Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-2087/2025 02.03.2026 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsi, hakimlər: Əliyeva Aytən Heydər qızı (sədrlik edən), X3 və Quliyev Vüqar Elbrus oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi - X2, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, təqsirləndirilən şəxsin müdafiəçisi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 4 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə xx xxx 1983-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, işləməyən, əvvəllər məhkum olunmuş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə saat 17:30-da açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İttihamın mahiyyəti: 1.Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə əldə etmiş, saxlamış və daşımışdır. 2.Belə ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə etmə, saxlama, daşıma və satma barədə şəxsiyyəti istintaqla araşdırılan İran İslam Respublikası vətəndaşı və qeyriləri ilə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etmiş, bu məqsədlə aralarında olan cinayətkar razılaşmaya əsasən İran İslam Respublikası vətəndaşı və qeyriləri tərəfindən külli miqdarda, ümumi təmiz çəkisi 15305 qram çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana istintaqa məlum olmayan vaxtda, Gəncə şəhəri ərazisində, istintaqla dəqiq müəyyən edilməmiş yerdə bir ədəd qara rəngli sintetik torbada yerləşdirilib bu barədə «WhatsApp» ani mesajlaşma mübadilə sistemi vasitəsi ilə ona məlumat verildikdən sonra 04 avqust 2025-ci il tarixdə idarə etdiyi «Khazar» markalı, **-BN-*** dövlət qeydiyyat nişanlı avtomobillə həmin əraziyə gedib qeyd olunan külli miqdarda narkotik vasitə qurudulmuş marixuananı qanunsuz olaraq əldə edərək idarə etdiyi avtomobildə saxlamaqla Bakı şəhəri, Qaradağ rayonu ərazisinə daşımış, 05 avqust 2025-ci tarixdə, saat 07:20 radələrində Bakı-Qazax avtomobil yolunun Bakı şəhəri, Qaradağ rayonu ərazisində keçən 47-ci kilometrliyində yerləşən Daxili İşlər Nazirliyini Baş Dövlət Yol Polisi İdarəsinin 719 saylı stasionar postunda xidmətdə olan Baş Dövlət Yol Polis İdarəsinə bilavasitə tabe olan Yol Patrul Xidməti Alayının yol patrul xidməti əməkdaşı tərəfindən saxlanılmaqla həmin gün saat 10:12-dən etibarən Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən idarə etdiyi «Khazar» markalı, **-BN-*** dövlət qeydiyyat nişanlı avtomobilə özünün iştirakı və razılığı ilə baxış keçirilərkən avtomobilin yük yerindən onun satış məqsədilə qabaqcadan əlbir olan bir qrup şəxs halında qanunsuz olaraq əldə edib saxlamaqla daşıdığı 01 ədəd qara rəngli sellofan torbada ümumilikdə 15 ədəd ağ rəngli sellofan bağlamalarda ayrı-ayrılıqda təmiz çəkiləri 1005 qram, 1050 qram, 985 qram, 1015 qram, 1025 qram, 990 qram, 1015 qram, 1010 qram, 995 qram, 1105 qram, 1015 qram, 1050 qram, 1020 qram, 1015 qram və 1010 qram olmaqla ümumi təmiz çəkisi 15305 qram külli miqdarda narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Sübutların tədqiqi: 3.Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə elan olunmuş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində bildirmişdir ki, iranlı narkotik vasitə “nəşə”ni götürməsi üçün ona ünvan göndərmiş və Gəncə şəhərindən narkotiki götürüb geri qayıdarkən Qaradağ postunda polis əməkdaşları onu saxlamışlar. O, ittiham aktında göstərilən tarixdə və saatda saxlanılmışdır. Onun nömrəsini iranlıya tanışları vermiş, iranlı özü ona zəng etmiş və iranlı ilə telefon vasitəsilə tanış olmuşdur. İranlı telefonda ona narkotiki götürüb min - iki min manat qarşılığında Bakı şəhərində deyilən yerə qoymalı olduğunu demişdir. Polis əməkdaşları tərəfindən ona qarşı heç bir fiziki və psixi təzyiqlər olmamışdır. O, narkotik vasitə istifadəçisi olduğunu, əməlindən peşman olduğunu və ibtidai istintaq dövründə verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. 4.Məhkəmə iclas zalında Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olunmuşdur. Həmin ifadəsində o, bildirmişdir ki, təxminən bir il əvvəl külli miqdarda narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olan, yəni külli miqdarda narkotik vasitə və psixotrop maddələri sərhəddən qanunsuz olaraq Azərbaycana keçirən İran İslam Respublikasının vətəndaşı ilə tanış olmuşdur. Belə ki, özü onunla «WhatsApp»la əlaqə saxlayıb danışaraq münasibət yaratmışdır. İranlı ilə bir müddət danışıb ondan öz istifadəsi üçün «nəşə» və heroin aldıqdan sonra tutulmazdan bir ay əvvəl iranlı ona sərhəddən külli miqdarda «nəşə», yəni narkotik vasitə qurudulmuş marixuana keçirə biləcəyini, onun keçirdiyi narkotik vasitəni götürüb özündə saxlamasını, sonra Bakı şəhərində ayrı-ayrı yerlərə qoyaraq fotoşəkillərini və kordinatlarını ona göndərməsini, narkotik vasitə sifariş verən şəxslərin, yəni müştərilərin özlərinin gəlib narkotik vasitəni qoyulduğu yerdən götürəcəklərini, bu işi görəcəyi təqdirdə ona pul verəcəyini bildirmişdir. İlk olaraq o, iranlının bu təklifindən imtina etmiş, lakin 04 avqust 2025-ci il tarixdə səhər satlarında İranlı yenidən onunla əlaqə saxlayıb 15 kiloqram «nəşə»ni Gəncə şəhəri ərazisinə qoyduracağını, həmin narkotik vasitəni götürüb Bakı şəhərinə gətirməsini, sonra ayrı-ayrı yerlərə qoyub qoyduğu yerlərin fotoşəkillərini və koordinatlarını ona gödərməsini, narkotik vasitə sifariş verən şəxslərin, yəni müştərilərin özlərinin gəlib narkotik vasitəni qoyulduğu yerdən götürəcəklərini, bu işi görəcəyi təqdirdə ona 4000 manat pul verəcəyini bildirmişdir. O da iranlı ilə razılaşmış və 04 avqust 2025-ci il tarixdə etibarnamə əsasında icarayə götürdüyü «Khazar» markalı, **-BN-*** dövlət qeydiyyat nişanlı avtomobillə Gəncə şəhərinə yola düşmüşdür. Ora çatandan sonra iranlı ilə əlaqə saxlayanda ümumilikdə 15 kiloqram narkotik vasitənin qoyulduğu yerin koordinatlarını ona göndərmiş və o, həmin koordinatı izləyərək içərisində narkotik vasitə qurudulmuş marixuana olan bir ədəd qara rəngli kisəni qoyulduğu yerdən götürüb avtomobilin yük yerinə qoymuş və geri qayıtmışdır. Qayıdarkən Bakı şəhəri, Qaradağ rayon ərazisində yerləşən DYP postunda onu YPX əməkdaşı saxlamış, YPX əməkdaşı onun narkotik sərxoşluq vəziyyətində olduğunu görmüş və şübhələnərək avtomobilinə baxış keçirmək istədiyni bildirmişdir. O da artıq ifşa olunduğunu görüb etiraz etməmiş və avtomobilin baqajını açmış, bundan sonra YPX əməkdşı baqajda kisədə nə olduğunu soruşanda o, da kisədə «nəşə» olduğunu etiraf etmişdir. Bundan sonra YPX əməkdaşı onu saxlamış və bir neçə saat sonra Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları posta gəlmiş və o, avtomobilin baqajında olan «nəşə»ni videoçəkiliş zamanı onlara təqdim etmiş, polis əməkdaşları da sənədləşmə aparıb «nəşə»ni götürmüşlər (İ cild, səh. 77-79, 169-171). 5.Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 25 avqust 2025-ci il tarixində Baş Dövlət Yol Polisi İdarəsindən idarələrinə raport daxil olmuş, həmin raport əsasında Mehman Teymurov və Namiq Məcidovla birlikdə Qaradağ rayonu ərazisində olan posta getmişlər. Posta yaxınlaşarkən Təqsirləndirilən şəxs şübhəli şəxs kimi saxlanılmış və səhər saat 10-11 radələrində təhqiqatçının iştirakı ilə videoçəkilişlə postun ərazisində Təqsirləndirilən şəxs idarə etdiyi “Xəzər” markalı avtomobilə baxış keçirilmişdir. Təqsirləndirilən şəxs avtomobilində hansısa qanunsuz əşya olub-olmaması ilə bağlı sual verildikdə avtomobilinin arxa saxlanc hissəsində olan narkotik vasitə marixuananı təqdim etmişdir. Təqsirləndirilən şəxs aşkar edilmiş maddələri üç-dörd min manat pul qarşılığında iranlının deyəcəyi ünvanlara yerləşdirəcəyini bildirilmişdir. Şahid1 ibtidai istintaq dövründə verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. 6.Məhkəmə iclasında Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olunmuşdur. Həmin ifadəsində o, göstərmişdir ki, 05 avqust 2025-ci il tarixdə Baş Dövlət Yol Polisi İdarəsinə bilavasitə tabe olan X11 Xidməti tərəfindən Təqsirləndirilən şəxs idarə etdiyi «Khazar» markalı, **-BN-*** dövlət qeydiyyat nişanlı avtomobillə birlikdə həmin gün saat 07:20 radələrində Bakı-Qazax avtomobil yolunun Bakı şəhəri, Qaradağ rayonu ərazisində keçən 47-ci kilometrliyində yerləşən Daxili İşlər Nazirliyini Baş Dövlət Yol Polisi İdarəsinin 719 saylı stasionar postunda xidmətdə olan Baş Dövlət Yol Polis İdarəsinə bilavasitə tabe olan Yol Patrul Xidməti Alayının YPX əməkdaşı tərəfindən saxlanılarkən avtomobildə külli miqdarda narkotik saxlayaraq daşıması barədə təqdim olunmuş raport əsasında tərəfindən həmin gün əməliyyat tədbirinin keçirilməsi haqqında qərar qəbul edildikdən sonra Baş İdarə rəisinin əmri ilə rəhbərliyi altında əməliyyat qrupu yaradılmış və qrupun tərkibinə digər həmkarları Mehman Teymurov, Namiq Məcidov və təhqiqatçı Murad Azayev daxil edilmişdir. Həmin gün əməliyyat qrupunun üzvləri olaraq 719 saylı stasionar posta yollanmış, həmin vaxt «Khazar» markalı, **-BN-***dövlət qeydiyyat nişanlı avtomobil postun dayanacağında saxlanılmış və sürücü Təqsirləndirilən şəxs də postda olmuşdur. Saat 10:12-dən etibarən Təqsirləndirilən şəxs özünün razılığı və iştirakı ilə «Khazar» markalı, **-BN-***dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilmiş, baxış zamanı təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs idarə etdiyi avtomobildə narkotik vasitə və ya qanunsuz olan hər hansı bir predmet varsa təqdim etməsi təklif edilmiş, sonuncu da öz növbəsində açarla avtomobilin yük yerini açıb orada olan qara rəngli sellofan torbanı göstərmış, bundan sonra yük yerindən sellofan torba götürülmüş, həmin sellofan torba üzəri skoçla sarılı vəziyyətdə olmuş, tərəflərindən sellofan torba kəsilərək açıldıqda oradan 15 ədəd üzəri skoçla sarılmış sellofan bağlamalar aşkar edilmiişdir. Həmin sellofan bağlamalar kəsilərək açıldıqda bağlamalarda narkotik vasitə olan qurudulmuş marixuana olması müşahidə edilmiş və aşkar edilmiş kütlələr iki ədəd kisədə qablaşdırılaraq götürülmüşdür. Bundan sonra Baş İdarəyə qayıdılandan sonra üzərində şəxsi axtarış zamanı verilmiş şifahi suala cavab olaraq Təqsirləndirilən şəxs avtomobildən aşkar olunmuş kütlələrin narkotik vasitə qurudulmuş marixuana olduğunu, bir müddət əvvəl «WhatsApp»da İran İslam Respublikasının vətəndaşı ilə tanış olduğunu, sonuncunun ona narkotik vasitənin qoyulduğu yerin xəritədəki koordinatlarını göndərdiyini, buna görə də avtomobillə koordinat yerinə, Gəncə şəhəriinə gedib narkotik vasitə qurudulmuş marixuananı götürüb geri qayıtdığını, iranlının tapşırığına əsasən götürdüyü narkotik vasitənin ayrı-ayrı yerə qoyub bu barədə iranlıya məlumat verəcəyini, bunun müqabilində iranlının ona 3000-4000 manat pul vəd etdiyini bildirmişdir (İ cild, səh. 116-118). 7.Məhkəmə iclasında Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olunmuşdur. Həmin ifadəsində o, göstərmişdir ki, 05 avqust 2025-ci il tarixdə Bakı-Qazax avtomobil yolunun Bakı şəhəri, Qaradağ rayonu ərazisində keçən 47-ci kilometrliyində yerləşən Baş Dövlət Yol Polisi İdarəsinin 719 saylı stasionar postunda xidmətdə olarkən saat 07:20-də Bakı şəhər istiqamətində hərəkətdə olan «Khazar» markalı, **-BN-*** dövlət qeydiyyat nişanlı avtomobil sürücünün postun qarşısında manevr qaydalarını pozduğuna görə tərəfindən saxlanılmış, sürücünün Təqsirləndirilən şəxs olduğu müəyyənləşdirərkən sonuncunun qeyri-adekvat cavab verməsi onda onun sərxoşluq vəziyyətində olmasına şübhələr yaratmış, bundan sonra Təqsirləndirilən şəxs barəsində sistemdəki məlumatlara baxanda onun əvvəllər narkotik sərxoşluq vəziyyətində nəqliyyat vasitəsini idarə etdiyinə görə barəsində inzibati protokol tərtib edildiyi müəyyənləşdirmiş və bundan sonra onun məhz narkotik sərxoşluq vəziyyətində avtomobili idarə etməsinə şübhələri yaranmış, bundan sonra o, Təqsirləndirilən şəxs avtomobilində yük aparıb-aparmadığını soruşduqda sonuncu özünü həyacanlı aparmış və bu vəziyyət onda bir daha şübhələri gücləndirmiş, avtomobilin salon hissəsinə vizual baxanda oradan spesifik qoxunun gəldiyini hissə edib bu barədə sürücü Təqsirləndirilən şəxs soruşduqda sonuncu avtomobilin yük yerində «nəşə» olduğunu etiraf etməyə məcbur olmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs tərəfindən saxlanılmış və bu barədə Post komandirinə məruzə edilmişdir. Bundan sonra müvafiq raport əsasında araşdırmanın aparılması Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə həvalə edilmiş, bir neçə saatdan sonra Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşlarının posta gəlib Təqsirləndirilən şəxs və onun iştirakı ilə avtomobilə yerində baxış keçirmiş, baxış zamanı avtomobilin yük yerindəki qara rəngli sellofan bağlamanı götürmüşlər. Həmin bağlamalar açıldıqda oradan 15 ədəd ağ rəngli sellofan bağlamalar aşkar edilmiş, həmin bağlamalar kəsilib baxış keçirilərkən oradan yaşıl rəngli quru bitki kütlələrinin aşkar edilməsinin şahidi olmuşdur (İ cild, səh. 62-64). 8.Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 05 avqust 2025-ci il tarixli, 71043 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim olunmuş ağ kağız üzərində “Təqsirləndirilən şəxs idarə etdiyi avtomobildən aşkar edilmiş maddələr” yazılar və imzalar olan 1№-li qara rəngli sellofan torbada 6 ədəd üzərləri skoçla bağlanmış ağ rəngli sellofan bağlamalarda ayrı-ayrılıqda təmiz çəkiləri 1005,0 qram, 1050,0 qram, 985,0 qram, 1015,0 qram, 1025,0 qram, 990,0 qram olmaqla ümumi təmiz çəkisi - 6070 qram bitki mənşəli kütlələr, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş ağ kağız üzərində “Təqsirləndirilən şəxs idarə etdiyi avtomobildən aşkar edilmiş maddələr” yazılar və imzalar olan 2№-li qara rəngli sellofan torbada 9 ədəd üzərləri skoçla bağlanmış ağ rəngli sellofan bağlamalarda ayrıayrılıqda təmiz çəkiləri 1015,0 qram, 1010,0 qram, 995,0 qram, 1105,0 qram, 1015,0 qram, 1050,0 qram, 1020,0 qram, 1015,0 qram və 1010,0 qram olmaqla ümumi təmiz çəkisi - 9235,0 qram bitki mənşəli kütlələr, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisində kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş 2 ədəd qara rəngli sellofan torbada ümumi sayı 15 ədəd bağlamalarda olan marixuananın ümumi çəkisi – 15305,0 qramdır. Tədqiqata təqdim olunmuş 2 ədəd qara rəngli sellofan torbada ümumi sayı 15 ədəd sellofan bağlamalarda olan marixuanalar tərkiblərinə görə eynidirlər (İ cild, səh. 48-52). 9.Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X10 Şəxsi Ambulator X1 17 noyabr 2025-ci il tarixli, 7194 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimilyatorların qəbulu nəticəsində yaranan asılılıq sindiromu (narkomaniya xəstəliyi) aşkar olunur, narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (İ cild, səh. 147-148). 10.«Baxış keçirilməsi və əşyaların götürülməsi haqqında» 05 avqust 2025-ci il tarixli protokoldan və video-görüntülərini özündə əks etdirən DVD diskdən görünür ki, Baş Dövlət Yol Polisi İdarəsinin 719 saylı stasionar postunda Təqsirləndirilən şəxs razılığı və iştirakı ilə «Khazar» markalı, **-BN-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilərkən avtomobilin arxa yük yerindən 01 ədəd qara rəngli sellofan torbada ümumilikdə 15 ədəd ağ rəngli sellofan bağlamalarda narkotik vasitə qurudulmuş marixunaya oxşar bitki kütləsi aşkar olunaraq götürülmüşdür. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs bağlamalardan aşkar olumuş kütlələrin narkotik vasitə qurudulmuş marixuana olduğunu, bir müddət əvvəl anket məlumatlarını bilmədiyi İran İslam Respublikasının vətəndaşının ona «WhatsApp» proqramı vasitəsi ilə göndərdiyi konumdan, Gəncə şəhərindən əldə etdiyini, həmin kütlələri Bakı şəhərinə gətirib müxtəlif ünvanlara qoyaraq iranlıya məlumat verməli olduğunu, bunun müqabilində İran İslam Respublikasının vətəndaşının ona təxminən 3000-4000 manat pul verəcəyini bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs üstünə baxış keçirilmiş, baxış zamanı Təqsirləndirilən şəxs əynində olan boz rəngli şalvarın sol yan cibindən bir ədəd «Redmi» və «Oppo» markalı mobil telefonları, şalvarının sağ yan cibindən bir ədəd siqaret qutusunu, bir ədəd alışqanı və bir ədəd cib dəsmalını, şalvarının sağ arxa cibindən 212 manat pulu çıxarıb təqdim etmişdir. Baxış davam etdirilərkən Təqsirləndirilən şəxs üstündən dövriyyəsi qadağan olunmuş heç bir əşya və predmet aşkar olunmamışdır. Aşkar olunmuş bir ədəd «Redmi» və «Oppo» markalı mobil telefonlar iş üçün əhəmiyyət kəsb etdiyindən götürülmüş, bir ədəd siqaret qutusu, bir ədəd alışqan, bir ədəd cib dəsmalı və 212 manat pul Təqsirləndirilən şəxs geri qaytarılmışdır (İ cild, səh. 13-14). 11.«Mobil telefon aparatına baxış keçirilməsi haqqında» 06 avqust 2025-ci il tarixli protokoldan görünür ki, iş üzrə götürülmüş Təqsirləndirilən şəxs istifadəsində olan «Oppo A38» markalı və «Xiaomi Redmi 14C» markalı mobil telefon aparatlarına baxış keçirilmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, «Oppo A38» markalı mobil telefon aparatının «WhatsApp» ani mesajlaşma mübadilə sistemində adzıs qeydə alınmış İran İslam Respublikasının mobil operatoruna məxsus +98 919 *** **** nömrə xx.xx.2025-ci il, saat 16:00-dan etibarən Ramin Əlyevin istifadəsində olan ***-***-**-** nömrəyə zənglər etmiş, aralarında danışıqlar aparılmış, məkan və sellofan bağlamanın foto şəkilləri göndərilmişdir. (İ cild, səh. 66-69). 12.«Mobil telefonla ötürülən məlumatlara baxış keçirilməsi haqqında» 20 sentyabr 2025-ci il tarixli protokoldan görünür ki, "xxxx" MMC-dən xx.xx.2025-cü il tarixli, 21847 nömrəli müşayiət məktubu ilə götürülmüş bir ədəd CD diskdəki iş üzrə Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** nömrədən 05 avqust 2024-cü il tarixdən 05 avqust 2025-ci tarixədək olan məlumatlara baxış keçirilmiş və baxış zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsinə dair jarqon sözlərdən ifadə olunan sms yazışmalarının olması müəyyən edilmişdir (İ cild, səh. 125-127). 13.«Maddi sübut kimi tanıma haqqında» 07 avqust 2025-ci il tarixli qərardan görünür ki, cinayət işi üzrə məhkəmə-bioloji ekspertiza tədqiqatından sonra iki ədəd sintetik kisədə qablaşdırılmış qalıq çəkisi 15303,5 qram qurudulmuş marixuana maddi sübut kimi tanınmış və maddi sübutların məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə təyinatı məsələsi həll edilənədək saxlanmasından ötrü Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutların saxlanma yerinə təhvil verilmişdir (İ cild, səh. 104-105). 14.«Sübutların qiymətləndirilməsi və əməlin tövsif edilməsi haqqında» 08 dekabr 2025-ci il tarixli qərardan görünür ki, iş üzrə götürülmüş və baxış keçirilmiş Təqsirləndirilən şəxs istifadəsində olmuş bir ədəd «Oppo A38» markalı mobil telefon aparatı maddi sübut kimi tanınmış və cinayət işinin materiallarında saxlanması nəzərə alınmışdır. İş üzrə baxış və götürmə, şəxsi axtarış hərəkətlərinin qeydə alındığı 01 ədəd DVD-R diskin və telefonla ötürülən məlumatların qeydə alındığı 01 ədəd CD diskin cinayət işinin materiallarında saxlanması nəzərə alınmışdır (İ cild, səh. 148-159). 15.«Şübhəli şəxsin tutulması haqqında» 05 avqust 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 05 avqust 2025-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur (İ cild, səh. 29). 16.Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 06 avqust 2025-ci il tarixli, 4(005)- 962/2025 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 05 avqust 2025ci il tarixdən hesablamaqla 04 (dörd) ay müddətinə “həbs" növündə qətimkan tədbiri seçilmişdir (İ cild, səh. 94-100). 17.Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər: 1.Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 02 dekabr 2016-cı il tarixli hökmünə əsasən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 il 09 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 26 aprel 2018-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. 2.Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 15 oktyabr 2020-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3, 29,177.2.2 və 29,177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 03 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 01 oktyabr 2022-ci il tarixdə cəzasıının sonu ilə azad olunmuşdur (İ cild, səh. 128-129). 18.İş materiallarında olan elektron çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2013-cü il təvəllüdlü uşağı vardır. Tətbiq edilən qanunvericilik normaları və məhkəmənin mövqeyi: 19.Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124.1 və 125.1-ci maddələrinin tələblərinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur və məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. 20.Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. 21.Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. 22.Məhkəmə yuxarıda sadalanan qanunvericilik normalarının tələbinə uyğun olaraq iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini, istintaq hərəkətlərinin protokollarını, ekspertiza rəylərini, iş üzrə digər sənədləri sübut növü kimi qəbul edib və məhkəmə iclasında tam, hərtərəfli, obyektiv araşdırılmış mötəbər sübutlara mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə birgə hüquqi qiymət verib, həmin sübutlara əsaslanaraq, iş üçün mühüm əhəmiyyət kəsb edən bütün halları aydınlaşdırmaqla belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət tərkibi vardır və onun törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə tövsif edilmişdir. 23.Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 2011-ci il 17 mart tarixli Qərarına görə tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. 24.«Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Qanununun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər başa düşülür. 25.Qanunun 1.0.9-cu maddəsində göstərilir ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin alınması, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsi, başqa mallara və əşyalara dəyişdirilməsi, mənimsənilməsi və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. 26.Qanunun 1.0.10-cu maddəsinə görə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. 27.Qanunun 1.0.11-ci maddəsində göstərilir ki, «narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması - miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir». 28.“Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli qərarının 8-ci bəndinə əsasən digər şəxsi maraq dedikdə şəxsin özünün və ya yaxınlarının maddi xarakterli müəyyən öhdəliklərdən azad olunmasına nail olunması, qeyri-əmlak xarakterli mənfəət əldə etmə və yaxud şəxsi narkotik vasitələrin, psixotrop maddələrin yayılmasına yönələn qanunsuz əməllər törətməyə sövq edən sair maraq başa düşülür. 29.Qeyd olunan Plenum qərarının 9-cu bəndində qeyd edilmişdir ki, CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. 30.«Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» 28 iyun 2005-ci il tarixli, 961 №-li Azərbaycan Respublikasının Qanununa əlavə edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə» İ siyahının 109.1-ci bəndinə görə 500 qram və yuxarı həddə (50000 qramadək) narkotik vasitə olan qurudulmuş marixuana külli miqdar hesab hesab edilir. 31.İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd edir ki, konvensiyanın 6-cı maddəsi ədalətli məhkəmə araşdırması hüququna təminat verir və məhkəmənin vəzifəsi bütövlükdə məhkəmə araşdırmasının, o cümlədən sübutların əldə edilməsinin, qiymətləndirilməsinin ədalətliliyini, müdafiə və ittiham tərəflərinin hüquq bərabərliyi təmin edilməklə çəkişmə prinsipinə əməl edilməsinin, təqsirləndirilən şəxsin sübutları mübahisə etmək, onlara etiraz etmək hüququnun təmin edilməsini araşdırmaqdır. (Bikkov v. Rusiya [GC], 4378/02, §§ 88- 90, xx.xx.2009 və Rowe və X4rşı [GC], 28901/95, § 60, AİHM 2000 İİ) 32.Məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitənin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətləri qabaqcadan əlbir olan bir qrup şəxs halında törətməsi məhkəmə istintaqı zamanı araşdırılmış sübutlarla öz təsdiqini tapır. 33.Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə əldə etməsi, saxlaması və daşıması mötəbər və təkzibedilməz sübutlarla tam təsdiq olunduğundan onun törətmiş olduğu ictimai təhlükəli əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə düzgün tövsif edilmişdir. 34.Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs törətmiş olduğu ictimai təhlükəli əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir 35.Məhkəmə təqsirləndirilən şəxsin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş ictimai təhlükəli əməli törətməsində təqsirli olmasının ibtidai istintaq dövründə və məhkəmə araşdırması zamanı verdiyi ifadələrin əlaqəli təhlili, ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar, eləcə də iş materiallarında olan digər təkzibolunmaz sübutların məcmusu ilə sübuta yetirildiyini müəyyən edərək hesab edir ki, Təqsirləndirilən şəxs həmin maddələr ilə təqsirli bilinməli və təqsirə görə məsuliyyət prinsipi baxımından ona qanunla müəyyən edilmiş qaydada cəza təyin olunmalıdır. 36.Məhkəmə təqsirləndirilən şəxsin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş ictimai təhlükəli əməli törətməsində təqsirliliyinin sübuta yetirildiyini müəyyən edərək hesab edir ki, Təqsirləndirilən şəxs həmin maddələr ilə təqsirli bilinərək qanunla müəyyən edilmiş qaydada cəzalandırılmalıdır. 37.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında cəzanı bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyası olmasını, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticə olmasını qeyd etmişdir. Bundan başqa məlumdur ki, sosial ədalətin bərpası cəzanın məqsədi kimi o zaman həyata keçirilməyə başlanır ki, artıq cinayət törədilmiş olsun, bununla sosial balans pozulmuş olsun və bu balansın bərpası üçün törədilmiş cinayətə uyğun cəza tətbiq edilmiş olsun. 38.Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 39.Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. 40.Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 41.Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinin tələblərini rəhbər tutaraq, himayəsində azyaşlı uşağının olmasını Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. 42.Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinin tələblərini rəhbər tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. 43.Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.1-ci maddəsinə müvafiq olaraq cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. 44.“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.2-ci maddəsinin şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 08 iyul 2008-ci il tarixli qərarında göstərilmişdir ki, Cinayət Məcəlləsinin 83.1-ci maddəsindən göründüyü kimi məhkumluq cinayət törətməyə görə müəyyən cəza növünə məhkum edilmiş şəxs barəsində məhkəmənin ittiham hökmünün qanuni qüvvəyə mindiyi gündən başlanır və bütün cəzaçəkmə müddəti ərzində və cəzaçəkmə müddətindən sonrakı dövrdə qanunla müəyyən edilmiş müddətlər çərçivəsində davam edir. 45.Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.3-cü maddəsində göstərilmişdir ki, az ağır cinayət törətməyə görə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluğu ödənilmiş hesab edilir. 46.“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunması ilə bağlı Ağır cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin müraciətinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 25 may 2009-cu il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3, 83.4-cü maddələrinin mənasına görə şəxs cinayətlərin və ya hökmlərin məcmusu üzrə məhkum olunduqda, məhkumluğun ödənilmə müddətinin axımı cinayətlərin və ya hökmlərin məcmusu üzrə təyin edilmiş qəti cəzanın çəkilib qurtarması və ya cəzadan azad edilməsi anından başlayaraq, cinayətlərin hər təsnifatı üçün müstəqil şəkildə hesablanmalıdır. 47.Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə görə qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. 48.Göründüyü kimi, Təqsirləndirilən şəxs Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 02 dekabr 2016-cı il tarixli və Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 15 oktyabr 2020-ci il tarixli hökmləri ilə məhkum edildiyi cinayət əməllərinə münasibətdə məhkumluğu ödənilmişdir. 49.Beləliklə, məhkəmə təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə növündə cəzanın təyini qanuni, ədalətli və cəzanın tətbiqi məqsədinə uyğundur. 50.Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrumetmə növündə cəza Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. 51.Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə görə, qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi müəyyən olunur. 52.Məhkəmə Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsini əsaslı hesab edir. 53.Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. 54.Məhkəmə qeyd edir ki, qanunvericiliyin tələbləri baxımından Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə, cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs qismində tutulduğu - 05 avqust 2025-ci il tarixdən hesablanmalıdır. 55.Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə tədbirləri tətbiq edilməli və ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. 56.Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99.1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilmədi . 57.Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində qeyd olunmuş əmlakın müəyyən olunmamasını nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs xüsusi müsadirə cinayət-hüquqi tədbiri tətbiq olunmamalıdır. 58.Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.11-ci maddəsinə uyğun olaraq iş üzrə maddi sübut Azərbaycan Respublikası Daxili İşlər Nazirliyininin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutları saxlama yerində saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq qalmış 15303,5 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananın hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməsini, həmin Məcəllənin 132.1.6-cı maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış zamanı və avtomobilə baxış zamanı çəkilən videogörüntüləri özündə əks etdirən 01 ədəd DVD-R formatlı diskin, Azercell» MMC-dən daxil olmuş, SMS məlumat tarixçəsini özündə əks etdirən 01 ədəd CD formatlı diskin cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində cinayət işinin materiallarında saxlanılmasını əsaslı hesab edir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.1.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs məxsus bir ədəd «Oppo A38» markalı mobil telefon aparatı onun özünə (etiraz etmədikdə yaxın qohumlarına) qaytarılmalıdır. 59.İş üzrə mülki iddia və üzərinə həbs qoyulmuş əmlak yoxdur. 60.Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.4-cü maddəsində ekspertə ödənilməli haqqlar məhkəmə məsrəflərinin bir növü kimi nəzərdə tutulmuşdur və həmin Məcəllənin 198.1-ci maddəsinə əsasən, həmin məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş dövlət orqanının, fiziki, yaxud hüquqi şəxsin hesabına keçirilə bilər. 61.Bu səbəbdən, məhkəmə məsrəfləri hesab edilən iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 72 (yetmiş iki) manat Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. 62.Məhkəmə, həmçinin Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 31 saylı qərarına əsasən təqsirləndirilən şəxsin məhkəmədə hüquqlarının müdafiə edilməsinə görə dövlət büdcəsindən pul tutulmasını əsaslı hesab edir. 63.Beləliklə, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» qərara əsasən Bakı şəhəri 4 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün məhkəmə icraatı dövründə göstərilən hüquqi yardımla bağlı 440 (dörd yüz qırx) manat məbləğində pul vəsaiti dövlət büdcəsindən tutularaq Bakı şəhəri 4 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. 64.Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə 07 (yeddi) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin başlanğıcı - 05 avqust 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilsin, ərazi narkoloji dispanserdə qeydiyyata götürülsün. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 72 (yetmiş iki) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Məhkəmə icraatı dövründə göstərdiyi hüquqi yardımla bağlı Müdafiəçi ödənilməsi üçün dövlət büdcəsindən 440 (dörd yüz qırx) manat Bakı şəhəri 4 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Maddi sübut olaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutları saxlama yerində saxlanılan - iş üzrə aşkar edilərək götürülmüş, tədqiqata sərf edildikdən sonra qalıq qalmış 15303,5 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana məhv edilsin, 01 ədəd DVD-R formatlı və 01 ədəd CD formatlı disk cinayət işinin materiallarında saxlanılsın, bir ədəd «Oppo A38» markalı mobil telefon aparatı Təqsirləndirilən şəxs (etiraz etmədikdə yaxın qohumlarına) qaytarılsın. Hökmdən elan olunduğu (hökmün surəti Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətdə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Apellyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakimlər: 1.(sədrlik edən) Aytən Əliyeva
2. Elmin Rüstəmov
3. Vüqar Quliyev