Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-210/2025 25.02.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Sadıxov Rasim Əkrəm oğlu (sədrlik edən), Kərimov Novruz Ağakərim oğlu və Əsgərova-X5 ibarət tərkibdə, məhkəmə iclasının katibi X3, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X2 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər: Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs2 nümayəndələri «Verdiktum» Vəkil Bürosunun vəkili X39 və «Sirius» Vəkil Bürosunun vəkili Nümayəndə1, müdafiəçi: Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə açıq məhkəmə iclasında xx.xx.1992-ci ildə Cəlilabad rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, himayəsində üç azyaşlı uşağı olan, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Cəlilabad rayonu Komanlı kənd ərazi darəsi üzrə nümayəndəliyinin Komanlı kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs özgənin əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə xüsusilə külli miqdarda zərər vurmaqla ələ keçirib təkrarən dələduzluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs 2022-ci ilin may ayında Masallı rayonu ərazisində yerləşən “Xan Çinar” adlanan təzə bazarda qanunsuz olaraq səyyari şəkildə xarici valyuta alqı-satqısı, Azərbaycan Respublikasından xarici ölkəyə və xarici ölkədən Azərbaycan Respublikasına qanunsuz pul köçürülməsi fəaliyyəti ilə məşğul olduğu dövrdə ona müştəri kimi müraciət edən əkinçiliklə məşğul olan Zərərçəkmiş şəxs1 mütəmadi olaraq Rusiya Federasiyasından kartof toxumu alıb gətirdiyindən sonuncuda külli miqdarda pul olduğunu bilib özgənin əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirmək məqsədilə Masallı rayonu ərazisində 2022-ci ilin may ayının sonlarında istintaqa dəqiq məlum olmayan vaxtda və yerdə Zərərçəkmiş şəxs1 rus rublunun alqı-satqısında yaxşı qazanc olduğunu, həmin fəaliyyətlə məşğul olmaqdan ötrü sərmayə qismində pul verəcəyi təqdirdə ona verdiyi pulun 10 (on) faizi miqdarında hər ay qazanc verəcəyinə, tələb etdiyi vaxt sərmayə qismində verdiyi pulları tam şəkildə özünə geri qaytaracağına dair yalan vəd verərək aldatmış, aralarında yaranmış etibardan sui-istifadə edərək həmin məqsədlə Zərərçəkmiş şəxs1 hissə-hissə olmaqla, vahid niyyətlə əhatə olunan qəsdlə yəni 2022-ci ilin iyun ayının əvvəlindən 2022-ci ilin oktyabr ayının sonunadək olan müddət ərzində Cəlilabad rayonu Göytəpə şəhəri və Muğan kəndi ərazisində ayrı-ayrı yerlərdə ümumilikdə 267.400 (iki yüz altmış yeddi min dörd yüz) manat məbləğində pul alaraq həmin pulun 52.400 manatını 2022-ci ilin avqust ayında istintaqla dəqiq müəyyən edilməyən gündə Rusiya Federasiyasına Zərərçəkmiş şəxs1 şəxsiyyəti istintaqa məlum olmayan şəxslərin vasitəsilə əvəzləşdirmə üsulu ilə göndərsə də qalan 215.000 (iki yüz on beş min) manatı vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirib şəxsi ehtiyaclarına sərf etməklə verdiyi vədə əməl etməmiş, həmin əməlləri ilə özgənin əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə Zərərçəkmiş şəxs1 215.000 (iki yüz on beş min) manat məbləğində yəni külli miqdarda ziyan vurmaqla ələ keçirib dələduzluq etmişdir. Bundan başqa o, Azərbaycan Respublikasından xarici ölkəyə və xarici ölkədən Azərbaycan Respublikasına qanunsuz pul köçürülməsi fəaliyyəti ilə məşğul olduğu dövrdə Rusiya Federasiyasının Yekaterinburq şəhərində yaşayaraq orada biznes fəaliyyəti ilə məşğul olan tanışı Zərərçəkmiş şəxs2 2022-ci ilin sentyabr ayının sonlarından etibarən Rusiya Federasiyasından Azərbaycan Respublikasına pul göndərilməsinə köməklik etdiyi üçün sonuncuda mütəmadi olaraq külli miqdarda pul olduğunu bilib onun əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirmək məqsədilə təkrarən, 2022-ci ilin oktyabr ayının sonunda Masallı rayonu ərazisində olduğu vaxt «whatsapp» ani mesajlaşma proqramı vasitəsilə Zərərçəkmiş şəxs2 Rusiya Federasiyasından Azərbaycan Respublikasına pul göndərilməsi üçün ona müraciətlərini davam etdirəcəyi təqdirdə həmin pulları mövcud məzənnədən daha sərfəli məzənnə ilə qəbul edərək Azərbaycan Respublikasında dediyi şəxslərə qısa müddət ərzində tam şəkildə çatdırılmasını təmin edəcəyinə dair yalan vəd verərək onu aldatmış, aralarında yaranmış etibardan sui-istifadə edərək öz göstərişi əsasında Zərərçəkmiş şəxs2 Rusiya Federasiyasında hissə-hissə olmaqla yəni 01 noyabr 2022-ci il tarixdə Rusiya Federasiyasında Zərərçəkmiş şəxs2 şəxsiyyəti istintaqa məlum olmayan naməlum şəxslərin vasitəsilə özünün tapşırdığı şəxsiyyəti istintaqa məlum olmayan naməlum şəxsə Moskva şəhərinə nağd şəkildə göndərdiyi 4.500.000 (dörd milyon beş yüz min) rus rublu, şəxsiyyəti istintaqa məlum olmayan “Rəşad” adlı şəxsə nağd şəkildə göndərdiyi 4.000.000 (dörd milyon) rus rublu, Zərərçəkmiş şəxs2 Rusiya Federasiyasında həmin gün saat 09:53-də şəxsiyyəti istintaqa məlum olmayan Q. Ruzi Qabil oğlunun “Sberbank”-a aid ****8544 nömrəli bank kartından özünün tapşırdığı X11 “Sberbank”-a aid **********032686 nömrəli bank kartının hesabına köçürülməsini təmin etdiyi 300.000 (üç yüz min) rus rublu, saat 13:05-də şəxsiyyəti istintaqa məlum olmayan M. Elman Polad oğlunun “Sberbank”-a aid ****8618 nömrəli bank kartından özünün tapşırdığı X18 “Sberbank”-a aid **********708612 nömrəli bank kartının hesabına köçürülməsini təmin etdiyi 230.000 (iki yüz otuz min) rus rublu, saat 13:07-də şəxsiyyəti istintaqa məlum olmayan M. Elman Polad oğlunun “Sberbank”-a aid ****8618 nömrəli bank kartından özünün tapşırdığı X12 “Sberbank”-a aid **********776857 nömrəli bank kartının hesabına köçürülməsini təmin etdiyi 300.000 (üç yüz min) rus rublu, saat 13:08-də Zərərçəkmiş şəxs2 “Sberbank”-a aid **********252088 nömrəli bank kartından özünün tapşırdığı X18 “Sberbank”-a aid **********708612 nömrəli bank kartının hesabına köçürdüyü 50.000 (əlli min) rus rublu, saat 13:16-da şəxsiyyəti istintaqa məlum olmayan M. Ayxan Arzu oğlunun “Sberbank”-a aid ****4871 nömrəli bank kartından özünün tapşırdığı X12 “Sberbank”-a aid **********776857 nömrəli bank kartının hesabına köçürülməsini təmin etdiyi 100.000 (yüz min) rus rublu, saat 14:53-də şəxsiyyəti istintaqa məlum olmayan M. Natiq Süleyman oğlunun “Sberbank”-a aid ****8080 nömrəli bank kartından özünün tapşırdığı qardaşı X32 “Sberbank”-a aid **********119983 nömrəli bank kartının hesabına köçürülməsini təmin etdiyi 680.000 (altı yüz səksən min) rus rublu, saat 14:59-da şəxsiyyəti istintaqa məlum olmayan M. Elman Polad oğlunun “Sberbank”-a aid ****8618 nömrəli bank kartından özünün tapşırdığı qardaşı X32 “Sberbank”-a aid **********119983 nömrəli bank kartının hesabına köçürülməsini təmin etdiyi 107.500 (yüz yeddi min beş yüz) rus rublu, saat 15:01-də şəxsiyyəti istintaqa məlum olmayan Q. Amid Qayumoviçin “Sberbank”-a aid ****2466 nömrəli bank kartından özünün tapşırdığı qardaşı X32 “Sberbank”-a aid **********119983 nömrəli bank kartının hesabına köçürülməsini təmin etdiyi 20.000 (iyirmi min) rus rublu, saat 15:32-də şəxsiyyəti istintaqa məlum olmayan A. Əhliman Süleyman oğlunun “Sberbank”-a aid ****0256 nömrəli bank kartından özünün tapşırdığı X7 “Sberbank”-a aid **********817875 nömrəli bank kartının hesabına köçürülməsini təmin etdiyi 243.500 (iki yüz qırx üç min beş yüz) rus rublu, saat 15:35-də Şahid13 “Sberbank”-a aid ****2727 nömrəli bank kartından özünün tapşırdığı X7 “Sberbank”-a aid **********817875 nömrəli bank kartının hesabına köçürülməsini təmin etdiyi 256.500 (iki yüz əlli altı min beş yüz) rus rublu, saat 16:21-də X17 bank vasitəsilə özünün tapşırdığı Şahid16 “Sberbank”-a aid **********963557 nömrəli bank kartının hesabına köçürülməsini təmin etdiyi 2.000.000 (iki milyon) rus rublu, saat 17:19-da şəxsiyyəti istintaqa məlum olmayan Ş. Roman Qənbər oğlunun “Sberbank”-a aid ****8348 nömrəli bank kartından özünün tapşırdığı X8 “Sberbank”-a aid **********634940 nömrəli bank kartının hesabına köçürülməsini təmin etdiyi 107.200 (yüz yeddi min iki yüz) rus rublu, saat 17:28-də X40 “Sberbank”-a aid ****5135 nömrəli bank kartından özünün tapşırdığı X8 “Sberbank”-a aid **********634940 nömrəli bank kartının hesabına köçürülməsini təmin etdiyi 200.000 (iki yüz min) rus rublu, saat 17:40-da şəxsiyyəti istintaqa məlum olmayan B. Müşfiq Ətraf oğlunun “Sberbank”-a aid ****0527 nömrəli bank kartından özünün tapşırdığı qardaşı X32 “Sberbank”-a aid **********872065 nömrəli bank kartının hesabına köçürülməsini təmin etdiyi 374.000 (üç yüz yetmiş dörd min) rus rublu, saat 22:43-də X40 “Sberbank”-a aid ****5135 nömrəli bank kartından özünün tapşırdığı X8 “Sberbank”-a aid **********634940 nömrəli bank kartının hesabına köçürülməsini təmin etdiyi 212.000 (iki yüz on iki min) rus rublu, 02 noyabr 2022-ci il tarixdə Rusiya Federasiyasında Zərərçəkmiş şəxs2 şəxsiyyəti istintaqa məlum olmayan naməlum şəxslərin vasitəsilə özünün tapşırdığı şəxsiyyəti istintaqa məlum olmayan naməlum şəxsə nağd şəkildə göndərdiyi 6.485.000 (altı milyon dörd yüz səksən beş) rus rublu, şəxsiyyəti istintaqa məlum olmayan “Mərdan” adlı şəxsə nağd şəkildə göndərdiyi 1.000.000 (bir milyon) rus rublu, Zərərçəkmiş şəxs2 Rusiya Federasiyasında həmin gün saat 12:01-də şəxsiyyəti istintaqa məlum olmayan B. Müşfiq Ətraf oğlunun “Sberbank”-a aid ****0527 nömrəli bank kartından özünün tapşırdığı Şahid17 “Sberbank”-a aid **********117109 nömrəli bank kartının hesabına köçürülməsini təmin etdiyi 176.000 (yüz yetmiş altı min) rus rublu, saat 12:31-də şəxsiyyəti istintaqa məlum olmayan B. Feyruz Alqış oğlunun “Sberbank”-a aid ****4251 nömrəli bank kartından özünün tapşırdığı X13 “Sberbank”-a aid **********947615 nömrəli bank kartının hesabına köçürülməsini təmin etdiyi 500.000 (beş yüz min) rus rublu, saat 12:33-də şəxsiyyəti istintaqa məlum olmayan K. Ramin Ağasəlim oğlunun “Sberbank”-a aid ****4666 nömrəli bank kartından özünün tapşırdığı X13 “Sberbank”-a aid **********947615 nömrəli bank kartının hesabına köçürülməsini təmin etdiyi 150.000 (yüz əlli min) rus rublu, saat 12:42-də şəxsiyyəti istintaqa məlum olmayan naməlum şəxsin “Sberbank”-a aid ****6320 nömrəli bank kartından özünün tapşırdığı Şahid15 “Sberbank”-a aid ****9972 nömrəli bank kartının hesabına köçürülməsini təmin etdiyi 350.000 (üç yüz əlli min) rus rublu, saat 12:42-də şəxsiyyəti istintaqa məlum olmayan naməlum şəxsin “Sberbank”-a aid ****6320 nömrəli bank kartından özünün tapşırdığı Şahid15 “Sberbank”-a aid ****9972 nömrəli bank kartının hesabına köçürülməsini təmin etdiyi 350.000 (üç yüz əlli min) rus rublu, saat 16:05-də şəxsiyyəti istintaqa məlum olmayan M. Cavanşir Məhəmməd oğlunun “Sberbank”-a aid ****7567 nömrəli bank kartından özünün tapşırdığı Şahid18 “Sberbank”-a aid ****5023 nömrəli bank kartının hesabına köçürülməsini təmin etdiyi 317.500 (üç yüz on yeddi min beş yüz) rus rublu, saat 16:07-də şəxsiyyəti istintaqa məlum olmayan Q. Tamerlan Akif oğlunun “Sberbank”-a aid ****4670 nömrəli bank kartından özünün tapşırdığı Şahid18 “Sberbank”-a aid ****5023 nömrəli bank kartının hesabına köçürülməsini təmin etdiyi 332.000 (üç yüz otuz iki min) rus rublu, saat 16:16-da şəxsiyyəti istintaqa məlum olmayan Ş. Cavidan Bulud oğlunun “Sberbank”-a aid ****4534 nömrəli bank kartından özünün tapşırdığı Şahid18 “Sberbank”-a aid ****5023 nömrəli bank kartının hesabına köçürülməsini təmin etdiyi 500 (beş yüz) rus rublu, saat 17:13-də şəxsiyyəti istintaqa məlum olmayan N. Mehman Tofiq oğlunun “Sberbank”-a aid ****9865 nömrəli bank kartından özünün tapşırdığı Şahid15 “Sberbank”-a aid ****9972 nömrəli bank kartının hesabına köçürülməsini təmin etdiyi 300.000 (üç yüz min) rus rublu, saat 18:07-də şəxsiyyəti istintaqa məlum olmayan K. Aynur Ağasəlim qızının “Sberbank”-a aid ****4524 nömrəli bank kartından özünün tapşırdığı X4 “Sberbank”-a aid **********930895 nömrəli bank kartının hesabına köçürülməsini təmin etdiyi 286.000 (iki yüz səksən altı min) rus rublu, saat 18:44-də Şahid13 “Sberbank”-a aid ****2727 nömrəli bank kartından özünün tapşırdığı X19 “Sberbank”-a aid **********152500 nömrəli bank kartının hesabına köçürülməsini təmin etdiyi 300.000 (üç yüz min) rus rublu, saat 18:59-da şəxsiyyəti istintaqa məlum olmayan V. Telman Mürsəl oğlunun “Sberbank”-a aid ****9006 nömrəli bank kartından özünün tapşırdığı X27 “Sberbank”-a aid ****9792 nömrəli bank kartının hesabına köçürülməsini təmin etdiyi 63.000 (altmış üç min) rus rublu, saat 19:01-də Zərərçəkmiş şəxs2 “Sberbank”-a aid ****5332 nömrəli bank kartından özünün tapşırdığı X27 “Sberbank”-a aid ****9792 nömrəli bank kartının hesabına köçürdüyü 50.000 (əlli min) rus rublu, saat 19:02-də Zərərçəkmiş şəxs2 “Sberbank”-a aid ****5332 nömrəli bank kartından özünün tapşırdığı X27 “Sberbank”-a aid ****9792 nömrəli bank kartının hesabına köçürdüyü 250.000 (iki yüz əlli min) rus rublu, saat 19:02-də Zərərçəkmiş şəxs2 “Sberbank”-a aid ****5332 nömrəli bank kartından özünün tapşırdığı X27 “Sberbank”-a aid ****9792 nömrəli bank kartının hesabına köçürdüyü 200.000 (iki yüz min) rus rublu, 03 noyabr 2022-ci il tarixdə Rusiya Federasiyasında Zərərçəkmiş şəxs2 şəxsiyyəti istintaqa məlum olmayan naməlum şəxslərin vasitəsilə özünün tapşırdığı Moskva şəhərində yaşayan şəxsiyyəti istintaqa məlum olmayan naməlum şəxsə nağd şəkildə göndərdiyi 2.500.000 (iki milyon beş yüz min) rus rublu, Sankt-Peterburq şəhərində yaşayan şəxsiyyəti istintaqa məlum olmayan naməlum şəxsə nağd şəkildə göndərdiyi 5.000.000 (beş milyon) rus rublu, şəxsiyyəti istintaqa məlum olmayan naməlum şəxsə nağd şəkildə göndərdiyi 2.000.000 (iki milyon) rus rublu, Zərərçəkmiş şəxs2 Rusiya Federasiyasında həmin gün saat 10:46-da şəxsiyyəti istintaqa məlum olmayan M. Xuay-ın “Sberbank”-a aid ****0625 nömrəli bank kartından özünün tapşırdığı X12 “Sberbank”-a aid **********776857 nömrəli bank kartının hesabına köçürülməsini təmin etdiyi 303.000 (üç yüz üç min) rus rublu, saat 11:09-da şəxsiyyəti istintaqa məlum olmayan N. Mehman Tofiq oğlunun “Sberbank”-a aid ****9865 nömrəli bank kartından özünün tapşırdığı X7 “Sberbank”-a aid **********560405 nömrəli bank kartının hesabına köçürülməsini təmin etdiyi 500.000 (beş yüz min) rus rublu, saat 11:10-da şəxsiyyəti istintaqa məlum olmayan V. Təsadüf Saday oğlunun “Sberbank”-a aid ****6552 nömrəli bank kartından özünün tapşırdığı qardaşı X32 “Sberbank”-a aid **********119983 nömrəli bank kartının hesabına köçürülməsini təmin etdiyi 130.000 (yüz otuz min) rus rublu, saat 11:27-də şəxsiyyəti istintaqa məlum olmayan R. Razi Rəsul oğlunun “Sberbank”-a aid ****5916 nömrəli bank kartından özünün tapşırdığı qardaşı X32 “Sberbank”-a aid **********119983 nömrəli bank kartının hesabına köçürülməsini təmin etdiyi 200.000 (iki yüz min) rus rublu, saat 12:42-də şəxsiyyəti istintaqa məlum olmayan İ. Asif Qənbər oğlunun “Sberbank”-a aid ****3273 nömrəli bank kartından özünün tapşırdığı şəxsiyyəti istintaqa məlum olmayan N. Anna Serqeyevnanın “Sberbank”-a aid **********322330 nömrəli bank kartının hesabına köçürülməsini təmin etdiyi 499.000 (dörd yüz doxsan doqquz min) rus rublu, saat 12:44-də şəxsiyyəti istintaqa məlum olmayan İ. Asif Qənbər oğlunun “Sberbank”-a aid ****3273 nömrəli bank kartından özünün tapşırdığı X41 “Sberbank”-a aid **********987823 nömrəli bank kartının hesabına köçürülməsini təmin etdiyi 381.000 (üç yüz səksən bir min) rus rublu, saat 13:10-da şəxsiyyəti istintaqa məlum olmayan İ. Asif Qənbər oğlunun “Sberbank”-a aid ****3273 nömrəli bank kartından özünün tapşırdığı X20 “Sberbank”-a aid **********597406 nömrəli bank kartının hesabına köçürülməsini təmin etdiyi 120.000 (yüz iyirmi min) rus rublu, saat 13:12-də şəxsiyyəti istintaqa məlum olmayan İ. Nuranə Elşad qızının “Sberbank”-a aid ****9671 nömrəli bank kartından özünün tapşırdığı X20 “Sberbank”-a aid **********597406 nömrəli bank kartının hesabına köçürülməsini təmin etdiyi 480.000 (dörd yüz səksən min) rus rublu, saat 13:23-də şəxsiyyəti istintaqa məlum olmayan Ş. Cavidan Bulud oğlunun “Sberbank”-a aid ****4534 nömrəli bank kartından özünün tapşırdığı qardaşı X32 “Sberbank”-a aid **********119983 nömrəli bank kartının hesabına köçürülməsini təmin etdiyi 170.000 (yüz yetmiş min) rus rublu, saat 14:16-da şəxsiyyəti istintaqa məlum olmayan İ. Nuranə Elşad qızının “Sberbank”-a aid ****9671 nömrəli bank kartından özünün tapşırdığı Şahid7 “Sberbank”-a aid **********800978 nömrəli bank kartının hesabına köçürülməsini təmin etdiyi 377.000 (üç yüz yetmiş yeddi min) rus rublu, saat 14:43-də şəxsiyyəti istintaqa məlum olmayan K. Vasif Bəndər oğlunun “Sberbank”-a aid ****7308 nömrəli bank kartından özünün tapşırdığı Şahid7 “Sberbank”-a aid **********800978 nömrəli bank kartının hesabına köçürülməsini təmin etdiyi 250.000 (iki yüz əlli min) rus rublu, saat 15:05-də şəxsiyyəti istintaqa məlum olmayan S. Həmzə Polad oğlunun “Sberbank”-a aid ****8968 nömrəli bank kartından özünün tapşırdığı Şahid7 “Sberbank”-a aid **********800978 nömrəli bank kartının hesabına köçürülməsini təmin etdiyi 387.000 (üç yüz səksən yeddi min) rus rublu, saat 15:38-də şəxsiyyəti istintaqa məlum olmayan naməlum şəxsin naməlum bank kartından özünün tapşırdığı X13 “Sberbank”-a aid **********947615 nömrəli bank kartının hesabına köçürülməsini təmin etdiyi 340.000 (üç yüz qırx min) rus rublu, saat 15:41-də şəxsiyyəti istintaqa məlum olmayan naməlum şəxsin naməlum bank kartından özünün tapşırdığı X13 “Sberbank”-a aid **********947615 nömrəli bank kartının hesabına köçürülməsini təmin etdiyi 160.000 (yüz altmış min) rus rublu, saat 15:51-də şəxsiyyəti istintaqa məlum olmayan naməlum şəxsin naməlum bank kartından özünün tapşırdığı Şahid7 “Sberbank”-a aid **********800978 nömrəli bank kartının hesabına köçürülməsini təmin etdiyi 70.000 (yetmiş min) rus rublu, saat 15:52-də şəxsiyyəti istintaqa məlum olmayan naməlum şəxsin naməlum bank kartından özünün tapşırdığı Şahid16 “Sberbank”-a aid **********963557 nömrəli bank kartının hesabına köçürülməsini təmin etdiyi 145.000 (yüz qırx beş min) rus rublu, saat 15:51-də şəxsiyyəti istintaqa məlum olmayan A. Elsevər Paşa oğlunun “Sberbank”-a aid ****3111 nömrəli bank kartından özünün tapşırdığı X7 “Sberbank”-a aid **********817875 nömrəli bank kartının hesabına köçürülməsini təmin etdiyi 500.000 (beş yüz min) rus rublu, saat 16:18-də şəxsiyyəti istintaqla araşdırılan N. Aminat Teyubovnanın “Sberbank”-a aid ****0794 nömrəli bank kartından özünün tapşırdığı Şahid16 “Sberbank”-a aid **********989190 nömrəli bank kartının hesabına köçürülməsini təmin etdiyi 707.300 (yeddi yüz yeddi min üç yüz) rus rublu, saat 16:26-da şəxsiyyəti istintaqa məlum olmayan M. Elman Polad oğlunun “Sberbank”-a aid ****0336 nömrəli bank kartından özünün tapşırdığı Şahid16 “Sberbank”-a aid **********989190 nömrəli bank kartının hesabına köçürülməsini təmin etdiyi 147.700 (yüz qırx yeddi min yeddi yüz) rus rublu, saat 19:04-də Şahid13 “Sberbank”-a aid ****2727 nömrəli bank kartından özünün tapşırdığı X21 “Sberbank”-a aid **********408762 nömrəli bank kartının hesabına köçürülməsini təmin etdiyi 600.000 (altı yüz min) rus rublu, saat 22:09-da Zərərçəkmiş şəxs2 arvadı X22 “Sberbank”-a aid **********720832 nömrəli bank kartından özünün tapşırdığı X21 “Sberbank”-a aid **********408762 nömrəli bank kartının hesabına köçürdüyü 50.000 (əlli min) rus rublu, saat 22:09-da Zərərçəkmiş şəxs2 arvadı X22 “Sberbank”-a aid **********720832 nömrəli bank kartından özünün tapşırdığı X21 “Sberbank”-a aid **********408762 nömrəli bank kartının hesabına köçürdüyü 200.000 (iki yüz min) rus rublu, saat 22:35-də şəxsiyyəti istintaqa məlum olmayan Ş. Roman Qənbər oğlunun “Sberbank”-a aid ****5748 nömrəli bank kartından özünün tapşırdığı Şahid9 “Sberbank”-a aid **********685442 nömrəli bank kartının hesabına köçürülməsini təmin etdiyi 50.000 (əlli min) rus rublu, saat 22:37-də şəxsiyyəti istintaqa məlum olmayan Ş. Roman Qənbər oğlunun “Sberbank”-a aid ****5748 nömrəli bank kartından özünün tapşırdığı Şahid9 “Sberbank”-a aid **********685442nömrəli bank kartının hesabına köçürülməsini təmin etdiyi 100.000 (yüz min) rus rublu, saat 22:38-də Zərərçəkmiş şəxs2 “Sberbank”-a aid **********252088 nömrəli bank kartından özünün tapşırdığı Şahid9 “Sberbank”-a aid **********685442 nömrəli bank kartının hesabına köçürdüyü 50.000 (əlli min) rus rublu, saat 22:38-də Zərərçəkmiş şəxs2 “Sberbank”-a aid **********252088 nömrəli bank kartından özünün tapşırdığı Şahid9 “Sberbank”-a aid **********685442 nömrəli bank kartının hesabına köçürdüyü 150.000 (yüz əlli min) rus rublu, saat 22:43-də şəxsiyyəti istintaqa məlum olmayan M. Aris Rasim oğlunun “Sberbank”-a aid ****9029 nömrəli bank kartından özünün tapşırdığı Şahid9 “Sberbank”-a aid **********685442 nömrəli bank kartının hesabına köçürülməsini təmin etdiyi 50.000 (əlli min) rus rublu, saat 22:43-də şəxsiyyəti istintaqa məlum olmayan M. Aris Rasim oğlunun “Sberbank”-a aid ****9029 nömrəli bank kartından özünün tapşırdığı Şahid9 “Sberbank”-a aid **********685442 nömrəli bank kartının hesabına köçürülməsini təmin etdiyi 70.000 (yetmiş min) rus rublu, saat 22:45-də şəxsiyyəti istintaqa məlum olmayan M. Aris Rasim oğlunun “Sberbank”-a aid ****9029 nömrəli bank kartından özünün tapşırdığı Şahid9 “Sberbank”-a aid **********685442 nömrəli bank kartının hesabına köçürülməsini təmin etdiyi 30.000 (otuz min) rus rublu, saat 23:08-də Zərərçəkmiş şəxs2 “Sberbank”-a aid **********702986 nömrəli bank kartından özünün tapşırdığı X21 “Sberbank”-a aid **********408762 nömrəli bank kartının hesabına köçürülməsini təmin etdiyi 100.000 (yüz min) rus rublu, saat 23:09-da Zərərçəkmiş şəxs2 arvadı X22 “Sberbank”-a aid **********720832 nömrəli bank kartından özünün tapşırdığı X21 “Sberbank”-a aid **********408762 nömrəli bank kartının hesabına köçürdüyü 30.000 (otuz min) rus rublu, 04 noyabr 2022-ci il tarixdə Rusiya Federasiyasında Zərərçəkmiş şəxs2 övladı X33 vasitəsilə özünün tapşırdığı sabiq qaynı X9 nağd şəkildə verdiyi 1.875.000 (bir milyon səkkiz yüz yetmiş beş min) rus rublu, eyni zamanda Zərərçəkmiş şəxs2 Rusiya Federasiyasında həmin gün saat 12:29-da şəxsiyyəti istintaqa məlum olmayan A. Səbuhi Qara oğlunun “Sberbank”-a aid ****6602 nömrəli bank kartından özünün tapşırdığı X7 “Sberbank”-a aid **********560405 nömrəli bank kartının hesabına köçürülməsini təmin etdiyi 500.000 (beş yüz min) rus rublu, saat 13:12-də şəxsiyyəti istintaqa məlum olmayan naməlum şəxs tərəfindən bank vasitəsilə özünün tapşırdığı X4 “Sberbanka”-a aid **********930895 nömrəli bank kartının hesabına göndərilməsini təmin etdiyi 2 000.000 (iki milyon) rus rublu, saat 13:24-də şəxsiyyəti istintaqa məlum olmayan N. Mehman Tofiq oğlunun “Sberbank”-a aid ****9865 nömrəli bank kartından özünün tapşırdığı X14 “Sberbank”-a aid **********813609 nömrəli bank kartının hesabına köçürülməsini təmin etdiyi 584.000 (beş yüz səksən dörd min) rus rublu, saat 13:35-də şəxsiyyəti istintaqa məlum olmayan R. Razi Rəsul oğlunun “Sberbank”-a aid ****5916 nömrəli bank kartından özünün tapşırdığı X14 “Sberbank”-a aid **********813609 nömrəli bank kartının hesabına köçürülməsini təmin etdiyi 100.000 (yüz min) rus rublu, saat 14:25-də şəxsiyyəti istintaqa məlum olmayan D. Elşən Əlizadə oğlunun “Sberbank”-a aid ****8880 nömrəli bank kartından özünün tapşırdığı X14 “Sberbank”-a aid **********813609 nömrəli bank kartının hesabına köçürülməsini təmin etdiyi 300.000 (üz yüz min) rus rublu, saat 17:05-də şəxsiyyəti istintaqa məlum olmayan Ş. Cavidan Bulud oğlunun “Sberbank”-a aid ****4534 nömrəli bank kartından özünün tapşırdığı X15 “Sberbank”-a aid **********841234 nömrəli bank kartının hesabına köçürülməsini təmin etdiyi 320.000 (üz yüz iyirmi min) rus rublu, saat 17:07-də şəxsiyyəti istintaqa məlum olmayan Ş. Cavidan Bulud oğlunun “Sberbank”-a aid ****4534 nömrəli bank kartından özünün tapşırdığı X4 “Sberbank”-a aid **********359968 nömrəli bank kartının hesabına köçürülməsini təmin etdiyi 100.000 (yüz min) rus rublu, saat 17:08-də şəxsiyyəti istintaqa məlum olmayan D. Vasif Sabit oğlunun “Sberbank”-a aid ****7435 nömrəli bank kartından özünün tapşırdığı X26 “Sberbank”-a aid **********861115 nömrəli bank kartının hesabına köçürülməsini təmin etdiyi 347.000 (üç yüz qırx yeddi min) rus rublu, saat 17:19-da şəxsiyyəti istintaqa məlum olmayan D. Niyaz Sabit oğlunun “Sberbank”-a aid ****4109 nömrəli bank kartından özünün tapşırdığı X12 “Sberbank”-a aid **********776857 nömrəli bank kartının hesabına köçürülməsini təmin etdiyi 303.000 (üç yüz üç min) rus rublu, saat 17:53-də şəxsiyyəti istintaqa məlum olmayan A. Sadiq Qara oğlunun “Sberbank”-a aid ****9499 nömrəli bank kartından özünün tapşırdığı X14 “Sberbank”-a aid **********813609 nömrəli bank kartının hesabına köçürülməsini təmin etdiyi 278.000 (iki yüz yetmiş səkkiz min) rus rublu, saat 17:59-da Zərərçəkmiş şəxs2 arvadı X22 “Sberbank”-a aid **********720832 nömrəli bank kartından özünün tapşırdığı X14 “Sberbank”-a aid **********813609 nömrəli bank kartının hesabına köçürülməsini təmin etdiyi 22.000 (iyirmi iki min) rus rublu, saat 19:28-də X40 “Sberbank”-a aid ****8408 nömrəli bank kartından özünün tapşırdığı X13 “Sberbank”-a aid **********947615 nömrəli bank kartının hesabına köçürülməsini təmin etdiyi 250.000 (iki yüz əlli min) rus rublu, saat 19:29-da X40 “Sberbank”-a aid ****8408 nömrəli bank kartından özünün tapşırdığı X13 “Sberbank”-a aid **********947615 nömrəli bank kartının hesabına köçürülməsini təmin etdiyi 305.000 (üç yüz beş min) rus rublu, saat 20:39-da şəxsiyyəti istintaqa məlum olmayan K. Elena Aleksandrovnanın “Sberbank”-a aid ****8346 nömrəli bank kartından özünün tapşırdığı X13 “Sberbank”-a aid **********947615 nömrəli bank kartının hesabına köçürülməsini təmin etdiyi 45.000 (qırx beş min) rus rublu, saat 22:11-də şəxsiyyəti istintaqa məlum olmayan B. Amin Nurəddin oğlunun “Sberbank”-a aid ****4317 nömrəli bank kartından özünün tapşırdığı qardaşı X32 “Sberbank”-a aid **********119983 nömrəli bank kartının hesabına köçürülməsini təmin etdiyi 300.000 (üç yüz min) rus rublu, saat 22:17-də şəxsiyyəti istintaqa məlum olmayan B. Amin Nurəddin oğlunun “Sberbank”-a aid ****4317 nömrəli bank kartından özünün tapşırdığı X7 “Sberbank”-a aid **********560405 nömrəli bank kartının hesabına köçürülməsini təmin etdiyi 300.000 (üç yüz min) rus rublundan ibarət cəmi milli məzənnə ilə 1.358.201,85 (bir milyon üç yüz əlli səkkiz min iki yüz bir manat səksən beş qəpik) manat təşkil edən 49.566.000 (qırx doqquz milyon beş yüz altmış altı min) rus rublu məbləğində pul vəsaitlərini əvəzləşdirmə və digər qarşılıqlı hesablaşma üsulları, eyni zamanda istintaqa məlum olmayan başqa üsullarla qanunsuz olaraq Azərbaycan Respublikasına köçürülməsini təşkil etməklə həmin pul vəsaitlərini Bakı şəhəri, Cəlilabad və Masallı rayonları ərazisində istintaqa məlum olmayan yerlərdə şəxsiyyəti istintaqa məlum olmayan naməlum şəxslərin vasitəsilə Azərbaycan manatı və ABŞ dolları formasında əldə edib 478 069,5 (dörd yüz yetmiş səkkiz min altmış doqquz manat əlli qəpik) manatını Zərərçəkmiş şəxs2 dediyi şəxsiyyəti istintaqa məlum olmayan şəxslərə Bakı şəhəri ərazisində aidiyyəti üzrə çatdırsa da, həmin pul vəsaitlərindən qalan, yəni Zərərçəkmiş şəxs2 məxsus olan ümumilikdə 880 132,35 (səkkiz yüz səksən min yüz otuz iki manat otuz beş qəpik) manat məbləğində, yəni xüsusilə külli miqdarda pul vəsaitlərini vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirib şəxsi ehtiyaclarına sərf etməklə verdiyi vədə əməl etməmiş, həmin əməlləri ilə özgənin əmlakını aldatma və etibardan-sui istifadə etmə yolu ilə Zərərçəkmiş şəxs2 880 132,35 (səkkiz yüz səksən min yüz otuz iki manat otuz beş qəpik) manat məbləğində, yəni xüsusilə külli miqdarda ziyan vurmaqla ələ keçirib təkrarən dələduzluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ifadəsində göstərmişdir ki, ona verilmiş ittihamla bağlı özünü yalnız Zərərçəkmiş şəxs1 epizodu üzrə qismən təqsirli bilir, digər Zərərçəkmiş şəxs2 epizodu üzrə isə özünü təqsirli bilmir. Belə ki, o, Zərərçəkmiş şəxs1la Masallı rayon bazarında tanış olmuş, aralarında işgüzar münasibətləri olmuşdur. Belə ki, onun özünün həmin bazarda geyim mağazası olmuş, həmçinin o, valyuta dəyişmə fəaliyyəti ilə də məşğul olurdu. Qeyd etmək istəyir ki, o, əvvəllər RF-nın Yekaterinburq şəhərində yaşamış, orada ticarətlə məşğul olan Zərərçəkmiş şəxs2 da tanımışdır. Zərərçəkmiş şəxs1 kartof əkini ilə məşğul olduğu üçün ona müvafiq toxumlar lazım olmuş, o da Şaiqə söz vermişdir ki, Rusiyadan onun üçün lazım olan qədər taxıl gətizdirə bilər. Şaiqdən ilkin olaraq 20.000 manat, sonrakı dövrlərdə isə hissə-hissə olmaqla cəmi 92.000 manat almış, sonuncuya həmin məbləğin 10.000 manatını ödəmiş, qalan məbləğlə bağlı isə razılıq əldə etmişdir. O ki, qaldı Zərərçəkmiş şəxs2 ondan ittihamda göstərildiyi kimi 880.132,35 manat pul almamış, onun Rahilə cəmi 11.000 manat borcu qalmış, Rahilin ona Azərbaycanda ayrı-ayrı şəxslərə çatdırılması üçün göndərdiyi pulları o, vaxtlı-vaxtında həmin şəxslərə ödəmişdir. Pullarını çatdırdığı adamların siyahısını o, BMCMİ-yə vermişdir. Qeyd etmək istəyir ki, Yekterinburqda yaşadığı dövrdə Zərərçəkmiş şəxs2 mağazalarından mal alaraq özünün orada olan mağazasında satışını həyata keçirmişdir. Onun pulların çatdırılmasında vasitəçi olmaqla qazancı o olmuşdur ki, hər çatdırdığı 100.000 ABŞ dollarına görə ona 1.000 manat qazanc verilmişdir. Pulları çatdırdığı adamlardan heç bir qəbz almamışdır. Lakin həmin şəxslərin anket məlumatları barədə müstəntiqə dəfələrlə ifadələr vermişdir.Qeyd etmək istəyir ki, onun mülkiyyətində nəqliyyat vasitəsi yoxdur, “Rentecar”-dan götürdüyü “Lexus” markalı **-PH-*** dövlət qeydiyyat nişanlı avtomobili isə həmin təşkilat geri almışdır.Həmçinin onun mülkiyyətində daşınmaz əmlak yoxdur. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs tanıyır. Belə ki, o, Cəlilabad rayonunun Muğan kənd sakinidir, Ceyhun isə həmin rayonun Komanlı kənd sakini olmaqla əvvəldən bir-birini tanımışlar. O, Təqsirləndirilən şəxs Masallı şəhərində yerləşən «Xan çinar » bazarında xarici valyuta alqı-satqısı ilə məşğul olmasını bilirdi. Həmçinin Təqsirləndirilən şəxs RF-da əlaqələrinin olmasını da bilirdi. O, özü yaşadığı ərazidə kartof əkini ilə məşğuldur. Kartofun toxumlarını isə RF-dan gətizdirirdi. Bunu Ceyhunla söhbət edən zaman sonuncuya bildirmiş və Ceyhun Rusiyadan ona istənilən qədər kartof toxumu gətizdirə biləcəyini demiişdir. Lakin Təqsirləndirilən şəxs ona xarici valyutanın alqısatqısının daha gəlirli sahə olduğunu bildirərək ona təklif etmişdir ki, o, ona pul versin , həmin pulun məbləğinin 10%-i miqdarında hər ay qazanc verəcəyini demişdir. Ceyhunun dəbdəbəli həyat tərzini, altında olan bahalı CİP markalı maşının olmasını görərək ona inanmış və 2022-ci ilin iyun ayından başlayaraq ona hissə-hissə olmaqla ilk dəfə 20.000 manat, sonra isə 10.000, 12.000 və 17.000 manat məbləğlərində pullar vermişdir. Qazanc olaraq Ceyhun ona 5.000, 7.000, 9.700 manat və artıq xatırlamadığı məbləğlərdə qazanc vermiş, lakin həmin məbləğləri dövriyəyyə buraxmaqla daha artıq pul verməsinə dair Ceyhunun vədinə inanaraq yenə də həmin qazancları Ceyhuna qaytarmışdır ki, o, valyutanın alqı-satqısını çoxaltmaqla ona daha böyük məbləğlərdə gəlir versin. Elə olmuşdur ki, Ceyhuna həmin ilin oktyabr ayına kimi 267.400 manat pul vəsaiti vermişdir. Həmin puldan Ceyhun onun tapşırığı əsasında 2022-ci ilin avqust ayında RF-na toxum gətirmək üçün getdiyi zaman başqa şəxsin vasitəsilə əvəzləşdirmə yolu ilə ona 52.400 manat pul göndərmiş, sonrakı dövrdə qalan 215.000 manatın 35.000 manat bir dəfə, 30.000 manat pul isə ikinci dəfə ona ödənilmişdir. Yerdə qalan 150.000 manat puldan Ceyhun onun əvəzinə 3 bankda olan kredit məbləğlərini hər ay ödəyir. Həmin məbləğ təxminən 4.000 manat təşkil edir. Bu səbəbdən o, Təqsirləndirilən şəxsla barışmış, ona qarşı heç bir mülki tələbi yoxdur və olmayacaqdır. Məhkəmənin xx.xx.2025-ci il tarixli iclasında Zərərçəkmiş şəxs1 əlavə ifadə verərək notarial qaydada verdiyi barışıq ərizəsinin ləğv edilməsinə dair yeni ərizə təqdim edərək bildirmişdir ki, Təqsirləndirilən şəxs məhkəməyədək ona cəmi 35.000 manat pul ödəmiş, məhkəmə gedişatında əlavə olaraq 36.000 manat ödəmişdir. Ziyanın qalan 196.400 manat pulunu ödəməmişdir. Həmin pulu tələb edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs tanıyır. Sonuncu ilə RF-sı Yekaterinburq şəhərində tanış olmuşdur. Orada onun geyim mağazası olmuş, həmin mağazadan Ceyhun mal alıb satışını həyata keçirirdi. Bundan sonra Ceyhun RF-dan deport olunaraq Azərbaycana getmişdir. Buna baxmayaraq Ceyhunla telefon əlaqələri saxlamış və 2022-ci ilin sentyabr ayının axırından Təqsirləndirilən şəxsla pul köçürülməsi ilə məşğul olamağa başlamışlar. Belə ki, Təqsirləndirilən şəxs da Rusiya bankının aktiv olan bank kartı olmuşdur. Yekaterinburq şəhərində yaşayıb işləyən azərbaycanlı iş adamları onun vasitəsi ilə Azərbaycana pul vəsaitləri köçürür, həmin pulları Azərbaycanda Təqsirləndirilən şəxs lazım olan şəxslərə çatdırırdı. Yekaterinburqdakı adamlar ona pulu həm rus rublu ilə, həm də ABŞ dolları ilə verirdilər. Həmin şəxslərin istəyi ilə Ceyhun kartına köçürülmüş pulu manat və yaxud dollar şəklində sahiblərinə çatdırırdı. Əvvəl-əvvəl işlərində heç bir problem olmamış, lakin 04 noyabr 2022-ci il tarixdə Ceyhuna göndərdiyi pulları sonuncu lazımı ünvanlara çatdırmamışdır. 04 noyabr 2022-ci il tarixdə Ceyhuna Azərbaycan saatı ilə təxminən gecə saat 1-2 arası zəng etmiş, Ceyhun telefona cavab vermədiyi üçün dərhal Azərbaycana uçmuş, Bakıda təyyarədən enərək Cəlilabad rayonuna Ceyhunun yaşadığı evə getmişdir. Orada Ceyhun ona yalandan bildirmişdir ki, guya yol qəzası törətmiş, onu xəstəxanaya aparmışlar, maşında olan pullar isə oğurlanmışdır.Ceyhuna inanmayaraq DİN-nə şikayətlə müraciət etmişlər. Polislər Ceyhundan izahat aldıqda sonuncu etiraf etmişdir ki, yol-nəqliyyat hadisəsini görüntü üçün yaratmış, maşında hadisə zamanı heç bir pul vəsaiti olmamış və ona borclu olduğu pulu qaytaracağına söz vermişdir. Belə ki, o, 2022-ci ilin noyabr ayının 1, 2 və 3 tarixlərində ümumilikdə Ceyhuna 453.000 ABŞ dolları köçürmüşdür. Təqsirləndirilən şəxs hadisəni boynuna aldıqdan sonra elə 2022-ci ilin noyabr ayının əvvəlində evində olan 70.000 manatdan 35.000 manat ona, 35.000 manat isə digər zərərçəkmiş şəxs olan Şaiq adlı şəxsə ödəmişdir. Bundan sonra Ceyhunun xalası oğlu Bakı şəhərində onunla görüşərək 30.000 manat pulu, daha sonra isə Ceyhunun atası ona 20.000 ABŞ dolları məbləğində pul ödəmiş, həmin məbləğ cəm olaraq 96.000 manat təşkil etmiş, Ceyhunun ona 381.000 ABŞ dolları məbləğində borcu qalmışdır, həmin pulu tələb edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs həyat yoldaşıdır, üç övladları vardır. Ceyhun ailəcanlı və mehriban adamdır. Ceyhunun işinə heç vaxt qarışmamış, onun kimlərdənsə pul almasından, pulları qaytarıb-qaytarmamasından məlumatı olmamışdır. Yoldaşı yol qəzası keçirdikdən sonra bilmişdir ki, onun kimlərəsə olan borcuna görə barəsində cinayət işi başlanılmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs qohumudur, arvadı X28 xalası oğludur. xx.xx.2022-ci il tarixdə axşam saatlarında Təqsirləndirilən şəxs onun yaşadığı ünvan 1 ünvanına gələrək arvadı Gülanəyə 70.619 manat pulu saxlaması üçün Gülanəyə vermiş, ona məxsus olan “VAZ2115” markalı **-CZ-*** dövlət qeydiyyat nişanlı avtomobili götürüb əvəzinə özünün idarə etdiyi “Lexus 5.70” markalı avtomobili qoyaraq çıxıb getmişdir. Sonra ona xəbər vermişlər ki, Ceyhun onun maşını ilə yol qəzası keçirmiş, Ceyhunun olduğu xəstəxanaya getmiş, həmin gün polis əməkdaşları Ceyhunla birlikdə onun evinə gələrək sonuncunun arvadı Gülanəyə verdiyi pulu götürüb getmişlər. Ceyhunun işləri barədə məlumatı olmamış, onun kimlərdənsə pul alıb-qaytarmamasını bilmir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs onun qaynıdır. O, rayonda olmuş, Ceyhun isə Bakıda. Bir dəfə Ceyhunun xahişi ilə Bakı şəhəri, Lökbatan dairəsinə gedərək onunla görüşən bir şəxsdən 8.100 manat pulu qəbul edib Ceyhuna çatdırmışdır. Lakin həmin pulun mahiyyətinin nədən ibarət olmasını bilmir, Ceyhun ona bu pul barəsində heç bir söz deməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid12 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs fərdi qaydada pul alqı-satqısı ilə məşğul olan şəxs kimi tanımışdır. Onun özü də bu fəaliyyətlə məşğul olmuşdur. Bir neçə dəfə Ceyhun ondan 100 ABŞ dolları əskinasları almışdır. Bəzən Təqsirləndirilən şəxs ondan 1.000, 2.000 və başqa məbləğlərdə ABŞ dolları almışdır. Ceyhunun kimlərəsə borclu olub-olmamasından məlumatı yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid8 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs onun bibisi nəvəsidir. 2022-ci ilin oktyabr ayında, təmxinən Ceyhun, həbs olunmamışdan 10-15 gün əvvəl, ondan borc qismində pul istəmiş, ona görə də o, yaşadığı Komanlı kəndində 5.500 manat pulu borc qismində Ceyhuna vermişdir. Ceyhun həmin pulu bu günədək ona qaytarmamışdır. Bildiyi qədər Ceyhunun başqa şəxslərə də böyük məbləğlərdə pul borcu olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid11 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs həmyerlisi kimi tanıyır. Lakin bui ş üzrə zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 tanımır, onların Ceyhunla olan münasibətlərindən məlumatı olmamışdır. O, Ceyhunla birlikdə Masallı rayonu ərazisində fəaliyyət göstərən “Xan Çinar” və “Təzə Bazar” adlanan bazarda fərdi olaraq ABŞ dolları və Rus Rublunun alqı-satqısı ilə məşğul olmuş, həmin bazarda ona müraciət edən şəxslərdən nisbətən ucuz qiymətə rus rublu və ABŞ dolları alaraq istəyən şəxslərə nisbətən baha qiymətə satırdı. Təqsirləndirilən şəxs təxminən 2020-ci ildə RF-na getmiş, 2022-ci ilin aprel-may aylarında yenidən Azərbaycana qayıdaraq həmin vaxtdan etibarən yenə də “Xan Çinar” və “Təzə Bazar” adlanan həmin bazarda xarici valyuta alqı-satqısı ilə məşğul olmağa davam etmişdir. Təxminən 2022-ci ilin sentyabr ayının sonlarından 2022-ci ilin noyabr ayının əvvəlinə kimi olan müddət ərzində Təqsirləndirilən şəxs ondan dəfələrlə ABŞ dolları və rus rublu almış, həmin dövrdə Ceyhun daha çox məbləğdə xarici valyuta alırmış, bildiyinə görə Ceyhun onunla yanaşı başqa şəxslərdən də xarici valyuta alırmış, 05 noyabr 2022-ci il tarixdə səhər saatlarında o, Ceyhuna zəng edərkən ona zəng çatmamış, həmin gün Masallı rayonundakı həmin bazarda olarkən bazarda işləyənlərdən eşitmişdir ki, həmin günün gecəsi Ceyhun Salyan rayonu ərazisində qohumu Eldənizin avtomobilini idarə edərkən yol-nəqliyyat hadisəsi törətmiş, hadisədan sonra həmin maşından külli miqdarda pul oğurlanmışdır, lakin pulun məbləğini dəqiq bilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid20 ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxsi tanıyır, onun xalası oğludur. Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 da tanıyır. O və qardaşı Şahid19 təxminən 2016-2017-ci illərdən birlikdə Masallı rayonunda yerləşən Xançinar adlanan təzə bazarda səyyari şəkildə xarici valyuta alqı-satqısı ilə məşğul olub, xalası oğlu Təqsirləndirilən şəxs da onlarla bərabər eyni işlə məşğul olmuşdur. Bir müddət sonra isə Təqsirləndirilən şəxs Rusiya Federasiyasından Azərbaycana, Azərbaycandan Rusiya Federasiyasına pul göndərilməsi ilə məşğul olmağa başlamış, həmin işi RF-nın Yekaterinburq şəhərində yaşayan Zərərçəkmiş şəxs2la birgə edirdi. Belə ki, həmin şəhərdə yaşayan iş adamları Azərbaycana göndərmək istədikləri rus rublu şəklində pul vəsaitlərini Rahilə verir, sonuncu isə Ceyhuna zəng edərək Bakıda yaşayan öz adamlarının nömrəsini verməklə Ceyhuna həmin şəxslərdən Yekaterinburqdakı iş adamlarının ona rus rublu şəklində verdiyi pulları tanışlarından Azərbaycan manatı ilə almasını və rus rublları verən şəxslərin Azərbaycanda yaşayan yaxınlarına çatdırmasını xahiş edirdi. Öz növbəsində Azərbaycanda yaşayan şəxslərin Ceyhuna manatla verdiyi pul məbləğlərini Ceyhun Rahilin burada yaşayan tanışlarına təqdim edir, bundan sonra Rahil Yekaterinburqda yaşayan azərbaycanlı iş adamlarının burada manatla verilən pulları rus rublu şəklində ödəyirdi. Bu fəaliyyət bankdan kənar ona görə aparılırdı ki, bank vasitəsilə pulun göndərişinin limiti vardır, yəni 10.000 manatdan artıq pul bir dəfəyə göndərmək qadağandır. Dəqiq xatırlamadığı vaxtlarda təxminən iki-üç dəfə Təqsirləndirilən şəxs tapşırığı ilə tanımadığı şəxslərin ona gətirib verdiyi pulları sonradan Ceyhuna vermişdir. Təxminən 2022-ci ilin noyabr ayının əvvəllərində Ceyhun başqa bir qohumu olan Eldənizə məxsus VAZ 2115 markalı maşınla Yol-nəqliyyat hadisəsi törətmiş, xəstəxanaya düşmüş, oradan da evinə aparılmışdır. Bundan əvvəl isə Təqsirləndirilən şəxsla 04 noyabr 2022-ci il tarixdə əlaqəsi olmuş, Təqsirləndirilən şəxs ona «WhatsApp» proqramı vasitəsilə zəng edərək RF-dan göndərilən pulu Masallı rayonundan bir nəfərdən götürüb özündə saxlamasını demişdir. Ceyhun həmin pulu sonra ondan götürəcəyini demiş, o da etiraz etməmiş, elə həmin gün Masallı rayonunda Xançinar adlanan təzə bazarda əvvəllər tanımadığı bir kişidən 30.000 manat pul alaraq özündə saxlamışdır. Yol hadisəsindən sonra o, Ceyhunun aparıldığı Masallı rayonunun Bəcirəvan kəndində yaşayan Ceyhunun bacısı İlahəgilin evinə getmiş, Ceyhundan onda olan 30.000 manatı nə edəcəyini soruşmuş, Ceyhun da ona bildirmişdir ki, həmin pulu Rusiyadan gələn Zərərçəkmiş şəxs2 versin, o da həmin pulu Rahilə vermişdir. Zərərçəkmiş şəxs2la Bakı şəhərində 20 Yanvar metrosu yaxınlığında görüşərək 30.000 manat pulu Rahilin özünə şəxsən vermiş, həmin vaxtdan sonra Zərərçəkmiş şəxs2la heç bir əlaqəsi olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid19 ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxsi tanıyır, onun xalası oğludur. Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 da tanımır. O və qardaşı Şahid20 Masallı rayonunda yerləşən Xançinar adlanan təzə bazarda səyyari şəkildə xarici valyuta alqı-satqısı ilə məşğul olub, lakin hal-hazırda kənd təsərrüfatı ilə məşğuldur. Xalası oğlu Təqsirləndirilən şəxs da səyyari şəkildə xarici valyuta alqı-satqısı ilə məşğul olmuşdur. Bir müddət sonra isə Təqsirləndirilən şəxs Rusiya Federasiyasından Azərbaycana, Azərbaycandan Rusiya Federasiyasına pul göndərilməsi ilə məşğul olmağa başlamış, həmin işi RF-nın Yekaterinburq şəhərində yaşayan Zərərçəkmiş şəxs2la birgə edirdi. Belə ki, həmin şəhərdə yaşayan iş adamları Azərbaycana göndərmək istədikləri rus rublu şəklində pul vəsaitlərini Rahilə verir, sonuncu isə Ceyhuna zəng edərək Bakıda yaşayan öz adamlarının nömrəsini verməklə Ceyhuna həmin şəxslərdən Yekaterinburqdakı iş adamlarının ona rus rublu şəklində verdiyi pulları tanışlarından Azərbaycan manatı ilə almasını və rus rublları verən şəxslərin Azərbaycanda yaşayan yaxınlarına çatdırmasını xahiş edirdi. Öz növbəsində Azərbaycanda yaşayan şəxslərin Ceyhuna manatla verdiyi pul məbləğlərini Ceyhun Rahilin burada yaşayan tanışlarına təqdim edir, bundan sonra Rahil Yekaterinburqda yaşayan azərbaycanlı iş adamlarının burada manatla verilən pulları rus rublu şəklində ödəyirdi. Bu fəaliyyət bankdan kənar ona görə aparılırdı ki, bank vasitəsilə pulun göndərişinin limiti vardır, yəni 10.000 manatdan artıq pul bir dəfəyə göndərmək qadağandır. 2022-ci ili naprel ayında Təqsirləndirilən şəxs RF-dan Azərbaycana Masallı rayonuna qayıdaraq bacısı Gülanəgilin evində yaşamış, valyuta alqı-satqısı ilə məşğul olmuş və özünün istifadəsində xarici markalı avtomaşın olsa da bəzi halda bacısı Gülanənin əri Eldənizin VAZ-2115 markalı maşını idarə edirdi. xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixə keçən gecə yeznəsi Eldəniz zəng edərək Ceyhunun Salyan rayonu ərazisində yol hadisəsi törətdiyini bildirmişdir. Yol-nəqliyyat hadisəsini Ceyhun Eldənizin VAZ-2115 markalı maşını ilə törətmiş, xəstəxanaya düşmüşdür. Eldəniz Ceyhunun sürdüyü «Lexus» markalı maşınla gəlib onu götürmüş və onlar Salyan rayonuna hadisə yerinə getmişlər. Qardaşı Elvin isə öz maşını ilə onların arxasınca gəlmişdir. Hadisə yerinə çatdıqda Ceyhunun xəstəxanaya aparıldığını bilmişlər. Maşın isə yolun ortasındakı beton plitələrə dəyərək dayanmışdır. Oradan Salyan rayon mərkəzi xəstəxanasına gedərək Ceyhunun vəziyyətinin normal olduğunu həkimdən öyrənib özü ilə görüşmüşlər. Ceyhun bildirmişdir ki, maşında böyük məbləğdə pullar olmuş, təcili gedib həmin pulları götürmək lazımdır. O, Eldəniz və qardaşı Elvin təcili olaraq yenə hadisə yerinə getmiş, maşının içinə və ətrafa baxaraq pul aşkar etməmişlər. Ceyhunu xəstəxanadan çıxarıb Cəlilabad rayonu Bəcirəvan kəndində yerləşən qohumu İlahəgilin evinə aparmışlar. Həmin gün, yəni təxminən xx.xx.2022-ci il tarixdə Cəlilabad rayonu Muğan kənd sakini Zərərçəkmiş şəxs1la görüşmüş, Şaiq Ceyhunda onun pulu olduğunu demişdir. Xatırladığı qədər həmin tarixdən Rusiyadan Zərərçəkmiş şəxs2 da gəlmişdir. Rahili Ceyhunun qaldığı İlahənin evində görmüşdür. Rahillə Ceyhunun söhbətindən başa düşmüşdür ki, Ceyhunda Rahilin də pulu olmuşdur. Bu adisədən b-2 gün sonra Ceyhunu həbs etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid10 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs tanıyır, onu Masallı rayonundakı bazardan pul alveri ilə məşğul olan şəxs kimi tanımışdır. O özü isə Masallı rayonu Mahmudavar kəndində heyvandarlıq və əkinçiliklə məşğul olurdu. Eyni zamanda rayon sakinlərinə rus rublunu manata çevirməkdə köməklik etmişdir. Təqsirləndirilən şəxs təxminən 2022-ci ilin may ayından tanıyır, Ceyhunun xalası oğlu Elvinnin danışığından ona məlum olmuşdur ki, Təqsirləndirilən şəxs Rusiya Federasiyasından Azərbaycana və Azərbaycandan Rusiya Federasiyasına pul göndərilməsinə köməklik edə bilir. 2022-ci ilin oktyabr ayının sonlarında Rusiya Federasiyasının Moskva şəhərində yaşayan, orada meyvə-tərəvəz satışı ilə məşğul olan yeznəsi X42 onların evində olan, özünə məxsus ümumilikdə 107.775 ABŞ dolları məbləğində pulunu ona Rusiya Federasiyasına göndərməsini xahiş etmişdir. O da həmin pulu Rusiya Federasiyasına göndərmək üçün Təqsirləndirilən şəxs müraciət etmiş, pulun məbləği çox olduğuna görə ehtiyyat etdiyindən Ceyhuna tapşırmışdır ki, pulu Rusiya Federasiyasında qohumu Eldənizə çatdırdıqdan sonra həmin pulu deyəcəyi adamdan Bakı şəhərində götürsün. 01 noyabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs ona “whatsapp” proqramı vasitəsilə videozəng etmiş, həmin vaxt o, konfrans şəklində danışığa qoşulmuş, 3-cü şəxs isə əvvəllər tanımadığı, adı ona həmin vaxt məlum olan Zərərçəkmiş şəxs2 olmuş, danışıq zamanı Rahil ümumilikdə 107.775 ABŞ dolları məbləğində pula bərabər olan hazırda xatırlamadığı məbləğdə olan rus rublunu Rusiya Federasiyasında yaxın günlərdə deyəcəyi adama çatdıracağına söz vermiş, o da inanmışdır. Həqiqətən də səhəri gün yəni 02 noyabr 2022-ci il tarixdə gün ərzində Zərərçəkmiş şəxs2 tərəfindən Rusiya Federasiyasında yeznəsi Eldəniz Rəsulova 107.775 ABŞ dolları ekvivalentində olan rus rublu çatdırılmışdır. Həmçinin Ceyhuna xahiş etmişdir ki, Bakı şəhərində yaşayan tanışı Şahid6 93.775 ABŞ dollarını da götürsün. Ceyhun həmin məbləği rus rublu şəklində yeznəsi Eldənizə çatdırılmasını təmin etməli idi. Bu işi Ceyhun Rusiyada yaşayan Zərərçəkmiş şəxs2 vasitəsi ilə etməli idi. 04 noyabr 2022-ci il tarixdə saat 19 radələrində Şahid6 ona “whatsapp” proqramı vasitəsilə sms yazaraq 93.775 ABŞ dollarını Təqsirləndirilən şəxs götürdüyünü bildirmiş, eyni zamanda Təqsirləndirilən şəxs da ona həmin proqram vasitəsilə sms yazaraq 93.775 ABŞ dollarını İlyasdan götürdüyünü təsdiq etmiş, daha sonra Təqsirləndirilən şəxsla “whatsapp” proqramı vasitəsilə əlaqə saxlayaraq onun özündə olan 14.000 ABŞ dollarını da götürməsini xahiş etmişdir. Ceyhun Bakı şəhərində olduğunu, rayona gələrkən pulu götürəcəyini bildirmişdir. Həmin gün axşama kimi gözləsə də Ceyhun gəlib pulu ondan götürməmişdir. 05 noyabr 2022-ci il tarixdə saat 00:40 radələrində ona Zərərçəkmiş şəxs2 “whatsapp” proqramı vasitəsilə zəng edərək Təqsirləndirilən şəxs onun zənglərinə cavab vermədiyini, Ceyhunda təxminən 400.000 ABŞ dollarından çox məbləğdə pulu olduğunu, Ceyhunun həmin pulları həmin gün Bakı şəhərində dediyi şəxslərə çatdırmalı olduğu halda pulları çatdırmadığını, ona görə də narahat olduğunu bildirib Ceyhunu tapmağa ona köməklik etməsini xahiş etmişdir. O, dərhal Təqsirləndirilən şəxs “whatsapp” proqramı vasitəsilə zəng etmiş, lakin internet bağlantısı olmadığından Ceyhunla əlaqə yarada bilməmiş, daha sonra Ceyhuna öz istifadəsində olan ***-***-**-** saylı GSM nömrədən adi zənglə yığmış, Ceyhunun telefonuna tanımadığı bir oğlan cavab verərək təsadüfi yol adamı olduğunu, Salyan yolunda telefon sahibinin yol qəzasına düşdüyünü söyləmişdir. O, əvvəlcə telefonu Ceyhuna verməsini bildirmiş, həmin şəxs isə telefon sahibinin özündə olmadığını söyləmiş, o, həmin şəxsdən orada gözləməsini xahiş edərək, dərhal Rahilə zəng edib baş verənləri danışmış, Rahil Ceyhunun üstündə pul olduğu üçün ondan özünü dərhal hadisə yerinə çatdırmasını xahiş etmişdir. O, özü tək öz avtomobili ilə Ələt-Astara-İran yolu ilə hərəkət edərək Salyan rayonu ərazisində hadisənin baş verdiyi yerə çatmış, saat təxminən 03-04 radələrində hadisə yerinə çatdıqda görmüşdür ki, Ceyhun özünün daima idarə etdiyi qara rəngli Lexus markalı avtomobili ilə deyil, yeznəsi Eldənizə məxsus VAZ 2115 markalı avtomobillə qəza törətmişdir, avtomobilin ön sol tərəfi yolun ortasındakı beton piltələrə dəyərək biraz əzilmişdir, həmin vaxt Ceyhunun xalası uşaqları Şahid20 və Şahid19, eyni zamanda yeznəsi Eldəniz orada olmuşlar. Elvin Ceyhunu təcili tibbi yardım maşını ilə Salyan rayon mərkəzi xəstəxanasına aparıldığını söyləmişdir. O, Ceyhunun üstündə pul olduğunu demiş, Elvin isə maşını axtardıqlarını, lakin maşından pul çıxmadığını söyləmiş, o, hər ehtimala qarşı özü də Ceyhunun qəza törətdiyi avtomobili və yaxın ətrafı axtarmış, lakin pul tapa bilməmişdir. Avtomobilini həmin yerdə saxlayıb Elvinin maşını ilə Eldəniz, Amil və özü dördü birlikdə Salyan rayon mərkəzi xəstəxanasına getmişlər, oraya çatdıqda Ceyhun artıq özünə gəlmişdir. O, Rahilin pulu haqqında soruşduqda Ceyhun pulun maşında oturacağın altında sellofanda olduğunu bildirmiş, lakin Elvin maşını axtardıqlarını və pulu tapa bilmədiklərini ona demişlər. Həmin vaxt Ceyhun “necə yəni orda pul yoxdur, evim yıxıldı, gedin təzədən axtarın” sözlərini demişdir. Eldəniz orada qalmış, o, Elvin və Amillə birlikdə yenidən hadisə yerinə gedərək maşını, ətrafı axtarmışlar, lakin yenə də oradan pul tapa bilməmişlər. O, evə qayıtmış, Elvin və Amil orada qalmışlar. O, baş verənləri olduğu kimi Rahilə zəng edərək bildirmiş, Rahil 04 noyabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs 107.775 ABŞ dollarını verib-vermədiyini soruşmuş, o, Ceyhunun 04 noyabr 2022-ci il tarixdə 93.775 ABŞ dollarını Bakı şəhərində tanışından götürdüyünü, qalan 14.000 ABŞ dollarına bərabər olan 23.800 manatın özündə olduğunu, Ceyhunun gəlib götürmədiyini söyləmişdir. Rahil qalan pulu özü gələnə kimi heç kimə verməməsi xahiş etmiş, çünki Rahil özü həmin pulun müqabilində onun yenzəsi Eldəniz Rəsulova rus rublunu çatdırmışdır. Rahil 06 noyabr 2022-ci il tarixdə Azərbaycana gəlmiş, səhər saatlarında ona olduğu yeri “whatsapp” proqramı vasitəsilə məkan formasında göndərərək onu Cəlilabad rayonuna Ceyhunun yeznəsi Eldənizin evinə çağırmışdır. Həmin yerə gedərkən Şahid20 onunla əlaqə saxlayaraq Ceyhuna verməli olduğu yəni qalan 23.800 manatı ona verməsini, Ceyhunun ona borcu olduğunu bildirmiş, lakin o, razılaşmayaraq pulu Ceyhunun deyəcəyi şəxsə verəcəyini söyləmişdir. O, Rahilin çağırdığı yerə çatdıqda Ceyhun evdə uzanmış vəziyyətdə olmuş, Rahil Rusiyada yaşayan Rövşən adlı tanışı ilə birlikdə həmin evdə olmuşdur. Rahillə Rövşən ondan Ceyhuna verməli olduğu ümumilikdə 107.775 ABŞ dollarını Ceyhuna verib-vermədiyini soruşmuş, o, 93.775 ABŞ dollarını 04 noyabr 2022-ci il tarixdə Bakı şəhərində Ceyhunun İlyasdan götürdüyünü, qalan 14.000 ABŞ dolları ekvivalentində olan 23.800 manatın özündə olduğunu bildirmişdir. Ceyhun özü də bunu təsdiq etmiş, X63 müxtəlif adlar çəkərək pulları həmin şəxslərə Bakı şəhərində vermədən rayona hansı səbəbdən qayıtdığını, dörd yüz min pulun harada olduğunu Ceyhundan soruşmuşlar. Ceyhun rayona qalan pulları da yığaraq sonra Bakıda Rahilin dediyi adamlara çatdırmaq üçün qayıtdığını bildirmiş, Ceyhun Rahilgilə də Rahilin dediyi məbləğdə, yəni təxminən 400.000 ABŞ dolları məbləğində pulların maşında olduğunu, qəza zamanı oğurlandığını, ona vaxt vermələrini, pulları dediyi şəxslərə yaxın vaxtda çatdıracağını söyləmiş, Ceyhun onda qalan 23.800 manatı Rahilgilə verməyini bildirmiş, lakin sonra Rahilgil pulu onlara verməməsini, əvəzində Rusiya Federasiyasında həmin pulun ekvivalentində rus rublunu deyəcəyi şəxsə qaytarmasını söyləmişlər, həqiqətən də həmin gün Rahilgilin dediyi bank kartına yeznəsi Eldəniz Rəsulov 23.800 manatın müqabilində rus rublunu geri qaytarmış, daha sonra o, çıxıb getmişdir, sonradan ona məlum olmuşdur ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 və Şaiq adlı şəxsə qarşı dələduzluq etdiyinə görə həbs olunmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs digər tanışı Şahid10 vasitəsilə tanımışdır. Belə ki, Şahid10 Masallı rayonunda yaşayır. Təxminən 2022-ci ilin noyabr ayının əvvəlində dəqiq xatırlamadığı vaxtda Şahid10 onunla əlaqə saxlayaraq Rusiya Federasiyasında yaşayan, ev almaq istəyən qohumuna Rusiya Federasiyasına pul göndərməli olduğunu bildirmişdir. Şahid10 onun qaynatası Rizvanın Rusiya Federasiyasından taxta alışı ilə məşğul olduğunu bildiyi üçün ondan xahiş etmişdir ki, əgər Rusiya Federasiyasında tanışlardan kiməsə pul lazımdırsa o, onlara həmin göndərmək istədiyi pulu Bakı şəhərində versin, həmin şəxs də onun qohumuna həmin məbləğdə pulu Rusiya Federasiyasının Moskva şəhərində versin. Həmin ərəfədə Şahid10 hazırda xatırlamadığı bir tanışı vasitəsilə pulu sellofan paketdə ona göndərmiş, pulun məbləğini hazırda dəqiq xatırlamır, lakin həmin vaxt o, Şahid10 həmin məsələdə köməklik edə bilməmiş, çünki qaynatasıgilə Rusiya Federasiyasında pul lazım olmamış, o da bu barədə Şahid10 özünə məlumat vermişdir. Şahid10 həmin pulu ondan Bakı şəhərində olan tanışının gəlib götürəcəyini bildirmiş, səhv etmirsə elə həmin gün axşamüstü saat 19 radələrində özü yaşadığı Bakı şəhəri Nəsimi rayonu, Xətai prospekti ev 38, mənzil 271-də olarkən Şahid10 göndərdiyi hal-hazırda məhkəmə zalında gördüyü Təqsirləndirilən şəxs onun yaşadığı binanın qarşısına qara rəngli “Lexus” markalı avtomobillə gəlmiş, o, Şahid10 məxsus olan həmin pulu Ceyhuna yaşadığı binanın qarşısında vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində bildirmişdir ki, hərbi ximəti başa vurduqdan sonra tez-tez Rusiya Federasiyasına gedib-gəlmiş, 2021-ci ildən isə “Covid-19” xəstəliyi ilə bağlı bir daha Rusiya Federasiyasına getməmiş, Masallı rayonunda yaşayıb işləmiş, hazırda Masallı rayonunda yerləşən Köhnə bazarda valyuta dəyişməsi ilə məşğul olur, Təqsirləndirilən şəxs 2022-ci ilin yay aylarından Masallı bazarından tanıyır, belə ki, Ceyhun da onun kimi valyuta dəyişməsi ilə məşğul olur, Təqsirləndirilən şəxsla bir neçə dəfə aralarında pul alıb dəyişməsi olmuş, sonuncu dəfə 2022-ci ilin oktyabr ayının sonlarında Təqsirləndirilən şəxs ona 5106 manat pul vermiş, o da əvəzində Ceyhuna 3000 ABŞ dollar pul vermişdir. ***-***-**-** saylı mobil nömrə öz adınadır, həmin nömrə təxminən 2018-ci il tarixdən özünün istifadəsindədir. O, həmçinin istifadəsində olan ***-***-**-** saylı mobil nömrə ilə xx.xx.2022-ci il tarixdə 01:00-da Təqsirləndirilən şəxs istifadəsində olan 051 564-49-99 saylı mobil nömrəyə zəng edərək 58 saniyə danışıq aparması ilə bağlı bildirmişdir ki, həmin gün Masallı rayonundan tanıdığı, Ceyhunun xalası oğlu Elvin ona zəng vuraraq Ceyhunun yol-nəqliyyat hadisəsi törətdiyini bildirmiş, ona görə o, Təqsirləndirilən şəxs istifadəsində olan həmin nömrəyə Ceyhunun halını öyrənmək üçün zəng vurmuş, lakin telefonda ona başqa bir şəxs cavab verərək Ceyhunun yaxşı olduğunu bildirib telefonu söndürmüş, sonradan da eşitmişdir ki, Ceyhun dələduzluq etdiyinə görə həbs edilmişdir. Əlavə olaraq bildirmişdir ki, Masallı rayonunda yerləşən Köhnə bazarda valyuta dəyişməsi ilə məşğul olmaq üçün icazəsi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 Yunis oğlu ifadəsində bildirmişdir ki, Zərərçəkmiş şəxs2 onun qohumudur, yəni Rahil onun qardaşı Yaşarın kürəkənidir, Rahillə yaxşı münasibətləri vardır, Rahil Rusiya Federasiyasının Yekaterinburq şəhərində yaşayır, Rahil orada ayaqqabı satışı ilə məşğuldur, 2022-ci ilin sentyabr ayının ortalarında Rahil «WhatsApp» vasitəsilə ona zəng edərək Bakı şəhərində yaşayan Radif adlı xalası oğlunun ona verəcəyini, həmin pulu təcili olaraq Ceyhun adlı şəxsə verməsini demiş, lakin Rahil pulun məbləğini ona söyləməmiş, həmin şəxslərin özlərinin ona zəng vuracağını bildirmiş, həqiqətən də Rahillə telefonla danışdıqdan bir gün sonra Radif ona zəng edərək özünün onunla görüşə gələ bilmədiyini, xəstə olduğunu söyləmişdir, Radifi o, həmyerlisi kimi tanıdığından Radifin ayağının birinin qanqrena ilə bağlı dizdən yuxarı kəsildiyini bilmişdir. Radif 2023-cü ilin mart ayının ortalarında vəfat etmişdir. Radif Rahilin dediyi pulu tanışı vasitəsilə göndərəcəyini ona bildirmiş, elə həmin gün, 2022-ci ilin sentyabr ayının sonlarında Radifin adından bir nəfər ona zəng etmiş, o, həmin şəxsə yaşadığı yeri bildirmiş, Hövsan qəsəbəsində görüşmüşlər, adını bilmədiyi həmin şəxs ona qara sellofana bükülü olan skoçlanmış bağlama vermiş, o, sellofanda nə qədər pul olduğunu bilməmiş, bu haqda nə Radifdən, nə pulu ona gətirmiş şəxsdən, nə də ki, Rahildən soruşmamışdır. Elə həmin gün ona özünü Ceyhun kimi təqdim etmiş şəxs zəng edərək ona Binəqədi rayonu ərazisində yerləşən Ayna Sultanova heykəlinin yaxınlığında görüş təyin etmiş, o, təyin olunmuş yerə tək getmiş, özünü Ceyhun kimi təqdim edən «Lexus» markalı avtomobillə gəlmiş, Ceyhunun yanında tanımadığı bir nəfər də olmuş, içində pul olan sellofan bükümü Ceyhuna vermiş, Ceyhun dərhal «WhatsApp» vasitəsilə görüntülü olaraq Rahilə zəng edib onun özünü də Rahilə göstərərək pulu qəbul etdiyini Rahilə bildirmiş, sonra oradan çıxıb getmişdir. Təxminən bir ay sonra, yəni 2022-ci ilin oktyabr ayının sonlarında Rahil ona zəng edərək Radifin əvvəlki qaydada ona pul göndərəcəyini və həmin pulu Ceyhuna çatdırmasını söyləmiş, qohumu olduğundan bu dəfə də razılıq vermiş, elə həmin gün Radif ona zəng edərək pulu göndərəcəyini və telefon nömrəsini pulu gətirəcək şəxsə verəcəyini demiş, bir neçə saatdan sonra ona bir nəfər şəxs zəng etmiş, o, həmin şəxsə gəlməli olduğu yeri bildirmiş, Hövsan qəsəbəsində görüşmüşlər, adını bilmədiyi həmin şəxs Radifin göndərdiyi bağlamanı ona vermişdir. Bağlamada pul olmuş, lakin nə qədər olduğunu bilməmiş, çünki bağlama ilk dəfə olduğu kimi skoçlanmışdır. Həmin vaxt pulu gətirmiş şəxs başqa şəxs olmuşdur, sonra ona Ceyhun zəng etmiş, onlar ilk dəfə görüşdükləri yerdə görüşmüşlər, o, bağlamanı Ceyhuna vermiş, Ceyhun yenə də «WhatsApp» vasitəsilə görüntülü olaraq Rahilə zəng etmiş, onun özünü də Rahilə göstərərək pulu qəbul etdiyini bildirmiş, sonra özü oradan getmişdir. Həmçinin qeyd etmişdir ki, Ceyhun ondan pulu aldıqda sellofan paketi açmamış və pulu saymamışdır, 2022-ci ilin noyabr ayının 1-də Rahil ona zəng edərək bildirmişdir ki, Radif ona 18.500 manat pul göndərəcəkdir, həmin pulu yenə də Ceyhuna versin. Həmin gün Radif ona tanımadığı və adını soruşmadığı bir şəxslə 18.500 (on səkkiz min beş yüz) manat pul göndərmiş, pul açıq şəkildə olduğundan o, pulu sayıb götürmüş, bir neçə saat sonra ona Ceyhun zəng etmiş, yenə də Ayna Sultanova heykəlinin yaxınlığında görüşmüşlər, o, pulu Ceyhuna vermiş, Ceyhun onun yanında bir neçə dəfə pulu saymış, «WhatsApp» vasitəsilə görüntülü olaraq Rahilə zəng edərək pulu qəbul etdiyini Rahilə bildirmiş, sonra onlar sağollaşmışlar. Təxminən 5-6 gündən sonra Rahil Rusiyadan Azərbaycana gəlmiş, Rahili aeroportda özü qarşılamış, Rahillə birlikdə sonuncunun tanışı Rövşən adlı şəxs də gəlmiş, görüşərkən Rahil ona bildirmişdir ki, Ceyhun yol-nəqliyyat qəzasına düşüb, lakin Ceyhundan şübhələnir, deyəsən Ceyhun pulunu ələ keçirib. Aeroportdan birbaşa Cəlilabad rayonuna getmişlər, yol boyu Rahil kimlərləsə telefon əlaqəsi saxlayıb Ceyhunun qaldığı yeri öyrənmiş, onları Cəlilabad rayonunda tanımadığı və adını bilmədiyi bir nəfər qarşılayaraq Ceyhunun evinə aparmış, Ceyhunun evində tanımadığı şəxslər də olmuş, Rahil Ceyhundan pulların harada olduğunu soruşmuş və pulun sahiblərinə çatmalı olduğunu demiş, Ceyhun cavab verərək hər şeyi yoluna qoyacağını söyləmiş, Rahil hətta Ceyhundan 04 noyabr 2002-ci il tarixdə 300.000 (üç yüz min) ABŞ dollarını Bakı şəhərində çatdırmalı olan şəxslə hansı səbəbə görüşmədən rayona qayıtdığını soruşmuş, Rahil həmin adamın adını çəksə də, həmin şəxsin adı xatirində deyildir. Ceyhun isə vacib işi olduğundan rayona qayıtmalı olduğunu demiş, onlar söhbətlərinə davam etmişlər, özü isə 15-20 dəqiqədən sonra həyətə çıxmış, 2-3 saatdan sonra onlar Bakı şəhərinə qayıtmışlar. O, həmçinin bildirmişdir ki, aeroportdan Cəlilabad rayonuna gedərkən söhbət zamanı Zərərçəkmiş şəxs2 Ceyhunun onun konkret olaraq hansı məbləğdə pulunu ələ keçirdiyini deməmiş, o da bu haqda maraqlanmamışdır. Rahil Ceyhundan yol-nəqliyyat qəzasına necə düşməsi barədə soruşduqda Ceyhun hadisənin necə baş verdiyini özü də başa düşmədiyini söyləmiş, sonra Ceyhun Rahilə pulların qəza zamanı oğurlandığını demiş, Rahil isə Ceyhuna “bu mümkün ola bilməz” demiş, Rahil pulun harada olduğunu soruşduqda isə Ceyhun dəqiq nəsə cavab verə bilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid9 ifadəsində bildirmişdir ki, tikinti sahəsində usta kimi işləyir, 2008-ci ildən etibarən dəfələrlə işləmək üçün Rusiya Federasiyasının müxtəlif şəhərlərinə gedib gəlmiş, 2017-ci ildən hazıradək isə işləmək üçün Rusiya Federasiyasının yalnız Ufa şəhərinə gedib-gəlir, sonuncu dəfə 2023-cü ilin sentyabr ayında Ufa şəhərinə getmiş və oradan 07 yanvar 2024-cü il tarixdə qayıtmış, hazırda işsizdir, Rusiya Federasiyasına gedib-gəldiyi üçün 2018-ci ilin yay aylarında qazandığı pulu təhlükəsiz saxlamaq və mağazalardan rahat ödəniş etmək məqsədilə həmin ölkədə fəaliyyət göstərən “Sberbank” adlı bankın kartını əldə etmiş, həmin kartın nömrəsini hazırda dəqiq xatırlamır, belə ki, bəzi hallarda kart bloka düşdüyündən, eyni zamanda etibarlılıq müddəti başa çatdığı üçün dəfələrlə bank kartını dəyişmiş, hazırda istifadəsində həmin banka aid “**********567405” nömrəli üzərində “Mir” sözü yazılmış aktiv kartı vardır, əvvəlki kartlarının nömrələrini hazırda dəqiq xatırlamır, 2022-ci ilin iyul ayından həmin ilin dekabr ayının əvvəlinə kimi Rusiya Federasiyasının Ufa şəhərində olmuş və orada tikintidə işləmişdir. Təqsirləndirilən şəxs şəxsən tanımır, Ceyhunla heç bir əlaqəsi və ünsiyyəti olmamışdır, dindirmə üçün çağırıldıqdan sonra 31 yanvar 2024-cü il tarixdə Təqsirləndirilən şəxs barəsində Rusiya Federasiyasının Başqırdıstan Respublikasının Steltamak şəhərində yaşayan, əslən Cəlilabad rayonu Komanlı ərazi dairəsinin Bəcrəvan kəndindən olan tanışı Elməddin Həsənağa oğlu ilə əlaqə saxlayaraq maraqlanmış, Elməddin həmkəndlisi olan Təqsirləndirilən şəxs tanıdığını, Ceyhunun Salyan rayonunda yol-nəqliyyat hadisəsi törətdiyini və maşından külli miqdarda pulun oğurlanmasını eşitdiyini, lakin Elməddin Ceyhunla birbaşa heç bir əlaqəsi olmadığını, həmkəndlisi kimi hadisə barədə yalnız eşitdiyini söyləmiş, Elməddinin soyadını bilmir, Elməddin Rusiya Federasiyası vətəndaşıdır, daimi olaraq orada yaşayır, təxminən 34-35 yaşı olar. Cəlilabad rayonu Muğan kənd sakini Zərərçəkmiş şəxs1 və əslən Gədəbəy rayonundan olan, Rusiya Federasiyasının Yekaterinburq şəhərində yaşayan Zərərçəkmiş şəxs2 ümumiyyətlə tanımır, Yekaterinburq şəhərinə ümumiyyətlə getməmişdir, Şahid10 və Lerik rayon sakini Şahid4 tanımır, həmin şəxslərlə heç bir əlaqəsi olmamışdır. Bundan başqa o, 03 noyabr 2022-ci il tarixdə “Sberbank”-a aid ****5442 nömrəli bank kartınının hesabına göndərilmiş 50.000 (əlli min) rus rublu, 100.000 (yüz min) rus rublu, 50.000 (əlli min) rus rublu, 150.000 (yüz əlli min) rus rublu, 50.000 (əlli min) rus rublu, 70.000 (yetmiş min) rus rublu, 30.000 (otuz min) rus rublu məbləğində pul vəsaitləri ilə bağlı qeyd etmişdir ki, 03 noyabr 2022-ci il tarixdən çox vaxt keçdiyi üçün həmin pulların ona konkret olaraq hansı məqsədlə göndərilməsini tam dəqiq xatırlamır, nə Təqsirləndirilən şəxsla nə də Zərərçəkmiş şəxs2la birbaşa əlaqəsi və ünsiyyəti olmamış, Ceyhun və Rahili əyani şəkildə heç vaxt tanımamışdır, həqiqətən də özünün “Sberbank”-a aid sonu ****5442 rəqəmləri ilə bitən bank kartı olmuş, həmin kartın əvvəlki rəqəmlərini xatırlamasa da son rəqəmlərini xatırlayır, Rusiya Federasiyasında yaşayan və işləyən azərbaycanlıların çoxu “Sberbank”ın “Mir” kartlarından istifadə edirlər, həmin bank kartları vasitəsilə gündəlik çox məbləğdə pul köçürməsi edildikdə və limit keçildikdə bank tərəfindən kart bloklanır, ona görə də orada yaşayan tanışlardan bir neçəsi ona dəfələrlə kartına öz tanışlarının pul göndərəcəyini bildirərək həmin pulu ya çıxarıb nağd şəkildə onlara verməyini, ya da dedikləri digər xatırlamadığı bank kartına göndərməyini xahiş etmişlər, belə pul göndərişi ilə bağlı limit olduğundan Rusiya Federasiyasında işləyən azərbaycanlıların çoxu Azərbaycana yaxınlarına pul göndərmək üçün əvəzləşmə üsulundən istifadə edirlər, yəni pulu göndərmək istəyən şəxs həmin işlə qeyri-rəsmi məşğul olan şəxsin dediyi bank kartının hesabına pul göndərir, həmin işi təşkil edən şəxslər isə göndərilən məbləğə uyğun Azərbaycan manatı və ya ABŞ dolları formasında müafiq pul vəsaitini müraciət edən şəxsin Azərbaycanda dediyi şəxslərə çatdırırlar, həmin şəxslərin gördükləri işin digər detallarını isə bilmir, onun kartına pul göndərmiş şəxslərdən Aris adlı şəxsi və Zərərçəkmiş şəxs2 ümumiyyətlə tanımır, həmin pulların hansı məqsədlə və təyinatla göndərilməsindən özünün xəbəri olmamışdır, çox gümanki həmin pulları sonradan o, ona müraciət edən hazırda xatırlamadığı şəxsin tapşırığı ilə başqa şəxslərin kartlarına göndərmişdir, həmin pul köçürmələrini etməkdə heç bir maddi marağı olmamış, bəzi hallarda isə onun bank kartına digər işçilərin əmək haqqları göndərilmiş, o, həmin pulları çıxarıb işçilərə vermişdir. Bundan başqa analoji qaydada bank kartlarının hesabına pul göndərilmiş şəxslərin fotoşəkilləri və anket məlumatları ilə tanış olaraq qeyd etmişdir ki, həmin şəxslərdən əslən Cəlilabad rayonu Komanlı kənd ərazi dairəsinin Həziabad kəndindən olan X34 tanıyır, Bayramla münasibəti yaxşıdır, Bayramla birlikdə Ufa şəhərində tikintidə işləmişlər, Bayram hazırda da Rusiya Federasiyasındadır, 2022-ci ilin noyabr ayında Bayram və Rəcəb onunla birlikdə Ufa vilayətinin Krasnofumsk şəhərində tikintidə işləmişdir, ola bilər ki, Bayram Kərimov da həmin ərəfədə ondan kartına göndəriləcək pulu çıxarıb ona verməsini və başqa şəxsə göndərməsini xahiş etmişdir. Bayram Təqsirləndirilən şəxsla eyni kənddən olsalar da onların bir-biri ilə münasibətləri olub-olmamasından xəbəri yoxdur, əslən Cəlilabad rayonu Komanlı kəndindən olan X29 da qiyabi olaraq tanıyır, lakin Şövqi ilə münasibəti və əlaqəsi olmamış, Şövqi Rusiya Federasiyasının Ufa şəhərində ticarətlə məşğul olaraq orada daimi yaşayır, Şövqinin də Ceyhun Zeyanlovla əlaqəsi olubolmamasından məlumatı yoxdur. 2022-ci lin sentyabr-noyabr aylarında özü Rusiya Federasiyasında olduğundan rus mobil operatoruna məxsus hazırda xatırlamadığı nömrəni istifadə etmiş, Azərbaycanda olduğum vaxtlarda istifadəsində əvvəllər ***-***-**-**, daha sonra isə ***-***-**-** saylı GSM nömrə olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid13 ifadəsində bildirmişdir ki, atası Qara uzun illər Rusiya Federasiyasının Yekaterinburq şəhərində işlədiyindən 2003cü ildən etibarən atasına köməklik etmək üçün yanına gedib gəlməyə başlamış, atası Qara orada meyvə satışı ilə məşğul olmuş, 2005-2006-cı illərdən etibarən isə Rusiya Federasiyasında daimi olaraq yaşamağa başlamış, təxminən bir il əvvəl Rusiya Federasiyası vətəndaşlığı almış, hazırda daimi olaraq Rusiya Federasiyasının Yekaterinburq şəhərində yaşayır, orada 4-cü baza adlanan bazarda meyvə satışı ilə məşğul olur, 28 dekabr 2023-cü il tarixdə Azərbaycana valideynlərinə baş çəkmək üçün müvəqqəti gəlmişdir. Əslən Gədəbəy rayonu Arıqıran kəndindən olan Zərərçəkmiş şəxs2 15 ildən artıqdır tanıyır, Rahil də Rusiya Federasiyası vətəndaşıdır və uzun illərdir Rusiya Federasiyasının Yekaterinburq şəhərində yaşayır, Rahil “Taqanski Riyad” bazarında geyim əşyalarının satışı ilə məşğul olur, Rahillə ailəvi dostluq münasibəti vardır, hazırda da münasibətləri yaxşıdır, əslən Cəlilabad rayonundan olan Təqsirləndirilən şəxs isə təxminən 2021-2022-ci illərdən tanıyır, belə ki, Ceyhunu Yekaterinburq şəhərində Vağzalın yanındakı kafedə bir-iki dəfə görmüş, lakin Ceyhunla heç bir vaxt əlaqəsi və münasibəti olmamış, Ceyhunu orada yaşayan bir Azərbaycanlı kimi yalnız qiyabi tanımış, Rahillə Ceyhunu həmin kafedə birlikdə görmüş, lakin aralarındakı münasibət və əlaqədən xəbəri olmamışdır. Təxminən 2022-ci ilin oktyabr ayının sonlarında dəqiq xatırlamadığı vaxtda ona bazarda meyvə satışı ilə məşğul olan azərbaycanlılardan kimsə gətirdiyi meyvənin pulunu yəni təxminən 10.000 ABŞ dolları məbləğində pulu Azərbaycana göndərmək istədiyini bildirib köməklik etməsini xahiş etmiş, o da bu barədə Zərərçəkmiş şəxs2la danışarkən Rahil həmin pulu ona verməsini, Azərbaycanda olan tanışının həmin pulu deyiləcək şəxsə çatdıracağını söyləmiş, lakin Zərərçəkmiş şəxs2 həmin vaxt pulun əvəzləşmə qaydasında Azərbaycana göndərilməsini kimin köməkliyi ilə etdiyini ona söyləməmiş, həqiqətən də həmin ərəfədə qeyd etdiyi şəxsin 10.000 ABŞ dollarını Rahilə vermiş, həmin şəxsin dediyi adama 10.000 ABŞ dolları Azərbaycanda növbəti gün vaxtında çatdırılmış, daha sonra analoji qaydada ona müraciət edən hazırda xatırlamadığı şəxsin 20.000 ABŞ dolları məbləğində pulunu Rahilə vermiş, növbəti gün həmin pul Bakı şəhərində pul sahibinin dediyi adama vaxtında çatdırılmış, o, artıq Rahilə həmin işdə köməklik edən adamın etibarlı şəxs olduğuna inanmışdır. Həmin ərəfədə ona məlum olmuşdur ki, Rahil pulları rus rublu şəklində “Sberbank”a aid kimlərinsə bank kartına göndərir, belə ki, bank kartlarında pul göndərişlərinə limit tətbiq olunduğuna görə Rahil bir neçə dəfə onun “Sberbank”-a aid sonu ****2727 rəqəmləri ilə bitən bank kartından hazırda xatırlamadığı şəxslərin bank kartlarına müxtəlif məbləğdə rus rublu göndərmiş, həmin pulları Rahil ya ona nağd şəkildə vermiş, ya da özü kartının hesabına yükləyib göndərmişdir. Təxminən 2022-ci ilin oktyabr ayının sonlarında bibisi oğlu Rusiya Federasiyası vətəndaşı, 1990-cı il təvəllüdlü X1 şəhərindəki evlərini sataraq əldə etdiyi puldan qalan 50.000 ABŞ dollarını Azərbaycana göndərmək istədiyini ona söyləmiş, eyni zamanda 2022-ci ilin noyabr ayının əvvəlində ona bazarda işləyən şəxslərdən adlarını xatırlamadığı iki nəfər şəxs müraciət edərək Azərbaycana 60.000 ABŞ dolları pul göndərmək istədiklərini bildirmişlər, məbləğ çox olduğundan ehtiyat etmiş, çünki həmin ərəfədə bazarda əvəzləşmə qaydasında Azərbaycana pul göndərən bir neçə nəfər şəxsin pullarının ələ keçirildiyini eşitmişdir, ona görə Zərərçəkmiş şəxs2la bu barədə danışaraq ümumilikdə 110.000 ABŞ dolları məbləğində pulu Azərbaycana göndərmək istədiyini, lakin pulun məbləğinin çox olduğuna görə ehtiyat etdiyini söyləmiş, dost olduqlarından Rahil onu başa düşdüyünü, ona görə də öz pulundan 110.000 ABŞ dolları məbləğində pulu Azərbaycanda deyəcəyi şəxslərə çatdırdıqdan sonra ondan həmin pulu alacağını söyləmiş və razılaşmışlar, həmin gün 02 noyabr 2022-ci il tarixi olmuş, Rahil həmin gün axşam ona öz pulundan 110.000 ABŞ dollarını Azərbaycana göndərdiyini, səhəri gün pulu Azərbaycanda götürə biləcəklərini demiş, pul Azərbaycanda deyəcəyi şəxslərə növbəti gün yəni 03 noyabr 2022-ci il tarixdə çatdırılmalı imiş, lakin bir gün gecikmə olmuş, daha sonra 04 noyabr 2022-ci il tarixdə axşam saatlarında Rahil ona Azərbaycana pul göndərilməsinə köməklik edən şəxsə zəng çatmadığını və həmin şəxsin əlaqəyə çıxmadığını söyləmişdir. Səhəri gün yəni 05 noyabr 2022-ci il tarixdə Rahil ona Təqsirləndirilən şəxs xəstəxanadan çəkilmiş fotoşəkilini göndərərək Azərbaycana pul göndərməyə köməklik edən şəxsin Təqsirləndirilən şəxs olduğunu, deyilənə görə həmin gün gecə Ceyhunun Salyan rayonu ərazisində yol-nəqliyyat hadisəsi törətdiyini, hadisə zamanı avtomobildən külli miqdarda pulun oğurlandığını, ona görə də Ceyhunun pulu çatdıra bilmədiyini, Ceyhunun özünün Lexus markalı avtomobil sürdüyünü, lakin yeznəsinin VAZ 2115 markalı avtomobili ilə yol-nəqliyyat hadisəsi törətdiyini, huşunu itirdiyi üçün Ceyhunun heç kimi tanımadığını söyləmiş, bunlar Ceyhunun pulu ələ keçirərək yolnəqliyyat hadisəsini səhbələşdirməsində onu şübhələndirmiş, ona görə də Zərərçəkmiş şəxs2 təklif etmişdir ki dərhal birlikdə Azərbaycana gedərək Ceyhunun özü ilə görüşsünlər, ona görə də həmin gün axşam aviabilet alaraq Bakı şəhərinə gəlmişlər, Bakı şəhərində təyyarədən düşərkən artıq 06 noyabr 2022-ci il saat 05-06 radələri olmuş, elə təyyarədən düşən kimi dostunun təşkil etdiyi avtomobillə Rahillə birlikdə Bakı şəhərindən Rahilin qohumu Eldar adlı şəxsi də götürüb Cəlilabad rayonuna getmişlər, Azərbaycana gələrkən Rahil ona Azərbaycana pul göndərməyə köməklik edən şəxsin Təqsirləndirilən şəxs olduğunu, 01 noyabr 2022-ci il tarixdən 04 noyabr 2022-ci il tarixədək olan müddət ərzində Ceyhunun dediyi kartlara göndərdiyi və Rusiya Federasiyasında dediyi şəxslərə əlbəəl çatdırdığı pullardan bir hissəsini Ceyhunun Azərbaycanda dediyi şəxslərə çatdırsa da hazırda Ceyhunda ümumilikdə 453.000 ABŞ dollarından çox məbləğdə pulu qaldığını demiş, Rahil yolboyu kiminləsə danışaraq Ceyhunun olduğu yeri dəqiqləşdirmiş, rayonda maşına Rahilin danışdığı bir nəfər şəxs əyləşərək onları hazırda xatırlamadığı bir kəndə Ceyhunun olduğu evə aparmışdır. Artıq həmin gün günorta saatları olmuş, əvvəlcə Ceyhunun atası onları aqressiv qarşılamış, daha sonra içəri keçib Ceyhunun özü ilə danışmışlar, Ceyhunun başı sarıqlı olsa da gözlə görünən hər hansı bir xəsarəti olmamış, həmin vaxt Şaiq və Amil adlı şəxslər də orada olmuşlar, həmin şəxslərlə yanaşı evə çoxsaylı şəxslər toplaşmışdır. Söhbət zamanı Ceyhun onlara yol-nəqliyyat hadisəsi zamanı huşunu itirdiyini, həmin vaxt avtomobilin içərisindən ön sağ oturacağın altında sellofan torbada gizlətdiyi pulların naməlum şəraitdə oğurlandığını, ayılanda xəstəxanada olduğunu gördüyünü demiş, həmin vaxt onlara məlum olmuşdur ki, oraya gələn Şaiq adlı şəxsin də Ceyhunda pulu olmuşdur, lakin pulların dəqiq məbləğini bilməmişdir. Daha sonra həmin evə polis əməkdaşları gələrək Ceyhunu polis bölməsinə aparmışlar, həmin gün onlara məlum olmuşdur ki, yol-nəqliyyat hadisəsi zamanı Ceyhunun idarə etdiyi avtomobildən pul oğurlanmamışdır, pulun bir hissəsi Ceyhunun olduğu evdədir. Növbəti gün Zərərçəkmiş şəxs2 ərizə ilə Daxili İşlər Nazirliyinə müraciət etmiş, təxminən bir ay sonra özü Rusiya Federasiyasına qayıtmışdır. O, həmçinin Təqsirləndirilən şəxs istintaq zamanı verdiyi ifadəsində Zərərçəkmiş şəxs2 ona Rusiya Federasiyasından göndərdiyi pullardan 01 noyabr 2022-ci il tarixdə Rahilin tapşırığı ilə Rahilin tanışı Rövşənə yəni ona 100.000 ABŞ dolları, 03 noyabr 2022-ci il tarixdə Rahilin tapşırığı ilə Rövşənin yəni onun Bakıda yaşayan adamına 100.000 ABŞ dolları məbləğində pul verməsi ilə bağlı bildirmişdir ki, Təqsirləndirilən şəxs yalan danışır, o, özü 2022-ci ilin noyabr ayının birindən altısınadək ümumiyyətlə Azərbaycanda olmamış, Azərbaycana 06 noyabr 2022-ci il tarixdə saat 05-06 radələrində Rahillə birlikdə gəlmiş, ona görə də Ceyhun həmin tarixlərdə nə ona, nə də ki onun dediyi şəxslərə heç bir məbləğdə pul verməmişdir, 2022-ci ilin oktyabr ayının sonu və ya 2022-ci ilin noyabr ayının əvvəlində Zərərçəkmiş şəxs2 Azərbaycana göndərmək üçün verdiyi müvafiq olaraq 10.000 ABŞ dolları və 20.000 ABŞ dolları həqiqətən də Azərbaycanda lazım olan şəxslərə çatdırılmışdır, lakin o, həmin vaxt pul köçürmə işinin Təqsirləndirilən şəxs tərəfindən görüldüyünü bilməmişdir, eyni zamanda həmin pulları Azərbaycanda qəbul etmiş şəxslərin anket məlumatları və əlaqə nömrələrini bilmir, çünki pulu götürəcək şəxslər barədə məlumatları ona müraciət edən hazırda xatırlamadığı şəxslər söyləmişlər, o da həmin məlumatları Rahilə ötürmüşdür. Bundan başqa Təqsirləndirilən şəxs istintaq zamanı verdiyi ifadələrində xx.xx.2022-ci il tarixdə Zərərçəkmiş şəxs2 Şahid10 vasitəsilə 14.000 (on dörd min) ABŞ dolları məbləğində pul qaytarması barədə göstərdiyi xüsusatla bağlı qeyd etmişdir ki, Ceyhun yalan danışır, əvvələ o, Rahillə birlikdə Ceyhunla 06 noyabr 2022-ci il tarixdə Ceyhunun olduğu evdə görüşmüş, həmin vaxt nə Təqsirləndirilən şəxs, nə də ki, Şahid10 Rahilə ümumiyyətlə heç bir məbləğdə pul verməmişdir, qeyd edilən 14.000 ABŞ dolları məbləğində pul onun Zərərçəkmiş şəxs2 Azərbaycana göndərilməsinə köməklik etməsini xahiş etdiyi 110.000 ABŞ dollarına daxil olmuş, Rahil həmin pulların rus rublu şəklində Ceyhunun dediyi bank kartlarına göndərilməsini təmin etmiş, belə ki, o, Rahillə birlikdə 06 noyabr 2022-ci il tarixdə günorta saatlarında Ceyhunun yanında olarkən Şahid10 də orada olmuş, orada söhbət zamanı məlum olmuşdur ki, 14.000 ABŞ dollarını Şahid10 Təqsirləndirilən şəxs çatdırmalıdır, Rahil Ceyhunla danışdıqdan sonra Şahid10 həmin 14.000 ABŞ dollarının ekvivalentində olan rus rublunun elə orada olduqları vaxt Rusiyada Rahilin dediyi adama geri qaytarılmasını təmin etmiş, lakin pulun hansı formada geri qaytarılmasını dəqiq xatırlamır. X56, Zərərçəkmiş şəxs2 tanışları olan Mail, Vasif, Məhəmməd, Qafqaz, Hacı Yusif adlı şəxslərin heç birini tanımır, xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan müddət ərzində özünün Təqsirləndirilən şəxsla heç bir əlaqəsi və ünsiyyəti olmamışdır, Şahid4 ümumiyyətlə tanımır, 02 noyabr 2022-ci il tarixdə Azərbaycana göndərilməsini xahiş etdiyi 110.000 ABŞ dollarını həmin vaxt Rahilə vermədiyi üçün, Rahilin həmin pulu özündən göndərib pul Azərbaycanda dediyi şəxslərə çatdıqdan sonra ondan alacağı üçün Təqsirləndirilən şəxs tərəfindən Zərərçəkmiş şəxs2 qarşı törədilmiş cinayət əməli nəticəsində onun özünə hər hansı bir məbləğdə maddi ziyan dəyməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid15 ifadəsində bildirmişdir ki, 2008-ci ildən etibarən Rusiya Federasiyasının müxtəlif şəhərlərinə tikintidə fəhlə kimi işləmək üçün gedib-gəlməyə başlamış, getdiyi vaxtlarda orada işlə bağlı uzun müddət qalmış, sonuncu dəfə 2022-ci ilin iyul ayının əvvəlində Rusiya Federasiyasının Surqut şəhərinə gedərək yaxınlıqda yerləşən Nerftyuqan şəhərində dostu Samir Məmmədovun evində təmir işləri ilə məşğul olmuş, 2022-ci ilin avqust ayının ortalarında Azərbaycana qayıtmış, həmin vaxtdan sonra Rusiya Federasiyasına getməmişdir, Şahid10 onun qohumudur, belə ki, atası Asiflə Amilin atası Səfaqət əmioğludurlar, sonuncu dəfə 2022-ci ilin iyul ayında Rusiya Federasiyasına gedərkən özü istifadə etmək üçün orada öz adına “Sberbank” adlı bankın plastik debet kartını almış, həmin kartı almaqda məqsədi orada işlədiyinə görə əmək haqqlarının rahat şəkildə həmin karta göndərilməsini təmin etmək olmuş, Moskva şəhərində yaşayan X6 Tağıyevin yeznəsidir, Eldənizlə münasibəti normaldır, 2022-ci ilin noyabr ayının əvvəlində dəqiq xatırlamadığı vaxtda Şahid10 ondan “Sberbank”-a aid bank kartının fotoşəkilini ona göndərməsini xahiş edərək söyləmişdir ki, onun bank kartının hesabına rus rublu şəklində pul göndəriləcəkdir, həmin pulları deyəcəyi digər bank kartının hesabına göndərmək lazımdır, o da qohum olduqları üçün Şahid10 etiraz etməyərək bank kartının fotoşəkilini “whatsapp” proqramı vasitəsilə göndərmiş, həqiqətən də həmin gün bank kartının hesabına hissə-hissə olmaqla səhv etmirsə ümumilikdə 1.000 000 rus rublu gəlmiş, o həmin kartın hesabını mobil telefonundakı “Sberbank”-ın mobil tətbiqi vasitəsilə yoxlamış, daha sonra həmin məbləğdə pulları Şahid10 ona fotoşəkilini göndərdiyi Rusiya Federasiyası bankına məxsus olan digər bank kartlarının hesabına elə həmin gün mobil tətbiq vasitəsilə tam şəkildə göndərmiş, həmin pulların hansı məqsədlə onun bank kartına göndərilməsi barədə Şahid10 ona ətraflı məlumat verməmiş, pulların özünə aidiyyəti olmadığı üçün o da maraqlanmamışdır, həmin pul göndərişinə köməklik etməkdə heç bir maddi marağı olmamış, həmin bank kartı bir neçə ay sonra bloklandığı üçün həmin kartı hazırda istifadə etmir, hazırda kartın harada olduğunu bilmir, çox güman ki tullamışdır. O, həmçinin bildirmişdir ki, Təqsirləndirilən şəxs şəxsən tanımır, Ceyhunla heç bir əlaqəsi və ünsiyyəti olmamış, təxminən 2022-ci ilin noyabr ayının əvvəlində pul göndərişindən bir neçə gün sonra Şahid10lə birlikdə çayxanada olarkən Amil özü söhbət açaraq danışmışdır ki, ona Rusiya Federasiyasına pul göndərməyə köməklik edən Ceyhun adlı oğlan yol qəzası keçirmiş və hadisə zamanı huşu özündə olmadığı vaxt avtomobildən təxminən 450.000 ABŞ dolları məbləğində pul oğurlanmışdır, lakin özünə maraqlı olmadığı üçün həmin hadisə barədə Amildən başqa söz soruşmamışdır. O, həmçinin bildirmişdir ki, Zərərçəkmiş şəxs2 ümumiyyətlə tanımır, Rahillə heç bir əlaqəsi və ünsiyyəti olmamış, özü Yekaterinburq şəhərinə ümumiyyətlə getməmiş və orada işləməmişdir, 2022-ci lin oktyabr-noyabr aylarında istifadəsində yalnız ***-***-**-** və ***-***-**-** saylı GSM nömrələr olmuşdur. O, həmçinin “Sberbank”-a aid ****9972 nömrəli bank kartınının hesabına 02 noyabr 2022-ci il tarixdə saat 12:42-də 350.000 (üç yüz əlli min) rus rublu, saat 12:42-də 350.000 (üç yüz əlli min) rus rublu, saat 17:13-də 300.000 (üç yüz min) rus rublu məbləğində pul göndərilməsi ilə bağlı bildirmişdir ki, hazırda özünün “Sberbank”-a aid bank kartının son rəqəmlərinin ****9972 olduğunu xatırlayır, lakin əvvəlki rəqəmlərini xatırlamır, Zərərçəkmiş şəxs2 və Təqsirləndirilən şəxs əyani olaraq heç bir vaxt görməmiş, şəxsən tanımamış, heç bir əlaqəsi olmamış, 02 noyabr 2022-ci il tarixdə həmin pulları göndərmiş şəxsləri də tanımır, həmin vaxt onun bank kartına pul göndəriləcəyini ona Şahid10 məlumat vermiş, sonradan həmin pulları o, Amilin dediyi hazırda xatırlamadığı digər kartın hesabına dərhal göndərmiş, həmin pullar ona məxsus olmamış və çatmamışdır, 02 noyabr 2022-ci il tarixdə özü ümumiyyətlə Rusiya Federasiyasında olmamış, həmin vaxt yaşadığı Masallı rayonu Mahmudavar kəndində olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid16 ifadəsində bildirmişdir ki, 2006-cı ildən etibarən dəfələrlə işləmək üçün Rusiya Federasiyasının müxtəlif şəhərlərinə gedib gəlmiş, getdiyi vaxt orada uzunmüddətli qalaraq fəhlə, bazarda satıcı və digər işlərdə işləmiş, sonuncu dəfə 2023-cü ilin oktyabr ayında Azərbaycana qayıtmış, daha çox Rusiya Federasiyasının Yekaterinburq şəhərinə gedib gəlmişdir, 2020-ci ilin payız aylarında Rusiya Federasiyasının Komi Respublikasının Useynsk şəhərində mağazada satıcı işlədiyi vaxt həmin ölkədə fəaliyyət göstərən “Sberbank”-ın plastik bank kartını əldə etmiş, həmin kartı işi ilə bağlı onlayn ödənişlər və pul köçürmələri üçün istifadə etmiş, həmin bank kartlarından pul köçürmələrinə gündəlik təxminən 800.000 rus rublu məbləğində limit tətbiq edildiyindən sonradan həmin bankın bir neçə ədəd əlavə bank kartını əldə etmiş, lakin həmin bank kartlarının üzərlərindəki nömrələri hazırda xatırlamır, həmin kartların hamısı hazırda deaktivdir, Təqsirləndirilən şəxs, Zərərçəkmiş şəxs2, Şahid10, Şahid4 ümumiyyətlə tanımır, həmin şəxslərlə heç bir münasibəti və əlaqəsi olmamışdır. O, həmçinin 01 noyabr 2022-ci il tarixdə saat 16:21-də “Sberbank”-a aid ****3557 nömrəli bank kartının hesabına 2.000.000 (iki milyon) rus rublu, 03 noyabr 2022ci il tarixdə saat 15:52-də “Sberbank”-a aid ****3557 nömrəli bank kartının hesabına 145.000 (yüz qırx beş min) rus rublu, saat 16:18-də “Sberbank”-a aid ****9190 nömrəli bank kartının hesabına 707.300 (yeddi yüz yeddi min üç yüz) rus rublu, saat 16:26-da “Sberbank”-a aid ****9190 nömrəli bank kartının hesabına 147.700 (yüz qırx yeddi min yeddi yüz) rus rublu məbləğində pul göndərilməsi barədə məlumatlarla tanış olaraq bildirmişdir ki, həqiqətən də “Sberbank”-a aid bir neçə ədəd bank kartı olmuş, lakin nömrələrini dəqiq xatırlamır, 26 oktyabr 2022-ci il tarixdə tır sürücüsü olan qardaşı Əlisəfa Əhədov vəfat etdiyindən özü 27 oktyabr 2022-ci il tarixdə Moskva-Bakı aviareysi ilə Azərbaycana gəlmiş, 2022-ci ilin noyabr ayının əvvəlində qardaşının yas mərasimi ilə bağlı olaraq Azərbaycanda konkret olaraq Masallı rayonunda olmuş, Rusiya Federasiyasına isə 11 noyabr 2022-ci il tarixdə qayıtmışdır, yəni 01 noyabr və 03 noyabr 2022-ci il tarixlərdə Masallı rayonunda olmuş, həmin ərəfədə yas mərasimində olduğundan qeyd edilən pul köçürmələrini tam dəqiq xatırlamır, lakin yadındadır ki, həmin ərəfədə ondan Rusiya Federasiyasında yaşayan və işləyən tanışlardan kimsə bank kartının fotoşəkilini istəyərək bank kartına pul köçürüləcəyini, sonradan həmin pulları deyəcəyi başqa karta göndərməsini xahiş etmiş, lakin həmin vaxtdan çox keçdiyindən həmin şəxsi hazırda xatırlamır, çünki ondan belə xahişlər çox olmuşdur, belə xahişləri ondan əsasən orada meyvə satışı ilə məşğul olan azərbaycanlılar etmişlər, həqiqətən də həmin ərəfədə “Sberbank”-a aid bank kartlarının hesabına təxminən 3.000 000 (üç milyon) rus rublu məbləğində pullar göndərilmiş, o da həmin pulları “Sberbank”ın mobil tətbiq vasitəsilə başqa kartlara göndərmiş, həmin pullar özündə qalmamışdır, həmin ərəfədə yas mərasimi olduğundan hazırda həmin pul köçürməsi ilə bağlı ondan kimin xahiş etdiyini dəqiq xatırlamır, eyni zamanda onun bank kartına pul göndərmiş X38, N. Aminat Teyubovna, M. Elman Polad oğlunu, eyni zamanda Zərərçəkmiş şəxs2 və Təqsirləndirilən şəxs ümumiyyətlə tanımır. Bundan başqa analoji qaydada bank kartlarının hesabına pul göndərilmiş şəxslərin fotoşəkilləri və anket məlumatları ilə tanış olaraq bildirmişdir ki, həmin şəxslərdən yalnız həmkəndlisi yəni Masallı rayonu Sığdaş ərazi dairəsinin Xanalıyan kənindən olan Şahid17 tanıyır, Yusiflə münasibəti normaldır, lakin sıx ünsiyyəti olmamış, Yusif də uzun müddətdir Rusiya Federasiyasına gedib gəlir, Yusif başqa şəhərdə meyvə satışı ilə məşğul olur, Yusiflə Rusiyada görüşməsə də telefonla danışmış, belə ki, orada aralarında meyvə alqı-satqısı olmuş, həmin alqı-satqı ilə bağlı bir-birilərinin bank kartına pul köçürmüşlər, lakin məbləği dəqiq xatırlamır. 2022-ci lin oktyabr-noyabr aylarında istifadəsində yalnız ***-***-**-** saylı GSM nömrə olmuş, heç bir vaxt xarici ölkədən Azərbaycana və ya Azərbaycandan xarici ölkəyə pul köçürülməsi fəaliyyəti ilə məşğul olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid17 ifadəsində bildirmişdir ki, ilk dəfə 2012-ci ildə, daha sonra isə 2016-cı ildən isə birdəfəlik orada yaşamaq və işləmək üçün Rusiya Federasiyasının Xabarovsk şəhərinə getmiş, daha sonra işləmək üçün qohumları Rusiya vətəndaşları olan X35, X30, X23 yanına Altay bölgəsinə, Tritakovski rayonuna getmiş, orada fiziki şəxs kimi fərdi sahibkarlıqla məşğul olmağa başlamış, əsasən meyvə satışı bazarında topdan satışla məşğul olmuş, 2021-ci ildə Rusiya Federasiyası vətəndaşlığı da almış, lakin Azərbaycan vətəndaşlığından imtina etməmiş, 2022-ci ilin sentyabr ayında Rusiya Federasiyası pasportu ilə Azərbaycana gələrək Masallı rayonunda 6-7 ay müddətində qalmış, 2023-cü ilin yaz aylarında yenidən Rusiya Federasiyasına qayıtmış, sonuncu dəfə isə Azərbaycana xx.xx.2023-cü il tarixdə Azərbaycan pasportu ilə gəlmiş, bir müddət sonra Rusiyaya qayıdacaqdır, Rusiya Federasiyasında ticarətlə məşğul olduğu üçün həmin ölkədə fəaliyyət göstərən “Sberbank” adlı bankın bir neçə ədəd bank kartını əldə etmiş, kartların sayı çox olduğu üçün kartların nömrələrini dəqiq xatırlamır. Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs2 ümumiyyətlə tanımır, onlarla heç bir əlaqəsi və ünsiyyəti olmamış, Yekaterinburq şəhərində ümumiyyətlə işləməmişdir. O, həmçinin 02 noyabr 2022-ci il tarixdə saat 12:01-də özünün “Sberbank”-a aid ****7109 nömrəli bank kartının hesabına 176.000 (yüz yetmiş altı min) rus rublu məbləğində pul göndərilməsi barədə məlumatla tanış olaraq bildirmişdir ki, həqiqətən də öz adına “Sberbank”-a aid üzərində “MİR” sözü yazılmış son rəqəmləri ****7109 olan bank kartı vardır, həmin kartı 2022-ci ildə almış və bazarda topdan satış zamanı istifadə etmiş, Azərbaycana gəldiyi vaxtlarda həmin kartı bazardakı iş yerində qoyur, kartı qohumu Mürvət Qasımov idarə edir, dəfərlərlə ona Rusiyada yaşayan bazarda işləyən azərbaycanlılar müraciət edərək bank göndərişlərinə gündəlik limit tətbiq olunduğu üçün özlərinə çatacaq pulun onun bank kartına göndərilməsinə razılıq verməsini xahiş etmişlər, həmin hallarda onun bank kartına göndərilmiş pulları müraciət edən şəxslərin xahişinə əsasən ya söylədikləri başqa bank kartının hesabına göndərmiş, ya da həmin pulun əvəzinə müraciət edən şəxsə nağd şəkildə pul vermişdir, konkret olaraq 02 noyabr 2022-ci il tarixdə özü Azərbaycanda olduğundan həmin pul köçürməsini hazırda xatırlamır, çox güman ki, 02 noyabr 2022-ci il tarixdə ****7109 nömrəli bank kartının hesabına göndərilmiş həmin 176.000 rus rublunu qohumu Mürvət Qasımzadə ondan xahiş edən şəxsə nağd şəkildə vermişdir, çünki o, dindirməyə çağırılarkən həmin bank kartında 02 noyabr 2022-ci il tarixdə həyata keçirilmiş bank əməliyyatlarına mobil tətbiq vasitəsilə baxaraq müəyyən etmişdir ki, 02 noyabr 2022-ci il tarixdə saat 13:01-də sonu **0527 ilə bitən bank kartından onun sonu ****7109-la bitən bank kartının hesabına 176.000 rus rublu məbləğində pul göndərilmiş, lakin həmin məbləğdə pul başqa karta göndərilməmişdir, həmçinin qeyd etmişdir ki, onun Zərərçəkmiş şəxs2 və Təqsirləndirilən şəxsla, eyni zamanda kartına pulun göndərildiyi kartın sahibi Müşfiq Ətraf oğlu ilə ümumiyyətlə əlaqəsi olmamış, həmin şəxsləri ümumiyyətlə tanımamışdır. O, həmçinin analoji qaydada bank kartlarının hesabına pul göndərilmiş şəxslərin fotoşəkilləri və anket məlumatları tanış olaraq bildirmişdir ki, həmin şəxslərdən yalnız həmkəndlisi Şahid16 tanıyır, Möhübbət özü də Rusiyaya gedib gəlir, eyni zamanda Möhübbətin Rusiya Federasiyasında Nemət və Təbriz adlı qardaşları da yaşayır, Möhübbət və qardaşları ilə aralarında meyvə alqı-satqısı olmuş, həmin alqısatqı ilə bağlı bir-birilərinin bank kartına pul köçürmüşlər, lakin məbləği dəqiq xatırlamır, digər şəxsləri isə tanımır. 2022-ci lin oktyabr-noyabr aylarında istifadəsində yalnız ***-***- **-** və +**********2 saylı GSM nömrələr olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid18 ifadəsində bildirmişdir ki, 2016-cı ildən etibarən tikinti-təmir sahəsində fəhlə kimi işləmək məqsədilə Rusiya Federasiyasının Başqırdıstan Respublikasının Ufa şəhərinə gedib gəlir, getdiyi vaxt orada uzun müddət qalır, 2020-ci mart ayında Rusiya Federasiyasına getdikdən sonra COVİD-19 pandemiyası başladığı üçün həmin səfərində Rusiyada çox uzun müddətdə yəni 21 noyabr 2022-ci il tarixədək qalmışdır, təxminən 2021-ci ildə Rusiya Federasiyasının Ufa şəhərində olduğu vaxt onlayn ödənişlərdə istifadə etmək və əmək haqqını yığmaq məqsədilə həmin ölkədə fəaliyyət göstərən “Sberbank” adlı bankın kartını əldə etmiş, kartın bütün rəqəmlərini tam xatırlamasa da son rəqəmləri “5023” olmuş, hazırda həmin kart deaktivdir, Təqsirləndirilən şəxs onun həmkəndlisidir, Ceyhun yaşca ondan böyük olduğu üçün Ceyhunla münasibəti və əlaqəsi olmamış, Ceyhungil uşaq yaşlarından Rusiya Federasiyasına köçmüşlər, Zərərçəkmiş şəxs2 ümumiyyətlə tanımamış, Ceyhunla Rahil arasında olan münasibət və əlaqədən xəbərsizdir, Şahid10 və Şahid4 da tanımır. O, həmçinin adına olan bank kartına pul köçürülməsi barədə məlumatlarla tanış olaraq bildirmişdir ki, onun həqiqətən də həmin ərəfədə olan “Sberbank”-a aid bank kartının son rəqəmləri ****5023 olmuşdur, lakin digər rəqəmləri xatırlamır, 02 noyabr 2022-ci il tarixdə özü Rusiya Federasiyasında olmuş, həmin ərəfədə Azərbaycana 21 noyabr 2022-ci il tarixdə qayıtmışdır, səmimi olaraq bildirir ki, 2022-ci ilin təxminən yay aylarında dəqiq xatırlamadığı vaxtda Rusiya Federasiyasının Ufa şəhərində yaşayan doğma dayısı oğlu X36 ondan özünə məxsus olan “Sberbank”-a aid bank kartının fotoşəkilini ona göndərməsini xahiş edərək həmin bank kartının hesabına pullar göndəriləcəyini, sonra həmin pulları özü deyəcəyi digər bank kartlarının hesabına göndərəcəyini söyləmiş, İbrahim uşaqlıqdan valideynləri ilə birlikdə Rusiya Federasiyasında yaşayır və həmin ölkənin vətəndaşıdır, təxminən 30-32 yaşı olar, İbrahimin özündən başqa kiçik bacısı 1995ci il təvəllüdlü X37 da həmin ölkənin vətəndaşı olmaqla Ufa şəhərində yaşayır, İlkanə Fərid adlı oğlanla evlidir, İbrahim bank kartına göndəriləcək pulların təyinatı və kimin pulları olması barədə ona heç bir söz deməmişdir, 2020-ci ildə Ufa şəhərinə gedərkən İbrahim orada ona maddi dəstək olduğundan İbrahimə etiraz etməyərək bank kartının fotoşəkilini “whatsapp” proqramı vasitəsilə göndərmiş, lakin bank kartını öz mobil telefonunda “Sberbank”ın mobil tətbiqində qeydiyyat keçdiyi üçün həmin kartın hesabını mobil tətbiq vasitəsilə yalnız özü idarə etmiş, həqiqətən də həmin vaxtdan etibarən onun bank kartının hesabına hissə-hissə olmaqla müxtəlif məbləğlərdə pullar köçürülməyə başlamış, həmin bank kartının gündəlik pul köçürülməsi limiti 1.000 000 rus rubludur, həmin pulları o, İbrahimin tapşırığı ilə dediyi, Rusiya Federasiyasında fəaliyyət göstərən digər bank kartlarının hesablarına göndərmiş, həmin işdə heç bir maddi marağı olmamışdır, həmin pul köçürmələri analoji qaydada bir neçə ay davam etmiş, təxminən 2022-ci ilin noyabr ayının ilk ongünlüyünün sonlarında dəqiq xatırlamadığı gündə o, Ufa şəhərində olarkən İbrahim ona demişdir ki, həmkəndliləri olan Təqsirləndirilən şəxs Salyan rayonunda yol-nəqliyyat hadisəsi törətmiş və hadisə zamanı avtomobildən külli miqdarda pullar oğurlanmışdır, o, Ceyhunla nə əlaqəsi olduğunu soruşduqda İbrahim danışaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs Rusiya Federasiyasından Azərbaycana və Azərbaycandan Rusiya Federasiyasına pul köçürmək işi ilə məşğul olmuş, onun bank kartının hesabına Rusiya Federasiyasında göndərilmiş rus rublu ilə olan pullar Azərbaycana göndərilən pullar olmuşdur, həmin pullar Təqsirləndirilən şəxs tapşırığına əsasən onun və digər şəxslərin bank kartlarının hesabına göndərilmiş, daha sonra ona şəkillərini göndərdiyi bank kartları da Təqsirləndirilən şəxs göndərdiyi bank kartları olmuşdur, yəni onun bank kartının hesabına Təqsirləndirilən şəxs tapşırığına əsasən köçürülmüş pulları o, yenidən Təqsirləndirilən şəxs dediyi digər bank kartlarının hesabına göndərmişdir, lakin o, həmin vaxt İbrahimin Təqsirləndirilən şəxsla əlaqəsi olduğunu bilməmişdir, eyni zamanda həmin pulların Təqsirləndirilən şəxs çatdırıldığından xəbərsiz olmuşdur, əgər bilsəydi heç bir vaxt İbrahimin xahişini yerinə yetirməzdi. Həmin vaxt İbrahim daha onun bank kartına pul köçürülməyəcəyini bildirmiş, həqiqətən də həmin vaxtdan sonra onun bank kartının hesabına ümumiyyətlə tanımadığı şəxslər tərəfindən pul göndərilməmişdir, daha sonra həmin ərəfədə Təqsirləndirilən şəxs həbs edildiyini eşitmiş, lakin Ceyhunun konkret olaraq törətdiyi əməl barədə məlumatı yoxdur. O, həmçinin analoji qaydada bank kartlarının hesabına pul göndərilmiş şəxslərin fotoşəkilləri və anket məlumatları tanış olaraq bildirmişdir ki, həmin şəxslərdən əslən Cəlilabad rayonu Komanlı kəndindən olan qonşusu Şahid7 tanıyır, əslən Cəlilabad rayonu Komanlı kəndindən olan X24 və X29 tanıyır, onlar uzun illərdir Rusiya Federasiyasının Ufa şəhərində yaşayırlar və orada işləyirlər, eyni zamanda Ceyhunun qardaşı Aqil Zeynalovu da uşaq vatxdan tanıyır, Aqil də uzun illərdir Rusiyada hansısa şəhərdə yaşayır. 2022-ci lin may-noyabr aylarında istifadəsində yalnız +**********9 saylı GSM nömrə olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid14 ifadəsində göstəmişdir ki, təqsirləndirilən şəxsi tanıyır, belə ki, hər ikisi Masallı rayonunda “Köhnə Bazar” adlanan bazarda fərdi olaraq ABŞ dolları və Rus Rublunun alqı-satqısı ilə məşğul olmuş, Təqsirləndirilən şəxs sonuncunun istəyi ilə 100 ABŞ dollarını 20 qəpik bahasına, 1000 rus rublunu da 10-20 qəpik bahasına sataraq qazanc əldə etmişdir. Ceyhun eyni zamanda X80 Federasiyasından Azərbaycana göndərilməsi işi ilə də məşğul olurmuş, belə ki, müştəri olduqda o, Ceyhuna müraciət edirmiş, Ceyhun ona Rusiya Federasiyasında fəaliyyət göstərən əsasən “Sberbank” adlı banka aid ayrı-ayrı şəxslərin bank kartlarının şəkillərini “whatsapp” proqramı vasitəsilə göndərirmiş, o, həmin kartın şəkilini müştəriyə göndərirmiş, müştəri həmin kartın hesabına Rusiya Federasiyasında pul göndərdikdən sonra qəbzin şəkilini ona göndərirmiş, o da həmin şəkili Təqsirləndirilən şəxs göndərdikdən sonra Ceyhun kartın hesabına göndərilən pulun ekvivalentində ona Azərbaycan manatı verirmiş. Zərərçəkmiş şəxsləri tanımamış, Təqsirləndirilən şəxs həmin şəxslərə pul borcunun olmasından məlumatı olmamışdır. Təxminən 2022-ci ilin oktyabr ayının sonlarında Təqsirləndirilən şəxs Masallı rayonunda ondan 6.000 ABŞ dolları məbləğində pul alaraq səhəri gün ona həmin pulun müqabilində 100 ABŞ dollarını 170 manat 80 qəpiklə hesablamaqla Azərbaycan manatı verəcəyini bildirmiş, lakin həmin pulu 2022-ci ilin noyabr ayının əvvəlində ona 6000 ABŞ dollarının əvəzinə 10.248 manat pul verməklə ödəmişdir. Təxminən 2-3 gün sonra Masallı rayonunda bazarda olarkən eşitmişdir ki, Təqsirləndirilən şəxs qohumu Eldənizin maşını ilə Salyan rayonu ərazisində yol-nəqliyyat hadisəsi törətmişdir, hadisədən sonra həmin maşından külli miqdarda pul oğurlanmışdır, lakin o, pulun məbləğini dəqiq bilməmişdir, həmin vaxt Ceyhuna zəng etsə də zəng çatmamış, ona görə də Ceyhunla əlaqə yarada bilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun uzaq qohumudur. O, özü yaşadığı Masallı rayonu, Komanlı kəndində mobil telefon proqramçısı kimi işləməklə özünü dolandırır. Rusiya Federasiyasında yaşayıb işlədiyi dövrdə “Sberbank” adlı bankın kartını əldə etmiş, Azərbaycana qayıtdıqdan sonra həmin kart özündə olmuşdur. Təxminən 2022-ci ilin yay aylarında Komanlı kəndində olarkən Təqsirləndirilən şəxs ondan “Sberbank”-a aid bank kartını ona verməyini xahiş edərək, kartın illik xidmət haqqını özü ödəyəcəyini, həmin kartdan öz işi ilə bağlı istifadə edəcəyini və lazım olduqda geri qaytaracağını demiş, o da buna etiraz etmədən həmin kartı Ceyhuna vermişdir. Ceyhun həmin kartın müqabilində ona hər hansı məbləğdə pul verməmişdir. 2022-ci ilin noyabr ayının əvvəlində yaşadığı Komanlı kəndində olarkən kənd sakinlərindən eşitmişdir ki, Ceyhun Salyan rayonu ərazisində qohumu Eldənizə məxsus VAZ 2115 markalı avtomobillə yol-nəqliyyat hadisəsi törəmiş, həmin hadisə zamanı huşu getdiyi vaxt avtomobilin içərisindən pul oğurlanmışdır. Rusiya Federasiyasının Yekaterinburq şəhərində yaşayan Zərərçəkmiş şəxs2 ümumiyyətlə tanımır, ona görə də Ceyhunla həmin şəxslər arasında olan münasibət və əlaqədən xəbərsizdir. Həmçinin digər Zərərçəkmiş şəxs1 da tanımır . Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlləri üzrə təqsirli olması qismən özünün, zərərçəkmiş şəxslərin və şahidin ifadələri ilə yanaşı, cinayət işinin digər materialları ilə də tam sübuta yetirilmişdir. Belə ki, məhkəmədə elan edilib araşdırılmış Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixli izahatından müəyyən olunur ki,o Cəllilabad rayonunun Muğan kəndində yaşayan Zərərçəkmiş şəxs1 ümumilikdə 265000 manat pul və həmçinin RF-nin vətəndaşı Zərərçəkmiş şəxs2 453000 ABŞ dolları məbləğində pul almışdır. Həmin pullarla dollar alqısatqısı ilə məşğul olmuşdur.Son altı ay ərzində getdikcə müflüs olmuşdur və Şaiqlə Rahilə olan borcu qaytara bilməmişdir.Bu səbəbdən idarə etdiyi avtomobil ilə Bakı istiqamətində hərəkət etdiyi zaman yolun sol tərəfində olan beton plitələrinə çırparaq özünə yüngül xəsarət yetirmiş orqan Səlyan rayon MX-na gətirdikdə yanına gələn qohumlarına, sonradan isə borc yiyələrinə onlara borclu olduğu 453000 ABŞ dolları və 98000 manat pulun avtomobilin salonunda oturacaqın altında olduğunun yalandan bildirmişdir.Həmin şəxslər, yəni qohumları və borc yiyələri hadisə yerinə gedib baxsalarda həmin pulları aşkar etməmişdir.Çünki həmin pullar maşında olmamışdır. Məhkəmədə elan edilib araşdırılmış yol-nəqliyyat hadisısi yerinə baxış keçiilməsi haqqında xx.xx.2022-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotocədvəldən müəyyən olunur ki, Ələt-Astara-İran sərhədi yolunun Salyan yolunun ərazisindən keçən 70-ci km dən avtomobilin maneəyə dəyməsi müəyyən edilmişdir. “VAZ-21154”markalı ,**-CZ-*** dövlət qeydiyyat nişanı olan minik avtomobilin qabaq hissəsi əzilmiş dağıdılmış vəziyyətdə yolun Ələt qəsəbi istiqamətinə, yolun sağ ehtiyyat hissədə təkərlərin üzərində dayanməşdır.Avtomobilin beton plitələrinə çırpıldığı üçün ətarafında, şüşə,plasmas, konstruksiyaları tökülüb qalmışdır.Əlavə əşyalar hadisə yerində aşkar edilməmişdir. Məhkəmədə elan edilib araşdırılmış “maddi sübutun götürülməsi barədə” xx.xx.2022-ci il tarixli protokoldan və protokola əlavə edilmiş pul əskinasların fotocədvəlindən müəyyən olunur ki, həmin tarixdən Masallı rayonunda DİN Bİ və Tİ-nin baş müstəntiqi polis mayoru X57 tərəfindən bu protokol tərtib olunmuşdur ki, Təqsirləndirilən şəxs 70619 manat pulu təqdim etmişdir. Məhkəmədə elan edilib araşdırılmış Cəllilabad rayonu Muğan kənd sakini Zərərçəkmiş şəxs1 xx.xx.2022-ci il tarixli ərizəsindən müəyyən olunur ki, 2022-ci ilin may ayının sonlarında Rusiya Federasiyasından 8 tır yük avtomobili kartof toxumu alıb gətirməsi üçün Təqsirləndirilən şəxs yaşadığı Muğan kəndində yerləşən evində 190.000 manat pul vermiş,2022-ci ilin iyun ayının əvvəllərində əlavə olaraq daha 20.000 manat, sonda isə 2022-ci ilin sentyabr ayının sonları Muğan kəndində yerləşən evində 145.000 manat pul vermişdir. Təqsirləndirilən şəxs pulun əvəzində ona cəmi 4 tır yük maşını toxum göndərmiş, yerdə qalan kartof toxumlarının tələb etdikdə Təqsirləndirilən şəxs bügünədək dəyəri 265.000 manat olan toxumu gətirib təhvil verməmiş,nə də ki,pulunu geri qaytarmamışdır. Məhkəmədə elan edilib araşdırılmış Gədəbəy rayonu Arıqıran kənd sakini Zərərçəkmiş şəxs2 xx.xx.2022-ci il tarixli ərizəsində müəyyən olunur ki,2022-ci ilin sentyabr ayında tanışı Təqsirləndirilən şəxs ilə telfon əlaqəsi saxlayaraq ondan Bakı şəhərində qohumu Şahid5 Yusif oğlundan 870.100 manat pul götürüb Rusiya Fedarasiyasına xahiş etmişdir. Təqsirləndirilən şəxs Şahid5 xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixə kimi bir neçə dəfəyə hissə-hissə olmaqla ümumilikdə 870100 manat pulu almış lakin həmin puldan ona cəmi 100.000 manatını göndərmiş, yerdə qalan 770.100 manat pulu isə mənimsəmişdi. Məhkəmədə elan edilib araşdırılmış “Cinayəti törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” xx.xx.2022-ci il tarixli protokoldan müəyyən olunur ki,həmin tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.3.2-ci maddəsində şübhəli bilinərək tutulmuşdur. Məhkəmədə elan edilib araşdırılmış Bakı şəhəri Səbail rayon məhkəməsinin xx.xx.2022-ci il tarilxli qərarından müəyyən olunur ki, Azərbaycan Respublikası CM-nin 178.4-cü maddəsilə təqsiləndirilən Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş,həbs etmənin əvvəli isə xx.xx.2022-ci il tarixdən hesablanmışdır. Məhkəmədə elan edilib araşdırılmış Təqsirləndirilən şəxs ibtidai araşdırma zamanı müdafiəçisinin iştirakı ilə verdiyi xx.xx.2022-ci il tarixli ifadəsindən müəyyən olunur ki, o Cəllilabad rayonu Muğan kənd sakini Şakir Hüseynovdan 2022-ci ilin may ayının əvvəllərində Rusiya Federasiyasının Yekaterinburq şəhərində kartof toxumu alnıb gətirməsi üçün 265.000 manat pul almış lakin toxum gətirə bilməmiş,nə də ki, onun pulunu verə bilməmişdir.Bundan başqa Rusiya Federasiyasının Yekaterinburq şəhərində yaşayan Gədəbəy rayonu sakini Zərərçəkmiş şəxs2 xaihişi ilə sonuncunun Bakı şəhərində yaşayan Şahid5 xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixə kimi bir neçə dəfəyə hissə-hissə olmaqla ümumilikdə 870100 manat pulu almış, lakin həmin puldan ona cəmi 100.000 manatını göndərmiş, yerdə qalan 770.100 manat pulu isə göndərə bilməmişdir. Məhkəmədə elan edilib araşdırılmış Baş Dövlət Yol Polisi İdarəsini xx.xx.2022-ci il tarixli 016-146094-1222 saylı və xx.xx.2023-cü il tarixli 3-13-16/2-19725/2023 saylı arayışlarından müəyyən olunur ki, Təqsirləndirilən şəxs adından nəqliyyat vasitəsi qeydiyyatdan və ya etibarnamə ilə istifadəsində nəqliyyat vasitəsi qeydiyyatdan keçmir. Məhkəmədə elan edilib araşdırılmış Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X55 daxil olmuş 22 dekabr 2022-ci il tarixli **********14 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs mülkiyyətində olan və ya mülkiyyətində olub sonradan özgəninkiləşdirilən qeydiyyata alınmış daşınmaz əmlak aşkar edilməmişdir. Məhkəmədə elan edilib araşdırılmış kompüter-texniki ekspertizasının 24 fevral 2023-cü il tarixli 5/177 nömrəli rəyindən müəyyən olunur ki,təqdim edilmiş bir ədəd sensor ekranlı “Android 11”əməliyyat sistemi ilə təhciz olunmuş “X87 11S" markalı “2201117SG”modelli “**********87802,**********87810” “imei” kodlu mobil smartfon halhazırda işlək vəziyyətdədir.Tədqiq olunan “X87 11S” markalı “2201117SG” modelli mobil smartfonun yaddaşında hal-hazırda “WhatsApp”, “Teleqram” proqramı təminatları və “İnstaqram” sosial şəbəkəyə aid proqram təminatı müəyyən olunmadı.Təqdim olunmuş “X87 11S” markalı “22011117SG” modelli mobil smartfonun yaddaşında “Facebook” və “TikTok” sosial şəbəkələrdə aid proqram təminatları müəyyən olundu, lakin həmin proqram təminatlarına daxil olmaq üçün aktiv(online) internet şəbəkəsinə qoşulma tələb olunduğundan qeyd edilən sosial şəbəkələr vasitəsilə hər hansı bir məlumat( çat seansı və sairə) mübadiləsinin olub-olmamasının üzrə tədqiqat işlərinin aparılması mümkün olmadı. Məhkəmədə elan edilib araşdırılmış “Respublika Psixiatriya Xəstəxanası” X55 daxil olmuş 28 noyabr 2022-ci il tarixli 11395 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs arxiv məlumatına görə həmin xəstəxanada müalicədə olmamışdır. Məhkəmədə elan edilib araşdırılmış edilmiş ambulator məhkəmə-psixiatrik ekspertizasının xx.xx.2023-cü il tarixli 1195 saylı rəyindən müəyyən olunur ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs hal-hazırda hər hansı Psixi Xəstəliyin əlamətləri aşkar olunmur. Bunu cinayət işi materialları, anamnestik məlumatlar və hal-hazırki psixiatrik müayinənin nəticələri və s. sübut edir. Belə ki, Təqsirləndirilən şəxs əvvəllər psixiatrik müəssisələrə müraciət etməmiş, onda hər hansı psixi pozuntu əlamətləri təsvir olunmamış, həmçinin hazırki müayinə zamanı psixi xəstəlik əlamətləri müəyyən edilməmişdir. İİ Yekun hissəsi. Cinayət işi materiallarının və aparılmış psixiatrik müayinənin nəticələrinin tədqiqinə əsasən məhkəmə-psixiatrik ekspertizası qoyulmuş sualları aşağıdakı kimi cavablandırır: 1-ci sual üzrə cavab: Yoxlanılan şəxs Təqsirləndirilən şəxs məlum cinayəti törədərkən xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik müəyyən edilmir. 2-ci sual üzrə cavab: Yoxlanılan şəxs Təqsirləndirilən şəxs cinayəti törədərkən hər hansı psixi xəstəlik müəyyən edilmir, Təqsirləndirilən şəxs cinayəti törədərkən öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. 3-cü sual üzrə cavab: Yoxlanılan şəxs Təqsirləndirilən şəxs hər hansı psixi xəstəlik aşkar olunmur. 4-cü sual üzrə cavab: Yoxlanılan şəxs Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası CM-in 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcbur tədbirlər tətbiq edilməsinə ehtiyac yoxdur. 5-ci sual üzrə cavab: Yoxlanılan şəxs Təqsirləndirilən şəxs hər hansı pxisi xəstəlik aşkar edilmir, Təqsirləndirilən şəxs istintaq zamanı ifadə verə bilmək iqtidarındadır. Məhkəmədə elan edilib araşdırılmış “Təqdim etmə haqqında” xx.xx.2022-ci il tarixli protokoldan müəyyən olunur ki, həmin tarixdən zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs maddi sübut götürülmüş 70.619 manat puldan 35.619 manat maddi ziyan olaraq təhvil verilmişdir. Məhkəmədə elan edilib araşdırılmış “Təqdim etmə haqqında” xx.xx.2022-ci il tarixli protokoldan müəyyən olunur ki, həmin tarixdən zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs maddi sübut götürülmüş 70.619 manat puldan 35.619 manat maddi ziyan olaraq təhvil verilmişdir. Məhkəmədə elan edilib araşdırılmış “Əlavə baxış keçirilməsi haqqında” 12 fevral 2024-cü il tarixli protokoldan görünür ki, istintaqa iş üzrə Təqsirləndirilən şəxs müdafiəçisi X48 tərəfindən təqdim edilmiş bir ədəd qara rəngli bloknot-dəftərçəyə cinayət işinin materialları ilə əlaqəli şəkildə əlavə baxış keçirilmiş, baxış zamanı həmin bloknotdəftərçənin 118 və 119 rəqəmləri ilə nömrələnmiş vərəqlərinin cırılması və həmin nahiyyəyə sonradan yapışqan lentlə yapışdırılması müəyyən edilmiş, həmçinin müəyyən edilmişdir ki, 105-ci vərəqin arxasındakı səhifədə xx.xx.2022-ci il tarixə aid aşağıdakı: saat 12:01-də şəxsiyyəti istintaqla araşdırılan B. Müşfiq Ətraf oğlunun “Sberbank”-a aid ****0527 nömrəli bank kartından Şahid17 “Sberbank”-a aid ****7109 nömrəli bank kartının hesabına köçürülmüş 176.000 (yüz yetmiş altı min) rus rublu, şəxsiyyəti istintaqla araşdırılan “Mərdan” adlı şəxsə nağd şəkildə göndərilmiş 1.000.000 (bir milyon) rus rublu, saat 12:42-də şəxsiyyəti istintaqa məlum olmayan şəxsin “Sberbank”-a aid ****6320 nömrəli bank kartından Şahid15 “Sberbank”-a aid ****9972 nömrəli bank kartının hesabına köçürülmüş 350.000 (üç yüz əlli min) rus rublu, saat 12:42-də şəxsiyyəti istintaqa məlum olmayan şəxsin “Sberbank”-a aid ****6320 nömrəli bank kartından Şahid15 “Sberbank”-a aid ****9972 nömrəli bank kartının hesabına köçürülmüş 350.000 (üç yüz əlli min) rus rublu, saat 17:13-də şəxsiyyəti istintaqla araşdırılan N. Mehman Tofiq oğlunun “Sberbank”a aid ****9865 nömrəli bank kartından Şahid15 “Sberbank”-a aid ****9972 nömrəli bank kartının hesabına köçürülmüş 300.000 (üç yüz min) rus rublu, Moskva şəhərində çatdırılmış 2.000 000 rus rublu, 2.985 000 rus rublu, 1.500 000 rus rublu, saat 18:07-də şəxsiyyəti istintaqla araşdırılan K. Aynur Ağasəlim qızının “Sberbank”-a aid ****4524 nömrəli bank kartından X4 “Sberbank”-a aid ****0895 nömrəli bank kartının hesabına köçürülmüş 286.000 (iki yüz səksən altı min) rus rublu; xx.xx.2022-ci il tarixə aid aşağıdakı: Moskva şəhərində yaşayan şəxsiyyəti istintaqla araşdırılan naməlum şəxsə nağd şəkildə göndərilmiş 2.500.000 (iki milyon beş yüz min) rus rublu, “Yusif” adlı şəxsə nağd şəkildə göndərilmiş 2.000.000 (iki milyon) rus rublu, saat 12:42-də şəxsiyyəti istintaqla araşdırılan İ. Asif Qənbər oğlunun “Sberbank”-a aid ****3273 nömrəli bank kartından N. Anna Serqeyevnanın “Sberbank”-a aid ****2330 nömrəli bank kartının hesabına köçürülmüş 499.000 (dörd yüz doxsan doqquz min) rus rublu, saat 12:44-də şəxsiyyəti istintaqla araşdırılan İ. Asif Qənbər oğlunun “Sberbank”-a aid ****3273 nömrəli bank kartından özünün tapşırdığı X41 “Sberbank”-a aid ****7823 nömrəli bank kartının hesabına köçürülmüş 381.000 (üç yüz səksən bir min) rus rublu, Sankt-Peterburq şəhərində yaşayan şəxsiyyəti istintaqla araşdırılan şəxsə nağd şəkildə göndərilmiş 5.000.000 (beş milyon) rus rublu, saat 13:12-də şəxsiyyəti istintaqla araşdırılan İ. Nuranə Elşad qızının “Sberbank”-a aid ****9671 nömrəli bank kartından X20 “Sberbank”-a aid ****7406 nömrəli bank kartının hesabına köçürülmüş 480.000 (dörd yüz səksən min) rus rublu, saat 13:10-da şəxsiyyəti istintaqla araşdırılan İ. Asif Qənbər oğlunun “Sberbank”-a aid ****3273 nömrəli bank kartından X20 “Sberbank”-a aid ****7406 nömrəli bank kartının hesabına köçürülmüş 120.000 (yüz iyirmi min) rus rublu, saat 15:52-də Şahid16 “Sberbank”-a aid ****3557 nömrəli bank kartının hesabına köçürülmüş 145.000 (yüz qırx beş min) rus rublu, saat 16:18-də şəxsiyyəti istintaqla araşdırılan N. Aminat Teyubovnanın “Sberbank”-a aid ****0794 nömrəli bank kartından Şahid16 “Sberbank”-a aid ****9190 nömrəli bank kartının hesabına köçürülmüş 707.300 (yeddi yüz yeddi min üç yüz) rus rublu, saat 16:26-da şəxsiyyəti istintaqla araşdırılan M. Elman Polad oğlunun “Sberbank”-a aid ****0336 nömrəli bank kartından Şahid16 “Sberbank”-a aid ****9190 nömrəli bank kartının hesabına köçürülmüş 147.700 (yüz qırx yeddi min yeddi yüz) rus rublu; xx.xx.2022-ci il tarixə aid aşağıdakı: saat 13:12-də X4 “Sberbanka”-a aid *****0895 nömrəli bank kartının hesabına göndərilmiş 2 000.000 (iki milyon) rus rublu, saat 17:07-də şəxsiyyəti istintaqla araşdırılan Ş. Cavidan Bulud oğlunun “Sberbank”-a aid ****4534 nömrəli bank kartından X4 “Sberbank”-a aid ****9968 nömrəli bank kartının hesabına köçürülmüş 100.000(yüz min) rus rublu, saat 13:24-də şəxsiyyəti istintaqla araşdırılan N. Mehman Tofiq oğlunun “Sberbank”a aid ****9865 nömrəli bank kartından X14 “Sberbank”-a aid ****3609 nömrəli bank kartının hesabına köçürülmüş 584.000 (beş yüz səksən dörd min) rus rublu, Yekaterinburq şəhərində X25 tərəfindən götürülmüş 1.875.000 (EkG Naliçii), saat 13:35-də şəxsiyyəti istintaqla araşdırılan R. Razi Rəsul oğlunun “Sberbank”-a aid ****5916 nömrəli bank kartından X14 “Sberbank”-a aid ****3609 nömrəli bank kartının hesabına köçürülmüş 100.000 (yüz min) rus rublu, saat 17:53-də şəxsiyyəti istintaqla araşdırılan A. Sadiq Qara oğlunun “Sberbank”-a aid ****9499 nömrəli bank kartından X14 “Sberbank”-a aid ****3609 nömrəli bank kartının hesabına köçürülmüş 278.000 (iki yüz yetmiş səkkiz min) rus rublu, saat 17:59-da X22 “Sberbank”-a aid ****0832 nömrəli bank kartından X14 “Sberbank”-a aid ****3609 nömrəli bank kartının hesabına köçürülmüş 22.000 (iyirmi iki min) rus rublu, saat 14:25-də şəxsiyyəti istintaqla araşdırılan D. Elşən Əlizadə oğlunun “Sberbank”a aid ****8880 nömrəli bank kartından X14 “Sberbank”-a aid ****3609 nömrəli bank kartının hesabına köçürülmüş 300.000 (üz yüz min) rus rublu, saat 17:05-də şəxsiyyəti istintaqla araşdırılan Ş. Cavidan Bulud oğlunun “Sberbank”-a aid ****4534 nömrəli bank kartından şəxsiyyəti istintaqla araşdırılan S. İlkin Mamed oğlunun(şəxsiyyətini dəqiqləşdirmək) “Sberbank”-a aid ****1234 nömrəli bank kartının hesabına köçürülmüş 320.000 (üz yüz iyirmi min) rus rublu ilə bağlı əlyazma qeydlər aşkar edilmişdir. Bundan başqa xx.xx.2022-ci il tarixə aid “Andrey 69.200, Andrey 100.000, Andrey 200.000, Yuliya 9.000, Yuliya 100.000, Yuliya 200.000”, xx.xx.2022-ci il tarixə aid “Fərhad 77.800, Fərhad 200.000, Moskva 1.317.000” naməlum qeydlər aşkar edilmiş, xx.xx.2022ci il tarixə olan və qalan pul köçürmələrinə dair qeydlər aşkar edilməmişdir. Məhkəmədə elan edilib araşdırılmış “Whatsapp” ani mesajlaşma proqramı vasitəsilə əlaqə saxlanılması haqqında xx.xx.2024-cü il tarixli protokoldan müəyyən olunur ki, Zərərçəkmiş şəxs2 istintaqa əlavə sübutlar təqdim edərək bildirmişdir ki,xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan müddət ərzində Təqsirləndirilən şəxs tapşırıqı ilə pulların bir hissəsini Rusiya Federasiyasında ayrı-ayrı şəxslərin bank kartlarının hesablarına köçürmüş,bir hissəsini isə Təqsirləndirilən şəxs dediyi şəxslərə əlbə-əl çatdırmışdır.Təqsirləndirilən şəxs çatdırılması üçün sonuncunun tapşırığı əsasında köçürülmüş və verilmiş pulların qeydiyyatını öz dəftərində aparmışdır.Göstərilmiş məbləğlər Rus rublu ilə qeyd edilmişdir,daha sonra Zərərçəkmiş şəxs2 öz dəftərində apardığı qeydlərin fotoşəkillərini,enin zamanda pul köçürmələrinə dair qəbzləri həmin proqram vasitəsilə istintaqa göndərmişdir(Cild4,iş vərəqi 2-83). Məhkəmədə elan edilib araşdırılmış (“Whatsapp” ani mesajlaşma proqramı vasitəsilə əlaqə saxlanılması, təqdim edilən fotoşəkillərə və məlumatlara baxış keçirilməsi haqqında) xx.xx.2024-cü il tarixdən müəyyən olunur ki,xx.xx.2024-cü il tarixdə saat 15:07də “Whatsapp”mobil proqramı vasitəsilə Zərərçəkmiş şəxs2 ilə audiozəng vasitəsilə əlaqə saxladım,danışıq zamanı Zərərçəkmiş şəxs2 verilən suallara cavab olaraq bildirdi ki, xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan müddət ərzində rus rublundan ibarət pulların bir hissəsini Təqsirləndirilən şəxs ona “whatsapp”mobil proqramı vasitəsilə fotoşəkillərini,eyni zamanda üzərindəki rəqəmləri və sahibin ad-soyadını göndərdiyi ayrıayrışəxslərə məxsus olan “Sberbank”-a aid bank kartlarının hesabına göndərmışdir,fotoşəkillərini,eyni zamanda “**********560405-Əkbərov Fərid”, “**********7817875 –Əkbərov Fərid”, “**********813609- Anar Əbilqasım oğlu”, “**********800978- Şahid7”, “**********322330-N.Anna Serqeyevna”, “**********117109 – Şahid17”məzmunda yazıları həmin mobil proqram vasitəsilə mənə göndərdi, eyni zamanda Zərərçəkmiş şəxs2 özünə məxsus olan “Sherbank-a aid **********252088,**********702986 nömrəli,son rəqəmləri ****5332 ilə bitən digər bank kartı,arvadı Ramidə Əsgərovaya məxsus olan “Sherbank”-a aid **********720832 nömrəli bank kartlarından da Təqsirləndirilən şəxs dediyi bank kartalarının hesablarına rus rublu göndərdiyini bildirərək həmin bank kartlarının fotoşəkillərini də eyni proqram vasitəsilə ona göndərmişdir. Daha sonra Zərərçəkmiş şəxs2 tərəfindən təqdim edilmiş həmin fotoşəkillərə və məlumatlara cinayət işinin materialları ilə əlaqəli şəkildə baxış keçirdim,baxış zamanı müəyyən edildi ki, Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs tapşırığı əsasında hesabına müxtəlif məbləğdə rus rublu köçürdüyü bank kartlarındadır (Cild1, iş vərəqi 1-14). Məhkəmədə elan edilib araşdırılmış Zərərçəkmiş şəxs2 19 yanvar 2023-cü il tarixli ərizəsindən müəyyən olunur ki,19 yanvar 2023-cü il tarixdə səhər saatlarında iş üzrə təqsirləndirilən Təqsirləndirilən şəxs atası Yusif Zeynalov ona vurulmuş maddi ziyandan könüllü olaraq ona 20.000 ABŞ dolları məbləğində pul ödəmişdir. Məhkəmədə elan edilib araşdırılmış AccessBank QSC-nin xx.xx.2022-ci il tarixli arayışından müəyyən olunur ki, Təqsirləndirilən şəxs adına AccessBank QSC-də xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək bank,kart,əmanət hesabları,kredit ohdəliyi,pul köçürməsi və digər əməliyyatlar mövcud olmamışdır. Məhkəmədə elan edilib araşdırılmış Expressbankın xx.xx.2022-ci il tarixli 001/007/7394/2022 saylı arayışından müəyyən olunur ki, Təqsirləndirilən şəxs məxsus hər hansı bank hesabı və bank əməliyyatları aşkar olunmamışdır. Məhkəmədə elan edilib araşdırılmış Azərbaycan Beynaxalq Bankının xx.xx.2022-ci il tarixli 41-22784/2022 saylı arayışından müəyyən olunur ki, Təqsirləndirilən şəxs məxsus hər hansı bank hesabı və bank əməliyyatları aşkar olunmamışdır. Məhkəmədə elan edilib araşdırılmış PAŞABank-ın xx.xx.2022-ci il tarixli PB-OUT- 06901-2022 saylı arayışından müəyyən olunur ki, Təqsirləndirilən şəxs məxsus hər hansı bank hesabı və bank əməliyyatları aşkar olunmamışdır. Məhkəmədə elan edilib araşdırılmış Günay Bank-ın xx.xx.2022-ci il tarixli 1826 saylı arayışından müəyyən olunur ki, Təqsirləndirilən şəxs məxsus hər hansı bank hesabı və bank əməliyyatları aşkar olunmamışdır. Məhkəmədə elan edilib araşdırılmış Azər-Türk Bank ASC-nin xx.xx.2022-ci il tarixli 6-3/xx/xx-6506 saylı arayışından müəyyən olunur ki, Təqsirləndirilən şəxs məxsus hər hansı bank hesabı və bank əməliyyatları aşkar olunmamışdır. Məhkəmədə elan edilib araşdırılmış ASB-nin xx.xx.2022-ci il tarixli 8089 saylı arayışından müəyyən olunur ki, Təqsirləndirilən şəxs məxsus hər hansı bank hesabı və bank əməliyyatları aşkar olunmamışdır. Məhkəmədə elan edilib araşdırılmış BANK BTB-nin xx.xx.2022-ci il tarixli 2022/6060 saylı,BankAvrasiya-nın xx.xx.2022-ci il tarixli 02/2363 saylı, AFBBANK-ın arayışından müəyyən olunur ki, Təqsirləndirilən şəxs məxsus hər hansı bank hesabı və bank əməliyyatları aşkar olunmamışdır. Məhkəmədə elan edilib araşdırılmış KapitalBank ASC-nin xx.xx.2023-cü il tarixli 2023/20300/908 saylı məktubundan və bu məktuba əlavə edilmiş ödəniş kartı ilə çıxarış vərəqələrindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs bu bankın BirKart Umico kartın sahibi olmaqla Hesabın valyutası AZN olmaqla xx.xx.2019-xx.xx.2022-ci il tarixlərdə ayrıayrı əməliyyatların aparılması üçün əsas və ünvan göstərməklə əməliyyatlar həyata keçirmiş,mövcud balans 80.53 manat təşkil etmişdir. Məhkəmədə elan edilib araşdırılmış “Baxış keçirilməsi haqqında” 01 fevral 2024-cü il tarixli protokoldan müəyyən olunur ki, Azərbaycan Respublikası Mərkəzi Bankının www.cbar.az rəsmi internet səhifəsindəki xarici valyutaların məzənnələrinə dair məlumatların əks olunduğu bölməyə baxış keçirilərkən 1(bir) rus rublunun azərbaycan manatına nisbətdə məzənnəsinin xx.xx.2022-ci il tarixdə 0,0275 manat, xx.xx.2022-ci il tarixdə 0,0269 manat, xx.xx.2022-ci il tarixdə 0,0277 manat, xx.xx.2022-ci il tarixdə 0,0273 manat təşkil edir. Məhkəmədə elan edilib araşdırılmış DİN-in Baş İnformasiya-Kommunikasiya İdarəsindən daxil olmuş xx.xx.2023-cü il tarixli 20/2-7330 nömrəli məktuba əlavə edilmiş sərhədkeçməyə dair məlumatdan müəyyən olunur ki, Zərərçəkmiş şəxs2 xx.xx.2022-ci il tarixdə Moskva-Bakı aviareysi ilə Rusiya Federasiyasından Azərbaycan Respublikasına gəlmiş, xx.xx.2023-cü il tarixdə X82 Buraxılış Məntəqəsindən keçməklə Rusiya Federasiyasına getmiş, həmin vaxtdan sonra Azərbaycan Respublikasına gəlməmişdir. Məhkəmədə elan edilib araşdırılmış DİN-in BƏSİİ-dən daxil olmuş tələbnaməyə əsasən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir. Məhkəmədə elan edilib araşdırılmış Bakı Şəhəri Səbail Rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından müəyyən olunur ki,Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin müddətini uzadılmasına dair vəsatət rədd edilmiş,Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin uzadılmasından imtina edilmiş barəsində ev dustaqlığı qətimkan tədbirini seçilərək məhkəmə iclas zalından azad edilmişdir.Ev dustaqlığı xx.xx.2023-cü il tarixli hesablanmakla xx.xx.2024-cü il tarixədək müəyyən edilmişdir. Məhkəmədə elan edilib araşdırılmış Bakı Apellyasiya məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından müəyyən olunur ki, Bakı Şəhəri Səbail Rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından verilmiş Apellyasiya protesti təmin edilməmişdir. Məhkəmədə elan edilib araşdırılmış doğum haqqında şəhadətnamələrin sürətləridən müəyyən olunur ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2013-cü il təvəllüdlü qızı Amaliya, xx.xx.2015-ci il təvəllüdlü oğlu Əli,xx.xx.2020-ci il təvəllüdlü oğlu Amin vardır. Məhkəmədə elan edilib araşdırılmış Nigahın pozulması haqqında şəhadətnamənin sürətindən müəyyən olunur ki, xx.xx.2020-ci ildə Təqsirləndirilən şəxs Şahid1 arasında iigah pozulmuşdur. Məhkəmədə elan edilib araşdırılmış Cəlilabad Rayon İcra Hakimiyyəti Başçısının Komanlı kənd İnzibati ərazi dairəsi üzrə Nümayəndəliyinin xx.xx.2024-cü il tarixli 5-41/42xx-xx/2025 saylı arayışdan müəyyən olunur ki, Zeynalov X31 rayonu Komanlı kəndində Pasport qeydiyyatındadır və hal-hazırda həmin kənddə yaşayır,yaşayış yeri üzrə müsbət xarakterizi olunur. Məhkəmədə elan edilib araşdırılmış Zərərçəkmiş şəxs2 nümayəndəsi, “Verdiktum” Vəkil Bürosunun Vəkili Nümayəndə2 təqdim etdiyi Mülki iddia ərizəsindən müəyyən olunur ki, Mülki cavabdeh Təqsirləndirilən şəxs 880132,35( səkkiz yüz səksən min yüz otuz iki manat 35 qəpik) manat maddi ziyan və dövlət rüsumu olan 1170,13 (min yüz yetmiş manat üç yüz iki manat 48 qəpik) manat pulun alınıb Zərərçəkmiş şəxs2 xeyrinə tutulmasını xahiş edir. Məhkəmə hesab edir ki, ibtidai araşdırma orqanı Təqsirləndirilən şəxs əməllərini düzgün olaraq Azərbaycan Respublikası CM-nin 178.4-cü maddəsi ilə tövsif etmişdir. Belə ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.4-cü maddəsi ilə ittiham olunduğu əməli, yəni özgənin əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə xüsusilə külli miqdarda zərər vurmaqla ələ keçirib təkrarən dələduzluq etməsi məhkəmədə qismən etiraf edici ifadələri, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 ifadələri, şahidlərin ifadələri, hadisə yerinə və sənədlərə baxış keçirilməsi haqqında protokollar, pul köçürmələrinə dair qəbzlər və hesabatların fotoşəkilləri, məhkəmə ekspertizi rəyləri və cinayət işində olan digər sənədlərlə tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxsin təqsirli bilindiyi dələduzluq cinayəti talama cinayətlərinin bir növü olmaqla aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə törədilir və bu zaman əmlak sahibi öz əmlakını və ya ona olan hüququnu təqsirləndirilən şəxsə onun yalanlarının təsiri altında və ya ona olan inamının, etibarının təsiri altında könüllü olaraq verir. «Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli 7 saylı qərarının 1-ci bəndində qeyd olunur ki, etibardan sui-istifadə və ya aldatma yolu ilə özgəsinin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə o halda dələduzluq hesab edilir ki, təqsirləndirilən şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakını əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə və yaxud əmlak hüquqları əldə etməsinə yönəlmiş olsun. Bu cinayətin özünəməxsusluğu ondan ibarətdir ki, mülkiyyətçinin əmlakı özgəninkiləşdirməsi və onu cinayətkara verməsi zahiri cəhətdən könüllü görünür. Faktiki isə təqsirkar aldadaraq və ya etibardan sui-istifadə edərək zərərçəkmiş şəxsi yanılma dərəcəsinə çatdırmaqla əmlakın ona verilməsinə nail olur. Məhkəmə tərkibi hesab edir ki, məhkəmə istintaqı zamanı araşdırılan cinayət hadisəsinin baş vermə faktı və halları təqsirləndirilən şəxsin hökmün təsviri-əsaslandırıcı hissəsində göstərilən cinayət hadisəsi ilə əlaqəsi və həmin cinayət əməlinin törədilməsində cinayət məsuliyyətinə cəlb edilən şəxsin təqsirliliyi toplanmış sübutların məcmusu ilə tam müəyyən edilmiş və ittiham hökmünün çıxarılması üçün kifayətdir. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkar şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunası cəzanın bu şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində 3 azyaşlı uşağın olmasını və zərərçəkmiş şəxslərə vurulmuş zərəri qismən odənilməsini onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirilir. Məhkəmə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran halları müəyyən etməmişdir. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsinə əsasən isə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs islah olunması yalnız onun cəmiyyətdən təcrid olunma yolu ilə nail olmaq mümkündür. Azərbaycan Respublikası CM-in 15.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ittiham olunduğu Azərbaycan Respublikası CM-nin 178.4-cü maddəsi ağır cinayətlər kateqoriyasına aiddir və Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən qəsdən törədilmiş xüsusilə ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün həmin şəxsin azadlıqdan məhrum etmə növündə cəzanın ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Məhkəmə nəzərə alır ki,cinayət işi üzrə Təqsirləndirilən şəxs 07 noyabr 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 09 noyabr 2023-cü il tarixdə barəsində Bakı şəhəri Səbail Rayon Məhkəməsinin qərarı ilə 04(dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilərək həbs etmənin əvvəli 07 noyabr 2022-ci il tarixdən hesablanmış, həbsdə saxlanılma müddəti 03 mart 2023-cü il tarixdə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin qərarı ilə 02 (iki) ay, yəni 07 may 2023-cü il tarixədək, 04 may 2023-cü il tarixdə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin qərarı ilə 02 (iki) ay, yəni 07 iyul 2023-cü il tarixədək, 04 iyul 2023-cü il tarixdə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin qərarı ilə 05 (beş) ay, yəni 07 dekabr 2023-cü il tarixədək uzadılmış, 05 dekabr 2023-cü il tarixdə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin qərarı ilə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin uzadılmasından imtina edilərək sonuncu barəsində 07 mart 2024-cü il tarixədək ev dustaqlığı qətimkan tədbiri seçilmişdir. Belə olan halda, Təqsirləndirilən şəxs cəzasının əvvəli şübhəli şəxs qismində tutulduğu xx.xx.2022-ci il tarixdən hesablanmalı, onun həbsdə və həbsə bgrabər tutulan ev dustaqlığında olan müddət həmin tarixdən hesablanmaqla hesaba alınmalıdır. “Azərbaycan Respublikası CM-də dəyişikliklər edilməsi haqqında” 7 mart 2012-ci il tarixli Azərbaycan Respublikasının Qanununa 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1-ci maddəsi ilə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Məhkəmə baxılan cinayət işi üzrə Təqsirləndirilən şəxs aid Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1.1-99-1.1.4-cü maddələrində nəzərdə tutulan xüsusi müsadirəyə məruz qala biləcək əmlak müəyyən edilmədiyindən hesab edir ki, Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə tədbiri tətbiq edilməməlidir. Məhkəmə hesab edir ki,Zərərçəkmiş şəxs2 nümayəndəsi, “Verdiktum” Vəkil Bürosunun Vəkili Nümayəndə2 Mülki cavabdeh Təqsirləndirilən şəxs maddi ziyan olan 880132,35 (səkkiz yüz səksən min yüz otuz iki manat otuz beş qəpik)manat pulun və dövlət rüsumu olan 1170,13(min yüz yetmiş manat on üç qəpik) manat pulun alınıb Zərərçəkmiş şəxs2 xeyrinə tutulmasına dair mülki iddiası təmin edilməlidir. Eyni zamanda digər Zərərçəkmiş şəxs1 ona ödənilməyən zərərin hissəsinin alınması məqsədilə mülki-mühakimə icraat qaydasında yerli məhkəməyə müraciət etmə hüququ izah edilməlidir. İş üzrə məhkəmə xərci olan kompüter-texniki ekspertizasının aparılmasına görə 80 (səksən) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin Dövlət xəzinadarlığı Agentliyində olan AZ344CTRE********************nömrəli hesabına ödənilməlidir. İş üzrə maddi sübut yoxdur. Hökmdə şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.4-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinməklə 11 (on bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkmə müddətinin əvvəli 07 noyabr 2022-ci il tarixdən hesablansın. Barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri «həbs» qətimkan tədbiri ilə əvəz olunsun. Təqsirləndirilən şəxs dərhal məhkəmə iclas zalından həbs edilsin. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Zərərçəkmiş şəxs2 nümayəndəsi, “Verdiktum” Vəkil Bürosunun Vəkili Nümayəndə2 mülki cavabdeh Təqsirləndirilən şəxs maddi ziyan olan 880132,35 ( səkkiz yüz səksən min yüz otuz iki manat otuz beş qəpik)manat pulun və dövlət rüsumu olan 1170,13 (min yüz yetmiş manat on üç qəpik) manat pulun alınıb Zərərçəkmiş şəxs2 xeyrinə tutulmasına dair mülki iddiası təmin edilsin. Zərərçəkmiş şəxs1 maddi zərərin ödənilməyən hissəsi ilə bağlı mülki-mühakimə icraatı qaydasında yerli məhkəməyə müraciət etmək hüququ izah edilir. İş üzrə məhkəmə xərci olan 80 (səksən) manat pul Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin Dövlət xəzinadarlığı Agentliyində olan AZ344CTRE******************** nömrəli hesabına ödənilsin. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: (sədrlik edən) Rasim Sadıxov Novruz Kərimov Leyla Məmmədova-Əsgərova
Məhkəmə qərarları › İş №1(101)-210/2025
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-210/2025
25.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver