Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-211/2023 04.08.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim: Zeynal Qurban oğlu Ağayevin sədrliyi ilə, Hakimlər: X13 və Səbuhi Sabir oğlu Hüseynovdan ibarət tərkibdə, X10, Abdullayev Ümüd məhərrəm oğlunun katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokurorları Dövlət ittihamçısı, X9, X23, Müdafiəçilər - Azərbaycan Respublikası Vəkillər Kollegiyası üzvü, Bakı şəhəri 11 saylı vəkil bürosunun vəkili Müdafiəçi3, Bakı şəhəri 13 saylı vəkil bürosunun vəkili Müdafiəçi1, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi4, Zərərçəkmiş şəxslər - Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, Şahid1, Zərərçəkmiş şəxsin hüquqi varisi -X5, Zərərçəkmiş şəxsin qanuni nümayəndəsi- Qanuni nümayəndə, Təqsirləndirilən şəxslər - Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 iştirakı ilə, Təqsirləndirilən şəxs1 (xx.xx.1997-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi qaydada qəssab işləmiş, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda yaşamış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.2, 29,120.2.2, 29,120.2.7, 145.2.6 və 221.3-cü maddələri ilə, Təqsirləndirilən şəxs2 (xx.xx.1994-cü ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, natamam orta təhsilli, evli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış ünvan 1 ünvanda yaşayan, barəsində «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmiş); Təqsirləndirilən şəxs3 (xx.xx.1999-cu ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, natamam-orta təhsilli, qəssablıq fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda yaşamış, barəsində «həbs» qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs1 silah kimi istifadə edilən əşyadan istifadə etməklə adam oğurluğu ilə bağlı olmayan qanunsuz azadlıqdan məhrum etmiş, bir qrup şəxs halında xuliqanlıq yəni, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, silah qismində istifadə olunan əşyadan istifadə etməklə zərərçəkmiş şəxsə zor tətbiq olunması ilə müşayiət olunan qərəzli hərəkətlər etmiş, qəsdən adam öldürmüş, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmiş, iki və daha çox şəxsi qəsdən öldürməyə cəhd etmişdir. Belə ki, Təqsirləndirilən şəxs1 19 yanvar 2021-ci il tarixdə, saat 04 radələrində icarə əsasında işlətdiyi Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Q.Musabəyov küçəsində yerləşən ərzaq mağazasından oğurluğa cəhd etmiş orta dərəcəli əqli gerilik, davranış pozuntuları kimi psixi xəstəlikdən əziyyət çəkən Zərərçəkmiş şəxs4 arxasınca qaçıb onu fərdi əlamətlərinə görə tanıdıqdan sonra 2021-ci ilin yanvar ayının sonlarında istintaqa məlum olmayan dəqiq tarixdə və saatda Zərərçəkmiş şəxs4 onun işlədiyi dükanın qarşısından keçdiyini görüb ondan qisas almaq məqsədi ilə Zərərçəkmiş şəxs4 tutub saxlayaraq istintaqa məlum olmayan zənciri istifadə edib sonuncunun boynuna dolayaraq mağazanın yanından keçən qaz borusuna qıfılla bağlayıb sərbəst hərəkət etmək imkanını məhdudlaşdırmaqla adam oğurluğu ilə bağlı olmayan qanunsuz azadlıqdan məhrum etmişdir. Bundan başqa o, xx.xx.2021-ci il tarixdə, saat 18:20 radələrində ünvan 2 ünvanında yerləşən istifadəsində olan ət dükanın qarşısında Şahid11 ilə aralarında sözlü mübahisə baş vermiş, səhəri günü Zərərçəkmiş şəxs1 ona bir neçə dəfə Şahid11 dostu Zərərçəkmiş şəxs2 onu ünvan 3 ünvanında yerləşən “Dönər” adlı kafeyə çağırmasini bildirmişdir. O bu barədə qardaşları Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 məlumat verdikdən sonra xx.xx.2022-ci il tarixdə, saat 19:30 radələrində Zərərçəkmiş şəxs2 dostları ilə birlikdə ünvan 3 ünvanında yerləşən “Dönər” adlı kafeyə qardaşları ilə birlikdə gedərək söhbət edib baş verənləri aydınlaşdırmaq üçün Zərərçəkmiş şəxs2 küçəyə çıxmasını tələb edib buna nail olmuşdur. Sonra həmin vaxt kafedə əyləşmiş sonuncunun dostları Şahid4, Zərərçəkmiş şəxs1, Şahid1 və Zərərçəkmiş şəxs3 da küçəyə çıxmışlar. Kafenin qarşısında ictimai yerdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qanunvericiliklə müəyyən edilmiş qarşılıqlı davranış və birgəyaşayış qaydalarına zidd olaraq söhbət zamanı qardaşı Təqsirləndirilən şəxs3 qəflətən əlində olan taxta parçası ilə Zərərçəkmiş şəxs2 sol təpə nahiyəsindən zərbə vurmasından sonra özü də ona tərəf yumruq zərbəsi vurub yerə yıxaraq bir gün əvvəl baş vermiş mübahisədə ona qarşı edilən hərəkətlərə görə qisas almaq niyyəti ilə Zərərçəkmiş şəxs2 qəsdən öldürmək niyyəti ilə qabaqcadan özü ilə gətirib üzərində gəzdirdiyi zavod üsulu ilə hazırlanmış məişət təyinatlı mətbəx bıçağını çıxardıb silah qismində istifadə olunan əşyadan istifadə etməklə zor tətbiq edib ətrafda olan şəxslərin narahatçılığına və kafenin fəaliyyətinin pozulmasına səbəb olan qərəzli xuliqanlıq hərəkətləri etmiş, Zərərçəkmiş şəxs2 üzərinə hücum edib qəsdən öldürmək məqsədi ilə əlindəki bıçaqla onun bədən səthinə ardıcıl zərbələr vuran zaman artıq baş vermiş qarşılıqlı dava zamanı ona tərəf yaxınlaşan Zərərçəkmiş şəxs3 əlindəki bıçaqla zor tətbiq edib sol əlin İİ, İİİ və İV barmaqlarının kəsilmiş yaraları kimi ümumilikdə və hər biri ayrı-ayrılıqda sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər yetirdikdən sonra onun aralaşdığını görüb yenidən yerdə uzanıqlı vəziyyətdə olub ayaqları ilə aktiv müdafiə olunmağa çalışan Zərərçəkmiş şəxs2 tərəf zərbələr atmaqda davam etmiş, bu zaman əlində bıçaq ona tərəf hücum etmiş Zərərçəkmiş şəxs1 ona tərəf gəldiyini görüb dərhal çevrilərək qəsdən öldürmək məqsədi ilə onun bədən səthinə ardıcıl zərbələr vurub ona sol baldırın sıyrığı kimi canlı şəxslərdə sağlamlığa zərərvurmayan, sol budun 1 (bir) ədəd, sağ baldırın 1 (bir) ədəd hər biri ayrıayırılıqda və ümumilikdə canlı şəxslərdə sağlamlığa yüngül zərərvurmanın əlamətlərinə deşilmiş-kəsilmiş yaraları, döş qəfəsinin ön səthinin döş boşluğuna keçərək döş sümüyünün kəsilməsinə, ürəyin və sol ağciyərin zədələnməsinə səbəb olan baş vermiş kəskin qanitirmə nəticəsində ölümü ilə birbaşa səbəbli canlı şəxslərdə sağlamlığa ağır zərərvurmanın əlamətlərinə malik 1 (bir) ədəd cəmi 3 ədəd deşilmiş-kəsilmiş xəsarətlər yetirərək onu qəsdən öldürdükdən sonra, Zərərçəkmiş şəxs2 özünü toparlayaraq ayağa qalxdığını görüb onu qəsdən öldürməyə yönəlmiş niyyətini başa çatdırmaq məqsədi ilə yenidən üzərinə hücum edərək əlindəki bıçaqla bir dəfə qarın nahiyəsindən zərbə vurub ona sol budun 2 (iki) ədəd və sol baldırın 1 (bir) ədəd ümumilikdə və ayrı-ayrılıqda sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid deşilmiş-kəsilmiş yaraları, ağır dərəcəli hemoraragik şokla (qanitirmə şoku) müşayiət olunan mədənin və piyliyin yaralanmasına səbəb olan qarının ön divarının qarın boşluğuna nüfuz edən həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid 1(bir) ədəd, cəmi 3 ədəd deşilmiş-kəsilmiş yaraları kimi xəsarətlər yetirib onun almış olduğu xəsarətlərdən ölə biləcəyini fikirləşib oradan qaçdığından, Zərərçəkmiş şəxs1 qəsdən öldürmüş, yəni qəsdən həyatdan məhrum etmiş, Zərərçəkmiş şəxs2 isə aktiv müqavimət göstərdiyindən, habelə sonuncu ətrafda olan şəxslərin köməkliyi ilə vaxtında “X32”nə çatdırılaraq orada ixtisaslı tibbi yardım göstərilməklə həyatı xilas olunduğundan öz iradəsindən asılı olmayan səbəblərə görə cinayət əməlini başa çatdıra bilməyərək Zərərçəkmiş şəxs2 qəsdən öldürməyə, yəni iki və daha çox şəxsi qəsdən həyatdan məhrum etməyə cəhd etmişdir. Təqsirləndirilən şəxs2 bir qrup şəxs halında xuliqanlıq yəni, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, silah qismində istifadə olunan əşyadan istifadə etməklə zərərçəkmiş şəxsə zor tətbiq olunması ilə müşayiət olunan qərəzli hərəkətlər etmişdir. Belə ki, o, yuxarıda göstərilən səbəblərdən xx.xx.2021-ci il tarixdə saat 19:30 radələrində ünvan 3 ünvanında yerləşən “Dönər” adlı kafeyə qardaşları Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 ilə bir qrup şəxs halında söhbət etmək üçün Zərərçəkmiş şəxs2 küçəyə çıxmasını tələb edib buna nail olduqdan sonra sonuncunun kafedə əyləşmiş dostları Şahid4, Zərərçəkmiş şəxs1, Şahid1 və Zərərçəkmiş şəxs3 da onlarla birlikdə küçəyə çıxmalarını görüb kafenin qarşısında ictimai yerdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qanunvericiliklə müəyyən edilmiş qarşılıqlı davranış və birgəyaşayış qaydalarına zidd olaraq qardaşı Təqsirləndirilən şəxs3 əlində olan taxta parçası ilə Zərərçəkmiş şəxs2 sol təpə nahiyəsindən zərbə vurmasından sonra onun yerə yıxıldığını görüb hər hansı bir əsaslı səbəb olmadan öz üstünlüyünü ətrafdakılara nümayiş etdirmək məqsədilə ictimai qaydalara və hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərməklə əvvəlcə yerdə uzanıqlı vəziyyətdə olan Zərərçəkmiş şəxs2 qarın nahiyəsindən sağ yumruğu ilə zərbələr vurmuş, artıq baş vermiş qarşılıqlı dava zamanı qardaşları tərəfindən yaralı vəziyyətə gətirilmiş Zərərçəkmiş şəxs2 özünü toparlayaraq ayağa qalxmağa çatışdığını görüb yenidən üzərinə hücum edərək istintaqa məlum olmayan mənbədən əldə etdiyi silah qismində istifadə olunan taxta parçasından istifadə edib bir dəfə zərbə atmaqla zor tətbiq edib ona sol baldırın sıyrığı kimi sağlamlığa zərərvurmayan xəsarətlərə aid dərəcələri təyin edilməyən xəsarət yetirib ətrafda olan şəxsləri narahatçılığına və kafenin fəaliyyətinin pozulmasına səbəb olan qərəzli hərəkətlər edərək xuliqanlıq etmişdir Təqsirləndirilən şəxs3 xuliqanlıq, yəni bir qrup şəxs halında ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, silah qismində istifadə olunan əşyadan istifadə etməklə zərərçəkmiş şəxsə zor tətbiq olunması ilə müşayiət olunan qərəzli hərəkətlər etmişdir. Belə ki, o, yuxarıda göstərilən səbəblərdən xx.xx.2021-ci il tarixdə saat 19:30 radələrində ünvan 3 ünvanında yerləşən “Dönər” adlı kafeyə qardaşları Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə bir qrup şəxs halında söhbət etmək üçün Zərərçəkmiş şəxs2 küçəyə çıxmasını tələb edib buna nail olduqdan sonra sonuncunun kafedə əyləşmiş dostları Şahid4, Zərərçəkmiş şəxs1, Şahid1 və Zərərçəkmiş şəxs3 da onlarla birlikdə küçəyə çıxmalarını görüb kafenin qarşısında ictimai yerdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qanunvericiliklə müəyyən edilmiş qarşılıqlı davranış və birgəyaşayış qaydalarına zidd olaraq Zərərçəkmiş şəxs2lə söhbət zamanı hər hansı bir əsaslı səbəb olmadan öz üstünlüyünü ətrafdakılara nümayiş etdirmək məqsədilə ictimai qaydalara və hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərməklə qabaqcadan özü ilə gətirib istifadəsində olan “Lada Granta” markalı **-PE-*** dövlət nömrə nişanlı avtomobilin solununda saxladığı istintaqa məlum olmayan silah qismində istifadə olunan taxta parçasından istifadə edib əvvəlcə qəflətən Zərərçəkmiş şəxs2 sol təpə nahiyəsində bir dəfə zərbə vurmuş, bu səbəbdən baş vermiş qarşılıqlı dava zamanı öz qanunsuz hərəkətlərini davam etdirib silah qismində istifadə olunan taxta parçasından istifadə edib həmin vaxtı kənara çəkilmək istəyən Şahid1 tərəf zərbə ataraq zor tətbiq etməklə ona sol mil-bilək oynağı nahiyəsinin sıyrığı kimi sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduqları üçün dərəcəsi təyin edilməyən xəsarət, Zərərçəkmiş şəxs3 tərəf zərbə atmaqla zor tətbiq edib ona sol təpə nahiyəsinin əzilmiş yarası kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid xəsarət yetirdikdən sonra özü və qardaşları tərəfindən yaralı vəziyyətə gətirilmiş Zərərçəkmiş şəxs2 özünü toparlayaraq ayağa qalxmasını görüb yenidən üzərinə hücum edərək silah qismində istifadə olunan taxta parçasından istifadə edib iki dəfə zərbə atmaqla zor tətbiq edib ona sol təpə nahiyəsinin sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya 1 (bir) ədəd əzilmiş yarası, sol əlin qançırı kimi sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduğu üçün dərəcəsi təyin edilməyən xəsarətlər yetirib ətrafda olan şəxsləri narahatçılığına və kafenin fəaliyyətinin pozulmasına səbəb olan qərəzli hərəkətlər edərək xuliqanlıq etmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə vermiş Təqsirləndirilən şəxs1 özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, ona verilən ittihamla razı deyil. O, ünvan 4 ünvanında yerləşən atasına məxsus ət dükanında qəssab işləmişdir. xx.xx.2021-ci il tarixdə, saat 14-15 radələrində həmin ərazidə yaşayan Şahid11 dükana gəlmişdir. Vaqif özü əvvəllər cəzaçəkmə müəssisələrində cəza çəkən şəxs olmuş və kriminal aləmdə tanınan adamdır. Vaqif onu dükanın önünə çağırmış və həbsdə olan şəxsləri nəzərdə tutaraq demişdir ki, «uşaqların vəziyyəti yaxşı deyil, bizə pul verməlisən». Vaqifə demişdir ki, «sizə veriləcək pulum yoxdur». Bu sözdən sonra Vaqif getmiş, səhəri günü, yəni xx.xx.2021-ci il tarixdə, saat 17-18 radələrində dükanın qarşısında olduğu vaxt Vaqif yanında olan Yasin, Dərya, Rizvan və bir nəfər tanımadığı şəxslə birlikdə ona yaxınlaşıb demişdir ki, «niyə burda diyanmısan?», cavab vermişdir ki, niyə də dayanmamalıyam. Vaqif ona demişdir ki, onu bu ərazidə işləməyə qoymayacaq. Vaqifdən bunun səbəbini soruşanda sonuncu ona demişdir ki, «sən mənə qarşı dikbaşlıq edirsən». Sonra Vaqif ona qarşı əsəbi hərəkətlər etməyə başlamış, o da Vaqifə oradan çıxıb getməsini demiş, Vaqif əlini onun çiyninə vuraraq çıxıb getmişdir. 10-15 dəqiqə sonra Vaqif yenə tək dükanın qarşısına gəlib ona demişdir ki, ona dükanda işləyəməyə imkan verməyəcəkdir. Sonra Vaqif onu yumruqla vurmuş, Vaqifin üzərinə getmək istəyəndə, sonuncu bıçaq çıxarmışdır. Dükana girib əlinə bıçaq götürmüşdür ki, Vaqif onu vurmasın. Sonra Vaqif yaxındakı kafeyə getmiş, bir az sonra Vaqif kafedən çıxaraq yanında İlşad, Dərya, Rizvan və 20-yə yaxın şəxslə onun üzərinə gəlmişlər. Əvvəlcə İlşad onun üzərinə gəlmiş, o da İlşadı kənara itələyərək ondan nə istədiyini soruşmuşdur. İlşad da Vaqifi nəzərdə tutaraq demişdir ki, «sən bizim böyük qardaşımıza qarşı səhv hərəkət etmisən». Sonra orada olan digər şəxslər onları aralamışlar və onlar çıxıb getmişlər. xx.xx.2021-ci il tarixdə səhər saatlarında dükana gəlib işinə başlamış, günortadan sonra Vaqiflə və bir gün əvvəl dükana gələn şəxslər dükanın ətrafında görünməyə və sağa-sola getməyə başlamışlar. Həmin gün axşam saatlarında mərhum Fərid ona yaxınlaşaraq demişdir ki, «İlşad səni Vaqifin söhbətinə görə kafeyə çağırır». Onun Fəridlə heç bir problemi olmamış, ona görə də Fəridə demişdir gəlmir, ondan əl çəksinlər. Fərid getdikdən bir-iki saat sonra təkrar onun yanına gəlmiş və demişdir ki, İlşadgil onu kafeyə çağırır, gəlsin bu söz-söhbətə son qoyulsun. Fəridə əvvəlcə demişdir ki, ora gəlsə onu vuracaqlar, sonra isə bildirmişdir ki, getsin, o da onun arxasında gələcəkdir. Fərid gedəndən sonra qardaşı Ramilə zəng edib, İlşadın onu kafeyə çağırmasını demiş, Ramil də kafeyə getməməyi, onun gəlməsini gözləməyini demişdir. Bir qədər sonra kiçik qardaşı Qorxmaz da ət dükanına gəlmiş, ona da İlşadın onu pul məsələsinə görə kafeyə çağırdığını demişdir. Dükandın çıxıb kafeyə tərəf getmiş, Qorxmaz da onunla gəlmişdir. Kafeyə çatanda Ramil də ora gəlmiş, o, kafeyə daxil olmuşdur. Kafedə həmin vaxt İlşad, yanında olan dostları Yasin, Dərya, Səxavət və Fərid masada əyləşmişlər. İlşadı çölə çağırmış, həmin vaxtı İlşad və onunla bir masada əyləşmiş şəxslər birlikdə ayağa qalxmışlar. İlşadı qapının ağzında qucaqlayaraq çölə çıxmış və İlşada ondan nə istədiklərini soruşmuşdur. İlşad da ona Vaqifi nəzərda tutub demişdir ki, böyük qardaşlarına qarşı səhv hərəkət etmişdir. İlşada demişdir ki, Vaqif ondan əsassız yerə pul tələb edir və onun Vaqifə veriləcək pulu yoxdur. İlşad ona demişdir ki, əgər Vaqifin dediyi pulu verməsə onun başını kəsəcəklər. İlşad onu əli ilə vurmaq istəyəndə kənara çəkilmiş, İlşad cibindən bıçaq çıxarıb, onu vurmaq istəyəndə Qorxmaz əlində olan taxta ilə İlşadı vurmuşdur. Sonra ara qarışmış və qarşılıqlı dava düşmüşdür. Sonra qardaşı Ramil qışqırmışdır ki, «məni bıçaqla vurdular qaçın». İlşada tərəf gedib onu təpiklə vurmuş, Fərid əlində bıçaq onun üzərinə gəlmiş və onu bıçaqla vurmaq istəyəndə Fəridə demişdir ki, «Fərid, sən məni niyə vurursan?». Fəridin əlində olan bıçağı tutmaq istəyəndə bıçaq əlini kəsmişdir. Sonra aşağı əyilib yerdən daş axtaranda əlinə yerdən bıçaq keçmiş, yerdən bıçağı götürüb həmin bıçağı sağa-sol hərəkət etdirib, Fəridi qorxutmaq istəmişdir ki, Fərid çıxıb getsin. Fərid isə əksinə qəflətən onun üstünə tullandığından bıçaq Fəridin sol böyründən dəymişdir. Fəridi qəsdən bıçaqla vurmamış, İlşadın qarnına bıçaq vurmağını isə ona kamera görüntülərini göstəriləndən sonra bilmişdir. Həmin vaxt hadisədən qorxduğu üçün qaçıb evə getmişdir. Sonra Kürdəxanı qəsəbəsinə gedib qardaşı Ramilin istifadəsində olan maşınında gecələmiş və səhəri günü polisə təslim olmuşdur. Təqsirləndirilən şəxs1 məhkəmədə ona verilən suallara cavab olaraq bildirmişdir ki, hadisə günü qardaşı Ramilə zəng edib İlşadgilin onu kafeyə çağırdığını demiş, Ramil də ona demişdir ki, ora getməsin və onu gözləsin. Qorxmazı zəng edib kafeyə getmək üçün çağırmamış, Qorxmaz özü həmin vaxt onun işlədiyi dükana gəlmiş, Ramili isə onlar kafeyə gedəndən sonra kafenin yanında görmüşdür. Kafeyə birinci o özü girmiş və İlşadı çölə çağırmışdır. Kafeyə girəndə İlşadgil onu yanlarına çağırmışlar, lakin o, İlşada çölə çıxmağı demişdir. Orada İlşadla dalaşıb qapının önünə çıxmışlar, Qorxmaz da qapının yanında olmuşdur. Kafeyə gedəndə onun üzərində bıçaq olmamış, hadisə zamanı bıçağı yerdən götürmüşdür. Qorxmazın taxta parçasını hardan əldə etməsini bilməmiş, kafeyə gedərkən də Qorxmazın əlində taxta olmamışdır. Fəridi qəsdən vurmamış, Fərid onun üzərinə gələndə bıçaq ona batmışdır. Yasinə xəsarət yetirməyini bilməmiş, İlşada isə xəsarət yetirməyini sonradan kamera görüntülərindən görüb bilmişdir. Fəridə başqa şəxsin bıçaq vurmasını görməmişdir. İlşad və Yasində də bıçaq olmuş, İlşadın Ramili bıçaqla vurmasını görməmişdir. Ramil «məni vurdular» deyib qışqıranda İlşadın üzərinə gedib, onu birinci yumruqla sonra isə təpiklə vurmuşdur. Sonra hadisə yerindən Qorxmazın maşınına minib qaçmışdır. 2021-ci ilin yanvar ayının sonlarında Zərərçəkmiş şəxs4 adam oğurluğu ilə bağlı olmayan qanunsuz azadlıqdan məhrum etməmiş və onu zəncirə vurmamışdır. xx.xx.2021-ci il tarixdə ünvan 2 ünvanında yerləşən istifadəsində olan ət dükanın qarşısında tanışları ilə uca səslə danışmasına görə Şahid11 ona öz iradını bildirməmiş, əksinə ona demişdir ki, «pul verməsən səni bu dükanda işləməyə qoymacam». Vaqif ondan qanunsuz olaraq pul tələb etmişdir. xx.xx.2021-ci il tarixdə Şahid11 ilə arasında olan mübahisə zamanı Zərərçəkmiş şəxs2 Şahid11 müdafiə edərək onun üzərinə gəlməsindən hiddətlənməmişdir. xx.xx.2022-ci il tarixdə, saat 19:30 radələrində Zərərçəkmiş şəxs2 dostları ilə birlikdə ünvan 3 ünvanında yerləşən “Dönər” adlı kafedə əyləşdiyini əvvəlcədən öyrənməmişdir. Fərid ona İlşadın onu kafeyə çağırmasını demişdir. Fərid onu həmin gün üç dəfə kafeyə çağırmışdır. xx.xx.2022-ci il tarixdə, saat 19:30 radələrində Zərərçəkmiş şəxs2 dostları ilə birlikdə “Dönər” adlı kafedə olduğu zaman Fəridi və İlşadı küçəyə çıxmalarına tələb etməmişdir. xx.xx.2022-ci il tarixdə Zərərçəkmiş şəxs1 başqa İlşadın dostları Şahid4, Şahid1 və Zərərçəkmiş şəxs3 onun dükanının qarşısına gəlmişlər. xx.xx.2022-ci il tarixdə ona qarşı olunanları cüzi səbəb kimi bəhanə gətirib, əsaslı səbəb olmadan Zərərçəkmiş şəxs2 və onun hadisə yerində olan dostu Zərərçəkmiş şəxs1 xuliqanlıq niyyəti ilə qəsdən öldürmək qərarına gəlməmiş, onlardan qisas almaq niyəti olmamış, əgər qisas almaq niyəti olsaydı gedib Vaqifdən qisas alardı. Hadisə günü, hadisə yerinə üzərində mətbəx bıçağı aparmamışdır. Hadisəndən sonra evinə gəlmiş, sonra polisə təslim olmuşdur. Onu polis bölməsinə aparanda polislər demişlər ki, hadisə ilə bağlı bıçaq təqdim etməlidir. O da polislərə demişdir ki, hadisə zamanı bıçağı yerdən tapmış və hara atdığını xatırlamır. Polislər ona demişlər ki, mütləq bir ədəd bıçaq təqdim etməlidir ki, hadisə zamanı həmin bıçaqdan istifadə etməsini deməlidir. Sonra polislər onu işlədyi ət dükanına aparmışlar, dükandan özləri bir ədəd bıçaq götürmüşlər ki, güya xəsarəti həmin bıçaqla törədib. Zərərçəkmiş şəxs2 üzərinə hücum edib, onu xuliqanlıq niyyəti ilə qəsdən öldürmək məqsədi olmamışdır. Ramili bıçqla vurduqlarına görə İlşadın üzərinə getmişdir. Hadisə zamanı həyacanlı olduğuna görə İlşadı bıçaqla vurmağını xatırlamır. Hadisə günü Zərərçəkmiş şəxs3 bıçaqla xəsarət yetirməmiş, Yasin onun qardaşı Ramili bıçaqla vurmuşdur. Zərərçəkmiş şəxs1 xuliqanlıq niyəti ilə qəsdən öldürmək məqsədi olmamışdır. «Lada Granta» markalı **-PE-*** dövlət nömrə nişanlı avtomobil qardaşı Təqsirləndirilən şəxs3 məxsus olmuş, onun avtomobilində taxta bita olmasını heç vaxt görməmişdir. xx.xx.2022-ci il tarixdə Qorxmaz onu öz maşını ilə evə aparanda üzündə olan qızartını və gözündə olan şişi görüb, səbəbini soruşanda Qorxmaza demişdir ki, Vaqif və dostları onun üstünə gəlmişlər, Vaqif ondan qanunsuz olaraq pul tələb etmiş və aralarında mübahisə olanda Vaqif onu əli ilə vurmuşdur. Qorxmaz da ona demişdir ki, onlara baş qoşmasın, onlar təhlükəli adamlardılar. Səhəri günü də Qorxmaz öz işinin dalınca getmişdir. xx.xx.2022-ci il tarixdə Qorxmaza zəng edib onu kafeyə çağırmamış, həmin vaxt Qorxmaz özü onun dükanına gəlmişdir. Qorxmaz ondan niyə dükanı tez bağladığını soruşanda sonuncuya demişdir ki, İlşadgil onu pula görə kafeyə çağırırlar. xx.xx.2022-ci il tarixdə hadisə günü ilk olaraq İlşad onu bıçaqla vurmaq istəyəndə Qorxmaz taxta ilə İlşadı vurmuşdur. İlşadın əlində bıçaq görmüşdür, İlşad dostlarına demişdir ki, «soxun bunlara». Münaqişənin başlaması İlşadın bıçaq çıxarması və «soxun bunlara» deməsi ilə başlamışdır. İlşad ilk olaraq bıçaq çıxaranda həm də nalayiq söyüş də söymüşdür. xx.xx.2022-ci il tarixdə Vaqif və yanındakılar təsadüfən onun dükanının yanına gəlməmişlər, onlar ondan pul tələb etməyə gəlmişlər. xx.xx.2022-ci il tarixdə Vaqif kriminal aləmdə olan şəxsləri nəzərdə tutaraq ona demişdir ki, «qardaşlara pul lazımdı və sən də bizə pul verməlisən». xx.xx.2022-ci il tarixdə ilk olaraq Vaqif ona yaxınlaşmış, İlşad və dostları da Vaqifin tərəfdarları olmuşlar. Əvvəllər Vaqifin əmisi oğlu yaşadıqları ərazidə adamlardan belə qanunsuz pullar tələb etmişdir, hazırda onu həbsə almışlar. Sonradan Vaqif əmisi oğlunun işlərini davam etdirmişdir. Bayram Məmmədəliyev adlı şəxsi tanımamışdır. Məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə vermiş Təqsirləndirilən şəxs2 özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, özünə məxsus yük maşını sürərək ailəsini dolandırır. xx.xx.2021-ci il tarixdə, səhər saat 06-dan saat 20-ə qədər işdə olmuş və bildiyinə görə qardaşları da öz işlərində olmuşlar. Həmin gün saat 20 radələrində işdən çıxıb qardaşı Rahibin işlədiyi ət dükanına getmişdir. Rahibin üzünün şiş olduğunu görüb nə baş verdiyini soruşanda Rahib ona demişdir ki, qonşuluqda yaşayan Vaqif adlı şəxs ondan qanunsuz olaraq haqq (pul) tələb etdiyi üçün aralarında mübahisə olmuş və Vaqif onu yumruqla vurmuşdur. Həmin vaxt Rahib dükanda olan nəzarət videokamerasına düşmüş kadrları da ona göstərmişdir. Kameradan da görmüşdür ki, Vaqif Rahibi yumruqla vurmuş, sonra bıçaq çıxarmışdır. Rahib də dükana girib bıçaq götürəndə Vaqif qaçıb getmişdir. Sonra Vaqif yanına İlşad, Dərya, Yasin, Rizvan, Fərid, Əli və adlarını bilmədiyi digər şəxsləri də toplayıb Rahibin üzərinə gəlmişlər. İlşad da Rahibin üzərinə gələrək demişdir ki, «biz nə desək o da olmalıdır». O, Rahibə demişdir ki, diqqətli olsun, baş verənlərə əhəmiyyət verməsin. xx.xx.2021-ci il tarixdə işində olmuş, həmin gün Rahib mobil telefon nömrəsindən ona zəng vurub, İlşad və yanında olan şəxslərin onu söhbət etmək üçün “Dönər” adlı kafeyə çağırmalarını demişdir. O da Rahidə həmin kafeyə getməməsini demişdir. Üzərindən bir az müddət keçəndən sonra Rahib yenə ona zəng edib, İlşadgilin yenə onu kafeyə çağırmasını demişdir. O da maşını ilə gəlib “Komsomol” dairəsi adlanan əraziyə tərəf sürərkən Qorxmaz və Rahibin “Dönər” adlı kafeyə tərəf getdiklərini görmüşdür. O da maşını kafenin qarşısında park edib, onların arxasınca kafeyə daxil olmuşdur. Həmin vaxt görmüşdür ki, Rahib İlşada deyir ki, «mənim sizə veriləcək pulum yoxdur». İlşad da ona demişdir ki, «Vaqif dediyi olmalıdı, sən o pulu bizə verəcəksən». Həmin vaxt İlşad onların ünvanına nalayiq söyüş işlətmiş, söyüşdən sonra qarşılıqlı dava olmuşdur. İlşad yerə yıxılmış, o da İlşadı qaldırmaq istəyəndə Yasin onu bıçaqla vurmuşdur Sonra isə o, qaçıb maşina minmişdir. Təqsirləndirilən şəxs2 məhkəmədə ona verilən suallara cavab olaraq bildirmişdir ki, hadisə günü Rahib ona zəng vuranda o, Kürdəxanı qəsəbəsində işdə olmuş, həmin yerdən Rahibin dükanına qədər məsafə 15 dəqiqəlik yol olmuşdur. Rahibin ət dükanına gələndə görmüşdür ki, onlar «Dönər» adlı kafeyə gedirlər, o da onların arxasınca getmişdir. Kafeyə çatanda Rahib və Qorxmaz kafeyə girmişlər. Sonradan kamera görüntülərindən görmüşdür ki, Yasin və Fərid əllərində bıçaq kafedən çölə çıxırlar. Kafedən İlşad, Dərya, Səxavət, Yasin və Fərid çölə çıxmışlar, o, kafedən çölə heç kimi çağırmamışdır. Sonradan kamera görüntüsündən ona məlum olmuşdur ki, Rahib İlşadı kafedən çölə çağırmışdır. Həmin kafedə olan şəxslərlə onun heç bir ünsiyyəti və dostluğu olmamışdır. İlşad Rahibə demişdir ki, «Vaqif bizim böyük qardaşımızdır, sən ona haqq verməlisən». Sonra İlşad yanındakılara demişdir ki, «soxun bunlara», Yasin də onu bıçaqla vurmuşdur. O, həmin vaxt heç kimi bıçaqla vurmamışdır. Qorxmazın əlində heç nə görməmiş, Qorxmazın İlşadı necə vurmasını görməmişdir. O, İlşadı yerdən qaldırmaq istəyəndə Yasin onun ayağından bıçaqla vurmuşdur. Qardaşı Təqsirləndirilən şəxs3 bita deyilən taxta olmasını görməmişdir. Rahib ona Vaqifin ondan haqq tələb etməsini deyəndə o, bu barədə hiddətlənməmişdir. Vaqif məhəllədə mağaza işlədənlərin hamısından haqq tələb etmişdir. xx.xx.2021-ci il tarixdə, saat 19:30 radələrində Zərərçəkmiş şəxs2 dostları ilə birlikdə “Dönər” adlı kafedə əyləşdiyini öyrənməmiş və qardaşları ilə birlikdə ora getməyi əvvəlcədən planlaşdıramamışlar. İlşad özü Fəridi göndərməklə Rahibi həmin kafeyə çağırmışdır. Rahib ona «kafeyə adam öldürməyə gedək sözü» deməmiş və onlar arasında belə bir razılaşma və ya danışıq olmamışdır. xx.xx.2021-ci il tarixdə olan günü heç kimi vurub xəsarət yetirməmiş, İlşadı sol ayağından hər hansı alətlə vurmamışdır. Məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə vermiş Təqsirləndirilən şəxs3 özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Bakı şəhəri Nərimanov rayon ərazisində ət dükanında qəssab işləyir. xx.xx.2021-ci il tarixdə bütün günü öz işində olmuşdur. İşdən gələndə qardaşı Rahibə baş çəkmək üçün onun işlədiyi ət dükanına getmişdir. Dükana çatanda qardaşı Rahibin üzünün qızardığını görüb, nə baş verdiyini soruşanda Rahib ona demişdir ki, həmin ərazidə yaşayan Vaqif adlı şəxs 3 dəfə onun dükana gəlib, ondan qanunsuz haqq (pul) tələb etmişdir. O da mağazada olan nəzarət kamerasını açıb baxıb görmüşdür ki, Vaqif Rahiblə mübahisə edir, sonra Rahibi yumruqla vurur və Rahibin üzərinə bıçaq çıxarmışdır. Rahib də dükana girib bıçaq götürəndə Vaqif qaçıb yaxındakı kafeyə girmişdir. Təxminən 10 dəqiqə sonra İlşad, Dərya, Yasin, Rizvan, Əli və adlarını bilmədiyi digər şəxslər də Vaqifin yanında gələrək, dükana hücum çəkib, Rahibin üstünə gəlmişlər. Sonra İlşad əlində «beşbarmaq»la Rahibin üzərinə gedib, ona demişdir ki, «biz nə deyiriksə o da olmalıdır». Sonra oradakılar onları ayırmışlar. O, Rahibə demişdir ki, həmin adamları baş qoşmasın, onlar normal adamlar deyillər. Sonra o, Rahiblə birlikdə evinə getmişdir. xx.xx.2021-ci il tarixdə həmişə olduğu kimi işində olmuş, gün ərzində qardaşları ilə də heç bir telefon danışığı olmamışdır. Həmin gün təxminən saat 19 radələrində işdən çıxıb qardaşı Rahibin işlədiyi ət dükanına getmişdir. Rahib dükanı tez bağlamaq istəyəndə bu barədə ondan soruşmuş, Rahib ona demişdir ki, İlşad onu söhbət etmək üçün yaxınlıqda yerləşən “Dönər” adlı kafeyə çağırmışdır. O da Rahiblə birlikdə “Dönər” adlı kafeyə gedəndə digər qardaşı Ramil də ora gəlmişdir. Əvvəlcə o, kafeyə girmiş və İlşadı çölə çağırmışdır. İlşad gələndə Dərya ayağa qalxmış, o da Dəryaya demişdir ki, «sənlik bir iş yoxdur sən otur yerinə». Dərya isə əlini belinə atmış, o da Dəryanın əlini tutub saxlamışdır. Fəridlə Yasin də bıçaq çıxarmışlar, o da onları tutub saxlamışdır. Ramil çöldə səs-küy olmasın deyə İlşadın qoluna girmişdir ki, onu kənara çəksin. Bu zaman İlşad onların ünvanına nalayiq söyüş söyüb, yanındakılara “gəlin vurun bunları” demişdir. O yenə həmin şəxsləri çölə çıxmağa qoymamış, sonra saxlaya bilmədiyini görüb çölə çıxmışdır. Sonra yerdə taxta görüb götürmüş və İlşada sol tərəfdən baş nahiyəsindən bir dəfə vurmuş, dava düşmüş, İlşadı vurandan sonra Səxavət onun üstünə hücum edib, onu başından vurmuşdur. Sonrasını isə xatırlamır. Təqsirləndirilən şəxs3 məhkəmədə ona verilən suallara cavab olaraq bildirmişdir ki, xx.xx.2021-ci il tarixdə Rahibin dükanına gedəndə Ramil orada olmamışdır. Kafeyə girəndə qapını əvvəlcə özü açmış, Rahib də İlşadı çölə çağırmışdır. İlşad kafedən çölə çıxandan sonra içəridəkiləri çölə çağırıb demişdir ki, «vurun bunları», ondan sonra dava düşmüşdür. Fəridin bıçaqla vurulmasını görməmişdir. İlşadı taxta ilə bir dəfə vurmuşdur. İlşad yerdən qalxmaq istəyəndə onu təkrar vurmamışdır. Rahibin işlədiyi ət dükanında dörd ədəd nəzarət kamerası olmuş, xx.xx.2021-ci il tarixdəki həmin kameralardakı videogörüntüləri polis əməkdaşlırı götürmüşlər. Dava zamanı Səxavət onu arxadan vurmuş, eynəyi gözündən düşdüyü üçün hər şeyi aydın görə bilməmişdir. Onun görmə qabiliyyəti zəifdir və 2 metrdən uzaq məsafəni görə bilmir. Eynəyini sonradan yerdən tapmışdır. Hadisə zamanı həyacanlı olduğu üçün qardaşı Ramili də taxta ilə vurmuşdur. Rahibin dükanına gəlməmişdən əvvəl Rahib və Ramil ilə heç bir telefon danışığı olmamış, İlşad və dostları ilə də dalaşmağa getməkləri barədə razılığa gəlməmişlər. Hadisə zamanı qardaşı Ramilə Yasin xəsarət yetirib, Ramil özü keç kimə xəsarət yetirməmişdir. xx.xx.2021ci il tarixdəki hadisəni eşidəndə heç bir hiss keçirməmişdir. Rahibə demişdir ki, həmin uşaqlara baş qoşmasın, onlar problemli adamlardır. Onları vurmaq, döymək barədə düşünməmişdir. xx.xx.2021-ci il tarixdəki kafedə İlşadgilin olmasını əvvəldən öyrənməmiş və kafeyə getməyi qardaşları ilə əvvəlcədən planlaşdırmamışlar. İlşad özü adam göndərərək Rahibi kafeyə çağırmışdır. İlşadı kafedən çağırmağını ona görə olmuşdur məsələyə aydınlıq istəmişlər. xx.xx.2021-ci il tarixdə kafeyə gedəndə qardaşı Rahibin üzərində bıçaq olmamış həmin gün də kafeyə gedəcəkləri ilə bağlı Rahiblə danışığı və razılaşması olmamışdır. Rahib ona kimisə bıçaqa vuracağını deməmişdir. Məhkəmədə zərərçəkmiş şəxsin hüquqi varisi qismində ifadə vermiş X5 ifadəsində göstərmişdir ki, Rahib, Ramil və Təqsirləndirilən şəxs3 qardaşlarını və onların ailə üzvlərini 10 ildən çox olar ki, yaşadıqları Sabunçü rayonu ərazisində “Komsomol” dairəsində yerləşən ət dükanında işləyən şəxslər kimi tanımışdır. Oğlu mərhum Zərərçəkmiş şəxs1 təqsirləndirilən şəxslər Rahib, Ramil və Qorxmazla arasında əvvəllər dava olmamışdır. Zərərçəkmiş şəxs İlşadı tanıyır, Yasin isə Fəridin tanışı olmuşdur. Şahid11 qaynanasıgilin evlərinin yaxınlığında yaşayan şəxs kimi tanımışdır. 26 noyabr 2021-ci il tarixdə Şahid11la Təqsirləndirilən şəxs1 arasında nə baş verməsini bilməmişdir. Vaqifin ailə üzvlərindən eşitmişdir ki, həmin gün Rahiblə Vaqif arasında sözlü mübahisə olmuşdur. 26 noyabr 2021ci il tarixdə oğlu Fərid bütün günü evdə olmuş, 27 noyabr 2021-ci il tarixdə, saat 16 radələrində yeməyini yedikdən sonra dostları ilə görüşmək üçün evdən çıxıb getmiş, onun hara getdiyini, həmin gün harada olduğunu bilməmişdir. Həmin gün saat 20 radələrində həyat yoldaşı Şahvələd ona telefonla zəng vurub dava baş verdiyini, dava zamanı Fəridin bıçaqlanmasını, bu səbəbdən də “X32”nə aparılmasını demişdir. Evindən xəstəxanaya getmiş, xəstəxanada həkimlər Fəridin ürək nahiyəsindən bıçaqlandığını və öldüyünü bildirmişlər. Sonradan bilmişdir ki, 27 noyabr 2021-ci il tarixdə oğlu Fərid kafeyə əmisi oğlu Dərya ilə görüşmək üçün getmiş, onlar kafedə oturub çay içən zaman əvvəlcə Qorxmaz, sonra isə qardaşları Rahib və Ramil içəri daxil olub İlşadı çölə çağırmışlar və digərlərinin şəxslərə isə çölə çıxmamalarını bildirmişlər. Onlar İrşadla mübahisə edən zaman oğlu Fərid və digərləri kafedən çölə çıxmış, sonra dava düşmüş, Rahib Fəridin əvvəlcə ayaqlarına sonra isə ürəyindən bıçaq zərbələri vurmuşdur. Oğlu Fərid heç vaxt üzərində bıçaq gəzdirməmişdir. Rahib, Ramil və Təqsirləndirilən şəxs3 qardaşlarını onun oğlunu öldürməkdə əlbir olmuşlar. Rahib, Ramil və Təqsirləndirilən şəxs3 qardaşları ilə onlarla barışığa cəhd etməmişlər, onların hər üçündən də şikayətçidir və onlara ağır cəza verilməsini istəyir. Məhkəmədə zərərçəkmiş şəxsin qanuni nümayəndəsi qismində ifadə vermiş Qanuni nümayəndə ifadəsində göstərmişdir ki, qardaşı Zərərçəkmiş şəxs4 anadangəlmə kəmağıllıq xəstəliyindən əziyyət çəkir və 2-ci qrup əlildir. 2021-ci ilin yanvar ayının sonlarında evdə olduğu zaman qonşular ona zəng vurub, qapıya jurnalistlərin gəldiyini, İmanla bağlı onunla görüşmək istədiklərini demişlər. O da həmin vaxt xəstə olduğu üçün onlarla görüşməmiş və qardaşı İmandan nə baş verdiyini soruşmuşdur. İman ona bildirmişdir ki, bir neçə gün əvvəl sərxoş vəziyyətdə evə qayıdan zaman bərk susuzladığından yaşadıqları küçədə yerləşən xırda bir marketin qarşısında soyuducu olduğunu görüb gizlincə oradan bir şüşə su götürüb evə tərəf qaçmışdır. Bundan sonrakı gün saat 10-11 radələrində həmin marketin qarşısından keçən zaman marketdə işləyən sonradan adını bildiyi Rahib adlı şəxs onu görüb yanına çağırmış və İmandan nə üçün oğurluq etdiyini soruşmuşdur. Sonra Rahib marketdən bir ədəd dəmir zəncir götürüb onun boynuna dolayaraq həmin zənciri boruya dolayıb boğaz nahiyəsından qıfılla bağlamışdır. Sonra mobil telefonla videoçəkiliş aparmış və İmana “sən it kimi burda qalacaqsan” demişdir. Həmin şəxs İmanı 1 saata yaxın boğazında zəncir marketin qarşısında bağlı vəziyyətdə saxladıqdan sonra boğazında olan qıfılı açıb, onu sərbəst buraxmışdır. İmandan Rahibin onu döyüb-döymədiyini soruşduqda, İman bildirmişdir ki, Rahib onu zəncirlə bağlasa da döyməmiş və vurmamışdır. Sonradan qonşular sosial şəbəkələrdə yayılmış həmin videonu onun telefonuna da göndərmişlər, o da həmin videoya baxmışdır. Sonra polislər qardaşı İmanı 12-ci PŞ-nə aparıb ondan ərizə almışlar. Hazırda Təqsirləndirilən şəxs1 qarşı qarşı şikayət və tələbi yoxdur. Məhkəmədə zərərçəkmiş şəxs qismində ifadə vermiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, 27 noyabr 2021-ci il tarixdə, saat 18 radələrində çay içmək üçün dostları Səxavət, Dərya, Fərid ilə birlikdə kafeyə getmişlər. O və Fərid kafeyə daxil olmuşlar, kafenin sol tərəfdən başda yerləşən masada əyləşmişlər. Səxavət və Dərya isə mağazadan siqaret alıb sonradan kafeyə gəlmişlər. Sonra isə kafeyə Yasin gəlmiş və onlar birlikdə masada əyləşmişlər. Həmin gün saat 19:40 radələrində kafedə əyləşən zaman əvvəlcə Qorxmaz, sonra isə onun qardaşları Rahib və Ramil aqressiv şəkildə içəri daxil olub, «bir dəqiqə səni olar?» deyə onu çölə çağırmışlar. Lətifov qardaşları ona demişlər ki, onların maşınına tərəf getsin. Elə bu zaman başının arxasından Qorxmaz əlində olan taxta bita ilə vurmuş və o, yerə yıxılmışdır. Yerdə olan zaman Ramil onun üstünə cumub əlində olan bıçaqla qarın nahiyəsindən vurmuşdur. Yasin arxadan gəlib Ramili bıçaqla vurmuş, o, ayağa qalxmaq istəyəndə Rahib də bıçaqla onun ayağından yəni, bud nahiyyəsindən bıçaqla vurmuşdur. Sonra o, qaçıb kafeyə girmişdir. Zərərçəkmiş şəxs2 məhkəmədə ona verilən suallara cavab olaraq bildirmişdir ki, 26 noyabr 2021-ci il tarixdə çay içmək üçün ünvan 5 ünvanında yerləşən “Dönər” kafedə çay içməyə getmişdir. Kafedə Dərya, Yasin və qardaşı Rizvan olmuşdur. Sonra Şahid11 da kafeyə gəlib onlarla çay içdikdən sonra kafedən çıxıb getmişdir. Vaqif gedəndən bir neçə dəqiqə keçmiş çöldən səs-küy gəldiyini eşidib, çölə çıxmış. Kafenin yaxınlığında yerləşən ət dükanında işləyən Təqsirləndirilən şəxs1la Şahid11 sözlü mübahisə etdiklərini görmüşdür. Rahibin əlində bıçaq olmuş, o və yanında olan şəxslər Rahiblə Vaqifin dalaşmasına imkan verməmişlər. Vaqiflə Rahib arasında barışıq olmuş və Vaqif çıxıb getmişdir. O isə kafeyə qayıtmışdır. 27 noyabr 2021-ci il tarixdə, saat 16 radələrində yaşadığı evin qarşısında Dərya ilə birlikdə dayanıb söhbət edən zaman Rahibin atası Ramiz Lətifov idarə etdiyi “Qazel” markalı avtomobili ilə onların evin qarşısından keçən zaman onu görüb avtomobili saxlamışdır. Rahibin atası Ramiz Lətifov ona demişdir ki, güya onlar xx.xx.2021-ci il tarixdə Rahiblə dalaşmışlar. O da Rahiblə dalaşmadığını demiş, Ramiz Lətifov demişdir ki, «mən kamera görüntülərinə baxacam, görəcəksiniz sizin başınıza nə oyun açacam». Sonra Ramiz Lətifov çıxıb getmiş, 3-4 saat sonra isə Ramizin oğlanları kafeyə gələrək hadisəni törətmişlər. Onu bıçaqla əvvəlcə Ramil, sonra isə Rahib vurmuşdur. Hadisədən sonra Rahib və qardaşlarının hara getməsini görməmişdir. Sabunçu rayon 3 saylı şəhər xəstəxansında on gündən çox müalicə almış, ona Rahibin qohumları tərəfindən maddi yardım göstərilməmiş və aralarında barışıq da yoxdur. 26 noyabr 2021-ci il tarixdə Rahiblə Vaqifin mübahisəsi zamanı Vaqifin əlində bıçaq görməmişdir. Həmin vaxt Rahibin əlində bıçaq olmuş, o, Rahibi sakitləşdirmək istəmişdir. Vaqifdə bıçaq olmasını sonradan kamera görüntülərindən görmüşdür. 26 noyabr 2021-ci il tarixdə Rahiblə Vaqif arasında ən əvvəl olan mübahisəni görməmiş, sonradan eşitmişdir ki, Rahib və dostları dükanın qarşısında ucadan danışıb səs-küy etdikləri üçün Vaqif Rahibə irad bildirmiş, sonra da Rahib Vaqifin üzərinə getmişdir. Vaqifin Rahibdən pul tələb etməsi barədə heç bir məlumatı olmamışdır. 26 noyabr 2021-ci il tarixdə Rahiblə Vaqifin mübahisəsində Fərid və Səxavət orda olmamışlar. Rahib və qardaşları ataları Ramizin sözünə görə onun üstünə gəlmişlər. Qorxmazgil kafeyə girəndə əvvəlcə əllərində bıçaq olmasını görməmişdir. Həmin vaxtlar atası ilə birlikdə təmir tikinti işlərində işləyib özünü dolandırmışdır. Mədəsində olan xəsarəti bıçaqla Ramil, ayağında olan bıçaq xəsarətini Rahib, başında olan xəsarəti isə taxta bita ilə Qorxmaz yetirmişdir. Kafedən çölə çıxarkən Yasinin əlində bıçaq olmuş, Fəridin əlində isə bıçaq görməmişdir. Yasin və Fəridə Rahibgili bıçaqla vurun deməmişdir. Vaqif və Rahibin hər ikisi ilə münasibət yaxşı olmuş, lakin Vaqiflə bir az daha yaxın olmuşdur. 26 noyabr 2021-ci il tarixdə kafedən çölə çıxanda Rahibin əlində bıçaq görmüşdür. Həmin vaxt Vaqiflə Rahib mübahisə edirmişlər, lakin onların birbirinə dedikləri sözlər yadında qalmamışdır. Rahiblə Vaqif mübahisə edəndə Vaqifin əlində bıçaq görməmişdir, əgər görsəydi Vaqifi sakitləşdirərdi. Vaqiflə mübahisə edəndə Rahibə demişdir ki, «belə hərəkətlər lazım deyil, sakitləşsin». Rahib isə ona demişdir ki, «sənlik deyil kənara çəkil». Vaqiflə Rahib arasında mübahisə olanda aralarında söyüş söyülməmişdir. 27 noyabr 2021-ci il tarixdə kafeyə gedərkən o və Dərya olmuşlar, yolda Fəridi də görmüşlər. O və Fərid kafeyə girmişlər, Dərya və Səxavət isə sonra kafeyə gəlmiş, daha sonra isə Yasin kafeyə gəlmişdir. 27 noyabr 2021-ci il tarixdə əvvəlcə onu kafedən Qorxmaz çölə çağırmışdır. Əvvəlki ifadəsində Ramilin əlində hər-hansı bir alətin olubolmadığnı xatırlamadını demişdir. İlkin ifadələr verən zaman demişdir ki, Rahibgil onu kafedən çölə bıçaqla vurmaq üçün çağırmışlar. 27 noyabr 2021-ci il tarixdə onu kafedən çölə çağıranda Rahibgil onu zorla maşınlarına oturtmaq istəmişlər. Qorxmazın əlində olan 70-80 sm. uzunluğunda bita deyilən, aşağısı nazik, uc tərəfi isa yoğun olan taxta olmuşdur. Qorxmaz kafeyə girəndə əvvəlcə əlində olan taxtanı görməmiş, taxtanı Qorxmazın əlində olmasını çölə çıxanda görmüşdür. 26 noyabr 2021-ci il tarixdə Rahiblə Vaqif arasında olan mübahisənin kamera görüntülərinə baxmamışdır. 26 noyabr 2021-ci il tarixdə Vaqiflə Rahib mübahisə etsələr də sonra onlar barışıb, əl sıxışmışlar. Qorxmaz onu başından taxta ilə vurandan sonra ətrafında olanları görmüş, sonra özünü itirmişdir. Mədəsində olan bıçaq xəsarətini ona Ramil yetirmişdir. Qorxmaz kafedən onu çağırmış və qışqırmışdır ki, «çölə çıx». O, kafedən çıxanda Qorxmaz arxasında olmuş, sonradan bilmişdir ki, Qorxmaz onu taxta bita ilə vurmuşdur. 26 noyabr 2021-ci il tarixdə kafedə olan zaman onu kafeyə Vaqif çağırmamışdır. Vaqiflə mübahisə edəndə Rahibin əlində böyük bir bıçaq olmuşdur. O, Vaqifə görə Rahibin dükanına getməmişdir. Vaqif Rahibdən pul istəməmişdir. Zərərçəkmiş şəxs2 ibtidai istintaq zamanı verdiyi ilkin ifadəsi (cild İİ, səh. 113-121) məhkəmədə elan olunmuşdar. O həmin ifadəsində göstərmişdir ki, Ramilin əlində isə hər hansı bir alət olubolmadığından məlumatı yoxdur, onun əlində hər hansı bir alət olduğunu görə bilməmişdir. Zərərçəkmiş şəxs2 ibtidai istintaq zamanı verdiyi sonuncu və məhkəmədə verdiyi ifadələrin daha düzgün olduğunu, əvvəl ifadələr verərkən əməliyyatdan yeni çıxdığı və başından travma aldığı üçün baş verənləri tam şəkildə xatırlaya bilməmiş, həmin ifadədə Ramilin əlində hər-hansı alət olmadığını demiş, sonralar isə hadisəni tam xatırladığı üçün fərqli ifadə vermiş və Ramilin əlində bıçaq olmasını demişdir. Zərərçəkmiş şəxs2 təqsirləndirilən şəxslərlə onun arasında hər-hansı barışıq olmadığını, təqsirləndirilən şəxslərə qarşı şikayətçi olduğunu bildirmişdir. Məhkəmədə zərərçəkmiş şəxs qismində ifadə vermiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, 26 noyabr 2021-ci il tarixdə “Dönər” adlı kafedə tanışları İlşad, Rizvan, Dərya və Əli adlı şəxslərlə birlikdə olmuşdur. Sonra məhəllə uşağı kimi tanıdığı Şahid11 da kafeyə gəlmiş və bir az sonra kafedən çölə çıxmışdır. Bir az sonra Vaqif yenidən aqressiv şəkildə kafeyə daxil olub, bıçaq götürüb yenidən kafedən çölə çıxmışdır. Kafedə olan şəxslər çölə çıxdığı üçün o da kafedən çölə çıxmış, həmin vaxt Vaqiflə Rahib arasında sözlü mübahisə olmuşdur. Həmin vaxt Rahibin əlində bıçaq olmuş, İlşad Rahibin üzərinə getmiş, Dərya isə İlşadın qolundan tutub saxlamışdır. Rahiblə Vaqif arasında dava olmamışdır. Vaqiflə Rahibin arasında nə ilə bağlı mübahisə olduğunu bilməmişdir. 27 noyabr 2021-ci il tarixdə yenə “Dönər” adlı kafeyə getmiş, kafedə İlşad, Fərid, Dərya və Səxavət olmuşdur. Onlar kafedə oturduqları zaman Rahib, Ramil və Qorxmaz qardaşları həmin kafeyə gəlmişlər. Əvvəlcə Qorxmaz içəri girmiş və İlşadı kafedən çölə çağırmışdır. Həmin vaxt Qorxmazın əlində heç bir alət görməmişdir. O, kafedən ən son çölə çıxmış, çıxanda Qorxmazın taxta ilə İlşadın başından vurmasını görmüşdür. İlşad yerə yıxılanda Ramil onun üzərinə gedib vuranda o, Ramilin İlşada bıçaq xəsarəti yetirəcəyini düşünüb, cibində olan bıçağı çıxarıb, Ramilin ayaq nahiyyəsindən bir dəfə vurmuşdur. Rahib də yerdə olan İlşada bıçaq zərbəsi vurmuşdur. Qorxmaz taxta ilə onun başına vurmuş, hadisə zamanı Rahibin üzərinə getdiyi zaman Rahibin əlində yellədiyi bıçaq onun əlinə dəymişdir. Hadisə zamanı Ramilə xəsarət yetirdiyi üçün həmin yerdən qaçıb uzaqlaşmış, sonra kimin kimi vurmasını görməmişdir. Zərərçəkmiş şəxs3 məhkəmədə ona verilən suallara cavab olaraq da bildirmişdir ki, 26 noyabr 2021-ci il tarixdə Rahiblə Vaqifin nə səbəbə mübahisə etdiklərini bilməmiş, bu barədə heç kimdən soruşmamış və maraqlanmamışdır. Səhəri günü də Vaqiflə Rahib arasında nə ilə bağlı mübahisə olduğu ilə maraqlanmamış və dostlarından da bu barədə soruşmamışdır. 27 noyabr 2021-ci il tarixdə “Dönər” adlı kafedə olduqları zaman kafeyə ilk olaraq Qorxmaz girmiş, həmin vaxt onun əlində hər-hansı alət görməmişdir. Qorxmazdan sonra arxasınca Rahib kafeyə girmiş, İlşadı çölə çağıraraq onların isə çölə çıxmamağını demişdir. Çölə çıxanda ilk olaraq Qorxmaz İlşadı taxta ilə başından vurmuş, İlşad yerə yıxılanda onlar arasında qarşılıqlı dava düşmüşdür. O, Ramili bıçaqla vurmuşdur ki, İlşaddan əl çəkib aralansın. Ramilə yetirdiyi xəsarətə görə hazırda barəsində AR Cinayət Məcəlləsinin 221-ci maddəsi ilə cinayət işinin araşdırılması aparılır. Hadisə zamanı o özü də xəsarət almışdır. Vaqifi uşaq vaxtlarından məhəllədə yaşayan kimi tanımış, onunla dostluq münasibəti olmamışdır, sadəcə məhəllədə yaşayan şəxs kimi yaxın münasibəti olmuşdur. 26 noyabr 2021-ci il tarixdə Vaqiflə Rahib arasında olan mübahisənin səbəbini bilməmişdir. Vaqifin Rahibdən pul tələb etməsinin şahidi olmamış və bu barədə heç bir məlumatı yoxdur. Vaqifin o da daxil olmaqla Dəryanı, Səxavəti, İlşadı, Fəridi başına dəstə kimi yığaraq qrup halında kimdənsə pul tələb etməsi olmamışdır. 27 noyabr 2021-ci il tarixdə “Dönər” adlı kafeyə gəlməzdən əvvəl onu həmin kafeyə çağıran olmamış, o, kafeyə gəlib oturanda Fərid, Dərya, Səxavət və İlşad kafedə olmuşlar. 27 noyabr 2021-ci il tarixdə “Dönər” adlı kafedə oturanda 26 noyabr 2021-ci il tarixdə olan mübahisəylə, Vaqiflə, həmiçinin Rahib, Qorxmaz və Ramil barədə aralarında heç bir danışıq olmamışdır. İlşadın Rahibi kafeyə çağırmaq üçün Fəridi göndərməsi barədə məlumatı olmamışdır. İlşadla Rahib arasında bildiyi qədər normal münasibət olmuşdur. İlşadın Rahibə görə Vaqiflə daha yaxşı münasibəti olmuşdur. Vaqif, İlşad və onun hər hansı bir məclisdə birlikdə oturduqları və söhbət etmələri olmuş, lakin Rahiblə belə münasibəti olmamışdır. 26 noyabr 2021-ci il tarixdə Vaqiflə Rahib arasında olan mübahisədə İrşad Rahibin üzərinə getmiş, Rahib də ona «sən geri çəkil» demişdir. İlşadın Rahibin üzərinə nə məqsədlə getdiyini bilməmişdir. Rahib İlşada «məndən uzaqlaş» deyəndən sonra İlşad da ondan uzaqlaşmışdır. Hadisənin başa çatması Rahibin İlşada «uzaqlaş» deməsi ilə başa çatmışdır. X19 barışmasını bilməmişdir. 27 noyabr 2021-ci il tarixdə kafeyə saat təxminən 18.30 radələrindən sonra getmiş, həmin vaxt heç kim kafedən çölə çıxıb geri qayıtmamışdır, onlar birlikdə kafedə oturmuşlar. 27 noyabr 2021-ci il tarixdə kafedən çölə çıxmaqda məqsədləri İrşadla Rahibgilin arasında dava olmaması ilə əlaqədar olmuşdur. Kafedən çölə çıxanda İlşadla Rahibin və ya qardaşlarının nə barədə danışdıqlarını bilməmişdir. Qorxmazın İlşadı taxta ilə vurmasının səbəbini bilməmişdir. 26 noyabr 2021-ci il tarixdə Vaqifin kafeyə girib bıçaq götürməsini görmüş, Rahiblə mübahisə edəndə Rahibin də əlində bıçaq olmuşdur. Vaqif onları köməyə çağırmamış və dava da olmamışdır. 27 noyabr 2021-ci il tarixdə olan hadisənin 27 noyabr 2021-ci il tarixdə Rahiblə Vaqif arasında olan mübahisənin davamı kimi görmür. Onun üzərində daima gəzdirdiyi balaca 5-10 santim uzunluğunda bıçaq olmuş, o, gecələr işə getdiyi üçün həmin bıçağı özünü qorumaq üçün daima üzərində gəzdirmişdir. 27 noyabr 2021-ci il tarixdə olan hadisədə kafedən ən sonda çölə çıxmış, hadisə zamanı da oradan ən tez o, aralanıb getmişdir. Həmin vaxt Rahibin əlində bıçaq görmüşdür. O, Ramilə bıçaq xəsarəti yetirdiyinə görə ordan qaçıb getmiş, davanın sonunun necə olduğunu bilməmişdir. 27 noyabr 2021-ci il tarixdə olan hadisədə dava zamanı Ramilin əlində bıçaq olmayıb, Ramilin əlində heç bir alət görməmişdir. Həmin vaxt Ramilin əlində bıçaq olduğunu güman edib, İlşada xəsarət yetirməsini düşünüb, Ramilə bıçaqla xəsarət yetirmişdir. O, hadisə yerini tərk edib gedəndə mərhum Fəridə Rahibin xəsarət yetirməsini görməmişdir. 26 noyabr 2021-ci il tarixdə ilk dəfə Vaqif Rahibə yaxınlaşanda o, Rahibin ət dükanının qarşısında olmuşdur. Vaqif kafeyə girib Rahibin yanına qayıdanda o, kafedə olmuşdur. Vaqif təkrar kafeyə girəndə Rahibin üzərinə getmək üçün onlara çağırmamışdır. Vaqif kafedən çıxandan sonra hamı kafedən çıxdığı üçün o da çıxmışdır. O, kafedən çölə çıxanda Vaqiflə Rahib mübahisə edirmiş, İlşad Rahibin üzərinə yeriyəndə Rahib onu əli ilə geri itələmişdir. X29 üzərinə hücum çəkmiş, Mütəllim isə onu tutub saxlamışdır. 27 noyabr 2021-ci il tarixdə baş verən hadisə zamanı onun əlində olan xəsarəti Rahibin üzərinə gedən zaman almış, hadisə zamanı Rahib əlində bıçağı yellədiyi zaman ola bilsin ki, bıçaq əlinə dəymişdir. Davada onu kimin xəsarət yetirməsini konkret olaraq bilməmişdir. 27 noyabr 2021-ci il tarixdə olan hadisədə o, Qorxmazın üzərinə gedəndə ona taxta zərbələri dəymişdir. Hadisədən sonra aldığı xəsarətlərə görə tibbi müayinədən keçməmiş, 5 ay sonra tibbi müayinədən keçmişdir. Onu məsuliyyətə cəlb etməsəydilər tibbi müayinədən keçməyəcəkdi. Hazırda təqsirləndirilən şəxslərlə barışmışmış, ona xəsarət yetirmələri ilə bağlı təqsirləndirilən şəxslərə qarşı şikayət və tələbi yoxdur. Məhkəmədə zərərçəkmiş şəxs qismində ifadə vermiş Şahid1 ifadəsində göstərmişdir ki, 27 oktyabr 2021-ci il tarixdə saat 18 radələrində Fəridlə yaşadığı məhəllədə görüşmüş, Fərid ona demişdir ki, əmisi uşaqları ilə birlikdə “Dönər” adlı kafeyə gedib çay içəcəkdir və onu da kafeyə dəvət etmişdir. O, Fəridlə birlikdə həmin kafeyə getmiş, kafeyə İlşad, Dərya və Fərid birlikdə oturmuşlar. Kafenin qapısından əvvəlcə Qorxmaz, ardınca qardaşları Rahib və Ramil kafedən içəri daxil olmuşlar. Qorxmaz İlşada çölə çıxmasını demiş, onlar çölə çıxandan sonra o da kafedən çölə çıxmışdır. Kafenin çölündə Qorxmaz taxta bita ilə İlşadın başından vurmuş və İlşad yerə yıxılmışdır. Sonra onu İlşaddan ayırmaq istəyəndə Qorxmaz onu vurmaq üçün üstünə gəlmiş, o da özünü mudafə etmək üçün Qorxmazı yumruq ilə vurmuşdur. Zərərçəkmiş şəxs Şahid1 məhkəmədə ona verilən suallara cavab olaraq da bildirmişdir ki, Qorxmazı yumruq ilə vurmuş, Qorxmazın əlindəki taxta ilə İlşadı vurmasını görmüşdür. Sonra Qorxmaz onu vurmaq istəyəndə özümü qorumaq üçün onu yumraq ilə vurmuşdur. Qorxmaz kafeyə girəndə əlində taxta olmamışdır, sonra taxtanı haradan götürməsini görməmişdir. “Dönər” adlı kafedə oturduqları zamanı aralarında 26 noyabr 2021-ci il tarixdə Vaqiflə Rahib arasında olan mübahisə barədə heç bir söhbət aparılmamışdır. O, Qorxmazı yumruqla vurandan sonra hadisə yerindən yaşadığı məhəlləyə qaçıb getmiş, təxminən 1 saat sonra tanımadığı şəxsdən hadisə zamanı Fəridin bıçaqla vurulduğunu və Sabunçu şəhər Xəstəxanasına aparıldığını eşidib bilmiş və xəstəxanaya getmişdir. Şahid11 tanımamış, onunla heç bir münasibətim olmamışdır. 27 noyabr 2021-ci il tarixdə “Dönər” adlı kafedə olan zaman Qorxmaz, Rahib və Ramil birlikdə kafeyə gəlmişlər, əvvəlcə Qorxmaz İlşadı çölə çağırmışdır. Fəridi Rahib və qardaşlarının heç biri çölə çağırmamışlar. Onlar hamısı eyni vaxta kafedən çölə çıxmışlar. Hamı kafedən çölə çıxdığı üçün o da çıxmışdır. Fərid kafedən çölə çıxanda onun əlində bıçaq görməmişdir. Kafedə oturduqları zaman X33 çağırmağa göndərməmiş, Fərid kafedən çıxıb harasa getməmiş və kafedə daimi onlarla birlikdə oturmuşdur. Qorxmazın əlində olan taxta «bita» olmuşdur. Qorxmaz taxta «bita» ilə onun qoluna vurub və xəsarət yetirmişdir. Dava olmadan əvvəl İlşadla Rahib arasında olan söz-söhbət barədə məlumatı olmamışdır. Hadisə zamanı əvvəlcə Qorxmaz taxta ilə İlşadı vurub xəsarət yetirmişdir 26 noyabr 2021-ci il tarixdə olan mübahisədə iştirak etməmiş və həmin gün baş verən hadisə ilə bağlı heç bir məlumatı yoxdur. 27 noyabr 2021-ci il tarixdə kafedən çölə çıxmaqda məqsədi davanı aralamaq olmuşdur. Həmin vaxt dava olacağını ona görə bilmişdir ki, Rahib həmin vaxt çox aqressiv olmuşdur. Onlar kafedə masada oturduqları zaman ora kiminsə gəlməsini gözləməmişlər. Ramilin dava zamanı kimisə vurmasını görməmişdir. 26 noyabr 2021-ci il tarixdə Rahibin ət dükanının yanından keçmiş və Rahibi həmin gün görmüşdur. Həmin gün onu həmin ət dükanının yanına heç kim zəng vurub çağırmayıb, 26 noyabr 2021-ci il tarixdə “Dönər” adlı kafeyə getməmişdir. Hadisə zamanı Fəridin kim tərəfindən vurulmasını görməmişdir. Mübahisə zamanı Qorxmaz taxta «bita» ilə onu vurma səbəbini bilməmişdir. Qorxmazın əlində olan taxtanın adının «bita» olmasını sonradan bilmiş, həmin taxtanın uc tərəfi yoğun, tutucaq yeri isə bir az nazik olmuşdur. İbtidai istintaq zamanı verdiyi ifadələri təsdiq edir. Məhkəmədə zərərçəkmiş şəxs Şahid1 iş materiallarında olan ibtidai istintaq zamanı vermiş olduğu İİ cild, səh. 92-98, Vİİİ cild, səh. 102-105-də olan ifadələrini elan olunmuşdur. Şahid1 həmin ifadələrində Qorxmazın taxta parçası ilə İlşadı vurandan sonra Rahibin də İlşada tərəf zərbə atdığını, Rahibin zərbəsindən sonra İlşad arxası üstə yerə yıxıldığını demiş, lakin məhkəmədə ifadə verərkən bunları deməmişdir. Zərərçəkmiş şəxs Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadələrin düzgün olduğunu və həmin ifadələri də təsdiq etdiyini bildirmişdir. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid4 ifadəsində göstərmişdir ki, xx.xx.2021-ci il tarixdə Sabunçu qəsəbəsi, M.Aydınbəyov küçəsi 41 ünvanında yerləşən “Dönər” adlı kafedə olmuş, həmin gün Əli, Yasin, İlşad və qardaşı Rizvan da orada olmuşlar. Sonra Şahid11 kafeyə gəlmiş, Vaqif kafedən bıçaq götürüb çölə çıxmış, lakin onun bıçaq götürməsini görməmişdir. Orada olan şəxslər demişlər ki, Vaqif bıçaq götürmüşdür. Vaqifin arxasınca çölə çıxanda görmüşdür ki, Vaqiflə Rahib ət dükanın qarşısında mübahisə edirdilər. Rahibin əlində bıçaq olmuş, İlşad ona yaxınlaşıb Rahibi sakitləşdirmək istəmiş və «nə olub? niyə bıçaq çıxarmısan» demişdir. Sonra Rahib «mənə yaxın gəlməyin» deyib öz ət dükanına getmiş və həmin gün dava-dalaş olmamışdır. Bildiyinə görə həmin gün axşam Vaqif və Rahib arasında barışıq da olmuşdur. Səhəri günü günorta vaxtları İlşadla məhəllədə dayandıqları zaman Rahibin atası İlşada demişdir ki, «Rahibin üstünə sən gəlmisən?». İlşad da ona belə bir şeyin olmadığını demişdir. xx.xx.2021-ci il tarixdə saat 19:40 radələrində “Dönər” adlı kafedə o, İlşad, Fərid, Səxavət və Yasin oturmuşlar. Qəflətən kafenin qapısı açılmış, Qorxmaz aqressiv şəkildə İlşada «çölə çıx» deyib onu çağırmışdır. İlşad kafedən çıxanda o da çıxmış, Qorxmaz onu itləmiş və onlara çölə çıxmamağı demişdir. O da Qorxmazı itələyib çölə çıxmış, çıxanda görmüşdür ki, Rahib və Ramil İlşadla üz-üzə dayanıb onu təkləyirlər. Qorxmaz hardansa əlində olan taxta bita götürüb, İlşadı arxa tərəfdən başından vurmuş. Zərbədən İlşad arxası üstə yerə yıxıldı, İşad yerə yıxılan kimi Ramil onun üstünə hücum edib qarın nahiyəsindən bıçaqla vurmuşdur. Qorxmaza taxta ilə Səxavəti vuranda o onu itələmiş, təpik atanda bita ilə ayağından vurmuş, o da həmin yerdən uzaqlaşmışdır. Şahid X24 məhkəmədə ona verilən suallara cavab olaraq da bildirmişdir ki, 27 noyabr 2021-ci il tarixdə olan hadisə zamanı İlşadı Ramil bıçaqla vurmuşdur. Ramilin İlşadı qarnından bıçaqla vurmasını görmüş, lakin hazırda bıçağı təsvir edə bilmir. Rahibin və Ramilin əlində bıçaq olmuş, lakin Qorxmazın əlində bıçaq olmamışdır. Qorxmazın əlində taxta bita olmuşdur. İlşad yerdə olan zaman İlşadın ayağından bıçaqla Rahib vurmuşdur. Qorxmaz taxta ilə İlşadı vuranda İlşad əvvəlcə yerə yıxılmış, Ramil onun qarnından bıçaqla vurmuşdur. Onunu hadisə zamanı məqsədi onları aralamaq olmuşdur. Fərid də hadisə yerində olmuş, Fəridi kimin vurmasını görməmişdir. Fəridin yerə yıxıldığını, bədənindən qan axtığını görməmişdir. O, hadisədə xəsarət almamış, lakin Qorxmaz taxta ilə ayağından vurmuşdur. Qorxmaz İlşadı kafedən çölə çağıranda əlində taxta bita olmamış, Qorxmaz çölə çıxandan sonra bitanı haradansa əldə etmişdir. Qorxmaz taxta ilə İlşadın baş nahiyyəsinə bir dəfə vurmuş, İlşad yerə yıxılmış, təkrar vurması görməmişdir. Qorxmaz İlşada kafedən çölə çağıranda nə söhbət etmələrini bilməmişdir. Qorxmaz kafedən çıxanda onu itələmiş, sonra maşınına tərəf getmişdir. xx.xx.2021-ci il tarixdə Lətifov qardaşları əvvəlcə kafeyə girəndə əllərində taxta və ya bıçaq olmasını görməmişdir. xx.xx.2021-ci il tarixdə kafenin qarşısında isə Yasinin əlində bıçaq olmuşdur. xx.xx.2021-ci il tarixdə İlşad Rahibin üzərinə gedib ona «nə olub? niyə bıçaq çıxarmısan?» sözlərini demişdir. Vaqifdən nə baş verməsini soruşmamış, İlşad da Vaqifdən bu barədə soruşmamışdır. Vaqifin də əlində həmin vaxt bıçaq olmuşdur. Vaqiflə qonşu olmuş, Vaqiflə münasibəti Rahibdən daha yaxın olmuşdur. Həmin vaxt Vaqifi ətrafda olan şəxslər tutub saxlamışlar deyə ondan nə baş verməsini soruşa bilməmişdir. xx.xx.2021-ci il tarixdə hadisə zamanı Qormaz Səxavəti vurmaq istəyəndə onu itələmək istəmişdir ki, onu vurmasın. O, Qorxmaza təpik atmaq istəyəndə Qorxmaz onu taxta ilə ayağından vurmuşdur. xx.xx.2021-ci il tarixdə Rahiblə İlşad üz-üzə dayananda nə danışdıqlarını eşitməmişdir. xx.xx.2021-ci il tarixdə onun kafedən çölə çıxmaqda məqsədi dalaşanları ayırmaq olmuş, lakin həmin şəxslərin əllərində bıçaq olduğu üçün aralamaq mümkün olmamışdır. xx.xx.2021-ci il tarixdə kafedən çölə çıxanda Ramilin əlində bıçaq görmüşdür. İlşad yerdə olarkən Ramil onun qarnıdan bıçaqla vurmuşdur. xx.xx.2021-ci il tarixdə Vaqif Rahibin çiyninə əlini vurub getməmişdir. Həmin gün Vaqiflə Rahib mübahisə edərkən Rahibin əlində bıçaq görmüşdür. Həmin mübahisədə Vaqifin də, Rahibin də əlində bıçaq olmuşdur, Rahib həmin vaxt bıçaqla dükanda ət doğramırdı. xx.xx.2021-ci il tarixdə olan hadisədə Qorxmazın əlində olan taxta parçası «bita» olmuşdur. xx.xx.2021-ci il tarixdə Rahibin ət dükanın qarşısında səs-küy etdiyinə görə Vaqif ona irad bildirmiş, Rahib isə ondan hiddətlənərək «niyə mənə irad bildirirəsən?» demiş və bu səbəbdən aralarında mübahisə yaranmışdır. Vaqifin Rahibdən «haqq» istəməsini, yəni qanunsuz pul tələbi barədə heç bir məlumatı olmayıb. xx.xx.2021-ci il tarixdə Qorxmazla üzbəüz duranda əlini bıçaq çıxarmaq üçün belinə atmamışdır. Qorxmazı dava zamanı arxadan vurmamış, Qorxmaz Səxavəti vurmaq istəyəndə o, araya girmişdir. xx.xx.2021-ci il tarixdə hadisə vaxtı heç kimi vurmamışdır. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid3 ifadəsində göstərmişdir ki, ünvan 5 ünvanında yerləşən 45 kv metrlik “Dönər” adlı kafedə dönərçi işləmişdir. xx.xx.2021-ci il tarixdə hadisə günü İlşad, Fərid, Dərya, Yasin və Səxavət kafedə çay içmişlər. Fərid bir neçə dəfə kafedən çölə çıxıb, geri qaytmışdır. Sonra Rahib həmin kafeyə gələrək İlşadı kafedən çölə çağırmışdır. İlşad isə cavabında Rahibə demişdir ki, «çıxmıram, çay içirəm». İlşad çölə çıxanda Fərid, Dərya, Yasin və Səxavət də çölə çıxmaq istəyəndə Ramilgil onlara demişlər ki, «siz çölə çıxmayın». Kafedən söldə İlşadla Rahib söhbət etmişlər, digərləri bıçaq çıxarmışlar və hər şey ani olmuşdur. Yasin bıçaqla Ramili vurmuş, Fərid də orada imiş və əlində bıçaq olmuşdur. Fərid Rahibə tərəf qaçmış, diş həkimi olan Yusif həkim Fəridi tutub saxlamış və geri çəkmişdir. Lakin Fərid onun əlindən çıxıb Rahibə tərəf getmiş, Rahib də geri gedərkən yerə yıxılmışdır. Bir anlıq görmüşdür ki, Rahib və Fərid hər ikisi yerdədirlər. Hadisə vaxtı Yasinin də, Fəridin də əlində bıçaq olmuş, Rahibin əlində bıçaq olmamışdır. Rahiblə İlşad üzbəüz dayanıb söhbət edən zaman Ramili arxa tərəfdən vurmuşlar. Fərid birinci Qorxmaza bıçaq atmış, Fəridi Yusif həkim geri çəkəndən sonra onun əlindən çıxıb Rahibə tərəf getmişdir. İlşadın başından taxta ilə Qorxmaz bir dəfə vurmuş, sonra görmüşdür ki. Fərid yerdədir. Yusif həkim onu çağırmışdır ki, «gəl Fəridi vurdular». O da gbrmüşdür ki, Fəridin üstü qandır və yaralıdır. Şahid3 məhkəmədə ona verilən suallara cavab olaraq da bildirmişdir ki, hadisə zamanı Rahibin və ya Ramilin əlində bıçaq görməmişdir. İlşadı birinci Qorxmaz vurmuş, lakin İlşad yerə yıxılmamışdır. Rahib İlşadın üzərinə gedəndə Fərid Rahibin üzərinə getmişdir. Dava 1 dəqiqə çəkmiş, Ramil İlşadı yumruqla vurmuş, Ramilin əlində bıçaq görməmişdir. Qorxmaz taxtanı yerdən götürmüş, həmin vaxt yaxınlıqda yerdə söküntüdən çıxan taxta olmuşdur. Fərid bıçağı belindən çıxarmış, Rahibdə bıçaq görməmişdir. O, qorxduğu üçün araya girməmiş və hadisəyə kənardan baxmışdır. xx.xx.2021-ci il tarixdə Rahiblə Vaqifin mübahisəsini eşidəndə Rahibdən bu barədə soruşmuş, Rahib ona demişdir ki, Vaqif ondan pul tələb edib və buna görə mübahisələri olub. Vaqifdən bu barədə soruşmamışdır. Vaqiflə İlşad dost olmuşlar. Vaqif ondan qeyri qanuni haqq (pul) tələb etməyib. xx.xx.2021-ci il tarixdə İlşad, Yasin, Fərid, Səxavət və Dərya kafedə oturduqları zaman o, onlara xidmət etmiş, onlar həmin vaxt Rahibin adını çəkmişlər, lakin söhbətin nədən ibarət olmasını bilməmişdir. Rahibgil kafedən İlşadı çölə çağırarkən aqressiv şəkildə çağırmamışlar. Kafedən çölə çıxarkən Yasin və Fəridin əllərində bıçaq olmuşdur. Qorxmaz taxta parçasını maşınından götürməmiş, həmin taxta parçası kafenin yaxınlığında yerdə olmuşdur. Rahibin İlşadı ayaq nahiyyəsindən bıçaqla vurmasını görməmişdir. Fərid və Yasin bıçaq çıxardıqları zaman dava başlamış və ara qızışmışdır. İlşadı bıçaqla kimin vurmasın görməmiş, Ramili əvvəlcə Yasin vurmuş, Ramilin əlində bıçaq görməmişdir. Rahibin mübahisəsi İlşadla olmuş, Fərid və Yasinlə işi olmamışdır. Hadisə zamanı dalaşanlar hamısı nalayiq söyüşlər işlətmişlər. xx.xx.2021-ci il tarixdə Vaqif kafeyə girib İlşadgili çölə çağırmışdır. Rahib ona bildirmişdir ki, Vaqif ondan qeyri qanuni pul tələb edir. Rahibin bıçaqla Fəridi vurmasını görməmişdir. Şahid3 ibtidai istintaq zamanı verdiyi ifadəsi ilə məhkəmədə verdiyi ifadəsi arasında ziddiyyət olduğu üçün onun ibtidai istintaq zamanı verdiyi ifadəsi məhkəmədə elan olunmuşdur. O həmin ifadəsində göstərmişdir ki, ünvan 5 ünvanında yerləşən 45 kv. metrlik “Dönər” adlı kafedə dönərçi işləyir. xx.xx.2021-ci il tarixdə həmişə olduğu kimi işdə olmuş, saat 18 radələrində işə gəlmişdir. O, kafeyə gələndə qəsəbə sakinləri kimi tanıdığı İlşad, qardaşı Rizvan, Yasin, Əli, Dərya adlı şəxslər kafedə əyləşib çay içmişlər. Həmin gün kafenin sahibi Asif işdə olmamışdır. O, kafeni təhvil alıb işləməyə başlamışdır. Bir qədər keçmiş Şahid11 adlı qəsəbə sakini də kafeyə daxil olmuş və İlşadgil ilə bir masada əyləşmişlər. Onlar bir-birləri ilə söhbət etmişlər, onun başı öz işinə qarışdığından nə danışıqlıqlarını eşitməmişdir. Bir qədər əyləşdikdən sonra Vaqif kafedən çıxıb getmiş və təxminən 10-15 dəqiqədən sonra həyəcanlı şəkildə kafeyə daxil olub dönər aparatının qarşısında olan bıçağı qəflətən götürüb yenidən çölə çıxmışdır. O, bunu görən kimi tez onun arxasınca kafedən çölə çıxıb nə baş verdiyini soruşmuş, dərhal bıçağı yerinə qoymasını tələbə etmişdir. O, çölə çıxanda görmüşdür ki, qəsəbə sakini Mütəllim adlı şəxs də Vaqifin yanındadır, onun qoluna girib sakitləşdirməyə çalışır. Vaqif ona qorxma deyə bildirmiş, lakin dəqiq olaraq nə baş verdiyini deməmişdir. Bundan sonra kafedə əyləşmiş şəxslər İlşad, qardaşı Rizvan, Yasin, Əli, Dərya adlı şəxslər də çölə çıxmışlar və onlar birlikdə ət dükanına tərəf getmişlər. O, obyekt sahibsiz qalmasın deyə kafeni tərk etməmiş, təxminən 1-2 dəqiqə gözlədikdən sonra narahat qaldığı üçün kafeni boş qoyub özü də ət dükanına tərəf getmişdir. Ora çatanda görmüşdür ki, Vaqif kafedən götürdüyü bıçağı arxa cibinə qoyub, Mütəllim adlı şəxs isə onun qoluna girib sakitləşdirməyə çalışır. Həmin vaxtı ət dükanının sahibi Rahib isə dükanın qarşısında dayanmış, onun əlində də böyük bir bıçaq olmuşdur. Onlar bir-birlərindən təxminən 7-8 metr aralıda dayanmışlar. Həmin vaxtı İlşad Rahibin üzərinə tərəf gedərək “nolub” deyə soruşmuşdur. Başı Vaqifə qarışdığı üçün İlşadla Rahib arasında nə baş verdiyini görə bilməmişdir. Elə bu zaman kimsə kənardan polis gəlir deyə səsləndiyi üçün hərə bir kənara çəkilmişdir. O da tez əlini atıb Vaqifin arxa cibində saxladığı bıçağı götürüb kafeyə qayıtmışdır. Həmin gün orada heç bir dava baş verməmiş, kimsə-kimisəni vurmamışdır. Təxminən 2 saat sonra Vaqif kafeyə gəlib çaya görə kafeyə olan borclarını ödəmişdir. O, Vaqifdən bir daha nə baş verdiyini soruşmuş, Vaqif isə cavabında narahat olmamasını, Rahiblə barışdıqlarını, sadəcə aralarında anlaşılmazlıq olduğunu bildirmişdir. O, onların necə və hansı şəraitdə barışmalarının şahidi olmamışdır. xx.xx.2021-ci il tarixdə də eyni qaydada saat 18 radələrində kafeyə gəlmiş, saat 19 radələrində kafenin sahibi Asif və dönərçi Namiq adlı şəxslərlə birlikdə kafedə olan zaman əvvəlcə İlşad adlı şəxs tanışı Fərid adlı şəxslə birlikdə kafeyə daxil olub, sol tərəfdə yerləşən masada əyləşib çay içməyə başlamışlar. Bir qədər sonra Yasin, Dərya və Səxavət adlı şəxslər də gəlib onların masasında əyləşmişlər. Onlar kafedə olan zaman sakit şəkildə bir-birləri ilə söhbət etmişlər. Onların danışıqlarını eşitmədiyi üçün nə danışdıqlarını bilməmişdir. Təxminən saat 19:30 radələrində kafenin yaxınlığında ət dükanında işləyən Rahib, Qorxmaz və Ramil ilə kafeyə gəlib həmin vaxtı kafenin zalında əyləşən İlşadı çölə çağırmışlar. Birinci Qorxmaz içəri daxil olmuş, İlşada “bir dəqiqə səni” olar deyib, çölə çağırmışdır. İlşad isə cavabında “görmüsən çay içirik” deyə bildirmişdir. Bu zaman Qorxmazın arxasında dayanmış Rahib İlşada səslənərək “sənə demirəm çıx çölə” deyə bildirmişdir. Həmin vaxtı kafenin sahibi Asif Rahibi sakitləşdirmək istəsə də, o “narahat olma, çölə söhbət edəcəyik” deyə cavab vermişdir. Bundan sonra İlşad masadan ayağa qalxıb kafenin giriş qapısına tərəf getmişdir. İlşadın yanında əyləşmiş şəxslər də ayağa qaldıb çölə çıxmaq istəsələr də, Qorxmaz və Ramil onlara çölə çıxmamalarını tapşırıb, İlşadla söhbət etmək istədiklərini bildirmişlər. Həmin vaxtı Yasin bildirmişdir ki, “sizin İlşadla nə söhbətiniz ola bilər”, Qorxmaz isə «sizlik deyil» deyə cavab vermişdir. Buna baxmayaraq İlşadın yanında olan uşaqlar da kafedən çölə çıxmışlar. O, onların kütlə şəklində çölə çıxdıqlarını görüb, dalaşacaqlarını zənn etmiş və buna görə də özü də çölə çıxmışdır ki, dalaşsalar, onları ayırsın. O, elə çölə çıxanda görmüşdür ki, Rahiblə İlşad üz-üzə, digər adlarını qeyd etdiyi şəxslər isə onların ətrafında dayanmışlar. Rahib İlşadla nə danışdığını eşitməmiş, elə bu zaman Rahibin sol tərəfində dayanmış Qorxmaz maşınından taxta parçası götürüb İlşada sol tərəfindən zərbə endirmişdir. O, həmin taxta parçasını özünə məxsus “Lada Priora” markalı avtomobilin salonundan götürmüşdür. Kafeyə daxil olan zaman əlində heç bir əşya olmamışdır. Qoxmazın bu zərbəsindən dərhal sonra Rahib özü də İlşada tərəf zərbə atmışdır. Rahibin bu zərbəsindən sonra İlşad arxası üstə yerə yıxılmışdır. İlşad yerə yıxılan kimi Ramil onun üstünə hücum edib qarın nahiyəsindən sağ əli ilə zərbələr vurmağa başlamışdır. Lakin həmin zərbələri vuran zaman əlində hər hansı bir alət olub-olmadığını görə bilməmişdir. Bu zaman İlşadın tanışı Yasin adlı şəxs arxadan Ramilə yaxınlaşıb ona sağ ayaq nahiyəsindən əlində olan bıçaqla iki zərbə vurmuşdur. Bundan sonra Rahib həmin vaxtı yerdə uzanıqlı vəziyyətdə olan İlşada tərəf qaçıb sol əlindən olan bıçaqla İlşadın ayaq nahiyəsindən bir neçə zərbə vurmuşdur. Zərbələri vuran zaman İlşad yerdə uzanıqlı vəziyyətdə olmuş, onun bu zərbələrindən yayınmağa çalışmışdır. Rahibin İlşada dəqiq olaraq neçə zərbə vurduğunu görə bilməmişdir. Hadisə vaxtı onun fikri yalnız İlşad və Rahibdə olduğu üçün digər hadisə iştirakçılarının nə etdiklərini görə bilməmişdir. Rahib İlşada tərəf zərbələr atan zaman Fərid əlində olan bıçaqla Rahibə tərəf hücum edib onun ünvanına nalayiq var-yox söyüşü işlədərək qəflətən ona doğru bıçaq zərbəsi atmışdır. X34 bu zərbəsindən yayınıb Fəridin kənara qaçmaq istəməsindən istifadə edib sol əlində olan bıçaqla arxa tərəfdən Fəridin sol ayağına bir dəfə zərbə vurmuşdur. Bu zərbənin təsirindən Fərid üzü Rahibə tərəf çevrilib arxada olan dəmir jalyuz qapıya yarım söykənik vəziyyətdə yıxılmışdır. Rahib isə ikinci dəfə onun sinəsindən əlində olan bıçaqla zərbə vurmuşdur. Həmin vaxtı İlşad yerdə qalmağa cəhd edən zaman Ramil əlində olan taxta parçası ilə ona tərəf zərbə atıb kənara qaçmışdır. Səhv etmirsə həmin zərbə İlşadın sol ayağından, diz nahiyəsindən dəymişdir. Buna baxmayaraq İlşad dikəlib Fəridə tərəf gedib, sonradan geri qayıdaraq kafeyə daxil olub bıçaq götürmək istəsə də Asif buna mane olmuş və Rahib yenidən İlşadın üstünə hücum edib əlindəki bıçaqla bu dəfə onun qarın nahiyəsinə tərəf zərbələr endirmişdir. Rahib zərbə vurandan sonra Qorxmaz da əlində olan taxta parçası ilə İlşada iki dəfə zərbə vurmuşdur. Həmin zərbələrdən biri İlşadın kürəyinə, digəri isə əlini qabağa verdiyindən sol əlinə dəymişdir. Bundan sonra İlşad qaçıb kafeyə daxil olmuş, Rahib, Ramil və Qorxmaz isə öz maşınlarına əyləşib oradan uzaqlaşmışlar. O və ətrafda olan şəxslər Fəridin yerdə uzanıqlı vəziyyətdə qaldığını, sinəsindən qan axdığını görüb, TTYS-nın avtomaşının gəlməsini gözləmədən onu və İlşadı dərhal taksi fəaliyyəti ilə məşğul olan İmran adlı şəxsin avtomobilinə əyləşdirib xəstəxanaya yol salmışdır. O, özü kafedə qalıb xəstəxanaya getməmiş, sonradan eşitmişdir ki, Fərid adlı şəxs aldığı xəsarətlərdən ölmüş, İlşadın isə göstərilən tibbi yardımlardan sonra həyatı xilas olunmuşdur. (İİ cild, səh. 193-199) Şahid3 ifadəsinin yerində yoxlanması istintaq hərəkəti keçirilərkən zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 bıçaq zərbələri vurulduğu yeri, necə vurmasını hadisə yerində əyani şəkildə göstərmişdir. İstintaq hərəkəti protokollaşdırılmış, fotoşəkillər çəkilərək istintaq materiallarına əlavə edilmişdir. (Vİİİ cild, səh. 9-14) Şahid3 məhkəmədə verdiyi ifadələrin düzgün olduğunu bildirmişdir. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid2 ifadəsində göstərmişdir ki, Sabunçu qəsəbəsi, M.Aydınbəyov küçəsi 41 ünvanında yerləşən 45 kv. metrlik obyekti onun atasına məxsusdur. xx.xx.2021-ci il tarixdə kafedə və ya onun ətrafında nə kimi hadisənin baş verməsindən xəbəri olmamışdır. xx.xx.2021-ci il tarixdə əvvəlcə İlşad, Fərid, Yasin, Dərya və Səxavət kafedə masada əyləşib çay içmişlər. 20-30 dəqiqədən sonra kafenin yaxınlığında ət dükanında işləyən Rahibin qardaşı Qorxmaz kafeyə gəlib İlşadı çölə çağırmış, digərlərinə çölə çıxmamağı demişdir. Onlar çölə çıxanda İlşadın yanında olan uşaqlar da kafedən çölə çıxmışlar. O isə kafedən çölə bir az gec çıxmışdır. Kafedən çölə çıxanda isə Fəridin yerdə olduğunu və onun bədənindən qan axdığını görmışdür. Sonradan isə kafenin içərisində və çölündə olan müşahidə kameralarının görüntüsündən izləyib görmüşdür ki, Rahib və qardaşları kafeyə girəndə əllərində bıçaq olmamışdır. Şahid2 məhkəmədə ona verilən suallara cavab olaraq bildirmişdir ki, İlşad, Fərid, Yasin, Dərya və Səxavət masada əyləşib çay içiəndə nə danışdıqlarını eşitməmişdir. Kafenin içərisində və çölündə olan müşahidə kameralarının görüntülərinin yaddaş qurğusunu ondan polis əməkdaşları götürmüşlər və iki ay sora ona silinmiş şəkildə geri qaytarmışlar. Kafenin içərisində və çölündə olan müşahidə kameralarının görüntülərinin yaddaş qurğusunu ondan polis əməkdaşları götürəndə protokol tərtib etməmişlər, lakin ona geri qaytaranda protokol tərtib etmişlər. Rahibin Fəridi bıçaqla vurmasını görməmiş, görmüşdür ki, Fərib yerdədir və onun bədənindən qan gəlir. Qorxmazın əlində əvvəlcə taxta parçası görməmişdir. Kafenin yanında söküntüdən çıxan plastik əşyalar və taxta parçaları yerdə olmuşdur. Rahiblə İlşadın nə danışdıqlarını eşitməmişdir. xx.xx.2021-ci il tarixdə Vaqiflə Rahib arasında olanlar barədə heç nə bilməmişdir. 20 ildir həmin obyekt onundur, qonşu obyektlərdən və ondan heç kim qanunsuz pul tələb etməyib. Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsi ilə məhkəmədə verdiyi ifadəsi arasında ziddiyyət olduğu üçün onun ibtidai istintaq zamanı verdiyi ifadəsi məhkəmədə elan olunmuşdur. O həmin ifadəsində göstərmişdir ki, atası X1 məxsus ünvan 5 ünvanında yerləşən 45 kv. metrlik obyekti təmir etdirib kafe kimi istifadə edir. xx.xx.2021-ci il tarixdə həmişə olduğu kimi səhər saat 07-də kafeni açmış və saat 18 radələrində işi olduğu üçün evə getmişdir. Həmin gün kafedə və ya onun ətrafında nə kimi hadisənin baş verməsindən xəbəri olmamışdır. xx.xx.2021-ci il tarixdə də eyni qaydada kafeni açıb fəaliyyətini davam etdirmişdir. Təxminən saat 19 radələrində kafedə olan zaman əvvəlcə İlşad adlı şəxs tanışı Fərid adlı şəxslə birlikdə kafeyə daxil olub, sol tərəfdə yerləşən masada əyləşib çay içməyə başlamışlar. Bir qədər sonra Yasin, Dərya və Səxavət adlı şəxslər də gəlib onların masasında əyləşmişlər. Onlar kafedə olan zaman sakit şəkildə bir-birləri ilə söhbət etmişdir. O, onların danışığın eşitmədiyi üçün nə danışdıqlarını bilməmişdir. Təxminən 20-30 dəqiqədən sonra kafenin yaxınlığında ət dükanında işləyən Rahib və qardaşları Qorxmaz, Ramil kafeyə gəlib həmin vaxtı kafenin zalında əyləşən İlşadı çölə çağırmışlar. Birinci Qorxmaz içəri daxil olub, İlşada “bir dəqiqə səni” olar deyib, çölə çağırmış, İlşadın yanında əyləşmiş şəxslərə isə çölə çıxmamalarını tapşırmışdır. Bundan sonra İlşad masadan ayağa qalxıb Rahib, Qorxmaz və Ramil ilə birlikdə kafenin qarşısına çıxmışdır. İlşadın yanın olan uşaqlar da kafedən çölə çıxmış, onların kütlə şəklində çölə çıxdıqlarını görüb, dalaşacaqlarını zənn etmiş və buna görə də özü də çölə çıxmışdır ki, dalaşsalar, onları ayırsın. O, çölə çıxanda görmüşdür ki, Rahiblə İlşad üz-üzə, digər adlarını qeyd etdiyi şəxslər isə onların ətrafında dayanıblar. Rahibin İlşadla nə danışdığını eşitməmişdir. Elə bu zaman Rahibin sol tərəfində dayanmış Qorxmaz əlində olan taxta parçası ilə İlşadın sol tərəfindən zərbə endirmişdir. Onun həmin taxta parçasını haradan götürdüyünü, bu zərbənin İlşadın hansı nahiyəsindən dəydiyini bilməmiş, kafeyə daxil olan zaman Qorxmazın əlində heç bir əşya olmamışdır. Qorxmazın bu zərbəsindən ara qarışmış, İlşad arxası üstə yerə yıxılmışdır. İlşad yerə yıxılan kimi Ramil onun üstünə hücum edib qarın nahiyəsindən sağ əli ilə zərbələr vurmağa başlamışdır. Lakin həmin zərbələri vuran zaman əlində hər hansı bir alət olub-olmadığını görə bilməmişdir. Bu zaman İlşadın tanışı sonradan adını bildiyi Yasin adlı şəxs arxadan Ramilə yaxınlaşıb ona iki zərbə vurmuşdur. O, Yasinin əlində hər hansı bir alətin olub-olmadığını görə bilməmiş, Rahib həmin vaxtı yerdə uzanıqlı vəziyyətdə olan İlşadın ayaq nahiyəsinə 3-4 bıçaq zərbəsi endirmişdir. İlşad isə əlini-ayağını qabağa verib özünü müdafiə etməyə çalışmışdır. O, sağ tərəfə çevriləndə görmüşdür ki, Qorxmaz əlində olan taxta parçası ilə onun üzərinə hücüm edən Yasinə tərəf zərbə atmışdır. Lakin həmin zərbənin ona dəyib-dəymədiyini görməmişdir. Qorxmaz Yasini əlində olan taxta parçası ilə vurmaq istəyən zaman orda dayanmış Fərid sağ əlində olan bıçaqla ona tərəf zərbə atmış, lakin səhv etmirsə bıçaq Qorxmaza dəyməmişdir. Bundan sonra Dərya arxadan hücum edib Qorxmazı təpik, yumruqla vurub, Yasinlə birlikdə qaçıb getmişdir. O, geriyə çevriləndə görmüşdür ki, Fərid əlində olan bıçaqla Rahibə tərəf hücum etmiş və ona zərbə atmaq istəyəndə Rahib onun bu zərbəsindən yayınıb, söyüşlə “sən mənə bıçaq atırsan” deyib Fəridi sinə nahiyəsindən bir dəfə bıçaq zərbəsi vurmuşdur. Həm hava qaranlıq olduğundan, həmdə kütləvi dalaşdıqlarından Rahibin Fəridə neçə bıçaq zərbəsi vurduğunu görə bilməmişdir. Bundan sonra İlşad yerdən qalxmağa çalışan zaman bu dəfə Ramil ona hücum edib əlində olan alətlə İlşada tərəf zərbə atmışdır. Lakin əlində dəqiq olaraq hansı alət olduğunu, həmin zərbənin İlşadın hansı nahiyəsindən dəydiyini görə bilməmişdir. İlşad ayağa qalxan kimi dərhal kafeyə daxil olub bıçaq götürmək istəsə də, o, buna mane olmuş, bu zaman Rahib yenidən İlşadın üstünə hücum edib əlindəki bıçaqla bu dəfə onun qarın nahiyəsinə tərəf zərbələr endirmişdir. Rahib zərbə vurandan sonra Qorxmaz da əlində olan taxta parçası ilə İlşada bir dəfə sol əl nahiyəsindən zərbə vurmuşdur. Bundan sonra İlşad qaçıb kafeyə daxil olmuş, Rahib, Ramil və Qorxmaz isə öz maşınlarına əyləşib oradan uzaqlaşmışlar. O və ətrafda olan şəxslər Fəridin yerdə uzanıqlı vəziyyətdə qaldığını, sinəsindən qan axdığını görüb, TTYS-nın avtomaşının gəlməsini gözləmədən onu və İlşadı dərhal taksi fəaliyyəti ilə məşğul olan İmran adlı şəxsin avtomobilinə əyləşdirib xəstəxanaya yola salmışlar. Özü kafedə qalıb xəstəxanaya getməmiş, bir qədər sonra polis əməkdaşları hadisə yerinə gəlmişlər. Sonradan eşitmişdir ki, Fərid adlı şəxs aldığı xəsarətlərdən ölmüş, İlşadın isə göstərilən tibbi yardımlardan sonra həyatı xilas olunmuşdur. Şahid2 məhkəmədə verdiyi ifadələrin düzgün olduğunu bildirmişdir. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid9 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs2 onun qardaşıdır. xx.xx.2021-ci il tarixdə saat 18 radələrində o, qardaşı İlşad, tanışları Dərya, Yasin və Əli ilə birlikdə ünvan 5 ünvanında yerləşən “Dönər” kafedə çay içmişlər. Qonşu kimi tanıdığı Şahid11 da kafeyə gəlib onlarla birikdə çay içdikdən sonra çıxıb getmişdir. Vaqif onlardan ayrılıb kafedən çölə çıxdıqdan bir neçə dəqiqə keçmiş əsəbi şəkildə kafeyə daxil olmüşdür. Vaqif onun arxa tərəfində olduğu üçün kafedən nə götürdüyünü bilməmiş, lakin sonra bilmişdir ki, Vaqif kafedən bıçaq götürmüşdür. Vaqif kafedən çıxandan sonra səs-küyə onlar da kafedən çıxmışlar, həmin vaxt görmüşdür ki, Rahibin və Vaqifin hər ikisinin əlində bıçaq vardır. Həmin vaxt hər ikisi də əsəbi olmuşlar, o da onlardan mübahisənin səbəbini soruşmamışdır. Sonradan onların arasında mübahisə olduğunu eşidib bilmiş, lakin tam səbəbini bilməmişdir. Vaqif ondan yaşca böyük olduğu üçün onunla heç bir münasibəti olmamışdır. Vaqif həbs olunanda onun 14 yaşı olmuş, Vaqiflə heç bir dostluq münasibəti olmamışdır. Onlar kafedən çölə çıxanda İlşad Rahibə yaxınlaşıb nə baş verdiyini soruşmüş, Rahib isə «mənə yaxın gəlməyin» demişdir. Həmin vaxt Vaqifi Mütəllim tutub saxlamışdır ki, dava olmasın. Həmin vaxt İlşad Rahibi aralamaq üçün sinəsindən itələmişdir. Sonra görmüşlər ki, Rahib əsəbidi və ona yaxın getməmişlər. Onlar və Rahib ayrı tərəflər olmamışlar, əgər belə olsaydı onlar Rahibi təkləyib dava edərdilər. xx.xx.2021-ci ilt tarixdə o, Vaqiflə birlikdə meyvə dükanın yanına gəlməmiş və Vaqif ondan pul tələb etməmişdir. Məhkəmədə şahid qismində ifadə vermiş X2 ifadəsində göstərmişdir ki, 30 il ünvan 6 ünvanında 2021-ci ilin avqust-sentyabr ayına qədər yaşamışdır. Həmin məhəllədə yaşayan Şahid11 əvvəldən tanımışdır. Vaqif həbsdən buraxılandan sonra başına dəstə toplayıb «lotuluq» etmiş və camaatdan qanunsuz pul tələb etmişdir. 20 ildən çoxdur ki, Rahib və qardaşlarını yaxşı insan kimi tanımışdır. xx.xx.2021-ci il tarixdə baş verən hadisə ilə bağlı o, Rahibdən soruşanda Rahib ona demişdir ki, Vaqif ondan pul tələb edib, onların arasında dava olub, Vaqif ona bıçaq çıxarıb və yumruqla Rahibi vurub. O, həmin gün hadisəni uzaqdan görmüşdür. Həmin vaxt maşınla oradan keçərkən hadisəni uzaqdan görüb dayanmış və baxmışdır. Hətta Rahib ona həmin hadisənin videogörüntülərini də göstərmişdir. X15 əli ilə vurmuş, sonra əlini belinə bıçaq çıxarmağa atanda Rahib qaçıb işlətdiyi ət dükanına girmişdir. Sonra onlar bir-birlərinə bıçaq çıxarmışlar, həmin hadisə ilə bağlı Sabunçu rayon prokuroluğundan ifadə verməyini Vaqif biləndən sonra onun əmisi Rafiq və əmisi oğlu Əli onun yaşadığı evə gələrək, o, evdə olmadığı vaxt hadisə ilə bağlı ifadə verdiyi üçün atasını təhqir etmişlər və onu ailəsi ilə təhdid etmişlər. Sonra avqust ayında ailəsinin təhlükəsizliyi ilə bağlı yaşadığı evi kirayə verib, Sumqayıt şəhərində yaşamağa başlamışdır. Onların onu təhdid etmələri ilə bağlı 102 xidmətinə zəng vurub bildirmiş və prokurorluq orqanlarına da şikayət etmiş, lakin nəticə olmamışdır. Keçən ilin avqust ayının 21-də o, taksi çağırmışdır ki, ailəsi ilə birlikdə Sumqayıt şəhərinə köçsün. Həmin vaxt taksi ilə məhəllədən çıxmaq istəyəndə Vaqif taksi sürücüsünü və onu nalayiq sözlərlə söymüşdür. Sonra məhəllədən çıxanda əlində zibil torbası ilə zibil qutularına yaxınlaşanda Vaqif gəlib ona demişdir ki, «sən qudurmusan? sən niyə onlara şahidlik edirsən? mən sənin başını kəsərəm». Vaqiflə bağlı Sabunçu RPİ-nin 12-ci bölməsində şikayət ərizəsi yazmış, lakin ərizəsinə müstəntiq Fuad Əmənov tərəfindən xitam verilmişdir. O da həmin qərardan yuxarı orqanlara da müracət etmişdir. Bununla əlaqədar məhkəməyə müracət etmiş, məhkəmə qərar qəbul etmişdir ki, xitam qərarı ləğv olunsun. Sonra o, baş prokurorluğa da şikayət etmiş, ailəsinin təhlükəsizliyi üçün hazırda Sumqayıt şəhəridə yaşayır. Vaqiflə eyni məktəbdə oxumuşlar, əvvəl münasibətləri yaxşı omuş, Vaqif və bandası deyəndə İlşad, onun qardaşı Rizvan, Dərya, Fərid və başqalarını nəzərdə tutur. Ölüm hadisəsi ilə bağlı həmin şəxslərin hamısı günahkardı. Həmin ərazidə yaşayan insanlar həmin şəxslərin nə işlə məşğul olduqlarını bilir. Vaqif Rahibdən pul tələb etmişdir. Şəxsən Vaqif və əmisi oğlu Əli bir dəfə ondan həbsxanada yatanlara pul göndərmək adı ilə pul istəmişlər, lakin o, pul verməmişdir. xx.xx.2021-ci il tarixdə baş verən hadisənin görüntülərini tam şəkildə xx.xx.2021-ci il tarixdə Rahib şəxsən ona göstərmiş, həmin görüntülər tam şəkildə olmuşdur. Hadisəni 26da da şəxsən görmüş, Rahibin bibisi oğlu Mütəllim də həmin yerdə olmuşdur, görüntülərdə də İlşad Rahibin üzərinə getmişdir. Rahib görüntüləri ona göstərəndə demişdir ki, Vaqifgil ondan pul tələb edirdilər, o isə kiməsə pul verməli deyil. Mərhum Zərərçəkmiş şəxs1 qətlə yetirilməsi ilə bağlı məlumatı olmamış, 27-si noyabrda baş verən hadisəni görməmişdir. Məhkəmədə şahid qismində ifadə vermiş X6 ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxsləri tanıyır, onların yaşadığı ərazidə süpürgəçi-xadimə işləyir. Zərərçəkmiş şəxslər onların yaşadığım ərazidə qara maşınla gəzirmişlər, həmin şəxslər yaşadığı ərazidə yerləşən texnikomda oxuyan qızlara sataşırmışlar. Bir dəfə 4 nəfər şəxs Rahibin ət dükanına gəlib ondan pul tələb etmişlər, Rahib də onlara «hələ alver etməmişəm» deyib və pul verməmişdir. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid11 ifadəsində göstərmişdir ki, xx.xx.2021-ci il tarixdə məhəllədə yaşayan şəxs kimi Rahibə yaxınlaşıb, söyüş söydıyünə görə ona irad bildirmiş və buna görə də Rahiblə aralarında mübahisə olmuşdur. O, Rahibi itələmiş, sonra ayrılmışlar və aralarında dava olmamışdır. xx.xx.2021-ci il tarixdə Rahiblə onun arasında olan mübahisə Rahibin dükanın önündə söyüşlə danışdığına və Rahibə irad bildirməsinə görə olmuşdur. Rahiblə yaxşı münasibəti olduğu üçün ona demişdir ki, «ayıbdır, bura ictimai yerdir və söyüş söymək olmaz». Rahiblə mübahisə zamanı Rahib onun üstünə bıçaq çıxartmış, o da yaxınlıqda olan kafeyə girib oradan bıçaq götürüb Rahibin üzərinə getmişdir. Mübahisədən sonra Rahiblə aralarında barışıq olmuş və oradan çıxıb getmişdir. Rahibdən pul tələb etməmişdir. Fəxrəddin Quliyevi tanıyır, sonuncu onunla qonşu olmuşdur, o, Fəxrəddinin qarşısını kəsib, əleyhinə ifadə verməsi ilə bağlı onu hədələməmişdir. Məhkəmədə şahid qismində ifadə vermiş X25 oğlu ifadəsində göstərmişdir ki, Sabunçu rayonu, Ramana qəsəbəsində yaşamış, Rahibgilin yaşadığı «Komsomol dairəsi» adlanan əraziyə tez-tez gedib-gəlmişdir. Rahib və qardaşlarını əvvəldən tanımış və onlarla yaxşı münasibəti olmuşdur. Şahid11 da həmin ərazidə yaşayan şəxs kimi tanımış, lakin münasibəti olmamışdır. Vaqif və qohumları «Şulux», yəni düz olmayan adamlar olmuşlar. 26 noyabr 2021-ci il tarixdə saat 17-18 radələrində Rahibin işlədiyi ət mağazasının qarşısında olmuşdur. Həmin vaxt Rahibin qohumu Müttəlim oraya gəlmiş və Rahiblə söhbət etmişlər. Sonra həmin yerə Vaqif gəlmiş və Rahibi yanına çağırıb nəsə demişdir. Sonra Vaqif səsini yüksəltməyə başlamış, Rahibə yumruq vurub, bıçaq çıxartmışdır. Rahib isə qaçıb ət mağazasına girmişdir. Vaqif yaxınlıqda olan dönərxana kafeyə getmiş və əlində böyük dönər bıçağı ilə təkrar Rahibin işlədiyi ət mağazasının yanına gəlmişdir. Vaqif kafedən gələndən sonra onun arxasınca İlşad, İlşadın qardaşı Rizvan, Əli adlı şəxs və bir neçə şəxs də Rahibin üzərinə gəlmişlər. Müləttim Vaqifin qarşısını kəsmiş və dava olmasına mane olmuşdur. Vaqifin əmisi oğlu Əli adlı şəxs isə Vaqifi müdafiə etmiş və əlində «beşbarmaq» olmuşdur. Sonra həmin yerə polislərin gəlməsi sözü işlədildiyi üçün hər kəs dağılışmış və dava olmamışdır. Sonra dönərxanada işləyən Samir adlı şəxs kafedən gəlib Vaqifin əlində olun uzun dönər bıçağını almışdır. O, Rahibdən Vaqin niyə belə etdiyini soruşanda Rahib ona demişdir ki, Vaqif ondan qanunsuz pul tələb edib. Məhkəmədə şahid qismində ifadə vermiş X21 ifadəsində göstərmişdir ki, Rahib və qardaşlarını tanımış, hadisə olan gün orada olmamışdır. Rahibin qardaşı Ramil və Qorxmaz öz işləri ilə məşğul olan müsbət xarakterli adamlar olmuşlar. Lakin Vaqif və onun ətrafında olan şəxslər düz adamlar olmamışlar. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1, 29,120.2.7, 145.2.6 və 221.3-cü maddələri, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 həmin Məcəllənin 221.3-cü maddəsində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli olmaları zərəçəkmiş şəxslərin, zərərçəkmiş şəxsin qanuni nümayəndəsinin, zərərçəkmiş şəxsin hüquqi varisinin, hadisə şahidlərinin ifadələri, üzləşdirmə və hadisənin qeydə alındığı video görüntülərə baxış protokolları, ekspertiza rəyləri ilə yanaşı məhkəmədə tədqiq edilmiş digər sübutlarla tam sübuta yetirilmişdir. Cinayət işinin materiallarında olan 28 noyabr 2021-ci il tarixli protokollardan görünür ki, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 həmin tarixdə şübhəli şəxs qismində tutulmuşlar. Cinayət işinin materiallarında olan Bakı şəhəri Sabunçu rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində həmin tarixdən «həbs» qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 28 noyabr 2021-ci il tarixdən hesablanmışdır. Sabunçu rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs2 barəsində seçilmiş «həbs» qətimkan tədbiri dəyişdirilərək «ev dustaqlığı» qətimkan tədbiri ilə əvəz edilmişdir. xx.xx.2022-ci il tarixdə isə Təqsirləndirilən şəxs2 barəsində «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materiallarında olan Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs3 barəsində «həbs» qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 28 noyabr 2021-ci il tarixdən hesablanmışdır. Sabunçu rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs3 barəsində seçilmiş «həbs» dəyişdirilərək «ev dustaqlığı» qətimkan tədbiri ilə əvəz edilmişdir. Sabunçu rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs3 barəsində seçilmiş «ev dustaqlığı» qətimkan tədbirinin müddəti 27 aprel 2022-ci il tarixədək uzadılmış, xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs3 barəsində «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs3 barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri dəyişdirilərək barəsində «həbs» qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materiallarında olan Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs1 barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 28 noyabr 2021-ci il tarixdən hesablanmışdır. Cinayət işinin materiallarında olan hadisə yerinə baxış keçirilməsi haqqında xx.xx.2021-ci il tarixli protokoldan görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, “Komsomol” dairəsi adlanan ərazidə yolun kənarında yerləşən “Dönər” adlı obyektin qarşısıdır. Obyektin qarşısı piyadaların yeriməsi üçün səkidir. Yer örtüyü asfaltdır, kənarları köbə daşları ilə bağlanmışdır. Səkidən üzərində “Dönər” sözü yazılmış obyektin qarşısına doğru olan məsafə 4,5 metrdir. Dönər adlı obyektlə üzbəüz durduqda sol hissədə ərzaq məhsulları satılan mağaza vardır. Mağazanın yaxınlığında avtobus dayanacağı vardır. Obyektin qarşısı, köbə daşlarından yola tərəf olan hissə isə taksi avtomobillərinin dayanacağı kimi istifadə edilir. Sağ hissədə isə qapı-pəncərə sexi və digər obyeklər vardır. Dönər adlı obyektin giriş qapısı və ön hissəsi şəffaf şüşə materialdandır. Küçədən baxdıqda obyektin içəri hissəsi, obyektin içərisindən baxdıqda isə hadisənin baş verdiyi səki görünür. Hava qaranlıq olsa da küçədə olan elektrik lampaları və obyektlərin verdiyi işıqlara görə səki aydın görünür. Kafenin ön hissəsində, bayır divarın üst hissəsinə bərkidilmiş videokamera qurğusu vardır. Kafenin qarşısındakı səkidə olan yol örtüyü üzərində hər hansı ləkə və sair izlər yoxdur. Səkinin yola tərəf olan hissəsində Dönər adlı obyektlə üzbəüz olan hissədə, köbə daşının kənarında ağ rəngli üzərində qan ləkəsi olan bir ədəd pambıq bükümü aşkar edilmişdir. Həmin pambıq bükümü qablaşdırılaraq hadisə yerindən götürülmüş, hadisə yerinə baxış zamanı bundan başqa hadisə yerində cinayətin aləti olan biləcək əşya və sair predmet, habelə hər hansı digər iz aşkar edilməmişdir. “Dönər” adlı kafenin içəri hissəsinə baxış keçirilən zaman isə müəyyən edilmişdir ki, kafenin giriş qapısı və ön hissəsi şüşə çərçivədəndir. Kafe elektrik lampalarının işığı ilə işıqlandırılır. Kafenin şüşə qapısından içəri daxil olduqda qapı ilə üzbəüz hissədə divara söykədilmiş ayaq sütunları qara, üzəri isə ağ rəngdə olan 3 ədəd masa və hər masada oturmaq üçün 4 ədəd stul qoyulmuşdur. Kafenin giriş qapısından daxil olduqda sağ hissədə yerləşən divara söykədilmiş 3 ədəd də eyni tipli masa və hər masada 4 ədəd stol-stul vardır. Kafenin döşəməsi ağ rəngli metlaxla döşənmişdir. Divarlar isə sarımtıl ağ rəngli sadə boya ilə boyanmışdır. Kafenin giriş qapısından içəri daxil olduqda sağ hissədə dönər düzəltmə aparatı vardır. Aparat metal rəngdədir və sağ divara bərkidilmişdir. Aparatın qarşısında ağ rəngli ensiz mətbəx masası vardır. Dönərin əti aparatdan götürldükdən sonra həmin masa üzərində dönərin hazırlanması üçün istifadə edilir. Kafenin giriş qapısından içəri 5 metr irəlilədikdən sonra sağ hissədə üzərində “atena” sözü yazılan soyuducu vardır. Həmin soyuducunun arxa hissəsində mətbəx yerləşir. Mətbəxdə mətbəx mebeli və mebelin üzərində mətbəxə aid avadanlıq vardır. Kafenin giriş qapısı ilə üzbəüz divarında, sol hissədə divara bərkidilmiş videokamera qurğusu olduğu görünür. Həmin kamera qurğusunun videogörüntüləri qeydə alan yaddaş cihazı kafenin giriş qapısından daxil olduqda sağ hissədə yerləşən dönər aparatının havalandırma üçün istifadə edilən dəmir listinin üzərində quraşdırılmışdır. Həmin qeydə alınan videogörüntülər isə dönər aparatının bərkidildiyi divarda, həmin aparatın yan hissəsində quraşdırılmış monitorda görünür. Monitor və kamera görüntülərini qeydə alan DVR adlanan yaddaş qurğusunun naqilləri elektrik ötürücü avadanlıq vasitəsi ilə elektrik yuvalarına keçirilmişdir və buna görə də həmin yaddaş qurğusu və monitor işlək vəziyyətdədir. Divara bərkidilmiş monitora baxış keçirilən zaman müəyyən edilmişdir ki, monitorun qutusu qara rəngdədir və monitorun ekranında görüntü iki hissəyə bölünmüş olaraq göstərilir. Ekranda olan görüntülərdən biri kafenin bayır divarına bərkidilmiş kamera vasitəsi ilə qeydə alınan görüntüləri göstərir. Ekranın digər hissəsində isə kafenin içəri hissəsində yerləşən kamera vasitəsi ilə qeydə alınmış videogörüntülər görünür. Baxış zamanı DVR adlanan yaddaş qurğusundan xx.xx.2021-ci il tarixdə hadisənin baş verməsini özündə əks etdirən videogörüntülər iş üzrə sübut əhəmiyyət kəsb etdiyindən bir ədəd «DVD» diskə köçürülərək götürülmüşdür. Cinayət işinin materiallarında olan xx.xx.2021-ci il tarixdə Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Musabəyov küçəsində yerləşən ət dükanın qarşısında baş vermiş hadisənin əks olunduğu saat 18:23:50-dən 18:24:26-a qədər olan videogörüntülərə baxış protokolundan görünür ki, xx.xx.2021-ci il tarixdə 18:23:50-də Təqsirləndirilən şəxs1 əlində sol əlində bıçaq işlədiyi dükanın qarşısında dayanıb, sağ əlində olan telefonla danışır. Bu zaman Zərərçəkmiş şəxs2 Rizvan oğlu iti addımlarla olan tərəf yaxınlaşaraq sinəsini Rahibin sinəsinə dirəyərək nəsə soruşur. Həsənov X11 arxasından əlində bıçaq Rahibə tərəf getmək istəsə də yanında olan X12 onu qolundan tutub saxlayır, onlar iki metr aralıda dayanırlar. Rahib sağ əli ilə İlşadın sinəsindən onu geri itələyir və ət dükanına daxil olur. İlşad dərhal Rahibin üstə gedir, həmin vaxtı arxadan gələn Əliyev X18 qolundan tutub saxlayır. Dəryanın arxasında Şahid9 da gəlir, lakin onlar ət dükanına daxil olmadan hamısı birlikdə çölə çıxıb kənara çəkilirlər, kimsə-kimisəni vurmur. Bundan sonra X27 və Zərərçəkmiş şəxs2 yenidən ət dükanının giriş hissəsinə daxil olurlar. Görüntülərdən görünür ki, Əli Həsənovun sağ əlində bir ədəd şüşə stəkan var. Məhkəmədə xx.xx.2021-ci il tarixdə Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Musabəyov küçəsində yerləşən ət dükanın qarşısında baş vermiş hadisənin əks olunduğu saat 18:23:50-dən 18:24:26-a qədər olan videogörüntülər nümayiş etdirilmiş, cinayət işinə əlavə olunmuş protokolda olanlar görüntülərdə də öz əksini tapmışdır. Cinayət işinin materiallarında olan xx.xx.2021-ci il tarixdə ünvan 7 ünvanında yerləşən “Dönər” adlı kafenin qarşısında baş vermiş hadisənin əks olunduğu saat 19:36:17-dən 19:41:26-a qədər olan video görüntülərə baxış protokolundan görünür ki, xx.xx.2021-ci il tarixdə 19:36:17-də Təqsirləndirilən şəxs3 iti adımlarla kafenin giriş qapısına tərəf gələrək qapını açıb kafenin içərisində sol tərəfdə yerləşən masada əyləşmiş Zərərçəkmiş şəxs2 çağırır. Bu zaman qardaşı Təqsirləndirilən şəxs1 da onun arxasınca kafenin giriş qapısına gəlib, Qorxmazı itələrək içəri daxil olurlar. Bundan 4 saniyə sonra isə digər qardaşları Təqsirləndirilən şəxs2 onların arxasınca kafenin giriş qapısından içəri daxil olur. Həmin vaxt qardaşların əlində heç bir alət görünmür. Onlar içəri daxil olan kimi əvvəlcə Zərərçəkmiş şəxs2, sonra isə onunla eyni masada əyləşmiş Yasin, Dərya, Səxavət, Fərid adlı şəxslər ayağa qalxırlar. Qorxmaz içəri girib İlşada tərəf getmək istəyəndə kafedə işləyən şəxs onu qolundan tutub saxlamağa çalışır. Bundan sonra Qorxmaz sağ əli ilə ona yaxınlaşan İlşadın sol qolundan tutub onu kafedən çölə doğru itələməyə çalışır. İlşad isə qolunu yuxarı qaldırıb əlini çəkməsini tələb edir. Bundan sonra giriş qapısının qarşısında olan Ramil İlşadın sağ qoluna girib onu giriş qapısından çölə doğru aparır. Qorxmaz isə Dərya adlı şəxsi saxlayaraq ondan və arxasında kafedən çölə çıxmaq istəyən Səxavət adlı şəxsdən çölə çıxmamalarını tələb edib və onları geri itələyir. Ramil özü də qapının qarşısında dayanıb kafenin içərisində olan şəxslərə əl hərəkətləri ilə nəsə deyir. Bundan sonra kafedə olan şəxslərdən əvvəlcə Dərya, ardınca Səxavət, Yasin və Fərid çölə çıxırlar. Fərid çölə çıxmazdan əvvəl əynində olan gödəkçənin sağ yan cibindən bıçaq çıxardıb belində saxlayır. Onlar kafedən çölə çıxan kimi saat 19:36:50-də İlşad Rahib üzbəüz dayanıb söhbət edir, Qorxmaz onların solunda, Ramil isə sağında dayanır, Ramil İlşadın sol qoluna girib onu kənara çəkmək istəyir. Onlar söhbət edən zaman Dərya adlı şəxs də yaxınlaşır. Saat 19:36- 58-də Qorxmaz əlində olan taxta parçası ilə İlşadı sol tərəfdən baş nahiyəsindən vurur, bu zaman Rahib özü də ona tərəf yumruq zərbəsi atır. Onun bu zərbəsindən sonra İlşad arxası üstə yerə yıxılır. Səxavət adlı şəxs İlşadın yıxıldığını görüb kənara qaçır. İlşad yerə yıxılan kimi saat 19:37:01-də Ramil onun üstünə hücum edib yerdə uzanıqlı vəziyyətdə olan İlşada tərəf zərbələr vurur. Görüntülərdən görünür ki, onun əlində heç bir alət olmur. Həmin vaxtı kafenin giriş qapısının qarşısında dayanmış Yasin gödəkçəsinin sağ yan cibindən bıçaq çıxardıb Ramilə tərəf qaçaraq sağ əlində saxladığı bıçaqla Ramilə arxada iki dəfə zərbə vurur. Həmin vaxtı Fərid adlı şəxs də sağ əlində bıçaq kafenin qarşısında o tərəf bu tərəfə hərəkətlər edir. Dərya, Yasin və Fərid mərkəzdə dayanıb irəli geri hərəkətlər edirlər. Bu zaman saat 19:37:10-da Rahib sol əlində saxladığı bıçaqla yerdə uzanıqlı vəziyyətdə olan İlşadın üzərinə hücum edib onun ayaq nahiyəsinə 4 dəfə zərbə endirir. Rahib İlşadı ayağından bıçaq vurduğu an Qorxmaz əlində olan taxta parçası ilə Yasinin üzərində hücum edib ona tərəf zərbə atır. Lakin həmin zərbənin Yasin adlı şəxsə dəyib-dəymədiyini görmək mümkün olmur. Qorxmaz Yasinə zərbə vuran zaman mərkəzdə dayanmış Fərid sağ əlində olan bıçaqla Qorxmaza tərəf zərbə atır, lakin onun bu zərbəsi Qorxmaza dəymir. Həmin vaxtı Dərya adlı şəxs arxa tərəfdən Qorxmazın üzərinə hücum edib onu əvvəlcə təpiklə, sonra isə sağ əli ilə yumruqla vurur. Bundan sonra Yasin və Dərya qaçıb kənara çəkilirlər. Fərid adlı şəxs geriyə çevrilib saat 19:37:14-də sağ əlində olan bıçaqla Rahibə tərəf zərbə atır, sonradan onların mübahisəsi kameranın müşahidə dairəsindən kənarda davam etdiyi üçün qeydə alınmır. Saat 19:37:16-da İlşad ayağa qalxmaq istədikdə Ramil onun üzərinə qaçıb sağ əlində olan alətlə İlşadın sol ayağından zərbə vurur və kənara qaçanda qardaşı Qorxmaz əlində olan taxta parçası ilə ona səhvən sol əlindən xəsarət yetirir. İlşad ayağa qalxan kimi Fəridə tərəf getmək istədikdə Rahib yenidən ona tərəf hücum edib saat 19:37:28-də sol əlində olan bıçaqla İlşadın qarın nahiyəsindən bir dəfə bıçaqla vurur. Bu zaman Qoxmaz əlində olan taxta parçası ilə əvvəlcə İlşadın kürəyindən, sonra isə özünü qorumaqdan ötrü sol əlini yuxarı qaldırdıqda əlindən zərbə vurur. Bundan sonra İlşad kafenin içərisinə daxil olur, kafeni işlədən şəxs də onun arxasınca kafeyə daxil olur. Görüntülərdən məlum olunr ki, hadisə vaxtı ətrafda kənar şəxslər dayanıb hadisəni müşahidə edirlər. Sonradan ətrafda olan şəxslər kafenin qarşısında toplaşır, sonra isə köməkləşib Fəridi və İlşadı taksiyə mindirirlər. Məhkəmədə xx.xx.2021-ci il tarixdə ünvan 7 ünvanında yerləşən “Dönər” adlı kafenin qarşısında baş vermiş hadisənin əks olunduğu saat 19:36:17-dən 19:41:26-a qədər olan video görüntülər nümayiş etdirilmiş, cinayət işinə əlavə olunmuş protokolda olanlar görüntülərdə də öz əksini tapmışdır. Cinayət işinin materiallarında olan Zərərçəkmiş şəxs4 boğazında zəncir bağlaanması hadisənin əks olunduğu videogörüntülərə baxış protokolundan görünür ki, videogörüntünü qeydə alan şəxs qarşısında zəncirlənmiş vəziyyətdə olan şəxsdən aqressiv formada “Hə, sən niyə burdasan?” soruşur. Zəncirlənmiş şəxs isə qorxaraq cavab verir ki, “nə bilim?”. Videogörüntünü qeydə alan şəxs yenidən aqressiv formada sual verir “Hə?, mənim dükanıma niyə girmişdin sən?”. Buna cavab olaraq zəncirlənmiş şəxs qorxaraq “bağışlayın məni” deyir, videoçəkilişi aparan şəxs isə “yoxee nəyi bağışlayım səni da? Sən niyə oğurluğa girmişdin?” deyərək aqressiv formada yenidən həmin şəxsi sorğu-sual edir. Zəncirlənmiş şəxs isə qorxaraq “pyan olmuşdum” deyə cavab verir. Videoçəkilişi aparan şəxs “necə pyan olmuşdun, pyansan get başıvı vur divara” deyərək aqressiv formada cavab verir. Zəncirlənmiş şəxs qorxu içində buna cavab olaraq başını qaldırıb salmaqla “Başa düşdüm mən, oldu başa düşdüm mən” cavabını verir. Video görüntünü çəkən şəxs buna cavab olaraq “Yox, sən it kimi qalacaqsan bax burda, bax it kimi” bildirir. Məhkəmədə həmin videogörüntülər nümayiş etdirilmiş, cinayət işinə əlavə olunmuş protokolda olanlar görüntülərdə də öz əksini tapmışdır. Cinayət işinin materiallarında olan “Azercell Telecom”, “Bakcell” və "xxxx" MMC-dən daxil olmuş disklərin yaddaşında olan məlumatlara baxış keçirilməsi haqqında protokollardan görünür ki, istər xx.xx.2021 və xx.xx.2021-ci il tarixdə, istərsə də əvvəlki tarixlərdə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2 ilə Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Şahid1, Şahid4 arasında danışıq olmamışdır. xx.xx.2021-ci il tarixdə Təqsirləndirilən şəxs1 qardaşları Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2 ilə telefon danışığı olmamışdır. Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Şahid1 və Şahid4 da həmin tarixdə öz aralarında telefonla danışmamışlar. Cinayət işinin materiallarında olan mərhum Zərərçəkmiş şəxs1 barəsində təyin edilmiş məhkəmə-tibb ekspertizasının xx.xx.2021-ci il tarixli, 260 N-li rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 meyitində döş qəfəsinin ön səthinin döş boşluğuna keçərək döş sümüyünün kəsilməsinə, ürəyin və sol ağciyərin zədələnməsinə səbəb olan 1 (bir) ədəd, sol budun 1 (bir) ədəd, sağ baldırın 1 (bir) ədəd deşilmiş-kəsilmiş yaraları (cəmi 3 ədəd), sağ baldırıb sıyrığı xəsarətləri aşkar olundu. Xəsarətlər həyati olub, mərhumun ölümündən az əvvəl törənmişlər. Xəsarətlərdən deşilmiş-kəsilmiş yaralar deşici-kəsici alətin(alətlərin) təsirindən törənmişdir, ekspertizaya təqdim olunmuş bıçaqla yetirilə birlər, sıyrıq isə bərk-küt əşya təsirindən törənmişdir. Dərəcəsinə görə döş qəfəsinin ön səthinin döş boşluğuna keçərək döş sümüyünün kəsilməsinə, ürəyin və sol ağciyərin zədələnməsinə, səbəb olan 1 (bir) ədəd deşilmiş-kəsilmiş yarası canlı şəxslərdə sağlamlığa Ağır zərərvurmanın əlamətlərinə malik olmaqla onun ölümü ilə birbaşa səbəbli əlaqəlidir. Sol budun 1 (bir) ədəd, sağ baldırın 1 (bir) ədəd cəmi 2(iki) ədəd deşilmiş-kəsilmiş yaraları hər biri ayrı-ayırılıqda və ümumilikdə canlı şəxslərdə sağlamlığa Yüngül zərərvurmanın əlamətlərinə malikdir. Sol baldırın sıyrığı isə canlı şəxslərdə sağlamlığa zərərvurmayan xəsarətlərin əlamətlərinə malikdir. Mərhum Zərərçəkmiş şəxs1 ölümünə səbəb döş qəfəsinin ön səthinin döş boşluğuna keçərək döş sümüyünün kəsilməsinə, ürəyin və sol ağciyərin zədələnməsinə, səbəb olan 1 (bir) ədəd deşilmiş-kəsilmiş yarası ilə əlaqədar baş vermiş kəskin qanitirmə olmuşdur. Ölümün baş vermə müddəti meyitin meyitxanada müayinəsindən 2-4 saat əvvələ uyğun gəlir. Mərhum Zərərçəkmiş şəxs1 xəsarətləri alarkən müxtəlif duruş vəziyyətində (ayaqüstü, oturaq, uzanmış və.s) ola bilərmiş. Zərərçəkmiş şəxs1 xəsarətlər qısa müddət ərzində yetirildiyindən yetirilmə ardıcıllığını müəyyən etmək mümkün olmamışdır. Mərum Zərərçəkmiş şəxs1 meyitindən götürülmüş qanda məhkəmə kimya tədqiqatı nəticəsdində etil, metil, propil, butil və amil spirtləri, barbitur turşusu törəmələri, alkoloidlər(həmçinin tiryək qrupu), fenotiazin, pirazalon, 1,4 benzodiazepin törəmələri və salisilatlar aşkar edilməmişdir. Cinayət işinin materiallarında olan Zərərçəkmiş şəxs2 barəsində təyin edilmiş məhkəmə-tibb ekspertizasının xx.xx.2021-ci il tarixli, 1897 N-li rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 ağır dərəcəli hemoraragik şokla (qanitirmə şoku) müşayiət olunan mədənin və piyliyin yaralanmasına səbəb olan qarının ön divarının qarın boşluğuna nüfuz edən 1 (bir) ədəd, sol budun 2 (iki) ədəd və sol baldırın 1 (bir) ədəd cəmi (4 ədəd) deşilmişkəsilmiş yaraları, sol təpə nahiyəsinin 1 (bir) ədəd əzilmiş yarası, sol əlin qançırı və sol baldırın sıyrığı müəyyən edilmişdir. Xəsarətlərdən ağır dərəcəli hemoraragik şokla (qanitirmə şoku) müşayiət olunan mədənin və piyliyin yaralanmasına səbəb olan qarının ön divarının qarın boşluğuna nüfuz edən 1(bir) ədəd, sol budun 2 (iki) ədəd və sol baldırın 1 (bir) ədəd cəmi (4 ədəd) deşilmiş-kəsilmiş yaraları deşici-kəsici əşya (alət) təsirindən törənmişdir, ekspertizaya təqdim edilmiş bıçağın təsirindən törənə bilər. Sol təpə nahiyəsinin 1 (bir) ədəd əzilmiş yarası tinli bərk əşya, sol əlin qançırı və sol baldırın sıyrığı isə bər küt əşya(əşyalar) təsirindən törənmişdir, törənmə müddəti şəxsin X22 müraciətindən (xx.xx.2021-ci il) az əvvələ uyğun gəlir. Dərəcəsinə görə ağır dərəcəli hemoraragik şokla (qanitirmə şoku) müşayiət olunan mədənin və piyliyin yaralanmasına səbəb olan qarının ön divarının qarın boşluğuna nüfuz edən 1(bir) ədəd deşilmiş-kəsilmiş yarası həyat üçün təhlükəli olan sağlamlığa Ağır zərərvurmaya, sol təpə nahiyəsinin 1 (bir) ədəd əzilmiş, sol budun 2 (iki) ədəd və sol baldırın 1 (bir) ədəd deşilmiş-kəsilmiş yaraları ümumilikdə və ayrıayrılıqda sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa Yüngül zərərvurmaya aiddir, sol əlin qançırı və sol baldırın sıyrığı sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduqları üçün dərəcələri təyin edilmir. Zərərçəkmiş şəxs2 xəsarət alarkən hücum edən şəxslə müxtəlif duruş vəziyyətlərində (ayaqüstü, yarıbükülü, yerə yıxılmış və.s) ola bilərmiş. Belə ki, sol təpə nahiyyəsinin 1 (bir) ədəd əzilmiş yarası və qarının ön divarında olan qarın boşluğuna nüfuz edən 1 (bir) ədəd deşilmiş-kəsilmiş yaraları onun ayaqüstü vəziyyətində, sol budun 2 (iki) ədəd və sol baldırın 1(bir) ədəd deşilmiş-kəsilmiş yaraları isə uzanıqlı (yerə yıxılmış) vəziyyətdə yetirilə birlərmiş. Xəsarətlərdən sol əlin qançırı vət. Zərərçəkmiş şəxs2 özünü müdafiəsi zamanı ala bilərmiş. Cinayət işinin materiallarında olan Zərərçəkmiş şəxs3 barəsində təyin edilmiş məhkəmə-tibbi ekspertizasının xx.xx.2022-ci il tarixli 556 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs3 sol təpə nahiyəsinin əzilmiş, sol əlin İİ, İİİ və İV barmaqlarının kəsilmiş yaralardan sonra yaranmış çapıq toxumaları müəyyən edilmişdir. Xəsarətlərdən sol təpə nahiyəsinin əzilmiş yarasından sonrakı çapıq toxuması bərk küt əşya təsirindən, sol əlin İİ, İİİ və İV barmaqlarının kəsilmiş yaralardan sonra yaranmış çapıq toxumaları isə kəsici kənara malik əşya (alət) təsirindən törənmişdir, törənmə müddəti şəxsin məhkəmə-tibbi ekspertizasından (xx.xx.2022-ci il) 4-5 ay əvvəl olmaqla qərarda göstərilən xx.xx.2021-ci il tarixə uyğun gəlir, dərəcəsinə görə ümumilikdə və hər biri ayrı-ayrılıqda sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərərvurmaya aiddir. Xarakter və lokalizasiyasına görə xəsarətlərin yıxılma nəticəsində törənməsi inkar olunur, sol əlin İİ, İİİ və İV barmaqlarının kəsilmiş yaraları onun özünümüdafiəsi zamanı törənə bilərdi. Zərərçəkmiş şəxs3 xəsarətləri alarkən hücum edən şəxs(lər)lə müxtəlif duruş vəziyyətlərində (qarşlıqlı, ayaqüstü, oturaq və s.) ola bilərmiş. Cinayət işinin materiallarında olan zərərçəkmiş şəxs Şahid1 barəsində təyin edilmiş məhkəmə-tibbi ekspertizasının xx.xx.2021-ci il tarixli 2033 nömrəli rəyindən görünür ki, Şahid1 sol mil-bilək oynağı nahiyəsinin sıyrığı müəyyən edilmişdir. Xəsarət bərk küt əşya təsirindən törənmiş, törənmə müddəti şəxsin məhkəmə-tibbi ekspertizasından (xx.xx.2021ci il) 1 ay qədər əvvələ uyğun gəlir, qərarın təsviri hissəsində göstərilən xx.xx.2021-ci il tarixdə törənə bilər, sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduqları üçün dərəcələsi təyin edilməmişdir. Cinayət işinin materiallarında olan Təqsirləndirilən şəxs1 barəsində təyin edilmiş məhkəmə-tibbi ekspetizasının xx.xx.2021-ci il tarixli 1899 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 sol əlin İİ barmağının kəsilmiş, İİİ barmağının kəsilmiş səthi yaraları, sol yanaq nahiyəsinin sıyrığı müəyyən edilmişdir. Xəsarətlərdən sol əlin İİ barmağının kəsilmiş, İİİ barmağının səthi kəsilmiş yaraları, iti uca və kənara malik əşya(alət) təsirindən törənmişdir, bıçaqla yetirilə bilər, sol yanağın sıyrığı isə bərk küt əşya təsirindən törənmişdir, törənmə müddəti qərarın təsviri hissəsində göstərilən xx.xx.2021-ci il tarixə uyğun gəlir. Dərəcəsinə görə sol əlin İİ barmağının kəsilmiş yarası sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir, İİİ barmağın kəsilmiş səthi yarası və sol yanaq nahiyyəsinin sıyrığı sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduqları üçün dərəcələri təyin edilmir. Xəsarət yetirilən anda hücum edən şəxslə xəsarət alan şəxs müxtəlif duruş vəziyyətlərində əsasən ayaqüstü və qarşılıqlı ola bilərmiş. Təqsirləndirilən şəxs1 aşkar olunan sol əlin İİ barmağının kəsilmiş, İİİ barmağın kəsilmiş səthi yaraları, onun özünü müdafiəsi zamanı bıçağı tiyəsini tutmaq istəyərkən törənə bilərmiş. Cinayət işinin materiallarında olan Təqsirləndirilən şəxs2 barəsində təyin edilmiş məhkəmə-tibbi ekspetizasının xx.xx.2021-ci il tarixli 1893 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 sağ budun deşilmiş-kəsilmiş, sol budun deşilmiş-kəsilmiş səthi yaraları müəyyən edilmişdir. Xəsarətlər iti uca və kənara malik əşya təsirindən, yəni bıçaqla yetirilə bilər. Törənmə müddəti xx.xx.2021-ci il tarixə uyğun gəlir. Dərəcəsinə görə xəsarətlərdən sağ budun deşilmiş-kəsilmiş yarası sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa Yüngül zərərvurmaya aiddir, sol budun deşilmiş-kəsilmiş səthi yarası sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduğu üçün dərəcələri təyin edilmir. Xəsarət yetirilən anda hücum edən şəxslə xəsarət alan şəxs müxtəlif duruş vəziyyətlərində ola bilərdi. Təqsirləndirilən şəxs2 aşkar olunan xəsarətlər onun özünü müdafiəsi zamanı ala biləcəyi xəsarətlərə xərakterik deyildir. Cinayət işinin materiallarında olan Təqsirləndirilən şəxs3 barəsində təyin edilmiş məhkəmə-tibbi ekspertizasının xx.xx.2021-ci il tarixli 1898 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs3 qismən hərəkət məhdudluğu və ağrı simptomu ilə müşaiyət olunan sağ aşıq-baldır oynağın nahiyəsinin dəri altı hematoması müəyyən edilmişdir. Xəsarət bərk küt təsirdən törənmişdir, müddəti xx.xx.2021ci il taixə uyğun gəlir və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa Yüngül zərər vurmaya aiddir. Xəsarət müxtəlif şəraitlərdə törənə bilər, eləcə də özünün dediyi şəraitdə, yəni burxulma nəticəsində törənməsi inkar olunmur. Cinayət işinin materiallarında olan təyin edilmiş kompleks məhkəmə-bioloji və tibbikriminalistik ekspertizasının məhkəmə-bioloji tədqiqinə dair xx.xx.2021-ci il tarixli 886/2021- MTBŞ nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 AB0 sistemi üzrə qan qrupu A/İİ/dir. Təqsirləndirilən şəxs3 AB0 sistemi üzrə qan qrupu A/İV/-dür. Təqsirləndirilən şəxs1 AB0 sistemi üzrə qan qrupu A/İV/-dür. Zərərçəkmiş şəxs2 AB0 sistemi üzrə qan qrupu 0/İ/-dir. Zərərçəkmiş şəxs1 AB0 sistemi üzrə qan qrupu 0 alfa, beta /İ/-dir. Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs2 məxsus uzunqol köynək, qolsuz mayka, şalvar, Zərərçəkmiş şəxs1 məxsus uzunqol mayka (alt paltarı),gödəkçə, uzunqol jaket (vodalazka), şalvar(kəməri ilə), şalvar (alt paltarı), tuman, qolsuz mayka üzərində insan qanı ləkələri aşkar edildi. Bu ləkələrdə qanın qrup göstəricisi AB0 sistemi üzzə tədqiq olunduqda yalnız “H” antigeni alındı. “H” antigeni 0 alfa, beta /İ/ qrupunun əsasını təşkil edir. Bu qan ləkələri 0 alfa, beta /İ/ qruplu şəxsə, o cümlədən AB0 sistemi üzrə Zərərçəkmiş şəxs2 və eyni qruplu Zərərçəkmiş şəxs1 məxsus ola bilər. Ekspertizaya təqdim edilmiş Təqsirləndirilən şəxs2 məxsus şalvar üzərində qan ləkələri aşkar edilmişdir. Bu ləkələrdə qrup göstəricisi AB0 sistemi üzrə tədqiq edildikdə A və H antigenləri alınmışdır. Bu qan ləkələri A-beta (H)/İİ/ qruplu şəxsə, o cümlədən Təqsirləndirilən şəxs2 məxsus ola bilər. Ekspertizaya təqdim edilmiş 4 ədəd çubuqlu pambıq topası və pambıq topası üzərində zəif intensivliyində olan insan qanı ləkələri aşkar edilmişdir. Bu ləkələrdə qanın qrup göstəricisi AB0 sistemi üzrə təyin olunduqda, qrup antigenləri və aqqlyutininləri alınmadığı üçün onların qrup mənsubiyyətini təyin etmək mümkün olmamışdır. Ekspertizaya təqdim edilmiş Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 dırnaq kəsikləri üzərində qan aşkar olunmadı, insan dərisinin buynuzlaşmış üst qatı hüceyrələri aşkar olunmuşdur. Bu hüceyrələr az miqdarda olduğu üçün onlarda qrup mənsubiyyətini təyin etmək mümkün olmamışdır. Ekspertizaya təqdim edilmiş bıçaq, Təqsirləndirilən şəxs3 məxsus papaqlı sviter, şalvar, Təqsirləndirilən şəxs2 məxsus uzunqol sviter və Zərərçəkmiş şəxs1 məxsus bir cüt corab üzərində qana şübhəli ləkə aşkar olunmamışdır. Cinayət işinin materiallarında olan kompleks məhkəmə-bioloji və tibbi-kriminalistik ekspertizasının məhkəmə-tibbi kriminalistik tədqiqinə dair xx.xx.2021-ci il tarixli 772- 2021/MTKŞ nömrəli rəyindən görünür ki, ekspertizaya təqdim olunmuş və mərhum Zərərçəkmiş şəxs1 məxsus 01 ədəd sviter, 01 ədəd alt köynəyi və 01 ədəd maykanın ön səthinin orta hissəsində 01 ədəd, 01 ədəd alt şalvarı və 01 ədəd cins şalvarın arxa səthinin sol yarısının arxa hissəsində, 01 ədəd tumanın arxa səthinin sol yarısının aşağı hissəsi, 01 ədəd eyni zamanda cins şalvarın sağ ayaqlığının arxa səthində sağ aşağı hissəsində, 01 ədəd (cins şalvarda cəmi 02 ədəd) deşilmiş-kəsilmiş zədələr aşkar olunmuşdur. Bu zədələr yaxşı itilikli ülgücü, yaxşı itilikli ucu və qabırğaları özünü zəif dərəcədə biruzə edən küpü olan yastı tiyə tipli deşıcı-kəsici alətin (alətlərin) təsirindən əmələ gəlmişdir. Ekspertizaya təqdim olunmuş və mərhum Zərərçəkmiş şəxs1 məxsus geyim əşyaları üzərində olan deşilmiş-kəsilmiş zədələrin ekspertizaya təqdim edilmiş bıçağın tiyəsi və ya oxşar konstruktiv xüsusiyyətli alətin (alətlərin) təsirindən əmələ gəlməsi istisna olunmur. Zərərçəkmiş şəxs1 məxsus sviter, köynək və maykanın ön səthində ortada olan bir ədəd deşilmiş-kəsilmiş zədə, onun döş qəfəsinin öz səthində olan eyni xarakterli xəsarətlə, cins şalvar, alt şalvar və trusikin arxa səthinin sol yuxarı nahiyəsində olan deçilmiş-kəsilmiş zədə onun sol budun yuxarı 1/3-nin bayır səthində olan eyni xarakterli xəsarətlə yerləşmələrinə görə nisbi olaraq uyğun gəlirlər. Zərərçəkmiş şəxs1 sağ baldırın orta 1/3-nin bayır arxa səthində olan yara yalnız ona məxsus cins şalvarın arxa səthində solda əks olunmuş, alt şalvarda və trusikdə isə öz əksini tapmamışdır. Bu da yalnız cins şalvarın zədələnməsi ilə izah oluna bilər. Ekspertizaya təqdim olunmuş və mərhum Zərərçəkmiş şəxs1 məxsus geyim əşyaları üzərində olan deşilmiş-kəsilmiş zədələrin müxtəlif şəraitlərdə, o cümlədən qərarın təsviri hissəsində göstərilən şəraitdə əmələ gəlməsi istisna olunmur. Ekspertizaya təqdim olunmuş və mərhum Zərərçəkmiş şəxs1 məxsus alt şalvar, tuman, sviter, mayka və alt köynəyinin üzərində taxta parçasının təsirindən əmələ gəlməyə xarakterik heç bir zədə aşkar olunmamışdır. Ekspertizaya təqdim olunmuş və zərərçəkmiş şəxs X16 məxsus 01 ədəd köynək, 01 ədəd maykanın ön səthinin sağ yarısının aşağı hissəsində 01 ədəd və 01 ədəd şalvarın ön səthinin orta hissəsində 01 ədəd, arxa səthinin sağ yarısının yuxarı hissəsində 01 ədəd, sağ ayaqlığının ön səthinin yuxarı hissəsinin 01 ədəd və sol ayaqlığının ön səthinin yuxarı hissəsinin 01 ədəd, cəmi 04 ədəd deşilmiş-kəsilmiş zədə aşkar olunmuşdur. Bu zədələr yaxşı itilikli ülgücü, yaxşı itilikli ucu və qabırğaları özünü zəif dərəcədə biruzə edən küpü olan yastı tiyə tipli deşıcı-kəsici alətin (alətlərin) təsirindən əmələ gəlmişdir. Ekspertizaya tədim edilmiş və zərərçəkmiş şəxs X16 məxsus geyim əşyalarının üzərində aşkar olunmuş deşilmiş-kəsilmiş zədələrin ekspertizaya təqdim edilmiş bıçağın tiyəsi və ya oxşar konstruktiv xüsusiyyətli alətin (alətlərin) təsirindən əmələ gəlmısi istisna olunmur. Zərərçəkmiş şəxs2 məxsus köynək və maykanın ön səthində ortada olan bir ədəd deşilmiş-kəsilmiş zədə, qarının ön divarında orta xətt üzrə yerləşən xəsarətlə, cins şalvarın ön səthinin yuxarı nahiyəsində solda 2 ədəd zədə və sol budun ön səthində sol yuxarı nahiyəsində olan 2 ədəd xəsarətlə yerləşmələrinə görə nisbi olaraq uyğun gəlir. Zərərçəkmiş şəxs2 məxsus cins şalvarın arxa səthinin sağ yuxarı nahiyəsində bir ədəd və ön səthinin sağ yuxarı nahiyəsində olan bir ədəd zədə onun bədənində öz əksini tapmamışdır, bu da yalnız şalvarın zədələnməsi ilə izah oluna bilər. Eyni zamanda Zərərçəkmiş şəxs2 sol baldır nahiyəsində aşkar edilmiş yaralar ona məxsus şalvarda öz əksini tapmamışdır, bu da yalnız bədənin zədələnməsi ilə izah oluna bilərdi. Zərərçəkmiş şəxs2 başın sol təpə-gicgah nahiyəsində olan əzilmiş-kəsilmiş yara nahiyəsi paltarlarla örtülmədiyi üçün xəsarət ona məxsus paltarda öz əksini tapmamışdır. Ekspertizaya təqdim edilmiş və zərərçəkmiş şəxs X16 məxsus geyim əşyaları üzərində olan deşilmiş-kəsilmiş zədələrin müxtəlif şəraitlərdə, o cümlədən qərarın təsviri hissəsində göstərilən şəraitdə əmələ gəlməsi istisna olunmur. Ekspertizaya təqdim olunmuş və zərərçəkmiş şəxs X16 məxsus alt şalvar, tuman, sviter, mayka və alt köynəyinin üzərində taxta parçasının təsirindən əmələ gəlməyə xarakterik heç bir zədə aşkar olunmamışdır. Zərərçəkmiş şəxs1 məxsus 01 ədəd gödəkçə, 01 ədəd kəmər, 01 cüt corabın üzərində əhəmiyyət kəsb edən heç bir zədə aşkar olunmamışdır. Ekspertizaya təqdim olunmuş və Təqsirləndirilən şəxs2 məxsus 01 ədəd şalvarın arxa səthinin yuxarı hissəsinin sağ və sol yarısında müvafiq olaraq 1 ədəd, cəmi 2 ədəd deşilmiş-kəsilmiş yaralar vardır. Bu zədələr iti ülgücü, iti ucu və olan yastı tiyə tipli deşıcı-kəsici alətin (alətlərin) təsirindən əmələ gəlmişdir. Həmin zədələrin müxtəlif şəraitdə, o cümlədən göstərilən tarixdə əmələ gəlmələrinin mümkünlüyü istisna olunmur. Ekspertizaya təqdim olunmuş və Təqsirləndirilən şəxs2 məxsus şalvarda olan 2 ədəd deşilçiş-kəsilmiş zədə onun bədəninda aşkar olunmuş eyni xarakterli xəsarətlər ilə (hər iki budunda olan deşilmiş-kəsilmiş yaralar) yerləşməsinə görə nisbi olaraq uyğun gəlirlər. Ekspertizaya təqdim olunmuş və Təqsirləndirilən şəxs2 məxsus 01 ədəd sviterin üzərində əhəmiyyət kəsb edən heç bir zədə aşkar olunmadı. Ekspertizaya təqdim olunmuş və Təqsirləndirilən şəxs3 məxsus 01 ədəd şalvarın və 01 ədəd ploverin üzərində əhəmiyyət kəsb edən heç bir zədə aşkar olunmamışdır. Ekspertizaya təqdim olunmuş və Təqsirləndirilən şəxs2 məxsus 01 ədəd şalvarın və 01 ədəd sviterin üzərində əhəmiyyət kəsb edən heç bir zədə aşkar olunmamışdır. Ekspertizaya təqdim olunmuş bıçaq zavod üsulu ilə hazırlanmış, məişət təyinatlı mətbəx bıçağıdır və soyuq silah hesab olunmur. Təqdim olunmuş bıçağın üzərində sonradan heç bir dəyişiklik edilməmişdir. Cinayət işinin materiallarında olan Təqsirləndirilən şəxs2 barəsində təyin edilmiş kompleks ambulator məhkəmə-psixiatrik və məhkəmə psixoloji ekspertizasının xx.xx.2021ci il tarixli, 3118 N-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 törətdiyi əməl dövründə hər hansı psixi(ruhi) xəstəlikdən əziyyət çəkməmişdir. Təqsirləndirilən şəxs2 barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiq edilməsinə ehtiyac yoxdur. Təqsirləndirilən şəxs2 törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs2 Ramzi oğlu törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs1 hazırda da öz hərəkətlərini ölçüb-biçmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs1 əməli Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs1 hazırki psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyyacı yoxdur. Təqsirləndirilən şəxs1 ona ittiham olunan cinayət əməlini törətdikdən sonra hər-hansı psixi pozuntusu qeyd olunmamışdır. Təqsirləndirilən şəxs1 əməli Azərbaycan Respublikası CM-nin 21.3-cü maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs2 hadisə vaxtı emosional halından asılı olaraq öz hərəkətlərini dərk etmək qabiliyyətinə malik olmuşdur. Hadisə zamanı Təqsirləndirilən şəxs2 psixi-emosional sferasında gərginlik halı yaranmış, həmin halın yaranması İlşad adlı şəxslər qardaşı Rahibin arasında yaranmış mübahisə zamanı İlşad və onunla birlikdə gələn digər şəxslərin onun üzərinə hücum etməsi, hadisə zamanı özünü və qardaşlarını müdafiə etməyə çalıçması ilə əlaqədar olmuşdur. Təqsirləndirilən şəxs2 cinayət əməlini törədərkən fizioloji affekt halında olmamışdır. Cinayət işinin materiallarında olan Təqsirləndirilən şəxs1 barəsində təyin edilmiş kompleks ambulator məhkəmə-psixiatrik və məhkəmə psixoloji ekspertizasının xx.xx.2022ci il tarixli, 34 N-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 cinayət əməlini törədərkən xroniki psixi xəstəlik, kəmağıllılıq, psixi fəaliyyətin müvəqqəti pozulması və ya hər hansı bir psixi xəstəliyin əlamətləri müəyyən edilməyib. Təqsirləndirilən şəxs1 barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiq edilməsinə ehtiyyac yoxdur. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs1 hadisə zamanı öz hərəkətlərinə cavab vermək, onlar rəhbərlik etmək qabiliyyətində olmuşdur. Təqsirləndirilən şəxs1 cinayət əməlini törədərkən öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs1 törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs1 hazırda da öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs1 əməli Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşürmür. Təqsirləndirilən şəxs1 barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiq edilməsinə ehtiyyac yoxdur. Təqsirləndirilən şəxs1 ona ittiham olunan cinayət əməlini törətdikdən sonra hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmamışdır. Təqsirləndirilən şəxs1 əməli Azərbaycan Respublikası CM-nin 21.3-cü maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs1 emosional halından asılı olaraq hadisə zamanı öz hərəkətlərini tam dərk etmək qabiliyyətinə malik olmuşdur. Təqsirləndirilən şəxs1 cinayət əməlini törədərkən psixoloji emosional vəziyyətində həyəcan yaranmış, həmin halın yaranması situasiya ilə şərtləşmişdir. Təqsirləndirilən şəxs1 cinayət əməlini törədərkən fizioloji affekt halında olmamışdır. Cinayət işinin materiallarında olan Təqsirləndirilən şəxs3 barəsində təyin edilmiş kompleks ambulator məhkəmə-psixiatrik və məhkəmə psixoloji ekspertizasının xx.xx.2022ci il tarixli, 35 N-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs3 cinayət əməlini törədərkən xroniki psixi xəstəlik, kəmağıllılıq, psixi fəaliyyətin müvəqqəti pozulması və ya hər hansı bir psixi xəstəliyin əlamətləri müəyyən edilməyib. Təqsirləndirilən şəxs3 barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiq edilməsinə ehtiyyac yoxdur. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs3 hadisə zamanı öz hərəkətlərinə cavab vermək, onlar rəhbərlik etmək qabiliyyətində olmuşdur. Təqsirləndirilən şəxs3 cinayət əməlini törədərkən öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs3 törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs3 hazırda da öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs3 əməli Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşürmür. Təqsirləndirilən şəxs3 barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiq edilməsinə ehtiyyac yoxdur. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs3 ona ittiham olunan cinayət əməlini törətdikdən sonra hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmamışdır. Təqsirləndirilən şəxs3 əməli Azərbaycan Respublikası CM-nin 21.3-cü maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs3 emosional halından asılı olaraq hadisə zamanı öz hərəkətlərini tam dərk etmək qabiliyyətinə malik olmuşdur. Təqsirləndirilən şəxs3 cinayət əməlini törədərkən psixoloji emosional vəziyyətində həyəcan yaranmış, həmin halın yaranması situasiya ilə şərtləşmişdir. Təqsirləndirilən şəxs3 cinayət əməlini törədərkən fizioloji affekt halında olmamışdır. Cinayət işinin materiallarında olan Zərərçəkmiş şəxs4 barəsində təyin edilmiş məhkəmə-psixiatrik ekspertizasının xx.xx.2022-ci il tarixli 1432 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs4 hadisə barəsində ümumi məlumat versə də, iş üçün əhəmiyyətli halları düzgün qavraya bilmir, Zərərçəkmiş şəxs4 prosessual fəaliyyət qabliyyəti olmayan şəxs hesab edilməlidir. Zərərçəkmiş şəxs4 orta dərəcəli əqli gerilik, davranış pozuntuları ilə müəyyən edilir. Zərərçəkmiş şəxs4lə istintaq hərəkətlərinin aparılması mümkün deyildir. Cinayət işinin materiallarından məlum olur ki, Zərərçəkmiş şəxs2 məxsus uzunqol köynək, qolsuz mayka, şalvar, Zərərçəkmiş şəxs1 məxsus uzunqol mayka (alt paltarı), gödəkçə, uzunqol jaket (vodalazka), şalvar (kəməri ilə), şalvar (alt paltarı), tuman, qolsuz mayka, bir cüt corab, Təqsirləndirilən şəxs3 məxsus papaqlı sviter, şalvar, Təqsirləndirilən şəxs2 məxsus şalvar, uzunqol sviter, 4 ədəd çubuqlu pambıq topası və pambıq topası, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 dırnaq kəsikləri, bir ədəd bıçaq maddi sübut kimi tanınaraq Bakı şəhəri Sabunçu rayon prokurorluğunun maddi sübutlar otağına təhvil verilmişdir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamələrdən məlum olur ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 məhkumluqları yoxdur. Cinayət işinin materiallarına əlavə olunmuş doğum haqqında şahadətnamənin surətlərindən məlum olur ki, Təqsirləndirilən şəxs2 himayəsində bir azyaşlı övladı vardır. Cinayət işinin materiallarına əlavə olunmuş xasiyyətnamələrdən məlum olur ki, təqsirləndirilən şəxslərin hər üçü yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Beləliklə, məhkəmə araşdırılmış sübutlara ayrı-ayrılıqda və məcmu halında qiymət verərək Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 120.1, 29,120.2.7, 145.2.6, 221.3-cü; Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 həmin Məcəllənin 221.3-cü maddəsində nəzərdə tutulan əməlləri törətmələrini, onların əməllərində cinayət tərkibinin olmasını, bununla da onların təqsirlərini tam sübuta yetirilmiş hesab edir. İbtidai araşdırma orqanı tərəfindən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 törətmiş olduqları cinayət əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü, Təqsirləndirilən şəxs1 törətmiş olduğu əməllər həmin Məcəllənin 29,120.2.7, 145.2.6 və 221.3-cü maddələri ilə düzgün tövsif edilmişdir. Məhkəmə eyni zamanda belə qənaətə gəlir ki, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs1 törətmiş olduğu əməllərə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.2 və 29,120.2.2ci maddələri ilə ittihamı düzgün verməmişdir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.2-ci maddəsi xuliqanlıq niyyəti ilə qəsdən adam öldürməni, 29,120.2.2-ci maddəsi isə xuliqanlıq niyyəti ilə adam öldürməyə cəhdi nəzərdə tutur. Məhkəmədə əqsirləndirilən şəxs Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs1 xuliqanlıq niyyəti ilə öldürməsi, X17 isə xüliqanlıq niyyəti ilə öldürməyə cəhd etməsi sübut edilmədi. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 21.3-cü maddəsinə əsasən cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Təqsirsizlik prezumpsiyasının yuxarıda qeyd olunan dispozisiya şərtləri onu tələb edir ki, ittiham tərəfi təqdim etdiyi sübutlarla cinayətin baş verməsini, təqsirləndirilən şəxsin təqsirliliyini sübuta yetirə bilmirsə, həmin mərhələdə məhkəmə araşdırması başa çatmış olur, müdafiə tərəfinin özünümüdafiə ilə bağlı gətirdiyi dəlillərin dəyərləndirilməsinə də zərurət qalmır. Belə ki, cinayət prosessual qanunvericiliiyn tələbinə görə təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunması əsaslarını və onun təqsirli olub-olmamasını sübutetmə vəzifəsi ittihamçının üzərinə düşür. Məhkəmə baxışı zamanı ittiham tərəfi Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs1 xuliqanlıq niyyəti ilə öldürməsi, X17 isə xüliqanlıq niyyəti ilə öldürməyə cəhd etməsi faktını sübuta yetirə bilməmişdir. Ona görə də, məhkəmə, bu hissədə ibtidai istintaq orqanının ittihamı əsaslandırmaq üçün təqdim etdiyi hər bir sübut üzrə gəldiyi nəticəni ayrı-ayrılıqda şərh etməyi zəruri hesab edir. İttiham aktından da görünür ki, Təqsirləndirilən şəxs1 27 noyabr 2021-ci il tarixdə törətmiş olduğu Zərərçəkmiş şəxs1 ölümü, Yasin və Zərərçəkmiş şəxs2lərin xəsarət almaları ilə nəticələnən əməllərinin səbəbi hadisədən bir gün əvvəl, yəni 26 noyabr 2021-ci il tarixdə, saat 18:20 radələrində Rahibin ünvan 2 ünvanında yerləşən istifadəsində olan ət dükanın qarşısında tanışları ilə uca səslə danışması və Şahid11 Rahibə yaxınlaşıb ona öz iradını bildirməsi olmuşdur. Məhkəmədə dindirilmiş şahidlər X3 və X25 oğlu ibtidai istintaq zamanı ifadələrində qeyd etdiklərini bir daha təsdiq edərək bildirimşlər ki, əvvəllər adam öldürməyə görə məhkum olunmuş Şahid11 azadlıqdan məhrumetmə yerlərində olan «qardaşlara» kömək məqsədi ilə 26 noyabr 2021-ci il tarixdə məhz «haqq almaq» tələbi ilə Təqsirləndirilən şəxs1 yaxınlaşmış və öz tələbinə rədd cavabı alandan sonra mübahisə baş vermiş, həmin mübahisə zamanı Şahid11 əvvəl özündə olan, sonra isə Zərərçəkmiş şəxs2 və diğər şəxlərin oturduqları “Dönər” adlı kafedən götürdüyü bıçaqla Rahibin üstünə hücum etmişdir. İttiham tərəfin digər bir sübutu Təqsirləndirilən şəxs1 Şahid11la aralarında baş vermiş sözlü mübahisə zamanı sonuncunun tanışı Zərərçəkmiş şəxs2 Vaqifi müdafiə edərək onun üzərinə getməsindən hiddətlənməsi və bu barədə qardaşları Ramil və Təqsirləndirilən şəxs3lara məlumat verməsi olmuşdur. Həmin xüsusat həm ibtidai istintaq materialları ilə, həm də məhkəmə istintaqı zamanı tam təkzib olunmuşdur. Belə ki, cinayət işinin materiallarına əlavə olunmuş videoğörüntüdən məlum olur ki, 26 noyabr 2021-ci il tarixdə Şahid11 və zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs1 tərəfindən onlara qarşı heç bir fəal hərəkətlə və aqressiya ilə qarşılaşmadan Vaqif onun üstünə əli bıçaqla silahlanmış halda hücum etmiş, İlşad isə əlində ət kəsən bıcaq tutan Rahibin üstünə aqressiv şəkildə getmişdir. Rahib heç bir hərəkət etmədən öz yerində qalmış və həqiqətən də qardaşlarına hadisə barədə məlumat verəndən sonra, onların məsləhəti ilə hadisəni unutmaqa çalışsa da, yenə də öz iradəsində asılı olmayaraq buna nail ola bilməmişdir. Həmçinin, məhkəmədə tədqiq olunmuş “Azercell Telecom”, “Bakcell” və "xxxx" MMCdən daxil olmuş disklərin yaddaşında olan məlumatlara baxış keçirilməsi haqqında protokollardan məlum olmuşdur ki, 27 noyabr 2021-ci il tarixdə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2 ilə aralarında telefon danışıqları olmamışdır. Məhkəmə araşdırması zamanı məlum olmuşdur ki, Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs2 dostları ilə birlikdə sözügedən kafedə əyləşdiyini öyrənməmiş və öyrənməyə çalışmamışdır. Bu xüsusat ittihamda göstərilsə də, obyektiv sübutlara deyil, yalnız bu işdə maraqlı olan, yəni kafedə əyləşmiş şəxslərin verdiyi ifadələr əsasında yaranmış şəxsi mülahizəyə əsaslanmışdır. Obyektiv həqiqətdə sübutlar onu göstərir ki, bir gün əvvəlki mübahisədə iştirak edən şəxslər öz təşəbbüsləri ilə kafeyə gəlib orada əyləşmişlər. Təqsirləndirilən şəxs1 ifadəsində bu hissədə göstərilənlər, yəni Zərərçəkmiş şəxs2 və diğərlərinin kafeyə toplaşıb mərhum Zərərçəkmiş şəxs1 bir neçə dəfə onun ardınca göndərib bir gün əvvəlki mübahisəyə görə kafeyə söhbətə çağırması və təkidlərdən sonra Rahibin oraya getməsi barədə dedikləri yoxlanılmamış, heç bir əhəmiyyət verilməmişdir. Bundan başqa işdə olan videoğörüntünün qalıqlarından görünür ki, Təqsirləndirilən şəxs1 heç də aqressiv şəkildə deyil, normal şəkildə və yalnız Zərərçəkmiş şəxs2 küçəyə çağırır, diğər şəxsləri və xüsusi ilə də mərhum Zərərçəkmiş şəxs1 küçəyə çağırmır. Hətta, “Dönər” adlı kafedə işləyən Şahid3 da məhkəmədə verdiyi ifadəsində Zərərçəkmiş şəxs2 və diğərlərinin hadisədən əvvəl gəlib kafedə əyləşdiyi zaman Rahibin adını çəkdiklərini və Fəridin iki-üç dəfə kafedən çıxıb harasa gedib qayıtmasını bildirmişdir. İttihamda kafedə əyləşmiş Zərərçəkmiş şəxs2 dostları Şahid4, Zərərçəkmiş şəxs1, Şahid1 və Zərərçəkmiş şəxs3 də küçəyə çıxmalarını ğörüb kafenin qarşısında ictimai yerdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qanunvericiliklə müəyyən edilmiş qarşılıqlı davranış və birgəyaşayış qaydalarına zidd olaraq söhbət zamanı qardaşı Təqsirləndirilən şəxs3 qəflətən əlində olan taxta parçası ilə İlşada sol təpə nahiyəsindən zərbə vurmasından sonra Təqsirləndirilən şəxs1 İlşada tərəf yumruq zərbəsi vurub yerə yıxaraq bir gün əvvəl baş vermiş mübahisədə ona qarşı edilən hərəkətləri cüzi səbəb kimi bəhanə gətirib əsaslı səbəb olmadan özünün şəxsiyyətini ətrafda olan şəxslərin şəxsiyyətinin fövqündə qoyaraq İlşadla Fəridi xuliqanlıq niyyəti ilə qəsdən öldürmək qərarına gəlib cinayətkar niyyətini həyata keçirmək məqsədinə gəlmişdir. Halbuki, bütün sonrakı hadisələr Təqsirləndirilən şəxs2 iki bıçaq zərbəsi vurub xəsarət yetirən, bu fakta görə barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3 maddəsi ilə cinayət işi ayrılmış Zərərçəkmiş şəxs3 və mərhum Zərərçəkmiş şəxs1 bıcaqla silahlanıb küçəyə çıxmalarından və qardaşların üstünə hücum edərək onları vurmağ cəhd etmələrindən sonra baş vermiş, xuliqanlıq hərəkətlərini məhz onlar başlamış, Təqsirləndirilən şəxs1 İlşad və Zərərçəkmiş şəxs1ləri xuliqanlıq niyyəti ilə qəsdən öldürmək qərarına gəlməsi onun hadisənin başlanğıcında olan davranışından irəli gələn bir nəticə kimi qəbul oluna bilməz, çünki cinayət işinə əlavə olunmuş videoğörüntünün qalıqlarından yuxarıda göstərilənlər aşkar görünür. İttihamda göstərilir ki, Təqsirləndirilən şəxs1 bir gün əvvəl baş vermiş mübahisədə ona qarşı edilən hərəkətləri cüzi səbəb kimi bəhanə gətirib əsaslı səbəb olmadan özünün şəxsiyyətini ətrafda olan şəxslərin şəxsiyyətinin fövqündə qoymuşdur. Lakin, məhkəmə araşdırması zamanı məlum olmuşdur ki, Zərərçəkmiş şəxs2 özü dostları ilə birlikdə oturduğu kafeyə Təqsirləndirilən şəxs1 mərhum Zərərçəkmiş şəxs1 vasitəsi ilə təkidlə çağırırılmışdır. Məhkəmə, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun aşağıdakı Qərarlarına istinad etmişdir. «Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2002-ci il tarixli Qərarına əsasən, qəsdən adam öldürmə cinayəti həm birbaşa, həm də dolayı qəsdlə törədilə bildiyi halda belə cinayəti törətməyə cəhd yalnız birbaşa qəsdlə həyata keçirilə bilər. Bu zaman təqsirkar öz əməlinin (hərəkət və hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk edir, onun nəticələrini qabaqcadan görür və bunları arzu edir. Lakin ölüm hadisəsi onun iradəsindən asılı olmayan səbəblərdən (məsələn başqa şəxslərin işə qarışması, zərərçəkmişin fəal müqaviməti, ona vaxtında tibbi yardım göstərilməsi) baş vermir. Qəsdən adam öldürmə o vaxt Cinayət Məcəlləsinin 120.2.2-ci, yəni xuliqanlıq niyyəti ilə adam öldürmə maddəsi ilə tövsif olunmalıdır ki, təqsirkar davranışı ilə ictimai qaydalara və hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərməklə, özünü ətrafdakılara qarşı qoymaqla cinayət törətmiş olsun. Məsələn, heç bir səbəb olmadan, yaxud hər hansı bəhanə ilə başqasını həyatdan məhrum etmək. Xuliqanlıq niyyətilə qəsdən adam öldürməni mübahisə və dalaşma zəminində adam öldürmədən fərqləndirərkən dalaşma hadisəsinin təşəbbüskarının kim olmasını, təqsirkarın zərərçəkmişi öldürmək məqsədilə qəsdən münaqişə yaradıb-yaratmamasını aydınlaşdırmaq lazımdır. Mübahisə və dalaşmanın zərərçəkmişin təşəbbüsü ilə başlanması, yaxud münaqişənin zərərçəkmişin hüquqa zidd hərəkətləri səbəbindən baş verməsi təsdiq olunarsa təqsirkar xuliqanlıq niyyətilə adam öldürmə cinayətində təqsirli bilinə bilməz. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 138.1-ci maddəsinə görə sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir. Həmin Məcəllənin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Həmin Məcəllənin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. 145.1, 145.2, 145.3-cü maddələrin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Qeyd olunanlarla yanaşı məhkəmədə Təqsirləndirilən şəxs1 törətdiyi cinayət əməli nəticəsində Zərərçəkmiş şəxs1 qəsdən öldürməklə həyatdan məhrum etməsi, Zərərçəkmiş şəxs2 isə öldürməyə cəhd etməsi faktı öz təsdiqini tapmışdır. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli Qərarda Konstitusiya Məhkəməsinin Plenumu cinayət əməlinin tövsifi ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Sözü gedən Qərarda həmçinin göstərilir ki, cinayətin tövsifi dedikdə törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymət başa düşülür. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 42.1, 42.1.4-cü maddələrinə əsasən məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində təqsirliliyi sübuta yetirilmədikdə onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılır. Həmin Məcəllənin 42.2, 42.2.4-cü maddələrinə görə bu Məcəllənin 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmadıqda və ya toplanmış sübutlar onun təqsirsizliyini təsdiq etdikdə məhkəmə bəraət hökmü çıxarır. Həmin Məcəllənin 55.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı təqsiri sübuta yetirilməmiş şəxs həmin məhkəmə baxışında aşkar və təxirə salınmadan Azərbaycan Respublikasının adından təqsirsiz elan edilməli və ona məhkəmənin hökmü ilə bəraət verilməlidir. Həmin Məcəllənin 318.1-ci maddəsində deyilir ki, «məhkəmə baxışı zamanı cinayət işinə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir». Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 351.3.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayətin törədilməsində təqsiri onun təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələrin onun xeyrinə şərh edilməsi nəzərə alınmaqla sübuta yetirilmiş hesab edilə bilər. Beləliklə, işdəki sübutlara hüquqi qiymət verən məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 ittiham olunduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.2-ci maddəsi həmin Məcəllənin 120.1-ci maddəsinə tövsif edilməli, 29,120.2.2-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində isə təqsirliliyi sübuta yetirilmədiyindən ona, həmin maddə ilə bəraət verilməlidir. Məhkəmə təqsirləndirilən şəxslərin məhkəmədə özlərini təqsirli bilməmələri barədə verdikləri ifadələrə tənqidi yanaşaraq hesab edir ki, onların məhkəmədə verdikləri ifadələr işin faktiki hallarına uygun deyildir və digər mötəbər sübutlarla təkzib olunur. Məhkəmə təqsirləndirilən şəxslərin məhkəmədə verdikləri özlərini müdafiə xarakteri daşımaqla cinayət məsuliyyətindən yayınmaq məqsədi ilə verilmiş yalan ifadələr kimi qiymətləndirir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 AR CM-nin 120.1, 29,120.2.7, 145.2.6, 221.3-cü maddələrə nisbətdə, Ramil və Təqsirləndirilən şəxs3ların isə törətdikləri əməllərin cinayət olmasını aradan qaldıran hallar, cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur və onlar törətdikləri əməllərə görə təqsirli bilinib cəzalandırılmalıdırlar. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin edərkən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, eləcə də iş üzrə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə etmiş, sosial ədalətin bərpası, həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətin törədilməsinin qarşısının alınması məqsədi ilə təyin olunacaq cəzanın onların islah olunmasına, ailə vəziyyətinə təsirini nəzərə almışdır. Təqsirləndirilən şəxs2 əməlində Azərbaycan Respublikası CM-nin 59-cu maddəsində nəzərdə tutulan cəzasını yüngülləşdirən hallar ilk dəfə cinayət məsuliyyətinə cəlb olunması, cinayəti zərərçəkmiş şəxslərin qanunsuz hərəkətləri nəticəsində törətməsi, himayəsində bir azyaşlı övladının, xəstə və yaşlı atasının olmasıdır. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs2 əməlində məsuliyyətini ağırlaşdıran hal yoxdur. Təqsirləndirilən şəxs1 əməlində Azərbaycan Respublikası CM-in 59-cu maddəsinə əsasən cəzasını yüngüləşdirən hallar cinayəti zərərçəkmiş şəxslərin qanunsuz hərəkətləri nəticəsində törətməsi, zərərçəkmiş şəxslər Yasın Əliyev və Zərərçəkmiş şəxs4lə (AR CMnin 221.3 və 145.2.6-cı maddələrinə münasibətdə) barışıq əldə etməsi və himayəsində xəstə və yaşlı atasının olmasıdır. Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs3 əməlində Azərbaycan Respublikası CM-nin 59-cu maddəsində nəzərdə tutulan cəzasını yüngülləşdirən hallar cinayəti zərərçəkmiş şəxslərin qanunsuz hərəkətləri nəticəsində törətməsi, zərərçəkmiş şəxslərdən Zərərçəkmiş şəxs3 və Şahid1lə barışıq əldə etməsi, himayəsində xəstə və yaşlı atasının olmasıdır.. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar yoxdur. Məhkəmə Azərbaycan Respublikasının CM-nin 56.1.3-cü maddəsini əsas tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 xüsusi ilə ağır cinayət törətməyə görə ilk dəfə azadlıqdan məhrumetməyə məhkum olunduğu üçün ona təyin ediləcək azadlıqdan məhrumetmə növündə cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs1 cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu vaxtdan- 28 noyabr 2021ci il tarixdən hesablanmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs2 cəza təyin edilməsi məsələsini müzakirə edərkən hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirli bilinərək cəzaya məhkum edilməsini, onun tərəfindən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, eyni zamanda ailənin digər üzvünün uzun müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmasını nəzərə alır və belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs2 cəmiyyətdən tam təcrid edilmədən də islah edilməsi mümkün olduğundan, onunun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin sanksiyası daxilində azadlıqdan məhrum etmə növündə cəza təyin edilərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməli və ona təyin edilmiş cəza şərti olaraq tətbiq edilməklə üzərində sınaq müddəti müəyyən olunmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 üzərində onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulmalıdır. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbirinin dəyişdirilərək barəsində «başqa yerə getməmək haqqında iltizam» qətimkan bədbiri seçilməli və hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Sınaq müddətinin əvvəli hökmün qanuni qüvvəyə mindiyi vaxtdan hesablanmalıdır. Hökmün icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı şəhər Probasiya İdarəsinə tapşırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs3 cəza təyin edilməsi məsələsini müzakirə edərkən hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirli bilinərək cəzaya məhkum edilməsini, onun tərəfindən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən halları eyni zamanda ailənin digər üzvünün uzun müddətə azadlıqdan məhum etmə cəzasına məhkum olunmasını, özünün təxminən 1 ilə yaxın müddətə qətimkan tədbiri çərçivəsində həbsdə olmasını nəzərə alır və belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs3 cəmiyyətdən tam təcrid edilmədən də islah edilməsi mümkün olduğundan, onunun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin sanksiyası daxilində azadlıqdan məhrum etmə növündə cəza təyin edilərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməli və ona təyin edilmiş cəza şərti olaraq tətbiq edilməklə üzərində sınaq müddəti müəyyən olunmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs3 üzərində onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulmalıdır. Təqsirləndirilən şəxs əsasən Təqsirləndirilən şəxs3 barəsində seçilmiş «həbs» qətimkan tədbirinin dəyişdirilərək barəsində «başqa yerə getməmək haqqında iltizam» qətimkan bədbiri seçilməli və hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs3 dərhal məhkəmə zalından həbsdən azad olunmalıdır. Sınaq müddətinin əvvəli hökmün qanuni qüvvəyə mindiyi vaxtdan hesablanmalıdır. Hökmün icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı şəhər Probasiya İdarəsinə tapşırılmalıdır. İş üzrə mülki iddia, üzərinə həbs qoyulmuş əmlak yoxdur. "Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1-ci maddəsi ilə məhkumun cinayət törədərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahiblərinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Qeyd edilən normaların tələblərinə əsasən xüsusi müsadirəsi məhkumun qanuni əsaslarla əldə etdiyi əmlakına və onun himayəsində olan təqsirsiz şəxslərin mülkiyyət hüququnun məhdudlaşdırılmasına yönəldilə bilməz. Göstərilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslərə münasibətdə xüsusi müsadirəsi tətbiq oluna bilməz. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132-ci maddəsinin tələblərinə əsasən cinayət işi üzrə Sabunçu rayon prokurorluğunun maddi sübutlar otağına təhvil verilmiş maddi sübutlar– Zərərçəkmiş şəxs2 məxsus uzunqol köynək, qolsuz mayka, şalvar, Zərərçəkmiş şəxs1 məxsus uzunqol mayka (alt paltarı), gödəkçə, uzunqol jaket (vodalazka), şalvar (kəməri ilə), şalvar (alt paltarı), tuman, qolsuz mayka, bir cüt corab, Təqsirləndirilən şəxs3 məxsus papaqlı sviter, şalvar, Təqsirləndirilən şəxs2 məxsus şalvar, uzunqol sviter, 4 ədəd çubuqlu pambıq topası və pambıq topası, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 dırnaq kəsikləri, bir ədəd bıçaq məhv edilməlidir. Cinayət işinin materiallarında olan Zərərçəkmiş şəxs4 boğazında zəncir bağlanması hadisənin əks olunduğu, xx.xx.2021-ci il tarixdə Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Musabəyov küçəsində yerləşən ət dükanın qarşısında baş vermiş hadisənin əks olunduğu, xx.xx.2021-ci il tarixdə ünvan 7 ünvanında yerləşən “Dönər” adlı kafenin qarşısında baş vermiş hadisənin əks olunduğu videogörüntülər cinayət işinin materiallarında saxlanılmalıdır. Cinayət işi üzrə ekspertiza təhqiqatının dəyəri 460 manat məbləğində pul Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 hər birindən 153 manat 33 qəpik olmaqla alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 345-347, 349, 351-353, 357-ci maddələrini rəhbər tutaraq, məhkəmə H ö k m e t d i: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1, 29,120.2.7, 145.2.6 və 221.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək, Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə 12 (on iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 29,120.2.7-ci maddəsi ilə 14 (on dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 145.2.6-cı maddəsi ilə 3 (üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs1 qəti olaraq 17 (on yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 42.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.2.2-ci maddəsi ilə bəraət verilsin. Təqsirləndirilən şəxs1 cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu vaxtdan- 28 noyabr 2021ci il tarixdən hesablansın. Cəzazısını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Barəsində xüsusi müsadirə təbiq edilməsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə, ona təyin edilmiş cəza 02 (iki) il sınaq müddəti müəyyən edilməklə şərti hesab edilsin. Sınaq müddətinin əvvəli hökmün qanuni qüvvəyə mindiyi vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 üzərinə onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. Hökmün icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı şəhər Probasiya İdarəsinə tapşırılsın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri dəyişdirilərək barəsində «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilsin. Barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Barəsində xüsusi müsadirə tətbiq edilməsin. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs3 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə, ona təyin edilmiş cəza 02 (iki) il sınaq müddəti müəyyən edilməklə şərti hesab edilsin. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş «həbs» qətimkan tədbiri dəyişdirilərək barəsində «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilsin və məhkəmə zalından dərhal həbsdən azad olunsun. Barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Barəsində xüsusi müsadirə tətbiq edilməsin. Cinayət işi üzrə Bakı şəhəri Sabunçu Rayon Prokurorluğunun maddi sübutlar otağına təhvil verilmiş maddi sübutlar– Zərərçəkmiş şəxs2 məxsus uzunqol köynək, qolsuz mayka, şalvar, Zərərçəkmiş şəxs1 məxsus uzunqol mayka (alt paltarı), gödəkçə, uzunqol jaket (vodalazka), şalvar (kəməri ilə), şalvar (alt paltarı), tuman, qolsuz mayka, bir cüt corab, Təqsirləndirilən şəxs3 məxsus papaqlı sviter, şalvar, Təqsirləndirilən şəxs2 məxsus şalvar, uzunqol sviter, 4 ədəd çubuqlu pambıq topası və pambıq topası, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 dırnaq kəsikləri, bir ədəd bıçaq məhv edilsin. Cinayət işinin materiallarında olan Zərərçəkmiş şəxs4 boğazında zəncir bağlanması hadisənin əks olunduğu, xx.xx.2021-ci il tarixdə Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Musabəyov küçəsində yerləşən ət dükanın qarşısında baş vermiş hadisənin əks olunduğu, xx.xx.2021-ci il tarixdə ünvan 7 ünvanında yerləşən “Dönər” adlı kafenin qarşısında baş vermiş hadisənin əks olunduğu videogörüntülər cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə ekspertiza təhqiqatının dəyəri - 460 manat məbləğində pul Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 hər birindən 153 manat 33 qəpik olmaqla alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Hökmdən elan olunduğu andan (həbsdə saxlanılan təqsirləndirilən şəxslər hökmün surətini aldıqdan) 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə hökm çıxarılandan 20 (iyirmi) gün sonra qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-211/2023
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-211/2023
04.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver