Məhkəmə qərarları › İş №1(101)-211/2020

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-211/2020

02.03.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-211/2020 02.03.2020 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Qəniyev Faiq Əsəd oğlunun sədrliyi ilə, hakimlər Mahmudov İlham Ağa oğlu və Mikayılov Eldar Əli oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi x5, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs3 nümayəndəsi - Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili x2, Zərərçəkmiş şəxs1 nümayəndəsi - Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili x10, müdafiəçi - Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxx 1985-ci il tarixdə Füzuli şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, əvvəllər məhkum olunmamış, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin külli miqdarda əmlakını ələ keçirərək təkrarən dələduzluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə tanışı Zərərçəkmiş şəxs2 Azərbaycan Diplomatik Akademiyasında tanışının olduğunu və onun vasitəsilə tələbə mübadiləsi şöbəsinə işə düzəldəcəyini vəd verib aldatmaqla sonuncudan 30 avqust 2018-ci il tarixdə saat 12:30 radələrində ünvan 2 ünvanında yerləşən “Gənclik Mall” ticarət mərkəzinin birinci mərtəbəsində 8000 manat pulunu alıb ələ keçirərək verdiyi vədə əməl etməyərək Zərərçəkmiş şəxs2 xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, etibardan sui-istifadə etmə və aldatma yolu ilə tanışı Şahid5 Azərbaycan Diplomatik Akademiyasında tanışının olduğunu və onun vasitəsilə işə düzəldəcəyini vəd verib aldatmaqla vahid niyyətlə əhatə olunan qəsdlə hissə-hissə sonuncudan 10 sentyabr 2018-ci il tarixdə saat 15 radələrində ünvan 2 ünvanında yerləşən “Gənclik Mall” ticarət mərkəzinin birinci mərtəbəsində 9000 manat pulu, 25 sentyabr 2018-ci il tarixdə saat 16 radələrində yenidən həmin ünvanda 1000 manat pulu və 28 sentyabr 2018-ci il tarixdə saat 11 radələrində Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti 27 ünvanında yerləşən “28 Mall” ticarət mərkəzində 2000 manat pulu alıb ələ keçirərək verdiyi vədə əməl etməyərək Şahid5 həyat yoldaşı Zərərçəkmiş şəxs4 ümumilikdə 12000 manat məbləğində xeyli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Bundan başqa o, etibardan sui-istifadə etmə və aldatma yolu ilə tanışı Zərərçəkmiş şəxs3 məxsus “Access Bank” x3 əsas 43237 ABŞ dolları və faiz olaraq yaranmış 5000 ABŞ dolları borcu öz tanışının vasitəsi ilə cəmi 43800 ABŞ dolları məbləğinə tam ödəyib bağlayacağına dair vədd verib aldatmaqla vahid niyyətlə əhatə olunan qəsdlə, hissə-hissə 2018-ci ilin dekabr ayının əvvəllərində saat 15 radələrində ünvan 2 ünvanında yerləşən “Gənclik Mall” ticarət mərkəzinin qarşısında Zərərçəkmiş şəxs3 sürücüsü Şahid6 Babaağa oğlunun vasitəsi ilə 4000 manat pulu və 25 dekabr 2018-ci il tarixdə saat 17 radələrində ünvan 4 ünvanında yerləşən “Axundov” bağında zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs3 sürücüsü Şahid6 Babaağa oğlunun vasitəsi ilə Zərərçəkmiş şəxs3 məxsus 74460 manat ekvivalentində 43800 ABŞ dollarını alıb ələ keçirərək verdiyi vədə əməl etməyərək Zərərçəkmiş şəxs3 ümumilikdə 78460 manat məbləğində - külli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Bundan başqa o, etibardan sui-istifadə etmə və aldatma yolu ilə tanışı Zərərçəkmiş şəxs1 Azərbaycan Diplomatik Akademiyasında tanışının olduğunu və onun vasitəsilə tələbə mübadiləsi şöbəsinə işə düzəldəcəyini vəd verib aldatmaqla sonuncudan 04 aprel 2019-cu il tarixdə günorta saatlarında ünvan 2 ünvanında yerləşən “Gənclik Mall” ticarət mərkəzinin birinci mərtəbəsində yerləşən “Sicabonn” kafesinin qarşısında 4000 manat pulunu alıb ələ keçirərək verdiyi vədə əməl etməyərək Zərərçəkmiş şəxs1 ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü təqsirli bilərək göstərdi ki, o, 2002-ci ildə Azərbaycan Dillər Universitetinin filologiya ingilis dili və ədəbiyyatı fakültəsinə daxil olmuş və 2006-cı ildə bakalavr pilləsini bitirmişdir. 2008-ci ildə Azərbaycan Dillər Universitetinin “dilşünaslıq ingilis dili” fakültəsinin magistr pilləsinə qəbul olunmuş və elə həmin vaxtdan da Şahid5 tanımışdır. 2009-cu il tarixdən etibarən oxuduğu Azərbaycan Dillər Universitetində metodist vəzifəsində işləmiş, 2012-ci il tarixdən isə Azərbaycan Dillər Universitetinin və Azərbaycan Milli Elmlər Akademiyasının dil nəzəriyyəsi üzrə dissertantı olmuşdur. 2012-ci ildən öz sahəsi üzrə Azərbaycan Dillər Universitetində, Bakı Dövlət Universitetində və Memarlıq və İnşaat Universitetində ingilis dili müəlliməsi işləmişdir. Ailə həyatı qurduqdan sonra ana olmaq üçün müəyyən müalicələr aldığına görə həyat yoldaşı ona işləməyə icazə verməmişdir. Sonralar bir ara Gövhərlə münasibətləri kəsilsə də 2017-ci ilin iyul ayının 7-də onun Şahin Tağızadə ilə toyu olanda rəfiqəsi Gövhəri də toyuna dəvət etmişdir. Bundan sonra Gövhərlə rəfiqəlik münasibətləri davam etmişdir. Evlənməmişdən öncə ailəsində maddi sıxıntılar olmasına baxmayaraq toy qabağı ona kreditlə təxminən 30000 manat dəyərində cehizlər alınmışdır. Ailə həyatı qurduqdan sonra Şahinlə birlikdə Türkiyəyə bal ayına getmişlər. İlk dəfə Şahin orada ona bildirmişdir ki, “sənin atan necə səviyyəsiz insandır ki, biz istirahətə gəlmişik, lakin o, qızının cibinə heç 200 dollar belə pul qoymayıb”. 01 avqust 2017-ci il tarixdə səfərdən qayıtdıqdan sonra Şahin ona tez-tez “atan bir əlüstü masa nədir ki, onu da ala bilmir, camaatın qaynataları yeznələrinə hər şey edir, lakin sənin atan mənə heç nə etməyib” demişdir. O, yay aylarında universitetlərdə dərs olmadığına görə işə getməmişdir. Həmin ərəfədə Şahin ona “get özünə iş tap pul qazan və özünü saxla, mən səni saxlayan deyiləm, ya da atan səni saxlasın” deyə bildirmişdir. Bundan sonra yadına düşmüşdür ki, Şahinin dostu Cəfərin arvadı Günel ona bir dəfə onun Mərkəzi Univermaqda qızıl işi ilə məşğul olan tanışının olduğunu, istədiyi vaxt ondan özü üçün qızıl ala biləcəyini və pulunu hissə-hissə olmaqla ödəyə biləcəyini bildirmişdir. O, 2017-ci ilin oktyabr ayının 3-də Mərkəzi Univermağa gedərək orada adsız qızıl dükanını işlədən Şəlalə xanıma yaxınlaşaraq tanışlıq vermiş və qızıl almaq istədiyini söyləmişdir. Şəlalə xanım ona istədiyi qızılı götürə biləcəyini demiş, o da həmin gün təxminən 6000 manat dəyərində qızıl-zinət əşyası götürərək onları metronun “Elmlər Akademiyası” stansiyasının yaxınlığında yerləşən lombarda girov qoyub 2500 manat pul götürmüşdür. Həmin pulu atasına görə toyundan qabaq rəfiqəsi Gülşəndən borc aldığı 5800 manat puldan qalan 2500 manatı qaytarmışdır. Şahin cehizlərə görə ona arabir sataşdığına görə o, 2017-ci ilin oktyabr ayının axırında yenidən Mərkəzi Univermaqda işləyən Şəlalənin yanına getmiş və ondan 4500 manat dəyərində qızıl-zinət əşyaları götürərək onları yenə həmin lombarda girov qoyub 1600 manat pul götürmüşdür. Həmin pulla Bakı şəhəri, Nərimanov rayonu, Ə.Rəcəbli küçəsində yerləşən “Classi”mağazasından əl üstü masa və kamod alaraq yaşadığı evə gətirmiş və əri Şahinə həmin mebelləri anasıgilin aldığını demişdir. Bu minvalla onun mağazaya 10500 manat borcu yaranmış və o, həmin borcun yarısını qaytarmalı olmuşdur. Ona görə də qaynının yoldaşı Turanə Tağıyevaya müraciət edərək özünə qızıl almaq istədiyini bildirmişdir. Turan ona “APEY” mağazasına gedib bacısı Nigar Mehdiyevanın adını verməsini, Nigarın artıq onu tapşırdığını deyərək oradan nə istəyirsə götürməsini bildirmişdir. O, 2017-ci ilin noyabr ayında Mərkəzi Univermaqda yerləşən “APEY” mağazasına gedərək Elvin adlı şəxsə yaxınlaşmış və ona Nigar xanımın qohumu olduğunu demişdir. Elvin ona cavabında “nə istəyirsinizsə götürün, Nigar xanım sizi tapşırıb” deyə bildirmişdir. O, həmin mağazadan 25000 manat dəyərində brilyant qaşlı, 750 əyarlı qızıl komplekt götürmüş və Elvinə həmin komplektin pulundan 2018-ci ilin yanvar ayında 10000 ABŞ dolları verəcəyini demişdir. Bundan sonra o, Mərkəzi Univermaqdan çıxıb yaxınlıqda yerləşən lombarda getmiş və komplekti orada girov qoyub təxminən 7000 manat məbləğində pul götürmüşdür. Həmin pulun 5000 manatını Şəlaləyə olan borcundan ödəmiş, 800 manatını atası Vidadiyə vermiş, qalan 1200 manata isə Avropa ölkələrini gəzmək üçün iki nəfərlik tur paketi götürüb ilkin ödəniş etmişdir. Həmin tur paketini Şahinə göstərərək turu atasının təşkil etdiyini söyləmişdir. Əri Şahinlə münasibətləri də yaxşılığa doğru dəyişmişdir. O, 2017-ci ilin dekabr ayında yenidən Mərkəzi Univermaqda yerləşən “APEY” mağazasına gedərək Elvin adlı şəxsdən təxminən 15000 manat dəyərində brilyant qaşlı 750 əyarlı qızıl komplekt götürmüş və eyni qaydada Mərkəzi Univermaqdan çıxıb yaxınlıqda yerləşən lombarda gedərək komplekti girov qoyub təxminən 5000 manat pul götürmüşdür. Həmin pulun 2000 manatını Şəlaləyə olan borcunu ödəmiş, 1000 manatını atasıgilə vermiş, 1000 manatı isə götürdüyü tur paketinə görə ödəniş etmişdir. 01 yanvar 2018-ci il tarixdə o, Şahinlə birlikdə Avropaya səyahətə getmiş, 13 yanvar 2018-ci il tarixdə isə səyahətdən qayıtmışlar. Səyahətdən qayıtdıqdan sonra, o, yenidən Şəlalənin yanına gedərək ondan 32000 manat dəyərində briliyant qaşlı 750 əyarlı qızıl komplekt götürmüş və həmin komplekti lombarda girov qoyub təxminən 8000 manat pul götürmüşdür. Lakin həmin pul onun borcunu ödəməyə çatmadığı üçün o, öz toyluq komplektini metronun “Memar Əcəmi” stansiyasının yaxınlığında olan lombarda girov qoyub oradan 1500 manat pul götürmüş, həmçinin rəfiqəsindən 7500 manat borc pul alaraq həmin pulu Elvinə vermişdir. Daha sonra Şahinin qohumunun tanışının “Tarqovu” adlanan yerdə yerləşən “UVAS”mağazasına gedib oradan 34000 ABŞ dolları dəyərində qızıl götürmüş və həmin qızılı Mərkəzi Univermağın yanında 13000 ABŞ dollarına sataraq Elvinə, Şəlaləyə və yaranmış digər borclarına vermişdir. Bu minvalla onun müxtəlif şəxslərə borcu yaranmışdır. Daha sonra bu məsələnin üstü açılmış, borc sahibləri onu sıxmağa başlamışlar və əgər borcu qaytarmasa bu barədə həyat yoldaşına və qaynatasına deyəcəklərini bildirmişlər. Həmin ərəfədə, yəni 2018-ci ilin sentyabr ayının əvvəlində Gövhər ona zəng edərək onunla görüşmək istədiyini bildirmişdir. Görüş zamanı Gövhər 2012-ci ildən “Amrah Sığorta” x9 işlədiyini, lakin daha yaxşı yerdə işləmək istədiyini, bunun üçün 2018-ci ildə bir neçə universitetlərə “CV”lər verdiyini demişdir. Həmin vaxt pula ehtiyacı olduğundan Gövhərə universitetlərdə yaxın tanışlarının işlədiyini deyərək onun işi ilə maraqlanacağını bildirmişdir. Bir neçə gün sonra o, Gövhərlə əlaqə saxlayaraq Azərbaycan Diplomatik Akademiyasında işləyən tanışı ilə danışdığını, onun həmin akademiyaya işə qəbul olunmasına kömək edəcəyini, lakin bunun üçün 12000 manat pul verilməli olduğunu bildirmişdir. Gövhər onunla razılaşmış, lakin əri Fərmanla bu barədə danışacağını, əgər Fərman da razılıq verərsə pulu verəcəyini demişdir. Bundan sonra, 10 sentyabr 2018-ci il tarixdə Gövhər ona zəng edərək Fərmanın bu işə razı olduğunu, ilkin olaraq ona 9000 manat pul verdiyini, yerdə qalan pulu isə qısa zaman ərzində düzəldib verəcəyini bildirmişdir. O, həmin gün, yəni 10 sentyabr 2018-ci il tarixdə, saat 15:00 radələrində Bakı şəhəri, Nərimanov rayonu ərazisində yerləşən “Gənclik Mall”un birinci mərtəbəsində Gövhərlə görüşərək ondan 9000 manat pul almışdır. Təxminən 15 gün sonra, yəni 25 sentyabr 2018-ci il tarixdə saat 16:00 radələrində yenidən “Gənclik Mall”un birinci mərtəbəsində Gövhərlə görüşərək ondan 1000 manat pul almışdır. 28 sentyabr 2018-ci il tarixdə isə saat 11:00 radələrində “28 Mall”da Gövhərlə görüşərək ondan 2000 manat pul götürmüş və Gövhərə narahat olmamasını, 2019-cu ilin yanvar ayında işinin düzələcəyini bildirmişdir. Gövhərdən aldığı pulları da borclarına vermişdir. Borc sahibləri yenidən onu sıxmağa başlamışlar. Atası borclarını bağlamaq üçün, Şahin də atasının ona olan borcunu ödəməyi tələb etməyə başlamışlar. 2018-ci ilin dekabr ayının əvvəllərində Gövhərlə görüşən zaman sonuncu ona anası Sevdanın 19 avqust 2013-cü il tarixdə “Access Bank” x4 öz adına 4 illik, illik 19 faiz olmaqla 110000 ABŞ dolları kredit götürdüyünü, ötən müddət ərzində, yəni 2013-cü ildən 2015-ci ilədək məlum devalvasiya hadisəsinə qədər hər ay banka olan əsas və faiz borclarını vaxtında ödəsə də sonradan bankın əsas və faizlərini ödəməkdə çətinlik yarandığını, bu səbəbdən də qrafikdə dəyişikliklərin olduğunu, kreditin müddətinin 5 ilədək uzadıldığını, bundan sonra növbəti devalivasiya hadisəsinin baş verdiyini və anasının artıq əsas məbləğdən deyil, banka olan faiz borclarını ödədiyini, bu səbəbdən də, anasının adında 16500 ABŞ dolları borc yarandığını, hətta bankın onu 5500 ABŞ dolları da cərimələdiyini, 2018-ci ilin noyabr ayının sonunadək anasının banka ümumilikdə 22000 ABŞ dolları faiz borcu, əsas məbləğdən isə 43237 ABŞ dolları borcu yarandığını söyləmişdir. Gövhər həmçinin bildirmişdir ki, 2018-ci ilin dekabr ayında anası Sevda, onun qaynı Fəridlə “Access Bank”a gedib orada problemli kreditlər şöbəsinin müdiri Vasif müəllimlə görüşərək yığılmış 22000 ABŞ dolları məbləğində faizlərin silinməsini xahiş etmişlər, bir həftə sonra bankdan onlara bildirilmişdir ki, yaranmış faiz borcundan ancaq 12000 ABŞ dolları silinəcək, qalan 10000 ABŞ dolları banka ödənilməlidir. Daha sonra 20 dekabr 2018-ci il tarixdə Gövhər anasına yenidən bankdan zəng vurulduğunu və etibarlı müştəri olduğu üçün endirim olunduğunu, cəmi 5000 ABŞ dolları faiz saxlanıldığını bildirmişdir. Gövhər banka olan əsas borcu, yəni 43237 ABŞ dollarını düzəltdiklərini, lakin yaranmış 5000 ABŞ dolları faiz borcunu düzəldə bilmədiklərini deyərək ondan bu işdə, yəni anası Zərərçəkmiş şəxs3 “Access Bank”a olan borcunun bağlanmasına köməklik etməsini xahiş etmişdir. O, Gövhərə əvvəlcə bu işdə kömək etmək üçün həmin bankda tanışının olmadığını desə də, Gövhər dəfələrlə ona müraciət edərək köməklik etməsini xahiş etmişdir. Həmin vaxt pula ehtiyacı olduğu üçün yalandan Gövhərə anası Sevdanın bank məsələsini həll etməyə adam tapdığını söyləmişdir. Gövhər həmin adamın kim olması barədə soruşduqda o, özündən “Cəmilə”adı uyduraraq, “Cama”nın tanışı olduğunu, onun ərinin “Access Bank”da işlədiyini və onlara köməklik edəcəyini demişdir. Həmin ərəfədə onun iki mobil telefonu olmuşdur. Öz nömrəsini mobil telefonun yaddaşına “Cama” adı ilə yazaraq özü-özü ilə mesajlaşıb həmin mesajları Gövhərə göndərmiş və “Cama” adlı şəxsə 5000 manat pul vermək lazım olduğunu demişdir. Lakin Gövhər 5000 manatın çox olduğunu deyərək heç olmasa bu işi 4000 manata həll etməsini xahiş etmişdir. O, Gövhərə “Cama” ilə danışıb ona bir cavab verəcəyini söyləmiş və bir neçə gündən sonra Gövhərə zəng edərək “Cama”nın 4000 manata bu məsələni həll edəcəyini bildirmişdir. Bundan sonra Gövhərgilin sürücüsü Azər 4000 manat pulu gətirib ona vermişdir. O, bir neçə gündən sonra Gövhərlə əlaqə saxlayaraq “Cama”nın onlara hörmət edərək bu məsələni həll edəcəyinə söz verdiyini və bunun üçün cəmi 1000 manat şirinlik istədiyini, qalan 3000 manat pulu geri qaytaracağını demişdir. Daha sonra o, yenə Azər adlı şəxslə görüşmüş və 3000 manat pulu ona qaytarmışdır. Bundan sonra Gövhərə “Cama”nın artıq hər şeyi danışdığını, 43800 ABŞ dolları pul ödəməli olduqlarını söyləmiş, Gövhər də onunla razılaşmışdır. 25 dekabr 2018ci il tarixdə saat təxminən 16:30 radələrində Gövhər özünə məxsus ***-***-**-** nömrəli mobil telefondan ona məxsus ***-***-**-** nömrəli mobil telefona zəng edərək saat 17:00da Azər adlı sürücünün Səbail rayonu ərazisində yerləşən “Axundov” bağında onu gözləyəcəyini deyərək bankda olan borclarını bağlamaq üçün Azərdən 43.800 ABŞ dollarını götürməsini xahiş etmişdir. O da həmin yerə gedərək Azər adlı sürücü ilə görüşərək ondan 43.800 ABŞ dollarını və banka aid sənədləri götürmüşdür. Pulu götürdükdən sonra Mərkəzi Univermağa getmiş və orada borclu olduğu şəxslərə, yəni “APEY”adlı qızıl mağazasını işlədən Elvinə 7280 ABŞ dolları, Şəlalə adlı şəxsə 1000 ABŞ dolları borcunu vermiş, daha sonra isə “Tarqovu”da yerləşən “UVAS” mağazasının sahibi Rəhim adlı şəxsə 10000 ABŞ dolları vermişdir. Bundan sonra metronun “Memar Əcəmi” stansiyasının yaxınlığında yerləşən lombarda gedərək 5000 ABŞ dolları pul ödəməklə girov qoyduğu qızılları götürmüşdür. 4000 ABŞ dollarını əri Şahinə vermiş, yerdə qalan pulları isə öz ehtiyacları üçün xərcləmişdir. 3000 ABŞ dollarını ayırıb özündə saxlamışdır ki, Sevda xanımın adından növbəti ayda banka pul ödəsin. Təxminən iki-üç gün sonra o, Gövhərə zəng edərək onu inandırmaq üçün “bankda hesablanıb, 611 ABŞ dolları artıq qalıb” deyə bildirmiş, Gövhər də “sürücünü göndərərik ona verərsən” deyə cavab vermişdir. İki-üç gün sonra Gövhər ona zəng edərək metronun “Elmlər Akademiyası” stansiyası yaxınlığında sürücüləri ilə görüşüb 611 ABŞ dollarını ona verməsini xahiş etmiş, o da Gövhərin dediyi kimi edərək 611 ABŞ dollarını sürücüyə qaytarmışdır. 21 yanvar 2019-cu il tarixdə o, “Access Bank”ın “Həyat” otelinin yanında yerləşən filialına gedib Zərərçəkmiş şəxs3 adına 3000 ABŞ dolları ödəniş etmişdir. Bir müddət sonra Gövhər və anası Sevda banka olan borclarının ödənilmədiyini görüb ona zəng etmiş, o da onlara narahat olmamalarını, ödənişin olacağını demişdir. Gövhərgil isə ona inanmamışlar və onları aldatdığını başa düşüb polisə şikayət etmişlər. Bir müddət sonra onu 9-cu Polis Bölməsinə çağırmışlar, o da gedib izahat verərək Sevda xanıma məxsus 43189 ABŞ dollar pulu qaytaracağını demişdir. Mərkəzi Univermaqdan götürdüyü qızılların pullarını qaytarmaqda da çətinlik çəkdiyi üçün 20000 ABŞ dolları borc götürmüş və həmin pulu qaytarmaqda da çətinlik çəkmişdir. Lakin həyat yoldaşı Şahinə bu barədə heç bir söz deyə bilməmişdir. Gövhərlə rəfiqəlik etdiyi üçün bu barədə ona bildirmiş, sonuncu da “sən yoldaşına deyərsən ki, mənə borcun var“ demiş, hətta lazım olsa zəng edib həyat yoldaşına bu barədə deyəcəyini bildirmişdir. Daha sonra Gövhər ona borcu qaytarmaqla bağlı SMS-lər yazacağını söyləmiş, o da Gövhərlə razılaşmışdır. Bundan sonra Gövhər ona SMS-lər yazmağa başlamışdır. O, həmin mesajları həyat yoldaşı Şahinə göstərmiş, sonuncu da bir neçə gündən sonra 20000 ABŞ dolları taparaq onunla birlikdə Gövhərin işlədiyi “Amrah Sığorta” şirkətinə getmiş və orada Gövhərə 20000 ABŞ dolları verərək “bir də məndən icazəsiz Leylaya pul vermə, versən məndən incimə” deyə bildirmişdir. Bundan sonra Gövhər pulu hesabına otuzdurub çekini Şahinə vermişdir. Daha sonra Gövhər pulu hesabından çıxardaraq ona vermişdir. Zərərçəkmiş şəxs1 ilə 2003-2007-ci illərdə Azərbaycan Dillər Universitetinin fərqli fakültələrində təhsil almışlar, 2008-2010-cu illərdə isə Azərbaycan Dillər Universitetinin dilşünastlıq fakültəsinin magistratura pilləsində fərqli qruplarda oxumuşlar. Zərərçəkmiş şəxs1 magistr təhsilini bitirdikdən sonra Azərbaycan Dillər Universitetində 2010-2011-ci illərdə nitq praktikası üzrə müəllim işləmiş, həmin ərəfədə o da həmin universitetdə müəllimə işləmişdir. Bir-birini tələbə yoldaşı kimi üzdən tanımaqlarına baxmayaraq çox yaxın münasibətləri olmamışdır. 2011-ci ildə Zərərçəkmiş şəxs1 başqa işə düzəlməsi ilə əlaqədar universitetdən öz istəyi ilə işdən çıxmışdır. Bundan sonra o, Zərərçəkmiş şəxs1 görməmişdir. Təxminən 2019-cu ilin fevral ayında o, Zərərçəkmiş şəxs1 “İnstaqram” səhifəsinə dostluq atmış və Kəmalə onun dostluğunu qəbul etmişdir. Bundan sonra o, Kəmalə ilə “İnstaqram” sosial şəbəkəsi vasitəsi ilə yazışmışdır. Daha sonra görüşüb söhbət edən zaman Kəmalə hazırda işsiz oduğunu demişdir. Həmin ərəfələrdə qardaşının qumarda uduzması ilə bağlı həm valideynlərinin, həm də borcları olduğundan özünün maddi vəziyyəti pis olduğuna görə yalandan Kəmaləyə Azərbaycan Diplomatik Akademiyasında müəllimə işlədiyini və həyat yoldaşının tanışı vasitəsi ilə onu da həmin Akademiyaya işə düzəldə biləcəyini demişdir. Lakin Kəmaləyə işə düzəlmək üçün 4000 manat pulun və müəyyən sənədlərin lazım olduğunu bildirmiş, sonuncu da onunla razılaşmışdır. 04 aprel 2019-cu il tarixdə o, Zərərçəkmiş şəxs1 ilə günorta saatlarında Bakı şəhəri, Nərimanov rayonunda yerləşən “Gənclik Mall” ticarət mərkəzinin birinci mərtəbəsində görüşmüş və Kəmaləni işə düzəltmək adı ilə ondan 4000 manat pul və lazımı sənədləri alaraq bir ay müddətində işə çıxacağını bildirmişdir. Zərərçəkmiş şəxs1 aldığı sənədləri yaşadığı evə qoymuş, 4000 manat pulu isə şəxsi ehtiyaclarına xərcləmişdir. Bir ayın tamamında Zərərçəkmiş şəxs1 ona zəng edərək iş barəsində maraqlanmış, o isə müəyyən bəhanələr gətirərək vaxtı uzatmışdır. Daha sonra isə barəsində olan cinayət işi ilə əlaqədar həbs olunmuş və bundan sonra ona məlum olmuşdur ki, Zərərçəkmiş şəxs1 da onun barəsində şikayət ərizəsi yazmışdır. Azərbaycan Dillər Universitetində işlədiyi vaxt müəllim yoldaşı Şahid1 ilə tanış olmuşdur. Bir müddət sonra Heyran ondan bacısı Zərərçəkmiş şəxs2 işə düzəldilməsində köməklik etməsini xahiş etmişdir. O, həmin vaxt saat hesabı Azərbaycan Diplomatik Akademiyasında müəllimə işlədiyindən akademiyanın tələbə mübadiləsi şöbəsində vakansiya olduğunu öyrənmiş və Nərminin diplomunun həmin işə uyğun olduğunu bildirmişdir. Bundan sonra Heyrana bacısını işə düzəltməkdə köməklik edə biləcəyini demişdir. Həmin vaxt yenə borcları olduğundan Nərminə bacısını işə düzəltməkdə köməklik etməyi müqabilində 8000 manat pul istəmiş, onlar da razılaşmışlar. 30 avqust 2018-ci il tarixdə Nərimanov rayonu ərazisində yerləşən “Gənclik Mall” ticarət mərkəzində Nərmin və Heyranla görüşərək onlardan 8000 manat pulu və lazım olan sənədləri almışdır. Həmin pulu əslində şəxsi borclarını qaytarmaq məqsədi ilə almış və borclarına vermişdir. Əvvəlcədən planlaşdırmışdır ki, Nərmindən aldığı pulu geri qaytarar və onlara işin alınmadığını bildirər. Lakin sonradan pulu qaytara bilməyərək müxtəlif bəhanələr uydurmağa başlamış, buna görə onun barəsində şikayət etmişlər. Zərərçəkmiş şəxslərin bir neçəsi ilə artıq razılaşma əldə etmək üzrədir, bir nəfərin isə pulunu tam ödəmişdir. Ağır maddi vəziyyətdə olması səbəbindən qalan pulları hələ ödəyə bilmir. Etdiyi əməllərdən peşmandır. Amma məhkəmədən barəsində qərar qəbul edilərkən bir gənc qadın olaraq bu əməlləri törətməsinin səbəblərinin nəzərə alınmasını xahiş edir. Yaranmış vəziyyətin əsas səbəbi qardaşının bir neçə illərdir “Topaz”da mütəmadi uduzaraq ailəni pis vəziyyətə salmasıdır. O da dözməyərək valideynlərinə kömək etmək, valideynlərini və qardaşını ağır durumdan xilas edə bilmək, həm də öz ailəsini qoruyub saxlamaq üçün bu addımları atmışdır. Amma acınacaqlısı da odur ki, son nəticədə öz ailəsini xilas edə bilməmiş və ərindən boşanmış, həbs olunmuş, üstəlik də yuxarıda sadalanan insanlara borclu qalmışdır. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxsin törətdiyi cinayət əməlləri ilə bağlı etirafını iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 göstərdi ki, o, 2014-cü ildə Azərbaycan Dillər Universitetinin “Beynəlxalq münasibətlər və idarəetmə” fakültəsini bakalavr dərəcəsi üzrə, 2017-ci ildə isə Azərbaycan İqtisad Universitetinin “iqtisadiyyat” fakültəsini magistr dərəcəsi üzrə bitirmişdir. Bacısı Şahid1 Azərbaycan Dillər Universitetinin ədəbiyyat kafedrasında müəllimə işləyir. İngilis dili kafedrasında işləyən Təqsirləndirilən şəxs ilə orada tanış olmuşlar. 2018-ci ilin avqust ayının sonlarında Leyla “İnstaqram” vasitəsilə bacısı Şahid1 ilə yazışarkən ona iş yerini dəyişdiyini, hazırda Azərbaycan Diplomatik Akademiyasında işlədiyini, işinin yaxşı olduğunu, yüksək əmək haqqı aldığını, əgər istəyərsə onu da həmin akademiyaya işə düzəldə biləcəyini bildirmişdir. Bacısı Şahid1 isə öz işindən razı olduğunu, lakin bacısı Nərminin, yəni onun işsiz olduğunu deyərək Leyladan bacısını “ADA” universitetində işə düzəlmək imkanının olub-olmadığını soruşmuş, sonuncu da işə düzəltməkdə onlara köməklik edə biləcəyini bildirmişdir. Təxminən 26 avqust 2018-ci il tarixdə o, özü Leyla ilə “İnstaqram” vasitəsi ilə əlaqə yaradaraq Heyranın bacısı olduğunu bildirmiş və təklif etdiyi iş barədə soruşmuşdur. Leyla sənədləri ona verməyi, “CV»-ni e-mail vasitəsi ilə ona göndərməyi və işə düzəlməyinə köməklik etməsi müqabilində 8000 manat məbləğində pul verməli olduğunu deyərək pulu sənədlərlə birlikdə zərfə qoyulmuş şəkildə ona verməyi xahiş etmişdir. Buna görə o, bacısı Heyranla birlikdə 30 avqust 2018-ci il tarixdə saat 12:30 radələrində Nərimanov rayonu ərazisində yerləşən “Gənclik Mall” ticarət və əyləncə mərkəzində Təqsirləndirilən şəxs ilə görüşmüşdür. Həmin vaxt Leyla Azərbaycan Diplomatik Akademiyasında Beynəlxalq şöbənin tələbə mübadiləsi bölməsində vakansiya olduğunu deyərək onu həmin şöbəyə işə düzəldəcəyini bildirmiş və sənədlərlə birlikdə ondan 8000 manat pul almışdır. Bir müddət sonra, təxminən 15 sentyabr 2018-ci il tarixdə o, Leyla ilə əlaqə saxlayaraq işi ilə maraqlandıqda sonuncu ona əmrinin hazırlandığını, lakin Azərbaycan Diplomatik Akademiyasının rektorunun hələ əmrə qol çəkmədiyini deyərək əmr imzalandıqdan sonra onu işə qəbul edəcəklərini bildirmişdir. Bundan sonra o, həftədə bir dəfə Leyla ilə əlaqə saxlayıb işin nəticəsi barədə soruşmuş və hər dəfə Leyla müxtəlif bəhanələr gətirmişdir. Təxminən 1 fevral 2019-cu il tarixdə sonuncu dəfə Leyla ilə əlaqə saxladıqda sonuncu işinin alınmadığını, pulu Azərbaycan Diplomatik Akademiyasının kadrlar şöbəsində işləyən Vəfa adlı xanıma verdiyini, onun isə pulu qaytarmadığını, buna görə də pulu qaytara bilməyəcəyini bildirmişdir. Artıq Leylanın onu aldatdığını və ondan aldığı 8000 manat pulu mənimsədiyini başa düşmüş, buna görə də 01 mat 2019-cu il tarixdə Azərbaycan Respublikası Baş Prokuroru yanında x7 Baş İdarəsinin “Qaynar xətt” əlaqə mərkəzinə şikayət etmişdir. Ötən müddət ərzində ona vurulmuş ziyanın 2000 manatı ödənilmiş, qalan hissəsi isə bu gün də qalmaqdadır. Vurulmuş ziyanın tam ödənilməsini tələb edir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 göstərdi ki, Təqsirləndirilən şəxs ilə 2003-2007-ci illərdə Azərbaycan Dillər Universitetinin fərqli fakültələrində oxumuşlar. 2008-2010-cu illərdə isə dilşünaslıq fakültəsinin magistratura pilləsində fərqli qruplara daxil olub təhsil almışlar. O, təhsilini bitirdikdən sonra 2010-2011ci illərdə Azərbaycan Dillər Universitetində nitq praktikası üzrə müəllim işləmişdir. Həmin ərəfədə Lela Əliyeva da universitetdə müəllimə işləmişdir. Onlar üzdən bir-birlərini tanısalar da yaxın münasibətləri olmamışdır. O, 2011-ci ildə başqa işə düzələrək Dillər Universitetindən işdən çıxmış və buna görə də Leylanı həmin vaxtdan görməmişdir. Lakin 2019-cu ilin fevral ayında Leyla onun “İnstaqram” səhifəsinə dostluq atmış, o da qəbul etmişdir. 2019-cu ilin mart ayında, Novruz bayramı ərəfəsində Leyla onu görüşə çağırmış və onlar Nizami küçəsində görüşüb kafelərin birində oturmuşlar. Söhbət əsnasında Leyla Azərbaycan Diplomatik Akademiyasında müəllimə işlədiyini demişdir. Həmin ərəfədə onun işsiz olduğunu və iş axtardığını bilən Leyla bu səbəbdən həyat yoldaşının qohumunun vasitəsi ilə onu Azərbaycan Diplomatik Akademiyasına işə düzəldə biləcəyini və bunun müqabilində 4000 manat pulun, əmək kitabçasının əslinin, bakalavr və magistr təhsil pillələrinin diplomlarının əsillərinin, fotoşəkilin, yaşayış yeri və sağlamlıq haqqında arayışların, sosial sığorta kartının və şəxsiyyət vəsiqəsinin surətinin təqdim olunmasının vacibliyini bildirmişdir. O, Leylaya inandığı üçün onunla razılaşmış və təxminən 04 aprel 2019-cu il tarixdə “Gənclik Mall” ticarət mərkəzinin dəhlizində Leyla ilə görüşərək lazım olan sənədləri və 4000 manat pulu ona vermişdir. Leyla onu arxayın edərək bir ay müddətində onun Azərbaycan Diplomatik Akademiyasında təhsil alan mübadilə yolu ilə göndərilən tələbələrin proqramının mütəxəssisi vəzifəsində oturacağını demişdir. Bir ay keçdikdən sonra Leyla ilə əlaqə saxlayaraq işi ilə maraqlanmış, lakin sonuncu müəyyən tədbirlər olduğundan bir az gözləmək lazım olduğunu bildirmişdir. Aradan xeyli vaxt keçdikdən sonra Leylanın onu aldatdığından şübhələnmişdir. Sonradan Leylanın barəsində dələduzluqla cinayət işinin başlanıldığı ona məlum olmuş, buna görə də o, bu barədə polisə müraciət etmişdir. Hazırda ona vurulmuş ziyan tam ödənilmişdir, bu səbəbdən Təqsirləndirilən şəxs qarşı heç bir tələb və şikayəti yoxdur. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 göstərdi ki, Təqsirləndirilən şəxs həyat yoldaşı Şahid5 görə tanımışdır. Belə ki, 2008-ci ildə Gövhər oxuduğu Azərbaycan Dillər Universitetinin “ingilis dili” fakültəsinin magistr mərhələsinə daxil olmuş və Leyla da onunla bir qrupda təhsil almışdır. Sonralar onların münasibəti kəsilsə də 2016-cı ildə Leyla Gövhəri öz toyuna çağırmış və bundan sonra onların rəfiqəlik münasibətləri davam etmişdir. Gövhər 2012-ci ildən “Amrah Sığorta” x9 işləmiş və daha yaxşı yerdə işləmək üçün bir neçə universitetə “CV”lərini vermişdir. Həmin vaxt bunu bilən Leyla Gövhərə söz vermişdir ki, öz yaxın tanışları vasitəsi ilə onu 12000 manat pul müqabilində Azərbaycan Diplomatik Akademiyasına işə düzəldə bilər. Gövhər bu barədə ona dedikdə o, razılaşmış və ilkin olaraq özündə olan 9000 manatı Leylaya verməsi üçün Gövhərə vermişdir. Gövhər də həmin məbləği 10 sentyabr 2018-ci il tarixdə saat 15 radələrində “Gənclik Mall” ticarət mərkəzinin birinci mərtəbəsində Leylaya vermişdir. O, təxminən 15 gün sonra Gövhərə 1000 manat vermiş, sonuncu da həmin pulu “Gənclik Mall” ticarət mərkəzinin birinci mərtəbəsində Leylaya vermişdir. Bir neçə gün sonra yenidən 2000 manat pul düzəldib Gövhərə vermiş, o da həmin pulu “28 Mall”da Leylaya vermişdir. Leyla müxtəlif bəhanələrlə onları aldadaraq güya işin 2019-cu ilin yanvar ayında düzələcəyini bildirsə də vədinə əməl etməyərək ümumilikdə 12000 manat pulunu ələ keçirmişdir. Bundan əlavə, qaynanası Zərərçəkmiş şəxs3 “Access Bank”a olan borc məsələsini həll etmək üçün Təqsirləndirilən şəxs qaynanasını aldadaraq külli miqdarda pulunu ələ keçirmişdir. Vurulmuş ziyanın təm şəkildə ödənilməsini tələb edir. İbtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş, məhkəmədə ifadəsi elan olunaraq tədqiq olunmuş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, o, 2008-ci ildən Təqsirləndirilən şəxs tanıyır. Belə ki, Leyla 2008-ci ildə Azərbaycan Dillər Universitetinin “dilşünaslıq ingilis dili” magistr mərhələsinə qəbul olunmuş və qızı Şahid5 ilə bir qrupda təhsil almışdır. Əvvəlcə Leylanı qiyabi tanımış, sonra onu Gövhərin toyunda görmüşdür. 19 avqust 2013-cü il tarixdə “Access Bank”dan öz adına 4 illik, illik 19 faiz olmaqla 110.000 ABŞ dolları kredit götürmüşdür. 2013-cü ildən 2015-ci ilədək devalvasiya hadisəsinə qədər hər ay banka əsas və faiz borclarını vaxtında ödəsə də, sonradan onları ödəməkdə çətinlik yaranmış, bu səbəbdən ödəmə qrafikində dəyişiklik olunmuş və kreditin müddəti 5 ilədək uzadılmışdır. Bundan sonra növbəti devalvasiya baş vermiş, o artıq əsas məbləğdən deyil, banka olan faiz borclarını ödəmişdir. Bu səbəbdən də onun 16500 ABŞ dolları borcu yaranmış, hətta bank onu 5500 ABŞ dolları cərimələmişdir. 2018-ci ilin noyabr ayının sonunadək onun banka ümumilikdə 22000 ABŞ dolları faiz borcu və əsas məbləğdən isə 43237 ABŞ dolları borcu yaranmışdır. 2018-ci ilin dekabr ayında kürəkəni Fəridlə birgə “Access Bank”a gedib problemli kredit şöbəsinin müdiri Vasif müəllimlə görüşmüş və yığılmış 22000 ABŞ dolları məbləğində faizin silinməsini xahiş etmişlər. Vasif müəllim isə bankın rəhbərliyi ilə danışıb məlumat verəcəyini onlara bildirmişdir. Təxminən bir həftə sonra bankdan ona zəng olunaraq onun faiz borcundan ancaq 12000 ABŞ dolları silinə biləcəyini demişlər. O, bank əməkdaşı ilə razılaşmayaraq bu məsələyə yenidən baxılmasını xahiş etmişdir. 20 dekabr 2018-ci il tarixdə bankdan ona zəng olunaraq etibarlı müştəri olduğu üçün ona 5000 ABŞ dolları endirim olunduğu, 5000 ABŞ dolları faiz borcu saxlanıldığı və qeyd olunan məbləğ nəğd ödənildiyi halda qüvvədə olduğu bildirilmişdir. O, bu şərtləri qəbul edərək özünə məxsus bir neçə əşyanı satıb əsas borc 43237 ABŞ dollarından təxminən 22000 ABŞ dollarını düzəltmiş, lakin qalan pulu düzəldə bilməmişdir. Həmin vaxt qızı Gövhər ona bildirmişdir ki, onun qrup yoldaşı Leylanın həyat yoldaşı Şahin Tağızadənin əmisi oğlu Anar Həsənov “Access Bank”ın idarə heyətinin sədridir. Anarın həyat yoldaşı “Cama” kimi tanınan Cəmilə Leylanın rəfiqəsidir. Leyla Cama ilə danışıb onların banka ödənilməli olan borcu həll etmək üçün nə kimi köməklik edə biləcəyini demişdir. O, buna inanmasa da Leyladan cavab gözləmişlər. Həmin gün Leyla Gövhərə zəng vuraraq demişdir ki “əlinizdə olan 22000 ABŞ dollarını banka ödəcəyiniz halda, qalan əsas borcu, yəni 21000 ABŞ dollarını faizlər silinmək şərti ilə manata çevirib iki il müddətinə faizsiz ödəmək şərti ilə yeni qrafik açıla bilər və bu işi görmək üçün Cama ondan 5000 manat verməsini istəyib”. Həmin məbləğ çox olduğundan verə bilməyəcəklərini Leylaya demişlər, Leyla isə ən aşağı 4000 manata həll edə biləcəyini demişdir. O, Leylanın təklifi ilə razılaşmış və 2018-ci ilin dekabr ayının əvvəllərində 4000 manat pulu ailə sürücüləri Şahid6 vermişdir ki, “Gənclik Mall”da Leyla ilə görüşüb pulu ona versin. Azər Leyla ilə görüşüb pulu Leylaya verib qayıtmışdır. Bundan sonra Leyla telefonla Gövhərlə danışarkən ona “gələn həftə Sevda xanımı banka çağıracaqlar və o, 22000 ABŞ dollarını banka ödədikdən sonra yerdə qalan borc üçün manatla yeni qrafik açılacaq” deyə bildirmişdir. O, bir həftə gözləmiş, lakin onu banka çağıran olmamışdır. Həmin müddətdə o, artıq 21000 ABŞ dollarını da düzəltmişdir. Gövhər Leyla ilə əlaqə saxlayıb demişdir ki, “artıq yeni qrafik düzəltmək lazım deyil, anam pulun hamısını düzəldib, pulu tam şəkildə ödəmək istəyir, lakin 5000 ABŞ dolları faiz borcunu düzəldə bilməyib”. Bir müddət sonra Leyla Gövhərə bildirmişdir ki, əgər işiniz düzəlirsə “Cama ondan verdiyiniz 4000 manatı geri götürməyi deyir”. Həmin ərəfədə işləri olduğundan Leyladan 4000 manatı götürə bilməmişlər. Daha sonra Leyla 5000 ABŞ dolları faiz borcunun silinib silinmədiyini soruşmuş, Gövhər isə silinmədiyini demişdir. Leyla isə Gövhərə “Camadan faiz borcunuzun silinməsinə köməklik etməsini xahiş edərəm” deyə bildirmişdir. Həmin gün Leyla Gövhərə Cama adlı şəxslə aralarında olan “WhatsApp” yazışmalarını göndərmişdir. 25 dekabr 2018-ci il tarixdə Leyla Gövhərə yazıb bildirmişdir ki, Cama razılıq verib, ancaq bir şərtlə ki, 43.237 ABŞ dollarını və əlavə olaraq ona verdiyimiz 4000 manatdan işi görmək üçün 1000 manatı ona verməliyik ki, heç kim bilmədən ödənişi Cama özü etsin və banka borclarının olmaması barədə onlara arayış veriləcək. Həmin gün, yəni 25 dekabr 2018-ci il tarixdə saat təxminən 16:30 radələrində Gövhər özünə məxsus mobil telefondan Leylaya zəng vurub demişdir ki, saat 17:00-da Azər adlı ailə sürücüləri Səbail rayonu ərazisində yerləşən “Axundov” bağında onu gözləyəcək və bankda olan borcu bağlamaq üçün Azərdən 43800 ABŞ dollarını götürsün. O, 43800 ABŞ dollarını sayıb Azərə vermiş və Azər “Axundov” bağında Leyla ilə görüşüb pulu ona vermişdir. 26 dekabr 2018-ci il tarixdə Leyla Gövhərlə əlaqə saxlamış və Gövhəri inandırmaq üçün 611 ABŞ dollarının artıq qaldığını demişdir. Gövhər də Leylaya demişdir ki, sürücünü göndərərlər 3000 manatı və 611 ABŞ dollarını ona versin. Həmin gün “Elmlər Akademiyası” metrosu yaxınlığında görüşüb 611 ABŞ dolları və 3000 manatı Leyla sürücüyə qaytarmışdır. İlin axırınadək gözləmişlər, lakin banka ödəniş olmamışdır. Leyla Camanın adından Gövhərə yazmışdır ki, “sizin işiniz gələn ilə qaldı və Sevda xanım 04 yanvar 2019-cu il tarixdə banka getsin və ona orada təmizlik haqqında arayış veriləcək”. O, 04 yanvar 2019-cu il tarixdə banka getmiş və ona bildirilmişdir ki, onun adına heç bir ödəniş olunmayıb. O, Leylaya zəng vurmuş və Leyla yenə də müxtəlif bəhanələrlə onu aldatmağa başlamışdır. Artıq aldanıldığını başa düşüb Leyladan ona verdiyi 43.189 ABŞ dollarını və 1000 manat pulu qaytarmasını tələb etməyə başlamışdır. Leyla isə yenə də onları aldatmaqda davam etmiş, onu inandırmaq üçün 21 yanvar 2019-cu il tarixdə onun adına banka 3000 ABŞ dolları ödəniş etmiş və ödəniş qəbzinin şəklini çəkərək ona göndərmışdir. Leylaya görə banka olan faiz borcu daha da artmışdır. Bundan sonra o, kürəkəni Fəridlə birgə Leyla ilə görüşmüş və ondan pulun qaytarılmasını tələb etmişlər. Leyla yenidən müxtəlif bəhanələr gətirərək onları inandırmağa çalışmış, lakin onlar Leylanın dediklərinə inanmamışdır. Pulu Azər verdiyi üçün sürücü Azər Səbail rayon Polis İdarəsinin 9-cu Polis Bölməsinə şikayət etmişdir (cild 1, iş vərəqə 71-75). Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 göstərdi ki, 2011-ci ildən hal-hazırdək Azərbaycan Dillər Universitetinin “Azərbaycan ədəbiyyatı” kafedrasında müəllimə işləyir. 2015-ci ildə həmin universitetin “İngilis dili” dekanlığında metodist vəzifəsində işləmiş Təqsirləndirilən şəxs ilə tanış olmuşdur. 2016-cı ildə analıq məzuniyyətinə çıxdıqdan sonra onunla əlaqə saxlamamışdır. 2008-ci ildə Leyla onunla “İnstaqram” sosial şəbəkəsində əlaqə saxlamış və onlar bir müddət həmin şəbəkədə söhbətləşmişlər. 2018ci ilin avqust ayında Leyla “İnstaqram” vasitəsi ilə ona iş yerini dəyişdiyini, hazırda Azərbaycan Diplomatik Akademiyasında işlədiyini, işinin yaxşı olduğunu, yüksək əmək haqqı aldığını, əgər istəyirsə onu da həmin universitetə işə düzəldə biləcəyini bildirmişdir. O, işindən razı olduğunu, lakin bacısı Zərərçəkmiş şəxs2 işsiz olduğunu deyərək Leyladan bacısını Azərbaycan Diplomatik Akademiyasında işə düzəltmək imkanının olub-olmadığını soruşmuş, Leyla da Nərmini işə düzəltməkdə köməklik edə biləcəyini demişdir. 26 avqust 2018-ci il tarixdə bacısı Nərminin özü instaqram vasitəsi ilə Leyla ilə əlaqə yaradaraq onun təklif etdiyi iş barədə soruşmuşdur. Leyla Nərmindən sənədləri ona verməsini və “CV”-ni e-mail vasitəsi ilə ona göndərməsini istəmiş, həmçinin işə düzəlməyə köməklik göstərməsi müqabilində ona 8000 manat verməli olduğunu bildirmişdir. 30 avqust 2018-ci il tarixdə bacısı Nərminlə birlikdə “Gənclik Mall” ticarət mərkəzinin ikinci mərtəbəsində Təqsirləndirilən şəxs ilə görüşmüşlər. Təxminən 20 dəqiqəlik görüş zamanı Leyla Azərbaycan Diplomatik Akademiyasında Beynəlxalq şöbədə tələbələrin mübadiləsi sahəsində vakansiya olduğunu deyərək Nərmini həmin şöbəyə işə düzəldəcəyini söyləmişdir. Həmin gün bacısı Nərmin sənədlərlə birlikdə 8000 manat pulu konvertdə Leylaya vermişdir. Bir müddət sonra Leyla ilə əlaqə saxladıqda o, əmrin hazırlandığını, rektorun əmrə hələ qol çəkmədiyini, imzalandıqdan sonra bacısının işə çıxacağını demişdir. Bundan sonra həftədə bir dəfə Leyla ilə əlaqə saxlamışlar, hər dəfə də Leyla müxtəlif bəhanələr gətirərək vaxtı uzatmışdır. 01 fevral 2019-cu ildə axrıncı dəfə Leyla ilə əlaqə saxladıqda o, işin alınmadığını, pulu Azərbaycan Diplomatik Akademiyasının kadrlar şöbəsində işləyən Vəfa adlı xanıma verdiyini, onun isə pulu qaytarmadığını deyərək buna görə aldığı pulu qaytara bilməyəcəyini bildirmişdir. Artıq Leylanın onları aldatdığını başa düşərək x7 Baş İdarəsinin “Qaynar xətt” əlaqə mərkəzinə bu barədə məlumat vermişlər. Məhkəmədə şahid qismində dindirilmiş Şahid6 Babaağa oğlu göstərdi ki, o, 2016-cı ilin sonlarından Zərərçəkmiş şəxs3 ailə sürücüsü kimi işləyir. Həmin vaxtdan etibarnamə əsasında Sevda xanıma məxsus qara rəngli **-AE-*** dövlət qeydiyyat nişanlı “Nissan Sunni” markalı avtomobili idarə edir. 2018-ci ilin dekabr ayının təxminən əvvəllərində Sevda xanım ona zəng edərək onların evinə gəlməsini istəmiş, o da avtomobillə Sevda xanımın evinə getmişdir. Sevda xanım 4000 manat pulu sayaraq ona vermiş və telefon nömrəsi verərək həmin nömrəyə zəng edib “Gənclik Mall”da Leyla adlı xanımla görüşərək ona verməsini tapşırmışdır. O, “Gənclik Mall”ın qarşısında Leyla xanımla görüşüb ağ zərfin içərisində olan 4000 manatı ona vermişdir. Leyla zərfi ondan alaraq əl çantasına qoyaraq getmişdir. Növbəti dəfə 25 dekabr 2018-ci il tarixdə Sevda xanım banka olan borcunu ödəmək üçün 43800 ABŞ dollarını ona vermişdir ki, həmin pulu Səbail rayonu ərazisində yerləşən “Axundov” bağında onu gözləyən Leyla adlı şəxsə versin. O, da həmin gün saat 17 radələrində 43800 ABŞ dollarını “Axundov” bağında əvvəldən tanıdığı Leylaya vermişdir. Bir gündən sonra, yəni 26 dekabr 2018-ci il tarixdə saat 12 radələrində Sevda xanım ona zəng edərək Leyla xanımın metronun “Elmlər Akademiyası”stansiyasının yaxınlığında onu gözlədiyini, sonuncunun ona pul verəcəyini deyərək həmin pulu alıb ona gətirməsini xahiş etmişdir. O, da Sevda xanımın dediyi yerə gedərək Leyla ilə görüşmüş və ondan kağıza bükülmüş pulu götürüb gətirərək Sevda xanıma vermişdir. Sonradan ona məlum olmuşdur ki, Təqsirləndirilən şəxs Sevda xanımı aldadaraq ona qarşı dələduzluq etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 göstərdi ki, o, rəsmi olaraq heç yerdə işləmir və fərdi qaydada ticarətlə məşğul olur. Bacısı Təqsirləndirilən şəxs 07 iyul 2017-ci il tarixdə x12 ilə rəsmi nikaha daxil olmuş və onlar evləndikdən sonra Şahinin ailə üzvlərinin adına olan Yasamal rayonunda yerləşən mənzildə yaşamışlar. 2011-2013-cü illərdə həqiqətən mərc oyunlarında uduzmuş, bu səbəbdən yaranmış borcları atası tərəfindən bağlanmışdır. Bacısı Leylanın atasının işə düzəlməsi və ya şəxsi işləri üçün Şahindən pul istəməsindən onun xəbəri olmamışdır. Leylanın ərindən nə adla pul istədiyini bilmir. Hesab edir ki, Leylanın ayrı-ayır şəxslərdən pulları onunla və atası ilə bağlı almasına dair ifadəsi həqiqət deyil. Bacısı ərdə olduğu müddətdə o ümumiyyətlə Leylanın evinə getməmiş, yalnız üç-dörd dəfə anası tərəfindən bişirilmiş yeməyi Leyla üçün onun xahişi ilə aparmış və evə keçməyərək qapıdan verib çıxıb getmişdir. Leylanın ərinin evində kamera olmuşdur. Leylanın əri Şahindən 20000 və 14000 ABŞ dolları məbləğlərində pul alması, Şahinin mənzilindən 5200 ABŞ dolları oğurlanması barədə heç bir məlumatı olmamışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 göstərdi ki, qızı Təqsirləndirilən şəxs 2006-cı ildə Azərbaycan Dillər Universitetinin “ingilis dili filologiyası” fakültəsinin bakalavr dərəcəsi üzrə, 2010-cu ildə isə həmin universitetin “dilşünaslıq və ingilis dili” fakültəsini magistr dərəcəsi üzrə bitirmişdir. 2009-cu ildən 2015-ci ilə qədər Azərbaycan Dillər Universitetində metodist müəllim, 2016-cı ildən 2017-ci ilədək Memarlıq və İnşaat Universitetində müəllim, 2017-ci ildən 2018-ci ilin iyul ayınadək x8 müəllim işləmiş, sonra isə öz xahişi ilə işdən azad olunmuşdur. 2017-ci ilin iyun ayında x15 ilə ailə qurmuşdur. Həmin vaxtdan onlar Şahinin anasına məxsus mənzildə yaşamışlar. Leylanın barəsində cinayət işi başlandıqan sonra onlar rəsmi olaraq boşanmışlar. 2017-ci ildə qızı Leylanın toy məclisi ərəfəsində cehizlik əşya və toy məclisinin təşkili ilə bağlı ailəsi 10000 manata yaxın xərc çəkmiş, müxtəlif yerlərdən mebelləri nisyə götürmüşdür. Həmin vaxtdan o, həyat yoldaşı və Leyla borcları birgə olaraq ödəmişlər. Mart ayının əvvəllərində Leyla onlara bildirmişdir ki, Azərbaycan Dillər Universitetində işləyən keçmiş iş yoldaşı Şahid1 bacısı Zərərçəkmiş şəxs2 ondan x7 İdarəsinə şikayət etmişdir. Şikayətin səbəbini soruşduqda Leyla 2018-ci ilin avqust ayının 30-da “Gənclik Mall” ticarət mərkəzində Nərminlə görüşərək onu Azərbaycan Diplomatik Akademiyasında işə düzəltmək adı ilə ondan 8000 manat pul aldığını, avqust ayından 2019-cu ilin mart ayının əvvəlinə kimi həmin pulu hissə-hissə ona verdiyini, təqribən 2000 manat pul ödədiyini bildirmişdir. O, Leyladan qalan pulu nə etdiyini soruşduqda sonuncu cavab verə bilməmişdir. Nərmin şikayət edənə qədər o, Heyran və Zərərçəkmiş şəxs2ları tanımamış və onlarla ünsiyyətdə olmamışdır. O, öz ehtiyacları üçün Şahin Tağızadədən 14000 ABŞ dolları borc almamış, ibtidai istintaq zamanı Leylanın xahişi ilə belə bir ifadə vermişdir. Leylanın Zərərçəkmiş şəxs3 banka olan borcunu sildirmək üçün ondan 43800 ABŞ dolları və 4000 manat pul almasından, Zərərçəkmiş şəxs2 Azərbaycan Diplomatiya Akademiyasına işə düzəltmək adı ilə ondan 8000 manat almasından, Kəmalə Ağayevanı eyni adla aldadaraq ondan 4000 manat almasından, həmçinin Şahid5 eyni adla aldadaraq ondan 12000 manat pul almasından Sevda xanım Leyla barədə polisə müraciət etdikdən sonra xəbər tutmuşdur. Həmçinin Şahin ona zəng edərək Leylanın rəfiqəsi Gövhərə 20000 ABŞ dolları borcunun olması barədə məlumat vermişdir. O, bu barədə Leyladan soruşduqda sonuncu qızıl mağazasına borcu olduğunu, ona heç bir aidiyyatı olmadığını deyərək narahat olmamasını bildirmişdir. Qızının belə ağır vəziyyətə düşməsinə görə çox təəssüflənir, bir valideyn olaraq insanlara vurulmuş ziyanı ödəmək üçün bacardığı addımları atır, amma maddi vəziyyətinin ağırlığı səbəbindən camaatın pulunu tam qaytarmaq imkanı yoxdur. Ona görə də yaranmış vəziyyətdə məhkəmənin humanist qərar qəbul edəcəyinə ümid edir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş, məhkəmə iclasında ifadəsi elan olunaraq tədqiq olunmuş Şahid4 ifadəsində göstərmişdir ki, əri Şahid2 Həmkarlar İttifaqının Füzuli rayon təşkilatının sədri vəzifəsində işləyir. Özü isə 1977-ci il tarixdən 1993-cü il tarixə kimi olan müddət ərzində Füzuli rayonu, X.B.Natəvan adına orta məktəbdə coğrafiya müəlliməsi işləmişdir. 1993-cü il tarixdən məcburi köçkündür və heç yerdə işləmir. 2017-ci ilin iyul ayında qızı Təqsirləndirilən şəxs x12 ilə rəsmi nikaha daxil olmuş və onlar evləndikdən sonra Şahinin Yasamal rayonunda yerləşən evində yaşamışlar. Leylanın bütün cehizlərini, mebellərini və digər toy xərclərini valideyn kimi onlar vermişlər və qeyd olunan məsrəflərlə bağlı Leylanın hər hansı öhdəliyi olmamışdır. Qızı Gülnar və oğlu Elmir hər biri evli olmaqla ailələri ilə birlikdə yaşayırlar. Oğlu Şahid3 bir müddət, yəni 2013-cü il tarixlərində “Topaz”mərc oyunlarında təxminən 1000, 500, 300 manat civarında pullar uduzmuşdur. Lakin son vaxtlar oğlunda anoloji hallar olmamış, oğlunun bütün xərclərinin Təqsirləndirilən şəxs hər hansı aidiyyəti olmamışdır və onun bütün xərcələrini atası ödəmişdir. Evlərinə Elmirin ödənişləri ilə bağlı heç kim gəlməmiş və onlar həmin xərclərin ödənməsi ilə bağlı Təqsirləndirilən şəxs və ya hər hansı bir başqa şəxsə müraciət etməmişlər. Leyla və Şahin ilk öncə ər-arvad olaraq səmimi yaşamışlar, lakin son zamanlar Leyla ona bildirmişdir ki, əri Şahin Tağızadə kasıb olmasını və digər halları ona irad tutmuşdur. Leyla Şahinin 3000 manat pulunu işdə, avtomobildə və ya evdə itirmişdir. Lakin digər faktlardan Leylanın barəsində cinayət işi başlandıqdan sonra məlumatı olmuşdur. Leyla atası Vidadiyə 14000 ABŞ dolları pul verməmişdir (cild 2, iş vərəqə 138-141). İbtidai istintaq zamanı şahid qismində dindirilmiş, məhkəmə iclasında ifadəsi elan olunaraq tədqiq olunmuş Şahid5 ifadəsində göstərmişdir ki, 2008-ci ildən Təqsirləndirilən şəxs tanıyır. Belə ki, Leyla 2008-ci ildə onun oxuduğu Azərbaycan Dillər Universitetinin dilşünaslıq-ingilis dili fakültəsinin magistr mərhələsinə qəbul olunmuş və onunla bir qrupda təhsil almışdır. Sonralar bir ara münasibətləri kəsilsə də, 2016-cı ildə Leyla onu toyuna çağırmışdır və ondan sonra rəfiqəlik münasibətləri davam etmişdir. Anası Zərərçəkmiş şəxs3 19.08.2013-cü il tarixdə “Access Bank”dan öz adına 4 il müddətinə, illik 19 faiz olmaqla 110.000 ABŞ dolları kredit götürmüşdür. Anası ötən müddət ərzində, yəni 2013-cü ildən 2015-ci ilədək məlum devalivasiya hadisəsinə qədər hər ay banka olan əsas və faiz borclarını vaxtında ödəsə də, sonradan bankın əsas borc və faizlərini ödəməkdə çətinlik yaranmış və bu səbəbdən də qrafikdə dəyişikliklər olunaraq kreditin müddəti 5 ilədək uzadılmışdır. Buna baxmayaraq anası kreditini vaxtlı-vaxtında ödəməyə davam etmişdir. Bundan sonra növbəti devalivasiya hadisəsi baş vermiş və anası artıq əsas məbləğdən deyil, banka olan faiz borclarını ödəmişdir. Bu səbəbdən də, anasının banka 16500 ABŞ dolları borcu yaranmışdır, hətta bank onu 5500 ABŞ dolları da cərimələmişdir. 2018-ci ilin noyabr ayının sonunadək anasının banka ümumilikdə 22000 ABŞ dolları faiz borcu, həmçinin əsas məbləğdən isə 43237 ABŞ dolları borcu yaranmışdır. 2018-ci ilin dekabr ayında anası onun qaynı Fəridlə birgə “Access Bank”a gedib orada problemli kreditlər şöbəsinin müdiri Vasif müəllimlə görüşmüş və ondan yığılmış 22000 ABŞ dolları məbləğində faizlərin silinməsini xahiş etmişdir. Vasif müəllim isə bankın rəhbərliyi ilə danışıb onlara məlumat verəcəyini demişdir. Təxminən bir həftə sonra anasına bankdan zəng edib bildirmişlər ki, faiz borcundan ancaq 12000 ABŞ dolları silinə bilər, qalan 10000 ABŞ dolları isə banka ödənilməlidir. Anası Sevda bank əməkdaşı ilə razılaşmayaraq xahiş etmişdir ki, bu məsələyə yenidən baxılsın. Təxminən 20 dekabr 2018-ci il tarixdə yenidən bankdan anasına zəng vuraraq bildirilmişdir ki, etibarlı müştəri olduğu üçün endirim olunmuş və cəmi 5000 ABŞ dolları faiz saxlanılmışdır və bu şərtlər yalnız ilin sonunadəkdir. Belə ki, anasının banka olan əsas 43237 ABŞ dolları və 5000 faiz borcu nağd şəkildə ödəniləcəyi halda bu təklif qüvvədədir. Bu şərtləri anası qəbul edərək özünə məxsus bir neçə əşyanı satıb əsas 43237 ABŞ dollarından təxminən 22000 ABŞ dolları düəzəltmişdir, lakin 5000 ABŞ dolları faizi və qalan əsas pulun hamısını düzəldə bilməmişdir. Həmin vaxt o anasına demişdir ki, qrup yoldaşı Leyla onlara kömək edə bilər. Çünki Leylanın həyat yoldaşı Şahin Tağıyevin əmisi oğlu Anar Həsənov “Access Bank”ın idarə heyətinin sədridir, Anarın əsl adı Cəmilə olan, lakin Cama kimi tanınnan həyat yoldaşı Leylanın rəfiqəsidir və Leyla onunla danışıb onların banka ödənməli olan borclarını həll edə bilər. Bu barədə Leyla ilə danışmışdır. Anası buna inanmasa da, Leyladan cavab gözləmişlər. Həmin gün Leyla ona zəng vurub demişdir ki, əllərində olan 22000 ABŞ dollarını tam şəkildə banka ödəyəcəkləri halda, qalan əsas pulu, yəni 21.000 ABŞ dollarını faizlər silinmək şərti ilə manata çevirib iki il müddətinə faizsiz ödəmək şərti ilə yeni qrafik açıla bilər, bu işi görmək üçün Cama ondan 5000 manat pul istəyib. 5000 manatın çox olması səbəbindən həmin məbləği verə bilməyəcəklərini Leylaya bildirmişlər. Leyla isə bu işi ən aşağı 4000 manata həll edə biləcəyini demiş, anası da Leylanın təklifi ilə razılaşmış və 2018-ci ilin dekabr ayının əvvəlində ilkin olaraq ailə sürücüsü Şahid6 4000 manatı verərək Leylaya vermək üçün onu “Gənclik Mall” ticarət mərkəzinə Leylanın yanına göndərmişlər. Azər də həmin 4000 manatı Leyla verib qayıtmışdır. Bundan sonra Leyla ona telefon vasitəsi ilə danışarkən demişdir ki, gələn həftə Sevda xanımı banka çağıracaqlar və o, 22000 ABŞ dollarını banka ödədikdən sonra yerdə qalan pul üçün manatla yeni qrafik açılacaq. Bir həftə gözləmişlər, lakin anasını heç kim banka çağırmamışdır. Həmin bir həftə ərzində anası artıq 21000 ABŞ dollarını da düzəltmişdir. O, Leyla ilə əlaqə saxlayaraq artıq qrafik düzəltməyə gərək olmadığını, anasının pulun hamısını düzəltdiyini və banka pulu tam şəkildə ödəmək istədiklərini, lakin 5000 ABŞ dolları faiz borcunu düzəldə bilmədiklərini demişdir. Bir müddət sonra Leyla özü ona demişdir ki, Cama deyir ki, əgər işləri düzəlirsə verdikləri 4000 manatı geri götürsünlər. Həmin ərəfədə onların işləri olduğu üçün Leyladan 4000 manatı geri götürməmişlər və Leyla da tez-tez ona zəng vurub nə üçün pulu ondan götürmədiklərini, 5000 ABŞ dolları faiz borcunun silinib-silinmədiyini ondan soruşmuşdur. O isə Leylaya faizin silinmədiyini bildirmişdir. Sonra Leyla ona Camadan 5000 ABŞ mdolları faiz borcunun silinməyinə köməklik etməsini xahiş edəcəyini demişdir. Həmin günü Leyla ona Cama adlı şəxslə aralarında olan “WhatsApp” yazışmalarını göndərmişdir. 25 dekabr 2018-ci il tarixdə Leyla ona yazıb bildirmişdir ki, Cama razılıq verib, ancaq bir şərtlə ki, 43.237 ABŞ dollarını və əlavə olaraq ona verdikləri 4000 manatdan işi görmək üçün 1000 manatı ona verməliyik ki, heç kim bilmədən ödənişi Cama özü etsin və banka borclarının olmaması barədə onlara arayış veriləcək. Həmin gün, yəni 25 dekabr 2018-ci il tarixdə saat təxminən 16:30 radələrində özünə məxsus mobil telefondan Leylaya zəng vurub saat 17:00-da Azər adlı ailə sürücülərinin Axundov bağında onu gözləyəcəyini deyərək Azərdən bankda olan borcu bağlamaq üçün 43800 ABŞ dollarını götürməsini bildirmişdir. Anası da 43800 ABŞ dollarını sayıb Azərə vermiş və Azər Axundov bağında Leyla ilə görüşüb pulu ona vermişdir. 26 dekabr 2018-ci il tarixdə Leyla onunla əlaqə saxlamış və onu inandırmaq üçün 611 ABŞ dollarının artıq qaldığını demişdir. O da Leylaya demişdir ki, sürücünü göndərərlər 3000 manatı və 611 ABŞ dollarını ona versin. Həmin gün Elmlər Akademiyası metrosu yaxınlığında görüşüb 611 ABŞ dolları və 3000 manatı Leyla sürücüyə qaytarmışdır. İlin axırınadək gözləmişlər, lakin banka ödəniş olmamışdır, Leyla Camanın adından ona yazmışdır ki, sizin işiniz gələn ilə qaldı və Sevda xanım 04 yanvar 2019-cu il tarixdə banka getsin və ona orada təmizlik haqqında arayış veriləcək. Anası 04 yanvar 2019-cu il tarixdə banka getmiş və ona bildirilmişdir ki, onun adına heç bir ödəniş olunmayıb. Anası Leylaya zəng vurmuş və Leyla yenə də müxtəlif bəhanələrlə onu aldatmağa başlamışdır. Artıq anası aldanıldığını başa düşüb Leyladan ona verdiyi 43189 ABŞ dollarını və 1000 manat pulu qaytarmasını tələb etməyə başlamışdır. Leyla yenə də onları aldatmaqda davam etmiş, onları inandırmaq üçün 21 yanvar 2019-cu il tarixdə anası Sevdanın adına banka 3000 ABŞ dolları ödəniş etmiş və ödəniş qəbzinin şəklini çəkərək anasına göndərmişdir. Leylaya görə banka olan faiz borcu daha da artmışdır. Bundan sonra anası kürəkəni Fəridlə birgə Leyla ilə görüşmüş və ondan pulun qaytarılmasını tələb etmişlər. Leyla yenidən müxtəlif bəhanələr gətirərək onları inandırmağa çalışmış, lakin anası Leylanın dediklərinə inanmamışdır. Pulu Azər verdiyi üçün sürücü Azər Səbail Rayon Polis İdarəsinin 9-cu Polis Bölməsinə şikayət etmişdir. Bundan başqa Leyla 10 sentyabr 2018-ci il tarixdə onu Azərbaycan Diplomatik Akademiyasına işə düzəltmək adı ilə aldadaraq həyat yoldaşı Zərərçəkmiş şəxs4 məxsus 12000 manat pulu da ələ keçirmişdir. Belə ki, həmin pulun 9000 manatını o şəxsən 10 sentyabr 2018-ci il tarixdə, saat 15:00 radələrində tək “Gənclik Mall” ticarət mərkəzinin birinci mərtəbəsində Leylaya vermiş, təxminən 15 gün sonra yenidən 1000 manatı tək “Gənclik Mall” ticarət mərkəzinin birinci mərtəbəsində Leylaya vermiş, 2000 manatı isə universitetin prorektoruna vermək üçün “28 Mall”da yenidən Leylaya vermişdir. Leyla isə onu müxtəlif bəhanələrlə aldadaraq 12000 manat pulu ələ keçirmişdir. Bundan başqa o, 2018-ci ilin sentyabr ayında ümumilikdə 12000 manat pulu Leyla ələ keçirdikdən sonra hər dəfə müxtəlif bəhanələr deyərək onun Azərbaycan Diplomatik Akademiyasına yanvar ayında əmrinin veriləcəyini demişdir. Təxminən 2018-ci ilin noyabr ayında Leyla ona zəng vurub ağlayaraq özünü öldürəcəyini bildirmişdir. O, nə baş verdiyini soruşduqda Leyla ona vəziyyətinin pis olduğunu və atasının borcuna görə Şahinin dostundan aldığı 20000 ABŞ dollarının təcili verilməsini tələb etdiyini bildirmişdir. Həmçinin bu barədə Şahinə deyəcəklərini və Şahinin bundan xəbəri olduğu təqdirdə onu boşayacağını demişdir. Buna görə də, ondan yalvararaq köməklik etməyini və etməyəcəyi təqdirdə özünü öldürəcəyini bildirmişdir. O, məcbur olmuş və Leylaya köməklik edəcəyini bildirmişdir. Bundan sonra Leyla ona bildirmişdir ki, Şahinə həmin pulu ondan aldığını desin, o da etiraz etməmişdir. Leyla Şahinə 20000 ABŞ dollarını güya ondan aldığını demişdir. Sonra Leyla ona zəng vuraraq Şahinlə birlikdə banka gələrək 20.000 ABŞ dollarını ondan aldığını soruşacağını və onun da təsdiq etməsini bildirmişdir. O, yenə də etiraz etməmişdir. Leyla Şahinlə onun işlədiyi banka gəlmişlər və Şahin ondan Leylanın 20000 ABŞ dollarından başqa borcunun olub-olmadığını soruşmuşdur. O, həmin borcdan başqa Leylanın borcu olmadığını demişdir. Bundan sonra Şahin 20000 ABŞ dollarını çıxararaq ona vermiş və o, həmin pulu kassaya daxil edərək qəbzini təqdim etmişdir. Çünki Leyla əvvəllcədən ona Şahinin qəbz istədiyini demişdir. Daha sonra Leyla və Şahin çıxıb getmişlər. O, isə hesabdan həmin pulları çıxararaq özündə saxlamışdır ki, Leylaya versin. Bir qədər sonra o, Leyla ilə zəngləşmiş və işdən tez çıxmalı olduğunu deyərək gəlib pulu götürməsini bildirmişdir. Leyla isə çatdırmadığı təqdirdə getməyini və sonra harada olsa gəlib pulu götürəcəyini bildirmişdir. Bundan sonra o, həmin günü təxminən saat 12:15 radələrində övladını məktəbdən götürməyə getmiş və həmin vaxt Leyla məktəbə gələrək orada ondan 20000 ABŞ dollarını götürmüşdür. Bundan sonra Leylanın həmin pulu kimə verdiyindən və ya nə etdiyindən xəbəri olmamışdır (cild 01, iş vərəqə 61-65; cild 02, iş vərəqə 192-194). Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri ilə yanaşı Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, cinayət işinin materiallarında olan istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını və digər sənədləri də sübut növləri kimi qəbul edir. İstintaq zamanı Təqsirləndirilən şəxs ilə şahid Şahid5 arasında keçirilmiş üzləşdirmə istintaq hərəkəti zamanı Şahid5 ifadəsində göstərdiyi xüsusatları bir daha Təqsirləndirilən şəxs üzünə qarşı deyərək təsdiq etmişdir (cild 2, iş vərəqə 202-208). “Azercell” x1 alınmış 23.05.2019-cu il tarixli 14326 saylı məktubla götürülmüş 01 ədəd CD diskə keçirlmiş baxış protokolundan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı və ***-***-**-** saylı nömrələrlə Zərərçəkmiş şəxs2 istifadəsində olan ***-***-**-** saylı nömrə arasında 29 avqust 2018-ci il və 06 mart 2019cu il tarixlərində danışıqlar aparılmışdır (cild 02, iş vərəqə 39-40, 118-119, 239) Cinayət işinin materiallarından görünür ki, Zərərçəkmiş şəxs3 vurulmuş ziyandan 6000 manat, Zərərçəkmiş şəxs2 vurulmuş ziyandan 2000 manat ibtidai istintaq zamanı onlara ödənilmişdir (cild 2, iş vərəqə 137, 259). Zərərçəkmiş şəxs1 məhkəməyə təqdim etdiyi notarial qaydada təsdiq olunmuş ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş maddi ziyan tam ödənilmişdir, onun təqsirləndirilən şəxsə qarşı heç bir tələb və şikayəti yoxdur. Azərbaycan Respublikasının cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Həmin əməl qəsdən törədilmişdir, başa çatmış cinayətdir, təsnifata görə ağır cinayətdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Beləliklə, məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsinin sanksiyasının aşağı həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cəza təyin edərkən məhkəmə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.14-cü maddəsinə əsasən zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs2 dəymiş ziyanın qismən ödənilməsini, Zərərçəkmiş şəxs1 dəymiş ziyanın tam ödənilməsini, Zərərçəkmiş şəxs1 ona qarşı heç bir şikayət və tələbinin olmamasını, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs özünü təqsirli bilərək səmimi peşman olmasını, əvvəllər məhkum olunmamasını onun cəzasını yüngülləşdirən hallar qismində nəzərə alır. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 5-ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158-ci maddəsində də birbaşa göstərilir ki, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan hesablanmalıdır. Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apelyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilməlidir (maddə 158.6). Göstərilənlərə əsasən, məhkəmə belə nəticəyə gəlir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın başlanğıcı 15 may 2019-cu il tarixdən hesablanmalıdır. Belə ki, cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 15 may 2019-cu il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 17 may 2019-cu il tarixli qərarı ilə onun barəsində əvvəli 15 may 2019-cu il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir (cild 1, iş vərəqə 123, 140-142, 162- 163). Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.0.1-ci maddəsinə əsasən, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilmədi. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.6-cı maddəsinə əsasən maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı və ya maraqlı təşkilatların və şəxslərin vəsatəti olduqda onlara verilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 135.1-ci maddəsinə əsasən, cinayət təqibi üzrə əhəmiyyət kəsb edə bilən məlumatları hərf, rəqəm, qrafika və digər işarə formasında özündə əks etdirən elektron və digər daşıyıcılar sənəd hesab olunur. Göstərilənlərə əsasən, məhkəmə belə nəticəyə gəlir ki, cinayət işi üzrə maddi sübutlar - Zərərçəkmiş şəxs2 ilə Təqsirləndirilən şəxs və Şahid5 ilə Təqsirləndirilən şəxs arasında aparılmış “WhatsApp” yazışmaları və bir ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalı, Zərərçəkmiş şəxs1 məxsus sənədlərin onun özünə qaytarılması nəzərə alınmalıdır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25.06.2003-cü il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30.03.2006-cı il tarixli, “Dələduzluq cinayətlərinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 11.06.2015-ci il tarixli 7 saylı qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. İş üzrə mülki iddia yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-354, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin, ona 5 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 15 may 2019-cu il tarixdən hesablansın. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübutlar: - Zərərçəkmiş şəxs2 ilə Təqsirləndirilən şəxs və Şahid5 ilə Təqsirləndirilən şəxs arasında aparılmış “WhatsApp” yazışmaları və bir ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın; - Zərərçəkmiş şəxs1 məxsus sənədlərin onun özünə qaytarılması nəzərə alınsın. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən, apelyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar