Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-211/2022 24.02.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri: Mahmudov İlham Ağa oğlunun sədrliyi ilə, hakimlər Qəniyev Faiq Əsəd oğlu və Hüseynov Səbuhi Sabir oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X2, dövlət ittihamçıları Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokurorları X1, Dövlət ittihamçısı, müdafiəçilər Bakı şəhəri 14 saylı vəkil bürosunun vəkilləri Müdafiəçi1 və Müdafiəçi2 Qulamhüseyn oğlu və zərərçəkmiş şəxsin nümayəndəsi X3 iştirakları ilə xx xxxxxx 1977-ci ildə Qazax rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, orta təhsilli, məhkum olunmayan, Gəncə şəhəri, Kəpəz rayonu, H.Şəh-83, ev 403, mənzil 22-də qeydiyyatda olan və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə xx xxxxxx 1960-cı ildə Sabirabad rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, ali təhsilli, Bakı şəhəri, Səbail Rayon Məhkəməsinin 1(009)- 83/2019 nömrəli hökmü ilə Azərbaycan Respublikası CM-in 178.2.1, 178.2.2, 178.2.3, 310 və 320.1-ci maddələri ilə təqsirli bilinərək 6500 manat cərimə cəzasına məhkum edilmiş, cəriə cəzası ödənilməmiş, Sabirabad şəhəri, S.Vurğun küçəsi, ev 59A-da qeydiyyatda olan və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi Təqsirləndirilən şəxs1 etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin külli miqdarda əmlakını ələ keçirmə məqsədi ilə şəxsiyyətləri istintaqa məlum olmayan Türkiyə Respublikası vətəndaşları “Sezar”, “Sadık Polat” və tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında birləşmiş, bu məqsədlə Türkiyə Respublikası vətəndaşı “Sezer” adlı şəxsin qabaqcadan müəyyən etdiyi cinayətkar plana uyğun olaraq Təqsirləndirilən şəxs1 Türkiyə Respublikasında fəaliyyət göstərən “HSBC” bankı tərəfindən qrupun üzvü “Sadık Polat”-a verilmiş 4059- 1970-2246- 2226 nömrəli bank kartını əldə edərək 05 noyabr 2020-ci il tarixdə Azərbaycan Respublikasına gəlmiş, burada cinayətkar niyyətlərini həyata keçirmək üçün qrupun digər üzvü Təqsirləndirilən şəxs2 direktoru olduğu "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə Zərərçəkmiş şəxs Açıq Səhmdar Cəmiyyəti tərəfindən 08 dekabr 2020-ci il tarixdə Posterminalın quraşdınlmasına nail olduqdan sonra Türkiyə Respublikası vətəndaşı “Sezer” adlı şəxs Təqsirləndirilən şəxs1 “Sadık Polat”-a məxsus “HSBC”-nin kartına təxminən 50 000 manatdan artıq pul mədaxil etmiş, Təqsirləndirilən şəxs1 həmin kartla Bakı şəhəri, Nəsimi rayonu, 20 Yanvar küçəsində yerləşən, “Qızıl Tac” şadlıq sarayının qarşısındakı kirayə yaşadığı mənzildə "xxxx" MMC-nin hesabına post-terminal vasitəsilə 22 dekabr 2020- ci il tarixdə 8,653.75 manat və 24 dekabr 2020-ci il tarixdə 42,032.50 manat pul köçürtmüş, bundan sonra Qabil Məmmədov həmin pulu "xxxx" MMC-nin kart hesabına köçürməklə 2020-ci ilin dekabr ayının sonlarında bir hissəsini özü, qalan məbləği isə cinayətə aidiyyəti olmayan tanışı Şahid vasitəsi ilə nağdlaşdıraraq ələ keçirib öz aralarında bölmüşlər, bundan sonra cinayətkar plana uyğun olaraq qrupun üzvü “Sadık Polat” Türkiyə Respublikasında “HSBC” bankına müraciət edib onun icazəsi olmadan ona məxsus 4059- 1970-2246-2226 nömrəli bank kartından ödəniş edildiyini bildirdiyindən həmin bank tərəfindən Zərərçəkmiş şəxs ASC-yə etiraz əməliyyatları sorğuları göndərilməklə 50,686.25 manat məbləğində pul vəsaiti "xxxx" beynəlxalq ödəniş sisteminin qaydalarına uyğun olaraq Zərərçəkmiş şəxs ASC-nin hesabından “Sadık Polatın” xeyirinə tutulmuş, bununlada Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olan bir qrup şəxs halında aldatma və etibardan sui-istifadə etmə yolu ilə Zərərçəkmiş şəxs ASC-yə külli miqdarda 50,686.25 manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Təqsirləndirilən şəxs2 etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin külli miqdarda əmlakını ələ keçirmə məqsədi ilə şəxsiyyətləri istintaqa məlum olmayan Türkiyə Respublikası vətəndaşları “Sezar”, “Sadık Polat” və tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında birləşmiş, bu məqsədlə Türkiyə Respublikası vətəndaşı “Sezer” adlı şəxsin qabaqcadan müəyyən etdiyi cinayətkar plana uyğun olaraq Təqsirləndirilən şəxs1 Türkiyə Respublikasında fəaliyyət göstərən “HSBC” bankı tərəfindən qrupun üzvü “Sadık Polat”-a verilmiş 4059- 1970-2246- 2226 nömrəli bank kartını əldə edərək 05 noyabr 2020-ci il tarixdə Azərbaycan Respublikasına gəlmiş, burada cinayətkar niyyətlərini həyata keçirmək üçün qrupun digər üzvü Təqsirləndirilən şəxs2 öz qulluq mövqeyindən istifadə etməklə direktoru olduğu "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə “Paşa Bank" Açıq Səhmdar Cəmiyyəti tərəfindən 08 dekabr 2020-ci il tarixdə Pos-terminalın quraşdırılmasına nail olduqdan sonra Türkiyə Respublikası vətəndaşı “Sezer" adlı şəxs Təqsirləndirilən şəxs1 “Sadık Polat’’-a məxsus “HSBC"-nin kartına təxminən 50 000 manatdan artıq pul mədaxil etmiş, Təqsirləndirilən şəxs1 həmin kartla Bakı şəhəri, Nəsimi rayonu, 20 Yanvar küçəsində yerləşən, “Qızıl Tac” şadlıq sarayının qarşısındakı kirayə yaşadığı mənzildə "xxxx" MMC-nin hesabına postterminal vasitəsilə 22 dekabr 2020-ci il tarixdə 8,653.75 manat və 24 dekabr 2020-ci il tarixədə 42,032.50 manat pul köçürtmüş, bundan sonra Qabil Məmmədov həmin pulu "xxxx" MMC-nin kart hesabına köçürməklə 2020-ci ilin dekabr ayının sonlarında bir hissəsini özü, qalan məbləği isə cinayətə aidiyyəti olmayan tanışı Şahid vasitəsi ilə nağdlaşdıraraq ələ keçirib öz aralarında bölmüşlər, bundan sonra cinayətkar plana uyğun olaraq qrupun üzvü “Sadık Polat" Türkiyə Respublikasında “HSBC” banKına müraciət edib onun icazəsi olmadan ona məxsus 4059-1970-2246-2226 nömrəli bank kartından ödəniş edildiyini bildirdiyindən həmin bank tərəfindən “Paşa Bank" ASC-yə etiraz əməliyyatları sorğuları göndərilməklə 50,686.25 manat məbləğində pul vəsaiti "xxxx" beynəlxalq ödəniş sisteminin qaydalarına uyğun olaraq “Paşa Bank" ASC-nin hesabından “Sadık Polatın” xeyirinə tutulmuş, bununlada Təqsirləndirilən şəxs2 öz qulluq mövqeyindən istifadə etməklə qabaqcadan əlbir olan bir qrup şəxs halında aldatma və etibardan sui-istifadə etmə yolu ilə Zərərçəkmiş şəxs ASC-yə külli miqdarda 50,686.25 manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 özünü ona elan edilmiş ittiham üzrə təqsirli bilərək ifadəsində göstərmişdir ki, Sezer ona demişdir ki, POS Terminal aparatları vasitəsi ilə pul qazanmaq olur. Sezerlə razılaşmışdır ki, əgər Azərbaycanda Pos terminal aparatı tapsa razılaşmaya görə pulların 50% ona 50%i isə Sezara qalacaq. Lakin bu iş üçün Türkiyə kartı lazım olmuşdur. Türkiyədə yaşayan tanışı Sadık Polat əvvəlcədən öz kartını ona vermişdir ki, Türkiyədə və Azərbaycanda olarkən istifadə etsin. Sezer demişdir ki, onun bankdan pul oğurlama metodu “HSBC" bankda yaxşı işləyir. Mexanizm belə qurulmuşdur ki, Azərbaycana gəldikdən sonra Sezer həmin Sadık Polatın “HSBC” bankdan verilən kartına təxminən 51.000 manat pul vurmalı, o, həmin pulu Azərbaycanda tapacağı şirkətinə hesabına POS TERMİNAL vasitsi ilə köçürməli idi, pulu həmin şirkət vasitəsi ilə müxtəlif şirkətlərdə nağdlaşdırma üsulu ilə götürdükdən sonra Sezer karta vurduğu 51.000 manat pulu Sadık Polatın kartından çəkməliydi. İlkin razılaşmaya görə bu əməliyyatların hamısını özü Azərbaycanda onunla birlikdə etməli idi. Lakin 2020-ci ilin noyabr ayında birlikdə Azərbaycana gəlmək istədikdə onu Türkiyədən buraxmamışlar ki, ölkədə müharibə gedir. Onda belə razılaşmılar ki, o burada bütün işi onun göstərişləri ilə edəcəkdir. Belə də olmuş, yəni ölkəyə gəldikdən sonra Təqsirləndirilən şəxs2 bu barədə məlumat vermişdir. Onunla belə razılaşmışlar ki, əldə olunan pulun yarısı Sezerə getməli, 10% ona verilməli, qalan pulu da o, xərclər çıxıldıqdan sonra özünə götürəsəkdir. Lakin Qalibə bildirmişdir ki, bu iş üçün şirkətin POS TERMİNAL aparatı lazımdır. Qalib də müştərisi olduğu “Paşa Bank" ASC-yə müraciət etmiş POS TERMİNAL aparatı alıb gətirib ona vermişdir. O da 22 dekabr 2020-ci il tarixdən etibarən Sezer Sadıkın kartına ilkin olaraq təxminən 8665 manat pul vurmuş və demişdir ki, bu pulu köçürsün Qalibin "xxxx" MMC şirkətinə hətta prosesin necə olunduğuna dair ona “WhatsApp" proqramı vasitəsi ilə video çəkib göndərdiyindən o özü köçürmə əməlivvatlarını edə bilmidir. Növbəti dəfə isə Sezer 24 dekabr 2020-ci il tarixdə bildirmişdir ki, yenidən Sadıkın kartına 42 032 manat pul köçürüb onu da eyni qaydada çıxarmaq lazımdır. O da yenidən Qalibin POS Terminalı vasitəsi ilə pulu eyni qaydada köçürmüşdür. Ümumilikdə 50.669.12 manat nul köçürmüş, Köçürmə əməliyyatlarını Bakı şəhəri, Nəsimi rayonunda yerləşən ünvanını dəqiq bilmədiyi qısa müddətli kirayə kimi yaşadığı mənzildə etmişdir. Bundan sonra Qalib tamımadığı adamlar vasitəsi ilə pulu bilmədiyi üsullarla nağdlaşdırıb gətirmişdir. Pul onlarda olduqdan sonra Sezer orada artıq banka müraciət edib Sadıkın kartına qoyduğu pulu geri çəkmişdir. Bundan sonra bank Sadıka zəng edib bu barədə maraxlandığı zaman Sadık ona müraciət edib soruşmuşdur. Çün ki, reallıxda onun bu proseslərdən heç bir məlumatı olmayıb. O da həqiqətəndə kartı sındırıb tullamışdır. Əldə olunmuş puldan Qalib ona 30.000 manat vermişdir. O da həmin puldan təxminən 15000 manatını "Western Union" vasitəsi ilə Sezerə hissə-hissə göndərmişdir. 10000 manatını isə Volkswagen Passat" markalı avtomobil almışdır. Bu avtomobili o, Sezerin sözü ilə özü üçün almışdır. Qalan 5.000 manat ona qalmışdır. Təxminən 10000 manat da Qalibdə qalmışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 özünü ona elan edilmiş ittiham üzrə təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2020-ci ilin təxminən yay aylarında tanışı Təqsirləndirilən şəxs1 ona müraciət edərək bildirmişdir ki, əgər şirkət açıb POS Terminal əldə edə bilsə bu POS Terminal vasitəsi ilə müəyyən işlər görmək olar. İşlər nə olduğunu soruşduğu zaman demişdir ki, gələndə deyəcək. 2020-ci ilin noyabr ayında Arzu onunla “Şamaxinka” deyilən ərazidə görüşmüşdür. Görüş zamanı təklif etmişdir ki, onda olan kart vasitəsi ilə pos terminal alqi-satqi əməliyyatlari aparıb pul qazancaq. Lakin həmin vaxt onun avtorizasiya sistemli pos terminali olmadığından hesabi Zərərçəkmiş şəxsda açdiği üçün ora müraciət edib yaxin müddətdə pos terminal əldə etmişlər. Arzu ilə belə razılaşmışlar ki, onda olan kartdan o özü üsulunu bilmədiyi yolla şirkət pul köçürəcək əldə olunmuş pulun 50% Türkiyədə bu işin başında dayanan Sezer adlı şəxsə göndərəcək, qalan puldan 10% Arzuya çatacaq. Yəni ümumi puldan 40% ona qalacaq. Lakin pulun nağdlaşdırılması üçün də oradan bir xeyli xərclər çıxılmalıdır. O da Arzu ilə razılaşmışdır. POS TERMİNALİ Arzuya verdikdən sonra onunla birlikdə, yaşadığı Nəsimi rayonunda “Qızıltac” şadlıq sarayının qarşısından mənzilində pul köçürmə əməliyyatlarına başlamışlar. Daha doğrusu Arzu özü onda olan kart vasitəsi ilə pul köçürməyə başlamışdır. 22 dekabr 2020-ci il tarixdə 8665 manat, 24 dekabr 2020-ci il tarixdə 42032 manat pulu Arzu onun hesabına köçürmüşdür. Sonradan bilmişdir ki, bank ayda 15000 manatdan artıq pul çıxarmağa imkan vermir.04 fevral 2021 ci il tarixdə banka gəldikdə orada həmin gün onu saxlayıb Mütəşəkkil ciayətkarlıqla mübarizə idarəsinə aparmışlar. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ittiham olunduqları cinayət əməlini törətmələri öz etirafedici ifadələrindən başqa məhkəmə iclasında dindirilmiş şahid ifadəsi, ekspertiza rəyləri və digər sübutlarla öz təsdiqini tapmışdır. Məhkəmə iclasında zərərçəkmiş şəxsin nümayəndəsi X5 çıxışında göstərmişdir ki, 08 dekabr 2020-ci il tarixdə "xxxx" MMC adı altında fəaliyyət göstərən hüquqi şəxsin rəhbərliyi bankdan Androin tipli POS-terminal sifariş vermişdir. Həmin terminal vasitəsilə Türkiyə Respublikası bankı olan “HSBC” bankını kartı vasitəsilə 21 və 23 dekabr 2020-ci il tarixlərində 8,750 və 42,500 manat silinmə əməliyyatı həyata keçirilmişdir. 19 yanvar 2021-ci il tarixdə onların məlumatı olmuş ki, qarşı bank olan “HSBC” bankı etiraz əməliyyatı göndərmişdir. Yəni Zərərçəkmiş şəxs ASC-nİn terminal) vasitəsilə “HSBC” bankının kartının sahibi həmin banka müraciət edərək onun kartından onun icazəsi olmadan pul silindiyini bildirmişdir. Buna görədə həmin kartla aparılmış əmliyyat etibarsız hesab edilmiş və Zərərçəkmiş şəxs ASC ilə “VİSA" beynəlxalq ödəniş sistemi arasında olan qaydalara əsasən "xxxx" beynəlxalq ödəniş sistemi həmin 50,686.25 manat məbləği Paşa Banka ASC-nin hesabından geri tələb etmişdir. Hadisə nəticəsində Zərərçəkmiş şəxs ASC-yə 50,686.25 manat maddi ziyan dəymişdir. Həmin ziyanı tələb edirlər. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, o, Sabirabad şəhərində yaşayır. Təqsirləndirilən şəxs2 onun qonşusudur. Onunla normal münasibətləri olub. 2020-ci ilin dekabr ayının ortalarında Qaliblə danışan zaman ona bahalı bujiteriya və aksesuarlar alqı-satqısı ilə məşğul olduğunu bildirmişdir. Belə ki, onun dediyinə görə malı bazardan alır və həmin əşyaları satdığı şəxslər ona pulu kart hesabına göndərmişdir. Həmin pulu kart hesabdan cari hesabına göndərmişdir. O qeyd etmişdir ki, malı nağd şəkildə aldığından ona nağd pul lazımdır. Qalib bildirmişdir ki, müəyyən olunmuş qaydalara əsasən ay ərzində 15.000 manatdan artıq kartdan pul çıxartmaq mümkün deyildir. Həmin ayda o, bu limitdən istifadə etmişdir. Qalib hazırda hesabında 50.000 manatdan artıq pul olduğunu, lakin həmin puldan bir hissəsini özü həll edib nağdlaşdırdığını, hazırda kartda 32.000 manat pul qaldığını bildirmişdir. Ondan xahiş etmişdir ki, həmin məbləğin nağdlaşdırılmasında ona köməklik etsin. Çünki Qalib bilirdi ki, o, maliyyə sahəsini yaxşı bilir. Həmçinin, onun gömrükdən yüksək qiymətli mallar keçirən tanışları olduğunu Qalib bilmişdir. Belə ki, ona həmin pulun nağdlaşdırılması müqabilində 2.000 manata qədər pul verəcəyini bildirmişdir. Qalib həmin pulun oğurluq yolu ilə əldə edildiyini ona deməmişdir. Qalib həmin pulun bujiteriya alqı-satqısından qazandığını bildirmişdir. Bundan sonra Qalib ona 25 dekabr 2020-ci il tarixdə bir ədəd plastik kart vermiş və içərisində 32.000 manata qədər pul olduğunu bildirmişdir. O da həmin kartı götürüb Bakı şəhərinə gələrək Baş Gömrük idarəsinə yaxınlaşmış, orda gömrük rüsumunu nağd şəkildə ödəmək istəyən şəxslərə yaxınlaşaraq həmin pulu kart vasitəsilə ödəmiş və həmin şəxslərdən pulu nağd şəkildə almışdır. Həmin kartdakı puldan 640 manatı kartda özü üçün saxlamışdır. Qalan pulu da Sabirabad şəhərində Qalibin özünə ödəmişdir. Həmin vaxt Qalib ona 800 manat da özü pul vermişdir. Bundan başqa əvvəl də ona 500 manat pul vermişdir. Qalib bu iş üçün ona ümumilikdə 1.940 manat pul vermişdir. O, Təqsirləndirilən şəxs2 ondan nağdlaşdırmağı istədiyi pulun cinayət yolu ilə əldə etdiyini bilməmişdir. Zərərçəkmiş şəxs ASC-dən daxil olmuş 30 avqust 2021 -ci il tarixli PB/PBL-OUT- 01356- 2021 nömrəli arayışda qeyd edilmişdir ki, Zərərçəkmiş şəxs ASC-nin müştərisi olan "xxxx" MMC adı altında fəaliyyət göstərən hüquqi şəxsin rəhbərliyi tərəfindən bank kartları üzrə Pos-terminal vasitəsi ilə qanunsuz əməliyyatlar icra edilmişdir. Belə ki, "xxxx" MMCdə 08.12.2020-ci il tarixində quraşdırılmış Android tipli POS-terminal vasitəsilə 21.12.2020 və 23.12.2020-ci il tarixlərində digər şəxsə məxsus olan (Türkiyə “HSBC” bankı) bank kartı üzrə 8.75 AZN və 4.25 AZN məbləğində pre-avtorizasiya (ilkin əməliyyat) əməliyyatları və 8,750 AZN və 42,500 AZN məbləğində completion (silinmə) əməliyyatlarını həyata keçirmişdir. "xxxx" MMC əldə olunan pul vəsaitlərindən 8,000 AZN və 41,050 AZN məbləğində vəsaiti hesabından “BTB” Bankın müştərisi olan "xxxx" MMC-nin bank hesabına köçürülmüş, qalıq vəsaitləri isə hesabından nağdlaşdırılmışdır. 19.01.2021-ci il tarixində müvafiq completion əməliyyatları üzrə qarşı tərəf bankı olan “HSBC” bank tərəfindən Zərərçəkmiş şəxs ASC-yə etiraz əməliyyatları sorğuları daxil olmuş və müvafiq məbləğdə pul vəsaitləri "xxxx" beynəlxalq ödəniş sisteminin qaydalarına uyğun olaraq Zərərçəkmiş şəxs ASC-dən tutulmuşdur. Göstərilən əməliyyatlar üzrə Zərərçəkmiş şəxs ASC-yə vurulmuş ziyanın məbləği hazırda 50,686.25 manat təşkil edir. Cinayət işinin istintaq materiallarına əlavə edilmiş sənədlər baxış keçirilməsi haqqında 20 avqust 2021-ci il tarixli protokoldan görünür ki, cinayət işi üzrə zərərçəkmiş şəxs hüquqi şəxs Zərərçəkmiş şəxs ASC tərəfindən 01 fevral 2021-ci il tarixli PB-OUT- 00510- 2021 nömrəli məktubla göndərdiyi "xxxx" MMC-nin Zərərçəkmiş şəxs ASC-də olan bank hesabından çıxarışa baxış keçirilmişdir. Baxış zamanı müəyyən edilmiş ki, "xxxx" MMC-nin Zərərçəkmiş şəxs ASC-də olan bank hesabına 22 dekabr 2020-ci il tarixdə 8,653.75 manat pul mədaxil edilmişdir. Həmin tarixdə 8.000 manat "xxxx" MMC-nin hesabına məxaric edilmişdir. 24 dekabr 2020 42,032.50 manat pul hesaba mədaxil edilmişdir. Həmin tarixdə 41,050.00 manat "xxxx" MMC-nin hesabına məxaric edilmişdir. İstintaq zamanı DİN-in BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 01 iyul 2019-cu il tarixdə Bakı şəhəri, Səbail Rayon Məhkəməsinin 1(009)- 83/2019 nömrəli hökmü ilə Azərbaycan Respublikası CM-in 178.2.1, 178.2.2, 178.2.3, 310 və 320.1-ci maddələri ilə təqsirli bilinərək 6500 manat cərimə cəzasına məhkum edilmişdir. Sabirabad Rayon İcra və Probasiya şöbəsindən daxil olmuş 117408/2019-19-1 nömrəli 01 iyun 2021-ci il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində təyin edilmiş cərimə cəzasını icra etməmişdir. Təqsirləndirilən şəxs1 törətmiş olduğu cinayət əməlini etiraf etmiş və özünün müdafiəsi üçün hər hansı bir dəlil gətirməmişdir. Onun cinayətləri törətməkdə öz təqsirini etiraf etməsi iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyindən ona qarşı ittihamın əsası kimi qəbul edilmişdir. Təqsirləndirilən şəxs2 törətmiş olduğu cinayət əməlini etiraf etmiş və özünün müdafiəsi üçün hər hansı bir dəlil gətirməmişdir. Onun cinayətləri törətməkdə öz təqsirini etiraf etməsi iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyindən ona qarşı ittihamın əsası kimi qəbul edilmişdir. Cinayət işinin istintaqı zamanı toplanmış sübutlarla Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cinayət əməlini törətmələri özlərinin təsdiqedici ifadələri ilə yanaşı şahid ifadəsi, diskə baxış protokolu, bank çıxarışları və digər təkzib olunmaz sübutlarla öz təsdiqini tapmışdır. Beləliklə, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətmiş olduqları cinayət əməlləri məhkəmə iclasında öz təsdiqini tapdığından onlar, təqsirli bilinib cəzalandırılmalıdırlar. Məhkəmə əməlin tövsif məsələsini müzakirə edərək hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməlləri Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə tövsüf edilməli və onlar, həmin maddələrlə təqsirli bilinib cəzalandırılmalıdırlar. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. İstintaq zamanı DİN-in BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 01 iyul 2019-cu il tarixdə Bakı şəhəri, Səbail Rayon Məhkəməsinin 1(009)- 83/2019 nömrəli hökmü ilə Azərbaycan Respublikası CM-in 178.2.1, 178.2.2, 178.2.3, 310 və 320.1-ci maddələri ilə təqsirli bilinərək 6500 manat cərimə cəzasına məhkum edilmişdir. Sabirabad Rayon İcra və Probasiya şöbəsindən daxil olmuş 117408/2019-19-1 nömrəli 01 iyun 2021-ci il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində təyin edilmiş cərimə cəzasını icra etməmişdir. Göründüyü kimi Təqsirləndirilən şəxs2 məhkumluğu ödənilməmiş və üzərində bdənilməmiş cərimə cəzası qalmışdır, odur ki, ona hazırkı cinayət işi üzrə cəza təyin edilərkən hökmlərin məcmusu üzrə cəza təyin edilməli və ona təyin ediləcək cəza Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 1(009)- 83/2019 nömrəli hökmü ilə birləşdirilməlidir. Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Azərbaycan Respublikası CM-nin 68.2 maddəsinə əsasən müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə, nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum etmə, xüsusi və ya hərbi rütbədən, fəxri addan və dövlət təltifindən məhrum etmə və ya cərimə növlərində cəza ictimai işlər, islah işləri, intizam xarakterli hərbi hissədə saxlama, hərbi xidmət üzrə məhdudlaşdırma, azadlığın məhdudlaşdırılması və ya azadlıqdan məhrum etmə ilə toplandıqda, onlar müstəqil icra olunur. Odur ki, Təqsirləndirilən şəxs2 üzərində çəkilməmiş 6500 manat məbləqində cərimə cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə tamamilə birləşdirilməli və Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 68.2-ci maddəsinə əsasən cərimə cəzası müstəqil icra olunmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 18.4.4-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar, zamanı residiv nəzərə alınmadan cəza təyin edilir. Təqsirləndirilən şəxs2 əvvəllər azadlıqdan məhrumetmə cəzasına məhkum edilmədiyindən ona cəza təyin edilərkən cinayətlərin residivi nəzərə alınmamalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxslərin cəzalarını yüngülləşdirən halları müəyyən olmadı. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən təqsirləndirilən şəxslərin əməllərində onların cəzalarını ağırlaşdıran hal müəyyən edilmədi. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 05 fevral 2021-ci il tarixdə şübhəli şəxs qismində saxlanılaraq tutulmuşlar. Odur ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının əvvəli onların şübhəli şəxs qismində tutulduqları, 05 fevral 2021-ci il tarixdən hesablanmalıdır. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ittiham olunduqları maddənin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən təyin edilmiş cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. İş üzrə ekspertiza xərcləri yoxdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-3.1-ci maddəsinə əsasən müsadirə məsələsi həll olunarkən ilk növbədə cinayət nəticəsində əmlakın qanuni sahibinə vurulmuş ziyan ödənilməlidir. Həmin məcəllənin 99-3.2-ci maddəsinə əsasən cinayət nəticəsində əmlakın qanuni sahibinə vurulmuş ziyan müsadirə edilmiş əmlak hesabına ödənilməli, bundan sonra əmlakın qalan hissəsi dövlət nəfinə alınmalıdır. Müsadirə edilmiş əmlak cinayət nəticəsində əmlakın qanuni sahibinə vurulmuş ziyanın ödənilməsinə kifayət etmədiyi və cinayət törətmiş şəxsin müsadirə edilmiş əmlakdan başqa əmlakı olduğu hallarda ziyanın qalan hissəsi cinayət törətmiş şəxsin həmin əmlakının hesabına ödənilir. İş mateiallarından görünür ki, Təqsirləndirilən şəxs1 məxsus “X7” markalı, **-DR-*** qeydiyyat nişanlı avtomobilin üzərinə Nərimanov Rayon Məhkəməsinin 06 iyul 2021-ci il tarixli, 5(005)-747/2021 nömrəli qərarı ilə həbs qoyulmuş və avtomobil Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin dayanacağında saxlanılır. Məhkəmədə toplanmış sübutlarla tam təsdiq olunmuşdur ki, Təqsirləndirilən şəxs1 “X7” markalı, **-DR-*** qeydiyyat nişanlı avtomobili dələduzluq yolu ilə əldə olunmuş pul vəsaiti ilə almışdır. Odur ki, məhkəmə hesab edir ki, iş üzrə zərərçəkmiş şəxsə dəymiş ziyan üzrə 50.686,25 (əlli min altı yüz səksən altı manat iyirmi beş qəpik) manat və 243 (iki yüz qırx üç) manat dövlət rüsumu, ümumilikdə 50.929,25 (əlli min doqquz yüz iyirmi doqquz manat iyirmi beş qəpik) manat məbləğində mülki iddia təmin olunmalı, Təqsirləndirilən şəxs1 məxus olan və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin dayanacağında saxlanılan “Volkswagen Passat” markalı, **-DR-*** qeydiyyat nişanlı avtomobil Zərərçəkmiş şəxs ASC-yə dəymiş ziyana yönəldilməlidir. Hüquqi yardımla bağlı Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında" 01 fevral 2001-ci il tarixli qərarına və həmin qərara 27 yanvar 2010-cu il tarixdə edilmiş dəyişikliklərə əsasən hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Bakı şəhəri 14 saylı vəkil bürosunun vəkilləri Bakı şəhəri 14 saylı vəkil bürosunun vəkilləri Müdafiəçi1 288 ( iki yüz səksən səkkiz) manat məbləğində, Müdafiəçi2 Qulamhüseyn oğluna 288 ( iki yüz səksən səkkiz) manat məbləğində pul ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-346, 349, 351-354, 356-cı maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 08 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin əvvəli 05 fevral 2021-ci il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlansın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 08 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Bakı şəhəri, Səbail Rayon Məhkəməsinin 1(009)- 83/2019 nömrəli 01 iyul 2019-cu il tarixli hökmü ilə təyin olumuş 6500 (altı min beş yüz) manat cərimə cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə tamamilə birləşdirilsin və Təqsirləndirilən şəxs2 qəti olaraq 08 (səkkiz) il müddətə adlıqdan məhrumetmə və 6500 (altı min beş yüz) manat cərimə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 68.2-ci maddəsinə əsasən cərimə cəzası müstəqil icra olunsun. Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin əvvəli 05 fevral 2021-ci il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlansın. Zərərçəkmiş şəxs ASC-yə dəymiş ziyana üzrə 50.929,25 (əlli min doqquz yüz iyirmi doqquz manat iyirmi beş qəpik) manat məbləğində mülki iddia təmin olunsun. Təqsirləndirilən şəxs1 məxus olan və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin dayanacağında saxlanılan “Volkswagen Passat” markalı, **-DR-*** qeydiyyat nişanlı avtomobil Zərərçəkmiş şəxs ASC-yə dəymiş ziyana yönəldilsin. Hüquqi yardımla bağlı Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri 14 saylı vəkil bürosunun vəkilləri Müdafiəçi1 288 ( iki yüz səksən səkkiz) manat məbləğində, Müdafiəçi2 Qulamhüseyn oğluna 288 ( iki yüz səksən səkkiz) manat məbləğində pul ödənilsin. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən, apelyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-211/2022
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-211/2022
24.02.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver