Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-2105/2024 11.12.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ X1 (sədrlik edən), Məmmədov X6 Mahirə Nəzər qızından ibarət tərkibdə, Məhkəmə iclas katibi X3, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X2 müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokurorları Dövlət ittihamçısı, Müdafiəçi “Universal” Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1980-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, yetkinlik yaşına çatmayan 1 uşağı olan orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi və tamah niyyəti ilə qanunsuz olaraq xüsusilə külli miqdarda narkotik vasitə və xüsusilə külli miqdarda psixotrop maddə əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, o, satış məqsədi və tamah niyyəti ilə qanunsuz olaraq xüsusilə külli miqdarda narkotik vasitə heroin, xüsusilə külli miqdarda psixotrop maddə metamfetamin və külli miqdarda narkotik vasitə qurudulmuş marixuana əldə etmə, saxlama, daşıma və satma barədə şəxsiyyətləri istintaqla araşdırılan tanışı “Ələsgər” adlı şəxs, İran İslam Respublikası vətəndaşı “Babək”adlı şəxs və qeyriləri ilə razılıq əldə edib cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşmiş, bu məqsədlə o, şəxsiyyəti istintaqla araşdırılan İran İslam Respublikası vətəndaşı “Babək” adlı şəxs və qeyrilərinin naməlum tarixdə, vaxtda və şəraitdə satış məqsədi və tamah niyyəti ilə Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində gizlətdikləri “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in İ siyahısına daxil olan xüsusilə külli miqdarda - 4051,544 qram çəkidə narkotik vasitə heroini, külli miqdarda- 5040,82 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananı və “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”-in İİ siyahısına daxil olan xüsusilə külli miqdarda - 4010 qram çəkidə psixotrop maddə metamfetamini qanunsuz olaraq əldə edib 98,043 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananı, 26,544 qram çəkidə narkotik vasitə heroini üzərində, qalan 4010 qram çəkidə psixotrop maddə metamfetamini, 4025 qram çəkidə narkotik vasitə heroini, 4942,777 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananı isə yaşadığı ünvan 2 ünvanına daşımaqla saxlamış, bu barədə daxil olmuş məlumat əsasında Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs 14 mart 2024-cü il tarixdə saat 17:40-da ünvan 3 ünvanının yaxınlığında piyada hərəkət edən zaman saxlanılaraq BNMİ-nə gətirilmiş və orada həmin gün saat 20:10-dan etibarən üzərində şəxsi axtarış və götürmə keçirilən zaman əynindəki qara rəngli gödəkçənin sağ yan cibindən satış məqsədi və tamah niyyəti ilə qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşıdığı xeyli miqdarda 98,043 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana, külli miqdarda - 26,544 qram çəkidə narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür.Tədbirin davamı olaraq 14 mart 2024-cü il tarixdə saat 21:10-dan etibarən Təqsirləndirilən şəxs özünün razılığı və könüllü iştirakı ilə yaşadığı ünvan 2 ünvanına baxış keçirilən zaman evin yataq otağında çarpayının altından 4 ədəd bükümdə xarici əlamətlərinə və kimyəvi komponent tərkiblərinə görə həm öz aralarında, həm də üzərindən aşkar edilərək götürülmüş heroinlə eyni olan ayrı-ayrılıqda çəkiləri 1150 qram; 1190 qram; 510 qram; 1175 qram olmaqla ümumilikdə təmiz çəkisi xüsusilə külli miqdarda - 4025 qram çəkidə narkotik vasitə heroin, 4 ədəd bükümdə xarici əlamətlərinə və kimyəvi komponent tərkiblərinə görə eyni olan ayrı-ayrılıqda çəkiləri 870 qram; 880 qram; 1285 qram; 975 qram olmaqla ümumilikdə təmiz çəkisi xüsusilə külli miqdarda - 4010 qram çəkidə psixotrop maddə metamfetamin, 5 ədəd bükümdə xarici əlamətlərinə və kimyəvi komponent tərkiblərinə görə həm öz aralarında, həm də üzərindən aşkar edilərək götürülmüş qurudulmuş marixuana ilə eyni olan ayrı-ayrılıqda çəkiləri 500 qram; 1430 qram; 1475 qram; 1440 qram; 97,777 qram olmaqla ümumilikdə təmiz çəkisi külli miqdarda - 4942,777 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana və üzərində heroin və metamfetamin izləri olan 02 ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. Bununla da, o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməllərini törətmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə ifadəsində bildirmişdir ki, Kamran adlı şəxs ona bir yerdə narkotik olduğunu, maşın göndərəcəyini və gedib götürməsini demişdir. Həmin yerə gedərək 650 qram nəşəni götürərək evə aparmışdır. Narkotik vasitədən 10-15 qram öz istifadəsi üçün almaq istəmişdir. Səhəri gün Kamran evdən çıxa bilmədiyini və narkotik vasitəni 500 qram bir, 100 qram da bir olmaqla ona çatdırmağını istəmişdir. Bunun müqabilində pul almamışdır. Müstəntiq kuryerliyi boynuna götürməsini və beləliklə cəzasının kuryerliyə görə az olacağını deyərək ona yalan vəd vermişdir. Sanksiyada narkotik vasitənin satışı ilə məşğul olmadığını demişdir. Tutulan zaman üzərində narkotik vasitə olmamışdır. Evə baxış keçirilən zaman evdən 10-15 qram nəşə aşkar edilmişdir. Polis əməkdaşları evdə ailəsinin olduğu üçün onlarında məsuliyyət daşıyacaqlarını demişlər. Belə vəziyyətdə hər şeyi boynuna almağa məcbur olmuşdur. Kamran adlı şəxsdən çox vaxtı narkotik vasitələri almışdır.10 ildən çox narkotik vasitə istifadə etmiş, lakin psixotrop maddə istifadə etməmişdir. Telefon vasitəsi ilə iranlı bir şəxslə əlaqə yaratmışdır. Həmin iranlı şəxs narkotik vasitələri 100 qram və 500 qram olmaqla hansı ünvanlara verməli olduğunu demişdir. Narkotik vasitələri heç nəyin müqabilində göstərilmiş ünvanlara Kamran dediyi üçün aparmışdır. Kamranın pul borcu olduğundan bu işdən əldə etdiyi gəlirlə onun borcunu qaytaracağını demişdir. Evində 2 uşağı və həyat yoldaşı yaşamışdır. Evində olan narkotik vasitənin çəkilərini evində 2 ədəd tərəzi olduğu üçün dəqiq bilmişdir. Kamran səhərlər işdə olduğu üçün narkotik vasitələri çatdıra bilməmiş və elektron tərəzini ona vermişdir. Tərəzi ilə narkotik vasitələri ölçmüşdür. İranlı vətəndaş ilə metamfetamin və heroinin çatdırılması ilə əlaqdər danışıqları olmuşdur. Narkotik vasitələri çatdırmaq üçün təhvil almışdır. Kamran üçün götürdüyü marixuanadan özü də istifadə etmişdir. Ayın 14-ü günəş marketin yaxınlığında saxlanılmışdır. Bir nəfər qarşıdan gəlmiş və daha sonra onların yanında bir avtomobil dayanmışdır. Bu avtomobil polis avtomobili deyil şəxsi avtomobil olmuşdur. Saxlanma səbəbini soruşduqda polis əməkdaşları narkotik vasitəsinə görə saxladığını demişlər. Avtomobilə əyləşib bir başa evinə getmişlər. Avtomobildə vəkil də onlarla birgə getmişdir. Evin qapısını açmış və içəri keçmişlər. Daha sonra evə axtarış aparılmış və 15-20 qram nəşə tapılmışdır. İttihamı qəbul etməyəcəyi təqdirdə ailəsi ilə bağlı polis əməkdaşları tərəfindən ona hədə qorxular olmuşdur. İbtidai araşdırma zamanı Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə ifadəsində bildirmişdir ki, təxminən il yarımdır ki, narkotik vasitə qurudulmuş marixuanadan, heroin və psixotrop maddə metamfetamindən istifadə edirmiş. Təxminən 1 aydır ki, özünü İran İslam Respublikası vətəndaşı kimi təqdim edən “Babək” adlı şəxs ilə tanış olmuş, bir neçə dəfə ondan narkotik vasitə və psixotrop maddə alaraq istifadə etmişdir. Belə ki, Babəki tanışı olan Ələsgər vasitəsi ilə tanımışdır. Belə ki Ələsgərin Sumqayıtda yaşadığını bilir və o da onun kimi narkotik vasitə istifadəçisi olduğunu bilirmiş. Ələsgərin ***-***-**-** mobil nömrə istifadə etdiyini bilirmiş. Bundan əlavə onun barəsində hər hansı bir məlumata sahib deyil. Söhbətlərin birində Ələsgər ona Babəkin özünə kuryer axtardığını, lakin özünün bu işi görməyə risk etmədiyini demişdir. Bundan sonra düşünmüşdür ki, özü “Babək” ilə birlikdə iş görsün və gəlir əldə etsin. Bu məqsədlə də Babək ilə əlaqə saxlamış və birlikdə iş görmək barədə razılığa gəlmişdir. Razılıqlarına görə onun əvvəlcədən qoyduğu ünvanlardan narkotik vasitələri götürərək Nobel prospektində sakit və gözdənuzaq yerlərə qoymalı, bunun müqabilində hər 1 kq narkotik vasitə üçün 200 manat pul almalı imiş. Ümumilikdə Babək ilə 3 dəfə iş görmüşdür. Belə ki, ilk dəfə Babəklə 2024-cü ilin mart ayının əvvəllərində iş görmüşdür. Babək ona təxminən 1 kq 300 qram olan heroinin Sumqayıt şəhərinə qoyulduğunu, onu götürmək lazım olduğunu demişdir. Bundan sonra o da sifariş verdiyi taksi ilə birlikdə Sumqayıta gedərək içərisində narkotik vasitə heroin olan bağlamanı götürüb Nobel prospektinə gətirmiş və gördüyü iş müqabilində Babəkdən 200 manat pul əldə etmişdir. Belə ki, Babək ona həmin pulu bankomat kartına göndərmişdir. Təxminən 2 gün sonra yenidən eyni üsulla 1 kq 300 qram içərisində narkotik vasitə heroin olan bağlamanı götürüb Nobel prospektinə qoymuş və Babəkdən 200 manat pul almışdır. Sonuncu dəfə isə 13 mart 2024-cü il tarixdə təxminən saat 20 radələrində Qaradağ rayonu, Lökbatan qəsəbəsindən Babəkin ona bildirdiyi bağlamaları götürmüşdür. Babək ona bu dəfə bağlamaların sayının çox olduğunu, onların çəkisinin artıq olduğunu, bunun müqabilində əvvəlkilərə baxanda daha çox gəlir əldə edəcəyini bildirmişdir. Bağlamaları götürdükdən sonra evinə aparmış və onu çarpayının altında gizlətmişdir. Evində elektron tərəziləri olmuş və onları ölçərək Babəkə telefonla məlumat vermişdir. Lakin, hazırda onların çəkisini tam xatırlamır. Ona elə gəlir ki, bağlamaların çəkisi ümumilikdə 15 kiloqramdan artıq olmuşdur. 14 mart 2024-cü il tarixdə səhər saat 17:40 radələrində Xətai rayonunda piyada hərəkət edərkən 2 nəfər mülki geyimli şəxs yaxınlaşaraq özlərini təqdim etmişdirlər. Onun narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsində şübhəli olduğunu bildirilərək onu Baş Narkotiklərlə Mübarizə İdarəsinə dəvət etmişlər. Burada dəvət edilmiş müdafiəçinin iştirakı ilə şübhəli şəxs qismində tutulmuş və ona şübhəli şəxs kimi hüquq və vəzifələri izah olunmuşdur. Sonra üzərinə müdafiəçinin iştirakı ilə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı ona üzərində qanunla qadağan olunmuş əşya, maddə, narkotik vasitə və narkotik vasitə qalıqları varsa təqdim etməyi təklif olunmuşdur. Bundan sonra əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən 1 (bir) bükümdə, qəhvəyi rəngli, narkotik vasitə heroini, 1 (bir) bükümdə, yaşıl rəngli, qurudulmuş marixuananı təqdim etmişdir. Sonra üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı əynində olan həmin gödəkçənin sol yan cibindən 81 (səksən bir) AZN pul, 2(iki) ədəd açar, 02 ədəd mobil telefonlar, sürücülük və şəxsiyyət vəsiqələri və 1 (bir) ədəd Araz market kartı aşkar olunmuşdur. Sonra heroin elektron tərəzidə çəkildi və qablaşdırma ilə birlikdə çəkisi 34 qram(otuz dörd qram) olmuşdur. Sonra qurudulmuş marixuana elektron tərəzidə çəkilmiş və qablaşdırma ilə birlikdə çəkisi 116 qram(yüz on altı qram) olmuşdur. Sonra həmin kütlə qablaşdırılmış, təhqiqatçı, müdafiəçi, tərəfindən imzalanmış və götürülmüşdür. İş üzrə əhəmiyyət kəsb etdiyi üçün mobil telefonlar, sürücülük və şəxsiyyət vəsiqələri götürülmüş, digər əşyalar və pul ona geri qaytarılmışdır. Verilən suallara cavab olaraq, üzərindən aşkar olumuş narkotik maddəni İran İslam Respublikası vətəndaşı “Babək” adlı şəxsin vasitəsi ilə 1 (bir) gün əvvəl Qaradağ rayonu ərazisində gizlədilən yerdən müxtəlif yerlərə çatdırıb pul qazanmaq məqsədi ilə əldə etdiyini, dövriyyəsini təşkil etdiyi narkotiklərin qarşılığında “Babəkin” ona hər kq narkotiki daşımağa görə 200(iki yüz) AZN pul verdiyini, bundan əvvəl 2(iki) dəfə “Babəkin” tapşırığı ilə narkotik maddələri Sumqayıt şəhəri ərazisindən götürüb müxtəlif yerlərə çatdırdığını əvəzində isə “Babəkin" ona 800(səkkiz yüz) AZN pul verdiyini, Babəklə Sumqayıt şəhərində yaşayan 070 *** ** ** nömrəsini istifadə edən Ələsgər adlı şəxsin vasitəsi ilə tanış olduğunu, şəxsi axtarışdan əvvəl üzərinin yoxlanılmadığını, polis əməkdaşları tərəfindən ona zor tədbiq edilmədiyini, *** *** ** **, 055 *** ** ** nömrəsini işlətdiyini, heroindən istifadə etdiyini, əlavə olaraq Xətai rayonunda yerləşən yaşadığı evdə narkotik maddə saxladığını, orada saxladığı narkotik maddələri təqdim edə biləcəyini, həmin evə baxış keçirilməsinə etirazı olmadığını bildirmiş və bununla bağlı ərizəsi alınmışdır. Bundan sonra müdafiəçi və polis əməkdaşlarının iştirakı ilə ünvan 4 ünvanına getmişlər. Təklifdən sonra həmin evin girişindən sağ tərəfdə yerləşən yataq otağındaki çarpayının altında gizlətdiyi 1 (bir) ədəd ağ rəngli, polietilen torbanı təqdim etmişdir. Həmin torbanın içindən 4(dörd) bükümdə qəhvəyi rəngli, narkotik vasitə heroinə bənzər, 4(dörd) bükümdə ağ rəngli, kristalşəkilli, psixotrop maddə metamfetaminə bənzər, 5(beş) bükümdə yaşıl rəngli, narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlələr və 2(iki) ədəd elektron tərəzi aşkar olunmuşdur. Sonra heroinə bənzər kütlələr elektron tərəzidə çəkilmiş və qablaşdırma ilə birlikdə ümumi çəkisi 4 kq 65 qram(dörd kq altmış beş qram) olmuşdur. Sonra metamfetaminə bənzər kütlələr elektron tərəzidə çəkilmiş və qablaşdırma ilə birlikdə ümumi çəkisi 4 kq 60 qram(dörd kq altmış qram) olmuşdur. Sonra qurudulmuş marixuanaya bənzər kütlələr elektron tərəzidə çəkilmiş və qablaşdırma ilə birlikdə ümumi çəkisi 5 kq 300 qram(beş kq üç yüz qram) olmuşdur. Daha sonra aşkar olunmuş predmetlər 1 (bir) ədəd torbada əlverişli işıqlı şəraitdə qablaşdırılmış və üzərində müvafiq qeydlər aparılmaqla möhürlənmiş və götürülmüşdür. Məhkəmə istintaqı zamanı Şahid1 ifadəsində bildirmişdir ki, əməliyyat məlumatı əsasında təqsirləndirilən şəxs saxlanılaraq idarəyə dəvət olunmuş, orada üzərinə idarədə baxış keçirilərək üzərində narkotik vasitə aşkar edilib, narkotik vasitəni iran vətəndaşı Babək adlı şəxsdən aldığını bildirmişdir. Məqsədnin isə həmin narkotik vasitəni Babəkin dediyi konumlara qoymaq və onun müqabilində pul almaq olduğunu bildirmişdir. Bundan sonra verilən suallara cavab olaraq evində də narkotik vasitə saxladığını bildirmiş və şəxsin evinə də baxış keçirilərək evdən də narkotik aşkar edilmişdir. Verilən suallara cavab olaraq bildirmişdir ki, təqsirləndirilən şəxsə qarşı hər hansı fiziki və psixi zor tətbiq ediməyib. İbtidai araşdırma zamanı Şahid1 ifadəsində bildirmişdir ki, Baş Narkotiklərlə Mübarizə İdarəsinə daxil olmuş məlumatda Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə edərək Bakı şəhəri, Xətai rayonu ərazisində dövriyyəsi ilə məşğul olması bildirilmişdir. Həmin məlumat raportla rəhbərliyə məruzə edildikdən sonra Təqsirləndirilən şəxs barəsində əməliyyataxtarış tədbirlərinin həyata keçirilməsi üçün qərar qəbul edilmişdir. Həmin qərarın icrası ilə bağlı əməliyyat qrupu yaradılmış və əməliyyat qrupuna rəhbərlik ona həvalə edilmişdir. 14 mart 2024-cü il tarixdə Təqsirləndirilən şəxs Bakı şəhəri, Xətai rayonu ərazisində olması ilə əlaqədar məlumat daxil olmuş və onlar əməliyyat qrupunun digər üzvləri ilə birlikdə onun olması ehtimal olunan əraziyə, yəni Xətai rayonuna getmişlər. 14 mart 2024-cü il tarixdə saat 17:40 dəqiqədə ünvan 3 ünvanının yaxınlığında zahiri əlamətlərinə görə Təqsirləndirilən şəxs oxşayan bir nəfər şəxsin olduğunu müəyyən etmişlər. Həmin şəxsə yaxınlaşaraq xidməti vəsiqələrini göstərib, polis əməkdaşları olduqlarını bildirib, ondan özünü təqdim etməsini xahiş etmişlər. Həmin şəxs özünü təqdim edərək, Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Bu zaman həmin şəxsə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib onu barəsində qəbul edilmiş qərarla tanış etmiş və onu BNMİ-nin inzibati binasına dəvət etmişlər. O da etiraz etmədən onlarla BNMİ-nin inzibati binasına gəlmişdir. BNMİ-nin inzibati binasının xidməti otaqlarının birində Baş İdarənin baş təhqiqatçısı Nəcəf Aburşu tərəfindən həmin şəxs müdafiəçi ilə təmin olunaraq, hüquq və vəzifələri izah edilmiş və bundan sonra videoçəkiliş vasitəsi ilə onun üzərinə şəxsi axtarış keçiriləcəyi izah edilmişdir. Bundan sonra 14 mart 2024-cü il tarixdə saat 20 radələrdə BNMİ-nin inzibati binasında video çəkilişdən istifadə edilməklə şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs barəsində şəxsi axtarış və götürmə aparılmasına başlanmışdır. Şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edilərək paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri və psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən 1 (bir) bükümdə, qəhvəyi rəngli, narkotik vasitə heroinə bənzər, 1 (bir) bükümdə, yaşıl rəngli, qurudulmuş marixuanaya bənzər kütlələri təqdim etmişdir. Sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı sonuncunun əynində olan həmin gödəkçənin sol yan cibindən 81 (səksən bir) AZN pul, 2(iki) ədəd açar, “Samsung" və “Realme” markalı mobil telefonlar, sonuncuya məxsus sürücülük və şəxsiyyət vəsiqələri və 1 (bir) ədəd Araz market kartı aşkar olunmuşdur. Sonra heroinə bənzər kütlə elektron tərəzidə çəkilmiş və qablaşdırma ilə birlikdə çəkisi 34 qram(otuz dörd qram) olmuşdur. Sonra qurudulmuş marixuanaya bənzər kütlə elektron tərəzidə çəkilmiş və qablaşdırma ilə birlikdə çəkisi 116 qram(yüz on altı qram) olmuşdur. Sonra həmin kütlə qablaşdırılıb iştirakçılar tərəfindən imzalanaraq götürülmüşdür. İş üzrə əhəmiyyət kəsb etdiyi üçün mobil telefonlar, sürücülük və şəxsiyyət vəsiqələri götürülmüş, digər əşyalar və pul sonuncuya geri qaytarılmışdır. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq, üzərindən aşkar olumuş narkotik maddələri İran İslam Respublikası vətəndaşı “Babək” adlı şəxsin vasitəsi ilə 1 (bir) gün əvvəl Qaradağ rayonu ərazisində gizlədilən yerdən müxtəlif yerlərə çatdırıb pul qazanmaq məqsədi ilə əldə etdiyini, dövriyyəsini təşkil etdiyi narkotiklərin qarşılığında “Babəkin” ona hər kq narkotiki daşımağa görə 200(iki yüz) AZN pul verdiyini, bundan əvvəl 2(iki) dəfə “Babəkin” tapşırığı ilə narkotik maddələri Sumqayıt şəhəri ərazisindən götürüb müxtəlif yerlərə çatdırdığını əvəzində isə “Babəkin” ona 800(səkkiz yüz) AZN pul verdiyini, Babəklə Sumqayıt şəhərində yaşayan Ələsgər adlı şəxsin vasitəsi ilə tanış olduğunu, şəxsi axtarışdan əvvəl üzərinin yoxlanılmadığını, polis əməkdaşları tərəfindən ona zor tədbiq edilmədiyini, heroindən və marixuanadan istifadə etdiyini, əlavə olaraq Xətai rayonunda yerləşən yaşadığı evdə narkotik maddə saxladığını, orada saxladığı narkotik maddələri təqdim edə biləcəyini, həmin evə baxış keçirilməsinə etirazı olmadığını bildirmişdir. Şəxsi axtarışdan sonra Təqsirləndirilən şəxs Bakı şəhəri, Xətai rayonu ərazisində yaşadığı evində 14 mart 2024-cü il tarixdə saat 21 radələrdə baxış və götürmə aparılmışdır. Baxış və götürmə aparılmasından əvvəl şübhəli şəxs Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edilərək sözügedən evdə olması ehtimal edilən narkotik vasitələri və psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs, həmin evin girişindən sağ tərəfdə yerləşən yataq otağındaki çarpayının altında gizlətdiyi 1 (bir) ədəd ağ rəngli, polietilen torbanı təqdim etmişdir. Həmin torbanın içindən 4(dörd) bükümdə qəhvəyi rəngli, narkotik vasitə heroinə bənzər, 4(dörd) bükümdə ağ rəngli, kristalşəkilli, psixotrop maddə metamfetaminə bənzər, 5(beş) bükümdə yaşıl rəngli, narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlələr və 2(iki) ədəd elektron tərəzi aşkar olunmuşdur. Sonra heroinə bənzər kütlələr elektron tərəzidə çəkilmiş və qablaşdırma ilə birlikdə ümumi çəkisi 4 kq 65 qram(dörd kq altmış beş qram) olmuşdur. Sonra metamfetaminə bənzər kütlələr elektron tərəzidə çəkilmiş və qablaşdırma ilə birlikdə ümumi çəkisi 4 kq 60 qram(dörd kq altmış qram) olmuşdur. Sonra qurudulmuş marixuanaya bənzər kütlələr elektron tərəzidə çəkilmiş və qablaşdırma ilə birlikdə ümumi çəkisi 5 kq 300 qram(beş kq üç yüz qram) olmuşdur. Daha sonra aşkar olunmuş predmetlər 1 (bir) ədəd torbada qablaşdırılmış, üzərində müvafiq qeydlər aparılmaqla möhürlənmiş və götürülmüşdür. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq, aşkar olumuş aşkar olumuş narkotik maddəni İran İslam Respublikası vətəndaşı “Babək” adlı şəxsin vasitəsi ilə 1 (bir) gün əvvəl Qaradağ rayonu ərazisində gizlədilən yerdən müxtəlif yerlərə çatdırıb pul qazanmaq məqsədi ilə əldə etdiyini, dövriyyəsini təşkil etdiyi narkotiklərin qarşılığında “Babəkin” ona hər kq narkotiki daşımağa görə 200(iki yüz) AZN pul verdiyini, bundan əvvəl 2(iki) dəfə “Babəkin” tapşırığı ilə narkotik maddələri Sumqayıt şəhəri ərazisindən götürüb müxtəlif yerlərə çatdırdığını əvəzində isə “Babəkin” ona 800(səkkiz yüz) AZN pul verdiyini bildirmişdir. Məhkəmə istintaqı zamanı Şahid2 ifadəsində bildirmişdir ki, məlumat əsasında təqsirləndirilən şəxs saxlanılmışdır. Saxlanıldıqdan sonra idarəyə aparılmış və üzərinə baxış keçirilən zaman könüllü şəkildə 2 büküm marixuana və 2 büküm heroini təqdim etmişdir. Verilmiş suallar əsasında evində narkotik vasitə olduğu aşkar edilmişdir. Evə baxış keçirilməsinə heç bir etiraz göstərməmişdir. 14 mart 2024-cü il tarixdə saat 21:00 radələrdə təqsirləndirilən şəxsin yaşayış evinə baxış və götürülmə aparılmışdır. Həmin evin girişindən sağ tərəfdə yerləşən yataq otağındakı çarpayının altında gizlətdiyi 01 ədəd ağ rəngli polietilen torba təqdim etmişdir. Torbanın içində 04 bükümdə qəhvəyi rəngli narkotik vasitə heroin,04 ədəd bükümdə ağ rəngli kristal şəkilli psixotrop maddə metamfetamin,05 ədəd büküm yaşıl rəngli narkotik vasitə qurudulmuş marixuana və 02 ədəd electron tərəzi aşkar edilmişdir. Əməliyyat haqqında məlumat Şahid1 daxil olmuşdur.Tədbirdə 2 nəfər olmuşdur. Daxil olmuş məlumat narkotik vasitənin saxlanılması və daşınması ilə bağlı olmuşdur. Şahid2 ibtidai araşdırma zamanı Şahid1 verdiyi ifadəsi ilə oxşar məzmunlu ifadə vermişdir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin tələblərinə görə təqsirləndirilən şəxsin cinayət əməli ilə bağlı ifadəsi, iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş: xx.xx.2024-cü il tarixli “Raportdan” və “Şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saxlanılaraq polis idarəsinə gətirilmişdir. xx.xx.2024-cü il tarixli “Cinayət işinin başlanması haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4-1ci maddəsi ilə cinayət işi başlanmışdır. xx.xx.2024-cü il tarixli “Şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan (protokola əlavə olunmuş videoçəkilişin köçürüldüyü diskdən) görünür ki, Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən 1 (bir) bükümdə, qəhvəyi rəngli, narkotik vasitə heroinə bənzər, 1 (bir) bükümdə, yaşıl rəngli, qurudulmuş marixuanaya bənzər kütlələri təqdim etmişdir. Sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı sonuncunun əynində olan həmin gödəkçənin sol yan cibindən 81 AZN pul, 2 (iki) ədəd açar, 2 (iki) ədəd mobil telefon, sonuncuya məxsus sürücülük və şəxsiyyət vəsiqələri və 1 (bir) ədəd Araz market kartı aşkar olundu. Sonra heroinə bənzər kütlə elektron tərəzidə çəkilmiş və qablaşdırma ilə birlikdə çəkisi 34 qram olmuşdur. Sonra qurudulmuş marixuanaya bənzər kütlə elektron tərəzidə çəkilmiş və qablaşdırma ilə birlikdə çəkisi 116 qram olmuşdur. Sonra həmin kütlə qablaşdırılmış, şübhəli şəxs, müdafiəçi, tərəfindən imzalanmış və götürülmüşdür. İş üzrə əhəmiyyət kəsb etdiyi üçün mobil telefonlar, sürücülük və şəxsiyyət vəsiqələri götürülmüş, digər əşyalar və pul sonuncuya geri qaytarılmışdır. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq, üzərindən aşkar olumuş narkotik maddəni İran İslam Respublikası vətəndaşı “Babək" adlı şəxsin vasitəsi ilə 1 (bir) gün əvvəl Qaradağ rayonu ərazisində gizlədilən yerdən müxtəlif yerlərə çatdırıb pul qazanmaq məqsədi ilə əldə etdiyini, dövriyyəsini təşkil etdiyi narkotiklərin qarşılığında “Babəkin” ona hər kq narkotiki daşımağa görə 200 AZN pul verdiyini, bundan əvvəl 2 dəfə “Babəkin” tapşırığı ilə narkotik maddələri Sumqayıt şəhəri ərazisindən götürüb müxtəlif yerlərə çatdırdığını əvəzində isə “Babəkin” ona 800 AZN pul verdiyini, Babəklə Sumqayıt şəhərində yaşayan 070 *** ** ** nömrəsini istifadə edən Ələsgər adlı şəxsin vasitəsi ilə tanış olduğunu, şəxsi axtarışdan əvvəl üzərinin yoxlanılmadığını, polis əməkdaşları tərəfindən ona zor tədbiq edilmədiyini, *** *** ** **, 055 *** ** ** nömrəsini işlətdiyini, heroindən və marixuanadan istifadə etdiyini, əlavə olaraq Xətai rayonunda yerləşən yaşadığı evdə narkotik maddə saxladığını, orada saxladığı narkotik maddələri təqdim edə biləcəyini, həmin evə baxış keçirilməsinə etirazı olmadığını bildirmişdir. Şəxsi axtarış (baxış-götürmə) keçirilməsinin görüntülərini özündə əks etdirən 01 ədəd disk (DVD) cinayət işinin materiallarına əlavə olunmuşdur. xx.xx.2024-ci il “Evə baxış keçirilməsi və götürmə aparılması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin evin girişindən sağ tərəfdə yerləşən yataq otağındaki çarpayının altında gizlətdiyi 1 (bir) ədəd ağ rəngli, polietilen torbanı təqdim etmişdir. Həmin torbanın içindən 4 (dörd) bükümdə qəhvəyi rəngli, narkotik vasitə heroinə bənzər, 4 (dörd) bükümdə ağ rəngli, kristalşəkilli, psixotrop maddə metamfetaminə bənzər, 5 (beş) bükümdə yaşıl rəngli, narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlələr və 2 (iki) ədəd elektron tərəzi aşkar olunmuşdur. Sonra heroinə bənzər kütlələr elektron tərəzidə çəkilmiş və qablaşdırma ilə birlikdə ümumi çəkisi 4 kq 65 qram olmuşdur. Sonra metamfetaminə bənzər kütlələr elektron tərəzidə çəkilmiş və qablaşdırma ilə birlikdə ümumi çəkisi 4 kq 60 qram olmuşdur. Sonra qurudulmuş marixuanaya bənzər kütlələr elektron tərəzidə çəkilmiş və qablaşdırma ilə birlikdə ümumi çəkisi 5 kq 300 qram olmuşdur. Daha sonra aşkar olunmuş predmetlər 1 (bir) ədəd torbada əlverişli işıqlı şəraitdə qablaşdırılmışdır. Üzərində müvafiq qeydlər aparılmaqla möhürlənmiş və götürülmüşdür. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq, aşkar olumuş aşkar olumuş narkotik maddəni İran İslam Respublikası vətəndaşı “Babək” adlı şəxsin vasitəsi ilə 1 (bir) gün əvvəl Qaradağ rayonu ərazisində gizlədilən yerdən müxtəlif yerlərə çatdırıb pul qazanmaq məqsədi ilə əldə etdiyini, dövriyyəsini təşkil etdiyi narkotiklərin qarşılığında “Babəkin” ona hər kq narkotiki daşımağa görə 200 AZN pul verdiyini, bundan əvvəl 2 (iki) dəfə “Babəkin” tapşırığı ilə narkotik maddələri Sumqayıt şəhəri ərazisindən götürüb müxtəlif yerlərə çatdırdığını əvəzində isə “Babəkin” ona 800 AZN pul verdiyini bildirmişdir. Evə-mənzliə baxış (axtarış-götürmə) keçirilməsinin görüntülərini özündə əks etdirən 01 ədəd disk (DVD) cinayət işinin materiallarına əlavə olunmuşdur. xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4-1ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq ona həmin maddə ilə ittiham elan olunmuşdur. xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4-1ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq ona həmin maddə ilə yenidən ittiham elan olunmuşdur. xx.xx.2024-cü il tarixli “Mobil telefona baxış keçirilməsi haqqında” protokolda qeyd olunmuşdur ki, mobil telefon aparatının yaddaşında yaşıl rəngli “Whatsapp” ani mesajlaşma mübadilə sistemində +**********14 GSM mobil nömrəsi ilə qeydiyyatdan keçilib. Həmin “Whatsapp” ani mesajlaşma mübadilə sistemi bölməsində qeydə alınmış mobil operatoruna məxsus +**********52 mobil nömrə istifadəçisi ilə 14 mart 2024-cü il tarixində səsli mesajların, SMS mətnlərinin mübadiləsinin həyata keçirilməsi faktlarının qeydə alındığı müəyyən edildi. “Whatsapp” ani mesajlaşma mübadilə sistemi bölməsində qeydə alınmış +**********52 mobil nömrə istifadəçisi ilə arasında səs yazıları və SMS mətnlərinin hər birinə ayrı-ayrılıqda baxış keçirilmiş, həmin mesajlar aşağıdakı kimidir: - Nə xəbər qardaş çıxıbsan? (+**********52 mobil nömrə istifadəçisindən səs yazı) -Hə narahat olma qardaş iki dəqiqəyə qoyuram. (+**********14 mobil nömrə istifadəçisindən səs yazı) -Fotoşəkillər və konum. (+**********14 mobil nömrə istifadəçisindən) -Elə onu qoydum 500 qram qoymuşam. (+**********14 mobil nömrə istifadəçisindən səs yazı) -Hələm atdığın 500 qram idi onda? (+**********52 mobil nömrə istifadəçisindən səs yazı) -Bəli. (+**********14 mobil nömrə istifadəçisindən səs yazı) -100 qramı gülü qoy onda. (+**********52 mobil nömrə istifadəçisindən səs yazı) -O biriləri 5 dəq qoyuram. (+**********14 mobil nömrə istifadəçisindən səs yazı) -Ok. (+**********52 mobil nömrə istifadəçisindən səs yazı) Bundan başqa mobil telefonun “Fotoğraflar” bölməsinə daxil olan zaman narkotik vasitələr və psixotrop maddələr olması ehtimal edilən fotoşəkillər və videogörüntülər aşkar edilərək cinayət işinin materiallarına əlavə olunmuşdur. Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli 3-16- 16/2-7/433 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş kütlələr....(imza) Təqsirləndirilən şəxs....” yazı və imzalar olan zərfi açdıqda içərisində 1 (bir) ədəd təmiz çəkisi 98,043 qram bitki mənşəli kütlə çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitəqurudulmuş marixuanadır. Tədqiqata təqdim edilmiş şəffaf yapışqan lentlə yapışdırılmış ağ kağız üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar olunmuş kütlələr....(imza) Təqsirləndirilən şəxs..” yazı və imzalar olan ağ rəngli sintetik torbada 4 (dörd) ədəd üzəri şəffaf yapışqan lentlə yapışdırılmış şəffaf- gümüşü və 1 (bir) ədəd qara rəngli polietilen bağlamada hər birinin ayrı-ayrılqıda təmiz çəkisi 500 qr, 1430 qr, 1475 qr, 1440 qr və 97,777 qram olmaqla, ümumi çəkisi 4942,777 qram olan yaşılımtıl rəngli, xırdalanmış, qurudulmuş, çətənə (kannabis) bitkisinə məxsus spesifik qoxuya malik bitki mənşəli kütlələr çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Həmin torbanın içərisində olan 2 ədəd elektron tərəzinin üzərində bitki mənşəli narkotik vasitə hissəcikləri yoxdur. Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli 3-16- 16/2-6/1535 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “şübhəli şəxs : Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş kütlələr .. (imza) Təqsirləndirilən şəxs” yazısı və imzalar olan paketdəki 1 (bir) ədəd bükümdə təmiz çəkisi 26,544 qram açıq qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Tədqiqata təqdim edilmiş, üzərində “şübhəli şəxs : Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar olunmuş kütlələr.. (imza)Təqsirləndirilən şəxs” yazısı və imzalar olan torbadaki, 4(dörd) ədəd bağlamada, ayrı-ayrılıqda təmiz çəkiləri 1150qram, 1190qram, 510qram, 1175qram, ümumi təmiz çəkisi 4025qram (4kq 25qr) açıq qəhvəyi rəngli tozşəkilli maddələr kütlələri kustar üsulla hazırlanmış narkotik vasitə heroindir, 4(dörd) ədəd bağlamada ayrı-ayrılıqda təmiz çəkiləri 870qram, 880qram, 1285qram, 975qram, ümumi təmiz çəkisi 4010qram (4kq 10qr) ağ rəngli kristalşəkilli maddələr kütlələri xarici əlamətlərinə və kimyəvi komponent tərkibinə görə eyni olub, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir, 2(iki) ədəd elektron tərəzinin üzərində heroinin və metamfetaminin izləri vardır. İz şəklində olduğu üçün, heroinin və metamfetaminin təmiz çəkisini və bükümlərdə olan heroinlərlə və metamfetaminlə eyni kimyəvi tərkibli olubolmamasını müəyyən etmək mümkün deyildir. Vət. Təqsirləndirilən şəxs üzərindən və yaşadığı evdən aşkar edilərək götürülmüş heroinin ümumi təmiz çəkisi 4051,544qramdır (4kq 51,544qr) və həmin heroinlər xarici əlamətlərinə və kimyəvi komponent tərkibinə görə eynidirlər. Ekspertiza tədqiqatlarından sonra qalıq qalmış 5040,52 qram narkotik vasitə qurudulmuş marixuana, 4051,044 qram narkotik vasitə heroin, 4009,6 qram psixotrop maddə metamfetamin və 02 ədəd elektron tərəzi saxlanmasından ötrü Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdrəsinin saxlanc anbarına - kamerasına (maddi sübutların saxlanılma yerinə) təhvil verilmişdir. Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin PHŞ-nin ambulator məcburinarkoloji tibbi yoxlamasının xx.xx.2024-cü il tarixli, 4373 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs kannaboidlərin qəbul edilməsi nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Səhiyyə Nazirliyinin “Məhkəmə Tibbi Ekspertiza və X5” PHŞ-nin xx.xx.2024-cü il 1080/K nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs götürülmüş qan və sidik nümunələrinin tərkibində tiryək qrupuna aid olan alkoloid, fenilalkilamin qrupuna aid olan amfetamin və metamfetamin və çətənə bitikisindən alınan və təbii mənşəli narkotik vasitə hesab edilən kannaboid aşkar edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Tibbi Ekspertiza və X5” PHŞ-nin xx.xx.2024-cü 167/MEŞ nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs qərarın təsviri hissəsində göstərilən tarixə və şəraitə uyğun hər hansı bir xəsarət aşkar edilməyib. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin tələblərinə görə sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə görə cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin başvermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Məhkəmə kollegiyası qeyd edir ki, şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olubolmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə əsasən bu Məcəllənin 234.1 - 234.4-cü maddələrində nəzərdə tutulmuş əməllər xüsusilə külli miqdarda törədildikdə həmin əməl Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsi ilə tövsif edilir. Bununla yanaşı, məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının,habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 14 iyun 2024-cü il tarixli Qərarında göstərilmişdir ki, Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması əməlinə Qanunun 1.0.11-ci maddəsində “miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər” şəklində izah verilmişdir. Qeyd olunan Qərarda məhkəmələrə izah edilmişdir ki, Qanunun həmin maddəsində “digər şəxsi maraq” dedikdə, şəxsin özünün və ya yaxınlarının maddi xarakterli müəyyən öhdəliklərdən azad olunmasına nail olunması, qeyri-əmlak xarakterli mənfəət əldə etmə və yaxud şəxsi narkotik vasitələrin, psixotrop maddələrin yayılmasına yönələn qanunsuz əməllər törətməyə sövq edən sair maraq başa düşülür. Şəxsin bəxşiş şəklində narkotik vasitələri və ya psixotrop maddələri başqasına verməsi də onların qanunsuz yayılmasına yönələn (başqası tərəfindən qanunsuz olaraq əldə edilməsini təmin edən) ictimai zərərli maraqla şərtləndirildiyindən, belə motivasiya Qanunun 1.0.11-ci maddəsində nəzərdə tutulmuş “digər şəxsi maraq”, törədilmiş əməl isə narkotik vasitənin və ya psixotrop maddənin satılması kimi qiymətləndirilməlidir. Bununla yanaşı, CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Bundan əlavə, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.1-ci maddəsinə əsasən, narkotik vasitələr - BMT-nin 1961-ci il tarixli “Narkotik vasitələr haqqında” Vahid Konvensiyasında, 1971-ci il tarixli “Psixotrop maddələr haqqında” Konvensiyasında, 1988-ci il tarixli “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” Konvensiyasında, habelə Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş siyahılarda belə təsnif edilmiş sintetik və ya təbii mənşəli maddələr, onların preparatları, o cümlədən tərkibində narkotik maddələr olan bitkilərdir (onların hissələridir). Həmin Qanunun 1.0.8-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi dedikdə, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər, 1.0.9-cu maddəsinə əsasən, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər, 1.0.10-cu maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə, məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Həmin Qanunun 1.0.11-ci maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması anlayışı dəqiq və birmənalı şəkildə müəyyənləşdirilmişdir. Belə ki, qeyd olunan Qanunun həmin maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. Yuxarıda sadalananlardan da, göründüyü kimi təqsirləndirilən şəxs irəli sürülən ittiham üzrə özünü tam təqsirli bilməsə də, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən sübutların məcmusuna əsasən onun Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi öz təsdiqini tapmışdır. Belə ki, məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs aşkar olunmuş narkotik vasitələrin və psixotrop maddələrin (bir hissəsinin) ona məxsus olmadığını və üzərinə (yaşadığı evə) qoyulduğunu, narkotik vasitələri və psixotrop maddələri satmaq və ya kiməsə çatdırmaq barədə heç kimdən hər hansı bir tapşırıq (göstəriş) almadığını, narkotik vasitələri və psixotrop maddələri satmaq fikri olmadığını, həmçinin polis əməkdaşları tərəfindən saxlanılarkən polis əməkdaşları tərəfindən ona psixoloji təzyiqlər edildiyini bildirsə də, həmin dəlillərin yoxlanılması zamanı təqsirləndirilən şəxsin gətirdiyi bu dəlillər şahid ifadələri, axtarış və baxış protokolları, məhkəmə ekspertizalarının rəyləri, habelə digər toplanmış istintaq materialları ilə tam təkzib edilmişdir. Təqsirləndirilən şəxsin qeyd etdiyi bu xüsusatlarla bağlı olaraq məhkəmə bildirir ki, təqsirləndirilən şəxs tutularkən onun müdafiə hüququ təmin edilərək müdafiəçi ilə təmin edilmiş, videoçəkilişdən istifadə edilməklə axtarış-baxış keçirilmişdir. Axtarış-baxışın nəticəsinə görə müvafiq protokol tərtib edilmişdir. Bundan əlavə, Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin PHŞ-nin ambulator məcburi-narkoloji tibbi yoxlamasının xx.xx.2024-cü il tarixli, 4373 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs kannaboidlərin qəbul edilməsi nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Bundan başqa, Səhiyyə Nazirliyinin “Məhkəmə Tibbi Ekspertiza və X5” PHŞ-nin xx.xx.2024-cü il 1080/K nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs götürülmüş qan və sidik nümunələrinin tərkibində tiryək qrupuna aid olan alkoloid, fenilalkilamin qrupuna aid olan amfetamin və metamfetamin və çətənə bitikisindən alınan və təbii mənşəli narkotik vasitə hesab edilən kannaboid aşkar edilmişdir. Bundan əlavə, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Tibbi Ekspertiza və X5” PHŞ-nin xx.xx.2024-cü 167/MEŞ nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs qərarın təsviri hissəsində göstərilən tarixə və şəraitə uyğun hər hansı bir xəsarət aşkar edilməyib. Bundan başqa, xx.xx.2024-cü il tarixli “Mobil telefona baxış keçirilməsi haqqında” protokolda qeyd olunmuşdur ki, mobil telefon aparatının yaddaşında yaşıl rəngli “Whatsapp” ani mesajlaşma mübadilə sistemində +**********14 GSM mobil nömrəsi ilə qeydiyyatdan keçilib. Həmin “Whatsapp” ani mesajlaşma mübadilə sistemi bölməsində qeydə alınmış mobil operatoruna məxsus +**********52 mobil nömrə istifadəçisi ilə 14 mart 2024-cü il tarixində səsli mesajların, SMS mətnlərinin mübadiləsinin həyata keçirilməsi faktlarının qeydə alındığı müəyyən edildi. “Whatsapp” ani mesajlaşma mübadilə sistemi bölməsində qeydə alınmış +**********52 mobil nömrə istifadəçisi ilə arasında səs yazıları və SMS mətnlərinin hər birinə ayrı-ayrılıqda baxış keçirilmiş, həmin mesajlar aşağıdakı kimidir: - Nə xəbər qardaş çıxıbsan? (+**********52 mobil nömrə istifadəçisindən səs yazı) -Hə narahat olma qardaş iki dəqiqəyə qoyuram. (+**********14 mobil nömrə istifadəçisindən səs yazı) -Fotoşəkillər və konum. (+**********14 mobil nömrə istifadəçisindən) -Elə onu qoydum 500 qram qoymuşam. (+**********14 mobil nömrə istifadəçisindən səs yazı) -Hələm atdığın 500 qram idi onda? (+**********52 mobil nömrə istifadəçisindən səs yazı) -Bəli. (+**********14 mobil nömrə istifadəçisindən səs yazı) -100 qramı gülü qoy onda. (+**********52 mobil nömrə istifadəçisindən səs yazı) -O biriləri 5 dəq qoyuram. (+**********14 mobil nömrə istifadəçisindən səs yazı) -Ok. (+**********52 mobil nömrə istifadəçisindən səs yazı) Bundan başqa mobil telefonun “Fotoğraflar” bölməsinə daxil olan zaman narkotik vasitələr və psixotrop maddələr olması ehtimal edilən fotoşəkillər və videogörüntülər aşkar edilərək cinayət işinin materiallarına əlavə olunmuşdur. Qeyd olunanlara əsasən də, məhkəmə təqsirləndirilən şəxsin özünü tam təqsirli bilməməsinə dair ifadəsinə, həmçinin aşkar olunmuş narkotik vasitələrin və psixotrop maddələrin (bir hissəsinin) ona məxsus olmadığı və üzərinə (yaşadığı evə) qoyulduğu, narkotik vasitələri və psixotrop maddələri satmaq və ya kiməsə çatdırmaq barədə heç kimdən hər hansı bir tapşırıq (göstəriş) almadığı, narkotik vasitələri və psixotrop maddələri satmaq fikri olmadığı, həmçinin polis əməkdaşları tərəfindən saxlanılarkən polis əməkdaşları tərəfindən ona psixoloji təzyiqlər etməsi barədə verdiyi ifadəsinə (həmin hissədə) tənqidi yanaşaraq hesab edir ki, onun göstərdikləri işin faktiki hallarına uygun deyil və digər mötəbər sübutlarla tam təkzib olunur. Məhkəmə onun ifadələrinin həmin hissəsini özünü müdafiə xarakteri daşımaqla cinayət məsuliyyətindən yayınmaq məqsədi ilə verilmiş həqiqəti əks etdirməyən ifadələr kimi qiymətləndirir. Bununla yanaşı, məhkəmə kollegiyası təqsirləndirilən şəxsin ibtidai araşdırma zamanı ifadəsində bildirdiklərini səmimi ifadələr kimi qəbul edir və həmin ifadələrdə göstərilən xüsusatların həm işin faktiki halları ilə, həm də mövcud sübutlarla üst-üstə düşdüyü qənaətinə gəldiyindən, həmin ifadələri (xüsusatları) həqiqəti əks etdirən ifadələr kimi qəbul edərək ittihamın əsasına qoyur. Yuxarıda sadalananlara əsasən də, məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin özünün ifadəsini (ibtidai araşdırma zamanı verdiyi ifadəsini), şahidlərin ifadələrini, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, o cümlədən ekspertiza rəyini və digər sənədləri də sübut kimi qəbul edir və həmin sübutları əsaslı, mötəbər və mümkün hesab edir. Bununla yanaşı, məhkəmə qeyd edir ki, narkotik vasitələrin və psixotrop maddələrin miqdarının xüsusilə külli miqdar təşkil etməsi özü-özlüyündə satış məqsədinin müəyyən edilməsində əsas meyar olmasa da məhkəmə işin digər hallarını, təqsirləndirilən şəxsdən aşkar olunmuş narkotik vasitələrin və psixotrop maddələrin istehlak miqdarından dəfələrlə artıq miqdar təşkil etməklə birdəfəlik istehlak üçün nəzərdə tutulmamasını, ayrı-ayrı bağlamalar (bükümlər) şəklində olmalarını, təqsirləndirilən şəxsdən (evdən-mənzildən) 02 ədəd elektron tərəzinin aşkar olunmasını, həmçinin mobil telefondan aşkar olunmuş foto şəkilləri, səs yazılarını və mətnlərin (smslərin) məzmununu da, nəzərə alaraq belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi öz təsdiqini tapmışdır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə görə şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 146.1-ci maddəsinin tələbinə görə cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 33.2-ci maddəsinə görə cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125-ci, 144-cü, 145-ci maddələrinin müddəalarının pozulması yolverilməzdir. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Avropa İnsan Hüquqları Məhkəməsinin formalaşdırdığı mövqeyə görə, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən yerli qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən, Avropa məhkəməsinin vəsifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilibqiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla, bütövlükdə prosesin ədalətli olub-olmadığını müəyyən etməkdir. “Ədalətli məhkəmə araşdırması hüququ” kontekstində araşdırılmalı olan məsələ sübutların əldə edilməsi üsulu da daxil olmaqla bütövlükdə məhkəmə prosesinin ədalətli olub-olmamasından ibarətdir, bu da özlüyündə sübutların “qanunsuz” yolla əldə edilibedilməməsinin, Konvensiyada nəzərdə tutulmuş digər hüquqların pozulubpozulmamasının, pozuntu olduğu təqdirdə, onun xarakterinin müəyyən edilməsinə xidmət edir. Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında (Delcourt Belçikaya qarşı iş üzrə 17 yanvar 1970-ci il tarixli qərar, Piersack Belçikaya qarşı iş üzrə 01 oktyabr 1982-ci il tarixli qərar, X8rşı iş üzrə 26 oktyabr 1984-cü il tarixli qərar) qeyd edir ki, ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. Beləliklə, məhkəmə kollegiyası məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, təqsirləndirilən şəxsin Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi özünün ifadəsi ilə yanaşı, şahid ifadələri, ekspertiza rəyləri və işə aid biri digərinə uyğun gələn sübutlar məcmusu ilə tam sübuta yetirilmişdir. Odur ki, təqsirləndirilən şəxs təqsirli bilindiyi Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan həddə və qanunla müəyyən edilmiş qaydada ədalətli cəza təyin edilməlidir. Həmçinin onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxs barəsində seçilmiş cəza tədbiri ədalətlilik prinsipinə görə, cinayət məsuliyyətinin differensiasiyası cinayətlərin xarakterinə uyğun olaraq dəyərləndirilməlidir. Bu prinsip onu tələb edir ki, təyin edilən hər bir cəza törədilmiş cinayətin ağırlığına, cəmiyyətdə doğurduğu təsirə, digər tərəfdən isə cinayət törətmiş şəxsin şəxsiyyətini səciyyələndirən hallara uyğun olmalıdır. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə isə, həmin cəzanın törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olması başa düşülür. Törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsi haqda müəyyən nəticəyə gələrkən məhkəmə konkret cinayət əməlinin törədilmə vəziyyətini tam, hərtərəfli və obyektiv araşdırmalı, bu zaman təqsirin forması, motiv, üsul, cinayətin törədilmə şəraitini və mərhələsini, ağır nəticəyə səbəb olub-olmamasını, cinayətin iştirakçılarından hər birinin iştirakçılıq dərəcəsini və xarakterini kompleks halda qiymətləndirməlidir. Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə görə məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Həmin Məcəllənin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Qərarında qeyd olunur ki, cinayət qanunvericiliyinə görə, hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi əməlin cinayət-hüquqi nəticəsidir. Həmin Məcəllənin 2-ci maddəsinə görə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2003-cü il tarixli qərarında qeyd olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən, cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Beləliklə, təqsirləndirilən şəxsə cəza təyini məsələsinə gəldikdə isə məhkəmə qeyd edir ki, Cinayət Məcəlləsinin tələblərinə görə təqsirləndirilən şəxsin şəxsiyyəti, cinayətin xarakteri, ictimai təhlükəlilik dərəcəsi, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmasını, cəzanın şəxsin islah olunmasına, onun ailəsinin həyat şəraitinə təsirini və digər halları nəzərə alaraq cəza təyin etməlidir. Cinayət işinin materiallarında olan Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən təqdim olunmuş tələbnamədən görünür ki, təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin materiallarından və elektron məhkəmə informasiya sistemindən görünür ki, təqsirləndirilən şəxsin yetkinlik yaşına çatmayan bir uşağı var. Məhkəmə təqsirləndirilən şəxsin törətdiyi cinayət əməlini (təqsirini) qismən etiraf etməsini, əvvəllər məhkum olunmamasını, yetkinlik yaşına çatmayan 1 (bir) uşağının olmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində qeyd edilən cəzanı ağırlaşdıran halları müəyyən etmədi. Yuxarıda sadalananlara əsasən, məhkəmə təyin olunacaq cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmasını, cəzanın şəxsin islah olunmasına, onun ailəsinin həyat şəraitinə təsirini və digər halları, həmçinin aşkar edilmiş narkotik vasitələrin və psixotrop maddələrin növünü, çəkisini (miqdarını), cəzanı yüngülləşdirən halları, cəzasını ağırlaşdıran halın olmamasını, eləcə də cəza təyini zamanı cəzanın fərdiləşdiriləşdirilməsini və cəza təyin edilmənin ümumi prinsiplərini, həmçinin cəzanın həddinin diferensiallaşdırılmasını nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsə Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsində nəzərdə tutulmuş sanksiya həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Eyni zamanda məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs həmin cəzanı real olaraq çəkməklə islah oluna bilər. Cinayət işinin materiallarında olan “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarında olan Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş, həmin Məhkəmənin digər qərarı ilə həbs qətimkan tədbirinin müddəti uzadılmışdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzasını Cinayət Məcəlləsinin 56-cı maddəsinin tələblərinə uyğun olaraq ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməli, həmçinin onun barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Bununla yanaşı, ibtidai həbs (tutulma) müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı xx.xx.2024-cü il tarixdən hesablanmalıdır. Məhkəmə cinayət işinin materialarında olan rəyi nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsə cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq olunmalı və o, ərazi (yaşayış yeri üzrə) narkoloji dispanserində (kabinetdə) qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tələblərinə görə iş üzrə maddi sübut olan və Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdrəsinin saxlanc anbarında - kamerasında (maddi sübutların saxlanılma yerində) saxlanılan qalıq çəkiləri 5040,52 qram olan narkotik vasitə qurudulmuş marixuana, 4051,044 qram narkotik vasitə heroin, 4009,6 qram psixotrop maddə metamfetamin və 02 ədəd elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, “Realme” markalı bir ədəd mobil telefon təqsirləndirilən şəxsin özünə və ya yaxın qohumlarına qaytarılmalı, təqsirləndirilən şəxsin üzərinə şəxsi axtarış (baxış-götürmə) keçirilməsinin görüntülərini özündə əks etdirən 01 ədəd optik disk (DVD), evə-mənzilə axtarış (baxış-götürmə) keçirilməsinin görüntülərini özündə əks etdirən 01 ədəd optik disk (DVD) cinayət işinin materiallarında saxlanılmalıdır. Cinayət Prosessual Məcəllənin 132.1.1-ci maddəsinə görə şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Məhkəmə Cinayət Prosessual Məcəllənin tələblərinə uyğun olaraq belə nəticəyə gəlir ki, ekspertiza xərci təqsirləndirilən şəxsdən tutularaq Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. Hazırki iş üzrə xüsusi müsadirə edilməli olan digər əmlak müəyyən olunmamış, həmçinin iş üzrə mülki iddia verilməmişdir. Bununla yanaşı məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, təqsirləndirilən şəxsin müdafiəçisinin iş materialları ilə tanış olmaqla məhkəmə iclaslarında iştirak edərək ümumilikdə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 70 saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, hüquqi yardıma görə müdafiəçiyə Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına qanunvericilikdə nəzərdə tutulmuş qaydada və məbləğdə pul hesablanaraq qödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384 və 385-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və barəsində 10 (on) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəza çəkmə müəssisəsində çəksin və ibtidai həbs (tutulma) müddəti cəza çəkmə müddətinə daxil edilməklə onun cəza çəkmə müddətinin başlanğıcı xx.xx.2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs (cəza çəkdiyi müddətdə) narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq olunsun və o, ərazi (yaşayış yeri üzrə) narkoloji dispanserində (kabinetdə) qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdrəsinin saxlanc anbarında - kamerasında (maddi sübutların saxlanılma yerində) saxlanılan qalıq çəkiləri 5040,52 qram olan narkotik vasitə qurudulmuş marixuana, 4051,044 qram narkotik vasitə heroin, 4009,6 qram psixotrop maddə metamfetamin və 02 ədəd elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, “Realme” markalı bir ədəd mobil telefon təqsirləndirilən şəxsin özünə və ya qohumlarına qaytarılsın, təqsirləndirilən şəxsin üzərinə şəxsi axtarış (baxış-götürmə) keçirilməsinin görüntülərini özündə əks etdirən 01 ədəd optik disk (DVD), evə-mənzilə axtarış (baxış-götürmə) keçirilməsinin görüntülərini özündə əks etdirən 01 ədəd optik disk (DVD) cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza xərci 184 manat məbləğində pul təqsirləndirilən şəxsdən tutularaq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. İş üzrə mülki iddianın və xüsusi müsadirə edilməli olan digər əmlakın olmaması nəzərə alınsın. Təqsirləndirilən şəxsə göstərdiyi hüquqi yardıma görə “Universal” Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 420 manat məbləğində pul ödənilsin və hüquqi yardıma görə pul məbləğinin ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən elan olunduğu vaxtdan (təqsirləndirilən şəxs isə hökmün surəti ona verildiyi andan) 20 (iyirmi) gün müddətinə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və (və ya) apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və (və ya) protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-2105/2024
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-2105/2024
11.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver