Məhkəmə qərarları › İş №1(101)-209/2021

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-209/2021

28.04.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-209/2021 28.04.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Eldar Herov oğlunun sədrliyi ilə, hakimlər Hüseynov Cavid İbadulla oğlu, Əliyev Samir İmamverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibləri X8, X4, dövlət ittihamçıları - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin prokurorları, ədliyyə müşaviri Dövlət ittihamçısı3, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı1 və kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı2, Təqsirləndirilən şəxs, müdafiəçlər - Abşeron rayon Vəkil Bürosunun vəkilləri Müdafiəçi1 və Müdafiəçi2 oğlunun iştirakı ilə, xx xxxx 1991-ci il tarixdə Şamaxı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, “Grapplin və MMA” döyüş növü üzrə fərdi müəllim kimi fəaliyyət göstərmiş, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda yaşamış, 01 fevral 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Şamaxı rayon Məhkəməsinin 02 fevral 2020-ci il tarixli qərarına əsasən barəsində həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs həmyerlisi Zərərçəkmiş şəxs tərəfindən ona qarşı edilən zorakılıq, ağır təhqir və sair qanunsuz hərəkətlərlə qəsdən yaratdığı problemlər nəticəsində ondan hədə-qorxu yolu ilə müxtəlif məbləğdə pullar tələb etməsi, Təqsirləndirilən şəxs həmin pulları vermək imkanı olmamasını bildirməsinə baxmayaraq, 27 yanvar 2020-ci il tarixdə Zərərçəkmiş şəxs bıçaq nümayiş etdirməklə hədə-qorxu ilə ondan 200 manat pul tələb edib almasından və aradan bir-iki gün keçmiş yenə də eyni yolla daha 100 manat pul almasından sonra, 01 fevral 2020-ci il tarixdə saat 01 radələrində Zərərçəkmiş şəxs yenidən hazırkı işdən barəsində ayrıca icraata cinayət işi ayrılmış qeyrisi ilə qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etməklə onun yaşadığı Şamaxı şəhəri, H.Mahmudbəyov küçəsi, ev 14 ünvanında yerləşən evindən çağırılıb ev geyimində iradəsinə zidd olaraq çıxarılarkən, Zərərçəkmiş şəxs tərəfindən ona qarşı yenə də qanunsuz hərəkətlər ediləcəyini fikirləşdiyi üçün onu qorxutmaq məqsədilə evdən zavod üsulu ilə hazırlanmış məişət təyinatlı soyuq silah hesab edilməyən mətbəx bıçağını götürüb əynində olan şalvarın arxa kəmərliyinə qoyaraq, Zərərçəkmiş şəxs təklifi ilə sonuncunun idarə etdiyi "VAZ 2121" Niva markalı **-RO-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa oturacağına əyləmiş, Zərərçəkmiş şəxs maşını idarə edərək qeyrisi ilə birlikdə onu Şamaxı şəhəri ərazisində yerləşən "Yeddi Günbəz" adlı qəbiristanlığın ərazisinə gətirilməklə qanunsuz azadlıqdan məhrum edildiyinə, orada Zərərçəkmiş şəxs yumruq və təpiklə onu vuraraq sağ göz nahiyədə hematoma, gözün ağlı qişasına qansızma kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid bədən xəsarətləri yetirib hədə-qorxu ilə ondan yenidən 100 manat pul tələb etdiyinə, qəbiristanlıq ərazisində Zərərçəkmiş şəxs və sonuncunun təklifi ilə sonradan qəbiristanlığa gəlmiş digər dostları tərəfindən dəfələrlə döyüldüyünə, təhqir edildiyinə və alçaldığına görə, zərərçəkmiş şəxsin mütəmadi qanunsuz davranışı ilə əlaqədar yaranmış uzun sürən dözülməz psixi şərait nəticəsində qəflətən baş vermiş güclü ruhi həyəcan (affekt) vəziyyətində qəbiristanlıqda Zərərçəkmiş şəxs bədəninin müxtəlif nahiyələrinə bir neçə dəfə vuraraq ayrı-ayrılıqda və ümumilikdə yetirilən anda həyat üçün təhliükəli olan sağlamlığa ağır zərərvurmaya aid döş qəfəsinin sağ yarısında öndə iki ədəd, arxa səthində sağda iki ədəd boşluğa keçib qara və ağ ciyərləri zədələyən, həmçinin sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid boynun sol yan səthində bir ədəd, sol əlin ovuc səthində iki ədəd yaralar kompleksi nəticəsində daxilə və xaricə kütləvi qanitirmələr, hemotravmatik şok nəticəsində ölümünə səbəb olmuş xəsarətlər yetirməklə, Zərərçəkmiş şəxs qəflətən baş vermiş güclü ruhi həyəcan (affekt) vəziyyətində qəsdən öldürmüşdür. İbtidai istintaq orqanı tərəfindən isə həmin hərəkətlərinə görə Təqsirləndirilən şəxs mərhum Zərərçəkmiş şəxs qisas almaq məqsədilə qəsdən öldürmə cinayətini törətməyə görə Azərbaycan Respublikası CM-nin 120.1-ci maddəsi ilə ittiham verilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittiham üzrə bütün sübutlar tam, hərtərəfli və obyektiv araşdırıldı, bu zaman ibtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxsə qarşı Azərbaycan Respublikası CM-nin 120.1-ci maddəsi ilə irəli sürülmüş ittihamın öz təsdiqini tapmadığı, onun Cinayət Məcəlləsinin 122.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi müəyyən olundu. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, 2020-ci il yanvar ayının ortalarında Ruslan ona zəng etmiş, həmin vaxta qədər o, Ruslanın nömrəsini tanımamış, lakin adını eşitmişdir. Ruslan telefonda ondan "Orxan necəsən" deyə soruşmuş, o da, yaxşı olduğunu bildirmiş və kim olduğunu soruşmuşdur. Danışdığı şəxs güləşçi Zərərçəkmiş şəxs olduğunu ona demiş, onunla işi olduğunu bildirmişdir. Ruslandan harada olduğunu soruşmuş, sonuncu, univermağın yanında olduğunu demişdir. O, həmin yerə getmiş, əvvəldən tanıdığı Fərhadla Ruslanın dayandıqlarını görüb onlara yaxınlaşmışdır. Ruslan onunla söhbəti olduğunu bildirib, gedib rahat bir yerdə söhbət etmələrini istəmişdir. Təqsirləndirilən şəxs sözlərinə görə, bundan əvvəl onun həmin Fərhadla qız söhbəti olmuşdur. Belə ki, o, Ramilə adlı bir qızı sevmiş və Fərhadın da həmin qızı istədiyini eşitmişdir. Buna görə Ruslanın təklifi ilə onlar “Qədim Şamaxı» çay evinə getmişlər. Orada söhbət edərkən Ruslan ona düz hərəkət eləmədiyini, gücünə güvənib qızı Fərhadın əlindən aldığını bildirmişdir. O, həmin şəxslərə düz danışmadıqlarını sübut etmiş və bundan sonra Ruslan guya orada bu söhbəti bağlamış, Fərhada bundan sonra həmin qıza yaxın durmamasını bildirmişdir. Təxminən bir həftə və ya on gün sonra Fərhad ona mesaj yazaraq əsgərliyə getdiyini bildirmiş və “Qədim Şamaxı» çay evinə gəlib çay içməyi təklif etmişdir. O, Fərhada işi olduğunu, həmçinin dərsə tələsdiyini demiş, lakin onsuz da həmin istiqamətə gedəcəyini, atasının sənədlərini aparacağını fikirləşib oradan qayıdanda onlara baş çəkməyi qərara almışdır. Fərhad ona qrup yoldaşlarının da orada olduğunu və yeyib-içdiklərini söyləmişdir. O, həmin yerə gedəndə heç kimin olmadığını, biri sağda, digəri solda olmaqla iki bağlı kabinet olduğunu görmüşdür. Sol tərəfdəki kabinetdən Fərhad çıxaraq onunla salamlaşmış və içəri keçmişdir. Bu vaxt Ruslan çölə çıxıb salamsız-kəlamsız ona "bura gəl Orxan, səninlə işim var" demişdir. Həmin vaxt onun dalağı sancmış və yenə də nəsə baş verdiyini fikirləşmişdir. O, içəri keçmiş və orada Ruslandan əlavə üç nəfərin də olduğunu görmüş, həmin şəxsləri tanımamışdır. Stolun üstündə içki də olmuşdur. Ruslan ona "bu nə hərəkətdir, bilirsən ki, bu oğlan da həmin qızı istəyir, durub ona acıq edirsən, qızla əl-ələ yapışıb gəzirsən" sözlərini demişdir. O, Ruslana orada tanımadığı adamların olduğunu deyərək, çıxıb çöldə söhbət etmələrini təklif etmiş, anlaşılmazlıq olduğunu bildirmişdir. Ruslan stolun üstündə olan bir bakal viskisini də içmiş və ona "gəl dalımca" demişdir. Həmin vaxt Ruslan "Niva" markalı maşını üzü “Şirvan kluba» tərəf saxlamışdır. Onlar gedib maşında Ruslan qabaqda, o isə, arxada oturmuşdur. Bundan sonra Fərhad gəlib onun yanında oturmuş, sonra bir oğlan da gəlib Fərhadın yanında arxada, daha sonra bir nəfər də gəlib qabaq oturacaqda əyləmiş və onlar maşında beş nəfər olmuşlar. Həmin vaxt Ruslan jarqon ifadələrlə danışmağa başlamış, ona "qaqaş, deyəsən sən bizi başa düşmədin", "biz qardaşımızı yemə buraxmarıq" sözlərini demişdir. Ruslan yolda qəbiristanlığa getməyi təklif etmiş, o isə, qəbiristanlıqda nə işləri olduğunu soruşmuşdur. Ruslan "sən idman müəllimi deyilsən, mən səninlə döyüşmək istəyirəm" sözlərini demişdir. O, döşəkdə döyüşdüyünü bildirmiş, Ruslan isə təkrar qəbirstanlığa gedib onunla döyüşəcəyini söyləmişdir. Sonra onlar taxıllıq deyilən yerə gəlmiş, Ruslan maşını saxlamış və qabaqdakılar düşmüşdür. Ruslan maşından düşüb getmiş və arxaya dönərək arxasınca gəlməsini demiş, o da, maşından düşüb Ruslanın dalınca getmişdir. Sonra o, Ruslana yaxınlaşanda, sonuncu ondan yapışmış, taxta qulplu bıçağı çıxarıb "mən sənə görə qardaşımı fuflo çıxarmışam, mən sənə görə qardaşımı obijat eləmişəm" sözlərini demiş, bunu deyəndən sonra onu yerə yıxıb iki yumruq vurmuşdur. Sonra bıçağı çıxarıb onun boğazına dirəmiş, ona "sənin nujdan" sözlərini demiş, o, “Nujda» sözünün qız adı olduğunu fikirləşmişdir. Ruslan iki yüz manat pul lazım olduğunu deyərək ondan həmin pulu tələb etmiş, o isə, iki yüz manatı olmadığını demişdir. Sonra Ruslan "sən müəllim deyilsən?" deyib iki dəfə onu vurmuş və onun alnı şişmişdir. Ruslan bıçağı onun boğazına dirəyib şram qoyacağını söyləmiş, buna görə o, razı olduğunu bildirmişdir. Ruslan pulu axşam saat 12-ə qədər çatdırmalı olduğunu demiş, o isə, həmin vaxta qədər tapa bilməyəcəyini deyəndə, Ruslan yenə onu iki dəfə vurmuşdur. Sonra o, dostu Bəxtiyara zəng edib yalvar-yaxar etmiş və 200 manat pul lazım olduğunu bildirmişdir. Bəxtiyar həmin pulun nəyə lazım olduğunu soruşmuş, o, məktəbdə uşaqların pulunu yığdığını, lakin itirdiyini söyləmişdir. Bəxtiyar 150 manat tapmış, 50 manatı da Xəqani adlı dostundan almışdır. Sonra “Qədim Şamaxı»ya gəlmiş və Fərhad onun qabağına çıxmışdır. Arxasınca Ruslan çıxmış, o, pulu çıxarıb vermiş və Ruslan söhbətin bağlandığını bildirmişdir. Təqsirləndirilən şəxs ifadəsində həmçinin göstərdi ki, bunun üstündən bir-iki gün keçmiş Ruslan zəng edib onunla salamlaşıb kefini soruşmuş və sonra onun dalınca gəldiyini, sözünün olduğunu bildirib çölə çıxmasının istəmişdir. O, çölə çıxanda Ruslanın “Niva» maşınını üzü yuxarı saxladığını, maşında başqa heç kim olmadığını görmüşdür. Ruslan ona maşına oturmasını bildirmiş və o, maşına oturmuşdur. Ruslan qardaşlarının olduğunu, onlara təcili 100 manat pul lazım olduğunu bildirmişdir. O, ayın axırı olduğunu, heç kimdə pul olmadığını və tapa bilməyəcəyini söyləmişdir. Bunu deyəndən sonra Ruslan cibindəki çəhrayı dəstəkli, üstü güllü mətbəx bıçağını göstərib "həmin hərəkət təkrarlanmasın" sözlərini dedikdən sonra o, həmin pulu tapacağını demişdir. O, bibisi oğlu Əli Məmmədovdan 100 manat alıb Ruslana vermişdir. Təqsirləndirilən şəxs ifadəsinə görə, 31 yanvar 2020-ci il tarixdə Fərhad ona “Votsap”da mesaj yazaraq görüşmək istədiyini bildirmiş, o isə, bir neçə gün qabaq Ruslanın ona hədə-qoxu gələrək pul tələb edib aldığını xatırlayıb, yalandan yorğun olduğunu və görüşə bilməyəcəyini demişdir. Daha sonra onun mobil telefonuna iki dəfə Zərərçəkmiş şəxs zəng etmiş və o, telefon zənglərinə cavab verməmişdir. Artıq 01 fevral tarixə keçən gecə saat 1-ə işləmiş ona Şahid1 telefonundan zəng gəlmiş, o da, Məsimi əvvəlcədən tanıdığına görə zəngə cavab vermişdvir. Məsim onunla hal-əhval tutduqdan sonra telefonu Ruslana vermiş, sonuncu, onunla görüşmək istədiyini bildirmişdir. O isə, həmin vaxt artıq yataqda olmuş, yorğun olduğunu və evdəkilərin narahat olacağını deyərək görüşməkdən imtina etmişdir. Ruslan ona evlərinin qapısının ağzında olduğunu və beş dəqiqəlik söhbəti olduğunu söyləyərək bayıra çıxmasını istəmişdir. O, əyninə köynək də geyinmədən, maykanın üstündən vetrovka, ayağına isə “şəpi” dedikləri tərliyi geyinib çölə çıxmışdır. Evdən çıxmaq istəyəndə Ruslanın danışığından şübhələnmiş, həmçinin əvvəllər də Ruslanın ona hədə-qorxu gəlib iki dəfə pul aldığını fikirləşərək, Ruslanı qorxudub sonra aradan çıxmaq məqsədilə mətbəxdən bıçağı götürüb belinə qoymuşdur. Bu zaman o, qapının ağzında Ruslanla danışıb tez geri qayıdacağını fikirləşmişdir. Onun harasa, hansısa söhbət etmək və dalaşmaq fikri olsaydı, yəqin ki, əyninə normal paltar, ayağına ayaqqabı geyinib küçəyə çıxardı. Ruslan görüşə özünün idarə etdiyi ağ rəngli “Niva” markalı maşında gəlmiş, qabaq oturacaqda Şahid1 oturduğunu görmüşdür. Ruslan ona maşına oturmağı təklif etmiş, o isə, gecə vaxtı oldğunu, evdəkilərin narahat olacağını bildirərək, nə söhbəti varsa, elə evin qarşısında eləməyi təklif etmişdir. Məsim ona “adam yeyən” olmadıqlarını bildirərək, maşına oturub söhbət etmələrini təklif etmiş, özü oturacaqdan durub onun arxa oturacağa minməsinə şərait yaratmış, sonra isə Məsim öz yerində qabaq sərnişin oturacağında əyləşmişdir. O, oturan kimi Ruslan maşını aşağı istiqamətdə sürmüş, onun maşından düşmək imkanı olmamışdır. Ruslan yolda ona "sən Məsimi necə oğlan kimi tanıyırsan" deyə soruşmuş, o, "Şükür Allaha, məhlə uşağımdır, yaxşı oğlandır" cavabını vermişdir. Sonra Ruslan "məni necə oğlan kimi tanıyırsan" sualını vermiş və çönüb ona bir sillə vuraraq, "sənə demirəm məni necə oğlan kimi tanıyırsan, bərkdən de" sözlərini söyləmişdir. O, "yaxşı oğlan kimi tanıyıram, ay Ruslan" cavabını vermişdir. Ruslan Məsimin yanında ondan indiyə qədər nə qədər pul aldığını soruşmuş, həmin vaxt Məsim də ona baxmışdır. O, 200-300 manat aldığını demiş, sonra Ruslan sabaha təcili pul lazım olduğunu bildirmişdir. O, ayın axırı olduğunu və heç kimdən pul tapa bilməyəcəyini söyləmişdir. Ruslan onun başa düşmədiyini, gedib onu qəbiristanlıqda başa salacağaını demişdir. O, Ruslana qorxduğunu və buna ehtiyac olmadığını söyləsə də, Ruslan qəbiristanlığa gizlənpaç oynamağa getdiklərini bildirmişdir. Ruslan maşını sürərək “Yeddi Günbəz” qəbiristanlığına gəlmişlər. O, yolda and-aman edərək Ruslandan evə qayıtmağı xahiş etmişdir. Bu vaxt qardaşı ona zəng etmiş və qardaşına tezliklə evə gələcəyini bildirmişdir. Qəbiristanlığa çatanda əvvəlcə Ruslan maşından düşmüş, ona da maşından düşməsini demişdir. Qabaq oturacaqda əyləşən Məsim maşından düşdükdən sonra o da, "Niva"dan düşmüş və düşən kimi Ruslan onun boynundan yapışıb bir neçə dəfə onu vurmuşdur. O, yerə yıxılmış və Ruslan sabaha 100 manat pul çatdırmalı olduğunu demişdir. Ruslan Məsimdən ona nə qədər borcu olduğunu soruşmuş, Məsim isə bilmədiyini demişdir. Ruslan Məsimə 49 manat borcunun olduğunu, 49 manatı Məsimə, qalanını isə özünə çatdırmaq üçün verməyini bildirmişdir. O, Allaha and icərək pulunun olmadığını demiş, bu vaxt Ruslan onun boğazından tutmuş, həmin vaxt Ruslanın telefonuna zəng gəlmişdir. Telefonda Ruslanla danışan şəxs onların olduqları yeri soruşmuş, Ruslan da qəbiristanlıqda olduqlarını və bir balaca işləri olduğunu demişdir. Sonra Ruslan danışdığı şəxsə "gör səninlə kim danışmaq istəyir" deyib telefonu onun qulağına qoymuşdur. O, kim olduğunu soruşmuş, Ruslan da MMA müəllimi Orxan olduğunu demişdir. Ruslan telefonu onun qulağına qoyub "denən Nurlan bizim boyük qardaşımızdır" sözlərini deməsini istəmiş, o da, həmin sözləri telefonda demiş və bir də təkrar etmiş, sonra "Ruslan da bizim böyük qardaşımızdır" sözlərini deməyə onu məcbur etmişdir. Daha sonra Ruslan telefonu almış və sabaha pulu çatdırmasını tələb etmişdir. O, maşına tərəf gedəndə Ruslan onu təpiklə vurmuş və onu maşına mindirmişdir. Üzü aşağı gedəndə üzbəüz maşın gəlmiş, həmin maşının sarı ksenon işıqları yandırılmış və Ruslan idarə etdiyi maşını həmin maşının yanında saxlamışdır. Həmin "Priora" markalı maşından Nurlan, Yadigar və Elmar düşüb Ruslangillə görüşmüşdür. Həmin şəxslər maşında kim olduğunu soruşmuş, Ruslan "Orxandır da, sizin MMA müəllimi" sözlərini demişdir. Bu vaxt Yadigar "onu düşürdün görüm" sözlərini demişdir. Onu maşından düşürmüşlər və həmin vaxt "Niva"ya söykənmiş vəziyyətdə olmuşdur. Yadigar ona yaxınlaşıb "a, sən Orxan deyilsən, MMA müəllimi, sən bizim böyük qardaşımıza qarşı nə çaşa bilərsən" sözlərini deyib ona iki şillə vurmuşdur. Bu vaxt Ruslan da yaxınlaşıb əlinin içi ilə iki dəfə onun alnının ortasından vurmuş və ona "başa düşdün sən" sözlərini demişdir. Sonra Yadigar əlini onun boynuna salıb maşına tərəf aparmış, həmin vaxt o, söhbətin qurtardığını, onu maşına mindirib aparacağını fikirləşib sevinmişdir. Yadigar onu "Niva"nın arxasına aparmış, təxminən 4-5 metr aralandıqdan sonra Yadigar ona "Orxan, biz səni yaxşı tanıyırıq, sən belə oğlan deyilsən" sözlərini demişdir. Həmin vaxt o, digər şəxslərin etdikləri söhbətləri, yəni Yadigarın kəllə vuracağını dediklərini eşitmişdir. Həmin vaxt Ruslan "Yadigarın vurduğu kəllədən kim ayılıb ki, Orxan da ayıla" sözlərini işlətmişdir. Anidən Yadigar ona kəllə vurmuş, o, həmin vaxt diz qapaqlarının yerə dəydiyini hiss etmişdir. Bu zaman Yadigar onu arxadan vurmuş, Ruslan da yaxınlaşaraq qabaqdan zərbələr vurmuşdur. Bu vaxt o, yerə yıxıldığından əli, qolu ilə başına zərbələr dəyməsinə mane olmağa çalışmışdır. Daha sonra Yadigar "deyəsən bu başa düşmədi, gəlin aparaq normal başa salaq" sözlərini demiş və o, döyüldüyündən yarıhuşsuz vəziyyətdə olmuş, Məsimlə Ruslan onu "Niva"ya mindirib təzədən irəli aparmışlar. Sonra maşını saxlayan kimi onun boynundan tutub maşından çıxarıb döyməyə başlamışlar. Digər “Priora” maşında olan şəxslər də onların yanına gəlmişlər. Ruslan, Məsim və “Priora” maşınında olan şəxslər hamısı onu yerdə olduğu vəziyyətdə təpikləməyə başlamış və o, artıq heç kəsə müşavimət göstərə bilməmişdir. Hesab etmişdir ki, artıq onun axırıdır və həmin şəxslər onu öldürəcəklər. Birdən onun gözünə xırda ulduzlar görünmüş və qulağına uğultulu səslər gəlmişdir. Bundan sonra aldığı zərbələrin təsirindən nə baş verdiyini xatırlamamışdır. Özünə gələndə o, “Niva” maşınının yanında olduğunu görmüş, kimsə “ay Orxan, ay Orxan» demiş, "Priora"nı sürən Nurlan ona Ruslanı öldürdüyünü demişdir. O, həmin vaxt özündə olmamış, Nurlanın sözlərini eşidəndən sonra özünə gəlmişdir. O, belinə qoyduğu bıçağı necə çıxardığını, Zərərçəkmiş şəxs necə bıçaqla vurduğunu, nəcə ayağa qalxdığını, onu döyən şəxslərdən necə uzaqlaşdığını və “Niva” markalı maşının yanına necə gəldiyini, hətta necə qışqırdığını xatırlamamışdır. Sonradan orada olan şəxslərin ifadələrindən bilmişdir ki, hadisə baş verəndə o, özündən asılı olmayaraq qeyri-iradi qışqırmışdır. Nurlan ona maşına oturmasını bildirib hara sürməsini soruşmuş, o da, polis şöbəsinə sürməsini bildirmişdir. Nurlan şöbədə svetoforun yanında maşını saxlamış, o, şöbəyə girərək Ruslanı vurduğunu, lakin ölüb-olmədiyini bilmədiyini demişdir. Polis əməkdaşları ona inanmamış, çünki bir-iki gün əvvəl polis şöbəsinin döşəməsini düzəltmiş, polis əməkdaşlarının hamısı onun xətrini istəmişlər. O, bıçağı təqdim etmiş, sonra polis əməkdaşları zəng edib soruşduqda Ruslanın öldüyü məlum olmuşdur. Təqsirləndirilən şəxs bildirdiyinə görə, Zərərçəkmiş şəxs ona qarşı qanunsuz davranışları nəticəsində artıq bezmiş, ondan yaxa qurtarmağın yollarını tapa bilməmiş, rayon yeri olduğuna görə Zərərçəkmiş şəxs barəsində polis orqanına şikayət etmək istəməmişdir. Ölüm hadisəsi baş verən gün də, bəlkə bıçağı nümayiş etdirəcəyi təqdirdə Ruslanın ondan əl çəkəcəyini fikirləşmiş, evdən çıxarkən özü ilə mətbəx bıçağını götürmüş və son ana qədər səbir göstərərək bıçaqdan istifadə etməmişdir. Artıq aldığı zərbələrin təsirindən qəbiristanlıqda ölə biləcəyini gözünün qabağına gətirmiş və nə vaxt həmin bıçağa əl atdığını xatırlamamışdır. Proses iştirakçıalrının suallarını cavablandıran Təqsirləndirilən şəxs bildirdi ki, Ruslanla hadisədən əvvəl münasibəti olmamiş, onu rayon sakini kimi tanımışdır. Ruslan özünü kriminal aləmin adamı kimi aparmışdır. Hadisədən qabaq Ruslanın ondan pul alması və tez-tez hədələməsinə görə Ruslandan qorxduğu üçün və rayon yeri olduğuna görə şikayət etməmişdir. Çünki Ruslanın hər dəfə 3-4 nəfərlə onun üstünə gələ biləcəyindən qorxmuşdur. Yadigarı heç tanımamış, hadisədən sonra bilmişdir ki, Yadigarın atası sovxoz direktoru olmuşdur. Nurlan isə onların məhləsindən aşağıda yaşamış, məhlə uşağı olduğu üçün tanımışdır. Məsim arxa tərəfdə onlardan üç tin aşağıda yaşamışdır. Həmin şəxslər Ruslanla oturub yeyib-içmişlər. Hadisə vaxtı onu Yadigar, Nurlan və hamısı hərə bir tərəfdən vurmuşdur. Kəllə ilə onu Yadigar vurmuşdur. Qəbiristanlıqda 3 nəfər "Priora"da, iki nəfər də "Niva"da olmaqla onunla birlikdə 6 nəfər olmuşlar. Həmin vaxt Fərhad orada olmamışdır. Danışdığı üç epizodun hamısında Fərhad da iştirak etmişdir. Hadisə vaxtı o, özünü qorumuş, heç kimi vurmamışdır. Həmin vaxt onu arxadan, qabaqdan, sağdan, soldan kimin vurduğunu ayırd edə bilməmişdir. Həmin vaxt bıçağın qarşısına təsadüfən Ruslan keçdiyinə görə yəqin bıçaq ona dəymişdir. Bəlkə də ən çox Ruslan onu vurduğuna görə bıçaq Ruslana dəyib, həmin şəxs Nurlan da, Yadigar da ola bilərmiş, amma sırf Ruslanı seçib vurmamışdır. Nurlan onu silkələyib Ruslanı öldürdüyünü bildirəndə o, ayılmış və özünə gəlmişdir. O, qışqırğırdığını ən axırda Nurlanın yanında əlində bıçaq olanda hiss etmiş, bağırarkən dərk etmədən və özündən asılı olmadan bunu etmişdir. O, evdən çıxanda bıçağı belinə qoymuş, bıçağın iti yeri aşağı olmuşdur. Döyülən zaman, aşağı, yuxarı oturanda, qalxanda, yeriyəndə bıçaq düşməmiş, nə də onu zədələməmişdir. Həmin vaxt şalvar, üstündən isə vetrovka geyinmiş, bıçaq şalvarı zədələməmişdir. Ruslana ilk dəfə pul verməyi ilə hadisə baş verən günün arasında təxminən 4-5 gün keçmişdir. Ruslanı ödürmək kimi bir fikri olsaydı, bunun üçün bir neçə dəfə imkanı olmuşdur, lakin o, bunu etməmişdir. Çünki hadisə günü maşına oturanda onun belində bıçaq olmuş və Ruslanın idarə etdiyi maşının arxa oturacağında oturub xeyli yol sərf edərək qəbiristanlığa qədər getmişlər. Bu vaxt onun yanında arxa oturacaqda heç kəs olmamış və Ruslandan qisas almaq üçün onu öldürmək niyyəti olsaydı, bıçağı çıxarıb arxadan Ruslanı vura bilərdi, həmin vaxt bu işi görməyə heç kəs ona mane olmamışdır. Bundan başqa, qəbiristanlığa gəlib orada dəfələrlə Ruslan tərəfindən döyülməsinə, bu işdə dostlarının Ruslana kömək edib onu döymələrinə baxmayaraq, o, yenə də son ana qədər bıçağa əl atmamışdır. Fikirləşmişdir ki, Ruslan onu döysə də, axırda dayanacaq və ona evə qayıtmağa imkan verəcəklər. Lakin Ruslan onu döyməkdən və onu təhqir edib rayon uşaqlarının yanında alçaltmaqdan əl çəkməmiş, buna görə də özü də bilmədən belində gəzdirdiyi bıçağa əl atmışdır. Hadisələrin bu cür sonlanmasına və özü də istəmədən Zərərçəkmiş şəxs ölümünə bais olmasına görə çox peşmandır. İş üzrə zərərçəkmiş şəxsin hüquqi varisi X10 məhkəmə iclaslarının vaxtı və yeri barədə dəfələrlə məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş və məhkəməyə ünvanladığı 17.08.2020-ci il tarixli teleqramda oğlu Zərərçəkmiş şəxs ölümü ilə bağlı heç kimdən şikayəti və tələbinin olmadığını bildirərək, məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Bununla əlaqədar, məhkəmə iclasında adı çəkilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq edildi. Zərərçəkmiş şəxsin hüquqi varisi Adil Surxayev həmin ifadəsində bildirmişdir ki, mərhum Zərərçəkmiş şəxs onun yaşca ikinci övladı olmaqla əvvəllər sərbəst güləşlə məşğul olmuş, dəfələrlə respublika və beynəlxalq səviyyəli yarışlarda nailiyyətlər qazanmışdır. Ruslan 2014-cü ildə Aygün Surxayeva ilə ailə qurmuş və onların iki övladı var. Ruslan son vaxtlar güləş müəllimliyi etmişdir. 2019-cu ilin sonlarınadək Ruslan öz ailəsi ilə Bakı şəhərində yaşamış, yeni il bayramını keçirmək üçün ailəsi ilə Şamaxı şəhərinə gəlmişdir. Ruslan müvəqqəti qayıtsa da, bir müddətdən sonra Şamaxı şəhərində zal icarəyə götürüb uşaqlara güləş dərsi deməyi fikirləşmişdir. Lakin 01 fevral 2020-ci il tarixdə onun öldürülməsi ilə nəticələnən hadisə baş vermişdir. Ruslanı öldürmüş Təqsirləndirilən şəxs isə ümumiyyətlə tanımamış, əvvəllər heç vaxt görməmişdir. Orxanın oğlunu hansı səbəbdən öldürməsi, necə və harada öldürməsi barədə məlumatı olmamışdır. 01 fevral 2020-ci il tarixdə Bakı şəhərində yaşayan oğlu Emilgildə yatarkən mobil telefonuna zəng gəlmiş, cavab verdikdə qohum-əqrabadan xatırlamadığı şəxsin oğlu Ruslanın dalaşdığını bildirib onu Şamaxı şəhərinə çağırmışdır. Şamaxı şəhərinə gəldikdə isə Ruslanın öldürüldüyü ona məlum olmuşdur. Bundan başqa, X6 özünə məxsus olan (050)737-48-47, (050)625-23-04 mobil nömrələrini “Redmi” markalı mobil telefonda istifadə etdiyini, hadisədən sonra həmin mobil telefonu axtarsalar da tapa bilmədiklərini, həmçinin oğlunu öldürməsi ilə əlaqədar Təqsirləndirilən şəxs və ya digər bir şəxsdən şikayət və ya tələbinin olmadığını bildirmişdir (cild 1, iş vərəqi 247-250). Məhkəmə iclasında dindirilən Şahid1 ifadəsində bildirdi ki, Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs tanımış, onlardan Ruslanla daha yaxın münasibəti olmuşdur. 31 yanvar 2020-ci il tarixdə saat 21 radələrində tanışları Yadigar, Nurlan və Elmarla birlikdə Şamaxı şəhərindəki “Savalan” restoranında kabinetlərdən birində oturub yemək yemiş, litr yarım çaxır içmişlər. Bu zaman Ruslan da onların yanına gəlib birlikdə yemək yemişdir. Restorandan çıxıb gedərkən Ruslan ona idarə etdiyi “NİVA” markalı avtomobillə getməyi təklif etmiş, Ruslanın avtomobildə tək getməməsi üçün maşına oturmuşdur. Yolda olarkən Ruslan kiməsə zəng vurmuş, lakin telefona cavab verilmədiyindən, onun telefonu ilə zəng vurmuşdur. Sonra Ruslan kiminləsə telefonda danışmağa başlamış, həmin şəxslə görüşmək istədiyini bildirmişdir. Ruslanın danışdığı şəxsin evinin qarşısına gəldikdə, həmin şəxsin Təqsirləndirilən şəxs olduğunu başa düşmüşdür. Orxan evlərindən çıxaraq onların maşınına yaxınlaşmış, gec olduğunu və nə söhbəti varsa evin qarşısında edib ayrılmalarını xahiş etmişdir. Lakin Ruslanın təkidi ilə Orxan avtomobilin arxa oturacağına əyləşmiş, o isə, Ruslanla qabaq oturacaqda oturmuşlar. Ruslan maşını şəhərin aşağısı istiqamətində sürmüşdür. X17 “Məsini və məni necə oğlan kimi tanıyırsan” deyə soruşmuş, Orxan hər ikisini yaxşı oğlan kimi tanıdığını bildirmişdir. Bu zaman Ruslan heç bir səbəb olmadan Orxana bir şillə vurmuşdur. Bundan sonra “Yeddi Günbəz” adlanan qəbirstanlığa gəlmişlər. Qəbiristanlığın girişinə çatdıqda Ruslan avtomobili saxlamış və avtomobildən düşmüşlər. Ruslan Orxana təcili olaraq ona 100 manat verməsini bildirmişdir. Orxan buna imkanı olmadığını dedikdə, Ruslan gözlənilmədən Orxana 3-4 dəfə yumruq zərbəsi vurmuş, o isə, araya girərək Ruslanı ayırmışdır. Sonra yenidən maşına əyləşərək Şamaxı şəhəri istiqamətinə gəlmişlər. Qəbirstanlıqdan aralaşmaq istəyən zaman tanışı Nurlanın ağ rəngli “LADA Priora” markalı avtomobilinin qarşılarında saxladığını görmüş, Zərərçəkmiş şəxs Nurlanı görüb avtomobilini dayandırmış, hamısı avtomobildən düşmüş, “LADA Priora” markalı avtomobildən də Nurlan, Yadigar və Elmar düşmüşlər. Avtomobildən düşdükdən sonra Ruslan yenə Orxanı yumruqla vurmağa başlamış, o, araya girərək yenə onları aralamışdır. Bundan sonra tualetə getmək üçün oradan aralaşmış və orada nə baş verdiyini görməmişdir. Təbii ehtiyacını ödədikdən sonra yenə Ruslangilin yanına gəlmiş və bu zaman hamı avtomobillərə oturmuşdur. O da, Ruslan və Orxanla birlikdə avtomobilə əyləşmişdir. Ruslan avtomobili yenidən qəbiristanlığın içinə doğru sürmüş, qəbirstanlığın yuxarı hissəsində Ruslan avtomobili saxlamış və onlar avtomobildən düşmüşlər. Ruslan Orxanı qırağa çəkib söhbət etməyə başlamış, bu zaman Yadigar da onlara yaxınlaşmışdır. O, Elmar və Nurlan isə Ruslanla Orxanın söhbətinə baxmışlar. Həmin vaxt gecə təxminən 1-2 radələri olmuşdur. Yadigar birdən Orxana kəllə ilə vurmuş və Orxan dizləri üstə çökmüşdür. Bu zaman Ruslan Orxanı yerdə vurmağa başlamışdır. Birdən Ruslan yerdən duraraq qaçmış və Orxandan uzaqlaşmışdır. Ruslan təxminən 10 metr uzaqlaşdıqdan sonra yerə yıxılmışdır. Onlar dərhal Ruslana yaxınlaşdıqda paltarının qan olduğunu gördükləri üçün sonuncunu avtomobilinə aparıb arxa oturacağa uzatmışlar. Daha sonra Yadigar sürücü tərəfdən, o, ön sərnişin tərəfdən, Elmar isə arxa oturacaqda Ruslanın yanında əyləşdikdən sonra oradan uzaqlaşmış və Ruslanı Şamaxı rayon mərkəzi xəstəxanasına aparmışlar. Nurlan isə Orxanı avtomobilinə əyləşdirib rayon polis şöbəsinə aparmışdır. Şahid1 verilən suallara cavab olaraq bildirdi ki, Ruslan Orxandan 100 manat pul istəmiş, lakin nə məqsədlə istədiyini o, bilməmişdir. Qəbiristanlıqda olanda Ruslan Orxanı şillə və yumruqla vurmuş, lakin Orxan Ruslanı vurmamışdır. Onlar kənarda durub Ruslanın Orxanı döyməsinə baxmış, Yadigar kəllə ilə Orxanı vurmuş, sonra isə Ruslan Orxana badalaq vuraraq yerə yıxmış və üstünə çıxaraq yumruq və təpik zərbələri vurmuşdur. Birdən Ruslan durub qaçmağa başlamış, Orxan da qışqıraraq onun dalınca qaçmışdır. Sonra onlar da həmin istiqamətə qaçmış, çatanda görmüşlər ki, Ruslan qan içərisində besedkanın yanında uzanmışdır. Hadisədən sonra Orxan qışqırmağa başlamış, lakin qışqırıb nə dediyini o, başa düşməmişdir. Orxan qışqırarkən Ruslanı bıçaqla vurub öldürdüyünə və məqsədinə çatdığına görə sözlər deməmiş, sadəcə başa düşülməyən halda yersiz şəkildə bağırmışdır. Orxan bu zaman hansısa mənasız sözlər demiş, qışqırıb bağırmışdır. O, Orxanın dediklərinin mənasını başa düşməmişdir. Hadisə baş verən vaxt orada onlardan başqa Nurlan, Elmar və Yadigar da olmuşlar. Hadisə baş verən ərazi tam qaranlıq olmuş, hadisədən qabaq Nurlangil onların qəbiristanlıqda olmağını bilməmişlər. Bu barədə Ruslana zəng gələndə Nurlangil bilmişlər. Orxanın boynunu qolları arasında sıxıb saxlayarkən Ruslana zəng gəlmiş və kiminləsə danışmışdır. Orxanın sifətinə kəllə ilə vurulmamışdan əvvəl “Yadigarın vurduğu kəllədən hələ heç kimin durmamışdır” sözlərini eşitmiş, ancaq bu sözləri kimin işlətdiyini bilməmişdir. Ruslan maşını sürüb qəbiristanlaq istiqamətində getdikdə, Orxan Ruslana qəbiristanlıqdan qorxduğunu, nə söhbəti varsa dayandıqları yerdə etməyi təklif etmiş, lakin Ruslan öz bildiyi kimi edərək maşını qəbiristanlığa sürmüşdür. Ruslan güləşçi olduğuna görə rayonda özünü kriminal kimi aparmışdır. Məhkəmə iclasında dindirilən şahid X11 ifadəsində bildirdi ki, mərhum Zərərçəkmiş şəxs Şamaxı şəhər sakini kimi tanımış, Ruslanın Emil adlı qardaşı ilə dostluq etmişdir. Təqsirləndirilən şəxs da Şamaxı şəhər sakini kimi tanımış, sonuncu ilə münasibətləri normal olmuşdur. O, Orxanla oxuduqları kollecdə təhsil alan 2-ci kurs tələbəsi, sonuncunun qrup yoldaşı Ramilə adlı qızı sevmişdir. Həmin məsələni Orxanla bir neçə dəfə “Qədim Şamaxı” adlanan çay evində oturub söhbət edərək aydınlaşdırmışlar. O, Orxana Ramiləni sevməyi barədə demiş, Orxan isə qızın onu sevdiyini bildirib geri çəkilməyini istəmişdir. O da, bununla razılaşmışdır. Hadisədən təxminən 1 ay əvvəl Orxanla birlikdə “Qədim Şamaxı” çay evində olarkən Ruslan da oraya gəlmiş, aralarında nə problem olduğunu soruşduqda o, Orxanla Ramilə adlı qız barəsində problemləri olduğunu, hər ikisinin həmin qızı istədiklərini demişdir. Ruslan qız kimə hə deyirsə, digərinin çəkilməli olmasını bildirdikdə, onlar qızın Orxanı sevdiyini demişlər. Orxan da Ruslana Ramilə ilə bir-birlərini sevdiklərini, gələcəkdə ailə həyatı quracaqlarını söyləmişdir. Bundan sonra Ruslan ona ərklə bir şillə vurub bu söhbətdə Orxanın düz olduğunu, onun geri çəkilməyini, Orxanı yaxşı oğlan kimi tanıdıqlarını bildirmişdir. Daha sonra həmin söhbət bağlanmışdır. Bundan təxminən bir həftə sonra o, yenə də mobil telefonla Orxana zəng edərək onu “Qədim Şamaxı” çay evinə çağırmışdır. Həmin vaxt o da, çayxanada olmuş, Orxanı çağırmaqda məqsədi yalnız çay içmək olmuşdur. Təxminən 30 dəqiqə sonra Orxan çay evinə gəlmiş, Orxanın əlində hansısa sənəd olmuşdur. Orxana mağazadan siqaret və semiçka alıb geri qayıdacağını bildirib çayxanadan çıxmışdır. Bir neçə dəqiqədən sonra geri qayıtdıqda Orxanın orada olmadığını görmüş və Ruslanın Orxanı kabinetə apardığını bilmişdir. Həmin kabinetə girmiş, orada Orxan, Ruslan və iki nəfər tanımadığı şəxsləri görmüşdür. Kabinetdə olan zaman Ruslan Orxana sevdiyi qızla əl-ələ, qol-qola şəhərdə gəzməsinə görə irad tutmuş, Orxan isə Ramiləni idmançı edəcəyini bildirmişdir. Ruslan isə Orxana evlənməyi fikirləşdiyi qızla əl-ələ gəzməməyi deyərək, hər ikisi çölə çıxmışlar. Sonra o da, tanımadığı iki nəfərlə çölə çıxmış, Orxanla Ruslanın kənarda söhbət etdiklərini görmüşlər. Daha sonra Ruslan onlara avtomobilə əyləşməyi təklif etmiş, onlar da Ruslanın “Niva” markalı avtomobilə əyləşmişlər. Orxan onunla və tanımadığı bir şəxslə avtomobilin arxa oturacağında onların ortasında, digər tanımadığı şəxs isə qabaq oturacaqda əyləşmişdir. Avtomobili Zərərçəkmiş şəxs idarə etmişdir. Ruslan yenə də Orxana sevdiyi qızla şəhərdə qucaqlaşmasını, əl-ələ gəzməsini səhv hərəkət kimi qiymətləndirib irad tutmuşdur. Bu zaman Orxan həmin qızla elə indi evlənməyəcəyini, yalnız gələcəkdə bu barədə qərar verəcəyini bildirdikdə, Ruslan əsəbləşərək həmin qızla evlənəcəyi barədə bir həftə əvvəl dediklərinə görə onu döydüyünü, səhv çıxartdığını Orxana demişdir. Daha sonra Ruslan avtomobili qəbiristanlıq istiqamətində sürmüş, qəbiristanlığa çatdıqda hamısı avtomobildən düşmüşlər. Daha sonra onlar avtomobildən bir az aralaşmış, Ruslan isə Orxanın yaxasından tutub gödəkçəsinin döş cibindən taxta qulplu bıçaq çıxartmışdır. Ruslan Orxana evlənməyəcəyi qız barədə evlənəcəyi haqqında yalan dediyini və buna görə də “qardaşı” Fərhadı “fuflo” çıxardığını, alçaltdığını, yəni ona görə vurduğunu bildirmişdir. Orxan da “Başıva dönüm, bildim, başa düşdüm, bağışla” deyə cavab verdikdə, Ruslan Orxanın alnının sol tərəfindən bir dəfə yumruq zərbəsi endirmiş, təpiklə Orxanı vurmuş, ardınca bıçağı Orxanın sifətinə dirəyərək, Orxana “çaşdığını” və buna görə də, 200 manat pul verməli olduğunu, verməyəcəyi təqdirdə bıçağı nümayiş etdirərərək “Səni öldürərəm, mənə qarşı səhv edəni yortaram” deyə bildirmişdir. Orxan da Ruslanın bıçağından qorxub “Verəcəm, başıva dönüm, verəcəm” deyə bildirdikdə, Ruslan Orxana axşam saat 12-yə kimi vaxtı olduğunu demişdir. Orxan da razılaşdıqdan sonra yenidən əvvəlki qaydada avtomobilə minmişlər. Ruslan onları Şamaxı şəhərində yerləşən güləş məktəbinin yanında olan parkın yaxınlığında düşürdükdən sonra özü avtomobilində tək olaraq getmişdir. Həmin gün axşam saat 21-22 radələrində Təqsirləndirilən şəxs onun mobil telefonuna zəng edərək harada olduğunu soruşduqda, şəhərdə olduğunu bildirmişdir. Bu zaman Orxan onu “Qədim Şamaxı” çay evinə çağırdığı üçün təxminən 10 dəqiqə sonra həmin çay evinə getmişdir. Çatanda Orxanın çay evinin qarşısında dayandığını görüb yaxınlaşmış, Orxan ona pulu verərək Ruslana çatdırmağı xahiş etmiş, o isə, pulu götürməmişdir. Bu vaxt Ruslan çay evindən çıxmış, Orxan həmin 200 manat pulu Ruslana vermiş və onlar ayrılmışlar. Şahid Fərhad Daşdıyev suallara cavab olaraq bildirdi ki, Orxanla onun arasında olan qız söhbətini Ruslanın qardaşı Emil bilmiş və Ruslana da bu barədə yəqin qardaşı danışmışdır. Ruslan rayonda özünü kriminal aləmin adamı kimi aparmışdır. Birinci dəfə söhbətdə o, Orxan və Ruslan olmuşlar. Həmin söhbətdən təxminən bir həftə sonra mağazadan çayxanaya qayıdanda Ruslanın yanında olan tanımadığı iki nəfər saqqallı şəxslərin Orxanla söhbət etdiklərini görmüş, Ruslan həmin vaxt Orxana qızla əl-ələ tuub gəzməyini irad bildirmişdir. Bundan sonra Orxan Ruslana çöldə söhbət eləməyi təklif etmiş, onlar çölə çıxmış, ardınca da o və həmin iki nəfər saqqalı şəxslər də çıxmışlar. Bir az söhbət etdikdən sonra Ruslan onları maşına çağırmış və beşi də maşına oturaraq Ruslan maşını qəbiristanlıq istiqamətində sürmüşdür. X1 təklikdə söhbət etmiş, orada Ruslan Orxana hədə-qorxu gələrək pul istəmiş, əlini döş cibinə ataraq bıçaq çıxardıb Orxanın boynuna dirəmişdir. Həmin vaxt Ruslan Orxandan 200 manat pul tələb etmiş, Orxan da pulu düzəldib verəcəyini bildirmişdir. Həmin gün axşam Orxan ona 200 manat pulu uzatmış, o isə, pulu götürməyib Ruslanın özünə verməsini bildirmiş, bundan sonra Ruslan çay evindən çıxmış və Orxan həmin 200 manatı Ruslana vermişdir. Məhkəmə iclasında dindirilən Şahid2 Hacımurad oğlu ifadəsində bildirdi ki, 31 yanvar 2020-ci il tarixdə saat 22 radələrində dostları Məsim, Elmar və Nurlanla Şamaxı şəhərində görüşüb, sonuncuya məxsus “LADA Priora” markalı avtomobillə Şamaxı şəhərində yerləşən “Savalan” restoranına getmişlər. Orada onlar Zərərçəkmiş şəxslə rastlaşmış, sonuncu, dayısı oğlunun ad günü ilə əlaqədar məclisdə olduğunu demişdir. Daha sonra onlar kabinetlərdən birinə yemək və çaxır sifariş etmişlər. O, heç vaxt spirtli içki içməsə də, yanında olan digər üç nəfər çaxırdan içmişlər. Təxminən 30-40 dəqiqə sonra Ruslan da kabinetə gələrək onlarla oturub söhbət etmişlər. 15 dəqiqədən sonra Ruslan kabinetdən çıxmış və təxminən yarım saat sonra yenidən geri qayıtmışdır. Həmin vaxt o, telefonla oynaya-oynaya gah Nurlanla, gah Məsimlə, gah da Elmarla söhbət etmişdir. Bu zaman Ruslanın Məsimlə nəsə söhbət etdiyini, sonra Məsimin mobil telefonu ilə kiməsə zəng etdiyini görsə də, kiminlə danışmasını, Məsimlə nə barədə söhbət etməsini bilməmişdir. Saat 24 radələrində Ruslanla Məsim stoldan duraraq kabinetdən çıxmışlar. Ruslan “Məsimlə işim var, indi gəlirik” deyə bildirsə də, Ruslanla Məsimin haraya nə məqsədlə getmələrini bilməmişdir. Ruslangil gedəndən təxminən 15-20 dəqiqə sonra o, Nurlan və Elmar da kabinetdən çıxmışlar. Onlar Nurlanın “LADA Priora” markalı avtomobilinə əyləşib Şamaxı şəhəri istiqamətində yola çıxmışlar. “Musa bulağının aşağısı” kimi tanıdığı küçədə Nurlan tanımadığı darvazanın qarşısında avtomobili saxlayaraq bir nəfərdən Təqsirləndirilən şəxs harada olmasını soruşmuş, həmin şəxs Orxanın harada olmasını bilmədiyini demişdir. Bu zaman Nurlan Məsimə zəng vuraraq harada olmalarını soruşmuş, Məsim Nurlana “Yeddi Günbəz” qəbirstanlığında olduqlarını dediyi üçün sonuncu, avtomobili həmin yerə sürmüşdür. Onlar üz-üzə gələrək maşınları saxlamış və maşından düşmüşlər. Bu zaman Ruslan Orxanı maşından düşürtmüş və ona yumruq zərbələri vurmuşdur. Nurlan maşınını Ruslanın avtomobilinin sol tərəfində saxlamış və Ruslan qohumu olduğu üçün digər şəxslərdən tez avtomobildən düşüb onları aralamağa çalışmışdır. Lakin onları aralaya bilmədiyi üçün Orxanın başından kəllə ilə vurmuş, bu zaman məqsədi onları sakitləşdirmək olmuşdur. Bundan sonra Ruslanla Orxan bir-birindən aralanmış, onların hər ikisini danlamışdır. Bu zaman Orxan ona Ruslanla hansısa qız üstündə mübahisə etdiklərini bildirdiyi üçün bu hərəkətlərinin ayıb olduğunu bildirib buradan çıxıb getmələrini demişdir. Həmin vaxt Məsim də Ruslanın avtomobilindən düşərək onların yanında dayanmışdır. Daha sonra Ruslan Orxanı «Niva»ya oturdub Şamaxı şəhəri istiqamətində sürmüş, Məsim də Ruslangillə birlikdə getmişdir. Onlar da gəldikləri avtomobilə əyləşib onların dalınca getmişlər. Sonra Ruslanın avtomobilini yenidən “Yeddi Günbəz” qəbiristanlığına tərəf sürdüyünü görmüşlər və nəsə bir hadisə baş verəcəyindən ehtiyatlanaraq Nurlan da avtomobilini həmin istiqamətdə sürmüşdür. Qəbiristanlığın giriş hissəsində yenə də Ruslan maşını saxlayıb düşmüş, Orxanı da maşından düşürərək yenə dalaşmağa başlamışlar. Onlar da maşından düşmüş, Ruslan Orxanı yerə yıxmış, yerdə təpikləməyə başlamışdır. Məsim də onların yanında olmuşdur. Birdən Məsim “Kömək edin” deyə qışqırmış, onlara yaxınlaşanda Ruslanın beli üstə uzanıqlı vəziyyətdə olduğunu görmüşdür. Bu zaman Orxanın başa düşmədiyi sözlər deyərək qışqırdığını, dəxli olmayan hərəkətlər etdiyini, bir yerdən digər yerə getdiyini, qışqırıb bağırdığını görmüşdür. Həmin vaxt Nurlan Orxanın yanında olmuş, Məsim isə qorxduğundan heç bir şey danışa bilməmişdir. Sonra Elmar da onların yanına gəlmişdir. Daha sonra üçü köməkləşib Ruslanı özünün avtomobilinə mindirib Şamaxı rayon xəstəxanasına aparmışlar. Yolda olarkən Ruslanın üst-başının qan içində olduğunu görüb onun Orxan tərəfindən bıçaqlandığını başa düşmüşdür. Həmin vaxt Ruslanda hər hansı bir həyat əlaməti hiss etməmişdir. Xəstəxanaya çatdıqda həkimlər də Ruslanın artıq öldüyünü demişlər. Sonradan Orxanın da Nurlanla birlikdə təslim olmaq üçün Şamaxı rayon Polis şöbəsinə getdiyini bilmişdir. Hadisə zamanı o, Orxana yalnız alın nahiyəsindən bir dəfə kəllə vurmuşdur. X13 sakitləşdirmək, aralamaq olmuşdur. Onun Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs pul tələb edib-etməməsi barədə məlumatı olmamışdır. Şahid2 proses iştirakçılarının suallarına cavabında bildirdi ki, mərhum Ruslanın Orxanla danışdığını bildiklərinə görə əvvəlcə Orxangilin qapısına, orada həmin şəxsləri tapmadıqda isə, sonradan Məsimə zəng vuranda, onlar qəbiristanlıqda olduğunu dedikləri üçün Nurlanın maşınında onların arxasınca getmişlər. Qəbiristanlıqda dalaşdıqları üçün o, Ruslangili aralaya bilməmiş, buna görə də Orxana kəllə vurmuşdur. Mərhum Zərərçəkmiş şəxs onun qohumu olmuşdur. O, Ruslanın Orxandan pul tələb etməsini eşitməmiş və görməmişdir. Onların arasında ədavət olub-olmamasını bilməmiş, lakin sonradan eşitmişdir ki, aralarında neçə vaxtdır mübahisə gedir. Hadisə baş verən yerdə o, Orxanın qışqırıq səslərini eşimiş, ancaq nə qışqırdığını başa düşməmişdir. Məhkəmə iclasında dindirilən Şahid3 ifadəsində bildirdi ki, 31 yanvar 2020-ci il tarixdə saat 21 radələrində tanışları Yadigar, Məsim və Elmarla birlikdə Şamaxı şəhərindəki “Savalan” restoranında yemək yemişlər, Məsim, Elmar və Yadigar üçü birlikdə litr yarım çaxır içmişlər. O isə, həmin gün maşın idarə etdiyinə görə içməmişdir. Həmin vaxt Zərərçəkmiş şəxs əyləşdikləri otağa daxil olaraq onlarla birlikdə yemək yemişdir. Sonra onlar evlərinə getmək üçün restorandan çıxmış, Ruslan Məsimdən telefonunu alaraq Təqsirləndirilən şəxs zəng vurmuş və sonuncu ilə görüşmək istədiyini bildirmişdir. X21 birlikdə “NİVA” markalı avtomobilinə əyləşərək “Savalan” restoranından çıxmışlar. O da, Təqsirləndirilən şəxslə eyni məhəllədə qaldığından və onların haradasa görüşüb çay içəcəklərini fikirləşdiyindən, bir qədər sonra restoranda olan digər dostları ilə birlikdə özünün idarə etdiyi maşına əyləşərək Ruslangilin arxasınca getmişlər. Təqsirləndirilən şəxs evlərinə çatdıqda Ruslangilin orada olmadıqlarını görmüş, həmin vaxt Orxanın qardaşı Nicatın evlərinin qarşısında dayandığını görüb, maşını sonuncunun yanına sürüb Nicatdan qardaşı Orxanın harada olmasını soruşmuş, Nicat isə Orxanın evdən çıxaraq harasa getdiyini demişdir. Ruslangilin harada olmasını öyrənmək üçün Məsimə zəng vurduqda, sonuncu “Yeddi Günbəz” qəbirstanlığında olduqlarını bildirmişdir. Nəsə problem olduğunu fikirləşdiyindən qəbiristanlığa getmək qərarına gəlmiş, oraya çatanda Ruslanın avtomobili ilə qarşılaşmışlar. Hər ikisi avtomobilləri saxlamış və yerə düşmüşlər. Təqsirləndirilən şəxslə görüşüb hal-əhval tutduqda, sonuncunun sifət nahiyəsində qızartılar gördüyü üçün Zərərçəkmiş şəxs onu döydüyünü başa düşmüşdür. Daha sonra Yadigar işi olduğunu bildirərək, Təqsirləndirilən şəxs onlardan təxminən 10-15 metr qırağa aparmış, 2-3 dəqiqə keçdikdən sonra Yadigar Təqsirləndirilən şəxs sifətinə kəllə zərbəsi endirmiş, nəticədə sonuncu yerə yıxılmışdır. Orxan yerə yıxıldıqda Ruslan da həmin istiqamətə qaçmış və çatdıqda təpik zərbəsilə Orxanı vurmuşdur. O, Yadigarı, Məsim isə Ruslanı tutaraq Orxanı vurmalarına mane olmuşlar. Ruslan və Məsim Təqsirləndirilən şəxs əl-üzünü yumaq üçün “Niva” markalı avtomobilə əyləşdirərək Şəhriyar qəsəbəsində yerləşən bulağa aparmışlar. O da, avtomobilini Ruslanın avtomobilinin arxasınca sürmüşdür. Lakin Ruslangil onlardan əvvəl getdikləri üçün Şəhriyar qəsəbəsi istiqamətində getdikdə, Ruslangilin artıq geri qayıdaraq yenidən qəbirstanlıq istiqamətində getdiklərini gördüyü üçün avtomobilini döndərərək Ruslangili izləmişdir. Qəbiristanlığın yuxarı hissəsinə çatdıqda Ruslanın avtomobilinin dayandığını və Ruslanla Orxanın söhbət etdiklərini gördüyü üçün avtomobilini Ruslanın maşınının yanında saxlamışdır. Yadigar avtomobildən düşüb Ruslan və Orxanın yanına getdikdə, Yadigarın Orxanı vuracağından ehtiyat edib cəld avtomobildən düşüb Yadigarı qucaqlayaraq saxlamışdır. Bu zaman Ruslan yenə də Orxanı yerə yıxıb vurmağa başlamışdır. Birdən Ruslan qışqıraraq “Bu, mənim üstümə bıçaq çıxardı” deyə bildirmiş və aşağı istiqamətdə qaçmağa başlamış, təxminən 40 metr qaçdıqdan sonra dəmir çəpərli qəbrin yanında Ruslan yıxılmışdır. Orxan isə həmin vaxt heç bir məna ifadə etməyən sözlərlə qışqırmağa, mənasız hərəkətlər etməyə, o tərəf-bu tərəfə hərəkət etməyə başlamışdır. Bu zaman Orxanın şok vəziyyətinə düşdüyünü başa düşmüşdür. Orxan bu vəziyyətdə uca səslə mənasını başa düşmədiyi sözlər deyə-deyə avtomobillərlə tərəf gəlmişdir. O, həmin şəxslərə yaxınlaşdıqda, Ruslanın yerdə hərəkətsiz vəziyyətdə uzandığını, boğaz nahiyəsindən qan axdığını görmüşdür. Elmar, Yadigar və Məsimlə birlikdə köməkləşərək Ruslanı avtomobilinə qoymuşlar. Ardınca Təqsirləndirilən şəxs yanına getmiş, digərləri isə Ruslanı Şamaxı rayon mərkəzi xəstəxanasına aparmışlar. Həmin vaxt Orxanın əlində bıçaq olmuşdur. Bir təhər sakitləşdirib Təqsirləndirilən şəxs nə etdiyini soruşduqda, Orxan heç nə xatırlamadığını bildirmiş, o isə, Təqsirləndirilən şəxs Ruslanı bıçaqladığını bildirmiş və onu hara aparmağını soruşmuşdur. Orxan polis şöbəsinə getmək istədiyini bildirdiyi üçün sonuncunu avtomobilə mindirərək Şamaxı rayon Polis şöbəsinə getmişlər. Daha sonra Orxanı polis şöbəsinin qarşısında düşürüb öz evinə getmişdir. Sualları cavablandıran Şahid3 ifadəsinə görə, onlar qəbiristanlığa təxminən gecə saat 12-1-in yarısında getmiş, Məsimə zəng edib harada olduqlarını soruşduqda, sonuncu qəbiristanlıqda olduğunu demiş, o da maşını həmin istiqamətə sürmüşdür. Onlar qəbiristanlığa gələndə Ruslanla Orxanın maşından düşüb söhbət etdiklərini görmüş, bu zaman Ruslanın Orxanın yaxasından tutduğunu və şillə ilə Orxanı vurduğunu görmüş, o isə həmin şəxsləri aralamağa çalışmışdır. X7 hansısa qıza görə problemi olduğunu eşitmiş, lakin bu məsələni dəqiq bilməmişdir. Ruslanı davakar adam kimi tanımışdır. X22 kənara çəkmiş, Yadigarın onunla heç bir problemi olmadığı üçün Orxanı vuracağını fikirləşməmiş, lakin Yadigar kəllə ilə Orxanı vurmuş və sonuncu yerə yıxılmışdır. Bundan sonra isə Ruslan Orxanı yerə yıxılmış vəziyyətdə təpikləməyə başlamışdır. Orxan isə Ruslanı vurmamışdır. Ruslanı bıçaqla vurarkən Orxan heç nə deməmiş, ancaq bağırmışdır. O, Orxana yaxınlaşmış, onu qucaqlamış, bu zaman Orxanın əlində bıçaq olduğunu görmüşdür. Orxan anormal bir adam kimi görünmüş və qışqırmışdır. O, Orxanı qucaqlayıb nə etdiyini soruşduqda, Orxan özünə gəlmiş, haraya gedəcəyini soruşduqda, Orxan polis şöbəsinə getmək istədiyini bildirmişdir. Məhkəmə iclasında dindirilən Şahid4 ifadəsində 31 yanvar 2020-ci il tarixdə saat 22 radələrində dostları Məsim, Nurlan və Yadigarla birlikdə Şamaxı şəhərində görüşüb, Nurlana məxsus ağ rəngli “LADA Priora” markalı avtomobillə Şamaxı şəhərində yerləşən “Savalan” restoranına getdiyini, orada olan kabinetlərdən birində oturub yeyib-içdiklərini, sonra onların stoluna mərhum Zərərçəkmiş şəxs də gəldiyini və birlikdə oturduqlarını bildirdi. Şahid4 ifadəsinə görə, orada olarkən Məsim mobil telefonunu Ruslana vermiş, Ruslan da həmin telefonla Orxana zəng etmişdir. Danışan zaman Ruslan hal-əhval etdikdən sonra görüşmək istədiyini bildirmişdir. Daha sonra hamısı birlikdə restorandan çıxmışlar. Məsimlə Ruslan sonuncunun “Niva” markalı avtomobilinə minib Orxanla görüşməyə getdiklərini bildirmiş, o isə, Yadigar və Nurlanla birlikdə sonuncunun idarə etdiyi “Priora” markalı avtomobilə əyləşmişlər. Bir müddət şəhərdə fırlandıqdan sonra ya Yadigar, ya da Nurlan Məsimə zəng edərək harada olduqlarını soruşsa da, sonuncunun nə cavab verdiyini bilməmişdir. Daha sonra Nurlan avtomobili “Yeddi günbəz” qəbiristanlığı adlanan yerə tərəf sürmüşdür. Şamaxı şəhərinin kənarından keçən BakıAğsu magistralında Ruslanın avtomobilini qəbiristanlığın ərazisindən çıxarkən görmüşlər. Onlar isə Ağsu rayonu istiqamətindən Bakı şəhəri istiqamətinə hərəkət etmişlər. Bir az irəli gedib geriyə tərəf qayıtdıqda Ruslanın avtomobili ilə rastlaşmışlar. Daha sonra Ruslan avtomobili yenidən qəbiristanlıq istiqamətində sürmüş, onlar da arxasınca getmişlər. Ruslan avtomobili qəbiristanlığın içərisinə sürdükdən sonra dayanaraq yerə düşmüşdür. Həmin vaxt avtomobildə olan digər şəxslər də yerə düşmüşlər. Onlar da Ruslan olduğu yerə çatıb avtomobildən düşmüşlər. Orada olarkən Ruslan Orxana bir neçə şillə və yumruq zərbələri vurmuş, həmçinin Yadigar da Orxanı kəlləsi ilə vurub yerə yıxmışdır. Yerdə uzanıqlı vəziyyətdə olan Orxanı Ruslan təpikləməyə başlamış, Orxana yumruq zərbələri də vurmuşdur. Birdən Ruslan ani olaraq geriyə hərəkət etməyə başlamış, bir müddət sonra tamamilə yerə yıxılmışdır. Bundan sonra Orxan başa düşmədiyi sözlərlə qışqırıb bağırmağa, hadisəyə aidiyyatı olmayan hərəkətlər etməyə başlamışdır. Bu zaman Nurlan Orxanı sakitləşdirmişdir. Orxan bir neçə andan sonra sakitləşərək onu polis şöbəsinə aparmağı istəmiş, Nurlan da Orxanı avtomobilinə mindirib aparmışdır. Onlar isə həmin yerdə Ruslanın üstbaşının qan olduğunu görmüşlər. Bu zaman Orxanın Ruslana bıçaqla xəsarət yetirdiyini başa düşmüşlər. Buna görə də, sonuncunu elə öz avtomobilinə qoyub xəstəxanaya aparmışlar. Verilən suallara cavabında Şahid4 bildirdi ki, restorandan əvvəlcə Ruslanla Məsim çıxmış, onlar isə bir qədər gec Nurlanın maşını ilə getmişlər. Yolda Nurlan zəng vurub Məsimdən harada olduğunu soruşmuş, sonuncu isə qəbiristanlıqda olduqlarını bildirmişdir. Onlar qəbiristanlığa gələndə Ruslanla Orxanın söhbət etdiklərini görmüş, sonra Ruslan Orxanı şillə və təpiklə bir neçə dəfə vurmuşdur. Lakin o, Ruslanın nəyə görə döydüyünü bilməmişdir. X18 üstündən durub qaçmağa başlamış, həmin vaxt Orxan da ayağa qalxıb qışqıraraq Ruslanın dalınca qaçmışdır. Hadisə zamanı o, Orxanın Ruslanı vurmağını görməmiş, ancaq Ruslan Orxanı döymüşdür. Ruslan Orxanı vurarkən, sonuncu yerə yıxılmış vəziyyətdə olmuş, X18 üstündən duraraq onu bıçaqla vurduğunu demişdir. Həmin vaxt o, Orxanın əlində bıçaq görmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilən Şamaxı RPŞ-nin məsul növbətçisi Şahid8 ifadəsində bildirdi ki, 01 fevral 2020-ci il tarixdə gecə saat 01 radələrində məsul növbətçi köməkçisi Şahid9la xidmətdə olarkən şöbənin inzibati binasına sonradan adının Təqsirləndirilən şəxs olduğunu bildiyi cavan oğlan gələrək, Şamaxı şəhəri ərazisində yerləşən “Yeddi Günbəz” qəbiristanlığında Ruslan adlı bir nəfəri bıçaqlayaraq öldürdüyünü bildirmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs əlində üzərində qan ləkələri olan bıçaq da olmuşdur. O, bu barədə dərhal aidiyyatı üzrə Şamaxı rayon prokurorluğuna məlumat vermiş, bir neçə dəqiqə sonra Şamaxı rayon prokurorluğunun əməkdaşları şöbəyə gəlmişlər. Şöbədə müvafiq sənədləşmə aparılmış, bıçaq Təqsirləndirilən şəxs təhvil alınmış, Təqsirləndirilən şəxs könüllü gələrək təslim olması barədə protokol yazılmışdır. Məhkəmə iclasında şahid qismində dindirilən Şamaxı RPŞ-nin məsul növbətçisinin köməkçisi Şahid9 Şahid8 ifadəsi ilə oxşar məzmunlu ifadə verdi. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid6 Sədi qızı ifadəsində bildirdi ki, Təqsirləndirilən şəxs doğma oğludur, mərhum Ruslanı isə əvvəllər tanımamış, heç vaxt görməsə də, Ruslanın ailəsi ilə onların uzaq qohumluğu vardır. Orxan Şamaxı Sosial İqtisad Kollecində oxumaqla yanaşı, idman müəllimliyi ilə məşğul olmuşdur. 31 yanvar 2020-ci il tarixdə saat 15 radələrində Orxan evə gəlmiş, istirahət etmək istədiyini, kimsə soruşarsa, evdə olmadığını deməyini bildirib uzanmışdır. Həmin gün Orxan bir daha evdən çıxmamışdır. Gecə o, yatmağa getmiş, saat 1 radələrində əri Asif onu yuxudan oyatmış, bu zaman Orxanın əmisi oğlu Raminin onlarda olduğunu görmüşdür. Ramindən nə baş verdiyini soruşduqda, Orxanın adam öldürdüyünü bildirmişdir. Bu xəbərdən sonra səhərədək yata bilməmiş, növbəti gün Şamaxı rayon Polis şöbəsinə gedib oğlu ilə görüşmüşdür. Məhkəmə iclasında dindirilən Şahid7 Təqsirləndirilən şəxs atası olduğunu bildirərək, Şahid6 məhkəmə iclasında verdiyi ifadə ilə oxşar məzmunlu ifadə verdi. Məhkəmə iclasında şahidlər X2, X3 və X5 ibtidai istintaq zamanı verdikləri ifadələr elan və tədqiq olunarkən, Təqsirləndirilən şəxs mərhum Zərərçəkmiş şəxs tərəfindən hədə-qorxu ilə ondan tələb edib alınmış pulları adları çəkilən şəxslərdən borc kimi götürməsi və bu zaman həmin şəxslərə işin əsil mahiyyətini açıqlamadığı öz təsdiqini tapdı (cild 2, iş vərəqi 74-78, 84-88, 126-128). Məhkəmə kollegiyası iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin hüquqi varisinin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, ekspert rəylərini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, iş materiallarına əlavə edilmiş üzləşdirmə protokollarına əsasən, Təqsirləndirilən şəxs istintaq zamanı Şahid1 və Şahid2la ilkin üzləşmələrində, Fərhad Daşdıyevlə üzləşməsində adları qeyd olunan şəxslərin ondan hədə-qorxu ilə pul tələb etmədiklərini, sonuncuların Zərərçəkmiş şəxs ondan hədəqorxu ilə pul tələb etmələrindən məlumatlı olmadığını göstərmişdir (cild 2, iş vərəqi 108-124). İbtidai istintaq zamanı Şahid1 ilə Təqsirləndirilən şəxs arasında iki dəfə üzləşdirmə aparılmış, hər iki istintaq hərəkəti zamanı Şahid1 sərbəst ifadəsində göstərdiyi xüsusatları sonuncunun üzünə qarşı deməklə təsdiq etmişdir. Təqsirləndirilən şəxs isə Şahid1 ilə ilkin üzləşməsində sonuncunun dedikləri ilə razılaşsa da, ikinci üzləşməsində Şahid1 Zərərçəkmiş şəxslə əlbir olaraq ondan hədə-qorxu ilə pul tələb etdiyini, onu döydüyünü bildirmişdir (cild 2, iş vərəqi 114-118, cild 3, iş vərəqi 23-30). Cinayət işinə əlavə edilmiş üzləşdirmə protokollarına əsasən, Şahid2 Təqsirləndirilən şəxslə ilkin üzləşməsi zamanı Təqsirləndirilən şəxs yalnız bir dəfə başının alın və burun nahiyəsinin orta hissəsindən kəllə zərbəsi endirdiyini, bundan başqa Təqsirləndirilən şəxs zərbə endirmədiyini, bu zaman onun məqsədinin Təqsirləndirilən şəxslə Zərərçəkmiş şəxs aralamaq olduğunu bildirmişdir (cild 2, iş vərəqi 119- 124, cild 3, iş vərəqi 12-17). İş materiallarında olan ifadənin yerində yoxlanılması haqqında 24 fevral 2020-ci il tarixli protokoldan görünür ki, həmin istintaq hərəkəti zamanı təqsirləndirilən Təqsirləndirilən şəxs cinayətin baş vermə mexanizmini hadisə yerində əyani şəkildə göstərmişdir. Həmin istintaq hərəkəti zamanı müvafiq fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir (cild 2, iş vərəqi 52-57). İş materiallarına əlavə edilmiş meyitə baxış keçirilməsi haqqında 01 fevral 2020-ci il tarixli protokoldan görünür ki, mərhum Zərərçəkmiş şəxs hadisə zamanı əynində olmuş tünd bənövşəyi rəngli üzərində qanabənzər ləkələr olan iç tərəfinin boğazlığında “Fashion design MZQJ” yazılmış yarlıq olan sviter, boz rəngli qış alt geyim paltarı, sağ cibin üst hissəsində “Gucci” etiketi, kəmərliyin çöl hissəsində “Actemium Cameroun” sözü yazılmış rezin yarlıq olan qara rəngli şalvar, tünd göy rəngli alt şalvarı, hər birinin üzərində qırmızı rəngli sapla “R” hərfi yazılmış bir cüt corab, 1 cüt qara rəngli, makasin tipli kişi ayaqqabısı götürülmüşdür. Bundan başqa, mərhumun meyitinin üzərində sol qulağın sırğalıq hissəsindən 7 sm aşağıda, boynun orta 1/3-də küt kənarı yuxarı, iti kənarı aşağı baxan 1 ədəd boynun dəri, əzələ, vətər, sinir və qan damarlarının kəsilməsi ilə müşahidə olunan 2X0,3 sm ölçüdə kəsilmiş, orta xətt üzrə çənə ucundan 11 sm aşağıda orta xətdən 3 sm sağda, küt kənarı yuxarı, iti kənarı aşağı baxan, 4-5-ci qabırğa 3X1,3 sm ölçüdə deşilmiş-kəsilmiş, sağ döş giləsindən 11 sm aşağıda, küt kənarı yuxarı, iti kənarı aşağı baxan, nisbətən şaquli istiqamətdə olan, yara yerindən piy toxuması və bağırsaq hissələri çıxan 5X2 sm ölçüdə deşilmişkəsilmiş, iti tərəfləri onurğa sütununa baxan sağ kürəkaltı nahiyədə onurğa sütunundan 5 sm sağda yerə üfüqi yerləşmiş 3,5X1 sm, həmin xəsarətdən 3 sm aşağıda ona nisbətən paralel yerləşmiş 2,5X1 sm ölçüdə deşilmiş-kəsilmiş, sol əlin ovuc səthində 2 və 3-cü barmaqların 3-cü falanqalarının proyeksiyasında loskutvari müvafiq olaraq 3X1 sm və 2,2X0,1 sm ölçüdə kəsilmiş xəsarətlər aşkar edilmişdir (cild 1, iş vərəqi 40-45). Cinayət işinin materiallarında olan 01 fevral 2020-ci il tarixli cinayət haqqında şifahi məlumatın qəbul edilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 01.02.2020-ci il tarixdə saat 01:15də Şamaxı rayon Polis şöbəsinin inzibati binasına gələrək, həmin tarixdə saat 01 radələrində “Yeddi Günbəz” qəbiristanlığı adlanan ərazidə Şamaxı şəhər sakini Zərərçəkmiş şəxs bıçaqla vurmaqla öldürdüyünü bildirib təqsirini könüllü olaraq boynuna almaq barədə ərizə təqdim etmişdir (cild 1, iş vərəqi 7). Cinayət işinə əlavə edilmiş 01 fevral 2020-ci il tarixli könüllü olaraq təqdim edilmiş əşyaların götürülməsi və onlara baxış keçirilməsi haqqında protokoldan görünür ki, üzərində qanabənzər ləkələr olan dəstəyi qara rəngli olmaqla, tiyəsi 17 sm, dəstəyi isə 12 sm olan bıçaq, üzərində qanabənzər ləkələr olan tünd sarı (bataqlıq) rəngli olmaqla, iç boyunluq hissəsində “Elvinjontex” sözü yazılmış etiketə malik gödəkçə, üzərində qanabənzər ləkələr olan tünd göy rəngli cins parçadan şalvar, 1 ədəd ağ rəngli qolsuz mayka, bir cüt qara rəngli corab və bir cüt göy rəngli tərlik Təqsirləndirilən şəxs tərəfindən könüllü təqdim olunduğundan götürülmüşdür. Qeyd olunan predmetlər üzərində hər hansı zədə və ya zədə izi aşkar olunmamışdır (cild 1, iş vərəqi 09-16). İş materiallarında olan 01 fevral 2020-ci il tarixli avtomobilə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Zərərçəkmiş şəxs məxsus ağ rəngli “VAZ-2121” markalı **-RO-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücü oturacağının aşağı hissəsində və arxa oturacağın ayaq altı hissəsində qanabənzər ləkələr aşkar edilmişdir (cild 1, iş vərəqi 67-72). İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs məxsus mobil telefona baxış keçirilmiş və həmin baxış protokolundan görünür ki, telefonun zənglər bölməsinə daxil olduqda 01.02.2020-ci il tarixdə saat 00:51-də “Bratim” adı kimi qeyd olunmuş ***-***-**-** saylı mobil nömrədən zəng gəldiyi və 18 saniyə danışıq aparıldığı, 00:59-da ***-***-**-** saylı mobil nömrədən zəng gəldiyi və 45 saniyə danışıq aparıldığı, 01:06-da “Ölməmiş” adı ilə qeyd edilmiş ***-***-**-** saylı mobil nömrəyə zəng edildiyi və 8 saniyə danışıq aparıldığı müəyyən edilmişdir. Bunlardan başqa, zənglər bölməsində iş üzrə əhəmiyyət kəsb edən hər hansı bir zəng aşkar edilməmişdir. Daha sonra mobil telefonun “Whatsapp” sosial şəbəkəsinə daxil olduqda, 31.01.2020-ci il tarixdə saat 00:00-dan 01.02.2020-ci il tarixdə saat 00:04-dək müəyyən fasilələrlə “Ölməmiş” adı ilə qeyd olunmuş 055 ***-**-** saylı mobil nömrə ilə yazışmalar olduğu müəyyən edilmiş, həmin yazışmalarda iş üzrə əhəmiyyət kəsb edən hər hansı bir məsələ aşkar edilməmişdir. 31.01.2020-ci il tarixdə saat 23:37-də “Ferhad” adı ilə qeyd olunmuş ***-***-**-** saylı mobil nömrə ilə yazışmalar aparılmışdır. Həmin yazışmaların mətnindən görünür ki, “Ferhad” Təqsirləndirilən şəxs işinin olduğunu və məhlələrinə çıxmağı söyləmiş, Təqsirləndirilən şəxs isə gec olduğunu, ailəsinin narahat olacağını bildirərək çölə çıxmaqdan imtina etmiş və 23:58-də yazışmaları sona çatmışdır. 27.01.2020-ci il tarixdə saat 19:04-də “Togrul Sambo” adı ilə qeyd edilmiş +7 ***-***-**-** saylı mobil nömrə ilə yazışmalar aparılmışdır. Yazışmaların mətnindən görünür ki, “Togrul Sambo” Təqsirləndirilən şəxs pulu çatdırmasını istəyir, Təqsirləndirilən şəxs də onunla razılaşaraq “bağ” adlanan yerdə görüş təyin edir. Yazışmalar 19:30-da sona çatmışdır. Bundan başqa “Whatsapp” sosial şəbəkəsində iş üzrə əhəmiyyət kəsb edən yazışmalar aşkar edilməmişdir (cild 1, iş vərəqi 129). “xxxx” MMC-dən daxil olmuş diskə baxış zamanı müəyyən edilmişdir ki, diskdə ümumilikdə 5 fayl mövcuddur. Həmin fayllardan ikisi daxil olan və çıxan SMS yazışmalar və zənglərdir. Digər iki faylda antenn dairələri, sonuncu faylda isə abunəçilərin siyahısı daxil olmuşdur. Daxil olan və çıxan SMS-lərin yerləşdiyi fayllara baxdıqda orada iş üzrə əhəmiyyət kəsb edən hər hansı SMS mesaj aşkar edilməmişdir. Həmin faylda yalnız 10.12.2019-cu il tarixdə saat 23:21:28-də +**********47 nömrəsindən +**********24 nömrəsinə göndərilmiş “Men onu senen goture bilmiyecem sen bir yadiran alarsan weynen bir yerde yadirani bizim qapiyi taniyirsan da balaca qapidi onun borunde qarac var onun” məzmununda SMS-mesaj əhəmiyyət kəsb edə bilər. Anten dairələrinin əks etdirildiyi fayla baxıldıqda qeyd olunan nömrənin hadisə baş verən gün, yəni 31.01.2020-ci il tarixdən 01.02.2020-ci il tarixə keçən gecə Şamaxı rayonu ərazisində olduğu, sonuncu dəfə həmin nömrənin 31.01.2020-ci il tarixdə saat 23:36-da Şamaxı rayonu, Şəhriyar qəsəbəsində yerləşən antenin əhatə dairəsinə düşdüyü müəyyənləşdirilmişdir. Telefon zənglərinin əks olunduğu fayla baxış keçirdikdə qeyd olunan nömrə ilə Fərhad Daşdıyevə məxsus (050)671-99-50 mobil nömrəsi ilə çoxsaylı danışıqlar olduğu, ən son danışığın isə 26.01.2020-ci il tarixdə saat 19.50-də baş tutduğu, həmin nömrə ilə Şahid2 məxsus (050)336-41-46, Şahid4 məxsus (070)391-02-02 və digər şahidlərə məxsus mobil telefon nömrələri ilə hər hansı danışıq olmadığı müəyyənləşdirilmişdir. Həmçinin Təqsirləndirilən şəxs məxsus (055)286-29-94 nömrəsi ilə qeyd olunan nömrə arasında yalnız bir dəfə danışıq baş tutduğu qeyd olunan faylda göstərilmişdir (cild 2, iş vərəqi 92-93). İş materiallarına əlavə edilmiş Şamaxı şəhəri ərazisində yerləşən “Qədim Şamaxı” çay evindən götürülmüş videogörüntülərə baxış protokolundan görünür ki, 27.01.2020-ci il tarixdə Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxslə birlikdə həmin çay evində Toğrul Əliosmanov, Seyidağa Ömərov və Fərhad Daşdıyev olmuşlar (cild 1, iş vərəqi 219-220). Məhkəmə-tibb ekspertizasının 07.02.2020-ci il tarixli 41 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs almış olduğu xəsarətlər – sol alın nahiyəsinin qançırı, burun qanadının sıyrığı, sağ göz orbitasının qançırı, sağ göz altının hematoması, sağ gözün ağlı qişasına qansızmalar küt əşyanın təsirindən törənməklə kənar şəxs və ya şəxslər tərəfindən yetirilmişdir. Təqsirləndirilən şəxs sol alın nahiyəsindəki xəsarət (qançır) onun məhkəmə-tibbi müayinəsindən 3-5 gün əvvəl yetirilməyə uyğun gəlir. Həmin xəsarət sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduğundan dərəcəsi təyin edilmir. Təqsirləndirilən şəxs burun qanadının sol yarısındakı sıyrıq onun müayinəsindən bir neçə saat əvvəl yetirilməklə 01.02.2020-ci il tarixə uyğundur, sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduğundan dərəcəsi təyin edilmir. Təqsirləndirilən şəxs sağ göz nahiyəsindəki hematoma, gözün ağlı qişasına qansızmalar 01.02.2020-ci il tarixdə yetirilmişdir. Həmin xəsarətlər dərəcələrinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir (cild 2, iş vərəqi 8-10). Məhkəmə-tibb ekspertizasının 01.02.2020-ci il tarixli 02 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs meyitinin bədənində aşağıdakı xəsarətlər aşkar olunmuşdur: boynun sol yan səthində bir ədəd, sol əlin ovuc səthində iki ədəd yaralar, döş qəfəsinin sağ yarısında, öndə iki ədəd, arxa səthində sağda iki ədəd boşluğa keçib ağ ciyəri və qara ciyəri zədələyən yaralar həyatidir, ölümündən əvvəl deşici-kəsici alət təsirindən kənar şəxs tərəfindən törənməklə, ekspertizaya təqdim olunmuş bıçaqla, eləcə də ona oxşar digər kəsicideşici alət təsirindən törənmişlər. Zərərçəkmiş şəxs meyitinin boynunun sol yan səthində müəyyən olunmuş bir ədəd, sol əlin ovuc səthində iki ədəd yara dərəcəsinə görə sağlamlığa qısa müddətə pozulmasına səbəb olan, sağlamlığa yüngül zərər vurmaya, döş qəfəsinin sağ yarısından, öndə iki ədəd və döş qəfəsinin arxa səthində iki ədəd (cəmi 4 ədəd) boşluğa keçən yaralar ayrı-ayrılıqda və ümumilikdə yetirilən anda həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddir. Zərərçəkmiş şəxs ölümünə səbəb boynun, sol əlin, döş qəfəsinin 4 (dörd) ədəd boşluğa keçib, qara və ağ ciyəri zədələyən yaralar kompleksi nəticəsində daxilə və xaricə kütləvi qanitirmələr, hemotravmatik şok olmuşdur. Ölüm 01.02.2020-ci il tarixdə baş vermişdir. Zərərçəkmiş şəxs meyitindən götürülmüş qanın məhkəmə kimya tədqiqatı nəticəsində etil spirti və tiryək qrupuna aid alkoloid aşkar edilmişdir. Zərərçəkmiş şəxs meyitindən götürülmüş qanda aşkar edilmiş etil spirtinin qatılığı canlı şəxslərdə yüngül dərəcəli sərxoşluğa aiddir (cild 2, iş vərəqi 170-177). İş materiallarına əlavə edilmiş məhkəmə-tibbi kriminalistik ekspertizasının 16.04.2020-ci il tarixli 62- MTKŞ/2020 nömrəli rəyindən görünür ki, ekspertizaya təqdim olunmuş və mərhum Zərərçəkmiş şəxs məxsus bir ədəd alt köynəyinin ön səthinin sağ yarısının aşağı hissəsində 2 (iki) ədəd, ön səthinin sol yarısının orta hissəsində 1 (bir) ədəd və arxa səthinin sağ yarısının aşağı hissəsində 2 (iki) ədəd, bir ədəd poluverin ön səthinin sağ yarısının aşağı hissəsində 2 (iki) ədəd, ön səthinin sol yarısının orta hissəsində 1 ( bir) ədəd, ön səthinin sol yarısının yuxarı hissəsində 3 (üç) ədəd və arxa səthinin sağ yarısının aşağı hisssəsində 2 (iki) ədəd deşilmiş-kəsilmiş zədələr aşkar olunmuşdur. Bu zədələr zədələrdir. Kafi itilikli ülgücü, kafi itilikli ucu və özünü kafi dərəcədə biruzə edən küpü olan yastı tiyə tipli deşici-kəsici alətin (alətlərin) təsirindən əmələ gəlmişdirlər. Ekspertizaya təqdim olunmuş və mərhum Zərərçəkmiş şəxs məxsus bir ədəd poluverin ön səthinin sol yarısının yuxarı hissəsində bir ədəd deşilmiş zədə aşkar olundu. Bu zədə kafi itilikli ucu olan əşyanın (alətin) təsirindən törənmişdir. Ekspertizaya təqdim olunmuş və mərhum Zərərçəkmiş şəxs məxsus bir ədəd poluverin sağ qolaltı hissəsində və bir ədəd şalvarının ön səthinin sağ yarısının yuxarı hissəsində bir ədəd küt yaranma mexanizminə malik olan sökülmə zədəsi aşkar olundu. Bu zədələr poluverin və alt şalvarın müvafiq nahiyəsinin kəskin gərilib dartılması nəticəsində müxtəlif şəraitdə əmələ gəlmişdir. Mərhum Zərərçəkmiş şəxs məxsus pulover və alt köynəyində aşkar edilmiş deşilmiş-kəsilmiş və deşilmiş zədələr ekspertizaya təqdim edilmiş bıçağı tiyəsi ilə və ya oxşar konstruktiv xüsusiyyətli bıçağın tiyəsi ilə əmələ gələ bilərdi. Mərhum Zərərçəkmiş şəxs məxsus paltarlardan bir ədəd pulover və bir ədəd alt köynəyin üzərində aşkar edilmiş deşilmiş-kəsilmiş zədələr onun bədən səthindəki xəsarətlərlə uyğunlaşdırıldıqda müəyyən olundu ki, Zərərçəkmiş şəxs meyitinin bədən səthi üzərində aşkar olunmuş döş qəfəsinin sağ yarısında, öndə iki ədəd, arxa səthində sağda iki ədəd yaralar ona məxsus bir ədəd alt köynəyi və bir ədəd puloverin ön səthinin sağ yarısının aşağı hissəsində olan iki və arxa səthinin sağ yarısının aşağı hissəsində olan iki ədəd deşilmiş-kəsilmiş zədələrlə nisbi olaraq üst-üstə düşürlər. Mərhum Zərərçəkmiş şəxs bədən səthində olan boynun sol yan səthində bir ədəd, sol əlin ovuc səthində iki yaralar paltarla örtülmədiyi üçün paltarlarda özünü əks etdirməmişdir, bu da yalnız bədənin zədələnməsi ilə əhatə oluna bilərdi. Mərhum Zərərçəkmiş şəxs məxsus puloverin ön səthinin sol yarısının orta hissəsində olan bir ədəd, ön səthinin sol yarısının yuxarı hissəsində olan cəmi 4 ədəd və alt köynəyin ön səthinin sol yarısının orta hissəsində olan bir ədəd deşilmiş-kəsilmiş və deşilmiş zədələr onun bədənində öz əksini tapmamışdır, bu da yalnız paltarların müvafiq nahiyəsinin zədələnməsi ilə izah oluna bilər. Mərhum Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs məxsus paltarların üzərində qarşılıqlı mübahisəyə, yerdə sürtünməyə və yerə yıxılmaya xarakterik iz və zədələrin müəyyən edilməsi məhkəmə ekspert-kriminalistlərin səlahiyyətinə aid deyildir. Ekspertizaya təqdim olunmuş və mərhum Zərərçəkmiş şəxs məxsus bir ədəd şalvar, bir ədəd kəmər, bir cüt corab və bir cüt ayaqqabıların üzərində əhəmiyyət kəsb edən heç bir zədə aşkar olunmamışdır. Ekspertizaya təqdim olunmuş və mərhum Təqsirləndirilən şəxs məxsus bir ədəd gödəkçə, bir ədəd şalvar, bir ədəd mayka, bir cüt corab və bir cüt ayaqqabıların üzərində əhəmiyyət kəsb edən heç bir zədə aşkar olunmadı. Ekspertizaya təqdim olunmuş bıçaq zavod üsulu ilə hazırlanmış məişət təyinatlı mətbəx bıçağıdır, soyuq silah hesab edilmir. Təqdim olunmuş bıçağın üzərində onun təyinatını dəyişdirən hər hansı bir əlavə və dəyişiklik edilməmişdir (cild 2, iş vərəqi 190-205). Məhkəmə tibbi-bioloji ekspertizasının 20.03.2020-ci il tarixli 108/2020-MTBŞ nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs ABO sistemi üzrə qan qrupu Abeta(H)/İİ/dir. Ekspertizaya təqdim olunmuş 1 ədəd bıçaq, qurumuş qamış hissələri, 2 ədəd selofan paket, 8 ədəd pambıq tampon, Zərərçəkmiş şəxs məxsus sviter, alt köynək, alt şalvar, cins şalvar, 1 cüt ayaqqabı, 1 ədəd corab, Təqsirləndirilən şəxs məxsus gödəkcə, 1 cüt rezin başmaq və şalvar üzərində insan qanı aşkar olunmuşdur. Tədqiq olunan qan ləkələrində qrup antigenləri və aqqlyutininləri ABO sistemi üzrə təyin olunduqda «A» və «H» antigenləri, bəzi ləkələrdə həmçinin beta aqqlyutinini alınmışdır. Bu qan ləkələri A beta (H)/İİ/ qruplu şəxsə, o cümlədən Zərərçəkmiş şəxs məxsus ola bilər. Tədqiqata təqdim olunan Zərərçəkmiş şəxs məxsus corabın digər tayı, Təqsirləndirilən şəxs məxsus alt mayka üzərində qana şübhəli ləkələr aşkar olunmamışdır. Dəqiq elmi əsaslandırılmış müayinə metodları olmadığından maddi sübutlar üzərində olan qanın yaranma müddətini təyin etmək mümkün olmamışdır. Təqdim olunan 1 ədəd bıçaq, 8 ədəd pambıq tampon, Zərərçəkmiş şəxs məxsus sviter, alt köynək, alt şalvar, cins şalvar, 1 cüt ayaqqabı, Təqsirləndirilən şəxs məxsus gödəkçə və şalvar üzərindəki qan ləkələrinin sitoloji tədqiqat zamanı periferik mənşəli olması müəyyən edilmişdir. Zərərçəkmiş şəxs məxsus 1 ədəd corab, Təqsirləndirilən şəxs məxsus 1 cüt rezin başmaq, qamışlar və 2 ədəd selofan paketlər üzərində olan ləkələrin ölçüləri və intensivliyi sitoloji tədqiqat aparmağa imkan verməmişdir (cild 2, iş vərəqi 178-184). İş materiallarına əlavə edilmiş 24.04.2020-ci il tarixli 766 saylı kompleks ambulator məhkəməpsixiatrik və məhkəmə-psixoloji ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs gördüyü hadisələri düzgün qavramaq və təsvir etmək imkanına malikdir. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən onda hər hansı xroniki psixi xəstəliyin, psixi fəaliyyərin müvəqqəti pozulmasının, kəmağıllığın və sair psixi xəstəliyin əlamətləri qeyd olunmamışdır. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs tibbi xarakterli məcburi tədbirlərə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən anlaqlılığı istisna etməyən pxisi pozuntu vəziyyətində olmamışdır. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CMnin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür (cild 2, iş vərəqi 185-189). “Şamaxı rayon mərkəzi xəstəxanası” publik hüquqi şəxsin rayon prokurorluğuna ünvanladığı 24.02.2020-ci il tarixli 125 saylı məktubdan görünür ki, Zərərçəkmiş şəxs həmin xəstəxanada qeydiyyatda olmamış, son beş il ərzində poliklinikaya müraciət etməmişdir (cild 2, iş vərəqi 45). Şamaxı rayon Polis şöbəsindən rayon prokurorluğuna daxil olmuş 28.02.2020-ci il tarixli 188-3268- 1220 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmamış, Zərərçəkmiş şəxs isə Bakı şəhəri, Nəsimi rayon məhkəməsinin 26.09.2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirli bilinsə də, cinayət məsuliyyətindən azad edilmişdir (cild 2, iş vərəqi 66, 68). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” publik hüquqi şəxsindən rayon prokurorluğuna daxil olmuş 04.03.2020-ci il tarixli 1796 nömrəli məktubdan görünür ki, Zərərçəkmiş şəxs 13.06.2016-14.06.2016-cı il, 09.10.2018-10.10.2018-ci il, 10.04.2019-11.04.2019-cu il tarixlərdə həmin xəstəxanada stasionar müaləcədə olmuşdur (cild 2, iş vərəqi 89). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” publik hüquqi şəxsindən rayon prokurorluğuna daxil olmuş 05.03.2020-ci il tarixli 1855 nömrəli məktubdan görünür ki, Şahid7 Orxan oğlu qeyd olunan xəstəxanada qeydiyyatda olmamışdır (cild 2, iş vərəqi 107). İş materiallarında olan 25.02.2020-ci il tarixli xasiyyətnamələrdən görünür ki, Şahid7 Orxan oğlu təhsil aldığı Azərbaycan Respublikası Təhsil Nazirliyi Şamaxı Dövlət Regional kolleci və Şamaxı rayon Gənclər və idman idarəsi tərəfindən müsbət xarakterizə olunur (cild 2, iş vərəqi 59-61). Cinayət işində olan 26.02.2020-ci il tarixli tələbnamədən görünür ki, Azərbaycan Respublikası DİNnin Baş Əməliyyat və Statistik İnformasiya idarəsində Şahid7 Orxan oğlunun məhkumluğu barədə məlumat yoxdur (cild 2, iş vərəqi 66). Məhkəmə kollegiyası yuxarıda qeyd olunan bütün sübutları müqayisəli şəkildə təhlil edib qiymətləndirərkən aşağıdakıları qeyd etməyi lazım bilir: Cinayət hüquq ədəbiyyatına görə, güclü ruhi həyəcan vəziyyəti zərərçəkmiş şəxsin qanunsuz və ya əxlaqsız, yaxud sair hərəkətləri nəticəsində təqsirkarda coşğun surətdə yaranan, kəskin xarici ifadəyə malik olan qısa müddətli, lakin intensiv cərəyan edən və yüksək həyəcanlanma ilə xarakterizə olunan vəziyyətdir. Psixologiyada belə hala fizioloji affekt vəziyyəti deyilir. Fizioloji affekt vəziyyətində şəxsin öz davranışı üzərində nəzarəti zəifləyir, onun şüurunun dərketmə əhatəsi daralır, o, öz hərəkətlərini ölçüb-biçmək və onları idarə etmək qabiliyyətini qismən itirir. Təqsirkarın əməlinin CM-nin 122-ci maddəsi ilə tövsif olunması üçün güclü ruhi həyəcan vəziyyəti qəflətən yaranmalıdır. Güclü ruhi həyəcan vəziyyətinin qəflətən yaranması dedikdə, zərərçəkmiş şəxs tərəfindən edilən zorakılıq, ağır təhqir, sair qanunsuz və ya əxlaqsız əməllər nəticəsində təqsirkarda onu öldürmək hissinin müəyyən müddətdən sonra deyil, dərhal əmələ gəlməsi başa düşülür. Başqa sözlə, zərərçəkmiş şəxsin qətlə yetirilməsi ilə güclü ruhi həyəcan vəziyyətinin yarandığı an arasında müəyyən zaman fasiləsi keçməməlidir. Əksər hallarda qəflətən yaranan güclü ruhi həyəcan vəziyyəti dərhal ölümlə nəticələnir. Təqsirkarda güclü ruhi həyəcan vəziyyətinin yaranması üçün CM-nin 122-ci maddəsinin dispozisiyasında göstərilən səbəblər olmalıdır. Həmin səbəblərə zərərçəkmiş şəxsin zorakılığı, ağır təhqiri, sair qanunsuz və ya əxlaqsız hərəkətləri, zərərçəkmiş şəxsin mütəmadi qanunsuz və ya əxlaqsız davranışı ilə əlaqədar yaranmış uzun sürən dözülməz psixi şərait aiddir. Zorakılıq fiziki və ya psixi zorakılıq formasında təzahür edə bilər. Fiziki zorakılıq döymədə, işgəncə vermədə, sağlamlığa zərər vurmada və s. ifadə oluna bilər. Zərərçəkmiş şəxs tərəfindən edilən ağır təhqir dedikdə, CM-nin 148-ci maddəsində nəzərdə tutulan təhqirlə müqayisədə daha ağır təhqir nəzərdə tutulmalıdır. Belə təhqir təqsirkarın şəxsiyyətinin, şərəf və ləyaqətinin müstəsna dərəcədə, son dərəcə kobud surətdə alçaldılmasında ifadə olunur. Təqsirkarda qəflətən güclü ruhi həyəcan vəziyyətinin yaranmasının səbəblərindən biri kimi həm də zərərçəkmiş şəxsin mütəmadi qanunsuz və ya əxlaqsız davranışı ilə əlaqədar yaranmış uzun sürən döüzlməz psixi şərait çıxış edir. Belə hallarda zərərçəkmiş şəxsin müntəzəm qanunsuz və ya əxlaqsız davranışı tədricən təqsirkarda psixi gərginliyi gücləndirir, sonuncu hərəkət isə bu cür şəraitin təsiri altında təqsirkarın «səbir kasasını» dolduraraq qəflətən güclü ruhi həyəcan vəziyyətinin yaranmasını şərtləndirir. Məhkəmədə müəyyən edildi ki, mərhum Zərərçəkmiş şəxs bir müddət idmanla məşğul olduğundan yaşadığı rayonda özünü kriminal aləmə meylli şəxs kimi aparmış, ona aid olmayan məsələlərə müdaxilə etmişdir. Hazırkı iş üzrə də o, Təqsirləndirilən şəxs sevdiyi qızla Şamaxı rayonu ərazisində guya əl-ələ tutub gəzməsi və bununla da qızın digər istəklisi olan dostu X9 yanıq verməsini bəhanə etməklə qəsdən problemlər yaratmış, özünü kriminal aləmə meylli şəxs kimi göstərərək, bu cür «süni» problemlər nəticəsində bıçaq nümayiş etdirməklə Təqsirləndirilən şəxs hədə-qorxu yolu ilə bir dəfə 200 manat, növbəti dəfə isə 100 manat məbləğində pul tələb edərək almışdır. Ölüm hadisəsi baş verdiyi gün də Zərərçəkmiş şəxs yenidən eyni üsulla Təqsirləndirilən şəxs pul tələb edib almaq qərarına gəlmiş, öz mobil telefonu ilə təqsirləndirilən şəxsə zəng vursa da, Təqsirləndirilən şəxs zəng edənin Zərərçəkmiş şəxs olduğunu görüb telefonu açmamışdır. Belə olan halda, Zərərçəkmiş şəxs bir yerdə maşında olduğu dostu Şahid1 Təqsirləndirilən şəxs zəng vurmasını xahiş etmiş, sonuncu, Şahid1 məhlə uşağı kimi tanıdığından onun zənginə cavab vermişdir. Bundan sonra Zərərçəkmiş şəxs Şahid1 telefonu alaraq Təqsirləndirilən şəxslə danışmış və sonuncunun ev geyimində iradəsinə zidd olaraq küçəyə çıxarılıb idarə etdiyi «Niva» markalı avtomaşının arxa oturacağına əyləşdirilməsinə nail olmuşdur. Gec olduğunu, evdəkilərin narahat olacağını və nə söhbəti varsa, evin qarşısında edib ayrılmalarını xahiş edən Təqsirləndirilən şəxs qulaq asmayan Zərərçəkmiş şəxs onu idarə etdiyi «Niva» markalı avtomaşınla «Yeddi günbəz» qəbiristanlığına aparmış, bununla da, ibtidai istintaq orqanının da gəldiyi nəticəyə uyğun olaraq, Təqsirləndirilən şəxs faktiki cəhətdən Zərərçəkmiş şəxs və barəsində ayrıca icraata cinayət işi ayrılmış qeyrisi ilə birlikdə qanunsuz olaraq azadlıqdan məhrum edilmişdir. Məhkəmə ölüm hadisəsi baş verməmişdən əvvəl də, yəni 27 yanvar 2020-ci il tarixdə Zərərçəkmiş şəxs bıçaq nümayiş etdirərək hədə-qorxu ilə Təqsirləndirilən şəxs pul tələb edib almasına görə, sonuncunun Zərərçəkmiş şəxs qəsdən qısas almaq məqsədilə onu öldürmək qərarına gəlməsi, bu məqsədlə yaşadığı evdən çıxarkən mətbəx bıçağını götürüb əynində olan şalvarın arxa kəmərliyində gizlətməsi barədə ibtidai istintaq orqanının gəldiyi nəticə ilə bağlı qeyd edir ki, bu ittihamların da əsasında konkret sübut mövcud deyildir və onlar da fərziyyələrə əsaslanır. Belə ki, məhkəmə iclasında dindirilən Təqsirləndirilən şəxs sözlərinə görə, onun Ruslanı ödürmək kimi bir fikri olsaydı, bunun üçün bir neçə dəfə imkanı olmuş, lakin o, bunu etməmişdir. Çünki hadisə günü maşına oturanda onun belində bıçaq olmuş və Ruslanın idarə etdiyi “Niva” markalı iki qapılı maşının arxa oturacağında oturub xeyli yol sərf edərək qəbiristanlığa qədər getmişlər. Bu vaxt onun yanında arxa oturacaqda heç kəs olmamış və Ruslandan qisas almaq üçün onu öldürməyə kifayət qədər imkanı olmuşdur. Belə ki, həmin vaxt bıçağı çıxarıb arxadan Ruslanı vurmağa heç kəs ona mane olmamışdır. Bundan başqa, qəbiristanlığa gəlib orada dəfələrlə Ruslan tərəfindən döyülməsinə, bu işdə dostlarının Ruslana kömək edib onu döymələrinə baxmayaraq, o, yenə də son ana qədər bıçağa əl atmamış, fikirləşmişdir ki, Ruslan onu döysə də, axırda dayanacaq və ona evə qayıtmağa imkan verəcəkdir. Lakin Ruslan onu döyməkdən və onu təhqir edib rayon uşaqlarının yanında alçaltmaqdan əl çəkməmiş, buna görə də özü də bilmədən belində gəzdirdiyi bıçağa əl atmışdır. Təqsirləndirilən şəxs cinayət hadisəsini törədərkən güclü ruhi həyəcan (fizioloji affekt) vəziyyətində olmaması barədə iş materiallarında olan 24.04.2020-ci il tarixli 766 saylı kompleks ambulator məhkəməpsixiatrik və məhkəmə-psixoloji ekspertizasının rəyi ilə bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 127.3-cü maddəsinə əsasən, ekspertin rəyi təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə üçün məcburi deyil, hər hansı başqa sübut kimi cinayət prosesini həyata keçirən orqan tərəfindən yoxlanılmalı və işin bütün halları ilə bağlı surətdə qiymətləndirilməlidir. Ekspertin rəyi ilə razılaşılmadıqda bu barədə əsaslandırılmış qərar çıxarılmalıdır. Həmin Məcəllənin 144-cü maddəsinin tələbinə görə, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində ifadə verən Təqsirləndirilən şəxs mərhum Zərərçəkmiş şəxs ona qarşı mütəmadi qanunsuz davranışları nəticəsində artıq bezdiyini, ondan yaxa qurtarmağın yollarını tapa bilmədiyini, rayon yeri olduğuna görə Zərərçəkmiş şəxs barəsində polis orqanına şikayət etmək istəmədiyini, ölüm hadisəsi baş verən gün də, bəlkə bıçağı nümayiş etdirəcəyi təqdirdə Ruslanın ondan əl çəkəcəyini fikirləşdiyindən evdən çıxarkən özü ilə mətbəx bıçağını götürdüyünü və son ana qədər səbir göstərərək bıçaqdan istifadə etmədiyini, artıq aldığı zərbələrin təsirindən qəbiristanlıqda ölə biləcəyini gözünün qabağına gətirdiyini və nə vaxt həmin bıçağa əl atdığını xatırlamadığını bildirdi. Ölüm hadisəsi baş verən zaman hadisə yerində olan şahidlər Şahid1, Şahid2 Hacımurad oğlu, Şahid3, Şahid4 məhkəmədə verdikləri ifadələrində hamısı bildirdilər ki, Zərərçəkmiş şəxs kriminal aləmə meylli şəxs olmuşdur. Qəbiristanlıqda olarkən onlar ancaq Ruslanın Orxanı şillə və yumruqla vuraraq döydüyünü görmüşlər, lakin Orxan həmin vaxt Ruslanı vurmamışdır. Həmçinin Yadigar kəllə ilə Orxanı vurmuş, sonuncu yerə yıxıldıqdan sonra Ruslan onun üstünə çıxaraq yumruq və təpik zərbələri ilə vurmuşdur. Birdən Ruslan durub qaçmağa başlamış, Orxan da qışqıraraq onun dalınca qaçmışdır. Sonra onlar da həmin istiqamətə qaçmış, çatanda Ruslanın qan içərisində besedkanın yanında uzandığını görmüşlər. Həmin şahidlərin hamısının ifadələrinin məzmunundan görünür ki, hadisədən sonra Orxan qışqırmağa başlamış, lakin qışqırıb nə dediyini onlar başa düşməmişlər. Orxan qışqırarkən Ruslanı bıçaqla vurub öldürdüyünə və məqsədinə çatdığına görə sözlər deməmiş, sadəcə başa düşülməyən halda yersiz şəkildə bağırmışdır. Orxan bu zaman hansısa mənasız sözlər demiş, qışqırıb bağırmışdır. Onların heç biri Orxanın dediklərinin mənasını başa düşməmişlər. Göründüyüü kimi, Təqsirləndirilən şəxs mərhum Zərərçəkmiş şəxs ona qarşı mütəmadi qanunsuz davranışları nəticəsində artıq bezməsi, nə vaxt üstündə olan bıçağa əl atması və Ruslanı bıçaqla necə vurduğunu xatırlamaması barədə məhkəmədə verdiyi ifadə hadisənin bilavasitə şahidləri olmuş Şahid1, Şahid2, Şahid3 və Şahid4 yuxarıda qeyd olunan ifadələri ilə bir daha təsdiq edilir. Yeri gəlmişkən qeyd etmək lazımdır ki, hadisə yerində olan və yuxarıda adları çəkilən şahidlərin hamısı mərhum Zərərçəkmiş şəxs dostları olmuş və hadisə yerinə də onlar zərərçəkmiş şəxsə görə gəlmişlər. Təqsirləndirilən şəxs isə həmin gün qəbiristanlığa öz iradəsinə zidd olaraq zorla təklikdə gətirilmişdir. Həmçinin qeyd edilməlidir ki, iş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” publik hüquqi şəxsinin 04.03.2020-ci il tarixli 1796 nömrəli məktubuna görə, Zərərçəkmiş şəxs 13.06.2016-14.06.2016-cı il, 09.10.2018-10.10.2018-ci il, 10.04.2019-11.04.2019-cu il tarixlərdə həmin xəstəxanada stasionar müalicədə olmuşdur. Bu isə, Zərərçəkmiş şəxs hadisədən qabaq da psixi cəhətdən müalicəyə ehtiyacı olan şəxs olması anlamına gəlir. Bundan başqa, iş materiallarına görə Təqsirləndirilən şəxs mənfi cəhətdən xarakterizə edən hər hansı bir hal müəyyən edilməmiş, Zərərçəkmiş şəxs isə Bakı şəhəri, Nəsimi rayon məhkəməsinin 26.09.2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirli bilinmiş və cinayət məsuliyyətindən azad edilmişdir. Bu isə onu səciyyələndirən hal kimi nəzərə alınmalıdır. Eyni zamanda qeyd edilməlidir ki, iş üzrə zərərçəkmiş şəxsin hüquqi varisi olan atası X12 məhkəmə iclaslarının vaxtı və yeri barədə dəfələrlə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və məhkəməyə ünvanladığı 17.08.2020-ci il tarixli teleqramda oğlu Zərərçəkmiş şəxs ölümü ilə bağlı heç kimdən şikayəti və tələbinin olmadığını bildirərək, məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Bütün bunlar isə məhkəməyə belə nəticəyə gəlməyə əsas verir ki, Təqsirləndirilən şəxs mütəmadi olaraq mərhum Zərərçəkmiş şəxs tərəfindən zorakılığa və ağır təhqirə məruz qaldığından, sonuncu gün də iradəsinə zidd olaraq mərhum və qeyrisi tərəfindən gecəyarısı qəbiristanlığa gətirilib döyüldüyündən, mərhum Zərərçəkmiş şəxs ona qarşı mütəmadi qanunsuz davranışları nəticəsində onda qəflətən güclü ruhi həyəcan (affekt) vəziyyəti yaranmış və həmin vəziyyətdə o, Zərərçəkmiş şəxs üzərində olan bıçaqla çoxsaylı zərbələr vuraraq qətlə yetirmişdir. Cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipini müəyyən edən Azərbaycan Respublikası CPM-nin 28.4-cü maddəsində cinayət mühakimə icraatını həyata keçirərkən məhkəmələrin vəzifələri sırasında cinayət prosesində tərəflərə cinayət təqibi ilə əlaqədar bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsi üçün zəruri şəraiti təmin etmək və şübhəli və ya təqsirləndirilən şəxsi həm ifşa edən, həm də bəraət verən halları, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almaq vəzifələri təsbit edilmişdir. Həmin maddədə təsbit edilmiş məhkəmənin digər vəzifəsi şübhəli və ya təqsirləndirilən şəxsin təqsirsizliyi, yaxud az təqsirliliyi barədə, habelə ona bəraət verən və ya məsuliyyətini yüngülləşdirən hallar üzrə sübutların olması barədə özü, yaxud müdafiəçisi tərəfindən irəli sürülən ərizə və vəsatətlərə baxmaqdan ibarətdir. “İnsan hüquqları haqqında Ümumi Bəyannamə”nin 11-ci maddəsində, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində, “Mülki və siyasi hüquqlar haqqında” Beynəlxalq Paktın 14-cü maddəsində öz əksini tapan, Azərbaycan Respublikasının Konstitusiyasında və Cinayət-Prosessual Məcəlləsində təsbit edilmiş təqsirsizlik prezumpsiyası nəzərdə tutur ki, cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri qanunvericilikdə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxs yalnız o halda cinayəti törətməkdə təqsirli hesab edilə bilər ki, onun konkret əməli törətməkdə təqsiri səlahiyyətli subyektlər tərəfindən qanunla müəyyən edilmiş prosessual qaydada toplanmış və məhkəmədə qiymətləndirilmiş sübutlar əsasında məhkəmənin müvafiq ittiham hökmü ilə təsdiq edilsin və bu hökm qanuni qüvvəyə minmiş olsun. Azərbaycan Respublikasının Konstitusiyası və cinayət-prosessual qanunvericiliyində nəzərdə tutulmuşdur ki, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir və ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinin təhlili göstərir ki, Avropa Məhkəməsinin mövqeyinə görə, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinə əsasən cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 33-cü maddəsi müəyyən edir ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144- 146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. Həmin Məcəllənin 145-ci maddəsinə əsasən, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Avropa İnsan Hüquqları Məhkəməsi təqsirsizlik prezumpsiyası ilə bağlı Konvensiyanın 6-cı maddəsi üzrə şikayətlərlə bağlı qərarlarında dəfələrlə vurğulamışdır ki, sübutların mümkünlüyü məsələsi əsasən milli qanunvericiliklə tənzimlənən məsələdir və ümumi qaydaya uyğun olaraq, milli hakimlər məhz təqdim olunan sübutları qiymətləndirməlidirlər. Bu şikayətlərlə bağlı məhkəmə xüsusilə qeyd etmişdir ki, Konvensiyaya uyğun olaraq, Avropa Məhkəməsinin vəzifəsi ümumilikdə məhkəmə araşdırmasının ədalətli olubolmamasından, o cümlədən sübutların əldə edilməsinin qanuni olub-olmamasından ibarətdir (“Dorson Niderlanda qarşı”, “Polufakin və Çernışov Rusiyaya qarşı”, “Lüdi İsveçrəyə qarşı”, “Van Mexelen və digərləri Niderlanda qarşı” şikayətlərlə bağlı qərarlar). “Barbera, Messege və Yabardo İspaniyaya qarşı” şikayətlə bağlı qərarında Avropa Məhkəməsi bildirmişdir ki, təqsirsizlik prezumpsiyası nəzərdə tutur ki, məhkəmənin tərkibi öz vəzifələrini icra edərkən təqsirləndirilən şəxsə istinad edilən cinayətin onun tərəfindən törədildiyi kimi qərəzli mövqedən çıxış etməməlidir, bunu sübut etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür və istənilən şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Beləliklə, iş üzrə toplanmış bütün sübutları tam, hərtərəfli və obyektiv şəkildə araşdırıb qiymətləndirən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs qisas almaq məqsədilə Zərərçəkmiş şəxs qəsdən öldürməsi barədə ibtidai istintaq orqanının gəldiyi nəticə fərziyyələrə əsaslanmaqla məhkəmə iclasında öz təsdiqini tapmadı. Məhkəmədə müəyyən edildi ki, Təqsirləndirilən şəxs həmyerlisi Zərərçəkmiş şəxs ona qarşı etdiyi zorakılıq, ağır təhqir və sair qanunsuz hərəkətlər nəticəsində əvvəllər iki dəfə hədə-qorxu yolu ilə ondan pul tələb edib alması, ölüm hadisəsi baş verən gün yenidən mərhum tərəfindən yaşadığı evdən gecəyarısı ev paltarında çıxarılaraq qeyrisi ilə birlikdə Şamaxı şəhəri ərazisində yerləşən "Yeddi Günbəz" adlı qəbiristanlığın ərazisinə gətirilməklə qanunsuz azadlıqdan məhrum edilməsi, orada Zərərçəkmiş şəxs tərəfindən döyülərək təhqir edilməsi, bədən xəsarətləri yetirilərək Zərərçəkmiş şəxs ondan hədə-qorxu ilə yenidən pul tələb etməsinə görə, pulu vermək imkanı olmadığını bildirdikdə, yenidən Zərərçəkmiş şəxs və onunla birlikdə qəbiristanlığa gəlmiş digər dostları tərəfindən yenidən dəfələrlə döyülərək müxtəlif bədən xəsarətləri yetirilməsi səbəbindən, zərərçəkmiş şəxsin mütəmadi qanunsuz davranışı ilə əlaqədar yaranmış uzun sürən dözülməz psixi şərait nəticəsində qəflətən baş vermiş güclü ruhi həyəcan (affekt) vəziyyətində həmin cinayət əməlini törətmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən, məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Yuxarıda qeyd olunanları ümumiləşdirən məhkəmə kollegiyası Azərbaycan Respublikası cinayət qanunvericiliyinin tələblərinə əsasən bu nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl düzgün tövsif edilməmişdir. Onun əməli Cinayət Məcəlləsinin 120.1-ci maddəsindən həmin Məcəllənin 122.1-ci maddəsinə tövsif edilməlidir. Qeyd olunan əməl qəsdən törədilmiş, başa çatmış cinayətdir, təsnifatına görə az ağır cinayətlər kateqoriyasına aiddir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən, bu Məcəllə ilə qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi yeddi ildən artıq olmayan əməllər az ağır cinayətlər hesab olunur. Həmin Məcəllənin 25.2-ci maddəsinə əsasən, şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk etmiş, onun ictimai təhlükəli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, bu halda cinayət birbaşa qəsdlə törədilmiş hesab olunur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmədə Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə kollegiyası, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və təkzibedilməz sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 122.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini qəsdən törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası CM-nin 59.1.8-ci maddəsinə əsasən, cinayətin zərərçəkmiş şəxsin qanunsuz hərəkətlərinin təsiri altında törədilməsi, həmin Məcəllənin 59.1.10-cu maddəsinə əsasən, şəxsin könüllü gəlib təqsirini boynuna alması və cinayətin açılmasına fəal kömək etməsi, həmçinin ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsi və təhsil aldığı müəssisə üzrə müsbət xarakterizə olunması təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən hallardır. Məhkəmədə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Təqsirləndirilən şəxs cəza təyin olunarkən Cinayət Məcəlləsinin 60.1-ci maddəsinin müddəaları nəzərə alınmalıdır. Belə ki, bu Məcəllənin 59.1.8, 59.1.10- 59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Məhkəmə kollegiyası cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələbinə görə, qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilmə yeri ümumi rejimli cəza çəkmə müəssisəsi müəyyən edilir. Təqsirləndirilən şəxs ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, ona təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın başlanğıcı 01 fevral 2020-ci il tarixdən hesablanmalıdır. Belə ki, iş materiallarına əsasən, həmin tarixdə adı çəkilən şəxs Şamaxı rayon prokurorluğu tərəfindən şübhəli şəxs qismində tutulmuşdur. Həmçinin məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs 01 fevral 2020-ci il tarixdən başlayaraq həbsdə saxlanıldığı bütün müddət ona təyin olunacaq cəza müddətinə daxil edilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsində görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Eyni zamanda, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Azərbaycan Respublikası CPM-nin 132.0-cı maddəsinin tələbinə görə, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə hökm çıxararkən aşağıdakı qaydalara riayət edilməlidir: 132.0.1. məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir; 132.0.2. dəyəri olmayan digər əşyalar məhv edilməli, maraqlı şəxslərin vəsatəti olduqda isə onlara verilə bilər. Cinayət-prosessual qanunvericiliyinin qeyd olunan müddəalarına əsaslanan məhkəmə kollegiyası hesab edir ki, Şamaxı rayon prokurorluğunun maddi sübutları saxlama otağında saxlanılan iş üzrə maddi sübutlar - Təqsirləndirilən şəxs könüllü olaraq təqdim etdiyi dəstəyi qara rəngli, tiyəsinin uzunluğu 17 sm, dəstəyinin uzunluğu 12 sm olan bıçaq, tünd sarı (bataqlıq) rəngli olmaqla, iç boyunluq hissəsində “Elvinjontex” sözü yazılmış gödəkçə, tünd göy rəngli cins parçadan şalvar, bir ədəd ağ rəngli qolsuz mayka, bir cüt qara rəngli corab və bir cüt göy rəngli tərlik, Zərərçəkmiş şəxs meyitinə baxış zamanı götürülmüş tünd bənövşəyi rəngli üzərində qanabənzər ləkələr olan iç tərəfinin boğazlığında “Fashion design MZQJ” yazılmış yarlıq olan sviter, boz rəngli qış alt geyim paltarı, sağ cibin üst hissəsində “Gucci” etiketi, kəmərliyin çöl hissəsində “Actemium Cameroun” sözü yazılmış rezin yarlıq olan qara rəngli şalvar, tünd göy rəngli alt şalvarı, hər birinin üzərində qırmızı rəngli sapla “R” hərfi yazılmış bir cüt corab, 1 cüt qara rəngli makasin tipli kişi ayaqqabısı, Zərərçəkmiş şəxs başın alın, təpə, ənsə, sağ və sol gicgah nahiyələrindən götürülmüş saç nümunələri, həmçinin sağ və sol əl barmaqlarından götürülmüş dırnaq nümunələri, üzərində qanabənzər ləkələr olan 1 ədəd sellofan torba, 3 ədəd ağac parçaları məhv edilməlidir. Cinayət işi üzrə ibtidai araşdırma zamanı keçirilmiş ekspertiza tədqiqatı 104 (yüz dörd) manat 16 qəpik dəyərində qiymətləndirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.4-cü maddəsində ekspertə ödənilməli haqqlar məhkəmə məsrəflərinin bir növü kimi nəzərdə tutulmuşdur və həmin Məcəllənin 198.1-ci maddəsinə əsasən, həmin məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər. Bu səbəbdən, məhkəmə məsrəfləri hesab edilən 104 (yüz dörd) manat 16 qəpik ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə köçürülməlidir. Cinayət işi üzrə əmlak üzərinə həbs qoyulmaması, mülki iddia verilməməsi, təqsirləndirilən şəxs barəsində xüsusi müsadirənin və tibbi xarakterli məcburi tədbirlərin tətbiqi üçün əsaslar olmaması nəzərə alınmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 122.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 01 fevral 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Cinayət işi üzrə Şamaxı rayon prokurorluğunun maddi sübutları saxlama otağında saxlanılan maddi sübutlar - Təqsirləndirilən şəxs könüllü olaraq təqdim etdiyi dəstəyi qara rəngli, tiyəsinin uzunluğu 17 sm, dəstəyinin uzunluğu 12 sm olan bıçaq, tünd sarı (bataqlıq) rəngli olmaqla, iç boyunluq hissəsində “Elvinjontex” sözü yazılmış gödəkçə, tünd göy rəngli cins parçadan şalvar, bir ədəd ağ rəngli qolsuz mayka, bir cüt qara rəngli corab və bir cüt göy rəngli tərlik, Zərərçəkmiş şəxs meyitinə baxış zamanı götürülmüş tünd bənövşəyi rəngli üzərində qanabənzər ləkələr olan iç tərəfinin boğazlığında “Fashion design MZQJ” yazılmış yarlıq olan sviter, boz rəngli qış alt geyim paltarı, sağ cibin üst hissəsində “Gucci” etiketi, kəmərliyin çöl hissəsində “Actemium Cameroun” sözü yazılmış rezin yarlıq olan qara rəngli şalvar, tünd göy rəngli alt şalvarı, hər birinin üzərində qırmızı rəngli sapla “R” hərfi yazılmış bir cüt corab, 1 cüt qara rəngli makasin tipli kişi ayaqqabısı, Zərərçəkmiş şəxs başın alın, təpə, ənsə, sağ və sol gicgah nahiyələrindən götürülmüş saç nümunələri, həmçinin sağ və sol əl barmaqlarından götürülmüş dırnaq nümunələri, üzərində qanabənzər ləkələr olan 1 ədəd sellofan torba, 3 ədəd ağac parçaları məhv edilsin. Məhkəmə məsrəfləri hesab edilən 104 (yüz dörd) manat 16 qəpik ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə köçürülsün. Hökmdən elan olunduğu vaxtdan, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətinə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən hakim Eldar İsmayılov Hakimlər Cavid Hüseynov Samir Əliyev Əsli ilə düzdür Hakim Eldar İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar