Məhkəmə qərarları › İş №1(101)-209/2024

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-209/2024

21.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-209/2024 21.02.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Novruz Ağakərim oğlu Kərimovun sədrliyi ilə, hakimlər Rasim Əkrəm oğlu Sadıxovdan və X6-Məmmədovadan ibarət tərkibdə, məhkəmə iclasının katibi, X5, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçilər Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, “Femida” Vəkil bürosunun vəkili Müdafiəçi2, Bakı şəhəri 7 saylı Vəkil bürosunun vəkili Müdafiəçi1, Zərərçəkmiş şəxs, zərərçəkmiş şəxsin nümayəndəsi Nümayəndə iştirakları ilə məhkəmə, Təqsirləndirilən şəxs, xx xxxx 1956-cı ildə Füzuli rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, təqayüddə olan, evli, məhkum olunmamış, Bakı şəhəri Sabunçu rayonu ünvan 1 ünvanda da yaşamış, Azərbaycan Respublikası ƏN-nin Bakı İstintaq Təcridxanasında saxlanılan, Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri Sabunçu rayonu ünvan 3 ünvanda yaşayan qızı Zərərçəkmiş şəxs sonuncunun əri və azyaşlı uşaqları ilə birlikdə evi boşaldıb oradan köçməsini tələbinə Zərərçəkmiş şəxs etiraz etməsi ilə əlaqədar aralarında uzun müddət ərzində davam edən münaqişənin nəticəsində yaranmış münasibət zəmnində, hər hansı bir üsulla Zərərçəkmiş şəxs həmin evi tərk etməsinə nail olmaqdan ötrü 26 sentyabr 2022-ci il tarixdə saat 09:00 radələrində həmin evin həyətində Zərərçəkmiş şəxs arxa tərəfdən yaxınlaşıb sol əli ilə boğazından tutub yerə üzü üstə yıxıb özü də üstünə uzanıb bədənin ağırlığı ilə müqavimətini dəf edərək özü ilə əvvəlcədən hazırlayıb gətirdiyi naməlum kimyəvi maddəyə batırılmış əski parçasını sağ əli ilə sifətinə sürtüb ağız nahiyyəsinə salaraq ona sol yanaq və sol bud nahiyyəsinin qançırları; sağ dirsək oynağı, sol kürək və bel nahiyələrin sıyrıqları ilə nəticələnən sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduqları üçün dərəcələri təyin edilməyən və ağız boşluğunun, qida borusunun və mədənin, sağ gözdə görmə itiliyinin zəifləməsi və travmatik katarakta ilə müşaiyət olunan sağ göz qapaqlarının, sağ almacıq, sağ yanaq və hər iki dodaq nahiyələrinin kimyəvi yanıqları ilə nəticələnən həyat üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurmaya aid olan bədən xəsarətlərini yetirib qəsdən sağlamlığa ağır zərər vurmuşdur. Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilməyərək ifadələrində göstərdi ki, həmin gün qızı Yeganə ona hücum etmişdir, o da yıxılıb huşunu itirmişdir. Daha sonra özündə olmamışdır. Ayılanda diz qapağının yaralandığını görmüşdür. O, yeriyə bilmədiyindən həyat yoldaşından onu aparmasını xahiş etmişdir. Onu vurmada qızının məqsədi evi əldə etmək olmuşdur. Bir müddətdir ki, bir qrup polis onların evinə gəlib-gedirdi. Polislər qızı və əri ilə tanış idilər. Onlar ona böhtan atmışlar. Ona nə ilə xəsarət yetirdiyini bilmir. 5-6 ildir ki, onun Yeganə ilə arasında mübahisə var. O, Yeganənin uşaqlarına əl vurmamışdır. O, hadisə baş verən zaman həyətdə, öz evinin qarşısında olmuşdur. Zərərçəkmiş şəxsi həyətdə görməmişdir. Qızı zərbəni ona arxa tərəfindən vurmuşdur. Zərbəni alan zaman ona zərbə vuranı görməmişdir. Həyətdə onlardan başqa heç kim olmayıb. Hadisə zamanı onun əlində əlcək olmayıb. Hadisə sentyabrın 26-da saat 9:00-10:00 radələrində baş vermişdir. Yoldaşı ondan Yeganəgilə həmin evdə qalmaları üçün icazə verməyini xahiş etmişdi, o da icazə vermişdi. Evi yoldaşının xahişi ilə 17 il əvvəl onlara vermişdi. Onun qızı ilə hər hansı bir ədavəti olmayıb. O, qızına xəsarət yetirməmişdir. Zərərçəkmiş şəxsin danışdıqları hamısı yalandır, ona qarşı qurma qurublar. Bütün bu mübahisələrin səbəbi mülk davasıdır. Məhkəmədə elan olunub araşdırılmış ifadələrində Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda ibtidai istintaq zamanı özünü təqsirli bilməyərək göstərmişdir ki, o ünvan 4-da arvadı Şahid4 ilə birlikdə yaşayır. Dörd övladı var. Zərərçəkmiş şəxs onun qızıdır. Fərhad İbayev və İbayev Fizuli onun oğlan övladlarıdır. İbayeva Aynur isə onun qızıdır. 1990-1991-ci illərdə o dövlətdən 12 sot pay torpağını götürüb orada boş sahə kimi saxlamışdı. Sonra isə imkan dairəsində orada bir mərtəbəli ev tikmişdir və həmin evi təmənnansız olaraq məcburi köçkünlərə yaşamağa vermişdir. Həmin evi o 90-cı illərdə tikmişdi. Qızı Yeganə Şahid1 ilə 2005-ci ildə ailə həyatı qurmuşdur və həmin nigahdan 4 övladı var. Elnur qızı Yeganə ilə ailə həyatını quranda o özünə məxsus olan Bakıxanov qəsəbəsində yerləşən torpaq sahəsində tikdiyi evi onlara müvəqqəti yaşamaq üçün vermişdi, Elnuru da tanışlarının vasitəsi ilə Socar şirkətinə mühafizəyə işə düzəltmişdi ki, dolana bilsin. Bundan sonra 2013- 2015-ci illərdə o orada oğlu Fərhad İbayev üçün bir evdə tikmişdi. Həmin evdə hal hazırda özü arvadı Səxavətlə birlikdə yaşayır. Həmin torpaq sahəsi ünvan 4 ünvanda yerləşir. Fərhad İbayev isə onlardan ailəsi ilə birlikdə ayrı yaşayır. O, həmin 12 sot torpağın yarısını yəni 6 sotu 2013-cü ildə satıb pulu övladlarına, ailəsinin tələbatlarına və həyətində olan ikinci evin təmirinə xərclədi. Yeganə ailə həyatını qurandan sonra o Yeganəyə və Elnura demişdi ki, həmin evi yaşamağ üçün onlara müvəqqəti verir. İmkanları yaxşılaşandan sonra onlar həmin evdən çıxmalıdırlar, çünki ev oğlu Fərhada tərəfindən miras kimi veriləcək. Həmin ev problemi ilə bağlı onların neçə illərdi ki, mülkü qaydada məhkəmə prosesləri gedir. Hazırda işləri Ali Məhkəməyə baxılması üçün göndərilib. İkinci evi həmin torpaq sahəsində tikmiş və oğlu Fərhada vermişdi. Sonra gördü ki, Fərhadla Yeganənin və Elnurun aralarında olan söhbətlər düz gəlmir o, Fərhadı həmin evdən çıxardı. 2019-cu ildə özü həmin evə arvadı Səxavətlə birlikdə yaşamağa köçdü. Fərhad isə qaynatasının evinə yaşamağa köçdü. Həmin ünvana köçdüyü gündən etibarən onun Yeganə və Elnurla aralarında mübahisələr başlayırdı. O onlardan tələb edirdi ki, evini tərk etsinlər, çünki ev oğlu Fərhadın evidir. O, Yeganə ilə Elnura burada müvəqqəti yaşamağa icazə vermişdi, onlar isə evdən çıxmağa razı deyildilər. 26 sentyabr 2022-ci il tarixdə səhər saat 09 radələrində o, evinin həyətində təmizlik işlərini görən zaman qızı Yeganə həyətə çıxmışdır. Arvadı Səxavət evdə olmuşdur, Elnur isə işdə növbədə. Yeganə həyətə çıxanda qəflətən ona məlum olmayan səbəbə görə üstünə hucum çəkib, onu vurmağa başladı, o yerə yıxıldı və huşumu itirdi. Yeganə onu necə və nə ilə vurmuşdur o bilmədi. Özünə bir neçə vaxtdan sonra gələndə o, həyətdə arvadı Səxavəti gördü. Səxavətdən başqa həyətdə heç kim olmayıb. Arvadı Səxavət onun yerdə huşsuz vəziyyətdə uzandığını görəndə ona ayağa qalxmağa kömək etdi, o ağrı hiss etdiyimə görə ayağa özü qalxa bilmədi, buna görə də arvadı Səxavət ona kömək edib onu evə apardı və oradan 102 və 103 xidmətinə zəng vurub baş vermiş hadisə barədə məlumat verdi. Yeganə yalan danışır, o ona heç bir bədən xəsarətlərini yetirməmişdir, ağzına heç bir kislotaya batırılmış əskini soxmamışdır, Yeganəni boğmamışdır. Aldığı bədən xəsarətlərini ona qızı Yeganə yetirmişdir. 26 sentyabr 2022-ci il tarixdə saat 09 radələrində yaşadığı evinin həyətində Yeganə ona bu xəsarətləri necə yetirib, o görməmişdir. Yeganə ona arxadan hucum çəkib onu vurmağa başladı və yerə yıxdı. Həmin vaxt onların həyətinə heç kim gəlməmişdir, heç bir oğlanı tanımır. Yeganə özünü müdafiə etmək məqsədi ilə bu ifadəni vermişdir. Aldığı bədən xəsarətlərini ona Yeganə yetirmişdir. Zərərçəkmiş şəxs ifadələrində göstərdi ki, məhkəmədə ona təqsirləndirilən şəxs qismində təqdim olunan Təqsirləndirilən şəxs onun atasıdır. Onunla ədavəti yoxdur. Hadisə günü yəni, 26 sentyabr 2022-ci il tarixində saat 09:00 radələrində o, uşaqları məktəbə yola salıb kiçik övladını bağçaya yola salmaq üçün geyindirmişdir. O, evlərinin arasındakı pəncərədən atasının həyətdə olduğunu görmüşdür. Atası darvazaya gedən yolda küçəni süpürürdü. Onu görən kimi arxası ilə gələrək onun ağzına islanmış parça salmışdır. Parçanın çox ağır iyi var idi. Kiçik övladı da bu olanları görərək, qışqırmağa başladı. O da köməyə kimsə gəlsin deyə qışqırmışdır. Anası Şahid4 onun saçını yolmuşdur. Hasardan qonşu onları görərək, ona köməyə gələndə o, onların əllərindən qurtula bilmişdir. Həm polisə, həm X18a özü zəng vurmuşdur, sonra həyat yoldaşı gəlmişdir. Onun ağzı şişərək, yara tökmüşdür. O danışa bilməmişdir. Mülki mübahisə ilə bağlı münaqişə aralarında dörd ildir davam edir. Atası anası ilə birgə onu öldürməyə cəhd ediblər. Atası əli ilə parçanı onun ağzına salmışdır. O, dırnaqları ilə atasının üzünü cırmışdır ki, onun əlindən qurtula bilsin. O, açarı qapıya salan kimi atası islanmış parçanı onun ağzına saldı. Atası Təqsirləndirilən şəxs şikayətçidir. Təqsirləndirilən şəxs sağ əli ilə onu boynunun arxasından tutmuşdur. Onun üzərinə qabda kimyəvi maddə tökmədi. İldız anidən hazır kimyəvi maddə ilə islanmış parçanı götürərək onun üzərinə hücum çəkmişdir. O, qorxan uşağının qışqırtısından özünü itirmişdir. O, qışqıraraq İldızın əlini ağzından çəkməyə çalışmışdır. Parça nə nəm idi, nə quru idi, o özündə olmadığı üçün dəqiq xatırlamır. Həmin kimyəvi maddə onun bütün daxili orqanlarını zədələmişdi. Onun ağzı yara içində olduğuna görə ona xəstəxananın reanimasiya şöbəsində nə su, nə də yemək verirdilər. Kimyəvi maddəli parça yalnız onun üzünə və ağzına dəyib. Həmin parça onun əlinə dəymiyib. O, İldızın qolunu dişləyərək həmin parçanı ağzından çıxara bilmişdir. O, parçanı ağzından çıxara bildikdən sonra qışqıraraq qonşulardan kömək istəmişdir. Onu Təqsirləndirilən şəxsla yoldaşı saçından tutaraq yerdə sürüyürdülər. Parçanın ağzından çıxması anı o, yerdə sürünəndə baş verdi. O, İldızı özündən kənara çəkəndə dəqiq xatırlamır, amma yəqin ki, parçanı o, ağzından çıxartmışdır. Parçanı o yox, İldız özü onun ağzından çıxardıb. Polisə və X18a onun telefonundan zəng olunub. Onun şikayətinin məzmunu ağzına “kislota” tökülməyi olub. Qonşuları yoldaşına zəng vuraraq onun başına gələnləri deyib. Onlar polis bölməsində münaqişəli ailə kimi qeydiyyatdadırlar. Qapını o açmışdır. Qonşuda usta işləyən Orxan adlı oğlan gəlmişdi. O, Orxan gələndə yerdə olmuşdur. İldız arxası üstə yerə yıxıldı ki, guya o, İldıza vurmuşdur. İldız sağ əli ilə ağzını tutub, sol əli ilə ağzına vurub. Oğlan gələndən sonra münaqişə dayandı. Darvaza ilə hasarı o, eyni mənada işlətmişdir. İfadələrinə başqa əlavəsi yoxdur. Məhkəmədə elan olunub araşdırılmış ifadələrində Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı göstərmişdir ki, o, ünvan 4-da ailəsi ilə birlikdə yaşayır. Şahid1 ilə 2005-ci ildə ailə həyatı qurmuşdur. Həmin nigahdan dörd azyaşlı uşağları var. Kiçik övladı 1 yaş 6 aylıqdır. 2021-ci ilin avqust ayında anadan olmuşdur. X8 və Şahid4 onun valideynləridir. Fərhad İbayev və İbayev Fizuli onun doğma qardaşlarıdır. İbayeva Aynur isə onun doğma bacısı. 1990-1991-ci illərdə atası İldız dövlətdən pay torpağını götürüb boş sahə kimi saxlamışdır. Həmin torpaq sahəsində hal hazırda Elnurla o ev tikib uşaqları ilə birlikdə yaşayır. Həmin torpaq sahəsi ünvan 4 ünvanda yerləşir. Ailə quran zamanı atası İldız 2005-ci ildə həmin torpaq sahəsinin 3 sotunu ona və Elnura pay kimi vermişdir ki, həmin yerdə ev tikib yaşasınlar. Torpaq sahəsi 12 sot ölçüdədir, onlarda torpaq sahəsinə aid olan heç bir rəsmi sənəd yoxdur. Atası İldız bildirmişdir ki, 12 sot ölçüdə olan torpaq sahəsini onun və bacı qardaşların aralarında böləcək, hərəsinə 3 sot ölçüdə torpaq sahəsini verəcək. 2005-ci ildə o Elnurla ailə qurandan sonra atası İldız tərəfindən onlara aylırmış həmin torpaq sahəsinin 3 sotunda ev tikməyə başladılar. Maddi imkanları pis olduğu üçün evi bir neçə il ərzində tikdilər və həmin evdə uşaqları ilə yaşayırdılar. 2013-cü ildə atası İldız həmin torpaq sahəsinin 6 sotunu boş sahəni satıb, pulun bir hissəsinə qardaşı Fizuliyə maşın aldı, qalan hissəsinə isə bacısı Aynura cehizlik əşyaları almışdır. Fizuli ilə Aynur həmin torpaq sahəsinə iddiaçı olmadılar. Qalan 6 sot torpaq sahəsində isə onlar 1,5 sot torpaq sahəsinin ölçüsündə özlərinə ev tikdilər və həmin evdədə bu günə qədər yaşayırlar. Həmin torpaq sahəsinin 3 sot hissəsindədə atası İldız qardaşı Fərhada ev tikmişdir, lakin həmin evdə Fərhad qalmır, Fərhad ailəsi ilə birlikdə qaynatasınını evində yaşayır, atası İldız anası Səxavətlə birlikdə ilə Fərhada tikdikləri evdə yaşayırlar. Qardışı Fərhad 2008-ci ildə ailə həyatını qurmuşdur. Atasıda həmin indi yaşadığı evi təxminən 2009-cü ildə tikmişdir, lakin orada yaşamırdılar. Qarşadı Firuzla bacısı Aynur isə ayrı ayrı hərəsi öz ailəsi ilə başqa ünvanda qalırlar. 2019-cu ildə atası İldız onların yanına köçdü, yəni Fərhada tikdiyi evə. Fərhad isə qaynatası gildə yaşayırdı. Valideynləri onların yanlarına köçəndə, yəni qonşuluqda yaşayan Fərhadın evinə ona və Elnura demişdir ki, «Siz qaldığınız evi boşaldın, çıxın gedin başqa yerdə yaşayın, Fərhad dolana bilmir və ailəsində narazılıqları var, Fərha sizin evi kirayə verib öz ailəsini dolandıracaq)). Elnurla o buna razı olmadılar, atasına Elnur dedi ki, bu evin tikilməsinə 40-45 min manat xərc çəkib və tələb etdi ki, İldız həmin pulu versin ki, o bu evdən çıxıb getsin. İldız Elnura demişdir ki, biz uzun illdərdir ki, i həmin torpaq sahəsində yaşayır və hesab etməlidir ki, kirayə pulu verrmişdilər, buna görədə onlara pulu verməyəcək, çünki pulu yoxdur və dolana bilmir. Elnur İidıza dedi ki, onların evi satışa çıxarıb qiymətləndirsin, kim ona hansı məbləğdə pulu təqdim etsə, onda İldız pulun yarısını Elnura versin ki, onlar həmin evdən köçsünlər. Lakin İldız bunada razı olmadı Elnurdan və ondan tələb etməyə başlşadı ki, evi boşaldsınlar və başqa ünvana köçsünlər. Fərhad özü isə bu barədə heçnə demirdi onlara. Anası Səxavət atası İldızın tərəfini tutub onlardan tələb edirdi ki, evdən çıxsınlar. Onlar 2019cu ildən valideynləri ilə aralarında olan münasibətlər pozuldu, və demək olar ki hər gün evdə mübahisə olurdu. Valideynləri, çox vaxtı atası onlara orada yaşamağa imkan vermirdi. İşığlarını kəsirdi, qapılarında daşları düzüb yolu bağlayırdı, məktəbdən qayıdan azyaşlı uşaqlarını evə gəlməyə qoymurdu. Hər dəfə onu qorxuzub deyirdi ki uşaqlarını ərini tutduracaq, bu evdən çıxmağını tələb edirdi. Onlarında maddi imkanları olmadığına görə onlar tələb edirdilər ki, evin tikintisinə xərclədikləri pulun yarısını onlara versinlər ki, onlar bu evdən köçə bilsinlər. Atasıda onlara pul vermirdi, anası ilə birlikdə tələb edirdi ki evdən çıxsınlar. Elnur özü «Socar» şirkətində təhlükəsizlik idarəsində işləyir və gecələr işdə qalır gecə növbələrində. 26 sentyabr 2022-ci il tarixdə saat 08.50 radələrində Elnur gecə smenindən evə qayıtmalıdı. O azyaşlı uşağı ilə birlikdə evdə olmuşdur və uşağı ozu baxçaya aparmağa hazırlaşırdı. Digər 3 övladını isə böyük oğlu ilə birlikdə məktəbə yola salmışdı. Onun uşaqlarını məktəbə yola saldığını və Elnurun evdə olmadığını atası görmüşdür. O azyaşlı uşağını baxçaya aparmaq üçün evdən çıxıb həyətin darvazası tərəfə yaxınlaşanda gördü ki atası həyətdə gəzir, amma buna fikir vermədi. Darvazaya yaxışlaşanda gördü ki atası onu arxadan sol qolu ilə tutub boğmağa başladı, sag əli ilə ağzına əskini soxurdu. Həmin əskini İldız hansısa kimyəvi maddəyə salmışdır, çünki əskidən kəskin iy gəlirdi və onun ağzını yanmağa başladı. Atası əskini onun sifətinədə sürtdü, nəticədə əskidə olan maye onun sifətini yandırmağa və gözlərimi yaşartmağa başladı. Atası əskini ağzına sorxurdu barmağları ilə əskini boğazına itəlləyirdi. O boğulmağa başladı. Atası İldız ağırlığı ilə onu itəlləyib yerə yıxdı o ağzı üstə yerə yıxılanda atasıda özü onun üstünə yıxıldı və o ildızın altında uzandığına görə tərpənə bilmirdi. Atası üstündə, yəni bel nahiyyəsində uzananda sol əli ilə boğazından sıxıb boğurdu, sağ əlində olan kimyəvi maddəyə (hesab edirəm ki kislotaya) batırmış əskini ağzına soxurdu, o boğulduğunu və ağzı ilə sifətin yandığını görüb özünü müdafiə etmək məqsədi ilə əllərini qaldırıb atasının sifətini cızmağa başladı ki, o onu buraxsın. İldızın sifətini cızanda İldız onu buraxdı, o da kislotaya batırılmış əskini tüpürüb həmin vaxtı ayağa qalxıb qaçmaq istyəndə, İldız ona ayağa qalxmağa imkan vermədi. Sol qolu ilə boynunu tutub sol böyrəyinə sıxdı, onun üsütündə uzandı, ona həmin vaxtı İldızın sol böyründən dişlədi. Yenə də əlləri ilə sifətini cızmağa başladı ki, onu buraxsın. O qışqırmağa başlayanda, anası evdən çıxıb İldıza dedi ki, «qoyma qışqırsın, camaat səsini eşidəcək» Atası yenədə onu boğmağa başlayanda anası ona yaxınlaşıb dedi ki «bəs bilmirdin bu işin axırı belə olacaq?» Anası Səxavət saçından tutanda İldız onu buraxdı, anası onu ev tərəfə sürüyəndə İldıza dedi ki, «qoyma bu qışqırsın, qonşular eşitməsin)) İldız həyətdən qırmızı rəngli torbanı götürüb Səxavətə dedi ki «indi mən bu torbanı onun başına keçirdib evə salacam ki səsi kəsilsin» Həmin vaxtı onun azyaşlı, 1 yaş yarımlıq uşağım həyətdə kolyaskada oturub ağlayırdı. Atası İldız ona qarşı bu zorakı hərəkətlərini uşağının gözünün qarşısında edirdi. Atası torbanı başına keçirtmək istəyəndə o yenədə qışqırmağa başladı və qonşuluqda kirayədə yaşayan adını xatırlamadığı cavan oğlan evinin hasarından həyətinə tullanıb ona tərəfə gəlib onu atası əlindən almaq istəyəndə, atası həmin oğlanın həyətlərinə girdiyini görüb özünü itirdi və kənara çəkilib yıxıldı. Anasıda oğlanın həyətlərinə gəldiyini görüb özünü itirərək qışqırmağa başladı ki, qız (güya o) kişini (güya atasını) döyür. Bundan sonra anası həyətin darvazasının qapısını açıb orada səsinə toplaşan qonşulara dedi ki güya o atasını döyürdü. O da həmin vaxtı 102 xidmətinə və 103 xidmətinə zəng vurub hadisə barədə məlumat verdi, sonra halı pisləşdiyi üçün onu xəstəxanaya reanimasiyaya apardılar və o xəstəxanada stasionar müalicə almağa başladı. Atası onun ağzına kislotaya batırılmış əskini salanda həmin əskini onun boğazına barmaqları ilə itələmişdir, o hiss etmişdi ki, boğazı və mədəsi yanmağa başlayır, həmin əskini sifətinə və gözlərinə sürtmüşdür, gözlərinin görmə dərəcəcəsi zəifləmişdir, gözləri yaşarırdı. Atası onu arxadan qəftələn boğub yerə yıxanda, həmin kislotaya batırılmış əskini ağzına soxanda onun üstünə uzanıb deyirdi ki «səni öldürəcəm)). Atası onu öldürmək istədiyinə görə kislotaya batırılmış əskini ağzına salmışdır. Həmin hadisənin şahidi anası Səxavət olmuşdur, lakin o atasının ona xəsarət yetirdiyini və onu öldürmək istədiyini gördükdə ona heç bir köməklik göstərmirdi, o atasını sol böyründən dişləyəndə və əlləri ilə qulaqlarını və sifətini cızanda atası onu buraxdı, anası isə saçından tutub evə sürütdüyürdü, ondan tələb edirdi ki, o qışqırmayıb, qonşular eşitməsin. Anası onun saçından tutub evə tərəf sürütdüyəndə rezin ayaqqabı ilə onun başından və müxtəlif bədən nahiyyələrindən vururdu. Onun atası tərəfindən döyüldüyünün səsinə qonşuluqda kirayədə yaşayan cavan oğlan gəlmişdir. Həmin hadisənin şahidi olmuşdur və dalaşmadan sonra anası həyətin darvazasını açıb orada toplaşan qonşulara və yoldan keçən şəxslərə bildirdi ki güya o atasını döyürdü. Hadisənin şahidi həmçinin qonşuluqda yaşayan Mələk xanım olmuşdur, hansı ki hadisə barədə, yəni döyüldüyünü görüb dərhal əri Elnura zəng vurub bu barədə xəbər vermişdir. Ağız boşluğunun, qida borusunun və mədənin, sağ gözdə görmə itiliyinin zəifləməsi və travmatik katarakta ilə müşaiyət olunan sağ göz qapaqlarının, sağ almacıq, sağ yanaq və hər iki dodaq nahiyələrinin kimyəvi yanıqları ilə nəticələnən bədən xəsarətlərini ona atası Təqsirləndirilən şəxs yetirmişdir. Atası ağzına kislotaya batırdığı əskini saldığına görə və həmin əski ilə sifətinə sürtdüyünə görə ona bu xəsarətləri yetirmişdir. Sol yanaq və sol bud nahiyyəsinin qançırları; sağ dirsək oynağı, sol kürək və bel nahiyələrin sıyrıqları kimi olan xəsarətləridə ona atası yetirmişdir. Atası onun üstünə yıxılanda onu sürütləyəndə yetirmişdir. Məhkəmə tibbi ekspertizasının 2290 saylı rəyinə əsasən Təqsirləndirilən şəxs olan hər iki qulaq seyvanı, hər iki yanaq, sıyrıqları ilə nəticələnən bədən xəsarətləri ona o yetirmişdir, o özünü müdafiə etmək məqsədi lotonun sifətini dırnaqları ilə cızırdı ki, onu buraxsın. Atasında olan hər iki dirsək, hər iki kürək və sol diz nahiyələrinin sıyrıqları, oğlunda sol qamış sümüyünün yerdəyişməyən qapalı sınığı ilə nəticələnən bədən xəsarətlərini ona o yetirməmişdir, atası onun üstünə yıxılanda həmin xəsarətləri özü özünə yetirmişdir. Həmçinin qonşuluqda kirayədə adını bilmədiyi oğlan onların həyətinə daxil olub ona kömək etmək istəyəndə İldız onu buraxıb arxaya çəkilib yerə yıxılmışdır, həmin vaxt da həmin xəsarətləri almışdır. Şahid2 ifadələrində göstərdi ki, məhkəmədə ona təqdim olunan təqsirləndirilən şəxs X2 və Zərərçəkmiş şəxstanıyır. Onlarla ədavəti yoxdur. O, səhər yeməyini yedikdən sonra çöldən səs-küy gəldiyini eşitmişdir. Səs-küyə görə bayıra çıxanda bütün qonşuların toplaşdığını görmüşdür. Qonşunun həyətinə daxil olanda Təqsirləndirilən şəxs yerə yıxıldığını, Yeganənin isə ağzından qan axdığını görmüşdür. X10 tutub saxlayırdı. O, Yeganəyə kömək edərək, onu oradan çıxardanda Yeganə üç dəfə yerə yıxıldı. Ətrafdan eşitmişdir ki, İldız Yeganənin ağzına sulfatlı əsgi vurub. O sadəcə Yeganənin ağzının qan olduğunu görmüşdür. İldızı həyətə keçən qonşular ayağa qaldırdılar. Onun hadisə ilə əlaqədar üzündə cızıqlar yaranmışdı. İldız hadisədən sonra bəzən əsa ilə hərəkət edirdi. O, qonşunun hasarından tullananda həyətdə Yeganə, İldız, Səxavət var idi. Yeganənin uşaqları da orada idi. İbtidai istintaq zamanı ifadə vermişdir. Darvazanın açarını kimin ona verdiyini dəqiq xatırlamır. Qapını o açmışdır. O, hadisə yerində vurucu alət görməmişdir. O, həyətlərində ancaq məişət avadanlıqları görmüşdür. İbtidai istintaq zamanı verdiyi ifadəni təsdiq edir. Yaddaşı zəifdir, ola bilər ki, təfərrüatları dəqiqliyi ilə xatırlamır. O, Yeganənin boğulduğunu, təngnəfəs olduğunu görmüşdür. İfadələrinə başqa əlavəsi yoxdur. Məhkəmədə elan olunub araşdırılmış ifadələrində Şahid2 ibtidai istintaq zamanı göstərmişdir ki, həmin ünvanda təxminən 2 ildir ki, kirayədə yaşayır. Qonşuluqda onunla birlikdə Zərərçəkmiş şəxs ailəsi ilə birlikdə yaşayır. Yeganə bir həyətdə valideynləri Təqsirləndirilən şəxs və Şahid4 ilə birlikdə yaşayırlar. Valideynlər həyətdə olan ikinci evdə qalırlar. Hər biri ayrı evdə yaşayır. Hər biri ilə normal münasibəti var, qonşu kimi bir biri ilə salamlaşırlar, lakin evlərinə gediş-gəliş yoxdur, yaxın münasibət saxlamırlar. Orada yaşadığı dövr ərzində Yeganənin öz valideynləri ilə tez-tez mübahisələrin baş verdiyinin şahidi olurdu. Hansı səbəbə görə aralarında mübahisələr baş verirdi o bilmirdi, onların ailəsinin daxili söhbətlərinə müdaxilə etmirdi. Onlar öz evlərində olarkən mübahisə edirdilər və mübahisə səslərini qonşular eşidirdilər. O özüdə onlarla divar qonşusudur. Elnur Yeganənin əridir və Elnurla söhbət edən zaman Elnur ona demişdir ki qaytanası İldız onu Yeganəni uşaqlarını evdən qovmaq istəyir ki, həmin evlərini oğluna versin. O Elnurun və ailəsinin bu söhbətlərinə qarışmaq istəmirdi. 26 sentyabr 2022-ci il tarixdə saat 09 radələrində o evindən çıxıb işə getmək istəyən zamanı Yeganənin həyətindən qışqırıq səslərini eşitdi. Yeganənin yaşadığı darvazanın yaxınlığında bir neçə nəfər qonşu qadınlar toplaşmışdılar, həmin qonşular həyətdən gələn qışqırıq səslərinə toplaşmışdılar. Darvazanın qapsı bağlı olmuşdur və o Yeganin səsini tanıdı, Yeganə köməyə çağırırdı. Ondan əlavə Yeganənin anası Səxavətin və atası İldızında mübahisə səslərini eşidirdi. Həmçinin həyətdə körpə uşaq ağlayırdı. Yaranmış səsküyə Yeganənin evinin həyətinin darvazasının qarşısına toplaşan qonşular darvazanın qapsını aça bilmirdilər ki, Yeganəyə kömək etsinlər. O da hasarın üstünə dırmaşdı və orada gördü ki, Səxavət yerdə uzanan Yeganənin saçından tutub ev tərəfə sürüyür, İldız isə əlində qırmızı torbanı Yeganənin başına keçirtmək istəyir. Yeganənin sifəti qızarmışdır. Yeganə kömək çağırırdı, qışqırırdı, darvazanın yanında kolyaskada olan azyaşlı uşaq isə ağlayırdı. Bu səhnəni görən kimi o onların həyətinə tullandı və Yeganəyə kömək etmək üçün Yeganəni Səxavətin əlindən almaq istədi. Səxavətlə İldız onu görən kimi özlərini itirdilər, İldız dərhal özünü yerə atıb paltarını torpaqla batırmağa başladı, Səxavət isə ona gileylənib Yeganə barədə şikayətlənərək ona dedi ki, «Yeganə atası İldızı döyüb yerə yıxmışdır)) Amma əslində o özü şəxsən gördü ki, Səxavət yerdə uzanan Yeganənin saçından tutub sürütləyirdi, İldız isə qırmızı torbanı Yeganənin başına keçirtmək istəmişdir. Yeganə onlara müqavimət göstərə bilmirdi və İldızı döyüb ona hər hansı bir bədən xəsarəti yetirmək iqtidarında deyildi. O həyətlərinə hasardan aşıb tullanan kimi aralarında olan dalaşma başa çatdı və o darvazanın qapısını içərdən açdı ki çöldə toplaşan qonşu qadınlar həyətə daxil olsunlar və Yeganəyə yardım göstərsinlər. Darvazanın qapsını açandan sonra o oradan çıxıb getdi. Bədən xəsarətlərini Yeganəyə kim yetirib o görmürdü, o dalaşmanın sonuna çatmışdı, hasara dırmaşanda gördü ki, Səxavət Yeganənin saçından tutub evinə tərəf sürüyür, Yeganə yerdə uzanır, qışrırırdı. Yeganənin sifəti qızarmışdır, elə bil ki yanmışdır. İldız isə əlində qırmızı torbanı Yeganənin başına keçirtmək istəyirdi lakin onu görən kimi özünü arxaya atıb yerə yıxaraq paltarını torpaqla bulamağa başladı. Səxavət isə onu görən kimi özünü itirdi və Yeganənin saçını buraxıb onu inandırmağa çalışdı ki, güya Yeganə İldızı yerə yıxıb İldıza bədən xəsarəti yetirmişdir. O həyətə hasardan tullanıb daxil olanda Təqsirləndirilən şəxs Yeganə tərəfindən döyülməsinin şahidi olmamışdır. İldız onu görən kimi özünü yerə yıxıb paltarını torpaqla bulamağa başlamışdır və elə səhnə yaratmağa çalışmışdır ki, güya Yeganə onu döymüşdür. Şahid3 ifadəsində göstərdi ki, məhkəmədə ona təqsirləndirilən şəxs qismində təqdim olunan Təqsirləndirilən şəxs qonşusudur. Onunla heç bir ədavəti və yaxınlığı yoxdur. O, həyətdə kömək istəyən qadın səslərini eşitmişdir, həmin vaxtda o, uzaqda olmuşdur. O, Yıldızın həyətinə baxanda da İldızla yoldaşının Yeganəni tutduğunu və Yeganənin onların əlindən çıxmağa çalışdığını görmüşdür. O, qışqıraraq Yeganəyə nə olduğunu soruşmuşdur. Yeganəgilin yanına çatanda İldızın yerə yıxıldığını görmüşdür. Sonradan Yeganənin yoldaşından nə olduğunu soruşduqda o, İldızla yoldaşının Yeganəni kislota ilə öldürməyə cəhd etdiyini dedi. İldızgilin evində mütəmadi olaraq davadalaş olurdu, onların evindən dava-dalaş, söyüş səsləri eşitmişdir. O, Təqsirləndirilən şəxsla yoldaşının Yeganə ilə vuruşduğunu görmüşdür. Yeganə onların əlindən qaçmaq istəyirdi. Yeganənin bədəni göm-göy idi, ona xəsarət yetirmişlər. X18 Təqsirləndirilən şəxs yerə yıxılmasına görə yox, Yeganəyə görə çağırılmışdı. O, yalnız Təqsirləndirilən şəxsla yoldaşının Yeganəni sağa-sola dartışdırdıqlarını görmüşdür. O, Yeganənin yoldaşı Elnura zəng vuraraq Yeganənin vəziyyətinin pis olduğunu, ona təcili gəlməli olduğunu demişdir. İbtidai istintaq zamanı ona heç bir təzyiq olunmayıb. Onun evinin pəncərəsindən İldızgilin həyəti açıq-aşkar görsənir. O, təqsirləndirilən şəxs İbayev Yıldızın əlində parça olduğunu görməmişdir. İldızın yoldaşının adı Şahid4dir. Onların İldızgillə normal münasibətləri olub. Elnurun işi ilə əlaqədar onda onun nömrəsi var idi. Onların evində hər gün davadalaş olduğuna görə, o, onlar arasında olan münaqişənin fərqli olmadığını düşündü. O, onların əllərinin Yeganənin üz nahiyəsində olduğunu görmüşdür. İldızın “mənim ayağımı sındırdı, kömək edin” deməsini eşitməmişdir. O, Yeganənin “yanıram, mənə kömək edin” qışqırıqlarını eşitmişdir. O, İldızın əlində parça görməmişdir. O, Yeganəgilin yanına gedəndə İldızın yerə yıxıldığını və süründüyünü görmüşdür. İfadələrinə başqa əlavəsi yoxdur. Məhkəmədə elan olunub araşdırılmış ifadələrində Şahid3 ibtidai istintaq zamanı göstərmişdir ki, həmin ünvanda 1997-ci ildən etibarən yaşayır. Qonşuluqda onunla birlikdə Zərərçəkmiş şəxs ailəsi ilə birlikdə yaşayır. Yeganə ilə bir həyətdə valideynləri Təqsirləndirilən şəxs və Şahid4 yaşayırlar. Valideynlər həyətdə olan ikinci evdə qalırlar. Hər biri ayrı evdə yaşayır. Hər biri ilə normal münasibəti var, qonşu kimi bir-biri ilə salamlaşırlar, lakin evlərinə gediş gəliş yoxdur, yaxın münasibət saxlamırlar. Onun evinin pəncərəsi onların həyətinə baxır. Həmin12 sot torpaq sahəsi əvvəllər boş olmuşdur. Təxminən 2005-ci ildə Yeganə ilə Elnur həmin torpaq sahəsində ev tikib yaşamağa başladılar. Yeganənin 4 övladı var. Yeganə ailəsi ilə birlikdə həmin ünvanda onlarla qonşuluqda yaşayan zamanı valideynləri ilə mehriban münasibətdə olmuşlar. Bir neçə il keçəndən sonra valideynləri yəni, İldızla Səxavət həmin torpaq sahəsində ikinci evi tikib orada yaşamağa başladılar, torpaq sahəsinin bir hissəsini isə sonradan satıblar. Hazırda həmin 6 sot torpaq sahəsində tikilmiş bir evdə Yeganə ailəsi ilə birlikdə, digər evdə isə İldızla Səxavət yaşayırlar. Onun evinin pəncərəsi ilə Yeganə ilə İldızın həyətinə baxır. Son illərdir ki, İldızla Səxavət tez-tez Yeganə və Elnurla mübahisə edirdilər. Səxavətlə İldız həyətdə olan zaman tez-tez hallarda ucadan nalayiq söyüşləri Yeganənin, Elnurun və uşaqların ünvanına söyürdülər. Bununla onları da narahat edirlər, nəvələrinin tərbiyələrini pozurlar. 26 sentyabr 2022-ci il tarixdə saat 09 radələrində o, evdə olduğu zaman Yeganənin qışqırıq səslərini eşitdi. Yeganə qışqırırdı ki, “ay camaat kömək edin, məni öldürmək istəyirlər” O evinin ikinci mərtəbəsinə qalxıb pəncərədən Yeganənin həyətinə baxanda gördü ki, X11 tutub onu dartışdırırlar. İldız həmin vaxtı Yeganəni arxadan tutub Yeganəni yerə yıxdı, özüdə yerə yıxıldı. Təqsirləndirilən şəxs Yeganənin ağzına nəsə soxmaq istəyirdi, İldızın əlində əski parçasına oxşar olan əşya var idi. X12 ayırmırdı. Şərait yaradırdı ki, İldız Yeganəni döysün. O bunu görən kimi dərhal Elnura zəng vurub bu barədə xəbər verdi. Elnura dedi ki, Yeganəni evin həyətində valideynləri döyür. Yeganənin valideynləri ilə aralarında bu dalaşmaları mübahisələri tez-tez baş verdiyinə görə obunu adi hal kimi qəbul etmişdir, lakin bu səfər Yeganə çox ciddi qışqırırdı. Bundan sonra o elə bildi ki evin həyətinə kimsə daxil oldu, lakin sonradan ona məlum oldu ki, evin həyətinə köməyə daxil olan şəxs qonşuluqlda yaşayan Royal adlı oğlan olmuşdur. O, Royalın həyətə necə daxil olduğunu görmədi. Royalın müdaxiləsinə görə dalaşma başa çatdığına görə İldız yerdə oturmuşdur, Səxavət də İldıza deyirdi ki, «zəng elə gədəyə, denən ki Yeganə ayağıvı qırıb» Amma həmin vaxtı Yeganə İldızı vurmamışdır. Səxavət məcbur etmişdir İldızı, o kiməsə Yeganə tərəfindən ayağının qırılması barədə yalnış məlumat versin. İldız özü arxadan Yeganəni tutub Yeganəni yerə yıxanda özüdə yıxılmışdır Yeganənin üstünə. O evinə keçib pəncərəni bağladı, çünki evində azyaşlı uşaqları olmuşdur, pəncərəni bağlamışdı ki X3rşı olan söyüşlərini nəvələri eşitməsinlər. Bir neçə dəqiqədən sonra isə Elnurda gəlib ona dedi ki, İldız Yeganənin ağzına kislotaya batırılmış əskini soxub onu boğmaq istəmişdir. Bundan sonra həyətə X18 stansiyasının iki briqadası gəlmişdir və polis əməkdaşları. Həkimlər Yeganəni və İldızı xəstəxanaya apardılar. Yeganənin aldığı bədən xəsarətlərini Səxavətlə İldız yetirmişlər. Yeganə özü konkret olaraq göstərə bilər ki, hansı xəsarətləri ona kim yetirib, o pəncərədən Yeganəyə İldıza və Səxavətə baxanda görmüşdü ki, onlar, yəni Yeganə İldız və Səxavət tutuşublar, İldız Yeganəni arxadan tutub Yeganəni yerə yıxmışdır, əlində hansısa əski parçasını saxlayıb Yeganənin ağzına soxurdu. Səxavətdə yanlarında dururdu. Buna görədə o Elnura zəng vurub məlumat verdi. Təqsirləndirilən şəxs aldığı bədən xəsarətləri ilə əlaqədar olaraq bildirmişir ki, İldızla Səxavət yalan danışırlar, Yeganə həmin vaxtı İldızı vurmamışdır, İldız Yeganənin arxasından tutub Yeganəni yerə yıxanda öz ağırlığı nəticəsində Yeganənin üstünə yıxılmışdır. Ola bilər həmin sol qamış sümüyünün yerdəyişməyən qapalı sınığı ilə nəticələnən bədən xəsarətlərini özü özünə yetirmişdir. Yeganənin İldızı vurduğunu görməmişdir, Yeganə özünü müdafiə edərək İldızın üzünü çızırdı ki, İldız onu buraxsın. Səxavət orda olanda İldıza deyirdi ki, «zəng elə gədəyə, denən ki, Yeganə ayağıvı qırıb» çox güman ki, Səxavət «gədə» sözündə oğlunu nəzərdə tuturdu. Şahid1 ifadələrində göstərdi ki, məhkəmədə ona təqsirləndirilən şəxs qismində təqdim olunan Təqsirləndirilən şəxs onun qayınatasıdır. Onunla ədavəti yoxdur. Hadisə baş verən gün 26 sentyabr 2022-ci il tarixdə işə gedən zaman qonşu ona zəng vuraraq həyat yoldaşı Yeganənin vəziyyətinin yaxşı olmadığını dedi. Sonra yoldaşının yanına gəldikdən sonra o, ona başına gələnləri danışdı. Həyat yoldaşı da qonşunun ona dedikləri ilə eyni məzmunda sözlər dedi. Təqsirləndirilən şəxsla Yeganə arasında mübahisənin səbəbi mülk davası olub. O, hadisəni birbaşa görməmişdir. Eşitdiklərini ona qonşuları Mələk və Röyal deyib. İldız parçaya kimyəvi maddə tökərək Yeganənin üzünə sıxıb. Parçanın üzərindəki kimyəvi maddə ekspert rəyi ilə təsdiq olunub. Parçanı Yeganənin üzünə sıxmağını həyat yoldaşı ona deyib. Qonşuları Röyal ona dedi ki, İldız Yeganənin üstündə idi. Onların arasındakı münasibətlər 2019-cu ilə qədər normal idi. Hadisə baş verən anda İldızla münasibətləri normal olmamışdır. İldız parçanı Yeganənin sifətinə sıxanda Yeganə məcbur qalıb parçadakı kimyəvi maddəni udub. Üstündə mübahisə yaranan torpaq sahəsi Təqsirləndirilən şəxs məxsus idi. Həmin torpaq sahəsini İldız qızı Yeganəyə üzərində ev tiksin deyə vermişdi. Həmin torpaq sahəsi İldız tərəfindən Yeganəyə verilən zaman qohumları da yanlarında olub. Həmin torpaq sahəsinin üzərindəki evi o özü tikmişdir. İfadələrinə başqa əlavəsi yoxdur. Məhkəmədə elan olunub araşdırılmış ifadələrində Şahid1 ibtidai istintaq zamanı Zərərçəkmiş şəxs ilə oxşar məzmunlu ifadələr verib onun göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. Şahid4 ifadəsində göstərdi ki, məhkəmədə ona təqdim olunan Təqsirləndirilən şəxs onun həyat yoldaşı, Zərərçəkmiş şəxs isə onun qızıdır. O, hadisə günü Yeganənin İldıza söydüyünü eşitmiş, sonra isə təpiklə onun atasını vurduğunun şahidi olmuşdur. İldız təpiyin təsirindən yerə yıxıldı. Sonra Yeganənin qaçdığını görmüşdür, o da Yganənəni polisə qaçdığı qənəaətinə gəlmişdir. O, Yeganəyə xəsarət yetirməmişdir. Ona atasına etdiklərinə görə ayyaqabı ilə vurmaq istəmişdir, lakin vura bilməmişdir. O, İldızın Yeganəyə xəsarət yetirdiyini görməmişdir. O, atalarının vəziyəti ilə əlaqədar oğullarına məlumat vermək istəmişdir, amma İldız imkan vermədi. O, İldızın Yeganəyə xəsarət yetirdiyini görməmişdir. Beş ildir ki, Yeganəgil ilə aralarında soyuq münasibətlər olub. O, Yeganənin ağzının nəyə görə o, vəziyyətdə olduğunu bilmir. Əgər Yeganənin vəziyyəti pis olsa idi, atasını təpiklə vura bilməzdi. O, hadisə yerində əsgi parçası görməmişdir. İfadələrinə başqa əlavəsi yoxdur. Şahid qismində dindirilmiş ekspert X9 ifadələrində göstərdi ki, məhkəmədə ona təqsirləndirilən şəxs qismində təqdim olunan Təqsirləndirilən şəxsı tanımır, Zərərçəkmiş şəxs tanıyır. Onlarla ədavəti və yaxınlığı yoxdur. Zərərçəkmiş şəxs onların şöbəsinə daxil olarkən o, toksikolgiya şöbəsinin həkimini çağıraraq, onunla danışdıqdan sonra Yeganənin yanına qalxmışdır. O özü şəxsən Yeganəni müayinə etmişdir. Yeganə özü danışa bilirdi. Mülk münaqişəsi ütündə atasının ona kəskin qoxulu turşu maddəsi ilə zərər yetirdiyini dedi. Onun sözlərinə görə anası da onun boğazına zərər yetirmişdir. Yeganə ona boğazına əsgi parçası salındığını dedi. Əgər Yeganə kislota turşusunu özü içsə idi, eyni effekti verə bilməzdi. Yeganənin aldığı xəsarətlər kənar təsirlərdən yaranıb. Ona heç kim Yeganənin kislota turşusunu özü içdiyini deməyib . İnsanın dərisi ilə selikli qışası arasında böyük fərq var. Yəni ağız ətrafı yanıq olmayanda mədədə yanıq ola bilər. Xəstə ilə profilaktik söhbət aparılır. Xəstənin özünün dediyinə əsasən ekspert rəyi yazılır. Əgər xəstəlik tarixçəsində məhlul içməsi yazılıbsa, demək ki xəstənin özü elə deyib. O, Təqsirləndirilən şəxsı heç vaxt görməmişdir. O, müayinə zamanı gözü ilə müşahidə etdiyini də rəy verərkən yazır. Yeganənin boynunda və qolunda xəsarətlər var idi. Yeganənin gözündə qızartılar və şişlər var idi. Buna səbəb aşındırıcı maddədir. Kimyəvi maddənin təsirindən kimyəvi yanıqlar yaranmışdı. Əgər kimyəvi maddə onun mədəsinə gedibsə, Yeganənin boğazını yandırmaq ehtimalı yoxdur. O, tibbi rəyə Yeganənin qida borusunda yanıqların olduğunu yazmışdı. Kimyəvi maddə başqasını üzünə əlcəksiz də vurula bilər. İfadələrinə başqa əlavəsi yoxdur. Məhkəmədə elan edilib araşdırılmış məhkəmə-tibbi ekspertizasının 29 sentyabr 2022-ci il tarixli 2309 saylı rəyində göstərilir ki, Zərərçəkmiş şəxs ağız boşluğunun, qida borusunun və mədənin sağ gözdə görmə itiliyinin zəifləməsi və travmatik katarakta ilə müşaiyət olunan sağ göz qapaqlarının, sağ almacıq, sağ yanaq və hər iki dodaq nahiyələrinin kimyəvi yanıqları; sol yanaq və sol bud nahiyələrinin qançırları; sağ dirsək oynağı, sol kürək və bel nahiyələrinin sıyrıqları müəyyən edildi. Xəsarətlərdən ağız boşluğunun, qida borusunun və mədənin, sağ gözdə görmə itiliyinin zəifləməsi və travmatik katarakta ilə müşaiyət olunan sağ göz qapaqlarının sağ almacıq sağ yanaq və hər iki dodaq nahiyələrinin kimyəvi yanıqları kimyəvi maddənin yerli təsirindən; qançır və sıyrıqlar isə bərk küt əşya (əşyalar) təsirindən törənmişdir, qərarda göstərilən şəraitdə əmələ gələ bilər müddətləri qərarda göstərilən xx.xx.2022-ci il tarixə uyğun gəlir. Ağız boşluğunun, qida borusunun və mədənin sağ gözdə görmə itiliyinin zəifləməsi və travmatik katarakta ilə müşaiyət olunan sağ göz qapaqlarının, sağ almacıq, sağ yanaq və hər İki dodaq nahiyələrinin kimyəvi yanıqları ilə nəticələnən bədən xəsarətləri dərəcəsinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aiddir. Sol yanaq və sol bud nahiyələrinin qançırları; sağ dirsək oynağı, sol kürək və bel nahiyələrinin sıyrıqlan ilə nəticələnən bədən xəsarətləri sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduqları üçün dərəcələri təyin edilmir. Məhkəmədə elan edilib araşdırılmış kompleks məhkəmə ambulator psixiatrik və məhkəmə psixoloji ekspertizasının xx.xx.2022-ci il tarixli 3417 saylı rəyində göstərilir ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Onda xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Təqsirləndirilən şəxs əqli -intellektual imkanlarının normaya uyğun olması müəyyən edilir. Emosional-iradı stefasında qıcığa qarşı həssaslıq, emosional qeyri-sabitlik aşkar olunmaqla xasiyyətin psixopatik cimzgiləri müəyən edilir, Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir, onda xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görədə Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası CM-nin 21 və 22-cİ maddələrinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs əqliintelektual imkanları normaya uyğundur, Emosional -iradi stefasında qıcığa qarşı həssaslıq, emosional qeyri-sabitlik aşkar olunmaqla xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Nümayişkaranəlik, eqosentrizm, inadkarlıq, qıcığa qarşı həssaslıq, konfliktə meyillilik kimi xarakterik xüsusiyyətlərə malikdir. Təqsirləndirilən şəxs sensor-perseptiv prosesləri, fərdi xüsusiyyətləri və hadisə şəraiti nəzərə alınmaqla o, İş üçün əhəmiyyətli hallan düzgün qavraya bilər. Təqsirləndirilən şəxs başqalarının təsiri altına hərəkət etməyə və özündən uydurmağa patoloji meyillilik əlamətləri aşkar olunmadı. Lakin özünü psixoloji müdafiə etmək məqsədi ilə situasiyanı öz xeyrinə yönəldib danışa bilər. Təqsirləndirilən şəxs qərarın təsviri hissəsində göstərilmiş əməli törədən anda affekt vəziyyətində olmamışdır. Emosional halından asılı olaraq öz hərəkətlərini tam dərk etmək, hərəkəti və davranışını tənzimləmək və onlara iradı nəzarət etmək iqtidarında olmuşdur. Məhkəmədə elan olunub araşdırılmış cinayət işinin materiallarına əlavə olunmuş Sabunçu rayon məhkəməsinin 07 sentyabr 2021-ci il tarixli qətnaməsindən görünür ki, Şahid1 iddiası qismən təmin edilmişdir, Şahid1 ünvan 5 ünvanında ailəsinin yaşadığı fərdi yaşayış evinə köçürülmüşdür. Həmin evin yerləşdiyi həyətindən istifadəsində, habelə həmin evin kommunal xəttlərindən istifadəsinə maneələrin yaradılması cavabdehlərə ( İldız, Səxavət, Fərhad, Fizüli İbayevlərə) qadağan olunmuşdur. Məhkəmədə Təqsirləndirilən şəxs özünü ona elan olunmuş ittihamda təqsirli bilməyərək göstərmişdir ki, həmin gün qızı Yeganə ona hücum etmişdir və o, yıxılıb huşunu itirmişdir. Daha sonra özündə olmamışdır. Ayılanda diz qapağı yaralandığını görmüşdür. O, Yeganəyə xəsərət yetirməmişdir. Əksinə sonuncu onu vurub yerə yıxıb ona xəsarət yetirmişdir. Məhkəmə Təqsirləndirilən şəxs bu ifadələrini iş üzrə dindirilmiş zərərçəkmiş şəxs, şahidlər ifadələri ilə, həmçinin, məhkəmə tibbi ekspertizasının rəyi və cinayət işinin materiallarında olan digər mötəbər sübutlarla qarşılıqlı təhlil edərək qeyd edir ki, onun bu ifadələri öz müdafiəsinə yönəlmiş, faktiki əsası olmayan ifadələr kimi nəzərə alınmalıdır. Çünki onun həm ibtidai istintaq zamanı, həm də məhkəmədə verdiyi ifadələri yuxarda sadalanan sübutlarla təkzib olundu. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs sərbəst ifadə vermək hüququna malikdir. O, bilə-bilə yalan xəbərçilik etməkdən başqa özünün müdafiəsi üçün göstərdiyi hallara görə məsuliyyət daşımır. O, xəbərçilik etdikdə isə bunu təsdiq edən sübutları da təqdim etməlidir. Əks halda özündə dəqiq faktı nəzərdə tutmayan məlumatın əsassız olaraq yoxlanılması hüquq müstəvisinə çıxarılardı. Bu da hüququ müəyyənlikdən “in abstrakto”-ya, yəni mücərəddiyə, qeyri-müəyyənliyə çevirərdi. Buna isə qanunla yol verilmir. Məhkəmə, Təqsirləndirilən şəxs təqsirsizlik prezumpsiyası hüququna əsasən özünün təqsirsizliyini sübut etməyə borclu olmadığını nəzərə alır, lakin onun özünün müdafiəsi üçün göstərdiyi halları təsdiq edən sübutları məhkəməyə təqdim etmək vəzifəsi daşıdığını qeyd edir. O isə bəyanatlarında iddia etdiyi halları təsdiq edən sübut təqdim etmədi. Həmçinin məhkəmə əlavə şahid qismində dindirilmiş Şahid4 ifadələrinə münasibətdə qeyd edir ki, Şahid4 Təqsirləndirilən şəxs yaxın qohumu-həyat yoldaşı olduğundan onun əleyhinə ifadə verməmək hüququna malikdir. Məhkəmə onun ifadələrində göstərdiyi halları da onun bu hüququndan yanlış istifadə etməsi kimi qiymətləndirir və faktiki əsası olmayan ifadələr kimi nəzərə alır. Beləliklə, məhkəmə göstərilənləri nəzərə alaraq, Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda nəzərdə tutulan cinayət əməlini anlaqlı vəziyyətdə qəsdən törətməsi qənaətinə gəlib, onun təqsirli bilinməsini və onun əməlinin Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə tövsif edilməsini əsaslı sayır. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs məxsus cinayət qanununun tələblərinə uyğun müsadirə edilə bilən əmlak müəyyən edilmədi. İş üzrə mülki iddia verilməmişdir. İş üzrə maddi sübut yoxdur. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, “Femida” Vəkil bürosunun vəkili Müdafiəçi2 tərəfindən 30 ( otuz) saat hüquqi yardım göstərilməsi və bu səbəbdən ona 180 ( yüz səksən ) manat ödənilməli olması müəyyən olundu. Məhkəmə bu məbləğin dövlət büdcəsi hesabına ödənilməsini təmin edib təqsirləndirilən şəxsin həmin ödəmədən azad olunmasını əsaslı sayır. Məhkəmədə elan olunub, araşdırılmış cinayət işinin materiallarına əlavə olunmuş DİN-nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkmədə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal kimi əvvəllər məhkum olmaması, törətdiyi əməlin baş verməsinə səbəb özünə məxsus əmlakın geri qaytarılması tələbi əsasında yaranmış münaqişə olması müəyyən olundu. Məhkəmədə, Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən olunmadı. Məhkəmə, yuxarıda göstərilən halları, həmçinin cinayət əməlinin xarakterini və Təqsirləndirilən şəxs onun şəxsiyyətini xarakterizə edən məlumatları nəzərə alıb, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə cəzasının təyin edilməsini əsaslı sayır. Çünki məhkəmənin qənaətinə görə Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasına nisbətən daha yüngül cəza təyin etmək üçün əsas müəyyən olunmadı. Məhkəmədə elan olunub, araşdırılmış cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 13 dekabr 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulub 15 dekabr 2022-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək onun barəsində həbs qətimkan tədbiri seçilib hazırki vaxtadək həbsdə saxlanılması müəyyən olundu. Məhkəmə bu halı Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcını müəyyən edərkən nəzərə alır. Məhkəmə, yuxarıda göstərilən halları, həmçinin cinayət əməllərinin xarakterini və Təqsirləndirilən şəxs ilk dəfə qəsdən ağır cinayət törətməyə görə azadlıqdan məhrumetmə cəzasına məhkum olunduğunu nəzərə alıb, təyin edilmiş cəzanın onun tərəfəindən Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməli olmasını nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs cəzalandırılmalı və barəsində azadlıqdan məhrumetmə cəzası tətbiq edilməli olması qənaətinə gəldiyindən, onun barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılmasını əsaslı sayır. Məhkəmə, Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın müddətini müəyyən edərkən, onun tərəfindən törədilmiş cinayət əməlinin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, onun cəzasını yüngülləşdirən və ağırlaşdıran halın olmamasını, o cümlədən də, təyin ediləcək cəzanın onun islah olunmasına, həyat və ailə şəraitinə təsirini, onun cəmiyyətə reinteqrasiya olma hallarını nəzərə alır. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 4 (dörd) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin olunsun. Təqsirləndirilən şəxs təyin olunmuş cəzanın başlanğıcı 13 dekabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri qismində seçilmiş həbs hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ona təyin olunmuş cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Dövlət büdcəsi hesabına məhkəmədə Təqsirləndirilən şəxs göstərmiş olduğu hüquqi yardıma görə Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, “Femida” Vəkil bürosunun vəkili Müdafiəçi2 ödənilməsi üçün 180 ( yüz səksən) manat pul vəsaiti Azərbaycan Respublikası Vəkillər X4 və Tədris Mərkəzinin hesabına ödənilsin. Təqsirləndirilən şəxs həmin məbləği ödəməkdən azad olunsun. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti ona təqdim edildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə hökm yuxarıdakı müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Novruz Kərimov Hakimlər: Rasim Sadıxov Leyla Əsgərova-Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar