Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-2082/2023 01.12.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Hüseynov Cavid İbadulla oğlunun sədrliyi, hakimlər İsmayılov Eldar Herov oğlu və Hüseynov Səbuhi Sabir oğlundan ibarət tərkibdə, X2 və Feyzi Günay Rasim qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarənin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin Bakı Ağır Cinayətlər Məhkəməsi üzrə prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 17 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında xx xxxxxx 1986-cı il tarixdə Füzuli rayonu, Yağlıvənd kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, məhkumluğu olmayan, Füzuli rayonu, Yağlıvənd kəndində qeydiyyatda olan, tutulana qədər faktiki olaraq Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, «Qobu-Park» yaşayış kompleksi ev 32 mənzil 44-də yaşamış, 07 may 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, 08 may 2023-cü il tarixdə barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hazırda həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda heroin narkotik vasitəsini əldə edib saxlamaqla daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs naməlum vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda - təmiz çəkisi 4,043 qram təşkil edən narkotik vasitə heroini əldə edib üzərində saxlamaqla daşımış, 07 may 2023-cü il tarixdə, saat 01 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Ərəblənski küçəsində şübhəli olduğuna görə Sabunçu rayon Polis Polis İdarəsinin Post-Patrul Xidməti Bölməsinin (bundan sonra: RPİ-nin, PPXB-nin) əməkdaşları tərəfindən saxlanılaraq Sabunçu RPİ-nin 13-cü PB-nə gətirilmiş, orada onun üzərində şəxsi axtarış keçirilərkən əynindəki gödəkcəsinin sol iç cibindən bir ədəd bükümdə satış məqsədi olmadan əldə edib üzərində daşımaqla saxladığı külli miqdarda kustar üsulla hazırlanmış təmiz çəkisi 4,043 qram narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür, yəni qeyd olunan bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs münasibətdə Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə irəli sürülmüş ittihamla bağlı məhkəmə baxışına təqdim edilmiş sübutlar məhkəmə iclasında hərtərəfli, tam və obyektiv araşdırılmış və Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda heroin narkotik vasitəsini əldə edib saxlaması və üzərində daşıması, yəni Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi araşdırılan mötəbər və təkzibedilməz sübutlarla təsdiq olunmuşdur. Cinayət işinə məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində məhkəməyədək icraat mərhələsində verdiyi ifadəsini bir daha təsdiq etdiyini bildirib, göstərdi ki, tutulmazdan bir müddət əvvəl narkotik vasitə heroini qəbul etməyə başlamışdır. Hal-hazırda bədənində olan ağrıları yumşaltmaq üçün narkotik vasitə heroindən istifadə edir. Narkotik vasitə heroini qəbul etmək üçün tanımadığı şəxslərdən alıb əldə etmişdir. Onun özünün telefonu olmadığınıdan o, tanışının telefonu ilə zəng edib narkotiki sifarış vermiş, ay ərzində təqribən 5 dəfə istifadə etmişdir. Təqsirləndirilən şəxs ifadəsinin davamında göstərdi ki, 06 may 2023-cü il tarixdən 07 may 2023-ci il tarixə keçən gecə Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində olarkən əvvəllər tanımadığı şəxsdən 25 manata özünün qəbul etməyi üçün bir bükümdə narkotik vasitə olan heroin almış, həmin bükümü sonradan qəbul etmək üçün əynində olan gödəkçəsinin sol iç cibinə qoymuşdur. Aldığı narkotik təqribən 4 qram olmuşdur. Artıq 07 may 2023-cü il tarixdə, gecə saat 12-01 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi Ərəblinski küçəsi ilə piyada gedən zaman polis əməkdaşları ona yaxınlaşıb özlərini təqdim etmiş, üzərini axtarmış, lakin heç nə tapa bilməmiş və onu Sabunçu RPİ-nin 13-cü PB-nə dəvət etmişlər. Həmin vaxt şəxsi istifadəsi üçün alıb əldə etdiyi narkotik bir bükümdə onun corabında olmuşdur. PB-də olarkən ona hüquqlarının müdafiəsi üçün vəkil təqdim edilmişdir. Ona üzərində şəxsi axtarış keçiriləcəyi barədə izah edildikdə o, etiraz etməmişdir. Üzərinə şəxsi axtarış kekçirilərkən vəkilin iştirakını istəməmiş və bununla bağlı ərizə vermişdir. Sabunçu RPİ-nin 13-cü PB-nin xidməti otaqların birində polis əməkdaşları ona üzərində olan qanunla qadağan olunmuş əşya olduğu halda onlara təqdim etməsini təklif etdikdə, artıq üzərində olan narkotik vasitə heroini polis əməkdaşlarından gizlədə bilməyəcəyini başa düşüb, üzərində narkotik vasitə heroinin olmasını polis əməkdaşlarına bildirmiş və üzərində saxladığı bir ədəd şəffaf sellofana bükülmüş narkotik vasitə heroini təqdim etmişdir. Suallara cavab olaraq bükümün içərisində olan maddənin narkotik vasitə heroin olduğunu, həmin maddəni özünün istifadəsi üçün qəbul etmək məqsədi ilə tanımadığı şəxsdən 25 manata alıb əldə edərək sonradan qəbul etmək üçün üzərində saxladığını bildirmişdir. Onun üzərindən aşkar olunmuş maddə ekspertiza tədqiqatına təqdim olunması üçün polis əməkdaşları tərəfindən videoçəkiliş aparılmaqla götürülüb qablaşdırılaraq möhürlənmişdir. Polis bölməsinin xidməti otağında onun üzərinə şəxsi axtarış keçirilməsi haqqında protokol tərtib olunmuşdur. Polis əməkdaşları tərəfindən tərtib olunmuş protokola etiraz etmədən və ona polis əməkdaşları tərəfindən hər hansı bir formada təzyiq göstərilmədən imza etmişdir. Təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ifadəsinin davamında, həmçinin göstərdi ki, barəsində həbs qətimkan tədbiri seçilərkən məhkəməyə də özünü təqsirli bildiyini demişdir. Amma barəsində olan ittiham aktını aldıqdan sonra həmin aktın arayış hissəsində ondan bir ədəd elektron tərəzi götürülməsi və saxlanmasından ötrü Sabunçu RPİ-nin maddi sübutları saxlama kamerasına təhvil verildiyi yazılmışdır. O, saxlanılarkən aldığı narkotik vasitəni polisə təqdim etmiş, ətraflı izahat vermişdir. Lakin ondan elektron tərəzi götürülməmiş və protokola da belə bir şey yazılmamışdır. İttiham aktının arayış hissəsində ondan bir ədəd elektron tərəzi götürülməsinin qeyd olunmasına etiraz edir və düzəliş edilməsini xahiş edir. Cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilən Bakı şəhəri Sabunçu RPİ-nin PPXB-nin polis nəfəri Şahid2 ifadəsində göstərdi ki, 07 may 2023-cü il tarixdə, saat 01 radələrində həmkarı Şahid1la birlikdə Bakı şəhəri Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Ərəblinski küçəsində xidmətdə olduqları zaman əvvəllər tanımadıqları bir nəfər şəxsin onları görərək olduğu yerdən aralanmaq istəməsi onlarda şübhə yaratdığından həmin şəxsi saxlayıb özlərini təqdim etmişlər. Bu zaman həmin şəxsdən anket məlumatlarını soruşduqda həmin şəxs suallardan yayınaraq suallara qeyridəqiq cavab vermiş, sonuncunun narkotik təsiri altında olmasına dair şübhələri yarandığından həmin şəxsi Sabunçu RPİ-nin 13-cü PB-nə dəvət etmişlər. Tərəflərindən saxlanılan şəxs sonradan anket məlumatları onlara məlum olan Təqsirləndirilən şəxs tərəflərindən polis bölməsinə gətirilməsi barədə raport tərtib olunmuşdur. Polis bölməsində tərəflərindən narkotik vasitələrin qəbulunda və saxlanılmasında şübhəli bilinən polis şöbəsinə gətirilmiş Təqsirləndirilən şəxs üzərinə onun və iş yoldaşının iştirakı ilə təhqiqatçı tərəfindən video çəkiliş aparılmaqla şəxsi axtarış keçirilmişdir. Tərəflərindən polis bölməsinə gətirilmiş Təqsirləndirilən şəxs üzərində saxladığı qanunla dövriyyəsi qadagan edilmiş əşyaları təqdim etməsini təklif edildikdə Təqsirləndirilən şəxs əynində olan gödəkcəsinin sol iç cibindən bir ədəd sellofan bükülünü çıxarıb təqdim etmişdir. Təqsirləndirilən şəxs bükülünün içərisində narkotik vasitə heroin olmasını və həmin maddəni öz istifadəsi üçün saxlanılmamışdan əvvəl tanımadığı şəxsdən 25 manata alıb əldə etməsini bildirmişdir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış zamanı üzərindən başqa qanunsuz olaraq gəzdirdiyi əşya və predmet aşkar edilməmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitə onların iştirakı ilə götürülərək qablaşdırılmaqla möhürlənmişdir. Bütün bunlar barədə təhqiqatçı tərəfindən protokol tərtib olunmuşdur. Tərtib olunmuş protokola o, tədbir iştirakçıları və şəxsi axtarışda iştirak etmiş Təqsirləndirilən şəxs da etiraz etmədən imza etmişdir. Bundan başqa, cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilən Bakı şəhəri Sabunçu RPİ-nin PPXB-nin polis nəfəri Şahid1 məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş həmkarı Şahid2 ilə oxşar məzmunlu ifadə verib, sonuncunun işin halları ilə bağlı göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan «şəxsi axtarış və götürmə aparılması haqqında» 07 may 2023-cü il tarixli protokoldan görünür ki, 07 may 2023-cü il tarixdə saat 01 radələrində Bakı şəhəri Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Ərəblinski küçəsində narkotik vasitələrin maddələrin saxlanılmasında və qəbulunda şübhəli olduğuna görə saxlanılmış Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilərkən əynindəki gödəkçənin sol iç cibindən bir ədəd sellofana bükülmüş halda narkotik vasitə heroin aşkar olunaraq götürülmüşdür (iş vərəqə: səh. 24-25). Məhkəmə baxışı zamanı tədqiq olunan, məhkəməyədək icraat mərhələsində iş üzrə şəxsi axtarış və götürmə aparılması prosesinin videogörüntülərini özündə əks etdirən “baxış keçirilməsi haqqında” 07 may 2023-cü il tarixli protokoldan görünür ki, həmin görüntü açıldıqda otaqda xüsusi geyimdə olan şəxs və mülki geyimdə olan şəxslər görüntüyə gəlir. Polis mayoru xüsusi geyimində olan şəxs özünü Sabunçu RPİ-nin 13-cü PB-nin təhqiqatçısı İlham Babayev kimi təqdim edir və Sabunçu RPİ 13-cü PB-nin əməkdaşları tərəfindən narkotik vasitələrin saxlanılmasında şübhəli bilinən polis bölməsinə gətirilmiş Təqsirləndirilən şəxs üzərinə 07 may 2023-cü il tarixdə şəxsi axtarış keçirilməsini bildirir. Bundan sonra otaqda olan və şəxsi axtarışda iştirak edən şəxslərin özlərini təqdim etmələrindən məlum olur ki, şəxsi axtarışda Sabunçu RPİ PPXB-nün əməkdaşları Ehtiram Ülfət oğlu, Şahid1 və saxlanılan Təqsirləndirilən şəxs iştirak edir. X3 polis bölməsinə gətirilmiş Təqsirləndirilən şəxs üzərində saxladığı qanunla dövriyyəsi qadagan edilmiş əşyaları təqdim etməsini təklif edir. Təqsirləndirilən şəxs əynində olan gödəkçənin sol ic cibindən bir ədəd sellofan bükülünü təqdim edir. Təqsirləndirilən şəxs bükülünün içərisində narkotik vasitə heroin olmasını və həmin maddəni saxlanılmamışdan əvvəl tanımadığı şəxsdən 25 manata əldə etməsini və qəbul etmək üçün üzərində saxlayaraq gəzdirməsini bildirir. Təhqiqatçı həmin maddəni qablaşdırmaq üçün zərfin üzərində qeydlər edir, iştirak edənlər zərfi imzalayır və büküm zərfə qoyulur. Zərf möhürlənir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə əlavə axtarış keçirilir. Axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən qanunsuz saxladığı əşya, predmet aşkar edilmir. Bununla əlaqədar tərtib olunmuş protokol cinayət işinin materiallarına əlavə edilmişdir (iş vərəqə: səh. 48). İşdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan, məhkəmə-kimyəvi ekspertizasının 07 may 2023-cü il tarixli, 6/2644 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində, “...Vət.Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş ...” sözləri olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 4,043 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ) daxildir (iş vərəqə: səh. 32-35). Bundan başqa, məhkəmə baxışı zamanı tədqiq olunan məhkəmə-narkoloji ekspertizasının 20 may 2023-cü il tarixli, 3083 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (Narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstərişi yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (iş vərəqə: səh. 95-96). İbtidai istintaq orqanının müvafiq əməliyyat tapşırığına əməliyyat xidməti tərəfindən verilmiş 49-2/2-9627 nömrəli cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitənin satışı ilə məşğul olması öz təsdiqini tapmamışdır (iş vərəqə: 98). Məhkəmə baxışı zamanı tədqiq olunan materiallarla müəyyən edildi ki, Təqsirləndirilən şəxs götürülmüş ümumi təmiz çəkisi 4,043 qram təşkil edən, ekspertiza tədqiqatından sonra qalıq qalmış 3,993 qram heroin narkotik vasitəsi və şəxsi axtarış və götürmə prosesinin videogörüntülərinin yükləndiyi 01 (bir) ədəd «DVD» formatlı disk iş üzrə maddi sübut kimi tanınmış, qalıq çəkidə narkotik vasitə maddi sübut kimi saxlanması üçün Bakı şəhəri Sabunçu RPİ-nin maddi sübutların saxlanması yerinə təhvil verilmiş, «DVD» formatlı bir ədəd disk isə cinayət işinin materiallarına əlavə edilmişdir (iş vərəqə: səh. 99-104; 106). Baxılan cinayət işinin materiallarından göründüyü kimi, cinayət işinin ibtidai istintaqı mərhələsində Təqsirləndirilən şəxs aşkar olunub götürülən narkotik vasitənin mənbəyi müəyyənləşdirilmədiyindən ayrıca icraatda material ayrılmışdır (iş vərəqə: 99-104). Məhkəmə təqsirləndirilən şəxsin əməlinin cinayət-hüquqi tövsifinə qiymət verərkən “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli qərarının, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun və 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahı”nın konkret müddəalarını rəhbər tutmuşdur. Belə ki, 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıya» əsasən “heroin” narkotik vasitəsinin şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar daxil olmaqla yuxarı həddi 2 qram müəyyən edilmişdir. Məhkəmə baxışı zamanı isə müəyyən edildi ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş heroin narkotik vasitəsinin təmiz çəkisi 4,043 qram təşkil etmişdir ki, qeyd olunan miqdar «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahı»da nəzərdə tutulmuş külli miqdar hədlərində olmuşdur. Məhkəmə kollegiyası, məhkəmə baxışına təqdim edilmiş sübutları məhkəmə iclasında hərtərəfli, tam və obyektiv tədqiq edib, sübutlar toplusuna məcmu halında qiymət verərək, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq hesab olunan külli miqdarda heroin narkotik vasitəsi əldə etməsi, saxlaması və daşıması, yəni Azərbaycan Respublikası CM-nin 234.1- 1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi məhkəmədə təkzibedilməz və mötəbər sübutlarla təsdiq edildiyindən onun əməli ibtidai istintaq orqanı tərəfindən düzgün ixtisaslaşdırılmışdır və Təqsirləndirilən şəxs əməli Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə tövsif olunmalı və o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmədə təqsirləndirilən Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar və onu cinayət məsuliyyətindən azad etmə üçün əsaslar müəyyən edilməmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs özünü törətmiş olduğu cinayətə görə tam təqsirli bilmiş, əməlindən səmimi peşman olduğunu bildirmiş və təqsirsizliyi ilə bağlı heç bir dəlil gətirməmişdir. Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı dindirilərkən ifadəsində barəsində olan ittiham aktının arayış hissəsində iş üzrə bir ədəd elektron tərəzinin maddi sübut kimi tanınınb saxlanca verilməsi barədə qeydləri qəbul etməmiş, ondan heç bir tərəzi götürülmədiyini bildirmiş və bu barədə qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iş üzrə təqdim olunan bütün sübutları tam, hərtərəfli və obyektiv araşdırma aparıb belə nəticəyə gəlmişdir ki, baxılan iş üzrə Təqsirləndirilən şəxs hər hansı tərəzi götürülməmiş, maddi sübut kimi tanınmamış, real olaraq saxlanca verilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində olan ittiham aktının arayış hissəsində bir ədəd elektron tərəzinin maddi sübut kimi tanınınb saxlanca verilməsi ilə bağlı qeydləri texniki qüsur kimi qiymətləndirir və təqsirnləndirilən şəxsin əleyhinə sübut kimi istifadə olunmasını mümkünsüz hesab edir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və cəzanı ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsirini nəzərə alır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin əməliyyat-sorğu arayışından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ilə təqsirli bilinib 01 il 11 ay 24 gün müddətinə islah işləri cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli Amnistiya qərarının 2.8-ci bəndinə əsasən xx.xx.2021-ci il tarixdə ona təyin olunan cəzadan azad edilmişdir (iş vərəqə: 82-83). Məhkəmə baxışı zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü üzrə olan məhkumluğu Azərbaycan Respublikası CM-nin 83-cü maddəsinin tələbləri baxımından ödənilmişdir və o, məhkumluğu olmayan şəxsdir. Azərbaycan Respublikası CM-nin 83.3.2-ci maddəsinə əsasən azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəzaya məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən bir il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Azərbaycan Respublikası CM-nin 83.4-cü maddəsinə əsasən məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. Azərbaycan Respublikası CM-nin 83.6-cı maddəsinə əsasən məhkumluğun ödənilməsi və ya götürülməsi məhkumluqla bağlı olan bütün hüquqi nəticələri ləğv edir. Məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs himayəsində 2012-ci il təvəllüdlü bir nəfər azyaşlı uşağı vardır və bu hal Azərbaycan Respublikası CMnin 59.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində onun cəzasını yüngülləşdirən hal qismində nəzərə alınmalıdır. Məhkəmədə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə kollegiyası təqsirləndirilən Təqsirləndirilən şəxs təyin ediləcək cəza məsələsini müzakirə edib belə nəticəyə gəldi ki, sonuncunun ittiham olunduğu Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsində nəzərdə tutulan cinayətin təsnifatına görə ağır cinayətlərə aid olmasını, törədilmiş cinayət əməlinin ictimai təhlükəliliyi nəzərə alınmalı, sosial ədalətin bərpası, təqsirləndirilən Təqsirləndirilən şəxs islah olunması və həm təqsirləndirilən Təqsirləndirilən şəxs, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə ona təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsində nəzərdə tutulan sanksiya həddində ədalətli və şəxsiyyətinə uyğun azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə kollegiyası təyin olunacaq azadlıqdan məhrum etmə cəzasının çəkilməsi üçün təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində cəzaçəkmə müəssisəsinin növünü müəyyən edərkən, törədilən cinayətin ağır cinayətlər kateqoriyasına aid olmasını, onun ilk dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunduğunu qeyd edir və onun təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsini qanuna uyğun hesab edir. Belə ki, Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinin tələblərinə görə qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəza çəkmə müəssisəsi ümumi rejimli cəzaçəkmə müəssisələri olaraq müəyyən olunur. Məhkəmə Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli ilə bağlı məsələni müzakirə edib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli onun şübhəli şəxs qismində tutulduğu və barəsində həbs qətimkan tədbirinin seçilməklə məhkəmə hökmü çıxarılanadək fasiləsiz olaraq həbsdə saxlanıldığı 07 may 2023-cü il tarixdən hesablanmalıdır. Həmçinin məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs 07 may 2023-cü il tarixdən başlayaraq həbsdə saxlanıldığı bütün müddət ona təyin olunmalı olan cəza müddətinə daxil edilməlidir. Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan hesablanır. Həmin Məcəllənin 158.2 və 158.2.1-ci maddəsinin tələbinə görə isə təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə daxildir. Məhkəmə təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbirinə münasibət bildirib qeyd edir ki, təqsirləndirilən şəxsə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi nəzərə alınmalı və onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində olan ambulator məhkəmə-narkoloji ekspertizasının 20 may 2023-cü il tarixli, 3083 nömrəli rəyinə münasibət bildirib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicəyə ehtiyacı olması nəzərə alınmalı və onun barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq olunmalı, həmçinin o, ərazi narkoloji dispanserində qeydiyyata götürülməlidir. Məhkəmə, Azərbaycan Respublikası CPM-in 346.1.19-cu maddəsinin tələbləri baxımından iş üzrə maddi sübutlara dair məsələni həll edərkən belə nəticəyə gəlir ki, iş üzrə maddi sübutların taleyi hökm qanuni qüvvəyə mindikdən sonra aşağıdakı qaydada həll edilməlidir: - Azərbaycan Respublikası DİN-nin Bakı şəhəri, Sabunçu RPİ-nin maddi sübutların saxlanma kamerasında saxlanılan, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş və ekspertiza tədqiqatlarından sonra qalıq qalan 3,993 qram heroin narkotik vasitəsi məhv edilməli; - Təqsirləndirilən şəxs üzərində axtarış keçirilməsi və götürmə aparılması prosesini əks etdirən videogörüntülərin yükləndiyi bir ədəd DVD formatlı disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə məhkəmə məsrəfləri – 81,0 (səksən bir) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir. İş üzrə qanunla müəyyən olunan qaydada mülki iddia verilməmişdir, əmlak üzərinə həbs qoyulmamışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 345-347, 349, 351- 354, 356, 381, 384.1 maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 3 (üç) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli şübhəli şəxs qismində tutulduğu 07 may 2023-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbixarakterli məcburi tədbirlər tətbiq edilsin, o, yaşayış yeri üzrə ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. İş üzrə maddi sübutların taleyi hökm qanuni qüvvəyə mindikdən sonra aşağıdakı qaydada həll edilsin: - Azərbaycan Respublikası DİN-nin Bakı şəhəri, Sabunçu RPİ-nin maddi sübutların saxlanma kamerasında saxlanılan, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş və ekspertiza tədqiqatlarından sonra qalıq qalan 3,993 qram heroin narkotik vasitəsi məhv edilsin; - Təqsirləndirilən şəxs üzərində axtarış keçirilməsi və götürmə aparılması prosesini əks etdirən videogörüntülərin yükləndiyi bir ədəd DVD formatlı disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə məsrəfləri – 81,0 (səksən bir) manat məbləğində ekspertiza xərci məhkum Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. İş üzrə qanunla müəyyən olunan qaydada mülki iddia verilməmişdir, əmlak üzərinə həbs qoyulmamışdır. Hökmdən elan olunduğu vaxtdan, həbsdə olan məhkum Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-2082/2023
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-2082/2023
01.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver