Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-2098/2023 23.11.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Eldar Herov oğlunun sədrliyi ilə, hakimlər Hüseynov Cavid İbadulla oğlu və Hüseynov Səbuhi Sabir oğlundan ibarət tərkibdə, məhkəmə iclası katibi X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, müdafiəçi - "Universal" Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxxxx 1983-cü il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, 11 may 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri, Sabunçu rayon Məhkəməsinin 12 may 2023-cü il tarixli qərarına əsasən barəsində həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda, yəni 3,246 qram təmiz çəkidə narkotik vasitə kustar üsulla hazırlanmış heroini əldə edib üzərində saxlayaraq Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, “Daş karxanası” yaşayış massivi ərazisində yerləşən “Oba market” dükanının qarşısınadək daşımış, həmin ərazidə özünü şübhəli apardığı üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Əlahiddə X5 8-ci Patrul bölüyünün əməkdaşları tərəfindən 11 may 2023-cü il tarixdə saat 02 radələrində saxlanılaraq gətirildiyi Bakı şəhəri, Sabunçu rayon Polis idarəsi 14-cü Polis bölməsinin ünvan 2 ünvanında yerləşən inzibati binasında üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynindəki qara rəngli gödəkçənin sağ yan cibindən içərisində 3,246 qram çəkidə külli miqdarda narkotik vasitə kustar üsulla hazırlanmış heroin olan bir ədəd şəffaf selofan büküm aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında dindirilmiş Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, hadisə baş verən gün o, taksi ilə gedərkən Ramanı qəsəbəsində «Oba market»in yaxınlığında polis əməkdaşları maşını saxlatmış, əvvəlcə sürücüünün sənədlərini yoxlamış, sonra isə onun olduğu tərəfə keçmişlər. O, əllərini polislərə göstərib heç nəyi olmadığını bildirmişdir. Sonra polis işçisi əlini bardaçoka salmış, oradan bir bükülünü çıxarıb ona vermiş və bükülünün ona məxsus olduğunu demişlər. O, həmin bükülünün özənə aid olmadığın desə də, sonradan hər şeyi etiraf etmişdir və daha sonra onu polis bölməsinə aparmışlar. Verilən sualları cavablandıran Təqsirləndirilən şəxs bildirdi ki, o, narkoman kimi stresdən çıxmaq üçün heroindən istifadə edir və tutulmamışdan təxminən 5-6 ay qabaq narkotiklərdən istifadə etməyə başlamışdır. Narkotik vasitələri internet vasitəsi ilə müraciət etdiyi şəxslərdən əldə etmişdir. Sonuncu dəfə də tutulmamışdan qabaq tanımadığı şəxsdən təxminən 3 qram narkotik almış, həmin narkotikə görə 120 manat pul vermişdir. Maşından aşkar olunan narkotik vasitə ona məxsus olmuşdur. Həmin narkotiki öz şəxsi istifadəsi üçün almışdır. İstintaqda verdiyi ifadə düz yazılmışdır və özünə məxsusdur. Onu 4 nəfər polis əməkdaşı saxlamış, bu zaman polislər onu saxlamaq üçün post qurmuşlar. Onlar əyləşdikləri maşında 3 nəfər olmuşlar. Narkotik vasitə avtomobildəki qoltuq altından aşkar olunmuşdur. Onun üzərinə vəkilin iştirakı olmadan baxış keçirilmiş, bu barədə özünün ərizə verdiyini xatırlamır. Taksidə olan şəxsləri tanımamış, narkotik vasitəni Binəqədidə mağazanın qarşısında tanımadığı şəxsdən üzbəüz görüşüb almışdır. Narkotiki götürməyə həmin taksi ilə getmişdir. İstintaq təcridxanasına daxil olarkən onun üzərində xəsarət izləri olmamış və özü tərəfindən heç yerə şikayət edilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Əlahiddə X5 8-ci Patrul bölüyünün polis nəfəri Şahid ifadəsində göstərdi ki, xidmət apardıqları ərzidə oğurluqların sayının artması ilə əlaqədar patrul yoldaşı Mirabbas Mehrəliyevlə birlikdə 11 may 2023-cü il tarixdə Maştağa qəsəbəsi, «Daş Karxanası» yaşayış massivi ərazisinə xidmətdə olmuşlar. Gecə saat 02 radələrində diqqətlərini orada yerləşən «Oba» marketinin yaxınlığında bir nəfər onlarda böyük şübhələr doğurmuş və həmin şəxsdən şübhələnərək yaxınlaşıb özlərini təqdim etməklə orada nə etməsi və kim olması ilə maraqlanmışlar. Həmin şəxs onların polis əməkdaşları olduqlarını bilib narahat olmağa başlamış, verilən sualları çətinliklə cavablandırmışdır. Sorğu zamanı həmin şəxsin sanki üzərində olan nəyisə gizlətməyə çalışdığı hiss olunmuş və onu Polis bölməsinə aparmağı qərara almışlar. Onlar həmin şəxsi Polis bölməsinə dəvət etmiş, şəxs üzərində narkotik vasitə olduğunu bildirib onu aparmamağı xahiş etmişdir. Onlar isə həmin şəxsin xahişinə məhəl qoymayaraq onu 14-cü Polis bölməsinə aparmışlar və saxlanılan şəxsin Təqsirləndirilən şəxs olduğu müəyyən edilmişdir. Orada təhqiqatçı Samir Allahverdiyev tərəfindən vəkil dəvət olunmuş, onların iştirakı ilə şübhəli şəxsin üzərinə şəxsi axtarış aparılmışdır. Ona üzərində saxlanılması qanunla qadağan olunmuş hər hansı predmet varsa, təqdim etməsi təklif olunduqda, Təqsirləndirilən şəxs üzərində «kokos» adlanan narkotik vasitə olmasını etiraf etmiş və əynindəki gödəkçənin sağ yan cibinə salaraq oradan bir ədəd şəffaf selofan bükümü, şalvarının sol yan cibindən isə bir ədəd mobil telefonu çıxarıb təqdim etmişdir. Daha sonra saxlanılan şəxsin üzərinə tərəflərindən bir daha axtarış aparılmış, lakin başqa hər hansı bir əşya və predmet aşkar olunmamışdır. Saxlanılan şəxsin təqdim etdiyi selofan büküm təhqiqatçı tərəfindən açıldıqda içərisində qəhvəyi rəngli tozşəkilli kütlə olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs həmin kütlənin “kokos” adlanan narkotik vasitə olmasını, Biləcəri qəsəbəsi ərazisindən tanımadığı şəxsdən 120 manata əldə etdiyini və öz şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Baş verənlərin hamısı videokamera vasitəsi ilə çəkilərək qeydə alınmışdır. Həmin şəxsin üzərindən aşkar olunmuş sellofan büküm və mobil telefon cihazı iki ədəd ayrı-ayrı kağız zərflərə qablaşdıraraq möhürlənmiş, bu barədə protokol tərtib olunaraq bütün iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə kollegiyası iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, ekspert rəylərini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, iş materiallarında olan şəxsi axtarış və götürmə aparılması haqqında 11 may 2023-cü il tarixli protokola əsasən, həmin tarixdə Bakı şəhəri, Sabunçu rayon Polis idarəsi, 14-cü Polis bölməsində təhqiqatçı tərəfindən Azərbaycan Respublikası DİN Əlahiddə X5 8-ci Patrul Bölüyünün polis nəfərləri Şahid və Mirabbas Mehrəliyevin iştirakı ilə, barəsində şəxsi axtarış və götürmə aparılan şübhəli şəxs - xx xxxxxx 1983-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olmayan, Bakı şəhəri, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs üzərində videoçəkilişdən istifadə etməklə şəxsi axtarış və götürmə aparılmış, bu zaman Təqsirləndirilən şəxs əynindəki qara rəngli gödəkçənin sağ yan cibindən bir ədəd şəffaf selofan bükümdə narkotik vasitə heroinə bənzər maddəni, sol yan cibindən bir ədəd “Huawei” markalı mobil telefonu təqdim etmiş, selofan bükümdəki həmin maddəni xx.xx.2023-cü il tarixdə Biləcəri qəsəbəsi ərazisindən tanımadığı şəxsdən 120 manata alıb şəxsi istifadəsi üçün üzərində saxlayıb gəzdirdiyini bildirmişdir. Aşkar olunmuş 1 ədəd bükümdəki narkotik vasitəyə bənzər kütlə və bir ədəd mobil telefon qablaşdırılıb Azərbaycan Respublikası DİN-nin 100 saylı möhürü ilə möhürlənərək götürülmüşdür (cild 1, iş vərəqi 23-24). Cinayət işinə əlavə edilmiş baxış protokolundan görünür ki, şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində aparılmış şəxsi axtarış və götürmə zamanı çəkilmiş videogörüntülərin qeydə alındığı 1 ədəd DVD diskə baxış zamanı diskdə əks olunmuş görüntülərin protokollarda qeyd olunanlarla uyğunluq təşkil etdiyi müəyyən olunmuşdur (cild 1, iş vərəqi 90-91). Məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2023-cü il tarixli 6/2725 saylı rəyinə əsasən, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş və tədqiqata təqdim olunmuş bir ədəd selofan bükümdə təmiz çəkisi 3,246 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir (cild 1, iş vərəqi 31-35). İbtidai istintaq orqanının 12 may 2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs üzərindən xx.xx.2023-cü il tarixdə aşkar edilərək götürülmüş bir ədəd selofan bükümdə təmiz çəkisi 3,246 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin iş üzrə maddi sübut kimi tanınmış və ekspertiza tədqiqatından sonra qalıq qalan 3,146 qram çəkidə narkotik vasitə heroin saxlanılması ücün Sabunçu RPİ-nin saxlanc anbarına təhvil verilmişdir (cild 1, iş vərəqi 73-74). Məhkəmə-narkoloji ekspertizasının xx.xx.2023-cü il tarixli 4496 nömrəli rəyindən görünür ki, iş üzrə Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur, narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır, ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (cild 1, iş vərəqi 102-103). Məhkəmə-psixiatrik ekspertizasının xx.xx.2023-cü il tarixli 2246 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəlikdən əziyyət çəkmir, onda hal-hazırda və törətdiyi əməl dövründə hər hansı psixi xəstəliyin və psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmur, həmin dövürdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur, ona görə törətdiyi əməllər barədə anlaqlı hesab olunmalıdır. Onun hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs hal-hazırda da öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarındadır, barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiq edilməsinə ehtiyac yoxdur, cinayət işi üçün əhəmiyyət kəsb edən halları düzgün qavrayıb təsvir etmək iqtidarına malikdir (cild 1, iş vərəqi 104-107). İstintaq zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş külli miqdarda narkotik vasitəni haradan əldə etməsini, narkotik vasitələri satdığı istehlakçıları müəyyən etmək məqsədi ilə əməliyyat orqanına müvafiq əməliyyat tapşırıqları verilmiş, Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olmasına dair əməliyyat məlumatının olması təsdiq edilməmişdir (cild 1, iş vərəqi 88-89, 108). Cinayət işinə əlavə olunmuş doğum haqqında şəhadətnamələrin surətlərindən və "Elektron məhkəmə" informasiya sistemindən götürülmüş məlumatdan görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2010-cu il təvəllüdlü Roman Əsgərov və xx.xx.2012-ci il təvəllüdlü İlahə Əsgərova adlı iki azyaşlı uşağı vardır. Azərbaycan Respublikası DİN Baş Əməliyyat və Statistik İnformasiya idarəsindən alınmış xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunsa da, onun məhkumluğu ödənilmiş və hazırda o, məhkumluğu olmayan şəxs hesab edilməlidir (cild 1, iş vərəqi 79-80). Məhkəmə iclasında Təqsirləndirilən şəxs öz müdafiəsi üçün dəlilər gətirməmişdir. Şərh olunanlara və Azərbaycan Respublikası cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl düzgün tövsif edilmişdir, həmin əməl qəsdən törədilmiş, başa çatmış cinayətdir, təsnifatına görə ağır cinayətlər kateqoriyasına aiddir. Belə ki, Cinayət Məcəlləsinin 15.4-cü maddəsinə əsasən qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi on iki ildən artıq olmayan əməllər ağır cinayətlər hesab olunur. Həmin Məcəllənin 25.2-ci maddəsinə əsasən şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk etmiş, onun ictimai təhlükəli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, bu halda cinayət birbaşa qəsdlə törədilmiş hesab olunur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmədə Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə kollegiyası, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və təkzibedilməz sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini qəsdən törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsin himayəsində iki nəfər azyaşlı uşağının olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır, CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə cəzası ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələbinə görə, qəsdən törədilmiş ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq cəzanın başlanğıcı 11 may 2023-cü il tarixdən hesablanmalıdır. Belə ki, iş materiallarına əsasən Təqsirləndirilən şəxs həmin tarixdə Azərbaycan Respublikası DİN Əlahiddə X5 8-ci Patrul Bölüyünün əməkdaşları saxlanılaraq Bakı şəhəri, Sabunçu rayon Polis idarəsinin 14-cü Polis bölməsinə gətirilmiş və şübhəli ilə tutulmuş, həmin vaxtdan hal-hazıra qədər həbsdə saxlanılır. Həmçinin, Təqsirləndirilən şəxs 11 may 2023-cü il tarixdən başlayaraq həbsdə saxlanıldığı bütün müddət ona təyin olunacaq cəza müddətinə daxil edilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsində görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Eyni zamanda, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Məhkəmə kollegiyası məhkəmə-narkoloji ekspertizasının xx.xx.2023-cü il tarixli 4496 nömrəli rəyini əsas tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunduğundan və onun narkomaniyadan məcburi müalicəyə ehtiyacı olduğundan, Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbir tətbiq edilməli və ərazi narkoloji dispanserində qeydiyyata götürülməlidir. Azərbaycan Respublikası CPM-nin 132.1.4 və 132.1.6-cı maddələrinin tələblərinə əsasən, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməli, həmçinin maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Qeyd olunan müddəalara əsasən məhkəmə kollegiyası hesab edir ki, iş üzrə maddi sübutlar - Bakı şəhəri, Sabunçu RPİ-nin saxlanc anbarına təhvil verilməklə Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış zamanı aşkar edilərək götürülmüş və ekspertiza tədqiqatından sonra qalıq qalan 3,146 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılmasına dair videogörüntülərin qeydə alındığı 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə keçirilmiş ekspertiza tədqiqatı 55 (əlli beş) manat dəyərində qiymətləndirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.4-cü maddəsində ekspertə ödənilməli haqqlar məhkəmə məsrəflərinin bir növü kimi nəzərdə tutulmuşdur və həmin Məcəllənin 198.1-ci maddəsinə əsasən, həmin məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər. Bu səbəbdən, məhkəmə məsrəfləri hesab edilən 55 (əlli beş) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə köçürülməlidir. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli 222 №-li qərarına əsasən hər iş saatı üçün 6 manat hesabı ilə müdafiə xərcləri hesablanmalıdır. İş materiallarından görünür ki, ibtidai istintaq zamanı dövlət büdcəsinin vəsaiti hesabına təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etmiş vəkil X2 müdafiə xərci kimi 80 (səksən) manat pul hesablanmışdır və həmin pul vəsaiti Bakı şəhəri, 7 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Cinayət işində olan orderdən və hesabatdan görünür ki, məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs hüquqlarını dövlət büdcəsinin vəsaiti hesabına vəkil Müdafiəçi müdafiə etmiş, vəkil bununla bağlı 25 saat vaxt sərf etmişdir. Odur ki, vəkil Müdafiəçi ödənilməli olan 150 (yüz əlli) manat məbləğində pul vəsaiti Bakı şəhəri, “Universal” Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia verilməməsi, əmlak üzərinə həbs qoyulmaması və xüsusi müsadirə üçün təklif edilən əmlakın olmaması nəzərə alınmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344- 347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib, 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs təyin olunmuş cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 11 may 2023-cü il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. İş üzrə maddi sübutlar - Bakı şəhəri, Sabunçu RPİ-nin saxlanc anbarına təhvil verilməklə Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış zamanı aşkar edilərək götürülmüş və ekspertiza tədqiqatından sonra qalıq qalan 3,146 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılmasına dair videogörüntülərin qeydə alındığı 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə məsrəfləri hesab edilən: - 55 (əlli beş) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə köçürülsün; - cinayət işinin ibtidai istintaqı zamanı dövlət büdcəsinin vəsaiti hesabına təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etmiş vəkil X2 ödənilməli olan 80 (səksən) manat məbləğində pul vəsaiti Bakı şəhəri, 7 saylı Vəkil Bürosunun hesabına köçürülsün; - məhkəmə baxışı zamanı dövlət büdcəsinin vəsaiti hesabına təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etmiş vəkil Müdafiəçi ödənilməli olan 150 (yüz əlli) manat məbləğində pul vəsaiti Bakı şəhəri, «Universal» Vəkil Bürosunun hesabına köçürülsün. İş üzrə mülki iddia verilməməsi, əmlak üzərinə həbs qoyulmaması və xüsusi müsadirə üçün təklif edilən əmlakın olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu vaxtdan, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətinə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən hakim Eldar İsmayılov Hakimlər Cavid Hüseynov Səbuhi Hüseynov
Məhkəmə qərarları › İş №1(101)-2098/2023
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-2098/2023
23.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver