Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-2099/2025 05.02.2026 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim: Kərimova Mahirə Nəzər qızının sədrliyi ilə, Hakimlər: Məmmədov Fəxri Afiq oğlu və Əsgərova-X1 ibarət tərkibdə, Məmmədov Rüstəm Mirhadı oğlunun katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs - Zərərçəkmiş şəxs, Müdafiəçi – Bakı şəhəri 7 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1989-cu il tarixdə Cəlilabad rayonu, Adnalı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, himayəsində azyaşlı uşaqları olan, orta təhsilli, fərdi əməklə məşğul olan, İİ qrup əlil, məhkumluğu olmayan, Cəlilabad rayonu, Şiləvəngə ərazi dairəsi, Adnalı kəndində qeydiyyatda olan, ünvan 1də yaşayan və barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (təsviri əsaslandırıcı hissəsində – CM) 126.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs insan həyatı üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurmuşdur. Belə ki, o, xx.xx.2025-ci il tarixdə, saat 22 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Südçülük sovxozunda özünə məxsus idarə etdiyi **-DY-*** dövlət qeydiyyat nişanlı avtomobilinin ön sağ oturacağında sərnişin qismində əyləşmiş tanışı Zərərçəkmiş şəxs ilə aralarında yaranmış şəxsi münasibətlər zəminində baş vermiş mübahisə zamanı Zərərçəkmiş şəxs onun ünvanına nalayiq ifadə işlətməsindən özünü təhqir olunmuş hesab edərək bu səbəbdən sonuncudan qisas almaq məqsədilə avtomobilin ön sol qapısının cibliyində olan istintaqa məlum olmayan deşici-kəsici aləti götürüb həmin alətlə Zərərçəkmiş şəxs sol sinə nahiyəsindən qəsdən bir dəfə vuraraq ona döş qəfəsinin sol yarısının ön səthinin döş boşluğuna nüfuz edərək sol ağciyərin yaralanmasına və soltərəfli hemopnevmotoraksa (sol döş boşluğuna sərbəst hava və qanın yığılmasına) səbəb olmuş bir ədəd deşilmiş-kəsilmiş yarası kimi bədən xəsarətləri yetirərək həyatı üçün təhükəli olan qəsdən sağlamlığa ağır zərər vurmuşdur. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs CM-nin 126.1-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, avqust ayının 17-də dostunun övladının ad günü məclisinə dəvət olunmuşlar, məclisdə spirtli içki də qəbul etmişdir. Evə gedən zaman tanımadığı bir avtomobil arxadan ondan yol istəmiş və yanından keçən zaman maşında ailəsinin olmasını nəzərə almayaraq onu nalayiq söyüşlərlə təhqir etmişdir. O, həmin avtomobilin arxasınca gedərək onu qarşıda saxlatdırmış və nə səbəbdən söyüş söydüyünü soruşmuşdur, həmin şəxslə mübahisələri yaranmışdır. Həmin vaxt Zərərçəkmiş şəxs yoldan keçəndə onların mübahisələrini görərək onları aralaşdırmışdır. O, ailəsini evə düşürtdükdən sonra həmin şəxslərin kim olmasını aydınlaşdırmaq məqsədi ilə yenidən həmin yerə qayıtmışdır. Bu zaman məhlədə Zaurla rastlaşmışdır. Zaurdan həmin şəxslərin kim olduğunu soruşmuş, Zaur da həmin şəxsləri tanmadığını bildirmişdir. Zaur ona içkili olduğunu, boş verməyini, olanları unutmağını məsləhət görmüş və onunla pivə içməyə getməklərini təklif etmişdir. Zaurun maşınına əyləşdikdən sonra o, Zaurdan təkidlə həmin şəxslərin kim olduğunu soruşmuş, həmin şəxsləri tanıdığını və bilərəkdən ona demədiyini bildirmişdir. Həmin zaman Zaur söyüş söymüş və aralarında mübahisə yaranmışdır. O da maşının qapısında olan bıçağı çıxarıb Zauru vurmuşdur. O, suallara cavab olaraq bildirmişdir ki, Zaurun deməsinə görə həmin şəxsləri tanımırdı. Zaur onunla qonşu olub. Zaurla mübahisələri sonuncunun onu söyməsi səbəbindən yaranıb. Əməlindən peşmandır, zərərçəkmiş şəxslə barışmışdır. Qarabağ uğrunda döyüşlərdə iştirak etməmişdir. Hərbi xidmət zamanı ayağından yaralanmışdır. Murovdağda hərbi xidmətdə olmuşdur. Hərbi xidmətdə yaralandığına görə 500 manat Prezident təqaüdü, 250 manat müavinat alır. O, müdafiəçisinin dedikləri ilə razı olduğunu, əlilliyini, himayəsində 4 azyaşlı uşağının olmasının nəzərə alınmasını xahiş etmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Məhkəmə qanunun sadalanan bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspert rəylərini və digər sənədləri də iş üzrə sübut növləri kimi qəbul edir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan edilərək tədqiq olunmuş ifadəsində göstərmişdir ki, o təxminən 10 ildir ki, ailəsi ilə birlikdə ünvan 1 ünvanında yaşayır. Onun ailə üzvləri arvadı X2, oğulları İbrahim Əsədli və Məhəmməd Əsədli, qızları İlahə Əsədli və Akifə Əsədlidən ibarətdir. O, özü 2008-ci ildən Qarabağ qazisidir. O hər iki ayaqlarını pəncədən itirmişdir. Ona dövlət tərəfindən 2020-ci il buraxılışlı **-DY-*** dövlət qeydiyyat nişanlı "Khazar” markalı avtomobil verilmişdir və o həmin avtomobil ilə fərdi olaraq taksi kimi fəaliyyət göstərirdi. Mütəmadi olaraq da Ramana qəsəbəsi Südçülük Sovxozunda meyvə-tərəvəz sataraq ailəsini dolandırmışdır. Onun qonşularla münasibəti həmişə yaxşı olmuşdur. Zərərçəkmiş şəxs təxminən 6 ildir ki, tanıyır və onunla qonşuluqda yaşayır, münasibəti həmişə yaxşı olmuşdur. O, 17 avqust 2025-ci il tarixdə qeyd etdiyi avtomobillə ailəsi ilə birlikdə əvvəlcədən dəvət aldığı dostunun uşağının ad günü məclisinə getmişdir. Ad günü məclisi Sabunçu rayonu, Ramana qəsəbəsində fərdi yaşayış evində idi. O həmin məclisdə qonaqlarla spirtli içki olan araq içmişdir. O məclis bitdikdən sonra saat 21 radələrində qeyd etdiyi avtomobillə ailəsi ilə birlikdə yaşadıqları evə qayıtmaq üçün yola düşmüşdür. O həmin vaxtı avtomobili özü idarə edirdi. Onlar avtomobil ilə Ramana qəsəbəsi Südçülük Sovxozunda “Kanalın üstü” deyilən yerdə öz yolunda hərəkətdə olan zaman arxasındakı dövlət qeydiyyat nişanını xatırlamadığı “Mercedes” markalı avtomobil ona ötmə əməliyyatı etmiş və onu ötən zaman onun ünvanına nalayiq söyüş söyərək “yol ver” demişdir. O bunu eşidən kimi avtomobilin uzaq vuran işıqları ilə “Mercedes” markalı avtomobilə saxlamısını istəmişdir. Həmin avtomobil onun qarşısında yolun sağ kənarında saxlamış və o da bunu görüb avtomobili saxlayaraq mühərriki keçirərək yerə düşmüşdür. Lakin ailəsi həmin vaxtı avtomobildə qalmışlar. “Mercedes” markalı avtomobildən əvvəllər tanımadığı təxminən 55 yaşlarında bir kişi və 25 yaşlarında bir cavan oğlan yerə düşmüşlər və ona yaxınlaşmışlar. Onlar ona yaxınlaşan kimi o onlara “avtomobilini öz yolu ilə asta sürür, nəyə görə söyüş söyürsən” demişdir. Bu vaxt o cavan oğlan ilə mübahisə etməyə başlamış və onlar bir-birini itləməyə başlamışlar. Bu vaxt onun qonşusu Zərərçəkmiş şəxs onlara yaxınlaşmış və onları aralayaraq hər birini öz avtomobilinə əyləşdirmişdir. Belə olan halda o avtomobili ilə öz evlərinə tərəf hərəkət etməyə başlamışdır. O ailəsini yaşadığı evə düşürmüşdür. O yolda hərəkətdə olan zaman özlüyündə fikirləşmişdir ki, ailəsini evə düşürüb təkrar oraya qayıtsın və həmin şəxslərlə yenidən söhbət etsin. O ailəsini evə düşürmüş və avtomobilinə tərəf gedərək sükana əyləşmişdir. O az öncə mübahisə etdiyi yerə tərəf hərəkət etməyə başlamışdır. O küçədə olan zaman mağazanın yaxınlığında Zərərçəkmiş şəxs olduğunu görmüş və sonuncunu görən kimi avtomobili saxlayaraq yerə düşmüşdür. O yerə düşən kimi Zərərçəkmiş şəxs az öncə mübahisə etdiyi şəxslərin kim olduğunu soruşmuş, sonuncu ona həmin şəxsləri tanımadığını və ona sakitləşməyini xahiş etmişdir. Zərərçəkmiş şəxs ona bir qədər irəlidə olan kafedə bir-iki bakal pivə içərək söhbət edə biləcəklərini demişdir. O da onunla razılaşaraq sükana əyləşmiş və Zərərçəkmiş şəxs isə ön sağ sərnişin oturacağına əyləşmişdir. Onlar avtomobildə olan zaman Zaur onun ünvanına nalayiq söyüş söyərək “sən içkilisən, nəyə görə küçənin ortasında mübahisə edirsən” demişdir. Bu söz onun xoşuna gəlməmişdir. Onlar avtomobil ilə təxminən 60-70 metr irəliyə getmiş və yol kəsişməsində o avtomobili qəflətən əyləci basaraq yolun sol kənarında saxlamışdır. O, avtomobili saxlayan kimi öz tərəfindəki sol qapının cibliyində bir neçə müddətdir ki, qoyduğu mətbəx bıçağını sol əli ilə götürərək Zərərçəkmiş şəxs sol döş qəfəsindən bıçaqla bir dəfə vurmuş və bıçağı çıxarmışdır. Zaur onun bıçaqla vurduğunu görüb ona söyüş söymüş və avtomobildən yerə düşüb qaçmağa başlamışdır. O hadisənin həyəcanından avtomobildən enərək bıçağı xatırlamadığı istiqamətə atmışdır. O yenidən avtomobilə əyləşərək öz evinə getmişdir. Arvadını və uşaqlarını götürərək bir qədər aralıda yaşayan bacısıgilə aparmışdır. O avtomobili onların həyətində saxlamış və dərhal DİN-in 102 xidmətinə zəng edərək baş vermiş hadisə barədə məlumat vermişdir. O, həmin vaxtı içkili vəziyyətdə imiş, o tanımadığı şəxslərlə mübahisə etdiyi üçün Zaur onu kənarlaşdırmış və o evinə çıxıb getmişdir. Bir qədər sonra o yenidən həmin şəxsləri müəyyənləşdirmək məqsədi ilə avtomobili ilə hərəkətdə olan zaman Zauru görmüş və avtomobili saxlayaraq ondan az öncə mübahisə etdiyi şəxlərin kim olduğunu soruşmuş və Zaur ona həmin şəxsləri tanımadığını bildirmişdir. Zaur onu avtomobilinə əyləşdirmiş və avtomobildə Zaur onun ünvanına nalayiq söyüş söyərək “nəyə görə içkili vəziyyətdə küçədə mübahisə edirdin?” irad olaraq bildirmişdir. Bu söz onun xoşuna gəlmədiyi üçün sol qapının cibliyindən bir neçə müddət əvvəl qoyduğu mətbəx bıçağını çıxarıb onun sol döş qəfəsinə bir dəfə zərbə vurmuşdur. O həmin mətbəx bıçağını bir neçə müddətdir ki, evdən götürüb avtomobilinə qoymuşdur. Belə ki o taksi fəaliyyəti ilə məşğul olduğu üçün yeməyini avtomobilində yeyirmiş və həmin vaxtı bıçaq lazım olurmuş, bu məqsədlə avtomobilində gəzdirirdi. Avtomobildə onlardan başqa heç kim yox idi. O, Zauru bıçaqla vuran zaman və sonra Zaur onu vurmamışdır. Həmin vaxtı heç bir hərəkət edə bilməmişdir. Belə ki, o qəflətən bıçağı götürüb Zaura zərbə endirmişdir. Hadisə anidən olmuş, təxminən 5-6 dəqiqə ərzində baş vermişdir. Hadisə avtomobilin içində olduğu üçün oraya heç kim toplaşmamışdır. Zərərçəkmiş şəxs bıçaqladıqdan sonra avtomobildən düşüb getmişdir. O həmin şəxsləri tanımır. Belə ki həmin şəxsləri orada ilk dəfə idi ki, görürdü. O, ailəsi yanında olduğu üçün həmin şəxslərlə normal söhbət edə bilmədiyi üçün həmin şəxsləri müəyyənləşdirmək məqsədi ilə yenidən oraya qayıtmışdır. O, onu öldürmək üçün vurmamışdır, çünki öldürmək istəsəydi o bir neçə dəfə onu vurardı. Məhkəmə baxışı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs göstərmişdir ki, işdən evə gedən zaman Hakimin avtomobilinin dayandığını, həmin avtomobildə onun ailə uşağının olmasını, Hakimin də kiminləsə mübahisə etdiyini görmüşdür. Maşından düşüb onları sakitləşdirərərək aralaşdırmışdır. Hakimlə mübahisə edən şəxslər iki nəfər idi, onlar öz maşınlarına, Hakim də öz maşınına oturub çıxıb getmişlər. O da öz evinə getmişdir. Evdə yemək yedikdən sonra mağazaya siqaret almağa çıxmışdır, mağazadan çıxıb kanalı üstünə çıxanda Hakimin maşını gəlib onun yanında dayanmış və ondan onunla mübahisə etdikləri şəxslərin kim olduğunu soruşmuşdur. O, Hakimə həmin şəxsləri tanımadığını, içkili olduğunu və onunla çay içməyə getməsini bildirmişdir. Hakim onun maşınına əyləşmişdir. Maşında Hakim yenə də səsini yüksəldərək təkidlə ondan həmin şəxslərin kim olduğunu soruşmuş, bu səbəbdən də aralarında mübahisə yaranmışdır, o da Hakimi söymüş, sonuncu da onu bıçaqla vurmuşdur. Hazırda Hakimlə barışmışlar, ona qarşı heç bir şikayət və tələbi yoxdur. O, suallara cavab olaraq bildirmişdir ki, Hakim onu vurduqdan sonra qaynatasıgilə getmiş, ordan da təcili yardım çağırmışdır. Hakim özü polisə təslim olub. Hakimlə barışmışdır, şikayət və tələbi yoxdur, xəstəxanada çəkdiyi xərclər hamısı ödənilib, sonuncuya həbslə bağlı olmayan cəza təyin edilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş: xx.xx.2025-ci il tarixli qərardan görünür ki, CM-in 126.1-ci maddəsi ilə ********* saylı cinayət işi başlanılmışdır. (İ cild, i.v. 1) xx.xx.2025-ci il tarixli hadisə yerinə baxış keçirilməsi barədə protokoldan görünür ki, hadisə Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Südçülük Sovxozunda baş vermişdir. Həmin istintaq hərəkəti zamanı müvafiq fotoşəkillər çəkilərək protokola əlavə olunmuşdur. (İ cild, i.v. 3-7) xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə CMin 126.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. (l cild i.v. 19-20) xx.xx.2025-ci il tarixli, 118571 saylı sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokolundan görünür ki, Təqsirləndirilən şəxs orta dərəcəli alkoqol sərxoşluğu vəziyyətində olmuşdur. (İ cild, i.v. 37) xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-in 126.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. (İ cild, i.v. 38-39) Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 4(008)-387/2025 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmiş, ev dustaqlığında saxlama müddəti 04 ay həddində müəyyən edilmiş, ev dustaqlığında saxlama müddətinin əvvəlli xx.xx.2025-ci il tarixdən hesablanmış, həmin Məhkəmənin xx.xx.2025-ci il tarixli, 4(008)-575/2025 saylı qərarı ilə barəsində seçilmiş ev dustaqlığında saxlanılma müddəti 15 gün yəni, xx.xx.2025-ci il tarixdən xx.xx.2026-cı il tarixədək uzadılmışdır (İ cild i.v. 60-68, 177-180) Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İnformasiya İdarəsinin xx.xx.2025-ci il tarixli tələbnaməsindən və Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(008)-467/2023 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin hökmü ilə CM-in 128-ci maddəsi ilə təqsirli bilinərək, CM-in 62-ci maddəsi tətbiq edilməklə 200 manat cərimə cəzasına məhkum edilmiş, xx.xx.2023-cü il tarixdə cəriməni tam ödədiyi üçün qeydiyyat çıxarılmışdır. (İ cild, i.v. 74-75, 77-83) Məhkəmə-tibbi ekspertizasının xx.xx.2025-ci il tarixli, 2181 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs döş qəfəsinin sol yarısının ön səthinin döş boşluğuna nüfuz edərək sol ağciyərin yaralanmasına və soltərəfli hemopnevmotoraksa (sol döş boşluğuna sərbəst hava və qanın yığılmasına) səbəb olmuş bir ədəd deşilmiş-kəsilmiş yarası müəyyən edildi. Xəsarət deşici-kəsici əşya (alət) təsirindən törənmişdir, qərarda göstərilən şəraitdə bıçaqla kənar şəxs tərəfindən yetirilə bilər, müddəti qərarda göstərilən xx.xx.2025-ci il tarixə uyğun gəlir və dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aiddir. (l cild i.v. 102-105) Şəxsiyyət vəsiqələrinin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2015-ci il təvəllüdlü X4, xx.xx.2017-ci il təvəllüdlü X6, xx.xx.2021-ci il təvəllüdlü X7, xx.xx.2024-cü il təvəllüdlü X3 adlı azyaşlı uşaqları vardır. (l cild i.v. 112) Azərbaycan Respublikası “Qarabağ Qaziləri” Birliyinin 1322 saylı vəsiqəsindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının müstəqilliyi və ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etmiş və yaralanmış, İİ qrup müharibə əlilidir. (l cild i.v. 113) Tibbi-Sosial Ekspert Komissiyasının xx.xx.2010-cu il tarixli müayinə aktından görünür ki, Təqsirləndirilən şəxs hər 2 ayağının İİİ, İV dərəcəli donvurmasına görə daraq sümüklərinin diafizinin proksimal 1/3 nahiyədən amputasiyadan sonrakı vəziyyət, yerişin pozulması diaqnozu müəyyən olunmuş, hərbi xidmət vəzifələrini yerinə yetirməklə əlaqədar ikinci qrup müddətsiz əlillik dərəcəsi verilmişdir. (l cild i.v. 114) Zərərçəkmiş şəxs xx.xx.2025-ci il tarixli notarial qaydada təsdiq edilmiş ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti, iddiası və tələbi yoxdur, ona dəymiş maddi ziyan tam şəkildə ödənilmişdir. (l cild i.v. 117) Məhkəmə tibbi-bioloji ekspertizasının xx.xx.2025-ci il tarixli, 691/2025-TBŞ nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs ABO sistemi üzrə qan qrupu: A/ll/təqdim olunan şəxsi məlumatlara dair portal sənədin kserosurətinə əsasən/ eskpertizaya təqdim edilən Zərərçəkmiş şəxs məxsus açıq bozumtul rəngli, qısaqol mayka və material kəsiyi/avtomobilin oturacağından götürülmüş kəsik hissə/ üzərində insan qanı ləkələri aşkar olundu. Ləkələrdə qanın qrup mənsubiyyəti ABO sistemi üzrə tədqiq olunduqda A antigeni, bəzi ləkələrdə həmçinin beta aqqlyutinini də alındı. Beləliklə, bu qan ləkələri Abeta/ll/ qruplu şəxsə, o cümlədən ABO sistemi üzrə Zərərçəkmiş şəxs məxsus ola bilər. Təqdim edilən Zərərçəkmiş şəxs məxsus qara rəngli qısaqol mayka üzərindəki ləkələrdə qan aşkar olunmadı. (l cild i.v. 122-126) Kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizasının xx.xx.2025-ci il tarixli, 3520 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hər hansı psixi xəstəlik aşkar olunur. Təqsirləndirilən şəxs xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Təqsirləndirilən şəxs xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik müəyyən edilmir. Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiq edilməsinə ehtiyac yoxdur. Təqsirləndirilən şəxs qərarda qeyd edilən əməli törədən zaman öz hərəkətlərinin faktiki xarakterini və ictiami təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs əməli CM-in 21 və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs fərdi-psixi xüsusiyyətlərində qıcığa qarşı həssaslıq, emosional qeyrisabitlik, hövsələsizlik aşkar olunmaqla xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Təqsirləndirilən şəxs əqli-intellektual imkanları normaya uyğundur. Təqsirləndirilən şəxs əqli-intellektual imkanları nəzərə alınmaqla, etdiyi hərəkətlər adekvat olaraq qavramaq, mahiyyətini dərk etmək, həmçinin öz hərəkətlərini idarə etmək qabiliyyətinə malikdir. (l cild i.v. 128-131) xx.xx.2025-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, hadisə yerində **-DY-*** dövlət qeydiyyat nişanlı avtomobilinin ön sağ oturacağından kəsilərək götürülmüş material kəsiyi, Zərərçəkmiş şəxs hadisə zamanı üzərində qan ləkələri olan əynindəki açıq bozumtul rəngli qısaqol mayka maddi sübut kimi tanınmış və saxlanılması üçün Sabunçu rayon Polis İdarəsinin Növbətçi Hissəsinə təhvil verilmişdir. (İ cild i.v. 133-140) xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-in 126.1-ci maddəsi ilə yenidən ittiham elan edilmişdir. (İ cild, i.v. 142-143) Azemis elektron məhkəmə informasiya sistemindən çıxarışdan və e-Sosial elektron informasiya sistemindən çıxarışından görünür ki, Hərbi xidmət vəzifələrini yerinə yetirməklə əlaqədar 250 manat müavinət (əlilliyə görə müavinət İİ qrup) və 500 manat məbləğində müavinət ( müharibə əlillərinə təqaüd İİ qrup) alır. Cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə məhkəmə belə nəticəyə gəlir ki; Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə CM-in 126.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsində təqsirli olması kifayət qədər sübuta yetirildi. Məhkəmə təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli CMin 126.1-ci maddəsi ilə düzgün olaraq tövsif olunmuş və o, həmin maddədə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinməli və cəzalandırılmalıdır. Həmin əməl qəsdən törədilmiş, başa çatmış cinayətdir, təsnifata görə ağır cinayətdir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarının 23-cü bəndində qeyd edilir ki, “Məhkəmələr nəzərə almalıdır ki, CPM-in 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi «Deveyer Belçikaya qarşı» iş üzrə qərarında göstərmişdir ki, «ittiham» termininə formal cəhətdən deyil, məzmun cəhətdən anlayış verilməlidir və Məhkəmə ittihamın zahiri təzahürlərinin arxasında nəyin durduğunu nəzərdən keçirməli və ittihamın irəli sürülməsi prosedurunun reallıqlarını araşdırmalıdır. Məhkəmə onu da qeyd edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilən zaman CM-in 58 və 59-cu maddələrinin tələbləri nəzərə alınmalıdır. CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə CM-in 59.1.4, 59.1.12, 59.1.13, 59.2-ci maddələrinə əsaslanmaqla təqsirləndirilən şəxsin himayəsində 4 azyaşlı uşağının olmasını, zərərçəkmiş şəxslə barışıq əldə edilməsini, şikayət, tələbin olmamasını, cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsini, əməlini etitaf edərək səmimi peşmançılıq çəkməsini, İİ qrup müharibə əlili olmasını, hər 2 ayağının İİİ, İV dərəcəli donvurmasına görə daraq sümüklərinin diafizinin proksimal 1/3 nahiyədən amputasiya olunmasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. CM-in 61-ci maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 126.1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. CM-in 60-cı maddəsinə əsasən həmin Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Cəzanı yüngülləşdirən qeyd olunan halın mövcud olduğunu, təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran halların olmadığını nəzərə alaraq məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən CM-in 60-cı maddəsinin tətbiq edilməsini qanuni hesab edir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə, cəza təyin edərkən CM-in 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunmuş cəzanın Təqsirləndirilən şəxs islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini, cəzasını yüngülləşdirən halları, cəzasını ağırlaşdıran halların olmamasını, CMin 60-cı maddəsinin tələblərini nəzərə alaraq Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə ittiham olunduğu maddələrin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasını təyin etməklə onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. Eyni zamanda məhkəmə Təqsirləndirilən şəxs şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, şəxsin 4 azyaşlı uşağının olması, zərərçəkmiş şəxslə barışıq əldə edilməsini, şikayət, tələbin olmamasını, cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsini, əməlini etitaf edərək səmimi peşmançılıq çəkməsini, İİ qrup müharibə əlili olmasını, hər 2 ayağının İİİ, İV dərəcəli donvurmasına görə daraq sümüklərinin diafizinin proksimal 1/3 nahiyədən amputasiya olunmasını cəzanı ağırlaşdıran halların mövcud olmamasını törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, qanunun ədalət və humanizm prinsiplərini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını çəkmədən də islah olunması mümkündür, onun barəsində təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının CM-in 70-ci maddəsinin tələblərinə uyğun olaraq şərti olaraq tətbiq edilməsi ədalətli, qanuni və əsaslıdır. CM-in 70.1-ci maddəsinə müvafiq olaraq müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. CM-in 70.2-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Həmin Məcəlləsinin 70.3-cü maddəsinə əsasən şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti müəyyən olunur. Bu müddət ərzində məhkum öz davranışı ilə islah olunmasını sübut etməlidir. Sınaq müddəti altı aydan beş ilədək müddətə müəyyən edilir. Odur ki, CM-in 70.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilən azadlıqdan məhrum etmə cəzası şərti olaraq tətbiq edilməli, sınaq müddəti müəyyən edilməli, barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri ləğv edilməli, onun barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilməli və həmin qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Sınaq müddəti ərzində Təqsirləndirilən şəxs davranışı üzərində nəzarət Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilməli, onun davranışı üzərində nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək və həmin orqanın çağırışlarına vaxtında gəlmək vəzifələri qoyulmalıdır. Məhkəmə, CPM-in 132-ci maddəsinin tələblərinə əsasən hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış və Sabunçu rayon Polis İdarəsinin Növbətçi Hissəsinə təhvil verilmiş hadisə yerində **-DY-*** dövlət qeydiyyat nişanlı avtomobilinin ön sağ oturacağından kəsilərək götürülmüş material kəsiyi, Zərərçəkmiş şəxs hadisə zamanı üzərində qan ləkələri olan əynindəki açıq bozumtul rəngli qısaqol mayka hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmiş, mülki iddia və ekspertiza xərci yoxdur. Yuxarıda göstərilənlərə əsasən CPM-in 197-198, 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzası şərti olaraq tətbiq edilməklə ona 02 (iki) il sınaq müddəti müəyyən edilsin. Sınaq müddətinin başlanğıcı hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Sınaq müddəti ərzində Təqsirləndirilən şəxs davranışına nəzarət Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs üzərinə sınaq müddəti ərzində onun davranışı üzərində nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək və həmin orqanın çağırışına vaxtında gəlmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri ləğv edilsin, onun barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilsin və həmin qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut kimi tanınmış və Sabunçu rayon Polis İdarəsinin Növbətçi Hissəsinə təhvil verilmiş hadisə yerində **-DY-*** dövlət qeydiyyat nişanlı avtomobilinin ön sağ oturacağından kəsilərək götürülmüş material kəsiyi, Zərərçəkmiş şəxs hadisə zamanı üzərində qan ləkələri olan əynindəki açıq bozumtul rəngli qısaqol mayka hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Cinayət işi üzrə xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmiş, mülki iddia və ekspertiza xərci yoxdur. Hökmdən elan olunduğu andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən hakim Mahirə Kərimova Hakimlər: Fəxri Məmmədov Leyla Əsgərova-Məmmədova
Məhkəmə qərarları › İş №1(101)-2099/2025
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-2099/2025
05.02.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver