Məhkəmə qərarları › İş №1(101)-2105/2025

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-2105/2025

17.02.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-2105/2025 17.02.2026 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri İmanova Nigar Arzu qızı (sədrlik edən), X3 və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi Qasımzadə Banu Pənah qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi Bakı şəhəri “Mərkəz” vəkil bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1994-cü ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanda qeydiyyatda olmaqla ünvan 2mış, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 12.1,218.2 və 283-1.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ:

1. Təqsirləndirilən şəxs ağır və xüsusilə ağır cinayətlər törətmək məqsədi ilə yaradılmış, Birləşmiş Millətlər Təşkilatı tərəfindən terror təşkilatı kimi tanınan “Cəbhət ən-Nüsra” adlı cinayətkar birliyin (təşkilatın) tərkibində dini məzhəbləri yaymaq, dini ayinlərin icrası adı altında, dini düşmənçilik zəminində Azərbaycan Respublikasının hüdudlarından kənarda, yəni Suriya Ərəb Respublikası ərazisində aparılan döyüş təlimlərində və silahlı münaqişələrdə iştirak etmiş, həm Azərbaycan Respublikasının, həm də Suriya Ərəb Respublikasının qanunvericiliyinə əsasən cinayət sayılan həmin əməllərə görə xarici dövlətdə məhkum olunmamışdır.

İşin faktiki halları

2. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının hüdudlarından kənarda, yəni Suriya Ərəb Respublikası ərazisində dini məzhəbləri yaymaq, dini ayinlərin icrası adı altında, dini düşmənçilik zəminində aparılan silahlı münaqişlərlərdə iştirak etmək məqsədilə 19 sentyabr 2016-cı il tarixdə Azərbaycan Respublikasının “Qırmızı Körpü” sərhəd keçid məntəqəsindən Gürcüstan Respublikasına keçməklə Türkiyə Respublikasının İstanbul şəhərinə, oradan isə Türkiyə Respublikasının Hatay şəhərinə gedərək həmin istiqamətdən şəxsiyyəti istintaqa “Hüseyn” adı ilə məlum olan şəxs vasitəsi ilə 28 oktyabr 2016-cı il tarixdə Türkiyə-Suriya dövlət sərhədini qanunsuz yolla keçib Suriya Ərəb Respublikasının İdlib şəhərinə getməklə 28 oktyabr 2016-cı il tarixdən 17 avqust 2018-ci il tarixədək orada, ağır və xüsusilə ağır cinayətlər törətmək məqsədi ilə yaradılmış, Birləşmiş Millətlər Təşkilatı tərəfindən terror təşkilatı kimi tanınan “Cəbhət ən-Nüsra” adlı cinayətkar birliyin (təşkilatın) tabeçiliyində fəaliyyət göstərən “Əbu Ənəs”, “Mühəccir Ənsar” və “Hərəka Muhacirin” adlı silahlı dəstələrin tərkibinə daxil olaraq odlu silah, döyüş sursatı və hərbi texnikadan istifadə etməklə döyüş təlimlərində və silahlı münaqişələrdə iştirak etmişdir.

Məhkəmə iclasında tədqiq edilmiş və təqsirləndirilən şəxsin təqsirliliyinə dəlalət edən sübutlar:

3. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan edilmiş 283-1.3-cü maddəsi ilə təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, Suriyaya atasına görə getmişdir. Atası bir müddət öncə Suriyaya getmişdir. Atası Suriyadan ona xəbər göndərərək həbsdə saxlandığını və köməyə ehtiyacı olduğunu demişdir. Qardaşı evli olduğundan Suriyaya o, gedəsi olmuşdur. Suriyaya çatan zaman atası qarşısına çıxmış və onu orada saxlamaq, Suriyadan geri qayıtmasının qarşısını almaq üçün bütün sənədlərini yandırmışdır. O, 2018- 2019-cu il tarixdə DTX əməkdaşları ilə danışıb ona Azərbaycan Respublikasına geri qayıtmasına kömək etmələrini xahiş etmişdir. Onlar isə ona Suriyada qalmasını və orada yaşayan azərbaycanlılar haqqında məlumat verməsini istəmişlər. O, Türkiyə sərhəddində tərcüməçilik də etmişdir. O, bir müddət Antaliyada da qalmışdır. Sonradan onu Ankaraya göndərən zaman DTX əməkdaşları onu saxlayıb ölkəyə qaytarmışlar. Ona Suriyada ağzından güllə atmışlar və onu Azərbaycan Respublikasının müvafiq orqanlarına məlumat sızdırmaqda ittiham etmişlər. Onu Suriyada məcburi təlimlərə cəlb etmişlər, lakin bir müddət sonra o həmin qrupdan qaçmışdır.

4. Şahidlər Şahid1 və Şahid2 məhkəmə iclasında iştirak etmədiklərindən onların ibtidai istintaq zamanı verdikləri ifadələr elan edilmişdir.

5. Dövlət Təhlükəsizlik Xidmətinin X2 Baş İdarəsindən 29 iyul 2025-ci il tarixli 9-2476 nömrəli məktubla daxil olmuş ilkin materiallardan görünür ki, Təqsirləndirilən şəxs 19 sentyabr 2016-cı il tarixdə ölkə ərazisini tərk edərək Türkiyə Respublikasına, oradan isə qeyri-qanuni yollarla Suriya Ərəb Respublikasına getmiş, orada “Cəbhət ən- Nüsra” qanunsuz silahlı qruplaşmasına qoşularaq döyüş təlimlərində və hərbi əməliyyatlarda iştirak etmişdir (cild 01; i.v.8-9).

6. “Giriş-Çıxış və Qeydiyyat” İAMAS üzrə sərhədkeçmə məlumatlarının əks olunduğu blanklardan görünür ki, iş üzrə Təqsirləndirilən şəxs, habelə iş üzrə şahidlər - Şahid1 və Şahid2 19 sentyabr 2016-cı il tarixdə Azərbaycan Respublikası ərazisini “Qırmızı Körpü” dövlət sərhəd buraxılış məntəqəsindən keçməklə Gürcüstan istiqamətində tərk etmiş, bundan əlavə Şahid1 və Şahid2 13 oktyabr 2016-cı il tarixdə eyni istiqamətdən Azərbaycan Respublikasına geri qayıtmışlar (cild 01; i.v.19-24).

7. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi Publik-Hüquqi Şəxsi tərəfindən verilmiş məhkəmə-tibb ekspertizasının 15 sentyabr 2025-ci il tarixli, 417/MEŞ saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədən səthində sağ dirsək oynağı nahiyəsinin yumşaq toxumalarında odlu silah-güllə yaralanmasından sonrakı çapıq aşkar edilmişdir. Qeyd olunan xəsarət odlu silahdan açılan atəş nəticəsində güllənin təsirindən əmələ gəlmişdir, həmin xəsarətin ekspertiza təyin edilməsi haqqında göstərilən müddətdə və şəraitdə, yəni Suriya Ərəb Respublikasının ərazisində qanunsuz silahlı birləşmələrin tərkibində iştirak etdiyi zaman törənməsi inkar edilmir, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir (cild 01; i.v.218-221).

8. Ambulator məhkəmə-psixiatrik ekspertizasının 19 avqust 2025-ci il tarixli, 2727 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda hər hansı bir psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs cinayətin törədildiyi anda öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuşdur. Buna görə Təqsirləndirilən şəxs ona ittiham edilən əməl barəsində anlaqlı hesab edilməlidir. O, hal-hazırda da öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür, tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiq edilməsinə ehtiyac yoxdur (cild 01; i.v.222-224).

9. “Fotoşəkil üzrə tanıma haqqında” 21 noyabr 2025-ci il tarixli protokoldan görünür ki, X5 ona təqdim edilmiş fotoşəkillərdən 2 şərti nömrəli fotoşəkildəki şəxsi tanıdığını, həmin şəxsi Ankarada kampda olarkən gördüyü Təqsirləndirilən şəxs adlı şəxs olduğunu, Sənanla birlikdə Türkiyənin Ankara şəhərində yerləşın qanunsuz miqrantların saxlandığı “X7”ndə saxlanıldığını, Sənanın həmişə ona yaxınlaşıb Suriyada olub-olmamasına dair ona sual verdiyini, Sənanın başqa şəxslərin yanında Suriyada döyüşdüyünü, atası ilə birlikdə orada olduğunu dediyini bildirmişdir (cild 01; i.v.253-254).

Hüquqi məsələlər:

10. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin; 218.2-ci maddəsinə əsasən cinayətkar birlikdə (təşkilatda), habelə mütəşəkkil dəstələrin təşkilatçılarının, rəhbərlərinin və ya sair nümayəndələrinin birliyində iştirak etmə altı ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 12.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları və Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasının hüdudlarından kənarda törətdikləri əmələ (hərəkət və ya hərəkətsizliyə) görə, bu əməl həm Azərbaycan Respublikasının, həm də ərazisində törədildiyi xarici dövlətin qanunvericiliyinə əsasən cinayət sayılırsa və bu cinayətə görə həmin şəxslər xarici dövlətdə məhkum olunmamışlarsa, bu Məcəllə əsasında cinayət məsuliyyətinə cəlb edilirlər. 12.5-ci maddəsinə əsasən bu Məcəllənin 12.1-ci maddələrində nəzərdə tutulmuş şəxslərə Azərbaycan Respublikasının məhkəmələri tərəfindən təyin edilən cəza, ərazisində cinayət törədilmiş xarici dövlətin qanunu ilə nəzərdə tutulmuş cəzanın yuxarı həddindən çox ola bilməz.

11. 283-1.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası vətəndaşlarını və ya Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxsləri dini məzhəbləri yaymaq, dini ayinlərin icrası adı altında, yaxud dini düşmənçilik, dini radikalizm və ya dini fanatizm zəminində Azərbaycan Respublikasının hüdudlarından kənarda aparılan silahlı münaqişələrə cəlb etmə, yaxud bu məqsədlə döyüş təlimləri keçirmə, yaxud həmin məqsədlə fəaliyyət göstərən sabit qrup yaratma və ya belə qrupa rəhbərlik etmə doqquz ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

12. 283-1.3-cü maddəsinə əsasən bu Məcəllənin 283-1.1-ci maddəsində nəzərdə tutulmuş qruplarda, təlimlərdə və ya silahlı münaqişələrdə iştirak etmə yeddi ildən on bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Cəza təyini zamanı nəzərə alınmalı olan hallar:

13. 29 iyul 2025-ci il tarixli “Tutulma protokolu”ndan görünür ki, Təqsirləndirilən şəxs 29 iyul 2025-ci il tarixdə, saat 16:30-dan tutulmuş hesab edilmişdir (cild 01; i.v.37-38).

14. Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 31 iyul 2025-ci il tarixli, 4(009)-396/2025 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 29 iyul 2025-ci il tarixdən hesablanmaqla 04 ay müddətə həbs qətimkan tədbiri seçilmişdir (cild 01; i.v.72-74).

15. Azərbaycan Respublikası DİN Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 04 avqust 2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Füzuli Hərbi Məhkəməsinin 04 sentyabr 2013-cü il tarixli hökmünə əsasən AR CMnin 334.1-ci maddəsi ilə təqsirli bilinərək 03 il 09 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Şirvan Apellyasiya Məhkəməsinin 07 noyabr 2013cü il tarixli qərarı ilə cəzası 03 ilə endirilmiş, Azərbaycan Respublikası Prezidentinin 17 oktyabr 2014-cü il tarixli, 783 saylı Əfv sərəncamına əsasən əsas cəzanın çəkilməmiş hissəsindən azad edilmişdir (cild 01; i.v.80).

16. Füzuli Hərbi Məhkəməsinin 04 sentyabr 2013-cü il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs AR CM-nin 334.1-ci maddəsi ilə təqsirli bilinərək 03 il 09 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir (cild 01; i.v.150- 153).

17. Şirvan Apellyasiya Məhkəməsinin 07 noyabr 2013-cü il tarixli, 1-1(106)-73/2013 saylı qərarından görünür ki, Füzuli Hərbi Məhkəməsinin 04 sentyabr 2013-cü il tarixli hökmü dəyişdirilərək Təqsirləndirilən şəxs təyin edilmiş 03 il 09 ay müddətə azadlıqdan məhru etmə cəzası 03 ilə endirilmişdir (cild 01; i.v.154-158).

18. Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 21 noyabr 2025-ci il tarixli, 4(009)- 639/2025 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddətinin 28 fevral 2026-cı il tarixədək uzadılması qərara alınmışdır (cild 01; i.v.248-250).

Azərbaycan Respublikası Cinayət Məcəlləsinin:

19. 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır;

20. 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir;

21. 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəza çəkmə müəssisələrində çəkirlər;

22. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir.

23. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır.

24. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli qərarının 20-ci bəndinə əsasən Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələblərini əsasən, hökm çıxarılarkən həbsdə saxlanılan şəxsə azadlıqdan məhrum etmə və ya intizam xarakterli hərbi hissədə saxlama növündə cəza təyin edildikdə şəxsin cəza çəkmə müddətinin əvvəli onun həbsə alındığı vaxtdan hesablanmalıdır. Bu zaman təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinin təyin olunmuş cəzadan çıxılmasına ehtiyac yoxdur.

25. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır.

26. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir.

27. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir.

28. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58-ci maddələrinin normalarını rəhbər tutaraq, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır.

29. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin İ və X hissələri və 80-ci maddəsi baxımından Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 12.1 və 12.5-ci maddələrinin əlaqəli şəkildə şərh olunmasına dair” 30 sentyabr 2025-ci il tarixli qərarına əsasən zərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin İ və X hissələrinə və 80-ci maddəsinə, qanunçuluq və hüquqi müəyyənlik prinsiplərinə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 5.1 və 12.5-ci maddələrinə, habelə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun bu Qərarının təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə əsasən həmin Məcəllənin 12.1-ci maddəsində nəzərdə tutulmuş şəxslərə xarici ölkənin ərazisində törətdikləri cinayətə görə cəzanın aşağı həddi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddələri ilə müəyyən edilməlidir.

Məhkəmənin hüquqi dəyərləndirməsi:

30. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən özünün qismən etirafedici ifadəsi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146).

31. Məhkəmə iclasında təqsirləndirilən şəxs özünü AR CM-nin 283-1.3-cü maddəsi ilə təqsirli bilərək Suriya Ərəb Respublikası ərazisində aparılan döyüş təlimlərində və silahlı münaqişələrdə iştirak etdiyini bildirmiş, lakin həmin təlimlərdə Birləşmiş Millətlər Təşkilatı tərəfindən terror təşkilatı kimi tanınan “Cəbhət ən-Nüsra” adlı cinayətkar birliyin (təşkilatın) tərkibində dini məzhəbləri yaymaq, dini ayinlərin icrası adı altında, dini düşmənçilik zəminində iştirak etdiyini təkzib etmişdir.

32. Halbuki, iş materiallarına əlavə edilmiş və yuxarıda sadalanan mötəbər sübutlarla Təqsirləndirilən şəxs Birləşmiş Millətlər Təşkilatı tərəfindən terror təşkilatı kimi tanınan “Cəbhət ən-Nüsra” adlı cinayətkar birliyin (təşkilatın) tərkibində dini məzhəbləri yaymaq, dini ayinlərin icrası adı altında, dini düşmənçilik zəminində Azərbaycan Respublikasının hüdudlarından kənarda, yəni Suriya Ərəb Respublikası ərazisində aparılan döyüş təlimlərində və silahlı münaqişələrdə iştirak etməsi tam olaraq öz təsdiqini tapmış və məhkəmə həmin sübutların yenidən sadalanmasına lüzum görmür.

33. Beləliklə, məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, şahidlərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməllər Cinayət Məcəlləsinin 12.1, 218.2 və 283-1.3-cü maddələri ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur.

34. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir.

35. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməli qismən etiraf edərək peşman olmasını (CM-59.2) onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir.

36. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir.

37. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs CM-nin 12.1,218.2 və 283-1.3-cü maddələri ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, yuxarıda göstərilən cəzasını yüngülləşdirən hal, cəzasını ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM- 58.3.), onun cəmiyyətdən tam təcrid edilmədən islah olunmasının mümkün olmaması nəzərə alınmaqla Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddələrin sanksiyalarında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzaya məhkum edilməli, AR CM-nin 66.3-cü maddəsinə əsasən ona təyin edilmiş cəzalar toplanılmaqla ona qəti cəza təyin edilməli, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin əvvəli ibtidai istintaq zamanı tutulduğu tarixdən hesablanmalı, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır.

38. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər.

39. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 12.1,218.2 və 283-1.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur.

40. İş üzrə mülki iddia, maddi sübut yoxdur.

41. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir.

42. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri “Mərkəz” vəkil bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir.

43. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351- 353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə

HÖKM ETDİ:

Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 12.1,218.2-ci maddəsi ilə təqsirli bilinərək 07 il müddətə azadlıqdan məhrum etmə cəzasına, həmin Məcəllənin 283-1.3-cü maddəsi ilə təqsirli bilinərək 08 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş cəzaları qismən toplamaqla ona qəti olaraq 10 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin əvvəli 29 iyul 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri “Mərkəz” vəkil bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 11 manat hesablanmaqla məhkəmə istintaqı zamanı sərf edilmiş 30 iş saatına görə 330 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu (həbsdə olan məhkum edilmiş şəxsə təqdim edildiyi) andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Sədrlik edən: Nigar İmanova Hakimlər: Kamil Əliyev Vüqar Seyidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar