Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-2091/2024 31.10.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Məhkəmənin hakimləri Tağıyev Azər Heydər oğlunun sədrliyi, X9 və X2 ibarət tərkibdə, Bəşirli Pərvanə Böyükağa qızının katibliyi ilə, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs, xx.xx.2001-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Vətən Müharibəsi iştirakçısı və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 21 aprel tarixli 250 nömrəli Sərəncamına əsasən “Vətən müharibəsi iştirakçısı” Medalı ilə təltif olunmuş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə üzərində 07 (yeddi) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzasına saxlanılmış, hazırda cəza çəkən, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Cinayət işinin ibtidai istintaq materiallarına görə Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə satış məqsədi və tamah niyyəti ilə qanunsuz olaraq külli miqdarda 4,857 qram çəkidə psixotrop maddə metamfetamini əldə edib üzərində daşımaqla saxlamış, daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 13:00-da ünvan 3 ünvanının yaxınlığında olduğu zaman saxlanılaraq BMCMİ-nin inzibati binasına gətirilmiş və orada həmin gün saat 15:45-dən etibarən üzərinə keçirilən şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən 01 ədəd sellofan bükümdə satış məqsədi və tamah niyyəti ilə qanunsuz olaraq əldə edib üzərində daşıyaraq saxladığı külli miqdarda 4,857 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, narkotik vasitə və psixotrop maddə istifadəçisidir və özünü yalnız istifadəçi kimi təqsirli bilir, heç vaxt narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. Belə ki, o, psixotrop maddə metamfetamin istifadə etmək niyyətində olduğu üçün bir neçə gün əvvəl Türkiyə Respublikasının vətəndaşı ilə “Telegram” sosial şəbəkəsində danışmış və ondan 50 manatlıq psixotrop maddə metamfetamin istəmişdir. Həmin şəxsdə psixotrop maddəni Bakı metropolitenin “Neftçilər” stansiyasının yaxınlığına yerləşdirildiyini bildirmişdir. O da həmin yerə gedərək oradan bir ədəd bükümdə psixotrop maddə metamfetamini götürmüş və istifadə etmək məqsədi ilə üzərində saxlamış və bu barədə də heç kimə məlumat verməmişdir. xx.xx.2024-cü il tarixdə saat 13:00-da ünvan 4 ünvanının yaxınlığında Şahid6, Şahid4, Şahid2, Şahid3 və Şahid5 ilə birlikdə olduğu zaman onlara bir neçə nəfər mülki geyimdə olan şəxslər yaxınlaşaraq özlərini təqdim edib DİN-in BMCMİ-nin əməkdaşları olduqlarını bildirmişdir. Polis əməkdaşları onların narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olduqlarını bildirərək barələrində qəbul edilmiş “Əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında” qərarla tanış etmişdir. Bu zaman o, səmimi olaraq törətdiyi əməli etiraf edərək hazırda üzərində psixotrop maddə olduğunu bildirmişdir. Bundan sonra polis əməkdaşları onları İdarəyə dəvət etmiş və onlar etiraz etməyərək polis əməkdaşları ilə birlikdə həmin idarəyə getmişlər. Baş İdarədə hüquqlarının müdafiə edilməsi üçün müdafiəçi ilə təmin edilmiş və şübhəli şəxs qismində tutulmuşdur. Hüquq və vəzifələri izah olunduqdan sonra üzərinə video çəkilişdən istifadə edilməklə şəxsi axtarış həyata keçirilmişdir. Şəxsi axtarış və götürmə aparılması haqqında qərarla tanış edilərək, üzərində qanunsuz hər hansı bir əşya varsa könüllü surətdə təqdim etməsi ona təklif edilmişdir. Bundan sonra o, üzərində psixotrop maddə metamfetamin olduğunu bildirərək əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən 01 ədəd sellofan bükümü, sol yan cibindən 01 ədəd “Xiaomi” markalı mobil telefonu və şəxsiyyət vəsiqəsini çıxardıb masanın üzərinə qoymaqla təqdim etmişdir. 01 ədəd sellofan bükümə baxış keçirilərkən bükümün içərisindən psixotrop maddə metamfetamin olması aşkar edilmiş və 01 ədəd sellofan bükümdə olan psixotrop maddə metamfetamin polis əməkdaşı tərəfindən 01 ədəd kağız zərfdə qablaşdırılaraq möhür ilə möhürlənərək üzəri iştirakçılar tərəfindən imzalanmış və götürülmüşdür. Şəxsi axtarış zamanı üzərindən aşkar edilmiş 01 ədəd “Xiaomi” markalı mobil telefon və şəxsiyyət vəsiqəsi təhqiqatçı tərəfindən götürülmüşdür. Bundan əlavə Təqsirləndirilən şəxs ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, polis əməkdaşları tərəfindən saxlanılarkən üzərində psixotrop maddə olan metamfetamin olmuşdur. Həmin zaman o, 50 manat pul verməklə aldığı metamfetamini istifadə etmiş və üzərində bir qədər istifadə olunmayan hissəsi qalmışdı. Psixotrop maddə metamfetamini şəxsi istifadəsi üçün əldə etmiş və heç kimə satmamışdır. Həmçinin, saxlanılarkən polis əməkdaşları tərəfindən ona qarşı fiziki və psixi təyziq, zorakı hərəkətlər edilməmişdir. Daha sonra özünü qismən təqsirli bilməsini, Vətən Müharibəsi iştirakçısı olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 21 aprel tarixli 250 nömrəli Sərəncamına əsasən “Vətən müharibəsi iştirakçısı” Medalı ilə təltif olmasını nəzərə alaraq barəsində ədalətli qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə məhkəmə istintaqı zamanı tədqiq olunan sübutlara məcmu halında hüquqi qiymət verərkən, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməlinin satış məqsədi və tamah niyyəti ilə qanunsuz olaraq külli miqdarda psixotrop maddə olan metamefetamini əldə etmə, saxlama və daşıma kimi qiymətləndirməsini və sonuncunun əməlinin Azərbaycan Respublikasının CM-nin 234.4.3-cü maddəsi ilə tövsif olunmasını düzgün hesab etmir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş BMCMİ-nin əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə İdarəyə Şahid2, Təqsirləndirilən şəxs və Şahid3 satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və ya psixotrop maddələri əldə etmələri, saxlamaları, daşımaları və satmaları ilə məşğul olmaları barədə məlumat daxil olmuşdur. Həmin məlumatların yoxlanılması məqsədi ilə əməliyyat-axtarış tədbirləri həyata keçirilmiş və həmin tədbirlər nəticəsində Şahid2, Təqsirləndirilən şəxs və Şahid3 ünvan 4 ünvanının yaxınlığında olduqları müəyyən edildiyindən onlar xx.xx.2024-cü il tarixdə saat 13:00-da qeyd edilən ünvana gəlmişdirlər. Həmin ünvanın yaxınlığında Şahid2, Təqsirləndirilən şəxs və Şahid3 oxşar 3 nəfər şəxsin, həmçinin onların yanında başqa 3 nəfər şəxsin olduğunu görərək həmin şəxslərə yaxınlaşmışlar. Bu zaman özlərini təqdim etmiş və onlardan anket məlumatlarını bildirmələrini xahiş etmişlər. Həmin şəxslər özlərini Şahid2, Təqsirləndirilən şəxs, Şahid3, Şahid6, Şahid4 və Şahid5 kimi təqdim etmişlər. Həmin şəxslərin hər birinə BMCMİ-yə getmək lazım olduğu bildirilmiş və həmin şəxslər razılaşaraq onlarla birlikdə İdarəyə gəlmişlər. Baş İdarədə Təqsirləndirilən şəxs müdafiəçi təyin edilmişdir. Müdafiəçi gəldikdən sonra o şübhəli şəxs qismində tutulmuş, hüquq və vəzifələri izah olundan sona üzərində videoçəkilişlə şəxsi axtarış aparılmağa başlanılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində qanunsuz hər hansı bir əşya varsa könüllü surətdə təqdim etməsi təklif edilmiş və bundan sonra o, üzərində psixotrop maddə metamfetamin olduğunu bildirərək əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən 01 ədəd sellofan bükümü, sol yan cibindən 01 ədəd “Xiaomi” markalı mobil telefonu və şəxsiyyət vəsiqəsini çıxardıb masanın üzərinə qoymaqla təqdim etmişdir. 01 ədəd sellofan bükümə baxış keçirilərkən bükümün içərisində psixotrop maddə metamfetaminə oxşar maddə aşkar edilmişdir. 01 ədəd sellofan bükümdə olan psixotrop maddə metamfetaminə oxşar maddə 01 ədəd kağız zərfdə qablaşdırılaraq möhürlənərək üzəri iştirakçılar tərəfindən imzalanmış və götürülmüşdür. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 01 ədəd “Xiaomi” markalı mobil telefon və şəxsiyyət vəsiqəsi təhqiqatçı tərəfindən götürülmüşdür. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş psixotrop maddə metamfetamini Türkiyə Respublikasının vətəndaşından “Telegram” sosial şəbəkəsi ilə sifariş edərək 50 manata aldığını, konum vasitəsi ilə həmin psixotrop maddəni Bakı metropolitenin “Neftçilər” stansiyasının yaxınlığında ünvandan götürdüyünü, şəxsi istifadə etmək məqsədi ilə üzərində gəzdirdiyini və üzərindən aşkar edilmiş psixotrop maddə metamfetamindən başqa şəxslərin məlumatının olmadığını bildirmişdir. Daha sonra şəxsi axtarış, baxış və götürmə başa çatmış, videoçəkiliş dayandırılmış, protokol tərtib olunmuş, ucadan oxunmuş və imzalanmışdır. Məhkəmə iclasında Şahid1 verilmiş suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs psixotrop maddənin satışı ilə məşğul olması, o cümlədən üzərindən aşkar edilmiş metamfetaminin satış məqsədilə əldə etməsi və ya bu maddəni satmaq məqsədilə kiminləsə sövdələşməsi barədə heç bir təsdiqedici məlumat əldə etməmişlər və onlar tərəfindən Təqsirləndirilən şəxs qarşı hər hansı fiziki və psixi təyziq, zorakı hərəkətlər edilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, istintaq dövründə verdiyi ifadəsini təsdiq etmir. Belə ki, o, xx.xx.2024-cü il tarixdə saat 13:00-da dostları ilə Q.Qarayevdə yaşadığı binanın qarşısında dayanaraq göyərçinlərə baxarkən 15 nəfər polis əməkdaşları onların yanına gəlib onları döymüş və bundan sonra BMCMİ-yə gətirmişlər. İdarədə hər birininin qarşısına 5 qramlıq büküm qoyub götürməklərini bildirmişlər. Onları ailələri ilə təhdid etdiklərinə görə məcbur qalıb üzərlərinə götürməyi qəbul etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsi elan olunmaqla tədiqiq edildi və müəyyən olundu ki, o ifadəsində bildirmişdir ki, narkotik vasitənin və psixotrop maddənin heç bir növündən istifadə etmir. Lakin çox yayıldıqları üçün onların bəzi növlərini internetdə görmüşdür. xx.xx.2024-cü il tarixdə Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti ərazisində gəzərkən yerdə bir ədəd büküm tapmış və həmin bükümü əlinə alarkən içərisində psixotrop maddə metamfetamin olduğunu görmüşdür. Həmin psixotrop maddə kiminsə əlinə keçməsin deyə götürərək üzərində saxlamış, onu atmaq niyyəti olmuş, lakin unutduğu üçün üzərində qalmış və tapdığı həmin psixotrop maddə barədə heç kimin məlumatı olmamışdır. xx.xx.2024-cü il tarixdə saat 13:00-da ünvan 4 ünvanının yaxınlığında Şahid6, Şahid4, Şahid3, Təqsirləndirilən şəxs və Şahid5 ilə birlikdə olduqları zaman bir neçə nəfər mülki geyimdə olan şəxslər yaxınlaşaraq özlərini təqdim edib DİN-in BMCMİ-nin əməkdaşları olduqlarını bildirmişlər. Polis əməkdaşları onların narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olduqlarını bildirərək barələrində qəbul edilmiş “Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” qərarla tanış etmişdir. Bu zaman o, yalan danışmağın əhəmiyyət kəsb etmədiyini başa düşərək səmimi olaraq törətdiyi əməli etiraf edib bildirmişdir ki, hazırda üzərində psixotrop maddə vardır. Bundan sonra polis əməkdaşları onları İdarəyə dəvət etmiş və onlar polis əməkdaşları ilə birlikdə həmin idarəyə gəlmişlər. Orada hüquqlarının müdafiə edilməsi üçün müdafiəçi ilə təmin edilmiş və şübhəli şəxs qismində tutulmuşdur. Hüquq və vəzifələri izah olunduqdan sonra üzərinə video çəkilişdən istifadə edilməklə şəxsi axtarış həyata keçirilmişdir. İlk öncə şəxsi axtarış zamanı Şahid3 üzərində qanunsuz hər hansı bir əşya varsa könüllü surətdə təqdim etməsi təklif edilmiş və bundan sonra o, üzərində psixotrop maddə olduğunu bildirərək əynində olan boz rəngli cins şalvarının sol yan cibindən 01 ədəd sellofan bükümü çıxardıb masanın üzərinə qoymaqla təqdim etmişdir. 01 ədəd sellofan bükümə baxış keçirilərkən bükümün içərisində psixotrop maddə metamfetaminə oxşar maddə aşkar edilmiş və həmin psixotrop maddə metamfetaminə oxşar maddə 01 ədəd kağız zərfdə qablaşdırılaraq DİN-nin “Zərflər üçün” 6 saylı möhürü ilə möhürlənərək üzəri iştirakçılar tərəfindən imzalanmış və götürülmüşdür. Daha sonra ona üzərində qanunsuz hər hansı bir əşya varsa könüllü surətdə təqdim etməsi təklif edilmiş və bundan sonra o, üzərində psixotrop maddə metamfetamin olduğunu bildirərək əynində olan qara rəngli idman şalvarının sağ yan cibindən 01 ədəd sellofan bükümü çıxardıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Sellofan bükümə baxış keçirilərkən bükümün içərisində psixotrop maddə metamfetaminə oxşar maddə aşkar edilmiş və 01 ədəd sellofan bükümdə olan psixotrop maddə metamfetaminə oxşar maddə 01 ədəd kağız zərfdə qablaşdırılaraq DİN-nin “Zərflər üçün” 6 saylı möhürü ilə möhürlənərək üzəri iştirakçılar tərəfindən imzalanmış və götürülmüşdür. Daha sonra Təqsirləndirilən şəxs üzərində qanunsuz hər hansı bir əşya varsa könüllü surətdə təqdim etməsi təklif edilmiş və bundan sonra o, üzərində psixotrop maddə metamfetamin olduğunu bildirərək əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən 01 ədəd sellofan bükümü, sol yan cibindən 01 ədəd “Xiaomi” markalı mobil telefonu və şəxsiyyət vəsiqəsini çıxardıb masanın üzərinə qoymaqla təqdim etmişdir. 01 ədəd sellofan bükümə baxış keçirilərkən bükümün içərisində psixotrop maddə metamfetaminə oxşar maddə aşkar edilmişdir. 01 ədəd sellofan bükümdə olan psixotrop maddə metamfetaminə oxşar maddə 01 ədəd kağız zərfdə qablaşdırılaraq DİN-nin “Zərflər üçün” 6 saylı möhürü ilə möhürlənərək üzəri iştirakçılar tərəfindən imzalanmış və götürülmüşdür. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 01 ədəd “Xiaomi” markalı mobil telefon və şəxsiyyət vəsiqəsi təhqiqatçı tərəfindən götürülmüşdür. Məhkəmə iclasında Şahid2 verilmiş suallara cavab olaraq bildirmişdir ki, o, heç vaxt dostu Təqsirləndirilən şəxs psixotrop maddə istifadə edərkən görməmişdir. Həmçinin, istintaq dövründə polis əməkdaşları tərəfindən fiziki təyziqə məruz qaldığı üçün o şəkildə ifadə vermiş və sənədləri imzalamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində bildirmişdir ki, o, istintaq dövründə verdiyi ifadəsini qismən təsdiq edir. Belə ki, o, xx.xx.2024-cü il tarixdə saat 13:00-da dostları ilə Q.Qarayevdə yaşadığı binanın qarşısında dayanaraq göyərçinlərə baxarkən polis əməkdaşları onların yanına gəlib onları döymüş və bundan sonra BMCMİ-yə gətirmişlər. Həmin vaxt Təqsirləndirilən şəxs üzərində həqiqətən də metamfetamin olmuş, lakin onların üzərində olmamışdır. İdarədə polis əməkdaşları onları ailələri ilə təhdid etdiklərinə görə məcbur qalıb hər birininin qarşısına qoyulmuş 1 bükümdə 5 qramlıq çəkidə olan narkotik vasitələri onların olduğunu etiraf etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində istintaq dövründə verdiyi ifadəsini təsdiq etməyək bildirmişdir ki, o, yeznəsi ilə Q.Qarayevdə göyərçinlərə baxarkən polis əməkdaşları onların yanına gəlib onları döymüş və daha sonra BMCMİ-yə aparmışlar. Həmin vaxt onun üzərində narkotik vasitə və psixotrop maddə olmadığından onu buraxmışlar. Təqsirləndirilən şəxs, Şahid2 və Şahid3 üzərindən narkotik vasitə çıxdığına görə isə onları buraxmamışlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsi elan olunmaqla tədiqiq edildi və müəyyən olundu ki, o ifadəsində bildirmişdir ki, narkotik vasitənin və psixotrop maddənin heç bir növündən istifadə etmir. xx.xx.2024-cü il tarixdə saat 13:00-da ünvan 4 ünvanının yaxınlığında Şahid6, Şahid2, Şahid3, Təqsirləndirilən şəxs və Şahid5 ilə birlikdə olduqları zaman bir neçə nəfər mülki geyimdə olan şəxslər yaxınlaşaraq özlərini təqdim edib DİN-in BMCMİ-nin əməkdaşları olduqlarını bildirmişlər. Polis əməkdaşları onların narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olduqlarını bildirərək barələrində qəbul edilmiş “Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” qərarla tanış etmişdir. Bu zaman o, yalan danışmağın əhəmiyyət kəsb etmədiyini başa düşərək səmimi olaraq törətdiyi əməli etiraf edib bildirmişdir ki, hazırda üzərində psixotrop maddə vardır. Bundan sonra polis əməkdaşları onları İdarəyə dəvət etmiş və onlar polis əməkdaşları ilə birlikdə həmin idarəyə gəlmişlər. Orada hüquq və vəzifələri izah olunduqdan sonra Şahid3, Təqsirləndirilən şəxs və Şahid2 üzərlərinə video çəkilişdən istifadə edilməklə şəxsi axtarış həyata keçirilmişdir. İlk öncə şəxsi axtarış zamanı Şahid3 üzərində qanunsuz hər hansı bir əşya varsa könüllü surətdə təqdim etməsi təklif edilmiş və bundan sonra o, üzərində psixotrop maddə olduğunu bildirərək əynində olan boz rəngli cins şalvarının sol yan cibindən 01 ədəd sellofan bükümü çıxardıb masanın üzərinə qoymaqla təqdim etmişdir. 01 ədəd sellofan bükümə baxış keçirilərkən bükümün içərisində psixotrop maddə metamfetaminə oxşar maddə aşkar edilmiş və həmin psixotrop maddə metamfetaminə oxşar maddə 01 ədəd kağız zərfdə qablaşdırılaraq DİN-nin “Zərflər üçün” 6 saylı möhürü ilə möhürlənərək üzəri iştirakçılar tərəfindən imzalanmış və götürülmüşdür. Daha sonra Şahid2 üzərində qanunsuz hər hansı bir əşya varsa könüllü surətdə təqdim etməsi təklif edilmiş və bundan sonra o, üzərində psixotrop maddə metamfetamin olduğunu bildirərək əynində olan qara rəngli idman şalvarının sağ yan cibindən 01 ədəd sellofan bükümü çıxardıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Sellofan bükümə baxış keçirilərkən bükümün içərisində psixotrop maddə metamfetaminə oxşar maddə aşkar edilmiş və 01 ədəd sellofan bükümdə olan psixotrop maddə metamfetaminə oxşar maddə 01 ədəd kağız zərfdə qablaşdırılaraq DİN-nin “Zərflər üçün” 6 saylı möhürü ilə möhürlənərək üzəri iştirakçılar tərəfindən imzalanmış və götürülmüşdür. Daha sonra Təqsirləndirilən şəxs üzərində qanunsuz hər hansı bir əşya varsa könüllü surətdə təqdim etməsi təklif edilmiş və bundan sonra o, üzərində psixotrop maddə metamfetamin olduğunu bildirərək əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən 01 ədəd sellofan bükümü, sol yan cibindən 01 ədəd “Xiaomi” markalı mobil telefonu və şəxsiyyət vəsiqəsini çıxardıb masanın üzərinə qoymaqla təqdim etmişdir. 01 ədəd sellofan bükümə baxış keçirilərkən bükümün içərisində psixotrop maddə metamfetaminə oxşar maddə aşkar edilmişdir. 01 ədəd sellofan bükümdə olan psixotrop maddə metamfetaminə oxşar maddə 01 ədəd kağız zərfdə qablaşdırılaraq DİN-nin “Zərflər üçün” 6 saylı möhürü ilə möhürlənərək üzəri iştirakçılar tərəfindən imzalanmış və götürülmüşdür. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 01 ədəd “Xiaomi” markalı mobil telefon və şəxsiyyət vəsiqəsi təhqiqatçı tərəfindən götürülmüşdür. Daha sonra onun və Şahid5 üzərinə baxış həyata keçirilmiş, üzərilərində qanunsuz hər hansı bir əşya varsa könüllü surətdə təqdim etməkləri təklif edilmişdir. Bundan sonra o və Şahid5 üzərlərində narkotik vasitə, eləcə də digər qanunsuz əşyalar olmadığını bildirərək əynində olan göy rəngli cins şalvarının sağ arxa cibindən 02 ədəd “Samsung” markalı mobil telefonu, Şahid5 isə əynində olan boz rəngli cins şalvarının sağ yan cibindən “İphone” markalı mobil telefonu çıxardıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Onun və Şahid5 üzərlərindən aşkar edilmiş əşyalar özlərinə geri qaytarılmışdır. Məhkəmə iclasında Şahid4 verilmiş suallara cavab olaraq bildirmişdir ki, o, xx.xx.2024-cü il tarixdə onlar saxlanılarkən üzərlərinə baxış keçirilməmiş və İdarəyə gətirilmişlər. Təqsirləndirilən şəxs uzun vaxtdır ki tanıyır, sonuncunun narkotik vasitə istifadə etməsi və satması barədə məlumatı olmamışdır. Məhkəməyədək istintaq dövründə şahid qismində dindirilmiş məhkəmə iclasında iştirak etməyən Şahid5 məhkəməyə teleqram ünvanlayaraq ibtidai istintaqda verdiyi ifadəsini təsdiq etdiyini və məhkəmə iclasının onun iştirakının olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə iclasında Şahid5 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunmaqla tədqiq edildi və müəyyən olundu ki, o, ifadəsində bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə saat 13:00-da ünvan 4 ünvanının yaxınlığında Şahid6, Şahid2, Şahid3, Təqsirləndirilən şəxs və Şahid4 ilə birlikdə olduqları zaman bir neçə nəfər mülki geyimdə olan şəxslər yaxınlaşaraq özlərini təqdim edib DİN-in BMCMİ-nin əməkdaşları olduqlarını bildirmişlər. Polis əməkdaşları onların narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olduqlarını bildirərək barələrində qəbul edilmiş “Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” qərarla tanış etmişdir. Bu zaman o, yalan danışmağın əhəmiyyət kəsb etmədiyini başa düşərək səmimi olaraq törətdiyi əməli etiraf edib bildirmişdir ki, hazırda üzərində psixotrop maddə vardır. Bundan sonra polis əməkdaşları onları İdarəyə dəvət etmiş və onlar polis əməkdaşları ilə birlikdə həmin idarəyə gəlmişlər. Orada hüquq və vəzifələri izah olunduqdan sonra Şahid3, Təqsirləndirilən şəxs və Şahid2 üzərlərinə video çəkilişdən istifadə edilməklə şəxsi axtarış həyata keçirilmişdir. İlk öncə şəxsi axtarış zamanı Şahid3 üzərində qanunsuz hər hansı bir əşya varsa könüllü surətdə təqdim etməsi təklif edilmiş və bundan sonra o, üzərində psixotrop maddə olduğunu bildirərək əynində olan boz rəngli cins şalvarının sol yan cibindən 01 ədəd sellofan bükümü çıxardıb masanın üzərinə qoymaqla təqdim etmişdir. 01 ədəd sellofan bükümə baxış keçirilərkən bükümün içərisində psixotrop maddə metamfetaminə oxşar maddə aşkar edilmiş və həmin psixotrop maddə metamfetaminə oxşar maddə 01 ədəd kağız zərfdə qablaşdırılaraq DİN-nin “Zərflər üçün” 6 saylı möhürü ilə möhürlənərək üzəri iştirakçılar tərəfindən imzalanmış və götürülmüşdür. Daha sonra Şahid2 üzərində qanunsuz hər hansı bir əşya varsa könüllü surətdə təqdim etməsi təklif edilmiş və bundan sonra o, üzərində psixotrop maddə metamfetamin olduğunu bildirərək əynində olan qara rəngli idman şalvarının sağ yan cibindən 01 ədəd sellofan bükümü çıxardıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Sellofan bükümə baxış keçirilərkən bükümün içərisində psixotrop maddə metamfetaminə oxşar maddə aşkar edilmiş və 01 ədəd sellofan bükümdə olan psixotrop maddə metamfetaminə oxşar maddə 01 ədəd kağız zərfdə qablaşdırılaraq DİN-nin “Zərflər üçün” 6 saylı möhürü ilə möhürlənərək üzəri iştirakçılar tərəfindən imzalanmış və götürülmüşdür. Daha sonra Təqsirləndirilən şəxs üzərində qanunsuz hər hansı bir əşya varsa könüllü surətdə təqdim etməsi təklif edilmiş və bundan sonra o, üzərində psixotrop maddə metamfetamin olduğunu bildirərək əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən 01 ədəd sellofan bükümü, sol yan cibindən 01 ədəd “Xiaomi” markalı mobil telefonu və şəxsiyyət vəsiqəsini çıxardıb masanın üzərinə qoymaqla təqdim etmişdir. 01 ədəd sellofan bükümə baxış keçirilərkən bükümün içərisində psixotrop maddə metamfetaminə oxşar maddə aşkar edilmişdir. 01 ədəd sellofan bükümdə olan psixotrop maddə metamfetaminə oxşar maddə 01 ədəd kağız zərfdə qablaşdırılaraq DİN-nin “Zərflər üçün” 6 saylı möhürü ilə möhürlənərək üzəri iştirakçılar tərəfindən imzalanmış və götürülmüşdür. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 01 ədəd “Xiaomi” markalı mobil telefon və şəxsiyyət vəsiqəsi təhqiqatçı tərəfindən götürülmüşdür. Daha sonra onun və Şahid4 üzərinə baxış həyata keçirilmiş, üzərilərində qanunsuz hər hansı bir əşya varsa könüllü surətdə təqdim etməkləri təklif edilmişdir. Bundan sonra o və Şahid4 üzərlərində narkotik vasitə, eləcə də digər qanunsuz əşyalar olmadığını bildirərək sonuncu əynində olan göy rəngli cins şalvarının sağ arxa cibindən 02 ədəd “Samsung” markalı mobil telefonu, o isə əynində olan boz rəngli cins şalvarının sağ yan cibindən “İphone” markalı mobil telefonu çıxardıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Onun və Şahid4 üzərlərindən aşkar edilmiş əşyalar özlərinə geri qaytarılmışdır. Məhkəmə iclasında Şahid6 ibtidai istintaq dövründə verdiyi ifadəsi elan olunmaqla tədqiq edildi və müəyyən olundu ki, o, ifadəsində göstərmişdir ki, narkotik vasitənin və psixotrop maddənin heç bir növündən istifadə etmir. xx.xx.2024-cü il tarixdə saat 13:00-da ünvan 4 ünvanının yaxınlığında Şahid4, Şahid2, Şahid3, Təqsirləndirilən şəxs və Şahid5 ilə birlikdə olduqları zaman bir neçə nəfər mülki geyimdə olan şəxslər yaxınlaşaraq özlərini təqdim edib DİN-in BMCMİ-nin əməkdaşları olduqlarını bildirmişlər. Polis əməkdaşları onların narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olduqlarını bildirərək barələrində qəbul edilmiş “Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” qərarla tanış etmişdir. Bu zaman o, yalan danışmağın əhəmiyyət kəsb etmədiyini başa düşərək səmimi olaraq törətdiyi əməli etiraf edib bildirmişdir ki, hazırda üzərində psixotrop maddə vardır. Bundan sonra polis əməkdaşları onları İdarəyə dəvət etmiş və onlar polis əməkdaşları ilə birlikdə həmin idarəyə gəlmişlər. Orada hüquq və vəzifələri izah olunduqdan sonra Şahid3, Təqsirləndirilən şəxs və Şahid2 üzərlərinə video çəkilişdən istifadə edilməklə şəxsi axtarış həyata keçirilmişdir. İlk öncə şəxsi axtarış zamanı Şahid3 üzərində qanunsuz hər hansı bir əşya varsa könüllü surətdə təqdim etməsi təklif edilmiş və bundan sonra o, üzərində psixotrop maddə olduğunu bildirərək əynində olan boz rəngli cins şalvarının sol yan cibindən 01 ədəd sellofan bükümü çıxardıb masanın üzərinə qoymaqla təqdim etmişdir. 01 ədəd sellofan bükümə baxış keçirilərkən bükümün içərisində psixotrop maddə metamfetaminə oxşar maddə aşkar edilmiş və həmin psixotrop maddə metamfetaminə oxşar maddə 01 ədəd kağız zərfdə qablaşdırılaraq DİN-nin “Zərflər üçün” 6 saylı möhürü ilə möhürlənərək üzəri iştirakçılar tərəfindən imzalanmış və götürülmüşdür. Daha sonra Şahid2 üzərində qanunsuz hər hansı bir əşya varsa könüllü surətdə təqdim etməsi təklif edilmiş və bundan sonra o, üzərində psixotrop maddə metamfetamin olduğunu bildirərək əynində olan qara rəngli idman şalvarının sağ yan cibindən 01 ədəd sellofan bükümü çıxardıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Sellofan bükümə baxış keçirilərkən bükümün içərisində psixotrop maddə metamfetaminə oxşar maddə aşkar edilmiş və 01 ədəd sellofan bükümdə olan psixotrop maddə metamfetaminə oxşar maddə 01 ədəd kağız zərfdə qablaşdırılaraq DİN-nin “Zərflər üçün” 6 saylı möhürü ilə möhürlənərək üzəri iştirakçılar tərəfindən imzalanmış və götürülmüşdür. Daha sonra Təqsirləndirilən şəxs üzərində qanunsuz hər hansı bir əşya varsa könüllü surətdə təqdim etməsi təklif edilmiş və bundan sonra o, üzərində psixotrop maddə metamfetamin olduğunu bildirərək əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən 01 ədəd sellofan bükümü, sol yan cibindən 01 ədəd “Xiaomi” markalı mobil telefonu və şəxsiyyət vəsiqəsini çıxardıb masanın üzərinə qoymaqla təqdim etmişdir. 01 ədəd sellofan bükümə baxış keçirilərkən bükümün içərisində psixotrop maddə metamfetaminə oxşar maddə aşkar edilmişdir. 01 ədəd sellofan bükümdə olan psixotrop maddə metamfetaminə oxşar maddə 01 ədəd kağız zərfdə qablaşdırılaraq DİN-nin “Zərflər üçün” 6 saylı möhürü ilə möhürlənərək üzəri iştirakçılar tərəfindən imzalanmış və götürülmüşdür. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 01 ədəd “Xiaomi” markalı mobil telefon və şəxsiyyət vəsiqəsi təhqiqatçı tərəfindən götürülmüşdür. Daha sonra onun, Şahid4 və E.R.M-nin üzərinə baxış aparılmışdır. Onlara üzərilərində qanunsuz hər hansı bir əşya varsa könüllü surətdə təqdim etməsi təklif edilmişdir. Bundan sonra o, Şahid4 və Şahid5 üzərilərində narkotik vasitə, eləcə də digər qanunsuz əşyalar olmadığını bildirərək o əynində olan göy rəngli cins şalvarının sağ arxa cibindən 02 ədəd Samsung markalı mobil telefonu, E.R..Mikayılzadə əynində olan boz rəngli cins şalvarının sağ yan cibindən İphone markalı mobil telefonu çıxardıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Şahid6 və Şahid5 üzərindən aşkar edilmiş əşyalar onların özünə qaytarılmışdır. Cinayət işinin 1-ci cild 53-cü vərəqəsində olan xx.xx.2024-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 1-ci cild 270-274-cü vərəqələrində olan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində xx.xx.2024-cü il tarixdən hesablanmaqla 04 ay həddində həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 3-cü cild 10-11-ci vərəqələrində olan Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2024-cü il tarixli məhkəmə hazırlıq qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Cinayət işinin 1-ci cild 105-110-cu vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 3-16-16/2- 6/1991 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün N6-li dairəvi möhür əksi olan üç ədəd zərfdə: -üzərində “F.V.Əliyevdən aşkar edilmiş..” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdəki 1 (bir) ədəd sellofan bükümdə təmiz çəkisi 4,857 qram olan ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir. Qeyd: metamfetaminin təmiz çəkisi – 4,857 qram, tədqiqata sərf edildi – 0,050 qram, qalıq – 4,807 qram. Cinayət işinin 1-ci cild 106-cı vərəqəsində olan ekspertiza xərcinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri 65 (altmış beş) manat müəyyən edilmişdir. Cinayət işinin 2-ci cild 157-158-ci vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X1 ekspert komissiyasının xx.xx.2024-cü il tarixli, 2341 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs Opioidlərin və Psixostimulyatorların birgə qəbul edilməsi nəticəsində yaranan Asılılıq Sindromu (Narkomaniya Xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin 2-ci cild 166-168-ci vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Tibbi Ekspertiza və X5” PHŞ-nin xx.xx.2024-cü il tarixli, 212/MEŞ saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədən səthində xx.xx.2024-cü il tarixə və şəraitə uyğun hər hansı bir xəsarət və ya xəsarət izi aşkar edilməmişdir. Cinayət işinin 2-ci cild 173-191-ci vərəqələrində olan xx.xx.2024-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs, Şahid2 və Şahid3 üzərinə şəxsi axtarışın gedişatını əks etdirən 01 ədəd DVD disk maddi sübut kimi tanınaraq iş materiallarına əlavə edilmiş, iş üzrə digər maddi sübut Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş və ekspertiza tədqiqatından sonra qalmış 4,807 qram psixotrop maddə olan metamfetamin DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutların saxlama kamerasına təhvil verilmişdir. Cinayət işinin 2-ci cild 36-37-ci vərəqələrində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2024-cü il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin 2-ci cild 150-154-cü vərəqələrində olan Bakı Şəhər Nizami Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(007)-241/2024 saylı hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 08 (səkkiz) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, həmin məcəllənin 69.3-cü maddəsi tətbiq edilməklə qəti olaraq 07 (yeddi) ay 28 (iyirmi səkkiz) gün müddət azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Cinayət işinin 1-ci cild 73-cü vərəqəsində olan şəxsi axtarış və götürmənin gedişatını əks etdirən DVD diskə məhkəmə iclasında baxış keçirilərək müəyyən edilmişdir ki, həmin görüntülər xx.xx.2024-cü il tarixdə, saat 16:22-dən 17:15-dək Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində qeydə alınmışdır. İlk öncə DİN-in BMCMİ-nin baş təhqiqatçısı X4 özünü, müdafiəçiləri və digər şəxsləri təqdim edir, daha sonra Şahid3, Təqsirləndirilən şəxs və Şahid2 hüquq və vəzifələri izah olunduqdan sonra sonuncuların üzərinə xidməti otağda şəxsi axtarış keçirilir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində qanunsuz hər hansı bir əşya varsa könüllü surətdə təqdim etməsi təklif edilir və bundan sonra o, üzərində psixotrop maddə metamfetamin olduğunu bildirərək əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən 01 ədəd sellofan bükümü, sol yan cibindən 01 ədəd “Xiaomi” markalı mobil telefonu və şəxsiyyət vəsiqəsini çıxardıb masanın üzərinə qoymaqla təqdim edir. 01 ədəd sellofan bükümə baxış keçirilərkən bükümün içərisində psixotrop maddə metamfetaminə oxşar maddə aşkar edilir. 01 ədəd sellofan bükümdə olan psixotrop maddə metamfetaminə oxşar maddə 01 ədəd kağız zərfdə qablaşdırılaraq DİN-nin “Zərflər üçün” 6 saylı möhürü ilə möhürlənərək üzəri iştirakçılar tərəfindən imzalanır və götürülür. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 01 ədəd “Xiaomi” markalı mobil telefon və şəxsiyyət vəsiqəsi təhqiqatçı tərəfindən götürülür. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş psixotrop maddə metamfetamini anket məlumatlarını bilmədiyi Türkiyə Respublikasının vətəndaşından “Telegram” sosial şəbəkəsi ilə sifariş edərək 50 manata aldığını, konum vasitəsi ilə həmin psixotrop maddəni Bakı metropolitenin “Neftçilər” stansiyasının yaxınlığında ünvandan götürdüyünü, şəxsi istifadə etmək məqsədi ilə üzərində gəzdirdiyini və üzərindən aşkar edilmiş psixotrop maddə metamfetamindən başqa şəxslərin məlumatının olmadığını bildirir. Daha sonra şəxsi axtarış, baxış və götürmə başa çatmış, videoçəkiliş dayandırılır, protokol tərtib olunur, ucadan oxunur və imzalanır. Cinayət işinin 2-ci cild 59-cu vərəqəsində olan xx.xx.2024-cü il tarixli mobil telefona baxış keçirilməsi protokolundan görünür ki, Təqsirləndirilən şəxs məxsus “Xiaomi” markalı mobil telefon aparatına baxış keçirilmiş və cinayət işi üzrə əhəmiyyət kəsb edən heç bir məlumat aşkar edilməmişdir. Cinayət işinin 3-cü cildinə əlavə edilmiş 1-19812 №li vəsiqənin surətindən görünür ki, F.H.X6 iştirakçısı olmuş və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 21 aprel tarixli 250 nömrəli Sərəncamına əsasən “Vətən müharibəsi iştirakçısı” Medalı ilə təltif olunmuşdur. Bununla da, məhkəmə qeyd edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs ittiham verilmişdir ki, o, satış məqsədi və tamah niyyəti ilə qanunsuz olaraq külli miqdarda kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamini əldə etmiş, saxlamış və daşımışdır. Lakin Təqsirləndirilən şəxs metamfetamini satış məqsədi ilə əldə etməsi barədə nəticəyə gələrkən ibtidai istintaq orqanının iş materiallarında olan istinad etdiyi sübutların hər hansı biri bu qənaəti təsdiq etmir. Belə ki, məhkəmə baxışında da Təqsirləndirilən şəxs üzərindən aşkar edilən metamfetaminin satış məqsədi ilə əldə etməsi, saxlaması və daşımasını təsdiq edən heç bir sübut müəyyən olunmadı. İbtidai istintaq orqanı tərəfindən sonuncunun metamfetamini məhz satış məqsədi ilə əldə etməsi və saxlaması ilə bağlı ittihamın əsaslandırılması üçün hər hansı mötəbər sübut təqdim edilməmişdir. Həmçinin, təqsirləndirilən şəxsin metamfetamini satmaq niyyətinin olub-olmaması ilə bağlı qənaətə gəlmək üçün mühüm əhəmiyyət kəsb edən məqamlardan biri də onun hər hansı istehlakçı ilə əvvəlcədən razılıq əldə edib-etməməsinin müəyyənləşdirilməsidir. Bu məqamla bağlı isə ibtidai istintaq orqanı tərəfindən hər hansı yanakı sübut belə əldə olunmamışdır. Məhkəmə ibtidai istintaq orqanının sübutları qiymətləndirilməsinə dair mövqeyi ilə bağlı qeyd edir ki, ibtidai istintaq orqanı sübutları qiymətləndirərkən müvafiq qərarda, “… aşkar olunmuş metamfetaminin külli miqdarda olması Təqsirləndirilən şəxs həmin metamfetamini satış məqsədilə əldə edib saxladığına dəlalət edir” kimi əsassız qənaətə gəlmişdir. Məhkəmə ibtidai istintaq orqanının bu qənaətini əsassız hesab edərək qeyd edir ki, Təqsirləndirilən şəxs üzərində aşkar edilmiş həmin maddənin külli miqdarda olması digər mötəbər sübutların olmadığı bir halda əməlin satış məqsədilə əldə edilmə kimi qiymətləndirilməsi üçün əsas vermir. Digər tərəfdən, artıq qanunvericilikdə edilmiş müvafiq dəyişikliklərdən sonra Cinayət Məcəlləsinin “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətlər”ə dair XXVİ fəslinə daxil edilmiş satış məqsədi olmadan belə əməl törədilməsi ilə bağlı yeni cinayət tərkibində məhz “külli miqdar” dispozitiv əlamət kimi müəyyənləşdirilmişdir. Ona görə də məhkəmə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəalarının tələblərini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxsdən aşkar edilib götürülmüş metamfetaminin yalnız çəkisinin külli miqdar təşkil etməsi xüsusatı Təqsirləndirilən şəxs ittiham edildiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsini təsdiq edən mötəbər dəlil kimi qəbul oluna bilməz. Məhkəmə təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini, şəxsi axtarış və götürmə haqqında protokolu, aşkar edilmiş psixotrop maddə olan metamfetaminin növünün və çəkisinin müəyyən edilməsinə dair məhkəmə-kimyəvi ekspertizasının rəyini sübut növləri kimi qəbul edir və onları qiymətləndirərək qeyd edir ki, bu sübutlar təqsirləndirilən şəxsə elan edilmiş satış məqsədi ilə qanunsuz olaraq metamfetamini əldə etməsi, saxlaması və daşıması barədə ittihamı təsdiq etmir. Bununla bərabər, həmin sübutlar iş üzrə məhkəmə istintaqında tədqiq edilmiş digər sübutların məcmusu ilə birlikdə təqsirləndirilən şəxsin yalnız satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda psixotrop maddə olan metamfetamini əldə etmə, saxlama və daşıma cinayətini törətməsi ilə bağlı mötəbər və yekun nəticəyə gəlməyə imkan verir. Həmçinin Təqsirləndirilən şəxs məhkəməyədək ibtidai istintaqın ilkin mərhələsində onun üzərində tapılmış psixotrop maddə olan metamfetamini - maddi sübutun mötəbərliyi məsələsini tərəddüdsüz olaraq mübahisələndirməmiş, satışla bağlı ittihamı qəbul etməyərək psixotrop maddə olan metamfetaminin bir qismini istifadə etdiyini digər qisminin isə sonra istifadə etmək üçün saxladığını bildirməklə, metamfetamini qanunsuz olaraq əldə etməsini, üzərində saxlamasını və daşımasını etiraf etmiş, həm də bu etirafları zamanı psixotrop maddə olan metamfetamini əldə etməsinin məqsədinin yalnız şəxsi istehlak olduğunu bildirmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununun 1.0.11-ci maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması anlayışı dəqiq və birmənalı şəkildə müəyyənləşdirilmişdir. Belə ki, qeyd olunan Qanunun həmin maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. Lakin məhkəmə baxışı zamanı araşdırılmış sübutlarda və bütövlükdə işin materiallarında Təqsirləndirilən şəxs tərəfindən ondan aşkar edilmiş metamfetaminin əvəzli və ya qazanc əldə etmək, yaxud sair şəxsi maraq məqsədi ilə satılmasına yönəlmiş hər hansı hərəkət edilməsini təsdiq edən heç bir sübut aşkar olunmadı. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi haqqında” xx.xx.2011-ci il tarixli Qərarının 9-cu bəndində ifadə olunmuş tövsiyyədə göstərilmişdir ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Buna baxmayaraq hazırkı cinayət işi üzrə ibtidai istintaq orqanı tərəfindən psixotrop maddə metamfetamini satış məqsədi ilə qanunsuz olaraq əldə edilməsi barədə ümumiyyətlə heç bir sübut mövcud deyildir. Mövcud sübutların məcmusu əsasında təqsirləndirilən şəxsə qarşı satış məqsədilə psixotrop maddəni qanunsuz əldə etmə ittihamının irəli sürülməsi halını isə məhkəmə həm də ədalətsiz qənaət hesab edir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Cinayət və Cinayət-Prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Eyni zamanda, həmin Məcəllənin 21.3-cü maddəsinə əsasən cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Təqsirləndirilən şəxsin özünü müdafiə xarakterli ifadələri müvafiq sübutlarla təkzib olunmadıqda və ya yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri başqa sübutlarla aradan qaldırmaq mümkün olmadıqda onlar təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Həmin Məcəllənin 351.2 və 351.3.4-cü maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır, məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə həll edir. Həmin Məcəllənin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Həmin Məcəllənin 146.1-ci maddəsinin tələbinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Həmin Məcəllənin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilmiş ittiham daxilində baxılır və məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxmaq hüququna malikdir. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1-ci və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında qeyd edilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarı ilə təqsirsizə şərtsiz bəraət verilməsi - hakimin həm vəzifə, həm də mənəvi borcudur. Məhkəmədə araşdırılmış sübutların məcmusundan göründüyü kimi, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs 4,857 qram metamfetamin aşkar olunaraq götürülmüşdür. Təqsirləndirilən şəxs üzərindən aşkar edilən metamfetamini qanunsuz olaraq əldə edib saxlaması onun özünün müdafiəçinin iştirakı ilə ibtidai istintaq zamanı verdiyi ifadəsi, şəxsi axtarış və götürmə barədə protokol, əməliyyatı keçirmiş polis əməkdaşlarının ifadələri, məhkəmə-kimyəvi ekspertizasının rəyi, DVD diskdə olan videogörüntülər, həmçinin məhkəmə iclasında həbs qətimkan tədbiri seçilərkən verdiyi etiraf edici ifadələri ilə tam sübuta yetirilir. Onun həmin psixotrop maddəni satış məqsədi ilə əldə etməsi, psixotrop maddələrin satışı ilə məşğul olması ilə əlaqədar ibtidai istintaq orqanı tərəfindən heç bir sübut əldə olunmamışdır. Cinayət işinin materiallarında Təqsirləndirilən şəxs psixotrop maddə metamfetaminin satışı ilə məşğul olmasını, üzərində aşkar olunan maddənin satmaq məqsədi ilə əldə etməsini, istehlakçı ilə əvvəlcədən hər hansı razılığının olmasını təsdiq edən heç bir mötəbər sübut yoxdur. Sonuncunun metamfetamini aidiyyəti barədə məlumatı əldə etmiş və həmin maddənin aşkar edilib götürülməsi üçün müvafiq əməliyyat tədbirində iştirak etmiş polis əməkdaşları da ifadələrində keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Təqsirləndirilən şəxs psixotrop maddənin satışı ilə məşğul olması, o cümlədən üzərindən aşkar edilmiş metamfetaminin satış məqsədilə əldə etməsi və ya bu maddəni satmaq məqsədilə kiminləsə sövdələşməsi barədə heç bir təsdiqedici məlumat əldə olunmadığını göstərmişlər. Məhkəmə hesab edir ki, digər mötəbər sübutların mövcud olmadığı psixotrop maddə metamfetaminin külli miqdarda olması şəxsin ağır cinayət törətməkdə - satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda psixotrop maddə metamfetamini qanunsuz əldə etməkdə, saxlamaqda və daşımaqda təqsirli bilinməsinə əsas verə bilməz. Bu səbəbdən də məhkəmə Təqsirləndirilən şəxs aşkar edilmiş psixotrop maddə metamfetaminin yalnız külli miqdarda olması kriteriyasından yanaşılıb onun əməlinin satış kimi qiymətləndirilməsi üçün hüquqi əsas olmadığı qənaətinə gəlir. Təqsirləndirilən şəxs psixotrop maddə metamfetamini satış məqsədi ilə əldə etməsinə dair fikir ibtidai istintaq orqanının mülahizəsidir. Yaranmış şübhələr isə toplanmış sübutların məcmusu nəzərə alınmaqla Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 351.3.4-cü maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmçinin Cinayət-Prosessual Məcəlləsinin 33.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125-ci, 144-cü, 145-ci maddələrinin müddəalarının pozulması yolverilməzdir. Kondraşinanın Rusiya Federasiyasına qarşı işində Avropa İnsan Hüquqları Məhkəməsi qeyd etmişdir ki, məhkəmələr qərar qəbul edərkən hüququn aliliyinə riayət etməlidirlər. Hüququn aliliyinin əsas aspektlərindən biri hüquqi müəyyənlik prinsipidir ki, onun tələbinə görə məhkəmələr yekun qərarı elə qəbul etməlidirlər ki, o mübahisə edilməsin. Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında (Delcourt Belçikaya qarşı iş üzrə 17 yanvar 1970-ci il tarixli qərar, Piersack Belçikaya qarşı iş üzrə 01 oktyabr 1982-ci il tarixli qərar, X12rşı iş üzrə 26 oktyabr 1984-cü il tarixli qərar) qeyd edir ki, ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə iclasında üzərindən aşkar edilmiş psixotrop maddə olan metamfetaminin bir qismini istifadə etdiyini digər qismini isə sonra istifadə etmək üçün saxladığını bildirməklə, metamfetamini qanunsuz olaraq əldə etməsi, üzərində saxlaması və daşıması barədə verdiyi etirafedici ifadələrini qiymətləndirərək Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda psixotrop maddə olan metamfetamini əldə etməsi, saxlaması və daşıması cinayətinin törədilməsini sübuta yetirilmiş hesab edir. Belə ki, şəxsi axtarış və götürmə aparılması (1-ci cild i/v 67-72), şübhəli şəxs və təqsirləndirilən şəxsin dindirmə protokollarından (1-ci cild i/v 156-160, 244-247) və Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri barədə qərarından (1-ci cild i/v 270-274) görünür ki, təqsirləndirilən şəxs istər məhkəməyədək istintaq dövründə, istərsə də məhkəmə iclasında özünü təqsirli bilərək külli miqdarda psixotrop maddə olan metamfetaminin üzərindən aşkar edildiyini və şəxsi istifadəsi üçün əldə etdiyini bildirmiş, əməlini səmimi olaraq etiraf etmiş, məhkəməyədək istintaq dövründə protokolları və digər sənədləri imzalamışdır. Həmçinin şübhəli şəxs qismində saxlanılarkən iş materialları ilə tanış olmuş, heç bir fiziki təzyiqə və zorakılığa məruz qalmadığını bildirmişdir. Bundan başqa məhkəmə iclasında baxış keçirilmiş şəxsi axtarış və götürmənin gedişatını əks etdirən DVD diskdə olan videogörüntülərdə də müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən sonuncu üzərində psixotrop maddə metamfetamin olduğunu, şəxsi istifadəsi üçün əldə etdiyini bildirərək, əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən 01 ədəd sellofan bükümü, sol yan cibindən 01 ədəd “Xiaomi” markalı mobil telefonu və şəxsiyyət vəsiqəsini çıxardıb masanın üzərinə qoymaqla təqdim edir. (1-ci cild i/v 73). Bununla da məhkəmə, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, cinayət işinə əlavə edilmiş və məhkəmə istintaqı zamanı baxış keçirilmiş DVD diskdə olan videogörüntüləri, ekspert rəyləri, şahidlərin məhkəmə iclasında verdikləri ifadələri ilə və digər iş materiallarını tədqiq edib Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs hazırkı cinayət işi üzrə olan əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-1-ci maddəsinə tövsif edilməli və ona həmin maddə ilə cəza təyin edilməlidir. Odur ki, məhkəmə Təqsirləndirilən şəxs əməlini Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-1-ci maddəsinə tövsif edir. Azərbaycan Respublikasının cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş əməli qəsdən törətmişdir, həmin əməl başa çatmış cinayətdir, təsnifata görə ağır cinayətdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Beləliklə, məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir, onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinə əsasən bu Məcəllənin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməllər külli miqdarda törədildikdə – üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün - ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs gənc və Vətən Müharibəsinin iştirakçısı olmasını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 21 aprel tarixli 250 nömrəli Sərəncamına əsasən “Vətən müharibəsi iştirakçısı” Medalı ilə təltif olunmasını cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, yüngülləşdirici halları, habelə cəzanın fərdiləşdirilməsi prinsipini, təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzasının təyin olunduğu təqdirdə təmin edilə bilər və ona həmin cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli qararının 16-cı bəndində göstərilir ki, birinci hökm çıxarılanadək şəxsin başqa cinayətə görə Azərbaycan Respublikasının CM-nin 66.5-ci maddəsinə əsasən cəza təyin edilməsi məsələsinə baxarkən məhkəmələr Azərbaycan Respublikası CM-nin 66.2 və 66.4-cü maddələri ilə nəzərdə tutulan qaydaları tətbiq edirlər. Bu zaman qəti cəza məcmuya daxil olan cinayətlərdən hər hansı birinə görə təyin edilmiş ən ciddi cəzadan daha ciddi olmalıdır. Cinayət işi üzrə hökm çıxarıldıqdan sonra məhkumun birinci iş üzrə hökmü qanuni qüvvəsini almamışdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olması müəyyən edilərsə və əgər cinayətlər birinci və ikinci hökmlərlə Azərbaycan Respublikası CM-nin eyni maddəsi ilə tövsif olunmuşdursa, qəti cəza həmin Məcəllənin 66.5-ci maddəsinə əsasən təyin edilir. Qanunun mənasından göründüyü kimi, cinayət işi üzrə hökm çıxarıldıqdan sonra məhkumun hökmə qədər başqa cinayəti etməkdə təqsirli olduğu müəyyən edilərsə, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda məhkəmə həm əvvəlki, həm də sonrakı hökmlə müəyyən edilmiş cəzaları tam və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5 və 67-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2022-ci il Qərarına əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinin tələbinə görə, şəxsin hökmlə təyin edilmiş cəzanı çəkib qurtardıqdan sonra bu hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə təqsirli olması müəyyən edildiyi halda, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.1-66.4cü maddələrinə uyğun olaraq cinayətlərin məcmusu üzrə cəza təyin edilməli və birinci hökmə əsasən çəkilmiş cəza qəti cəza müddətinə hesablanmalı, yəni çəkilmiş cəza cinayətlərin məcmusu qaydasında təyin olunan vahid cəzadan çıxılmalıdır. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə növündə cəzaya məhkum edilməli və hazırkı iş üzrə cinayət əməlinin Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(007)-241/2024 saylı hökmü qanuni qüvvəyə minmədən əvvəl törədildiyindən, hazırkı hökmlə təyin edilmiş azadlıqdan məhrum etmə cəzası Nizami Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(007)-241/2024 saylı hökmü ilə təyin edilmiş 08 (səkkiz) ay müddətə azadlıqdan məhrum etmə cəzası ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən qismən toplanılaraq ona qəti olaraq azadlıqdan məhrum etmə cəzası təyin edilməli və həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs Nizami Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(007)- 241/2024 saylı hökmünə əsasən şübhəli şəxs qismində tutulduğu xx.xx.2023-cü il tarixdə, saat 09-00-dan xx.xx.2023-cü il tarixdə, saat 10-40 dək, yəni 02 (iki) gün müddət ona təyin ediləcək cəzadan çıxılmaqla onun üzərində cəza saxlanılmalıdir. Cinayət işinin materialları ilə Təqsirləndirilən şəxs azadlığı xx.xx.2024-cü il tarixdən faktiki olaraq məhdudlaşdırılması təsdiq edildiyindən məhkəmə hesab edir ki, sonuncunun cəza çəkmə müddətinin əvvəli Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən həmin tarixdən hesablanmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X1 ekspert komissiyasının xx.xx.2024-cü il tarixli, 2341 saylı rəyinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Maddi sübutla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarışın gedişatını əks etdirən 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalı, iş üzrə digər maddi sübut DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutların saxlama kamerasında saxlanılan ekspertiza tədqiqatından sonra qalmış 4,807 qram psixotrop maddə olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, Təqsirləndirilən şəxs məxsus “Xiaomi” markalı mobil telefon sonuncunun özünə və ya ailə üzvlərinə qaytarılmalı və iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci 65 (altmış beş) manat sonuncudan tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Bundan əlavə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 197-198, 341-349, 351-353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirli bilinərək 3 (üç) il 01 (bir) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs hazırki hökmlə təyin edilmiş 3 (üç) il 01 (bir) ay müddətə azadlıqdan məhrum etmə cəzası Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(007)-241/2024 saylı hökmü ilə təyin edilmiş 08 (səkkiz) ay müddətə azadlıqdan məhrum etmə cəzası ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən qismən toplanılaraq ona qəti olaraq 03 (üç) il 02 (iki) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(007)-241/2024 hökmünə əsasən şübhəli şəxs qismində tutulduğu xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək 02 (iki) gün müddət nəzərə alınmaqla, sonuncunun üzərində qəti olaraq 5 (beş) il 1 (bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 12 aprel 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlanılan Təqsirləndirilən şəxs məxsus “Xiaomi” markalı mobil telefon sonuncunun özünə və ya ailə üzvlərinə qaytarılsın. DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutların saxlama kamerasında saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış kustar üsulla hazırlanmış 4,807 qram psixotrop maddə olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci – 65 (altmış beş) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X3, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmdən məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya protesti verilə bilər. Hökm ondan apelyasiya şikayəti və ya protesti verilmədiyi halda, məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim (sədrlik edən): Azər Tağıyev Elnur Nuriyev Kamran Muxtarov
Məhkəmə qərarları › İş №1(101)-2091/2024
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-2091/2024
31.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver