Məhkəmə qərarları › İş №1(101)-2098/2024

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-2098/2024

17.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-2098/2024 17.10.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Məhkəmənin hakimləri Tağıyev Azər Heydər oğlunun sədrliyi, X10 və X3 ibarət tərkibdə, Bəşirli Pərvanə Böyükağa qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi Bakı şəhəri 19 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.2002-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.2.1, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə olan marixuananı əldə edib daşıyaraq saxlamış və qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatını əldə edib, saxlayaraq daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs satış məqsədilə qanunsuz olaraq narkotik vasitə və qanunsuz olaraq odlu silah, onun komplekt hissəsi və döyüş sursatı əldə olunması, saxlanılması, daşınması üçün 500 manat pul veriləcəyi barədə xx.xx.2024-cü il tarixdə istifadəsində olan +**********18 nömrəli mobil telefona tanımadığı +**********14 xarici nömrədən “Teleqram” sosial şəbəkəsi vasitəsilə mesaj göndərən şəxsin təklifi ilə razılaşmış sonuncu ilə qabaqcadan əlbir olub, bir qrup şəxs halında birləşərək, həmin şəxsin xx.xx.2024-cü il tarixdə qeyd olunan xarici nömrədən onun mobil telefon nömrəsinə “Whatsapp” ani mesajlaşma sistemi vasitəsilə göndərdiyi mesajda göstərilən məkana, Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu dəmir yolu vağzalının yaxınlığında yerləşən zibilxanaya gələrək, oradan satış məqsədilə qanunsuz olaraq, içərisində külli miqdarda təmiz çəkisi 1125 qram olan bitki mənşəli kütlə tərkibində çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana və qanunsuz olaraq zavod üsulu ilə istehsal edilmiş, atəşə yararlı, yivli odlu döyüş sursatı hesab olunan 01 ədəd tapança, zavod üsulu ilə istehsal edilmiş, 9x19 mm kalibrli 40 ədəd patron və 9x19 mm kalibrli patron tutumuna malik olan, 1 ədəd sandıqça olan skoçlanmış zolaqlı zənbili əldə edib üzərində saxlamaqla daşımış, X7 Polis İdarəsinin Sabunçu stansiyasında X14 əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində həmin gün saat 19:30 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi B.Kəngərli küçəsi, Bakıxanov-Sabunçu dəmir yolu mənzilinin 13-cü km, 8-ci piketində saxlanılaraq, Sabunçu rayonu, Sabunçu qəsəbəsi Mayakovski küçəsində yerləşən Sabunçu stansiyasında X15 aparılmış və orada üzərinə şəxsi axtarış aparılan zaman sağ əlində saxladığı zolaqlı zənbilin içərisindən ağ rəngli sintetik torbada külli miqdarda təmiz çəkisi 1125 qram olan bitki mənşəli kütlə tərkibində çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana və zavod üsulu ilə istehsal olunmuş, 9 mm kalibrli, 1935-ci modelli, «Browning» konstruksiyalı, C32653 seriya və nömrəli, saz vəziyyətdə, atəş açmaq üçün yararlı, üzərində təyinatını dəyişdirən əlavə və dəyişiklik edilməmiş yivli odlu döyüş silahı hesab edilən 1 (bir) ədəd tapança, zavod üsulu ilə istehsal edilmiş, 9 mm kalibrli, «Browning» «Colt Commander» və digər konstruksiyalı tapançalarda, «Zəfər K», «Mətin», «Parabellum», «Mauser», «Walter P.38», 1935-ci il modelli tapançapulemyotlarda və s. uyğun kalibrli silahlarda istifadə edilmək üçün nəzərdə tutulmuş, istifadəyə yararlı, 9x19 mm kalibrli, döyüş sursatı hesab olunan 40 (qırx) ədəd patron və 12 ədəd 9x19 mm kalibrli patron tutumuna malik olan, «Browning» konstruksiyalı tapançada komplekt hissə kimi istifadə edilmək üçün nəzərdə tutulmuş funksional əhəmiyyət daşımayan 1 (bir) ədəd sandıqça aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, xx.xx.2024-cü il tarixində təxminən saat 17 radələrində istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsinə +**********14 xarici nömrədən “teleqram” şəbəkəsi vasitəsi ilə sms gəlmişdir. Həmin mesajda bir iş olduğu və əgər onu həll edərsə ona 500 manat məbləğində pul ödəniləcəyi qeyd olunmuşdur. O da həmin vaxt ehtiyacı olduğu üçün işin nədən ibarət olduğunu soruşmuş, lakin ona həmin vaxt cavab yazılmamışdır. xx.xx.2024-cü il tarixdə saat 16:00 radələrində “Whatsapp” şəbəkəsi vasitəsi ilə ona səsli mesaj göndərilərək bir ədəd silah və 1 kiloqramdan artıq miqdarda narkotik vasitəni onun qeyd etdiyi yerdən götürüb bir-iki gün özündə saxlayıb daha sonra isə onun deyəcəyi yerə qoyarsa əvəzində ona 500 manat pul veriləcəyi bildirilmişdir. Bundan sonra o, konumda ona göndərilən ünvana getdikdən sonra fikrindən daşınmış, silah və narkotiki götürmək istəməmişdir. Ona mesaj yazan adam sonuncunu şantaj edərək götürməsə onu tutduracağını bildirmişdir. O da götürməmiş geri, iş yerinə qayıtmaq istəyən zaman bir nəfər onun qoluna girmiş və onu maşına mindirmişdir. Daha sonra onu narkotik vasitə və silahın oduğu yerə aparmış və onun telefonunu götürüb “götürmüşəm, bunu nə edim” mesajı yazmışdır. Onun telefonunda internet olmamış və oradan bölməyə getmişlər. Orda onun telefonunu öz internetlərinə qoşub mesajı göndərmişlər. Daha sonra çantanı gətirərək, qabağına qoyaraq onu döyməyə başlamışlar. Təzyiqlərə dəvam etmədiyindən onların dediklərini edərək videoçəkilişdə çantanın ona məxsus olduğunu bildirmişdir. Lakin, o həmin çantanı götürməmiş və ümumiyyətlə heç görməmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə verdiyi ifadəsi elan olunmaqla tədqiq edildi və müəyyən olundu ki, o ifadəsində göstərmişdir ki, xx.xx.2024-cü il tarixində təxminən saat 17 radələrində istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsinə tanımadığı +**********14 xarici nömrədən “teleqram” şəbəkəsi vasitəsi ilə sms gəlmişdir. Həmin mesajda bir iş olduğu və əgər onu həll edərsə ona 500 manat məbləğində pul ödəniləcəyi qeyd olunmuşdur. O da həmin vaxt ehtiyacı olduğu üçün işin nədən ibarət olduğunu soruşmuş, lakin ona həmin vaxt cavab yazılmamışdır. xx.xx.2024cü il tarixdə saat 16 radələrində “Whatsapp” şəbəkəsi vasitəsi ilə ona səsli mesaj göndərilərək bir ədəd silah və 1 kiloqramdan artıq miqdarda narkotik vasitəni onun qeyd etdiyi yerdən götürüb bir-iki gün özündə saxlayıb sonra isə onun deyəcəyi yerə qoyarsa əvəzində ona 500 manat pul veriləcəyi bildirilmişdir. O, da bununla razılaşdıqdan sonra həmin nömrədən onun telefonuna konum göndərilmişdir. Bundan sonra o olduğu Xırdalan şəhərindən çıxıb Sabunçu dəmir yolu vağzalının qarşısında avtobusdan düşüb konumda göstərilən ünvana doğru piyada hərəkət etməyə başlamış və gəlib zibillik olan yerə çıxmışdır. Oradan həmin şəxslə əlaqə saxlamış və ona bir ədəd silah və 1 kiloqramdan artıq miqdarda narkotik vasitənin gizlədildiyi yerin şəkli göndərilmişdir. Həmin yerdən zolaqlı zənbili aşkar edib götürmüş və oradan 5-6 metr uzaqlaşarkən 3 nəfər mülki geyimdə polis əməkdaşı ona yaxınlaşıb, özlərini təqdim edib onun şəxsiyyətini təsdiq edən sənəd istəmişlər. Lakin, üzərində heç bir sənəd olmadığından onu X7 Polis İdarəsinin Sabunçu st XPŞ-nə dəvət etmişlər. О, polis əməkdaşları ilə birlikdə Sabunçu st.XPŞ-nə gəldikdən sonra polis əməkdaşları tərəfindən hüquqlarının müdafiə edilməsi üçün müdafiəçi dəvət olunaraq ona təqdim edilmiş və konfidensial görüşləri təmin edilmişdir. Daha sonra polis əməkdaşları tərəfindən onun üzərinə videoçəkilişlə şəxsi axtarış keçirilməsinə başlanılmışdır. Şəxsi axtarış keçirilərkən onun üzərində hər hansı bir qanunsuz əşya varsa təqdim etməsi təklif olunmuş, о da əlində olan skoçlanmış zolaqlı zənbili, sonra isə əynindəki göy rəngli cins şalvarın arxa cibindən 1 ədəd “Samsung A30” markalı mobil telefonu, salvarının sol cibindən 5 manat pulu və 1 ədəd “Birbank” kartını masanın üzərinə qoymuşdur. Həmin zənbil açıldıqda içərisində 1 torbada yaşımtıl rəngli, spesifik iyə malik olan kütlə, 1 ədəd tapança, 1 ədəd boş daraq və 40 ədəd patronlar aşkar olunmuşdur. О, xx.xx.2024-cü il tarixdə saat 17 radələrində istifadəsində olan mobil nömrəsinə tanımadığı xarici nömrədən “teleqram” şəbəkəsi vasitəsi ilə sms gəlməsini və həmin mesajda bir ədəd silah və 1 kiloqramdan artıq miqdarda narkotik vasitəni onun qeyd etdiyi yerdən götürüb bir-iki gün özündə saxlayıb sonra isə onun deyəcəyi yerə qoysa ona 500 manat məbləğində pul ödəniləcəyini bildirmişdir. О, bununla razılaşdıqdan sonra xx.xx.2024-cü il tarixdə saat 16 radələrində həmin nömrədən onun telefonuna konum göndərilmiş, bundan sonra olduğu Xırdalan şəhərindən çıxıb Sabunçu dəmir yolu vağzalının qarşısında avtobusdan düşüb konumda göstərilən ünvana doğru hərəkət etmiş, zibillik olan yerdən 1 ədəd silah və 1 kiloqramdan artıq miqdarda narkotik vasitənin gizlədildiyi zolaqlı zənbili aşkar edib götürmüşdür. Bundan sonra aşkar edilmiş kütlə, tapança, daraq və 40 ədəd patronlar qablaşdırılmaqla üzəri və bu barədə tərtib edilmiş protokol iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Bundan başqa məhkəmə iclasında Təqsirləndirilən şəxs ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, ona mesaj gələndə narkotik və silah götürməyə getdiyi barədə məlumatı olmuş, pula ehtiyacı olduğu üçün razılaşmışdır. Lakin, o, həmin yerə çatanadək fikrindən daşınmış, qorxmuş və bu səbəbdən də narkotik vasitəni və silahı götürməmiş, həmçinin polis əməkdaşları tərəfindən o, fiziki və psixi təyziqə məruz qalmışdır. Özünü yalnız Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.1 və 234.1-ci maddələri ilə təqsirli bilir. Daha sonra Təqsirləndirilən şəxs cavan olmasını nəzərə alaraq barəsində ədalətli qərarın çıxarılmasını məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün qismən etirafı ilə yanaşı, şahidlərin ifadələri, ekspertiza rəyləri, CD diskində olan video görüntülər və iş materiallarında olan digər mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, DYNPİ-nin Sabunçu st.XPŞ-nin baş əməliyyatçısı vəzifəsində çalışır. xx.xx.2024-cü il tarixdə “Vüsal” adlı şəxsin qanunsuz olaraq narkotik vasitələri və odlu silahı əldə edib, saxlamaqla daşıması barədə daxil olmuş məlumat həmin tarixdə Sabunçu st.XPŞ-nin rəhbərliyinə məruzə olunaraq əməliyyat tədbirlərinin keçirilməsi barədə razılıq əldə edilmiş və əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul edilmişdir. Bundan sonra əməliyyat qrupu üzvləri ilə birlikdə keçirilmiş əməliyyat tədbirləri nəticəsində “Vüsal” adlı şəxsin olduğu yer müəyyən edilərək xx.xx.2024-cü il tarixdə, saat 19:30 radələrində Sabunçu qəsəbəsi ərazisində Bakıxanov-Sabunçu dəmir yolu mənzilinin 13-cü km 8-ci piketinə getmişlər. Оrada bir nəfər şəxsin xarici əlamətlərinin “Vüsal” adlı şəxsin xarici əlamətləri ilə üst-üstə düşməsini dəqiqləşdirdikdən sonra həmin şəxsə yaxınlaşaraq özlərini təqdim edib Sabunçu st.XPŞ-nin əməkdaşları olduqlarını bildirərək həmin şəxsə özünü təqdim etməsini təklif еtmişlər. Həmin şəxs özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Bundan sonra həmin şəxsi Sabunçu st.XPŞ-nə dəvət етmiş, orada video çəkilişlə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçiriləcəyi elan edilmiş və əgər üzərində daşınması qadağan edilmiş qanunsuz əşya varsa təqdim etməsi təklif olunmuşdur. Sonuncu da əlində olan skoçlanmış zolaqlı zənbili və əynindəki göy rəngli cins şalvarın arxa cibindən 1 ədəd “Samsung A30” markalı mobil telefonu salvarının sol cibindən 5 manat pulu və 1 ədəd “Birbank” kartını masanın üzərinə qoymuşdur. Həmin zənbil açıldıqda içərisində 1 torbada yaşımtıl rəngli, spesifik iyə malik olan kütlə, 1 ədəd tapança, 1 ədəd boş daraq və 40 ədəd patronlar aşkar olunmuşdur. Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 17 radələrində istifadəsində olan mobil nömrəsinə tanımadığı xarici nömrədən “teleqram” şəbəkəsi vasitəsi ilə sms gəldiyini və həmin mesajda bir ədəd silah və 1 kiloqramdan artıq miqdarda narkotik vasitəni onun qeyd etdiyi yerdən götürüb bir-iki gün özündə saxladıqdan sonra onun deyəcəyi yerə qoysa ona 500 manat məbləğində pul ödəyəcəyi bildirilmişdir. Təqsirləndirilən şəxs də bununla razılaşdıqdan sonra xx.xx.2024-cü il tarixdə saat 16 radələrində həmin nömrədən onun telefonuna göndərilmiş ünvana getmək üçün olduğu Xırdalan şəhərindən çıxıb Sabunçu dəmir yolu vağzalının qarşısında avtobusdan düşüb konumda göstərilən ünvana doğru hərəkət etmiş, zibillik olan yerdən 1 ədəd silah və 1 kiloqramdan artıq miqdarda narkotik vasitənin gizlədildiyi zolaqlı zənbili aşkar edib götürmüşdür. Bundan sonra aşkar edilmiş kütlə, tapança, daraq və 40 ədəd patronlar qablaşdırılmaqla üzəri və bu barədə tərtib edilmiş protokol iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Məhkəmə iclasında Şahid1 verilmiş suallara cavab olaraq bildirmişdir ki, istər saxlanılarkən, istərsə də polis şöbəsində təqsirləndirilən şəxsə qarşı onlar tərəfindən hər hansı zorakı, fiziki və psixi hərəkətlər edilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 və Şahid3 onlardan əvvəl şahid qismində dindirilmiş Şahid1 ilə eyni məzmunlu ifadə verərək ifadələrində göstərmişlər ki, şöbədə Təqsirləndirilən şəxs əlində olan skoçlanmış zolaqlı zənbili və əynindəki göy rəngli cins şalvarın arxa cibindən 1 ədəd “Samsung A30” markalı mobil telefonu, salvarının sol cibindən 5 manat pulu və 1 ədəd “Birbank” kartını masanın üzərinə qoyaraq, həmin zənbilin içərisində 1 torbada yaşımtıl rəngli, spesifik qoxuya malik olan kütlə, 1 ədəd tapança, 1 ədəd boş daraq və 40 ədəd patronlar olduğunu bildirmiş və aşkar edilmiş kütlə, tapança, daraq və 40 ədəd patronlar qablaşdırılaraq bu barədə protokol tərtib edilmiş və iştirakçılar tərəfindən həmin protokol imzalarla təsdiq edilmişdir. Məhkəmə iclasında Şahid2 və Şahid3 verilmiş suallara cavab olaraq bildirmişlər ki, istər saxlanılarkən, istərsə də polis şöbəsində təqsirləndirilən şəxsə qarşı onlar tərəfindən hər hansı zorakı, fiziki və psixi hərəkətlər edilməmişdir. Cinayət işinin 1-ci cild 25-ci vərəqəsində olan xx.xx.2024-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 1-ci cild 95-100-cü vərəqələrində olan Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində xx.xx.2024-cü il tarixdən hesablanmaqla 04 ay müddətə həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 1-ci cild 205-207-ci vərəqələrində olan Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlama müddəti xx.xx.2024-cü il tarixədək uzadılmışdır. Cinayət işinin 1-ci cild 276-280-ci vərəqələrində olan Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlama müddəti xx.xx.2024-cü il tarixədək uzadılmışdır. Cinayət işinin 1-ci cild 330-336-cı vərəqələrində olan Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlama müddəti xx.xx.2024-cü il tarixədək uzadılmışdır. Cinayət işinə 2-ci cild 4-5-ci vərəqələrində olan Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri məhkəmə hazırlıq iclası keçirilənədək dəyişdirilmədən saxlanılmışdır. Cinayət işinin 2-ci cild 17-18-ci vərəqələrində olan Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2024-cü il tarixli məhkəmə hazırlıq iclasının qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Cinayət işinin 1-ci cild 42-44-cü vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 3-16-16-2-7/88 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “...Təqsirləndirilən şəxs...” yazıları və imzalar olan kağız paketdəki 01 (bir) ədəd ağ rəngli sintetik torbada təmiz çəkisi 1125 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Qeyd: Marixuananın təmiz çəkisi: 1125,0 qram, tədqiqata sərf edildi -0,2 qram, qalıq- 1124,6 qram. Cinayət işinin 1-ci cild 174-177-ci vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-ballistik ekspertizasının xx.xx.2024-cü il tarixli 3-16-16/2-3/162 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 1 (bir) ədəd silah zavod üsulu ilə, istehsal olunmuş, 9 mm kalibrli, 1935-ci modelli ““BROWNİNG”” konstruksiyalı C32653 seriya və nömrəli, tapançadır-yivli odlu döyüş silahı hesab edilir. Saz vəziyyətdədir və atəş açmaq üçün yararlıdır, üzərində təyinatını dəyişdirən əlavə və dəyişiklik edilməmişdir. Tədqiqata təqdim edilmiş 37 (otuz yeddi) ədəd predmet zavod üsulu ilə istehsal edilmiş, 9 mm kalibrli, “BROWNİNG”, “Colt Commander” və digər konstruksiyalı tapançalarda, “Zəfər K”, “Mətin”, “Parabellum”, “Mauser”, “Walter P.38”, 1935-ci il modelli tapançapulemyotlarda və s. uyğun kalibrli silahlarda istifadə edilmək üçün nəzərdə tutulmuş zavod üsulu ilə istehsal edilmiş 9x19 mm kalibrli döyüş sursatıdır-patrondur, təyinatı üzrə istifadəyə yararlıdır. Tədqiqata təqdim edilmiş 1 (bir) ədəd predmet 12 ədəd 9x19 mm kalibrli patron tutumuna malik olan “BROWNİNG” konstruksiyalı tapançada komplekt hissə kimi istifadə edilmək üçün nəzərdə tutulmuş funksional əhəmiyyət daşımayan sandıqcadır. Cinayət işinin 2-ci cildinə əlavə edilmiş olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə xətşünaslıq-ekspertizasının xx.xx.2024-cü il tarixli, 4/1485 nömrəli ekspert rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş, cinayət işinin 1-ci cildinin 20-ci vərəqində olan xx.xx.2024-cü il tarixli şübhəli şəxsə tutulan andan müdafiəçi tutmaq, dövlət hesabına müdafiəçi ilə təmin olunmaq hüquqlarının olması izah edilməklə vəkilin təqdim olunması haqqında “Protokol”un aşağı hissəsində “Şübhəli şəxs”: qrafasında “(Təqsirləndirilən şəxs)” yazılarının qarşısında olan imza; cinayət işinin 1-ci cildinin 21-22-ci vərəqələrində olan xx.xx.2024cü il tarixli şübhəli şəxsə hüquq və vəzifələrinin izah edilməsi barədə) “Bildiriş”in 2-ci vərəqində “Şübhəli şəxs”: qrafasında “(Təqsirləndirilən şəxs)” yazılarının qarşısında olan imza;cinayət işinin 1-ci cildinin 73-cü vərəqində olan xx.xx.2024-cü il tarixli təqsirləndirilən şəxsə müdafiəçinin təqdim edilməsi haqqında “Protokol”da “Təqsirləndirilən şəxs” qrafasında “Təqsirləndirilən şəxs” qarşısında olan imza – Təqsirləndirilən şəxs AYDİN OĞLU tərəfindən icra edilmişdir. Ekspertizaya təqdim edilmiş, cinayət işinin 1-ci cildinin 15-ci vərəqində olan xx.xx.2024-cü il tarixli (Müdafiəçilərin siyahısını şübhəli şəxsə təqdim edilməsi barədə) “Protokol”da “Şübhəli şəxs” qrafasında “Təqsirləndirilən şəxs” yazılarının qarşısında olan imzanın - Təqsirləndirilən şəxs tərəfindən icra olunub-olunmaması haqqında tədqiqat prosesinin təsviri hissəsinin göstərilən səbəblərdən müəyyən etmək mümkün olmamışdır. Cinayət işinin 1-ci cild 43, 175-ci vərəqələrində və 2-ci cildə əlavə edilmiş ekspertiza xərclərinə dair bildirişlərdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatların dəyəri 78 (yetmiş səkkiz), 64 (altmış dörd) və 124 (bir yüz dörd) manat olmaqla cəmi 266 (iki yüz altmış altı) manat təşkil edir. Cinayət işinin 1-ci cild 47-51-ci vərəqələrində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Kriminalistik Tədqiqatlar İdarəsinin xx.xx.2024-cü il tarixli 24/131 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 1 (bir) ədəd C32653 nömrəli silah zavod üsulu ilə Belçika dövlətində istehsal olunmuş 9 mm kalibrli Brauninq konstruksiyalı 1935-ci modelli tapançadır, yivli odlu silahdır, texniki cəhətdən sazdır və atəş üçün yararlıdır. Silahın hissə və mexanizmilərinin üzərində sonradan kustar üsulla heç bir əlavə dəyişiklik edilməmişdir. Tədqiqata təqdim edilmiş 1 ədəd daraq zavod üsulu ilə istehsal olunmuş 9x19 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş, həmin kalibrli Brauninq konstruksiyalı 1935-ci modelli tapançaların komplekt hissəsidirdarağıdır, texniki cəhətdən sazdır və təyinatı üzrə istifadə üçün yararlıdır. Tədqiqata təqdim edilmiş 40 ədəd patronlardan 20 ədədi zavod üsulu ilə xarici dövlətdə, 20 ədədi isə zavod üsulu ilə Azərbaycan Respublikasında istehsal olunmuş 9x19 mm kalibrli olmaqla, həmin kalibrli tapançadan atəş açmaq üçün nəzərdə tutulmuş döyüş sursatıdırlar və atəş üçün yararlıdırlar. Cinayət işinin 1-ci cild 221-222-ci vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X13 Şəxsi Ambulator X1 xx.xx.2024-cü il tarixli, 884 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs Kannabioidlərdən və psixostimulyatordan istifadə etmə halları olub. Lakin hal-hazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə sonuncu NARKOMANİYA xəstəliyindən ƏZAB ÇƏKMİR. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkaloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin 1-ci cild 224-225-ci vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi ”Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X12 ambulator məhkəməpsixiatrik ekspertizasının xx.xx.2024-ci il tarixli, 506 saylı rəyindən görünür ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs hazırda hər hansı Psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq va ya sair psixi xəstəlik əlamətləri aşkar olunmamışdır. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görədə Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Sonuncunun hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini ölçüb-biçmək və onları idarə etmək iqtidarındadır. Sonuncunun məcburi müalicəyə ehtiyac yoxdur. Cinayət işinin 1-ci cild 226-233-cü vərəqələrində olan xx.xx.2024-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmənin gedişatını əks etdirən 1 ədəd CD disk və sonuncunun istifadəsində olan 1 ədəd “Samsung” markalı mobil telefon maddi sübut kimi tanınaraq cinayət işinin materiallarında saxlanılmış, iş üzrə digər maddi sübut keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 1124,6 qram narkotik vasitə olan marixuana saxlanılması üçün DYNPİ-nin Sabunçu st.XPŞ-nə, 1 ədəd zavod üsulu ilə istehsal olunmuş, 9 mm kalibrli, 1935-ci modelli “BROWNİNG” konstruksiyalı C32653 seriyalı tapança, 1 ədəd daraq, tədqiqatdan sonrakı qalıq sayı 32 ədəd 9x19 mm kalibrli patronlar NBPİ-nin maddi sübutların saxlanılması anbarına təhvil verilmişdir. Cinayət işinin 1-ci cild 136-cı vərəqəsində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2024-cü il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1, 70-ci maddələri ilə təqsirli bilinərək 2 (iki) il 11 (on bir) ay 29 (iyirmi doqquz) gün müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, 01 il sınaq müddəti verilmiş və cəzasının sonu xx.xx.2020-ci ildə başa çatmışdır. Cinayət işinin 1-ci cild 140-146-cı vərəqələrində olan Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinərək 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, xx.xx.2018-ci il tarixdən xx.xx.2018-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu bir gün çıxılaraq, ona qəti olaraq 2 (iki) il 11 (on bir) ay 29 (iyirmi doqquz) gün müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilərək 01 il sınaq müddəti verilmişdir. Cinayət işinin 1-ci cildinə əlavə edilmiş şəxsi axtarış və götürmənin gedişatını özündə əks etdirən CD diskə məhkəmə iclasında baxış keçirilərkən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Sabunçu XPŞ-nə gətirildikdən və iştirakçılar elan olunduqdan sonra saat 21:35 radələrində Şöbənin əməkdaşlarının iştirakı ilə onun üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış aparılmazdan əvvəl sonuncuya hüquq və vəzifələri izah edilmiş və bundan sonra üzərində daşınması qadağan olunmuş qanunsuz əşya varsa təqdim etməsi təklif olunmuşdur. Bundan sonra sonuncu əlində olan skoçlanmış zolaqlı zənbili sonra isə əynindəki göy rəngli cins şalvarın arxa cibindən 1 ədəd “Samsung A30” markalı mobil telefonu salvarının sol cibindən 5 manat pulu və 1 ədəd “Birbank” kartını masanın üzərinə qoymuşdur. Həmin zənbil açıldıqda içərisində 1 torbada yaşımtıl rəngli, spesifik qoxuya malik olan kütlə, 1 ədəd tapança, 1 ədəd boş daraq və 40 ədəd patronlar aşkar olunmuşdur. Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 17 radələrində istifadəsində olan mobil nömrəyə tanımadığı xarici nömrədən “teleqram” şəbəkəsi vasitəsi ilə sms gəldiyini, həmin mesajda bir ədəd silah və 1 kiloqramdan artıq miqdarda narkotik vasitəni həmin şəxsin qeyd etdiyi yerdən götürüb bir-iki gün özündə saxlayıb sonra isə onun deyəcəyi yerə qoysa ona 500 manat məbləğində pul ödəniləcəyinin qeyd edildiyini bildirmişdir. Sonuncu bununla razılaşdıqdan sonra xx.xx.2024-cü il tarixdə saat 16 radələrində həmin nömrədən onun telefonuna məkan funksiyası ilə konum göndərilmiş, bundan sonra ona göndərilən ünvana getmək üçün Xırdalan şəhərindən çıxıb Sabunçu dəmir yolu vağzalının qarşısında avtobusdan düşüb konumda göstərilən ünvana doğru hərəkət etmiş, zibillik olan yerdən 1 ədəd silah və 1 kiloqramdan artıq miqdarda narkotik vasitənin gizlədildiyi zolaqlı zənbili aşkar edib götürmüşdür. Cinayət işinin 2-ci cild 47-ci vərəqəsində olan Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasının 3-16-17/40/2-5695/2024 saylı, xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə Bakı İstintaq Təcridxanasına gətirilmiş, ilkin tibbi müayinədən keçirilərək adına tibbi kitabça açılmışdır. Sorğu zamanı həbs olunan xəsarət almadığını bildirmişdir. Bədəninə baxış keçirən zaman zədə və xəsarət izi aşkar edilməmişdir. Bakı İstintaq Təcridxanasında saxlandığı dövrdə X16 Xidmətinə çağırış olmamışdır. Cinayət işinin 1-ci cild 121-ci vərəqəsində olan qəbzdən görünür ki, A.B.Nəcəfəliyev qardaşı Təqsirləndirilən şəxs məxsus 5 (beş) manat pulu və 1 ədəd “Kapital” banka aid **********388922 nömrəli kartı qəbul etmişdir. Azərbaycan Respublikası Konstitusiyanın 60-cı maddəsi hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verir. Avropa İnsan Hüquqları Məhkəməsinin «Van Mexelen və başqalarının Niderlanda qarşı» işi üzrə qəbul edilmiş 23 aprel 1997-ci il tarixli qərarının 50-ci bəndində göstərilmişdir ki, sübutların mümkünlüyü əsasən mili qanunvericiliklə tənzimlənən məsələ olduğundan məhs mili məhkəmələr onlara təqdim olunan sübutlara qiymət verməlidirlər. Məhkəmənin (İnsan Hüquqları Üzrə Avropa Məhkəməsinin) vəzifəsi şahid ifadələrinə qiymət vermək deyil, ümumilikdə məhkəmə araşdırmasının ədalətli keçirilibkeçirilməməsinə, o cümlədən təqdim olunan sübutların necə əldə olunmasını müəyyən etməkdən ibarətdir. B.Yusifavanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 07 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli qərarında qeyd edilmişdir ki, hər hansı cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmaması, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını Azərbaycan Respublikası cinayət prosesual qanunvericiliyi müəyyən edir (Azərbaycan Respublikası Cinayət Prosesual Məcəlləsinin 1.1-ci maddəsi). Hər hansı məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız Cinayət Prosesual Məcəlləsində (bundan sonra - CPM) göstərilən məsələlər hakim tərəfindən müzakirə edildikdən (hakim tərəfindən baxıldıqdan) sonra müşavirə otağında çıxarılır. CPM-nin həmin məsələlərin dairəsini müəyyənləşdirən 346.1-ci maddəsinə görə müzakirə edilməsi mütləq olan məsələlərdən biri də təqsirləndirilən şəxsin əməlinin cinayət qanununun müvafiq maddəsi əsasında ona ittiham elan edildiyi cinayətin əlamətlərinə uyğun olubolmamasıdır. Məhkəmə hökmü hər hansı əməli törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyətli məsələni və bununla da müəyyən mənada həmin şəxsin gələcək taleyini həll etdiyi üçün prosessual qanunvericilik onunla bağlı konkret tələblər irəli sürür. Cinayət prosesual qanunvericiliyə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmə hökmü Azərbaycan Respublikası Konstitusiyasının, CPM-nin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Hökmün əsaslı olması üçün isə, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə ictintaqında tətqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlməlidir (CPM-nin 349.3., 349.4., 349.5-ci maddələri). Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbirliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə qeyd edir ki, şəxsin əməlində bu və ya digər cinayətin tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin formalaşmış hüquqi mövqeyinə görə isə cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayəthüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Balakən Rayon Məhkəməsinin müraciətinə dair” 23 iyul 2021-ci il tarixli qərardadı) Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli Qərarının izah və tələblərini də rəhbər tutur. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” xx.xx.2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun: - 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir. - 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. - 1.0.10-cu maddəsinə görə isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə, məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. - 1.0.11-ci maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması - miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər kimi təsbit edildiyindən, narkotik vasitənin satış məqsədi ilə əldə edilməsi, saxlanılması dedikdə onun yaymaq məqsədi ilə əldə edilməsi, saxlanılması başa düşülməlidir. - 21.1-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlak həcminə əsasən müəyyən edilir. Şəxsi istehlak üçün nəzərdə tutulan narkotik vasitələrin və psixotrop maddələrin miqdarı onların təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyən olunur. 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya tələb olunan prekursorların siyahıları”na əsasən marixuana Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitədir. 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahılar”a əsasən qurudulmuş marixuananın kütləsi 5 qram təşkil etdikdə - xeyli miqdarından artıq miqdarda, 500 qram olduqda isə külli miqdarda narkotik vasitə hesab olunur. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli 2 №-li Qərarının 9-cu bəndində göstərilmişdir ki, narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitəni satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Beləliklə, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, Təqsirləndirilən şəxs və şahidlərin məhkəmə iclasında verdikləri ifadələri, ifadənin yerində yoxlanması protokolu, məhkəmə-tibbi, məhkəmə-bioloji, məhkəmə kriminalistik, məhkəmə ballistik, trasoloji və atəş izlərinin tədqiqi, məhkəmə-xətşünaslıq, məhkəmə-psixiatrik və psixoloji, məhkəmə-narkoloji ekspertizalarının rəyləri, foto şəkillər, CD diskdə olan videogörüntülərlə və digər iş materialları ilə onun qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə olan marixuana əldə edib daşıyaraq saxlaması və qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatını əldə edib, saxlayaraq daşıması cinayətlərini törətməsi tamamilə sübuta yetirildi. Sonuncunun əməlləri məhkəmə tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.2.1, 234.4.1 və 234.4.3-cü maddələri ilə tövsif olunmalı və həmin maddələrin sanksiyası həddində cəzalanmalıdır. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun” 04 mart 2011-ci il tarixli 2 №-li qərarında göstərilmişdir ki, bəşəriyyəti düşündürən, cəmiyyətin ciddi bəlasına çevrilən, insan cəmiyyətinin mənəvi və əxlaqi dəyərlərinə böyük zərbə vuran narkotiklərin qanunsuz dövriyyəsi və narkomanlıq ən ağrılı problemlərdən biridir; Azərbaycan Respublikası narkotiklərin qanunsuz dövriyəsinə qarşı mübarizəni tənzimləyən beynəlxalq hüquq normalarını tam, hərtərəfli və sistemli şəkildə əks etdirən Birləşmiş Millətlər Təşkilatının Konvensiyalarına, o cümlədən 1972-ci il protokolu ilə edilmiş düzəlişlərlə “Narkotik vasitələrə dair 1961-ci il Vahid Konvensiyasına”, “Psixotrop maddələr haqqında” 1971-ci il Konvensiyasına və “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə mübarizə haqqında” 1988-ci il Konvensiyasına qoşulmaqla bu cinayətlərə qarşı mübarizədə öz üzərinə mühüm vəzifələr götürmüşdür. Göründüyü kimi, yuxarıda qeyd edilən kriminal (qanunazidd) hərəkətlərin məqsədi narkotik vasitələrin satılmasına yönəldilmiş, burada kriminal əməl niyyətlə ifadə olunaraq qarşıya qoyulmuş məqsədə çatmaq üçün hazırlıq işlərinin aparılması ilə başa çatdırılmasına yönəldilmiş, formal quruluşa malik olan tərkiblərdə olduğu kimi cinayət tərkibinin obyektiv cəhəti ictimai təhlükəli hərəkətdən ibarət olmuş və qanunla qadağan edilən hərəkət törədildiyi andan başa çatmışdır. Məhkəmə təqsirləndirilən Təqsirləndirilən şəxs özünü qismən təqsirli bilməsi, narkotik vasitə marixuananı və silahı ona göndərilən ünvandan götürməyə getsə də fikrindən daşınaraq geri qayıtması barədə ifadələrini müdafiə xarakterli vasitə kimi qiymətləndirir və iş üzrə mövcud olan sübutlarla təkzib edildiyini nəzərə alır. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi bu ifadələr həqiqətə uyğun olmamaqla yanaşı, eyni zamanda işin həqiqi halları ilə də uyğunluq təşkil etmir. Belə ki, cinayət işinin materiallarında olan şəxsi axtarış, baxış və götürmə (1-ci cild, i/v 30), ifadənin yerində yoxlanması haqqında protokollardan (1-ci cild, i/v 70-72) şübhəli şəxsin izahatından (1-ci cild i/v 31-32), təqsirləndirilən şəxsin dindirmə (1-ci cild i/v 188- 190, 304-306) protokollarından və Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024cü il tarixli Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsi barədə qərarından görünür ki (1-ci cild i/v 95-100) görünür ki, təqsirləndirilən şəxs məhkəmə iclasında istərsə də məhkəməyədək istintaq dövründə dəfələrlə törətdiyi əməlləri tam etiraf edərək tərtib edilən sənədləri imzaları ilə təsdiq etmişdir. Bundan başqa məhkəmə qeyd etməyi zəruri hesab edir ki, məhkəmə iclasında Təqsirləndirilən şəxs ifadəsində cinayət işinin 1-ci cild 20-ci səhifədəki xx.xx.2024-cü il tarixli “şübhəli şəxsin tutulan andan müdafiəçi tutmaq, dövlət hesabına müdafiəçi ilə təmin olunmaq hüquqlarının olması izah edilməklə vəkilin təqdim olunması haqqında”, 1-ci cild 23-cü səhifədəki “hüquq və vəzifələrin izah edilməsi”, 1-ci cild 73-cü səhifədəki “təqsirləndirilən şəxsə müdafiəçinin təqdim edilməsi haqqında” protokollarda, 1-ci cild 22-ci səhifədəki “şübhəli şəxsə hüquq və vəzifələrinin izah edilməsi barədə” bildirişdə olan imzaların ona məxsus olmamasını qətiyyətlə vurğulamışdır. Lakin məhkəmə tərəfindən müdafiəçinin vəsatəti əsasında keçirilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 4/1485 nömrəli məhkəmə - xətşünaslıq ekspertizasının rəyinə əsasən yuxarıda göstərilən bütün protokol və sənədlərdə olan imzaların Təqsirləndirilən şəxs tərəfindən icra olunması öz təsdiqini tapmışdır. Bundan başqa məhkəmə iclasında baxış keçirilmiş şəxsi axtarış və götürməni özündə əks etdirən CD diskdə olan video görüntülərdən də müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs şəxsi axtarış zamanı əlində olan skoçlanmış zolaqlı zənbilin içərisində 1 torbada yaşımtıl rəngli, spesifik qoxuya malik olan kütlə, 1 ədəd tapança, 1 ədəd boş daraq və 40 ədəd patronlar olduğunu və onları xx.xx.2024-cü il tarixdə, saat 16 radələrində Sabunçu dəmir yolu vağzalının qarşısında avtobusdan düşüb onun telefonuna göndərilən ünvana gedərək götürdüyünü və üzərində saxladığını bildirmişdir. Məhkəmə həmçinin qeyd etmək istəyir ki, məhkəmə iclasında Təqsirləndirilən şəxs ifadəsində məhkəməyədək istintaq dövründə polis əməkdaşları tərəfindən ona qarşı qanunsuz hərəkət və fiziki təzyiq göstərilməsini bildirsə də, Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasının 3-16-17/40/2-5695/2024 saylı, xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə Bakı İstintaq Təcridxanasına ilkin tibbi müayinə keçirilərkən həbs olunan xəsarət almadığını bildirmiş, bədəninə baxış keçirən zaman isə zədə və xəsarət izi aşkar edilməmiş və Təcridxanada saxlandığı dövrdə X16 Xidmətinə çağırışı olmamışdır. Həmçinin, Təqsirləndirilən şəxs tərəfindən onun göstərdiyi faktlarla bağlı hər hansı bir orqana vəsatət və ya şikayət verilməmişdir. Bundan başqa məhkəmə araşdırması zamanı Təqsirləndirilən şəxs əldə etdiyi narkotik vasitə olan marixuananın xeyli miqdarından təxminən 225 dəfə, külli miqdarından təxminən 2.2 dəfə artıq olmasının müəyyən edilməsi bir daha təsdiq edir ki, o, narkotik vasitəni məhz satış məqsədi ilə əldə etmişdir. Bununla da, məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs tərəfindən məhkəmə iclasında verdiyi bu ifadələr cinayət məsuliyyətindən yaxa qurtarmaq üçün verilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə iclasında onun ittiham edildiyi əməlləri həyata keçirmək üçün hadisə yerinə getsə də narkotik vasitəni və silahı götürmək fikrindən daşınması, həmçinin, polis əməkdaşları tərəfindən ona qarşı fiziki və psixi zor tətbiq edilməsi ilə bağlı verdiyi ifadələr məhkəmədə tədqiq edilmiş sübutlarla öz təsdiqini tapmadığından və sübuta yetirilmədiyindən göstərilənləri onun məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirir və ona ittiham olunduğu Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.2.1, 234.4.1 və 234.4.3-cü maddələri ilə olan cinayət əməllərini törətməsi tam sübuta yetirilmiş hesab olunur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.1-ci maddəsinə əsasən qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə - iki ilədək müddətə islah işləri və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Həmin Məcəllənin 228.2.1-ci maddəsinə əsasən eyni əməllər qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə - üç ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Silahın, onun komplekt hissələrinin, döyüş sursatının, partlayıcı maddələrin və qurğuların qanunsuz hazırlanmasına, dövriyyəsinə və talanmasına dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 27 may 2005-ci il tarixli, 2 №-li qərarında göstərilmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, qanunvericilik Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsinin dispozisiyasında sadalanan hərəkətlərin qanunsuz olaraq edilməsini nəzərdə tutur. Qanunsuzluq həmin hərəkətlərin «Xidməti və mülki silah haqqında» Qanunun və «Fərdi şəxslərin odlu silah əldə etməsi və saxlaması üzərində nəzarət haqqında» Avropa Konvensiyasının tələblərinin pozulması ilə yanaşı, «Xidməti və mülki silahın dövlət kadastrının aparılması Qaydası»nın,«Xarici dövlətlərin hüquqi şəxslərinin, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasının ərazisində müvafiq olaraq xidməti və mülki silah əldə etməsi, saxlanılması və təyinatı üzrə istifadə etmə Qaydaları»nın, «Xidməti və mülki silahın Azərbaycan Respublikasına gətirilməsi və Azərbaycan Respublikasından aparılması Qaydaları»nın, «Azərbaycan Respublikasının ərazisində xidməti və mülki silahın satış Qaydaları»nın, «Xidməti və mülki silahın uçotu, saxlanılması, gəzdirilməsi, daşınması, göndərilməsi və təyinatı üzrə istifadə olunması Qaydaları»nın, «Silahın mühafizəsi ilə bağlı tələbləri»nin, «Mülki silahın kolleksiya edilməsi və ya onun sərgisinin keçirilməsi Qaydaları»nın, «Silahın geri alınması Qaydaları»nın və digər normativ aktların tələblərini pozmaqla törədilməsində ifadə olunur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrinə əsasən bu Məcəllənin 234.2, 234.3 və 234.3-1-ci maddələrində nəzərdə tutulmuş əməllər qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən külli miqdarda törədildikdə beş ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələrindəçəkilməsi müəyyən edilir. Həmin Məcəllənin 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusuna ağır və ya xüsusilə ağır cinayətlərdən hər hansı biri daxildirsə, təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda azadlıqdan məhrum etmə növündə qəti cəzanın müddəti iyirmi ildən çox ola bilməz. Cinayətlərin məcmusuna daxil olan cinayətlərdən birinə görə ömürlük azadlıqdan məhrum etmə növündə cəza və ya iyirmi il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edildikdə isə az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə qəti cəza təyin edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs gənc olmasını cəzanı yüngülləşdirən hal kimi qiymətləndirir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Qeyd olunanları nəzərə almaqla məhkəmə, Təqsirləndirilən şəxs cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, yüngülləşdirici halı, habelə cəzanın fərdiləşdirilməsi prinsipini, sonuncunun əvvəllər məhkum olunmasına baxmayaraq islah olunmamasını, təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.2.1, 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzasının təyin olunduğu təqdirdə təmin edilə bilər və ona həmin cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Yuxarıdakılara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.2.1, 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, həmin Məcəllənin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzalar qismən toplanılmaqla ona qəti cəza təyin edilməli və həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cinayət işinin materialları ilə Təqsirləndirilən şəxs azadlığı xx.xx.2024-cü il tarixdən faktiki olaraq məhdudlaşdırılması təsdiq edildiyindən məhkəmə hesab edir ki, sonuncunun cəza çəkmə müddətinin əvvəli Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən həmin tarixdən hesablanmalıdır. Bundan başqa, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Həmçinin məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X2 ekspert komissiyasının xx.xx.2024-cü il tarixli, 884 nömrəli rəyinə əsasən Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınmalıdır (i/v İ cild 221-222). Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Maddi sübutlarla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanımış şəxsi axtarışın, baxış və götürmənin gedişatını əks etdirən 1 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalı, digər maddi sübut Təqsirləndirilən şəxs istifadəsində olan 1 ədəd “Samsung” markalı mobil telefon sonuncunun özünə və ya ailə üzvlərinə qaytarılmalı, iş üzrə digər maddi sübut Sabunçu st.XPŞ-də saxlanılan keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 1124,6 qram narkotik vasitə olan marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, iş üzrə digər maddi sübut kimi tanınmış NBPİ-nin maddi sübutların saxlanılması anbarında saxlanılan 1 ədəd zavod üsulu ilə istehsal olunmuş, 9 mm kalibrli, 1935-ci modelli “BROWNİNG” konstruksiyalı C32653 seriyalı tapança, 1 ədəd daraq, tədqiqatdan sonrakı qalıq sayı 32 ədəd 9x19 mm kalibrli patron hökm qanuni qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə təhvil verilməli və iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərcinin cəmi 266 (iki yüz altmış altı) manat sonuncudan tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Bundan əlavə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.2.1, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 19 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2008-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Şərh olunanlara və AzərbaycanRespublikasının Cinayət-Prosessual Məcəlləsinin 197-198, 341-349, 351-353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.2.1, 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin, həmin Məcəllənin 228.2.1-ci maddəsi ilə 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına, həmin Məcəllənin 234.4.1 və 234.4.3-cü maddələri ilə 6 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 7 (yeddi) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 17 yanvar 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə profilaktik qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış 1 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış Bakı şəhəri Sabunçu st.XPŞ-də maddi sübutların saxlanma anbarında saxlanılan keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 1124,6 qram narkotik vasitə olan marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış NBPİ-nin maddi sübutların saxlanılması anbarında saxlanılan 1 ədəd zavod üsulu ilə istehsal olunmuş, 9 mm kalibrli, 1935-ci modelli “BROWNİNG” konstruksiyalı C32653 seriyalı tapança, 1 ədəd daraq, tədqiqatdan sonrakı qalıq sayı 32 ədəd 9x19 mm kalibrli patronlar hökm qanuni qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə təhvil verilsin. Təqsirləndirilən şəxs məxsus 01 ədəd “Samsung” markalı mobil telefon sonuncunun özünə və ya ailə üzvlərinə qaytarılsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci cəmi – 266 (iki yüz altmış altı) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X4, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 19 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 40 saata görə 240 (iki yüz qırx) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 19 saylı Vəkil Bürosunun hesablaşma hesabına köçürülsün. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmdən məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya protesti verilə bilər. Hökm ondan apelyasiya şikayəti və ya protesti verilmədiyi halda, məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər (sədrlik edən): Azər Tağıyev Elnur Nuriyev Kamran Muxtarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar