Məhkəmə qərarları › İş №1(101)-211/2021

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-211/2021

05.04.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-211/2021 05.04.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Əli İrfan oğlunun sədrliyi, hakimlər Qəribov Fikrət Atlıxan oğlu və Hüseynov Telman Qulaməli oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X7, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, müdafiəçilər - Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 və “Yusif Allahverdiyev və partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi3, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 iştirakları ilə, xx xxxxxx 1986-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, həbs olunanadək fərdi əməklə məşğul olmuş, əvvəllər məhkum olunmayan, Bakı şəhəri, Yasamal rayonu, Ə.Hüseynzadə küçəsi, məhəllə 405, ev 64, mənzil 8-də qeydiyyatda olan, həbs olunanadək həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə, xx xxx 1984-cü ildə Füzuli rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, həbs olunanadək fərdi əməklə məşğul olmuş, əvvəllər məhkum olunmayan, Füzuli rayonu, Horadiz şəhəri, Sovet küçəsi, ev 3-də qeydiyyatda olan, həbs olunanadək faktiki olaraq Bakı şəhəri, Yasamal rayonu, Ə.Əbilov küçəsi, ev 61, mənzil 27-də yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3, 177.2.4 və 234.4.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İttiham aktından görünür ki, Təqsirləndirilən şəxs1 təqsirləndirilir ondan ötrü ki, o, yaşayış sahəsinə qanunsuz daxil olmalqa özgənin əmlakını gizli olaraq talamaq məqsədilə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla oğurluq cinayətini törətmişdir. İttiham aktından, həmçinin görünür ki, Təqsirləndirilən şəxs2 təqsirləndirilir ondan ötrü ki, o, yaşayış sahəsinə qanunsuz daxil olmalqa özgənin əmlakını gizli olaraq talamaq məqsədilə tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla oğurluq cinayətini törətmiş, bundan başqa, o, qanunsuz olaraq satış məqsədilə külli miqdarda narkotik vasitə və psixotrop maddəni əldə edib daşımaqla saxlamışdır. İbtidai istintaq orqanının Təqsirləndirilən şəxs1 ilə bağlı gəldiyi nəticəyə görə, o, özgənin əmlakını gizli şəkildə talamaq məqsədilə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək xx xxxx 2020-ci il tarixdə saat 07:00 radələrində Zərərçəkmiş şəxs kirayədə yaşadığı Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Salyan şossesi-Lökbatan yolunda yerləşən ünvan 1 D, giriş 1, mənzil 51 ünvanının giriş qapısının kilidini Təqsirləndirilən şəxs2 özü ilə gətirdiyi vint açanla sındırıb açdıqdan sonra birlikdə yaşayış sahəsi hesab edilən mənzilə qanunsuz daxil olaraq mənzilin yataq otağında olan şüşəli şkafın gözündən içərisində olan 5.000 (beş min) manat və Azərbaycan Respublikası Mərkəzi Bankının xx xxxx 2020-ci il tarixə rəsmi valyuta məzənnəsinə əsasən 1.190 (min yüz doxsan) manata nisbətdə 700 (yeddi yüz) ABŞ dolları olan 1 (bir) ədəd 15 (on beş) manat dəyərində tünd şabalıdı rəngli pulqabını, həmin otaqda olan kreslonun yanından 1 (bir) ədəd 120 (yüz iyirmi) manat dəyərində “Trussardi” markalı, 1 (bir) ədəd 204 (iki yz dörd) manat dəyərində “Tom Ford” markalı və 1 (bir) ədəd 400 (dörd yüz) manat dəyərində “Erba Pura” markalı ətirləri, həmin otaqda televizorun altında olan şkafın gözündən 1 (bir) ədəd 71 (yetmiş bir) manat dəyərində gümüşü rəngli qolbağı, mənzilin mətbəxində masanın üzərində olan 1 (bir) ədəd 800 (səkkiz yüz) manat dəyərində “Samsung S 8” markalı mobil telefonu, 1 (bir) ədəd 30 (otuz) manat dəyərində ***-***-**-** nömrə kartını, birinin qiyməti 15 (on beş) manat olmaqla, 2 (iki) ədədinin ümumi dəyəri 30 (otuz) manat olan “Samsung” markalı adaptorları, dəhlizdə olan paltar şkafından 1 (bir) ədəd 78 (yetmiş səkkiz) manat dəyərində ağ rəngli qadın koftasını gizli şəkildə talayıb Zərərçəkmiş şəxs xeyli miqdarda, yəni ümumilikdə 7938 (yeddi min doqquz yüz otuz səkkiz) manat məbləğində maddi ziyan vurmaqla oğurluq cinayətini törətmişdir. İbtidai istintaq orqanının Təqsirləndirilən şəxs2 ilə bağlı gəldiyi nəticəyə görə, o, özgənin əmlakını gizli olaraq talamaq məqsədilə tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək xx xxxx 2020-ci il tarixdə saat 07:00 radələrində Zərərçəkmiş şəxs kirayədə yaşadığı Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Salyan şossesi-Lökbatan yolunda yerləşən ünvan 1 D, giriş 1, mənzil 51 ünvanının giriş qapısının kilidini özü ilə gətirdiyi vint açanla sındırıb açdıqdan sonra Təqsirləndirilən şəxs1la yaşayış sahəsi hesab edilən mənzilə qanunsuz daxil olaraq mənzilin yataq otağında olan şüşəli şkafın gözündən içərisində olan 5.000 (beş min) manat və Azərbaycan Respublikası Mərkəzi Bankının xx xxxx 2020-ci il tarixə rəsmi valyuta məzənnəsinə əsasən 1.190 (min yüz doxsan) manata nisbətdə 700 (yeddi yüz) ABŞ dolları olan 1 (bir) ədəd 15 (on beş) manat dəyərində tünd şabalıdı rəngli pulqabını, həmin otaqda olan kreslonun yanından 1 (bir) ədəd 120 (yüz iyirmi) manat dəyərində “Trussardi” markalı, 1 (bir) ədəd 204 (iki yz dörd) manat dəyərində “Tom Ford” markalı və 1 (bir) ədəd 400 (dörd yüz) manat dəyərində “Erba Pura” markalı ətirləri, həmin otaqda televizorun altında olan şkafın gözündən 1 (bir) ədəd 71 (yetmiş bir) manat dəyərində gümüşü rəngli qolbağı, mənzilin mətbəxində masanın üzərində olan 1 (bir) ədəd 800 (səkkiz yüz) manat dəyərində “Samsung S 8” markalı mobil telefonu, 1 (bir) ədəd 30 (otuz) manat dəyərində ***-***-**-** nömrə kartını, birinin qiyməti 15 (on beş) manat olmaqla, 2 (iki) ədədinin ümumi dəyəri 30 (otuz) manat olan “Samsung” markalı adaptorları, dəhlizdə olan paltar şkafından 1 (bir) ədəd 78 (yetmiş səkkiz) manat dəyərində ağ rəngli qadın koftasını gizli şəkildə talayıb Zərərçəkmiş şəxs xeyli miqdarda, yəni ümumilikdə 7938 (yeddi min doqquz yüz otuz səkkiz) manat məbləğində maddi ziyan vurmaqla oğurluq cinayətini törətmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs2 xx xxxx 2020-ci il tarixdə, saat 14:25 radələrində istintaqa “Zəfər” adlı şəxs kimi məlum olan mənbədən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda 3 (üç) ədəd sellofan bükümdə qablaşdırılmış, ayrıayrılıqda təmiz çəkiləri 9,691 qram, 0,903 qram və 9,479 qram, ümumi təmiz çəkisi 20,073 qram olan kimyəvi komponent tərkibinə görə eynilik təşkil edən qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroini, külli miqdarda 2 (iki) ədəd bükümdə, ayrıayrılıqda təmiz çəkiləri 0,129 qram və 12,774 qram, ümumi təmiz çəkisi 12,903 qram kimyəvi komponent tərkibinə görə eynilik təşkil edən ağ rəngli kristal formada kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini əldə edərək idarə etdiyi “Naz Lifan” markalı **-BD-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa sol oturacağın başaltının arxasında satış məqsədi ilə saxlamaqla daşımış, xx xxxx 2020-ci il tarixdə, saat 23:00 radələrində Qaradağ RPİ-nin 10-cu Polis bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri zamanı Təqsirləndirilən şəxs2 idarə etdiyi “Naz Lifan” markalı **-BD-*** dövlət qeydiyyat nişanlı avtomobillə birlikdə yaşadığı Bakı şəhəri, Yasamal rayonu, Ə.Əbilov küçəsi, 61 saylı binanın qarşısında şübhəli şəxs qismində saxlanılaraq Qaradağ RPİ-nin inzibati binasına gətirilmiş, orada dəvət edilmiş müdafiəçinin iştirakı ilə onun üzərinə video çəkiliş vasitəsilə baxış keçirildikdən sonra xx xxxx 2020-ci il tarixdə, saat 02:20-də onun idarə etdiyi “Naz Lifan” markalı **-BD-*** dövlət qeydiyyat nişanlı avtomobilə video çəkiliş vasitəsilə baxış keçirilən zaman həmin avtomobilin arxa oturacağın başaltının arxasından 1 (bir) ədəd tünd şabalıdı rəngli pulqabının içərisində külli miqdarda 3 (üç) ədəd sellofan bükümdə qablaşdırılmış, ayrı-ayrılıqda təmiz çəkiləri 9,691 qram, 0,903 qram və 9,479 qram, ümumi təmiz çəkisi 20,073 qram olan kimyəvi komponent tərkibinə görə eynilik təşkil edən qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin, külli miqdarda 2 (iki) ədəd bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri 0,129 qram və 12,774 qram, ümumi təmiz çəkisi 12,903 qram kimyəvi komponent tərkibinə görə eynilik təşkil edən ağ rəngli kristal formada maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, 2013cü ildə Maştağa qəsəbəsində xəstəxanada müalicə alarkən Emil Qasımovla tanış olmuşdur. Həmin vaxt Emil Qasımov ağır yataq xəstəsi olmuş və yerimə qabiliyyətini itirmişdir. xx xxxx 2020-ci il tarixdə, təxminən saat 15:00 radələrində Zərərçəkmiş şəxs ona zəng edərək oğlu Emilin səhhətinin pis olduğunu, sonuncunu həkimə aparmaqda köməklik etmək üçün təcili yaşadıqları evə gəlməsini ondan xahiş etmişdir. O da taksi çağıraraq Emilgilin yaşadığı Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan yolu 24, ev 24 D, 51 saylı mənzilə getmişdir. Həmin vaxt Zərərçəkmiş şəxs və Emil Qasımov evdə olmuşlar və Emilin halı cox pis olmuşdur. Ondan təxminən 20 dəqiqə sonra Lalənin qızı Nigar Qasımova həmin evə gəlmişdir. Sonra isə təcili tibbi yardım stansiyasından iki həkim gəlmişdir. Sonra o, həkimlərlə birlikdə köməkləşib Emili 10-cu mərtəbədən liftlə aşağı düşürdərək təcili tibbi yardım maşınına mindirmişdir. X14 Məmmədova həkimlər olan avtomobil ilə Sabunçu rayonunda fəaliyyət göstərən 3 saylı Şəhər Kliniki Xəstəxanasına getmişlər. O isə Nigar Qasımovanın idarə etdiyi avtomobil ilə Emilgilin arxasınca getmişdir. O, yolda olarkən onun iştirakına xəstəxanada artıq ehtiyac olmayacağını düşünmüş və bu səbəbdən də yarı yolda, yəni “Leyla Şıxlinskaya” adına Klinikanın yanında Nigar Qasımovanın avtomobilindən düşmüşdür. O, Emilgildə olarkən Zərərçəkmiş şəxs həkimlərə pul vermək üçün pulqabıdan pul götürmüş və qalan pulu pulqabına qoyaraq həmin pulqabını mənzildə yerləşən şkafın gözünə qoymuşdur. Həmin vaxt o, pulqabının içərisində çoxsaylı milli pul əskinaslarının və ABŞ dollarının olduğunu görmüşdür. Sonra o, həmin gün axşam vaxtı tanışı Təqsirləndirilən şəxs2lə yaşadığı məhəllədə görüşmüş və sonuncuya Emilgilin evində çoxlu məbləğdə pulun olduğunu bildirmişdir. O, bunu Müşviqə dedikdən sonra onlar birlikdə Zərərçəkmiş şəxs yaşadığı mənzildən oğurluq etmək qərarına gəlmişlər. Növbəti gün səhər saat 07:00 radələrində o, Təqsirləndirilən şəxs2lə birlikdə sonuncunun idarə etdiyi ağ rəngli “Naz Lifan” markalı avtomobil ilə ünvan 2 ünvanına getmişdir. Onlar həmin ünvana çatdıqdan sonra Müşfiq Babayev evin həyətində avtomobili saxlamış və avtomobildən dəmir aləti götürmüşdür. Sonra onlar birlikdə liftə minərək evin 10-cu mərtəbəsinə qalxmışlar və həmin mərtəbədə yerləşən 51 nömrəli mənzilin dəmir qapısına yaxınlaşıb qapının yanında dayanaraq dəhlizdə gözləmişlər. Orada heç kimin olmamasından əmin olduqdan sonra Müşfiq Babayev özü ilə gətirdiyi dəmir alətlə qapını qırmış və bundan sonra onlar sakitcə içəri daxil olmuşlar. Mənzilə birinci o, daxil olmuşdur. Onun arxasınca isə Müşviq daxil olmuşdur. Mənzilə daxil olduqdan sonra onlar birlikdə mənzilin yataq otağına keçmişlər və o, orada yerləşən şkafın gözündən Zərərçəkmiş şəxs məxsus pulqabını götürmüşdür. Müşviq isə həmin otaqda olan kreslonun yanından 1 (bir) ədəd “Tom Ford” markalı, 1 (bir) ədəd “Trussardı” markalı, 1 (bir) ədəd “Erba Pura” markalı ətirləri, televizorun altındakı şkafın gözündən isə 1 (bir) ədəd gümüşü rəngli kişi qolbağını götürmüşdür. Sonra onlar mənzildən götürdükləri pulqabını və digər əşyaları özləri ilə gətirdiyi sellofan torbaya yığmışlar. Daha sonra onlar mənzilin mətbəxinə keçmişlər və orada olan masanın üstündən 1 (bir) ədəd “Samsung S8” markalı mobil telefonu, 2 (iki) ədəd həmin telefona məxsus adaptorları götürmüşlər. Bundan sonra onlar dəhlizdəki şkafı açmışlar və şkafda olan 1 (bir) ədəd ağ rəngli qadın koftasını götürərək mənzili tərk etmişlər. Onlar mənzili tərk etdikdən sonra birbaşa yaşadığı ünvana getmişlər. Müşviq onu yaşadığı ünvana gətirdikdən sonra onlar evin həyətində avtomobildə oturub birlikdə pulqabında olan pulları saymışlar. Pulqabında ümumilikdə 5000 (beş min) manat və 700 (yeddi yüz) ABŞ dolları məbləğində nəğd pul olmuşdur. Onlar həmin pulları bərabər şəkildə öz aralarında bölmüşlər. Sonra Müşviq ətirlərin hamısını satacağını və bundan sonra əldə edilmiş əlavə gəliri onunla böləcəyini demişdir. Həmin vaxt Təqsirləndirilən şəxs2 onların birlikdə törətmiş olduqları cinayətin izini itirmək məqsədi ilə mənzildən oğurladıqları telefonu və Zərərçəkmiş şəxs koftasını yolda atacağını ona demişdir. Bundan bir neçə gün sonra polislər onları tutmuşlar. Təqsirləndirilən şəxs ifadəsində, həmçinin uzun müddət psixi xəstəlikdən əziyyət çəkdiyini, qeyd edilən oğurluq cinayətini məhz həmin xəstəlik səbəbindən törətdiyini, törətdiyi əməldən çox peşman olduğunu, onların zərərçəkmiş şəxsə vurduqları ziyanın tam şəkildə onun anası tərəfindən zərərçəkmiş şəxsə ödənildiyini, zərərçəkmiş şəxsin onunla və digər təqsirləndirilən şəxslə barışdığını və zərərçəkmiş şəxsin onlara qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs1 qeyd etdiklərinin nəzərə alınmasını və barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona elan olunmuş ittiham üzrə özünü qismən, yəni Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri üzrə təqsirli bilərək və Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, o, Zərərçəkmiş şəxs və sonuncunun oğlu Emili oğurluq hadisəsinə qədər tanımamışdır. O, həbs olunanadək taksi fəaliyyəti ilə məşğul olmuşdur. O, Təqsirləndirilən şəxs1 taksi fəaliyyəti ilə məşğul olduğu zaman tanımışdır. Onun Vahidlə dostluq münasibəti olmuş və hərdən onlar görüşüb-söhbətləşmişlər. xx xxxx 2020-ci ildə Vahid ona zəng edərək tanışı Emilin vəziyyətinin pis olduğunu və sonuncunu xəstəxanaya aparmaq lazım olduğunu, eləcə də özünün Emilin yaşadığı ünvanda, yəni Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən mənzildə olduğunu bildirmişdir. Vahid bunu ona dedikdən sonra ondan Lökbatan qəsəbəsinə gəlməsini və Emilin yaşadığı mənzildən özünü götürməsini istəmişdir. O da razılaşaraq Vahidin dediyi ünvana getmiş və həyətdə Vahidi gözləməyə başlamışdır. Həmin vaxt Emilgilin yaşadığı həyətə təcili tibbi yardım maşını gəlmişdir. Sonra Vahid ona zəng edərək həyətə düşdüyünü demişdir. Bir neçə dəqiqədən sonra Lalə, Emil, Vahid və həkimlər aşağı düşmüşlər. Lalə oğlu Emillə birlikdə təcili tibbi yardım maşınına minmişdir. Həmin vaxt Vahid ona Emilin bacısının sürdüyü maşınla gedəcəyini və yarı yolda maşından düşəcəyini bildirmişdir. Vahid bunu dedikdən sonra ondan Emilin bacısının sürdüyü maşının arxasınca gəlməsini və Vahid yarı yolda düşdükdən sonra yoldan götürməsini xahiş etmişdir. O da Vahidlə razılaşaraq Emilin bacısının sürdüyü maşının arxasınca sürmüşdür. O, “Azneft” dairəsinə qədər getmişdir. Orada Vahid oturduğu maşından düşərək onun maşınına minmişdir. Sonra o, Vahidi yaşadığı evə aparmışdır. Vahid ona yolda Emilgilin evindən oğurluq etməyi təklif etmişdir. O, əvvəlcə Vahidlə razılaşmamış və sonuncunun təklifinə etiraz etmişdir. Lakin Vahid ona bir neçə dəfə təkidlə Emilgilin evindən oğurluq etməyi təklif etmişdir. Axırda o, Vahidin təkidindən sonra sonuncu ilə razılaşmışdır. Gecə saat 01:00 radələrində Vahid ona zəng edərək səhər tezdən arxasınca yaşadığı həyətə gəlməsini və birlikdə Emilgilin mənzilinə gedəcəklərini bildirmişdir. O da Vahidlə razılaşaraq səhər tezdən sonuncunun axrasınca gələcəyini bildirmişdir. Səhər saat 06:00 radələrində o, Vahidin yaşadığı evin həyətinə getmiş və Vahidi götürmüşdür. Sonra onlar birlikdə Emilin Lökbatan qəsəbəsində yaşadığı mənzilə getmişlər. Onlar Emilin yaşadığı evin həyətində birlikdə Emilin yaşadığı mənzildən oğurluq etməyi qərarlaşdırmışlar. Onun sürdüyü maşının qapısı nasaz olduğundan o, maşının qapısını açmaq üçün üzərində vintaçan (otvyorka) gəzdirmişdir. Onlar Emilin yaşadığı mənzilə qalxarkən həmin vintaçan onun cibində olmuşdur. Sonra onlar binanın 10-cu mərtəbəsinə qalxmışlar. Onlar blokda adamların olmadığından əmin olduqdan sonra o, vintaçan ilə mənzilin qapısını açmış və onlar mənzilə daxil olmuşlar. Onlar mənzildən əl çantası və pulqabı götürmüşlər. Əl çantasının içərisində 1 (bir) ədəd ətir və 1 (bir) ədəd gümüş qolbağı olmuşdur. Pulqabının içərisində isə pul olmamışdır. Onların Emilgilin mənzilində qalmaqları cəmi bir neçə dəqiqə çəkmişdir. Mənzildə pul olmadığından o, pul oğurlamamışlar. Onlar mənzildən çıxdıqdan sonra o, Vahidi Yasamal rayonunda yaşadığı evə aparmışdır. Emilin yaşadığı mənzildən götürdükləri gümüş qolbağı və ətir onda qalmışdır. Vahiddə isə heç bir əşya qalmamışdır. Onlar Emilgilin mənzilindən 5.000 (beş min) manat və 700 (yeddi yüz) ABŞ dolları məbləğində pul götürməmişlər. Pulqabının içərisində pul olmamışdır. Onun maşınından çıxan narkotik vasitə heroin və psixotrop maddə metamfetamin ona məxsus olmamışdır. Həmin narkotik vasitələri oğurluq hadisəsi baş verdikdən sonra Vahid ona saxlamaq üçün vermişdir. O, özü narkotik vasitədən istifadə etmişdir. Vahidin ona saxlamaq üçün verdiyi narkotik vasitədən həmin gün o və Vahid birlikdə istifadə etmişlər. O, heroini iyləmək, Vahid isə inyeksiya yolu ilə istifadə etmişdir. Həmin maddə və vasitələr Vahidə məxsus olmuşdur. Vahid həmin əşyaları ona saxlamaq üçün vermişdir. Onun həmin narkotik vasitə olan heroinlə və metamfetaminlə heç bir əlaqəsi olmamışdır. Təqsirləndirilən şəxs ifadəsində, həmçinin zərərçəkmiş şəxsə vurulmuş ziyanın tamamilə ödənildiyini, nəticədə zərərçəkmiş şəxsin onunla və digər təqsirləndirilən şəxslə barışdığını, zərərçəkmiş şəxsin onlara qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs2 qeyd etdiklərinin nəzərə alınmasını, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri üzrə ona yüngül cəza təyin edilməsini, Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi üzrə isə ona bəraət verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqında araşdırılmış mötəbər və obyektiv sübutlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələrində, Təqsirləndirilən şəxs2 tərəfindən isə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3, 177.2.4 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsi tam şəkildə sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs1 tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsi onun etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin ifadəsi və cinayət işinin materiallarında olan çoxsaylı mötəbər sübutlar əsasında tam şəkildə öz təsdiqini tapmışdır. Məhkəmə Təqsirləndirilən şəxs2 zərərçəkmiş şəxsin kirayədə yaşadığı mənzildən 5.000 (beş min) manat və 700 (yeddi yüz) ABŞ dolları məbləğində pul oğurlamadıqları və Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməməsi ilə bağlı hissədə məhkəmə istintaqında verdiyi ifadəsini cinayət işinin materiallarına uyğun olmayan, özünü müdafiə məqsədilə uydurulmuş, qeyri-səmimi və işin faktiki halları ilə təkzib edilən ifadə kimi qiymətləndirir və qeyd edilən hissədə təqsirləndirilən şəxsin məhkəmə istintaqında verdiyi ifadəsini mötəbər sübut hesab etmir. Məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs2 məhkəmə istintaqında belə məzmunda ifadə verməklə özünün qanunsuz hərəkətlərinə haqq qazandırmaq, habelə cinayət məsuliyyətini yüngülləşdirmək məqsədi güdmüşdür. Belə ki, məhkəmə istintaqında elan olunub tədqiq edilmiş Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı dəfələrlə verdiyi ifadələrindən görünür ki, o, törətdiyi cinayət əməllərini etiraf edərək cinayətin törədilmə yerini, vaxtını, səbəbini, üsulunu və nəticəsini ətraflı şəkildə göstərmişdir. Təqsirləndirilən şəxsin qeyd edilənlərlə bağlı ibtidai istintaq zamanı verdiyi ifadələri cinayət işinin həqiqi hallarına və materiallarına uyğun olduğundan, o cümlədən obyektiv həqiqəti əks etdirdiyindən onun məhz ibtidai istintaq zamanı verdiyi ifadələri mötəbər sübut kimi qəbul edilməli və qiymətləndirilməlidir. Beləliklə də Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı verdiyi ifadəsini, zərərçəkmiş şəxsin və şahid ifadələrini, məhkəmə istintaqında elan olunmuş şahid ifadəsini, habelə digər istintaq hərəkətlərinin protokollarını, ekspertiza rəylərini, cinayət işi üzrə toplanmış və məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutları məcmu halda və ayrı-ayrılıqda obyektiv qiymətləndirərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 həqiqətən də Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3, 177.2.4 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətmişdir. Belə ki, məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, onların kirayədə yaşadığı Bakı şəhər, Qaradağ rayonu, Lökbatan yolu 24, ev 24D, 51 saylı mənzil onun yaxın dostu Şahin Verdiyevə məxsus olmuşdur. xx xxxxxx 2020-ci il tarixdə yalnız kommunal xərclər ödənilmək şərti ilə, yəni təmannasız şəkildə Şahin Verdiyev həmin mənzili onlara kirayəyə vermişdir. Həmin vaxtdan etibarən o, xəstə oğlu Emillə birlikdə həmin mənzildə yaşamağa başlamışdır. X15 böyrək çatışmamazlığından əziyyət çəkdiyindən və hər iki ayağı şiş olduğundan sərbəst yerimə qabiliyyətini itirmişdir. Bu səbəbdən də o, günlərlə Emillə birlikdə xəstəxanada qalmışdır. xx xxxx 2020-ci il tarixdə oğlu Emilin halı pisləşdiyindən o, oğlunun dostu olan Təqsirləndirilən şəxs1 zəng edərək sonuncudan yaşadıqları evə gəlməsini xahiş etmişdir. Onun Vahidi çağırmaqda məqsədi Vahidlə birlikdə oğlu Emili təcili yardım maşınına mindirməkdə kömək etməsindən ibarət olmuşdur. Təqsirləndirilən şəxs1 gəldikdən bir qədər sonra onun qızı Nigar Qasımova da onların yaşadığı evə gəlmişdir. Bir qədər sonra isə evə təcili tibbi yardımın həkimləri gəlmişlər. Sonra həkimlər təcili tibbi yardımın maşını ilə X5 aparmışlar.. O da oğlu ilə birlikdə həmin xəstəxanaya getmiş və həmin gecəni oğlu ilə birlikdə xəstəxanada keçirmişdir. Həmin vaxt mənzildə heç kim olmamışdır. xx xxxx 2020-ci il tarixdə günorta saatlarında o, evə qayıtmışdır. O, mənzilə daxil olduqda qapının sındırıldığını görmüşdür. O, mənzilin yataq otağına keçdikdə orada olan servant şkafının gözündə oğlunun müalicəsi ilə əlaqədar qoyduğu 5000 (beş min) manat və 700 (yeddi yüz) ABŞ dolları məbləğində pulun, eləcə də həmin otaqda kreslonun yanında onun oğlu Emil üçün aldığı dəyəri 204 manat olan “Tom Ford” markalı və dəyəri 120 manat olan “Trussardı” markalı ətirlərin, həmçinin özünə məxsus dəyəri 400 manat olan “Erba Pura” markalı ətirin, həmin otaqda televizor altının gözündə olan və onun tərəfindən oğlu Emil üçün alınmış, dəyəri 110 manat olan 1 (bir) ədəd kişi qolbağının, mətbəxdə olan masanın üstündə onun tərəfindən oğlu Emil üçün alınmış, dəyəri 800 manat 1 (bir) ədəd “Samsung S8” markalı mobil telefonun, dəyəri 30 manat olan 2 (iki) ədəd adaptorun və dəhlizdəki şkafdan 1 (bir) ədəd ağ rəngli ona məxsus koftanın oğurlandığını görmüşdür. Daha sonra o, ev sahibi olan Şahin Verdiyevə zəng edib evdə oğurluq olduğunu demiş və sonuncudan baş vermiş hadisə barədə polisə məlumat verməsini xahiş etmişdir. Sonra mənzilə Şahin Verdiyev və Qaradağ rayon Polis İdarəsinin əməkdaşları gəlmişlər. Bundan sonra onun kirayədə yaşadığı evdən oğurluq edən şəxslərin Təqsirləndirilən şəxs1 və sonuncunun tanışı Təqsirləndirilən şəxs2 olması ona məlum olmuşdur. Zərərçəkmiş şəxs ifadəsində, həmçinin göstərmişdir ki, oğurluq cinayəti nəticəsində ona vurulmuş maddi ziyan Təqsirləndirilən şəxs1 anası tərəfindən tam şəkildə ödənilmiş, o, təqsirləndirilən şəxslərlə ayrı-ayrılıqda barışmış, onun təqsirləndirilən şəxslərə qarşı heç bir şikayət və tələbi yoxdur. Zərərçəkmiş şəxs ifadəsində qeyd etdiklərinin nəzərə alınmasını və təqsirləndirilən şəxslərə yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, xx xxxx 2020-ci il tarixdə gecə saatlarında Təqsirləndirilən şəxs2 məxsus “Naz Lifan” markalı avtomobilə 10-cu Polis bölməsinin sahə müvəkkili Şahid1 və Təqsirləndirilən şəxs2 hüquqlarını müdafiə etmək məqsədi ilə dəvət edilmiş vəkilin iştirakı ilə videoçəkiliş vasitəsi ilə baxış keçirilmişdir. O da “Naz Lifan” markalı avtomobilə keçirilən baxışda iştirak etmişdir. Baxış başlanmazdan əvvəl Təqsirləndirilən şəxs2 avtomobildə qanunla qadağan olunmuş hər hansı əşyanın olduğu təqdirdə könüllü olaraq təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs2 da öz avtomobilində qanunla qadağan edilmiş heç bir əşyanın olmadığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs2 iştirakı ilə sonuncuya məxsus avtomobilə baxış keçirilməsinə başlanılmışdır. Baxış zamanı avtomobilin arxa oturacağının baş altının arxa hissəsindən 1 (bir) ədəd pulqabı aşkar olunmuşdur. Həmin pulqabı açlıdıqda içərisində 3 (üç) ədəd sellofan bağlamalar olmuşdur. Həmin bağlamalarda 1 (bir) ədəd sellofan bağlamada ağ rəngli kristal halında, 1 (bir) ədəd bükümdə siqaretin gümüşü kağızının içərisində isə ağ kristal halında olan naməlum maddə, 2 (iki) ədəd konvalyutda, konvalyutlardan birinin tamlığı pozulmamış vəziyyətdə içərisində 14 (on dörd) kapsula, digər 14 (on dörd) gözdən ibarət konvalyutda isə cəmi 3 (üç) ədəd kapsula olmaqla, ümumilikdə 17 (on yeddi) ədəd kapsula olan dərman preparatı aşkar olunmuşdur. Bunlardan başqa, həmin pulqabının içərisindən 1 (bir) ədəd “Samsung” markalı mobil telefon, 1 (bir) ədəd bank kartı da aşkar edilmişdir. Qeyd edilən əşyalardan başqa avtomobilidən qadağan edilmiş heç bir şey aşkar olunmamışdır. Aşkar olunmuş maddələr və dərman preparatları zərfə qoyularaq qablaşdırılmış və möhürlənmişdir. Bununla bağlı protokol tərtib olunmuş və həmin protokol bütün iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 oxşar məzmunlu ifadə verməklə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. Şahid3 məhkəmə istintaqında elan edilib araşdırılmış ifadəsindən görünür ki, o, Qaradağ RPİ-nin 10-cu Polis bölməsinin cinayət axtarış üzrə kiçik inspektoru vəzifəsində işləyir. xx xxxx 2020-ci il tarixdə, gecə saat 00:15 radələrində şəxsiyyəti ona sonradan məlum olan Təqsirləndirilən şəxs2 üzərində videoçəkiliş vasitəsilə baxış keçirilərkən o, həmin baxışda 10 saylı Vəkil Bürosunun vəkili Eldar Nəcəfovla birlikdə iştirak etmişdir. Təqsirləndirilən şəxs2 təklif edilmişdir ki, üzərində qanunla qadağan edilmiş hər hansı bir əşya varsa könüllü olaraq həmin əşyaları təqdim etsin. Təqsirləndirilən şəxs2 isə üzərində qanunla qadağan edilmiş heç bir predmetin olmadığını bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs2 əynində olan açıq göy rəngli cins parçadan olan cins şalvarın arxa sağ cibindən 1 (bir) ədəd pulqabını, həmin şalvarın sol yan cibindən isə 2 (iki) ədəd “Hoffmann” və 1 (bir) ədəd “Nokia” markalı mobil telefonu, sağ yan cibindən 1 (bir) ədəd qara rəngli alışqanı, həmin cibindən 3 (üç) ədəd 50 manatlıq, 15 (on beş) ədəd 20 manatlıq, 8 (səkkiz) ədəd 10 manatlıq, 6 (altı) ədəd 5 manatlıq, 11 (on bir) ədəd 1 manatlıq pul əskinaslarını, ümumilikdə 571 (beş yüz yetmiş bir) manat pulu, əynində olan açıq göy rəngli cins gödəkçənin sağ yan cibidən qara rəngli qulaqcığı, həmin gödəkçənin sol yan cibindən gümüşü rəngdə üzərində palma şəklində işləmələr olan və qara qaşı olan kişi üzüyünü, həmin gödəkçənin sol yan cibindən bir ədəd gümüşü rəngli kişi qolbağını, bir ədəd gümüşü rəngli qızıl zəncirlərlə olan boyunbağını çıxararaq masanın üzərinə qoymuşdur. Bundan sonra Təqsirləndirilən şəxs2 üzərində axtarış aparılmış, lakin sonuncunun üzərindən qanunla qadağan edilmiş digər əşya aşkar edilməmişdir. Sorğusual zamanı Təqsirləndirilən şəxs2 üzərindən aşkar olunmuş əşyalardan bir ədəd gümüşü rəngli kişi qolbağını Təqsirləndirilən şəxs1 adlı tanışı ilə birlikdə mənzildən oğurladığını, digər əşyaların, eləcə də pul əskinaslarının özünə məxsus olduğunu bildirmişdir. Aşkar edilmiş əşyalarla bağlı baxışın nəticələrinə dair protokol tərtib olunmuş və həmin protokol onunla yanaşı digər iştirakçılar tərəfindən də imzalanaraq təsdiq edilmişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxslərin, zərərçəkmiş şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, elan edilmiş şahid ifadəsini, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxx 2020-ci il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən (cild 1, iş vərəqə 4-9) görünür ki, Zərərçəkmiş şəxs kirayədə yaşadığı Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, ünvan 4 D, mənzil 51 ünvanına baxış keçirilmiş və həmin mənzildə oğurluq hadisəsinin baş verməsi məlum olmuşdur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxx 2020-ci il tarixli protokoldan və ona əlavə edilmiş çıxarışdan (cild 1, iş vərəqə 27-28) görünür ki, Azərbaycan Respublikası Mərkəzi Bankının məlumat portalına əsasən xx xxxx 2020-ci il tarixə 1 (bir) ABŞ dollarının azərbaycan manatına nisbətdə məzənnəsi 1 (bir) manat 70 (yetmiş) qəpik təşkil etmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxx 2020-ci il tarixli şübhəli şəxsin tutulması haqqında qərardan (cild 1, iş vərəqə 67) görünür ki, Təqsirləndirilən şəxs1 şübhəli şəxs qismində tutulması qərara alınmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxx 2020-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan (cild 1, iş vərəqə 77) görünür ki, Təqsirləndirilən şəxs1 həmin gün şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxx 2020-ci il tarixli şübhəli şəxsin tutulması haqqında qərardan (cild 1, iş vərəqə 90) görünür ki, Təqsirləndirilən şəxs2 şübhəli şəxs qismində tutulması qərara alınmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxx 2020-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan (cild 1, iş vərəqə 101) görünür ki, Təqsirləndirilən şəxs2 həmin gün şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxx 2020-ci il tarixli şəxsin üzərinə baxış keçirilməsi haqqında protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən (cild 1, iş vərəqə 109-110) görünür ki, Təqsirləndirilən şəxs2 onun üzərindən aşkar edilmiş 1 (bir) ədəd gümüşü rəngli kişi qolbağını xx xxxx 2020-ci il tarixdə Zərərçəkmiş şəxs kirayədə yaşadığı mənzildən oğurladığını, digər əşyaların və pul əskinaslarının isə özünə məxsus olduğunu bildirmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxx 2020-ci il tarixli şəxsin üzərində baxış keçirilməsi haqqında protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən (cild 1, iş vərəqə 114-121) görünür ki, Təqsirləndirilən şəxs2 idarə etdiyi **- BD-*** dövlət qeydiyyat nişanlı, “Naz Lifan” markalı avtomobilə ətraflı şəkildə baxış keçirilmiş və baxış vaxtı avtomobilin arxa sol oturacağın başaltının arxa tərəfindən 1 (bir) ədəd şabalıdı rəngli üzərində “Giorcio Armani” yazısı olan pulqabı aşkar olunmuşdur. Həmin pulqabı açıldıqda içərisindən 3 (üç) ədəd sellofan bağlamalarda tünd qəhvəyi rəngli, 1 (bir) ədəd sellofan bağlamada ağ rəngli kristal halında, 1 (bir) ədəd bükümdə siqaretin gümüşü kağızının içərisindən isə ağ kristal halında olan naməlum maddə, həmin pulqabının içərisindən 2 (iki) ədəd konvalyutda, konvalyutlardan birinin tamlığı pozulmamış vəziyyətdə içərisində 14 (on dörd) kapsula, digər 14 (on dörd) gözdən ibarət konvalyutda isə cəmi 3 (üç) ədəd kapsula olmaqla, ümumilikdə 17 (on yeddi) kapsula üzərində “Alyse pregabalin 150 mg” yazısı olan dərman preparatı, üzərində nömrə kartı olmayan 1 (bir) ədəd “Samsung” markalı mobil telefon, “xxxx” ASC-yə məxsus 1 (bir) ədəd VİSA kartı aşkar olunmuşdur. Qeyd edilənlədən başqa avtomobildə qanunla qadağan edilmiş heç bir şey aşkar olunmamışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxx 2020-ci il tarixli ifadənin yerində yoxlanılması haqqında protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən (cild 1, iş vərəqə 156-158) görünür ki, Təqsirləndirilən şəxs1 xx xxxx 2020-ci il tarixdə tanışı Təqsirləndirilən şəxs2 ilə birlikdə Zərərçəkmiş şəxs kirayədə yaşadığı mənzildə törətmiş olduqları cinayət əməlinin üsulunu və mexanizmini, gizli şəkildə talanmış əşyaların mənzildə yerləşdikləri yerləri hadisə yerində əyani şəkildə göstərmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxx 2020-ci il tarixli ifadənin yerində yoxlanılması haqqında protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən (cild 1, iş vərəqə 161-164) görünür ki, Təqsirləndirilən şəxs2 xx xxxx 2020-ci il tarixdə tanışı Təqsirləndirilən şəxs1 ilə birlikdə Zərərçəkmiş şəxs kirayədə yaşadığı mənzildə törətmiş olduqları cinayət əməlinin üsulunu və mexanizmini, gizli şəkildə talanmış əşyaların mənzildə yerləşdikləri yerləri hadisə yerində əyani şəkildə göstərmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxx 2020-ci il tarixli Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 6/158 saylı ekspertiza rəyindən (cild 1, iş vərəqə 173-175) görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün № 46” dairəvi möhür əksi olan, adlar və imzalar qeyd edilmiş bir ədəd kağız paketdə qablaşdırılmış üç ədəd bükümdə ayrıayrılıqda təmiz çəkiləri 9,691 qram, 0,903 qram, 9,479 qram, ümumilikdə təmiz çəkisi 20,073 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış heroinlər kimyəvi komponent tərkibinə görə eynidirlər. Digər iki ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,129 qram və 12,774 qram, ümumilikdə təmiz çəkisi 12,903 qram ağ rəngli kristallik formada maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin kimyəvi komponent tərkibinə görə eynidirlər. Metamfetamin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin” siyahısına (Siyahı İ) daxildir. Üzərində “Aylse pregabalin 150 mg” göstəricisi olan iki ədəd konvalyutda, ümumilikdə 17 ədəd kapsuladan 1 ədəd kapsulun tərkibindəki təsiredici maddənin miqdarının 0,150 qram, 17 ədəd kapsulada preqabalin təsir maddəsinin miqdarına görə eynidir və ümumi miqdarı 2,55 qram təşkil edir. Qeyd: heroinin ümumi təmiz çəkisi - 20,073 qram, tədqiqata sərf edilmişdir - 0,12 qram, qalıq - 19,953 qramdır. Metamfetaminin ümumi təmiz çəkisi - 12,903 qram, tədqiqata sərf edilmişdir - 0,12 qram, qalıq 12,783 qramdır. Preqabalin həblərinin sayı - 17 ədəd, tədqiqata sərf edilmişdir - 2 ədəd, qalıq – 15 ədəddir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxx 2020-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan (cild 1, iş vərəqə 188-190) görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3, 177.2.4, 234.4.1, 234.4.3, 235.3.1, 235.4.2 və 240.2.1-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələr üzrə ittiham elan edilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxx 2020-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan (cild 1, iş vərəqə 204-206) görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3, 177.2.4, 234.4.1, 234.4.3, 235.3.1, 235.4.2 və 240.2.1-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələr üzrə ittiham elan edilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxx 2020-ci il tarixli Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 4(002)-33/2020 saylı qərarı üzrə verilmiş çıxarışdan (cild 2, iş vərəqə 7-8) görünür ki, həmin gün Təqsirləndirilən şəxs1 barəsində 4 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli xx xxxx 2020ci il tarixdən hesablanmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxx 2020-ci il tarixli Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 4(002)-32/2020 saylı qərarı üzrə verilmiş çıxarışdan (cild 2, iş vərəqə 9-10) görünür ki, həmin gün Təqsirləndirilən şəxs2 barəsində 4 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli xx xxxx 2020-ci il tarixdən hesablanmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxx 2020-ci il tarixli maddi sübut kimi tanıma haqqında qərardan (cild 2, iş vərəqə 11-12) görünür ki, ekspertiza tədqiqatından sonra qalıq təmiz çəkisi - 19,953 qram olan narkotik vasitə heroin, qalıq təmiz çəkisi - 12,783 qram olan psixotrop maddə metamfetamin, qalıq sayı - 15 ədəd həbdə olan “Preqabalin” dərman vasitəsi, 1 (bir) ədəd tünd şabalıdı rəngdə olan pulqabı maddi sübut kimi tanınmış və saxlanılması üçün Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsinin saxlanc otağına verilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxx 2020-ci il tarixli Azərbaycan Respublikası DİN-in Kriminalistik Tədqiqatlar İdarəsinin cavab məktubundan (cild 2, iş vərəqə 40) görünür ki, Zərərçəkmiş şəxs kirayədə yaşadığı mənzildə baş vermiş oğurluq faktı ilə əlaqədar hadisə yerinin müayinəsi zamanı əl izləri götürülmüş və həmin əl izlərinin 4 (dörd) ədədi müqayisəli təqdiqat nəticəsində Təqsirləndirilən şəxs1 məxsus olması müəyyən edilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxx 2020-ci il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X10 Şəxsin Ambulator X2 dair 1415 saylı rəyindən (cild 2, iş vərəqə 108-109) görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs1 bir neçə narkotik vasitə və digər psixotrop maddələrin qəbulu nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxx 2020-ci il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X10 Şəxsin Ambulator X2 dair 1417 saylı rəyindən (cild 2, iş vərəqə 110-111) görünür ki, Təqsirləndirilən şəxs2 bir neçə narkotik vasitə və digər psixotrop maddələrin qəbulu nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxx 2020-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan (cild 2, iş vərəqə 171-201) görünür ki, Təqsirləndirilən şəxs1 əməllərinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3, 177.2.4, 234.4.1, 234.4.3, 235.3.1, 235.4.2 və 240.2.1-ci maddələrindən həmin Məcəllənin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələrinə, Təqsirləndirilən şəxs2 əməllərinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3, 177.2.4, 234.4.1, 234.4.3, 235.3.1, 235.4.2 və 240.2.1-ci maddələrindən həmin Məcəllənin 177.2.1, 177.2.3, 177.2.4 və 234.4.3-cü maddələrinə tövsif edilməsi, Zərərçəkmiş şəxs dəymiş maddi ziyanın ümumi məbləğinin 7938 (yeddi min doqquz yüz otuz səkkiz) manat təşkil edilməsi, 1 (bir) ədəd 17,93 qram kütləli, 925 əyarlı gümüşdən hazırlanmış kişi qolbağının Zərərçəkmiş şəxs qaytarılması, cinayətin aləti qismində çıxış edən 1 (bir) ədəd vintaçanın maddi sübut kimi tanınması və saxlanılması üçün Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsinin saxlanc otağı verilməsi, Təqsirləndirilən şəxs2 avtomobilinə keçirilmiş baxışı əks etdirən 1 (bir) ədəd diskin, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 üzərinə keçirilmiş baxışı əks etdirən 1 (bir) ədəd diskin maddi sübut kimi tanınması və cinayət işinin materiallarına əlavə edilməsi qərara alınmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxx 2020-ci il tarixli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən (cild 2, iş vərəqə 146) görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxx 2020-ci il tarixli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən (cild 2, iş vərəqə 144-145) görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cinayət məsuliyyətinə cəlb edilmiş və xx xxxxxx 2017-ci il tarixdə onun barəsində olan cinayət işinə Bakı şəhəri Yasamal Rayon Məhkəməsi tərəfindən xitam verilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxx 2020-ci il tarixli Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 6/1157-9/2016 saylı ekspertiza rəyindən (cild 2, iş vərəqə 151-153) görünür ki, tədqiqata təqdim edilmiş 17,93 qram kütləli qolbaq 925 əyarlı gümüşdən hazırlanmışdır. Həmin qolbağın orta bazar qiyməti təxminən 71 manat, 1 ədəd qəhvəyi rəngli qapının yararlı vəziyyətdəki qiyməti 205 manat təşkil edir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxx 2020-ci il tarixli Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 3/544 saylı ekspertiza rəyindən (cild 2, iş vərəqə 156-157) görünür ki, tədqiqata təqdim edilən qapının üzərində rəyin tədqiqi hissəsində təsvir edilən zədələr vardır. Həmin zədələr bərk predmetlə mexaniki təsir nəticəsində yaranmağa xarakterik əzilmə və batıq zədələridir. Həmin zədələr vintaçan ilə əmələ gəlməsi istisna edilmir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxx 2020-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan (cild 2, iş vərəqə 209-211) görünür ki, həmin gün Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3, 177.2.4 və 234.4.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələr üzrə ittiham elan edilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxx 2020-ci il tarixli qəbzdən (cild 2, iş vərəqə 242) görünür ki, həmin gün Zərərçəkmiş şəxs 1 (bir) ədəd 17,93 qram kütləli, 925 əyarlı gümüşdən hazırlanmış qolbağı ibtidai istintaq orqanından şəxsən almışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xasiyyətnamədən (cild 2, iş vərəqə 52) görünür ki, Təqsirləndirilən şəxs1 yaşadığı yer üzrə müsbət xarakterizə olunur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xasiyyətnamədən (cild 2, iş vərəqə 54) görünür ki, Təqsirləndirilən şəxs2 yaşadığı yer üzrə müsbət xarakterizə olunur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş notarial qaydada təsdiq edilmiş xx xxxxxxxx 2020-ci il tarixli ərizədən (cild 3, iş vərəqə 66) görünür ki, Zərərçəkmiş şəxs cinayət nəticəsində vurulmuş maddi ziyan Təqsirləndirilən şəxs1 anası tərəfindən tam şəkildə ödənilmiş, zərərçəkmiş şəxsin təqsirləndirilən şəxslərə qarşı heç bir şikayət və tələbi yoxdur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş notarial qaydada təsdiq edilmiş xx xxxxxxxx 2020-ci il tarixli ərizədən (cild 3, iş vərəqə 69) görünür ki, Zərərçəkmiş şəxs ona vurulmuş ziyan tam şəkildə ödənildiyindən o, təqsirləndirilən şəxsin hər biri ilə barışmış, cinayət nəticəsində vurulmuş maddi ziyan Təqsirləndirilən şəxs1 anası tərəfindən tam şəkildə ona ödənilmiş, onun təqsirləndirilən şəxslərə qarşı heç bir şikayət və tələbi yoxdur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxxx 2020-ci il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X12 131 saylı komisyon stasionar məhkəmə psixiatrik ekspertizası rəyindən (cild 3, iş vərəqə 113-118) görünür ki, Motivləşdirici hissə. Ekspert komissiyası belə qənaətə gəlir ki, yoxlanılan şəxs X4 hal-hazırda «emosional davamsız şəxsiyyət pozuntusu, özünükəsmələrlə və psixoaktiv maddələrin qəbulundan asılılıqdan ağırlaşmaqla» (psixi və davranış pozuntularının beynəlxalq təsnifatının 10-cu baxışında kodu F 60.3) müəyyən edilir. Bunu cinayət işinin materialları, həmin cinayət işindəki tibbi sənədlər, verilmiş ifadələr, anamnestik məlumatlar (həqiqi hərbi xidmət keçmək üçün çağırılan zaman Yasamal Rayon Hərbi Komissarlığının xx xxxxx 2008-ci il tarixli 67 nömrəli göndərişi ilə xx xxxx 2008-ci ildən Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 1 saylı Respublika Psixiathya Xəstəxanasında müayinə olunması və ona «Oyanıq tipli şəxsiyyət pozuntusu, özünükəsmələrlə» diaqnozu qoyulması, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağınş üzrə Dövlət Xidmətinin Yasamal rayon idarəsinin hərbi həkim komissiyası tərəfindən xəstəliklər cədvəlinin İ qrafasının 18 «b» maddəsinə əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2008-ci il tarixli 59 nömrəli qərarı ilə sülh dövründə hərbi xidmətə yararsız hesab edilməsi, əvvəllər narkotik vasitələrdən sui-istifadə etməsi ilə əlaqədar olaraq dəfələrlə psixiatriya xəstəxanasında müalicə kursu aldığını söyləməsi, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi «Respublika Psixiathya Xəstəxanası» X12in məhkəmə tərəfindən göndəhlmiş sorğuya verdiyi cavaba görə dəfələhə müxtəlif tahxlərdə həmin xəstəxanada stasionar qaydada müalicə olunması və ona «Oyanıq tipli şəxsiyyət pozuntusu, özünükəsmələhə» diaqnozu qoyulması) və halhazırkı psixiatrik müayinənin nəticələri (yoxlanılan şəxsin şöbədə müayinədə olduğu müddət ərzində əhvali-ruhiyyəsində dəyişkənlik qeydə alınması, ekspert komissiyasının yığıncağında aparılan müayinə gedişində əsəbiliyə meylli və hövsələsiz olması, tez hirslənməsi, xırda qıcığa affektiv reaksiya şəklində cavab verdiyinin aşkahanması və s.) sübut edir. Yekun hissəsi. Ekspert komissiyası cinayət işi materiallarının, həmin cinayət işindəki tibbi sənədlərin, toplanmış anamnestik məlumatların, həmçinin stasionar məhkəmə psixiatrik ekspertizası zamanı aparılmış müayinələrin bütün nəticələrinin tədqiqi və hərtərəfli təhlili sayəsində yekun nəticəyə gələrək qarşıya qoyulmuş sualları aşağıdakı kimi cavablandırır: Cinayət işinə daxil edilməklə hal-hazırki ekspertizaya təqdim olunan tibbi sənədlərə görə yoxlanılan şəxs Təqsirləndirilən şəxs1 hərbi xidmətə çağırılmazdan bir müddət qabaq onda emosional davamsız şəxsiyyət pozuntusu kimi bir psixi pozuntu formalaşmışdır. Şəxsiyyət pozuntusu individin xarakteroloji konstitusiyasının və davranış tendensiyalarının nəzərə çarpacaq dərəcədə pozulması olub, personal və sosial dezinteqrasiya ilə müşayiət edilir, gündəlik fəaliyyətdə əhəmiyyətli dərəcədə diskomfort yaradır, mövcud mədəniyyətdə qəbul edilmiş normalardan kənara çıxmağa meyl şəklində bir sıra arzuolunmaz hərəkətlər edilməsində öz əksini tapır. Şəxsiyyət pozuntusu olan şəxslərin zərərli vərdişlərə daha çox meyl etmələri, ələlxüsus narkotik vasitələrdən asılılıq halına düşmələri məhz buradan qaynaqlanır. Qeyd edilməlidir ki, «Oyanıq tipli şəxsiyyət pozuntusu» termini psixi və davranış pozuntularının beynəlxalq təsnifatının sonuncu, yəni 10-cu baxışında yeni adla - «Emosional davamsız şəxsiyyət pozuntusu» kimi təqdim olunmuş və ona F 60.3 kodu verilmişdir. Gərginlik anlarında əsəblərini cilovlaya bilməyib bədəninin müxtəlif nahiyələrini, daha çox yuxarı ətraflarını, boyun, qarın və sinəsini kəsməklə özünə xəsarət yetirmə emosional davamsız şəxsiyyət pozuntusu zamanı çox tez-tez rast gəlinir. Diaqnoz formalaşdırılarkən «özünükəsmələrlə» sözünün əlavə edilməsində güdülən başlıca məqsəd bu dominant əlamətin müşahidə edildiyini qabartmaqdır. Sualın sonuncu hissəsini tam cavablandırmaq mümkün deyildir. Ümumən götürüldükdə Təqsirləndirilən şəxs1 əqli inkişafında nəinki gerilik əlamətləri müşahidə olunmur, hətta intellektual imkanlarının kifayət qədər geniş və zəngin olduğu müəyyən edilir. Belə ki, Təqsirləndirilən şəxs1 ali təhsil sisteminin həm bakalavriat, həm də magistratura pillərini keçmiş, xeyli müddət ərzində məsul vəzifələrdə əmək fəaliyyətilə məşğul olmuşdur. Lakin narkotik vasitələrdən asılılıq halına düşməsi onun şəxsiyyətinin nüvəsinin ciddi şəkildə zədələnməsinə gətirib çıxarmışdır. Təqsirləndirilən şəxs1 borc və məsuliyyət hissinin xeyli zəifləməsi, gündəlik fəaliyyətində etinasızlıq elementlərinin getdikcə daha çox yer alması, maraq dairəsinin həddən ziyadə daralması, xüsusən ali maraqlarının məhdudlaşması onun şəxsiyyətinin artıq müəyyən qədər reqressə uğradığını göstərən əlamətlərdir. Təqsirləndirilən şəxs1 əqli inkişafında gerilik əlamətlərinin olubolmaması ilə bağlı daha dolğun məlumatın verilməsi məhkəmə psixoloji ekspertizasının səlahiyyətinə aiddir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs1 düçar olduğu emosional davamsız şəxsiyyət pozuntusu onu cinayət əməllərini törətdiyi dövrdə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini tam dərk etmək və onlan tam idarə etmək iqtidarından məhrum etmişdir. Buna görə də Təqsirləndirilən şəxs1 ona ittiham olunan cinayət əməlləri dövründə anlaqlılığı istisna etməyən psixi pozuntulu şəxs kimi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 22.1-ci maddəsinin təsiri altına düşür. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs1 psixi və fərdi-psixi xüsusiyyətləri, intellektual inkişafı və emosional halının onun ittiham olunduğu cinayət əməllərini törətməsinə necə təsir etməsi sualı məhkəmə psixiatrik ekspertizasının deyil, məhkəmə psixoloji ekspertizasının kompetensiyasına aid olan sualdır. İstintaq orqanının qərarına əsasən hal-hazırkı ekspertiza komisyon stasionar məhkəmə psixiatrik ekspertizası olduğundan həmin sualı cavablandırmaq mümkün deyildir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs1 təqsirləndirildiyi cinayət əməllərini törətdikdən sonra başqa psixi xəstəliyə tutulmamışdır. Cinayət əməllərini törədənə qədər Təqsirləndirilən şəxs1 yaranmış emosional davamsız şəxsiyyət pozuntusu indiyə qədər onda davam edir. Hal-hazırki müayinə zamanı onda emosional davamsız şəxsiyyət pozuntusuna xas əlamətlər müəyyən edilir. Lakin Təqsirləndirilən şəxs1 hal-hazırki müayinə zamanı aşkarlanan emosional davamsiz şəxsiyyət pozuntusu onu öz hərəkətlərinin məsuliyyətini dərk etmək və onları idarə etmək qabiliyyətindən məhrum edə biləcək dərəcədə ifadə olunmamışdır. Hal-hazırkı psixi vəziyyətinə görə Təqsirləndirilən şəxs1 məcburi müalicəyə ehtiyacı olmadığı müəyyən edilir. Buna görə onun barəsində hər hansı növ tibbi xarakterli məcburi tədbirin tətbiq edilməsinə zərurət yoxdur. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən- Hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “Andrey X1rşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin xx xxxx 2011-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olubolmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında təqsirləndirilən şəxslər onların əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmişlər, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmüşlər, əleyhinə ifadə verən şahidlərə bilavasitə, həmçinin müdafiəçilərinin vasitəsi ilə suallar və müxtəlif vəsatətlər vermişlər, Təqsirləndirilən şəxs1 ona qarşı irəli sürülmüş ittihamı mübahisələndirməsə və törətdiyi cinayət əməllərini etiraf etsə də, digər Təqsirləndirilən şəxs2 Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ona irəli sürülmüş ittihamı mübahisələndirmişdir. Təqsirləndirilən şəxs2 tərəfindən oğurluq cinayəti nəticəsində ələ keçirilmiş əşyaların (5000 (beş min) manat və 700 (yeddi yüz) ABŞ dolları) və Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ona qarşı irəli sürülmüş ittihamın mübahisələndirilməsinə baxmayaraq, məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən toplanmış sübutların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr yoxdur və həmin sübutlar əsasında cinayət hadisəsinin həqiqətən baş verməsi, Təqsirləndirilən şəxs1 əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərinin, Təqsirləndirilən şəxs2 əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3, 177.2.4 və 234.4.3-cü maddələrində nəzərdə cinayət əməllərinin bütün zəruri tərkib əlamətlərinin olması və həmin cinayət əməllərinin qəsdən törədilməsi tam təsdiq olunur. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” xx xxxx 2011-ci il tarixli Qərarda Konstitusiya Məhkəməsinin Plenumu cinayət əməlinin tövsifi ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Qərarda həmçinin göstərilir ki, cinayətin tövsifi dedikdə törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2005-ci il tarixli qərarının 1ci bəndində göstərilmişdir ki, qanuna görə talama dedikdə özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Sözügedən qərarın 2-ci bəndində göstərilmişdir ki, mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdliyini güman edirsə həmin şəxslər talama hadisəsini görmüş olsalar belə təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir. Həmçinin qərarın 7-ci bəndində göstərilmişdir ki, təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq cinayəti bitmiş hesab edilir. Qeyd edilən qərarın 10-cu bəndində göstərilmişdir ki, özgə əmlakının talanması əməlini qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi tövsif edərkən, bilavasitə özgə əmlakının talanmasına yönəlmiş hərəkətlər edilənədək, cinayətin iştirakçıları arasında qabaqcadan belə bir əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün rolların bölüşdürülməsinə dair razılıq əldə edilməsi, həmçinin hər hansı icraçı və cinayətin digər iştirakçıları tərəfindən hansı konkret hərəkətlər edilməsi araşdırılmalıdır. Hökmdə törədilmiş cinayətin hər bir icraçısının və digər iştirakçısının (təşkilatçılarının, təhrikçilərinin, köməkçilərinin) barəsindəki sübutlara qiymət verilməlidir. Eyni zamanda Ali Məhkəmənin Plenumunun xx xxxx 2005-ci il tarixli qərarının 19-cu bəndində göstərilmişdir ki, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaq dedikdə oğurluq, soyğunçuluq və ya quldurluq məqsədilə həmin yerlərə gizli və ya açıq formada girmək başa düşülməlidir. «Yaşayış sahəsinə binaya, anbara və ya başqa saxlanc yerlərinə daxil olmaq» anlayışına həmin yerlərə girmədən talanacaq predmetlərin oradan müxtəlif üsul və vasitələrlə götürülməsi, çıxarılması və s. kimi hərəkətlər də aiddir Nakotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında Azərbaycan Respublikasının Qanununun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin qanunsuz əldə edilməsi dedikdə: həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin alınması, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsi, başqa mallara və əşyalara dəyişdirilməsi, mənimsənilməsi və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qeyd edilən Qanunun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin qanunsuz saxlanması dedikdə: məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahılarının 1-ci Siyahısının 5 və 12-ci bəndlərinə əsasən – təmiz halda 2 (iki) qramdan artıq çəkidə narkotik vasitə heroin və psixotrop maddə metamfetamin külli miqdar təşkil edir. Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx xxxx 2011-ci il tarixli 2 nömrəli qərarının 9-cu bəndində göstərilir ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 22.1-ci maddəsinə əsasən – anlaqlı vəziyyətdə olan, lakin cinayət törətdiyi zaman psixikanın pozulması nəticəsində öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) faktiki xarakterini və ictimai təhlükəliliyini tam dərk etməyən və ya həmin əməli idarə edə bilməyən şəxs cinayət məsuliyyətinə cəlb edilir. Həmin Məcəllənin 22.2-ci maddəsinə əsasən - anlaqlılığı istisna etməyən psixi pozuntu məhkəmə tərəfindən cəza təyin edilərkən nəzərə alınır və bu Məcəllə ilə nəzərdə tutulmuş tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi üçün əsas ola bilər. Məhkəmə istintaqında obyektiv araşdırılmış mötəbər sübutlar əsasında müəyyən edilmişdir ki, cinayət hadisəsinə qədər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 birbirilərini tanımışlar və onlar dost olmuşlar. Bundan başqa, Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs oğlu Emil ilə birlikdə bir müddət eyni xəstəxanada müalicə almış və həmin vaxt Vahidlə Emil arasında dostluq münasibəti yaranmışdır. Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs sonuncunun oğlu Emil vasitəsi ilə tanımışdır. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək Zərərçəkmiş şəxs kirayədə yaşadığı Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Salyan şossesi-Lökbatan yolunda yerləşən, ünvan 1 D, giriş 1, mənzil 51 ünvanında oğurluq etmək barədə razılığa gəlmişlər. Bu məqsədlə onlar xx xxxx 2020-ci il tarixdə səhər vaxtı görüşmüşlər (Təqsirləndirilən şəxs2 idarə etdiyi avtomobil ilə Təqsirləndirilən şəxs1 yaşadığı ünvana getmiş) və həmin gün təxminən saat 07:00 radələrində oğurluq cinayətini törətmək məqsədi ilə birlikdə zərərçəkmiş şəxsin kirayədə yaşadığı mənzilə getmişlər. Cinayətin törədilməsi barədə onların arasında əldə edilmiş razılıq: cinayətin törədiləcəyi vaxtın dəqiq müəyyən edilməsi, cinayəti törətmək məqsədi ilə onların birlikdə hərəkət etməsi (aralarında rolların bölüşdürülməsi), zərərçəkmiş şəxsin kirayədə yaşadığı mənzilə onların hansı üsulla daxil olması (qapının kilidinin qırılması), ələ keçirəcəkləri əşya və pulların hansı qaydada aralarında bölüşdürülməsi barədə qarşılıqlı şəkildə razılaşmalarında ifadə olunmuşdur. Belə ki, cinayət hadisəsi baş verməzdən bir gün əvvəl Təqsirləndirilən şəxs1 dostu Təqsirləndirilən şəxs2 oğurluq cinayətinin törədilməsi ilə bağlı təklif etmiş, əvvəlcə Müşviq Babayev Təqsirləndirilən şəxs1 təklifindən imtina etmiş, lakin sonradan həmin təkliflə razılaşmışdır. Hətta onların arasında oğurluq cinayətinin törədilməsi ilə bağlı rol bölgüsü də olmuşdur. Rol bölgüsünə əsasən Təqsirləndirilən şəxs2 özü ilə vintaçan gətirməli və zərərçəkmiş şəxsin yaşadığı evin qapısının kilidini qırmalı, sonradan onlar birlikdə mənzilə daxil olmalı və mənzildəki əşyaları birlikdə gizli şəkildə talamalı idilər. Onların arasında əldə edilmiş razılığa əsasən xx xxxx 2020-ci il tarixdə, təxminən saat 07:00 radələrində Təqsirləndirilən şəxs2 özü ilə gətirdiyi vintaçanla Zərərçəkmiş şəxs kirayədə yaşadığı mənzilin giriş qapısının kilidini sındırıb açmışdır. Bundan sonra təqsirləndirilən şəxslər birlikdə qanunsuz şəkildə özgənin mənzilinə gizli şəkildə daxil olmuşlar. Onlar mənzilə gizli şəkildə daxil olduqdan sonra mənzilin yataq otağında olan şüşəli şkafdan Zərərçəkmiş şəxs məxsus və dəyəri 15 manat olan pulqabını oğurlamışlar. Həmin pulqabının içərisində 5.000 (beş min) manat və Azərbaycan Respublikası Mərkəzi Bankının xx xxxx 2020-ci il tarixə rəsmi valyuta məzənnəsinə əsasən 1.190 (min doqquz yüz doxsan) manat olan 700 (yeddi yüz) ABŞ dolları məbləğində pul olmuşdur. Bundan sonra onlar həmin otaqdan 1 (bir) ədəd dəyəri 120 (yüz iyirmi) manat olan “Trussardi” markalı, 1 (bir) ədəd dəyəri 204 (iki yüz dörd) manat olan “Tom Ford” markalı və 1 (bir) ədəd dəyəri 400 (dörd yüz) manat olan “Erba Pura” markalı ətirləri oğurlamışlar. Qeyd edilən əşyalardan başqa onlar həmin otaqdaki televizorun altında olan dolabın gözündən 1 (bir) ədəd dəyəri 71 (yetmiş bir) manat olan gümüşü rəngli qolbağı, mənzilin mətbəxindəki masanın üzərində olan 1 (bir) ədəd dəyəri 800 (səkkiz yüz) manat olan “Samsung S8” markalı mobil telefonu, 1 (bir) ədəd dəyəri 30 (otuz) manat olan ***-***- **-** nömrəli nömrə kartını, birinin qiyməti 15 (on beş) manat, ümumi dəyəri 30 (otuz) manat olan 2 (iki) ədəd “Samsung” markalı telefon üçün nəzərdə tutulmuş adaptoru, dəhlizdə olan paltar şkafından 1 (bir) ədəd dəyəri 78 (yetmiş səkkiz) manat olan ağ rəngli qadın koftasını gizli şəkildə talamışlar. Bununla da Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında Zərərçəkmiş şəxs kirayədə yaşadığı mənzilə qanunsuz daxil olmaqla sonuncuya ümumilikdə 7.938 (yeddi min doqquz yüz otuz səkkiz) manat məbləğində, başqa sözlə, xeyli miqdarda maddi ziyan vurmaqla oğurluq cinayətini törətmişlər. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs məxsus pulları və digər əşyaları gizli şəkildə taladıqdan, yəni oğurluq cinayətini törətdikdən sonra ələ keçirdikləri pulları və əşyaları öz aralarında bölmüşlər və istədikləri şəkildə həmin pullara və əşyalara dair sərəncam vermək imkanına malik olmuşlar. Qeyd edilən hallar cinayət işinin mübahisəsiz hallarını təşkil edir, həmin halları istisna edən heç bir hal məhkəmə istintaqında müəyyən edilmədi. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs1 və Zərərçəkmiş şəxs ayrı-ayrılıqda cinayət nəticəsində Zərərçəkmiş şəxs vurulmuş ziyanın Təqsirləndirilən şəxs1 anası tərəfindən tam şəkildə ödənilməsini, nəticədə zərərçəkmiş şəxsin təqsirləndirilən şəxslərin hər biri ilə barışdığını, onun təqsirləndirilən şəxslərə qarşı heç bir şikayət və tələbinin olmadığını dəfələrlə bəyan etmişlər. Bundan başqa, xx xxxx 2020-ci il tarixdə, saat 23:00 radələrində Qaradağ RPİ-nin 10-cu Polis bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri zamanı Təqsirləndirilən şəxs2 şübhəli şəxs qismində tutulmuş və o, idarə etdiyi “Naz Lifan” markalı **-BD-*** dövlət qeydiyyat nişanlı avtomobillə Qaradağ RPİ-nin inzibati binasına gətirilmişdir. Həmin gün videoçəkiliş vasitəsilə həmin avtomobilə baxış keçirilmiş və baxış zamanı Təqsirləndirilən şəxs2 idarə etdiyi avtomobilin arxa oturacağın başaltısının arxasından 1 (bir) ədəd tünd şabalıdı rəngli pulqabı, həmin pulqabının içərisində külli miqdarda 3 (üç) ədəd sellofan bükümdə qablaşdırılmış, ayrı-ayrılıqda təmiz çəkiləri 9,691 qram, 0,903 qram və 9,479 qram, ümumi təmiz çəkisi 20,073 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin, külli miqdarda 2 (iki) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,129 qram və 12,774 qram, ümumi təmiz çəkisi 12,903 qram kimyəvi komponent tərkibinə görə eynilik təşkil edən ağ rəngli kristallik formada maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs2 haradan, hansı qiymətə, kimdən, hansı şəraitdə və nə vaxt külli miqdarda narkotik vasitə heroin və psixotrop maddə metamfetamin əldə etməsini müəyyən etmək mümkün olmamışdır. İbtidai istintaq zamanı ibtidai istintaq orqanı tərəfindən bu hissədə bir neçə dəfə əməliyyat tapşırıqları verilsə də, əməliyyat yolu ilə qeyd edilən hallar müəyyən edilməmişdir. Lakin xx xxxx 2020-ci il tarixdə Təqsirləndirilən şəxs2 idarə etdiyi avtomobildən 1 (bir) ədəd tünd şabalıdı rəngli pulqabının içərisindən külli miqdarda, yəni ümumi təmiz çəkisi 20,073 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroinin və ümumi təmiz çəkisi 12,903 qram psixotrop maddə metamfetaminin aşkar edilməsi məhkəmə istintaqında tam şəkildə öz təsdiqini tapmışdır. Məhkəmənin qarşısında duran başlıca vəzifələrdən biri Təqsirləndirilən şəxs2 külli miqdarda narkotik vasitə heroini və psixotrop maddə metamfetamini əldə edərkən, üzərində və idarə etdiyi avtomobildə saxlayarkən, habelə həmin vasitə və maddələri daşıyarkən məqsədinin və niyyətinin nədən ibarət olmasının müəyyən edilməsidir. Məhz bu halların müəyyən edilməsi Təqsirləndirilən şəxs2 qeyd edilən hissədə əməlinin tövsifində mühüm və başlıca rol oynayır. Bununla bağlı məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs2 xx xxxx 2020-ci il tarixdə şübhəli qismində tutularkən onun üzərində və idarə etdiyi avtomobildə baxış keçirilməsinə etiraz etməmişdir. Qeyd edilən prosessual hərəkətlər keçirilməmişdən əvvəl o, müdafiəçi ilə təmin olunmuş və ona hüquq və vəzifələri qanunla müəyyən edilmiş qaydada izah olunmuşdur. Bundan başda, sözügedən prosessual hərəkətlər videoçəkilişlə həyata keçirilmişdir. Təqsirləndirilən şəxs2 həmin vaxt üzərindən və idarə etdiyi avtomobildən aşkarlanmış əşyaların (alışqan, pul, pulqabı, narkotik vasitə heroin, psixotrop maddə metamfetamin və sair) ona məxsus olmasını, o cümlədən aşkarlanmış narkotik vasitə, psixotrop maddə və dərman preparatlarının növünü, çəkisi, eləcə də həmin vasitə və maddələrin olduğu bağlamaların sayını mübahisələndirməmişdir. Əksinə Təqsirləndirilən şəxs2 yuxarıda qeyd edilən məsələlərlə razılaşmış və prosessual hərəkətin nəticəsinə dair protokolu imzalayaraq sözügedən halları təsdiq etmişdir. Bu səbəbdən də məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs2 idarə etdiyi avtomobildən aşkar edilmiş narkotik vasitə heroin və psixotrop maddə metamfetamin onun özünə məxsus olmuşdur. Təqsirləndirilən şəxs2 idarə etdiyi avtomobildən aşkalanmış narkotik vasitə heroinin və psixotrop maddə metamfetaminin insan orqanizminə güclü təsir edən vasitə və maddələrə aid edilməsini, aşkar edilmiş narkotik vasitənin çəkisini (20,073 qram) və psixotrop maddənin çəkisini (12,903 qram), həmin vasitə və maddələrin çoxlu sayda bükümlərdə olmasını, bükümlərin əksəriyyətində olan narkotik vasitə və psixotrop maddələrin birdəfəlik istifadə dozasının təşkil etməsini, realizə etmək məqsədi ilə onların hazır vəziyyətdə, yəni bükümlərdə olmasını nəzərə alaraq, məhkəmə belə nəticəyə gəlir ki, o, həqiqətən də həmin narkotik vasitə və psixotrop maddələri məhz satış məqsədi ilə qanunsuz olaraq əldə etmiş, saxlamış və daşımışdır. Bununla da o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177-ci maddəsinin “Qeyd” hissəsinin 2-ci bəndinə əsasən – həmin Məcəllənin 177.2.4-cü maddəsində göstərilmiş xeyli miqdar dedikdə beş min manatdan yuxarı, lakin əlli min manatdan artıq olmayan məbləğ başa düşülür. Beləliklə, məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan və yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəylərini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutları Azərbaycan Respublikası CPM-nin 124-137-1-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə, onları CPM-nin 143- 146 maddələrinə müvafiq olaraq yoxlayıb qiymətləndirməklə və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələrində, Təqsirləndirilən şəxs2 əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3, 177.2.4 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərinin bütün tərkib əlamətləri mövcuddur. Həmin cinayət hadisələri həqiqətən baş vermiş və təqsirləndirilən şəxslər həmin cinayət əməllərini qəsdən törədilmişlər. Odur ki, məhkəmə Təqsirləndirilən şəxs1 törətmiş olduğu əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri, Təqsirləndirilən şəxs2 isə törətmiş olduğu əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3, 177.2.4 və 234.4.3-cü maddələri ilə tövsif edir. Oğurluqla bağlı cinayət əməlləri Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən törədilmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini də törətmişdir. Qeyd edilən cinayətlərin törədilməsində Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 oğlu bilavasitə təqsirlidirlər. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətmiş olduqları əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxslərin cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün qanunla müəyyən edilmiş əsaslar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onların şəxsiyyətini, törədilmiş cinayətlərin hər birinin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın təqsirləndirilən şəxslərin islah olunmasına və onların ailələrinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən məhkəmə Təqsirləndirilən şəxs1 ali təhsilli olmasını, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cavan olduqlarını, Təqsirləndirilən şəxs1 ilk dəfə cinayət məsuliyyətinə cəlb olunduğunu, Təqsirləndirilən şəxs1 uzun müddət stasionar qaydada psixi xəstəliklərdən müalicə olunduğunu və həmin xəstəliklərdən uzun müddət əziyyət çəkdiyini, məhkəmə istintaqı zamanı verilmiş ekspertiza rəyinə əsasən ona nisbətdə Cinayət Məcəlləsinin 22.1-ci maddəsinin tətbiq edilməsinin vacib olduğunu, oğurluq cinayəti nəticəsində zərərçəkmiş şəxsə vurulmuş maddi ziyanın məhz Təqsirləndirilən şəxs1 anası tərəfindən tam şəkildə ödənildiyini, nəticədə zərərçəkmiş şəxsin onların hər biri ilə barışdığını, zərərçəkmiş şəxsin təqsirləndirilən şəxslərə qarşı şikayət və tələbinin olmadığını, təqsirləndirilən şəxslərin hər birinin yaşadığı yer üzrə müsbət xarakterizə olunduqlarını (onlara aid hissədə) cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır və qiymətləndirir. Zərərçəkmiş şəxsə ziyanın ödənilməsi və nəticədə zərərçəkmiş şəxsin təqsirləndirilən şəxslərlə barışması məsələsinə gəldikdə məhkəmə hesab edir ki, qeyd edilən hal cəzanı yüngülləşdirən hal kimi xüsusi əhəmiyyətə malikdir. Belə ki, cinayət işində olan mötəbər sübutlardan açıq aşkar görünür ki, oğurluq cinayəti nəticəsində zərərçəkmiş şəxsə vurulmuş ziyan sonuncuya tam şəkildə ödənilmiş və həmin ziyan müstəqil qaydada məhz Təqsirləndirilən şəxs1 anası tərəfindən ödənilmişdir. Təqsirləndirilən şəxs2 və onun yaxın qohumları tərəfindən ziyanın ödənilməsi üzrə ümumiyyətlə heç bir addım atılmamışdır. Zərərçəkmiş şəxsə vurulmuş ziyanın tam şəkildə ödənilməsi və sonuncunun təqsirləndirilən şəxslərlə barışması ümumi qaydada hər iki təqsirləndirilən şəxsə nisbətdə yüngülləşdirici hal qismində çıxış etməsinə baxmayaraq, məhkəmə bununla bağlı belə nəticəyə gəlir ki, həmin yüngülləşdirici hal təqsirləndirilən şəxslərə bərabər şəkildə tətbiq edilməməlidir. Qeyd edilən yüngülləşdirici hal daha çox Təqsirləndirilən şəxs1 tətbiq edilməlidir. Bu yüngülləşdirici halın onlara nisbətdə bərabər şəkildə tətbiq edilməsi ədalətsizliyə səbəb ola bilər. Belə ki, törədilmiş cinayət nəticəsində vurulmuş ziyanı ödəyən təqsirləndirilən şəxslə ziyanın ödənilməsi istiqamətində heç bir təşəbbüs göstərməmiş təqsirləndirilən şəxsin fərqləndirilməməsi və hər hansı yüngülləşdirici halın, o cümlədən mərhəmətin onlara bərabər və eyni qaydada göstərilməsi ağlabatan və ədalətli hesab edilə bilməz. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməllərində cəzanı ağırlaşdıran hallar yoxdur. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin edilməsi məsələsini həll edərkən belə nəticəyə gəlmişdir ki, onlara cəza təyin edilərkən mütləq qaydada cinayətin törədilmə üsulu (mənzilə qanunsuz daxil olma, qabaqcadan əlbir bir qrup şəxs halında) və mexanizmi, Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs məhz çətin vəziyyətdə olmasından istifadə edərək sonuncuya qarşı cinayət törətmək arzusunda olması, bu məqsədlə cinayətin digər icraçısı olan Təqsirləndirilən şəxs2 ilə cinayət əlaqəsinə girərək cinayət əməlini birlikdə törətməsi, habelə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 şəxsiyyəti, onların cəzasını yüngülləşdirən hallar, onların əməlində cəzanı ağırlaşdıran halların olmaması, bundan başqa, Təqsirləndirilən şəxs2 aşkarlanmış narkotik vasitələrin və psixotrop maddələrin növləri, çəkisi, həmin vasitə və maddələrin insan orqanizminə təsiri mütləq qaydada nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2-ci maddəsinin sanksiyasında bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzası nəzərdə tutulmuşdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 uzun müddət psixi xəstəlikdən əziyyət çəkməsi, onun on dəfədən çox həmin xəstəliklə bağlı xəstəxanada müalicə alması, o cümlədən onun anası tərəfindən zərərçəkmiş şəxsə vurulmuş ziyanın tam şəkildə ödənilməsi halları ona nisbətdə cəza təyin edilərkən müstəsna hallar kimi nəzərə alınmalı və həmin hallar əsasında onun təqsirli bilindiyi maddələr üzrə ona azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəza, yəni azadlığın məhdudlaşdırılması cəzası təyin edilməlidir. Ona azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi onun xəstəliyini daha da gücləndirə bilər, bu hal isə onun sağlamlığına zərər vurulması ilə nəticələnə bilər. Təqsirləndirilən şəxs2 aşkarlanmış narkotik vasitələrin və psixotrop maddələrin növlərini, çəkisini, təsirini və işin digər hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 onun təqsirli bilindiyi maddələr üzrə məhz azadlıqdan məhrum etmə cəzası təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Odur ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3, 177.2.4 və 234.4.3-cü maddələri ilə təqsirli bilinməlidirlər, Təqsirləndirilən şəxs1 təqsirli bilindiyi maddələr üzrə vahid cəza kimi azadlığın məhdudlaşdırılması cəzası, Təqsirləndirilən şəxs2 isə onun təqsirli bilindiyi maddələr üzrə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir, eləcə də Təqsirləndirilən şəxs2 təyin edilmiş cəzalar Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusu qaydasında qismən toplanılmalı və ona azadlıqdan məhrum etmə növündə qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusuna az ağır, ağır və ya xüsusilə ağır cinayətlərdən hər hansı biri daxildirsə, təyin olunmuş cəzalar tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Eyni zamanda Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilməli, o, məhkəmə iclas zalında dərhal həbsdən azad edilməli, onun barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilməli və hökm qanuni qüvvəsini alanadək həmin qətimkan tədbiri dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs2 barəsində isə seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Cinayətlərin təsnifatına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 177.2.3 və 177.2.4-cü maddələrində göstərilən cinayət əməlləri həmin Məcəllənin 15-ci maddəsinə əsasən az ağır cinayətlər təsnifatına, Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməli isə ağır cinayətlər təsnifatına daxildirlər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi nəzərdə tutulmuşdur. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə qəti cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Onun həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilməli və ona təyin ediləcək qəti cəzanın əvvəli onun tutulduğu vaxtdan, yəni xx xxxx 2020-ci il tarixdən hesablanmalıdır. Bundan başqa, Təqsirləndirilən şəxs1 xx xxxx 2020-ci il tarixdən xx xxxxx 2021-ci il tarixədək həbsdə saxlanıldığı 1 (bir) il 24 (iyirmi dörd) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir günə iki gün hesablanmaqla ona təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 ona təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində, yəni ünvan 5-də çəkməli, cəzanın çəkildiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs1 elektron nəzarət vasitəsi tətbiq edilməli, cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün gecə saat 22:00-dan səhər saat 07:00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitəni işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqana məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi tapşırılmalı, eləcə də ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək Bakı şəhəri Probasiya İdarəsinə həvalə edilməlidir. Təqsirləndirilən şəxs1 təyin ediləcək cəzanın əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Cinayət işində olan 1415 saylı və 1417 saylı rəylərdən görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 bir neçə narkotik vasitə və digər psixotrop maddələrin qəbulu nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Onların hər birinin narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Onların ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə qeyd edilən rəyləri və təqsirləndirilən şəxslərə narkomaniyadan məcburi müalicənin təyin edilməsini istisna edən halların olmadığını nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəza çəkəcəkləri müddətdə narkomaniyadan məcburi müalicə təyin olunmalı və onlar ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdırlar. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, hazırki cinayət işi üzrə məhkəmə hökmü qanuni qüvvəsini aldıqdan sonra maddi sübut kimi Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsində saxlanılan və ekspertiza tədqiqatından sonra qalıq çəkisi 19,953 qram olan narkotik vasitə heroin, qalıq təmiz çəkisi 12,783 qram olan psixotrop maddə metamfetamin və qalıq sayısı 15 (on beş) ədəd həbdə olan “Preqabalin” dərman vasitəsi məhv edilməli, 1 (bir) ədəd tünd şabalıdı rəngdə olan pulqabı Zərərçəkmiş şəxs qaytarılmalı, Təqsirləndirilən şəxs2 avtomobilinə keçirilmiş baxışı əks etdirən 1 (bir) ədəd disk, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 üzərinə keçirilmiş baxışı əks etdirən 1 (bir) ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Bundan başqa, 1 (bir) ədəd 17,93 qram kütləli, 925 əyarlı gümüşdən hazırlanmış qolbağın Zərərçəkmiş şəxs qayatarılması nəzərə alınmalıdır. Eyni zamanda məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, iş üzrə maddi sübutların tədqiqi üçün çəkilmiş 230 (iki yüz otuz) manat 50 (əlli) qəpik məbləğində ekspertiza xərci var və həmin məbləğ Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197-ci maddəsinə əsasən məhkəmə məsrəfləri hesab olunur. Odur ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 198-ci maddəsinə əsasən ekspertiza tədqiqatının dəyərini təşkil edən 230 (iki yüz otuz) manat 50 (əlli) qəpik məbləğində məhkəmə məsrəfi təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan digər əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirli bilinsin və ona həmin maddələr üzrə 3 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 xx xxxx 2020-ci il tarixdən xx xxxxx 2021-ci il tarixədək həbsdə saxlanıldığı 1 (bir) il 24 (iyirmi dörd) gün müddət azadlığın məhdudlaşdırılması cəzasının müddətinə bir günə iki gün hesablanmaqla 2 (iki) il 1 (bir) ay 18 (on səkkiz) gün azadlığın məhdudlaşdırılması cəzası ona təyin edilmiş 3 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına daxil edilərək həmin cəzadan çıxılsın və onun üzərində 10 (on) ay 12 (on iki) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 üzərinə yaşadığı ünvan 5 ünvanını gecə saat 22:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitəni işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq və kütləvi tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə Bakı şəhəri Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs1 üzərində saxlanılan cəzanın əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin, o, dərhal məhkəmə iclas zalında həbsdən azad edilsin, onun barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilsin və onun barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 177.2.3, 177.2.4 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirli bilinsin, ona Cinayət Məcəlləsinin 177.2.1 177.2.3, 177.2.4-ci maddələri üzrə 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası, Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi üzrə 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs2 qəti olaraq 6 (altı) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilsin və cəzanın əvvəli onun tutulduğu vaxtdan, yəni xx xxxx 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Hökm qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olub Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsində saxlanılan və ekspertiza tədqiqatından sonra qalıq çəkisi 19,953 qram olan narkotik vasitə heroin, qalıq təmiz çəkisi 12,783 qram olan psixotrop maddə metamfetamin və qalıq sayısı 15 (on beş) ədəd həbdə olan “Preqabalin” dərman vasitəsi məhv edilsin, 1 (bir) ədəd tünd şabalıdı rəngdə olan pulqabı Zərərçəkmiş şəxs qaytarılsın, Təqsirləndirilən şəxs2 avtomobilinə keçirilmiş baxışı əks etdirən 1 (bir) ədəd disk, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 üzərində keçirilmiş baxışı əks etdirən 1 (bir) ədəd disk cinayət işinin materiallarında saxlanılsın. 1 (bir) ədəd 17,93 qram kütləli, 925 əyarlı gümüşdən hazırlanmış qolbağın Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 230 (iki yüz otuz) manat 50 (əlli) qəpik pul vəsaiti təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına köçürülsün. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan digər əmlak yoxdur. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs1 aid edilməklə), Təqsirləndirilən şəxs2 isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar