Məhkəmə qərarları › İş №1(101)-2088/2024

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-2088/2024

12.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-2088/2024 12.09.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim: Kərimova Mahirə Nəzər qızının sədrliyi ilə, Hakimlər: Məmmədov Fəxri Afiq oğlu və X2 ibarət tərkibdə, Abbasov Fəxrəddin Səlahəddin oğlunun katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi – Bakı şəhəri 19 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1994-cü il tarixdə Ağdaş rayonu, Aşağı Ləki kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, əvvəllər məhkum olunmamış, orta təhsilli, subay, fərdi əməklə məşğul olmuş, Ağdaş rayonu, Aşağı Ləki kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşayan və barəsində həbs qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (təsviri əsaslandırıcı hissəsində – CM) 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda narkotik vasitə əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, o, satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda narkotik vasitə heroini istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə əldə edib üzərində saxlamaqla Bakı şəhəri, Nərimanov rayonu ərazisinə daşımış, daxil olmuş məlumat əsasında Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbiri nəticəsində 02 may 2024-cü il tarixdə, saat 16:00-da ünvan 2 ünvanının qarşısında saxlanılaraq ünvan 3da yerləşən Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə gətirilib həmin gün saat 17:40-dan etibarən üzərində şəxsi axtarış keçirilərkən əynində olan qara rəngli şalvarın sol yan cibindən 01 ədəd bükümdə ümumi təmiz çəkisi 5,203 qram qəhvəyi rəngli maddə, kustar üsulla hazırlanmış narkotik vasitə-heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs CM-in 234.4.3-cü maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək göstərmişdir ki, o, Şahid2 ilə təxminən, 2 may 2024-cü il tarixdə, saat 15:00-16:00 radələrində işdən sonra zəngləşib çay içməyə getmişdir. Yolda gedərkən Nərimanov rayonu, Təbriz küçəsində yerləşən “Bravo” supermarketinə siqaret almaq üçün daxil olmuş, siqareti aldıqdan sonra avtobus gözləməyə başlamışlar, vətəndaşlar olduğu üçün onlar siqaret çəkmək üçün arxa tərəfə getmiş, daha sonra BMCMİ-nin polis əməkdaşları gəlmişlər və 10 metrdən səs-küy yaratmış, onu qandallamışlar, ona fiziki və psixi təsir edib qeyri-etik ifadələr işlədərək 5-10 metr qabaqda yerləşən maşınlarına aparmışlar. Onun üzərindən narkotik vasitə aşkarlanmamış, amma ittiham aktında yazılmışdır ki¸ bir gün əvvəl üzərində narkotik vasitə olmuşdur. O, gündəlik metrodan və avtobusdan istifadə edir, əgər üzərində narkotik vasitə olsaydı heç vaxt ictimai nəqliyyatdan istifadə etməzdi. Onları BMCMİ-nin binasina aparmışlar, orada ona təzyiq göstərərək narkotik vasitəni üzərinə götürməyini demişlər. O, səbəbini soruşduqda isə ona «kriminal aləmdən olduğun üçün» belə etdiklərini bildirmişlər. O isə polis əməkdaşlarına işlədiyi «Yaşıl» bazarın kameralara baxmalarını və onun günü 15-20 manata fəhlə işləyən bir vətəndaş olduğunu bildirmişdir. Onun qarşına narkotik vasitə qoymuş və götürməyini demişlər, o isə götürməkdən imtina etmişdir. Polis əməkdaşları ona təzyiq göstərmiş, narkotiki götürməməyinə görə onu ailəsi ilə şantaj etmişlər və narkotik vasitəni evlərinə qoyacaqlarını, ailəsini evdən çıxaracaqlarını və tutacaqlarını bildirmişlər. O, hansısa polis əməkdaşlarının evlərinə gəlib anasını evdən çıxarmaqlarını özünə sığışdıra bilməmişdir. Ona heç bir əsas olmadığı halda 10 ildir narkotik vasitə istifadəçisi olduğunu bildirmişlər. O, narkotik vasitə istifadəçisidir, amma davamlı istifadə etmir, çünki o, xəstə anasına və bacısına baxır. Ona müalicəyə ehtiyacının olduğunu bildirmişlər. Onun heç bir müalicəyə ehtiyacı yoxdur. O, suallara cavab olaraq bildirmişdir ki, əlindəki döymə yazılarını əsgərlikdə elətdirmişdir. Ona “kriminal aləmindən” olmasını demələri yəqin ki, əlindəki yazılara görədir. Əlindəki yazıların kriminal aləmə heç bir aidiyyatı yoxdur. Onun BİT-də uşaqlıq dostu Fəqan saxlanılır. Sonuncu ona oradan zəng vurub ondan siqaret və başqa lazım olan şeyləri istəyir. Ondan sonuncu ilə niyə danışdığını soruşmuşlar. Həmin dostu davadalaşa görə tutulmuşdur. O, narkotik vasitənin marixuana növündən istifadə edir, amma bunu daimi istifadə etmir. İttiham aktında heç bir əsas olmadığı halda yazılmışdır ki, guya o, 10 ildir ki, narkotik vasitə istifadəçisidir. O, narkotik vasitəni tanışlarından əldə edirdi. Onu Nərimanov rayonu, Təbriz küçəsi, Bravo marketin qarşısında tanışı Firidunlə birlikdə saxlamışlar. Siqaret çəkən zaman polis əməkdaşları onlara yaxınlaşmışlar. İttiham aktında qeyd olunan polis əməkdaşlarının adlarını bilmir. Təxmini saat 4-5 aralığı onları polis əməkdaşları saxlamışlar. Saxlanan yerdən onları birbaşa BMCMİ-nin binasına aparmışlar. Təxminən saat yarım, iki saat sonra çəkiliş olmuşdur. Bu vaxt ərzində o, fiziki şiddət görmüş və döyülmüşdür. O, narkotik vasitəni döyüldüyünə görə boynuna almamışdır. Onu ailəsi ilə təhdid edəcəklərini bildirmişlər. Ona görə də narkotik vasitəni boynuna almışdır. Onu döyən polis əməkdaşlarının adlarını xatırlamır. Onun döymə ilə bağlı xəsarəti olmuş, bunu ittiham aktında yük maşınından yıxılmağı kimi qeyd olunmuş, amma o, elə ifadə verməmişdir. Təcridxanada ondan bədənindəki xəsarət barədə soruşulanda o, yük maşınından yıxılmağı barədə heç nə deməmişdir. Həbs qətimkan tədbiri ilə bağlı məhkəməyə çıxarılanda o orada hakimə heç nə deyə bilməmişdir. O, BİT-də olan zaman müstəntiq ora gəlmişdir. O, müstəntiqə ifadə verən zaman özünü təqsirli bilmədiyini yazmışdır. Müstəntiq orada ona kağız vermiş və imzalamağını, bunun onun xeyirinə olacağını bildirmişdir. Onu BİT-ə aparan zaman orada bədənində olan xəsarətlər barədə heç bir məlumat verməmişdir. Onu dostu Firidunun yanında döymüşlər. Narkotik vasitənin onun olduğunu qəbul etmədiyi üçün Firidunun yanında ona fiziki və psixi təzyiq etmişlər. O, ifadəsi elan edilikdən sonra suallara cavab olaraq bildirmişdir ki, o, orada yazıldığı kimi ifadə verməmişdir. Onun üzərində heç bir narkotik vasitə çıxmamışdır. İfadədəki imza ona məxsusdur, ancaq oxumadan imzalamışdır. İfadəyə imza çəkmə səbəbi onu ailəsi ilə təhdid etməkləri olmuşdur. Şahid1 tərəfindən ona qarşı fiziki və psixi təzyiqlər olmuş, onu döymüşdür. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsində haqqında həbs qətimkan tədbiri seçilən zaman hakim qarşısına çıxanda o, narkotik vasitəni iş yerinin yanından tapdığını bildirmişdir, çünki elə bilmişdir ki, orada hakim qarşısına çıxan zaman ona deyildiyi kimi ifadə verməlidir. ***-***-**-** saylı mobil nömrə ona məxsusdur. «Otun olur sənin?» mesajını o, yazmışdır. Həmin mesajı yazmağına səbəb narkotik vasitəni öz istifadəsi üçün əldə etmək istəmişdir. Çənə altında, sağ saidin ön səthində və sol dizində olan çapıqlar köhnədən aldığı xəsarətlər olmuşdur. Məhkəmədən barəsində ədalətli qərar çıxarılmasını xahiş edir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Məhkəmə qanunun sadalanan bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspert rəylərini və digər sənədləri də iş üzrə sübut növləri kimi qəbul edir. Belə ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan edilərək tədqiq olunmuş ifadəsində saxlanılmazdan 01 gün əvvəl 01 may 2024-cü il tarixdə, axşam saatlarında işlədiyi Bakı şəhəri, Nərimanov rayonu, Ş.İ.Xətai prospektində yerləşən “Yaşıl Bazarı” adlanan yerdən çıxıb evə gələn zaman yerdə 01 ədəd büküm gördüyünü, diqqətini çəkdiyindən açıb içərisinə baxdığını və narkotik vasitə heroin olduğunu bildirmişdir. O, daha sonra gələcəkdə istifadə etmək məqsədi ilə onu cibinə qoymuş və şəxsi axtarış keçirilənə qədər üzərində daşımışdır. O, uzun müddətdir ki, “nəşə”dən istifadə edir. O, yerdən tapdığı “kakos”dan istifadə etməmiş, həmçinin narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olmamış, yalnız arabir narkotik vasitə olan “nəşə”dən istifadə etmişdir. Onunla birlikdə saxlanılmış tanışı Şahid2 ilə tanışlıqlarının təxminən 01 ildir ki, birlikdə işlədikləri “Yaşıl Bazar”da yaranmış və onun üzərində “kakos” olmasından Şahid2 heç bir məlumatı olmamışdır. O, saxlanılmazdan təxminən 03 gün əvvəl işlədiyi “Yaşıl Bazar”da ərzaq məhsullarını “Qazel”ə yükləyəndə yerə düşərkən sol çiyninin üstünə yıxılmış və bununla bağlı çiynində xəsarət izləri olmuşdur. O, hadisə ilə bağlı 02 may 2024-cü il tarixdə, təxminən saat 16:00 radələrində ünvan 2 ünvanının yaxınlığında Şahid2la birlikdə olan zaman onlara mülki geyimdə olan şəxslər yaxınlaşıb özlərini təqdim edib, xidməti vəsiqələrini göstərərək Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları olduqlarını bildirmişlər. Polis əməkdaşları onlardan özlərini təqdim etmələrini xahiş etmiş, onlar özlərini təqdim etdikdən sonra polis əməkdaşları onu narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz olaraq satışı ilə məşğul olmaqda şübhəli olduğunu bildirib, barəsində qəbul edilmiş “Əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında” qərarla onu tanış etmişlər. O, yalan danışmağın əhəmiyyət kəsb etmədiyini başa düşüb səmimi olaraq etiraf edib üzərində “kakos” olduğunu bildirmiş, bundan sonra polis əməkdaşları onu tanışı Şahid2la birlikdə baş polis idarəsinə dəvət etmiş və onlar buna etiraz etməyib polis əməkdaşları ilə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə gəlmişlər. O, polis idarəsində hüquqlarının müdafiə edilməsi üçün müdafiəçi ilə təmin edilmiş və şübhəli şəxs qismində tutulmuş, ona hüquq və vəzifələri izah olunduqdan sonra üzərinə video çəkilişdən istifadə edilməklə şəxsi axtarış, Şahid2 üzərinə isə baxış keçirilmişdir. Şəxsi axtarış zamanı o, cibində “kakos” olduğunu bildirib, əynində olan qara rəngli idman şalvarın sol yan cibindən 01 ədəd sellofan bükümü, şalvarın sağ yan cibindən 01 ədəd “Oppo” markalı mobil telefonu və şalvarın sol cibində olan 12 manat pulu çıxardıb masanın üzərinə qoyaraq təqdim etmiş, daha sonra şəxsi axtarış keçirilmiş, lakin qanunsuz heç nə aşkar edilməmişdir. Onun təqdim etdiyi 01 ədəd sellofan bükümə baxış keçirilən zaman içərisində içərisində qəhvəyi rəngli, spesifik iyə malik olan “kakos” aşkarlanmış, bundan sonra “kakos” polis əməkdaşı tərəfindən qablaşdırılaraq möhürlənmiş və imzalanıb götürülmüşdür. Daha sonra 01 ədəd “Oppo” markalı mobil telefon polis əməkdaşı tərəfindən götürülmüş, 12 manat pul isə ona qaytarılmışdır. Daha sonra onunla birlikdə saxlanılmış Şahid2 üzərinə baxış keçirilməyə başlanılmış, o, heç bir etirazının olmadığını bildirdikdən sonra üzərində qanunla qadağan edilmiş əşyanın olub-olmaması, varsa könüllü surətdə təqdim etməsi təklif edilmiş, Firidun cavabında üzərində heç bir qanunla qadağan olunmuş əşyanın olmadığını bildirərək əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən “Samsung” markalı mobil telefonu və həmin şalvarın sağ arxa cibindən 45 manat pulu təqdim edərək masanın üzərinə qoymuşdur. Həmin mobil telefon və 45 manat pul onun özünə qaytarılmış, bundan sonra şəxsi axtarış, baxış və götürmənin aparılması ilə bağlı protokol tərtib edilmiş, düzgün tərtib edildiyindən imzalarla təsdiq edilmişdir. Təqsirləndirilən şəxs törətdiyi əməldən səmimi peşman olduğunu bildirmişdir. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o və Təqsirləndirilən şəxs Nərimanov rayonu, Təbriz küçəsi “Bravo” marketin qarsısında dayanan zaman onlara polis əməkdaşları yaxınlaşmışlar. Polis əməkdaşları onları maşına dəvət edib BMCMİ-nin binasına aparmışlar. Orada ona Təqsirləndirilən şəxs haradan və necə tanımağı ilə bağlı suallar vermişlər. O, başqa otaqda olduğu üçün Təqsirləndirilən şəxsn nə soruşduqlarını bilməmişdir. Ondan Təqsirləndirilən şəxs necə tanıdığını soruşmuşlar. O da bir-birilərini tanıdıqlarını demişdir. O, suallara cavab olaraq bildirmişdir ki, o, başqa otaqda olmuşdur. Təqsirləndirilən şəxs üzərinə baxış zamanı onları bir otağa gətirmişlər. Orada videoçəkiliş olmuşdur. Çəkiliş zamanı Təqsirləndirilən şəxs üzərindən narkotik vasitə aşkarlanmışdır. Təqsirləndirilən şəxs çəkilişdə narkotik vasitəni işlədiyi “Yaşıl bazar” dan çıxan zaman tapdığını demişdir. O, Təqsirləndirilən şəxs tutulan zaman və çəkiliş zamanı görmüşdür. Onları BİT-də ayrı-ayrı kameralarda saxlamışlar və sonra onu evə buraxmışlar. O, başqa kamerada olduğu üçün Təqsirləndirilən şəxs döyüldüyünü görməmişdir. Çəkiliş zamanı Təqsirləndirilən şəxs üzərindən əlavə telefon və siqaret aşkarlanmışdır. Onun üzərindən də siqaret, pul və telefon aşkarlanmışdır. Üzərindən aşkarlanan pulun miqdarını xatırlamır. Videoçəkilişdən sonra o, Təqsirləndirilən şəxs görməmişdir. Çəkilişdən sonra da ondan Təqsirləndirilən şəxs haradan tanımağını soruşmuşlar. O, polis əməkdaşlarına sonuncunu fəhlə işlədikləri “Yaşıl bazar”dan tanıdığını bildirmiş, sonra onu buraxmışlar. Təqsirləndirilən şəxs “Yaşıl bazar” dan narkotik vasitə tapmasından onun xəbəri olmamışdır. O, Təqsirləndirilən şəxs döyülməyini görməmiş, sonuncunun döyülməsinin şahidi olmamışdır. Onları saxladıqları zaman və maşına mindirən zaman onlara qarşı heç bir fiziki və psixi şiddət olmamışdır. Onları BMCMİ-yə aparandan sonra ayırmışlar. O, Təqsirləndirilən şəxs birdə çəkilişdə görmüşdür. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs barəsində onlara əməliyyat məlumatı daxil olmuşdur. Əməliyyat məlumatı əsasında əməliyyat qrupu yaradılmışdır. Həmin şəxsin yeri müəyyən edilərək sonuncunun Nərimanov rayonu, Təbriz küçəsində olduğu aşkar olunmuşdur. Həmin ünvana getdikdə Təqsirləndirilən şəxs yanında onlara məlum olmayan bir şəxsin dayandığını görmüşlər. Onlar həmin şəxslərə yaxınlaşaraq BMCMİ-nin inzibati binasına dəvət etmişlər. BMCMİ-yə gətirildikdən sonra üzərinə şəxsi axtarış və götürülmə keçirilən zaman Təqsirləndirilən şəxs üzərindən heroinə bənzər maddə aşkar olunaraq götürülmüşdür. O, suallara cavab olaraq bildirmişdir ki, əməliyyat məlumatının məzmunu narkotik vasitələrin satışı və qanunsuz dövriyyəsindən ibarət olmuşdur. Şəxsi xx.xx.2024-cü il tarixdə, saat 15:00-16:00 radələrində saxlamışlar. Təqsirləndirilən şəxs Nərimanov rayonu, Təbriz küçəsi, «Bravo» marketin yanında saxlamışlar. Onlar Təqsirləndirilən şəxs saxlayan zaman sonuncunun yanında başqa bir şəxs də olmuş və həmin şəxslər söhbət edirdilər. Onlar yaxınlaşaraq hər ikisini BMCMİ-nin inzibati binasına dəvət etmişlər. Digər şəxsin üzərinə baxış keçirilmişdir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürülmə keçirilmişdir. Digər şəxsin üzərindən heç bir qanunsuz əşya aşkar edilməmişdir. Hər ikisinə eyni anda baxış keçirilmiş və bir çəkiliş olmuşdur. Şəxsin üzərindən aşkar olunan narkotik vasitəni haradan əldə etdiyini soruşduqda, işlədiyi yerin yaxınlığından tapdığını bildirmişdir. Aşkar olunan narkotik vasitənin çəkisi təxmini 3-6 qram aralığında olmuşdur. Onlara əməliyyat məlumatı daxil olmuş və həmin məlumat əsasında onlar şəxsi BMCMİ-nə gətirmişlər, daha sonra araşdırma zamanı fakt təsdiqini tapmışdır. Əməliyyat məlumatı onlara daxil olarkən şəxsin narkotik vasitələrin satışı ilə məşğul olduğu bildirilmişdir. Onlara əməliyyat məlumatı məxfi mənbədən daxil olmuşdur. Təqsirləndirilən şəxsin verdiyi ifadə yalandır, sonuncuya qarşı heç bir fiziki və psixi təzyiqləri olmamışdır. İbtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş: xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs satış məqsədilə qanunsuz olaraq külli miqdarda psixotrop maddə əldə etməsi, saxlaması və daşıması faktına görə CM-in 234.4.3-cü maddəsi ilə ********* saylı cinayət işi başlanılmışdır. (l cild i.v. 1) xx.xx.2024-cü il tarixli raportdan görünür ki, etimad doğuran, məlum, qərəzsiz mənbədən daxil olmuş məlumatda “Raman” adlı şəxsin qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olması, satış məqsədi ilə külli miqdarda narkotik vasitələr və psixotrop maddələr əldə edərək saxlaması və daşıması bildirilmişdir. (l cild i.v. 4) xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq satış məqsədi ilə külli miqdarda narkotik vasitələr və psixotrop maddələr əldə edərək saxlaması və daşıması, külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olması barədə BMCMİ-yə daxil olmuş məlumat əsasında sonuncunun müəyyən edilib ifşa edilməsi istiqamətində əməliyyat-axtarış tədbirlərinin keçirilməsi və həmin tədbirlərin keçirilməsi məqsədi ilə əməliyyat qrupunun yaradılması qərara alınmışdır. (l cild i.v. 5-6) xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə, saat 17:10-da CM-in 234.4.3-cü maddəsində nəzərdə tutulmuş əməli törətməkdə şübhəli şəxs qismində tutulmuş, azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, yəni xx.xx.2024-cü il tarixdə, saat 16:00-da tutulmuş hesab edilmişdir. (l cild i.v. 19) xx.xx.2024-cü il tarixli “şəxsi axtarış, baxış və götürmə aparılması haqqında” protokoldan, DVD disk daşıyıcısında qeydə alınan videogörüntülərə baxış keçirilməsi haqqında protokoldan və ona əlavə edilmiş diskdən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə təqdim etməsi təklif edilmiş, bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli idman şalvarının sol yan cibində olan 01 ədəd sellofan bükümü, şalvarın sağ yan cibində olan 01 ədəd “Oppo” markalı mobil telefonu və həmin şalvarın sol yan cibində olan 12 manat pulu çıxardıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Təqsirləndirilən şəxs üstündən aşkar olunmuş 01 ədəd sellofan bükümə baxış keçirilərkən içərisində qəhvəyi rəngli, xüsusi spesifik iyə malik olan, bir qismi toz şəkilli, bir qismi bərkimiş formada olan narkotik vasitə heroinə oxşar maddə olması aşkar edilmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 01 ədəd sellofan bükümdə olan narkotik vasitə heroinə oxşar maddəni tam zamanı xatırlamayaraq dünən, yəni xx.xx.2024-cü il tarixdə və ya sırağagün işlədiyi “Yaşıl bazar”ın çıxışından yerdən tapdığını, özünün “nəşə” adı ilə tanıdığı narkotik vasitə marixuana istifadəçisi olduğunu, sonuncu dəfə təxminən 10- 15 gün bundan əvvəl istifadə etdiyini, üstündən aşkar olunmuş həmin maddəni onda maraq kəsb etdiyi üçün götürməklə üstündə saxladığını, həmin maddədən istifadə etmədiyini, həmin maddədən heç kimə vermədiyini, heç kimə satmadığını, maddələrin üstündə olmasından heç kimin məlumatının olmadığını, Şahid2 onun iş yoldaşı olduğunu və birlikdə gəzmək məqsədi ilə görüşdüklərini, onun üstündə olan maddədən məlumatının olmadığını, həmçinin, üstündən aşkar olunmuş “Oppo” markalı mobil telefonunun içərisində ***-***-**-** saylı mobil nömrənin olmasını bildirmişdir. (l cild i.v. 27-30, 111-112) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 3-16- 16/2-6/2421 saylı, xx.xx.2024-cü il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “...Təqsirləndirilən şəxs üstündən aşkar edilmiş...” sözləri olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 5,203 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. (İ cild i.v. 43-47) xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-in 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. (İ cild i.v. 61-62) xx.xx.2024-cü il tarixli üzləşdirmə protokolundan görünür ki, Şahid2 ifadəsində qeyd olunanları Təqsirləndirilən şəxs üzünə qarşı deməklə bir daha təsdiq etmişdir. (İ cild i.v. 85- 87) Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(005)- 604/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 04 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmışdır. (İ cild i.v. 105-109) xx.xx.2024-cü il tarixli maddi sübut hesab edilməsi haqqında qərardan və xx.xx.2024cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, şəxsi axtarış, baxış və götürmə aparılmış videoçəkilişləri özündə əks etdirən 01 ədəd DVD disk maddi sübut kimi tanınaraq cinayət işinin materiallarında saxlanılmış, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş qalıq çəkisi 5,153 qram olan narkotik vasitə heroin maddi sübut kimi tanınmış və saxlanılması üçün Azərbaycan Respublikası DİN-in BMCMİ-nin Maddi sübutları saxlama yerinə təhvil verilmişdir. (İ cild i.v. 113-114, 159-172) Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 5(005)- 1175/2024 saylı qərarından görünür ki, əməliyyat-axtarış tədbirinin aparılması barədə Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməliyyat müvəkkili Şahid1 tərəfindən qəbul eilmiş xx.xx.2024-cü il tarixli qərar qanunauyğun hesab edilmişdir. (İ cild i.v. 125) xx.xx.2024-cü il tarixli mobil telefona baxış keçirilməsi barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs götürülmüş 01 ədəd “Oppo” markalı mobil telefona baxış keçirilən zaman iş üzrə əhəmiyyət kəsb edən hər hansı bir məlumat aşkar edilməmişdir. (İ cild, i.v. 126) Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İnformasiya İdarəsinin xx.xx.2024-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (İ cild, i.v. 139-140) xx.xx.2024-cü il tarixli arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs qeydiyyatda olduğu yer üzrə müsbət xarakterizə olunur. (İ cild, i.v. 144-145) xx.xx.2024-cü il tarixli telefon zəngləri üzrə aparılmış danışıqlar barədə məlumatlara baxış keçirilməsi haqqında protokoldan görünür ki, "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli, AZF/LGL-2721/24 nömrəli məktubuna əlavə edilmiş 01 ədəd CD diskdə ***-***-**-** saylı mobil telefon nömrəsi ilə aparılmış danışıqlara aid bir ədəd faylın içərisində 04 ədəd qovluq vardır. Telefon danışıqlarına dair məlumatlara baxış keçirilən zaman Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil telefon nömrəsi ilə ***-***- **-** saylı mobil nömrəsi arasında cinayət işi üzrə sübut əhəmiyyəti kəsb edəcək aşağıdakı məzmunda SMS yazışmaları aşkar edilmişdir: xx-xx-2024 20:34:49 xx-xx-2024 20:34:50 1.1.**********95 1.1.**********32 Otun olur senin. (İ cild, i.v. 147-149) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi, X6 Ambulator X1 ekspert komissiyasının xx.xx.2024-cü il tarixli, 2938 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs kannabinoidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstərişi yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (İ cild i.v.150- 151) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X3” X6 xx.xx.2024-cü il tarixli, 247/MEŞ nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs məhkəmə-tibbi müayinəsi zamanı bədən səthində 02-xx.xx.2024-cü il tarixlərdə yetirilməyə uyğun gələn xəsarət aşkar edilməmişdir. (İ cild i.v.152-154) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X3” X6 xx.xx.2024-cü il tarixli, 1617/K nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs götürülmüş qan və sidik nümunələrinin tərkibində çətənə bitkisindən alınan və təbii mənşəli narkotik vasitə hesab edilən “kannabinoid” və fenilalkilamin qrupuna aid olan “amfetamin” və “metamfetamin” aşkar edilmişdir. Barbitur turşusu törəmələri, alkaloidlər (həmçinin tiryək qrupu), fenotiazin, pirazalon, 1,4 benzodiazepin törəmələri və salisilatlar aşkar edilmədi (İ cild i.v.155-158) xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-in 234.4.3-cü maddəsi ilə yenidən təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddə ilə yenidən tutulan ittiham elan edilmişdir. (İ cild i.v. 179-177) Məhkəmənin sorğusu əsasında Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasından daxil olmuş xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024cü il tarixdə Bakı İstintaq Təcridxanasına gətirilmiş və sorğu zamanı həbs olunan zaman xəsarət almadığını bildirmişdir. Bədəninə baxış keçirən zaman çənəaltında, sağ saidin ön səthində və sol dizdə köhnə çapıqlar aşkar edilmişdir. Məhkəmə qeyd edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə etməyə, saxlamağa və daşımağa görə CM-in 234.4.3-cü maddəsi ilə ittiham elan edilmişdir. Lakin Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitəni satış məqsədi ilə əldə etməsi barədə nəticəyə gələrkən ibtidai istintaq orqanının iş materiallarında olan istinad etdiyi sübutların hər hansı biri bu qənaəti təsdiq etmir. Məhkəmə istintaqı zamanı da Təqsirləndirilən şəxs üzərindən aşkar edilən külli miqdarda narkotik vasitəni qanunsuz olaraq satış məqsədi ilə əldə etməsi, saxlaması və daşımasını təsdiq edən heç bir sübut müəyyən olunmadı. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitəni məhz satış məqsədi ilə əldə etməsi və saxlaması ilə bağlı ittihamın əsaslandırılması üçün hər hansı mötəbər sübut təqdim edilməmişdir. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununun 1.0.11-ci maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması anlayışı müəyyənləşdirilmişdir. Belə ki, qeyd olunan Qanunun həmin maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. Lakin məhkəmə baxışı zamanı araşdırılmış sübutlarda və bütövlükdə işin materiallarında Təqsirləndirilən şəxs tərəfindən ondan aşkar edilmiş narkotik vasitəni əvəzli və ya qazanc əldə etmək, yaxud sair şəxsi maraq məqsədi ilə satılmasına yönəlmiş hər hansı hərəkət edilməsini təsdiq edən heç bir sübut aşkar olunmadı. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 14 iyun 2024-cü il tarixli 8 №-li qərarının 10-cu bəndində göstərilmişdir ki, CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Göründüyü kimi, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qərarında təqsirkarın narkotik vasitələri satmaq niyyətində olmasını müəyyən etmək üçün narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, onların hazırlanması üçün avadanlığın olması və s. halların da nəzərə alınması tövsiyə edilir. Lakin hazırkı iş üzrə istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi ilə bağlı hər hansı sübut müəyyən edilməmiş, qeyd edilmiş psixotrop maddənin hazırlanması üçün avadanlığın olması da iş materialları ilə sübuta yetirilməmişdir. Eyni zamanda iş materiallarından görünür ki, psixotrop maddə bir bağlamada aşkar edilmişdir. Bundan başqa xx.xx.2024-cü il tarixli mobil telefona baxış keçirilməsi barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs götürülmüş 01 ədəd “Oppo” markalı mobil telefona baxış keçirilən zaman iş üzrə əhəmiyyət kəsb edən hər hansı bir məlumat aşkar edilməmişdir. Həmçinin, "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli, AZF/LGL-2721/24 nömrəli məktubuna əlavə edilmiş 01 ədəd CD diskdə Təqsirləndirilən şəxs istifadəsində olmuş **********95 mobil telefon nömrəsidən **********32 mobil telefon nömrəsinə “Otun olur senin” məzmunda SMS göndərməsi Təqsirləndirilən şəxs satış məqsədilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə əldə etməsi, saxlamasını, daşımasını təsdiq etmir. Belə ki, həmin SMS Təqsirləndirilən şəxs öz şəxsi istifadəsi üçün əldə etməsini daha ağlabatan və inandırıcı edir. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı həmin sənəd tədqiq olunarkən verilən suallara cavab olaraq ***-***-**-** saylı mobil nömrə ona məxsus olduğunu, «Otun olur sənin?» mesajını özünün yazdığını, həmin mesajı yazmağına səbəbin narkotik vasitəni öz istifadəsi üçün əldə etmək istəməsi olduğunu bildirmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “CM-in 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. İbtidai araşdırma zamanı toplanmaqla mötəbər və obyektiv sübutlar əsasında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə qanunsuz olaraq külli miqdarda, bir ədəd bükümdə 5,203 qram çəkidə narkotik vasitə heroini əldə edib üzərində saxlamaqla daşımışdır. Qeyd edilən hallar cinayət işinin mübahisəsiz hallarıdır. Lakin ibtidai araşdırma orqanı Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş külli miqdarda narkotik vasitə heroini əldə edərkən, üzərində saxlayarkən və daşıyarkən məqsədinin və niyyətinin satış olmasını müəyyən etməmişlər. Halbuki, bu halların müəyyən edilməsi Təqsirləndirilən şəxs əməlinin tövsifində həlledici rol oynayır. Məhkəmə kollegiyası hesab edir ki, hər hansı şəxsin qanunsuz olaraq satış məqsədi ilə narkotik vasitə əldə etməsi, qeyd edilən vasitə və maddələrin satışı ilə məşğul olması mütləq qaydada mötəbər sübutlarla (məsələn, tərəzi, “müştəri” ilə telefon danışıqları, sms yazışmaları, “şərti alıcı” ilə bağlı hərəkətlər və sair) təsdiq olunmalıdır. Məhkəmə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəalarının tələblərini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxsdən aşkar edilib götürülmüş narkotik maddənin yalnız çəkisinin külli miqdar təşkil etməsi xüsusatı Təqsirləndirilən şəxs ittiham edildiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsini təsdiq edən mötəbər dəlil kimi qəbul oluna bilməz. Məhkəmə Təqsirləndirilən şəxs aşkar edilmiş narkotik maddənin yalnız külli miqdarda olması kriteriyasından yanaşılıb onun əməlinin satış kimi qiymətləndirilməsi üçün hüquqi əsas olmadığı qənaətinə gəlir. Təqsirləndirilən şəxs narkotik maddəni satış məqsədi ilə əldə etməsinə dair fikir ibtidai istintaq orqanının mülahizəsidir. Yaranmış şübhələr isə toplanmış sübutların məcmusu nəzərə alınmaqla Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 351.3.4-cü maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadələri və şahidlərin ifadələrini, şəxsi axtarış, baxış və götürmə aparılması haqqında protokolu, aşkar edilmiş narkotik vasitənin növünün və çəkisinin müəyyən edilməsinə dair məhkəmə-kimyəvi ekspertizasının rəyini sübut növləri kimi qəbul edir və onları qiymətləndirərək qeyd edir ki, bu sübutlar təqsirləndirilən şəxsə elan edilmiş satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə əldə etməsi, saxlaması və daşıması barədə ittihamı təsdiq etmir. Bununla bərabər, həmin sübutlar iş üzrə məhkəmə istintaqında tədqiq edilmiş digər sübutların məcmusu ilə birlikdə təqsirləndirilən şəxsin yalnız satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə etmə, saxlama və daşıma cinayətini törətməsi ilə bağlı mötəbər və yekun nəticəyə gəlməyə imkan verir. Bu səbəbdən məhkəmə kollegiyası Təqsirləndirilən şəxs qeyd edilən çəkidə narkotik vasitə heroini öz şəxsi istifadəsi üçün əldə etməsini daha ağlabatan və inandırıcı hesab etməklə yanaşı, onun üzərindən aşkar edilmiş narkotik vasitəni satmaq məqsədi ilə deyil, öz şəxsi istifadəsi üçün qanunsuz olaraq əldə etmə, saxlama və daşıma kimi qiymətləndirir. “Barbera, Messege və Yabardo İspaniyaya qarşı” şikayətlə bağlı qərarında Avropa Məhkəməsi bildirmişdir ki, təqsirsizlik prezumpsiyası nəzərdə tutur ki, məhkəmənin tərkibi öz vəzifələrini icra edərkən, təqsirləndirilən şəxsə istinad edilən cinayətin onun tərəfindən törədildiyi kimi qərəzli mövqedən çıxış etməməlidir və bunu sübut etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür, istənilən şübhə isə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin: 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Cinayət və Cinayət-Prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. 21.3-cü maddəsinə əsasən cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Təqsirləndirilən şəxsin özünü müdafiə xarakterli ifadələri müvafiq sübutlarla təkzib olunmadıqda və ya yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri başqa sübutlarla aradan qaldırmaq mümkün olmadıqda onlar təqsirləndirilən şəxsin xeyrinə həll edilir. 351.2 və 351.3.4-cü maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır, məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə həll edir. 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. 146.1-ci maddəsinin tələbinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilmiş ittiham daxilində baxılır və məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxmaq hüququna malikdir. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1-ci və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında qeyd edilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarı ilə təqsirsizə şərtsiz bəraət verilməsi - hakimin həm vəzifə, həm də mənəvi borcudur. Məhkəmə, Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü təqsirli bilməməsi, fiziki və psixi təzyiqlərə məruz qaldığından ibtidai istitaq zamanı etirafedici ifadələr verməsi və s. ilə bağlı verdiyi ifadəsini onun müdafiə mövqeyinə söykənən şəxsi mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yayınmağa, məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək onun satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda narkotik maddə olan heroini əldə etməsini, saxlamasını və daşımasını sübuta yetirilmiş hesab edir. Təqsirləndirilən şəxs öz müdafiəsi üçün məhkəmə istintaqı zamanı irəli sürdüyü mülahizələri yuxarıda göstərilən sübutlarla şahidlərin ifadələri, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X3” X6 xx.xx.2024-cü il tarixli, 247/MEŞ nömrəli rəyi, Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasından daxil olmuş xx.xx.2024-cü il tarixli məktubu, habelə iş üzrə toplanmış digər sübutların məcmusu və işin faktiki halları, cinayət işinin digər materialları ilə təkzib olunur. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli ilə bağlı, yəni satış məqsədi olmadan külli miqdarda narkotik maddə olan heroini əldə etməsinə dair ibtidai istintaq zamanı dindirilərkən verdiyi və məhkəmə istintaqında tədqiq edilmiş etirafedici ifadəsi iş üzrə digər bütün sübutların məcmusu ilə təsdiq edildiyindən, məhkəmə iş üzrə yekun qərar qəbul edərkən həmin ifadəni də sübut kimi qəbul edir. Məhkəmə, cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları, təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini tədqiq edib Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs hazırkı cinayət işi üzrə olan əməli CM-in 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-1-ci maddəsinə tövsif edilməli və ona həmin maddə ilə cəza təyin edilməlidir. Odur ki, məhkəmə Təqsirləndirilən şəxs əməlini CM-in 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-1-ci maddəsinə tövsif edir. Azərbaycan Respublikasının cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs CM-in 234.1-1-ci maddəsində nəzərdə tutulmuş əməli qəsdən törətmişdir, həmin əməl başa çatmış cinayətdir, təsnifata görə ağır cinayətdir. Beləliklə, məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən CM-in 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir, onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, CM-in 234.1-1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarının 23-cü bəndində qeyd edilir ki, “Məhkəmələr nəzərə almalıdır ki, CPM-in 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi «Deveyer Belçikaya qarşı» iş üzrə qərarında göstərmişdir ki, «ittiham» termininə formal cəhətdən deyil, məzmun cəhətdən anlayış verilməlidir və Məhkəmə ittihamın zahiri təzahürlərinin arxasında nəyin durduğunu nəzərdən keçirməli və ittihamın irəli sürülməsi prosedurunun reallıqlarını araşdırmalıdır. Məhkəmə onu da qeyd edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilən zaman CM-in 58 və 59-cu maddələrinin tələbləri nəzərə alınmalıdır. CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsaslanmaqla təqsirləndirilən şəxsin əvvəllər məhkum olunmamasını, qeydiyyatda olduğu yer üzrə müsbət xarakterizə olunmasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. CM-in 61-ci maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə, cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunmuş cəzanın Təqsirləndirilən şəxs islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini, cəzanı yüngülləşdirən halları nəzərə alaraq Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasını təyin etməklə onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. Məhkəmədə tədqiq edilmiş və xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə, saat 17:10-da şübhəli şəxs qismində tutulmuş, azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, yəni xx.xx.2024-cü il tarixdə, saat 16:00-da tutulmuş hesab edilmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(005)-604/2024 saylı qərarı ilə barəsində 04 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmışdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həbsdə saxlanma müddətinin əvvəli onun azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan hesablanmalı və həbsdə saxlanması müddəti ona təyin olunacaq cəza müddətinə daxil edilməlidir. Belə ki, təqsirləndirilən Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmalıdır. CM-in 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəza çəkmə müəssisələrində cəzasını çəkməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs, ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı, CM-in 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə ekspertizası tədqiqatının dəyəri olan 81 manat Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikasının Dövlət Büdcəsinə keçirilməlidir. Məhkəmə, CM-in 93.1.2-ci maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilməli və o, yaşayış yeri üzrə ərazi narkoloji dispanserdə qeydiyyata götürülməlidir. Məhkəmə, CPM-in 132-ci maddəsinin tələblərinə əsasən hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış və Azərbaycan Respublikası Azərbaycan Respublikası DİN-in BMCMİ-nin Maddi sübutları saxlama yerinə təhvil verilmiş qalıq çəkisi 5,153 qram olan narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Həmçinin, məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış şəxsi axtarış, baxış və götürmə aparılmış videoçəkilişləri özündə əks etdirən 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Müdafiəçi Bakı şəhəri 19 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmə iclaslarında iştirak edərək təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə ümumilikdə 60 saat vaxt sərf etmişdir. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. CPM-in 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, Bakı şəhəri 19 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi təqsirləndirilən şəxsin müdafiəçisi qismində məhkəmə iclaslarında iştirak edərək ümumilikdə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 60 saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs göstərdiyi cəmi 60 saat hüquqi yardıma görə Bakı şəhəri 19 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi üçün 360 manat məbləğində pul köçürülməlidir. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən CPM-in 197-198, 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisində çəksin. Təqsirləndirilən şəxs təyin edilmiş cəzanın əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmaqla həbsdə saxlama müddəti ona təyin olunmuş cəza müddətinə daxil edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. İş üzrə maddi sübut kimi tanınmış və Azərbaycan Respublikası Azərbaycan Respublikası DİN-in BMCMİ-nin Maddi sübutları saxlama yerinə təhvil verilmiş qalıq çəkisi 5,153 qram olan narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış şəxsi axtarış, baxış və götürmə aparılmış videoçəkilişləri özündə əks etdirən 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə ekspertizalarının keçirilməsinə xərclənmiş 81 (səksən bir) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Cinayət işi üzrə xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs göstərdiyi cəmi 60 saat hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabına Bakı şəhəri 19 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi üçün 360 (üç yüz altmış) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu andan, Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən hakim Mahirə Kərimova Hakimlər: Fəxri Məmmədov Anar Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar