Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-2101/2024 21.10.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Muxtarov Kamran Nüsrət oğlunun sədrliyi, X14 və X7 ibarət tərkibdə, məhkəmə iclasının katibi X4, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, təqsirləndirilən Təqsirləndirilən şəxs, müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 15 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxx 1994-cü il tarixdə Tovuz rayonu, Qovlar qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, məhkum olunmuş, məhkumluğu ödənilmiş, fərdi əmək fəaliyyəti ilə məşğul olmuş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2arəsində barəsində “həbs” qətimkan tədbiri seçilməklə Penitensiar Xidmətin 03 X5 saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən və istintaqa məlum olmayan vaxtda satış məqsədi ilə qanunsuz olaraq xüsusilə külli miqdarda narkotik vasitə heroin və külli miqdarda narkotik vasitə metadon əldə edib saxlayaraq daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və istintaqa məlum olmayan mənbədən satış məqsədi ilə qanunsuz olaraq 01 ədəd şəffaf rəngli sellofan torbada üzərində “Methadone-40” göstəricisi olan hər birində 10 ədəd olan 30 ədəd konvalyutda olmaqla cəmi 300 ədəd üzərində “F/M40” göstəricisi yazılmış rəngli dərman həblərinin tərkibində metadonun təsir maddəsinin miqdarı 12 qram təşkil edən(üzərində olan göstəriciyəəsasən bir ədəd həbdə metadonun təsir maddəsinin miqdarı 0,04 qramdır) külli miqdarda narkotik vasitə metadon dərman həblərini və həmin sellofan torbanın içərisində qara rəngli bağlamada 01 ədəd plastik qabda təmiz çəkisi 2019,6 qram olan qəhvəyi rəngli maddə xüsusilə külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib saxlamaqla 30 mart 2024-cü il tarixdə ünvan 3nvanının qarşısına kimi daşımış, o, həmin gün orada saat 23:30-da piyada hərəkətdə olarkən Azərbaycan Respublikası DİN-nin Bakı şəhər Baş Polis İdarəsinin X8 Mübarizə Şöbəsinin və Xəzər RPİ-nin 2-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən birgə keçirilən əməliyyat tədbirləri nəticəsində saxlanılaraq 2-ci Polis Şöbəsinin inzibati binasına gətirilmiş, 31 mart 2024-cü il tarixdə, saat 01:45-də həmin Polis Şöbəsində xidməti otaqda müdafiəçinin iştirakı ilə videoçəkiliş aparılmaqla üzərində şəxsi axtarış aparılan zaman sol əlində olan şəffaf rəngli sellofan torbada üzərində “Methadone 40” göstəricisi olan hər birində 10 ədəd olan 30 ədəd konvalyutda olmaqla cəmi 300 ədəd üzərində “F/M40” göstəricisi yazılmış rəngli dərman həblərinin tərkibində metadonun təsir maddəsinin miqdarı 12 qram təşkil edən(üzərində olan göstəriciyə əsasən bir ədəd həbdə metadonun təsir maddəsinin miqdarı 0,04 qramdır) həmin külli miqdarda narkotik vasitə metadon dərman həbləri və həmin sellofan torbanın içərisində qara rəngli bağlamada 01 ədəd plastik qabda təmiz çəkisi 2019.6 qram olan qəhvəyi rəngli maddə xüsusilə külli miqdarda kustar üsulla hazırlanmış həmin narkotik vasitə heroin aşkar edilərək Təqsirləndirilən şəxs götürülmüşdür. Təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı Azərbaycan Respublikası CM-nin 234.4-1-ci maddəsi ilə elan ona edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, 2024-cü ilin mart ayının 15-ə qədər Moskvada yaşamışdır. Əvvəllər narkotik vasitə istifadə etməmişdir. Buzovnadan qayıdarkən 30 mart 2024-cü il tarixdə saat 23 radələrində yolda 6 nəfər polis əməkdaşı çəkiliş apararaq ona yaxınlaşmışdır. Həmin vaxt o, yolda tək olmuşdur. İçkili olsa da, öz hərəkətlərini idarə etmək qabiliyyətində olmuşdur. Üzərində bir qutu siqaret, telefon və pul qabı olmuşdur. Saxlanılarkən üzərinə baxış keçirilməmişdir. Saxlanıldıqdan sonra dərhal polis əməkdaşları tərəfindən Xəzər RPİ-nin 2-ci PB-ə aparılmışdır. Maşında 4 nəfər polis əməkdaşı olmuşdur. Onlardan ikisi sağ və sol tərəfində, digər ikisi qabaqda oturmuşdur. Polislər onu vuraraq başqa bir nömrəyə səs atmasını demişdir. Telefonunu çıxarıb kodu açdıqdan sonra tanımadığı Azərbaycan nömrəsinə ”paket məndədir, götürmüşəm” məmzmunlu səs atmışdır. Bu vaxt əlləri qandallı olmuş, polislər telefonu ona tutmuşlar. Bölməyə çatdıqdan sonra ilkin ifadəsi alınmışdır. Bölmədə üzərinə müdafiəçinin iştirakı ilə şəxsi axtarış keçirilmişdir. Müdafiəçi gələnədək təhqiqatçı və əməliyyatçılar onunla kontaktda olmuşdur. Qollarına qandal bölmədə olarkən vurulmuşdur. Bölmənin koridorunda siqaret çəkərkən polis əməkdaşlarından biri ona yaxınlaşaraq əlindəki yaşıl rəngli paketi təqdim etmiş və üzərində götürməli olduğunu demişdir. Bu sözləri ona təhqiqatçı demişdir. Həmin narkotik vasitələri üzərinə götürməsə anası və bacısının bölməyə gətiriləcəyi ilə hədələnmişdir. Polislər tərəfindən fiziki təzyiqlərə məruz qalmamışdır. Polis əməkdaşları ona psixi təzyiqlər etdiyi üçün məcbur olub onların dedikləri ilə razılaşmışdır. Narkotik vasitələrin əldə edilməsi ilə əlaqədar İran vətəndaşı ilə əlaqə saxlamamışdır. Narkotik vasitə üzərində olmadığna baxmayaraq tutulması barədə heç bir orqana şikayət etməmişdir. Təqsirləndirilən şəxs həmçinin ibtidai istintaq zamanı vermiş olduğu ifadəsi elan edildikdən sonra həmin ifadəsini təsdiq etməyərək göstərdi ki, tutulan zaman küçədə çəkiliş olmuşdur. Həmin çəkilişin videogörüntülərini “YouTube”-dan əldə etmişdir. Tutulması "xxxx"-nin xəbərlər proqramında da əks olunmuşdur. Bölməyə aparıldıqdan 2 saat sonra videoçəkilişlə şəxsi axtarış aparılmışdır. Çəkilişdən qabaq nəzarətçinin otağının arxa tərəfinə salınmışdır. Oradan onu çıxarmalarını istədikdən sonra koridora aparılmışdır. O zaman balaca boy təhqiqatçı yaxınlaşıb ona yaşıl rəngli bağlamanı uzatmışdır. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı vermiş olduğu ifadəsində göstərmişdir ki, İran İslam Respublikasının vətəndaşı kimi tanıdığı adını və anket məlumatlarını bilmədiyi kişi cinsli şəxs ilə 2024-cü ilin mart ayının axırlarında “İnstagram” sosial şəbəkəsi vasitəsi ilə tanış olmuş, lakin həmin şəxslə görüşməmiş, üzbəüz ünsiyyətdə olmamışdır. Təxminən 1(bir) ilə yaxın olar ki, narkotik vasitə olan marixuana qəbul edir, narkotik vasitəni çəkmə yolu ilə qəbul edir. 30 mart 2024-cü il tarixdə, saat 22 radələrində İran İslam Respublikasının vətəndaşı kimi tanıdığı adını və anket məlumatlarını bilmədiyi kişi cinsli şəxs ilə “Vatsap” vasitəsi ilə yazışmış və İİR-nın vətəndaşı ona bildirmişdir ki, deyəcəyi ünvanda narkotik vasitə olan heroini və metadonu əldə edib onun deyəcəyi ünvana çatdıracaq və bunun müqabilində kuryerlik etdiyinə görə ona 500 (beş yüz) manat pul verəcəkdir. O, da İran İslam Respublikasının vətəndaşı ilə razılaşmış və 30 mart 2024-cü il tarixdə, saat 23 radələrində İİR-nın vətəndaşının dediyi ünvana gəlmişdir. Həmin ünvanda, yəni ünvan 3nvanında yolun kənarındakı elektrik dirəyinin altından şəffaf rəngli sellofan torbanı götürərək üzərində daşıyan zaman həmin gün orada saat 23:30-da piyada hərəkətdə olarkən 2(iki) nəfər mülki geyimli şəxslər ona yaxınlaşaraq polis əməkdaşları olduqlarını bildirərək onu Xəzər RPİ-nin 2-ci PŞ-nə dəvət etmişlər. 2-ci PŞ-də ona hüquq və vəzifələri izah olunmuş, dövlət tərəfindən hüquqlarının müdafiəsi üçün ona vəkillərin siyahısı təqdim olunmuş, vəkillərin siyahısından Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili X1 həmin şəxs tərəfindən də hüquq və vəzifələri ona izah olunmuşdur. 31 mart 2024-cü il tarixdə, saat 01:45-də həmin Polis Şöbəsində xidməti otaqda müdafiəçinin iştirakı ilə videoçəkiliş aparılmaqla üzərində şəxsi axtarış aparılan zaman sol əlində olan şəffaf rəngli sellofan torbada üzərində “Methadone 40” göstəricisi olan hər birində 10 ədəd olan 30 ədəd konvalyutda olmaqla cəmi 300 ədəd üzərində “F/M40” göstəricisi yazılmış rəngli dərman həblərinin tərkibində metadonun təsir maddəsinin miqdarı 12 qram təşkil edən metadon dərman həbləri və həmin sellofan torbanın içərisində qara rəngli bağlamada 01 ədəd plastik qabda təmiz çəkisi 2019.6 qram olan qəhvəyi rəngli maddə xüsusilə külli miqdarda kustar üsulla hazırlanmış həmin narkotik vasitə heroin aşkar edilərək ondan götürülmüşdür. Üzərindən aşkar olunmuş narkotik vasitəni adını və anket məlumatlarını bilmədyi İran İslam Respublikasının vətəndaşının sifarişi ilə yuxarıda qeyd olunan ünvandan götürərək üzərində daşıdığını bildirmişdir. Üzərindən aşkar edilmiş narkotik vasitə ekspertiza tədqiqatına təqdim olunmasından ötrü zərfə qoyularaq qablaşdırılmışdır. Üzərindən aşkar olunmuş 43(qırx üç) manat nağd pul, l(bir) ədəd alışqan, 01 ədəd “Rothmans” siqaret qutusu özünə qaytarılmış, özünə məxsus 01 (bir) ədəd “Tecno sparlc” markalı mobil telefon isə işüzrə mühüm sübut əhəmiyyəti daşıdığı üçün götürülüb qablaşdırılaraq araşdırma materialına əlavə edilmişdir. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq bildirmişdir ki, saxlanılarkən və ya üzərinə şəxsi axtarış aparılarkən polis əməkdaşları tərəfindən ona qarşı hər hansı bir fiziki güc tətbiq olunmamış, həmçinin psixoloji təsirə məruz qalmamışdır. Törətdiyi əməli səmimi etiraf edərək üzərində olan narkotik vasitələri təqdim etmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini törətməsi özünün ifadəsindən başqa ibtidai araşdırma dövründə qanuni üsullarla toplanmış və hazırki məhkəmə iclasında tam, hərtərəfli və obyektiv şəkildə tədqiq edilmiş sübutlarla, yəni şahidlərin ifadələri, şəxsi axtarış və götürmə aparılması haqqında protokol, məhkəmə ekspertizasının rəyləri, maddi sübutlar və digər sənədlərlə tam təsdiq edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, 30 mart 2024-cü il tarixdə Xəzər rayon Albalılıq qəsəbəsindəki yeni yaşayış sahəsində bir nəfər şəxsin üzərində narkotik vasitələrin gəzdirməsi barədə əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş məlumatı yoxlamaq məqsədi ilə Xəzər RPİ-nin 2-ci PŞ-də əməliyyat müvəkkili Şahid1 birlikdə həmin əraziyə yollanmışlar. Həmin tarixdə saat 23:00-00:00 radələrində Albalılıq yaşayış massivində marketdən sağa döndükdən sonra qarşıya çıxan yolda xarici görünüşü məlumatda olan görünüşlə eyniləşdirib həmin şəxsə yaxınlaşmış və ona narkotik vasitələrin daşınması və gəzdirməsinə görə şübhəli olduğunu bildirib, Xəzər RPİ-nin 2-ci PŞ-nə dəvət etmişlər. O zaman əlində ağ rəngli sellofan paket olmuşdur. Təhqiqatçı əməiyyat tədbirində iştirak etmədiyindən saxlanılan kimi Təbrizin üzərinə baxış keçirilməmişdir. Təqsirləndirilən şəxs heç bir müqavimət göstərmədən onlarla birlikdə Xəzər RPİ-nin 2-ci PŞ-nə getmişdir. Xəzər RPİ-nin 2-ci PŞ-nin xidməti otaqların birində Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Videoçəkiliş onun tərəfindən aparılmışdır. Şəxsi axtarış keçirilərkən şəxsin üzərindən pul, siqaret, mobil telefon və sol əlində olan ağ rəngli sellofan torbanın içərisində narkotik vasitəni təqdim etmişdir. Narkotik vasitəni hardan əldə etdiyini soruşduqda, sosial şəbəkə vasitəsilə tanış olduğu İİR vətəndaşından əldə etdiyini, sonuncunun tapşırığı ilə torbadakı narkotik vasitəni bir ünvandan götürüb başqa ünvana qoymaq üçün götürdüyünü bildirmişdir. Bu daşımanın müqabilində həmin İran vətəndaşıdan pul alacağını bildirmişdir. Təqsirləndirilən şəxsə qarşı heç bir zorakı hərəkətlər edilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin gəzdirməsi və satışı ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Əməliyyat məlumatı əsasında rəhbərliyə məruzə edildikdən sonra Bakı Şəhər Baş Polis İdarəsinin X8 mübarizə şöbəsinin əməliyyat müvəkkili, polis leytenantı Şahid2 ilə birlikdə əməliyyat tədbiri keçirmişlər. əməliyyat tədbiri zamanı Buzovna qəsəbəsi, Albalılıq yeni yaşayış sahəsində Təqsirləndirilən şəxs yaxınlaşıb özlərini təqdim edərək sonuncunu Xəzər RPİ-nin 2-ci PŞ-ə dəvət etmişlər. 2-ci PŞ-nin xidməti otaqlarının birində Təqsirləndirilən şəxs üzərinə vəkilin iştirakı ilə videoçəkilişlə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əlində olan içərisində bir ədəd plastik qabda heroin və metadon olan ağ rəngli sellofan torbanı təqdim etmişdir. Əməliyyat tədbiri keçirilərkən hava qaranlıq olmuş, əməliyyat tədbirinin keçirildiyi saatı dəqiq xatırlamamışdır. Uzun müddət keçdiyi üçün baş verənləri dəqiq xatırlamamışdır. Təbrizə piyada olarkən yaxınlaşmışlar. Lakin avtomobili harada saxladıqları yadında qalmamışdır. Səhv xatırlamırsa Təbrizə yaxınlaşarkən sonuncunun əlinə ağ rəngli sellofan torba olmuşdur. Həmin sellofan torbadan heroinə bənzər kütlə və həblər aşkar edilmişdir. Əməliyyat başlamamışdan əvvəl videoçəkiliş etdikləri dəqiq yadında qalmamışdır. Təbrizi saxlayarkən üzərinə baxış keçirilməmiş, sonuncunu Xəzər RPİ-nin 2-ci PB-ə apardıqdan sonra şəxsi axtarış keçirmişlər. Təqsirləndirilən şəxsə qarşı heç bir fiziki və psixoloji təzyiq edilməmişdir. 30 mart 2024-cü il tarixli raportdan görünür ki, etimad doğuran, qərəzsiz mənbədən daxil olmuş məlumatda “Təbriz” adlı şəxs Bakı şəhəri Xəzər rayonu, Albalılıq YYS, M.Namazov 25 ünvanının qarşısında qanunsuz olaraq narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsi ilə məşğul olduğu bildirilir. xx xxxx 1994-cü il tarixdə Tovuz şəhərində anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Bakı şəhəri, Xətai rayonu, N.Əliyev küçəsi 36 ünvanında yaşayan Təqsirləndirilən şəxsdur. (Cild 1 i.v. 3-4) 31 mart 2024-cü il tarixli tutma protokolundan görünür ki, həmin gün saat 01:05-də (faktiki saxlanılma 30 mart 2024-cü il, saat 23:30-da) Təqsirləndirilən şəxs Xəzər Rayon Polis İdarəsinin 2-ci Polis Şöbəsinin təhqiqatçısı, polis mayoru Fariz Məmmədov tərəfindən şübhəli şəxs qismində tutulmuşdur. (cild 1 i.v. 28-29) 01 aprel 2024-ci il tarixli Xəzər rayon məhkəməsinin qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 4 ay müddətinə “həbs” qətimkan tədbiri seçilmişdir. (cild 1 i.v. 85-86) 31 mart 2024-cü il tarixli şəxsi axtarış aparılması və maddi sübutun götürülməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılır, o, əynində olan qara rəngli cins şalvarının sağ yan cibindən 43 manat pul, bir ədəd alışqan, bir “Rothmans” siqaret qutusunu, həmin cins şalvarının sol yan cibindən bir ədəd “Tecno Spark” markalı mobil telefonu çıxarıb təqdim edir. Daha sonra o, sol əlində olan şəffaf rəngli sellofanı təqdim edir. Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd ağ rəngli sellofan büküm açıldıqda məlum olur ki, həmin sellofanın içərisində bir ədəd qara plastik qabın içərisində 30 list hər listdə 10 ədəd olmaqla metadon həbləri və narkotik vasitə heroinə oxşar kütlə vardır. Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd ağ rəngli sellofanın içərisində olan bir ədəd plastik qabdakı kütlə narkotik vasitə heroin və narkotik tərkibli dərman həbləri olduğunu, həmin narkotik vasitələrini 30 mart 2024-cü il tarixdə sosial şəbəkə vasitəsi ilə İİR-nın vətəndaşından “vhatsap” ani mesajlaşma tətbiqi ilə göndərdiyi ünvandan götürüb 500 manat müqabilində digər ünvana aparacağını bildirir. Bundan başqa Təqsirləndirilən şəxs üzərindən şəxsi axtarış zamanı başqa heç nə aşkar edilməmişdir. (Cild 1 i.v 33-35) 03 iyun 2024-cü il tarixli diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-**, ***-***-**-**, ***-***-**-**, ***-***-**-** nömrələrinin qəbul olunmuş və edilmiş zənglər və mesajlarında istintaq əhəmiyyəti kəsb edən hər hansı məlumat aşkar edilməmişdir. (İ.v 122) Məhkəmə-kimyəvi ekspertizasının 31 mart 2024-cü il tarixli 3-16-16/2-6/1743 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün № 193” dairəvi möhür əksləri olan, “Təqsirləndirilən şəxs üzərindən aşkar...” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd polietilen torbada üzəri selofanla sarılmış bir ədəd plastik qabda təmiz çəkisi 2019,6 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir, üzərində “Metadone 40” göstəricisi olan ümumilikdə 30 ədəd konvalyutda 300 ədəd üzərində “F/M40” göstəricisi olan qəhvəyi rəngli dərman gəblərin tərkibində metadonun təsir maddəsinin miqdarı 12 qram təşkil edir (üzərində olan göstəriciyəəsasən bir ədəd həbdə metadonun təsir maddəsinin miqdarı 0,04 qramdır). (Cild 1 i.v 42-44) Məhkəmə ambulator məhkəmə-narkoloji ekspertizasının 04 iyul 2024-cü il tarixli, 4611 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs kannabinoidlərin qəbulu nəticəsində yaranana asıllıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (İ.v 138-139) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Məhkəmə X3 ambulator məhkəmə psixiatrik ekspertizasının 01 iyun 2024-cü il tarixli 1589 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Aparılmış eksperimental-psixoloji müayinə gedişində əqli-intellektual imkanlarının normaya uyğun olması müəyyən edilir. Emosional qeyri-sabit olması, qıcığa qarşı həssaslığı aşkar olunur. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs hərəkəti Azərbaycan Respublikası CM-nin 21 və 22-ci maddələrinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs hazırki vəziyyətinə görə istintaq hərəkətlərində iştirak etmək iqtidarındadır. (Cild 1 i.v 130-132) 04 iyul 2024-cü il tarixli sübutlarım qiymətləndirilməsi qərarından görünür ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş təmiz çəkisi 2019,6 qram narkotik vasitə heroin və 300 ədəd “Methadone” həbləri maddi sübut kimi tanınmış, tədqiqatdan sonra qalıq qalmış təmiz çəkisi 2019,550 qram narkotik vasitə heroin və 285 ədəd “Methadone 40” həbləri Təqsirləndirilən şəxs və onun müdafiəçisinin cinayət işinin materialları ilə tanış olduqdan sonra saxlanılması üçün Xəzər RPİ-nin maddi sübutların saxlanılması yerinə təhvil verilmişdir. (Cild 1 i.v 135-144) DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Füzuli Hərbi Məhkəməsinin 20 avqust 2024-cü il tarixli hökmü ilə 04 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 01 dekabr 2014-cü ildə cəzasının sonu ilə azad edilmişdir. (Cild 1 i.v. 113-114) Cinayət işinin materiallarına əlavə edilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində Tovuz rayonu, Qovlar kəndində yaşadığı müddət ərzində heç bir təqsirləndirici material daxil olmamışdır. (Cild 1 i.v.128) "xxxx" MMC-dən daxil olmuş məktubdan görünür ki, Təqsirləndirilən şəxs saxlanılması ilə əlaqədar DİN-in mətbuat xidməti tərəfindən təqdim edilən materiallar xx.xx.2024-cü il tarixdə Xəzər TV-nin efirində yayımlanmış, sözügedən görüntülər CD disk şəklində məhkəməyə təqdim edilmişdir. Elektron məhkəmə informasiya sistemindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2012-cü il təvəllüdlü X12 və xx.xx.2017-ci il təvəllüdlü X10 adlarında iki yetkinlik yaşına çatmayan uşağı vardır. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs üzərinə keçirilən şəxsi axtarış və götürmə zamanı çəkilmiş videogörüntünün olduğu 01 ədəd diskə baxılmışdır. Müəyyən edilmişdir ki, özünü Təqsirləndirilən şəxs kimi təqdim edən şəxsi axtarış aparılan zaman o, təhqiqatçının təklifi ilə Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarının sağ yan cibindən 43 manat pul, bir ədəd alışqan, bir “Rothmans” siqaret qutusunu, həmin cins şalvarının sol yan cibindən bir ədəd “Tecno Spark” markalı mobil telefonu çıxarıb təqdim edir. Daha sonra o, sol əlində olan şəffaf rəngli sellofanı təqdim edir. Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd ağ rəngli sellofan büküm açıldıqda məlum olur ki, həmin sellofanın içərisində bir ədəd qara plastik qabın içərisində 30 list hər listdə 10 ədəd olmaqla metadon həbləri və narkotik vasitə heroinə oxşar kütlə vardır. Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd ağ rəngli sellofanın içərisində olan bir ədəd plastik qabdakı kütlə narkotik vasitə heroin və narkotik tərkibli dərman həbləri olduğunu, həmin narkotik vasitələrini 30 mart 2024-cü il tarixdə sosial şəbəkə vasitəsi ilə İİR-nın vətəndaşından “vhatsap” ani mesajlaşma tətbiqi ilə göndərdiyi ünvandan götürüb 500 manat müqabilində digər ünvana aparacağını bildirmişdir. Bundan başqa Təqsirləndirilən şəxs üzərinə təhqiqatçı tərəfindən şəxsi axtarış keçirilir və şəxsi axtarış zamanı Sahib Qurbanovun üzərindən cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək hər hansısa bir əşya, sənəd və sair aşkar edilmir. Təqsirləndirilən şəxs təqdim etdiyi 1 ədəd plastik qab cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan, bir ədəd kağız zərfdə qablaşdırılıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “Zərflər üçün” olan möhürü ilə möhürlənərək götürülür. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “Şenk İsveçrəyə qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 12 iyul 1988ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, 6-cı maddə ədalətli məhkəmə araşdırması hüququnu təmin etsə də, sübutların qəbul edilməsinin mümkünlüyünə dair hər hansı qaydaları təsbit etmir, bu, ilk növbədə milli qanunvericiliklə tənzimlənməli olan məsələdir. “Yallo Almaniyaya qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 11 iyul 2016cı il tarixli qərarında göstərilir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən yerli qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. “Ədalətli məhkəmə araşdırması hüququ” kontekstində araşdırılmalı olan məsələ sübutların əldə edilməsi üsulu da daxil olmaqla bütövlükdə məhkəmə prosesinin ədalətli olub-olmamasından ibarətdir, bu da özülyündə sübutların “qanunsuz” yolla əldə edilibedilməməsinin, Konvensiyada nəzərdə tutulmuş digər hüquqların pozulubpozulmamasının, pozuntu olduğu təqdirdə onun xarakterinin müəyyən edilməsinə xidmət edir. Məhkəmə qeyd edir ki, bütün məhkəmə iclaslarında müdafiə tərəfinin hüquqlarına hörmət edilmiş, təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların, o cümlədən maddi sübutların tədqiqində şəxsən iştirak etmiş, ona sübutların etibarlılığına və onlardan istifadəyə etiraz etmək imkanları təqdim olunmuş, əleyhinə ifadə vermiş şahidlərə bilavasitə və müdafiəçisi vasitəsi ilə suallar vermişdir. Bundan əlavə, sübutların keyfiyyəti, o cümlədən sübutların əldə edildiyi şərait onların etibarlılığını və ya dəqiqliyini şübhə altına almır, əldə edilmiş sübutlar iş üzrə digər materiallarla təsdiq olunur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 349-cu maddəsinə əsasən, məhkəmə hökmü qanuni olmalıdır, yəni Azərbaycan Respublikası Konstitusiyasının, Cinayət-Prosesual Məcəlləsinin, Cinayət Məcəlləsinin və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Azərbaycan Respublikasının CM-nin 3-cü maddəsinə əsasən yalnız Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında Azərbaycan Respublikasının Qanununun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin qanunsuz əldə edilməsi dedikdə: həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin alınması, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsi, başqa mallara və əşyalara dəyişdirilməsi, mənimsənilməsi və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qeyd edilən Qanunun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin qanunsuz saxlanması dedikdə: məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları”nın 1-ci Siyahısının 83-cü bəndinə əsasən - təmiz halda 800 (səkkiz yüz) qramdan artıq çəkidə narkotik vasitə heroin xüsusilə külli miqdar, 1-ci Siyahısının 111-ci bəndinə əsasən 1,6 (bir tam onda altı) qramdan 160 (yüz altmış) qramadək çəkidə metadon külli miqdar təşkil edir. Məhkəmə ilk olaraq şəxsi axtarışın və baxışın qanunun tələblərinə müvafiq aparılıbaparılmamasını, eləcə də, təqsirləndirilən şəxsin gətirdiyi dəlilərin əsaslı olub-olmamasını araşdırmağı zəruri hesab edir. CPM-nin 207-ci maddəsinə əsasən də cinayət işi başlamadan Təqsirləndirilən şəxs üzərində axtarış keçirilməsi qanununun tələblərinə uyğun olmuşdur. Belə ki, CPM-nin 207.4-cü maddəsində göstərilmişdir ki,…cinayət törətməkdə şübhələnildiyinə görə tutulmuş şəxsə münasibətdə bu Məcəllənin 90.11.2-90.11.5-ci maddələrində müəyyən edilmiş vəzifələrin yerinə yetirməsi ilə bağlı həyata keçirilən prosessual hərəkətlər istisna olmaqla cinayət işinin başlanmasından əvvəl digər istintaq hərəkətlərinin aparılması, habelə tutulma istisna olmaqla digər prosessual məcburiyyət tədbirlərinin tətbiqi qadağandır. CPM-nin 90.11.2-ci maddəsində isə şübhəli şəxsin tutularkən baxışa və şəxsi axtarışa məruz qalmaq vəzifəsi təsbit olunmuşdur. Bundan başqa, Təqsirləndirilən şəxs şəxsi axtarışı zamanı CPM-nin 246-cı maddəsinin tələblərinə riayət edilmişdir. Belə ki, şəxsi axtarış və baxış videoçəkilişlə aparılmış və orada təqsirləndirilən Təqsirləndirilən şəxs videoçəkilişlə üzərindən aşkar edilən narkotik vasitələri könüllü təqdim etmişdir. Təqsirləndirilən şəxs məhkəmədə ifadə verərkən ona qarşı irəli sürülmüş ittihamı bütövlükdə mübahisələndirərək üzərindən aşkar narkotik vasitə heroin və metadon həblərinin ona məxsus olmadığını, ümumiyyətlə satış məqsədilə narkotik vasitə əldə etmədiyini, polis əməkdaşları tərəfindən üzləşdiyi təzyiqlər nəticəsində ona məxsus olmasını etiraf etdiyini bildirmişdir. Təqsirləndirilən şəxs öz ifadəsində saxlanılma anının "xxxx"-də göstərildiyini bildirdiyindən müdafiə tərəfinin vəsatəti əsasında Təqsirləndirilən şəxs saxlanılmasını əks etdirən videogörüntülər "xxxx" MMC-yə sorğu edilərək əldə edilmişdir. Məhkəmə "xxxx" MMC tərəfindən təqdim edilmiş 1 (bir) ədəd diskdə olan görüntülərin DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsi tərəfindən keçirilən real əməliyyat tədbiri zamanı çəkildiyindən, həmin videogörüntünün Baş Narkotiklərlə Mübarizə İdarəsinin rəsmi YouTube kanalı vasitəsilə yayımlandığından (videogörüntü CD disk formatında cinayət işinə əlavə edilmişdir) həmin videogörüntünün sübut kimi qəbul edir. Sözügedən videogörüntünün əks olunduğu 01 ədəd diskə məhkəmə baxışı zamanı baxış keçirilərkən müəyyən edilmişdir ki: Videogörüntü narkokuryerliklə məşğul olan 2 nəfər şəxsin - Təqsirləndirilən şəxs və Hüseyn İsmayılovun saxlanılması, onların üzərlərindən ümumilikdə 4 kiloqram çəkidə heroin, “patı” aşkar edilməsi, həmin narkotik vasitə və psixotrop maddələrdən 2 klioqram heroinin və 300 ədəd metadon həbinin Təqsirləndirilən şəxs aşkar edilməsi ilə əlaqədardır. Videogörüntünün Təqsirləndirilən şəxs aid olan 0:00:05-ci saniyədən 0:00:15-ci saniyədək və 0:00:46-cı saniyədən 0:00:52-ci saniyədək olan hissəsində sonuncunun yol kənarı ilə getdiyi, sağ əlini hərəkət etdirdiyi görünsə də, sol əlinin hərəkət etmədiyi, qarın və ya sinə nahiyyəsində olduğu, sanki əli ilə nəyisə tutmağa çalışması sezilir. Bu səbəbdən məhkəmə Təqsirləndirilən şəxs saxlanılmazdan əvvəl üzərində narkotik vasitə olmamasını, narkotik vasitələrin polis əməkdaşları tərəfindən təzyiqlə üzərinə qoyulmasını bildirməsini əsaslı hesab etmir. Bundan başqa, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarışın keçirilməsinə dair videodiskə baxış keçirilərkən o, müdafiəçinin polis əməkdaşları tərəfindən hər hansı bir təzyiqə məruz qalması ilə bağlı sualına inkaredici cavab vermişdir. Nakotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında Azərbaycan Respublikasının Qanununun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə: miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 14 iyun 2024-cü il 2 №-li qərarında məhkəmələrə tövsiyyə olunur ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs heroin və metonun satış məqsədi ilə əldə edib saxlaması və daşıması ilə bağlı qeyd edir ki, sonuncudan aşkar edilmiş narkotik vasitə heroinin xüsusilə külli miqdarda, yəni 2019,6 qram çəkidə, həmçinin ümumilikdə 300 ədəd olmaqla 12 qram çəkidə metadon həblər şəxsi istehlak miqdarından dəfələrlə artıq olmuş, şəxsi istifadə edəcəsi halda bir neçə ilinə bəs edəcəyi, bunun isə heç də real olmadığını nəzərə alaraq Təqsirləndirilən şəxs narkotik vasitələri satış məqsədilə əldə etməsinə dəlalət edir. Məhkəmə Təqsirləndirilən şəxs narkotik vasitələri qabaqcadan əlbir olan bir qrup şəxs halında əldə etməsi ilə bağlı onu qeyd edir ki, o, ifadəsində, eləcə də, şəxsi axtarış və götürmə istintaq hərəkətinin əks olunduğu protokolda İran İslam Respublikasının vətəndaşı kimi tanıdığı şəxsiyyəti barədə məlumatlarını bilmədiyi şəxslə əlaqə saxlayaraq sonuncunun dediyi məkandan narkotik vasitələri götürəcəyini və onun dediyi ünvana qoyacağını, bunun qarşılığında 500 manat pul əldə edəcəyini göstərmişdir. Göründüyü kimi o, İran İslam Respublikasının vətəndaşı ilə narkotik vasitə heroinin və metadonun götürülməsi və hansı formada realizə edilməsi barədə qabaqcadan razılığa gəlmiş və sonuncunun dediyi yerdən götürməklə faktiki olaraq narkotik vasitə əldə etmə, daşıma və saxlamadan ibarət hərəkətlər hər ikisinin hakimiyyəti altında olmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 14 iyun 2024-cü il cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi dedikdə, bu cinayətdə onu birlikdə törətmək haqqında qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin qəsdən birgə iştirak etməsi başa düşülməlidir. CM-in 34.2-ci maddəsinin mənasına görə, CM-in 234.2, 234.3 və 234.3-1-ci maddələri ilə nəzərdə tutulan cinayətlərin törədilməsinə yönəlmiş hərəkətlər edilənədək, yəni cinayətin obyektiv cəhətini təşkil edən hərəkətlərin icra edilməsinə başlanılana qədər cinayətin iştirakçıları arasında qabaqcadan əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün razılıq əldə edilməsi müəyyən edildikdə əməl cinayətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi qiymətləndirilməlidir. Qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən yuxarıda göstərilən cinayətin törədilməsi həm də o zaman yaranır ki, iştirakçılar arasında razılaşmaya əsasən həmin maddələrdə (CM-in 234.2, 234.3 və 234.3-1-ci maddələrində) göstərilən hərəkətləri onlardan biri həyata keçirsin. Həmçinin məhkəmə qeyd etmək istəyir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsi daha mötəbər və inandırıcıdır. Belə ki, üzərindən aşkar edilmiş narkotik vasitənin aşkar edilməsi ilə bağlı istintaq zamanı vermiş olduğu ifadəsi digər sübutlarla videoçəkiliş zamanı aparılmış şəxsi axtarış protokolu, şahidin ifadəsi, məhkəmə kimyəvi ekspertizasının rəyi və digər sənədlərlə də dəstəklənmişdir. Həmçinin istintaq zamanı vermiş olduğu ifadəsinin inandırıcılığı ilə bağlı qeyd edilməlidir ki, inandırıcılığın əsas meyarı ayrıntıdır. Burada önəmli olan təqsirləndirilənin hadisəni ayrıntılı bir şəkildə anlada bilməsidir. Hazırki işdən də görünür ki, Təqsirləndirilən şəxs isintaq zamanı ifadəsində və videoçəkilişlə aparılmış şəxsi axtarış zamanı hadisə ilə, yəni narkotik vasitənin haradan, kimdən, nə məqsədlə əldə edilməsi, saxlanması ilə bağlı halları bir-biri ilə əlaqəli, zəncir kimi bağlı, detallı ayrıntılarla anlatmış, özü könüllü şəkildə narkotik vasitəni təqdim etmişdir. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsində nəzərdə tutulan cinayətin əlamətləri vardır, həmin cinayət hadisəsi həqiqətən baş vermiş, cinayət hadisəsi məhz onun tərəfindən törədilmişdir. Həmçinin bu cinayətin törədilməsində o, təqsirlidir. Təqsirləndirilən şəxs cinayət əməlini qəsdən törətmişdir. Onun əməli başa çatmış cinayətdir və cinayətlərin təsnifatına görə xüsusilə ağır cinayət kateqoriyasına aiddir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsinin sanksiyası həddində ədalətli şəkildə cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı övladının olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə edilməsini Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən əməlində onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Məhkəmə Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal müəyyən etməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında» 12 yanvar 1999-cu il tarixli Qərarında göstərilir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinin tələblərinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Cəzanın təyin edilməsinin ümumi əsaslarını özündə əks etdirən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinin tələblərindən görünür ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsinin sanksiyasında səkkiz ildən on beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Məhkəmə təqsirləndirilən Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 234.4-1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini cəzanın məqsədlərinə çatmaq baxımından qanuni, əsaslı və eləcə də, ədalətli hesab edir. Təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəsini alıb icraya yönəldilənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən ona təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəza çəkmə müddətinin əvvəli onun tutulduğu vaxtdan, yəni 30 mart 2024-cü il tarixdən hesab edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1 və 93.1.2-ci maddələrinə əsasən məhkəmə cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Bundan başqa, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli 2 nömrəli Qərarının 26-cı bəndinə görə məhkəmələr narkomaniya xəstəliyinə düçar olmuş təqsirli şəxslər barəsində cəza təyin edərkən onların cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi qaydada müalicə olunması məsələsini həll etməlidirlər (belə müalicənin tətbiq edilməli olub-olmaması barədə müvafiq ekspertiza rəyi alınmalıdır). Bu halda məcburi müalicənin müddəti məhkəmələr tərəfindən hökmdə göstərilməməlidir. Məhkəmə məhkəmə-narkoloji ekspertizasının rəyini və təqsirləndirilən şəxsə narkomaniyadan məcburi müalicənin təyin edilməsini istisna edən halların olmadığını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli və ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.4-cü maddəsinə əsasən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə edilmiş hallar istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Həmin Məcəllənin 132.1.7-ci maddəsinə əsasən dəyəri olmayan digər əşyalar məhv edilməlidir. Həmin Məcəllənin 132.1.6-cı maddəsinə əsasən maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Həmin Məcəllənin 135.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə əhəmiyyət kəsb edə bilən məlumatları hərf, rəqəm, qrafika və digər işarə formasında özündə əks etdirən kağız, elektron və ya digər daşıyıcılar sənəd hesab olunur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra Xəzər RPİ-nin saxlanc otağında saxlanılan iş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş ekspert tədqiqatından sonra qalıq qalmış 2019,550 qram heroin və 11,4 qram metadon həbi məhv edilməli, cinayət işinin materiallarında olan 2 ədəd disk sübut kimi tanınaraq cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə məhkəmə-kimyəvi ekspertizasına sərf edilmiş 65 (altmış beş) manat məbləğində ekspertiza xərci təqsirləndirilən Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin büdcəsinə keçirilməlidir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün dövlət büdcəsi vəsaiti hesabına 15 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi təyin edilmişdir. Cinayət-Prosessual Məcəllənin 193.2-ci və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” xx.xx.2001ci il tarixli, 31 nömrəli qərarına əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir. Odur ki, həmin hesabla məhkəmə mərhələsində göstərilmiş 35 iş saatı həcmində hüquqi yardımla bağlı Müdafiəçi vəkil işlədiyi 15 saylı Vəkil Bürosunun hesabına ödənilməsi üçün 210 (iki yüz on) manat məbləğində pul köçürülməlidir. İş üzrə mülki iddia yoxdur, xüsusi müsadirə edilməli əmlak müəyyən edilməmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353-cü maddələrini rəhbər tutaraq məhkəmə, H Ö K M E T D İ : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinsin və ona 9 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilsin və cəzasının əvvəli onun tutulduğu vaxtdan, yəni 30 mart 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Hökm qanuni qüvvəyə mindikdən sonra Xəzər RPİ-nin saxlanc otağında saxlanılan iş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş ekspert tədqiqatından sonra qalıq qalmış 2019,550 qram heroin və 11,4 qram metadon həbi məhv edilsin, cinayət işinin materiallarında olan 2 ədəd disk sübut kimi tanınaraq cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkmə kimyəvi ekspertizasına sərf edilmiş 65 (altmış beş) manat məbləğində ekspertiza xərci təqsirləndirilən Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin büdcəsinə keçirilsin. Məhkəmə mərhələsində göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabına Bakı şəhəri 15 saylı Vəkil Bürosunun hesabına ödənilməsi üçün 210 (iki yüz on) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surətini aldığı) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Kamran Muxtarov Hakimlər: Elnur Nuriyev Azər Tağıyev
Məhkəmə qərarları › İş №1(101)-2101/2024
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-2101/2024
21.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver