Məhkəmə qərarları › İş №1(101)-2092/2023

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-2092/2023

17.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-2092/2023 17.10.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim: Məmmədzadə Səbinə Adil qızının sədrliyi ilə, Hakimlər: Məmmədov Əli İrfan oğlu və Məcidov X11 ibarət tərkibdə, Niyazova Nəzrin Əbülfət qızının katibliyi ilə, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X4, Yetkinlik yaşına çatmayan zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs və onun qanuni nümayəndəsi: Qanuni nümayəndə, Mütəxəssis (müəllim-psixoloq): X1, Müdafiəçi: Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxxxx 2002-ci il tarixdə Yevlax şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, orta-ixtisas təhsilli, subay, işsiz, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 150.3.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə qapalı məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, onun üçün aşkar surətdə on dörd yaşına çatmayan şəxsin köməksiz vəziyyətindən istifadə edərək ona qarşı seksual xarakterli zorakılıq hərəkətləri etmişdir. Belə ki, ittiham aktına görə, Təqsirləndirilən şəxs 26 mart 2023-cü il tarixdən 04 aprel 2023-cü il tarixdək olan müddət ərzində tanışı Şahid1 evdə olmadığı müddət ərzində azyaşlı uşaqlarına nəzarət etmək üçün kirayənişin qismində yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Etibar Bəkirli küçəsində yerləşən nömrəsiz fərdi yaşayış evinin giriş qapısının açarını ona verməsindən sui-istifadə edib, qeyri-təbii yolla cinsi ehtirasını pozğun formada təmin etmək məqsədi ilə göstərilən müddət ərzində qeyd olunan ünvanda yataq otağındakı çarpayının üzərində istintaqa konkret məlum olmayan müxtəlif vaxtlarda Şahid1 onun üçün aşkar surətdə on dörd yaşına çatmayan xx.xx.2015ci il təvəllüdlü övladı Zərərçəkmiş şəxs azyaşlı və sadəlövh olmasından, habelə ona qarşı olan seksual hərəkətlərin mahiyyətini dərk etməməsi səbəbindən köməksiz vəziyyətindən istifadə etməklə paltarlarını soyunduraraq gərginləşmiş vəziyyətdə olan öz cinsiyyət üzvünü Zərərçəkmiş şəxs arxa keçəcək nahiyəsinə yeridib hərəkət etdirmiş və hər dəfə Zərərçəkmiş şəxs ağlamasına əhəmiyyət verməyib iradəsi ziddinə olaraq hərəkətlərini davam etdirməklə fiziki ağrı yetirərək onunla qeyri-təbii yolla cinsi əlaqədə olmuş, həmçinin öz cinsiyyət üzvünü Zərərçəkmiş şəxs cinsiyyət üzvünə sürtməklə və Zərərçəkmiş şəxs dodaq nahiyələrindən öpüb dişləməklə cinsi ehtirasını pozğun şəkildə təmin edib onun üçün aşkar surətdə on dörd yaşına çatmayan Zərərçəkmiş şəxs köməksiz vəziyyətindən istifadə etməklə seksual xarakterli zorakılıq hərəkətləri etmişdir. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, o, Şahid1 ilə sosial şəbəkədə tanış olmuş, sonradan ona məlum olmuşdur ki, Şahid1 onun qohumu ilə rəfiqədir, onların övladları Yevlax rayonunda eyni orta məktəbdə təhsil alırmışlar. Lamiyəgilin maddi vəziyyəti çox pis olmuş, belə ki, Şahid1 ona demişdir ki, anası onlara zülm edir, bazarlıq edib evə qoyub, evin qapılarını bağlayıb gedir və onlara yemək vermir. O da öz evindən avadanlıq, əşyalar və azuqə gətirib Şahid1 vermişdir. Onun səhvi yalnız Lamiyənin özünə və övladlarına kömək etmək olmuşdur. Sonradan onun qohumu ilə Lamiyə bir-birilərinə qoşulub bir yerdə Bakı şəhərinə qaçmışlar, onlar öz qohumlarını geri qaytarmış, Lamiyə Bakı şəhərində tək qalmışdır. O, yenə Lamiyəyə kömək etmiş, ərzaq almış, ailəsinin ona göndərdiyi puldan Lamiyəyə vermişdir. Bundan sonra Lamiyə onun qohumları haqqında nalayiq sözlər işlətdiyindən Lamiyə ilə aralarında mübahisə yaranmış və münasibətləri pozulmuşdur. Bundan sonra o, Lamiyəyə bildirmişdir ki, daha aralarında hər şey bitdi, nə qapısına gəlməyəcək, nə də ona köməklik göstərməyəcək. Bir həftə sonra Lamiyə onun qapısına polislərlə gəlmiş, ona təzyiqlər olmuş, polis idarəsində ondan bu barədə soruşanda uşağa heç bir şey etmədiyini bildirmiş, sonra onun üzərinə çox gəlmişlər, onu qorxutduqları üçün istintaqda etirafedici ifadələr vermişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona verilən suallara cavab olaraq bildirmişdir ki, o, Yevlax şəhərində yaşamış, Bakı şəhərinə “Kapitalbank”a işə düzəlməyə gəlmişdir. Həmin vaxt heç yerdə işləməmiş, Bakı şəhərinə gələndə metronun Xalqlar Dostluğu stansiyasının yaxınlığında xalasının evində qalmışdır. Lamiyə ilə sosial şəbəkədə tanış olanda aralarında pis niyyətləri olmamış, dost kimi tanış olmuşlar. O, sonradan bilmişdir ki, Lamiyə onun qohumu Aydan Əliyeva ilə rəfiqədir. Bundan sonra onların aralarında mehribançılıq yaranmışdır. Lamiyə ona evin açarını verməmiş, Lamiyə evdə olmadığı vaxtlarda gedib uşaqların vəziyyətini qapıdan soruşub qayıtmışdır. Qeyd olunan müddət ərzində 10-15 dəfə evə daxil olmadan qapıdan uşaqları soruşmuşdur. Bu ittiham Lamiyənin onunla düşmənçilik aparması ilə bağlı verilmişdir. Belə ki, Lamiyə onun qohumuna nalayiq sözlər işlətdiyi üçün aralarında düşmənçilik yaranmış, o da artıq Lamiyəyə köməklik etməmişdir. Sonra polis əməkdaşları gəlib onu aparmışlar. Polis əməkdaşları onu döyməmiş, lakin döymək istəmişlər. O da qorxduğu üçün azyaşlı Nuraya qarşı seksual xarakterli hərəkətlər etdiyini boynuna almışdır. Yaranmış ziddiyyətlə əlaqədar təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı verdiyi ifadəsi elan edilməklə tədqiq edilmiş və müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs ilkin izahat və məhkəməyədək icraat zamanı verdiyi bütün ifadələrində özünü təqsirli bilərək, göstərmişdir ki, Yevlax şəhəri, Heydər Əliyev prospekti, ev 55, mənzil 12 ünvanında qeydiyyatda olmaqla 2023-cü ilin yanvar ayından xalası Sevinc Atakişiyevaya məxsus ünvan 2 ünvanında yaşayır. 2019-cu ildə ünvan 3ə X9 Kollecinin Bank işi fakültəsini bitirmiş və orta ixtisas təhsillidir. Zərərçəkmiş şəxs anası Şahid1 2 ilə yaxın müddətdir ki, Yevlax şəhərindən tanıyır. Belə ki, Lamiyə onun anasının xalası qızı Aydan Alıyeva ilə rəfiqə olmaqla uşaqları, yəni Aydanın oğlu X2 Yevlax şəhər 8 saylı tam orta məktəbində eyni sinifdə oxumuşlar. 2022-ci ilin dekabr ayında Lamiyə və Aydan uşaqları ilə birlikdə evdən valideyinlərinin xəbəri olmadan çıxaraq Bakı şəhərinə gəlməklə Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində kirayəşin yaşamışdır. Aydan sonradan Yevlax şəhərinə öz ailəsinin yanına qayıtsa da, Lamiyə Bakı şəhərində ünvanı və adı ona məlum olmayan restoranda özünə iş taparaq işləmişdir. Onu Lamiyə ilə qohumu Aydan Yevlax şəhərində olarkən tanış etmişdir. Bakı şəhərində yaşamasını isə özü demişdir. Bakı şəhərinə gələrkən Lamiyə ilə daim telefon əlaqəsi saxlamış və dost kimi görüşmüş, lakin aralarında hər hansı bir yaxın münasibət, yəni sevgi münasibəti olmamışdır. 2023-cü ilin fevral ayından Lamiyənin kirayəşin yaşadığı Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Etibar Bəkirli küçəsində yerləşən evə qonaq kimi getmiş və onun həmin evdə 3 azyaşlı uşaqları Əli, Nuray və Mələk ilə birgə yaşadığını görmüşdür. Lamiyə işə gedərkən hər üç uşağı evdə tək qalmışdır. 2023-cü ilin mart ayının əvvəllərində Lamiyə ondan xahiş etmişdir ki, gündüz vaxtlarında onun evinə gələrək uşaqlarına nəzarət etsin. Evin açarının bir nümunəsini də ona vermişdir. O da işləmədiyi üçün boş vaxtları çox olduğundan hər gün saat 10 radələrində onun evinə gedərək, günün müxtəlif vaxtına qədər uşaqlara nəzarət etmişdir. İlk dəfə 26 mart 2023-cü il tarixində Lamiyənin kirayəşin yaşadığı evdə hər 3 uşağı ilə birgə tək olarkən saat 20 radələrində kiçik yataq otağındakı taxtda tək uzanaraq mobil telefonuna baxarkən Nuray da onun yanına gəlib uzanıb, telefona baxmış, digər iki uşaq Əli və Mələk isə digər otaqda məşğul olmuşlar. Bu zaman onun Nuraya qarşı cinsi hissi oyanmış və onu qucaqlayaraq əvvəlcə üzündən, sonra isə dodağından öpmüş, Nuray isə ona qarşı aqressivlik göstərmədiyi üçün həvəsi daha da artmış, buna görə də onun əynində olan boz rəngli şalvarını, daha sonra isə ağ rəngli tumanını çıxarıb, əli ilə bədənin aşağı nahiyyəsini əlləməyə başlamış və səsini çıxarmamağını demişdir. Bundan sonra isə öz əynində olan qara rəngli cins şalvarın qarşı zəncirbəndini açaraq sərtləşmiş vəziyyətdə olan cinsiyyət üzvünü çıxarıb üstlərini yorğanla örtdükdən sonra yataqda uzanmış vəziyyətdə Nurayın arxasını özünə tərəf çevirib, öz cinsiyyət üzvünü sərtləşmiş vəziyyətdə onun arxa keçəcəyinə dirəyib içəri soxmuş və Nuraya səssiz olmasını demişdir. O da qorxusundan səsini çıxarmamışdır. Bu qayda ilə onunla təxminən 3 dəqiqə müddətində arxa tərəfdən cinsi əlaqədə olmağa davam etmişdir. Lakin uşaqların gəlməsindən qorxaraq cinsi aktı başa çatdırmamış və cinsiyyət üzvünü onun arxasından çıxarıb, şalvarını geyinmişdir. Nuray özü də əynini geyinərək yataqdan qalxaraq gedərkən ona bir daha bu barədə heç kimə deməməsini bildirmişdir. Ondan sonra isə Lamiyənin evə gəlməsini gözləmədən oradan çıxaraq getmişdir. Bir gün sonra isə yenidən ora gələrkən hər hansı bir söz söhbət olmadığını bilmişdir. Bundan 1 həftə sonra isə yenidən Lamiyənin kirayəşin yaşadığı evdə olarkən saat 14 radələrində öz mobil telefonunu Mələyə verərək qardaşı Əli ilə birlikdə digər otağa gedib orada oynamalarını demiş, Nurayı isə öz yanında saxlayaraq yatağa uzadıb, onun dodağından öpərək şalvarını çıxarmaq istədikdə buna imkan verməmiş, buna görə də onu məcbur etməmiş və səs salacağından qorxmuşdur. Sonuncu dəfə isə 04 aprel 2023-cü il tarixdə Lamiyənin kirayəşin yaşadığı evdə uşaqları ilə tək olarkən saat 15 radələrində eyni qayda ilə Nurayı otaqda saxlamış, Mələyə mobil telefonunu verərək qardaşı Əli ilə birlikdə digər otağa göndərib, Nurayı öpmüş, əynində olan şalvarını və tumanını aşağıya doğru çəkərək, şalvarının qarşısını açaraq öz cinsiyyət üzvünü çıxarıb onun qarşı və arxa hissəsinə sürtərək arxa keçəcəyindən cinsi əlaqədə olmaq istəsə də, buna imkan verməmişdir. Onu məcbur etmədən paltarını geyinməsinə mane olmamış, özü də şalvarının qarşısını bağlamışdır. Saat 17 radələrində oradan çıxaraq evə getmişdir. Həmin günün səhəri, yəni 05 aprel 2023-cü il tarixdə Lamiyə ona zəng edərək qızı Nuraya qarşı əxlaqsız hərəkətlər etməyinin səbəbini soruşduqda, əvvəlcə etiraf etmədikdə onu öz qaldığı evə çağırmışdır. Qorxudan bu barədə anası Sevincə Nuraya qarşı etdiyi hərəkətlər barədə demiş və onunla birlikdə saat 18 radələrində Lamiyənin yaşadığı evə getmişlər. Orada söhbət əsnasında etdiyi hərəkətlərə görə Lamiyədən üzr istəmiş və barəsində şikayətçi olmamasını xahiş etmişlər. Buna görə də Lamiyə onun barəsində şikayət etməmişdir. Bundan bir müddət sonra isə, yəni 14 may 2023-cü il tarixdə Suraxanı RPİ-nin 32-ci polis bölməsinin iki əməkdaşı onun yaşadığı ünvana gələrək barəsində şikayət olunduğunu, buna görə də bölməyə dəvət etdikdə bundan imtina etmədən onlarla birlikdə 32-ci polis bölməsinə getmiş və orada Nuraya qarşı etdiyi hərəkətlərə görə nənəsi Mayanın şikayət etdiyini öyrənmişdir. (i/v:71-72) Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini törətməsi məhkəmə iclasında dindirilmiş zərərçəkmiş şəxsin ifadəsi, şahidlərin ifadələri, ekspert rəyləri və digər sübutlarla öz təsdiqini tam tapmışdır. Belə ki, məhkəmə iclasında qanuni nümayəndəsi və müəllim-psixoloqun iştirakı ilə zərərçəkmiş şəxs qismində dindirilmiş azyaşlı Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs anasının rəfiqəsi Aydan vasitəsi ilə tanımışdır. Cavid onların evinə gəlib-getmişdir. Anası işə gedəndə Cavid gəlib onlara baxmışdır. Cavid onlara yemək gətirməmiş, yemək bişirməmişdir. Anası evdə olmayanda Cavid onun dodağından öpmüş, bədəninin müxtəlif yerlərinə toxunmuş, özünün qabaq hissəsi ilə ona toxunmuş və onu incitmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, o, Cavidi bir ildən artıq müddətdir ki, rəfiqəsinin xalası oğlu kimi tanımışdır. Cavidi rəfiqəsi Aydanın qızının yanında görmüşdür. Aydanın qızı ilə onun qızı bir məktəbdə təhsil almış, onu pis insan kimi tanımamışdır. O, Bakı şəhərinə gəlmiş, Cavid də bir qardaş kimi onun yanında olmuşdur. O, Bakı şəhərini tanımadığına görə Cavid ona kömək göstərmiş, ona iş tapacağını da demişdir. Bir gün iş üçün şəxsiyyət vəsiqəsinin surəti lazım olduğundan rayona getmiş, rayona gedəndə Caviddən uşaqlarına baxmasını xahiş etmişdir. Cavid razılaşmış, o, rayona gedib vəsiqəsini götürüb qayıtmışdır. O, evə gələndə Cavid evdə olmuşdur. Səhəri gün qızı Nurayın yuxudan durmadığını görmüş, bununla bağlı narahat olmuşdur. Çünki Nuray heç vaxt belə gec durmamışdır. Həmin gün Cavid də bir qəmli status paylaşmış, o, Cavidə zəng edib nə üçün belə kədərli status paylaşdığını soruşmuş, Cavid heç nə deməmiş və ağlamışdır. Qızı yuxudan durub Cavidlə danışdığını görüb, ona telefonu söndürməsini və deyiləsi sözü olduğunu demişdir. Cavid Nurayın səsini eşidib demişdir ki, “gör uşaq nə istəyir”. O, telefonu söndürüb qızı ilə danışdıqda, qızı ona bildirmişdir ki, Cavid onu dəfələrlə zorlamışdır. O, şoka düşmüş, inanmamışdır ki, qardaş dediyi adam onun övladına qarşı belə hərəkət etsin. Cavid də sonra ona zəng edib qızının ona nə dediyini soruşmuş və bildirmişdir ki, “uşaq birdən nəyisə səhv başa düşər, nəsə yanlış şeylər danışar”. O, uşağı danışdırıb məlumatı tam aldıqdan sonra yenidən Cavidə zəng edib uşağın onu zorladığını dediyini bildirmiş, həmin vaxt Cavid hay-küy salmış və uşağa heç nə etmədiyini, ona şər atdıqlarını demişdir. O, Cavidə bildirmişdir ki, onun qızının 7 yaşı var, böyük qız deyil ki, qızını ona vermək üçün bəhanə etsin. Cavid ona əvvəllər demişdir ki, bütün qapalı işlərini anasına danışır. Həmin vaxt Cavidin anasının zəng etdiyini görmüşdür. Telefonu açanda Cavidin anası onu təhqir etməyə başlamış və bildirmişdir ki, oğluna şər atırlar. Bir neçə gün sora Cavidin anası Cavidi də götürüb onlara gəlmiş və Cavidin belə hərəkətlər etmədiyini bildirmişlər. O, Cavidin anasına onun özünün bu barədə uşaqdan soruşmasını təklif etmişdir. Daha sonra ətrafdan onu qorxutmuşlar ki, məsuliyyətsizliyinə görə uşağı onun əlindən alacaqlar, o da qorxduğundan bu barədə heç kimə heç nə deməmişdir. Yalnız rəfiqəsi Könülün yanına getmiş və uşağa baxmasını xahiş etmiş, qorxulu bir şey olub-olmamasını öyrənmək istəmişdir. Könül də baxıb demişdir ki, qorxulu bir şey yoxdur, arxadan yüngül nəsə edib. Onun da burada heç kimi olmadığına görə və onu şantaj etdiklərinə görə heç kimə heç nə deməmişdir. Məhkəmə iclasında ona verilən suallara cavab olaraq şahid bildirmişdir ki, Cavid ona maddi cəhətdən heç bir yardım etməmiş, onunla yaxınlıq etmə kimi münasibətləri olmamışdır. O özü də Cavidə çox dəstək olmuş, belə ki o, özü Qaraçuxurda çörək sexində işləmişdir. O, evinin açarını Cavidə vermiş və evdə olmayanda uşaqlardan muğayət olmasını xahiş etmişdir. Cavid əvvəllər də dəfələrlə onun evində olmuş, lakin uşaq ona qarşı hər hansı əxlaqsız hərəkətlər etməsi barədə ona heç nə deməmişdir. Cavid anası ilə onun evinə gələn zaman anası Cavidin üzünə tüpürərək niyə belə hərərkət etdiyini demiş, Cavid də başını aşağı salaraq heç nə deməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində bildirmişdir ki, Cavid onun rəfiqəsi Aydanın xalası oğludur, onu oradan tanımış, Lamiyəni də onların vasitəsi ilə tanımışdır. Belə ki, o, gözəllik salonunda dırnaq ustası işləyir. Hadisədən 3 gün sonra Lamiyə salona gəlmiş və ona demişdir ki, Cavid onun qızını zorlamış, ondan qızına baxmasını xahiş etmişdir. O, uşağa qabaqdan baxmış, lakin bir şey anlamamış, daha sonra arxa hissəsinə baxmış, arxada nəcisli, qanlı bir şeylər görmüş və bunun normal olmadığını anlamışdır. O, Lamiyəyə məsləhət görmüşdür ki, uşağı həkimə aparıb göstərsin, belə ki, o, həkim deyil, ona görə də başı çıxmır. Lamiyə də onun sözü ilə razılaşmışdır. Sonra onun onkoloji xəstə olan övladına başı qarışmış, xəstəxanada yatmış və daha sonra nə olduğundan məlumatı olmamışdır. Məhkəmə iclasında ona verilən suallara cavab olaraq şahid bildirmişdir ki, Aydan Yevlax rayonunda onun qonşusu olmuş, Lamiyəni də Aydanın vasitəsi ilə tanımışdır. Aydanın nə işlə məşğul olmasını bilmir, Lamiyənin isə barəsində hər hası bir yanlış hərəkəti barədə məlumatı olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, qızı Lamiyə boşanıb uşaqları ilə birlikdə evinə geri gəlmiş, həmin ərəfədə Könül və Aydan adlı qadınlar onun evinə gəlib-getmiş, o da etirazını bildirərək həmin qadınları evinə gətirməməsini tapşırmış, buna baxmayaraq qızı onun sözünü eşitməmişdir. Bir gün qızı Lamiyə Aydana qoşulub Bakı şəhərinə qaçmışdır. O, Bakı şəhərinə gəlmiş, Lamiyəni axtarıb tapmış, Suraxanı rayon İcra Hakimiyyətinə gedib yalvarmışdır ki, qızı pis yollara düşüb, nəvələrinin onun yanında qalmamasını xahiş etmişdir. Suraxanı rayon İcra Hakimiyyəti nümayəndə göndərmiş, həmin vaxt evdə Könül də olmuş, Cavidi göstərib onun qardaşı oğlu kimi təqdim etmişlər. O, evə gəlib uşaqları qapı arxasından görmüş, Lamiyə də Könül və Aydanla səhər saat 9-dan çıxıb axşam saat 21-də evə gəlmişlər, hara getdikləri və ya haradan gəldikləri ona bəlli olmamışdır. O, səhəri gün uşaqları görməyə getmiş, uşaqlar qapının arxasında ağlayaraq qalmışlar, o, 102 xidmətinə zəng vurmuş, onun sözlərinə məhəl qoyulmamışdır. O, qapının arxasında gözləmiş, səhəri gün icra hakimiyyətinə gedib orada nəvələrinin qapı arxasında qaldığını bildirmişdir. Polis vasitəsi ilə nəvələri ilə görüşmüş, qızı onu kənara itələmişdir. Ona indi aydın olur ki, belə məsələlər olduğu üçün, qızı ondan gizlətmək üçün nəvələrini onunla görüşdürməmişdir. Daha sonra gəlib Xəzər televiziyasına çıxıb dərdini danışmış, oradan Lamiyəni anons vermişlər. Könül bunu eşitmiş və Lamiyəyə bu barədə məlumat vermişdir. Lamiyə görmüşdür ki, artıq biabır olur, onun bacısına zəng edib demişdir ki, “anama deyin gəlsin evə, uşaqlar 10 gün mənim yanımda qalacaq, 10 gün də onda qalacaq”. O, qayıdıb evə gəlmiş, çox sevinmişdir. Daha sonra Nuray onun yanında olarkən velosiped sürdüyü zaman velosipedə otura bilmədiyini, stulda otura bilmədiyini müşahidə etmiş, nəvəsindən ona nə olduğunu soruşmuşdur. Nəvəsi ona “sənə bir söz demək istəyirəm, amma qorxuram, həm də utanıram” demişdir. Gecə Nurayın qızdırması qalxmış, uşaq özünü batırmışdır. Gecə saat 2-də nəvəsi Nuray başına gələnləri ona danışmışdır. O, səhər 102 xidmətinə zəng vurub bu barədə məlumat vermişdir. Sonra ona demişlər ki, hadisə olan əraziyə müraciət etməlidir. O, Bakı şəhəri Suraxanı rayonunda 32-ci PB-nə gəlmiş, orada bu işi açmışlar. Həmin gün də Cavidi tutub gətirmişlər. Uşağı psixloqa aparmış, bundan sonra uşaq bir qədər düzəlmişdir. Məhkəmə iclasında ona verilən suallara cavab olaraq şahid bildirmişdir ki, Könül yanında bir oğlanla gəlib uşaqların yanında spirtli içki içib pis işlərlə məşğul olmuşlar. Lamiyəni də qorxudublar ki, açıb mənə desə, onu analıqdan məhrum edəcəklər, uşaqlarını onun əlindən alacaqlar. Bu işləri də görən Könül, Aydan və Cavidin anası olmuşdur. Lamiyənin nə səbəbə bu hadisəni gizlətməsini bilmir. 5 aydır ki uşaqlara o baxır. Digər nəvəsi Mələk ona demişdir ki, Cavid onların evində olanda ona telefon verirmiş ki, bayırda telefona baxsın, özü isə evdə qalmışdır. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş, məhkəmə iclasında ifadəsi elan olunmuş şahid X3 göstərmişdir ki, Şahid1 onun doğma anası, Şahid2 isə ana nənəsidir. Özü Yevlax şəhəri 8 nömrəli məktəbdə 5-ci sinifdə oxuyur. Anası Lamiyə, bacısı Nuray və qardaşı Əli ilə birlikdə Bakı şəhərində yaşamışlar. Cavidi anasının rəfiqəsi Aydanın vasitəsi İlə tanımışdır. Anası yaşadıqları evin açarını Cavidə vermişdir ki, anası işə gedib gələnədək Cavid onlara nəzarət etsin. Anası hər gün səhər gedib axşamlar evə gəlirmiş. Həmin vaxtlarda o, bacısı Nuray və qardaşı Əli bəzən evdə tək qalmış, bəzən də Cavid gəlib onlara nəzarət etmişdir. Cavid onlara nəzarət edəndə öz mobil telefonunu Əliyə vermişdir ki, telefonla oynasın, onu isə evin həyətinə buraxmışdır. Nurayı isə evdə öz yanında saxlamışdır. May ayının əvvəllərində isə anası ilə Cavidin arasında narazılıq baş vermiş və nənəsi gəlib onu, Nurayı və Əlini Yevlax şəhərinə öz evinə aparmışdır. Anası isə Bakı şəhərində qalmışdır. Sonradan bilmişdir ki, Cavid bacısı Nuraya qarşı əxlaqsız hərəkətlər etmişdir. Cavid ona və qardaşı Əliyə qarşı heç bir nalayiq hərəkətlər etməmişdir (i/v: 162-163) İbtidai istintaq zamanı şahid qismində dindirilmiş, məhkəmə iclasında ifadəsi elan olunmuş X6 da eyni məzmuunlu ifadə verərək Mələk Ablullayevanın göstərdiklərini təsdiq etmişdir. (i/v: 164-165) Məhkəmə istintaqı zamanı tədqiq olunmuş məhkəmə-tibb ekspertizasının xx.xx.2023-cü il tarixli 205 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədən səthi üzərində hər hansı bir xəsarət və ya xəsarət izi aşkar edilməmiş, onun qızlıq pərdəsinin tamlığı pozulmamış, anatomik quruluşu tamlığı pozulmadan onunla cinsi əlaqəyə girməyə imkan vermir. Zərərçəkmiş şəxs arxa keçəcəkdə qeyri-təbii cinsi əlaqədə olmanı göstərən əlamətlər aşkar edilmişdir. (i/v: 94-96) Məhkəmə istintaqı zamanı tədqiq olunmuş məhkəmə-psixoloji ekspertizasının xx.xx.2023-cü il tarixli 11/263 saylı rəyi ilə müəyyən edilmişdir ki, xx.xx.2015-ci il təvəllüdlü Zərərçəkmiş şəxs psixi cəhətdən normal inkişaf etmişdir. Onun əqli inkişafı aldığı təhsilinə və onu əhatə edən sosial mikromühitə uyğunudur, ətraf aləmin, predmet və hadisələri, onlar arasında olan uyarlıqları dərk etməkdə çətinlik çəkmir. Azyaşlı A.Nurayın əqli inkişafında psixi xəstəliklə əlaqədar olmayan gerilik əlamətləri müəyyən olunmur. -Zərərçəkmiş şəxs fərdi-psixoloji xüsusiyyətlərində təlqinə qapılmağa, özündən uydurmağa və başqalarının təsiri altında hərəkət etməyə meyllilik əlamətləri müəyyən olunmur. -Zərərçəkmiş şəxs əqli inkişafına, yaş və fərdi-psixoloji xüsusiyyətlərinə görə baş vermiş hadisəni adekvat olaraq qavramaq, yadda saxlamaq və iş üçün əhəmiyyətli hallar barədə düzgün ifadə etmək qabliyvətinə malikdir. -Zərərçəkmiş şəxs əqli inkişafına və fərdi-psixoloji xüsusiyyətlərinə görə hadisə zamanı ona qarşı edilən hərəkətlərin xarakterini və mənasını dərk etmək qabliyyətinə malik deyildir. -Zərərçəkmiş şəxs ona qarşı edilən seksual hərəkətlər zamanı qorxu ilə müşayiət olunan emosional gərginlik halını keçirmişdir. -Zərərçəkmiş şəxs yaş və fərdi-psixoloji xüsusiyyətlərinə, emosional halına görə hadisə zamanı ona qarşı edilmiş hərəkətlərə qarşı müqavimət göstərmək qabliyyətinə malik olmamışdır. (i/v: 112-116) Məhkəmə istintaqı zamanı tədqiq olunmuş kompleks məhkəmə-psixiatrik və psixoloji ekspertizasının xx.xx.2023-cü il tarixli 1775 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur, törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs əqli-intellektual imkanları normaya uyğundur, eqosentrizm, məsuliyyətsizlik, başqalarının hiss və həyəcanlarına qarşı biganəlik, inadkarlıq kimi xarakterik xüsusiyyətlər malikdir. Təqsirləndirilən şəxs təlqinə qapılmağa, başqalarının təsiri altında hərəkət etməyə meyillilik aşkar olunmamış, özündən uydurmağa patoloji meyillilik əlamətləri müəyyən olunmamış, lakin özünün psixoloji müdafiə etmək məqsədi ilə yalan danışa bilər. (i/v: 124-126) Məhkəmə istintaqı zamanı tədqiq olunmuş məhkəmə-tibb ekspertizasının xx.xx.2023-cü il tarixli 206 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs cinsi qabiliyyətini təsdiq edən əlamətlər müsbətdir, onun xarici cinsiyyət üzvündə olan cinsi əlaqəyə girə bilməsinə mane ola biləcək hər hansı bir anomaliya və patalogiya aşkar edilməmişdir. (i/v: 129-130) Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İnformasiya İdarəsindən daxil olmuş tələbnaməyə əsasən Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (i/v: 103) Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs məhkəmə iclasında fərqli ifadə verərək zərərçəkmiş şəxsə qarşı əxlaqsız hərərkətlər etmədiyini bildirməklə yalnız məsuliyyətdən yaxa qurtarmaq məqsədi güdmüşdür. Məhkəmə onun məhkəmə istintaqı zamanı vermiş olduğu ifadəsinə tənqidi yanaşır və inandırıcı hesab etmir. Belə ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsində guya azyaşlı Zərərçəkmiş şəxs anası Şahid1 ilə aralarında narazılıq olması ilə bağlı ona şər atmalarına əsaslansa da, əksinə həm ibtidai istintaq zamanı, həm də məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, azyaşlı Zərərçəkmiş şəxs anası Şahid1 qızının Təqsirləndirilən şəxs ona qarşı əxlaqsız hərəkətlər etməsi barədə məlumat verməsinə, uşağın əhvalında dəyişiklik olmasını müşahidə etməsinə və rəfiqəsi Şahid3 “müayinəsindən” sonra qızı Nurayın arxa keçəcəyində müəyyən xəsarətlərin olmasını bildiyi halda bu barədə heç kimə məlumat verməmiş, Təqsirləndirilən şəxs hərəkətləri barədə hüquq mühafizə orqanlarına şikayət etməmişdir. Bununla bağlı istintaq orqanının qərarına əsasən Şahid1 və Şahid3 əməllərinə CM-nin 307-ci maddəsi ilə hüquqi qiymət verilməsi üçün cinayət işindən material ayrılaraq Suraxanı rayon Prokurorluğuna göndərilmişdir. Buna görə də məhkəmə təqsirləndirilən şəxsin ona istinad olunan cinayət əməlini törətməməsi ilə bağlı gətirdiyi arqumenti absurd hesab edir. Bundan başqa məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadəsində Şahid1 evdə olmadığı vaxtlarda evə girmədiyini, yalnız qapının arxasından uşaqların vəziyyətini soruşub getdiyini, onun tək günahının Şahid1 və onun uşaqlarına köməklik etmək olduğunu bildirsə də, məhkəmə iclasında dindirilən Zərərçəkmiş şəxs anası evdə olmayanda Təqsirləndirilən şəxs onların evinə gəldiyini, onlara yemək gətirmədiyini, onlar üçün yemək bişirmədiyini bildirmişdir. Bundan başqa, məhkəmə iclasında təqsirləndirilən şəxsdən ibtidai istintaq zamanı verdiyi ifadə ilə məhkəmə iclasında verdiyi ifadəsi arasındakı ziddiyyətin səbəbi aydınlaşdırıldıqda o, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etmədiyini, ibtidai istintaq zamanı polis əməkdaşlarının ona təzyiq göstərməsi ilə əlaqədar qorxduğu üçün etirafedici ifadələr verdiyini bildirsə də, həmin təzyiqin konkret olaraq nədə ifadə olunmasını bildirməmiş, həmçinin öz ifadəsində polis əməkdaşları tərəfindən heç bir fiziki zorakılığa məruz qalmadığını bildirmişdir. Ona görə də məhkəmə həmin hissədə də təqsirləndirilən şəxsin ifadəsini törətmiş olduğu xüsusilə ağır cinayət üzrə məsuliyyətdən yaxa qurtarmağa çalışmaq məqsədi ilə uydurulmuş ifadə kimi qiymətləndirir və inandırıcı hesab etmir. Bundan başqa, məhkəmə iclasında elan edilməklə tədqiq edilmiş Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı verdiyi ifadələrindən, həmçinin məhkəmə-psixoloji ekspertizası üzrə 08 iyun 2023-cü il tarixli ekspert rəyindən görünür ki, o, ifadələrində və məhkəmə-psixoloji ekspertizası keçirilən zaman ekspertlə müsahibə zamanı Təqsirləndirilən şəxs tərəfindən ona qarşı edilmiş seksual xarakterli hərəkətlər barədə detallı məlumatlar vermişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli araşdırma zamanı təqsirləndirilən şəxsin istintaq zamanı verdiyi ifadəsi, zərərçəkmiş şəxsin ifadəsi, şahidlərin ifadələri, ekspertiza rəyləri və digər sübutlarla təsdiq olunaraq, tam, hərtərəfli və obyektiv araşdırılmış və cinayət əməlinin həmin şəxs tərəfindən törədilməsi məhkəmədə heç bir şübhə doğurmamışdır. Cinayət mühakimə icraatında ədalət mühakiməsinin həyata keçirilməsi zamanı məhkəmələrin üzərinə düşən başlıca vəzifələrdən biri məhz təqsirləndirilən şəxs tərəfindən törədilmiş əməlin düzgün tövsif edilməsidir. Əməlin düzgün tövsif edilməsi üçün əsas isə yalnız qanun əsasında toplanılmış sübutlardır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 145.3-cü maddəsinin tələbinə görə ittihamın sübut olunmasında yaranan şübhələri başqa sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Həmin Məcəllənin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmuyu ilə təsdiq olunmalıdır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Cinayət Prosessual Məcəllənin 351.3.4-cü maddəsinə əsasən məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edir. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Beləliklə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq ifadələri, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 150.3.3-cü maddəsində nəzərdə tutulan cinayətin əlamətləri vardır, həmin cinayət hadisəsi həqiqətən baş vermiş, cinayət əməli məhz onun tərəfindən törədilmişdir. Həmçinin bu cinayətin törədilməsində o təqsirlidir. Ona görə də məhkəmə, Təqsirləndirilən şəxs əməlini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 150.3.3-cü maddəsi ilə tövsif edir. Təqsirləndirilən şəxs cinayət əməlini qəsdən törətmiş, onun əməli başa çatmış cinayətdir və cinayətlərin təsnifatına görə xüsusilə ağır cinayətlər kateqoriyasına aiddir. Təqsirləndirilən şəxs tərəfindən törədilmiş əməlin cinayət olmasını aradan qaldıran hallar və onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 150.3.3-cü maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinməklə həmin maddənin sanksiyası həddində ədalətli şəkildə cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. İş materiallarına əlavə olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər cinayət məsuliyyətinə cəlb olunmamışdır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 59-cu maddəsində nəzərdə tutulmuş onun cəzasını yüngülləşdirən hal müəyyən olunmadı. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin əməlində onun cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə qeyd edir ki, təhlil edilən cinayətin ictimai təhlükəliliyi həm də ondan ibarətdir ki, bu əməlin törədilməsi nəticəsində azyaşlı zərərçəkmişin həyatı və sağlamlığı istənilən vaxt reallaşa biləcək hədəyə məruz qalır. Burada təqsirləndirilən şəxsin azyaşlı zərərçəkmiş şəxsə qarşı törətmiş olduğu zorakı əxlaqsız hərəkətləri eyni zamanda azyaşlının köməksiz vəziyyətdə olması zərərçəkmiş şəxsin üzərində psixi zorakılığın növü kimi də çıxış edir. Bundan başqa qeyd olunan əməllə təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə mənəvi və psixoloji zərər yetirməklə yanaşı, həm də ona qarşı fiziki zorakılıq etmiş və ona xəsarətlər də yetirmişdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən həm hüquqi, həm də mənəvi, əxlaqi və digər aspektləri də nəzərə almışdır. Belə ki, yuxarıda qeyd olunan maddənin tələbləri ilə yanaşı məhkəmə cinayətin kifayət qədər yaş həddinə çatmış şəxsin azyaşlı, yaşı ona real şəkildə məlum olan, 7 yaşlı qız uşağına qarşı cinsi ehtiras hiss etməsini, azyaşlı zərərçəkmiş şəxsin ona qarşı edilən hərəkətlərin mahiyyətini dərk etməsə də, ona yetirilən fiziki ağrı ilə əlaqədar ağlaması, ondan qaçmağa çalışmasına baxmayaraq öz hərəkətlərini davam etdirməsini və ittiham üzrə nəzərdə tutulmuş xüsusilə ağır cinayəti törətməsini də cəza tətbiqi zamanı nəzərə alır. Məhkəmə hesab edir ki, uşaqların sağlam mühitdə, mənəvi və əxlaqi cəhətdən zəngin şəraitdə böyüdülməsini təmin etmək həm dövlətin, həm də hər bir fərdin əsas vəzifələrindən biri olmaqla, uşaqlara qarşı törədilmiş cinayətlər üzrə (xüsusilə də onların cinsi toxunulmazlığı əleyhinə cinayətlər üzrə) təqsirkar şəxslərə təyin edilən cəzalar çəkindirici xarakter daşımalıdır. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikası CM-nin 150.3.3-cü maddəsi xüsusilə ağır cinayətlər kateqoriyasına aid edilməklə, həmin maddə üzrə 15 ildən 20 ilədək azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Məhkəmə hesab edir ki, qeyd olunan hal artıq özü-özlüyündə həmin cinayət əməlinə qarşı dövlətin və cəmiyyətin kəskin münasibətini özündə əks etdirmişdir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 150.3.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsində təqsiri tam sübuta yetmiş və ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulduğu kimi məhz azadlıqdan məhrumetmə cəzası təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən, xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar təyin olunan azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidirlər. Odur ki, Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ona təyin ediləcək azadlıqdan məhrumetmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs baxılan iş üzrə 14 may 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş (i/v: 41), Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 16 may 2023-cü il tarixli qərarı ilə həbsetmənin əvvəli 14 may 2023cü il tarixdən hesablanmaqla barəsində həbs qətimkan tədbiri seçilmişdir (i/v: 81-83). Bundan sonra məhkəmə hökmü çıxarılanadək təqsirləndirilən şəxs qanuni əsaslarla fasiləsiz olaraq həbsdə saxlanılmışdır. Həmçinin məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs 14 may 2023-cü il tarixdən başlayaraq həbsdə saxlanıldığı bütün müddət ona təyin olunmalı olan cəza müddətinə daxil edilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə görə isə cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Odur ki, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrumetmə cəzasının əvvəli onun şübhəli şəxs qismində tutulduğu 14 may 2023-cü il tarixdən hesablanmalıdır. Məhkəmə təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbirinə münasibət bildirib qeyd edir ki, təqsirləndirilən şəxsə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin ediləcəyindən onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilmədi. Eyni zamanda məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, iş üzrə maddi sübutların tədqiqi üçün çəkilmiş 100 (bir yüz) manat məbləğində ekspertiza xərci var və həmin məbləğ Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197-ci maddəsinə əsasən məhkəmə məsrəfləri hesab olunur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də məhkəmə xərclərinin ödənilməsidir. Odur ki, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 198-ci maddəsinə əsasən ekspertiza tədqiqatının dəyərini təşkil edən 100 (bir yüz) manat məbləğində məhkəmə məsrəfi təqsirləndirilən şəxsdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Hüquqi yardımla bağlı Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» 01 fevral 2001-ci il tarixli qərarına və həmin qərara 27 yanvar 2010-cu il tarixdə edilmiş dəyişikliklərə əsasən məhkəmədə Təqsirləndirilən şəxs göstərdiyi 30 saat hüquqi yardıma görə dövlət büdcəsinin vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyası Bakı şəhər 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 180 (bir yüz səksən) manat məbləğində pul ödənilməlidir. İş üzrə maddi sübut, mülki iddia, üzərinə həbs qoyulmuş və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 150.3.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin, ona 18 (on səkkiz) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 14 may 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə məhkəmə məsrəfləri- 100 (bir yüz) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə köçürülsün. Təqsirləndirilən şəxs göstərdiyi hüquqi yardıma görə dövlət büdcəsinin vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyası Bakı şəhər 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 180 (bir yüz səksən) manat məbləğində pul ödənilsin. Hökmdən elan olunduğu, həbsdə olan Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Səbinə Məmmədzadə Hakimlər: Azad Məcidov Əli Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar