Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-2085/2023 25.12.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Əli İrfan oğlunun sədrliyi, hakimlər Məmmədzadə Səbinə Adil qızı və Məcidov X7 ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin böyük prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, müdafiəçi - Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi və Təqsirləndirilən şəxs iştirakı ilə, xx xxxxxxx 1982-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, himayəsində 2 (iki) azyaşlı və 1 (bir) yetkinlik yaşına çatmayan uşağı olan, orta ixtisas təhsilli, əvvəllər məhkum olunmayan, işləməyən, Sumqayıt şəhəri, 18-ci məhəllə, ev 6/27, mənzil 31-də qeydiyyatda olan, hazırda Sumqayıt şəhəri, Corat qəsəbəsi, C.Cabbarlı küçəsi, ev 223-də yaşayan, barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İttiham aktından görünür ki, Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, orta dərəcəli alkoqol sərxoşluğu vəziyyətində 09 may 2023-cü il tarixdə, saat 23:00 radələrində ünvan 1 ünvanında yerləşən “Təbrik” şadlıq sarayının “Zümrüd” zalının arxasında rəsmi nikahda olduğu həyat yoldaşı Zərərçəkmiş şəxs sosial şəbəkələrdən tanışlıq məqsədilə istifadə etməsinə görə aralarında yaranmış mübahisə zamanı Zərərçəkmiş şəxs onun ünvanına nalayiq ifadə deməsindən hiddətlənib üzərində olan soyuq silah hesab edilməyən, zavod üsulu ilə hazırlanmış məişət təyinatlı, ümumi uzunluğu 266 mm, tiyəsinin uzunluğu 156 mm olan 1 (bir) ədəd mətbəx bıçağı ilə qəsdən Zərərçəkmiş şəxs sinə və sağ ayaq nahiyələrindən ardıcıl 3 (üç) dəfə vuraraq sonuncuya sağ budun yuxarı 1/3-nin bayır səthinin deşilmiş-kəsilmiş yarası kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər, döş qəfəsinin sol yarısının arxa səthinin və döş qəfəsinin sağ yarısının ön səthinin boşluqlara nüfuz edən kəsilmişdeşilmiş yaraları ilə müşaiyət olunan insan həyatı üçün təhlükəli olan xəsarətlər yetirib qəsdən sağlamlığına ağır zərər vurmuşdur. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, onun arvadı Vüsalə ilə münasibətləri yaxşı olmuşdur. Lakin son zamanlar arvadı Vüsalənin sosial şəbəkələrdən istifadə etməsi onların arasında soyuq münasibətlərin yaranmasına səbəb olmuşdur. O, arvadı Vüsaləyə bir neçə dəfə sosial şəbəkələrdən istifadə etməməsini bildirmişdir. Lakin Vüsalə onun dediklərinə məhəl qoymamışdır. Buna görə də o, Vüsalənin mobil telefonunu əlindən almışdır. Bir müddət sonra Vüsalə ona artıq sosial şəbəkələrə daxil olmayacağını və yalnız onunla əlaqə saxlamaq üçün mobil telefondan istifadə edəcəyini bildirmişdir. O da Vüsaləyə inanıb mobil telefonu Vüsaləyə geri qaytarmışdır. Qısa müddət sonra isə yenidən bu məsələ ortaya çıxmışdır. Belə ki, qızı ona Vüsalənin ondan gizlin telefon işlətdiyini demişdir. Hətta o, həmin mobil telefonun qoruyucusunu da evdə tapmışdır. Lakin o, Vüsaləyə gizlin telefon işlətdiyini sübut edə bilməmişdir. Buna baxmayaraq, o, bu məsələ ilə əlaqədar Vüsalənin çox üstünə düşməmişdir. Növbəti gün o, işə getmişdir. İşdə olan zaman qızı onunla əlaqə saxlayaraq Vüsalənin evdən qaçdığını bildirmişdir. Bundan sonra o, Vüsalənin ailəsi (anası və qardaşı) ilə birlikdə Vüsaləni axtarmağa başlamışdır. Bir müddət axtardıqdan sonra Vüsalənin işlədiyini ona bildirmişlər. O, “Təbrik” şadlıq sarayına gedərək orada Vüsalə ilə söhbət etməyə çalışmışdır. Çünki onun məqsədi aralarında olan mübahisəni həll etmək olmuşdur. Həmçinin azyaşlı övladları da analarının evə qayıtmasını istəmişlər. O, Vüsalə ilə söhbət edən zaman Vüsaləyə ailəsinin belə hala düşməsini istəmədiyini, uşaqların da Vüsaləni istədiklərini bildirib sonuncudan evə geri dönməsini istəmişdir. Vüsalə isə onu təhqir etməyə başlamışdır. O da Vüsaləyə təhqir etməməsini bildirmişdir. Lakin Vüsalə buna məhəl qoymamışdır. O, Vüsaləni başa salmaq üçün Vüsaləni şadlıq sarayının arxasına aparmış və orada Vüsalənin təhqirlərinə dözməyərək evdən götürdüyü bıçaqla Vüsaləyə xəsarət yetirmişdir. O, törətmiş olduğu əməldən peşmandır. Həmçinin onlar bu hadisədən bir neçə gün sonra barışmışlar və yenidən bir ailə kimi birlikdə yaşayırlar. O, Zərərçəkmiş şəxs ilə barışmış, sonuncunun ona qarşı şikayət və tələbi yoxdur. Təqsirləndirilən şəxs ifadəsində qeyd etdiklərinin nəzərə alınaraq ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə Təqsirləndirilən şəxs həm məhkəmə istintaqında, həm də ibtidai istintaq zamanı verdiyi etirafedici ifadəsini, zərərçəkmiş şəxsin və şahidin ifadələrini, məhkəmə istintaqında elan edilmiş şahid ifadələrini, habelə cinayət işinin materiallarında olan bütün sübutları ayrı-ayrılıqda və məcmu halda nəzərə alaraq və həmin sübutlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, o, həqiqətən də Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilməsi nəzərdə tutulmuş Zərərçəkmiş şəxs Azərbaycan Respublikası Konstitusiyasının 66 və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 20-ci maddələrində nəzərdə tutulmuş hüququndan istifadə edərək yaxın qohumu olan əri Təqsirləndirilən şəxs əleyhinə ifadə verməkdən imtina etmişdir. Bu səbəbdən də zərərçəkmiş şəxs qismində çıxış edən Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı vermiş olduğu ifadəsi məhkəmə istintaqında elan edilməklə tədqiq edilmişdir. Belə ki, Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı vermiş olduğu və məhkəmə istintaqı zamanı elan edilib araşdırılmış ifadəsindən görünür ki, o, ünvan 2 ünvanında qeydiyyatda olsa da, faktiki olaraq ünvan 3 ünvanında yaşayır. O, Təqsirləndirilən şəxs ilə 2006-cı ilin iyun ayında ailə həyatı qurmuş, lakin onlar 2013-cü ilin mart ayında rəsmi olaraq nikaha daxil olmuşlar. Onların 3 (üç) övladı var. Təxminən 2020-ci ilin ortalarından etibarən Ceyhun qısqanclıq zəminində onunla mübahisə etməyə başlamış, həmin səbəblərə görə 3-4 dəfə o, evdən çıxaraq valideynlərinin yanına gedib-qayıtmışdır. Ardınca Ceyhun ona sosial şəbəkəyə girə bilməməsi üçün mobil telefon istifadə etməyə icazə verməmişdir. Sonuncu dəfə xx.xx.2023-cü il tarixdə axşam saatlarında yaşadığıqları ünvanda olan zaman Ceyhun onun istifadəsində gizli istifadə etdiyi mobil telefonun olmasını bildiyindən aralarında mübahisə yaranmış və bir gün sonra yaşadıqları ünvanda olarkən oğlu Hüseyn onun əlində mobil telefon olmasını görüb Ceyhun ilə aralarında yenidən mübahisə düşəcəyini bildirmişdir. O da Hüseynə qəzəbləndikdən sonra Ceyhunun yenidən gəlib evdə mübahisə yaradacağını bildiyi üçün evdən çıxaraq getmiş və rəfiqəsi Xəyalənin yaşadığı Bakı şəhəri, Binəqədi rayonu ərazisində dəqiq ünvanını bilmədiyi mənzilində qalmağa başlamışdır. Həmin vaxt o, öz xərclərini ödəmək üçün sosial şəbəkə vasitəsi ilə tapdığı “Təbrik” şadlıq sarayında qabyuyan işləməyə başlamışdır. Həmin ərəfədə Ceyhun onun anası Ofeliyadan və qardaşı Azərdən maraqlandığı üçün sonuncular baş verənlərdən xəbər tutmuşlar və ona zəng edərək evə geri qayıtmasını bildirmişlər. Lakin o, bundan imtina etmişdir. xx.xx.2023-cü il tarixdə, saat 22:50 radələrində o, ünvan 1 ünvanında yerləşən “Təbrik” şadlıq sarayında işdə olan zaman oğlu Hüseyn içəri daxil olmuş və onu çölə çağıraraq söhbət etmək istədiyini bildirmişdir. Bundan sonra o, çölə, yəni “Zümrüd” zalının arxasına tərəf çıxmış və orada Hüseynlə söhbət edən zaman Ceyhun onlara yaxınlaşmışdır. Sonra Ceyhun onu kənara çağırmışdır. Ceyhun ona evə qayıtmasını və uşaqların onu gözlədiyini bildirmişdir. O, “İnstagram” sosial şəbəkəsindən xəbərlərə və digər məlumatlara baxmaq üçün istifadə etsə də, bəzən tanımadığı hesablardan ona ismarıc gəlirmiş, Ceyhun isə onun başqa kişi ilə danışmasını iddia etdiyindən Ceyhuna çox qəzəbli olmuş və qısqanclıqdan bezdiyini bildirərək kobud şəkildə çıxıb getməsini Ceyhuna demişdir. Ceyhun yenidən ondan evə getməyini tələb etdikdə, o, qışqıraraq Ceyhunu təhqir edib çıxıb getməsini demişdir. Həmin vaxt Ceyhun qəflətən sağ əli ilə şalvarının bel hissəsindən bıçaq çıxararaq onu vurmaq istəmişdir. Bu vaxt o, arxaya çəkilmiş və bıçaq onun sağ ayağının bud nahiyəsinə xəsarət yetirmiş, ardınca isə Ceyhun onun sinə və qarnının sol yan nahiyəsinə iki dəfə zərbə endirmişdir. Bir neçə dəqiqə sonra tanımadığı bir neçə nəfər şəxs gələrək təcili tibbi yardıma məlumat vermişdir. Sonra isə o, nə baş verdiyini xatırlamır və özünə gəldikdə, artıq xəstəxanada olmuşdur. Verilmiş suallara cavab olaraq Zərərçəkmiş şəxs bildirmişdir ki, o, əri Təqsirləndirilən şəxs söyüb təhqir etməsəydi, Ceyhun ona xəsarət yetirməzdi, hadisənin səbəbkarı özüdür, hadisədən sonra əri Ceyhunla barışmış, onlar ər-arvad kimi birlikdə yaşayırlar, əri Təqsirləndirilən şəxslə barışmış, onun Ceyhuna qarşı heç bir şikayət və tələbi yoxdur, barışığın əldə edilməsi üçün ona heç kəs qanunsuz təsir göstərməmiş, əksinə öz iradəsi ilə Təqsirləndirilən şəxslə barışmış, habelə bununla bağlı məhkəməyə ərizə ilə də müraciət etmişdir. Zərərçəkmiş şəxs qeyd etdiklərinin nəzərə alınaraq Təqsirləndirilən şəxs yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqında qanuni nümayəndəsi vasitəsi ilə şahid qismində dindirilmiş yetkinlik yaşına çatmayan Şahid1 ifadəsində göstərdi ki, hadisə baş verən gün o, evdən atası Təqsirləndirilən şəxslə birlikdə çıxmışdır. Bacısı və qardaşı isə evdə tək qalmışlar. O, atası Ceyhunla birlikdə anası Vüsaləni evə gətirmək və atası ilə anasının barışması ümidi ilə evdən çıxaraq anası Vüsalənin işlədiyi yerə getmişdir. Ona görə də o, atası ilə bilikdə anasının işlədiyi “Təbrik” şadlıq sarayına getmişdir. O, şadlıq sarayına daxil olaraq anasını çağırmışdır. O, anasına atası ilə barışmağı və birlikdə evə getməyi, atasının da gəldiyini bildirərək anası Vüsaləyə atası Ceyhunla barışaraq evə getməyi təklif etmişdir. Həmçinin o, bacısı və qardaşının evdə tək olduğunu da anasına bildimişdir. Eləcə də o, anasına atasının çöldə onları gözlədiyini demişdir. Bundan sonra anası Vüsalə çölə çıxmışdır. Həmin vaxt atası Ceyhun ona bir qədər aralıda gözləməyi, anası ilə söhbət edəcəyini, bundan sonra yanlarına gəlməyini ona tapşırmışdır. O da atasının dediyi kimi etmiş, yəni hadisə yerindən aralanmışdır. O, kənarda gözləyən zaman atası ilə anası öz aralarında danışmağa başlamışlar. O, atası ilə anasının söhbətinin bitməsini gözləyərkən bu hadisə baş vermişdir. O, bıçaqlanma hadisəsini görməmişdir. Daha sonra o, başqa insanların restorandan çıxıb qışqıraraq hadisə yerinə qaçdığını görmüşdür. Sonra polis əməkdaşları hadisə yerinə gəlmişlər. O, hadisə nəticəsində şok vəziyyətinə düşdüyü üçün atası ilə bu barədə danışmamış, eləcə də anasına nə olduğunu atasından soruşmamışdır. Sonradan o, bilmişdir ki, atası anasına bıçaqla xəsarət yetirmişdir. Hazırda onlar birlikdə yaşayırlar. Atası Ceyhun ilə anası Vüsalə barışmışdır. Şahid2 ibtidai istintaq zamanı vermiş olduğu və məhkəmə istintaqı zamanı elan edilib araşdırılmış ifadəsindən görünür ki, o, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyin Əlahiddə X8 3-cü patrul bölüyünün polis nəfəri vəzifəsində işləyir və polis serjantıdır. O, Xətai rayonu ərazisində xidmət edir. O, xx.xx.2023-cü il tarixdə ƏÇPA-nın 3cü patrul bölüyünün polis nəfərləri Şahid3 Füzuli oğlu və Şahid4 ilə “AP2433” çağırışlı avtopatrul avtomobilində xidmət aparan zaman saat 23:20 radələrində ünvan 1 ünvanında yerləşən “Təbrik” şadlıq sarayının qarşısında vətəndaşlardan biri əl edərək onları çağırmış və həmin şadlıq sarayının “Zümrüd” adlı zalının arxasında dava-dalaş olmasını bildirmişdir. Onlar həmin istiqamətə getdikdə, “Zümrüd” zalının arxasında pilləkənlərin yanında uzanmış və bədənində qan ləkələri olan qadını görmüşlər. Bundan sonra onlar dərhal bu barədə Xətai RPİ-nin və 34-cü PŞ-nin növbətçi hissəsinə əl efiri vasitəsi ilə məlumat vermişlər, eləcə də hadisə yerinə təcili tibbi yardım çağırmışlar. Sonra təcili tibbi yardım avtomobili və 34-cü Polis şöbəsinin əməliyyat qrupu hadisə yerinə yaxınlaşmış və həkimlər xəsarət alan qadını xəstəxanaya aparmışlar. Polis əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilmişdir. Həmin vaxt orada dayanmış və arvadını bıçaqladığını bildirən şəxs onlar tərəfindən Xətai RPİ-nin 34-cü Polis şöbəsinə aparılmışdır. Şöbədə olan zaman həmin şəxsin Təqsirləndirilən şəxs olması və qısqanclıq zəminində arvadını bıçaqlaması onlara məlum olmuşdur. Daha sonra onlar bu barədə raport tərtib etmişlər və yenidən inzibati ərazidə xidmətə davam etmişlər. Şahid4 və Şahid3 Fizüli oğlu ibtidai istintaq orqanına Şahid2 ilə eyni məzmunlu ifadə verərək sonuncunun göstərdiyi xüsusatları təsdiq etmişlər. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidin) ifadələri ilə yanaşı, elan edilmiş şahid ifadələrini, ekspert rəylərini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş: xx.xx.2023-cü il tarixli raportdan (cild 1, iş vərəqə 6) görünür ki, 09 may 2023-cü il tarixdə, gecə saat 23:20 radələrində polis əməkdaşları Şahid2, Şahid4 və Şahid3 Fizüli oğlu xidməti ərazidə olduqları vaxt vətəndaşlardan bir nəfər onlara yaxınlaşaraq Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsində yerləşən “Təbrik” şadlıq sarayında dava-dalaşın düşdüyünü bildirmiş, bundan sonra göstərilən polis əməkdaşları şadlıq evinə gedərək orada bir nəfər qadının bıçaqlandığını görmüşlər, habelə həmin yerdə olan bir nəfər kişini saxlayaraq 34-cü Polis şöbəsinə aparmışlar, orada həmin şəxsin Təqsirləndirilən şəxs olması müəyyən edilmişdir. xx.xx.2023-cü il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan və həmin protokola əlavə edilmiş fotoşəkillərdən (cild 1, iş vərəqə 7-9) görünür ki, həmin gün cinayət hadisəsi baş verən əraziyə, yəni Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsində yerləşən “Təbrik” şadlıq sarayının “Zümrüd” zalının arxasında yerləşən əraziyə baxış keçirilmiş və oradan cinayətin aləti qismində istifadə olunmuş 1 (bir) ədəd bıçaq aşkar edilərək götürülmüşdür. xx.xx.2023-cü il tarixli sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan 2/14095 nömrəli protokoldan (cild 1, iş vərəqə 10) görünür ki, həmin gün Təqsirləndirilən şəxs sorxoşluq müayinəsindən keçirilmiş və həmin vaxt onun orta dərəcəli alkoqol sərxoşluğu vəziyyətində olması müəyyən edilmişdir. xx.xx.2023-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan (cild 1, iş vərəqə 22-23) görünür ki, həmin gün Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. xx.xx.2023-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan (cild 1, iş vərəqə 35-36) görünür ki, həmin gün Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilmişdir. xx.xx.2023-cü il tarixli Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 4(011)-325/2023 saylı qərarından (cild 1, iş vərəqə 67-73) görünür ki, həmin gün Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsindən imtina edilmiş və onun barəsində 3 (üç) ay müddətə ev dustaqlığı qətimkan tədbiri seçilmiş, ev dustaqlığında saxlamanın əvvəlinin 10 may 2023-cü il tarixdən hesablanması qərara alınmışdır. xx.xx.2023-cü il tarixli, 1521 kompleks məhkəmə-psixiatrik və psixoloji ekspertiza rəyindən (cild 1, iş vərəqə 94-97) görünür ki, məhkəmə-psixoloji ekspertizası üzrə motivləşdirici hissə: aparılmış eksperimental-psixoloji müayinə gedişində Təqsirləndirilən şəxs əqli-intellektual imkanlarının normaya uyğun olması müəyyən edilir. Ümumilikdə adaptiv və ünsiyyətcil olmaqla, özünəməxsus mövqeyə və prinsipə malikdir. Emosional iradi sferasında, fərdi-psixi xüsusiyyətlərində, hərəkət və davranışını iradi olaraq tənzimləməsində hər hansı dəyişiklik aşkar olunmur. Məhkəmə-psixiatrik ekspertizası üzrə yekun hissə: Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Məhkəmə-psixoloji ekspertizası üzrə yekun hissə: Təqsirləndirilən şəxs əqli-intellektual imkanları normaya uyğundur, əqli inkişafında gerilik əlamətləri aşkar olunmur. Əqli-intellektual imkanlarına görə iş üçün əhəmiyyətli halları qavramaq, təsvir etmək və bu barədə məlumat vermək imkanına malikdir, hadisə baş verən zaman hərəkətlərini ölçüb-biçmək və dərk etmək qabiliyyətinə malik olmuşdur. Təqsirləndirilən şəxs əqli inkişafında hal-hazırda gerilik əlamətləri aşkar olunmadı. Emosionallıq, çılğınlıq, eqosentrizm kimi xarakterik xüsusiyyətlərə malikdir. Fərdi-psixi xüsusiyyətlərində özündən uydurmağa və başqalarının təsiri altında hərəkət etməyə meyillilik aşkar olunmadı. Təqsirləndirilən şəxs cinayət törədən zaman fizioloji affekt vəziyyətində olmamışdır. Emosional halından asılı olaraq öz hərəkətlərini tam dərk etmək, hərəkət və davranışını tənzimləmək və onlara iradi nəzarət etmək iqtidarında olmuşdur. xx.xx.2023-cü il tarixli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən (cild 1, iş vərəqə 169-170) görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir. xx.xx.2023-cü il tarixli, 363/2023-MTBŞ nömrəli məhkəmə-tibbi ekspertiza rəyindən (cild 1, iş vərəqə 88-91) görünür ki, Məşədiyeva (Abbasova) Vüsalə Səfər qızının AB0 sistemi üzrə qan qrupu B/İİİ/-dir (kserosurətə əsasən). Ekspertizaya təqdim edilmiş, mayka, şalvar və bıçaq üzərində olan ləkələrdə insan qanı aşkar edildi. Bu ləkələrdə qanın qrup göstəricisi AB0 sistemi üzrə tədqiq olunduqda yalnız “B” antigeni alındı. Aqqlyutininlər isə alınmadı. Bu qan ləkələri AB0 sistemi üzrə B alfa /İİİ/ qruplu şəxsə, o cümlədən Məşədiyeva (Abbasova) Vüsalə Səfər qızına məxsus ola bilər. xx.xx.2023-cü il tarixli, 269/2023-MTKŞ nömrəli maddi sübutların ekspertizası rəyindən (cild 1, iş vərəqə 101-106) görünür ki, ekspertizaya təqdim edilmiş 1 (bir) ədəd bıçaq zavod üsulu ilə hazırlanmış məişət təyinatlı mətbəx bıçağıdır və soyuq silah hesab olunmur. Təqdim edilmiş bıçağın üzərində sonradan onun təyinatını dəyişdirəcək heç bir əlavə və dəyişiklik edilməmişdir. Təqdim edilmiş X2 məxsus maykanın ön hissəsində sağda 01 (bir) ədəd, arxa hissəsində solda 01 (bir) ədəd, şalvarın ön hissəsində sağda 01 (ədəd) kəsilmiş-deşilmiş zədələr aşkar edilmişdir. Bu zədələr ucu, ülgücü və küpü olan yastı tiyə tipli deşici-kəsici alətin (alətlərin) tiyəsinin təsirindən əmələ gəlmişlər, o cümlədən ekspertizaya təqdim edilmiş bıçağın tiyəsinin və ya eyni konstruktiv xüsusiyyətə malik digər bıçağın tiyəsinin təsirindən törənməsi inkar olunmur. Şalvarın ön hissəsində solda 01 (bir) ədəd kombinə olunmuş deşilmiş-kəsilmiş və cırılmış zədə aşkar edildi. Bu zədə öncədən ucu və ülgücü olan alətin təsirindən deşilib-kəsilmiş, sonradan isə dartılaraq cırılmış zədədir, deşilmiş-kəsilmiş hissəsi ekspertizaya təqdim edilmiş bıçağın tiyəsinin təsirindən əmələ gəlməsi istisna olunmur. xx.xx.2023-cü il tarixli, 272a/MEŞ nömrəli maddi sübutların ekspertizası rəyindən (cild 1, iş vərəqə 131-133) görünür ki, Zərərçəkmiş şəxs almış olduğu xəsarətlər - döş qəfəsinin sol yarısının arxa səthinin 1 (bir) ədəd və döş qəfəsinin sağ yarısının ön səthinin boşluqlara nüfuz edən 1 (bir) ədəd kəsilmiş-deşilmiş yaraları, sağ budun yuxarı 1/3-nin bayır səthinin 1 (bir) ədəd deşilmiş-kəsilmiş yarası aşkar edilmiş, qeyd olunan xəsarətlər deşici-kəsici alətin təsirindən əmələ gəlmişlər, bıçaqla yetirilə bilərdilər, törənmə müddətləri xx.xx.2023-cü il tarixə uyğun gəlir və dərəcələrinə görə boşluqlara nüfuz edən kəsilmişdeşilmiş yaralar həm ümumilikdə, həm ayrı-ayrılıqda həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya, sağ budun deşilmiş-kəsilmiş yarası sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddirlər. xx.xx.2023-cü il tarixli Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 4(011)-512/2023 saylı qərarından (cild 1, iş vərəqə 126-129) görünür ki, həmin gün Təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri 10 sentyabr 2023-cü il tarixədək uzadılmışdır. xx.xx.2023-cü il tarixli təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında qərardan (cild 1, iş vərəqə 141-142) görünür ki, həmin gün Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə yeni məzmunda ittiham elan edilmişdir. xx.xx.2023-cü il tarixli ifadənin yerində yoxlanılması haqqında protokoldan və protokola əlavə edilmiş fotoşəkillərdən (cild 1, iş vərəqə 158-159) görünür ki, həmin gün Təqsirləndirilən şəxs cinayət hadisəsinin baş verdiyi ərazidə, yəni Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsində yerləşən “Təbrik” şadlıq sarayının “Zümrüd” zalının arxasında yerləşən ərazidə törətdiyi cinayətin üsulu və mexanizmini əyani şəkildə göstərməklə ətraflı şəkildə etirafedici ifadə vermişdir. xx.xx.2023-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan (cild 1, iş vərəqə 173-183) görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə irəli sürülmüş ittihamın dəyişdirilmədən saxlanılması, cinayətin aləti qismində istifadə edilmiş 1 (bir) ədəd mətbəx bıçağın, hadisə zamanı Zərərçəkmiş şəxs əynində olmuş 1 (bir) ədəd maykanın və 1 (bir) ədəd şalvarın maddi sübut kimi tanınaraq saxlanılması üçün Xətai RPİ-nin saxlanc otağına təhvil verilməsi qərara alınmışdır. xx.xx.2023-cü il tarixli arayışdan (cild 1, iş vərəqə 171) görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhəri, Corat küçəsi, məhəllə 428-də yaşayır. xx.xx.2023-cü il tarixli xasiyyətnamədən (cild 1, iş vərəqə 172) görünür ki, Təqsirləndirilən şəxs yaşadığı yer üzrə müsbət xarakterizə olunur. xx.xx.2023-cü il tarixli Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 4(011)-572/2023 saylı qərarından (cild 1, iş vərəqə 206-209) görünür ki, həmin gün Təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri 25 sentyabr 2023-cü il tarixədək uzadılmışdır. xx.xx.2023-cü il tarixli ərizədən (cild 2, iş vərəqə 11) görünür ki, Zərərçəkmiş şəxs məhkəməyə müraciət edərək əri Təqsirləndirilən şəxs ilə barışdığını, onların hazırda ərarvad kimi birlikdə yaşadıqlarını və təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Şəxsiyyət vəsiqəsinin surətindən (cild 2, iş vərəqə 22) görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2007-ci il təvəllüdlü Hüseyn adlı övladı var. Şəxsiyyət vəsiqəsinin surətindən (cild 1, iş vərəqə 156) görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2013-cü il təvəllüdlü Rüqayə adlı övladı var. Şəxsiyyət vəsiqəsinin surətindən (cild 1, iş vərəqə 157) görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2017-ci il təvəllüdlü Qabil adlı övladı var. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən - hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “X3 Rusiya Federasiyasına qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 21 iyun 2011-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmək, həmin sübutları mübahisələndirmək imkanına malik olmuşdur. Təqsirləndirilən şəxsin əleyhinə olan sübutlara etiraz etmək və onları mübahisələndirmək üçün məhkəmə prosesində ona imkan yaradılmış, lakin təqsirləndirilən şəxs və onun müdafiəçisi həmin sübutlara dair öz etirazlarını bildirməmişlər, eləcə də irəli sürülmüş ittihamı və ittiham tərəfinin əldə etdiyi, o cümlədən məhkəmə istintaqında tədqiq edilmiş sübutları mübahisələndirməmişlər. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Həmin Məcəllənin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 dekabr 2011-ci il tarixli qərarda Konstitusiya Məhkəməsinin Plenumu cinayət əməlinin tövsifi ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Qərarda həmçinin göstərilir ki, cinayətin tövsifi dedikdə törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Məhkəmənin qarşısında duran başlıca vəzifə - təqsirləndirilən şəxs tərəfindən törədilmiş əməlin düzgün tövsif edilməsindən ibarətdir. Bu səbəbdən də məhkəmə ittihama daxil olan cinayət əməlinin təhlil edilməsini zəruri hesab edir. Cinayət hüququ nəzəriyyəsinə görə Cinayət Məcəlləsinin 126-cı maddəsində nəzərdə tutulmuş cinayət yalnız qəsdən törədilə bilər. Həmin cinayətin ictimai təhlükəliliyi ondan ibarətdir ki, həmin cinayətin törədilməsi nəticəsində ən mühüm dəyərlərdən biri olan insan sağlamlığına zərər vurulur. Bu cinayətin obyektiv tərəfi bir şəxs tərəfindən başqa şəxsin sağlamlığına ağır zərərin vurulmasından ibarətdir. Obyektiv tərəfə daxil olan əməllər təqsirkarın xarici aləmin mexaniki, fiziki, kimyəvi, bioloji amillərdən istifadə etməklə təsir göstərməsində və ya psixi təsir göstərməsində ifadə oluna bilər. Cinayət Məcəlləsinin 126.1-ci maddəsinin dispozisiyası sağlamlığa vurulan ağır zərərin iki növünü nəzərdə tutmuşdur: həyat üçün təhlükəli olan zərər və həyat üçün təhlükəli olmayan, lakin öz nəticəsinə görə ağır hesab edilən zərər. Məhkəmə cinayət təqibi üzrə toplanmış sübutları Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə edib, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara məcmu halda qiymət verərək Təqsirləndirilən şəxs tərəfindən törədilmiş əməlin hüquqi tövsifi məsələsini də həll etmişdir. Belə ki, məhkəmə istintaqında araşdırılmış mötəbər və obyektiv sübutlar əsasında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs arasında rəsmi nikah bağlanmış (cinayət hadisəsi baş verənədək və hazırda onlar nikahda olmaqla birlikdə yaşayırlar), onların birgə nikahdan 2 (iki) azyaşlı və 1 (bir) yetkinlik yaşına çatmayan övladı var. Cinayət hadisəsi baş verənədək onların münasibətləri bir qədər soyumuş və buna səbəb Zərərçəkmiş şəxs mobil telefon vasitəsi ilə sosial şəbəkələrdən istifadə etməsi olmuşdur. Belə ki, Zərərçəkmiş şəxs sosial şəbəkələrdən istifadə etdiyinə görə onunla Təqsirləndirilən şəxs arasında bir neçə dəfə mübahisə yaranmış, hətta Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs əlindən mobil telefonunu almış, sonradan isə münasibətləri yenidən düzəldiyindən mobil telefonu Vüsaləyə geri qaytarmışdır. Başqa sözlə, Təqsirləndirilən şəxs arvadı Zərərçəkmiş şəxs sosial şəbəkələrdən istifadə etməsinə görə Vüsaləni qısqanmış və ona görə də Vüsalənin sosial şəbəkələrdən istifadə etməsinin əleyhinə olmuşdur. Belə hal bir neçə dəfə təkrarlanmışdır. Onların uşaqları valideynləri arasında yaranmış mübahisələrin səbəbinin anaları Vüsalənin sosial şəbəkələrdən istifadə etməsi olmasını bilmişlər. Qeyd edilən hallar cinayət işinin mübahisəsiz hallarıdır. Sonuncu dəfə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs gizlin şəkildə mobil telefondan istifadə etməsini öyrənmiş (övladı ona bu barədə məlumat vermiş) və aralarında yeni mübahisə çıxmasın deyə Zərərçəkmiş şəxs yaşadığı evi tərk edərək bir müddət rəfiqəsinin evində yaşamağa başlamışdır. Zərərçəkmiş şəxs 2 (iki) azyaşlı və 1 (bir) yetkinlik yaşına çatmayan uşağını tərk edib rəfiqəsi ilə birlikdə yaşadığı müddət ərzində uşaqlar Təqsirləndirilən şəxs himayəsində qalmışlar və həmin vaxt uşaqlara Ceyhun baxmışdır. Təqsirləndirilən şəxs ailəsinin qorunub saxlanılmasını istədiyindən Vüsalənin harada olması və nə işlə məşğul olması ilə maraqlanmış, nəticədə Vüsalənin anası və qardaşından Vüsalənin “Təbrik” şadlıq evində qabyuyan işlədiyini öyrənmişdir. Təqsirləndirilən şəxs bunu bildikdən sonra xx.xx.2023-cü il tarixdə gecə təxminən saat 23:00 radələrində yetkinlik yaşına çatmayan oğlu Hüseynlə birlikdə “Təbrik” şadlıq evinə gedərək orada Zərərçəkmiş şəxs ilə barışıb sonuncunu evə qaytarmaq istəmişdir. Eyni zamanda Təqsirləndirilən şəxs oğlu Hüseynlə birlikdə Vüsalənin işlədiyi yerə gedərkən orta dərəcəli alkoqol sərxoşluğu vəziyyətində olmuş, habelə soyuq silah hesab edilməyən 1 (bir) ədəd mətbəx bıçağı ilə silahlanmışdır. Qeyd edilən hallar da cinayət işinin mübahisəsiz hallarıdır. Təqsirləndirilən şəxs oğlu Hüseynlə brilikdə “Təbrik” şadlıq evinə çatdıqda, Hüseyn binaya daxil olaraq anası Zərərçəkmiş şəxs ilə barışmaq üçün atası Ceyhunla birlikdə gəldiyini, evdə balaca qardaşı və bacısının Vüsalənin evə qayıtmaq istədiyini və atası Ceyhunun söhbət etmək üçün çöldə gözlədiyini anası Vüsaləyə demişdir. Bundan sonra Zərərçəkmiş şəxs çölə çıxmış və orada Təqsirləndirilən şəxs onlara yaxınlaşmışdır. Həmin vaxt Ceyhun oğlu Hüseyndən bir qədər onlardan uzaqlaşmasını istəmiş, Hüseyn də Ceyhunun sözünə əsasən kənara çəkilmişdir. Sonra Ceyhun arvadı Zərərçəkmiş şəxs şadlıq evinin “Zümrüd” zalı kimi tanınan binasının arxasına dəvət edərək orada söhbət etmək istədiyini demişdir. Vüsalə də Ceyhunla razılaşaraq həmin yerə getmişdir. X6 evə qayıtmasını bir neçə dəfə təklif etmiş, lakin həmin vaxt Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ailəni qoruyub saxlamaq barədə təklifinə qarşı aqressivlik göstərərək kobud şəkildə Ceyhunu təhqir etmişdir. Ceyhun Vüsaləyə təhqir etməməsini bildirsə də, Vüsalə buna məhəl qoymayaraq əri Ceyhunu daha ağır söyüşlərlə təhqir etməyə davam etmişdir. Məz bundan sonra, yəni arvadı Vüsalə ilə barışmaq istədiyi halda Vüsalənin əsassız yerə ağır söyüşlərlə onun təhqir etməsindən sonra Təqsirləndirilən şəxs əsəblərini cilovlaya bilməmiş və nəticədə üzərində gətirdiyi mətbəx bıçağı ilə ümumilikdə 3 (üç) dəfə Zərərçəkmiş şəxs xəsarət yetirmiş, həmin xəsarətlərin ikisi ağır zərərvurmaya, biri isə yüngül zərərvurmaya aid olmuşdur. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs bıçaqla xəsarət yetirməsi anını görən şəxs olmamışdır. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs bıçaqla ümumilikdə 3 (üç) dəfə xəsarət yetirdikdən sonra öz hərəkətlərini dayandırmışdır. Bundan sonra hadisə baş verən əraziyə ətrafda olan şəxslər gəlmişlər, sonradan isə polis əməkdaşları və təcili tibbi yardım briqadası gələrək Zərərçəkmiş şəxs tibbi yarıdm göstərməklə sonuncunu xəstəxanaya aparmışlar. Göstərilənlərdən aydın olur ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs məhz sonuncunun onu əsassız yerə təhqir etməsi, yəni qanunsuz hərəkətlərinin təsiri altında bıçaqla xəsarət yetirmişdir. Belə ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs bıçaqla xəsarət yetirməzdən əvvəl Vüsaləyə bir neçə dəfə evə qayıtması barədə xahiş etməsi, Zərərçəkmiş şəxs isə bu təklifə qarşılıq olaraq Ceyhunu kobud şəkildə söyüb təhqir etməsi cinayət işinin mübahisəsiz hallarıdır. Zərərçəkmiş şəxsin aldığı ağır bədən xəsarəti ilə təqsirləndirilən şəxsin törətmiş olduğu əməl (fəal hərəkət) arasında birbaşa səbəbli əlaqə olmuş və zərərçəkmiş şəxs həmin xəsarətləri məhz təqsirləndirilən şəxsin bıçaqla ona yetirdiyi zərbələr nəticəsində almışdır. Eyni zamanda Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs qarşı Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini məhz sonuncu tərəfindən sərgilənmiş aqressiv davranış və qanunsuz hərəkətlərinin təsiri altında törətmişdir. Qeyd edilən hallar həm təqsirləndirilən şəxsin, həm zərərçəkmiş şəxsin, eləcə də şahidin ifadələri əsasında tam şəkildə təsdiq olunduğundan sözügedən hallar cinayət işinin mübahisəsiz hallarını təşkil edir. Bu hissədə məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs qarşı Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini məhz zərərçəkmiş şəxsin sərgiləmiş olduğu aqressiv davranış və qanunsuz hərəkətlərinin təsiri altında törətsə də, bu hallar onun cinayət törətməsinə haqq qazandıra bilməz. Bu səbəbdən də məhkəmə Təqsirləndirilən şəxs törətdiyi zorakı cinayət əməlinə tənqidi yanaşaraq bu kimi halları qınayır. Beləliklə, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs qarşı Cinayət Məcəlləsinin 126.1ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Bundan başqa, zərərçəkmiş şəxs məhkəmə istintaqında bir daha təqsirləndirilən şəxslə barışdığını, bir ailə olaraq birlikdə yaşadıqlarını, habelə təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Göstərilən halları məcmu halda təhlil edib məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs həqiqətən də Zərərçəkmiş şəxs qarşı Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmiş, lakin o, bu cinayət əməlini məhz zərərçəkmiş şəxsin sərgiləmiş olduğu aqressiv davranış və qanunsuz hərəkətlərinin nəticəsində törətmişdir. Bu hissədə qeyd edilməlidir ki, cinayət hüququ nəzəriyyəsinə görə - kobudluq, yola getməzlik (pis rəftar), aqressivlik və bu qəbildən olan sair xüsusiyyətlər “kriminoloji neqativ” anlayışını ifadə edir. “Kriminoloji neqativ” anlayışının təhlili isə cinayət əməlinin törədilməsinə səbəb və əsas olmuş halların aydınlaşdırılmasında böyük rol oynayır. Belə ki, zərərçəkmiş şəxsin mənfi davranışının kriminoloji mahiyyəti, cinayətkar davranışın mexanizmində belə davranışın rolu və qurbanın mənfi davranışının nəzərə alınması cinayət məsuliyyətinin differensasiyası və fərdiləşdirilməsi prosesinin düzgün istiqamətləndirilməsinə kömək edir. Bu zaman zərərçəkmiş şəxsin davranışının mənfi hesab edilməsi üçün belə davranışın təqsirkar tərəfindən arzuolunmaz kimi qəbul edilməsi və cinayət formasında onun cavab reaksiyasına səbəb olması zəruridir. Belə ki, cinayətin qurbanı öz davranışı ilə cinayətkara təsir göstərir və cinayətin bilavasitə “birgə müəllifi” kimi çıxış edir. Zərərçəkmiş şəxsin mənfi davranışı cinayətin törədilməsi şəraitinə tez və intensiv olaraq təsir göstərir. Bu zaman şəxs özünə nəzarəti itirir, qeyri-iradi olaraq qərar qəbul edir və işin bütün hallarını araşdırmadan cinayəti törədir. Göstərilənlərlə bağlı məhkəmə qeyd edir ki, cinayət hadisəsinə səbəb Zərərçəkmiş şəxs əri Təqsirləndirilən şəxs ailəni qoruyub saxlamaq məqsədi ilə Vüsalənin evə qayıtması təklifinə əsassız yerə kobudluq etməsi və ağır söyüşlərlə təhqir etməsi olmuşdur ki, nəticədə Ceyhun barışmaq istədiyi arvadı Vüsaləyə bıçaqla xəsarət yetirmişdir. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək, həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulan cinayətin bütün əlamətləri var. Həmin cinayət hadisəsi həqiqətən baş vermiş, ona ibtidai istintaq orqanı tərəfindən düzgün hüquqi qiymət verilmiş və qeyd edilən cinayət əməli məhz onun tərəfindən törədilmişdir. Həmçinin bu cinayətin törədilməsində o, təqsirlidir. Təqsirləndirilən şəxs cinayət əməlini qəsdən törətmişdir. Onun əməli başa çatmış cinayətdir və cinayətlərin təsnifatına görə ağır cinayət kateqoriyasına aiddir. Onun əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, məhkəmə Təqsirləndirilən şəxs əməlini qəsdən sağlamlığa ağır zərər vurma cinayət əməli kimi tövsif edir və hesab edir ki, o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulan cinayətin törədilməsində təqsirli bilinməklə həmin maddənin sanksiyası həddində ədalətli şəkildə cəzalandırılmalıdır. Cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi əməlin cinayət-hüquqi nəticəsidir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 17 dekabr 2011-ci il tarixli Qərarı). “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən Cinayət Məcəlləsinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Cinayət Məcəlləsinin 126.1-ci maddəsinin sanksiyasında 3 ildən 8 ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cavan və evli olmasını, himayəsində 2 (iki) azyaşlı və 1 (bir) yetkinlik yaşına çatmayan uşağının olmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, cinayət əməlini məhz zərərçəkmiş şəxsin qanunsuz hərəkətlərinin təsiri altında törətməsini, törətdiyi cinayət əməlini həm ibtidai istintaq zamanı, həm də məhkəmə araşdırması zamanı etiraf edərək əməlindən peşman olmasını, zərərçəkmiş şəxsin onunla barışmasını, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını, yaşadığı yer üzrə müsbət xarakterizə olunmasını Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir və nəzərə alır. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. Cinayət Məcəlləsinin 60.1-ci maddəsinə əsasən cinayət zərərçəkmiş şəxsin qanunsuz və əxlaqsız hərəkətlərinin təsiri altında törədildikdə (Cinayət Məcəlləsinin 59.1.8-ci maddə) və təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışdıqda (Cinayət Məcəlləsinin 59.1.12-ci maddə) təqsirləndirilən şəxsə təyin ediləcək cəza Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulmuş cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Cinayət Məcəlləsinin 41.2-ci maddəsində cəzanın məqsədi açıqlanaraq göstərilmişdir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Göstərilən maddənin məzmunundan göründüyü kimi cəzanın qarşısında üç əlaqəli məqsəd qoyulmuşdur: sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması. Cəzanın cinayətə görə sitəm olması deyil, sosial ədalətin bərpası məqsədi ilə tətbiq edilməsi xüsusilə nəzərə alınmalıdır. Sosial ədalətin bərpası cəzanın məqsədi kimi o zaman həyata keçirilməyə başlanır ki, artıq cinayət törədilmiş olsun, bununla sosial balans pozulmuş olsun və bu balansın bərpası üçün törədilmiş cinayətə uyğun cəza tətbiq edilmiş olsun. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın həddini müəyyən edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, törədilmiş cinayətin zorakı cinayət əməlinə aid olmasını, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən halların məcmusunu, yəni onun cavan və evli olmasını, himayəsində 2 (iki) azyaşlı və 1 (bir) yetkinlik yaşına çatmayan uşağının olmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, cinayət əməlini məhz zərərçəkmiş şəxsin qanunsuz hərəkətlərinin təsiri altında törətməsini, törətdiyi cinayət əməlini həm ibtidai istintaq zamanı, həm də məhkəmə araşdırması zamanı etiraf edərək həmin əməldən peşman olmasını, zərərçəkmiş şəxsin onunla barışmasını, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını, eləcə onunla zərərçərkmiş şəxsin ər-arvad münasibətlərində olmasını və yaşadığı yer üzrə müsbət xarakterizə olunmasını nəzərə alaraq hesab edir ki, ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş aşağı həddə azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Eyni zamanda məhkəmə təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran halların olmamasını, habelə yuxarıda sadalanan və onun cəzasını yüngülləşdirən halların məcmusunu, eyni zamanda onun tərəfindən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini əhəmiyyətli dərəcədə azaldan nəticələrini, yəni evli olmasını, himayəsində 2 (iki) azyaşlı və 1 (bir) yetkinlik yaşına çatmayan uşağının olmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, cinayət əməlini məhz zərərçəkmiş şəxsin qanunsuz hərəkətlərinin təsiri altında törətməsini, törətdiyi cinayət əməlini həm ibtidai istintaq zamanı, həm də məhkəmə araşdırması zamanı etiraf edərək həmin əməldən peşman olmasını, zərərçəkmiş şəxsin onunla barışmasını, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını, yaşadığı yer üzrə müsbət xarakterizə olunmasını, təyin ediləcək cəzanı çəkəcəyi təqdirdə onun yenidən cəmiyyətə adaptasiya olmasının mürəkkəb məsələyə çevrilməsini, o cümlədən Azərbaycan Respublikasında həyata keçirilən cəza siyasətini, eləcə də cəza siyasətinin humanistləşdirilməsinə dair prinsip və tələblərini nəzərə alaraq təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinin tədbiq edilməsini və azadlıqdan məhrum etmə cəzasını çəkmədən onun islah olunmasını mümkün sayır. Bu səbəbdən də məhkəmə Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanın sınaq müddəti müəyyən edilməklə şərti olaraq tətbiq olunması haqqında qərar çıxarılmasını məqsədə uyğun hesab edir. Başqa sözlə, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid etmə ilə bağlı cəzanın təyin edilməsi və onun həmin cəzanı real şəkildə çəkməsi onun özünü və ailə üzvlərini, ələlxüsus da 2 (iki) azyaşlı uşağını ciddi məhrumiyyətlərə düçar edə bilər, eləcə də ailəsinin dağılmasına səbəb ola bilər, bu kimi hallar isə məhkumun islah olunması məqsədinə xidmət edə bilməz. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən şərti hesab edilməli, ona öz davranışı ilə islah olunmasını sübut etmək üçün sınaq müddəti müəyyən edilməli və davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək və həmin orqanın çağırışına vaxtında gəlmək vəzifələri qoyulmalı, habelə onun davranışı üzərində nəzarət Sumqayıt şəhər Probasiya Şöbəsinə həvalə edilməlidir. Sınaq müddəti məhkəmə hökmü qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Bu hissədə qeyd edilməlidir ki, Təqsirləndirilən şəxs tərəfindən zorakı ağır cinayət törədildiyi halda ona təyin ediləcək cəzanın şərti olaraq tətbiq edilməsi nəticəsinə məhkəmə gələrkən ən vacib əsas kimi – onun Zərərçəkmiş şəxs ilə ərarvad münasibətlərində olmasını, cinayət hadisəsindən dərhal sonra onların barışmasını, hazırda ailə olaraq birlikdə yaşamasını nəzərə almışdır. Belə ki, Təqsirləndirilən şəxs təyin edilmiş cəzanın çəkilməsi onun ailəsinin dağılmasına səbəb olmaqla yanaşı, həmçinin 2 (iki) azyaşlı uşağının həyat şəraitinə və tərbiyəsinə ciddi şəkildə mənfi təsir göstərəcək. Bu kimi halların cəza təyini zamanı nəzərə alınmaması ağır nəticələrə səbəb ola bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.1-ci maddəsində göstərilir ki, müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Həmin Məcəllənin 70.2-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Cinayət Məcəlləsinin 70.3-cü maddəsinə əsasən şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti müəyyən olunur. Bu müddət ərzində məhkum öz davranışı ilə islah olunmasını sübut etməlidir. Sınaq müddəti altı aydan beş ilədək müddətə müəyyən edilir. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 aprel 2021-ci il tarixli qərarının 2.21-ci bəndində göstərilmişdir ki, “cəza şərti olaraq tətbiq edilərkən nəzərə alınmalıdır ki, Cinayət Məcəlləsinin 70.1-ci maddəsi məhz təyin edilmiş cəzanın şərti olaraq tətbiq edilməsini təsbit etdiyindən, təqsirləndirilən şəxsin hökm çıxarılanadək həbsdə, ev dustaqlığında olduğu müddətlər təyin edilən cəza müddətinə hesablanmamalı və qərar çəkilməli olan deyil, təyin olunmuş cəzanın şərti olaraq tətbiq edildiyini əks etdirməlidir.” Eyni zamanda Təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri ləğv edilməli, onun barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilməli və barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Bundan başqa, Təqsirləndirilən şəxs 10 may 2023-cü il tarixdən 25 dekabr 2023-cü il tarixədək ev dustaqlığında saxlanıldığı müddət nəzərə alınmalıdır. Maddi sübut olub Xətai Rayon Polis İdarəsində saxlanılan və cinayətin aləti qismində çıxış edən 1 (bir) ədəd mətbəx bıçağı, hadisə zamanı Zərərçəkmiş şəxs əynində olmuş 1 (bir) ədəd mayka və 1 (bir) ədəd şalvar hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. İş üzrə məhkəmə məsrəfləri, mülki iddia və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 3 (üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş 3 (üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən şərti hesab edilsin və 2 (iki) il sınaq müddəti müəyyən edilsin. Təyin edilmiş sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri ləğv edilsin, onun barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilsin və barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs 10 may 2023-cü il tarixdən 25 dekabr 2023-cü il tarixədək ev dustaqlığında saxlanıldığı müddət nəzərə alınsın. Sınaq müddəti ərzində Təqsirləndirilən şəxs üzərinə onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək və həmin orqanın çağırışına vaxtında gəlmək vəzifələri qoyulsun. Onun davranışı üzərində nəzarət Sumqayıt şəhər Probasiya Şöbəsinə həvalə edilsin. Maddi sübut olub Xətai Rayon Polis İdarəsində saxlanılan və cinayətin aləti qismində çıxış edən 1 (bir) ədəd mətbəx bıçağı, hadisə zamanı Zərərçəkmiş şəxs əynində olmuş 1 (bir) ədəd mayka və 1 (bir) ədəd şalvar hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə məhkəmə məsrəfləri, mülki iddia və xüsusi müsadirə edilməli olan digər əmlak yoxdur. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən hakim Əli Məmmədov Hakimlər Səbinə Məmmədzadə Azad Məcidov
Məhkəmə qərarları › İş №1(101)-2085/2023
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-2085/2023
25.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver