Məhkəmə qərarları › İş №1(101)-2086/2023

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-2086/2023

22.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-2086/2023 22.12.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Hüseynov Cavid İbadulla oğlunun sədrliyi, hakimlər İsmayılov Eldar Herov oğlu və Hüseynov Səbuhi Sabir oğlundan ibarət tərkibdə, X2 və Feyzi Günay Rasim qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarənin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin Bakı Ağır Cinayətlər Məhkəməsi üzrə prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında xx xxxxxx 1979-cu il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli-himayəsində bir nəfər azyaşlı uşağı olan, işləməyən, məhkumluğu olmayan, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Xanlar küçəsi, döngə 6, ev 27-də qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, 13 may 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, 15 may 2023-cü il tarixdə barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hazırda həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda heroin narkotik vasitəsini əldə edib saxlamaqla daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs naməlum vaxtda və naməlum mənbədən satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda, yəni təmiz çəkisi 9,583 qram təşkil edən kustar üsulla hazırlanmış, qəhvəyi rəngli, tozşəkilli heroin narkotik vasitəsini əldə edib özündə saxlayaraq daşımış, 13 may 2023-cü il tarixdə Bakı şəhəri, Sabunçu rayon Polis İdarəsinin 14-cü polis bölməsinin (bundan sonra: RPİ-nin, PB-nin) əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində həmin tarixdə, saat 16 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsində yerləşən “Xəyal” ticarət mərkəzinin yaxınlığında saxlanılaraq Sabunçu RPİ-nin 14-cü PB-nə aparılmış, Bölmədə onun üzərində aparılmış şəxsi axtarış zamanı külli miqdarda, yəni təmiz çəkisi 9,583 qram təşkil edən kustar üsulla hazırlanmış qəhvəyi rəngli, tozşəkilli heroin narkotik vasitəsini 1 ədəd bükümdə olmaqla onun əynindəki qara rəngli cins şalvarın sağ yan-diz cibindən aşkar edilərək götürülmüşdür, yəni qeyd olunan bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs münasibətdə Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə irəli sürülmüş ittihamla bağlı məhkəmə baxışına təqdim edilmiş sübutlar məhkəmə iclasında hərtərəfli, tam və obyektiv araşdırılmış və Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda heroin narkotik vasitəsini əldə edib saxlaması və üzərində daşıması, yəni Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi araşdırılan mötəbər və təkzibedilməz sübutlarla təsdiq olunmuşdur. Cinayət işinə məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona qarşı Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, o, 13 may 2023-cü il tarixdə, günorta saatlarında Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsində yerləşən “Xəyal” ticarət mərkəzinin qarşısında olan zaman Sabunçu RPİ-nin 14-cü PB-nin sahə inspektoru kimi tanıdığı Samir adlı şəxs onun yanından keçərək ad və soyadını soruşduqda o, ona özü barədə məlumat vermişdir. O, Samiri məsciddə görmüş, Samir oranın sahə müvəkkili olmuş, dini tədbirlərdə digər polis əməkdaşları ilə birlikdə bayırda dayanmışdır. Samir gedəndən təqribən 10 dəqiqə sonra bir nəfər mülki geyimdə olan, tanımadığı, sonradan adının Elmir olduğunu və Sabunçu RPİ-nin 14-cü PB-nin əməliyyat müvəkkili olduğunu bildiyi şəxs ona yaxınlaşaraq onun anket məlumatlarını soruşmuşdur. O, özünü Təqsirləndirilən şəxs kimi təqdim etdikdə, Elmir adlı şəxs onu 14cü PB-nə dləvət etmişdir. Elmirin Əlində bir kağız və onun şəkli olmuşdur. O, həmin vaxt ətrafa nəzər saldıqda sahə inspektoru Samir adlı şəxsin də onlardan aralıda ətrafda olduğunu görmüşdür. O, Elmir adlı polis əməkdaşından polis bölməsinə getməli olmasının səbəbini soruşduqda, Elmir adlı şəxs səbəbini polis bölməsinə getdikdən sonra deyəcəyini bildirmişdir. O, polis bölməsinə getməyə razılaşmışdır. Bundan sonra Elmir adlı polis əməkdaşı ondan mobil telefonunu ona verməsini istəmiş, o da mobil telefonunu Elmirə vermişdir. Orada olduqları müddətdə onun üstü axtarılmamışdır. Həmin vaxt Elmir polis əməkdaşı Samir adlı şəxsin yanında olan bir nəfər tanımadığı şəxsi yanlarına dəvət etmiş və o həmin şəxslə Elmirin idarə etdiyi avtomobilin arxa oturacağında əyləşmiş, Elmir avtomobili idarə etmiş və birlikdə 14-cü PB-nin inzibati binasına getmişlər. Çox keçmədən sahə inspektoru Samir də polis bölməsinə gəlmişdir. «Xəyal” ticarət mərkəzinin yanında saxlanılarkən və bölməyə gətirilərkən onun qollarına qandal vurulmamışdır. O, 14-cü PBnə aparıldıqdan sonra polis bölməsinin ikinci mərtəbəsində olan xidməti otağa aparılmışdır. Həmin otaqda mülki geyimdə şəxslər olmuş və həmin şəxslərin polis əməkdaşları olduqlarını bilmişdir. Elmir ona stolda əyləşməsini bildirmiş və o da əyləşmişdir. Elmir onunla söhbət zamanı həbs olunmalı olduğunu, bununla bağlı qəti göstəriş verildiyini bildirmişdir. O, ibadət əhli olduğunu, hansı səbəbə görə həbs olunmalı olduğunu soruşduqda, Elmir qəti tapşırıq olduğunu, lakin heç özünün də dərindən məlumatının olmadığını bildirmişdir. Həmçinin Elmir ona onun tərəfindən ona veriləcək narkotik vasitəni cibinə qoymalı və videoçəkilişlə keçiriləcək şəxsi axtarış zamanı həmin narkotik vasitəni təqdim edərək özünə məxsus olduğunu bildirməli olduğunu ona izah etmişdir. O, buna etiraz etdikdə, Elmir ona etiraz edəcəyi təqdirdə, ona qarşı ağlına gəlməyən hərəkətlər olacağını, üzünə adam durğuzacaqlarını və s. bildirmişdir. Onun qardaşı 20 yanvar şəhidi olduğundan əvvəlcə onu şəhidə görə tutmaq iəstəməmiş, lakin sora hardansa gələn zəngə görə o, saxlanılası olmuşdur. O, özünə və şəxsiyyətinə hörmət edən bir şəxs kimi bütün Elmirin dediklərinin baş verməməsi üçün, ona olan psixi təzyiqlər nəticəsində Elmirin dedikləri ilə razılaşmışdır. Bundan sonra, o, polis bölməsinin 1-ci mərtəbəsinə aparılmış, 1-ci mərtəbədə olan zaman Elmir əlində olan bükümü onun əynində olan şalvarın sağ yan-diz cibinə qoymuşdur. Həmin vaxt sahə inspektoru Samir adlı şəxs də onların yanına gəlmiş və birlikdə xidməti otaqlardan birinə daxil olmuşlar. Daxil olduqları otaqda sonradan adını bildiyi təhqiqatçı Müsəllim tərəfindən onun üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı tanımadığı digər şəxs tərəfindən videoçəkiliş aparılmışdır. Şəxsi axtarış zamanı o, əynində olan şalvarın cibinə qoyulmuş narkotik vasitəni çıxarıb təqdim edərək gülə-gülə narkotikin özünə məxsus olduğunu, şəkər xəstəsi olduğundan yaxşı təsir edə biləcəyini fikirləşdiyini və ona görə 100 manata Balaxanı tərəfdən, tanımadığı şəxsdən aldığını bildirmiş və təqdim etdiyi kütlə qablaşdırılaraq götürülmüşdür. Şəxsi axtarış təhqiqatçı Müsəllim qol saatını çıxarmadığı üçün iki dəfə keçirilmişdir. O, nahardan sonra bölməyə gətirilmiş, çəkiliş bölməyə gətirilməsindən 3-4 saat sonra keçirilmişdir. Ona qarşı fiziki zor olmamış, sözlə hədələnmişdir. Təqsirləndirilən şəxs ifadəsinin davamında göstərdi ki, bütün hərəkətlər olunduqdan sonra polis bölməsinə təhqiqatçı tərəfindən vəkil dəvət edilmiş, ona təqdim olunmuş, lakin ona vəkillə ayrıca söhbət etmək üçün şərait yaradılmamışdır. O, vəkillə görüşən zaman ona üzərindən aşkar edilərək götürülən narkotik vasitənin ona aid olmadığını bildirmişdir. Vəkil, belə olduğu təqdirdə, hansı səbəbdən sənədlərə imza etməsinin səbəblərini soruşmuş, o da vəkilə ona psixoloji təzyiq olunduğunu, bu səbəbdən də imza etdiyini bildirmişdir. Onların söhbətini otaqda olan şəxslər eşitmişdir. O, müdafiəçini sənədlərə qol çəkəndən sonra və bir də barəsində həbs qətimkan tədiri seçilərkən məhkəmədə görmüşdür. Həmçinin o, tutulduqdan sonra ona yaxın qohumları və ya ailə üzvlərinə tutulması ilə bağlı məlumat verməsi üçün telefon əlaqəsi saxlamağa şərait yaradılmamışdır. Bundan başqa, o, tutulduqdan sonra vəkili həmin gün təhqiqatçının otağında və məhkəmədə həbs qətimkan tədbirinin seçilməsi zamanı görmüşdür. Elmir adlı polis əməkdaşı şəxsi axtarışdan əvvəl söhbət edən zaman ona şəxsi axtarış zamanı nə deyəcəyini bildirmiş və o da şəxsi axtarış zamanı onun dediyi sözləri təkrarlamışdır. İbtidai istintaq zamanı ifadə verərkən də ona qarşı nalayiq və zorakı hərəkətlər ola biləcəyindən qorxmuş və ona görə də, o, qeyd olunan məzmunda etirafedici ifadələr vermişdir. Belə ki, Elmir adlı polis əməkdaşı ona qarşı nalayiq və zorakı hərəkətlər ola biləcəyini ona əvvəlcədən bildirmişdir. O, prokurorun yanında olarkən müəyyən dərəcədə baş verənləri demiş, prokuror da nəzərə alınacağını demişdir. Başına gələnləri məhkəmədə də demişdir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs məhkəmə baxışı mərhələsində, həmçinin onun məhkəməyədək icraatın son mərhələlərində vermiş olduğu ifadələrlə onun cinayət işinin ibtidai istintaqı zamanı şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi. müvafiq olaraq 13 və 15 may 2023-cü il tarixli ifadələri elan edilməklə tədqiq olundu. Təqsirləndirilən şəxs tədqiq olunan həmin ifadələrində əməlinim səmimi etiraf edib göstərmişdir ki, o, şəkərli diabet xəstəsidir və həmin xəstəlikdən əziyyət çəkir. Narkotik vasitə heroindən istifadə etməyin şəkərli diabet xəstələrinə yaxşı təsir etdiyini eşitmiş və buna görə də, narkotik vasitə heroin alıb istifadə etməyi qərara almışdır. 12 may 2023-cü il tarixdə, günorta saatlarında Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsində üzdən tanıdığı, lakin anket məlumatlarını bilmədiyi şəxsə yaxınlaşıb onunla bir qədər söhbət etdikdən sonra özünün istifadə etməsi üçün narkotik vasitə olan heroin almaq istədiyini bildirmişdir. Tanımadığı həmin səxs də bir ədəd bükümdə heroini ona ümumilikdə 100 manata satacağını bildirmişdir. O, razılaşmış və 100 manat pulun qarşılığında həmin şəxsdən özünün istifadə eməsi üçün bir ədəd sellofan bükümdə “kokos” deyilən narkotik vasitə heroin almiışdır. O, narkotik aldığı həmin şəxsin adını və digər anket məlumatlarını, harada yaşadığını, telefon nömrəsini bilməmişdir. O, orta bədən quruluşlu, boyu 175 sm., qarayanız şəxs olmuşdur. Növbəti gün, yəni 13 may 2023-cü il tarixdə yaşadığı evdən çıxarkən aldığı heroini evə qoymamış, ailə üzvlərindən kiminsə görəcəyindən çəkinib üzərində saxlamışdır. O, həmin bükümü əynində olan qara rəngli cins şalvarının sağ yandiz cibinə qoyub saxlamışdır. Həmin tarixdə, saat 15 radələrində o, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsində yerləşən “Xəyal” ticarət mərkəzinin yaxınlığında olarkən iki nəfər mülki geyimdə olan şəxs mənə yaxınlaşaraq polis əməkdaşları olduqlarını, narkotik vasitələrin qanunsuz dövriyyəsi və istifadəsində şübhəli olduğunu bildirərək onu Sabunçu RPİ-nin 14-cü polis bölməsinə dəvət etmişlər. O, etiraz etməyərək həmin polis əməkdaşları ilə birlikdə 14-cü polis bölməsinə getmiş, bölmədə barəsində şübhəli şəxs qismində tutulmağı ilə əlaqədar qərar qəbul edilmişdir. O, dövlət hesabına vəkillə təmin edilmiş, şübhəli şəxs kimi tutulmuş, hüquq və vəzifələri izah edildikdən sonra üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilmiş, bununla bağlı qərar qəbul edilmiş, o, həmin qərarla tanış olmuşdur. O, üzərinə şəxsi axtarış keçirilməsində müdafiəçinin iştirak etməməsini xahiş etmişdir. Müdafiəçinin gələcəkdə onu istənilən formada, yaxşı müdafiə etməsi məqsədilə üzərimdəki narkotik vasitə heroini təqdim edərkən müdafiəçinin iştirak etməməsini fikirləşmiş, ona görə də bu harədə ərizə ilə müraciət etmişdir. Bundan sonra onun üzərinə şəxsi axtarışın videoçəkilişlə həyata keçiriləcəyi bildirilmiş və o, bununla bağlı heç bir etirazının olmadığını bildirmişdir. Bundan sonra, videçəkilişlə şəxsi axtarış başlanmış, şəxsi axtarış zamanı üzərində qanunla əldə edilməsi, saxlanılması, daşınması qadağan edilən əşya, maddə və ya predmet olub-olmaması soruşulmuşdur. Bu təklifdən sonra o, əynində olan qara rəngli cins şalvarımın sağ yan-diz cibində saxladığı, içərisində həmin narkotik vasitə heroin olan bir ədəd bükümü çıxarıb otaqda olan stolun üzərinə qoymaqla təqdim etmişdir. Həmin kütləni haradan və hansı məqsədlə əldə etməsi barədə ondan soruşulduqda, o, bu barədə bildirmişdir. Bundan sonra, üzərində polis əməkdaşları tərəfindən axtarış aparılsa da, əlavə heç bir əşya və ya predmet aşkar edilməmişdir. Təqdim etdiyi bir büküm zərfə qoyulmaqla qablaşdırılmış, həmin zərfin üzərini o, və digər iştirakçılar birlikdə imzalamışlar. Şəxsi axtarışın keçirilməsi barədə protokol tərtib edilmiş, digər iştirakçılarla birlikdə o da də həmin protokolu imzalamışdır. O, aldığı narkotik vasitədən istifadə etməmiş və satmamış, satmaq fikri də olmamışdır. Sabunçu rayon Polis İdarəsinin 14-cü polis bölməsinin əməkdaşları tərərəfindən saxlanıldıqda, tutulduqda və üzərimə şəxsi axtarış və götürmə keçirildikdə ona qarşı zor tətbiq edilməmişdir. O, narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olmamışdır (iş vərəqə: 49-50, 78-81). Cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilən Sabunçu RPİ-nin 14-cü PB-nin baş əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərdi ki, qərəzsiz mənbədən ünvan 1 ünvanında qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə əldə edərək üzərində saxlayaraq daşıması barədə əməliyyat məlumatı daxil olmuşdur. Bu barədə raportla rəhbərliyə müraciət olunmuş, razılıqdan sonra onun tərəfindən əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi barədə qəbul edilmiş qərar əsasında əməliyyat qrupu yaradılmış, əməliyyat qrupunun tərkibinə onun özü, Sabunçu RPİ-nin 14-cü PB-nin sahə inspektoru, polis kapitanı Şahid2 daxil olmuşlar. Əməliyyat məlumatı şəxsən ona daxil olmuşdur. 13 may 2023-cü il tarixdə polis kapitanı Şahid2la birlikdə Təqsirləndirilən şəxs olduğu yeri müəyyən etmiş, 10-15 deqiqə müşahidə apardıqdan sonra saat təqribən 16:00 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi ərazisində yerləşən «Xəyal» ticarət mərkəzinin yaxınlığında Təqsirləndirilən şəxs yaxınlaşıb özlərini təqdim edərək 14-cü PBnin əməkdaşları olduqlarını, onun narkotik vasitə əldə edərək üzərində saxlayaraq daşıması barədə onlarda məlumat olduğunu bildirmiş və onu 14-cü polis bölməsinə dəvət etmişlər. Təqsirləndirilən şəxs onu polisə dəvət etdiklərinə görə etiraz etməyərək onlarla birlikdə 14-cü polis bölməsinə getməyə razılaşmışdır. Yerindəcə yoxlama aparmağa şərait olmadığından onlar Təqsirləndirilən şəxs üzərində baxış aparmadan saxlanılan Təqsirləndirilən şəxs Sabunçu RPİ-nin 14-cü polis bölməsinə aparmışlar. Bölmənin xidməti otaqlarının birində Təqsirləndirilən şəxs təhqiqatçı tərəfindən şübhəli şəxs qismində tutulması barədə qərar qəbul edilmiş, onun hüquqlarının müdafiə edilməsi üçün Bakı şəhəri, 7 saylı Vəkil Bürosundan vəkil dəvət edilərək saxlanılan Təqsirləndirilən şəxs təqdim olunmuş, ona hüquq və vəzifələri izah edildikdən sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilmiş, bu barədə qərar ona, müdafiəçisinə təqdim edilmişdir. O, vəkilin gəldiyi vaxtı dəqiq yadında saxlaya bilməmişdir. Şübhəli şəxs Təqsirləndirilən şəxs ərizə ilə müraciət edərək, üzərinə keçiriləcək şəxsi axtarış və götürmə zamanı vəkilinin iştirak etməməsini xahiş etmişdir. Bundan sonra şəxsi axtarış başlanılmış, Təqsirləndirilən şəxs şəxsi axtarışın videoçəkilişlə həyata keçiriləcəyi bildirilmiş, sonuncu da bununla bağlı heç bir etirazının olmadığını qeyd etmişdir. Axtarış çox gecikdirilməmiş, Təqsirləndirilən şəxs təhqiqatçıya veriləndən sonra dərhal başanılmışdır. Şəxsi axtarış zamanı ilk öncə ona üzərində, paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitə, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyalar və ya sənədlər olduğu təqdirdə, könüllü surətdə təqdim etməsi bildirilmişdir. Həmin təklifdən sonra Təqsirləndirilən şəxs könüllü olaraq əynində olan qara rəngli cins şalvarının sağ yan-diz cibindən bir ədəd sellofan bükümündə tünd rəngli narkotik vasitə heroinə bənzər kütləni çıxarıb otaqda olan stolun üzərinə qoymuşdur. Bundan sonra, tərəflərindən Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılsa da, əlavə heç bir əhəmiyyət kəsb edən əşya və ya predmet aşkar edilməmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi bükümü haradan, nə məqsədlə aldığı soruşulduqda, o, təqdim etdiyi bir ədəd şəffaf sellofanda olan tünd rəngli maddənin narkotik vasitə olduğunu, növünü dəqiq bilmədiyini, həmin kütləni istifadə etmək üçün Bakı şəhəri, Balaxanı qəsəbəsində tanımadığı şəxsdən alıb üzərində saxlayaraq daşıdığını, lakin istifadə etmədiyini bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd bükümdə olan narkotik vasitə heroinə bənzər kütlə təhqiqatçı tərəfindən bir ədəd zərfdə qablaşdırılmış, həmin zərfin üzərini digər iştirakçılarla birlikdə imzalamışdır. Nəticədə şəxsi axtarışın keçirilməsi ilə bağlı protokol tərtib olunmuş, iştirakçılara ucadan oxunmuş, digər iştirakçılarla birlikdə həmin protokolu imzalamışdır. Təqsirləndirilən şəxs saxlanılan, tutulan, üzərinə şəxsi axtarış və götürmə keçirilən zaman ona qarşı hər hansı formada fiziki və ya psixoloji təzyiq, həmçinin sair hörmətsizlik edilməmiş, o, hər hansı formada hədələnməmişdir. Təqsirləndirilən şəxsin məşğuliyyəti və ya onun dini baxışları barədə onların məlumatı olmamışdır. Şəxsi axtarış qanunun tələblərinə müvafiq olaraq bir dəfə videoçəkilişlə keçirilmiş və bu barədə protokol tərtib edilmişdir. Cinayət işinə məhkəmə baxışı zamanı şahid qismində dindirilən digər polis əməkdaşı - Sabunçu RPİ-nin 14-cü PB-nin sahə inspektoru, polis kapitanı Şahid2 məhkəmə baxışı zamanı şahid qismində ifadə vermiş həmkarı Şahid1 ilə oxşar məzmunlu ifadə verərək, sonuncunun ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. İşdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan Təqsirləndirilən şəxs istintaq orqanına təqdim etdiyi ərizədən görünür ki, sonuncu ərizə ilə müraciət edərək üzləşdirmə istintaq hərəkətindən imtina etdiyini bildirmiş və məhz bu səbəbdən onun ifadəsində göstərdiyi xüsusatlarla əlaqədar onunla polis əməkdaşları Şahid2 və Şahid1 arasında üzləşmə keçirilməmişdir (iş vərəqə: 184). Bundan başqa, cinayət işinə məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan “şəxsi axtarış və götürmə aparılması haqqında” 13 may 2023-cü il tarixli protokoldan görünür ki, protokol tərtib olunan tarixdə Sabunçu RPİ-nin 14-cü PB-nin əməkdaşları tərəfindən saat 16:00 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi ərazisində yerləşən «Xəyal» ticarət mərkəzinin yaxınlığında saxlanılıb, Sabunçu RPİ-nin 14-cü PB-nə gətirilmiş Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış apaırmışdır. Şəxsi axtarış Sabunçu RPİ-nin 14-cü PB-nin təhqiqatçısı, polis kapitanı Müsəllim Müsəllimov tərəfindən həyata keçirilmişdir. Şəxsi axtarışda təhqiqatçı Müsəllim Müsəllimov, saxlanılan şəxs Təqsirləndirilən şəxs, Sabunçu RPİ-nin 14-cü PB-nin əməkdaşları Şahid1 və Şahid2 iştirak etmişlər. Şəxsi axtarışa başlamazdan əvvəl saxlanılan şəxs Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmazdan əvvəl üzərində, paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitə, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyalar və ya sənədlər olduğu təqdirdə, könüllü surətdə təqdim etməsi təklif edilmişdir. Həmin təklifdən sonra Təqsirləndirilən şəxs könüllü olaraq əynində olan qara rəngli cins şalvarının sağ yan-diz cibindən bir ədəd sellofan bükümündə naməlum kütləni çıxarıb otaqda olan stolun üzərinə qoymuş, təqdim etdiyi bir ədəd şəffaf sellofanda olan tünd rəngli maddənin narkotik vasitə olduğunu, növünü dəqiq bilmədiyini, həmin kütləni istifadə etmək üçün Bakı şəhəri, Balaxanı qəsəbəsində tanımadığı şəxsdən alıb üzərində saxlayaraq daşıdığını, lakin istifadə etmədiyini bildirmişdir. Tədqiq olunan protokoldan görünür ki, Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd büküm təhqiqatçı tərəfindən açıülmış, baxış keçirildikdə naməlum maddənin tünd rəngli, narkotik vasitə heroinə bənzər maddə olduğu müəyyən edilir və həmin bükümdə olan narkotik vasitə heroinə bənzər kütlə təhqiqatçı tərəfindən bir ədəd zərfdə qablaşdırılmış, həmin zərfin üzəri prosesin bütün iştirakçılar tərəfindən imzalanmışdır. Tədqiq olunan protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış apaırması və götürmə prosesi video lentə alınmış və bir ədəd DVD formatlı diskə yüklənməklə iş materialarına əlavə edilmişdir (iş vərəqə: 31-32). Məhkəmə baxışı zamanı tədqiq olunan Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılması prosesinin qeydə alınmış videogörüntülərinin yükləndiyi bir ədəd DVD formatlı diskə baxış keçirilməsi haqqında 18 may 2023-cü il tarixli protokoldan görünür ki, dskdə olan videogörüntülər “şəxsi axtarış və götürmə aparılması haqqında” 13 may 2023-cü il tarixli protokolun məzmununu əhatə edir və prosessual pozuntulara yol verilməsi müəyyən edilməmişdir (iş vərəqə: 77). Cinayət işinə məhkəmə baxışı zamanı tədqiq olunan məhkəmə-kimyəvi ekspertizasının 13 may 2023-cü il tarixli, 6/2784 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində: «Azərbaycan Respublikası DİN Zərflər üçün № 100» dairəvi möhür əksi, “şübhəli şəxs: (imza) Təqsirləndirilən şəxs” yazısı və imzalar olan zərfdəki 1 (bir) ədəd bükümdə qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir, təmiz çəkisi 9,853 qram təşkil edir. Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in İ siyahısına daxildir (iş vərəqə: 39-43). Məhkəmə baxışı zamanı müəyyən edildi ki, ibtidai istintaq orqanının 10 iyul 2023-cü il tarixli qərarına əsaasən təqsirləndiridlən şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş ümumi təmiz çəkisi 9,583 qram narkotik vasitə heroin tərəfimdən maddi sübut kimi tanınmış və ekspertiza tədqiqatlarından sonra qalıq qalan 9,483 qram hissəsi Sabunçu rayon Polis İdarəsinin saxlanc yerinə təhvil verilmişdir (iş vərəqə: 133- 134, 216). Bundan başqa, işdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan ambulator məcburi-narkoloji tibbi yoxlamanın 10 iyun 2023-cü il tarixli, 3660 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmamışdır, hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir, onun narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur (iş vərəqə: 1487-149). Cinayət işinə məhkəmə baxışı zamanı tədqiq olunan ambulator məhkəmə-psixiatrik ekspertizasının 19 iyun 2023-cü il tarixli, 1692 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Hal-hazırda Təqsirləndirilən şəxs hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs məcburi müalicəyə eytiyacı yoxdur. Təqsirləndirilən şəxs hal-hazırda öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs barəsində aparılan istintaq hərəkətlərinin mahiyyətini dərk etmək və onlara uyğun istintaq hərəkətlərində iştirak etmək iqtidarına malikdir. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə (13 may 2023-cü il tarixdə) öz hərəkətlərinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs ona ittiham elan edilən zaman həmin ittihamın mahiyyətini dərk etmək iqtidarında olmuşdur (iş vərəqə: 150-152). İşdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan iş üzrə ibtidai istintaq orqanı tərəfindən verilmiş əməliyyat tapşırığına əməliyyat orqanının cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş narkotik vasitənin mənbəyinin, şəxsiyyəti istintaqa məlum olmayan şəxsin şəxsiyyətinin müəyyən edilməsi istiqamətində tədbirlər həyata keçirilmiş, lakin keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində şəxsiyyəti istintaqa məlum olmayan şəxsin şəxsiyyətinin müəyyən edilməsi, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş narkotik vasitənin əldə olunma mənbəyini müəyyən etmək mümkün olmamış, həmçinin keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs narkotik vasitə və ya psixotrop maddələrin satışı ilə məşğul olması barədə 14-cü polis bölməsinə məlumat daxil olmamışdır (iş vərəqə: 128). Cinayət işinə məhkəmə baxışı zamanı tədqiq olunan müvafiq olaraq "xxxx" MMC və "xxxx" MMC-dən məhkəməyədək icraat mərhələsində götürülmüş və baxış keçirilmiş, Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-**, ***-***-**-** və ***-***-**-** saylı mobil telefon nömrələrinə dair məlumatlardan görünür ki, baxış nəticəsində iş üçün əhəmiyyət kəsb edən məlumat aşkar edilməmişdir (iş vərəqə: 163, 164-167). Ən nəhayət, məhkəmə baxışı zamanı tədqiq olunan sair sənədlərlə müəyyən edildi ki, Azərbaycan Respublikası DİN-nin Bakı şəhəri, Sabunçu RPİ-nin 14-cü PB-nin əməliyyat müvəkkili Şahid1 «əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında» 13 may 2023-cü il tarixli qərarı məhkəmə nəzarəti qaydasında yoxlanılmış və Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 15 may 2023-cü il tarixli qərarına əsasən qanuni hesab edilmişdir (iş vərəqə: 163, 164-167). Məhkəmə təqsirləndirilən şəxsin əməlinin cinayət-hüquqi tövsifinə qiymət verərkən “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli qərarının, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun və 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahı”nın konkret müddəalarını rəhbər tutmuşdur. Belə ki, 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıya» əsasən “heroin” narkotik vasitəsinin şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar daxil olmaqla yuxarı həddi 2 qram müəyyən edilmişdir. Məhkəmə baxışı zamanı isə müəyyən edildi ki, Təqsirləndirilən şəxs oğlundan aşkar edilərək götürülmüş heroin narkotik vasitəsinin təmiz çəkisi 9,583 qram təşkil etmişdir ki, qeyd olunan miqdar «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahı»da nəzərdə tutulmuş külli miqdar hədlərində olmuşdur. Məhkəmə kollegiyası, məhkəmə baxışına təqdim edilmiş sübutları məhkəmə iclasında hərtərəfli, tam və obyektiv tədqiq edib, sübutlar toplusuna məcmu halında qiymət verərək, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq hesab olunan külli miqdarda heroin narkotik vasitəsi əldə etməsi, saxlaması və daşıması, yəni Azərbaycan Respublikası CM-nin 234.1- 1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi məhkəmədə təkzibedilməz və mötəbər sübutlarla təsdiq edildiyindən onun əməli ibtidai istintaq orqanı tərəfindən düzgün ixtisaslaşdırılmışdır və Təqsirləndirilən şəxs əməli Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə tövsif olunmalı və o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmədə təqsirləndirilən Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar və onu cinayət məsuliyyətindən azad etmə üçün əsaslar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı saxlanılarkən onda heç bir növdən olan narkotik vasitə olmaması, ona qarşı irpəli sürülmüş ittihamda göstərilən narkotik vasitənin polis tərəfindən məcburi qəbul etdirilməsi, onun psixoloji təzyiqlərnə və hədələrə məruz qalması nəticəsində narkotik vasitəni boynuna götürməsi və etirafedici ifadələr verməsi barədə verdiyi ifadələrini onun özünün müdafiəsi üçün seçmiş olduğu müdafiə taktikası kimi qiymətləndirir. Məhkəmə baxışı zamanı araşdırılan mötəbər və təkzibolunmaz sübutlarla Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi tam təsdiq olunur və sübutlar toplanılarkən qanun pozuntularına yol verilməsi müəyyən edilməmişdir. Belə ki, cinayət işinin məhkəməyədək icraatı mərhələsində iş üzrə Təqsirləndirilən şəxs müdafiəçisinin Təqsirləndirilən şəxs Sabunçu rayon Polis İdarəsinin 14-cü polis bölməsinin əməkdaşları tərəfindən saxlanılan zaman hədə-qorxuya və işgəncəyə məruz qalması barədə olan müraciəti əsasında Bakı şəhəri, Sabunçu rayon prokurorluğunda araşdırma aparılmış və araşdırma zamanı müraciətdə qeyd olunanlar təsdiqini tapmadığından material üzrə 24 avqust 2023-cü il tarixdə Azərbaycan Respublikası CPMin 39.1.1-ci maddəsinə əsasən cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və cəzanı ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsirini nəzərə alır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin əməliyyat-sorğu arayışından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər Azərbaycan Respublikası Ali Məhkəməsinin Hərbi Kollegiyasının xx.xx.1996-cı il tarixli qərarına əsasən Azərbaycan Respublikası CM-in 94-cü maddəsinin 6-cı hissəsi (köhnə Cinayət Məcəlləsi) ilə təqsirli bilinərək 8 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2004cü il tarixdə cəzasınun sonu ilə azad olunmuşdur (iş vərəqə: 126-127). Məhkəmə baxışı zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs qeyd olunan məhkumluğu Azərbaycan Respublikası CM-nin 83-cü maddəsinin tələbləri baxımından ödənilmişdir və Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir. Azərbaycan Respublikası CM-nin 83.6-cı maddəsinə əsasən məhkumluğun ödənilməsi və ya götürülməsi məhkumluqla bağlı olan bütün hüquqi nəticələri ləğv edir. Məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs himayəsində 2013 və 2015-ci il təvəllüdlü iki nəfər azyaşlı uşağı vardır və bu hal Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində onun cəzasını yüngülləşdirən hal qismində nəzərə alınmalıdır. Bundan başqa, məhkəmə baxışı zamanı məhkəməyə təqdim olunan sənədlərlə müəyyən edildi ki, Təqsirləndirilən şəxs 21 yaşlı qardaşı X3 20 yanvar 1990-cı il tarixdə boyun nahiyyəsindən aldığı açıq güllə yarasından həlak olmuş və «20 Yanvar Şəhidi» fəxri adına laiq görülmüşdür. Qeyd olunanlara əsasən məhkəmə, Təqsirləndirilən şəxs himayəsində iki nəfər azyaşlı uşağının olmasını Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə, qardaşının «20 Yanvar Şəhidi» statusuna malik olmasını isə Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən onun barəsində cəzanı yüngülləşdirən hal qismində nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə kollegiyası təqsirləndirilən Təqsirləndirilən şəxs təyin ediləcək cəza məsələsini müzakirə edib belə nəticəyə gəldi ki, sonuncunun ittiham olunduğu Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsində nəzərdə tutulan cinayətin təsnifatına görə ağır cinayətlərə aid olmasını, törədilmiş cinayət əməlinin ictimai təhlükəliliyi nəzərə alınmalı, sosial ədalətin bərpası, təqsirləndirilən Təqsirləndirilən şəxs islah olunması və həm təqsirləndirilən Təqsirləndirilən şəxs, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə ona təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsində nəzərdə tutulan sanksiya həddində ədalətli və şəxsiyyətinə uyğun azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə kollegiyası təyin olunacaq azadlıqdan məhrum etmə cəzasının çəkilməsi üçün təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində cəzaçəkmə müəssisəsinin növünü müəyyən edərkən, törədilən cinayətin ağır cinayətlər kateqoriyasına aid olmasını, onun ilk dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunduğunu qeyd edir və onun təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsini qanuna uyğun hesab edir. Belə ki, Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinin tələblərinə görə qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəza çəkmə müəssisəsi ümumi rejimli cəzaçəkmə müəssisələri olaraq müəyyən olunur. Məhkəmə Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli ilə bağlı məsələni müzakirə edib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli onun şübhəli şəxs qismində tutulduğu və barəsində həbs qətimkan tədbirinin seçilməklə məhkəmə hökmü çıxarılanadək fasiləsiz olaraq həbsdə saxlanıldığı 13 may 2023-cü il tarixdən hesablanmalıdır. Həmçinin məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs 13 may 2023-cü il tarixdən başlayaraq həbsdə saxlanıldığı bütün müddət ona təyin olunmalı olan cəza müddətinə daxil edilməlidir. Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan hesablanır. Həmin Məcəllənin 158.2 və 158.2.1-ci maddəsinin tələbinə görə isə təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə daxildir. Məhkəmə təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbirinə münasibət bildirib qeyd edir ki, təqsirləndirilən şəxsə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi nəzərə alınmalı və onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində olan ambulator məhkəmə-narkoloji ekspertizasının rəyinə münasibət bildirib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicəyə ehtiyacının olmaması nəzərə alınmalı və onun barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq olunmamalıdır. Məhkəmə, Azərbaycan Respublikası CPM-nin 346.1.19-cu maddəsinin tələbləri baxımından iş üzrə maddi sübutlara dair məsələni həll edərkən belə nəticəyə gəlir ki, iş üzrə maddi sübutların taleyi hökm qanuni qüvvəyə mindikdən sonra Bakı şəhəri, Sabunçu RPİ-nin maddi sübutların saxlanma kamerasında saxlanılan, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş və ekspertiza tədqiqatlarından sonra qalıq qalan 9,483 qram heroin narkotik vasitəsi məhv edilməlidir. İş üzrə məhkəmə məsrəfləri – 114 (bir yüz on dörd) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir. İş üzrə qanunla müəyyən olunan qaydada mülki iddia verilməmişdir, əmlak üzərinə həbs qoyulmamışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 345-347, 349, 351- 354, 356, 381, 384.1 maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli şübhəli şəxs qismində tutulduğu 13 may 2023-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbixarakterli məcburi tədbirlər tətbiq edilməsin. İş üzrə maddi sübutlar - hökm qanuni qüvvəyə mindikdən sonra Bakı şəhəri, Sabunçu RPİ-nin maddi sübutların saxlanma kamerasında saxlanılan, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş və ekspertiza tədqiqatlarından sonra qalıq qalan 9,483 qram heroin narkotik vasitəsi məhv edilsin. İş üzrə məhkəmə məsrəfləri – 114 (bir yüz on dörd) manat məbləğində ekspertiza xərci məhkum Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. İş üzrə qanunla müəyyən olunan qaydada mülki iddia verilməmişdir, əmlak üzərinə həbs qoyulmamışdır. Hökmdən elan olunduğu vaxtdan, həbsdə olan məhkum Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar