Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-2083/2024 13.12.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Hüseynov Cavid İbadulla oğlunun sədrliyi, hakimlər İsmayılov Eldar Herov oğlu və Hüseynov Səbuhi Sabir oğlundan ibarət tərkibdə, Cəbizadə Aybəniz Emin qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarənin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin Bakı Ağır Cinayətlər Məhkəməsi üzrə prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, zərəçəkmiş şəxsin hüquqi varisi X2, Təqsirləndirilən şəxs və onun müdafiəçisi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 7 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında xx xxxx 1985-ci il tarixdə İsmayıllı rayonunun Ruşan kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evlihimayəsində bir yetkinlik yaşına çatmayan uşağı olan, orta təhsilli, "xxxx" MMC-də çilingər vəzifəsində işləmiş, əvvəllər məhkum olunmamış, İsmayıllı rayonu, Ruşan kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşamış, 20 aprel 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, 21 aprel 2024-cü il tarixdə barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 120.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmüş, yəni digər şəxsi xuliqanlıq niyyəti ilə qəsdən həyatdan məhrum etmişdir. Belə ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə, saat təxminən 21 radələrində sərxoş vəziyyətdə vaxt keçirməkdən ötrü çilingər vəzifəsində işlədiyi ünvan 2 ünvanında yerləşən "xxxx" MMC-nin tərkibindəki Bakıxanov Çörək Zavodun həyətinə gəlib, orada təsadüfən rastlaşdığı həmin zavodda qazanxana operatoru vəzifəsində işləyən iş yoldaşı Zərərçəkmiş şəxs ilə birlikdə spirtli içki qəbul etməkdən ötrü yaxınlıqda yerləşən “Oba” marketə gedib oradan aldıqları alkoqollu enerji içkisini içdikdən sonra Zərərçəkmiş şəxs ona “sən ətağa, bir butulka da spirtli içki qəbul edək” deyə bildirməsinə cavab olaraq “ətağa kimdir?” deyə soruşmuş, Zərərçəkmiş şəxs isə cavabında “Sən nə danışırsan, ətağa sənin atandan yaxşı kişidir” ifadəsini işlətdiyindən o, bu sözləri özünə qarşı təhqir kimi qəbul edib bunu cüzi səbəb kimi bəhanə edərək ictimai qaydalara və cəmiyyət tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərməklə öz şəxsiyyətini onun şəxsiyyəti fövqündə qoyub üstünlüyünü nümayiş etdirmək məqsədilə heç bir əsaslı səbəb olmadan, yəni xuliqanlıq niyyəti ilə Zərərçəkmiş şəxs qəsdən öldürmək qərarına gələrək, cinayətkar niyyətini həyata keçirməkdən ötrü xx.xx.2024-cü il tarixdə, gecə saat 05:30 radələrində Bakıxanov Çörək Zavodunun həyətində yerləşən çilingər otağına daxil olub oradan zavod üsulu ilə hazırlanmış soyuq silah hesab edilməyən məişət təyinatlı mətbəx bıçağını götürərək silahlanıb, həmin vaxtı buraxılış məntəqəsinə doğru hərəkət edən Zərərçəkmiş şəxs yaxınlaşaraq birlikdə bir qədər hərəkət etdikdən sonra qəflətən həmin bıçaqla sonuncunun bədəninin müxtəlif nahiyələrinə ardıcıl zərbələr vurub ona döş qəfəsinin sol yarısının cızığı kimi sağlamlığa zərər vurmayan xəsarətlərin əlamətlərinə malik 1 (bir) ədəd, sol tərəfli hemopnevmotoraks (sol döş boşluğuna sərbəst qanın və havanın yığılması) və diafraqmanın yaralanması ilə müşayiət olunan döş qəfəsinin sol yarısının döş və qarın boşluqlarına nüfuz edən 1 (bir) ədəd, nazik bağırsağın, bağırsaq müsariqəsinin, qarın aortası və müsariqə arteriyasının zədələnməsinə səbəb olan qarının ön divarının periton boşluğuna nüfuz edən 1 (bir) ədəd hər biri ayrı-ayrılıqda canlı şəxslərdə sağlamlığa ağır zərərvurmanın əlamətlərinə malik olan ümumilikdə 2 (iki) ədəd deşilmiş-kəsilmiş yaraları kimi daxili üzvlərin yaralanması ilə əlaqədar baş vermiş çoxlu qanitirmə nəticəsində ölümü ilə səbəbli əlaqəsi olan xəsarətlər yetirməklə Zərərçəkmiş şəxs xuliqanlıq niyyəti ilə qəsdən öldürmüş, yəni qəsdən həyatdan məhrum etmişdir, yəni qeyd olunan bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 120.2.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.2-ci maddəsi ilə irəli sürülmüş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, o, il yarım əvvəl Bakıya gəlmiş, çörəkzavodda işləməyə və yaşamağa başlamışdır. O, birinci sexin həyətində yaşamışdır. Hadisə günü saat təqribən 21:00 radələrində evdən çıxmış, mərhum Etibarla küçədə rastlaşmış, sonuncu onu spirtli içki içməyə dəvət etmişdir. Mərhum zavodda katelnidə, yəni ocaqxanada işləmişdir. O, Etibarın yanına içkili yox, ayıq başla getmiş, içkini onunla birlikdə içmişdir. O, mərhumla birlikdə daha əvvəl yeyibiçməmişlər. Onlar “Go” adlı spirtli içki içmişlər. Həmin gün Etibar xidmətdə, o isə istirahətdə olmuşdur. Zavodda gecə növbəsi iş getdiyindən zavodun içində adamlar olsa da, həyətində adamlar olmamışdır. İçki içdikdən sonra evə gedərkən də onun arxasınca gəlmiş, ona bir butulka da spirtli içki alıb içməyi təklif etmişdir. O, bundan imtina etdikdə Etibar ona “sən Ətağa, gəl içək” dedikdə, o, Etibardan Ətağanın kim olduğunu soruşmuş, onu tanımadığımı demişdir. Etibar cavabında ona “Ətağa sənin atandan yaxşı kişi olub” demişdir ki, o da ona o sözü deməməsini xahiş etmiş, atasının rəhmətə getdiyini, onun atasına hörmətlə yanaşdığını demiş, ayıq başla söhbət edə biləcəklərini demişdir. Belə ki, Etibar ona Ətağa sözünü deyəndən sonra onun pisinə gəlmiş, onun atası rəhmətə gedən vaxt hərbi xidmətdə olmuş, 1 il 6 ay o, evə gəlməmiş, gələndən sonra atasının rəhmətə getdiyini bilmişdir. Həmin vaxt onların hər ikisi də içkili olmuşdur. Həmin vaxt Etibar ona “sənin nəslində elə bir kişi yoxdur ki, mənimlə söhbət edə bilsin” demişdir. Ondan sonra artıq həm içkili, həm də əsəbi olduğundan, çilingər otağına gedib bıçağı götürmüş, lakin onu öldürmək fikri olmamışdır. Bıçağı götürənədək onların arasında mübahisə təqribən yarım saat çəkmişdir. Çilingər otağına gedib-gəldiyi zaman məsafəsi onun yadında qalmamışdır. Götürdüyü bıçaq qara bıçaq oldmuş, həmin bıçaqla insana adi zərbə nəticəsində insanın həyatdan məhrum ola biləcəyini həmin an başa düşməmişdir. Yarıyolda o, Etibarla üzbəüz gəlmiş və həmin vaxt Etibar bir əlini onun boynuna atmış, hətta bir dəfə də onu sinəsindən itələmişdir. Etibarla birlikdə böyür-böyürə getmiş, asfalta çıxaçıxda Etibar ona “sənsən nəslinizdə asudə, mənlə söhbət edən kişi?”sualını vermiş, o da Etibarın artıq təhqirə başladığını görüb, sadəcə xatırladığı qədər ona bir bıçaq zərbəsi vurmuş, lakin öldürmək məqsədi olmamışdır. Ondan sonra isə artıq özündə olmamış, Etibarın hansı nahiyyələrinə, neçə bıçaq zərbəsi vurduğunu yadında saxlaya bilməmişdir. O, Etibarı vurmazdan əvvəl sonuncunun ona qarşı heç bir təhqirli, xoşagəlməz sözləri olmamış, onlar səhərədək bir yerdə olmuşlar. Təqsirləndirilən şəxs ifadəsinin davamında göstərdi ki, o, ona qarşı xuliqanlıq niyyəti ilə adam öldürməyə görə irəli sürülmüş ittihamı qəbul etmir. Belə ki, o, Etibarla səhərə kimi birlikdə olmuş, onun heç bir xuliqanlıq niyyəti olmamışdır. Onların arasında münasibət pis olmamışdır. O, sadəcə söyüşə görə özünü idarə edə bilməmiş, onun Etibarı öldürmək niyyəti də olmamış, atasını və onu təhqir etdiyi üçün onu vurmuşdur. O, Ətağanın kim olduğunu bilməmiş, yalnız Kürdəxanaya (burada: Bakı İstintaq Təcridxanası) gedəndən sonra Ətağanın bir seyid olduğunu öyrənmişdir. Təqsirləndirilən şəxs ifadəsinin davamında daha sonra göstərdi ki, hadisə səhərə yaxın baş vermiş, onlar səhərədək bir yerdə olmuş, içkili vəziyyətdə bir yerdə oturub səhərədək söhbət etmişlər. O, Etibarı vurandan sonra sonuncu dərhal ölmədiyindən o, kömək götürüb gəlməsi üçün evə getmiş, evdə polisə təslim olacağını dedikdə, həyat yoldaşı ondan niyə polisə təslim olacağını soruşmuş, o, adam vurduğunu demiş, lakin ona inanmamışdır. Qayıdıb hadisə yerinə getmiş, Etibarın hadisə yerində olmadığını, onun aparıldığını görmüşdür. O, Etibarı vurub çıxıb gedəndən sonra hadisə yerinə kimin gəlib kömək etdiyini o, bilməmişdir. Amma onların birinci mübahisəsində onların yanında heç kəs olmamışdır. Sonra hadisə yerinə Post-Patrul maşını gələrək cinayətkarın hara getdiyini soruşduqda o, “getməmişəm, burdayam” cavabını vermişdir. Təqsirləndirilən şəxs ifadəsinin yekununda göstərdi ki, o, hazırda məhkəmədə verdiyi ifadəsini ibtidai istintaqda da vermiş, lakin ibtidai istintaqdakı ifadələri oxumamış, nə yazılıbsa, hamısına oxumadan qol çəkmişdir. Ola bilsin ki, müstəntiq onun ifadələrində hansısa sözü yazmamış olsun. Sonradan ifadələrini və ittiham aktını oxumuş, bəzi şeylərin yalandan yazıldığını müəyyən etmişdir. Belə ki, guya Etibar ondan su alıb gətirməyi xahiş etmiş, guya o, ona “Ətağa kimdir, heç mən atamı saymıram” cavabını vermişdir ki, əsil həqiqətdə belə bir hal baş verməmişdir. Təqsirləndirilən şəxs münasibətdə Azərbaycan Respublikası CM-nin 120.2.2-ci maddəsi ilə irəli sürülmüş ittiham üzrə məhkəməyə təqdim edilmiş sübutlar məhkəmə baxışında hərtərəfli, tam və obyektiv araşdırılmış və Təqsirləndirilən şəxs başqa şəxsi qəsdən xuliqanlıq niyyəti ilə öldürməsi, yəni başqa şəxsi xuliqanlıq niyyəti ilə qəsdən həyatdan məhrum etməsi mötəbər və təkzibedilməz sübutlarla təsdiq olunmuşdur. Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı verdiyi ifadəsi ilə onun məhkəməyədək icraat zamanı verdiyi ifadələri arasında müəyyən olunan ziddiyyətlərlə bağlı onun cinayət işinin ibtidai istintaqı zamanı vermiş olduğu ifadələri elan edilməklə tədqiq olundu. Təqsirləndirilən şəxs tədqiq olunan ifadələrində ona qarşı Azərbaycan Respublikası CM-nin 120.2.2-ci maddəsilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, niyyəti Zərərçəkmiş şəxs öldürmək olmamış, sadəcə olaraq sonuncuya xəsarət yetirməyə yönəlmişdir. Ailəlidir, 1 övladı var. Belə ki, 2008-ci il tarixdə X4 ilə rəsmi olaraq ailə həyatı qurub evlənmişdir. Həmin evlilikdən 2009-cu il tarixdə X5 anadan olmuşdur. Anadan olduğu tarixdən etibarən İsmayıllı rayonu, Ruşan kəndində ailə üzvləri ilə birlikdə yaşamışdır. Ailə həyatı qurduqdan sonra da həmin ünvanda yaşamağa davam etmişdir. Təxminən 2023-cü ilin iyun ayında ailə üzvləri ilə birlikdə ünvan 4 ünvanında kirayə əsaslarla yaşamağa başlamışdır. Eyni zamanda 2024-cü ilin təxminən fevral ayından etibarən Sabunçu rayonu, ünvan 5 ünvanında yerləşən "xxxx" MMC-nin Bakıxanov Çörək Zavodunda rəsmi əsaslarla, yəni əmək müqaviləsi bağlanmaqla çilingər olaraq fəaliyyətə başlamışdır. Həmin MMC-də iş fəaliyyəti gündəlik olaraq saat 09:00-da başlayıb, saat 18:00-da başa çatmışdır. Zərərçəkmiş şəxs əvvəllər tanımamış, aralarında hər hansı ədavət və düşmənçilik olmamışdır. Etibarı həmin MMC-də işə başladığı tarixdən etibarən iş yoldaşı kimi tanımışdır. Belə ki, Etibar həmin MMC-də qazanxana operatoru olaraq fəaliyyət göstərmişdir. Hadisədən bir gün əvvəl, yəni 19 aprel 2024-cü il tarixdə, saat 18:00-da xidməti fəaliyyətini başa vurub yaxınlıqda yerləşən yaşadığı ünvana getmişdir. Evə gedib nahar yeməyini yedikdən sonra “Sərham" MMC-nin həyətinə tərəf gəlmişdir. Belə ki, onun Bakı şəhərində dost tanışı olmadığına görə, axşamlar işdən çıxandan sonra, evə gedib bir müddət istirahət etmiş, sonra yenidən iş yerinə gəlib orada asudə vaxtını keçirmişdir. 19 aprel 2024-cü il tarixdə, axşam saat 21 radələrində yaşadığı ünvandan çıxıb "xxxx" market istiqamətində hərəkət edərək həmin ərazinin yaxınlığında olan, adını xatırlamadığı kafeyə daxil olub hər biri 0,5 İ həcmində olan 2 bakal pivə içmişdir. Pivəni içib qurtardıqdan sonra kafedən çıxıb işlədiyi zavod istiqamətində hərəkət etmişdir. Həmin vaxt ünvan 2 ünvanında yerləşən "xxxx" MMC-nin tərkibindəki Bakıxanov Çörək Zavodunun həyətində Etibar ilə qarşılaşmışdır. Etibarın iş qrafikini dəqiq bilməsə də, sonuncunun bir gün gecə, növbəti dəfə isə gündüz növbəsinə qaldığından xəbərdar olmuşdur. Həmin gün isə Etibar gecə növbəsinə qalmalı olmuşdur. Etibar ilə rastlaşandan sonra, sonuncu ona mağazadan “GO” adlı spirtli, energetik içki alıb içməyi təklif etmişdir. O, Etibarın təklifi ilə razılaşıb birlikdə "xxxx" marketlə üzbəüz olan, yolun əks istiqamətindəki, "xxxx"un binalarının alt hissəsində yerləşən “Oba” marketə daxil olmuşlar. Etibar ilə “Oba”dan ümumilikdə 6 ədəd, 0,5 l-lik, dəmir qablaşdırmada olan “GO” alıb çörək zavodunun qarşısına gələrək “daş bardior”ların, (burada: səki kənarı daşların) üstündə əyləşib spirtli içkini qəbul etməyə başlamışlar. Bir müddət spirtli içki qəbul edib söhbət etmiş, təxminən 5-6 saat Etibarla birlikdə vaxt keçirtmişlər. Həmin müddət ərzində birlikdə qazanxanada və zavodun ərazisində piyada hərəkət edərək müxtəlif məzmunlu söhbətlər etmişlər. Təqsirləndirilən şəxs tədqiq olunan həmin ifadəsinin davamında göstərmişdir ki, 20 aprel 2024-cü il tarixdə, saat təxminən 05 radələrində o, Etibarla sağollaşıb yaşadığı evə getmək istəyən zaman Etibar onu arxadan səsləyib yenidən mağazaya gedərək “GO” almağı təklif etmiş, bu zaman o, Etibara artıq içmək istəmədiyini və evə getmək istədiyini bildirmişdir. Onun bu sözündən sonra Etibar ona “Sən Ətağa, gəl bir butulka da spirtli içki qəbul edək” demiş, o isə gülə-gülə Etibara tərəf çevrilib “Ətağa kimdir?” deyə soruşmuşdur. Onun bu sözündən sonra Etibar, əsəbi formada ona “Sən nə danışırsan, Ətağa sənin atandan yaxşı kişidir” ifadəsini işlətmişdir. Etibarın bu sözü ona təsir etmiş, ona görə də sonuncudan danışığına fikir verməsini tələb etmiş, Etibar isə onun dediklərinə əhəmiyyət verməyərək üzərinə doğru gəlib sinəsindən itələyib “Ətağa”nın həqiqətən də atasından üstün olması fikrini bildirmişdir. O isə atasının vəfat etdiyini, Ətağanın heç bir valideyndən üstün olmadığını demişdir. Onların arasında təxminən 15-20 dəqiqə ərzində bu məzmunda sözlü mübahisə baş vermiş, 15-20 dəqiqə sonra isə o, Etibarın atası barədə işlətdiyi xoşagəlməz ifadələrin qarşısını almaq məqsədi ilə işlədiyi Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Yavər Əliyev küçəsi, 00/37 ünvanında yerləşən "xxxx" MMCnin tərkibindəki Bakıxanov Çörək Zavodunun həyətində mövcud olan çilingər otağına qaçaraq oradan məişətdə istifadə etdikləri qara dəstəkli mətbəx bıçağını götürüb yenidən Etibarın olduğu əraziyə, yəni zavodun ətrafında olan hasarın yanına, avtomobil yoluna yaxın hissəyə, zavodun çıxış hissəsinə, buraxılış məntəqəsi istiqamətinə gələrək orada Zərərçəkmiş şəxs qarın nahiyəsindən ardıcıl olaraq bıçaq zərbələri vurmuşdur. Həmin vaxt spirtli içkinin təsiri altında olduğundan hədəsinin mexanizmini unutmuşdur. Zərərçəkmiş şəxs bıçaqla vurmaqda məqsədi onun atası barədə işlətdiyi xoşagəlməz ifadələrin qarşısını almaq olmuşdur. Çünki, o Etibarla sözlü mübahisə edib atası barədə xoşagəlməz ifadə işlətməməsini tələb etsə də, sonuncu israrla “Ətağa”nın atasından üstün olduğunu bildirmişdir. O da Etibarın sözlərindən əsəbləşib hiddətlənərək çilingər otağına qaçıb oradan məişətdə istifadə etdikləri bıçağı götürüb sonuncuya ardıcıl xəsarətlər yetirmişdir. O, Etibara xəsarət yetirən zaman Etibar qışqırıb qaçmağa çalışmış, o isə sonuncuya qaçmağa imkan verməyərək və qışqırığına məhəl qoymayaraq bıçaqla ardıcıl xəsarətlər yetirməyə davam etmiş, Etibar xəsarətlər alıb üst-başı qana bulanaraq yerə yıxılmışdır. O, Etibarın yerə yıxıldığını görüb öldüyünü zənn edərək qorxduğu üçün bıçağı orada yerə atıb dərhal yaşadığı ünvana getmişdir ki, hadisə barədə ailə üzvlərinə məlumat versin. İş yeri ilə yaşadığı ünvan arasındakı məsafə təxminən 4-5 dəqiqə olmuşdur. Evə çatıb arvadına bıçaqla adam vurduğunu bildirmiş, arvadı onun dediklərinə inanmamışdır. Arvadına bu barədə məlumat verib dərhal hadisə yerinə qayıtmış, hadisə yerinə qayıtdıqda Etibarın orada olmadığını görmüş, bir neçə dəqiqə sonra isə hadisə yerinə polis əməkdaşları gəlmiş və hadisənin kim tərəfindən törədildiyini soruşmuşlar. O isə polis əməkdaşlarına Zərərçəkmiş şəxs bıçaqla vurduğunu etiraf etmiş, daha sonra isə polis bölməsinə aparılmışdır. Təqsirləndirilən şəxs tədqiq olunan həmin ifadəsinin davamında daha sonra göstərmişdir ki, o, hadisə zamanı Etibarın atası barədə qeyd etdiyi xoşagəlməz ifadələrdən sonra əsəbləşmiş, həm də sərxoş olduğu üçün sanki gözü qaralmış, ona görə də Etibara hardan gəldi zərbələr endirməyə başlamışdır. Bu cinayəti törətməyə onu kimsə təhrik etməmiş, bu cinayətin törədilməsi barədə əvvəlcədən kiməsə məlumat verməmiş, çünki belə bir niyyəti olmamışdır. Təqsirləndirilən şəxs tədqiq olunan həmin ifadəsinin davamında daha sonra göstərmişdir ki, o, "xxxx" MMC-dən əldə edilmiş videogörüntülər ona təqdim olunmuş, o, videogörüntülərlə tanış olaraq göstərmişdir ki, həmin görüntüdə hasarın dibi ilə zavodun çıxışına tərəf sağ tərəfdə hərəkət edən, üzərində açıq boz rəngli uzunqol gödəkçə olan şəxs onun özü olmuş, həmin vaxt o, sağ əlində saxladığı bıçaqla sol tərəfində hərəkət edən Zərərçəkmiş şəxs bir neçə xəsarət yetirmişdir. Etibar ona, atasına və ya hər hansı ailə üzvünə qarşı nalayiq ifadə işlətməmişdir, sadəcə olaraq sonuncu “Ətağa”nın atasından yaxşı kişi olduğunu deməklə onu qıcıqlandırmışdır. Etibarın onun atası barədə xoşagəlməz ifadəsi onu özündən çıxarmışdır. 20 aprel 2024-cü il tarixdə, təxminən saat 05 radələrində hadisənin baş verdiyi "xxxx" MMC-nin tərkibindəki Bakıxanov Çörək Zavodunun həyətində Zərərçəkmiş şəxs ilə sözlü olaraq mübahisə etdiyi zaman sərxoş olduğu üçün yanlarında konkret olaraq kimlər olduğunu xatırlamamış, lakin həmin vaxt zavodun həyətində iş yoldaşlarından bir neçəsi olmuşdur. 20 aprel 2024-cü il tarixdə, təxminən saat 05 radələrində hadisənin baş verdiyi "xxxx" MMC-nin tərkibindəki Bakıxanov Çörək Zavodunun həyətində Zərərçəkmiş şəxs onun tərəfindən mətbəx bıçağı ilə xəsarət yetirilən zaman sərxoş olduğu üçün konkret olaraq kimlərin orada olduğunu xatırlamamışdır. Bundan başqa, o, törətmiş olduğu əməldən peşman olduğunu, belə bir hadisənin baş verməsini arzulamadığını, sadəcə olaraq Etibarın atası barədə bildirdiyi xoşagəlməz ifadələrin qarşısını almaq məqsədi ilə sonuncuya bıçaqla xəsarətlər yetirdiyini, bu əməli törədərkən isə tək olduğunu, hər hansı bir şəxsin köməyindən istifadə etmədiyini, hadisə barədə isə yalnız həyat yoldaşına məlumat verdiyini bildirmişdir. 20 aprel 2024-cü il tarixdə, təxminən saat 05 radələrində hadisənin baş verdiyi "xxxx" MMCnin tərkibindəki Bakıxanov Çörək Zavodunun həyətində Etibar Salmazadə onun tərəfindən bıçaqlanaraq xəsarət yetirildiyi zaman ətrafda olan şəxslərdən onları ayırmaq istəyən olmamış, o cümlədən o, ətrafda olan şəxslərə qarşı zorakılıq tətbiq edərək hədə-qorxu gəlməmişdir. Onun Etibarla heç vaxt ədavət və düşmənçiliyi, o cümlədən mübahisəsi olmamış, sadəcə olaraq hadisə baş verdiyi tarixdə, sərxoş olduğuna görə, həmçinin Etibarın atası barədə qeyd etdiyi xoşagəlməz ifadələr səbəbindən əsəbləşərək sonuncuya bıçaqla xəsarətlər yetirmişdir. Zərərçəkmiş şəxs bıçaqla vurmağı qabaqcadan planlaşdırmamış, ona görə də bu barədə qabaqcadan hər hansı bir şəxsə məlumat verməmişdir. Hadisə nəticəsində xəsarət almamış, sadəcə olaraq Etibarı sağ əlində saxladığı bıçaqla vurduğu üçün sağ əlində ağrılar yaranmışdır. Hadisə zamanı üzərində boz rəngli cins şalvar, qara rəngli uzunqol kofda və açıq boz rəngli uzunqol gödəkçə olmuş, Etibarın üzərində isə göy rəgli cins şalvar, qara rəngli kofda və qara rəngli gödəkçə olmuşdur. O, əvvəllər hər hansı psixi xəstəlikdən əziyyət çəkməmiş, bununla bağlı stasionar və ya ambulator qaydada müalicədə olmamışdır. Sadəcə olaraq spirtli içki qəbul etdiyi zamanlar sanki hərəkətlərini dərk etməmiş, yaxınları ona spirtli içki qəbul etməməyini məsləhət görmüş, lakin yaxınlarının sözlərinə əhəmiyyət verməmiş, spirtli içki qəbul etməkdən başqa, yalnız siqartedən istifadə etmiş, lakin narkotik maddələrdən istifadə etməmişdir. Zərərçəkmiş şəxs vurmağına səbəb onun nəslinə qarşı işlətdiyi nalayiq ifadə olmuşdur. Belə ki, onların arasında olan mübahisə zamanı o, Zərərçəkmiş şəxs sabah ayıq başına söhbət edəcəyini demiş, sonuncu isə cavabında onun nəslində kişi olmadığını bildirmiş, bu söz sərxoş da olduğu üçün ona çox pis təsir etmiş, ona görə də dərhal çilingər otağına gedib oradan qara dəstəkli bıçağı götürmüş, Zərərçəkmiş şəxs xəsarət yetirmişdir. İlkin ifadə verərkən hadisənin də təsirində olduğu üçün özündə olmamış, ona görə də, Zərərçəkmiş şəxs ona və nəslinə qarşı işlətdiyi nalayiq ifadəni ilkin dindirmə zamanı qeyd etməmişdir. Şahid2 dediklərinin həqiqəti əks etdirmədiyini bildirmiş, belə ki, o Etibara qarşı yox, Etibar ona qarşı aqressiv olmuş, nalayiq ifadə işlətmişdir. Etibarın ona qarşı nalayiq ifadə işlətdiyi zaman həmin vaxt Etibarla tək olmuş, ona görə də nə Şahid2, nə də ki, Şahid1 Etibarın onun atasına və nəslinə qarşı işlətdiyi nalayiq ifadəni eşitməmiş, onlar Elçin və Ruslanın yanına həmin mübahisədən sonra getmişlər. Etibar onun atasına və nəslinə qarşı nalayiq ifadə işlətdikdən sonra Elçinin oturduğu bardior tərəfə getmiş, o da Etibarın arxasından gəlib onların yanında dayanmadan yanlarından keçib bir başa çilingər otağına tərəf getmişdir. O, Ruslan və Elçinin yanında Etibarla mübahisə etməmiş, ümumiyyətlə Elçinin yanında dayanıb “qoy gəlsin mən onu başa salacam” ifadəsini işlətməmişdir. Bu barədə dəqiq məlumat verə bilməmişdir. Zərərçəkmiş şəxs qətlə yetirdiyi bıçağı çilingər otağından əldə edərkən otağın qapısının açıq və ya bağlı olduğunu dəqiq xatırlamamışdır. İfadəsində də qeyd etdiyi kimi hadisə zamanı açarı Şahid3 alıbalmadığını xatırlamamışdır. Ən nəhayət, Təqsirləndirilən şəxs “Oba” marketdən əldə edilmiş videogörüntülərlə tanış olaraq tədqiq olunan ifadəsinin sonunda bildirmişdir ki, həmin görüntülərdə üzərində açıq boz rəngli uzunqol gödəkçə, başında kepqa olan şəxs odur, onun yanında dayanmış uzun boy, başında kepqa olan şəxs isə Zərərçəkmiş şəxs olmuşdur. Həmin vaxt onların arasında hər hansı mübahisə, söz söhbət olmamış, onlar sadəcə deyib gülmüşlər. Hadisə zamanı Etibarın atası və nəsli barədə qeyd etdiyi təhqiramiz ifadələrdən sonra əsəbləşdim, həm də sərxoş olduğu üçün sanki gözü qaralmış, ona görə də Zərərçəkmiş şəxs hardan gəldi zərbələr endirməyə başlamışdır. Çünki Etibarın ona qarşı işlətdiyi “nəslində kişi yoxdur” ifadəsini o öz nəslində olan qadınların pozğun olması kimi qəbul etmiş, Etibar fiziki cəhətdən güclü olduğu üçün də məcburiyyət qarşısında qalıb bıçaqdan istifadə etmişdir (iş vərəqə: cild İ, səh. 63-67; cild İİ, səh. 135-137, 192-193). İşdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan Təqsirləndirilən şəxs ifadəsinin yerində yoxlanılması haqqında protokoldan görünür ki, istintaq hərəkəti aparılarkən Təqsirləndirilən şəxs işin halları ilə bağlı cinayət işinin məhkəməyədək icraatı mərhələsində verdiyi sərbəst ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq edərək hadisənin baş verdiyi yeri və şəraiti əyani şəkildə göstərmişdir. İfadə yerində yoxlanılarkən müvafiq fotoçəkiliş aparılaraq istintaq hərəkəti protokoluna əlavə edilmişdir(iş vərəqə: cild İİ, səh. 146-154). Cinayət işinə məhkəmə baxışı zamanı dindirilən zərərçəkmiş şəxsin hüquqi varisi – zərər çəkmiş mərhum Zərərçəkmiş şəxs atası X7 ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs onun kiçik oğlu olmuşdur. Etibar 2008-ci ildə ailə həyatı qurmuş, həmin evlilikdən onun dörd uşağı olmuşdur. Böyük oğlu Elnar da, mərhum Etibar da öz ailəsi ilə birlikdə onunla birlikdə yaşamışlar. Etibar 2023-cü ilin avqust ayının sonlarından etibarən "xxxx" MMC-nin tərkibində olan Bakıxanov Çörək Zavodunda qazanxana ocaqçısı (operatoru) olaraq işləməyə başlamışdır. İş qrafıkinə əsasən Etibar bir gün səhər növbəsində, növbəti gün axşam növbəsində işləmiş, 3-cü gün istirahət etmişdir. O, Etibarla sonuncu dəfə 19 aprel 2024-cü il tarixdə görüşmüşdür. Hüquqi varis Tahir Salamzadə ifadəsinin davamında göstərdi ki, 20 aprel 2024-cü il tarixdə, səhər saat 06:30-da o, yaşadığı evdə olan zaman Bakıxanov Çörək Zavodunda işləyən Elman adlı şəxs istifadəsində olan mobil telefona zəng edərək Etibarın bıçaqlandığını, lakin qorxulu bir şey olmadığını demiş, Sabunçu xəstəxanasına getməli olduqlarını bildirmişdir. Bundan sonra o, dərhal arvadı ilə birlikdə həmin xəstəxanaya getmiş, saat 06:45 radələrində artıq xəstəxanada olmuş və orada onlara Etibarın hazırda əməliyyatda olduğunu bildirmişlər. Təxminən saat 07:20 radələrində isə Etibarın qanitirmədən öldüyünü demişlər. Xəstəxanadan çıxdıqdan sonra əvvəllər tanımadığı şəxslər ona yaxınlaşaraq oğlunu bıçaqla vurub qətlə yetirən Elşənin qohumları olduqlarını bildirmiş və Etibarın vəziyyəti ilə maraqlanmışlar. Həmin vaxt o, maraqlanan şəxslərə Etibarın öldüyünü demişdir. Sonradan o, yenidən Elmanla danışmış hadisənin hansı şəraitdə baş verdiyini maraqlanmış, Elman da Etibarın sonuncu ilə birlikdə Çörək Zavodunda çilingər vəzifəsində işləyən Elşən adlı şəxs tərəfindən bıçaqlanaraq qətlə yetirildiyini bildirmişdir. Etibar müayinə olunması üçün Ekpsertiza mərkəzinin Sabunçu rayon şöbəsinə aparıldıqdan sonra o, Elşən adlı şəxsin oğlu Etibara 2 bıçaq zərbəsi vurması ona məlum olmuşdur. Hüquqi varis Tahir Salamzadə ifadəsinin davamında göstərdi ki, eşitdiyinə görə hadisənin baş verdiyi 20 aprel 2024-cü il tarixdə səhər saatlarında Etibar iş yerində olmuş, Etibarı vuran Elşən adlı şəxs isə iş yerinə sonradan sərxoş halda gəlmişdir. Etibar Elşəndən xahiş edərək ona “Sən ətağa mənim üçün gedib su ala bilərsən?” deyə müraciət etdikdə Elşən cavabında “ətağa kimdir, onun adını çəkirsən?” suala sualola cavab qaytarmışdır. Bundan sonra ikisi arasında sözlü mübahisə yaranmış və nəticədə Elşən sonradan əldə etdiyi bıçaqla oğlu Zərərçəkmiş şəxs 2 bıçaq zərbəsi vurmuşdur. O, ümumiyyətlə Elşən adlı şəxsi tanımamış, onu əvvəllər görməmişdir. Etibarla Elşən arasında əvvəllər hər hansı mübahisə, dava-dalaş olub-olmadığı barədə də məlumatı olmamış, nə də ki, Etibar özü bu barədə ona danışmamışdır. Etibar çox mülayim, ailəcanlı insan olmuşdur. O, Etibarın indiyə kimi kiminləsə mübahisə, dava-dalaş etməsini görməmiş, eşitməmişdir. Oğlu Etibar siqaret çəkmiş, lakin Etibarın əvvəllər spirtli içki qəbul etdiyini və ya narkotik maddələrdən istifadə etdiyini görməmiş, eşitməmişdir. Ona görə də, oğlunun Elşənlə birlikdə “GO” adlanan spritli içki qəbul etdikləri barədə məlumatı olmamışdır. Zərərçəkmiş şəxs əvvəllər hər hansı bir xəstəlik keçirməmiş, psixi pozuntuları olmamış, bununla bağlı müalicə almamışdır. Zərər çəkmiş şəxsin hüquqi varisi kimi "xxxx" MMC-dən əldə edilmiş videogörüntülərlə tanış ola bildirmişdir. Zərər çəkmiş şəxsin hüquqi varis Tahir Salamzadə ifadəsinin yekununda göstərdi ki, məhkəmə iclasında ifadə verən təqsirləndirmilən şəxs doğru ifadə verməmişdir. Öyrəndiyinə görə Etibar onun atasına qarşı nalayiq ifadələr işlətməmişdir. Təqsirləndirilən şəxs bunları özündən uydurmuşdur. Zavodun dispetçerinin ona deməsinə görə təqsirləndirilən şəxs mərhum oğluna qarşı nalayiq söyüşlər söymüş, sonra gedib çilingər otağından bıçaq götürüb silahlanmış, oğlu yolla tək gedərkən Elşən cəld çıxıb gözləmədən oğlunu bıçala vurmuşdur. Hadisədən sonra dəfn günü Elşənin qohumları tərəfdən zəng olmuş, yasa başsağlığı verməyə, üzrxahlıq etməyə gəlmək istədiklərini bildirmişlər. O, etiraz etməmiş və gəlmişlər. Onlar gəlib başsağlığı vermək əvəzinə «daha bu olubdur, onu bağışlamaq lazımdır» kimi bir təklif vermişlər. Təbii ki, təklif qəbul olunmamış və onlar yola salınmışdır. Sonra ona yenə zəng olunmuş, görüşüb danışmaq, təqsirləndirilən şəxsin işin həll etmək təklif olunmuşdur. O, “birdə mənə zəng etsəniz, sizi şikayət edəcəm” cavabını vermiş və bununla da əlaqəni kəsmişdir. Məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilən təqsirləndirildən şəxs Təqsirləndirilən şəxs arvadı Şahid6 ifadəsində göstərdi ki, hadisədən bir gün qabaq yoldaşı saat 6 da işdən çıxıb evə gəlmiş, yemək yemişdir. Amma telefonuna dayanmadan ard-arda zənglər gəlmişdir. O, zəng edənin kimliyi ilə maraqlandıqda Elşən işdən olduğunu bildirmiş, yeyib-içməyə gedəcəklərini demiş vuə ondan pul istəmişdir. O, etiraz etmiş, içki olduğu təqdirdə yemək-içməyə getməyə etiraz etdiyini bildirmişdir. Belə ki, Elşən içki içəndə bir az pis olmuş, yəni içkili halda ona qeyrisi tərəfindən bir kəlmə söz deyilməsi onu aqressiv vəziyyətə gətirmişdir. Elşən içki içmədiyini bildirmiş, ona “Go” adlı bir içki olduğunu, onu içəcəyini demişdir. O, yenə də razılaşmadıqda, Elşən onunla razılaşmış və telefonu söndürmüşdüş, daha sonra evdən çıxıb getmişdir. Xeyli vaxt keçmiş, Elşən evə qayıtmamışdır. Gec olduğundan o, yatmışdır. gecə olmuşdu. Gecə saat 4-ə 10 dəqiqə işləmiş o, ayılmış, yoldaşının evdə olmadığını görüb ona zəng edərək harda olduğunu soruşmuşdur. Elşən zavodda olduğunu, motor yığdığını bildirmişdir. O, həmişə Elşənin içkili olduğunu danışığından bilsə də, bu dəfə onun sərxoş olduğunu hiss etməmişdir. Saat təqribən 6-nın yarısı Elşən evə gəlib zavodun həyətində adam bıçaqladığını bildirmiş, yaralını həkimə aparmaq üçün kömək etməsini istəmişdir. Elşən həmin vaxt içkili olmuş, evə gələndə ayaq üstündə dayana bilməmişdir. O, yoldaşını gözləmədən, hadisə barədə heç bir səbəb soruşmadan qaçıb getmiş, artıq yaralını xəstəxanaya apardıqlarını öyrənmişdir. Elşən həmin yerdə qalmış, o isə xəstəxanaya zərərçəkmişin yanına getmişdir. Əvvəl əməliyyatda olduğunu, sonra isə vəfat etdiyini öyrənmişdir. Zərərçəkmişin arxası ilə getmiş, bacardığı qədər yanlarında olmağa çalışmış, əvvəl evlərinə getməyə razı olsalar da, sonradan dəfələrlə zəng etməsinə və hətta qarşılarını kəsməsinə baxmayaraq, onları yaxına buraxmamışlar. Şahid6 ifadəsinin davamında göstərdi ki, Elşəndən daha sonra şəxsi bıçaqlamasının səbəbini soruşduqda, sonuncu mərhumun söyüş söydüyünü, həmin söyüşü qəbul edə bilmədiyini bildirmişdir. O, həyat yoldaşını böyük günah iş tutmuş şəxs kimi tanıyır, ən azından bir insan həyatından məhrum edilmişdir. Lakin qarşı tərəf də günahsız deyildir. Həyat yoldaşı evdə olanda dayanmadan ona zənglər gəlməsi, zənglərdən sonra çıxıb getməsi barədə istintaq orqanına da məlumat vermişdir. Şahid6 məhkəmədə verdiyi ifadəsi ilə ibtidai istintaqda verdiyi ifadəsi arasında müəyyən olunan ziddiyyətlərlə bağlı onun cinayət işinin məhkəməyədək icraatı mərhələsində verdiyi ifadəsi elan olunmaqla tədqiq edildi. Şahid6 tədqiq olunan həmin ifadəsində dgöstərmişdir ki, Təqsirləndirilən şəxs ilə 2008-ci il tarixdə Təqsirləndirilən şəxsla rəsmi olaraq ailə həyatı qurub evlənmiş, həmin evlilikdən 2009-cu il tarixdə Eldəniz Məmmədov anadan olmuşdur. Ailə həyatı qurduqları ildən etibarən İsmayıllı rayonu, Ruşan kəndində Elşənin valideynləri ilə birlikdə yaşamış, 2022-ci ildən etibarən maddi durumları yaxşı olmadığına və kənd yerində qazanc olmadığına görə Bakı şəhərinə köçüb uzaq qohumlarına məxsus olan Bakı şəhəri, Sabunçu rayonu, ünvan 10 ünvanda sadəcə olaraq kommunal xərcləri ödəmişlər, bundan başqa, hər hansı məbləğdə pul vəsaiti ödəməmişlər. Bakıya köçdükdən sonra da, Elşən müxtəlif şəxslərin evlərində və tikintilərdə fəhləliklə məşğul olmağa başlamışdır. 2024-cü ilin təxminən əvvəllərində Elşən Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Y.Əliyev küçəsi ünvanında yerləşən "xxxx" MMC-nin tərkibində olan Bakıxanov Çörək Zavodunda çilingər olaraq işə başlamışdır. Elşənin işi gündəlik olaraq saat 09:00-da başlamış, axşam saat 18.00-da bitmişdir. Elşən 19 aprel 2024-cü il tarixdə, hər zamankı kimi, səhər saatlarında iş yerinə getmiş, saat təxminən 18:00 radələrində iş saatı bitdiyi üçün yaşadıqları ünvana qayıtmış və şam yeməyi yemişdir. Evə gəldiyi zaman Elşən ayıq vəziyyətdə olmuş, yəni spirtli içki içməmiş, şam edən zaman da hər hansı spirtli içki qəbul etməmişdir. 1-2 saat sonra Elşən çıxıb küçədə bir müddət gəzəcəyini deyib evdən çıxmışdır. Elşən getdikdən sonra saat təxminən 23 radələrində o, yuxuya getmişdir. 20 aprel 2024-cü il tarixdə, saat 04 radələrində yuxudan ayılıb Elşənin evdə olmadığını aşkar etmişdir. Dərhal istifadəsində olan mobil telefon nömrəsi ilə Elşənin istifadəsində olan ***- ***-**-** saylı mobil telefon nömrəsinə zəng edib harada olduğunu soruşmuşdur. Həmin vaxt Elşən ona çörək zavodunda olduğunu və mühərrik təmir etdiyini bildirmişdir. Bununla da aralarındaki danışıq başa çatmışdır. Saat təxminən 06 radələrində Elşən yaşadıqları ünvana gəlib polisə gedib təslim olacağını demişdir. O, Elşəndən nə üçün polisə gedəcəyini soruşduqda, Elşən iş yerində bir nəfər şəxsi bıçaqla vurduğunu bildirmiş və dərhal evi tərk etmişdir. O, özünü toparlayıb Elşənin arxasınca həyətə çıxıb, əvvəlcə nə edəcəyini anlamayıb, sonradan qaçaraq hadisənin baş verdiyi yerə getmişdir. O, oraya çatan zaman artıq hadisə yerində yaralı və ya ölmüş vəziyyətdə olan heç kim olmamışdır. Orada olan işçilər isə Elşənin bıçaqla vurduğu şəxsi X13 çatdırdıqlarını bildirmişlər. Elşən özü də hadisə yerində olmuşdur. O, bundan sonra dərhal zərərçəkmiş şəxsin vəziyyətini öyrənmək üçün xəstəxanaya getmişdir. Sonradan ona məlum omuşdur ki, Elşənin bıçaqla qətlə yetirdiyi şəxs Elşənlə birlikdə eyni zavodda işləyən Zərərçəkmiş şəxs olmuşdur. Bir müddət xəstəxanada olduqdan sonra həkimlər Etibarın vəfat etdiyini bildirmişlər. Şahid6 tədqiq olunan həmin ifadəsində daha sonra göstərmişdir ki, əri Təqsirləndirilən şəxsla Zərərçəkmiş şəxs arasında baş vermiş mübahisənin, o cümlədən Elşənin Etibara hansı səbəblə bıçaqla vumasının səbəbini bilməmişdir. O ümumuiyyətlə Zərərçəkmiş şəxs tanımamış, Etibarın Elşənlə nə kimi münasibəti olduğunu bilməmişdir. Hadisədən sonra bilmişdir ki, Elşənlə Etibar iş yoldaşı olmuşdur. Hadisədən sonra o, Elşəndən nə üçün həmin adamı bıçaqladığını soruşduqda, sonuncu, belə lazım olduğunu bildirmiş, hər hansı bir səbəb bildirməmişdir. Elşən çox mülayim insan olmuş, həmin şəxsin hələ indiyə kimi kiminləsə mübahisə etməsini, dava-dalaş etməsini eşitməmiş, görməmiş, nə də ki özü ona bu barədə hər hansı bir məlumat vermişdir. Təqsirləndirilən şəxs 19 aprel 2024-cü il tarixdə, axşam saatlarında evə gəldiyi zaman əhval ruhiyyəsi yaxşı olmuş, iş yerində mübahisəsi olduğunu, ona görə əsəbi olduğunu, iş yoldaşlarından hər hansı biri ilə mübahisə etdiyini bildirməmişdir. Təqsirləndirilən şəxs hadisədən əvvəl ona hər hansı bir şəxsi, o cümlədən Zərərçəkmiş şəxs öldürmək istəməsi barədə məlumat verməmişdir. Elşən ümumiyyətlə çox mülayim insan olmuş, sadəcə olaraq pis bir cəhəti olmuşdur ki, spirtli içki qəbul etdiyi zaman hərəkətlərini bilməmişdir. Təqsirləndirilən şəxs əvvəllər üzərində bıçaq gəzdirməmiş, 19 aprel 2024-cü il tarixdə axşam saatlarında evdən çıxan zaman üzərində bıçaq olmamışdır. Elşən siqaretdən və spirtli içkidən istifadə etmiş, lakin sonuncunun narkotik maddələrdən istifadə etdiyini o, görməmiş və bilməmişdir. Təqsirləndirilən şəxs əvvəllər hər hansı xəstəlik keçirməmiş, psixi pozuntuları olmamış, bununla bağlı müalicə almamışdır(iş vərəqə: cild İ, səh. 182-187). İfadələri arasında müəyyən olunan ziddiyyətlərə aydınlıq gətirən Şahid6 göstərdi ki, Elşənin cinayət hadisəsini söyüş üstündə törətdiyini sonradan Elşənlə görüşərkən onun özündən öyrənmişdir. Lakin elan olunan ifadəsini o, elə həmin hadisə günü verdiyindən hadisənin səbəblərini bilməmişdir. Hazırda məhkəmədə verdiyi ifadəsi doğrudur. Cinayət işinə məhkəmə baxışı zamanı ölkə hüdudlarından kənarda olması səbəbilə dindirilməsi mümkün olmayan Şahid1 cinayət işinin ibtidai istintaqı zamanı verdiyi ifadjəsi elan edilməklə tədqiq edilmişdir. Şahid1 tədqiq olunan həmin ifadəsində göstərmişdir ki, 2023-cü ilin noyabr ayından etibarən "xxxx" MMC-nin tərkibindəki Bakıxanov Çörək Zavodunda un fəhləsi olaraq işləmiş, əsas fəaliyyəti yük avtomobillərdindən un kisələrini endirib zavodun anbarına yükləməkdən ibarətdir. Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs da elə həmin MMC-də işləyən iş yoldaşları olaraq tanımışdır. Həmin şəxslərlə aralarında hər hansı ədavət və düşmənçilik olmamışdır. Elşən MMC-də çilingər, Etibar isə qazanxana operatoru olaraq fəaliyyət göstərmişdir. Onun iş qrafikinə əsasən yalnız gecə növbəsi işə çıxmış, bir gün işdə olanda, növbəti gün istirahət günü olmuşdur. Şahid1 tədqiq olunan həmin ifadəsinin davamında göstərmişdir ki, o, 19 aprel 2024cü il tarixdə hər zamankı kimi gecə növbəsində olmuşdur. O, növbəyə başladığı zaman Elşən artıq öz növbəsini təhvil verib çıxmış və o, gəldiyi zaman artıq Elşən işdə olmamışdır. Etibar isə həmin gün növbədə olmuşdur. 20 aprel 2024-cü il tarixdə, saat təxminən 01 radələrində zavodun anbarında olarkən Elşən və Etibarı orada birlikdə görmüşdür. Həmin vaxt hər ikisi də artıq sərxoş vəziyyətdə olmuşlar. Birlikdə xeyli müddət söhbət edib vaxt keçirməyə başlamışlar. Bir müddət söhbət etdikdən sonra o, öz işi ilə məşğul olmağa başlamışdır. Həmin şəxslər isə anbardan çıxıb mağazaya gedəcəklərini demişlər. Bir müddət sonra o da anbardan çıxıb zavodla üzbəüz yolun əks istiqamətində yerləşən "Oba" marketə getmişdir. Marketə çatdıqda artıq saat təxminən 03 radələri olmuşdur. Etibarla Elşən mağazanın qarşısında ayaq üstə dayanıb söhbət etmiş, həm də "GO" adlanan spirtli içkidən içmişlər. O da mağazadan siqaret və həmin içkidən almış, həyətə çıxaraq onların yanında dayanmış və söhbət etməyə başlamışdır. Xeyli müddət birlikdə içki içmiş, söhbət etmiş, deyib-gülmüşlər. Həmin vaxt isə Elşən və Etibar arasında hər hansı söz-söhbət və dava-dalaş olmamış, nə də ki, mübahisə olunası bir söhbət olunmamışdır. Xeyli müddət keçdikdən sonra Elşən və Etibar zavoda doğru hərəkət etməyə başlamışlar. O da iş yoldaşı Elçinə siqaret verməli olduğu üçün həmin şəxslərin arxası ilə zavoda getmişdir. Zavodun ərazisində Elçinlə görüşmüş, siqareti sonuncuya verdikdən sonra birlikdə zavodun çıxış hissəsində olan buraxılış məntəqəsinə doğru hərəkət etmiş, orada tində səkinin kənarında üzərində əyləşmişdir. Bir müddət söhbət etdikdən sonra əvvəlcə Zərərçəkmiş şəxs onlara yaxınlaşaraq Elşənin artıq onu bezdirdiyini, ağzına gələni danışdığını, çox sərxoş olduğunu, "ətağa"ya qarşı nalayiq ifadə işlətdiyini (X20) bildirmiş, buna görə Elşəni əli ilə itələdiyini, yenə ağzına gələni danışarsa bu dəfə yumruqla vuracağını demişdir. Onlar isə Elşənin çox sərxoş olduğunu bildirmiş, ona fikir verməməsini Etibara izah etmişlər. Bir neçə dədiqə sonra isə Elşən də onlar oturduğu yerə yaxınlaşmış, həmin şəxslər arasında bu mövzu ilə bağlı sözlü mübahisə yenidən başlamışdır. Etibar Elşəni qınamış, ətağaya işlətdiyi ifadənin düzgün olmadığını izah etməyə çalışmışdır. Elşən isə çox sərxoş olduğu üçün demək olar ki, nə danışdığını bilməmişdir. Elşən heç öz atasına hörmət etmədiyini demiş, ondan "Ətağa"ya hörmət etməsini gözləməməyi, heç kimi saymadığını qeyd etmişdir. Bir neçə dəqiqə sonra Elşən əsəbi halda ayağa qalxıb tindən dönərək zavod istiqamətində hərəkət etmişdir. 10-15 saniyə sonra isə Elşən və o, söhbət edə-edə tindən dönüb çilingər otağına tərəf getmişdir. Hərəkətdə olan zaman o, Etibara Elşənin çox içkili olmasını, ona fikir verməməsini izah etmişdir. Etibar da ona qulaq asa-asa çilingər otağına doğru hərəkət etmişdir. Çilingər otağına çatıb Elşənin orada olub-olmadığını yoxlamaq üçün qapını yoxlamış, lakin Elşəni orada tapmadıqları üçün yenidən geriyə doğru hərəkət etmişlər. Mühafizə otağının qarşısına çatan zaman Etibarın qoluna girib getməməsini istəyəndə, sonuncu dayanmayaraq sürətli addımlarla çıxış tərəfə hərəkət etməyə başlamışdır. Elə bu vaxt Elçin çıxış tərəfdən mühafizə otağına tərəf gəlmiş və Elşənin əlində nəsə çıxışa tərəf getdiyini bildirmişdir. Bundan sonra o, dərhal mühafizə otağına yaxınlaşaraq bu barədə ona məlumat vermişdir. Onlar birlikdə çıxışa tərəf gedən zaman, o Etibarı buraxılış məntəqəsinin yaxınlığında yerdə dizi üstə oturaqlı vəziyyətdə görmüşdür. Həmin vaxt saat təxminən 05:30 radələri olmuşdur. Bundan sonra o, Etibarı qucaqlayıb yerə uzatmış və dərhal təcili tibbi-yardıma və polisə məlumat vermişdir. Etibarın çox qan itirdiyini görüb dispetçer vəzifəsində işləyən Orxan və nəzarətçi vəzifəsində işləyən Sübhan adlı işçilər Etibarı avtomobilə uzadaraq X17 Publik Hüquqi şəxsinə çatdırmışlar. Daha sonra Şahid1 tədqiq olunan həmin ifadəsinin davamında göstərmişdir ki, Təqsirləndirilən şəxsla Zərərçəkmiş şəxs arasında əvvəllər ədavət və düşmənçilik, o cümlədən mübahisə və dava-dalaş olmamış, bu barədə eşitməmişdir. O, 20 aprel 2024-cü il tarixdə, gecə saatlarında Elşən və Etibarı birlikdə görüb söhbət edərkən həmin şəxslərin arasında ümumi, gündəlik söhbətlər baş tutmuşdur. Həmin şəxslər bir-birilərinə qarşı nalayiq ifadələr işlətməmiş, mübahisə etməmiş, əksinə deyib gülmüş, əylənmiş, onların hər ikisi sərxoş olmuşdur. Elşən isə Etibara nisbətdə daha çox içkili kimi görünmüşdür. Belə ki, onlar həmin şəxslərlə "Oba" marketin də qabağında dayanıb birlikdə spirtli içki qəbul etmişlər. Təqsirləndirilən şəxs hadisədən əvvəl ona hər hansı bir şəxsi, o cümlədən Zərərçəkmiş şəxs öldürmək istəməsi barədə heç nə deməmiş, Etibar isə Elşənin artıq ağzının danışığını bilmədiyini, onu bezdirdiyini bildirmiş, hətta Elşəni əli ilə itələdiyini, növbəti dəfə danışığını bilməyəcəyi halda isə döyəcəyini demişdir. Həmin şəxslər arasında saat 05 radələrində sözlü mübahisə başlayanda Etibar Elşənə düzgün danışmadığını, dini şəxsləri təhqir etməyin düzgün olmadığını bildirmiş, Elşən isə nə danışdığını bilmədən Ətağanı saymadığını, heç atasını belə saymadığını demişdir. Sonuncunun bu sözləri isə Etibarı qıcıqlandırmışdır(iş vərəqə: cild İİ, səh. 42-46). Cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilən Şahid2 məhkəməyədək icraat mərhələsində şahid qismində dindirilmiş Şahid1 məhkəmədə elan olunan ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmiş, həmçinin əlavə olaraq göstərmişdir ki, 2017-ci ildən etibarən "xxxx" MMC-nin tərkibindəki Bakıxanov Çörək Zavodunda un fəhləsi olaraq işləmişdir. 20 aprel 2024-cü il tarixdə, saat təxminən 01 radələrində zavodun anbarında olarkən Elşən və Etibarı orada birlikdə görmüşdür. Həmin vaxt hər ikisi də artıq sərxoş vəziyyətdə olmuşlar. Ruslan da onlarla bərabər olmuşdur. Bir müddət sonra Ruslan anbardan çıxıb zavodla üzbəüz yolun əks istiqmətində yerləşən "Oba" marketə getmişdir. O, artıq işlərini yekunlaşdırıb atası yaşadığı Bakıxanov qəsəbəsindəki ünvana getməyə hazırlaşmış, paltar geyinib-soyunma otağında əynini dəyişib Ruslana mağazadan gələndə ona siqaret verməsi üçün sonuncuya zəng etmişdir. Bir müddət sonra Ruslan gəlmiş və onlar zavodun ərazisində görüşərək birlikdə hadisənin baş verdiyi dispetçer, yəni buraxılış məntəqəsinə doğru hərəkət etmiş, orada tində səkinin üzərində əyləşmişlər. Bundan başqa, o, Elşənin mühafizə məntəqəsinə girib çıxdığını, daha sonra isə zavodun tini ilə hərəkət etdiyini, Etibar və Ruslanın da mühafizə məntəqəsi qarşısından hərəkət etdiyini görmüşdür. Daha sonra Elşən onun tərəfə gəlib dayanaraq “qoy gəlsin, mən onu başa salacam” ifadəsini işlətmişdir. O, isə problem yaratmamalarını demiş, sabah ayıq başa söhbət etmələrini təklif etmişdir. 20 aprel 2024-cü il tarixdə, saat 05 radələrində o, Şahid1, Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs birlikdə buraxılış məntəqəsinin arxasında söhbət edərkən o, başqa hərəkətlər baş verməsinin şahidi olmamsış, Elşən yalnız Etibarla mübahisə etmişdir. Cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilən Şahid3 ifadəsində göstərdi ki, 2021-ci il tarixdən etibarən "xxxx" MMC-də gözətçi olaraq işləmiş, Təqsirləndirilən şəxs və mərhum Zərərçəkmiş şəxs da elə həmin MMC-də işləyən iş yoldaşları olaraq tanımış, onlarla aralarında hər hansı ədavət və düşmənçilik olmamışdır. Elşən MMC-də çilingər, Etibar isə qazanxana operatoru olaraq işləmişlər. O, iş qrafikinə əsasən bir gün səhər, növbəti gün isə axşam növbəsində işləmiş, 19 aprel 2024-cü il tarixdə gecə növbəsində olmuşdur. O növbədə işə başladığı zaman Elşən artıq öz növbəsini təhvil verib çıxmış və işdə olmamışdır. Etibar isə həmin gün növbədə olmuşdur. 20 aprel 2024-cü il tarixdə, saat 01 radələrində ərazidə olarkən Təqsirləndirilən şəxs zavodun həyətində gəzişdiyini görmüşdür. Bir müddət Elşənlə söhbət etmiş, Elşən evdə sıxıldığını demiş, ona görə də çıxıb biraz gəzmək istədiyini bildirmişdir. O, Elşənlə bir az söhbət etdikdən sonra mühafizə məntəqəsinə geri qayıtmışdır. Saat təxminən 05:25 radələrində Elşən mühafizə məntəqəsinə yaxınlaşaraq işlədiyi çilingər otağının açarını istəmiş, o da həmin otağın açarını sonuncuya vermişdir. Elşən təxminən 4-5 dəqiqə sonra açarı qaytarıb ona verib getmişdir. O, həmin vaxt Elşənin hara getdiyini bilməmişdir. Bir neçə dəqiqə sonra isə zavodun həyətində işçilərin toplaşdığını görmüş, dərhal həyətə çıxıb nə baş verdiyini maraqlandıqda, Etibarın dizi üstə qarın nahiyəsini əli ilə sıxdığını görmüş, sonuncu Elşənin onu bıçaqla vurduğunu bildirmişdir. Elşən isə həmin vaxt orada olmamışdır. O, Etibarı qucaqlayıb yerə uzatmış və dərhal istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsi ilə təcili tibbi-yardıma və polisə məlumat vermişdir. Etibarın çox qan itirdiyindən dispetçer Orxan və nəzarətçi Sübhan adlı işçilər Etibarı avtomobilə uzadıb Sabunçu xəstəxanasına aparmışlar. Bir müddət sonra isə Elşən də hadisə yerinə gəlmiş, sonuncudan nə üçün Etibarı bıçaqla vurduğunu soruşduqda, o, Etimbarı “X19” atasından çox istədiyini dediyinə görə vurduğunu bildirmişdir. O, Elşənin danışığından onun sərxoş vəziyyətdə olduğunu başa düşmüş, lakin onadək Elşənin sərxoş olduğunu bilməmişdir. Şahid3 ifadəsinin davamında göstərdi ki, Təqsirləndirilən şəxsla Zərərçəkmiş şəxs arasında əvvəllər ədavət və düşmənçilik, o cümlədən mübahisə və dava-dalaş olmamışdır. 20 aprel 2024-cü il tarixdə, saat 01 radələrində Təqsirləndirilən şəxs zavodun həyətində görmüş, həmin vaxt Zərərçəkmiş şəxs Elşənin yanında olmamış, sonuncu tək olaraq gəzişmişdir. O gün ərzində bir neçə dəfə Etibarı zavodun həyətində görmüş, lakin ikisin birlikdə gəzərkən və ya söhbət edərkən görməmişdir. Təxminən saat 05:25 radələrində Elşən mühafizə məntəqəsinə yaxınlaşaraq işlədiyi çilingər otağının açarını istədikdə belə Etibar həmin şəxsin yanında olmamışdır. Elşən açarı istərkən nəyə görə istədiyini deməmiş, sadəcə işi olduğunu bildirmiş, o da açarı sonuncuya təqdim etmişdir. 20 aprel 2024-cü il tarixdə, saat 06 radələrində xidmətdə olduğu zaman zavodun həyətində davadalaş və ya mübahisə səsləri eşitməmişdir. Həmin vaxt zavodun həyətində çox sayda işçi toplaşdığı üçün avtomobillərin və insanların səs-küyündən kənar heç nəyi eşitmək mümkün olmamışdır. 19-20 aprel 2024-cü il tarixdə xidmətdə olduğu zaman Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs birlikdə spirtli içki qəbul etmələrini görməmişdir. Daha sonra cinayət işinə məhkəmə baxışı zamanı şahid qismində dindirilən Şahid4 ifadəsində göstərdi ki, 2023-cü ilin sentyabr ayından etibarən "xxxx" MMC-də dispetçer vəzifəsində işləmiş, Təqsirləndirilən şəxs və mərhum Zərərçəkmiş şəxs iş yoldaşları kimi tanımışdır. Elşən MMC-də çilingər, Etibar isə qazanxana operatoru olaraq fəaliyyət göstərmişdir. 20 aprel 2024-cü il tarixdə, səhər saat 05:00-da iş yerinə gəlib xidməti fəaliyyətinə başlamış, xidməti otağına daxil olmazdan əvvəl 2 nəfər şəxsin zavodun arxasında səki üzərində əyləşib nə isə içdiklərini görmüş, lakin hava qaranlıq olduğuna görə konkret olaraq onların kimliyini və nə içdiklərini görməmişdir. Sonra isə işıqları yandırıb baxdıqda həmin şəxslərin mərhum Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs olduqlarını, birlikdə “Go” adlanan spirtli içki qəbul etmələrini görmüşdür. Daha sonra xidməti otağına keçib kompüteri işə salmış və avtomobillərin qrafikini tənzimləməyə başlamışdır. Bir müddət sonra həmin şəxslərin əyləşdiyi yerdən nalayiq ifadələr eşidilməyə başlanmış, pəncərini açdıqda Təqsirləndirilən şəxs ayaq üstə dayanıb səkidə əyləşən Zərərçəkmiş şəxs qarşı nalayiq ifadələr işlətdiyini görmüşdür. O, həmin şəxslərə iradlarını bildirmiş, ictimai yerdə nalayiq ifadələr işlətməmələrini demişdir. Onun sözlərindən sonra Elşən sakitləşmişdir. O, təxminən saat 05:30 radələrində həyətə boylanmış, həmin vaxt Zərərçəkmiş şəxs iki əli ilə Təqsirləndirilən şəxs yaxasından tutduğunu, Elşənin isə bir əli ilə Etibarı tutduğunu, digər əlini isə havaya qaldırıb Etibara tərəf endirdiyini görmüşdür. Həmin vaxt qarşıdan xidməti maşınlardan bir «Qazel» markalı maşın qarşıdan keçmiş, görməni məhdudlaşdırmışdır. Lakin Elşən əlini havaya qaldıran zaman əlindəki əşyaya işıq düşdüyü üçün onun bıçaq olduğunu təqribi bilmişdir. Dərhal həyətə çıxmış, onları ayırmaq istəmişdir. Həmin vaxt Etibar qışqıraraq Elşənin əlində bıçaq olduğunu da demişdir. O otaqdan çıxan zaman artıq Elşən Etibarı bıçaqla vurmuşdur. O, həmin şəxslərə yaxınlaşana kimi zavodda mühafizəçi işləyən Əliyar kişi Etibarı qucaqlayıb yerə uzatmış, zavodda olan xidməti avtomobillərdən biri də qabağına keçərək həmin şəxslərin yanında saxlamışdır. Bundan sonra o, baş verənləri görməmişdir. O, Etibara yaxınlaşan kimi Elşən əlində saxladığı bıçağı yerə atmış və ərazidən qaçaraq stansiya Razin istiqamətində uzaqlaşmışdır. O əlini Etibarın başı altına qoymuş və bədənini açıb ona ilkin tibbi yardım göstərməyə başlamışdır. Əliyar kişi isə polisə və təcili tibbi yardıma məlumat vermişdir. O Etibarın çox qan itirdiyini görmüş, odur ki, zavodda nəzarətçi vəzifəsində işləyən Sübhan adlı şəxslə birlikdə Etibarı avtomobilə uzadaraq onu X17 Publik Hüquqi şəxsinə çatdırmışlar. Yolda olan zaman Etibar bir neçə dəfə huşunu itirib ayılmış, lakin hadisənin nə üçün baş verdiyini deyə bilməmişdir. Şahid4 ifadəsinin yekununda göstərdi ki, Təqsirləndirilən şəxsla Zərərçəkmiş şəxs arasında əvvəllər ədavət və düşmənçilik, o cümlədən mübahisə və dava-dalaş olmamış, bu barədə onun məlumatı olmamışdır. Hadisə zamanı Təqsirləndirilən şəxs istifadə etdiyi bıçağı haradan əldə etməsi barədə onun məlumatı olmamışdır, çünki o, həmin şəxslərə irad bildirdikdən sonra onların nə etdiklərini, haraya getdiklərini görməmişdir. Sonradan aldığı məlumata görə Elşən həmin bıçağı çilingər otağından əldə etmişdir. Daha sonra cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə şahid kimi dindirilən Şahid5 ifadəsində göstərdi ki, o, çörək zavodda bölgə müdiri işləmiş, səhər tezdən işə gəlib orada reyslərin tez çıxmasına nəzarət etmiş, həmçinin çörəyin alınma vəziyyətinə baxmışdır. O, Təqsirləndirilən şəxs və mərhum Zərərçəkmiş şəxs tanımış, onlar zavodun işçiləoi olmuşlar. O, iş yerində içəridə olarkən işçilərdən çöldə 2 nəfərin mübahisə etdiyini bildirmiş, lakin o, bayıra çıxanda mübahisə görməmiş, amma mərhum Etibarın yerdə uzanıqlı vəziyyətdə olduğunu görmüş, ətrafına isə zavodun işçiləri yığışmışdır. O, Etibara yaxınlaşanda o, mübahisə etdiyini bildirmiş, lakin onu kimin vurduğunu deməmişdir. İşçilərdən artıq 10-15 dəqiqə əvvəl təcili yardıma zəng etdiklərini, lakin gəlmədiyini öyrənmişdir. O, əvvəllər DİN-də xidmət etdiyindən yerdə uzanıqlı vəziyyətdə olan şəxsi götürüb Sabunçu xəstəxanasına aparıb təhvil verib geri qayıtmışdır. Xəstəxanaya gedərkən maşında Etibar ona mübahisə etdiklərini demiş, lakin atasının bilməməsini xahiş etmişdir. Amma Sabunçu xəstəxanasından qayıdandan sonra Etibarın Təqsirləndirilən şəxsla mübahisə etdiyini öyrənib bilmişdir. O, Etibarın Elşənlə mübahisə etdiyini görməmişdir. Baş vermiş hadisənin motivləri barədə hadisə günü ona deyən olmamış, kimdənsə bu barədə məlumat ala bilməmiş, Etibarın vurulma səbəbini bilməmişdir. Şahid5 məhkəmədə verdiyi ifadəsi ilə ibtidai istintaqda verdiyi ifadəsi arasında müəyyən olunan ziddiyyətlərlə bağlı onun cinayət işinin məhkəməyədək icraatı mərhələsində verdiyi ifadəsi elan olunmaqla tədqiq edildi. Şahid5 tədqiq olunan həmin ifadəsində dgöstərmişdir ki, 2023-cü ilin may ayından etibarən "xxxx" MMC-də menecer vəzifəsində işləmiş, onun iş qrafikinə əsasən gündəlik olaraq saat 09:00-da iş saatı başlamış, axşam saat 18:00-da bitirmişdir. Bundan başqa, gündəlik olaraq 1 nəfər əməkdaş növbəyə qalıb zavoddan çıxan məhsulların keyfiyyətinə nəzarət etmişdir. 20 aprel 2024-cü il tarixdə, səhər saat 04:30 radələrində iş yerinə gəlib xidməti fəaliyyətinə başlamış, zavodun içərisinə keçib çörəklərin qablaşdırılmasına, keyfiyyətinə və yararlılıq tarixinə nəzarət etmişdir. Təxminən saat 05:30 radələrində zavodun həyətindən bir nəfər hazırda adını dəqiq xatırlamadığı işçi içəri daxil olaraq həyətdə dava olduğunu bildirmişdir. O dərhal zavodun həyətinə çıxıb nə baş verdiyini maraqlanmaq istəmişdir. Elə bu vaxt görmüşdür ki, Zərərçəkmiş şəxs həyətin çıxacağında, qaraj dispetçerinin otağı ilə üzbəüz hissədə yerdə uzanıqlı vəziyyətdə qalmış, ətrafında isə Əliyar və Orxan adlı əməkdaşlar olmuşdur. Nə baş verdiyini soruşduqda Etibar Elşən tərəfindən bıçaqla vurulduğunu bildirilmişdir. O, dərhal ilkin tibbi yardım göstərməyə çalışmış, təcili tibbi yardıma və polisə məlumat verilməli olduğunu dedikdə, Əliyar kişi artıq hər iki quruma məlumat verildiyini bildirmişdir. Elşən isə hadisə yerində olmamışdır. O, həmçinin göstərmişdir ki, ümumiyyətlə zavoda daxil olarkən nə Elşəni, nə də ki, Etibarı ərazidə görməmişdir. (iş vərəqə: cild İ, səh. 199-201). Cinayət işinə məhkəmə baxışı zamanı məhkəməyədək icraat mərhələsində şahid qismində dindirilmiş, lakin adları məhkəməyə dəvət olunacaq şəxslərin siyahısına daxil edilməmiş X3 və X6 ifadələri elan edilməklə tədqiq edilmişdir. Şahid X8 tədqiq olunan ifadəsində göstərmişdir ki, mərhum Zərərçəkmiş şəxs onun rəsmi nikahlı həyat yoldaşı olmuş, Etibarla 2008-ci il tarixdə rəsmi olaraq ailə həyatı qurub evlənmiş, həmin evlilikdən 2009-ci il tarixdə Əminəxanım Salamzadə, 2011-ci il tarixdə Nailə Salamzadə, 2013-cü il tarixdə Əli Salamzadə və 2014-cü il tarixdə isə Xanım Salamzadə adlı 4 nəfər övladları olmuşdur. Etibar 2023-cü ilin avqust ayının sonlarında Etibar "xxxx" MMC-nin tərkibində olan Bakıxanov Çörək Zavodunda qazanxana ocaqçısı olaraq işləməyə başlamış, bir gün səhər növbəsində, növbəti gün axşam növbəsində işləmiş, 3-cü gün istirahət etmişdir. Sonuncu dəfə Etibar 19 aprel 2024-cü il tarixdə gecə növbəsində işdə qalmalı olmuş, o isə gedib kiçik qızını məktəbdən götürməli olmuşdur. Ona görə də, Etibarla sağollaşıb qızının arxasınca məktəbə getmiş, qızını götürüb evə gəldikdə isə artıq Etibar işə getmişdir. 20 aprel 2024-cü il tarixdə, səhər saat 06:30-da yaşadıqları evdə olan zaman Bakıxanov Çörək Zavodunda işləyən Elman adlı şəxs qaynatasının istifadəsində olan mobil telefona zəng edərək Etibarın bıçaqlandığını, qorxulu bir şey olmadığını demiş və Sabunçu xəstəxanasına getməli olduqlarını bildirmişdir. Bundan sonra qaynatası dərhal qaynanasıyla birlikdə həmin xəstəxanaya getmişdir. Bir neçə saat sonra isə qaynanası evə gəlmiş təxminən saat 07:20 radələrində artıq Etibarın qanitirmədən öldüyünü və hazırlıq işləri etməli olduqlarını bildirmişdir. Sonradan hadisənin hansı şəraitdə baş verdiyini maraqlanmış və Etibarı onunla birlikdə Çörək Zavodunda çilingər vəzifəsində işləyən Elşən adlı şəxs bıçaqla vuraraq qətlə yetirdiyini öyrənmişdir. Şahid X8 tədqiq olunan ifadəsində, həmçinin göstərmişdir ki, öyrənib bildiyi qədər hadisənin baş verdiyi gün, yəni 20 aprel 2024-cü il tarixdə, səhər saatlarında Etibar iş yerində olmuş, Etibarı vuran Elşən adlı şəxs isə iş yerinə sonradan sərxoş halda gəlmişdir. Etibar Elşəndən xahiş edərək “Sən ətağa mənim üçün gedib su ala bilərsən” deyə müraciət etmiş, Elşən isə cavabında “ətağa kimdir, onun adını çəkirsən” kimi cavab qaytarmışdır. Bundan sonra ikisi arasında sözlü mübahisə yaranmışdır. Nəticədə də, Elşən sonradan əldə etdiyi bıçaqla Zərərçəkmiş şəxs 2 bıçaq zərbəsi vurmuşdur. O, ümumiyyətlə Elşən adlı şəxsi tanımamış, onu görməmişdir. Etibarla aralarında əvvəllər hər hansı mübahisə, dava-dalaş olub-olmadığı barədə də onun məlumatı olmamışdır. Etibar xasiyyətcə çox mülayim, ailəcanlı insan olmuşdur. O Etibarın indiyə kimi kiminləsə mübahisə, dava-dalaş etməsini görməmiş, eşitməmişdir. Etibar siqaretdən istifadə etmiş, lakin o, Etibarın əvvəllər spirtli içki qəbul etdiyini və ya narkotik maddələrdən istifadə etdiyini görməmiş və eşitməmişdir. O Etibarın nə vaxtsa spirtli içki qəbul etdiyini, evə sərxoş vəziyyətdə gəldiyini görməmiş, eşitməmişdir(iş vərəqə: cild İ, səh. 224-227). Şahid X9 tədqiq olunan ifadəsində göstərmişdir ki, təxminən 2011-ci il tarixdən etibarən "xxxx" MMC-də texniki təhlükəsizlik üzrə mühəndis vəzifəsində işləmiş, “təqsmirləndirilən şəxs Təqsirləndirilən şəxs və mərhum zərər çəkmiş Zərərçəkmiş şəxs MMC-də işləyən əməkdaşlar olaraq tanımışdır. Həmin şəxslərin aralarında hər hansı ədavət və düşmənçilik olmamışdır. Elşən MMC-də çilingər, Etibar isə qazanxana operatoru işləmişdir. 20 aprel 2024-cü il tarixdə, səhər saat 05:50 radələrində yaşadığı evdə olarkən MMC-də mühafizəçi işləyən Şahid3 zəng etmiş, Elşənlə Etibar arasında mübahisə olduğunu, Elşənin Etibarı nəiləsə vurduğunu, sonuncunun da xəstəxanaya çatdırıldığını bildirmişdir. O hadisənin necə baş verdiyini, hansı şəraitdə baş verdiyini maraqlansa da, Əliyar dəqiq məlumatı olmadığını demişdir. Bundan sonra iş yerinə gəlib Etibarın atasına, Tahir Salamzadəyə zəng edib Etibarın iş yoldaşı ilə mübahisə etdiyini və hazırda xəstəxanada olduğunu bildirmişdir. O hadisə yerində olanda artıq Elşən polis əməkdaşları tərəfindən aparılmışdır. Təqsirləndirilən şəxsla Zərərçəkmiş şəxs arasında əvvəllər ədavət və düşmənçilik, o cümlədən mübahisə və dava-dalaş olmamışdır. Etibar və Elşən hər ikisi də çox mülayim, sakit təbiətli insanlar olmuşdur. Həmin şəxslərin hələ hadisə gününə qədər kiminləsə mübahisə, dava-dalaş etməsi hallarına şahidlik etməmiş, eşitməmişdir. Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs əvvəllər spirtli içki qəbul etməsindən məlumatı olmamış, həmin şəxsləri heç vaxt spirtli içki qəbul edən zaman görməmişdir(iş vərəqə: cild İ, səh. 244-247). İşdə olan və məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan «Hadisə yerinə baxış keçirilməsi haqqında» 20 aprel 2024-cü il tarixli protokoldan görünür ki, hadisə yeri ünvan 2 ünvanında yerləşən "xxxx" MMC-nin tərkibindəki Bakıxanov Çörək Zavodunun həyətidir. Həmin zavod "xxxx" binaları adlanan hündür mərtəbəli tikili ilə qarşı-qarşıya yerləşmişdir. Hadisənin baş verdiyi hissə zavodun giriş hissəsindədir. Belə ki, həmin hissədə sol tərəfdə nəzarət-buraxılış məntəqəsi, sağ tərəfdə isə təxminən 2 metr hündürlüyündə dəmir barmaqlıq və daş materialdan hazırlanmış hasar mövcuddur. Hadisə həmin hasarın qurtaracaq hissəsində, yəni avtomobil yoluna yaxın hissədə baş vermişdir. Baxış zaman hasarın həmin hissəsində, asfalt örtük üzərində tiyəsinin uzunluğu təxminən 16,5 sm, dəstəyi 6,5 sm, ümumi uzunluğu isə 23 sm olan qara dəstəkli bıçaq aşkar edilir. Bıçağın ətrafında və asfalt örtük üzərində damcı formasında qana bənzər ləkələr mövcuddur. Hadisə yerinə baxış zamanı qanabənzər ləkələrdən pambıq tampona hopdurulmaq yolu ilə 02 ədəd nümunə və hadisə yerində hasarın kənarında asfalt örtük üzərindən qara dəstəkli, tiyəsinin uzunluğu təxminən 16,5 sm olan bıçaq müvafiq qaydada qablaşdırılmaqla götürülmüş, baxış zamanı fotoçəkiliş aparıldı və fotoşəkillər protokola əlavə edildi(iş vərəqə: cild İ, səh. 02-03, 04-08). Cinayət işinə məhkəmə baxışı zamanı tədqiq olunan məhkəmə-tibb ekspertizasının xx.xx.2024-cü il tarixli, 85 nömrəli rəyindən görünür ki, mərhum Zərərçəkmiş şəxs meyitində aşağıdakı xəsarətlər aşkar edilmişdir: Sol tərəfli hemopnevmotoraks (sol döş boşluğuna sərbəst qanın və havanın yığılması) və diafraqmanın yaralanması ilə müşayiət olunan döş qəfəsinin sol yarısının doş və qarın boşluqlarına nüfuz edən 1 (bir) ədəd; nazik bağırsağın, bağırsaq müsariqəsının, qarın aortası və müsariqə arteriyasının zədələnməsinə səbəb olan qarının ön divarının periton boşluğuna nüfuz edən 1 (bir) ədəd, ümumilikdə 2 (iki) ədəd deşilmiş-kəsilmiş yaraları, döş qəfəsinin sol yarısının 1 (bir) ədəd cızığı. Tədqiq olunan rəydən görünür ki, aşkar olunan xəsarətlər həyati olub, mərhum Zərərçəkmiş şəxs X16 müraciətindən (xx.xx.2024-cü il, saat 05:45) az əvvəl deşici-kəsici əşya (alət) təsirindən törənmişdir, ekspertizaya təqdim edilmiş bıçağın və ya o tipli digər bıçağın (bıçaqların) tiyəsinin təsirindən törənə bilər. Dərəcəsinə görə xəsarətlərdən sol tərəfli hemopnevmotoraks (sol doş boşluğuna sərbəst qanın və havanın yığılması) və diafraqmanın yaralanması ilə müşayiət olunan doş qəfəsinin sol yarısının döş və qarın boşluqlarına nüfuz edən 1 (bir) ədəd; nazik bağırsağın bağırsaq müsariqəsinin, qarın aortası və müsariqə arteriyasının zədələnməsinə səbəb olan qarının ön divarının periton boşluğuna nüfuz edən 1 (bir) ədəd, ümumilikdə 2 (iki) ədəd deşilmiş-kəsilmiş yaraları ümumilikdə və hər biri ayrı-ayrılıqda canlı şəxslərdə sağlamlığa ağır zərərvurmanın əlamətlərinə malik olmaqla onun ölümü ilə birbaşa səbəbli əlaqəlidir. Döş qəfəsinin sol yarısının 1 (bir) ədəd cızığı isə sağlamlığa zərərvurmayan xəsarətlərin əlamətlərinə malik olmaqla ölümü ilə səbəbli əlaqəsi yoxdur. Daha sonra tədqiq olunan rəydən görünür ki, mərhum Zərərçəkmiş şəxs ölümünə səbəb qeyd olunan deşilmiş kəsilmiş yaralarla əlaqədar daxili üzvlərin yaralanması nəticəsində baş vermiş çoxlu qanitirmə olmuşdur. Ölüm xx.xx.2024-cü il tarixdə, saat 07:00-da X10 baş vermişdir, bu da ilkin meyit əlamətləri ilə öz təsdiqini tapır. Mərhum Zərərçəkmiş şəxs xəsarətləri alarkən bədənin müxtəlif duruş vəziyyətlərində (ayaqüstü, oturaq, əyilmiş və s.) ola bilərdi. Mərhum Zərərçəkmiş şəxs xəsarətlər qısa müddət ərzində yetirildiyindən yetirilmə ardıcıllığını müəyyən etmək mümkün deyil. Lokalizasiyasına və xarakterinə görə xəsarətlərin Zərərçəkmiş şəxs özü tərəfindən özünə yetirilməsi inkar olunur. Mərhum Zərərçəkmiş şəxs meyitindən götürülmüş qanda məhkəmə- kimya tədqiqatı nəticəsində metil, etil, propil, butil və amil spirtləri, barbitur turşusu törəmələri, alkoloidlər (həmçinin tiryək qrupu), fenotiazin, pirazalon, 1,4 benzodiazepin törəmələri və salisilatlar aşkar edilməmişdir. Lokalizasiyasına və xarakterinə (xüsusən yara kanalının istiqaməti) əsasən qeyd olunan xəsarətlərin hücum edən şəxs(lər)in hər iki əldən istifadə edərək törətməsi mümkündür(iş vərəqə: cild İİ, səh. 89-95). Bundan başqa, cinayət işinə məhkəmə baxışı zamanı tədqiq olunan məhkəmətibbi- kriminalistik ekspertizasının xx.xx.2024-cü il tarixli, 179/MTKŞ-2024 nömrəli rəyindən görünür ki, təqdim edilmiş mərhum Zərərçəkmiş şəxs məxsus idman gödəkcəsinin arxa səthinin sol yan nahiyəsində bir ədəd deşilmiş-kəsilmiş zədə, qısaqol koftanın ön səthinin sol yarısında bir ədəd, aşağı hissəsində bir ədəd və arxa səthinin sol yan nahiyəsində bir ədəd deşilmiş-kəsilmiş zədə var. Bu zədələr ülgücü və küpü olan yastı tiyə tipli deşicikəsici alətin (alətlərin) təsirindən törənmişlər. Təqdim edilmiş bıçağın tiyəsi əsasından tam sındığından paltarlar üzərində olan deşilmiş-kəsilmiş zədələrin bu bıçaqla yetirilməsinin mümkünlüyünü müəyyən etmək üçün eksperimental zədələrin yetirilməsi mümkün deyil. Bununla belə, mərhum Zərərçəkmiş şəxs oğluna məxsus paltarlar üzərində olan zədələrin morfoloji əlamətlərini, iz törədən alətin (alətlərin) konstruktiv xüsusiyyətləri ilə təqdim olunmuş bıçağın konstruktiv xüsusiyyətlərinin eyni qrup daxilində olmasını, zədələrin ölçülərini və bıçağın tiyəsinin ölçülərini nəzərə alaraq, paltarlar üzərində olan deşilmişkəsilmiş zədələrin ekspertizaya təqdim olunmuş bıçağın tiyəsinin təsirindən, yaxud oxşar konstruktiv xüsusiyyətə malik digər alətin (alətlərin) tiyəsinin təsirindən törənməsinin mümkünlüyü inkar olunmur. Tədqiq olunan həmin rəydən, həmçinin görünür ki, mərhum Zərərçəkmiş şəxs məxsus paltarların üzərində olan deşilmiş-kəsilmiş zədələrlə, onun meyiti üzərində olan xəsarətlər yerləşməsinə görə bir-biri ilə üst-üstə düşür. Mərhum Zərərçəkmiş şəxs məxsus paltarların üzərində olan deşilmiş-kəsilmiş zədələrlə, onun meyiti üzərində olan xəsarətlərin ölçüləri, həmçinin təqdim edilmiş bıçaq tiyəsinin ölçüləri bir-biri ilə uyğunluq təşkil edir, bu zədələrin eyni bir alətin yaxud oxşar konstruktiv xüsusiyyətə malik bir neçə alətin (alətlərin) tiyəsinin təsirindən törənməsinin mümkünlüyü inkar olunmur. Mərhum Zərərçəkmiş şəxs məxsus idman gödəkcəsinin ön səthinin sağ yarısındakı cibin tikişi üzərində bir ədəd sökülmüş zədə, idman gödəkcəsinin ön səthinin sol yarısında bir ədəd cırılmış zədə, koftanın yaxalıq hissəsinin sağ yarısındakı düymə yerində bir ədəd cırılmış zədə var. Bu zədələr küt yaranma mexanizmi ilə paltarların həmin nahiyyələrinin dartılması nəticəsində törənmişlər. Mərhum Zərərçəkmiş şəxs məxsus cins şalvarın, tumanın, kepkanın, bir cüt corabın və bir tay ayaqqabının üzərində zədə aşkar edilmədi. Təqdim edilmiş Təqsirləndirilən şəxs Şahsevən oğluna məxsus gödəkcənin, uzunqol koftanın və cins şalvarın üzərində zədə aşkar edilmədi. Mərhum Zərərçəkmiş şəxs oğluna məxsus paltarların lokalizasiyasına və xarakterinə görə demək olar ki, bu zədələr yetirilərkən, o, zədə yetirən şəxslə (şəxslərlə) müxtəlif qarşılıqlı duruş vəziyyətlərində ola bilərdi. Mərhum Zərərçəkmiş şəxs oğluna məxsus paltarların üzərində olan zədələrin qərarın təsviri hissəsində göstərilən şəraitdə yetirilə bilər. Tədqiq olunan rəydən daha sonra görünür ki, elmi ədəbiyyatlarda metodika olmadığından, mərhum Zərərçəkmiş şəxs bədən səthində olan xəsarətlərin və ona məxsus paltarların üzərində olan zədələrin sağ yoxsa sol əldən istifadə etməklə yetirilməsini və eyni şəxs yoxsa başqa şəxs(lər) tərəfindən yetirilməsini təyin etmək mümkün deyil. Mərhum Zərərçəkmiş şəxs oğlunun bədən səthində olan xəsarətlərin və paltarlar üzərində olan zədələrin lokalizasiyasına və xarakterinə görə onun özü tərəfindən yetirilməsi mümkün deyil. Ən nəhayət, tədqiq olunan rəydən görünür ki, təqdim edilmiş bıçaq zavod üsulu ilə hazırlanmış məişət təyinatlı mətbəx bıçağıdır və soyuq silah hesab edilmir. Bıçağın üzərində hər hansı bir əlavə və dəyişiklik edilməmişdir(iş vərəqə: cild İİ, səh. 109-115). İşdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan məhkəmə-tibbi bioloji ekspertizasının xx.xx.2024-cü il tarixli, 269/2024-MTBŞ nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs ABO sistemi üzrə qan qrupu: A-beta/H//ll/. Təqsirləndirilən şəxs ABO sistemi üzrə qan qrupu: O/l/./sonuncunun şəxsiyyət vəsiqəsinin kserosurətinə əsasən/ Ekspertizaya təqdim edilən mərhum Zərərçəkmiş şəxs məxsus gödəkcə, qısaqol köynək, cins şalvar, trusik, Təqsirləndirilən şəxs məxsus uzunqol kofta üzərində insan qanı ləkələri aşkar olundu. Ləkələrdə qanın qrup mənsubiyyəti ABO sitemi üzrə tədqiq olunduqda A, H antigenləri, əksər ləkələrdə həmçinin beta aqqlyutinini də alındı. Beləliklə, bu qan ləkələri A-beta/H//ll/ qruplu bir şəxsə, o cümlədən ABO sistemi üzrə mərhum Zərərçəkmiş şəxs məxsus ola bilər. Göstərilən ləkələrdə O/l/ qruplu Təqsirləndirilən şəxs qanının olması yalnız həmin ləkələrdə qarışıq qanın olduğu halında mümkündür/əgər onda hadisə zamanı qanaxma ilə müşayiət olunan xəsarətlər olubsa/. Təqdim edilən bıçaq dəstəyi, bıçaq tiyəsi üzərində və hadisə yerindən 02 ədəd borucuqdakı çubuğun uc hissəsində olan pambıq tampon üzərində aşkar olunan zəif intensivlikli qan ləkələrindən hazırlanmış məhlullarda zülal aşkar olunmadığı üçün göstərilən maddi sübutlar üzərindəki qanın növünü təyin etmək mümkün olmadı. Təqdim edilən Zərərçəkmiş şəxs məxsus bir cüt corab, papaq, sol tay idman ayaqqabısı, Təqsirləndirilən şəxs məxsus gödəkcə, cins şalvar üzərində qana şübhəli hər hansı bir ləkə aşkar olunmadı (iş vərəqə: cild İİ, səh. 98-102). Daha sonra cinayət işinə məhkəmə baxışı zamanı tədqiq olunan kompleks ambulator məhkəmə-psixatrik və psixoloji ekspertizasının xx.xx.2024-cü il tarixli, 1160 nömrəli rəyindən görünür: - Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna gorə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası CM-nin 21.1, 21.3 və 22.1-ci maddələrinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini ölçübbiçmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur; - Təqsirləndirilən şəxs hazırkı psixi vəziyyətində görə məhkəmə-istintaq hərəkətlərinin aparılmasında iştirak etmək iqtidarındadır, yəni öz prosessual hüquq və vəzifələrini yerinə yetirmək iqtidarındadır. Təqsirləndirilən şəxs əqli-intellektual imkanları normaya uyğundur. O, baş vermiş hadisə zamanı öz hərəkətlərini adekvat olaraq qavramaq, mahiyyətini dərk etmək və onları idarə etmək qabiliyyətinə malik olmşdur(iş vərəqə: cild İİ, səh. 118-120). Tədqiq olunan məhkəmə-tibb ekspertizasının xx.xx.2024-cü il tarixli, 887 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədənində xəsarətlər aşkar edilməmişdir(iş vərəqə: cild İİ, səh. 85-86). İşdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan məhkəmə-narkoloji ekspertizasının xx.xx.2024-cü il tarixli, 3218 nömrəli rəyindən görünür ki, hal-hazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur (iş vərəqə: cild İİ, səh. 105- 106). İşdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan «Əşyanın tanınmaya təqdim edilməsi haqqında» 26 iyun 2024-cü il tarixli protokoldan görünür ki, cinayət işi üzrə hadisə yerinə ilkin baxış zamanı götürülmüş 01 ədəd tiyəsinin uzunluğu təxminən 16,5 sm, dəstəyi tiyədən qopmuş vəziyyətdə 6,5 sm, ümumi uzunluğu isə 23 sm olan qara dəstəkli bıçaq digər 4 bıçaq arasında 2-ci yerdə tanınmaya təqdim olundu. Tanınmalı olan 01 ədəd tiyəsinin uzunluğu təxminən 16,5 sm, dəstəyi tiyədən qopmuş vəziyyətdə 6,5 sm, ümumi uzunluğu isə 23 sm olan qara dəstəkli bıçaq nömrələnmiş vəziyyətdə 04 ədəd bıçaq arasında təqdim edildi. Tanıyan şəxsə onun tanıya bildiyi əşyanı göstərmək və həmin əşyanı məhz hansı əlamətlərinə görə tanıdığını izah etmək təklif olundu. Tanıyan şəxs Təqsirləndirilən şəxs təqdim edilən bıçaqları nəzərdən keçirib göstərdi ki, 2-ci yerdə yerləşən 01 ədəd tiyəsinin uzunluğu təxminən 16,5 sm, dəstəyi tiyədən qopmuş vəziyyətdə 6,5 sm, ümumi uzunluğu isə 23 sm olan qara dəstəkli bıçaq hadisə vaxtı Zərərçəkmiş şəxs xəsarət yetirdiyi bıçaqdır. Tanınma zamanı “İphone 13 Pro” markalı mobil telefonla fotoşəkillər çəkildi və protokola əlavə olundu(iş vərəqə: cild İİ, səh. 144- 145). Cinayət işinə məhkəmə baxışı zamanı tədqiq olunan Bakıxanov Çörək Zavodunun həyətində quraşdırılmış videomüşahidə kameralarından əldə edilmiş 01 ədəd “Verbatim” sözləri və “4.7gb, 16x, 120min” formatlı CD-ə olan videogörüntülərə baxış keçirilməsi haqqında 20 aprel 2024-cü il tarixli protokoldan görünür ki, həmin diskdə “Camera13_NVR_**********2104_**********3948_278597” adlı 01 ədəd qovluq olduğu müəyyən olunur. Həmin qovluq açıldıqda ünvan 2 ünvanında yerləşən "xxxx" MMC-nin tərkibindəki Bakıxanov Çörək Zavodunun həyətində, ön tərəfdə binanın tinində, üzü "xxxx" MMC-ə məxsus binalara tərəf quraşdırılmış video müşahidə kamerasında xx.xx.2024-cü il tarixdə, saat 05:21:03-dən etibarən qeydə alınmış görüntülər olduğu aşkar edilir. Həmin görüntülərdə zavodun həyətində bir neçə müxtəlif markalı avtomobilin dayandığı görünür. Saat 05:30:10-dan etibarən 2 nəfər kişi cinsli şəxsin buraxılış məntəqəsi istiqamətindən zavodun həyətinə doğru hərəkət etdiyi müşahidə olunur. Diskə baxış zamanı həmin şəxslərdən sağ tərəfdə hərəkət edən, üzərində açıq boz rəngli, uzun qol gödəkçə, başında kepqa olan şəxsin Təqsirləndirilən şəxs, onun solu ilə hərəkət edən, bir qədər ucaboy olan şəxsin isə Zərərçəkmiş şəxs olduğu müəyyən olunur. Hər iki şəxs 2 saniyə birlikdə hərəkət etdikdən sonra saat 05:30:12-də Təqsirləndirilən şəxs solu ilə hərəkət edən Zərərçəkmiş şəxs sağ əlində saxladığı predmetlə bir dəfə zərbə vurub, sonradan ardıcıl zərbələr vurmaq üçün cəhdlər edir. Zərərçəkmiş şəxs isə əli ilə Təqsirləndirilən şəxs tutub, sonuncuya müqavimət göstərək zərbələrdən yayınmağa çalışır. Ümumilikdə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs tərəf əlində saxladığı predmetlə 4 dəfə zərbə vurduğu görünür. Həmin zərbələrdən isə 2-nin Zərərçəkmiş şəxs konkret olaraq toxunduğu aydın görünür. Onlar arasında davam edən münaqişə təxminən saat 05:30:30-a qədər davam edir, sonradan zavod ərazisində çıxan yük avtomobili videomüşahidə kamerasının qarşısını tutduğu üçün hadisənin gedişatını görmək mümkün olmamışdır. Saat 05:31:52də yük avtomobili zavod ərazisini tərk etdikdən sonra asfalt örtük üzərində 1 nəfər şəxsin uzandığı ətrafında isə xeyli sayda şəxsin toplaşdığı müşahidə edilir. Görüntülərdən aydın olur ki, ətrafda toplaşmış şəxslər yerdə uzanıqlı olan şəxsə (Zərərçəkmiş şəxs) yardım göstərməyə çalışırlar. Saat 05:37:10-da isə Zərərçəkmiş şəxs həyətdə olan minik avtomobilinə yerləşdirilib ərazidən naməlum istiqamətdə aparılır(iş vərəqə: cild İ, səh. 17- 19). İşdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan hadisə yerinə yaxın ərazidə yerləşmiş “OBA” marketdə quraşdırılmış videomüşahidə kameralarından əldə edilmiş 01 ədəd “Verbatim” sözləri və “4.7gb, 16x, 120min” formatda olan CD-ə olan videogörüntülərə baxış keçirilməsi haqqında 22 may 2024-cü il tarixli protokoldan görünür ki, disk texniki qurğu vasitəsi ilə açılmış, içərisində “Oba görüntü 1”, “Oba görüntü 2”, “Oba görüntü 3” adlı 03 ədəd video və “İMG_934”, “İMG_935”, “İMG_936” “İMG_037”, “İMG_938” adlı 05 ədəd fotoşəkil olduğu müəyyən edilmişdir. Tədqiq olunan protokoldan görünür ki, “Oba görüntü 1” adlı qovluq açıldıqda içərisində xx.xx.2024-cü il tarixdə, saat 03:14:21 radələrində qeydə alınmış görüntülər olduğu aşkar edilir. Həmin görüntülərdən aydın olur ki, Zərərçəkmiş şəxs mağazaya daxil olaraq soyuducudan 01 ədəd “GO” markalı spirtli içkini alaraq küçəyə çıxır və Təqsirləndirilən şəxs dayandığı yerə gedib söhbət etməyə başlayırlar. Onların yanında bir nəfər naməlum şəxs dayanmışdır. Hər üç şəxs uzun müddət söhbət etdikdən sonra birlikdə mağazaya daxil olub, içəridə söhbəti davam etdirirlər. Onlarda hər hansı aqressiv hərəkət, dava-dalaş və ya mübahisə olması hiss olunmur, əksinə hər üçü normal şəkildə söhbət edib, deyib-gülürlər. Daha sonra bir daha küçəyə çıxıb söhbəti davam etdirilər. Yanlarında olan istintaqa məlum olmayan şəxs isə “GO” markalı spirtli içki qəbul edir. Tədqiq olunan protokoldan daha sonra görünür ki, “Oba görüntü 2” adlı qovluq açıldıqda içərisində xx.xx.2024-cü il tarixdə, saat 03:27:04 radələrində qeydə alınmış görüntülər olduğu aşkar edilir. Həmin görüntülərdən aydın olur ki, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və istintaqa məlum olmayan 2 nəfər kişi cinsli şəxs mağazanın qarşısında dayanıb birlikdə söhbət edirlər. Onların danışığında hər hansı aqressiv hərəkətlər, dava-dalaş və ya mübahisə olunması hiss olunmur, əksinə dördü də normal şəkildə söhbət edib, deyib-gülürlər. Bundan başqa, tədqiq olunan protokoldan görünür ki, “Oba görüntü 3” adlı qovluq açıldıqda içərisində xx.xx.2024-cü il tarixdə, saat 03:39:30 radələrində qeydə alınmış görüntülər olduğu aşkar edilir. Həmin görüntülərdən aydın olur ki, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və istintaqa məlum olmayan digər kişi cinsli şəxs mağazanın qarşısında kondisioner mühərrikinə söykənib birlikdə söhbət edirlər. Onların danışığında hər hansı aqressiv hərəkətlər, dava-dalaş və ya mübahisə olunması hiss olunmur, əksinə dördü də normal şəkildə söhbət edib, deyib-gülürlər. Bundan başqa, Zərərçəkmiş şəxs mühərrik üzərindən götürdüyü 01 ədəd “GO” markalı spirtli içkinin qapağını açaraq sağ əlində saxlayır, sol əli ilə isə ağzında saxladığı siqareti götürüb çəkməyə başlayır. Bir müddət bu şəkildə Təqsirləndirilən şəxsla söhbət etməyə davam edirlər. Daha sonra Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs əlində saxladığı spirtli içkini ondan götürüb özü içməyə başlayır. Spirtli içkidən bir qədər içib yenidən Zərərçəkmiş şəxs geri qaytarır, bundan sonra sonuncu da həmin içkidən qəbul etməyə başlayır. Ən nəhayət, tədqiq olunan protokoldan görünür ki, “İMG_934”, “İMG_935”, “İMG_936” “İMG_037”, “İMG_938” adlı 05 ədəd fotoşəkillər açıldıqda Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs “OBA” market qarşısında dayanıb söhbət etdikləri aydın olur. Diskə baxış zamanı cinayət işi üçün digər əhəmiyyət kəsb edə biləcək xüsusatlar aşkar edilməmişdir. Diskdə baxış zamanı əhəmiyyət kəsb edən görüntülər “HP” markalı kompüterin ekranından əldə edilərək protokola əlavə edildi(iş vərəqə: cild İ, səh. 256-259). Daha sonra məhkəmə baxışı zamanı tədqiq olunan "xxxx" MMC-dən daxil olmuş 01 ədəd DVD-də olan məlumatlara baxış keçirilməsi haqqında protokoldan görünür ki, həmin disk ağ rəngli olmaqla üzərində zavod üsulu ilə latın qrafikalı Azərbaycan əlifbası ilə qırmızı rəngdə “bakceH" sözləri və qara rəngli mürəkkəbli qələmlə “BKC/LGL-5588/24” rəqəmləri yazılmışdır. 01 (bir) ədəd disk “HP” markalı stolüstü kompüterə daxil edildikdə içərisində adları: “Zenglerin_Detallasmasi_**********0601_559033315”, Zenglerin_Mexsusluq_Tarixceleri_**********0625_559033315_BKC" olmaqla 02 fayl olduğu aşkar edilir. Həmin fayllardan birincisinə daxil olduqda ********** saylı abonəçinin xx.xx.2024-cü il, saat 00:00:00-dan xx.xx.2024-cü il, saat 00:00:00-ə kimi olan müddət ərzində əlaqə saxladığı abonentlərin mobil telefon nömrələri və həmin nömrələrlə danışıq dəqiqələri, o cümlədən anten dairəsi məlumatları öz əksini tapmışdır. Bundan başqa, ********** saylı abonəçiyə məxsus anten dairəsinin xx.xx.2024-cü il, saat 21:36:28-dən xx.xx.2024-cü il, saat 06:36:28 ünvanına qədər olan müddət ərzində Sabunçu rayonu, ünvan 15nında olduğu aşkar edilmişdir ki, bu da özlüyündə hədəsinin baş verdiyi ünvanla eynilik təşkil etməkdədir. Həmin fayllardan ikincisinə daxil olduqda isə ********** saylı mobil telefon nömrəsinin Təqsirləndirilən şəxs arvadı Şahid6 adına qeydiyyatda olduğu görünür. Bundan başqa, istintaq gedişində ********** saylı mobil telefon nömrəsinin Şahid6 məxsus olsa da, Təqsirləndirilən şəxs istifadəsində olduğu məlum olmuşdur(iş vərəqə: cild İİ, səh. 50-52). Beləliklə, məhkəmə kollegiyası iş üzrə hərtərəfli, obyektiv və tam araşdırma aparıb, tədqiq olunan sübutlar toplusuna məcmu halında qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs adam öldürmə həddinədək gətirib çıxara biləcək səbəblər olmadan xuliqanlıq niyyəti ilə qəsdən öldürməsi, yəni sonuncunu xuliqanlıq niyyəti ilə qəsdən həyatdan məhrum etməsi mötəbər və təkzibedilməz sübutlarla tam təsdiq olunduğundan onun cinayət əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.2-ci maddəsi ilə düzgün ixtisaslaşdırılmışdır. Ona görə də Təqsirləndirilən şəxs cinayət əməli məhkəmə tərəfindən həmin maddə ilə tövsif edilməli və o, Cinayət Məcəlləsinin 120.2.2-ci maddəsi ilə təqsirli bilinərək cəzalandırılmalıdır. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası CPM-nin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə Təqsirləndirilən şəxs istər məhkəməyədək icraat mərhələsində və ya istərsə də məhkəmə baxışı mərhələsində verdiyi ifadələrində Cinayət Məcəlləsinin 120.2.2-ci maddəsi ilə özünü təqsirli bilməməsi, oğlu zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs qəsdən öldürmək niyyətinin olmaması, hadisə vaxtı sonuncu tərəfindən özünün və atasının ünvanına nalayiq ifadələr işlətməsi səbəbindən bıçaqla vurması barədə göstərdiklərini onun xüsusilə ağır cinayət törətməyə görə cinayət məsuliyyətindən və cəzadan azad oluna bilmək üçün seçmiş olduğu müdafiə taktikası kimi qiymətləndirir. Belə ki, təqsirləndirilən şəxsin özünün müdafiəsi üçün gətirdiyi dəlillər məhkəmə baxışı zamanı araşdırılan mötəbər və təkzibedilməz sübutlarla nəinki tam inkar olunur, hətta əksinə, onun təqsirliliyini təsdiq edir. “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 dekabr 2002-ci il tarixli Qərarının 6-cı bəndində göstərilmişdir ki, qəsdən adam öldürmə o vaxt Azərbaycan Respublikası CM-nin 120.2.2-ci maddəsi ilə (xuliqanlıq niyyəti ilə adam öldürmə) tövsif olunmalıdır ki, təqsirkar davranışı ilə ictimai qaydalara və hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərməklə, özünü ətrafdakılara qarşı qoymaqla cinayət törədir (məsələn, heç bir səbəb olmadan, yaxud hər hansı bəhanə ilə başqasını həyatdan məhrum etmək). Daha sonra Ali Məhkəməsi Plenumunun həmin Qərarının 6-cı bəndində göstərilmişdir ki, xuliqanlıq niyyəti ilə qəsdən adam öldürməni mübahisə və dalaşma zəminində adam öldürmədən fərqləndirərkən dalaşma hadisəsinin təşəbbüskarının kim olması, təqsirkarın zərər çəkmiş şəxsi öldürmək məqsədilə qəsdən münaqişə yaradıbyaratmamasını aydınlaşdırmaq lazımdır. Mübahisə və dalaşmanın zərər çəkmişin təşəbbüsü ilə başlanması, yaxud münaqişənin zərər çəkmişin hüquqa zidd hərəkətləri səbəbindən baş verməsi təsdiq olunarsa təqsirkar xuliqanlıq niyyətilə adam öldürmə cinayətində təqsirli bilinə bilməz. Məhkəmə baxışı zamanı müəyyən edildi ki, təqsirləndirilən və zərər çəkmiş şəxslər arasında heç bir dalaşma hadisəsi baş verməmiş, zərər çəkmiş şəxsin qəsdən mübahisə və ya dalaşma yaratmaq niyyəti belə olmamış, lakin təqsirləndirilən şəxs zərər çəkmiş şəxsin ona tutduğu cüzi iradı özünün daxilində, xaricə büruza vermədən zərər çəkmiş şəxsə qarşı kin və nifrət formasında yetişdirərək xuliqanlıq niyyətinədək böyütmüş və eyni niyyətlə də zərər çəkmiş şəxsi qəsdən öldürmüş, yəni zərər çəkmiş şəxsi xuliqanlıq niyyəti ilə qəsdən həyatdan məhrum etmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, onu cinayət məsuliyyətindən və cəzadan azad etmə üçün əsaslar müəyyən edilməmişdir. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və cəzanı ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsirini nəzərə alır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən əldə olunmuş əməliyyat-sorğu arayışı ilə müəyyən olunur ki, iş üzrə Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs cəzasını Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən yüngülləşdirən və həmin Məcəllənin 61-ci maddələrinə əsasən ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəza məsələsini müzakirə edib belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin qəsdən xüsusilə ağır cinayət törətməsi nəzərə alınmalı, həm sosial ədalətin bərpası, həm onun islah olunması, təqsirləndirilən şəxsin özü və başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısının alınması məqsədi ilə ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.2-ci maddəsinin sanksiyası daxilində şəxsiyyətinə uyğun, ədalətli müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin olunmalıdır. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs törətmiş olduğu, hazırda qüvvədə olan Azərbaycan Respublikası CM-nin 120.2.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin həmin Məcəllənin 15.5-ci maddəsinə əsasən təsnifatına görə xüsusilə ağır cinayətlər kateqoriyasına aid olduğunu nəzərə alıb, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə cəzasının çəkilməsi üçün cəzaçəkmə müəssisəsinin növü barədə məsələni müzakirə edib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 15.5-ci maddəsinə əsasən bu Məcəllə ilə qəsdən törədilməsinə görə on iki ildən artıq azadlıqdan məhrum etmə cəzası və ya daha ağır cəza nəzərdə tutulmuş əməllər xüsusilə ağır cinayətlər hesab olunur. Həmin Məcəllənin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün cəzaçəkmə müəssisələri ciddi rejim olaraq müəyyən edilir. Bundan başqa, məhkəmə kollegiyası təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının çəkilməsinin əvvəli ilə əlaqədar məsələni müzakirə edib belə nəticəyə gəlir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli onun şübhəli şəxs qismində tutulduğu 20 aprel 2024-cü il tarixdən hesablanmalıdır. Belə ki, Təqsirləndirilən şəxs 20 aprel 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, 21 aprel 2024-cü il tarixdə müvafiq məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 20 aprel 2024-cü il tarixdən hesablanmışdır. Bundan sonra məhkəmə hökmü çıxarılanadək Təqsirləndirilən şəxs qanuni əsaslarla fasiləsiz olaraq həbsdə saxlanılmışdır. Həmçinin məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs 20 aprel 2024-cü il tarixdən başlayaraq həbsdə saxlanıldığı bütün müddət ona təyin olunan cəza müddətinə daxil edilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə görə isə cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Məhkəmə təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbirinə münasibət bildirib qeyd edir ki, təqsirləndirilən şəxsə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin ediləcəyindən onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Məhkəmə işdə olan maddi sübutlara dair məsələni həll edərkən belə nəticəyə gəlir ki, iş üzrə Bakı şəhəri Sabunçu rayon prokurorluğunda saxlanılan qanabənzər ləkələrdən pambıq tampona hopdurulmaqla götürülmüş 02 ədəd nümunə, cinayətin aləti olmuş qara dəstəkli, gümüşü rəngli tiyəsi olan bir ədəd bıçaq, Zərərçəkmiş şəxs hadisə vaxtı əynində olmuş bir ədəd göy rəngli cins şalvar, bir ədəd qara rəngli qısaqol köynək (kofta), bir ədəd qara rəngli uzunqol gödəkçə, bir ədəd trusik, bir ədəd ayaqqabı, bir ədəd papaq (kepqa) və bir cüt qara rəngli corab, Təqsirləndirilən şəxs hadisə vaxtı əynində olmuş bir ədəd boz rəngli cins şalvar, bir ədəd qara rəngli uzunqol köynək (kofta) və bir ədəd açıq boz rəngli uzunqol gödəkçə məhv edilməlidir. İş üzrə məhkəmə məsrəfləri, mülki iddia yoxdur, əmlak üzərinə həbs qoyulmamışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 345-347, 349, 351- 354, 356, 381, 384.1 maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 17 (on yeddi) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli hazırkı cinayət işi üzrə şübhəli şəxs qismində tutulduğu 20 aprel 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs ona təyin olunan cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. İş üzrə maddi sübutlara dair məsələ hökm qanuni qüvvəyə mindikdən sonra aşağıdakı qaydada həll edilsin: - Bakı şəhəri Sabunçu rayon prokurorluğunda saxlanılan qanabənzər ləkələrdən pambıq tampona hopdurulmaqla götürülmüş 02 ədəd nümunə, cinayətin aləti olmuş qara dəstəkli gümüşü rəngli tiyəsi olan 01 ədəd bıçaq, Zərərçəkmiş şəxs hadisə vaxtı əynində olmuş 01 ədəd göy rəngli cins şalvar, 01 ədəd qara rəngli qısaqol köynək (kofta), 01 ədəd qara rəngli uzunqol gödəkçə, 01 ədəd trusik, 01 ədəd ayaqqabı, 01 ədəd papaq (kepqa) və 01 cüt qara rəngli corab, Təqsirləndirilən şəxs hadisə vaxtı əynində olmuş 01 ədəd boz rəngli cins şalvar, 01 ədəd qara rəngli uzunqol köynək (kofta) və 01 ədəd açıq boz rəngli uzunqol gödəkçə məhv edilsin. İş üzrə məhkəmə məsrəfləri, mülki iddia yoxdur, əmlak üzərinə həbs qoyulmamışdır. Hökmdən elan olunduğu vaxtdan, həbsdə olan məhkum Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-2083/2024
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-2083/2024
13.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver