Məhkəmə qərarları › İş №1(101)-2100/2024

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-2100/2024

04.11.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-2100/2024 04.11.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Namazov Fərid Arif oğlunun sədrliyi, hakimlər Quliyev Əhməd Qəhrəman oğlu və Hüseynov Telman Qulaməli oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibləri X6 və X5, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, müdafiəçi- Bakı şəhəri 19 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 2002-ci il tarixdə Lerik rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, məhkumluğu olmayan, fərdi əməklə məşğul olmuş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Bakovtamat yaşayış massivində nömrəsiz evdə yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə AR Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan, barəsində həbs qətiimkan tədbiri seçməklə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə 04 noyabr 2024-cü il tarixdə, saat 14:50-də Bakı Ağır Cinayətlər Məhkəməsinin inzibati binasının 6 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin sağlamlığına qəsdən həyatı üçün təhlükəli olan ağır zərər vurmuşdur. Belə ki, Təqsirləndirilən şəxs 27 aprel 2024-cü il tarixdə saat 00:30 radələrində Xəzər rayonu, Binə qəsəbəsi, Bakavtomat yolunda yerləşən “Murad” kafesinin yaxınlığında, küçədə tanışları Zərərçəkmiş şəxs və Şahid1 onu heç bir əsaslı səbəb olmadan əlində olan idman çantasının zəncirbəndinin düzəltməsindən sonra çantada hansı əşyaların olmasını bəhanə edib ünvanına nalayiq sözlər işlətməklə təhqir edərək ələ salmaları, Zərərçəkmiş şəxs onun 3 dəfə üz nahiyyəsindən sillə, 2 dəfə baş nahiyəsində yumruq, Şahid1 isə onun 2 dəfə üz nahiyəsində sillə ilə vuraraq sağ göz almasının ağlı qişasının qansızması, sol və sağ gözaltı nahiyənin, sol qulağın qançırları, sağ alt göz qapağının əzilmiş yarası ilə müşayiət olunan, dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid bədən xəsarətləri yetirmələrindən sonra, Təqsirləndirilən şəxs yaşadığı Xəzər rayonu, Binə qəsəbəsi, Bakavtomat yolunun yaxınlığında yerləşən nömrəsiz yaşayış evinə gedərək evin mətbəxində olan, zavod üsulu ilə hazırlanmış məişət təyinatlı və soyuq silah hesab edilməyən mətbəx bıçağını götürərək həmin gün saat 01:00 radələrində yenidən hadisə yerinə qayıdarkən Xəzər rayonu, Binə qəsəbəsi, Ş.İ.Xətai küçəsində yerləşən “Hüseyn” marketin yaxınlığında Zərərçəkmiş şəxs və Şahid1 ilə rastlaşdığı zaman Şahid1 onu yenidən yumruq zərbəsi ilə vurub yerə yıxmış, o da yerdə olduğu müddətdə qəsdən onlara xəsarət yetirib qisas almaq məqsədilə özü ilə gətirdiyi əlində olan bıçaqla qəsdən Zərərçəkmiş şəxs bir dəfə qarın nahiyəsindən vuraraq ona köndələn çənbər bağırsağın və nazik bağırsaq ilgəyinin yaralanması ilə müşayiət olunan qarnın ön divarının sol yarısının daxilə (qarın boşluğuna) nüfuz edən 1 (bir) ədəd deşilmiş-kəsilmiş yarası kimi xarakterizə olunan, zərərçəkmiş şəxsin həyat üçün təhlükəli olan, sağlamlığına ağır zərərvurmaya səbəb olan bədən xəsarəti yetirərək qəsdən Zərərçəkmiş şəxs sağlamlığına ağır zərər vurmuşdur. İşin halları və dəlilləri: Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra mətndə - Cinayət Məcəlləsi və ya CM) 126.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək məhkəməyədək icraat zamanı verdiyi ifadəsi ilə əsasən eyni məzmunlu ifadə verərək ifadəsində göstərdi ki, xx.xx.2024-cü il tarixdə işdən çıxaraq evə gəlmiş və evdən iş yoldaşıgilə getmək məqsədilə çıxmışdır. Çiynindəki bel çantasının içərisini sahmana salmaq məqsədilə işıqlı bir yer axtarmış və kafeye daxil olmuşdur. Zərərçəkmiş şəxs ona yaxınlaşaraq köməyə ehtiyacının olub-olmadığını soruşduqda o, cavabında ehtiyac olmadığını söyləmişdir. Bundan sonra Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs çantanın içərisində nə olduğu barədə sual vermiş və beləliklə aralarında münaqişə başlamışdır. Şahid1 yaxınlaşıb sakitləşdirdikdən sonra Zərərçəkmiş şəxs, Şahid1 və Təqsirləndirilən şəxs kafede birlikdə oturaraq yeyib-içməyə başlamışlar. Zərərçəkmiş şəxs və Şahid1 alkoqollu içki içərkən kafenin bağlanması barədə xəbərdarlıq edildikdən sonra onların üçüdə küçəyə çıxmışlar. Həmin vaxt Zərərçəkmiş şəxs ona sillə vursa da, o, qarşılıq verməmiş, hətta Şahid1 da ona 1-2 dəfə sifət nahiyəsindən vurmuşdur. Bundan sonra o, evə bıçaq götürməyə getmiş, lakin məqsədi bıçaqla həmin şəxsi qorxutmaq olmuşdur. O, bıçağı götürüb hadisə yerinə gəldikdən sonra həmin şəxslər yenə onu vurmağa davam etmişlər. O, gözündə problem olduğundan ətrafı tam olaraq görə bilməmiş və çantasından çıxartdığı bıçağı həmin şəxslərə vurub-vurmadığını xatırlamamışdır. Hadisədən sonra Şahid1 və Zərərçəkmiş şəxs çıxıb getmiş, beləliklə o da evə tərəf getmişdir, beləliklə növbəti gün yuxudan oyanan vaxt evində polis əməkdaşlarını görmüşdür. Məhkəmədə verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə heç bir ədavətinin olmadığını, Şahid1 tanıdığını, sonuncu ilə bərbərdə tanış olduğunu, Zərərçəkmiş şəxs bıçaqla zərbə yetirdiyini, bıçağı evə qayıdıb mətbəxdən götürdüyünü, məqsədinin yalnızca qorxutmaq olduğunu, öldürmək və ya zərbə yetirmək kimi bir məqsədinin olmadığını, Zərərçəkmiş şəxs ilə barışdığını, bıçağı hadisə yerindən götürərək özü ilə evə aparıb yastığın altına qoyduğunu, hər ikisinə zərbə yetirdiyini, Zərərçəkmiş şəxs qarnından, Şahid1 isə qolundan zərbə yetirdiyini, Zərərçəkmiş şəxs ilə barışıq əldə etdiyini, dəymiş zərəri tam həcmdə ödədiyini bildirdi. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə- Cinayət-Prosessual Məcəlləsi və ya CPM) 144-cü maddəsini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Bundan əlavə, Cinayət-Prosessual Məcəlləsinin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə, qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələrin də mümkünlüyü və mötəbərliyi üzrə yoxlanılmasından sonra sübut növü kimi qəbul edilməsi məsələsinə qiymət verilməsini zəruri hesab edir. Məhkəmədə Zərərçəkmiş şəxs məhkəməyədək icraat zamanı verdiyi ifadəsi ilə əsasən eyni məzmunlu ifadə verərək ifadəsində göstərdi ki, 26 aprel 2024-cü il tarixdə axşam saatlarında Şahid1 ilə birlikdə kafedə yeyib-içirmişlər. O, masadan ayaqyoluna getmək üçün ayağa durmuş, ayaqyoluna çatan zaman Təqsirləndirilən şəxs çantasını düzəltməyə çalışdığını görmüşdür. Kömək etmək üçün yaxınlaşaraq yardım etmiş, çantasında nəyin olduğunu soruşduqda isə Təqsirləndirilən şəxs ona çantada heç nə olmadığını söyləmişdir. O, Təqsirləndirilən şəxs belə işlərlə məşğul olmamasını, cavan olduğunu söylədikdə sonuncu ona əsəbləşmiş və aralarında münaqişə yaranmışdır. Həmin vaxt Şahid1 onları sakitləşdirmək üçün yanlarına gəlmiş, lakin Təqsirləndirilən şəxs sonuncuya nalayiq sözlər söyləməyə başlamışdır. Şahid1 həmin sözlərdən sonra Təqsirləndirilən şəxs vurduğundan sonuncu yerə yıxılmışdır, lakin Şahid1 Təqsirləndirilən şəxs əli belə dəyməmiş, ona zərbə yetirməmişdir. Təqsirləndirilən şəxs yıxıldığı yerdən ayağa qalxıb getmiş, üzərindən bir qədər müddət keçdikdən sonra əlində bıçaqla üstlərinə gəlmişdir. Artıq bu zaman onlar kafedə olmamışlar. Şahid1 ilə birlikdə “Hüseyn” marketin yanından evə doğru piyada şəkildə hərəkət edən zaman Təqsirləndirilən şəxs ona yan tərəfindən 1 dəfə bıçaqla zərbə yetirmişdir. Onun yaralandığını görən zaman Şahid1 Təqsirləndirilən şəxs vuraraq yerə yıxmış, onlar yerdə dalaşan zaman bıçaq Şahid1 qoluna dəymişdir. Hadisədən dərhal sonra Təqsirləndirilən şəxs oradan uzaqlaşmışdır. Məhkəmədə verilən suallara cavab olaraq Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs yaxınlaşan zaman əlindəki bıçağı görmədiyini, Təqsirləndirilən şəxs bıçaqla ona zərbə vuran zaman yerə yıxılmadığını, Şahid1 onun yaralandığını görərək Təqsirləndirilən şəxs vurduğunu, bu səbəbdən ikisinin də yerə yıxıldığını, hadisədən sonra oradan uzaqlaşdıqlarını, hadisədən sonra Təqsirləndirilən şəxs yanlarına qayıtmadığını, 1 dəfə bıçaqla xəsarət olduğunu, şikayətçi olmadığını, dəymiş zərərin Təqsirləndirilən şəxs tərəfindən ödənildiyini, barışdığını, ibtidai istintaqdakı ifadəsini təsdiqlədiyini, imzaların ona məxsus olduğunu bildirdi. Məhkəmədə Şahid1 məhkəməyədək icraat zamanı verdiyi ifadəsi ilə əsasən eyni məzmunlu ifadə verərək ifadəsində göstərdi ki, 26 aprel 2024-cü il tarixdən 27 aprel tarixə keçən gecə “Taxta qapı” kafesində Zərərçəkmiş şəxs ilə birlikdə oturmuşlar. Sonra Təqsirləndirilən şəxs da gəldikdən sonra beləliklə birlikdə yeyib-içməyə başlamışlar. O, hesabı ödəmək məqsədilə kassaya yaxınlaşıb hesabı ödəyən zaman Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs mübahisə etdiklərini görmüş, hətta Təqsirləndirilən şəxs ondan davanın böyüməməsi üçün Zərərçəkmiş şəxs aparmağını xahiş etmişdir. Zərərçəkmiş şəxs söylədiklərinə əsasən Təqsirləndirilən şəxs ona nalayiq söyləmişdir. Onların arasındakı mübahisə böyümüş və Şahid1 Təqsirləndirilən şəxs sillə vurub yola salmışdır. Şahid1 Zərərçəkmiş şəxs ilə getmək istəyən zaman Təqsirləndirilən şəxs gəlmişdir. Şahid1 və Zərərçəkmiş şəxs vurmağa başlamışdır. Zərərçəkmiş şəxs qarın nahiyəsindən, Şahid1 isə qol nahiyəsindən bıçaqla zədələmişdir. Şahid1 özünün yaralanmağından heç xəbəri olmamışdır. Hadisədən sonra Təqsirləndirilən şəxs çıxıb getmiş, Şahid1 və Zərərçəkmiş şəxs isə birlikdə evə tərəf yollanmışdır. Məhkəmədə verilən suallara cavab olaraq Şahid1 ətrafda onlardan başqa şəxslərin olduğunu, lakin həmin şəxslərin kimliyini bilmədiyini, Təqsirləndirilən şəxs ona xəsarət yetirdiyini, hadisədən sonra Təqsirləndirilən şəxs getdiyini, hara getdiyinə dair məlumatının olmadığını, sonuncunun hadisə yerinin işıqlı, maşın yolu olduğunu, Təqsirləndirilən şəxs onlara yaxınlaşanədək əlindəki bıçağı görmədiklərini, Təqsirləndirilən şəxs gəlməyi ilə davanın başlamasının eyni anda olduğunu, bıçağı belində gizlətdiyini, yerdə davanı Təqsirləndirilən şəxs ilk dəfə Zərərçəkmiş şəxs daha sonra isə ona bıçaqla zərbə yetirdiyini bildirdi. Məhkəmədə Şahid2 məhkəməyədək icraat zamanı verdiyi ifadəsi ilə əsasən eyni məzmunlu ifadə verərək ifadəsində göstərdi ki, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi ərazisindəki “Murad” adlı kafedə işlədiyini söyləmişdir. Şahid1 kafeyə yemək yeməyə gəlmişdir. O, kafedə tək başına yemək yeyən zaman Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs çöldə söhbət edirmişlər. Bu zaman o, Şahid1 yaxınlaşaraq Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs aralamağını söyləmiş, çünki bu zaman Zərərçəkmiş şəxs içkili olmuşdur. Kafenin bağlanma saatı çatanda o, kafeni bağlayaraq evə getmişdir. Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs, Şahid1 isə üçü bir arada kafedən çıxmışdır. Hadisəyə dair heçnə görməmişdir. Məhkəmədə verilən suallara cavab olaraq Şahid2 ilk öncə Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs yaxınlaşdığını bildirdi. Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxs, zərərçəkmiş şəxs və şahidin ifadələri ilə yanaşı, Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq aşağıdakı istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən iş üzrə keçirilmiş ekspertiza rəylərini və digər sənədləri də mötəbərliyi və mümkünlüyü üzrə qiymətləndirilməklə sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş: Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis Şöbəsinin xx.xx.2024-cü il tarixli, 1038 nömrəli raportundan görünür ki, Zərərçəkmiş şəxs qarının ön divarının daxilə nüfuz edən kəsilmiş-deşilmiş yarası olmuşdur. (Cild 1, iş vərəqə 8) Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis Şöbəsinin xx.xx.2024-cü il tarixli, 1039 nömrəli raportundan görünür ki, Şahid1 sol borusunun kəsilmiş yarası olmuşdur. (Cild 1, iş vərəqə 9) xx.xx.2024-cü il tarixli “Hadisə yerinə baxış keçirmə haqqında” protokoldan görünür ki, Xəzər rayonu, Binə qəsəbəsi, Zavod yolu adlanan ərazi Ş.İ.Xətayi küçəsində yerləşən “Babəkin yeri” inşaat mağazasının qarşısında cinayət hadisəsi baş vermişdir. Ətrafda olan qeyri-yaşayış və s. və digər obyektlərdə video-müşahidə kameraları yerləşir. Hadisə yeri ilə üzbəüz “Oba” market yerləşir. Obyektin qarşısında müxtəlif tikinti materialları olmaqla hadisəyə dəlalət edən sübut əhəmiyyətli sübut görülmədi. Hadisə yerində heç bir qan ləkəsi aşkar edilmədi. Hadisə yerindən hadisəni özündə əks etdirən video-görüntü tikinti materialları mağazasının müşahidə kameralarından 1 ədəd DVD diskə köçürülməklə götürülmüşdür. (Cild 1, iş vərəqə 15-19) xx.xx.2024-cü il tarixli “Şübhəli şəxs qismində tutulmuş şəxs” aktdan görünür ki, xx.xx.2024-cü il tarixdə xuliqanlıq etməkdə şübhəli bilinən, xx.xx.2002-ci il təvəllüdlü Təqsirləndirilən şəxs 3-cü Polis Şöbəsinin növbətçi hissəsinə təhvil verilən zaman sol gözünün qançırı sağ gözü şişmiş vəziyyətdə aşkar edilmişdir. (Cild 1, iş vərəqə 21) xx.xx.2024-cü il tarixli “Bıçağın könüllü təqdim edilməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis Şöbəsinə gələrək könüllü şəkildə bir ədəd qatlanmayan, dəstək və tiyədən ibarət, ümumi uzunluğu 245 mm olan tiyəsi gümüşü rəngli materialdan hazırlanmış, tiyənin bir kənarı itilənmiş, digər kənarı isə itilənməmiş bıçağı təqdim etmişdir. Bıçağın tiyəsində “666 Stainless” sözləri həkk olunmuşdur. (Cild 1, iş vərəqə 23) xx.xx.2024-cü il tarixli “Cinayət törətməkdə şübhələnilən şəxsin tutulması haqqında” qərar və protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. (Cild 1, iş vərəqə 24; 33) xx.xx.2024-cü il tarixli “Zərərçəkmiş şəxs kimi tanımaq haqqında” qərardan görünür ki, Zərərçəkmiş şəxs qismində tanınmışdır. (Cild 1, iş vərəqə 45) xx.xx.2024-cü il tarixli “Geyim əşyalarının götürülməsi barədə” qərardan görünür ki, Zərərçəkmiş şəxs məxsus olan geyim əşyaları götürülmüşdür. (Cild 1, iş vərəqə 61) xx.xx.2024-cü il tarixli “Baxış keçirilməsi haqqında” protokoldan görünür ki, götürülmüş geyim əşyası 1 ədəd köynəkdən ibarətdir. Köynək qara rənglidir, uzun qoldur, boyun hissəsində “İmperia Armani” yazılı etiket vardır, köynəyin ön hissəsində 1 ədəd zədə vardır. (Cild 1, iş vərəqə 62-63) xx.xx.2024-cü il tarixli “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona həmin maddə ilə ittiham elan olunmuşdur. (Cild 1, iş vərəqə 65-66) Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(003)-178/2024 nömrəli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmaqla, 04 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. (Cild 1, iş vərəqə 83-86) Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X4” X8 xx.xx.2024-cü il tarixli, 379 nömrəli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədənində aşkar edilmiş xəsarətlər- sağ göz almasının ağlı qişasının qansızması, sol və sağ gözaltı nahiyyənin, sol qulağın qançırları, sağ alt göz qapağının əzilmiş yarası küt əşya (əşyalar) təsirindən törənmiş, törənmə müddətləri onun məhkəmə-tibbi müayinəsindən 1 gün əvvəl olmaqla, qərarda göstərilən xx.xx.2024-cü il tarixə uyğun gələ bilər və sağlamlığın qısa müddətə pozulmasına səbəb olduqlarına görə bunlar yüngül dərəcəli zərərvurmaya aiddirlər. (Cild 1, iş vərəqə 96-98) Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X4” X8 xx.xx.2024-cü il tarixli, 427 nömrəli ekspert rəyindən görünür ki, vətəndaş Zərərçəkmiş şəxs bədəni üzərində köndələn çənbərbağırsağın və nazik bağırsaq ilgəyinin yaralanması ilə müşayiət olunan qarnın ön divarının sol yarısının daxilə (qarın boşluğuna) nüfuz edən 1 ədəd deşilmiş-kəsilmiş yarası aşkar edildi. Qeyd olunan xəsarət deşici-kəsici alətin (ola bilsin bıçaq) təsirindən törənmiş, törənmə müddəti onun “X10” X12 müraciətindən az əvvəl törənmişdir, qərarda göstərilən xx.xx.2024-cü il tarixdə törənməsi istisna olunmur və dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərərvurmaya aiddirlər. (Cild 1, iş vərəqə 99-102) Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2024cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkumluğu olmamışdır. (Cild 1, iş vərəqə 109-110) xx.xx.2024-cü il tarixli “Zərərçəkmiş şəxs kimi tanımaq haqqında” qərardan görünür ki, X1 həmin tarixdə zərərçəkmiş şəxs qismində tanınmışdır. (Cild 1, iş vərəqə 111) xx.xx.2024-cü il tarixli “Diskə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, həmin diskdə 02 ədəd videofayl vardır. Həmin videofayllar müvafiq olaraq VİDEO-2024- 07-09 12:59:47 MP4 və VİDEO-2024-07-09 13:00:03 MP4 adlıdır. DVS diskdə olan VİDEO-2024-07-09 12:59:47 MP4 adlı videofayla baxış zamanı müəyyən edilmişdir ki, videogörüntü cəmi 2 dəqiqə 39 saniyədir, görüntünün yuxarı hissəsində saat 00:51: 28-dir və görüntüdə hava qaranlıq olduğu görsənir, ətrafda iki nəfər şəxsin səndələyərək gedirlər və görüntünün 26-cı saniyəsində qaranlıqda yoxa çıxırlar görüntünün 1 dəqiqə 10-cu saniyəsində həmin səndələyən iki nəfər şəxs geri qayıdırlar, onlardan biri başında papaq olan əllərini açaraq çiynində çanta olan bir nəfər şəxsin qolundan tutaraq 2-ci şəxsin yanma gətirir, orada həmin papaqlı şəxs əl-qol hərəkətləri ilə çiynində çanta olan şəxsə nəsə izah edir, çiynində çanta olan şəxs çantanı yerə qoyur, bu zaman 2-ci şəxs çantalı şəxslə əl-qol hərəkətləri ilə sifət nahiyyəsindən itələyir, sonra isə boğazından tutur, bu zaman papaqlı şəxs də çantalı şəxsin qolundan tuturgörüntünün 1:46 saniyəsində 2-ci şəxs çantalı şəxin sifətindən əli ilə vurur, çantalı şəxs geri çəkilir, bu zaman papaqlı şəxs də səndələyərək onlarıən yanından çəkiilir, 2-ci şəxs əli ilə çantalı şəxsin başından tutur və buraxdıqdan sonra əlindən tutur, papaqlı şəxs onlara yaxınlaşır, bu zaman çantalı şəxs dartınaraq onların yanından çəkilib yerdən çantasını götürür və hamısı birlikdə kameranin görüntüsündən yox olurlar. DVD diskdə olan VİDEO-2024-07-09 13:00:03 MP4 adlı videofayla baxış zamanı müəyyən edilmişdir ki, videogörüntü cəmi 2 dəqiqə 44 saniyədir, görüntünün yuxarı hissəsində saat xx-xx-2024 cm 01:20:23-dür və görüntüdə hava qaranlıq olduğu görsənir, görüntüdə qapısı jalüzlü olan yer və qarşısında 182 saylı saylı müntəzəm marşurut üzrə işləyən İsuzu markalı avtobus dayanmışdır, avtobusla tikili arasında 3 nəfər şəxs gəlir, onlardan ortada gələn şəxs əli ilə jalüzü çəkib bağlamaq istəyir, lakin 3-cü şəxslə söhbət edir, bu zaman avtobusun küçə tərəfdən yan hissəsindən bir nəfər şəxs onlara yaxınlaşır və əlindən axan qanı göstərərək nəsə deyir, görüntünün 1:46 saniyəsində isə papaqlı şəxs əlini qarnına tutaraq onlara yaxınlaşır və qarnını açaraq həmin şəxslərə göstərir. Təqsirləndirilən şəxs görüntüyə baxdıqdan sonra bildirdi ki, birinci görüntüdə olan papaqlı şəxs onu əli ilə vurub xəsarət yetirən Zərərçəkmiş şəxsdur, səndələyən şəxs də onu əli ilə vurub xəsarət yetirən şəxs Şahid1dur, çiynində çanta olan şəxs isə özüdür. O. ikinci görüntüdə görsənən 3 nəfər şəxsi tanımadığını, lakin sonradan ora gələn qolundan qan axan şəxsin Şahid1 olduğunu, qarnını açıb göstərən şəxs isə Zərərçəkmiş şəxs olduğunu onları özü ilə evdən gətirdiyi bıçaqla vurduqdan sonra həmin yerə gəldiklərini bildirmişdir. (Cild 1, iş vərəqə 121) xx.xx.2024-cü il tarixli “Diskə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, həmin diskdə 02 ədəd videofayl vardır. Həmin videofayllar müvafiq olaraq VİDEO-2024- 07-09 12:59:47 MP4 və VİDEO-2024-07-09 13:00:03 MP4 adlıdır. DVD diskdə olan VİDEO-2024-07-09 12:59:47 MP4 adlı videofayla baxış zamanı müəyyən edilmişdir ki, videogörüntü cəmi 2 dəqiqə 39 saniyədir, görüntünün yuxarı hissəsində saat 00:51: 28-dir və görüntüdə hava qaranlıq olduğu görsənir, ətrafda iki nəfər şəxsin səndələyərək gedirlər və görüntünün 26-cı saniyəsində qaranlıqda yoxa çıxırlar görüntünün 1 dəqiqə 10-cu saniyəsində həmin səndələyən iki nəfər şəxs geri qayıdırlar, onlardan biri başında papaq olan əllərini açaraq çiynində çanta olan bir nəfər şəxsin qolundan tutaraq 2-ci şəxsin yanma gətirir, orada həmin papaqlı şəxs əl-qol hərəkətləri ilə çiynində çanta olan şəxsə nəsə izah edir, çiynində çanta olan şəxs çantanı yerə qoyur, bu zaman 2-ci şəxs çantalı şəxslə əl-qol hərəkətləri ilə sifət nahiyyəsindən itələyir, sonra isə boğazından tutur, bu zaman papaqlı şəxs də çantalı şəxsin qolundan tuturgörüntünün 1:46 saniyəsində 2-ci şəxs çantalı şəxin sifətindən əli ilə vurur, çantalı şəxs geri çəkilir, bu zaman papaqlı şəxs də səndələyərək onlarıən yanından çəkiilir, 2-ci şəxs əli ilə çantalı şəxsin başından tutur və buraxdıqdan sonra əlindən tutur, papaqlı şəxs onlara yaxınlaşır, bu zaman çantalı şəxs dartınaraq onların yanından çəkilib yerdən çantasını götürür və hamısı birlikdə kameranin görüntüsündən yox olurlar. DVD diskdə olan VİDEO-2024-07-09 13:00:03 MP4 adlı videofayla baxış zamanı müəyyən edilmişdir ki, videogörüntü cəmi 2 dəqiqə 44 saniyədir, görüntünün yuxarı hissəsində saat xx-xx-2024 cm 01:20:23-dür və görüntüdə hava qaranlıq olduğu görsənir, görüntüdə qapısı jalüzlü olan yer və qarşısında 182 saylı saylı müntəzəm marşurut üzrə işləyən İsuzu markalı avtobus dayanmışdır, avtobusla tikili arasında 3 nəfər şəxs gəlir, onlardan ortada gələn şəxs əli ilə jalüzü çəkib bağlamaq istəyir, lakin 3-cü şəxslə söhbət edir, bu zaman avtobusun küçə tərəfdən yan hissəsindən bir nəfər şəxs onlara yaxınlaşır və əlindən axan qanı göstərərək nəsə deyir, görüntünün 1:46 saniyəsində isə papaqlı şəxs əlini qarnına tutaraq onlara yaxınlaşır və qarnını açaraq həmin şəxslərə göstərir. Təqsirləndirilən şəxs görüntüyə baxdıqdan sonra bildirdi ki, birinci görüntüdə olan papaqlı şəxs onu əli ilə vurub xəsarət yetirən Zərərçəkmiş şəxsdur, səndələyən şəxs də onu əli ilə vurub xəsarət yetirən şəxs Şahid1dur, çiynində çanta olan şəxs isə özüdür. O. ikinci görüntüdə görsənən 3 nəfər şəxsi tanımadığını, lakin sonradan ora gələn qolundan qan axan şəxsin Şahid1 olduğunu, qarnını açıb göstərən şəxs isə Zərərçəkmiş şəxs olduğunu onları özü ilə evdən gətirdiyi bıçaqla vurduqdan sonra həmin yerə gəldiklərini bildirdi. (Cild 1, iş vərəqə 122) xx.xx.2024-cü il tarixli Şahid1 tərəfindən yazılan ərizədən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsində yerləşən Murad kafesinin yaxınlığında məni əlində olan bıçaqla vuraraq xəsarət yetirmişdir. Hal-hazırda Təqsirləndirilən şəxs ilə barışmışam. Təqsirləndirilən şəxs mənə dəymiş ziyanı ödəmiş, buna görə də ona qarşı heç bir şikayətim yoxdur və gələcək də, olmayacaqdır. Buna görə də bu ərizəmi nəzərə alaraq Təqsirləndirilən şəxs mənə xəsarət yetirməsi ilə bağlı hissəyə xitam verilməsini Sizdən xahiş edirəm. (Cild 1, iş vərəqə 123) xx.xx.2024-cü il tarixli Zərərçəkmiş şəxs tərəfindən yazılan ərizədən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsində yerləşən Murad kafesinin yaxınlığında məni əlində olan bıçaqla vuraraq xəsarət yetirmişdir. Hal-hazırda Təqsirləndirilən şəxs ilə barışmışam. Təqsirləndirilən şəxs mənə dəymiş ziyanı ödəmiş, buna görə də ona qarşı heç bir şikayətim yoxdur və gələcək də, olmayacaqdır. Buna görə də bu ərizəmi nəzərə alaraq Təqsirləndirilən şəxs mənə xəsarət yetirməsi ilə bağlı hissəyə xitam verilməsini Sizdən xahiş edirəm. (Cild 1, iş vərəqə 124) Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis Şöbəsinin xx.xx.2024-cü il tarixli, 76521 nömrəli məktubundan görünür ki, xx.xx.2024-cü il tarixli saat 01: 30 radələrində Təqsirləndirilən şəxs tərəfindən bıçaqla vurduğu zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs və Şahid1 xəsarət aldıqdan sonra yaxınlaşdıqları şəxslərin şəxsiyyəti və olduğu yeri müəyyən edilməsi istiqamətində əməliyyat-axtarış tədbirləri keçirilsə də, müsbət nəticə əldə etmək mümkün olmamışdır. (Cild 1, iş vərəqə 129) Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X4” X15 xx.xx.2024-cü il tarixli, 378 nömrəli ekspert rəyindən görünür ki, vətəndaş Şahid1 bədənində aşkar edilmiş xəsarətlər- sol bazunun, sağ əlin, sol saidin, sol dizin deşilmişkəsilmiş və kəsilmiş yaraları deşici-kəsici təsirə malik əşyanın (alət (ola bilsin bıçaq)) deşici-kəsici və kəsici təsirindən törənmiş, törənmə müddətləri onun “X13” X12 müraciətindən az əvvəl olmaqla, qərarda göstərilən xx.xx.2024-cü il tarixə uyğun gələ bilər və sağlamlığın qısa müddətə pozulmasına səbəb olduqlarına görə bunlar istər birlikdə, istərsə də ayrı-ayrılıqda YÜNGÜL dərəcəli zərərvurmaya aiddirlər. (Cild 1, iş vərəqə 130- 132) Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X4” X8 xx.xx.2024-cü il tarixli, 346/2024-MTBŞ nömrəli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs ABO sistemi üzrə qan qrupu- Balfa/İİİ/. Təqsirləndirilən şəxs ABO sistemi üzrə qan qrupu -AB/İV/-dir(Təqdim olunan portalların kserosurətinə əsasən). Ekspertizaya təqdim edilmiş 1 ədəd bıçaq və Zərərçəkmiş şəxs məxsus kofta üzərində Balfa/İİİ/ qruplu insan qanı aşkar olundu. Bu qan ləkələrinin ABO sistemi üzrə Zərərçəkmiş şəxs məxsus olması inkar olunmur. (Cild 1, iş vərəqə 133-137) Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X4” X8 xx.xx.2024-cü il tarixli, 239/2024-MTKŞ nömrəli ekspert rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus köynəyin ön hissəsində solda 01 (bir) ədəd deşilmiş-kəsilmiş zədə aşkar edildi. Bu zədə ülgücü və küpü olan yastı tiyə tipli deşicikəsici alətin tiyəsinin və ya oxşar konstruktiv xüsusiyyətə malik digər bıçağın tiyəsinin və ya oxşar konstruktiv xüsusiyyətə malik digər bıçağın tiyəsinin təsirindən törənməsi inkar olunmur. Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus köynəyin ön hissəsində solda aşağıda 01 (bir) ədəd deşilmiş-kəsilmiş zədə onun qarının ön divarının sol yarısında olan 1 ədədə deşilmiş-kəsilmiş yara ilə yerləşmə nahiyəsinə görə nisbi olaraq üst-üstə düşürlər. Təqdim olunmuş bıçaq zavod üsulu ilə hazırlanmış məişət təyinatlı mətbəx bıçağıdır və soyuq silah hesab edilmir. (Cild 1, iş vərəqə 138-143) Azərbaycan Respubikasının Səhiyyə Nazirliyinin “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X8 Kompleks Ambulator Məhkəmə Psixiatrik və Psixoloji Ekspertizasının xx.xx.2024-cü il tarixli, 2851 nömrəli ekspert 0rəyindən görünür ki, Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə hər hansı xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik qeyd olunmayıb. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs öz psixi vəziyyətinə görə istintaq hərəkətlərində iştirak etmək qabiliyyətinə malikdir. Təqsirləndirilən şəxs ünsiyyətçilik, emosionallıq, hövsələsizlik kimi fərdi-psixi xüsusiyyətlərə malikdir. Təqsirləndirilən şəxs əqli-intelektual imkanları normaya uyğundur, gerilik əlamətləri aşkar edilmir. Təqsirləndirilən şəxs öz hərəkətlərinin mahiyyətini dərk etmək iqtidarındadır. Təqsirləndirilən şəxs öz hərəkətlərini idarə etmək qabiliyyətinə malikdir. (Cild 1, iş vərəqə 144-147) xx.xx.2024-cü il tarixli “Diskə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, həmin diskdə 02 ədəd videofayl vardır. Həmin videofayllar müvafiq olaraq VİDEO-2024- 07-09 12:59:47 MP4 və VİDEO-2024-07-09 13:00:03 MP4 adlıdır. DVS diskdə olan VİDEO-2024-07-09 12:59:47 MP4 adlı videofayla baxış zamanı müəyyən edilmişdir ki, videogörüntü cəmi 2 dəqiqə 39 saniyədir, görüntünün yuxarı hissəsində saat 00:51: 28-dir və görüntüdə hava qaranlıq olduğu görsənir, ətrafda iki nəfər şəxsin səndələyərək gedirlər və görüntünün 26-cı saniyəsində qaranlıqda yoxa çıxırlar görüntünün 1 dəqiqə 10-cu saniyəsində həmin səndələyən iki nəfər şəxs geri qayıdırlar, onlardan biri başında papaq olan əllərini açaraq çiynində çanta olan bir nəfər şəxsin qolundan tutaraq 2-ci şəxsin yanma gətirir, orada həmin papaqlı şəxs əl-qol hərəkətləri ilə çiynində çanta olan şəxsə nəsə izah edir, çiynində çanta olan şəxs çantanı yerə qoyur, bu zaman 2-ci şəxs çantalı şəxslə əl-qol hərəkətləri ilə sifət nahiyyəsindən itələyir, sonra isə boğazından tutur, bu zaman papaqlı şəxs də çantalı şəxsin qolundan tuturgörüntünün 1:46 saniyəsində 2-ci şəxs çantalı şəxin sifətindən əli ilə vurur, çantalı şəxs geri çəkilir, bu zaman papaqlı şəxs də səndələyərək onlarıən yanından çəkiilir, 2-ci şəxs əli ilə çantalı şəxsin başından tutur və buraxdıqdan sonra əlindən tutur, papaqlı şəxs onlara yaxınlaşır, bu zaman çantalı şəxs dartınaraq onların yanından çəkilib yerdən çantasını götürür və hamısı birlikdə kameranin görüntüsündən yox olurlar. DVD diskdə olan VİDEO-2024-07-09 13:00:03 MP4 adlı videofayla baxış zamanı müəyyən edilmişdir ki, videogörüntü cəmi 2 dəqiqə 44 saniyədir, görüntünün yuxarı hissəsində saat xx-xx-2024 cm 01:20:23-dür və görüntüdə hava qaranlıq olduğu görsənir, görüntüdə qapısı jalüzlü olan yer və qarşısında 182 saylı saylı müntəzəm marşurut üzrə işləyən İsuzu markalı avtobus dayanmışdır, avtobusla tikili arasında 3 nəfər şəxs gəlir, onlardan ortada gələn şəxs əli ilə jalüzü çəkib bağlamaq istəyir, lakin 3-cü şəxslə söhbət edir, bu zaman avtobusun küçə tərəfdən yan hissəsindən bir nəfər şəxs onlara yaxınlaşır və əlindən axan qanı göstərərək nəsə deyir, görüntünün 1:46 saniyəsində isə papaqlı şəxs əlini qarnına tutaraq onlara yaxınlaşır və qarnını açaraq həmin şəxslərə göstərir. Təqsirləndirilən şəxs görüntüyə baxdıqdan sonra bildirdi ki, birinci görüntüdə olan papaqlı şəxs onu əli ilə vurub xəsarət yetirən Zərərçəkmiş şəxsdur, səndələyən şəxs də onu əli ilə vurub xəsarət yetirən şəxs Şahid1dur, çiynində çanta olan şəxs isə özüdür. O. ikinci görüntüdə görsənən 3 nəfər şəxsi tanımadığını, lakin sonradan ora gələn qolundan qan axan şəxsin Şahid1 olduğunu, qarnını açıb göstərən şəxs isə Zərərçəkmiş şəxs olduğunu onları özü ilə evdən gətirdiyi bıçaqla vurduqdan sonra həmin yerə gəldiklərini bildirdi. (Cild 1, iş vərəqə 153) xx.xx.2024-cü il tarixli “İfadənin yerində yoxlanması barədə” protokoldan görünür ki, 26 aprel 2024-ci il tarixdə işdən çıxıb evə gəlmiş, evdə yaranan problemlə bağlı işə apardığı çantasını götürüb evdən çıxmışdır. Həmin tarixdə axşam saat 23 radələrində Binə qəsəbəsi, Bakavtomat yolunda yerləşən “Taxta” kafenin yanma gəlmişdir. Həmin anda əvəllər tanımadığı lakin sonradan adını bildiyi Əli adlı şəxs onun yanma gəlmişdir. Əvvəlcə onunla salamlaşıb, daha sonra əlində olan çantada içərisində nə olduğu barədə ondan soruşmuşdur. O, isə adı çəkilən şəxsə Əliyə “sənə heç bir aidiyyatı yoxdur” deyib Əliyə öz iradını bildirmişdir. Lakin Əli yenə də təkid edərək israrla çantada nə olduğunu soruşmuş və bu zaman onların arasında mübahisə yaranmağa başlamışdır. Bu zaman Əlinin yanında olan Nicat adlı özünü qazi təqdim edən şəxs Əlinin sakitləşdirməyə çalışırmış. Həmçinin Nicat adlı şəxs barəsində bunu bildirmək istəmişdir ki, yaşadığı qəsəbədə bərbər kimi fəaliyyət göstərən qəsəbə sakini Kənanın yanına saçını düzəltdirmək üçün getdikdə Nicatı bir neçə dəfə orada görmüş və növbəti dəfə hadisə baş verdiyi günü görmüşdür. Həmin vaxt aralarındakı mübahisə təxminən 15-20 dəqiqə davam etmişdir. Lakin Əli onu “sənə nə var çantamda” deməyinə əsəbləşib onu kafeyə çağırmış, orada artıq onlar söhbət edib məsləni artıq həll edirmişlər ki, Əli yenidən içkili olduğu üçün əsəbləşməyə başlamış və onlar çölə çıxmışlar, kafedən çıxdıqdan sonra o, Əli və Nicatın yanından uzaqlaşıb evə getmək istəmişdir. Həmin vaxt heç bir səbəb olmadan ilk olaraq Əli adlı şəxs onun üz nahiyyəsindən 3 dəfə sillə, 2 dəfə də baş nahiyyəsindən yumruq zərbəsi vurmuşdur. Bu vaxt Əlinin onu vurmasını görən Nicat da onu 2 dəfə üz nahiyyəsindən sillə vurmuşdur. Əli və Nicatın onu təklədiklərini deyib əlində olan çantasını orada atıb evə tərəf qaçmışdır. Evə çatdıqdan sonra evə girib mətbəxdə olan bıçağı götürüb şalvarının cibində gizlətmişdir. Daha sonra evdən çıxıb, həmin yerə yəni Binə qəsəbəsində Ş.İ.Xətai küçəsində yerləşən Hüseyn marketin yaxınlığına getmişdir. Həmin vaxt Əli və Nicat orada imişlər. O, çantanı götürən zaman Əli və Nicat ona yaxınlaşmışlar və onunla daha mülayim söhbət etməyə başlamışlar. O, Nicata “Alçaq bayaq məni təkləyən siz deyildiz” deyə sual vermişdir. Nicat bu sözdən sonra ona yumruq zərbəsi vurmuş bu zaman o, yerə yıxılmış və cibində saxladığı bıçağı cibindən çıxarıb özündən aslı olmayaraq və istiqamətini seçmədən Əlini qarın ön nahiyyəsindən daha sonra isə Nicatın sol qolundan və dizindən müxtəlif xəsarətlər yetirmişdir. Daha sonra hadisənin necə davam etdiyini kənardan müşahidə etmək üçün kənardan bir müddət izləmiş və Əli və Nicatın bir kənarda yaralı vəziyyətdə olduqlarını və nəyisə gözlədiklərini görüb hadisə baş verən yerdən uzaqlaşaraq evə getmişdir, hadisə baş verməmişdən əvvəl o, spirtli içki qəbul etmişdir. O, baş vermiş hadisə zamanı əvəllər tanımadığı lakin sonradan adını bildiyi Əli və Nicat adlı şəxsləri vurmuşdur. Hadisə zamanı Əli və Nicat adlı şəxslər mübahisə zamanı bədəninin və üzünün müxtəlif nahiyyələrinə sillə təpik yumruq zərbələri vurmaqla ona xəsarət yetirmişlər. O, baş vermiş hadisə zamanı Əlinin bir bıçaq zərbəsi Nicat isə iki bıçaq zərbəsi müxtəlif xəsarətlər yetirmişdir. Əli və Nicat onu vurduqlarına görə o, əsəblərini cilovlaya bilməyib Əli və Nicata xəsarət yetirmək üçün evdən bıçaq götürərək gəlib xəsarət yetirmişdir. Onun məqsədi Əli və Nicata xəsarət yetirmək olmuşdur. Əli və Nicatı öldürmək niyyəti olmamışdır. (Cild 1, iş vərəqə 156-159) xx.xx.2024-cü il tarixli “Üzləşdirmə” protokolundan görünür ki, Təqsirləndirilən şəxs və Şahid1 üzləşdirilmişdir. (Cild 1, iş vərəqə 160-162) xx.xx.2024-cü il tarixli “Üzləşdirmə” protokolundan görünür ki, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs üzləşdirilmişdir. (Cild 1, iş vərəqə 163-165) xx.xx.2024-cü il tarixli “Cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, iş üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi MTE və PA Birliyinin Xəzər rayon şöbəsinin məhkəmə tibbi ekspertizasının 16 may 2024-cü il tarixli 379 saylı, 06 may 2024-cü il tarixli 378 saylı, 13 may 2024-cü il tarixli 427 sayh rəyləri, həmçinin Azərbaycan Respublikası Səhiyyə Nazirliyi MTE və PA Birliyinin məhkəmə tibbi bioloji ekspertizasının 14 iyun 2024-cü il tarixli 346/2024-MTBŞ sayh rəyi və məhkəmə tibbi kriminalistik ekspertizasının 21 iyun 2024-cü il tarixli 239/2024-MTKŞ saylı rəyləri, kompleks ambulator Məhkəmə-psixatrik və məhkəmə-psixoloji ekspertizasının 10 may 2024-cü il tarixli 1310 saylı rəyi iş cinayət işi üzrə digər sübutlarla uzlaşdığından sübut növü kimi qiymətləndirilməli və cinayət işi materiallarına əlavə edilmişdir. Təqsirləndirilən şəxs məxsus bir ədəd zavod üsulu ilə hazırlanmış ümumi təyinatlı mətbəx tipli bıçaq, Zərərçəkmiş şəxs məxsus kofta üzərində cinayət hadisəsinin əlamətlərini daşıdıqlarından maddi sübut qismində tanınsın və istintaq zərurəti aradan qalxdıqdan sonra Xəzər Rayon Polis İdarəsinin maddi sübutları saxlama kamerasına təhvil verilmişdir. İş üzrə hadisə yerindən götürülmüş hadisəni özündə əks etdirən 1 ədəd DVD disk subut növü kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir. İş üzrə istintaq sənədlərində hadisə yeri Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi “Murad” kafesinin yaxınlığı yazılmış və oxunmuşdur. İş üzrə Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs hadisə zamanı ayıqlılıq vəziyyətləri alkoqol sərxoşluğu kimi qiymətləndirilmişdir. (Cild 1, iş vərəqə 166-176) xx.xx.2024-cü il tarixli “Təqsirləndirilən şəxs yeni məzmunlu ittiham elan edilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə, ona həmin maddələrlə ittiham elan olunmuşdur. (Cild 1, iş vərəqə 179-180) Əməlin tövsifi və digər hüquqi məsələlər: Cinayət Məcəlləsinin 3-cü maddəsinin tələbinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Həmin Məcəllənin təqsirə görə məsuliyyət prinsipini ehtiva edən 7-ci maddəsində isə qeyd edilir ki, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Məhkəmə qeyd edir ki, bütün məhkəmə iclaslarında müdafiə tərəfinin hüquqlarına hörmət edilmiş, təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların, o cümlədən maddi sübutların tədqiqində şəxsən iştirak etmiş, ona sübutların etibarlılığına və onlardan istifadəyə etiraz etmək imkanları təqdim olunmuş, əleyhinə ifadə vermiş şahidlərə bilavasitə və müdafiəçi vasitəsi ilə suallar verilmiş, eyni zamanda öz lehinə ifadə verə biləcək şahidi dindirilmək imkanı təqdim edilmiş, öz alibisini sübut etmək üçün ona şərait yaradılmışdır. Bundan əlavə, sübutların keyfiyyəti, o cümlədən sübutların əldə edildiyi şərait onların etibarlılığını və ya dəqiqliyini şübhə altına almır, əldə edilmiş sübutlar iş üzrə digər materiallarla təsdiq olunur. Cinayət Məcəlləsinin 126.1-ci maddəsində qəsdən sağlamlığa ağır zərər vurma, yəni insan həyatı üçün təhlükəli olan və ya görmə, eşitmə, nitq qabiliyyətinin və ya hər hansı bir orqanın, yaxud bu orqanın funksiyasının itirilməsinə, psixi pozuntuya və ya sağlamlığın başqa cür pozulmasına, əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmamaqla uzun müddətə itirilməsi ilə və ya təqsirkar üçün aşkar surətdə zərərçəkmiş şəxsin peşəkar əmək qabiliyyətinin tam itirilməsi ilə əlaqədar olan və ya hamiləliyin pozulmasına, şəxsin narkomanlıqla və ya toksikomanlıqla xəstələnməsinə səbəb olan, yaxud sifətin silinməz dərəcədə eybəcərləşdirilməsində ifadə olunan zərər vurmaya görə cinayət məsuliyyəti müəyyən edilir. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” 22 iyun 2015-ci il tarixli qərarına görə, cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də, onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmiş əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə və subyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir. Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı, cinayət hadisəsinin baş vermə faktının və hallarının, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin və şəxsin təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. CPM-in 349.5-ci maddəsinə əsasən məhkəmə hökmünün əsaslı olması üçün məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun olmalıdır. Qeyd olunan cinayət mühakimə icraatının prinsiplərinə, sübutetməyə dair cinayət-prosessual normalara, məhkəmə aktının əsaslılığına dair meyarla birlikdə götürməklə baxdıqda aydın olur ki, həmin müddəalar tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliliyi üzrə lazımınca qiymətləndirilmiş işə aid olan və bir-biri ilə uzlaşan sübutların məcmusu ilə əsaslandırsın. Yalnız belə olduqda, məhkəmə cinayət-prosessual qanunun 28-ci maddəsi ilə ehtiva olunan vəzifələrini yerinə yetirmiş ola, onun qəbul etdiyi qərar isə (o cümlədən, şəxsin ona istinad edilən cinayətin törədilməsində təqsirli olması barədə nəticə) əsaslı sayıla bilər. Həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında da qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulan cinayətin bütün tərkib əlamətləri vardır, həmin cinayət hadisəsi həqiqətən baş vermiş, cinayət əməli məhz onun tərəfindən törədilmişdir. Həmçinin, bu cinayətin törədilməsində o, təqsirlidir. Təqsirləndirilən şəxs cinayət əməlini qəsdən törətmişdir. Onun əməli başa çatmış cinayətdir və cinayətlərin təsnifatına görə ağır cinayət kateqoriyasına aiddir. Təqsirləndirilən şəxsin əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirli bilinməklə həmin maddənin sanksiyası həddində ədalətli şəkildə cəzalandırılmalıdır. Məhkəməyə təqdim edilməklə, məhkəmə iclasında elan olunmuş Zərərçəkmiş şəxs xx.xx.2024-cü il tarixli ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmış, sonuncuya qarşı şikayət, tələb və iddiası yoxdur, ona dəymiş ziyan tam ödənilmişdir. Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət Məcəlləsinin 59.1.12-59.1.13-cü maddələrinə əsasən, təqsirləndirilən şəxsin zərərçəkmiş şəxslə barışıq əldə etməsini, cinayət nəticəsində dəymiş ziyanı könüllü olaraq tamamilə ödəməsini cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən, həmin Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Cinayət Məcəlləsinin 60-cı maddəsinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10- 59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Təqsirləndirilən şəxs münasibətdə Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hal olmadığından, ona cəza həmin Məcəllənin 60-cı maddəsinin qaydaları əsasında təyin edilməlidir. Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət Məcəlləsinin 41.2-ci maddəsində qeyd olunmuşdur ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Cinayət-Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Cinayət-Prosessual Məcəlləsinin 351.3.4-cü maddəsinə əsasən, məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsinin dispozisiyasına görə, həmin əməli törətmiş şəxs üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Odur ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 126.1-ci maddəsi üzrə azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Cinayətlərin təsnifatına görə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsində göstərilən cinayət əməli həmin Məcəllənin 15.5-ci maddəsinə əsasən, ağır cinayətlər təsnifatına daxildir. Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən, qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslərin cəzalarının ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Həmin Məcəllənin 158.2.1-ci maddəsinə əsasən tutulduğu və həbsdə saxlanıldığı müddət təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə daxildir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.6-ci maddəsinə əsasən, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. İş materiallarından görünür ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2024cü il tarixli, 4(003)-178/2024 nömrəli qərarı ilə Təqsirləndirilən şəxs barəsində 04 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmışdır. Göründüyü kimi, Təqsirləndirilən şəxs bugünədək davamlı olaraq həbsdə saxlanılır. Ona görə də, Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməli və təyin ediləcək cəzanın əvvəli onun tutulduğu vaxtdan, yəni 27 aprel 2024-cü il tarixdən hesablanmalıdır. İş üzrə mülki iddia, ekspertiza xərci yoxdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsinə əsasən, şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Məhkəmə hesab edir ki, hazırki məhkəmə hökmü qanuni qüvvəsini aldıqdan sonra maddi sübut kimi tanınmış bir ədəd kofta Zərərçəkmiş şəxs saxlanilması üçün təhvil verilməsi nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Həmin Məcəllənin 99-1.1.1-ci maddəsinə əsasən, şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla); 99-1.1.2-ci maddəsinə əsasən isə şəxsin cinayət yolu ilə əldə etdiyi əmlak, habelə həmin əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla) məhkəmənin yekun qərarı ilə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalıdır. Bununla belə, hazırki iş üzrə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən olunmamışdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 03 (üç) il, 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu vaxtdan, yəni 27 aprel 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut kimi Bakı şəhəri Xəzər Rayonu Polis İdarəsinin maddi sübutları saxlama kamerasında saxlanılan 01 ədəd zavod üsulu ilə hazırlanmış ümumi təyinatlı mətbəx tipli bıçaq məhv edilsin. 01 ədəd kofta Zərərçəkmiş şəxs qaytarılsın. Hadisənin görüntülərini özündə əks etdirən 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli digər əmlakın olmadığı nəzərə alınsın. Hökmdən elan olunduğu andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Fərid Namazov Hakimlər Telman Hüseynov Əhməd Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar