Məhkəmə qərarları › İş №1(101)-209/2022

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-209/2022

15.04.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-209/2022 15.04.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ hakim İradə Xəlil qızı Həsənzadənin sədrliyi ilə hakimlər Azər İslah oğlu Paşayevdən və Əhməd Qəhrəman oğlu Quliyevdən ibarət tərkibdə Zülfiyyə Asif qızı Salmanzadənin katibliyi ilə dövlət ittihamçıları Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin prokurorları X20 və Dövlət ittihamçısı zərər çəkmiş şəxslərin hüquqi varisləri X11, X9 və X1 zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs5, X4, Zərərçəkmiş şəxs8, Zərərçəkmiş şəxs10 və Zərərçəkmiş şəxs11 yetkinlik yaşına çatmayan zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs7 qanuni nümayəndəsi Qanuni nümayəndə müdafiəçilər Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 və Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 iştirakı ilə 1961-ci il yanvarın 18-də Əli Bayramlı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, «Elaton Servis» məhdud məsuliyyətli cəmiyyətində sürücü işləmiş, əvvəllər məhkum olunmamış, Şirvan şəhəri, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qismində qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 263.3.-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İbtidai araşdırma orqanı tərəfindən ittiham irəli sürülmüşdür ki, Təqsirləndirilən şəxs 2021-ci il mayın 24-də saat 15:55 radələrində Bakı şəhəri, Heydər Əliyev prospekti, Bakı- Mərdəkan şose yolunun Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi ərazisindən keçən hissəsində Bakı şəhəri istiqamətində Binə körpüsünü keçəndən sonra idarə etdiyi "xxxx" məhdud məsuliyyətli cəmiyyətinə məxsus **-JA-*** dövlət qeydiyyat nişanlı və yarımqoşqusu olan **-ZX-*** dövlət qeydiyyat nişanlı yük avtomobili ilə hərəkətdə olarkən «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə, yəni sürücü yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı olduğu halda göstərilən yol hərəkəti qaydalarını pozub qarşısında eyni istiqamətdə hərəkətdə olan, Zərərçəkmiş şəxs11 etibarnamə əsasında idarə etdiyi «Mercedes-Benz» markalı «Vito» modelli **-VR- *** dövlət qeydiyyat nişanlı avtomobilin arxa hissəsi ilə toqquşmuş, nəticədə yol-nəqliyyat hadisəsi baş verərək həmin avtomaşının salonunda əyləşən sərnişinlər Zərərçəkmiş şəxs3 alt çənənin əzilmiş yarası, sağ və sol dizin sıyrıqları, üst çənə sümüyünün qapalı və alt çənə sümüyünün açıq qəlpəli sınıqları, sağ Vİİ, Vİİİ, İX qabırğaların orta körpücük xətti üzrə qapalı, yerdəyişən sınıqları, kəskin qanitirmə ilə nəticələnmiş qaraciyərin cırılması, Zərərçəkmiş şəxs1 sol çiyinin ön səthinin, sağ əlin arxa səthinin, sağ baldırın aşağı üçdə birinin ön səthinin, sağ ayağın üst səthinin sıyrıqları, sol çiyin nahiyəsinin, sağ körpücüküstü nahiyənin, sol budun orta 1/3-nin ön-iç səthinin, sağ və sol baldırın orta 1/3nin ön səthinin qançırları, ağır travmatik və hemorragik şok ilə müşayiət olunan sağ Vİ, Vİİ, Vİİİ, İX və sol Vİİİ, İX, X qabırğaların orta körpücük xətti üzrə qapalı, yerdəyişən sınıqları, kəskin qanitirmə ilə müşayiət olunan qaraciyərin və dalağın cırılması, Zərərçəkmiş şəxs2 alın nahiyəsinin, sol qaşın əzilmiş yaraları, sol sağrılarının bayır-yuxarı kvadratının, sağ və sol dizin ön səthinin, sağ və sol baldırın orta 1/3-nin ön səthinin qançırları, sağ Vİİ, Vİİİ, İX, X və sol Vİ, Vİİ, Vİİİ, İX, X qabırğaların orta körpücük xətti üzrə qapalı, yerdəyişən sınıqları kimi ümumilikdə insan həyatı üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid xəsarətlər yetirməklə sonuncuların ölümünə səbəb olmuş, sürücü Zərərçəkmiş şəxs11 təpə nahiyəsinin, sol və sağ saidin sıyrıqları kimi sağlamlığa zərər vurmadığından dərəcəsi təyin edilməyən, sərnişinlər Zərərçəkmiş şəxs4 baş beyin silkələnməsi halında qapalı beyin travması, alt çənə sümüyünün və sağ almacıq sümüyünün yerdəyişən sınıqları kimi sağlamlığa az ağır zərərvurmaya, Zərərçəkmiş şəxs7 baş beyinin yüngül dərəcəli silkələnməsi, pnevmasefaliya, ənsə sümüyünün xətti sınığı kimi sağlamlığa ağır zərərvurmaya, Zərərçəkmiş şəxs5 sağ bazunun, sol dizin, sol baldırın əzilmiş yarası, sol Vİ,Vİİ, Vİİİ, İX və X qabırğaların qapalı, yerdəyişən sınıqları, sol tərəfli hemotoraks, sol baldır sümüklərinin qapalı, yerdəyişən sınığı kimi sağlamlığa ağır zərərvurmaya, X7 ikitərəfli hemopnevmotoraksla və ağciyərin kontuziyası ilə müşahidə olunan sol Vİİİ, İX, X qabırğalarının sınığı kimi sağlamlığa az ağır zərərvurmaya aid, Zərərçəkmiş şəxs8 boynun çəhrayımtıl rəngli dəri sahəsi sıyrığı kimi sağlamlığa zərər vurmadığından dərəcəsi təyin edilməyən xəsarətlər yetirməklə ehtiyatsızlıqdan üç şəxsin ölümü ilə nəticələnən yolnəqliyyat hadisəsini törədərək zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs10 ümumilikdə 11.500 manat və zərər çəkmiş hüquqi şəxs "xxxx" MMC-yə 17.720,50 manat məbləğində maddi ziyan vurmuşdur. İş üzrə təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 263.3.-cü maddəsi ilə ona elan olunan ittiham üzrə özünü təqsirli bilməyib ifadəsində göstərdi ki, üç ildən çoxdur "xxxx" məhdud məsuliyyətli cəmiyyətində sürücü işləmişdir. 2021-ci il mayın 24-də saat 14:30 radələrində şirkət tərəfindən ona təhkim olunan «Man» markalı **-JA-*** dövlət qeydiyyat nişanlı **-ZX-*** qoşqu nömrəli avtomobili idarə edərək Bakı şəhəri Sabuncu rayonunun Pirşağı qəsəbəsində yerləşən «Akkord» sement satışı bazasına gəlməklə orada avtomaşının çəninə yüklədiyi 30 ton sementi Bakı şəhəri Suraxanı rayonunun Hövsan qəsəbəsindəki beton zavoda aparmalı olduğuna görə bazanı tərk edib dənizkənarı yolla Bakı şəhəri Xəzər rayonunun Heydər Əliyev prospektinə çıxaraq şəhər mərkəzi istiqamətində hərəkət etmişdir. O, nəqliyyat vasitəsini saatda 70 km surətlə yolun göstərilən surət üçün nəzərdə tutulan zolağı daxilində idarə etməklə Bakı şəhəri, Xəzər rayonunun Binə qəsəbəsindəki döngənin yaxınlığında olduğu zaman qəflətən sol tərəfdəki zolaqdan «Mercedes-Benz» markalı «Vito» modelli avtomobilin onun hərəkətdə olduğu zolağa keçib qarşısında dayandığını müşahidə etmiş, həmin anda avtomaşınlar arasındakı məsafə 3-4 metr olduğundan hərəkəti üçün təhlükə yarandığını başa düşmüşdür. Təhlükənin yarandığını görən kimi əyləcə bassa da ara məsafəsi az olduğuna görə bunun heç bir əhəmiyyəti olmamışdır. Nəticədə idarə etdiyi avtomobilin qabaq hissəsi göstərilən avtomaşının arxa hissəsinə dəyərək toqquşmuş və qabağınca təxminən 15 metr sürünməklə dayanmışdır. Hadisədən dərin məyusluq keçirmişdir. İş üzrə zərər çəkmiş şəxsin hüquqi varisi qismində dindirilən X17 ifadəsində göstərdi ki, mərhum Zərərçəkmiş şəxs3 onun həyat yoldaşıdır. Onlar 2010-cu ildə evlənmişlər və iki azyaşlı övladları vardır. Mərhum arvadı Bakı şəhəri, Xəzər rayonunun Mərdəkan qəsəbəsindəki A.S. Makarenko adına Respublika Humanitar Fənlər Təmayüllü Gimnaziyasında müəllim işləmiş və həftənin beş günü işdə olmuşdur. 2021-ci il mayın 24də saat 16 radələrində ona Bakı şəhəri, Xəzər rayonunun Heydər Əliyev prospektində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində «Mercedes-Benz» markalı «Vito» modelli **-VR- *** dövlət qeydiyyat nişanlı avtomobildəki sərnişinlərdən biri olan Lalənin aldığı xəsarətlərdən vəfat etməsi xəbəri verilmişdir. İş üzrə zərər çəkmiş şəxsin hüquqi varisi qismində dindirilən X18 ifadəsində göstərdi ki, mərhum atası Zərərçəkmiş şəxs2 onunla birlikdə yaşayıb çilingər işləmişdir. 2021-ci il mayın 24-də saat 16 radələrində ona zəng edən Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinin əməkdaşından atasının yol-nəqliyyat hadisəsi vaxtı aldığı xəsarətlərdən vəfat etdiyini bilərək sonradan öyrənmişdir ki, sonuncunun Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsindən Zərərçəkmiş şəxs11 adlı şəxsin idarə etdiyi «Mercedes-Benz» markalı «Vito» modelli mikroavtobusla Bakı metropoliteninin «Koroğlu» stansiyasına yol gedərkən həmin nəqliyyat vasitəsini arxadan hərəkətdə olan sement daşıyan yük avtomaşını vurmuş, atasından başqa sərnişinlərdən ikisi ölmüşdür, digərləri isə müxtəlif xəsarətlər almışlar. İş üzrə zərər çəkmiş şəxsin hüquqi varisi qismində dindirilən X3 ifadəsində göstərdi ki, o, mərhum əri Zərərçəkmiş şəxs1la 1983-cü ildə evlənməklə övladları olmamışdır. 2021-ci il mayın 24-də saat 14-15 radələrində sonuncu evdən çıxmış, təxminən bir saatdan sonra ona ərinin Bakı şəhəri, Xəzər rayonu, Heydər Əliyev prospektində baş vermiş yol-nəqliyyat hadisəsi zamanı aldığı xəsarətlərdən hadisə yerində öldüyü barədə məlumat verilmişdir. İş üzrə zərər çəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs4 ifadəsində göstərdi ki, 2021-ci il mayın 24-də saat 15-30 radələrində Bakı şəhəri, Xəzər rayonunun Mərdəkan qəsəbəsində yerləşən qohumunun evindən çıxdıqdan sonra «stansiya» deyilən ərazidəki dayanacaqdan Bakı metropoliteninin «Koroğlu» stansiyasına getmək üçün adını sonradan bildiyi Zərərçəkmiş şəxs11 idarə etdiyi «Mercedes-Benz» markalı «Vito» modelli mikroavtobusun arxa salonunda birinci sıradakı orta oturacaqda, göstərilən sırada ondan sağda və solda qadın sərnişinlər, arxa sıradakı oturacaqlarda üç nəfər kişi sərnişin, qabaq salonda sürücünün yanında bir nəfər yaşlı qadınla bir nəfər uşaq əyləşmişlər. Avtomobilin oturacaqları dolandan sonra onlar yola düşüb Heydər Əliyev prospektinə daxil olaraq yolun maksimal surət həddi 110 km/saat olan zolağı ilə hərəkət etmişlər. Binə qəsəbəsindəki döngəyə yaxınlaşanda arxadakı sərnişinlərdən hansısa düşmək istədiyini bildirsə də sürücü telefonla danışdığından sonuncunun sözlərini eşitməmiş, bir qədər qabağa keçəndən sonra isə tezliklə hərəkəti bitirəcəyini deməklə avtomaşını yolun sağ tərəfinə, yəni maksimal surət həddi 70 km/saat olan zolağa çıxıb saxlamış, mikroavtobus tam dayanmış vəziyyətdə olarkən arxadan hərəkət edən ağır tonnajlı yük nəqliyyat vasitəsini onların əyləşdikləri «Mercedes-Benz» markalı «Vito» modelli avtomobili arxadan vurmuşdur. Salonun hansısa hissəsi zərbə ilə onun boynunun sağ hissəsinə dəydiyinə görə çənə sümüyü sınmış, sinəsi və bədəninin müxtəlif nahiyələri əzilmişdir. Ondan sağda əyləşən qadın və arxa sıradakı sərnişinlərdən iki nəfər kişi aldıqları xəsarətlərdən hadisə yerindəcə ölmüş, digər sərnişinlər isə müxtəlif dərəcəli xəsarətlər almışlar. Hadisə yerinə toplaşan kənar şəxslər onları mikroavtobusdan çıxartmış və birazdan oraya gələn təcili tibbi yardım stansiyasının həkimləri onları xəstəxanaya aparmışlar. İş üzrə zərər çəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs5 zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs4 ilə uyğun ifadə verərək həmçinin göstərdi ki, hadisə vaxtı o, Zərərçəkmiş şəxs11 idarə etdiyi «Mercedes-Benz» markalı «Vito» modelli mikroavtobusun arxa salonunda birinci sırada qapıya ən yaxın olan oturacaqda əyləşmiş, avtoqəza nəticəsində onun beş qabırğası sınmış, onlardan biri ağciyərinə girməklə yaralamış, beyni silkələnmiş, sağ qolu əzilmiş, sol baldır sümüyü yerdəyişən qəlpəli sınmışdır. İş üzrə zərər çəkmiş şəxs qismində dindirilən X12 zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs4 ilə eyni məzmunlu ifadə verib həmçinin göstərdi ki, hadisə zamanı o, 2007-ci il 27 avqust təvəllüdlü nəvəsi Zərərçəkmiş şəxs7 ilə birlikdə Zərərçəkmiş şəxs11 idarə etdiyi «Mercedes Benz» markalı «Vito» modelli mikroavtobusun qabaq salonunda sürücünün yanındakı oturacaqlarda əyləşmiş, avtoqəza nəticəsində oturacaq zərbədən salonun qabaq hissəsinə sıxıldığı üçün o və nəvəsi arada qalaraq özünün qabırğaları sınmış, bədəninin bir çox nahiyələri əzilmiş, Beyrək kəllə-beyin travması almışdır. İş üzrə zərər çəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs8 zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs4 ilə analoji ifadə verməklə həmçinin göstərdi ki, hadisə vaxtı o, Zərərçəkmiş şəxs11 idarə etdiyi «Mercedes-Benz» markalı «Vito» modelli mikroavtobusun arxa salonundakı ikinci sırada olan orta oturacaqda əyləşmiş, avtoqəza nəticəsində onun boyun nahiyəsindən tutmuş ayağının uclarına qədər bütün bədəni əzilmiş, aparıldığı 3 saylı Şəhər Klinik Xəstəxanasında ona tibbi yardım göstərildikdən sonra həmin gün evə buraxılmışdır. İş üzrə zərər çəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs10 zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs4 ilə oxşar ifadə verib həmçinin göstərdi ki, 2021-ci il aprelin 30-da X5 baş etibarnamə əsasında 12.500 manata aldığı, Zərərçəkmiş şəxs11 tərəfindən idarə edilən 2002-ci il buraxılışlı, «Mercedes-Benz» markalı «Vito» modelli mikroavtobus tamamilə sıradan çıxdığından ona 11.500 manat məbləğində maddi ziyan vurulmuşdur. Buna baxmayaraq sonuncuya və mikroavtobusu arxadan vuran yük avtomaşının sürücüsünə və ya sahibinə qarşı heç bir tələbi, iddiası yoxdur. İş üzrə zərər çəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs11 ifadəsində göstərdi ki, **-VU-*** dövlət qeydiyyat nişanlı «Mercedes-Benz» markalı «Vito» modelli avtomobili etibarnaməyə əsasən idarə etməklə Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsindən Bakı metropoliteninin «Koroğlu» stansiyasının yanına sərnişin daşıması ilə məşğul olmuşdur. 2021-ci il mayın 24-də saat 15:55 radələrində qabaq salonunda iki və arxa salonunda altı nəfər sərnişin olduqları göstərilən avtomaşını yolun maksimal hərəkət surəti 110 km/saat olan zolağı ilə idarə etmişdir. Heydər Əliyev prospektinin Binə qəsəbəsindəki döngənin yaxınlığında olarkən gözlənilmədən mühərrikdə nasazlıq yaranmış və avtomobil surətdən düşməyə başlamışdır. Ona görə də o, qəza təhlükəsizliyi işıq siqnallarını yandırıb əvvəlcə yolun maksimal surət həddi 90 km/saat olan zolağına, sonra isə 70 km/saat surət olan zolağına keçərək avtomaşını saxlamaq istəmişdir. Bu zaman həmin zolaqda arxadan hərəkətdə olan, adını sonradan bildiyi Təqsirləndirilən şəxs surətlə gəldiyi «Man» markalı, çənli yarım qoşqulu olan nəqliyyat vasitəsinin qabaq hissəsi ilə onun idarə etdiyi avtomobilin arxa hissəsindən vurmaqla qabağınca 15-20 metr sürüyüb dayanmışdır. Arxa salondakı oturacaqda əyləşən sərnişinlərdən üç nəfər aldığı xəsarətlərdən yerindəcə ölmüş, digər sərnişinlərə və ona müxtəlif dərəcəli bədən xəsarətləri yetirilmişdir. O, idarə etdiyi avtomobili yolun maksimal surət 70 km/saat olan zolağına çıxaran vaxt «Man» markalı avtomaşının arxadan hərəkətdə olduğunu görmüş, aralarında 40-50 metr məsafə olmuşdur. O, yanacağnın qurtarması səbəbindən avtomobili yolun sağ zolağına çıxartmağa məcbur olmuş, bundan əvvəl avtomaşını sərnişinlərlə bərabər yanacaq doldurma məntəqəsinə salmış, lakin növbə sıxlığına görə, eləcə də sərnişinlərin tələbi ilə yanacaq doldurmadan yoluna davam etmişdir. Məhkəmə iclasında ifadəsi elan edilərək tədqiq olunmuş iş üzrə yetkinlik yaşına çatmayan zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs7 ibtidai araşdırma zamanı zərər çəkmiş şəxs X12 ilə bənzər ifadə vermişdir (2-ci cild, iş vərəqi 106-108). Məhkəmə iclasında ifadəsi elan edilməklə tədqiq olunmuş iş üzrə zərər çəkmiş şəxs X14 ibtidai araşdırma vaxtı Təqsirləndirilən şəxs ilə oxşar ifadə verib həmçinin 2018-ci ildən "xxxx" MMC-nin hüquq şöbəsində hüquqşünas, Təqsirləndirilən şəxs isə göstərilən şirkətdə sürücü işlədiklərini, sonuncuya şirkətin sement daşıyan «Man» markalı **-JA-*** dövlət qeydiyyat nişanlı avtomaşının təhkim olunduğunu, 2021-ci il mayın 24-də baş verən yol-nəqliyyat hadisəsi zamanı ümumilikdə 17.720,50 manat məbləğində maddi ziyan vurulsa da "xxxx" MMC-nin heç bir şikayəti və tələbi olmadığını göstərmişdir (2-ci cild, iş vərəqi 125-127). İş materiallarındakı Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin tərtib etdiyi 2021-ci il 24 may tarixli protokoldan görünür ki, Bakı şəhəri, Heydər Əliyev prospekti, Bakı-Mərdəkan şose yolunun Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi ərazisindən keçən hissəsindəki hadisə yerinə baxış vaxtı «Man» markalı yük avtomobilinin qoşqu ilə birlikdə qabaq hissəsinin əzilməsi, qarşısında qana bənzər izlərin olması, ondan təxminən 5 metr qarşıda «Mercedes-Benz» markalı «Vito» modelli **-VR-*** dövlət qeydiyyat nişanlı avtomaşının tam yararsız vəziyyətdə olması, hadisə yerində biri qadın, ikisi kişi olmaqla üç nəfərin meyitinin olması müəyyənləşdirilmiş, hadisə yerinin sxemi və fotocədvəl protokolda əlavə olunmuşdur (1-ci cild, iş vərəqi 4-12). İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin «Respublika Narkoloji Mərkəzi» publik hüquqi şəxsinin 2021-ci il 24 may 1/1494 №-li sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından görünür ki, Təqsirləndirilən şəxs ayıq vəziyyətdədir (1-ci cild, iş vərəqi 13). İş materiallarında olan 2021-ci il 09 mart tarixli AZ seriyalı 501796 №-li sürücülük vəsiqəsinin, 2014-cü il 04 noyabr tarixli AZ seriyalı 300194 №-li və 2014-cü il 04 noyabr tarixli AZ seriyalı 300197 №-li nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnamələrinin, habelə "xxxx" məhdud məsuliyyətli cəmiyyətinin 2021-ci il 01 yanvar tarixli ALƏ seriyalı 021070 №-li yük avtonəqliyyatı üçün yol vərəqinin kserosurətlərindən görünür ki, Təqsirləndirilən şəxs özünə məxsus BD kateqoriyalı sürücülük vəsiqəsi ilə "xxxx" MMC-yə məxsus «Man» markalı **-JA-*** dövlət qeydiyyat nişanlı **-ZX-*** qoşqu nömrəli yük avtomobilini yol vərəqəsi əsasında idarə etmişdir (1-ci cild, iş vərəqi 32-35). İş materiallarındakı Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin tərtib etdiyi 2021-ci il 24 may tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Azərbaycan Respublikasının CM-nin 263.3.-cü maddəsi ilə nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur (1-ci cild, iş vərəqi 58). İş materiallarında olan Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin 2021-ci il 26 may tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Azərbaycan Respublikasının CM-nin 263.3.-cü maddəsində nəzərdə tutulan ittiham elan olunmuşdur (1-ci cild, iş vərəqi 98-99). İş materiallarında olan Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2021-ci il 26 may və 2021-ci il 17 iyun tarixli, Bakı Apellyasiya Məhkəməsinin 2021-ci il 24 iyun tarixli qərarlarının surətlərindən görünür ki, Azərbaycan Respublikasının CM-nin 263.3.-cü maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində əvvəli 2021-ci il mayın 24-dən hesablanmaqla həbs qismində qətimkan tədbiri seçilərək ev dustaqlığı qismində qətimkan tədbiri ilə əvəz edilməsindən imtina olunmuş, Bakı Apellyasiya Məhkəməsi tərəfindən Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır (1-ci cild, iş vərəqi 161-165 və 215-225). İş materiallarındakı Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin tərtib etdiyi 2021-ci il 26 may tarixli nəqliyyat vasitəsinə baxış keçirilməsi və texniki vəziyyətinin yoxlanılması haqqında protokoldan görünür ki, qabaq hissəsində toqquşma izləri olan «Man» markalı **-JA-*** dövlət qeydiyyat nişanlı **-ZX-*** qoşqu nömrəli yük avtomobilinin qabaq hissəsinin əzilməsi, plastmas hissələrinin və sağ farasının sınması müəyyənləşdirilmişdir (1-ci cild, iş vərəqi 171-173). İş materiallarında olan 2021-ci il 29 may tarixli qəbzdən görünür ki, X19 AZE seriyalı 07826072 seriyalı şəxsiyyət vəsiqəsini, X6 məxsus, içərisində dörd ədəd ödəmə və bank kartları, bir ədəd «Bakıkart» olan pul kisəsini, X15 məxsus AZE seriyalı 17186189 seriyalı şəxsiyyət vəsiqəsini və bir ədəd açarı, bir ədəd «Samsung» markalı mobil telefonu, 20 manat pulu və bir ədəd qol saatını sahiblərinə qaytarmaq üçün təhvil almışdır (1-ci cild, iş vərəqi 182). İş materiallarında olan Azərbaycan Respublikası Nəqliyyat Nazirliyinin 2011-ci il 03 noyabr tarixli 030477 №-li lisenziyasının kserosurətindən görünür ki, "xxxx" məhdud məsuliyyətli cəmiyyətinə 5 il müddətinə avtomobil nəqliyyatı ilə ölkədaxili yük daşımalarını həyata keçirməyə icazə verilmişdir (1-ci cild, iş vərəqi 191). İş materiallarında olan 2018-ci il 15 fevral tarixli 40-02/2018 №-li xidmət müqaviləsindən görünür ki, "xxxx" məhdud məsuliyyətli cəmiyyəti ilə Təqsirləndirilən şəxs arasında sonuncunun sürücülük xidməti göstərməsi ilə bağlı müqavilə bağlanmışdır (1-ci cild, iş vərəqi 193-195). İş materiallarında olan «X21» məhdud məsuliyyətli cəmiyyətinin 2021-ci il 24 may tarixli çıxarışının kserosurətindən görünür ki, Təqsirləndirilən şəxs idarə etdiyi **-JA-*** dövlət qeydiyyat nişanlı avtomobilə 31,76 ton sement yüklənmişdir (1-ci cild, iş vərəqi 196). İş materiallarındakı Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin tərtib etdiyi 2021-ci il 08 iyun tarixli nəqliyyat vasitəsinə baxış keçirilməsi və texniki vəziyyətinin yoxlanılması haqqında protokoldan görünür ki, arxa hissəsində toqquşma izləri olan «Mercedes-Benz» markalı «Vito» modelli **-VR-*** dövlət qeydiyyat nişanlı avtomobilin şüşələrinin tamamilə sınması, oturacaqların yerindən çıxması, tam yararsız vəziyyətə düşən avtomaşının sağ hissəsində qana bənzər maye olması müəyyənləşdirilmişdir (1-ci cild, iş vərəqi 197-199). İş materiallarındakı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 2021-ci il iyunun 09-da tərtib etdiyi tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (1-ci cild, iş vərəqi 201). İş materiallarında olan 2021-ci il 11 iyun tarixli ərizədən görünür ki, X8 onun mülkiyyətində olmaqla Zərərçəkmiş şəxs11 etibarnamə əsasında idarə etdiyi «Mercedes- Benz» markalı «Vito» modelli **-VR-*** dövlət qeydiyyat nişanlı avtomobilə vurulan maddi ziyanla əlaqədar Təqsirləndirilən şəxs qarşı heç bir tələbi və iddiası yoxdur (1-ci cild, iş vərəqi 206). İş materiallarındakı Bakı şəhəri «Avtoservis-Qamışlıq» məhdud məsuliyyətli cəmiyyətinin tərtib etdiyi 2021-ci il 14 iyun tarixli 16 №-li arayışdan görünür ki, X10 məxsus «Mercedes-Benz» markalı «Vito» modelli **-VR-*** dövlət qeydiyyat nişanlı avtomobilə mütəxəssis baxışı zamanı avtomobilin istismara yararsız olması və sonuncuya 11.000- 11.500 manat ziyan dəyməsi müəyyənləşdirilmişdir (1-ci cild, iş vərəqi 208). İş materiallarında olan 2021-ci il 30 aprel tarixli ƏN-Vİİ seriyalı 682728 №-li nəqliyyat vasitələrinə sərəncam verilməsi haqqında etibarnamənin kserosurətindən görünür ki, X13 ona məxsus «Mercedes-Benz» markalı «Vito Minik» modelli nəqliyyat vasitəsi üzrə sürücülük hüququ olduqda idarə etmək, bağışlamaq, ipoteka qoymaq, sərəncam vermək və digər hərəkətlər, qeydiyyata salmaq, qeydiyyatdan çıxarmaq və ərizə vermək səlahiyyətlərini bir il müddətinə Zərərçəkmiş şəxs10 vermişdir (1-ci cild, iş vərəqi 209). İş materiallarında olan 2021-ci il 03 sentyabr tarixli icbari sığorta müqaviləsinə dair məlumatın çıxarışının kserosurətindən görünür ki, X13 ona məxsus «Mercedes-Benz» markalı «Vito Minik» modelli **-VR-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini 2020-ci il iyunun 24-də bir il müddətinə «AtaSığorta» açıq səhmdar cəmiyyətinə sığortalatmışdır (1-ci cild, iş vərəqi 210). İş materiallarındakı Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin tərtib etdiyi 2021-ci il 15 iyun tarixli protokoldan görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Növbətçi Hissələri İdarəetmə Xidmətinin 2021-ci il 09 iyun tarixli 003-7461- 1221 №-li məktubu ilə daxil olan Təhlükəsiz Şəhər Xidmətinin TŞ 7-002 nömrəli videomüşahidə qurğusunun 1-ci və 2-ci kameralarının 2021-ci il 24 may tarixli saat 15:45dən saat 16:30-dək olan müddətdəki görüntüləri əks etdirən bir ədəd DVD-R diskinə baxış keçirilərkən 2021-ci il mayın 24-də Bakı şəhəri, Heydər Əliyev prospektinin Xəzər rayonu ərazisindən keçən hissəsində Binə qəsəbəsinə olan döngənin yaxınlığında şəhər mərkəzi istiqamətində Təqsirləndirilən şəxs idarə etdiyi "xxxx" məhdud məsuliyyətli cəmiyyətinə məxsus «Man» markalı **-JA-*** dövlət qeydiyyat nişanlı yarımqoşqulu avtomobillə həmin istiqamətdə hərəkətdə olan Zərərçəkmiş şəxs11 idarə etdiyi «Mercedes-Benz» markalı «Vito» modelli **-VR-*** dövlət qeydiyyat nişanlı avtomobilin hərəkət zolağını dəyişməsi və avtomobili yolun sağ tərəfində quraşdırılmış dəmir maneəyə yaxın saxlaması, arxadan Təqsirləndirilən şəxs idarə etdiyi avtomobillə toqquşması müəyyənləşdirilmişdir (1-ci cild, iş vərəqi 211-214). İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin «Məhkəmə- Tibbi Ekspertiza və X16» publik hüquqi şəxsinin məhkəmə-tibbi ekspertizasına dair 2021ci il 07 iyun tarixli 70 nömrəli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs3 meyitində aşkar edilmiş xəsarətlər – alt çənənin əzilmiş yarası, sağ və sol dizin sıyrıqları, üst çənə sümüyünün qapalı və alt çənə sümüyünün açıq qəlpəli sınıqları, sağ Vİİ, Vİİİ, İX qabırğaların orta körpücük xətti üzrə qapalı, yerdəyişən sınıqları, kəskin qanitirmə ilə nəticələnmiş qaraciyərin cırılması küt əşyanın təsirindən törənməklə müddəti 2021-ci il mayın 24-nə uyğundur, insan həyatı üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmanın əlamətlərinə malik olmaqla ölümlə birbaşa səbəbli əlaqədədir, sonuncunun ölümünə səbəb hadisə zamanı almış olduğu travma kompleksi nəticəsində baş verən ağır travmatik və hemoragik şok olmuşdur (1-ci cild, iş vərəqi 227-231). İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin «Məhkəmə- Tibbi Ekspertiza və X16» publik hüquqi şəxsinin məhkəmə-tibbi ekspertizasına dair 2021ci il 07 iyun tarixli 71 nömrəli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 meyitində aşkar edilmiş xəsarətlər – sol çiyinin ön səthinin, sağ əlin arxa səthinin, sağ baldırın aşağı 1/3-nin ön səthinin, sağ ayağın üst səthinin sıyrıqları, sol çiyin nahiyəsinin, sağ körpücüküstü nahiyənin, sol budun orta 1/3-nin ön-iç səthinin, sağ və sol baldırın orta 1/3nin ön səthinin qançırları, ağır travmatik və hemorragik şok ilə müşayiət olunan sağ Vİ, Vİİ, Vİİİ, İX və sol Vİİİ, İX, X qabırğaların orta körpücük xətti üzrə qapalı, yerdəyişən sınıqları, kəskin qanitirmə ilə müşayiət olunan qaraciyərin və dalağın cırılması küt əşyanın təsirindən törənməklə müddəti 2021-ci il mayın 24-nə uyğundur, insan həyatı üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmanın əlamətlərinə malik olmaqla ölümlə birbaşa səbəbli əlaqədədir, sonuncunun ölümünə səbəb hadisə zamanı almış olduğu travma kompleksi nəticəsində baş verən ağır travmatik və hemoragik şok olmuşdur (1-ci cild, iş vərəqi 233-237). İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin «Məhkəmə- Tibbi Ekspertiza və X16» publik hüquqi şəxsinin məhkəmə-tibbi ekspertizasına dair 2021ci il 07 iyun tarixli 72 nömrəli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 meyitində aşkar edilmiş xəsarətlər – alın nahiyəsinin, sol qaşın əzilmiş yaraları, sol sağrılarının bayıryuxarı kvadratının, sağ və sol dizin ön səthinin, sağ və sol baldırın orta 1/3-nin ön səthinin qançırları, sağ Vİİ, Vİİİ, İX, X və sol Vİ, Vİİ, Vİİİ, İX, X qabırğaların orta körpücük xətti üzrə qapalı, yerdəyişən sınıqları küt əşya təsirindən törənməklə müddəti 2021-ci il mayın 24-nə uyğundur, insan həyatı üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmanın əlamətlərinə malik olmaqla ölümlə birbaşa səbəbli əlaqədədir, sonuncunun ölümünə səbəb hadisə zamanı almış olduğu qaraciyərin və dalağın cırılmaları, nəticəsində baş verən kəskin daxili qanitirmə olmuşdur (1-ci cild, iş vərəqi 239-243). İş materiallarında olan Baş Dövlət Yol Polisi İdarəsinin 2021-ci il 13 iyun tarixli 016- 74371-1221 №-li məktubunun kserosurətindən görünür ki, Təqsirləndirilən şəxs 2021-ci il martın 09-da BD 501796 nömrəli «BE, CE, DE» kateqoriyalı, Zərərçəkmiş şəxs11 2021-ci il fevralın 17-də BD 004888 nömrəli «BC» kateqoriyalı sürücülük vəsiqələri verilməklə sürücülük hüququnun məhdudlaşdırılması ilə bağlı hər hansı məlumat qeydə alınmamışdır (1-ci cild, iş vərəqi 251). İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin «Məhkəmə- Tibbi Ekspertiza və X16» publik hüquqi şəxsinin canlı şəxsin ekspertizasına dair 2021-ci il 10 iyun tarixli 1118 nömrəli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs4 bədənində aşkar edilmiş xəsarətlər – baş beynin silkələnməsi halında qapalı beyin travması, alt çənə sümüyünün və sağ almacıq sümüyünün yerdəyişən sınıqları küt əşya təsirindən törənməklə müddəti 2021-ci il mayın 24-nə uyğundur, sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aiddir (2-ci cild, iş vərəqi 41- 43). İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin «Məhkəmə- Tibbi Ekspertiza və X16» publik hüquqi şəxsinin canlı şəxsin ekspertizasına dair 2021-ci il 10 iyun tarixli 1109 nömrəli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs5 bədənində aşkar edilmiş xəsarətlər – sağ bazunun, sol dizin, sol baldırın əzilmiş yarası, sol Vİ,Vİİ, Vİİİ, İX və X qabırğaların qapalı, yerdəyişən sınıqları, sol tərəfli hemotoraks, sol baldır sümüklərinin qapalı, yerdəyişən sınığı küt əşya təsirindən törənməklə müddəti 2021-ci il mayın 24-nə uyğundur, insan həyatı üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aiddir (2-ci cild, iş vərəqi 45-47). İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin «Məhkəmə- Tibbi Ekspertiza və X16» publik hüquqi şəxsinin canlı şəxsin ekspertizasına dair 2021-ci il 10 iyun tarixli 1119 nömrəli ekspert rəyindən görünür ki, X4 bədənində aşkar edilmiş xəsarətlər – ikitərəfli hemopnevmatorksla və ağciyərin kontuziyası ilə müşahidə olunan sol Vİİİ, İX, X qabırğalarının sınığı küt əşya təsirindən törənməklə müddəti 2021-ci il mayın 24-nə uyğundur, sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aiddir (2-ci cild, iş vərəqi 49-50). İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin «Məhkəmə- Tibbi Ekspertiza və X16» publik hüquqi şəxsinin canlı şəxsin ekspertizasına dair 2021-ci il 10 iyun tarixli 1120 nömrəli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs7 bədənində aşkar edilmiş xəsarətlər – baş beynin yüngül dərəcələri silkələnməsi, pnevmasefaliya, ənsə sümüyünün xətti sınığı küt əşya təsirindən törənməklə müddəti 2021-ci il mayın 24nə uyğundur, insan həyatı üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aiddir (2-ci cild, iş vərəqi 52-53). İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin «Məhkəmə- Tibbi Ekspertiza və X16» publik hüquqi şəxsinin canlı şəxsin ekspertizasına dair 2021-ci il 18 iyun tarixli 1112 nömrəli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs8 bədənində aşkar edilmiş xəsarətlər – boynun çəhrayımtıl rəngli dəri sahəsi sıyrığı küt əşya təsirindən törənməklə müddəti 2021-ci il mayın 24-nə uyğundur, sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduğuna görə dərəcəsi təyin edilmir (2-ci cild, iş vərəqi 55-56). İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin «Məhkəmə- Tibbi Ekspertiza və X16» publik hüquqi şəxsinin canlı şəxsin ekspertizasına dair 2021-ci il 21 iyun tarixli 589 nömrəli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs11 bədənində aşkar edilmiş xəsarətlər – təpə nahiyəsinin, sol və sağ saidin sıyrıqları küt əşyanın təsirindən törənməklə müddəti 2021-ci il mayın 24-nə uyğundur, sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduğuna görə dərəcəsi təyin edilmir (2-ci cild, iş vərəqi 58-59). İş materiallarındakı «İmprotex Trucks & Buses» məhdud məsuliyyətli cəmiyyətinin tərtib etdiyi 2021-ci il 09 iyun tarixli qüsur aktından görünür ki, "xxxx" məhdud məsuliyyətli cəmiyyətinə məxsus «Man» markalı **-JA-*** dövlət qeydiyyat nişanlı yarımqoşqulu avtomobilə vurulmuş maddi ziyan 17.720,5 manat təşkil edir (2-ci cild, iş vərəqi 128-129). İş materiallarında olan 2021-ci il 27 avqust tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs idarə etdiyi "xxxx" məhdud məsuliyyətli cəmiyyətinə məxsus «Man» markalı **-JA-*** dövlət qeydiyyat nişanlı yarımqoşqulu avtomobilə 17.720,5 manat məbləğində maddi ziyan vurulsa da MMC-nin sonuncuya qarşı heç bir şikayəti və tələbi yoxdur (2-ci cild, iş vərəqi 130). İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasına dair 2021-ci il 10 avqust tarixli 8/1601 №-li rəyindən görünür ki, yol-nəqliyyat hadisəsi zamanı «Man» markalı **-JA-*** dövlət qeydiyyat nişanlı yarımqoşqulu avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti Haqqında» Azərbaycan Respublikasının Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin tələblərə (yol hərəkəti üçün təhlükəsiz şərait yaratmaq, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamaq) riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur, ekspertiza tədqiqatının dəyəri 100 manatdır (2-ci cild, iş vərəqi 139-141). İş materiallarında olan Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin 2021-ci il 13 sentyabr tarixli toplanmış sübutların qiymətləndirilməsi və cinayət işindən başqa cinayət işinin ayrılması, habelə eyni tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərarlarından görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 263.3.-cü maddəsi ilə əlavə və dəyişikliklər edilməklə yenidən ittiham elan olunmuş, Təhlükəsiz Şəhər Xidmətinin təhlükəsizlik kamerası tərəfindən yol-nəqliyyat hadisəsinin qeydə alındığı bir ədəd DVD-R diskinin cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınmış, Zərərçəkmiş şəxs11 barəsində Azərbaycan Respublikasının CM-nin 263.3.-cü maddəsi ilə ayrıca icraata cinayət işinin ayrılması qərara alınmış, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının CM-nin 263- 1.4.-cü maddəsi ilə cinayət təqibinin başlanması rədd olunmuşdur (2-ci cild, iş vərəqi 152- 162 və 166-168). Məhkəməyə təqdim olunan 2021-ci il 28 oktyabr tarixli və notariat qaydasında təsdiq edilmiş 2021-ci il 26 oktyabr tarixli ərizələrdən görünür ki, Zərərçəkmiş şəxs9 ona dəymiş ziyan tam şəkildə ödənildiyindən Təqsirləndirilən şəxsla barışmışdır, sonuncuya qarşı heç bir iddiası və tələbi yoxdur. Məhkəməyə təqdim olunan tarixsiz ərizələrdən görünür ki, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 hüquqi varisi X18, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 hüquqi varisi X3, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs3 hüquqi varisi X17, zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs8, Zərərçəkmiş şəxs11, X12, Zərərçəkmiş şəxs10 və Zərərçəkmiş şəxs7 qanuni nümayəndəsi Qanuni nümayəndə onlara dəymiş ziyan tam şəkildə ödənildiyindən Təqsirləndirilən şəxsla barışmışlar, sonuncuya qarşı heç bir şikayətləri və tələbləri yoxdur. Məhkəmə mövcud sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 263.3.-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi, əməlində cinayət tərkibinin olması, bununla da onun təqsirliliyi tam sübuta yetirilmişdir. İbtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının CM-nin 263.3.-cü maddəsi ilə düzgün tövsif olunmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayətdə özünü təqsirli bilməməsinə, yəni maşını 70 km/saat surətlə idarə edib Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsindəki döngənin yaxınlığında olduğu zaman qəflətən sol tərəfdəki zolaqdan «Mercedes-Benz» markalı «Vito» modelli avtomobilin onun hərəkət zolağına keçərək qarşısında dayanmaqla aralarında təxminən 3-4 metr məsafə olduğundan təhlükə yarandığını görən kimi əyləcə basmasına baxmayaraq ara məsafəsi az olduğuna görə bunun heç bir əhəmiyyəti olmaması barədə dediklərinə tənqidi yanaşaraq hesab edir ki, onun göstərdikləri işin faktiki hallarına uyğun deyildir və digər mötəbər sübutlarla təkzib olunur. Məhkəmə onun bu ifadələrini özünümüdafiə xarakteri daşımaqla cinayət məsuliyyətindən yayınmaq məqsədi ilə yalan ifadələr verməsi qənaətinə gəlir. Beləliklə, Təqsirləndirilən şəxs ittiham edildiyi cinayət əməlini törətməsi məhkəmə istintaqında hərtərəfli araşdırılmış, zərər çəkmiş şəxslərin hüquqi varislərinin və zərər çəkmiş şəxslərin ifadələri, məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş zərər çəkmiş şəxslərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları, eləcə də iş üzrə başqa mötəbər sübutlarla tam təsdiq olunur. Azərbaycan Respublikasının CM-nin 8.1.-ci maddəsində göstərilir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikasının CMnin 41.2.-ci və 58.3.-cü maddələrinə əsaslanaraq cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə edir, sosial ədalətin bərpası, həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətin törədilməsinin qarşısının alınması məqsədi ilə təyin olunacaq cəzanın onun islah olunmasına, ailə vəziyyətinə təsirini nəzərə alır. Təqsirləndirilən şəxs törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Məhkəmə Azərbaycan Respublikasının CM-nin 59-cu maddəsi əsasında, zərər çəkmiş şəxslərin hüquqi varisləri və zərər çəkmiş şəxslərlə barışmasını işdə cəzanı yüngülləşdirən hal olduğunu nəzərə almaqla ilk məhkumluğunu, yaşını, ailə vəziyyətini, hadisədən dərin məyusluq keçirməsini işdə cəzanı yüngülləşdirən hallar kimi qəbul edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə görə cəzasını ağırlaşdıran hal yoxdur. Azərbaycan Respublikasının CM-nin 60-cı maddəsinə əsasən, bu Məcəllənin 59.1.8.-ci, 59.1.10.-59.1.13.-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 2012-ci il 2 aprel tarixli Qərarının 3-cü maddəsi Azərbaycan Respublikasının CM-nin 60-cı maddəsində qeyd olunan «bu Məcəllənin 59.1.9 və 59.1.10cu maddələrində» müddəası bu maddələrdə nəzərdə tutulan halların həm məcmu şəklində, həm də təqsirin formasından, cinayətin xarakterindən asılı olaraq müstəqil tətbiqini nəzərdə tutur. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur və o, törətdiyi əmələ görə təqsirli bilinib cəzalandırılmalıdır. «Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2013-cü il 15 noyabr tarixli 5 nömrəli Qərarının 21-ci bəndinə görə, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasında təqsirləndirilən şəxslərə cəza təyin edilərkən məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədibtörətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıb-sayılmaması və ya məhkumluğunun ödənilib-ödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilib-edilməməsi, digər tərəfdən isə yol-nəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yol-nəqliyyat hadisəsi nəticəsində zərər çəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Azərbaycan Respublikası CM-nin 56.1.1.-56.1.2.-ci maddələrində ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrumetməyə məhkum olunmuş şəxslər üçün cəzanın məntəqə tipli cəzaçəkmə müəssisələrində, beş ildən artıq müddətə azadlıqdan məhrumetməyə məhkum olunmuş şəxslər üçün cəzanın ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Azərbaycan Respublikasının CM-nin 45.1.-ci maddəsində göstərilir ki, nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrumetmə cəza növü bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmuş hallarda, cinayətin xarakteri, təqsirkar şəxsin şəxsiyyəti və cinayətin digər halları nəzərə alınmaqla, bir ildən beş ilədək müddətə təyin edilə bilər. Həmçinin «Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2013-cü il 15 noyabr tarixli 5 nömrəli Qərarının 22-ci bəndinə əsasən məhkəmələr nəzərə almalıdırlar ki, CM-nin 45-ci maddəsinin mənasına görə nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə növündə cəza ictimai işlər, islah işləri, intizam xarakterli hərbi hissədə saxlama, müəyyən müddətə azadlıqdan məhrum etmə cəzalarına, əsas cəzanın şərti olaraq tətbiq edilib-edilməməsindən asılı olmayaraq, əlavə cəza kimi bir ildən beş ilədək müddətə təyin olunur. Habelə Azərbaycan Respublikasının CM-nin 263-cü, 263-1.-ci, 264-cü və 351-ci maddələrində nəzərdə tutulmuş cinayətləri törətməkdə təqsirləndirilən şəxslərin sürücülük hüququnun olmaması və ya yetkinlik yaşına çatmaması onun barəsində nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrumetmə növündə əlavə cəzanın tətbiq olunmasına maneə deyildir. Məhkəmə qeyd edilən halları nəzərə alaraq Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının CM-nin 263.3.-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrumetmə cəzası təyin olunmaqla yanaşı onun nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum olunmasını məqsədəuyğun sayır. İş üzrə mülki iddia və üzərinə həbs qoyulmuş əmlak yoxdur. Məhkəmə zərər çəkmiş şəxsin hüquqi varislərinin və zərər çəkmiş şəxslərin təqsirləndirilən şəxslə barışıb ona qarşı şikayətinin və ya tələbinin olmamasını nəzərə alır. «Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında» 2012-ci il 7 mart tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2.-ci maddəsi əsasında, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1.-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Həmin Məcəllənin 99-1.1.ci maddəsinə əsasən xüsusi müsadirə cinayət hüquqi tədbiri məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahiblərinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Azərbaycan Respublikasının CPM-nin 132.0.1.-ci maddəsinə uyğun olaraq, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Qeyd edilən normaların tələbləri isə ona dəlalət edir ki, əmlak müsadirəsi məhkumun qanuni əsaslarla əldə etdiyi əmlakına və onun himayəsində olan təqsirsiz şəxslərin mülkiyyət hüququnun məhdudlaşdırılmasına yönəldilə bilməz. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 99-1.1.-ci maddəsində nəzərdə tutulmuş əmlakı müəyyən edilmədiyindən onun barəsində xüsusi müsadirə tətbiq olunmamalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə hesab edir ki, cinayət işi üzrə maddi sübut kimi tanınan iki ədəd CD bir ədəd DVD-R diskinin cinayət işinə əlavə edilməsi nəzərə alınmalıdır. İş üzrə ekspertiza tədqiqatının dəyəri – 100 manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarının müdafiəsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 tərəfindən 70 iş saatı müddətində həyata keçirilmişdir. «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 3 may tarixli 202 №-li qərarına uyğun olaraq, təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etmələrinə görə müdafiəçilərə hər iş saatı üçün 6 manat məbləğində haqq ödənilməlidir. Azərbaycan Respublikasının CPM-nin 193.2.-ci və 193.4.-cü maddələrinə müvafiq olaraq, müdafiəçinin hüquqi yardımının ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Bununla da Təqsirləndirilən şəxs göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası dövlət büdcəsinin hesabından Müdafiəçi2 vəkil işlədiyi Bakı şəhəri 20 saylı Vəkil Bürosunun nəfinə (VÖEN: 1********) 420 köçürülməlidir. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2021-ci il 24 dekabr tarixli 15 saylı Qərarının 56-cı bəndində göstərilir ki, təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə cəzası təyin edilərkən hökmün nəticəvi hissəsində cəza çəkmə müddətinin hansı qaydada hesablandığı heç bir şübhə doğurmamalıdır. Nəzərə almaq lazımdır ki, hökmlə təyin olunan cəza müddətinə ibtidai həbs müddətindən başqa təqsirləndirilən şəxsin azadlığı faktiki məhdudlaşdırıldığı zaman da daxil olmaqla şübhəli şəxs qismində tutulduğu müddət, ev dustaqlığında saxlanıldığı müddət, məhkəmənin qərarına əsasən prosessual məcburiyyət tədbirlərinin tətbiqi qaydasında tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlanıldığı müddət, Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək davam edən müddət də daxildir. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2006-cı il 30 mart tarixli 5 №-li qərarının 15-ci bəndində göstərilir ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə, şəxsin həbsdə saxlanılma müddəti müəyyən edilərkən onun şübhəli şəxs (təqsirləndirilən şəxs) kimi tutulduğu andan barəsində hökm çıxarılanadək həbsdə saxlanıldığı müddət nəzərə alınır. Məhkəmə «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2021-ci il 24 dekabr tarixli 15 saylı Qərarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyini nəzərə alaraq Azərbaycan Respublikasının CPM-nin 158.2.-ci maddəsinə əsaslanaraq hesab edir ki, cəzaçəkmənin əvvəli Təqsirləndirilən şəxs tutulduğu gündən, yəni 2021-ci il mayın 24-dən hesablanmalıdır. Azərbaycan Respublikasının CM-nin 45.2.-ci maddəsi əsasında, nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrumetmə cəza növü azadlıqdan məhrumetmə cəzasına əlavə olaraq təyin edildiyi hallarda, əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunur. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 157.2.-ci maddəsinə görə, nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrumetmə cəza növündə cəza müəyyən müddətə azadlıqdan məhrumemə növündə cəzalara əlavə olaraq təyin edildiyi hallarda əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunur. «Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2013-cü il 15 noyabr tarixli 5 nömrəli Qərarının 23-cü bəndində göstərilir ki, məhkəmələr nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum etmənin əlavə cəza kimi tətbiq edildiyi hallarda hökmlərin icrasına xüsusi diqqət yetirməlidirlər. Bu halda nəzərə alınmalıdır ki, Azərbaycan Respublikasının CİM-nin 157.2ci maddəsinə əsasən həmin cəza intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzalara əlavə olaraq təyin edildiyi hallarda əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza üçün müəyyən edilmiş müddətə şamil olunur. Nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə növündə cəza intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrumetmə növündə cəzalara əlavə olaraq təyin edildikdə, cəzanı icra edən müəssisə və ya orqan əsas cəza müddəti qurtardıqdan sonra, yaxud məhkum şərti olaraq vaxtından əvvəl əsas cəzadan azad edilərsə və ya cəzasının çəkilməmiş hissəsi daha yüngül cəza ilə əvəz edilərsə, hökmün surətini və nəqliyyat vasitəsini idarəetmə hüququ verən sənədi onun yaşadığı yerin icra məmuruna göndərir (Azərbaycan Respublikasının CİM-nin 154.3-cü maddəsi). İcra məmuru tərəfindən göstərilən sənədlər icra olunması üçün qəbul edildiyi vaxtdan şəxsə təyin olunmuş nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrumetmə növündə əlavə cəza üçün müəyyən edilmiş müddətin axımı başlayır. Belə olan halda Təqsirləndirilən şəxs əlavə cəza qismində nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrumetmə cəzasının başlanğıcı o, əsas cəzanı çəkdiyi bütün müddətə və əsas cəzanı çəkib qurtardıqdan sonrakı müddətə təyin edilməli və müddət axımı hökmün surəti onun yaşadığı yerin icra məmuruna göndəriləndən sonra icra məmuru tərəfindən göstərilən sənəd icra olunması üçün qəbul edildiyi vaxtdan başlanılmalıdır. Məhkəmə qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-nin 193-cü, 344-347-ci, 349-cu, 351-353-cü, 356-cı, 358-ci, 384-cü maddələrini rəhbər tutaraq hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 263.3.-cü maddəsi ilə təqsirli bilinib 03 (üç) il müddətinə nəqliyyat vasitələrini idarəetmə hüququndan məhrum edilməklə 06 (altı) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunsun. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 2021-ci il mayın 24-dən hesablansın. Təqsirləndirilən şəxs əlavə cəza qismində nəqliyyat vasitələrini idarəetmə hüququndan məhrumetmə cəzası o, əsas cəzanı çəkdiyi bütün müddətə və əsas cəzanı çəkib qurtardıqdan sonrakı müddətə təyin edilsin və müddətin axımı hökmün surəti onun yaşadığı yerin icra məmuruna göndəriləndən sonra icra məmuru tərəfindən göstərilən sənədin icra olunması üçün qəbul edildiyi vaxtdan başlanılsın. İş üzrə ekspertiza tədqiqatının dəyəri – 100 manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Təqsirləndirilən şəxs göstərilən hüquqi yardımla əlaqədar Azərbaycan Respublikası dövlət büdcəsinin hesabından vəkili Müdafiəçi2 vəkil işlədiyi Bakı şəhəri 20 saylı Vəkil Bürosunun nəfinə (VÖEN: 1********) 420 manat köçürülsün. İş üzrə maddi sübut kimi tanınan bir ədəd DVD-R diskinin cinayət işinə əlavə edilməsi nəzərə alınsın. Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə tətbiq edilməsin. Təqsirləndirilən şəxs barəsində seçilən həbs qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi) andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən İradə Həsənzadə Hakimlər Azər Paşayev Əhməd Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar