbəsi vurmuş və o, yerə yıxılmışdır. Bundan sonra özündən getmiş və daha sonra nə baş verdiyini xatırlamır. Bakı şəhərinə ot gətirib satmış, əldə etdiyi qazancla avtomobilinə təkər alacaqdı. Ot satıb 1500 manat pul qazanmış, həmin pul kartda olmuşdur. Kafedə tək oturub 3 bakal pivə içmişdir. Pərvizgil 3 nəfər olmuş, kafedə pivə içmişlər. Pərvizin yanındakı şəxs ondan siqaret istəmişdir. Kafedə olanda üzərində “POCO” markalı telefon olmuşdur. Pərviz ona pivə içməyi təklif etmişdir. Özündən getməsəydi, dostlarına zəng edəcəkdi. Polisə zəng etmək niyyəti olmamışdır. O, ayıldıqda üzərində sənədləri və telefonu olmamışdır. Bibisi oğlu ona üzərində olan əşyaların Pərviz tərəfindən götürüldüyünü və ətrafda olan marketlərdən birinə verdiyini demişdir. Təqsirləndirilən şəxs kartında olan pulu çəkməmişdir. Ayıldıqdan sonra tanımadığı şəxsin telefonu ilə “102”-yə zəng etmişdir. Polis bölməsinə getdikdə içkili olmuş, lakin səhər saatlarında izahatı alınmışdır. Polis əməkdaşlarına pul vəsaitinin bank kartında olduğunu bildirmişdir. Pərvizə tərəf döndükdə sonuncu, onun çənə nahiyəsinə 1 yumruq zərbəsi vurmuşdur. İbtidai istintaq zamanı yazılan həmin ifadədə olan imzalar ona məxsusdur, həmin ifadəni oxumadan imza etmişdir. Tanışları ondan pul istədikdə, üzərində pulun olmadığını demək üçün pul vəsaitini bank kartında saxlamışdır. Bank kartı "xxxx" ASC-yə məxsusdur, həmin kartı “Asan Xidmət” mərkəzindən götürmüşdür. Ot satdığı zaman pul vəsaitini kart hesabına göndərirlər. Bank kartı onun adına açılmışdır. Hadisə baş verdikdən sonra bank kartına pul vəsaiti daxil olmasa da, içərisində olan vəsaiti çıxarmışdır. Bank kartında olan vəsaiti çıxarıb ot almışdır. İzahat verərkən içkili olmuşdur. Bank kartı hazırda üzərində deyil, kartın nömrəsini xatırlamır. Hadisə baş verərkən içərisində 1500 manat olan bank kartını hazırda da istifadə edir, növbəti məhkəmə iclasında məhkəməyə təqdim edə bilər. Məhkəmə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsini iş materiallarına uyğun olmayan, barışdığı Təqsirləndirilən şəxs müdafiə məqsədilə uydurulmuş, qeyri-səmimi və işin faktiki halları ilə təkzib edilən ifadə kimi qiymətləndirərək zərərçəkmiş şəxsin məhkəmə istintaqı zamanı verdiyi ifadəsini mötəbər hesab etmir. Məhkəmədə ifadəsi elan olunub tədqiq edilərək sübut kimi qəbul edilmiş Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə səhərə yaxın Arifin idarə etdiyi “Kamaz” markalı dövlət qeydiyyat nişanını xatırlamadığı yük avtomobilində Bakı şəhərinə gəlmişlər. Şəxsiyyət və sürücülük vəsiqələrini və təkər alması üçün götürdüyü 1500 manatı pul kisəsinə qoymuşdur. Həmin tarixdə gətirdiyi bütün otları sata bilmədiklərindən təkər alıb rayona qayıda bilməmişlər. Odur ki, Arif Sabunçu rayonu, Ramana qəsəbəsində yaşayan bacanağının evinə getmiş, o isə Arifin Sabunçu rayonu, Maştağa qəsəbəsi, Daş karxanasında yolun kənarında saxladığı yük avtomobilində gecələməli olmuşdur. Avtomobildə yata bilmədiyini görüb xx.xx.2023-cü il tarixdə saat 1 radələrində pivə içməsi üçün Sabunçu rayonu, Maştağa qəsəbəsi, Daş Karxanası ərazisində yerləşən “TT” (Lalənin kafesi) adlanan kafeyə getmişdir. Kafedə 3-4 masada müştərilər olmuş, o, təkcə ayrı masada təxminən 1 saat oturaraq 3 bakal pivə içdikdən sonra pivənin 3 manat 60 qəpik pulunu ödəyərək kafedən çıxmışdır. Kafedən çıxarkən kafedə eyni masa arxasında oturan 3 nəfər şəxsdən bir nəfəri, yəni Təqsirləndirilən şəxs ondan siqaret istəmiş, o da Pərvizə 1 ədəd siqaret vermişdir. Kafedən çıxarkən Pərviz arxası ilə çölə çıxaraq kafenin qarşısında da ondan siqaret istəmiş, o, Pərvizə 3 ədəd siqaret vermiş, Pərviz kafeyə girmiş, o isə kafedən piyada uzaqlaşmışdır. Kafedən piyada təxminən 50 metr uzaqlaşdıqda saat 2:30 radələrində Maştağa yolundan, Maştağa istiqamətində işıqfordan sağa, yəni Daş Karxanasına dönülən yerdə arxadan Pərviz onu çağırmışdır. O, dayanaraq Pərvizi gözləmiş, Pərviz ona yaxınlaşaraq bildirmişdir ki, ona kömək lazımdır, getdiyi istiqaməti göstərib demişdir ki, yaxınlıqda avtomobili xarab olub, həmin avtomobili itələyərək mühərriki işə salmağa köməklik etsin. O da Pərvizlə razılaşaraq yollarına davam etmişlər. Pərviz ondan hansı rayondan olduğunu soruşmuş, o, Salyan rayonundan gəldiyini, ot gətirdiyini demişdir. Pərvizlə birlikdə təxminən 100 metr getdikdən sonra Pərvizin göstərdiyi sağ tərəflərindəki dalana dönmüşlər, həmin dalanda başda qəbir daşları sexini görmüşdür. Pərviz ona demişdir ki, “gəl burada pivə içək”. O, Ramana qəsəbəsinə mütəmadi olaraq ot gətirdiyindən və dəfələrlə həmin kafedə oturduğundan ərazini yaxşı tanıyırmış və bilirmiş ki, qəbir daşı sexinin yaxınlığında pivə satılan yer yoxdur. Odur ki, Pərvizin onu aldatmasını başa düşüb geri dönmüşdür ki, girdiyi dalandan yola qayıtsın. O, geriyə çevrilərkən Pərviz arxadan, Pərvizi görmədiyi halda yumruğu ilə çənəsindən qüvvətli zərbə vurmuş, o, zərbənin gücündən yerə yıxılmışdır. Zərbə o qədər qüvvətli olmuşdursa ehtimal edir ki, Pərviz idmançıdır və ya əlinin içində əşya olmuşdur. Pərviz şalvarının qabaq sağ cibindən hər birini 10 manata, cəmi 20 manata aldığı ***-***-**-** və ***-***-**-** nömrələri olan 650 manat dəyərində 1 ədəd “POCO” markalı mobil telefonunu, şalvarının qabaq sol cibindən isə içərisində 1500 manat, şəxsiyyət və sürücülük vəsiqələri olan pul kisəsini götürərək ondan uzaqlaşmışdır. Sonradan özünə gəlib ayağa qalxmış, yaxınlıqda olan mağazaya gedib satıcının telefonu ilə DİN-in “102” xidmətinə məlumat vermişdir (cild 1, iş vərəqə 15-20). Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsi iş materiallarına və işin faktiki hallarına uyğun olduğundan, obyektiv həqiqəti əks etdirdiyindən məhkəmə onun ibtidai istintaq zamanı verdiyi ifadəsini mötəbər hesab edir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, 16 iyun 2023-cü il tarixdə saat 12 radələrində köşkdə olarkən sonradan adını bildiyi Təqsirləndirilən şəxs köşkə yaxınlaşaraq ona 1 ədəd “POCO” markalı mobil telefon və içərisində sürücülük və şəxsiyyət vəsiqələri olan qara rəngli pul kisəsi verərək bildirmişdir ki, 2-3 saata gəlib götürəcəklər. Təqsirləndirilən şəxs yaxınlıqda yaşayan və işləyən şəxs kimi tanımadığından bildirmişdir ki, onları götürə bilməz, mağaza sahibləri icazə vermir. Lakin Təqsirləndirilən şəxs pul kisəsinin ağzını açaraq demişdir ki, narahat olmasın, içərisində yalnız bank kartları, sürücülük və şəxsiyyət vəsiqələridir, başqa heç nə yoxdur, telefon isə bunları götürəcək şəxsin dayısı oğlunundur. O da etiraz etməyərək həmin əşyaları götürmüşdür. Təxminən 1 saat sonra Pərvizin köşkə qoyduğu telefona gələn zəngə cavab vermiş, zəng edən şəxs telefonun sahibi olduğunu bildirmiş, 1 saata telefonu gəlib götürəcəyini demişdir. O da həmin şəxsə bildirmişdir ki, istədiyi vaxt əşyalarını götürə bilər. Lakin həmin tarixdə əşyaları gəlib götürən olmamışdır. Növbəti gün köşkdə olarkən polis əməkdaşları Təqsirləndirilən şəxsla birlikdə köşkə gəlmişlər. O da qara pul kisəsini və telefonu polis əməkdaşlarına təhvil vermişdir. Həmin əşyaların oğurluq olmasını bilməmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi pul kisəsinin içərisində bank kartları, sürücülük və şəxsiyyət vəsiqələri olmuşdur. İbtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etmişdir. Cinayət işinin materiallarında olan “baxış aparılması haqqında” 15 iyun 2023-cü il tarixli protokoldan görünür ki, hadisə yeri Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Daş karxanası, Elşən Mehdiyev küçəsində, qəbir daşları düzəldilən sexin qarşısıdır. Hadisə yerindən qan izləri və ya ləkələr, iş üçün əhəmiyyət kəsb edən əşya və ya predmet aşkar olunmamışdır (cild 1, iş vərəqə 7-8). Cinayət işinin materiallarında olan “şübhəli şəxsin ifadəsinin yerində yoxlanılması haqqında” 17 iyun 2023-cü il tarixli protokoldan görünür ki, şübhəli şəxs Təqsirləndirilən şəxs Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Daş karxanası, Elşən Mehdiyev küçəsində, nömrəsiz ünvanda yerləşən qəbir daşları düzəldilən sexin qarşısını göstərərək bildirmişdir ki, Zərərçəkmiş şəxs həmin yerdə vuraraq 1 ədəd “POCO” markalı mobil telefonunu, içərisində 1500 manat, şəxsiyyət vəsiqəsi və sürücülük vəsiqəsi olan pul kisəsini ələ keçirmişdir. Daha sonra şübhəli şəxs Təqsirləndirilən şəxs ələ keçirdiyi 1 ədəd “POCO” markalı mobil telefonu, içərisində şəxsiyyət və sürücülük vəsiqələri olan pul kisəsini sahibinə qaytarılması üçün verdiyi Sabunçu rayonu, Zabrat qəsəbəsi, Şəhər Yolu küçəsində yerləşən köşkü göstərmişdir (cild 1, iş vərəqə 43-45). Cinayət işinin materiallarında olan “könüllü təqdim olunan əşyanın götürülməsi barədə” 17 iyun 2023-cü il tarixli protokoldan görünür ki, Şahid könüllü təqdim etdiyi Təqsirləndirilən şəxs ələ keçiridiyi Zərərçəkmiş şəxs məxsus 1 ədəd “POCO” markalı mobil telefon, 1 ədəd pul kisəsi, həmçinin sonuncuya aid şəxsiyyət və sürücülük vəsiqələri müstəntiq tərəfindən götürülmüşdür (cild 1, iş vərəqə 47). Cinayət işinin materiallarında olan “əşyanın tanınmasının aparılması haqqında” 20 iyun 2023-cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs eyni cinsdən olan 3 əşya ilə birlikdə ona təqdim edilmiş mobil telefonların sırasından fərdi əlamətlərinə görə özünə məxsus “POCO” markalı mobil telefonu tanımışdır (cild 1, iş vərəqə 78). Cinayət işinin materiallarında olan “əşyanın tanınmasının aparılması haqqında” 20 iyun 2023-cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs eyni cinsdən olan 3 əşya ilə birlikdə ona təqdim edilmiş pul kisələri sırasından fərdi əlamətlərinə görə özünə məxsus pul kisəsini tanımışdır (cild 1, iş vərəqə 79). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X1 X7 19 iyun 2023-cü il tarixli 1352 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs sol göz konyuktivasına və ağlı qişasına qansızma ilə müşayiət olunan sol gözyuvasıətrafı-almacıq-yanaq-çənə nahiyələrinin dərialtı hematoması, üst və alt dodağın, sol qulaq seyvanının qançırları, sağ dirsək oynağı nahiyəsinin sıyrığı müəyyən edilmişdir. Xəsarətlər bərk-küt əşyanın (əşyaların) təsirindən törənmiş, müddəti xx.xx.2023-cü il tarixə uyğun gəlir, dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir. Xarakterinə və lokalizasiyasına görə xəsarətlərin yıxılma nəticəsində törənməsi, eləcə də, müayinə olunan şəxsin özü tərəfindən özünə yetirilməsi inkar olunur. Xəsarətlər üzərində zədə yetirən əşyanın (əşyaların) fərdi xüsusiyyətləri əks olunmadığından əşya (əşyalar) barədə dəqiq məlumat vermək mümkün deyildir (cild 1, iş vərəqə 48-50). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X7 11 iyul 2023-cü il tarixli 1877 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Bunu cinayət işinin materialları, həmin cinayət işindəki anamnestik məlumatlar və hal-hazırkı psixiatrik müayinənin nəticələri və s. sübut edir. Təqsirləndirilən şəxs xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Təqsirləndirilən şəxs hal-hazırda hər hansı xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik aşkar olunmur. Təqsirləndirilən şəxs həmçinin törətdiyi əməl dövründə hər hansı bir psixi xəstəliyin, psixi fəaliyyətin müvəqqəti pozulmasının, kəmağıllılığın və sair psixi xəstəliyin əlamətləri qeyd olunmayıb. Həmin dövrdə Təqsirləndirilən şəxs öz hərəkətlərinin faktiki xarakterinin və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs iş üçün əhəmiyyət kəsb edən hallan düzgün qavrayıb təsvir etmək qabiliyyətinə malikdir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-in 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərinin faktiki xarakterinin və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs hazırkı psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur (cild 1, iş vərəqə 88-89). Cinayət işinin materiallarında olan “maddi sübut kimi tanıma haqqında” 20 iyun 2023cü il tarixli qərardan görünür ki, 1 ədəd “POCO” markalı mobil telefon, 1 ədəd pul kisəsi, Zərərçəkmiş şəxs şəxsiyyət və sürücülük vəsiqələri maddi sübut kimi tanındıqdan sonra zərərçəkmiş şəxsə qaytarılmışdır (cild 1, iş vərəqə 80). Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasının 10 oktyabr 2023-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə Bakı İstintaq Təcridxanasına gətirilərək ilkin tibbi müayinədən keçirilərkən bədəninə baxış zamanı xəsarət aşkar olunmamışdır (cild 2). Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş tələbnamədən və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirli bilinib 3 (üç) il azadlıqdan məhrum edilmiş, Bakı şəhəri Xətai rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə cəzasının çəkilməmiş 1 (bir) ay 7 (yeddi) gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmişdir (cild 1, iş vərəqə 102-109). Təqsirləndirilən şəxs törətdiyi həmin cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.3-cü maddəsinin tələbinə görə “az ağır” cinayətlər təsnifatına aiddir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətlərin residivini yaradır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.3-cü maddəsinin tələbinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər cəzanı çəkib qurtardıqları gündən 2 il keçdikdə məhkumluq ödənilmiş hesab edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.4-cü maddəsinin tələbinə əsasən məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər az ağır cinayət törətməyə görə məhkum olunmuş və vaxtından əvvəl cəza çəkməkdən azad edildikdən sonra 2 il keçmədən yenidən qəsdən ağır cinayət törətdiyindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.3 və 83.4-cü maddələrinin tələblərinə əsasən məhkumluğu ödənilməmiş və buna görə də Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinin tələbinə əsasən onun əməlində cinayətlərin residivi vardır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivi olduğundan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinin tələbinə əsasən ona təyin ediləcək cəzanın müddəti Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.1-ci maddəsinin sanksiyasının yuxarı həddinin yarısından az ola bilməz. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə cinayət işinin bütün materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. O, həmin cinayət əməlini törətməkdə təqsirlidir, onun əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs həmin maddə ilə təqsirli bilinərək qanunla müəyyən edilmiş qaydada cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı ağırlaşdıran və yüngülləşdirən halları, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət işinin materiallarından görünür ki, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ilə barışmış və ona qarşı heç bir şikayət və tələbi yoxdur (cild 2). Məhkəmə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə barışıq əldə etməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivi onun cəzasını ağırlaşdıran haldır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.1-ci maddəsi ilə tövsif etməklə yanaşı, onun həmin maddənin sanksiyası həddində müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmasını məqsədəuyğun hesab edir. Cinayət işinin materiallarında olan “cinayəti törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 17 iyun 2023-cü il tarixdə tutulmuşdur (cild 1, iş vərəqə 38). Cinayət işinin materiallarında olan Bakı şəhəri Sabunçu rayon məhkəməsinin 19 iyun 2023-cü il tarixli qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 17 iyun 2023-cü il tarixdən hesablanmışdır (cild 1, iş vərəqə 71-72). Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.4-cü maddəsinin tələbinə əsasən “ağır” cinayətlər təsnifatına aiddir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün ciddi rejimli cəzaçəkmə müəssisələrində cəzanın çəkilməsi nəzərdə tutulur. Həmin normanın tələblərinə görə Təqsirləndirilən şəxs əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkdiyindən və əməlində cinayətlərin residivi olduğundan ona təyin olunacaq cəzanı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə hesablanmaqla cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu 17 iyun 2023-cü il tarixdən hesablanmalı və barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1-ci maddəsinə əsasən dövlət nəfinə xüsusi müsadirə olunmalı əmlak müəyyən edilmədiyindən təqsirləndirilən şəxsə xüsusi müsadirə tətbiq edilməməlidir. İş üzrə maddi sübutlar: -Zərərçəkmiş şəxs məxsus 1 ədəd “POCO” markalı mobil telefonun, 1 ədəd pul kisəsinin, zərərçəkmiş şəxsə məxsus şəxsiyyət və sürücülük vəsiqələrinin ona qaytarılması nəzərə alınmalıdır. İş üzrə ekspertiza xərci və mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu 17 iyun 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübutlar: -Zərərçəkmiş şəxs məxsus 1 ədəd “POCO” markalı mobil telefonun, 1 ədəd pul kisəsinin, zərərçəkmiş şəxsə məxsus şəxsiyyət və sürücülük vəsiqələrinin ona qaytarılması nəzərə alınsın. Hökm elan olunduğu andan, həbsdə olan Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-2081/2023
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-2081/2023
15.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver