Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-2092/2024 04.11.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Namazov Fərid Arif oğlunun sədrliyi, hakimlər Quliyev Əhməd Qəhrəman oğlu və Hüseynov Telman Qulaməli oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibləri X8 və X6, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs MMC-nin nümayəndəsi, əsas iş yeri həmin cəmiyyətin hüquqşünası vəzifəsi olmaqla, xx.xx.2024-cü il tarixli etibarnamə əsasında təmsil edən Nümayəndə, müdafiəçi- Bakı şəhəri 17 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs, xx xxxx 1991-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, himayəsində 2 (iki) azyaşlı uşağı olan, orta təhsilli, işsiz, məhkumluğu olmayan, ünvan 1 ünvanda qeydiyyatda olmaqla, həmin qəsəbədə nömrəsiz fərdi evdə yaşayan, barəsində “polis nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə, təqsirləndirilməsinə dair cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında 6 nömrəli məhkəmə iclası zalında saat 09:45-də açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İttiham aktına görə, Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirərək külli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını əvəzsiz və qanunsuz ələ keçirmək məqsədilə akkumulyatorların və mühərrik yağlarının topdan satışını həyata keçirən Zərərçəkmiş şəxs MMC-dən, həmin MMC-nin satış müdiri işləyən cinayətdən məlumatsız olan qohumu Şahid1 vasitəçiliyi ilə 2020-ci ilin sentyabr ayında müxtəlif markalarda akkumulyator götürərək bilə-bilə MMC-nin müəyyən etdiyi satış qiymətindən aşağı qiymətə nağd pula satıb dərhal MMC-yə ödəniş etməklə etibarlı və səriştəli müştəri kimi görünüş yaradıb MMC-nin məsul əməkdaşlarının etibarını qazanmış, ona olan etibardan sui-istifadə edərək Zərərçəkmiş şəxs MMC-nin ünvan 2 ünvanda yerləşən anbarından xx.xx.2020-ci il tarixdə “ENEOS” markalı, 2240 manat dəyərində 40 ədəd 4 litrlik “ATF X15” tərkibli, 360 manat dəyərində 20 ədəd 1 litrlik “Cvt Fluid” tərkibli, 1200 manat dəyərində 100 ədəd 1 litrlik “X12 10W-40 Sİ” tərkibli, 920 manat dəyərində 20 ədəd 4 litrlik “X10 10W-40 CJ-4” tərkibli, 1400 manat dəyərində 100 ədəd 1 litrlik “Eneos 5W-30 SN Premium” tərkibli, 1400 manat dəyərində 100 ədəd 1 litrlik “Eneos 5W-40 SN Premium” tərkibli, 1426 manat dəyərində 31 ədəd 4 litrlik “Eneos 5W-40 SN Premium” tərkibli, 560 manat dəyərində 40 ədəd 1 litrlik və 1880 manat dəyərində 40 ədəd 4 litrlik “X13 5W-40 Ci-4” tərkibli, cəmi 11386 manat dəyərində avtomobilin mühərrik yağlarını, xx.xx.2020-ci il tarixdə 3960 manat dəyərində 55 ədəd “DOMİNATOR 60 Ah” markalı, 3560 manat dəyərində 40 ədəd “DOMİNATOR 75 Ah” markalı və 940 manat dəyərində 4 ədəd “DOMİNATOR 190 Ah” markalı, cəmi 8460 manat dəyərində avtomobil akkumulyatorlarını, xx.xx.2020-ci il tarixdə 3080 manat dəyərində 35 ədəd “BLİZZARO 60 Ah” markalı, 3390 manat dəyərində 30 ədəd “Rİ İ77ARO 72 Ah” markalı, 2900 manat dəyərində 25 ədəd “BLİZZARO 75 Ah” markalı, 4350 manat dəyərində 30 ədəd “BLİZZARO 90 Ah” markalı, 4350 manat dəyərində 30 ədəd “BLİZZARO 100 Ah” markalı, 1450 manat dəyərində 10 ədəd “HUGEL 100 Ah” markalı, 2200 manat dəyərində 25 ədəd “HUGEL 60 Ah” markalı və 1130 manat dəyərində 10 ədəd “HUGEL 72 Ah” markalı, cəmi 22850 manat dəyərində avtomobil akkumulyatorlarını, xx.xx.2020-ci il tarixdə 7140 manat dəyərində 60 ədəd “DOMİNATOR 100 Ah” markalı və 3560 manat dəyərində 40 ədəd “DOMİNATOR 75 Ah” markalı, cəmi 10700 manat dəyərində avtomobil akkumulyatorlarını, xx.xx.2020-ci il tarixdə “ENEOS” markalı, 340 manat dəyərində 20 ədəd 1 litrlik “ATF X15” tərkibli, 520 manat dəyərində 40 ədəd 1 litrlik “ATF İİİ” tərkibli, 560 manat dəyərində 10 ədəd 4 litrlik “ATF İİİ” tərkibli, 560 manat dəyərində 20 ədəd 1 litrlik “CVT Fluid” tərkibli, 840 manat dəyərində 60 ədəd 1 litrlik “X13 Synthetic 10W-40” tərkibli, 920 manat dəyərində 20 ədəd 4 litrlik “X10 10W-40 CJ-4” tərkibli, 1020 manat dəyərində 20 ədəd 4 litrlik “0W-20 SN Ecostage” tərkibli, 1400 manat dəyərində 100 ədəd 1 litrlik “5W-30 SN Premium” tərkibli, 1400 manat dəyərində 100 ədəd 1 litrlik “5W-40 SN Premium” tərkibli və 4600 manat dəyərində 100 ədəd 4 litrlik “5W-40 SN Premium” tərkibli, cəmi 11960 manat dəyərində avtomobilin mühərrik yağlarını, xx.xx.2020-ci il tarixdə 714 manat dəyərində 6 ədəd “DOMİNATOR 100 Ah” markalı, 1080 manat dəyərində 15 ədəd “DOMİNATOR 60 Ah” markalı və 540 manat dəyərində 6 ədəd “DOMİNATOR 75 Ah” markalı, cəmi 2334 manat dəyərində avtomobil akkumulyatorlarını, xx.xx.2020-ci il tarixdə 11900 manat dəyərində 100 ədəd “DOMİNATOR 100 Ah” markalı, 7200 manat dəyərində 100 ədəd “DOMİNATOR 60 Ah” markalı və 9000 manat dəyərində 100 ədəd “DOMİNATOR 75 Ah” markalı, cəmi 28100 manat dəyərində avtomobil akkumulyatorlarını və xx.xx.2020-ci il tarixdə 11100 manat dəyərində 150 ədəd “DOMİNATOR 60 Ah” markalı avtomobil akkumulyatorlarını, yəni vahid niyyətlə əhatə olunan qəsdlə cəmi 106890 manat dəyərində əmlakını ələ keçirərək zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs MMC-yə külli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. İşin halları və dəlilləri: Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra mətndə- Cinayət Məcəlləsi və ya CM) 178.3.2-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, səyyar satıcı kimi avtomobil mühərrik yağları satmış, sonradan isə avtomobil akkumulyatorlarının satışı ilə məşğul olmağa başlamışdır. O, müxtəlif növdə avtomobil akkumulyatorlarını tanışı Şahid1 vasitəsilə Zərərçəkmiş şəxs MMC-dən əldə edib həmin cəmiyyətdən aldığı qiymətdən də ucuz qiymətə alıcılara satmışdır. O, əvvəllər yaranmış borcları malların satışından əldə olunan puldan ödəmiş, müəssisəyə isə malların dəyərinin bir qismini vermişdir. Qeyd etdiyi formada etməklə, malların satışı ilə həm şəxsi borclarını ödəmək, həm də müəssisədən malları götürüb satışını həyata keçirmək niyyətində olmuşdur. Beləliklə, onun Zərərçəkmiş şəxs MMC-yə borcu yaranmış, borcunu ödəyə bilmədiyinə görə Şahid1 onunla borc müqaviləsi bağlamışdır. O, Zərərçəkmiş şəxs MMC-dən yalnız avtomobil akkumulyatorları almış, avtomobil mühərrik yağlarını isə almamış və heç kimə mühərrik yağı satmamışdır. İttihamda avtomobil mühərrik yağlarının satılması ilə bağlı qeyd edilənlər doğru deyil. Məhkəmədə verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs ittiham aktında 106890 manat məbləğində pulu ələ keçirməsi ilə bağlı göstərilənlərin həqiqəti əks etdirmədiyini, ümumi borcunun 99500 manat olduğunu, sonuncu qeyd etdiyi məbləğdən 16000 manat pulu Şahid1 atasına hissə-hissə ödədiyini, 71000 manat borcunun qaldığını, Zərərçəkmiş şəxs MMC-nin işçisi olmadığını, həmin müəssisədən götürdüyü avtomobil akkumulyatorlarını Bakı şəhəri, Nizami rayonunda yerləşən “Maşın bazarı” deyilən yerdə işləyən X1, cinayət işi başlananadək 12000 manat, başlandıqdan sonra isə 16000 manat məbləğində pul vəsaiti ödədiyini, mövcud borcu qaytarmaq istədiyini, zərərçəkmiş şəxslə barışmaq niyyətində olduğunu, borcu bağlamaq üçün özünə məxsus olan evi satışa qoyduğunu, hissə-hissə pulu ödəmək barədə təklifinə zərərçəkmiş şəxsin razılıq vermədiyini, akkumulyatorları ucuz qiymətə satmasından Şahid1 məlumatının olubolmadığını bilmədiyini, malların dəyərini sonuncunun müəyyən etdiyini, o isə Şahid1 müraciət edib avtomobil akkumulyatorlarını götürdüyünü, malları müəssisədən aldığı qiymətdən ucuz qiymətə satdığını, digər şəxslərə borcu olduğuna görə bu formada edib həmin borcları bağladığını, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiqlədiyini, cinayət işinin materiallarında olan imzaların ona məxsus olduğunu bildirdi. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə- Cinayət-Prosessual Məcəlləsi və ya CPM) 144-cü maddəsinin tələblərini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Bundan əlavə, Cinayət-Prosessual Məcəlləsinin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə, qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələrin də mümkünlüyü və mötəbərliyi üzrə yoxlanılmasından sonra sübut növü kimi qəbul edilməsi məsələsinə qiymət verilməsini zəruri hesab edir. Məhkəmədə Zərərçəkmiş şəxs MMC-nin nümayəndəsi Nümayəndə məhkəməyədək icraat zamanı verdiyi ifadəsi ilə əsasən eyni məzmunlu ifadə verərək göstərdi ki, o, Zərərçəkmiş şəxs MMC-də hüquqşünas vəzifəsində işləməklə ibtidai istintaq orqanı tərəfindən hazırki iş üzrə zərərçəkmiş şəxsin nümayəndəsi qismində tanınmışdır. Zərərçəkmiş şəxs MMC akkumulyator, avtomobil mühərrik yağı və s. kimi malların idxalı və satışı ilə məşğul olan müəssisədir. Şahid1 əvvəllər həmin müəssisənin satış üzrə təmsilçisi olduğundan, qohumu Təqsirləndirilən şəxs avtomobil akkumulyatorları, avtomobil mühərrik yağı və digər mallar vermiş, razılaşmaya görə Təqsirləndirilən şəxs həmin malları müxtəlif şəxslərə satdıqdan sonra pulunu müəssisəyə verməyi öhdəsinə götürmüşdür. Təqsirləndirilən şəxs həmin müəssisəyə ittihamda göstərilən məbləğdə, yəni 106890 manat borcu yaranmış, sonuncu həmin malları qaimələr əsasında götürmüş, əvvəllər götürdüyü malların pulunu vaxtında ödəsə də, sonradan ödəməmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs dindirilərkən verilən çarpaz suala cavab olaraq Zərərçəkmiş şəxs MMC-nin nümayəndəsi Nümayəndə 16000 manat pul vəsaətinin Təqsirləndirilən şəxs Rəfail Quliyev vasitəsilə müəssisəyə ödədiyini bildirdi. Məhkəmədə Şahid2 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs tanımaqla, aralarında ədavət düşmənçilik olmamışdır. 2008-ci ildən etibarən Bakı şəhəri, Nizami rayonu, “8-ci kilometr Maşın bazarı” deyilən ərazidə avtomobil akkumulyatorları, avtomobil mühərrik yağları və digər malları satmaqla məşğuldur. O, avtomobil akkumulyatorlarını dəyərindən ucuz qiymətə satdığından Təqsirləndirilən şəxs almış, məsələn 120 manatlıq akkumulyatoru Təqsirləndirilən şəxs 90 manata əldə etmişdir. O, Təqsirləndirilən şəxs aşağı qiymətlə satışdan necə gəlir əldə etdiyini soruşduqda, sonuncu ona Zərərçəkmiş şəxs MMC-də tanışının işlədiyini, güzəşt edildiyini və hər satışdan 5% qaldığını söyləmişdir. Məhkəmə iclasında verilən suallara cavab olaraq Şahid2 ifadəsində Təqsirləndirilən şəxs avtomobil mühərrik yağları almadığını, yalnız avtomobil akkumulyatorlarını aldığını, Zərərçəkmiş şəxs MMC-nin əməkdaşının ona Təqsirləndirilən şəxs həmin şirkətə böyük məbləğdə borcu olduğunu dedikdən sonra sonuncudan hər hansı mal almadığını, sonradan şirkətdən satış qiyməti ilə alış etdiyini, Təqsirləndirilən şəxs bir neçə dəfə akkumulyator aldığını, ilk dəfə “Covid19” pandemiyası vaxtı götürdüyünü, həmin akkumulyatoru Təqsirləndirilən şəxs onun evinə gətirdiyini, sonuncunun ona akkumulyatorları rəsmi qaimə ilə satdığını, qaimədən kənar hər hansı mal almadığını, qaimələrə imzaları Təqsirləndirilən şəxs atdığını, o isə hansısa qaiməni imzamadığını, qaimənin bir nüsxəsinin onda, digər nüsxəsinin isə Təqsirləndirilən şəxs qaldığını, hazırda hər hansı qaimənin olub-olmadığını xatırlamadığını, qaiməni Təqsirləndirilən şəxs gətirdiyini və onun yanında qeydləri imzaladığını, Təqsirləndirilən şəxs malları nağd şəkildə aldığını, Təqsirləndirilən şəxs malları Zərərçəkmiş şəxs MMC-dən hansı qiymətə aldığını bilmədiyini, malların şirkətdən onun adına yox, Şahid1 adına çıxdığını, ibtidai istintaq zamanı həyəcanlı olduğundan həmin ifadədə avtomobil mühərrik yağı ilə bağlı yazılanları oxumadan imzaladığını, malları ona Təqsirləndirilən şəxs tək gətirdiyini bildirdi. Şahid X4 məhkəməyədək icraat zamanı verdiyi ifadəsində göstərmişdir ki, 2008-ci ildən Bakı şəhəri, Nizami rayonu, Babək prospektində yerləşən “8-ci kilometr maşın bazarı” adlanan avtomobil ticarət mərkəzində avtomobil hissələrinin satışı ilə məşğul olur. Həmin ehtiyyat hissələrinin sırasında akkumulyator və mühərrik yağları da var. Ehtiyyat hissələrinin satışını ticarət mərkəzində yerləşən mağazadan həyata keçirir, ehtiyyat hissələrini isə şirkətlərdən götürür. Təqsirləndirilən şəxs təxminən 2015-ci ildən “8-ci kilometr maşın bazarı” adlanan avtomobil ticarət mərkəzində mühərrik yağının alveri ilə məşğul olan şəxs kimi üzdən tanımışdır. 2020-ci ilin sentyabr ayının əvvəllərində Təqsirləndirilən şəxs işlətdiyi Nizami rayonu, Babək prospektində yerləşən “8-ci kilometr maşın bazarı” adlanan avtomobil ticarət mərkəzindəki mağazasına gələrək özünü ona Zərərçəkmiş şəxs MMC-nin satış üzrə nümayəndəsi kimi təqdim etmiş, o, həmin vaxtadək Cavidi və ya Zərərçəkmiş şəxs MMC şirkətini yaxından tanımamış, həmin MMC-dən heç vaxt mal almamış və ya mal təklif edən olmamışdır. Cavid ona bildirmişdir ki, Zərərçəkmiş şəxs MMC “DOMİNATOR 60 Ah”, “DOMİNATOR 75 Ah”, “DOMİNATOR 100 Ah”, “DOMİNATOR 190 Ah”, “BLİZZARO 60 Ah”, “BLİZZARO 72 Ah”, “BLİZZARO 75 Ah”, “BLİZZARO 90 Ah”, “BLİZZARO 100 Ah”, “HUGEL 60 Ah”, “HUGEL 72 Ah” və “HUGEL 100 Ah” markalı akkumulyatorların topdan satışını həyata keçirir. O, xeyli müddətdir ki, avtomobillərin ehtiyyat hissələrinin, əsasən də akumulyator və mühərrik yağlarının satışı ilə məşğul olduğundan həmin məhsulları tanımış və qiymətləri barədə məlumatı olmuşdur. Cavid ona bildirmişdir ki, Zərərçəkmiş şəxs MMC-nin rəhbərliyi qohumları və həmyerliləridir, həmin akkumulyatorları ona MMC-nin satış qiymətindən dəfələrlə ucuz qiymətə verə bilər. O, malların qiymətləri ilə maraqlanarkən Cavid demişdir ki, malın şirkət tərəfindən müəyyən edilən topdan satış qiymətinin 25 faizi çıxılacaq. O, ucuz qiymətə satılmasının səbəbi ilə maraqlanarkən Cavid bildirmişdir ki, Zərərçəkmiş şəxs MMC-nin bəzi istehsalçı şirkətlərlə bağladığı müqaviləyə əsasən üzərinə düşən öhdəlikləri var, öhdəliyə görə istehsalçı şirkət Azərbaycanda heç bir şirkətə mal satmır, mallarını yalnız Zərərçəkmiş şəxs MMC-yə satır, Zərərçəkmiş şəxs MMC isə üzərinə öhdəlik götürür ki, il ərzində istehsalçı şirkətdən aralarında müəyyən edilmiş sayda əmlak götürəcək. Cavid demişdir ki, 2020-ci il pandemiya ili olduğundan Zərərçəkmiş şəxs MMC bu tipli müqavilə bağladığı şirkətlərin mallarını sata bilməmiş, 2021-ci ildən isə müqaviləyə əsasən pul ödəyib yeni partiya mallar almalıdır. Odur ki, nağd ödəniş edərsə, ona malın dəyərinin 25 faizini güzəşt edəcəklər. O, şirkətin qiymətləri ilə maraqlanarkən müəyyən etmişdir ki, Cavid tərəfindən ona “DOMİNATOR 60 Ah”-ın qiyməti 72 manat olduğu halda nağd ödənişlə 54 manata, “DOMİNATOR 75 Ah”-ın qiyməti 90 manat olduğu halda nağd ödənişlə 67,5 manata, “DOMİNATOR 100 Ah”-ın qiyməti 119 manat olduğu halda nağd ödənişlə 89,25 manata təklif olunması ona sərf edir. Onun üçün bu kimi qiymətlər sərfəli təklif olduğundan, bazarda tələbat çox olan bu kimi mallara nağd pul verməyə dəymişdir. Həmin dövrdə pandemiya ilə əlaqədar alver zəif olsa da, virusa yoluxmanın azalmasını müşahidə etmiş, məhdudiyyətlər aradan qalxan kimi akkumulyatorlara tələb artacağından Caviddən akkumulyator almaq qərarına gəlmişdir. O, Cavidə 50 ədəd “DOMİNATOR 75 Ah” və 30 ədəd “DOMİNATOR 100 Ah” markalı akkumulyator sifariş vermiş, xx.xx.2020-ci il tarixdə Cavid üzərində Zərərçəkmiş şəxs MMC-nin loqosu olan yük avtomobilində Nizami rayonu, Babək prospektində yerləşən “8-ci kilometr maşın bazarı” adlanan avtomobil ticarət mərkəzindəki mağazasına 50 ədəd “DOMİNATOR 75 Ah” və 30 ədəd “DOMİNATOR 100 Ah” markalı akkumulyator gətirmişdir. Qaimədə müvafiq olaraq hər birinin qiyməti 89 və 119 manat göstərilməklə cəmi dəyərləri 8020 manat təşkil etmiş, 8020 manatdan 25 faizi olan 2005 manat çıxıldıqdan sonra ödəyəcəyi məbləğ olan 6015 manatı malı boşaldarkən Cavidə vermişdir. Cavidin sözünə yalançı olmadığını, həqiqətən də Zərərçəkmiş şəxs MMC-nin işçisi olmaqla malları MMC-nin yük avtomobilində rəsmi olaraq qaimələr əsasında gətirdiyini görüb həmin tarixdə Cavidə 50 ədəd “BLİZZARO 75 Ah” və 43 ədəd “BLİZZARO 100 Ah” markalı akkumulyator sifariş vermiş, xx.xx.2020-ci il tarixdə Cavid üzərində Zərərçəkmiş şəxs MMC-nin loqosu olan yük avtomobilində Nizami rayonu, Babək prospektində yerləşən “8-ci kilometr maşın bazarı” adlanan avtomobil ticarət mərkəzindəki mağazasına 50 ədəd “BLİZZARO 75 Ah” və 43 ədəd “BLİZZARO 100 Ah” markalı akkumulyator gətirmişdir. Qaimədə müvafiq olaraq hər birinin qiyməti 116 və 145 manat göstərilmiş, cəmi dəyərləri 12035 manat təşkil etmiş, 12035 manatdan 25 faizi olan 3008 manat 75 qəpik çıxıldıqdan sonra 9026 manat 25 qəpik pulu malı boşaldarkən Cavidə vermişdir. 2020-ci ilin sentyabr ayının ortalarında Cavidə 100 ədəd “HUGEL 72 Ah” və 60 ədəd “BLİZZARO 100 Ah” markalı akkumulyator sifariş vermiş, 2-3 gün sonra, yəni xx.xx.2020-ci il tarixdə Cavid üzərində Zərərçəkmiş şəxs MMC-nin loqosu olan yük avtomobilində Nizami rayonu, Babək prospektində yerləşən “8-ci kilometr maşın bazan” adlanan avtomobil ticarət mərkəzindəki mağazasına 100 ədəd “HUGEL 72 Ah” və 60 ədəd “HUGEL 100 Ah” markalı akkumulyator gətirmişdir. Qaimədə müvafiq olaraq hər birinin qiyməti 113 və 145 manat göstərilmiş, cəmi dəyərləri 20000 manat təşkil etmiş, 20000 manatdan 25 faizi olan 5000 manat çıxdıqdan sonra 15000 manatı mal mağazasına boşalarkən Cavidə vermişdir. 2020-ci ilin sentyabr ayının sonlarında Cavidə 100 ədəd “DOMİNATOR 60 Ah”, 100 ədəd “DOMİNATOR 75 Ah”, 100 ədəd “DOMİNATOR 100 Ah” və 30 ədəd “DOMİNATOR 190 Ah” markalı akkumulyator sifariş vermiş, xx.xx.2024-cü il tarixdə Cavid üzərində Zərərçəkmiş şəxs MMC-nin loqosu olan yük avtomobilində Nizami rayonu, Babək prospektində yerləşən “8-ci kilometr maşın bazarı” adlanan avtomobil ticarət mərkəzindəki mağazasına həmin akkumulyatorları gətirmiş, qaimədə müvafiq olaraq hər birinin qiyməti 72, 89, 119 və 235 manat göstərilmiş, cəmi dəyərləri 35050 manat təşkil etmişdir. O, 35050 manatdan 25 faizi olan 8762 manat 50 qəpiyi çıxdıqdan sonra 26288 manatı mal boşalarkən Cavidə vermişdir. Mağazasında yer olmadığından akkumulyator sifarişini dayandırmış, həmin ərəfədə Cavid bildirmişdir ki, Zərərçəkmiş şəxs MMC-də eyni şərtlərlə mühərrik yağları da var, istəsə təşkil edə bilər. Cavid ona “ENEOS” markalı yağlardan 25 faiz endirimlə təklif etmiş, həmin yağlar bazar qiymətindən dəfələrlə ucuz başa gəldiyindən almağa razılaşmış və hər biri 56 manat olmaqla 2240 manat dəyərində 40 ədəd 4 litrlik “ENEOS” markalı “ATF X15” tərkibli, hər biri 18 manat olmaqla 360 manat dəyərində 20 ədəd 1 litrlik “ENEOS” markalı “Cvt Fluid” tərkibli, hər biri 12 manat olmaqla 1200 manat dəyərində 100 ədəd 1 litrlik “ENEOS” markalı “X12 10W-40 Sİ” tərkibli, hər biri 14 manat olmaqla 560 manat dəyərində 40 ədəd 1 litrlik və hər biri 47 manat olmaqla 1880 manat dəyərində 40 ədəd 4 litrlik “ENEOS” markalı “X13 5W-40 Ci-4” tərkibli, hər biri 46 manat olmaqla 920 manat dəyərində 20 ədəd 4 litrlik “ENEOS” markalı “X10 10W-40 CJ-4” tərkibli, hər biri 14 manat olmaqla 1400 manat dəyərində 100 ədəd 1 litrlik “ENEOS” markalı “Eneos 5W-30 SN Premium” tərkibli, hər biri 14 manat olmaqla 1400 manat dəyərində 100 ədəd 1 litrlik “ENEOS” markalı “Eneos 5W-40 SN Premium” tərkibli və hər biri 46 manat olmaqla 1426 manat dəyərində 31 ədəd 4 litrlik “ENEOS” markalı “Eneos 5W-40 SN Premium” tərkibli, cəmi 11386 manat dəyərində avtomobilin mühərrik yağlarını sifariş vermişdir. xx.xx.2020-ci il tarixdə sifariş verdiyi mühərrik yağlarını Təqsirləndirilən şəxs "xxxx" MMC-nin yük avtomobilində Nizami rayonu, Babək prospektində yerləşən “8-ci kilometr maşın bazarı” adlanan avtomobil ticarət mərkəzindəki mağazasına gətirmişdir. Mühərrik yağlarının 11386 manat təşkil edən qiymətindən 25 faizi olan 2846 manat 50 qəpiyi çıxdıqdan sonra 8540 manatı mal boşalarkən Cavidə vermişdir. Yığmağa yeri olmadığından 2 ay Caviddən akkumulyator ala bilməmiş, 2020-ci ilin noyabr ayının ortalarında yaşadığı ünvan 3 ünvanda yerləşən fərdi yaşayış evinin həyətində akkumulyator saxlaması üçün həyətdə quraqlıq yer düzəltmişdir. xx.xx.2020-ci il tarixdə Təqsirləndirilən şəxs hər biri 72 manat olmaqla 3960 manat dəyərində 55 ədəd “DOMİNATOR 60 Ah” markalı, hər biri 89 manat olmaqla 3560 manat dəyərində 40 ədəd “DOMİNATOR 75 Ah” markalı, hər biri 235 manat olmaqla 940 manat dəyərində 4 ədəd “DOMİNATOR 190 Ah” markalı, hər biri 88 manat olmaqla 3080 manat dəyərində 35 ədəd “BLİZZARO 60 Ah” markalı, hər biri 113 manat olmaqla 3390 manat dəyərində 30 ədəd “BLİZZARO 72 Ah” markalı, hər biri 116 manat olmaqla 2900 manat dəyərində 25 ədəd “BLİZZARO 75 Ah” markalı, hər biri 145 manat olmaqla 4350 manat dəyərində 30 ədəd “BLİZZARO 90 Ah” markalı, hər biri 145 manat olmaqla 4350 manat dəyərində 30 ədəd “BLİZZARO 100 Ah” markalı, hər biri 145 manat olmaqla 1450 manat dəyərində 10 ədəd “HUGEL 100 Ah” markalı, hər biri 88 manat olmaqla 2200 manat dəyərində 25 ədəd “HUGEL 60 Ah” markalı və hər biri 113 manat olmaqla 1130 manat dəyərində 10 ədəd “HUGEL 72 Ah” markalı akkumulyator sifariş vermiş, həmin gün, yəni xx.xx.2020-ci il tarixdə Cavid tərəfindən "xxxx" MMC-nin 2 yük avtomobili ilə yaşadığı ünvan 3 ünvanda yerləşən fərdi yaşayış evinin həyətinə akkumulyator gətirilmişdir. 1-ci yük avtomobilində olan 99 ədəd “DOMİNATOR” markalı akkumulyatorun 8460 manat pulundan 25 faizi olan 2115 manatı çıxaraq qalan 6345 manatı mal həyətinə boşalarkən, 2-ci yük avtomobilindən 195 ədəd “BLİZZARO” və “HUGEL” markalı akkumulyatorun 22850 manat pulundan 25 faizi olan 5 712 manat 50 qəpiyi çıxaraq qalan 17137 manat 50 qəpiyi mallar həyətinə boşalarkən Cavidə vermişdir. Bununla da xx.xx.2020-ci il tarixdə Cavidə 23482 manat 50 qəpik pul vermişdir. Həyətinə boşalan akkumulyatorları səliqəli yığdırdıqdan sonra, yəni xx.xx.2020-ci il tarixdə Təqsirləndirilən şəxs hər biri 119 manat olmaqla 7140 manat dəyərində 60 ədəd “DOMİNATOR 100 Ah” markalı və hər biri 89 manat olmaqla 3560 manat dəyərində 40 ədəd “DOMİNATOR 75 Ah” markalı, cəmi 10700 manat dəyərində akkumulyator sifariş vermiş, həmin tarixdə mallar "xxxx" MMC-nin yük avtomobilində yaşadığı ünvan 3 ünvanda yerləşən fərdi yaşayış evinin həyətinə gətirilmiş, 100 ədəd “DOMİNATOR” markalı akkumulyatorun 10700 manat pulundan 25 faizi olan 2675 manat çıxıldıqdan sonra 8025 manatı mal həyətinə boşalarkən Cavidə vermişdir. Həmin ərəfədə mağazada mühərrik yağı azaldığından xx.xx.2020-ci il tarixdə Təqsirləndirilən şəxs hər biri 17 manat olmaqla 340 manat dəyərində 20 ədəd 1 litrlik “ENEOS” markalı “ATF X15” tərkibli, hər biri 13 manat olmaqla 520 manat dəyərində 40 ədəd 1 litrlik “ENEOS” markalı “ATF İİİ” tərkibli, hər biri 56 manat olmaqla 560 manat dəyərində 10 ədəd 4 litrlik “ENEOS” markalı “ATF İİİ” tərkibli, hər biri 18 manat olmaqla 560 manat dəyərində 20 ədəd 1 litrlik “ENEOS” markalı “CVT Fluid” tərkibli, hər biri 14 manat olmaqla 840 manat dəyərində 60 ədəd 1 litrlik “ENEOS” markalı “X13 Synthetic 10W-40” tərkibli, hər biri 46 manat olmaqla 920 manat dəyərində 20 ədəd 4 litirlik “ENEOS” markalı “X10 10W-40 CJ-4” tərkibli, hər biri 51 manat olmaqla 1020 manat dəyərində 20 ədəd 4 litrlik “ENEOS” markalı “0W-20 SN Ecostage” tərkibli və hər biri 14 manat olmaqla 1400 manat dəyərində 100 ədəd 1 litrlik “ENEOS” markalı “5W-30 SN Premium” tərkibli, hər biri 14 manat olmaqla 1400 manat dəyərində 100 ədəd 1 litrlik “ENEOS” markalı “5W-40 SN Premium” tərkibli və hər biri 46 manat olmaqla 4600 manat dəyərində 100 ədəd 4 litrlik “ENEOS” markalı “5W-40 SN Premium” tərkibli, cəmi 11960 manat dəyərində avtomobilin mühərrik yağlarını sifariş vermiş, həmin tarixdə, yəni xx.xx.2020-ci il tarixdə Təqsirləndirilən şəxs sifariş verdiyi mühərrik yağlarını "xxxx" MMC-nin yük avtomobilində Nizami rayonu, Babək prospektində yerləşən “8-ci kilometr maşın bazarı” adlanan avtomobil ticarət mərkəzindəki mağazasına gətirmiş, mühərrik yağlarının 11960 manat təşkil edən qiymətindən 25 faizi olan 2990 manatını çıxaraq 8970 manatı mal boşalarkən Cavidə vermişdir. 2020-ci ilin dekabr ayının əvvəllərində mağazasında olan bəzi akkumulyatorlardan azalmış, lakin həyətində olanlara toxunmamış, xx.xx.2020-ci il tarixdə Təqsirləndirilən şəxs hər biri 119 manat olmaqla 714 manat dəyərində 6 ədəd “DOMİNATOR 100 Ah” markalı, hər biri 72 manat olmaqla 1080 manat dəyərində 15 ədəd “DOMİNATOR 60 Ah” markalı və hər biri 90 manat olmaqla 540 manat dəyərində 6 ədəd “DOMİNATOR 75 Ah” markalı, cəmi 2334 manat dəyərində avtomobil akkumulyatorları sifariş vermişdir. Həmin tarixdə Təqsirləndirilən şəxs sifariş verdiyi akkumulyatorları "xxxx" MMC-nin yük avtomobilində Nizami rayonu, Babək prospektində yerləşən “8-ci kilometr maşın bazarı” adlanan avtomobil ticarət mərkəzindəki mağazasına gətirmiş, akkumulyatorların 2334 manat təşkil edən qiymətindən 25 faizi olan 583 manat 50 qəpiyi çıxdıqdan sonra mal boşalarkən Cavidə 1750 manat 50 qəpik ödəmişdir. Həmin ərəfədə Cavid bildirmişdir ki, il yekunlaşır, bir daha bu kimi kampaniya olmayacaq, nə pulu vardırsa hamısına akkumulyator alsın. xx.xx.2020-ci il tarixdə Təqsirləndirilən şəxs hər biri 119 manat olmaqla 11900 manat dəyərində 100 ədəd “DOMİNATOR 100Ah” markalı, hər biri 72 manat olmaqla 7200 manat dəyərində 100 ədəd “DOMİNATOR 60 Ah” markalı və hər biri 90 manat olmaqla 9000 manat dəyərində 100 ədəd “DOMİNATOR 75 Ah” markalı, cəmi 28100 manat dəyərində akkumulyator sifariş vermiş, həmin tarixdə Zərərçəkmiş şəxs MMC-nin yük maşını ilə yaşadığı ünvan 3 ünvanda yerləşən fərdi yaşayış evinin həyətinə gətirilmiş 300 ədəd “DOMİNATOR” markalı akkumulyatorun 28100 manat pulundan 25 faizi olan 7025 manatı çıxaraq ödəməli olduğu 21075 manatı mal həyətinə boşalarkən Cavidə vermişdir. Həmin tarixdə Cavidə hər biri 74 manat olmaqla 11100 manat dəyərində 150 ədəd “DOMİNATOR 60 Ah” markalı akkumulyator sifariş vermiş, lakin Cavid bildirmişdir ki, güzəştli qiymətlə mal qalmayıb, çalışar ki, təşkil etsin. İl yekunlaşdığından növbəti günlərdə də Cavidə akkumulyator sifariş versə də, alındıra bilməmişdir. Cavid ondan sifariş verdiyi 150 ədəd akkumulyatorun 11100 manat pulunu malı gətirmədən nağd olaraq istəmiş, lakin Cavidə əvvəlcədən pul verməmişdir. Nəhayət xx.xx.2020-ci il tarixdə Cavid hər biri 74 manat olmaqla 11100 manat dəyərində 150 ədəd “DOMİNATOR 60 Ah” markalı avtomobil akkumulyatorunu Zərərçəkmiş şəxs MMC-nin yük avtomobilində Nizami rayonu, Babək prospektində yerləşən “8-ci kilometr maşın bazan” adlanan avtomobil ticarət mərkəzindəki mağazasına gətirmiş, akkumulyatorun 11100 manat təşkil edən qiymətindən 25 faizi olan 2775 manat çıxıldıqdan sonra ödəyəcəyi 8325 manat pulu mal boşalarkən Cavidə vermişdir. 2020-ci ilin sentyabr ayından 2020-ci ilin dekabr ayınadək olan müddət ərzində Caviddən 25 faizli güzəştlə 181995 manat dəyərində akkumulyator və mühərrik yağları almış, Cavid 181995 manatdan 25 faizini, yəni 45498 manatını ona güzəşt etmiş, o, Cavidə cəmi 136497 manat nağd pul vermişdir. Həmin malların hamısını satmış, məlumatları özündə olan qeydlərindən istifadə etməklə vermişdir, O, malların dələduzluq yolu ilə ələ keçirilməsini bilməmişdir. Belə ki, Cavid özünü Zərərçəkmiş şəxs MMC-nin təmsilçisi kimi təqdim etmiş, malları qaimə əsasında Zərərçəkmiş şəxs MMC-nin yük avtomobillərində gətirmiş, malları ucuz satması üçün gətirdiyi dəlillər ağlabatan olmuşdur. Məhkəmədə Şahid3 məhkəməyədək icraat zamanı verdiyi ifadəsi ilə əsasən eyni məzmunlu ifadə verərək göstərdi ki, Təqsirləndirilən şəxs tanımaqla, aralarında ədavət düşmənçilik olmamışdır. O, Zərərçəkmiş şəxs MMC-də satış meneceri kimi akkumulyatorların satışı ilə məşğul olarkən Təqsirləndirilən şəxs ona akkumulyator almaq məqsədilə müraciət etmişdir. Məhkəmədə verilən suallara cavab olaraq Şahid3 ifadəsində Təqsirləndirilən şəxs malları şirkətdən götürdükdən sonra pulunu ödədiyini, Şahid1 ona Təqsirləndirilən şəxs şirkətə borcu olduğundan mal satmamasını söylədiyini, lakin borcun məbləğini dəqiq xatırlamadığını, mallara cavabdehliyi Şahid1 daşıdığını, Təqsirləndirilən şəxs şirkətdən aldığı malları ucuz qiymətə satdığından məlumatının olmadığını, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiqlədiyini, həmin ifadədəki imzaların ona məxsus olduğunu bildirdi. Məhkəmədə Şahid1 məhkəməyədək icraat zamanı verdiyi ifadəsi ilə əsasən eyni məzmunlu ifadə verərək göstərdi ki, Təqsirləndirilən şəxs tanımaqla, aralarında ədavət düşmənçilik olmamışdır. O, Zərərçəkmiş şəxs MMC-də satış müdiri vəzifəsində işləyərkən Təqsirləndirilən şəxs ona müraciət etdiyindən sonuncuya satması üçün avtomobil mühərrik yağı, təkər, akkumulyator və digər mallar vermiş, Təqsirləndirilən şəxs da müvafiq malları satdıqdan sonra şirkətə pulları qaytarmışdır. Lakin Təqsirləndirilən şəxs malların bütün dəyərini qaytarmadığından borcu yaranmışdır. 2021-ci ildə işdən çıxmaq qərarına gəldiyindən, Təqsirləndirilən şəxs bütün borclarını gətirib qaytarmasını söylədikdə, sonuncu pulu olmadığından qaytara bilməyəcəyini söylədiyinə görə aralarında notarial qaydada təsdiqlənmiş borc müqaviləsi bağlanmışdır. Belə ki, həmin mallar onun adından Zərərçəkmiş şəxs MMC-dən götürülmüşdür. O, həmin müqaviləni Zərərçəkmiş şəxs MMC-nin rəhbərinə təqdim etsə də, sonuncu razılaşmamış, habelə Cavidin atası Qılıc Ələkbərov dəfələrlə barışığın əldə edilməsi və borcun ödənilməsi üçün müraciət etsə, razılığa gəlinməmişdir. Məhkəmədə verilən suallara cavab olaraq Şahid1 atası ilə Təqsirləndirilən şəxs atasının tanış olduqlarını, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs MMC-nin işçisi olmadığını, Təqsirləndirilən şəxs şirkətdən götürdüyü malları ucuz qiymətə satmasını bilmədiyini, Təqsirləndirilən şəxs hər dəfə pulu tələb etdikdə malı alan şəxsin pulu ödəmədiyini söylədiyini, malların daxili qaimə əsasında şirkətdən çıxarıldığını, vasitəçilik etdiyinə görə Təqsirləndirilən şəxs qazanc əldə etdiyini, əvvəllər vaxtı-vaxtında ödəsə də, sonradan dəyişdiyini, Təqsirləndirilən şəxs avtomobil mühərrik yağı, təkər, akkumulyator satdığını, malların Təqsirləndirilən şəxs adına yazıldığını, pulları Təqsirləndirilən şəxs kassaya ödədiyini, ödənilən məbləği xatırlamadığını bildirdi. Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxslərin, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, habelə elan edilməklə tədqiq edilmiş ifadələrlə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də mötəbərliyi və mümkünlüyü üzrə qiymətləndirilməklə sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş: xx.xx.2023-cü il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın hissəvi ləğv edilməsi, cinayət işinin başlanması və aidiyyəti üzrə göndərilməsi haqqında” qərardan görünür ki, xx.xx.2023-cü il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərar Təqsirləndirilən şəxs əməlinə hüquqi qiymət verilməsi hissəsində ləğv edilməklə, fakta görə Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə cinayət işi başlanmışdır. (Cild 1, iş vərəqə 1-3) xx.xx.2022-ci il tarixli Zərərçəkmiş şəxs MMC tərəfindən Bakı şəhəri Sabunçu rayon prokurorluğuna ünvanlanmış şikayət ərizəsindən görünür ki, cəmiyyətin işçisi Şahid1 Cavid adlı şəxslə qabaqcadan əlbir olub qanuna zidd hərəkətlər nəticəsində 106000 manat məbləğində ziyan vurmuşdur. (Cild 1, iş vərəqə 7-9) xx.xx.2021-ci il tarixli auditor rəyindən görünür ki, cəmiyyətin işçisi Şahid1 həmin tarixədək Zərərçəkmiş şəxs MMC-dən çıxan 106890 manat dəyərində maldan 10000 manat dəyərini ödəmiş, qalan pulu, yəni 96890 manat dəyərində malları və ya pulu qaytarmamışdır. (Cild 1, iş vərəqə 10-15) xx.xx.2021-ci il tarixli “Borcun qarşılıqlı üzləşdirilməsi” aktından görünür ki, 106890 manat dəyərində mallar cəmiyyətin müştərisi kimi "xxxx" MMC-nin adına sifariş olunaraq qeydə alınmış və mallar anbardan götürülmüş, həmin malların sifarişi "xxxx" MMC-nin adına qeydə alınsa da, əslində mallar Şahid1 göstərişi ilə sonuncunun tanışı olan Təqsirləndirilən şəxs adlı müştəriyə təhvil verilmişdir. Sonradan xx.xx.2021-ci il tarixdə Şahid1 göstərişi ilə maliyyə-mühasibatlıq qeydlərində dəyişiklik edilmiş və həmin mallara dair qaimələr "xxxx" MMC-nin adından silinməklə tanışı Təqsirləndirilən şəxs adına (müştəri qismində) rəsmiləşdirilmişdir. Satış müdiri vəzifəsində işləyən Şahid1 göstərişi ilə cəmiyyətin anbarından götürülən 106890 manat dəyərində malların alğı-satqısına dair hər hansı müqavilə bağlanmamış, mallara görə yaranmış 106890 manat puldan Şahid1 xx.xx.2021-ci il tarixdə cəmiyyətə 10000 manat ödəniş etmiş, ödənilməli pul 96890 manat təşkil etmişdir. (Cild 1, iş vərəqə 30) xx.xx.2021-ci il tarixli Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı bildirişdən görünür ki, Şahid1 və Zərərçəkmiş şəxs MMC arasında bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “a” bəndinə əsasən, yəni tərəflərdən birinin təşəbbüsü ilə xitam verilmişdir. (Cild 1, iş vərəqə 35) xx.xx.2021-ci il tarixli notarial qaydada təsdiq edilmiş kredit müqaviləsindən görünür ki, həmin tarixdə Şahid1 99500 manat məbləğində pulu borc qismində Təqsirləndirilən şəxs vermişdir. (Cild 1, iş vərəqə 38) xx.xx.2021-ci il tarixli icra qeydindən görünür ki, həmin icra qeydi ilə X2 xeyrinə Təqsirləndirilən şəxs müddət üçün vaxtında ödənilməmiş 99520 manat tutulması qərara alınmışdır. (Cild 1, iş vərəqə 69) Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2022-ci il tarixli, 9/7164 nömrəli ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, iş materiallarında öz əksini tapmış yuxarıda qeyd olunan sənədlərdə göstərilən əməliyyatların aparılması istintaq orqanı tərəfindən qəbul olunduğu təqdirdə həmin sənədlər üzrə Şahid1 öhdəsində yaranan çatışmazlıq 96890,00 manat məbləğində müəyyən olunur. Əmələ gələn çatışmazlıqla bağlı kimin (kimlərin) öhdəliyində yaranması və bu çatızmazlığa görə kimin (kimlərin) məsuliyyət daşıması məsələsi hüquqi xarakter olduğundan bu xüsusata istintaq orqanı tərəfindən qiymət verilməlidir. (Cild 1, iş vərəqə 99-103) xx.xx.2022-ci il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs əməlində Cinayət Məcəlləsinin 179-cu maddəsinin tərkib əlamətləri olmadığından barəsində cinayət təqibinin başlanması rədd edilmişdir. (Cild 1, iş vərəqə 90-95) xx.xx.2023-cü il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın ləğv olunması barədə” qərardan görünür ki, Sabunçu rayon prokurorluğunun xx.xx.2022-ci il tarixli qərarı əsassız və qanunsuz olduğundan ləğv edilmişdir. (Cild 1, iş vərəqə 106-108) xx.xx.2023-cü il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs əməlində Cinayət Məcəlləsinin 179-cu maddəsinin tərkib əlamətləri olmadığından Cinayət-Prosessual Məcəlləsinin 39.1.2-ci maddəsinə əsasən barəsində cinayət işinin başlanması rədd edilmişdir. (Cild 1, iş vərəqə 129-137) xx.xx.2023-cü il tarixli “Hüquqi şəxsin zərərçəkmiş şəxs qismində tanınması haqqında” qərardan görünür ki, həmin tarixdə Zərərçəkmiş şəxs MMC zərərçəkmiş hüquqi şəxs qismində tanınmışdır. (Cild 1, iş vərəqə 145) xx.xx.2023-cü il tarixli “Zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi qismində tanınması haqqında” qərardan görünür ki, həmin tarixdə Zərərçəkmiş şəxs MMC-nin hüquqşünası Nümayəndə zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi qismində tanınmışdır. (Cild 1, iş vərəqə 149) xx.xx.2023-cü il tarixli “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona həmin maddə ilə ittiham elan olunmuşdur. (Cild 1, iş vərəqə 191-193) xx.xx.2024-cü il tarixli “Səs yazısının mətn formasına köçürülməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs Şahid1 səs yazısı göndərir və həmin səs yazısında deyir: Gör qardaşın səndən axırıncı dəfə bir dəfə xahiş eləsin, birinci və axırıncı dəfə, birinci yox axırıncı dəfə xahiş eləsin. Bax indi o, pulu biz altıncı günü götürürük, altıncı günü götürürük qaqa səhər tezdən, saat 10-da pulu götürüb verirəm sənə, 98910 manat. Prosto mən sənə nəyə görə dedim, bax bu malları sifariş verərdin, çünki bu qardaş altıncı günü malı boşaldıb getmək istəyir şeyə, Qazağa gedəcək tezdən, dükanlarına vurub rahat gedərdida, amma altıncı günü qaqa saat 10 tamamda pul səndədi, yəni altıncı günü 10 tamamda pulu gətirib verəcəm sənə, onsuzda qardaşına bilirsən nətəri, mən bilirəm alındıra bilərsən, əlindədi, yəni qardaş yana deyirəm sənə əlindədi, polnu alındıra bilərsən, bilirəm, yəni eləyə bilərsən. Bircə dəfə qardaşına axırıncı dəfə nir dənə köməklik elə, malı sifariş ver, mal elə bil ki, boşalmamışdan qabaq, mal boşalmamışdan qabaq gətirib pulu verirəm sənə, mal sonra boşalır. Yeni bildinda nə demək istəyirəm qaqa? Mal boşalmamışdan qabaq pulu verirəm sənə mal gedir boşalır. Prosta biz pulu altıncı günü götürəcəyik, elə deyirəm altıncı günü də malı boşaldaq ki, çıxsın getsin, başuva dönərəm. Gör bu yaxşılığı qardaşuva eləyə bilirsənmi, sənin qadan alaram”. (Cild 1, iş vərəqə 232) xx.xx.2024-cü il tarixli “Maddi sübut kimi tanıma haqqında” qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs səs yazısı olan 1 ədəd “DVD” disk maddi sübut kimi tanınmışdır. (Cild 1, iş vərəqə 234) xx.xx.2024-cü il tarixli “Seçilmiş qətimkan tədbirinin dəyişdirilməsi haqqında” qərardan görünür ki, həmint tarixdə Təqsirləndirilən şəxs barəsində “Başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilərək “Polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. (Cild 1, iş vərəqə 250-251) xx.xx.2024-cü il tarixli “Sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə elan edilmiş ittihamın dəyişdirilmədən saxlanılması qərara alınmışdır. (Cild 2, iş vərəqə 1-27) Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2023-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkumluğu olmamışdır. (Cild 1, iş vərəqə 29) “AZE MİS” Elektron məhkəmə sistemindən əldə olunmuş məlumatdan görünür ki, Təqsirləndirilən şəxs himayəsində 2 azyaşlı, yəni xx.xx.2012-ci il və xx.xx.2016-cı il təvəllüdlü uşaqları vardır. Zərərçəkmiş şəxs MMC tərəfindən verilmiş ərizədən görünür ki, təqsirləndilən şəxs Təqsirləndirilən şəxs tərəfindən Zərərçəkmiş şəxs MMC-yə dəymiş ziyan tam olaraq ödənilmişdir. (Mənzillə əvəzləşdirilmişdir). Bu səbəbdən, təqsirləndirilən şəxs barəsində şikayət və tələbləri yoxdur. xx.xx.2024-cü il tarixli **********285 nömrəli notarial qaydada təsdiq edilmiş ərizədən görünür ki, Zərərçəkmiş şəxs MMC-nin nümayəndəsi Nümayəndə hazırki 1(101)- 2092/2024 nömrəli cinayət işi üzrə dəymiş zərər həmin cəmiyyətə tam şəkildə ödənildiyindən, Təqsirləndirilən şəxs qarşı heç bir iddia, tələb və şikayətinin olmadığını bildirmişdir. Əməlin tövsifi və digər hüquqi məsələlər: Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Avropa İnsan Hüquqları Məhkəməsinin formalaşdırdığı mövqeyə görə, Konvensiyanın 6-cı maddəsinə əsasən, hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Sübutların qiymətləndirilməsi əsasən yerli qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən, Avropa məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla, bütövlükdə prosesin ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. “Ədalətli məhkəmə araşdırması hüququ” kontekstində araşdırılmalı olan məsələ sübutların əldə edilməsi üsulu da daxil olmaqla bütövlükdə məhkəmə prosesinin ədalətli olub-olmamasından ibarətdir, bu da özlüyündə sübutların “qanunsuz” yolla əldə edilibedilməməsinin, Konvensiyada nəzərdə tutulmuş digər hüquqların pozulubpozulmamasının, pozuntu olduğu təqdirdə, onun xarakterinin müəyyən edilməsinə xidmət edir. Məhkəmə qeyd edir ki, bütün məhkəmə iclaslarında müdafiə tərəfinin hüquqlarına hörmət edilmiş, təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların, o cümlədən maddi sübutların tədqiqində şəxsən iştirak etmiş, ona sübutların etibarlılığına və onlardan istifadəyə etiraz etmək imkanları təqdim olunmuş, əleyhinə ifadə vermiş şahidlərə bilavasitə və müdafiəçi vasitəsi ilə suallar verilmiş, eyni zamanda öz lehinə ifadə verə biləcək şahidi dindirilmək imkanı təqdim edilmiş, öz alibisini sübut etmək üçün ona şərait yaradılmışdır. Bundan əlavə, sübutların keyfiyyəti, o cümlədən sübutların əldə edildiyi şərait onların etibarlılığını və ya dəqiqliyini şübhə altına almır, əldə edilmiş sübutlar iş üzrə digər materiallarla təsdiq olunur. Cinayət Məcəlləsinin 3-cü maddəsinin tələbinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Həmin Məcəllənin təqsirə görə məsuliyyət prinsipini ehtiva edən 7-ci maddəsində isə qeyd edilir ki, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Cinayət-Prosessual Məcəlləsinin 143-145.1-ci maddələrinin tələblərinə əsasən, sübutların toplanması ibtidai araşdırma və məhkəmə baxışı zamanı istintaq və digər prosessual hərəkətlərlə həyata keçirilir. Cinayət təqibi üzrə toplanmış həmin sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmçinin hər bir sübut mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” 22 iyun 2015-ci il tarixli qərarına görə, cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də, onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmiş əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə və subyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir. Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı, cinayət hadisəsinin baş vermə faktının və hallarının, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin və şəxsin təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. CPM-in 349.5-ci maddəsinə əsasən məhkəmə hökmünün əsaslı olması üçün məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun olmalıdır. Qeyd olunan cinayət mühakimə icraatının prinsiplərinə, sübutetməyə dair cinayət-prosessual normalara, məhkəmə aktının əsaslılığına dair meyarla birlikdə götürməklə baxdıqda aydın olur ki, həmin müddəalar tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliliyi üzrə lazımınca qiymətləndirilmiş işə aid olan və bir-biri ilə uzlaşan sübutların məcmusu ilə əsaslandırsın. Yalnız belə olduqda, məhkəmə cinayət-prosessual qanunun 28-ci maddəsi ilə ehtiva olunan vəzifələrini yerinə yetirmiş ola, onun qəbul etdiyi qərar isə (o cümlədən, şəxsin ona istinad edilən cinayətin törədilməsində təqsirli olması barədə nəticə) əsaslı sayıla bilər. Həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında da qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. “Təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını yalnız elə sübutlar təşkil etməlidir ki, hansı ki, qanuna müvafiq, yəni qanuni yolla əldə olunmalıdır” müddəası Avropa Məhkəməsinin Barbera, Messegue və Habardo İspaniyaya qarşı işində xüsusi vurğulanmışdır. Cinayət-Prosessual Məcəlləsinin 21.2-ci maddəsinin tələblərinə görə həmin Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Həmin Məcəllənin 145.3-cü maddəsinin tələblərinə görə isə ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin tələblərinə görə şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Cinayət-Prosessual Məcəlləsinin 146.1-ci maddəsinin tələbinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Məhkəmə yekun qərar çıxararkən cinayət və cinayət-prosessual qanunvericiliyinin maddi və prosessual normalarının tələbləri ilə yanaşı, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 22 iyun 2015-ci il tarixli “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair”, 17 mart 2011-ci il tarixli “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” qərarlarını rəhbər tutaraq, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” qərarı və 24 dekabr 2021-ci il tarixli “Məhkəmə hökmü haqqında” qərarlarının müddəalarını da nəzərə alır. Məhkəmə qeyd edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə ittiham irəli sürülmüşdür. Cinayət Məcəlləsinin 178.1-ci maddəsində dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etməyə görə cinayət məsuliyyəti müəyyən edilir. Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsinin tərkibi həmin Məcəllənin 178.1-178.3-cü maddələrində nəzərdə tutulmuş əməllər külli miqdarda ziyan vurmaqla törədildikdə yaranır. Həmin əməl ağır cinayət hesab edilməklə, maddəsinin sanksiyasında 5 ildən 10 ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Cinayət Məcəlləsinin 177-ci maddəsinin qeyd hissəsinə görə, həmin Məcəllənin 177- 182-ci, 185-187-ci və 189-1-ci maddələrində “xeyli miqdar” dedikdə, beş min manatdan yuxarı, lakin əlli min manatdan artıq olmayan məbləğ, “külli miqdar” dedikdə əlli min manatdan yuxarı, lakin beş yüz min manatdan artıq olmayan məbləğ, “xüsusilə külli miqdar” dedikdə beş yüz min manatdan yuxarı olan məbləğ başa düşülür. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Ali Məhkəmə Plenumunun qərarının 1-ci bəndinə əsasən, dələduzluq cinayəti aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə törədilir və əmlak sahibi öz əmlakını və ya ona olan hüququnu başqa şəxslərə yalan vədlərin təsiri altında könüllü surətdə verir. Törədilmiş əməl o halda Cinayət Məcəlləsinin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan suiistifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Dələduzluq yolu ilə əmlak hüquqları əldə etmə dedikdə, mülkiyyət hüququ, girov hüququ, tələb hüququ və varlanmaya səbəb olan sair hüquqları qanunsuz əldə etmə başa düşülməlidir. Bu hüquqlar müqavilələr və digər öhdəliklərdən əmələ gələn müvafiq sənədlərdə (məsələn, etibarnamədə, vəsiyyətnamədə, qiymətli kağızlarda, hesablaşma və sığorta sənədlərində və s.) əks oluna bilər. Dələduzluğun törədilməsi zamanı həqiqətə uyğun olmayan və ya gizlədilən məlumatlar kimi müxtəlif hallar, məsələn hüquqi faktlar, əmlakın dəyərinə və keyfiyyətinə, təqsirkarın şəxsiyyətinə, onun səlahiyyətlərinə və niyyətinə dair məlumatlar çıxış edə bilər. Etibardan sui-istifadə etmə həm də təqsirkarın əvəzsiz olaraq özünün və ya üçüncü şəxslərin xeyrinə əmlakı və ya ona olan hüququ ələ keçirmək məqsədi ilə üzərinə götürdüyü hər hansı öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda, məsələn kredit müəssisələrindən müəyyən məbləğdə kredit və ya zərər çəkmiş şəxsdən borc alaraq bunları qaytarmaq məqsədi güdmədiyi, hər hansı işin görülməsi, xidmətlərin göstərilməsi öhdəliyini üzərinə götürüb bunun üçün əvvəlcədən avans kimi müəyyən məbləğdə pul alaraq həmin işi görmədiyi (xidməti göstərmədiyi) və görmək (xidmət göstərmək) niyyətində olmadığı hallarda da baş verir. Dələduzluq cinayəti özgənin əmlakının təqsirkarın və ya üçüncü şəxslərin sahibliyinə keçdiyi və onların bu əmlaka dair istədikləri kimi sərəncam vermək və ya onlardan istifadə etmək imkanının yarandığı andan başa çatmış hesab edilir. Dələduzluq əmlaka olan hüququ ələ keçirmə formasında törədildikdə, cinayət təqsirkarın özgə əmlakına öz əmlakı kimi rəsmən (hüquqi əhəmiyyətli sənəd əsasında) sahib olmaq və onun üzərində sərəncam vermək imkanı əldə etdiyi andan, məsələn daşınmaz əmlaka mülkiyyət hüququ və yaxud qanuna görə qeydiyyat tələb olunduğu halda digər əmlaka hüquqlar qeydiyyata alındığı, müqavilənin bağlandığı, veksel üzərində köçürmə qeydinin (indossamentin) icra edildiyi andan, şəxsin əmlaka hüququnun tanınmasına dair məhkəmə qərarının qüvvəyə mindiyi gündən və yaxud digər səlahiyyətli orqan tərəfindən hüquq müəyyən edən aktın qəbul edildiyi vaxtdan başa çatmış hesab edilir. Məhkəmə baxışı zamanı ibtidai istintaq dövründə toplanmış sübutların mötəbərliyinə xələl gətirən hər hansı hal müəyyən edilmədiyindən, cinayət işi üzrə mövcud olan məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadığına görə məhkəmə şahidlərin ifadələrini, üzləşdirmə və digər istintaq hərəkəti protokollarını, əlavələri, işdə olan digər sənədləri sübut kimi qəbul edir. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs öz müdafiəsi üçün gətirdiyi dəlilləri əsassız hesab edərək belə nəticəyə gəlir ki, bu dəlillər yuxarıda göstərilən sübutlarla, yəni cinayət işinin materialları, şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları, habelə iş üzrə toplanmış digər sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs MMC-ni aldadaraq həmin cəmiyyətin etibarını qazanmış və nəticədə əmlak sahibi olan həmin cəmiyyət öz əmlakını könüllü surətdə Təqsirləndirilən şəxs vermişdir. Əmlakı əldə edərkən Təqsirləndirilən şəxs niyyəti hər hansı öhdəliyin yerinə yetirilməsi deyil, əvvəlcədən yaranmış şəxsi borclarını ödəmək olmuşdur. O, vaxtaşırı pulların bir hissəsini cəmiyyətə verməklə, cəmiyyətin etibarını qazanaraq daha çox məbləğdə pul ələ keçirmişdir. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli düzgün olaraq Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə tövsif edilmiş, onun ittiham olunduğu Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə olan cinayət əməlini törətməsini tam sübuta yetirilmişdir. Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları, təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini tədqiq edib Cinayət-Prosessual Məcəlləsinin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs əməlinin Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə tövsif edilməsi əsaslı, qanuni və ədalətlidir. Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirli bilinərək cəzalanmalıdır. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl qəsdən törədilmiş, başa çatmış cinayət olmaqla, təsnifata görə ağır cinayətlər kateqoriyasına aid edilir. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına və məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs hərəkətlərində Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin tərkibi vardır. Onun tərəfindən həmin cinayətin törədilməsi məhkəmə istintaqında tədqiq olunmuş dəlillərlə tam sübuta yetirilir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Buna görə də, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır. Cəzanın təyin edilməsi və digər həll edilən məsələlər: Məhkəmə kollegiyası təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1-ci, 41.2-ci və 58.3-cü maddələrini rəhbər tutur, habelə “Dələduzluq cinayətləri üzrə məhkəmə təcrübəsi haqqında” və “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qərarlarındakı müddəaları nəzərə alır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarında göstərilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə kollegiyası təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun müvafiq qərarın 45-ci bəndinə göstərilmişdir ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən, onların şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Məhkəmə Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsin himayəsində 2 azyaşlı uşağının olmasını, həmin Məcəllənin 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxslə barışıq əldə etməsini, həmin Məcəllənin 59.1.13-cü maddəsinə əsasən cinayət nəticəsində dəymiş ziyanı könüllü olaraq tamamilə ödəməsi və aradan qaldırmasını, həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən məhkumluğunun olmamasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, səmimi peşmanlığını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə kollegiyası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin əməlində cəzasını ağırlaşdıran halın müəyyən edilməməsini qeyd edir. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli, 2668 nömrəli Sərəncamında qeyd edilir ki, ibtidai istintaq və məhkəmə icraatı zamanı böyük ictimai təhlükə törətməyən və az ağır, o cümlədən iqtisadi fəaliyyət sahəsində cinayətlərə görə həbs qətimkan tədbirinin geniş tətbiq edilməsi, habelə həmin cinayətlərə görə azadlıqdan məhrum etmənin dinamikasının artması məhkumların sayının çoxalmasına və penitensiar müəssisələrin yüklənməsinə səbəb olur. Qeyd edilən Sərəncamın 8-ci bəndində ibtidai istintaq orqanları və məhkəmələr tərəfindən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunması, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi qərara alınmışdır. Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələblərinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 4(008)-919/2023 nömrəli qərarına əsasən Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsinə dair təqdimat və vəsatət təmin edilməmişdir. xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş, xx.xx.2024-cü il tarixdə “Polisin nəzarəti altına vermə” qətimkan tədbiri ilə dəyişdirilmişdir. (Cild 1, iş vərəqə 162; 176; 213-215; 216; 250-251) Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli 4№-li qərarının 1-ci bəndində göstərilir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Bununla yanaşı, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında“ 12 yanvar 1999cu il tarixli qərarında göstərilir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb eyni zamanda məhkumları islah etmək, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Təqsirləndirilən şəxsin ittiham olunduğu maddənin sanksiyasında azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulsa da, qanunun yuxarıda şərh edilən tələbləri baxımından törədilən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini nəzərə almaqla yanaşı, cəzanı yüngülləşdirən halları, yəni zərərçəkmiş şəxslə barışmasını, dəymin ziyanı tamamilə ödəməsini, ilk dəfə cinayət törətməsi, əvvəllər məhkumluğunun olmamasını, səmimi peşmanlığını, himayəsində 2 azyaşlı uşağının olmasını nəzərə alınmaqla məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını real surətdə çəkməsi cəzanın məqsədlərini təmin edə bilməz. Belə ki, məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən onun tərəfindən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmamasını, məhkəmə baxışı zamanı üzərinə düşən cinayət prosessual qanunvericiliyi ilə müəyyən edilmiş prosessual vəzifələri vicdanla yerinə yetirməsini, işin digər mühüm və diqqətə layiq hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, onun cəmiyyətdən tam təcrid olunmadan və azadlıqdan məhrum etmə növündə cəzasını real çəkmədən də islah olunmasını mümkün sayır. Belə ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanın real surətdə çəkilməsi Cinayət Məcəlləsinin cinayət məsuliyyətinin ədalət və humanizm prinsiplərini nəzərdə tutan 8 və 9-cu maddələrinin tələblərinə ziddir, onu cəmiyyətdən təcrid etmədən də islah etmək mümkündür, buna görə də məhkəmə təqsirləndirilən şəxs barəsində Cinayət Məcəlləsinin 70-ci maddəsinin tətbiqini mümkün hesab edir. Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən, müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq olunması barədə qərar çıxara bilər. Şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti müəyyən olunur. Bu müddət ərzində məhkum öz davranışı ilə islah olunmasını sübut etməlidir. Məhkəmə şərti məhkum etmə təyin edərkən məhkumun üzərinə onun islah olunmasına kömək edən vəzifələr qoya bilər. Məhkəmə, təqsirləndirilən şəxsin üzərinə müəyyən vəzifələr qoyulması məsələsini də müzakirə edərək hesab edir ki, onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulmalıdır. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 181-ci maddəsinin tələbinə görə sınaq müddəti məhkəmənin hökmünün qanuni qüvvəyə mindiyi gündən hesablanır. Sınaq müddətinin qurtarması ilə məhkum üzərində nəzarət dayandırılır və o, qeydiyyatdan çıxarılır. Təqsirləndirilən şəxs barəsində hökmün icrası Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Bakı şəhəri Probasiya İdarəsinə tapşırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbiri ilə bağlı məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polis nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilməli, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilməli və barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsinin tələblərini rəhbər tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs səs yazısının köçürüldüyü 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, Cinayət-Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs 100 (bir yüz) manat məbləğində məhkəmə məsrəflərinə aid olan ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. Bundan başqa məhkəmə qeyd edir ki, Zərərçəkmiş şəxs MMC-nin nümayəndəsi məhkəməyə mülki iddia ərizəsi ilə müraciət edib Təqsirləndirilən şəxs 90860 (doxsan min səkkiz yüz altmış) manat dəymiş maddi ziyanın və 363 (üç yüz altmış üç) manat dövlət rüsumunun Zərərçəkmiş şəxs MMC-nin xeyrinə tutularaq ödənilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iş üzrə baxış iclaslarında zərərçəkmiş şəxs tərəfindən təqdim edilən mülki iddia ərizələrinin icraata qəbul edilib-edilməməsi məsələsini müzakirə edərək icraata qəbul etmiş, müvafiq mülki iddiaya münasibətdə Zərərçəkmiş şəxs MMC mülki iddiaçı qismində, Təqsirləndirilən şəxs isə mülki cavabdeh qismində tanınmışdır. Cinayət-Prosessual Məcəlləsinin 89.1-ci maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməl nəticəsində maddi ziyan vurulması qənaətinə gəlməyə kifayət qədər əsaslar olduqda onun cinayət mühakimə icraatı qaydasında ödənilməsi barədə cinayət işinin icraatı zamanı iddia vermiş fiziki və ya hüquqi şəxs mülki iddiaçı qismində tanınır. Cinayət-Prosessual Məcəlləsinin 179.4-cü maddəsinə əsasən cinayət mühakimə icraatında mülki iddiaya mülki hüquq və hüququn digər sahələri üçün müəyyən edilmiş iddia müddəti tətbiq edilmir. Cinayət-Prosessual Məcəlləsinin 181.1-ci maddəsinə əsasən əmlakına vurulmuş ziyana görə fiziki və hüquqi şəxs cinayət mühakimə icraatı zamanı ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə və cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulduqda mülki iddia verməyə haqlıdır. Məhkəmə mülki iddia ilə bağlı məsələni müzakirə edərək belə qərara gəlir ki, müvafiq mülki iddia cinayət-prosessual qanunvericiliyin tələblərinə uyğun, vaxtında yazılı formada verilmiş, cinayət təqibi üzrə kimin kimə qarşı, hansı əsasla və hansı məbləğdə mülki iddia verməsi göstərilmiş, həmçinin zərərin ödənilməsi üçün konkret məbləğin və ya əmlakın tutulması barədə xahiş öz əksini tapmışdır. Məhkəmə qeyd edir ki, Zərərçəkmiş şəxs MMC-nin nümayəndəsi Nümayəndə xx.xx.2024-cü il tarixdə ərizə ilə müraciət edərək Təqsirləndirilən şəxs tərəfindən maddi ziyanın tam şəkildə ödənildiyini (mənzillə əvəzləşdirildiyini), bu səbəbdən mülki iddia və ödənilmiş dövlət rüsumunun geri qaytarılması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Habelə, məhkəmə iclasında Zərərçəkmiş şəxs MMC-nin nümayəndəsi Nümayəndə maddi ziyan tam ödənildiyindən iddiadan imtina etməklə mülki iddia üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Cinayət-Prosessual Məcəlləsinin 179.2-ci maddəsinə əsasən mülki-prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar həmin Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 261.0.4-cü maddəsinə əsasən iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa, hakim iş üzrə icraata xitam verir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 114.1.4-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə, ödənilmiş dövlət rüsumu geri qaytarılır. Məhkəmə belə nəticəyə gəlir ki, mülki iddiaçı iddiadan imtina etdiyindən və bu imtina da qəbul edilməli olduğundan, mülki iddia üzrə icraata xitam verilməli, ödənilmiş dövlət rüsumu mülki iddiaçıya qaytarılmalıdır. Məhkəmə kollegiyası, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar Cinayət- Prosessual Məcəlləsinin 132.1-ci maddəsinin tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut kimi tanınan Təqsirləndirilən şəxs səs yazısının köçürüldüyü 01 ədəd DVD disk hazırki cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, Cinayət-Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs 100 (bir yüz) manat məbləğində məhkəmə məsrəflərinə aid olan ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. Məhkəmə, Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verilməsini zəruri hesab edir və iş üzrə xüsusi müsadirə edilməli əmlakın müəyyən edilmədiyini qeyd edir. Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Məhkəmə hesab edir ki, Cinayət-Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən hazırki iş üzrə məhkəmə məsrəfi yoxdur. Habelə üzərinə həbs qoyulası əmlak yoxdur. Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli, “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 11 iyun 2005-ci il tarixli və “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” 30 aprel 2021-ci il tarixli qərarlarının müddəaları baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 05 (beş) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə, ona təyin edilmiş 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası 02 (iki) il sınaq müddəti müəyyən edilməklə şərti hesab edilsin. Sınaq müddətinin əvvəli hökmün qanuni qüvvəyə mindiyi vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. Hökmün icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı şəhəri Probasiya İdarəsinə tapşırılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilsin, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 100 manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. İş üzrə maddi sübutun, üzərinə həbs qoyulmalı olan, xüsusi müsadirə edilməli olan digər əmlakın olmadığı nəzərə alınsın. Mülki iddiaçı Zərərçəkmiş şəxs MMC-nin mülki cavabdeh Təqsirləndirilən şəxs qarşı 90860 (doxsan min səkkiz yüz altmış) manat maddi ziyanın və ödənilmiş 363 (üç yüz altmış üç) manat dövlət rüsumunun mülki cavahdehdən tutularaq mülki iddiaçıya qaytarılması tələbinə dair mülki iddiaya xitam verilsin. ********** nömrəli qəbz üzrə dövlət rüsumu kimi ödənilmiş 363 (üç yüz altmış üç) manat məbləğində pul Bakı şəhəri üzrə Baş Maliyyə İdarəsi tərəfindən Zərərçəkmiş şəxs MMC-yə qaytarılsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən hakim Fərid Namazov Hakimlər Əhməd Quliyev Telman Hüseynov
Məhkəmə qərarları › İş №1(101)-2092/2024
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-2092/2024
04.11.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver