Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-2084/2025 29.01.2026 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Namazov Fərid Arif oğlunun sədrliyi, hakimlər Hüseynov Telman Qulaməli oğlu və X3 ibarət tərkibdə, məhkəmə iclasının katibi X5, tərcüməçi X2, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi- Bakı şəhəri “Arbitrium” Vəkil Bürosunun vəkili Müdafiəçi və Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxx 1992-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işsiz, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Bakı şəhəri, Sabunçu rayonu, Yeni Ramana qəsəbəsi, A.Çaparidze küçəsində yerləşən fərdi evdə yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməsi ilə əlaqədar Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra Cinayət Məcəlləsi və ya CM) 234.4.1-ci və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ:
1. Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə qurudulmuş marixuana əldə edib, üzərində saxlayıb daşımaqla Cinayət Məcəlləsinin 234.4.1-ci və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilir.
İşin faktiki halları
2. Təqsirləndirilən şəxs “İnstaqram” internet sosial şəbəkəsi vasitəsi ilə tanış olduğu şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikası vətəndaşı kimi özünü təqdim edən “Mansur” adlı şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs halında sonuncunun ona göndərəcəyi külli miqdarda narkotik vasitə olan qurudulmuş marixuananı satış məqsədi ilə qanunsuz olaraq ona deyiləcək yerə yerləşdirəcəyi ilə bağlı razılıq əldə etdikdən sonra 14 avqust 2025-ci il tarixdə saat 22:10 radələrində İran İslam Respublikası vətəndaşı kimi özünü təqdim edən “Mansur” adlı şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq ünvan 3 ünvanın yaxınlığında gizlədilmiş yerdən tanımadığı ünvana çatdırılması üçün 01 ədəd qara rəngli sellofan bağlamada olan 4945,0 qram çəkidə külli miqdarda bitki mənşəli, tərkibində narkotik maddələr olan, çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı əldə edib üzərində saxlamaqla, həmin tarixdə ünvan 3 ünvanın qarşısına daşımış, həmin tarixdə saat 22:35 radələrində Nərimanov Rayon Polis İdarəsinin Cinayət-axtarış şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində ünvan 3 ünvanın qarşısında saxlanılaraq, orada videoçəkilişdən istifadə etməklə keçirilən şəxsin üstünün yoxlanılması zamanı əlində saxladığı 01 ədəd qara rəngli sellofan bağlamada olan ümumi təmiz çəkisi 4945,0 qram olmaqla, külli miqdarda tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür.
Təqsirləndirilən şəxsə qarşı ittiham tərəfinin təqdim etdiyi sübutlar aşağıdakılardan ibarətdir:
3. Məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş xx.xx.2025-ci il tarixli əməliyyat raportlarına, “Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” qərara, 3/3- 50/Ə182/2025 nömrəli əmrə əsasən etimad doğuran, məlum, qərəzsiz mənbədən Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələri satış məqsədi ilə əldə edib Bakı şəhəri, Nərimanov rayonu ərazisində dövriyyəsi ilə məşğul olması barədə məlumat daxil olduğundan, təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri keçirilməklə yaxalanmasından ötrü Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Nərimanov Rayon Polis İdarəsinin Cinayət-axtarış şöbəsinin əməliyyat müvəkkilləri Şahid1, Şahid2 və Şahid3 ibarət əməliyyat qrupu yaradılmış, Təqsirləndirilən şəxs 14 avqust 2025-ci il tarixdə, saat 22:35 dəqiqədə Bakı şəhəri, Nərimanov rayonu, Araz küçəsi 38 ünvanının yaxınlığında saxlanılmışdır. (Cild 1, iş vərəqi 4-8)
4. Məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş “Əməliyyat-axtarış tədbirinin keçirilməsinə, şübhəli şəxsin üstünün yoxlanılmasına dair” xx.xx.2025-ci il tarixli və “Diskə baxış keçirilməsi haqqında” xx.xx.2025-ci il tarixli protokollardan görünür ki, saxlanılan vaxt Təqsirləndirilən şəxs paltarında, əşyalarında və ya bədənində narkotik vasitənin, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların və ya sənədlərin olmasını ehtimal etməyə kifayət qədər əsaslar olduğundan saxlandılığı yerdə üzəri yoxlanılmağa başlanmış, üstünü yoxlama və götürmə aparılmasından əvvəl Təqsirləndirilən şəxs paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən külli miqdarda narkotik vasitələri və psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri verməsi təklif edilmiş, bu təklifdən sonra Təqsirləndirilən şəxs əlində saxladığı 01 ədəd qara rəngli sellofana bükülmüş içərisində yaşıl rəngli, ot şəkilli kütlə olan bağlamanı könüllü təqdim etmişdir. Həmin 01 ədəd büküm qablaşdırıldıqdan sonra Təqsirləndirilən şəxs və digərləri tərəfindən imzalanmış, eyni zamanda Təqsirləndirilən şəxs cins şalvarının sağ yan cibində 01 ədəd “Redmi Note 8” markalı mobil telefonu, sol yan cibindən isə 02 ədəd 1 manatlıq pul əskinasını, 3 ədəd "xxxx" ASC, 01 ədəd "xxxx" ASC, 01 ədəd "xxxx" ASC, 01 ədəd “Bolkart”, 01 ədəd "xxxx" ASC plastik bank kartlarını və özünə məxsus şəxsiyyət vəsiqəsini təqdim etmiş, üzərində axtarış keçirilən zaman digər hər hansı bir əşya və predmet aşkarlanmamışdır. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq həmin 01 ədəd bağlamada olan narkotik vasitəni Nərimanov rayonu ərazisinə gəlib götürdüyünü bildirmişdir. (Cild 1, iş vərəqi 10-11; 128- 129)
5. Məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş xx.xx.2025-ci il tarixli “Şübhəli şəxsin tutulması” haqqında qərardan və protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. (Cild 1, iş vərəqi 26-27)
6. Məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş “Şübhəli şəxsin üzərində şəxsi axtarış və götürülmə aparılması barədə” xx.xx.2025-ci il tarixli və “Diskə baxış keçirilməsi haqqında” xx.xx.2025-ci il tarixli protokollardan görünür ki, müvafiq istintaq hərəkəti zamanı 01 ədəd qara rəngli sellofan bağlamaya və 01 (bir) ədəd DVD diskə baxış keçirilmişdir. Baxış zamanı DVD diskdə olan görüntülərdə təhqiqata təqdim olunan narkotik maddəyə bənzər kütlələrin aşkar olunması, Təqsirləndirilən şəxs ondan narkotik vasitə aşkar olunması baradə bildirməsi öz əksini tapmışdır. (Cild 1, iş vərəqi 39-40; 130- 131)
7. Məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli, 7/1087 nömrəli ekspert rəyindən görünür ki, təqdiqata təqdim olunmuş ağ kağız üzərində “X6 ...” yazıları və imzalar olan üzəri skoçla bağlanmış ağ rəngli polietilen torbada üzəri skoçla bağlanmış 1(bir) ədəd qara rəngli sellofan bağlamada təmiz çəkisi 4945,0 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə(kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuanadır. Qeyd: Marixuananın ümumi təmiz çəkisi 4945,0 qram olmuş, 0,2 qram tədqiqata sərf edildikdən sonra 4944,8 qram qalıq qalmışdır. Aparılmış ekspertiza tədqiqatının dəyəri 72 (yetmiş iki) manat təşkil edir. (Cild 1, iş vərəqi 48-50)
8. Məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş xx.xx.2025-ci il tarixli “Cinayət işi üzrə əməlin tövsif edilməsi barədə” qərardan görünür ki, Təqsirləndirilən şəxs əməli Cinayət Məcəlləsinin 234.1-ci maddəsindən həmin Məcəllənin 234.4.1 və 234.4.3-cü maddələrinə tövsif edilmişdir. (Cild 1, iş vərəqi 64-65)
9. Məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş xx.xx.2025-ci il tarixli “Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla ona həmin maddələrdə nəzərdə tutulan ittiham elan edilmişdir. (Cild 1, iş vərəqi 67-68).
10. Məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 4(005)-991/2025 nömrəli qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 14 avqust 2025-ci il tarixdən hesablanmaqla 04 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. (Cild 1, iş vərəqi 95-99)
11. Məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistik və İnformasiya İdarəsinin xx.xx.2025-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkumluğu olmamışdır. (Cild 1, iş vərəqi 110)
12. Məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş xx.xx.2025-ci il tarixli “Mobil telefona baxış keçirilməsi” haqqında protokoldan görünür ki, baxış zamanı mobil telefonun “Whatsapp” proqramına baxış keçirilərkən telefonun yaddaşında “Mansur Bey” adlı, “+98 901 421 65-39” nömrəli abunəçi ilə yazışmalar müəyyən edilmiş, yazışmalara nəzər salındıqda qeyd olunan “Mansur Bey” adlı şəxsin həmin tarixdə saat 20:10-da 0:02 saniyəlik “Qardaş mənə bir zəng elə tez” səsli mesajını, daha sonra “Mansur Bey” adlı şəxsin həmin tarixdə saat 20:26-da 0:02 saniyəlik “Mənə tez cavab ver, zəng elə işim var” səsli mesajını, cavab almadıqda həmin tarixdə saat 20:36-da “Tez zəng at” mətnli mesajını yazması, bundan sonra Təqsirləndirilən şəxs tərəfindən həmin tarixdə saat 20:37-də “Mansur Bey” adlı şəxsə “Whatsapp” mobil tətbiqi üzərindən səsli zəng edilməsi və aralarında 1 dəqiqə ərzində telefon danışığının olması, həmin danışıqdan sonra “Mansur Bey” adlı şəxsin saat 20:41-də 0:02 saniyəlik “Bir az da tez elə, mənə tez xəbər elə” səsli mesajını göndərməsi, Təqsirləndirilən şəxs tərəfindən həmin tarixdə saat 20:48-də 0:23 saniyəlik “Mansur Bey hardasa bir 40 dəqiqəyə, 1 saata yola düşə bilərəm, ordan da bilirəm hara gedim, intizam, sənin cavabını gözləyirəm” səsli mesajını, həmçinin saat 20:49-da dəfələrlə yönləndirilmiş “Ulduz metrosu yaxınlığı” mesaj yazısını və 0:02 saniyəlik “Burda nə yazıb, nə qədər yolun var, baba gör” səsli mesajını göndərməsi, Təqsirləndirilən şəxs saat 20:50-də “Mansur Bey” adlı şəxs tərəfindən yönləndirilmiş “Ulduz metrosu yaxınlığı” SMS mesajına 0:04 saniyəlik “Ulduz metrosu, 20 dəqiqə taksi ilə” səsli cavabı göndərməsi, “Mansur Bey” adlı şəxsin saat 20:50-də 0:05 saniyəlik “Hə, yaxşı da gör nə gəzirsən Ulduz metrosuna” səsli mesajını və eyni saatda 0:03 saniyəlik “Get ora çat, mənə de” səsli mesajını, daha sonra Təqsirləndirilən şəxs saat 20:51-də 0:10 saniyəlik “Yaxşı, ayın bəsdir indi dəyişirəm, taksi vurum gedim ora, çatanda səs atacam sənə” səsli mesajını göndərməsi, “Mansur Bey” adlı şəxsin saat 21:26-da 0:01 saniyəlik “Qardaş, nə xəbər?” səsli mesajını, Təqsirləndirilən şəxs həmin səsə cavab olaraq saat 21:27-də “Yoldayam, 10 dəqiqəyə çatıram” mətnli mesajını, saat 21:38-də 0:03 saniyəlik “Mansur kişi, mən buradayam” səsli mesajını göndərməsi, “Mansur Bey” adlı şəxsin saat 21:38-də 0:02 saniyəlik “Gözlə, indi sənin üçün konum atım” səsli mesajını və saat 21:39da 0:13 saniyəlik “Sənə canım qurban, ehtiyatlı ol ha, ehtiyatla get götür, 5 kilodur ha, elə elə maşında canını eləməsin, qadanı alım sənin” səsli mesajını, Təqsirləndirilən şəxs saat 21:39-da 0:05 saniyəlik “Yaxşı, yaxşı, narahat olma” səsli mesajını, “Mansur Bey” adlı şəxsin saat 21:44-də dəfələrlə yönləndirilmiş “narkotik vasitənin yerləşdirildiyi yerin” 02 ədəd fotosunu, 01 ədəd mətnini, 01 ədəd 0:09 saniyəlik “Qardaş sənə bir dənə də film atıram, video atıram, ona bax, ondan sonra əmin-amanlıq olsa get götür ha, əmin-amanlıq olmasa ora keçmə” səsli yazışmanı, “Mansur Bey” adlı şəxsin saat 21:45-də dəfələrlə yönləndirilmiş, şəxsiyyəti istintaqa məlum olmayan şəxs tərəfindən çəkilmiş 01:30 saniyəlik “narkotik vasitənin yerləşdirildiyi yerin” videogörüntüsünü göndərməsi, “Mansur Bey” adlı şəxs tərəfindən saat 21:45-də iki dəfə (22 saniyəlik və 17 saniyəlik) səsli zəng edilərək Təqsirləndirilən şəxs ilə telefon danışığının aparılması, ardınca “Mansur Bey” adlı şəxs tərəfindən saat 21:48-də 24 saniyəlik səsli zəng edilərək, saat 22:00-da videogörüntülü zəng edilərək aralarında 3 dəqiqə danışığın olması, “Mansur Bey” adlı şəxsin saat 22:06da 0:06 saniyəlik “Ordan tez çıx çölə qardaş, getdin evə çatdın mənə tez zəng elə, deyim nə iş görəcəyik” səsli mesajını göndərməsi, “Mansur Bey” adlı şəxs tərəfindən saat 22:09da cavabsız səsli zəng edilməsi, saat 22:10-da isə “Zəng at tez” mətnli mesajını göndərməsi, Elvin Qazaliyevin saat 22:10-da “Götürdüm” mətnli mesajını göndərməsi, “Mansur Bey” adlı şəxsin saat 22:13-də “Hə, nə gəlirsə” mətnli mesajını, saat 22:15-də “Zəng at” mətnli mesajını göndərməsi və 01 ədəd cavabsız səsli zəng etməsi, “Mansur Bey” adlı şəxsin saat 22:16-da “Nə xəbər, hardasan?” mətnli mesajını, saat 22:17-də isə “??” mətnli mesajını göndərməsi, bundan sonra Təqsirləndirilən şəxs tərəfindən saat 22:18-də “Götürdüm, çatım yazacam”, “Taksidəyəm” mətnli mesajlarını göndərməsi müəyyən edilmişdir. (Cild 1, iş vərəqi 132-134)
13. Məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” X10 Ambulator X1 üzrə xx.xx.2025-ci il tarixli 7543 nömrəli ekspert rəyindən görünür ki, müayinə zamanı X4 kannabinoidlərin qəbul edilməsi nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji tibb müəssisəsində dispanser qeydiyyata alınması məsləhət görülür. (Cild 1, iş vərəqi 144-146)
14. Məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin xx.xx.2025-ci il tarixli, 13587 nömrəli məktubundan görünür ki, keçirilmiş əməliyyat tədbirləri zamanı Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı əldə edilsə də, onun külli miqdarda narkotik vasitə marixuananı əldə etdiyi “Mansur” adlı şəxsin şəxsiyyətini və yerini müəyyən etmək mümkün olmamışdır. (Cİld 1, iş vərəqi 143)
15. Məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” X10 Ambulator X1 üzrə xx.xx.2025-ci il tarixli 4097 nömrəli ekspert rəyindən görünür ki, müayinə zamanı X4 hər hansı xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllılıq və sair psixi xəstəlik aşkar olunmur. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə hər hansı xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik aşkar olunmayıb. Həmin dövrdə Təqsirləndirilən şəxs öz hərəkətlərinin faktiki xarakterinin və ictimai təhlükəliliyinin dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. X7 törətdiyi əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs hal-hazırda öz hərəkətlərinin faktiki xarakterinin və ictimai təhlükəliliyinin dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs hazırki psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur. (Cild 1, iş vərəqi 148-150)
16. Məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş xx.xx.2025-ci il tarixli 1542 nömrəli “Rabitə kanalından almış məlumatlara baxış keçirilməsi haqqında” protokoldan görünür ki, mobil nömrənin SMS yazışmalarına nəzər salındıqda xx.xx.2025-ci il tarixdə saat 01:24:38-də “+**********53” nömrəli GSM mobil nömrəyə “+**********82” nömrəli GSM mobil nömrədən mesajın daxil olduğu, həmin yazıda «Ay qaqas niyə cvb vermirsən bir söz de de mənə alınmırsa da de bilim uşaqdan pul götürmüşəm məni gözlədir axı» mətninin yazıldığı müəyyən edilmişdir. (Cild 1, iş vərəqi 152)
17. Məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 5(005)-1883/2025 nömrəli qərarından görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Nərimanov Rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsininəməliyyat müvəkkili Şahid1 tərəfindən qəbul edilmiş və həmin İdarənin rəisi Sərxan Süleymanlı tərəfindən təsdiq edilmiş “Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” 14 avqust 2025-ci il tarixli qərarın qanuniliyinin yoxlanılmasına dair müraciət geri qaytarılmışdır. (Cild 1, iş vərəqi 153-154)
18. Məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş xx.xx.2025-ci il tarixli “Cinayət işi üzrə toplanmış sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, 4945,0 qram narkotik vasitə qurudulmuş marixuana, 02 ədəd DVD diski, "xxxx" MMC-dən xx.xx.2025-ci il tarixli, 29876 nömrəli məktubla alınmış 01 ədəd CD-R diski, 07 (yeddi) ədəd bank kartı və bir ədəd “Redmi” markalı mobil telefon sübut əhəmiyyətli olduğundan maddi sübut kimi tanınmaqla, tədqiqata sərf edildikdən sonra qalıq qalmış 4944,8 qram qurudulmuş marixuana, 07 (yeddi) ədəd bank kartı və bir ədəd “Redmi” markalı mobil telefon saxlanılması üçün Nərimanov Rayon Polis İdarəsinin Saxlanc yerinə təhvil verilmiş, 02 ədəd DVD diski, "xxxx" MMC-dən xx.xx.2025-ci il tarixli, 29876 nömrəli məktubla alınmış 01 ədəd CD-R diski iş materiallarına əlavə edilmişdir. İş üzrə təqsirləndirilən şəxsin, şahid ifadələri, istintaq hərəkəti protokolları və digər sənədlər sübut növü kimi qiymətləndirilmişdir. (Cild 1, iş vərəqi 155-170)
19. Məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş xx.xx.2025-ci il tarixli “Cinayət işi materiallarından digər cinayət işinin ayrılması barədə” qərardan görünür ki, hazırki cinayət işindən Cinayət Məcəlləsinin 234.4.1-ci və 234.4.3-cü maddələri ilə başqa cinayət işi ayrılmışdır. (Cild 1, iş vərəqi 172-173)
20. Məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş xx.xx.2025-ci il tarixli “Təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs oğluna həmin tarixdə Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə yenidən ittiham elan edilmişdir. (Cild 1, iş vərəqi 175-177)
21. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin Cinayət-axtarış şöbəsinin əməliyyat müvəkkili vəzifəsində xidmət etməklə, Təqsirləndirilən şəxs əvvəllər tanımamış, aralarında ədavət və düşmənçilik olmamışdır. Daxil olmuş əməliyyat məlumatı əsasında Təqsirləndirilən şəxs 14 avqust 2025-ci il tarixdə saat 22 radələrində ünvan 3 ünvanın yaxınlığında saxlanılmış, əməliyyat-axtarış tədbiri zamanı videoçəkilişlə aparılmış axtarış və baxış zamanı nəticəsində üzərində 01 ədəd sellofan bağlamada narkotik tərkibli maddə marixuana aşkarlandıqdan sonra polis idarəsinə gətirilmiş, orada baxış keçirildikdən sonra ekspertizaya göndərilmişdir. Bundan əlavə, Təqsirləndirilən şəxs üzərindən mobil telefon və bank kartları da aşkarlanmışdır.
22. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3, habelə məhkəməyədək icraat zamanı verdiyi ifadəsində Şahid2 ifadələrində Şahid1 məhkəmədə verdiyi ifadəsinə oxşar məzmunda ifadə vermişdir.
23. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı verdiyi ifadəsində göstərmişdir ki, o, bir müddətdən bəri narkotik vasitə qurudulmuş marixuanadan istifadə etmişdir. Son vaxtlar həmin narkotik vasitəni 2025-ci ilin may ayının əvvəlləri “İnstaqram” sosial şəbəkəsində təsadüfən tanış olduğu İran İslam Respublikasının vətəndaşı kimi özünü təqdim etmiş adını Mansur kimi tanıdığı şəxsdən almışdır. Belə ki, həmin şəxslə “İnstaqram” sosial şəbəkəsində təsadüfən tanış olub danışarkən həmin şəxs ona qeyd etdiyi adla özünü təqdim edərək narkotik vasitələrin satışı ilə məşğul olduğunu bildirmiş və danışıq zamanı o, narkotik vasitədən istifadə etdiyini sonuncuya demişdir. Mansur ona demişdir ki, şəxsi istifadəsi üçün narkotik vasitə lazım olduqda onun istifadə etdiyi İran İslam Respublikasına aid olan “+98-90-142-16-539” nömrəsinə “Whatsapp” mobil tətbiqi vasitəsi ilə yazıb bildirsin. Aralarında danışıq olduqdan sonra təxminən 3 dəfə o, həmin şəxsin istifadə etdiyi qeyd olunan nömrəyə öz istifadəsində olan “+79-53-335-64-40”, “***- ***-**-**” və “***-***-**-**” saylı mobil nömrələrdən “WhatsApp” proqramı vasitəsi ilə yazıb şəxsi istifadəsi üçün narkotik vasitə qurudulmuş marixuana istəmiş, “Mansur” adlı şəxs onun istədiyi narkotik vasitəni şəhərin hansısa yerində yerləşdirdikdən sonra həmin yerin konumunu (ünvan) onun nömrəsinə göndərmiş və o, konumda olan yerə gedib lazım olan narkotik vasitəni yerləşdirilmiş yerdən götürmüşdür. Narkotik vasitəni yerləşdirməmişdən əvvəl “Mansur” adlı şəxs onun nömrəsinə bank kartı göndərmiş və o, aldığı narkotik vasitənin pulunu həmin karta göndərmişdir. Sonuncu dəfə 14 avqust 2025-ci il tarixdə saat təxminən 21 radələrində “Mansur” adlı şəxs “Whatsapp” mobil tətbiqi vasitəsi ilə ona mesaj yazıb zəng etməsini dediyindən, o, həmin şəxslə danışarkən “Mansur” adlı şəxs ona demişdir ki, həmin gün kiməsə 5 kiloqram narkotik vasitə qurudulmuş mariuxana satmalıdır və ona təklif etmişdir ki, həmin narkotik vasitəni yerləşdirilmiş yerdən götürüb həmin şəxsin satacağı şəxsə çatdırmaqda köməklik etsin. “Mansur” adlı şəxs ona bildirmişdir ki, narkotik vasitənin satışında ona köməklik etməyinin qarşısında həmin şəxs ona istifadə etmək üçün 10 qram narkotik vasitə qurudulmuş marixuana verəcək. Həmin vaxt onun narkotik vasitəni almaq üçün imkanı olmadığından və “Mansur” adlı şəxsin ona etdiyi təklif sərfəli olduğundan o, “Mansur” adlı şəxsin təklifi ilə razı olmuşdur. Bundan sonra “Mansur” adlı şəxs onun istifadəsində olan “***-***-**-**” saylı mobil nömrəsinə satış üçün yerləşdirilmiş təxminən 5 kiloqram narkotik vasitə qurudulmuş marixuananın yerləşdirildiyi yerlə bağlı konum və iki ədəd fotoşəkil, həmçinin, “Mansur” adlı şəxs onun nömrəsinə videoçəkiliş göndərmişdir. Həmin videoçəkilişə baxdıqda o görmüşdür ki, “Mansur” adlı şəxsin hansısa tanışı videoçəkiliş edərək təxminən 5 kiloqram marixuananın yerləşdirildiyi yerin harada olduğunu izah etmişdir. Lakin videoçəkilişin kim tərəfindən aparıldığını və narkotik vasitəni həmin yerə yerləşdirmiş Mansurun tanışının kim olduğunu o, bilməmişdir. Bundan sonra, 14 avqust 2025-ci il tarixdə saat təxminən 22.00-da o, tək konumda olan yerə gəlmiş və sonra narkotik vasitənin yerləşdirildiyi yeri dəqiq etmək üçün Mansurla görüntülü danışaraq yeri tam dəqiq etmişdir. ünvan 3 ünvanın yaxınlığında olan hasara alınmış boş torpaq sahəsində yerləşdirilmiş içərisində təxminən 5 kiloqram marixuana olan qara rəngdə sellofan torbanı həmin yerdən götürüb sonra piyada oradan aralaşmağa başlamış, bağlama əlində həmin yerdən bir az aralaşmış ünvan 3 ünvanın qarşısında olan zaman ona bir neçə nəfər mülki geyimli şəxslər yaxınlaşıb saxlamışlar. Diqqət yetirmişdir ki, həmin şəxslər çəkiliş aparmışlar və ona özlərini təqdim edib Nərimanov rayon Polis İdarəsinin Cinayət-Axtarış Şöbəsinin əməkdaşları olduqlarını bildirmişlər. Polis əməkdaşları onun hüquqlarını izah etdikdən sonra ona demişlər ki, üzərində dövriyyəsi qanunla qadağan olunmuş hər hansı əşya varsa təqdim etsin, əks halda üzərində axtarış aparacaqlar. Polislər onu saxladıqları yerdən təxminən 10 metr kənara çəkdikdən sonra o, bir az əvvəl torpaq sahəsindən götürdüyü içərisində təxminən 5 kiloqram narkotik vasitə marixuana olan qara sellofanı polis əməkdaşlarına təqdim etmişdir. Polis əməkdaşları ondan bağlamanın içərisində nə olduğunu soruşmuş və o, polis əməkdaşlarına bildirmişdir ki, bağlamanın içərisində təxminən 5 kiloqram narkotik vasitə qurudulmuş marixuana var, həmin narkotik vasitə özünü İran İslam Respublikasının vətəndaşı kimi tanıtmış “Mansur” adlı şəxsə məxsusdur, o, həmin şəxslə aralarında olan razılığa görə qeyd olunan narkotik vasitəni həmin şəxsin yerləşdirdiyi yerdən götürüb satacağı şəxsə aparıb verməklə satışda köməklik etmək məqsədilə qeyd olunan yerə gəlib yerləşdirilmiş yerdən götürüb özündə saxlamışdır. Polis əməkdaşları onu saxladığı üçün “Mansur” adlı şəxslə aralarında olan razılığa görə sonuncunun satacağı şəxsə aparıb vermək mümkün olmamışdır. Bundan sonra polis əməkdaşları qara sellofan torbanın içərisində olan qara rəngli sellofana bükülmüş və üzəri skoçla sarılmış bağlamanı açdıqda içərisindən spesifik iyə malik olan, narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlə aşkar olunmuşdur. Bundan sonra polis əməkdaşları aşkar olunmuş narkotik vasitəyə oxşar kütləni qablaşdırıb üzərini möhürləyib və üzərinə iştirakçılar imza etdirdikdən sonra götürmüşlər. Bundan sonra o, polis əməkdaşlarına üzərində olan əynindəki cins şalvarın yan cibindən 01 ədəd “Redmi Note 8” telefonu, şalvarın sol yan cibindən 02 ədəd bir manatlıq pul əskinazlarını, 03 ədəd "xxxx" ASC-yə, 01 ədəd "xxxx" ASC-yə, 01 ədəd "xxxx" ASC-yə, 01 ədəd “Bolkart”-a, 01 ədəd "xxxx" ASC-yə məxsus kartları və özünə məxsus şəxsiyyət vəsiqəsini təqdim etmişdir. Polis əməkdaşları üzərinə baxış keçirmişlər və hər hansı dövriyyəsi qanunla qadağan olmuş heç bir əşya aşkar edilməmişdir. Qeyd etdiklərini polis əməkdaşları videoçəkiliş etmişlər. Bundan sonra polis əməkdaşları onu Nərimanov Rayon Polis İdarəsinin inzibati binasına gətirmişlər. Polis İdarəsində xidməti otaqda hüquqlarının müdafiə olunması üçün dəvət olunmuş vəkilin və tərcüməçinin iştirakı ilə aşkar olunmuş və götürülmüş narkotik vasitə qurudulmuş marixuanaya videoçəkiliş aparmaqla baxış keçirmişlər və bu barədə tərtib olunmuş protokol iştirakçılar tərəfindən oxunduqdan sonra doğru yazıldığı üçün imzalarla təsdiq edilmişdir. O, həmin videoçəkilişdə də narkotik vasitəni kimdən və hansı məqsədlə aldığını bildirmişdir. O, “Mansur” adlı şəxsi tanımır, sonuncunun yaşadığı ünvan və olduğu yer barədə heç bir məlumatı yoxdur.
Təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürdüyü sübutlar aşağıdakılardır:
24. Təqsirləndirilən şəxs məhkəmə baxışında Cinayət Məcəlləsinin 234.4.1-ci və 234.4.3-cü maddələri ilə ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək göstərmişdir ki, o, şəxsi istifadəsi məqsədilə narkotik tərkibli maddə əldə etmək üçün sosial şəbəkədə tanımadığı bir şəxslə əlaqəyə keçmiş, o, saxlanılarkən üzərində aşkarlanmış narkotik tərkibli maddəni satış məqsədilə əldə etməmişdir. O, narkotik tərkibli maddə istifadəçisidir, lakin heç vaxt narkotik tərkibli maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olmamışdır. Təqsirləndirilən şəxs həmçinin bildirmişdir ki, ittihamda göstərilən “nəşə”, yəni marixuana onun əlində olmuş, o, həmin narkotik tərkibli maddəni ünvan 3 ünvandan, yəni “Ulduz” metrostansiyasının yaxınlığından götürmüş, həmin bağlamanı polis əməkdaşları ona təqdim etməmiş, polis əməkdaşları tərəfindən saxlanılarkən həmin bağlama onun əlində olmuş, satış məqsədilə həmin narkotik tərkibli maddəni götürməmiş, sosial şəbəkədə tanış olduğu şəxs onu həmin narkotik tərkibli maddəni götürməsi üçün sözügedən ünvana göndərmiş, o, həmin narkotik tərkibli maddəni deyilən ünvandan götürüb özündə 1 gün saxladıqdan sonra təhvil verəcəyini öhdəsinə götürmüş, bunun müqabilində ona 10-15 qram narkotik tərkibli maddə marixuana əldə edəcəyi vəd edilmişdir. Polis əməkdaşları onu 14 avqust 2025-ci il tarixdə saat 22 radələrində saxlamış, ona qarşı polis əməkdaşları tərəfindən hər hansı fiziki və psixi zorakılıq edilməmiş, videoçəkiliş 2 dəfə aparılmış, ilk videoçəkiliş saxlanıldıqdan 30 dəqiqə sonra həyata keçirilmiş, polis əməkdaşları ondan əlavə hansısa predmeti təqdim etməyi tələb etməmişlər.
Hüquqi məsələlər:
Azərbaycan Respublikasının Cinayət Məcəlləsi:
25. CM-in 234.4.1-ci və 234.4.3-cü maddələrinə əsasən satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma; Narkotik vasitələrin və ya psixotrop maddələrin qanunsuz hazırlanmasında və emalında istifadə etmək məqsədi ilə prekursorları satma, yaxud prekursorları eyni məqsədlə xeyli miqdarda hazırlama, əldə etmə, saxlama, göndərmə və ya daşıma; Yetkinlik yaşına çatmayanlara qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma, habelə bu Məcəllənin 234.2-ci və 234.3-cü maddələrində nəzərdə tutulmuş əməlləri təhsil və ya tibb müəssisələrində, eləcə də cəzaçəkmə müəssisələrində yaxud həbs yerlərində törətmə qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən və yaxud külli miqdarda törədildikdə beş ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
26. Maddə 8.1. Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır.
27. Maddə 15.4. Cinayət Məcəlləsi ilə qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi on iki ildən artıq olmayan əməllər ağır cinayətlər hesab olunur.
28. Maddə 41.1. Cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir.
29. Maddə 41.2. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.
30. Maddə 56.1.2. Qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir.
31. Maddə 58.3. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsiri nəzərə alınır.
32. Maddə 69.3. Hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır.
Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsi:
33. Maddə 44.1. Məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır.
34. Maddə 124. İstintaq və məhkəmə hərəkətlərinin protokollarını, iş üzrə keçirilmiş ekspertiza rəylərini, maddi sübutlar və digər sənədləri sübut növləri kimi qəbul edilir.
35. Maddə 125.8. Cinayət-Prosessual Məcəlləsinin tələblərinə riayət olunmaqla sübutlar əldə edildikdə, onların qəbul olunmasının yolverilməzliyinin əsaslandırılması mübahisə edən tərəfin üzərinə düşür.
36. Maddə 126.6. Təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər.
37. Maddə 132. Məhkəmə yekun qərar çıxararkən maddi sübutlar barədə məsələni həll etməlidir.
38. Maddə 145. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir.
39. Maddə 158.2. Təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxildir.
40. Maddə 158.6. Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir.
41. Maddə 198.1. Bu Məcəllənin 197.1.1, 197.1.2, 197.1.4, 197.1.5-1–197.1.9-cu maddələrində sadalanan məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş dövlət orqanının, fiziki, yaxud hüquqi şəxsin hesabına keçirilə bilər.
42. Maddə 349. Məhkəmə hökmü qanuni olmalıdır, yəni Azərbaycan Respublikası Konstitusiyasının, Cinayət-Prosesual Məcəlləsinin, Cinayət Məcəlləsinin və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarılmalıdır.
43. Maddə 351.2. Məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır.
44. Maddə 351.3.4. Məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə həll edir.
Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanunu:
45. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununa əsasən narkotik vasitə qurudulmuş marixuananın təmiz halda 500 qramdan 50000 qramadək miqdarı külli miqdar hesab olunur.
Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanunu
46. Maddə 1.0.1. narkotik vasitələr - BMT-nin 1961-ci il tarixli “Narkotik vasitələr haqqında” Vahid Konvensiyasında, 1971-ci il tarixli “Psixotrop maddələr haqqında” Konvensiyasında, 1988-ci il tarixli “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” Konvensiyasında, habelə Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş siyahılarda belə təsnif edilmiş sintetik və ya təbii mənşəli maddələr, onların preparatları, o cümlədən tərkibində narkotik maddələr olan bitkilərdir (onların hissələridir).
47. Maddə 1.0.8. Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir.
48. Maddə 1.0.9. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir.
49. Maddə 1.0.10. Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması - məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir.
50. Maddə 1.0.11. Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2024-cü il tarixli 8 saylı Qərarı
51. Qərarın 9-cu bəndi. Məhkəmələrə tövsiyə edilir ki, CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır.
Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli Qərarı
52. Qərarın 24-cü bəndi. CPM-in 126.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bildiyi üçün, irəli sürülmüş ittiham üzrə təqsirləndirilən şəxs barəsində ittiham hökmü də yalnız bu şərtə əməl olunmaqla çıxarıla bilər.
Məhkəmənin hüquqi dəyərləndirməsi:
53. Məhkəmə müdafiə tərəfinin mövqeyini araşdırmışdır.
54. Belə ki, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanılarkən əlində aşkarlanmış 01 ədəd sellofan bağlamada olan narkotik vasitə marixuananı satış məqsədilə yox, tanımadığı şəxsin tapşırığı ilə 1 gün saxladıqdan sonra sonuncunun deyəcəyi ünvana çatdırması müqabilində 10-15 qram çəkidə narkotik vasitə marixuana əldə etməsi üçün götürdüyünü bildirmişdir.
55. Məhkəmə bununla bağlı qeyd edir ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Ali Məhkəmənin sözügedən Plenumunun qərarına əsasən, “digər şəxsi maraq” dedikdə, şəxsin özünün və ya yaxınlarının maddi xarakterli müəyyən öhdəliklərdən azad olunmasına nail olunması, qeyri-əmlak xarakterli mənfəət əldə etmə və yaxud şəxsi narkotik vasitələrin, psixotrop maddələrin yayılmasına yönələn qanunsuz əməllər törətməyə sövq edən sair maraq başa düşülür. Şəxsin bəxşiş şəklində narkotik vasitələri və ya psixotrop maddələri başqasına verməsi də onların qanunsuz yayılmasına yönələn (başqası tərəfindən qanunsuz olaraq əldə edilməsini təmin edən) ictimai zərərli maraqla şərtləndirildiyindən, belə motivasiya Qanunun 1.0.11-ci maddəsində nəzərdə tutulmuş “digər şəxsi maraq”, törədilmiş əməl isə narkotik vasitənin və ya psixotrop maddənin satılması kimi qiymətləndirilməlidir.
56. Göründüyü kimi, Təqsirləndirilən şəxs həmin şəxsin tapşırığı ilə götürdüyü 01 ədəd sellofan bağlamada olan narkotik vasitə marixuananı 1 gün saxladıqdan sonra sonuncunun deyəcəyi ünvana çatdırması müqabilində 10-15 qram çəkidə narkotik vasitə marixuana əldə edəcəyi ilə bağlı razılaşmaqla, özünün maddi, yəni hər hansı ödəniş müqabilində alacağı narkotik vasitəni bu yolla, sözügedən şəxsin göstərişi əsasında əldə etməyi istəmiş və maddi öhdəliklərindən azad olunmasına çalışmışdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs digər şəxsi maraq məqsədilə narkotik vasitənin yayılmasına yönələn hərəkətlər etmişdir.
57. Bundan başqa, Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsində polis əməkdaşları tərəfindən saxlanıldıqdan 30 dəqiqə sonra ilk videoçəkilişin aparıldığını bildirdiyindən, məhkəmə həmin xüsusatı araşdırarkən müəyyən etmişdir ki, cinayət işinin materiallarında olan xx.xx.2025-ci il tarixli “Əməliyyat-axtarış tədbirinin keçirilməsinə, şübhəli şəxsin üstünün yoxlanılmasına və mənzilə baxış keçirilməsinə dair” və həmin tarixli “Təqdim olunan əşyaya baxış keçirilməsi və götürmə haqqında” protokollara əsasən, videoçəkilişin 2 dəfə, yəni ilk dəfə Təqsirləndirilən şəxs saxlanılarkən, daha sonra isə xidməti otaqda aşkarlanmış predmetə baxış keçirilərkən aparılması müəyyən edilmişdir. Cinayət işinin materialları və digər sənədlərlə təqsirləndirilən şəxsin tutulduqdan 30 dəqiqə sonra üzərində videoçəkilişlə baxış keçirilməsi müəyyən edilməmişdir. Bu səbəbdən, məhkəmə müdafiə tərəfinin həmin iddiasını əsassız, hər hansı dəlilə söykənməyən iddia hesab etmişdir.
58. Məhkəmə, son dövrlər məhkəmə təcrübəsində bu kateqoriya işlər üzrə CM-in 234.4.1-ci maddəsinə münasibətdə fərqli yanaşmaların olduğunu nəzərə alaraq həmin maddə ilə bağlı ətraflı dəyərləndirmə aparılmasını zəruri hesab edir.
59. Məhkəmə hazırki iş üzrə iş materiallarını və məhkəmə iclasında müəyyən edilmiş halları tam və hərtərəfli tədqiq edərək aşağıda şərh edilən hüquqi dəyərləndirmədən çıxış edərək hesab edir ki, təqsirləndirilən şəxsə qarşı CM-in 234.4.1-ci maddəsi ilə irəli sürülmüş ittiham (qabaqcadan əlbir olan bir qrup şəxs halında qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə edərək daşıyıb saxlama) qanuni və əsaslı hesab edilməlidir.
60. Belə ki, Cinayət Məcəlləsinin: - 31-ci maddəsinə əsasən iki və ya daha çox şəxsin qəsdən cinayət törətməkdə qəsdən birgə iştirakı iştirakçılıq sayılır; - 32.2-ci maddəsinə əsasən cinayəti bilavasitə törətmiş və ya başqa şəxslərlə birlikdə onun törədilməsində bilavasitə iştirak etmiş şəxs (birgə icraçılıq), eləcə də bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda cinayət məsuliyyətinə cəlb edilə bilməyən şəxslərdən istifadə etməklə cinayəti törətmiş şəxs icraçı sayılır; - 34.2-ci maddəsinə əsasən qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin birgə iştirakı ilə törədilən cinayət qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş cinayət hesab olunur.
61. Birgəlik cinayətdə iştirakçılığın obyektiv əlaməti kimi çıxış edir və iştirakçıların hər birinin onlar üçün ümumi (vahid) olan cinayətin törədilməsinə yönəlmiş hərəkətlərinin qarşılıqlı surətdə biri-birini tamamlamasını və şərtləndirməsini ehtiva edir. Cinayətin digər iştirakçılarının hərəkətləri obyektiv olaraq icraçı tərəfindən cinayətin törədilməsini, qoyulmuş cinayətkar məqsədə nail olunmasını asanlaşdırır və bu səbəbdən onun cinayət törətməsi üçün zəruri şərt (zəruri şəraiti yaradan hal) kimi çıxış edir.
62. İştirakçılığın subyektiv əlamətləri ondan ibarətdir ki, əvvəla, iştirakçılıq yalnız qəsdən törədilən cinayətlərdə mümkündür, ikincisi isə cinayətin törədilməsində iştirak edən bütün şəxslər qəsdən hərəkət etməlidirlər. İştirakçılıqda təqsirin qəsd forması onu ehtiva edir ki, həm icraçı, həm də cinayətin digər iştirakçıları konkret cinayətin törədilməsi üçün birgə hərəkət etdiklərini bilirlər, cinayəti səylərini birləşdirməklə törətdiklərini dərk edirlər, yəni bilə-bilə birgə hərəkət edirlər.
63. Cinayət Məcəlləsinin 34.2-ci maddəsi onu nəzərdə tutur ki, cinayətin "qabaqcadan əlbir olan bir qrup şəxs" tərəfindən törədilməsi üçün iki və daha çox şəxsin qabaqcadan razılaşmaqla cinayətin törədilməsində birgə icraçı kimi iştirak etməsi müəyyən edilməlidir. Cinayətin yalnız qabaqcadan cinayət əlaqəsinə girmiş iki və daha çox icraçı tərəfindən törədildiyi, təşkilatçı, təhrikçi, köməkçinin isə icraçıların törətdikləri cinayətdə iştirak etdiyi halda, onların əməlləri Məcəllənin 32.3, 32.4 və 32.5-ci maddələrinə istinad edilməklə, həmin Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə cinayətin təşkilatçısının, təhrikçisinin və ya köməkçisinin əməli kimi tövsif edilməlidir.
64. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32, 33 və 34-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 06 may 2022-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayət qanununun tələbləri baxımından icraçıların əməllərinin həm Cinayət Məcəlləsinin 32-ci maddəsinə, həm də Məcəllənin Xüsusi hissəsinə əsasən "qabaqcadan əlbir olan bir qrup şəxs" əlaməti üzrə tövsif edilməsi istisna edilir. İştirakçılar qabaqcadan razılaşmaqla cinayətin obyektiv cəhətinin törədilməsində birgə icraçı kimi iştirak etdikləri təqdirdə, onların əməlləri qabaqcadan əlbir olan bir qrup şəxs əlamətini yaratdığından, Məcəllənin 32-ci maddəsinə istinad edilməsinə də ehtiyac yaranmır. Bu baxımdan Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, təşkilatçının, təhrikçinin və ya köməkçinin iştirakı ilə yalnız bir icraçı tərəfindən törədilən cinayət qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş cinayət sayıla bilməz. Adı çəkilən iştirakçıların cinayət əməlinin obyektiv cəhətini təşkil edən hərəkətlərin icrasında bilavasitə iştirak etmədiyi və ya onların əməllərində cinayətin obyektiv cəhətinin tərkib əlamətlərinin mövcud olmadığı halda, əməl qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş cinayət kimi qiymətləndirilməməlidir.
65. Həmin qərarda göstərilmişdir ki, cinayətin törədilməsində iştirak edən şəxslər cinayətin obyektiv cəhətini təşkil edən hərəkətləri qismən icra etdikdə, onların hərəkətləri icraçının hərəkətini tamamlamış olur və bu cür iştirakçılar cinayətin birgə icraçısı sayılmaqla cinayət tərkibinin obyektiv cəhətini səciyyələndirən hərəkəti əlaqəli şəkildə icra edirlər.
66. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə, ictimai təhlükəlilik baxımından bir qrup şəxs cinayətkar qrupların digər növlərinə nisbətən az təhlükəlidir. Əvvəlcədən əlbir olan bir qrup şəxs və mütəşəkkil dəstə bir və ya bir neçə cinayət törədilməsi məqsədi ilə iki və yaxud daha çox şəxsin mürəkkəb formada birləşməsidir. Onları adi bir qrup şəxsdən əvvəlcədən əlbir olma əlamətinin mövcudluğu fərqləndirir. Bu cinayətkar qruplarda cinayətin birlikdə törədilməsinə dair razılıq cinayətin törədilməsi anına qədər əldə olunur. Burada cinayət törədilməsinə dair qərarın qəbul edilməsi ilə onun həyata keçirilməsi arasında müəyyən müddət mövcuddur.
67. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun sözügedən Qərarının 12-ci bəndində göstərilmişdir ki, qeyd olunan cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi dedikdə, bu cinayətdə onu birlikdə törətmək haqqında qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin qəsdən birgə iştirak etməsi başa düşülməlidir.
68. CM-in 34.2-ci maddəsinin mənasına görə CM-in 234.2, 234.3 və 234.3-1-ci maddələri ilə nəzərdə tutulan cinayətlərin törədilməsinə yönəlmiş hərəkətlər edilənədək, yəni cinayətin obyektiv cəhətini təşkil edən hərəkətlərin icra edilməsinə başlanılana qədər cinayətin iştirakçıları arasında qabaqcadan əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün razılıq əldə edilməsi müəyyən edildikdə əməl cinayətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi qiymətləndirilməlidir.
69. Qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən yuxarıda göstərilən cinayətin törədilməsi həm də o zaman yaranır ki, iştirakçılar arasında razılaşmaya əsasən həmin maddələrdə (CM-in 234.2, 234.3 və 234.3-1-ci maddələrində) göstərilən hərəkətləri onlardan biri həyata keçirsin.
70. Yalnız CM-in 234.2, 234.3 və 234.3-1-ci maddələrində göstərilən hərəkətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi CM-in 234.4.1-ci maddəsinin tərkibini yaratdığı üçün təqsirkar şəxsin narkotik vasitəni satanla və ya satış məqsədi olmadan əldə edənlə qabaqcadan əlbir olmasının dəqiq müəyyən edilməsi əməlin düzgün tövsifi üçün mühüm əhəmiyyət kəsb edir. Odur ki, digər şəxsin xahişi ilə (sonuncu üçün) və ya birgə istifadə üçün təqsirkarın (vasitəçinin) narkotik vasitə və ya psixotrop maddə, yaxud prekursoru alması əməli qiymətləndirilərkən təqsirkarın bu hərəkətləri kimin mənafeyinə (həmin maddələri satanın və ya alanın) uyğun etdiyi, həmin maddələri satan şəxslə onların satışı barədə əvvəlcədən razılığa gəlib-gəlməməsi, özünün bu maddələrin satışından mənfəət əldə edib-etməməsi araşdırılmalıdır.
71. Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması əməlinə Qanunun 1.0.11-ci maddəsində “miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər” şəklində izah verilmişdir.
72. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qeyd olunan 14 iyun 2024-cü il tarixli qərarının 8-ci bəndində göstərilmişdir ki, məhkəmələrə izah edilsin ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması əməlinə Qanunun 1.0.11ci maddəsində "digər şəxsi maraq” dedikdə, şəxsin özünün və ya yaxınlarının maddi xarakterli müəyyən öhdəliklərdən azad olunmasına nail olunması, qeyri-əmlak xarakterli mənfəət əldə etmə və yaxud şəxsi narkotik vasitələrin, psixotrop maddələrin yayılmasına yönələn qanunsuz əməllər törətməyə sövq edən sair maraq başa düşülür.
73. Hazırki iş üzrə Təqsirləndirilən şəxs həm ibtidai istintaq, həm də məhkəmə istintaqı zamanı verdiyi ifadələrində göstərmişdir ki, polis əməkdaşları tərəfindən ünvan 3 ünvanın qarşısında saxlanılmış, əməliyyat-axtarış tədbirləri keçirilərkən üzərinə baxış zamanı əlində 01 ədəd sellofan bağlamada narkotik vasitə marixuana aşkarlanmışdır. O, həmin narkotik tərkibli maddəni qeyd edilmiş ünvandan götürmüş, narkotik vasitəni oraya mobil telefonla əlaqə saxladığı tanımadığı “Mansur” adlı şəxs qoymuş, o, həmin şəxsi tanımamış, yolun kənarında olan marixuananı oradan götürməyi həmin şəxs söyləmiş, bağlamanın içərisində narkotik tərkibli maddə olduğunu bilmişdir. O, həmin narkotik vasitəni Mansur” bəy adlı şəxsin göstərişi ilə 1 gün saxladıqdan sonra sonuncunun deyəcəyi ünvana çatdırması məqsədilə götürmüşdür.
74. Məhkəmə, hazırki işin faktiki hallarını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 7-ci fəslində göstərilən normalar, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32, 33 və 34-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 06 may 2022-ci il tarixli Qərarı, o cümlədən, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 14 iyun 2024-cü il tarixli Qərarının CM-in 234.4.1-ci maddəsinə dair hissəsini tənzimləyən 12-ci bəndində göstərilən müddəalarla əlaqəli şəkildə təhlil edərək təqsirləndirilən şəxsin İran İslam Respublikasının vətəndaşı ilə qabaqcadan əlbir olaraq cinayət barədə razılığa gəlmələrinə, təqsirləndirilən şəxsin mənfəət əldə etməsi müqabilində iranlı ilə əlbir olmasına dəlalət edir.
75. Hazırki cinayət işinin faktiki halları baxımından əks yanaşmanın sərgilənməsi, yəni təqsirləndirilən şəxsin narkotik vasitəni əldə etdiyi İran İslam Respublikası vətəndaşının müəyyən olunmamasına, onun ifadəsinin alınmamasına istinadən Təqsirləndirilən şəxs CM-in 234.4.1-ci maddəsi ilə elan edilmiş ittihamın sübuta yetirilməməsi qənaətinə gəlinməsi işin faktiki halları və istintaqla müəyyən edilmiş hallarla bir araya sığmır.
76. Eyni zamanda məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, cinayətin digər şəxslə qabaqcadan əlbir olaraq törədilməsi məsələlərinin həlli zamanı “digər şəxsin” şəxsiyyətinin konkret olaraq bəlli olmaması halı əməlin tövsifi üçün əhəmiyyət kəsb etmir. Analoji ittihamların təsdiqi üçün “digər şəxsin” cinayətin obyektiv cəhətini təşkil edən hərəkətləri əvvəlcədən əlbir olmaqla icra (qismən icra) etməsi kifayətdir.
77. Konkret halda, məhkəmə iclasında tədqiq edilmiş sübutlar “digər şəxs”in təqsirləndirilən şəxslə qabaqcadan əlbir olmaqla cinayətin obyektiv cəhətini təşkil edən müəyyən hərəkətləri icra etməsi təsdiq olunduğundan təqsirləndirilən şəxsə qarşı CM-in 234.4.1-ci maddəsilə irəli sürülmüş ittiham əsaslı hesab edilməlidir.
78. Bununla yanaşı, məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxsin CM-in 234.4.3-cü maddəsi ilə ittiham olunmasının əsasında onun narkotik vasitələri konkret hər hansı şəxsə satması və ya narkotik vasitələrin satışına dair başqa şəxslərlə danışıqlar (yazışmalar və.s.) aparması, istehlakçı ilə əvvəldən razılığın olması ilə yanası, məhz öz ifadəsində göstərdiyi xüsusat, yəni üzərindən aşkar olunmuş narkotik vasitəni şəxsi maraq müqabilində müxtəlif ünvanlara yerləşdirməsini, yəni narkotik vasitənin yayılmasına yönəlmiş hərəkət etmək niyyətinin olmasını göstərməsi də olmuşdur.
79. Belə olan halda, CM-in 234.4.3-cü maddəsinə münasibətdə ittihamla razılaşaraq həmin hissədə onun ifadələrinin sübut kimi qiymətləndirildiyi halda CM-in 234.4.1-ci maddəsinə münasibətdə isə İran İslam Respublikası vətəndaşının şəxsiyyətinin müəyyən olunmaması və ifadəsinin alınmamasına istinad edərək təqsirləndirilən şəxsin ifadəsinin sübut kimi qiymətləndirilməməsi təzad yaratmaqla cinayət işi üzrə obyektiv araşdırmanın nəticəsi kimi dəyərləndirilə bilməz.
80. Bununla yanaşı, məhkəmə onu da nəzərə alır ki, ünvan 3 ünvanın yaxınlığında gizlədilmiş yerdən tanımadığı ünvana çatdırılması üçün götürülmüş narkotik vasitənin hələ də təqsirləndirilən şəxsin üzərində olması onun tək deyil, ifadəsində də göstərdiyi kimi məhz iranlı ilə birgə hərəkət etməsinə, narkotik vasitələrin hansı qaydada yayılacağına dair qabaqcadan razılıqlarının olmasına dəlalət edən hallardandır ki, belə olan halda məhkəmə təqsirləndirilən şəxsə Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsi ilə verilmiş ittihamın qanuni və əsaslı olması qənaətindədir.
81. Məhkəmə təqsirləndirilən şəxsə Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə irəli sürülmüş ittihamla bağlı qeyd edir ki, Təqsirləndirilən şəxs digər şəxsi maraq məqsədilə narkotik vasitənin yayılmasına yönələn hərəkətlər etməsini təqsirləndirilən şəxs qismində verdiyi ifadəsində göstərmişdir.
82. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə qarşı narkotik vasitələri satış məqsədilə əldə etməsi, saxlaması və daşımasına dair irəli sürülmüş ittiham toplanmış sübutlarla tam olaraq təsdiq olunur. Belə ki, təqsirləndirilən şəxsdən aşkar olunmuş narkotik vasitə qurudulmuş marixuananın miqdarı, yəni şəxsi istehlak miqdarından 989 dəfədən çox olması onu təsdiq edir ki, təqsirləndirilən şəxs narkotik vasitəni satış məqsədilə əldə etmiş, saxlamış və daşımışdır.
83. Narkotik vasitənin təqsirləndirilən şəxsin yaşadığı mənzildə olan bağlamadan aşkar edilməsi, qablaşdırılması, həmin vasitənin kimyəvi tərkibinin müəyyən edilməsi ilə bağlı ilkin sübutların əldə edilməsi ilə əlaqədar istintaq hərəkətlərinin etibarsız hesab olunması üçün əsaslar müəyyən edilmədiyindən həmin hərəkətlərin nəticələri, habelə təqsirləndirilən şəxsin ibtidai istintaq və məhkəmə istintaqı zamanı verdiyi ifadələri, şahidlərin ifadələri, istintaq hərəkəti protokolları iş üzrə mötəbər sübutlar kimi qəbul edilir. Məhkəmə qeyd edir ki, cinayət işinin materiallarında olan və məhkəmə araşdırılması zamanı tədqiq edilmiş sənədlərdən sübut kimi yol verilməz olanı yoxdur. İş materiallarında olan sübutlar yol veriləndir.
84. Təqsirləndirilən şəxsdə aşkar edilərək götürülmüş narkotik vasitələrin növü qadağan olunmuş əşya olduğundan və miqdarı qüvvədə olan qanunvericiliyə əsasən külli miqdar təşkil etdiyindən irəli sürülmüş ittihama uyğun cinayət məsuliyyəti yaradır.
85. Məhkəmə təqsirləndirilən şəxsdə aşkar edilmiş narkotik vasitə qurudulmuş marixuananın külli miqdarından dəfələrlə artıq olmasını, onun mobil telefonunda narkotik vasitənin qanunsuz dövriyyəsi ilə əlaqədar yazışmaların mövcudluğunu, habelə iş üzrə toplanmış digər sübutları məcmu halda qiymətləndirərək hesab edir ki, o, narkotik vasitəni məhz satış məqsədilə əldə etmişdir.
86. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Buna görə də, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.1-ci və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır.
87. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif olunmuşdur.
88. Məhkəmə baxışı gedişində tədqiq olunmuş yuxarıda qeyd olunan sübutların məcmusu təqsirləndirilən şəxsin cinayətdə təqsirini təsdiq etdiyi üçün məhkəmə ittiham hökmü çıxarmaq qənaətinə gəlir.
89. Təqsirləndirilən şəxs təqsirli bilindiyi cinayət qanunun müvafiq normasının sanksiyasında beş ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur.
90. Məhkəmə cəza təyin edərkən cəza təyini ilə bağlı cinayət qanunvericiliyinin müvafiq normalarının tələblərini nəzərə alır.
91. Məhkəmə CM-in 59.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin məhkəməyədək icraat və məhkəmə baxışı zamanı davranışını, əvvəllər məhkum olunmamasını, səmimi peşmanlığını onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır.
92. CM-in 61-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir.
93. Məhkəmə, yuxarıda şərh edilənləri, eləcə də təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halların olmasını, cəzanı ağırlaşdıran halın olmadığını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının hüdudları daxilində cəza təyin edilməklə cəzanın qanunda nəzərdə tutulmuş məqsədlərinə nail olmaq olar.
94. Təqsirləndirilən şəxs cəzanın çəkilmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilməlidir.
95. İşdə olan tutma protokolundan və məhkəmə qərarından görünür ki, Təqsirləndirilən şəxs 14 avqust 2025-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin qərarı ilə barəsində 16 avqust 2025-ci il tarixdə həbs qətimkan tədbiri seçilmiş və hökm çıxarılana kimi fasiləsiz olaraq həbsdə saxlanılmışdır. Təqsirləndirilən şəxs hökm çıxarılanadək həbsdə saxlandığı üçün həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə bir günə bir gün hesablanmaqla daxil edilməlidir.
96. Məhkəmə hesab edir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs cəza çəkməsinin başlanğıcı onun tutulduğu 14 avqust 2025-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir.
97. Cinayət Məcəlləsinin 93.1.4-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs barəsində narkomaniyadan tibbi xarakterli məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır.
98. İş üzrə mülki iddia, həbs qoyulmuş və xüsusi müsadirə olunmalı əmlak müəyyən edilməmişdir.
99. İş üzrə maddi sübut olan, Bakı Şəhəri Nərimanov Rayon Polis İdarəsinin maddi sübutları saxlama yerində saxlanılan, Təqsirləndirilən şəxs üzərində aşkar edilərək götürülmüş, ekspertiza tədqiqatından sonra qalıq qalmış təmiz çəkisi 4944,8 qram narkotik vasitə qurudulmuş marixuana məhv edilməli, həmin yerdə saxlanılan, Təqsirləndirilən şəxs aşkar olunmuş 07 (yeddi) ədəd bank kartı və bir ədəd “Redmi” markalı mobil telefon onun yaxın qohumlarından birinə qaytarılmalı, 02 ədəd DVD formatlı disk, "xxxx" MMC-dən xx.xx.2025-ci il tarixli, 29876 nömrəli məktubla alınmış 01 ədəd CD-R formatlı disk cinayət işinin materiallarında saxlanılsın.
100. İbtidai istintaq zamanı keçirilmiş məhkəmə ekspertizası ilə əlaqədar 72 (yetmiş iki) manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir.
101. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinsin 344-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1-ci və 234.4.3-cü maddələri ilə təqsirli bilinsin və ona 05 (beş) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs hazırkı iş üzrə tutulduğu və həbsdə saxlanıldığı müddət, yəni ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəli 14 avqust 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs barəsində narkomaniya tibbi xarakterli məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olmaqla, Bakı Şəhəri Nərimanov Rayon Polis İdarəsinin maddi sübutları saxlama yerində saxlanılan, Təqsirləndirilən şəxs üzərində aşkar edilərək götürülmüş, ekspertiza tədqiqatından sonra qalıq qalmış təmiz çəkisi 4944,8 qram qurudulmuş marixuana məhv edilsin, həmin yerdə saxlanılan, Təqsirləndirilən şəxs aşkar olunmuş 07 (yeddi) ədəd bank kartı və bir ədəd “Redmi” markalı mobil telefon onun yaxın qohumlarından birinə qaytarılsın, 02 ədəd DVD formatlı disk, "xxxx" MMC-dən xx.xx.2025-ci il tarixli, 29876 nömrəli məktubla alınmış 01 ədəd CD-R formatlı disk cinayət işinin materiallarında saxlanılsın. Hökm qanuni qüvvəyə mindikdən sonra Təqsirləndirilən şəxs 72 (yetmiş iki) manat məbləğində məhkəmə məsrəfi olan ekspertiza xərci tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. İş üzrə mülki iddianın, üzərinə həbs qoyulmuş əmlakın və xüsusi müsadirə edilməli əmlakın olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu, hökmün surətinin Təqsirləndirilən şəxs isə verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Sədrlik edən hakim Fərid Namazov Hakimlər Telman Hüseynov Aygün Qurbanova