Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-2086/2024 11.10.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər, X8 (sədrlik edən), X5 və X2 ibarət tərkibdə, məhkəmə iclasının katibi Nayıbov Pərviz Şakir oğlunun katibliyi, Dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs müdafiəçisi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 2 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə, 01 avqust 1990-cı il tarixdə Qubadlı rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, məhkumluğu olmayan, Qubadlı rayonu, Qubadlı şəhərində qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşayan, ünvan 2ü il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş, 08 aprel 2024-cü il tarixdən 04 iyun 2024-cü il tarixədək həbsdə saxlanılmış, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 4(009)-245/2024 saylı, 04 iyun 2024-cü il tarixli qərarı ilə barəsində ev dustaqlığı, 10 iyul 2024-cü il tarixdə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs 17 iyun 2022-ci il tarixdə saat 16:00 radələrində ünvan 3 ünvanında yerləşən və qohumu Şahid1 icarəyə götürüb işlətdiyi “Damla” kafesində olarkən, Şahid1 ilə kafedə müştəri qismində dostları ilə birlikdə nahar edən Zərərçəkmiş şəxs arasında sonuncunun təşəbbüşkarlığı ilə, yəni yeməyə görə hesabı ödəməyərək əsassız mübahisə etdiyi üçün yaranmış və Şahid1 xəsarət alması ilə nəticələnmiş münaqişəyə müdaxilə edib, qisas almaq məqsədilə istintaqa məlum olmayan bərk küt əşya ilə Zərərçəkmiş şəxs vuraraq ona sağ gözün küt travması, göz almasının dağılması, göz sklerasının dəlib keçən yarası, daxili möhtəviyyatın xaric olması və sağ gözdə görmənin tam pozulması ilə nəticələnən ümumi əmək qabiliyyətinin üçdə birdən çox hissəsinin itirilməsinə səbəb olan qəsdən sağlamlığa ağır zərər, bundan dərhal sonra Zərərçəkmiş şəxs sifət nahiyəsinə yumruqla bir neçə dəfə vurmaqla ona alt çənədə sağdan 1 dişin travmatik düşməsi ilə nəticələnən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vurmuşdur. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək göstərdi ki, mahiyyəti üzrə bildirir ki, yeznəsi işlətmək üçün icarəyə kafe götürmüşdü və o da həmin kafedə sonuncuya işlərində kömək etmişdir. Hadisə günü yeznəsi ondan kafedə qalmağı xahiş edərək bildirmişdir ki, bazarlıq üçün gedib alış-veriş edib geri dönəcək. O, kafeyə gəlmiş və orada görmüşdür ki, İlham yerdə uzanıb və Şahin də əlini gözünə tutub stolda oturub. Zərərçəkmiş şəxsin gözündən qan gəldiyini bilməmişdir. O, içəri girəndə içəridə İlham, Şahin və 2 nəfər polis əməkdaşı olmuşdur. Daha sonra Şahini xəstəxanaya İlhamı isə polis idarəsinə aparmışlar. Hadisədən 1 həftə sonra onu polis idarəsindən çağıraraq izahatını alıb sərbəst buraxmışlar. Bundan sonra o, Tatarıstana getmiş və orada işləməyə başlamışdır. Orada olduğu vaxt polis əməkdaşları onun əvvəllər yaşamış olduğu evə gələrək bildirmişlər ki, bu işə görə onu “İnterpola” axtarışa veriblər. Daha sonra o, ölkəyə geri qayıdaraq polis idarəsinə getmişdir. Ona verilmiş suallara cavab olaraq göstərmişdir ki, hadisənin baş verdiyi gün kafeyə nahardan sonra gəlmişdir. Şahini də ilk dəfə orada görmüşdür. Sübhan ilə münasibətləri yaxşı olmasına baxmayaraq polis ona bildirmişlər ki, onun adını Sübhan verib. O, Sübhana zəng edərək səbəbini soruşduqda sonuncu ona polis əməkdaşlarının ona hədə-qorxu gəldiklərini, məcburiyyət qarşısında qalaraq onun adını verdiyini bildirmişdir. Məhkəmə dövlət ittihamçısını, təqsirləndirilən şəxsi və onun müdafiəçisini dinləyərək, habelə iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmişdir və onun təqsiri aşağıda göstərilən sübutlarla təsdiq edilir. Məhkəmə Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. Məhkəmədə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 17 iyun 2022-ci il tarixdə saat 12 radələrində Bakı şəhəri, Xətai rayonunda yerləşən “Damla” kafesində tanışları Qəhrəman və Bayram ilə birlikdə yeyibiçmiş, yeyib içdikdən sonra ilk öncə Bayram daha sonra isə Qəhrəman kafedən çıxıb getmişdir. Buna səbəb Qəhrəman ilə Bayramın Rusiya-Ukrayna müharibəsini ucadan müzakirə edərkən kafeni işlədən “İlham” adlı şəxsin onların əyləşdiyi masaya gələrək onlara irad bildirməsi olmuşdur. Onlara irad bildirildikdən sonra Qəhrəman və Bayram kafedən çıxıb getmiş o isə kafedə qalmışdır. Bir müddət sonra adını bilmədiyi ofisiant ona yaxınlaşmış və hesabı ondan tələb etmişdir. O isə ofisianta çay gətirməyini bildirmişdir. Ofisiant isə çay gətirməkdən imtina etdikdə o, ofisiantın üstünə qışqırmış, bu zaman onun üzərinə hücum çəkilmiş və ilk öncə üzərinə hücum çəkənlərdən biri əlində olan hansısa əşya ilə gözündən və sifətindən vurmuşdur. Zərbənin təsirindən yerə yıxıldıqdan sonra həmin şəxslər onu yerdə təpikləmişlər. Bir müddət sonra kafeyə polis əməkdaşları gəlmiş və məni xəstəxanaya çatdırmışlar. Zərbənin təsirindən huşunu itirib yerə yıxıldığı üçün yerdə məni təpikləyən şəxsləri də görə bilməmişdir. Ona verilmiş suallara cavab olaraq göstərmişdir ki, onu vuran şəxsi görməmişdir. Kafedə 4 nəfər şəxs olmuşdur, onlardan yalnızca İlhamı tanıyır. Təqsirləndirilən şəxsi tanımır, sonuncuya qarşı şikayəti yoxdur. Gözünə yetirilən xəsarət bərk əşyanın təsirindən olmuşdur. Sonda təqsirləndirilən şəxsə qarşı şikayətinin olmadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 17 iyun 2022-ci il tarixdə saat təxminən 11:00 radələrində “Damla” kafesinin zalında əyləşərkən oraya əvvəllər görmədiyi 3 nəfər orta yaşlı kişi cinsindən olan müştəri gəlmiş və həmin müştərilər zalda boş masada əyləşmişlər. Bir müddət sonra o, həmin şəxslərin içkinin təsirindən bir-biri ilə mübahisə etdiyini görmüş, belə ki, adları sonradan ona məlum olan Bayram ilə Qəhramanın bir-biri ilə mübahisə etdiyini, bir-birinə qarşı nalayiq ifadələr işlətdiyini görüb onlara yaxınlaşmış və onlara söyüş söymələrini irad bildirərək Bayramı kafedən çıxarmışdır. Bundan sonra Qəhraman ilə Şahin masada əyləşib içki içməyə davam etmişlər. Bir müddət sonra Şahin ofisant Zahiddən hesabı soruşmuş, Zahiddə hesabın 20 manat etdiyini Şahinə bildirdikdə Şahin pulu olmadığını, əlavə də çay içmək istədiklərini Zahidə bildirmiş, Zahiddə ona yaxınlaşıb bu barədə məlumat vermişdir. O da məcbur olub həmin şəxslərin əyləşdikləri masaya yaxınlaşmış və hesabı hansı səbəbdən ödəmədiklərini onlardan xəbər almış, bu zaman Qəhraman adlı şəxs pulları olmadığını ona bildirmişdir. O da əsəbləşib onlara nalayiq ifadə işlətmişdir. Həmin vaxt Şahin anidən masanın üzərində olan dolu sirab şüşə butulkası ilə onun başının sol tərəfindən zərbə ilə vurmuş və o, zərbənin təsirindən dizi üstə yerə yıxılmışdır. Bu vaxtda onun yanında olan şəxslərdən hansınınsa Şahini vurduğunu görmüş, lakin kim olduğunu bilməmişdir. Şahin vurulduqdan bir neçə saniyə sonra kafenin həyətində olan iki polis əməkdaşı səs-küyü eşidib içəri daxil olmuş, polislər içəri daxil olduqdan sonra ara sakitləşmiş və polislər Şahini xəstəxanaya aparmışlar. Ona verilmiş suallara cavab olaraq göstərmişdir ki, Şahini ilk dəfə hadisə günü görmüşdür. Əvvəlcə Şahin və yanındakı digər iki dostu bir-birini söyərək dalaşmağa başlamışlar. Obyektdə Sübhan və Zahir, həmçinin iki nəfər qadın işçi olmuşdur. Seymur kafeyə hadisə baş verəndən sonra gəlmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, 17 iyun 2022-ci il tarixdə səhər saat 12:00 radələrində 3 nəfər kişi müştərinin kafeyə daxil olduğunu görmüş, ilk öncə müştərilər masaya kabab sifariş vermiş daha sonra sifarişdən imtina etmişlər. Bundan sonra onlardan hansısa bayırdan qutab alıb özü ilə masaya gətirmişdir. Masaya qutab gətirdikdən sonra onlar masaya spirtli içki və qazlı sirab sifariş vermişdir. Hadisə vaxtı həmin masaya o və digər ofisiant Zahid qulluq etmişdir. Müştərilər spirtli içki qəbul etdikdən sonra uca səslə söyüşlə bir-biri ilə danışmağa başlamış, onların söyüş söydüyünü görən müdir İlham isə həmin masaya yaxınlaşaraq onlardan söyüş söyməmələrini nəzərlərinə çatdırmış və masadan uzaqlaşmışdır. Bir müddət sonra iş yoldaşı Zahid həmin masaya yaxınlaşmış və müştərilərdən hesabı istəmişdir. Tərəflər arasında mübahisə də bu zaman yaranmış, belə ki, həmin şəxslərdən adı Şahin olan şəxs Zahidə pulu olmadığını, hətta əlavə olaraq çayda gətirməyini Zahiddən tələb etmiş, Zahid də bu barədə müdir İlhama məlumat vermişdir. Həmin vaxt müdir İlham müştərilərə yaxınlaşıb hansı səbəbdən yedikləri yeməyin, içkinin hesabını vermədiyini onlardan xəbər aldıqda, onlar uca səslə və hökmlə pullarının olmadığını İlhama bildirmişlər. Bu vaxt da İlham söyüşlə onlara çıxıb kafedən getməsini bildirdikdə, söyüşə cavab olaraq Şahinin yanında olan “Qəhraman” adlı şəxs əlində olan sirab şüşə butulkası ilə qəfildən İlhamın başının sol tərəfindən zərbə ilə vurmuşdur. O, İlhamın başından şüşə butulka ilə vurulduğunu və zərbənin təsirindən İlhamın yerə oturduğunu gördükdə ilk öncə İlhama kömək etmək məqsədi ilə yerə əyilmiş, İlhamın başından qan gəldiyini görüb əli ilə İlhamın başının üstündə olan şüşə qırıntılarını təmizləməyə başlamışdır. Bu vaxt kafedə administrator kimi çalışan İlhamın qohumu “Seymur” adlı şəxs münaqişəyə müdaxilə olmuş, Qəhramanın yanında olan “Şahin” adlı şəxsə yaxınlaşaraq İlhamın vurulmasına cavab olaraq Şahinin sağ gözündən və sifət nahiyyəsinin müxtəlif hissələrindən bir neçə dəfə yumruqla vurduğunu görmüşdür. Bundan sonra Qəhrəman kafedən qaçıb getmişdir. Təxminən 3-4 dəqiqə sonra içəri iki nəfər polis əməkdaşı daxil olmuş və Seymurla Şahini bir-birindən aralamışlar, daha sonra isə Şahini polisin köməkliyi ilə xəstəxanaya aparmışlar. Ona verilmiş suallara cavab olaraq göstərmişdir ki, Seymur hadisə zamanı kafedə olmuşdur, sonuncu Şahini sol əli ilə vurmuşdur. Seymura qarşı ifadə verərkən polis tərəfindən hər hansı fiziki və ya psixi təzyiqlərə məruz qalmamışdır. Polis əməkdaşları ona bildirmişlər ki, əgər yalan danışsa həbs olunacaq. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, 17 iyun 2022-ci il tarixdə saat 12:00 radələrində 3 nəfər kişi müştəri onun çalışdığı kafeyə daxil olmuş, ilk öncə onlar masaya kabab sifariş vermiş daha sonra isə verdikləri sifarişdən imtina etmişlər. Bundan sonra onlardan hansısa bayırdan qutab alıb masaya gətirmiş, masaya qutab gətirildikdən sonra onlar masaya spirtli içki və qazlı sirab sifariş vermişlər. Həmin masaya o və digər ofisiant Sübhan xidmət göstərmişdir. Onlar spirtli içki qəbul etdikdən sonra uca səslə söyüşlə bir-biri ilə danışmağa başlamış, onların söyüş söydüyünü görən müdür İlham da həmin masaya yaxınlaşaraq onlara söyüş söymələrinə görə irad bildirmiş və həmin vaxtda onlarla əyləşən müştərilərdən biri çıxıb getmişdir. Bir müddət sonra o, həmin masaya yaxınlaşıb müştərilərdən hesab istəyəndə həmin şəxslərdən adı Şahin olan şəxs pulu olmadığını hətta əlavə olaraq çayda gətirməyini ondan tələb etmişdir. O da bu barədə müdür İlhama məlumat vermiş, İlham da müştərilərə yaxınlaşıb hansı səbəbdən pulu vermədiklərini onlardan xəbər almış onlar pulu olmadığını İlhama bildirmişlər. Həmin vaxtda İlham söyüşlə onlara çıxıb kafedən getməsini bildirmişdir. Bu vaxt üzdən tanıdığı lakin adını bilmədiyi müştəri əlində olan sirab butulkası ilə qəfildən İlhamın başının sol tərəfindən zərbə ilə vurmuş və zərbənin təsirindən İlhamın başı qanamağa başlamışdır. Həmin vaxt o, İlhamın başına buz qoymaq üçün mətbəxə getmiş qayıdanda görmüşdür ki, müştərilərdən birinin sonradan adı ona məlum olan “Şahin” adlı şəxsin gözündən qan gəlir. Ona verilmiş suallara cavab olaraq göstərmişdir ki, polis əməkdaşları hadisədən 15 dəqiqə öncədən kafedə olmuşlar. Təqsirləndirilən şəxs Seymur kafeyə sonradan gəlib. Sübhan ona Şahini Seymurun vurduğunu demişdir. Polis idarəsində olarkən polis əməkdaşları Sübhana bildirmişlər ki, bu iş Sübhanın üzərində qalacaq, sonuncu da məcbur qalıb Seymurun Şahini vurması barədə ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, 2019-cu ilin dekabr ayından Daxili İşlər Nazirliyinin X13 Alayının 3-cü Patrul Bölüyünün polis nəfəri vəzifəsində xidmət edir. 17 iyun 2022-ci il tarixdə saat 08:00-da iş yoldaşı Şahid6 Hüseyin oğlu ilə birlikdə Bakı şəhəri, Xətai rayonu, Sadıqcan küçəsində piyada xidmətə çıxmış, həmin günü saat 16 radələrində Tacir sanitar qovşağından istifadə etmək üçün onunla birlikdə Sadıqcan küçəsində yerləşən “Damla” kafesinə daxil olmuş və onunla birlikdə sanitar qovşağı tərəfə getmişdir.Tacir sanitar qovşağına daxil olmuş, o isə Taciri sanitar qovşağının yanında gözləmişdir. Az müddət sonra kafenin içərisindən səs-küy gəlmiş, belə ki, şüşə qırığı və qışqırıq səsi gəlmiş, o, da Tacirin sanitar qovşağından çıxmasını gözləmədən kafenin zalına daxil olmuşdur. O, kafenin zalına daxil olarkən orada olan balaca boylu, təxminən 25-29 yaşlarında, çəp göz, sonradan adı ona məlum olan Seymur adlı şəxsin həmin vaxt gözündən qan gələn və sonradan adı ona məlum olan Şahin adlı şəxsin üzərinə hücum etdiyini görüb həmin şəxsi tutub saxlamış, bir neçə dəqiqədən sonra Elnurda kömək etmək məqsədi ilə ona yaxınlaşmışdır. Həmin vaxt o, zalda olan Şahin adlı şəxsin sağ gözündən, kafenin sahibi İlhamın isə başından qan gəldiyini görmüşdür. Bu vaxt gözündən qan gələn Şahin adlı şəxs “gözümü deşib töktüz” deyə qışqırdıqda onların sakitləşdirməyə çalışdıqları adını sonradan bilmədikləri Seymur adlı şəxs “yaxşı elədik” deyə həmin kişiyə cavab qaytarmışdır. Bundan sonra onlar gözündən qan gələn Şahini kafedə olan stula əyləşdirmiş və dərhal dərəcə komandirinə və təcili tibbi yardıma bu barədə məlumat vermişdir. Az keçməmiş polis avtopatrulu kafenin qarşısına gəlmiş və çağırışa gələn avtopatrul vasitəsi ilə gözündən qan gələn Şahin adlı şəxsi özləri ilə X7 Adına Milli Oftalmologiya Mərkəzinə aparmışlar. Ona verilmiş suallara cavab olaraq göstərmişdir ki, o, Şahinin vurulma anının şahidi olmamışdır. O, kafeyə daxil olarkən Seymur da orada olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 Hüseyin oğlu ifadəsində göstərmişdir ki, o, 2021-ci ilin fevral ayından Daxili İşlər Nazirliyinin X13 Alayının 3-cü Patrul Bölüyünün polis nəfəri vəzifəsində xidmət edir. 17 iyun 2022-ci il tarixdə saat 08:00da iş yoldaşı Şahid5 ilə birlikdə Bakı şəhəri, Xətai rayonu, Sadıqcan küçəsində piyada xidmətə çıxmış, həmin günü saat 16 radələrində o, sanitar qovşağından istifadə etmək üçün xidmət yoldaşı Elnurla birlikdə Sadıqcan küçəsində yerləşən “Damla” kafesinə daxil olmuş və xidmət yoldaşı Elnurla birlikdə sanitar qovşağı tərəfə getmişdir. O, sanitar qovşağına daxil olmuş, Elnur isə onu sanitar qovşağının yanında gözləmişdir. Az müddət sonra kafenin içərisindən səs-küy gəlmiş, belə ki, şüşə qırığı və qışqırıq səsi gəlmiş, o, da tələsik sanitar qovşağından çölə çıxdıqda xidmət yoldaşını orada görməmiş və xidmət yoldaşının səs gələn tərəfə getdiyini düşünüb oradan bir başa kafenin zalına daxil olmuşdur. O, zala daxil olduqda xidmət yoldaşı Elnurun orada olan balaca boylu, təxminən 25-29 yaşlarında, çəp göz, sonradan adı ona məlum olan Seymur adlı şəxsi tutub sakitləşdirməyə çalışdığını görmüş və dərhal da Elnura kömək məqsədi ilə həmin şəxsə yaxınlaşmışdır. Elə həmin vaxt o, zalda olan orta yaşlı bir kişinin sağ gözündən, kafenin sahibi İlhamın isə başından isə qan gəldiyini görmüşdür. Bu vaxt gözündən qan gələn şəxs, yəni adı sonradan ona məlum olan Şahin adlı şəxs “gözümü deşib tökdüz” deyə qışqırdıqda onların sakitləşdirməyə çalışdıqları adını sonradan bildikləri Seymur adlı şəxs “yaxşı elədik” deyə Şahinə cavab qaytarmışdır. Bundan sonra onlar gözündən qan gələn Şahini kafedə olan stula əyləşdirmiş və dərhal dərəcə komandirinə və təcili tibbi yardıma bu barədə məlumat vermişdir. Az keçməmiş avtopatrul kafenin qarşısına gəlmiş və çağırışa gələn avtopatrul vasitəsi ilə gözündən qan gələn şəxsi yəni sonradan adı onlara məlum olan Şahin adlı şəxsi özləri ilə X7 Adma Milli Oftalmologiya Mərkəzinə aparmışlar. Ona verilmiş suallara cavab olaraq göstərmişdir ki, hadisə vaxtı Seymur kafedə olmuşdur. O, içəriyə daxil olanda hadisə artıq baş vermişdi. Seymur Şahinin üzərinə getməkdə davam etsə də, onlar buna mane olmuşlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, 17 iyun 2022-ci ildə səhər saatlarında Şahin ona zəng vurmuş və ortaq tanışları Bayramla birgə Bakı şəhəri, Xətai rayonunda yerləşən “Damla” kafesində əyləşdiklərini ona bildirmiş və onu da həmin kafeyə dəvət etmişdir. O da həmin gün səhər saatlarında Şahinin dəvəti ilə qeyd olunan kafeyə getmiş və kafenin zalında Şahinin masasında onlarla birgə əyləşmişdir. Həmin vaxt kafenin içərisində kənar şəxs olmamış yalnız orda işləyən şəxslər olmuşdur. Bir müddət sonra söhbət zamanı içkili olduqlarından “Ukrayna” Respublikasında baş verənlərdən danışıb fikir ayrılığına görə bir-birləri ilə sözdə mübahisə etmişlər. Bu zaman kafeni işlədən şəxs onların masasına yaxınlaşaraq olardan sakit olmalarını xahiş etmiş və çıxıb getmişdir. Bundan sonra da Bayram onların masasından qalxıb getmiş, Bayramın arxasınca isə o, əyləşdikləri masadan qalxıb kafedən getdiyini bildirmişdir. O, kafedən gedərkən Şahin ona yarım bakal pivəsi qaldığını həmin bakalı da içdikdən sonra hesabıda verib evə gedəcəyini bildirmişdir. O, səhəri günü qonşulardan eşitmiş ki, Şahini kafedə döymüşlər. O da Şahinin yaşadığı evə getmiş və orada olarkən Şahinin evdə olmadığını belə ki, X10 adma xəstəxanada olduğunu öyrənmiş və Şahinlə telefonla əlaqə saxlayaraq onun yanma gəlmək istədiyini Şahinə bildirmişdir. Şahin də ona xəstəxanaya gəlməməyini bildirmişdir. Bir neçə gündən sonra o, Şahinin xəsətəxanadan çıxdığını eşitmiş və Şahinə baş çəkmək məqsədi ilə onun evinə getmişdir.Şahinlə söhbət zamanı o, Şahinin sağ gözünün sarğıda olduğunu və dişinində birinin yerində olmadğmı görmüşdür. O, Şahindən nə baş verdiyini soruşduqda Şahin ona kafeni işlədən 4-5 nəfər şəxs tərəfindən döyülüb gözündən və dişindən xəsarət aldığını bildirmişdir. Bu hadisədən təxminən bir ay sonra sinif yoldaşı Sahib onunla əlaqə saxlayaraq Şahindən “Damla” kafesini işlədən şəxsdən şikayətçi olmamağı üçün köməklik etməyini xahiş etmiş, Şahin və anası isə pulla gözü geri qaytarmağın mümkün olmadığını onun nəzərinə çatdırıb bu işə müdaxilə etməməyini ondan xahiş etmişlər. Ona verilmiş suallara cavab olaraq göstərmişdir ki, o, hadisənin şahidi olmamışdır, İlhamı tanımır, sonuncunun başına butulka ilə kimin vurduğunu bilmir. Cinayət işinin materiallarında olan məhkəmə-tibbi ekspertizanın xx.xx.2022-ci il tarixli 687 nömrəli rəyindən görünür ki, vətəndaş Şahid1 başın sol təpə nahiyyəsinin dərialtı hematoması, əzilmiş yarası, sol gicgah və sol qaş nahiyyələrinin kəsilmiş yaraları müəyyən edildi. Xəsarətlərdən sol təpə nahiyyənin dərialtı hematoması və əzilmiş yarası bərk küt əşya, sol gicgah və sol qaş nahiyyələrinin kəsilmiş yaraları isə iti uca və kənara malik əşyalar təsirindən törənmişlər, qərarda göstərildiyi kimi xx.xx.2022-ci il tarixə kənar şəxs tərəfindən törənə bilərdi, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül zərərvurmaya aid edilir. Şahid1 aşkar edilmiş xəsarətin xarakter və lokalizasiyasına görə özü-özünə yetirməsi inkar olunur. Cinayət işinin materiallarında olan məhkəmə-tibbi ekspertizanın xx.xx.2022-ci il tarixli 724 nömrəli rəyindən görünür ki, vətəndaş Zərərçəkmiş şəxs sağ gözün küt travması, göz almasının dağılması, göz sklerasının dəlib keçən yarası, daxili möhtəviyyatın xaric olması və sağ gözdə görmənin tam pozulması, alt çənədə sağdan İ dişin travmatik düşməsi müəyyən edilmişdi.Xəsarətlər bərk küt əşya(lar) təsirindən törənmişlər, qərarda göstərildiyi kimi xx.xx.2022-ci il tarixə kənar şəxs tərəfindən törənə bilərdi, dərəcəsinə görə sağ gözün küt travması, göz almasının dağılması, göz sklerasının dəlib keçən yarası, daxili möhtəviyyatın xaric olması və sağ gözdə görmənin tam pozulması ümumi əmək qabiliyyətinin 1/3-dən çox hissəsinin itirilməsinə səbəb olan sağlamlığa ağır, alt çənədə sağdan İ dişin travmatik düşməsi isə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül zərərvurmaya aid edilir. Vətəndaş Zərərçəkmiş şəxs aşkar edilmiş xəsarətin xarakter və lokalizasiyasına görə özü-özünə yetirməsi inkar olunur. Cinayət işinin materiallarında olan “Tanımaya təqdim etmə haqqında” protokoldan görünür ki, iş üzrə şahid qismində dindirilmiş Şahid5, Şahid6 Hüseyin oğluna və Şahid2 təqdim olunmuş fotoşəkillər əsasında keçirilmiş tanınma istintaq hərəkəti zamanı sonuncuların cinayət hadisəsini törətmiş Təqsirləndirilən şəxs tanımışlar. Cinayət işinin materiallarında olan “Üzləşdirmə haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs ilə Şahid5, Şahid6 Hüseyin oğlu və Şahid2 arasında keçirilmiş üzləşdirmə istintaq hərəkəti zamanı tərəflər ifadələrində göstərdikləri xüsusatları Təqsirləndirilən şəxs üzünə qarşı bir daha bildirmişlər. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistik və İnformasiya İdarəsinin məlumatından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Azərbaycan Respublikasının cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir, həmin əməl qəsdən törədilmişdir, başa çatmış cinayətdir, təsnifata görə ağır cinayətdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilməməsi barədə ifadəsi cinayət məsuliyyətindən yayınmaq üçün özünümüdafiə, həmçinin şahidlər Şahid1 və Şahid3 hadisənin baş verdiyi vaxt Təqsirləndirilən şəxs orada olmaması və sonuncunun hadisədən sonra kafeyə gəlməsi barədə ifadələri təqsirləndirilən şəxsi müdafiə etmək məqsədilə verilmiş sayılmalıdır. Belə ki, cinayət işinin ibtidai istintaqının gedişində şahid qismində dindirilmiş Şahid1 hadisənin baş verdiyi vaxt yanında kafenin ofisiantları Zahir, Sübhan və qaynı Seymurun olduğunu, sonunculardan hansısa birinin zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs vurduğunu bildirsə də, məhkəmə iclasında bu hissədə ifadəsinin məzmunun dəyişərək, Seymurun hadisə vaxtı orada olmadığını, sonuncunun hadisədən sonra gəldiyini bildirmişdir. Məhkəmə şahid İlham Nəbiyevin ifadəsinə tənqidi yanaşaraq, sonuncunun ibtidai istintaqın gedişində verdiyi ifadəsini mötəbər sübut qisminə qəbul edir. Bundan başqa məhkəmə bu qənaətə gələrkən Təqsirləndirilən şəxslə Şahid1 arasında qohumluq münasibətinin olmasını da nəzərə alır. Həmçinin digər Şahid3 məhkəmə iclasında vermiş olduğu ifadəsində polis idarəsində olarkən polis əməkdaşlarının Sübhana psixoloji təsir göstərdiklərini, işin sonuncunun üzərində qalacağını bildirdiklərini, Sübhanın məcburiyyət qarşısında qalaraq Şahini məhz Seymurun vurması barədə ifadə verdiyini göstərsə də, elə həmin iclasda şahid qismində dindirilmiş Şahid2 Şahid3 dediklərini təkzib edərək, ifadəsində ona qarşı heç bir psixoloji və ya digər təsirin göstərilmədiyini, hadisə vaxtı kafedə administrator kimi çalışan İlhamın qohumu Seymurun münaqişəyə müdaxilə etdiyini, Şahinə yaxınlaşaraq İlhamın vurulmasına cavab olaraq Şahinin sağ gözündən və sifət nahiyyəsinin müxtəlif hissələrindən bir neçə dəfə yumruqla vurduğunu gördüyünü bildirmişdir. Bundan başqa məhkəmə iclasında şahid qismində dindirilmiş hadisə baş verdikdən dərhal sonra oraya gələn Daxili İşlər Nazirliyinin X13 Alayının 3-cü Patrul Bölüyünün polis nəfərləri Şahid5 və Şahid6 Hüseyin oğlu hər biri ifadələrində hadisənin baş verdiyi vaxt Təqsirləndirilən şəxs də orada olduğunu, Şahin “gözümü deşib tökdüz” deyə qışqırarkən Seymurun “yaxşı elədik” deyə cavab verdiyini gördüklərini, həmçinin Şahid6 Seymurun Şahinin üzərinə getməkdə davam etdiyini, lakin buna mane olduqlarında bildirmişlər. Əlavə olaraq məhkəmə onu da qeyd edir ki, cinayət işinin materiallarında olan zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs 21 aprel 2024-cü il tarixli notarial qaydada təsdiqlənmiş ərizəsinin, həmçinin bundan sonra verdiyi 31 may 2024-cü il tarixli ifadəsinin məzmunundan görünür ki, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ona vurulmuş maddi ziyan ödənildiyindən Təqsirləndirilən şəxs ilə barışdığını, sonuncunu bağışladığın, ona qarşı şikayət və tələbinin olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs zərər çəkmiş şəxs Şahin Məmmədova vurduğu ziyanı ödəməsi, eləcə də digər mötəbər sübutların əlaqəli təhlili məhkəməyə Təqsirləndirilən şəxs hazırki cinayət işi üzrə təqsirli olması qənaətinə gəlməyə əsas verir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, zərər çəkmiş şəxslə aralarında barışıq əldə etdiklərini, sonuncunun ona qarşı şikayətinin olmamasını, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs zərər çəkmiş şəxslər alarında barışıq əldə etdiklərini, sonuncunun ona qarşı şikayətinin olmamasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hal qismində nəzərə alır. Belə ki, cinayət işinin materiallarında olan zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs 09 oktyabr 2024-cü il tarixli notarial qaydada təsdiqlənmiş ərizəsindən görünür ki, sonuncu Təqsirləndirilən şəxs ilə barışmış, sonuncunu bağışlamışdır, Təqsirləndirilən şəxs qarşı şikayət və tələbi yoxdur. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Beləliklə məhkəmə məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Təqsirləndirilən şəxsin törətdiyi cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, zərər çəkmiş şəxsin şikayətçi olmamasını, o cümlədən onun barəsində işdə olan və ayrı-ayrılıqda yuxarıda sadalanan cəzasını yüngülləşdirən halın olub, cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alaraq məhkəmə Təqsirləndirilən şəxs cəza çəkmədən islah olunmasını mümkün sayır və hesab edir ki, onun barəsində Azərbaycan Respublikası CM-nin 70-ci maddəsi tətbiq olunaraq, azadlıqdan məhrum etmə növündə təyin olunan cəza şərti olaraq tətbiq edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs sınaq müddəti müəyyən olunmalı və üzərinə onun davranışına nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulmalıdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarının 25-ci bəndində qeyd edilir ki, cəza şərti olaraq tətbiq edilərkən nəzərə alınmalıdır ki, Cinayət Məcəlləsinin 70.1-ci maddəsi məhz təyin edilmiş cəzanın cəzanın şərti olaraq tətbiq edilməsini təsbit etdiyindən, təqsirləndirilən şəxsin hökm çıxarılanadək həbsdə, ev dustaqlığında olduğu müddətlər təyin edilən cəza müddətinə hesablanmamalı və qərar çəkilməli olan deyil, təyin olunmuş cəzanın şərti olaraq tətbiq edildiyini əks etdirməlidir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Bu baxımdan məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı 08 aprel 2024-cü il tarixdən 04 iyun 2024-cü il tarixədək həbsdə və 04 iyun 2024cü il tarixdən 10 iyul 2024-cü il tarixədək ev dustaqlığında saxlanıldığı, ümumilikdə, 03 (üç) ay 02 (iki) gün müddət Təqsirləndirilən şəxs təyin edilən azadlıqdan məhrum etmə növündə cəza müddətinə hesablanmamalıdır. Həmçinin qətimkan tədbirinə münasibətdə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Məhkəmə hesab edir ki, hazırki cinayət işi üzrə müsadirə edilməli əmlak müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.4-cü maddəsinə əsasən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə edilmiş hallar istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Həmin Məcəllənin 132.1.7-ci maddəsinə əsasən dəyəri olmayan digər əşyalar məhv edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.6-cı maddəsinə əsasən, maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Həmin məcəllənin 135.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə əhəmiyyət kəsb edə bilən məlumatları hərf, rəqəm, qrafika və digər işarə formasında özündə əks etdirən kağız, elektron və ya digər daşıyıcılar sənəd hesab olunur. Hazırki cinayət işi üzrə maddi sübut qismində tanınmış əşya mövcud deyil. Məhkəmə məsrəfləri ilə bağlı məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında hüquqlarını müdafiə etmiş Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili X4 və Bakı şəhəri 26 saylı Vəkil Bürosunun vəkili X3 dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli, 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 06 manat məbləğində müəyyən edilmişdir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclasında göstərdikləri pulsuz hüquqi yardıma görə 05 (beş) iş saatı üçün 30 (otuz) manat məbləğində vəsait Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili X4 ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri 18 saylı Vəkil Bürosunun hesabına, 05 (beş) iş saatı üçün 30 (otuz) manat məbləğində vəsait Bakı şəhəri 26 saylı Vəkil Bürosunun vəkili X3 ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri 26 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək qəti olaraq 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə və sınaq müddəti müəyyən olunmaqla Təqsirləndirilən şəxs təyin edilən azadlıqdan mərhum etmə cəzası şərti tətbiq edilsin. Sınaq müddəti 02 (iki) il müəyyən edilsin və hökmün qanuni qüvvəyə mindiyi gündən hesablansın. Hökm qanuni qüvvəyə mindikdən sonra Təqsirləndirilən şəxs üzərində nəzarətin həyata keçirilməsi Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs üzərinə onun davranışı üzərində nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə iclasında göstərdikləri pulsuz hüquqi yardıma görə 05 (beş) iş saatı üçün 30 (otuz) manat məbləğində vəsait Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili X4 ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri 18 saylı Vəkil Bürosunun hesabına, 05 (beş) iş saatı üçün 30 (otuz) manat məbləğində vəsait Bakı şəhəri 26 saylı Vəkil Bürosunun vəkili X3 ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri 26 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: Elnur Nuriyev (sədrlik edən) Azər Tağıyev Kamran Muxtarov
Məhkəmə qərarları › İş №1(101)-2086/2024
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-2086/2024
11.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver