Məhkəmə qərarları › İş №1(101)-2099/2024

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-2099/2024

23.08.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-2099/2024 23.08.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər, X8 (sədrlik edən), X6 və X2 ibarət tərkibdə, məhkəmə iclasının katibi Nayıbov Pərviz Şakir oğlunun katibliyi, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs müdafiəçisi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, “A.İ.M.” Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə xx xxxxxx 2002-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, bağban işləyən, məhkumluğu olmayan, “Vətən Müharibəsi” iştirakçısı, “Vətən müharibəsi iştirakçısı” və “Ağdamın azad olunmasına görə” medalları ilə təltif edilmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2ömrəsiz evdə yaşayan, 04 aprel 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, 06 aprel 2024-cü il tarixdə barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyənetdi: Təqsirləndirilən şəxs 03 aprel 2024-cü il tarixdə saat 19:00 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi Y.Saratov küçəsi nömrəsiz evdə qardaşı Zərərçəkmiş şəxs ilə axşam yeməyi yeyərkən, sonuncuya masada olan ketçupdan istifadə tərzinə görə irad bildirməsi nəticəsində aralarında yaranmış şəxsi münasibətlər zəmnində baş vermiş mübahisə zamanı Zərərçəkmiş şəxs onun baş nahiyəsinə şillə vurmasından əsəbləşərək kolbasa doğramaq üçün əlində saxladığı soyuq silah hesab edilməyən, təsərrüfat-məişət təyinatlı mətbəx bıçağı ilə onu qəsdən bir dəfə vuraraq, Zərərçəkmiş şəxs qaraciyərin və yoğun bağırsağın yaralanmasına səbəb olan qarnının ön divarının sağ yarısının qarın boşluğuna nüfuz edən 1 (bir) ədəd deşilmiş-kəsilmiş yarası kimi həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid xəsarətlər yetirmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, 03 aprel 2024-cü il tarixdə saat 19:00-da evə gələrkən nənəsi Hüseynova Fati və qardaşı Zərərçəkmiş şəxs evdə görmüş, anası isə işdə olmuşdur. Nənəsi həmin vaxt evdə təmizlik işləri görürmüş. Nənəsi ondan qonaq otağında olan çarpayının həyətə çıxarılmasında kömək etməyini xahiş etmiş, qardaşı N.Nağızadənin köməkliyi ilə köhnə çarpayını həyətə çıxarmışlar. Səbəb isə çarpayının əvəzinə yeni divan sifariş verilmələri olmuşdur. Daha sonra nənəsi təmizlik işlərinə davam etmişdir. Qardaşı ilə mətbəxdə yemək yeməyə başlamışlar. Bu vaxt yanlarında kimsə olmamışdır. Stolun üzərində kolbasa ketçup, qazlı şirin içki olan “Cocacola” olmuşdur. Yemək yeyərkən qardaşı masada olan ketçupun qabını ağzına tutaraq ketçupu ədəbsiz formada ağzı ilə birbaşa formada sormağa başlamış, ona iradını bildirərək, həmin ketçupdan ondan başqa şəxslərin, eləcə də özünün istifadə etdiyini bildirmiş, ağzına vurmamasını xahiş etmişdir. Fuad cavabında yaxşı elədiyini demiş, o isə əlinin tərsi ilə onun ayağına 2 dəfə yavaşca şillə zərbəsi vurmuş, yenidən irad bildirmişdir. Qardaşı Fuad onun başına 2 dəfə şillə zərbəsi vurmuş, qardaşından bir yaş böyük olduğuna görə onun bu hərəkətini bunu qəbul edə bilməmiş, nəticədə əlində olan və kolbasa doğradığı mətbəxdə istifadə olunan bıçaqla bir dəfə qardaşı Fuadın qarın boşluğuna zərbə vurmuşdur. Bu vaxt səsə digər otaqda olan və təmizlik işləri görən nənəsi də gəlmişdir. Fuad mətbəxi tərk edərək əli ilə qarnını tutub həyətə tərəf qaçmış, həyətdə yerə uzanaraq qışqırmışdır. O, dərhal X10 xidmətinə zəng etmiş, bir müddət gözləsə də, həkim gəlməmişdir. O, piyada olaraq küçəyə çıxmış, Şəhər şossesində dayanan tünd göy rəngli “Opel” markalı avtomobilə yaxınlaşıb kömək etməsini xahiş etmişdir. Nənəsi ilə Fuad həmin avtomobillə xəstəxanaya getmişlər. O, evə girmiş, evdə yır-yığış işləri görmüş, Fuadı vurduğu bıçağı yuyub təmizləmiş, sonra digər otada biraz uzanmışdır. Daha sonra hava almaq məqsədi ilə evdən çıxmış, küçədə gəzişmişdir. Təxminən 1 saat sonra dayısı Elman ona zəng edərək, xəstəxanaya çağırmış, o, xəstəxnaya getmiş, orada olarkən polis əməkdaşları zəng edib onu 12-ci PŞ-nə dəvət etmişlər. Fuadı bıçaqla vurmaqda məqsədi sonuncunu qorxutmaq, xəsarət yetirmək olmuşdur, öldürmək niyyəti isə olmamışdır. Sonda törətdiyi əməldən səmimi peşman olduğunu bildirmişdir. Məhkəmə dövlət ittihamçısını, zərər çəkmiş şəxsi, təqsirləndirilən şəxsi, onun müdafiəçisini və şahidi dinləyərək, habelə iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməllərini törətmişdir, onun təqsiri özünün etirafedici ifadəsi ilə yanaşı aşağıda göstərilən sübutlarla təsdiq edilir. Məhkəmə Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 03 aprel 2024-cü il tarixdə, saat 19:00 qardaşı Təqsirləndirilən şəxs ilə yemək yeyərkən masada olan ketçup qabını ağzına birbaşa tutaraq ketçupu ədəbsiz formada sorduğu üçün qardaşı ona irad bildirmiş, sonuncunun iradını qeyrisəmimi qəbul edərək Muradın başına 2 dəfə şillə zərbəsi vurmuşdur. Qardaşı yaşca böyük olduğuna görə bunu qəbul edə bilməyib əlində olan və kolbasa doğradığı mətbəxdə istifadə olunan bıçaqla bir dəfə onun qarın boşluğuna zərbə vurmuşdur. Bu vaxt səsə digər otaqda olan və təmizlik işləri görən nənəsinin gəlmiş, nənəsi ilə birlikdə xəstəxanaya getmişlər. Təqsirləndirilən şəxs qarşı şikayət və tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 ifadəsində göstərmişdir ki, hadisə baş verən ünvanda qızı və nəvələri ilə birlikdə yaşayır. 03 aprel 2024-cü il tarixdə saat 19:30-da evdə təmizlik işləri görürmüş. Qonaq otağında olan köhnə çarpayının həyətə çıxarılmasında kömək etmələrini Murad və Fuaddan xahiş etmiş, digər otaqda təmizlik işlərinə davam etmişdir. Bir neçə dəqiqə sonra səs eşitmiş, tez mətbəxə gəlmiş, bu zaman Fuadın əli ilə qarın nahiyəsini tutub qışqırdığını görmüşdür. Daha sonra ağrıdan Fuad həyətə çıxmış, yerdə uzanıb qışqırmağa başlamış, bu zaman Muradın əlində bıçaq görmüş, Muraddan nə baş verdiyini soruşduqda o Fuadı bıçaqla vurduğunu demişdir. X12 xidmətinə zəng etsələr də gələn olmamış, bu səbəbdən Murad küçədən taksi çağırmış, özü isə Fuadla birlikdə Sabunçu xəstəxanasına getmişdir. Cinayət işinin materiallarında olan məhkəmə-tibbi ekspertizasının xx.xx.2024-cü il tarixli 853 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs qaraciyərin və yoğun bağırsağın yaralanmasına səbəb olan qarının sağ yarısının qarın boşluğuna nüfuz edən 1 (bir) ədəd deşilmiş-kəsilmiş yarası müəyyən edildi. Xəsarət deşici-kəsici əşya (əşyalar) təsirindən törənmişdir, bıçaqla yetirilə bilər, törənmə müddəti qərarda göstərilən xx.xx.2024-cü il tarixə uyğun gəlir, dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvuraya aiddir. Xarakter və lokalizasiyasına görə, xəsarətlərin yıxılma nəticəsində törənməsi, eləcə də müayinə olunan şəxsin özü tərəfindən özünə yetirilməsi inkar olunur. Cinayət işinin materiallarında olan məhkəmə ballistik ekspertizasının xx.xx.2024-cü il tarixli 3-16-16/2-3/622 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 01 (bir) ədəd bıçaq zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan təsərrüfat-məişət təyinatlı mətbəx bıçağıdır, soyuq silah hesab edilmir və üzərində sonradan hər hansı əlavə və dəyişiklik edilməmişdir. Cinayət işinin materiallarında olan ambulator məhkəmə psixiatrik ekspertizasının xx.xx.2024-cü il tarixli 957 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəliyin əlamətəri aşkar olunmur. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə hər hansı psixi (ruhi) xəstəlik qeyd olunmamışdır. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə hər hansı psixi xəstəlikdən əziyyət çəkməmişdir. Təqsirləndirilən şəxs həmin dövrdə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmə və onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə öz hərəkətlərini ölçüb-biçmək və onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs iş üçün əhəmiyyət kəsb edən halları düzgün qavrayıb təsviur etmək imkanına malikdir. Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs iş üçün əhəmiyyət kəsb edən halları düzgün qavrayıb təsvir etmək və onlar barəsində istintaqa ifadə vermək qabiliyyətinə malikdir. Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs hazırkı psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs törətdiyi əməl zamanı fizioloji affekt vəziyyətində olmamışdır. Cinayət işinin materiallarında olan DİN-in Kriminalistik Tədqiqatlar İdarəsinin xx.xx.2024-cü il tarixli 3-13-11/2-4595-2024 nömrəli məktubunda göstərilmişdir ki, hadisə yerinin müayinəsi zamanı götürülmüş əl izlərindən 01 ədədi xx.xx.2003-cü ildə Bakı şəhərində anadan olmuş Zərərçəkmiş şəxs sağ əlinin çeçelə (kola butulkasından götürülmüş) barmağının əksi ilə eynilik müəyyən etmişdir. Cinayət işinin materiallarında olan “Hadisə yerinə baxış keçirilməsi haqqında” 04 aprel 2024-cü il tarixli protokoldan görünür ki, hadisə yeri ünvan 2ömrəsiz evdir. Ev köhnə tikilidir, giriş hissəsinin sağ tərəfindən hamam otağı, dəhlizin sağ hissəsində mətbəx üçün ayrılmış hissə, daha sonra iç-içə formada olan 2 kiçik otaqdan ibarətdir. Hadisə evin mətbəx üçün ayrılmış hissəsində olmuşdur. Evin dəmir darvazası var, qonşuluqda yaşayış evləri mövcuddur. Küçədə, eləcə də hadisə yerinin yaxınlığında müşahidə kamerası mövcud deyil. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistik və İnformasiya İdarəsinin məlumatından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Azərbaycan Respublikasının cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməlləri ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir, həmin əməllər qəsdən törədilmişdir, başa çatmış cinayətlərdir, təsnifata görə ağır cinayətdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Beləliklə məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədedilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun şəxsiyyətini, yaşını, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, zərər çəkmiş şəxsin ona qarşı şikayətinin olmamasını, “Vətən müharibəsi” veteranı olmasını, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən verilmiş M/V 125333 saylı vəsiqədən görünür ki, Təqsirləndirilən şəxs müharibə veteranıdır. Cinayət işinin materiallarında olan İ-53782 saylı və İ-5180 saylı Azərbaycan Respublikası medalının vəsiqələrindən görünür ki, Təqsirləndirilən şəxs “Vətən müharibəsi iştirakçısı” və “Ağdamın azad olunmasına görə” medalları ilə təltif edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayəti etiraf edərək səmimi peşman olmasını, zərər çəkmiş şəxsin şikayətçi olmamasını, Vətən Müharibəsi” iştirakçısı olmasını, “Vətən müharibəsi iştirakçısı” və “Ağdamın azad olunmasına görə” medalları ilə təltif olunmasını Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar qismində nəzərə alır. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Təqsirləndirilən şəxsin törətdiyi cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, zərər çəkmiş şəxsin şikayətçi olmamasını, təqsirləndirilən şəxsin “Vətən Müharibəsi” iştirakçısı olmasını, “Vətən müharibəsi iştirakçısı” və “Ağdamın azad olunmasına görə” medalları ilə təltif olunmasını, o cümlədən onun barəsində işdə olan və ayrı-ayrılıqda yuxarıda sadalanan cəzasını yüngülləşdirən halın olub, cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alaraq məhkəmə Təqsirləndirilən şəxs cəza çəkmədən islah olunmasını mümkün sayır və hesab edir ki, onun barəsində Azərbaycan Respublikası CMnin 70-ci maddəsi tətbiq olunaraq, azadlıqdan məhrum etmə növündə təyin olunan cəza şərti olaraq tətbiq edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs sınaq müddəti müəyyən olunmalı və üzərinə onun davranışına nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulmalıdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarının 25-ci bəndində qeyd edilir ki, cəza şərti olaraq tətbiq edilərkən nəzərə alınmalıdır ki, Cinayət Məcəlləsinin 70.1-ci maddəsi məhz təyin edilmiş cəzanın cəzanın şərti olaraq tətbiq edilməsini təsbit etdiyindən, təqsirləndirilən şəxsin hökm çıxarılanadək həbsdə, ev dustaqlığında olduğu müddətlər təyin edilən cəza müddətinə hesablanmamalı və qərar çəkilməli olan deyil, təyin olunmuş cəzanın şərti olaraq tətbiq edildiyini əks etdirməlidir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Bu baxımdan məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 04 aprel 2024-cü il tarixdən 06 aprel 2024-cü il şübhəli şəxs qismində tutulduğu müddət Təqsirləndirilən şəxs təyin edilən azadlıqdan məhrum etmə növündə cəza müddətinə hesablanmamalıdır. Həmçinin qətimkan tədbirinə münasibətdə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırki cinayət işi üzrə müsadirə edilməli hər hansı əmlak müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.4-cü maddəsinə əsasən dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə edilmiş hallar istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Həmin Məcəllənin 132.1.7-ci maddəsinə əsasən dəyəri olmayan digər əşyalar məhv edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.6-cı maddəsinə əsasən, maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Həmin məcəllənin 135.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə əhəmiyyət kəsb edə bilən məlumatları hərf, rəqəm, qrafika və digər işarə formasında özündə əks etdirən kağız, elektron və ya digər daşıyıcılar sənəd hesab olunur. Məhkəmə hesab edir ki, maddi sübut qismində tanınaraq Sabunçu Rayon Polis İdarəsinin saxlanc anbarına təhvil verilmiş 01 (ədəd) bıçaq hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də məhkəmə xərclərinin ödənilməsidir. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 64 (altmış dörd) manat məbləğində ekspertiza xərci tutularaq dövlət büdcəsinə ödənilməlidir. Məhkəmə məsrəfləri ilə bağlı məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında hüquqlarını müdafiə etmiş Bakı şəhəri 24 saylı Vəkil Bürosunun vəkili X3 dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli, 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 06 manat məbləğində müəyyən edilmişdir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmənin 01 dekabr 2023-cü il tarixli iclasında göstərdiyi pulsuz hüquqi yardıma görə 05 (beş) iş saatı üçün 30 (otuz) manat məbləğində vəsait Bakı şəhəri 24 saylı Vəkil Bürosunun vəkili X3 ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri 24 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə və sınaq müddəti müəyyən olunmaqla Təqsirləndirilən şəxs təyin edilən azadlıqdan mərhum etmə cəzası şərti tətbiq edilsin. Sınaq müddəti 01 (bir) il müəyyən edilsin və hökmün qanuni qüvvəyə mindiyi gündən hesablansın. Hökm qanuni qüvvəyə mindikdən sonra Təqsirləndirilən şəxs üzərində nəzarətin həyata keçirilməsi Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs üzərinə onun davranışı üzərində nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Maddi sübut qismində tanınaraq Sabunçu Rayon Polis İdarəsinin saxlanc anbarına təhvil verilmiş 01 (ədəd) bıçaq hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Təqsirləndirilən şəxs 64 (altmış dörd) manat məbləğində ekspertiza xərci tutularaq dövlət büdcəsinə keçirilsin. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında göstərdiyi pulsuz hüquqi yardıma görə 05 (beş) iş saatı üçün 30 (otuz) manat məbləğində vəsait Bakı şəhəri 24 saylı Vəkil Bürosunun vəkili X3 ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri 24 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: Elnur Nuriyev (sədrlik edən) Azər Tağıyev Kamran Muxtarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar