Məhkəmə qərarları › İş №1(101)-211/2024

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-211/2024

07.06.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-211/2024 07.06.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Hacıyev Siyavuş Həbib oğlu (sədrlik edən), Əliyeva Aytən Heydər qızı və Quliyev Vüqar Elbrus oğlundan ibarət tərkibdə məhkəmə iclasının katibi X4, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, müdafiəçilər - Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi3 və Bakı şəhəri 4 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 iştirakı ilə 7 avqust 1988-ci il tarixdə Ağdam rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, Bakı Ağır Cinayətlər Məhkəməsinin 13 sentyabr 2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirli bilinərək 3 il 5 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, ünvan 1 ünvanda qeydiyyatda olan, ünvan 2 ünvanda yaşayan, barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.1, 180.2.2, 180.2.4, 144.2.1, 144.2.3, 144.2.5, 144.2.6, 236.2.1, 236.2.3 və 236.2.4-cü maddələri ilə, xx xxxxxx 1989-cu il tarixdə Ağdam rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, Bakı Ağır Cinayətlər Məhkəməsinin 04 avqust 2017ci tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirli bilinərək 5 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, ünvan 3 ünvanda qeydiyyatda olan, ünvan 4 ünvanda yaşayan, barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.1, 180.2.4, 144.2.1, 144.2.3, 144.2.5, 144.2.6, 236.2.1, 236.2.3, 236.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs1 18 iyul 2022-ci il tarixdə, saat 22:00 radələrində şəxsiyyəti digər şəxslə əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək özünə məxsus “Mersedes-Benz-190” markalı **-EF-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Binəqədi rayonu, Cəfər Xəndan küçəsi ilə hərəkətdə olduğu vaxt eyni istiqamətdə piyada hərəkət edən Zərərçəkmiş şəxs1 görüb, avtomobilini saxlayaraq, sonuncunu dayanmağa məcbur etdikdən sonra, tamah məqsədi ilə əl və ayaq zərbələri ilə Zərərçəkmiş şəxs1 bədəninin müxtəlif nahiyələrinə vuraraq, boyun nahiyyəsinin sıyrığı, sol dirsək oynağı nahiyyəsinin və sol said nahiyyəsinin səthi əzilmiş yaraları kimi sağlamlığa zərər vurmayan və dərəcəsi təyin olunmayan xəsarətlərlə müşayiət edilən insan həyatı və sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq etməklə sonuncunun əynindəki qara rəngli idman şalvarının sol yan cibindən dəyəri 555 manat təşkil edən 860-**********61, 860**********79 İMEİ kodlu “Redmi-Not-11” markalı 01 ədəd mobil telefonu, əynində olan qara rəngli idman şalvarının sağ yan cibindən həmin dövr üçün məzənnəsi ilə 17 manat təşkil edən 10 ABŞ dolları və milli pul vahidi 28 manat nağd pul vəsaitlərini tamah niyyəti alıb açıq talamaqla ələ keçirərək Zərərçəkmiş şəxs1 ümumilikdə 595 manat məbləğində maddi ziyan vuraraq soyğunçuluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barələrində ayrı icraata cinayət işi ayrılmış digər şəxslərlə birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girib təkrarən özgənin əmlakını talama məqsədi ilə 19 iyul 2022ci il tarixdə saat 09:30 radələrində ünvan 5 ünvanda yerləşən köhnə «Trolleybus parkı» ərazisində Zərərçəkmiş şəxs2 guya Bakı şəhəri ərazisində onun nəzarətindən kənar narkotik vasitələrin satışını həyata keçirdiyini bəhanə gətirib cəzalandırmaq və əldə etdiyi qazanca sahiblənmək məqsədi ilə Zərərçəkmiş şəxs2 cinayətkar qrupun üzvü Təqsirləndirilən şəxs2 və digərləri ilə birlikdə əl və ayaq zərbələri ilə Zərərçəkmiş şəxs2 bədəninin müxtəlif nahiyələrinə zərbələr vuraraq həyatı və sağlamlığı üçün təhlükəli olmayan başın təpə nahiyyəsinin qançırları kimi dərəcəsinə görə sağlamlığa zərər vurmayan və dərəcəsi təyin edilməyən bədən xəsarətləri ilə müşayiət edilən zor tətbiq etməklə Zərərçəkmiş şəxs2 əynində olan şalvarının sağ yan cibindən 300 manat nağd pul vəsaitini tamah niyyəti ilə alıb ələ keçirməklə açıq talayaraq zərərçəkmiş şəxsə ümumilikdə 300 manat miqdarda maddi ziyan vurmaqla soyğunçuluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barələrində ayrı icraata cinayət işi ayrılmış digər şəxslərlə birlikdə ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girib, tamah məqsədi 19 iyul 2022-ci il tarixdə saat 10 radələrində ünvan 6 ünvanda yerləşən köhnə «Trolleybus parkı» parkı ərazisində Zərərçəkmiş şəxs2 guya onların nəzarətindən kənar Bakı şəhəri ərazisində narkotik vasitələrin satışını həyata keçirdiyini və həmin satışdan onlara pay çatdırmadığını bəhanə gətirib Zərərçəkmiş şəxs2 cəzalandıracağını bildirərək sonuncunun iradəsinə zidd olaraq faktiki olduğu yerdə Təqsirləndirilən şəxs1 məxsus olan “Mercedes Benz” 190 minik markalı Az**-EF-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa oturacağına əyləşdirmiş, cinayətkar qrupun digər üzvünü Zərərçəkmiş şəxs2 sol tərəfində əyləşdirməklə sonuncunun hərəkətini məhdudlaşdıraraq Zərərçəkmiş şəxs2 tanışı Zərərçəkmiş şəxs3 Bakı şəhəri, Binəqədi rayonu, Cəfər Xəndan küçəsi ilə Ağasadıq Gəraybəyli küçəsinin kəsişməsinə əvvəlcədən qurulmuş cinayət planına əsasən yalan bəhanə ilə çağırmasını tələb etmiş, bundan sonra 19 iyul 2022-ci il tarixdə saat 11 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Cəfər Xəndan küçəsi ilə Ağasadıq Gəraybəyli küçələrinin kəsişməsinə gedərək Zərərçəkmiş şəxs3 gəlməsini gözləmişlər, Zərərçəkmiş şəxs3 özünə məxsus olan X19 **-LS-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə həmin ünvana gəlib yolun sağ kənar hissəsində saxlamış, qrupun üzvü Təqsirləndirilən şəxs2 isə özünə məxsus olan “Tofaş” markalı Az**-SN-*** dövlət qeydiyyat nişanlı avtomobilini Zərərçəkmiş şəxs3 idarə etdiyi avtomobilin qarşı tərəfindən arxa istiqamətində verərək öz avtomobili ilə Zərərçəkmiş şəxs3 avtomobilinin qarşı tərəfdən hərəkətini məhdudlaşdırmış, Təqsirləndirilən şəxs1 isə özünə məxsus olan “Mercedes Benz 190” minik markalı Az**-EF-*** dövlət qeydiyyat nişanlı avtomobilini idarə edərək qabaq hissəsini Zərərçəkmiş şəxs3 avtomobilinin sürücü tərəfdən qapısı istiqamətində saxlamış, avtomobildən düşərək Zərərçəkmiş şəxs3 avtomobilinə yaxınlaşaraq avtomobildən düşməsini tələb etmiş, sonuncunun avtomobilin qapılarını kilidlədiyindən avtomobilin qapısını aça bilmədiyinə görə üzərində daşıdığı silah qismində istifadə olunan bıçağı əynində olan şalvarın kəmər hissəsindən çıxarıb, bıçağın dəstək hissəsi ilə F.M. Zərərçəkmiş şəxs3 avtomobilinin sol qabaq qapısının pəncərəsini sındırmış, bundan sonra Təqsirləndirilən şəxs2 ilə birlikdə Zərərçəkmiş şəxs3 həyatı və sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq etmək hədəsi ilə avtomobildən düşürüb, guya onların nəzarətindən kənar Bakı şəhəri ərazisində narkotik vasitələrin satışını həyata keçirdiyini və həmin satışdan onlara pay çatdırmadığını bəhanə gətirib Zərərçəkmiş şəxs3 iradəsinə zidd olaraq faktiki olduğu yerdə Təqsirləndirilən şəxs1 məxsus olan Mercedes Benz 190 minik markalı Az**-EF-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa oturacağına əyləşdirmiş, sol tərəfdə cinayətkar qrupun digər üzvü, sonuncunun yanında Zərərçəkmiş şəxs2, daha sonra Zərərçəkmiş şəxs3 və sağ tərəfdə cinayətkar qrupun daha bir üzvü oturub hər iki zərərçəkmiş şəxsin azadlığını məhdudlaşdıraraq, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 gözlərini və ağzını qara rəngli parça və yapışqan lent-skotçla bağlayıb, ətrafdan keçən şəxslərin onların qanunsuz əməlinin mahiyyətini dərk etməməsi üçün cinayətlərini gizlətmək məqsədi ilə zərərçəkmiş şəxslərin gözlərinin üzərinə eynək və başlarına papaq taxaraq hər iki zərərçəkmiş şəxsi ünvan 7 ünvana aparmış, orada Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 və cinayətkar qrupun digər üzvləri, qabaqcadan əlbir olan bir qrup şəxs halında Zərərçəkmiş şəxs3 Müşfiq oğlunu əl və ayaq zərbələri ilə vuraraq zor tətbiq etməklə sağlamlığının qısa müddətə pozulmasına səbəb olan və sağlamlığa yüngül zərərvurmaya aid-döş qəfəsinin arxa səthinin dərialtı hematoması, təpə nahiyyəsinin, sağ və sol qulaq seyvanlarının, sol bazu oynağı nahiyyəsinin, sol bazu nahiyəsinin, döş qəfəsinin qançırları, sol dirsək oynağı nahiyəsinin sıyrığı ilə müşayiət edilən xəsarətlər, həmçinin digər Zərərçəkmiş şəxs2 zor tətbiq etməklə əl və ayaq zərbələri ilə vuraraq dərəcəsinə görə sağlamlığa zərər vurmayan və dərəcəsi təyin edilməyən başın təpə nahiyyəsinin qançırları ilə müşayiət edilən xəsarətlər yetirməklə bilə-bilə hər iki zərərçəkmiş şəxsə - Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs2 tərkibi və növü məlum olunmamış narkotik vasitə və psixotrop maddələri şüşə borucuqda yandırıb tüstüsünü çəkdirmiş, həmin təhrik edici hərəkətləri Təqsirləndirilən şəxs1 özünə məxsus olan Redmi markalı mobil telefonuna çəkmiş, bundan sonra zərərçəkmiş şəxslərin azad edilməsi müqabilində Zərərçəkmiş şəxs3 15.000 ( on beş min ) manat, Zərərçəkmiş şəxs2 isə azad edilməsi müqabilində 5000 (beş min ) manat pul tələb edərək həmin ünvanda saxlamış, Zərərçəkmiş şəxs3 anası tərəfindən sonuncuya məxsus Unibank ASC, Leo Plasitk kartına 6990 manat pul göndərilməsini təşkil etdirmiş, Zərərçəkmiş şəxs3 kartında olan ümumilikdə 8990 manat pulu ələ keçirərək zərərçəkmiş şəxslərə azad olunduqdan sonra hüquq mühafizə orqanlarına onların hərəkətlərdən şikayət edəcəkləri təqdirdə özündə olan video görüntüləri polisə verəcəyini deyərək Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 sərbəst buraxmışlar. Məhkəmə zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 180.2.1, 180.2.2, 180.2.4, 144.2.1, 144.2.3, 144.2.5, 144.2.6, 236.2.1, 236.2.3 və 236.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə özünü təqsirli bilməyərək göstərmişdir Zərərçəkmiş şəxs1la aralarında borc münasibətləri olmuş, Elvinin ona 70-80 manat borcu olmuşdur. Uzun müddət Elvini tapa bilməmiş, hadisə günü sonuncunu Elməddinin qapısının qarşısında görmüşdür. O da Elvinin ona olan borcu müqabilində öz İphone 6 markalı mobil telefonunu Elvinə vermiş və Elvinin Redmi markalı mobil telefonu almış, borcu qaytardıqda telefonu qaytaracağını Elvinə bildirmişdir. O Elvin Novruzu vurmamışdır. Əgər Elvini vurmuş olsaydı ona mütləq xəsarət yetirmiş olardı. Ayna Sultanova heykəlinin yaxınlığında Binəqədi RPİ-nin əməkdaşları tərəfindən saxlanılmış və baş idarəyə aparılmışdır. Lakin sənədləşmənin guya Binəqədi RPİ 5-ci Polis Bölməsində aparılması və 5-ci bölmənin əməkdaşları tərəfindən saxlanılması göstərilmişdir. Tutulduqdan sonra 3 gün onu baş idarədə saxlamışlar. Baş idarədə oa törətmədiyi əməlləri etiraf etməsi üçün qardaşını narkotik vasitələri istifadə etmək ittihamı ilə həbs edəcəkləri ilə hədə-qorxu gəlmişlər. Fərid İmamverdiyev və Zərərçəkmiş şəxs1 onun avtomobilinə öz istəkləri ilə əyləşmiş, Elməddin isə Fəridin qara rəngli Nissan Sunny markalı avtomobilini sürərək onların arxasıca gəlmişlər. 100 metr məsafə qət etdikdən sonra isə dayanmışlar. Avtomobildən düşdükdən sonra Fəriddə olan narkotik vasitəni yerə ataraq ayağı ilə əzərək bir daha bu kimi əməllər edəcəyi təqdirdə onu polis əməkdaşlarına təqdim edəcəyini bildirmişdir. Fəridin avtomobilinin şüşəsi qırıldığından ondan avtomobilinin şüşəsini təmir etdirməsini tələb etmiş və avtomobili təmir etdirmədikcə getməyəciyini bildirmişdir. Daha sonra avtomobilə əyləşdikdə Fərid də avtomobilə əyləşmişdir. Fəridin telefonuna zəng gəlmiş və o telefonu Fəriddən götürdükdə telefonda narkotik vasitələrin satışı ilə necə məşğul olması barədə sms mətnləri görmüş və dərhal onların şəklin çəkərək öz telefonuna göndərmişdir. İttihamda Fərid və Elməddinə guya narkotik vasitələri məcburi şəkildə çəkdirmələri barədə qeyd edilənlər həqiqətə uyğun deyil. Narkotik vasitə istifadəçisi olan həmin şəxslərə narkotik vasitə çəkdirməsi və şantaj məqsədi ilə onu videoya çəkməsi ağlabatan deyil. Həmin görüntüləri çəkməkdə məqsədi gələcəkdə onların narkotik vasitələrin satışı ilə yenə məşğul olacağı təqdirdə videogörüntünü polisə təqdim edərək onları ifşa etmək olmuşdur. Nicat hadisələr zamanı onun yanında olmamışdır. Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı verdiyi və məhkəmə zamanı elan edilərək tədqiq edilmiş ifadəsində özünü ona elan edilmiş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.1, 180.2.2, 180.2.4, 144.2.1, 144.2.3, 144.2.5, 144.2.6, 236.2.1, 236.2.3 və 236.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilməyərək göstərmişdir ki, 18 iyun 2022-ci il tarixdə Elvin ondan borc kimi 75 manat pul almış, bunun üçün də 18 iyul 2022-ci il tarixdə saat 22 radələrində idarə etdiyi avtomobillə ünvan 8 ünvanı ilə hərəkətdə olarkən Elvini yolun kənarı ilə getdiyini görmüş, belə olan halda o, Elvinə çatdıqda avtomobili saxlayıb aşağı düşmüş, Elvinə yaxınlaşmaq istəmiş ki, pulu istəsin, bu zaman Elvin onu görərək qaçmağa başlamış, arxadan Elvinə çatıb yaxasından tutub saxlamış, pulunu tələb etmiş, Elvin isə pulunun olmadığı üçün zəngələrə cavab verə bilmədiyini demiş, hazırda üstündə 10 ABŞ dolları və 5 manat pulu olduğnu, onları verə biləcəyini demiş, cibindən həmin pulları çıxarıb ona vermiş, qalan pulu da yaxın zamanlarda həll edəcəyini demiş, o, onunla razılaşmamış, Elvin üzərində olan yeni alınmış «Redmi» markalı telefonunu verməyi təklif etmiş, həmin telefonu ondan almağı razılaşmış, üzərində olan köhnə «İpone» markalı telefonu ona vermiş, borcu tam bağladıqdan sonra yenə də hərə öz telefonun götürər demiş, daha sonra o, avtomobilə oturaraq oradan uzaqlaşmışdır. Bundan başqa xx.xx.2022-ci il tarixdə səhər saatlarında Elməddinə zəng edərək harada olduğunu soruşmuş, X2 küçəsində olduğunu dedikdə stadionun qarşısına çıxmasını təklif etmiş, dediyi yerə getmiş, həmin vaxt o, tanışları Anar, Şahin və Nicatla stadionun qarşısında təsadüfən görüşmüş, Elməddinlə görüşüb yaxınlıqdakı Troleybus parkının həyətində söhbət etməyi təklif etmiş, təklifindən imtina etməmiş, Elməddinlə Troleybus parkının həyətinə gedərkən Anar, Nicat və Şahin də arxaları ilə Nicatın idarə etdiyi “Tofaş” markalı maşınla həmin yerə gəlmiş, orada Elməddinə Fəridə də zəng edib çağırmağı təklif etmiş, Elməddinlə zəngələşmiş və Elməddinin quş əti satdığı köşkün yerləşdiyi ünvan 9 ünvana gələcəyini demiş, saat təxminən 09:30 radələrində Fərid özünün idarə etdiyi Nissan-sani markalı **-LS-*** dövlət qeydiyyat nişanlı qara rəngli avtomobili ilə görüş yerinə gəlmiş, bu zaman idarə etdiyi “Mersedes-190” markalı **-EF-*** d.q.n-lı tünd boz rəngli maşınını Fəridin yanma vermiş, maşından düşüb Fəridin maşınına yaxınlaşmış, Fəridə yerə düşməsini təklif etmiş, lakin Fərid qapını içəridən kilidləmiş, bundan sonra o, sağ əlini yumruq formasına salıb zərbə ilə Fəridin sükan tərəfdən əyləşdiyi qapı pəncərəsini sındırıb qapını açmış, Fəridi maşından aşağı salıb öz maşınına otuzdurmuş, Elməddini orada buraxıb Fəridlə söhbət etmək üçün məhləyə doğru hərəkət etmiş, müəyyən məsafə qət etdikdən sonra Fəridin maşınının oradan götürülüb evlərinin yanma aparılmasını xahiş etmək istədikdə dostlardan biri Elməddin özü maşını sürüb Əcəmi Naxçıvani küçəsinə aparıb demiş, bunu eşidəndə Fəridin xahişi ilə maşının olduğu yerə qayıtmış, Fərid düşüb maşınına baxanda bəzi əşyalarım və mallarının maşından götürüldüyünü demiş, Elməddindən soruşduqda Fəridə aid kakos dediyi narkotik bükümlərinin Özü tərəfindən götürüldüyünü etiraf etmiş və alt paltarının rezin altından bir neçə büküm çıxarıb Fəridə vermiş, həmin bükümləri götürsə də polisə məlumat vermək xarakterində olmadığı üçün yerə atıb gözü qarşısında ayaqlamış, Fəridi və Elməddini buraxıb Anar, özü və Şahin Yasamal rayonu, 2-ci Alatava ev 95 ünvanda yaşayan dostu Şaiqin evinə getmək istədikdə Elməddin və Fəriddə onlarla getmək istədiklərini demiş, getdiyi yerin Fərid və Elməddinin bilməməsi lazım olduğunu dedikdə hər ikisi gözlərinin bağlanmasını demiş, bundan sonra skoç yapışqan lentlə onların gözünü bağlayıb üstündən eynək taxıb papaq qoymuş, Elməddin, Fərid, dostları Anar, Nicat və Şahinlə birlikdə Şaiqin yaşadığı ünvan 10 ünvanda təxminən axşam saat 17-18 radələrinədək qalmış, Fərid əməlindən peşiman olub günahını yumaq üçün pulla hörmət etmək istədiyini demiş, evdə Fəridin 7.000 manat pulu olmasını demiş, anasına zəng edərək kartına göndərməklə həmin pulu verə biləcəyini təklif etmiş, özünün mobil telefonundan anasına zəng vurub ucuz narkotik vasitə düşdüyünü və həmin puluda üçün istədiyini deyib anasından onun kartına 7.000 manat pul göndərməsini istəmiş, anası isə bu qədər pul olmadığım demiş, bir nəfərdən borc alıb hansısa məbləğdə pul göndərə biləcəyini bildirmiş, qardaşı və anasının ümumi göndərdiyi pulların təxminən 6.990 manat pul olduğunu telefon mesajlarından bilmiş, bundan sonra özü və Anar evdə qalmış, Fərid, Elməddin, Şaiq, Şahin və Nicat birlikdə sonuncunun idarə etdiyi avtomaşınla gedərək kartdan pulun çıxarılmasını təşkil etmiş, pulu götürdükdən sonra Fəridlə Elməddini buraxıb evə qayıtmışdır. Əldə olan pulu özü, Anar, Nicat, Şaiq və Şahin aralarında bölmüşdür (cild 3, iş vərəqi 113-117). Məhkəmə zamanı Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 180.2.1, 180.2.4, 144.2.1, 144.2.3, 144.2.5, 144.2.6, 236.2.1, 236.2.3, 236.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə özünü təqsirli bilməyərək göstərmişdir ki, özü maşın alqı-satqısı ilə məşğul olmuşdur. Təqsirləndirilən şəxs1 cəzaçəkmə müəssisəsindən tanıyır. Avtomobili xarab olduqda avtomobil ustalarının əksəriyyəti Dərnəgül adlanan ərazidə olduğundan Bəhruza zəng etmiş, Dərnəgüldə tanışlarının olubolmamasını soruşmuş, maşını düzəltmək niyyəti ilə ora getmişdir. Ora çatdıqda Elməddin də Bəhruzun yanında olmuşdur. Elməddini əvvəllər sadəcə üzdən tanımışdır. Elməddinin anası dəfələrlə Bəhruzdan Elməddinin narkotik çəkməsinə mane olmasını, onu bu əməllərdən çəkindirməsini xahiş etmişdir. Bəhruz orada Elməddinə narkotik vasitə çəkməməsi, bir daha narkotik vastilərin satışı ilə məşğul olmaması, narkotiki tərgitməyi barədə məsləhətlər vermişdir. Orada söhbət zamanı Elməddin narkotik vasitələri Fərid adlı şəxsdən əldə etdiyini bildirmişdir. Elməddin onsuz da 1 saata Fəridlə görüşəcəklərini, Fəridi ora gətizdirmək və narkotik vasitələrin satışından çəkindirmək üçün Elməddin Fəridə zəng etmiş və narkotik vasitə lazım olduğunu bildirmişdir. Fərid də öz maşını ilə ora gəlmişdir. Fərid ora gəldikdə ondan niyə narkotik vasitələr satdığını soruşmuşlar. Orada insanlar çox olduğundan və səs-küy yaranmaması üçün X11 kənara çəkilmişlər. Fərid orada Bəhruza söz verərək bir daha bu kimi əməllərə yol verməyəcəyini bildirmişdir. Daha sonra hər kəs aralaşmış və getmişdir. İttihamda adları qeyd edilən Anar, Şaiq və sair kimi şəxsləri tanımır, hadisə zamanı onlar orada olmamışlar. Elməddindən və ya Fəriddən heç bir məbləğdə pul tələb etməmişlər. İttihamda guya zərərçəkmiş şəxsləri döymələri, onları oğurlayaraq harasa aparmaları, onlardan pul tələb etmələri, narkotik vasitə çəkdirmələri, soyğunçuluq etmələri barədə qeyd edilənlər doğru deyil. Ümumiyyətlə onun bu hadisələrlə heç bir əlaqəsi olmamış və sadəcə avtomobilini təmir etdirmək üçün Bəhruzun olduğu yerə getmişdir. Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı verdiyi və məhkəmə zamanı elan edilərək tədqiq edilmiş ifadəsində özünü ona elan edilmiş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.1, 180.2.4, 144.2.1, 144.2.3, 144.2.4, 144.2.5 və 144.2.6-cı maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə səhər saatlarında əvvəllər həbsxanada birgə olduğu Bəhruz ona zəng vuraraq görüşmək istədiyini və yaşadığı Dərnəgül qəsəbəsinə gəlməyini xahiş etmiş, etibarnamə ilə idarə etdiyi “Tofaş” markalı dövlət qeydiyyat nömrəni şanınlı avtomobili ilə Bakı şəhəri, Binəqədi rayonu, Ağasadiq Gəraybəyli küçəsinə gəlmiş, orada Bəhruzla görüşdükdə yanında sonradan adı məlum olan Anar və Şahin adlı şəxlərin olduğunu görmüş, Bəhruz təklifində tanıdığı Elməddin və Fərid adlı şəxslər məhlədə narkotik vasitələr satıb gəncləri zəhərləməsini, bu şəxsləri tutub ifşa etməsini bildirmiş, ona görə də Bəhruz Elməddinə zəng edərək harada olduğunu soruşmuş, sonuncu yaxınlıqda olduğunu demiş, yerini bildikdən sonra Bəhruz Anarla və Şahin isə onun avtomobilində oturaraq Cəfər Xəndan küçəsinə sürmüş, orada Elməddinlə Bəhruz görüşüərək yaxınlıqdakı troleybus parkının ərazisinə qayıtmış, Parkın ərazisində Bəhruz Elməddinlə söhbət etmiş və az sonra sonuncunun Fərid adlı dostunun küçənin başındakı “Azərtac” mətbuat yayım mərkəzinin qarşısına gəldiyini və orada görüşmək lazım olduğunu demiş, bundan sonra birlikdə ora getmiş, yolun solunda dayanıb Fəridin gəlməsini gözləmiş, Fərid Nissan markalı avtomobillə gəlib saxladıqda Bəhruz idarə etdiyi “Mersedes-190” markalı avtomobillə yaxınlaşıb Fəridin idarə etdiyi avtomobilin yanında saxlamış, onun çıxışına maneçilik yaratmış, sonra maşından düşərək Fəridin maşından düşməsini istəmiş, lakin, Fərid qapıları bağladığından maşından düşməmiş, bundan sonra, Bəhruz yumruqla maşının sağ yan şüşəsini vurub sındırmış, qapını açmış, sonra Fərid özü maşından düşmüş, X14 idarə etdiyi maşına mindirmiş, həmin vaxt öz maşını işə saldıqda işə düşmədiyndən Bəhruzun ardınca gedə bilməmiş, az sonra ona zəng edib məhlədə Bəhruza çatmış, özü, Şahin, Anar, Elməddin və Fərid birlikdə Bəhruzun idarə etdiyi avtomobillə Yasamal rayonuna tərəf getmiş, yolda Bəhruzun xahişi ilə maşından düşüb yolun kənarından 2 ədəd eynək almış, Elməddinlə Fəridin gözünə taxıb hərəkətə başlamış, Bəhruzun idarə etdiyi avtomobillə sonradan ünvanım bildiyi Yasamal rayonu, 2ci Alatava,ev 95 ünvana getmiş, orada Şaiq adlı oğlan onları qarşılamış, axşam saat 18 radələrinədək həmin ünvanda qalmış, həmin vaxt otaqda olarkən Fərid tanış və ailə üzvlərinə zəng edib onun kartına pul atmasını istəmiş, axşam evə qayıdanda kartda artıq lazımi qədər pul toplandığını, Bəhruz kartdan pulu çıxarıb qayıtmaq və Elməddinlə Fəridi evinə yollamaq lazım olmasını bildirmiş, Bəhruza məxsus avtomobili Şahin idarə etmiş, maşında özü, Şaiq, Elməddin və Bəhruz Nəsimi rayonu, 20-yanvar dairəsi yaxınlığında bankomatdan məbləğini bilmədiyi pulu kartdan çıxarmış, daha doğrusu pulu kartdan Fərid özü çıxartmış və uşaqlardan birinə verdi. X3 düşürüb təkrar Şaiq adlı şəxsin evinə qayıtmış. Orada məbləğini bilmədiyi pulun bölgüsündən ona düşən 700 manat pulu götürüb məhəllədə maşınımı götürmək üçün Dərnəgülə gəlmiş, sonra həmin pulu kreditinə və şəxsi məsrəflərinə xərcləmişdir (cild 3, iş vərəqi 132-136). Azərbaycan Respublikasının CPM-in 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir; hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir; cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir; məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri iş üzrə sübut növləri kimi qəbul edir. Məhkəmə zəmanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadə verərək göstərmişdir ki, Bəhruzla eyni məhlədə yaşamış, Nicatı isə qiyabi tanımışdır. İttihamda qeyd edilənlər doğru deyil, o, narkotik vasitə istifadəçisi olmuşdur, hadisə günü o Bəhruzla söhbət etmiş, Bəhruz ona narkotik vasitələrdən uzaq durmağın lazım olduğunu bildirmişdir. Bəhruzla söhbət edən zaman orada başqa adamlar olmamışdır. Nicat isə sonradan avtomobilini təmir etmək məqsədi ilə ora gəlmişdir. O da Fəridi zəng edib çağırmış və bir daha narkotik vasitələrin dövriyyəsi ilə məşğul olmamaları. Fəridin ona bir daha narkotik vasitə verməməsi barədə söhbətlər etmişlər. Fəridi ora çağırmaqda məqsədi sonuncu dəfə narkotik almaq və bir daha ona narkotik satmamasını söyləmək olmuşdur. Fəridə zəng edəndə Bəhruz da yanında olmuşdur. Bəhruz Fəridə bir daha ona narkotik vasitə satmamasını, Dərnəgül ərazisində narkotik vasitələrin satış ilə məşğul olmamasını tapşırmışdır. Söhbətlər zamanı Nicat iştirak etməmişdir. X15 maşınına əyləşib o da Fəridin avtomobilini sürərək oradan getmişlər. Adam oğurluğu ilə bağlı qeyd edilənlər doğru deyil, anasının və qardaşının yanında əyləşib könüllü getmişdir. Yasamala gedən zaman belə Nicat onlarla getməmişdir. O Bəhruz və Nicatdan şikayət etməmişdir, polis idarəsində də bu cür ifadə vermişdir. Bəhruz və digərləri tərəfindən döyülməsi barədə yazılanlar doğru deyil, onu heç kəs döyməmişdir. Zərərçəkmiş şəxs2 ibtidai istintaq zamanı verdiyi və məhkəmə zamanı elan edilərək tədqiq edilmiş ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə səhər saat 08:15 radələrində istifadəsində olan ***-***-**-** mobil nömrəsinə əvvəllər şifahi tanıdığı və aralarında heç bir münasibəti olmayan, eyni məhəllədə yaşadığı Bəhruz adlı şəxs zəng edərək harada olduğunu soruşmuş və o, evdə olmadığını və yaxınlıqdakı stadionun yanında olduğunu demişdir. Həmin yerdə gözləməyini bildinniş və təxminən 5 dəqiqə sonra o, yola çıxdıqda Bəhruzu və yanında əvvəllər tanımadığı 3 nəfərlə gözlədiyini görmüş. Onlar “Tofaş” və“Mersedes-190” markalı avtomobillərlə gəlmişlər. Bəhruza yaxınlaşıb əl verib görüşmüş və nə lazım olduğunu dedikdə Bəhruz əsəbi halda və əmr formasında ona müraciət edib borcunun olmasına görə vacib pul lazım olduğunu demiş və ondan üstündə nə qədər pulunun olduğunu soruşmuş. O, Bəhruza üstündə yalnız alverin pulundan 300 manat pulum olduğunu demiş. Bu pulun az olduğunu, təcili 1000 manat pul lazım olduğunu bildirmiş. Bu qədər pulunun olmadığını dedikdə Bəhruz ona yaxınlaşıb iki əli ilə sağ və sol qulaqları üzərindən vurub sonra boynundan tutub onu zorla özünün idarə etdiyi qara rəngli “Mertsedes-190” markalı avtomobilin arxa otracağma otuzdurmuş və sağ solunda da digər iki nəfər oturmuş. Tofaşm sürücüsü isə öz avtomobilinə əyləşmiş. Həmin şəxslər onu yaxınlıqdakı Bakı şəhəri, Binəqədi rayonu, Ağasadıq Gəraybəyli küçəsindəki “Traleybus” parkı deyilən sahibsiz yerə aparmışlar. Ora çatdıqda Bəhruz onu maşından yerə düşürmüş və yerdə əli və ayağı ilə döyüb pul tələb etməyə başlamış, ”Tofaş”markalı avtomobillə sürücüsü və əlavə 2 nəfər tanımadığı şəxslər isə ona fiziki zor tətbiq etmişlər. Yalnız Bəhruz onu yumruqla qarın boşluğuna, ayağı və əli ilə bədəninin müxtəlif yerinə vurub nalayiq ifadələrlə təhqir etmiş və demişdir ki, “özündə pul yoxdursa dostun Fəridə zəng edib çağır mən ondan lazım olanı alacağam”. Onu döydüyünü görüb çarəsiz qalaraq Bəhruzun dediklərini etmişdir. Belə ki, üzərində olan 300 manatı Bəhruza verdikdən sonra Fərid adlı məhlə uşağının ***-***-**-** mobil nömrəsinə zəng edib, Bakı şəhəri, Binəqədi rayonu, Ağasadıq Gəraybəyli küçəsində yerləşən üzərində “Marafon” yazılan köhnə binanın qarşısına gəlməsini bildirmiş. Fəridin ona borcu var imiş və o, bu borc bəhanəsi ilə pul istəmək adı ilə qeyd edilən ünvana gəlməsini istəmiş. Ondan əvvəl Tofaşm sürücsü Nicat adlı şəxs həmin ünavana getmiş. Həmin günü təqribən 10 radələrində qeyd edilən ünvanda olmuş. Onlar ora çatanda Fərid idarə etdiyi **-LS-*** dövlət qeydiyyat nişanlı avtomobilə yolun kənarında dayanmış. Nicat adlı şəxs isə Tofaş markalı avtomobili Fəridin avtomobilin qarşısında saxlamış. Bu zaman Bəhruz avtomobilini Fəridin avtomobilinin sol tərəfində saxlamış. Bəhruz və sağ, solunda oturan Şahin və Anar adlı şəxslər avtomobildən düşmüşlər. Həmçinin onu da aşağı düşürtmüşlər. “Tofaş” markalı avtomobilin də sürücsü aşağı düşmüş. Bəhruz, Şahin, Nicat və Anar adlı şəxslər Fəridin avtomobilinə yaxınlaşıb aşağı düşməyini tələb etmişlər. Belə olan halda Fərid avtomobilinin qapılarına bağlamış. Bəhruz Fəridə avtomobildən düşməyini tələb etmiş. Fərid isə Bəhruza düşməyəcəyini, nə sözü varsa durduğu yerdən deməsini bildirmiş. Belə olan halda Bəhruz cibindən bıçağı çıxararaq arxası ilə avtomobilin qabaq sol şüşəsinə vurmağa başlamış və bir-iki zərbədən sonra şüşəni qırmış. Daha sonra Bəhruz və tanışları zorla Fəridi avtomobilindən çölə çıxartmışlar və «Mercedes-190» markalı avtomobilə arxaya mindirmişlər. Eyni zamanda onu də Fəridin yanma salmışlar. Həmin şəxslərdən biri onun sağında, biri isə Fəridin solunda oturmuş. Bəhruz isə sükana keçib maşım işə salmış. “Tofaş” markalı avtomobilin sürücüsü Nicat isə öz avtomobilində oturmuş. Fərid Bəhruza və sağ və solumuzda oturanlara nə istədiklərini soruşduqda Bəhruz bildirmişdir ki, “az danışın, gedək getdiyiniz yerdə nə istədiyimi bilərsiz”. Bəhruz avtomobili idarə edərək Bakı şəhəri, Nəsimi rayonu, 3 mkr dairəsinə gəlmişlər. “Tofaş” markalı avtomobil də Bəhruzun maşının arxasında saxlamış. Bəhruz avtomobili saxladıqdan sonra Bəhruz və digər üç nəfər şəxs onun və Fəridin gözlərinə qara parça qoyaraq skoçlamışlar. Daha sonra skoçun üzərindən gözünə qara eynək vurmuşlar, başlarına da isə kepka qoymuşlar. Yenidən avtomobili hərəkət etdirərək onları gətirib bir otaqa salmışlar. Otaqda gözlərini açmışlar. Gözlərini açdıqda bir tanımadığı şəxsin də, yəni sonradan onlara məlum olan olan saxlanıldıqlar evin sahibi Şaiq adlı şəxsin onların yanında olduğunu görmüşdür. Şaiq adlı şəxs evdən “kontur yükləyib qayıdıram deyərək” otaqdan çıxmış və 5 dəqiqədən sonra qayıtmış, əlində olan çeki otaqda olan taxta stolun üzərinə qoymuş. Həmin çekə baxdıqda çekdə Yeni Yasamal 2-ci Alatava “İlkin” market sözləri yazılmış. Həmin vaxtı bilmişdir ki. Yeni Yasamaldadırlar. Belə ki, Bəhruz başda olmaqla digər dörd nəfər şəxslər onlardan hansı yolla pul almaq planını hazırlıyırmışlar. Aralarında olan danışıqları tam eşidə bilməsə də amma bir-biriləri ilə danışıqlarından bilirmiş ki, hansısa yolla onlardan pul almaq istəyirlərmiş. 10-15 dəqiqə öz aralarında götür qoy etdikdən sonra Bəhruz onların qarşısında olan masanın üzərinə çoxulu sayda özünün dediyinə görə içində narkotik vasitə olan bükümləri qoymuş. Onunla Fəridə demişdir ki, “biz sizi telefon vasitəsi ilə videoya çəkəcəyik və siz də həmin bükümlərin sizə aid olduğunu, narkotik vasitələrin satışı ilə məşğul olduğunuzu etiraf edəcəksiz və bundan sonra sizi sərbəst buraxacayıq”. O və Fərid buna razı olmaqdıqda hər biri onları döyməyə başlamışlar. O da görmüşdür ki, döymələrinə dözə bilmir və onların dediyi ilə razılaşmış. Həmin şəxslərin dediyi kimi narkotik vasitələrin onlara aid olmasını və satışını həyata keçirməyini etiraf etmişlər. Daha sonra həmin şəxslər onları hər ikisinə narkotik vasitədən istifadə etməyi tələb etmişlər. Onlar həmin şəxslərin təkidi ilə heroindən istifadə etmişlər. Həmin şəxslər bunu da çəkiliş etmişlər. Çəkilişi edib bitirdikdən sonra ondan 5000 manat, Fəriddən isə 15000 manat istəmiş və tələb etmişlər ki, “pul tapın verin ki, həmin görüntüləri polisə təqdim etməyək və həmçinin də sosial şəbəkələrdə yayımlamayaq”. Hər ikisi buna etiraz etdikdə yenə də döyülməyə başlamışlar. Onlar döyülməklərindən və həmçinin də başqa nəsə edəcəklərindən qorxaraq həmin şəxslərlə razılaşmışlar. Fərid anasına zəng edərək yalandan anasına demişdir ki, “guya ucuz qiymətə maşın tapıb və onu almaqa pul lazımdır”. Birinci anası etiraz etmişdir ki, bu qədər pulu tez bir zamanda tapa bilməz. Fərid isə anasına demişdir ki, “maşın düşmə və ucuz maşındır, satıb üzərində pul qazanmaq olar” və anasını məcbur etmişdir ki, “pulu hardansa tapıb üzərində olan kart hesabına köçürsün”. Bunun üçün də həmin günü saat təqribən 20 radələrində Fəridin anası 6600 manat pulu Fəridə məxsus “Leo” bank kartına göndərmiş. Fəridin kartında da əlavə 2000 manat, cibində isə 200 manat pulu var imiş. Pul kartına gəldikdən sonra Bəhruz həmin kartı və Fəridin üzərində olan 200 manat pul almış və demişdir ki, “gedə bilərsiz”. Fərid isə bildirmişdir ki, “kart ona lazımdır, pulu çıxarıb kartı qaytarsınlar”. Belə olan halda Bəhruz tanışlarına göstəriş vermişdir ki, kartdan pulu çıxarmaq üçün yaxın bankomatlara getsinlər. Bəhruz və Anar evdə qalmışlar. Şaiq, Şahin və Nicat onları Bəhruzun avtomobili ilə Yasamal ərazisinə çıxarmışlar. Biz bir neçə yerə baxsa da lakin baııkomat tapa bilməmişlər. Daha sonra Bakı şəhəri Nəsimi rayonu Asif Məhərrəmov küçəsində yerləşən UniBanka gəlmişlər. Şaiq maşından düşərək bankomatdan 8600 manat pulu çıxarmış və kartı Fəridə qaytarmışdır. Həmin şəxslər onlara demişlər ki, “gedə bilərsiz”. Fərid həmin şəxslərə bildirmişdir ki, “üstümüzdə pulda yoxdur, həmçinin də əynimizdəki paltarlar cırıqcırıq olub, həmçinin də bədənimizdə xəsarətlər vardır, bu vəziyyətdə heç bir marşurut və taksi bizi qəbul etməz”. Belə olan halda həmin şəxslər onların vəziyyətin görüb xahişləri ilə onları gətirib götürdükləri yerdə, yəni Binəqədi rayonunda Fəridin avtomobilinin yanında düşürmüşlər. Həmin şəxslər çıxıb getdikdən sonra Fərid və o evlərinə getmişlər. O evdə olanlar barəsində danışmış və qərara gəlmişlər ki, polisə müraciət edtsinlər. Onları evdə saxlayanda bir-birilərinə müraciətlərindən adlarının Nicat, Şaiq, Şahin və Anar olduğunu bilmiş. Bunun üçün də o və Fərid bu barədə Binəqədi RPİ-nin 5-ci PB-nə ərizə ilə şikayət etmiş. Şikayət etdikdən sonra ona məlum olmuşdur ki, Bəhruzdan başqa həmin şəxslər, Tofaşın sürücüsün adı Nicat, saxlanıldığı evin sahibin adı Şaiq, digər iki nəfər isə Şahin və Anar adlı şəxslər olmuşdur. Mən həmin şəxsləri görsə tanıya bilər (cild 1, iş vərəqi 82-86). Məhkəmə zəmanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs1 əvvəllər tanımış, lakin Təqsirləndirilən şəxs2 tanımamışdır. 19 iyul 2022-ci il tarixdə Elməddin ona zəng edərək borclu olduğu pulu qaytracağını bildirmişdir. O da pulu götürmək üçün Elməddinin olduğu yerə getmişdir. Ora çatdıqda Bəhruz, Nicat və digər tanımadığı şəxslər avtomobilinin qarşısını və arxasını kəsmiş, onu avtomobildən aşağı düşürmüşlər. Daha sonra Bəhruzgil Elməddini və onu Bəhruzgilə məxsus avtomobilə əyləşdirərək oradan aparmışlar. Ondan xatırlamadığı məbləğdə pul tələb etmişlər. Orada ona güclü xəsarətlər yetirməmişlər. Onu oturduğu yerdə videoya çəkmişlər. Narkotik vasitə istifadəçisidir, evdə olarkən narkotik istifadə etmiş lakin videoa qeydə alındığını sonradan bilmişdir. Onu narkotik vasitə istifadə etməyə məcbur etməmişlər. Ondan pul tələb etdiklərinə görə üzərində, kartında olan puldan əlavə anasından da pul istəmiş və anası müəyyən məbləğdə pulu onun kartına göndərmişdir. O da bütün pulları Bəhruzgilə vermiş, onlar da onu sərbəst buraxmışlar. Oradan ayrıldıqdan sonra ilk olaraq polis bölməsinə gedərək şikayət etmiş daha sonra evə gəlmişdir. İbtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir. Zərərçəkmiş şəxs3 ibtidai istintaq zamanı verdiyi və məhkəmə zamanı elan edilərək tədqiq edilmiş ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə səhər saat 10 radələrində tanışı X1 istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsi ilə ona məxsus ***-***-**-** saylı mobil nömrəsinə zəng edərək onunla Bakı şəhəri, Binəqədi rayonu, Ağasadıq Gəraybəyli küçəsində yerləşən üzərində “Marafon” yazılan köhnə binanın qarşısında görüşmək istəməsini bildirmiş. Görüşməklərinin də səbəbi onun Elməddinə borcu var imiş və ondan pulunu istəyirmiş. O da Elməddinin pulunu vermək üçün qeyd olunan ünvana getmiş. O, idarə etdiyi **-LS-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə həmin ünvana getmiş. O, həmin ünvana çatıb avtomobilini yolun kənarında saxlamış. Həmin vaxtı bir “Tofaş” markalı avtomobil onun avtomobilinin qarşısında saxlamış. Həmin maşınla aralarında 4-5 metr məsafə var imiş. O, avtomobilini saxladıqdan sonra həmin “Tofaş” markalı avtomobil arxya hərəkət edərək avtomobilinin tam qabaqında saxlamış. Eyni zamanda da **-EF-*** dövlət qeydiyyat nişanlı «Mercedes-190» markalı avtomobil də onun avtomobilim sol tərəfində saxlamış. Həmin avtomobilin sürən əvvəllər tanıdığı Bəhruz adlı şəxs imiş. Həmin Bəhruzun avtomobilindən Bəhruzun özü, tanımadığı iki nəfər şəxs və tanışı Elməddin düşmüş. “Tofaş” markalı avtomobildən isə sürücüsü düşmüş. Hər iki avtomobildən düşən şəxslər avtomobilinə yaxınlaşmışlar. Elməddin isə yolun kənarında qalmış. Həmin şəxslərin avtomobillərini onun avtomobilinin qarşısını kəsdiyindən həmçinin də üzərinə gəldiklərindən qorxub avtomobilinin qapılarını bağlamış. Bunu görən əvvəllər tanıdığı Bəhruz mənə avtomobildən düşməyini tələb etmiş. O isə ona düşməyəcəyini, nə sözü varsa durduğu yerdən deməsini bildirmiş. Belə olan halda Bəhruz əlində olan bıçağın arxası ilə avtomobilin qabaq sol şüşəsinə vurmağa başlamış və bir iki zərbədən sonra şüşəni qırmış. Daha sonra Bəhruz və digər tanımadığı həmin üç nəfər şəxs onu zorla avtomobilindən çölə çıxartmışlar və «Mercedes-190» markalı avtomobilə arxaya mindirmişlər. Eyni zamanda Elməddini də onun yanma salmışdılar. Onlardan biri onun sağında, biri isə Elməddinin solunda oturmuş. Bəhruz isə sükana keçib maşını işə salmış. “Tofaş” markalı avtomobilin sürücsü isə öz avtomobilində oturmuş. O, Bəhruza və sağ və solunda oturanlara nə istədiklərini soruşduqda Bəhruz bildirmişdir ki, “az danışın, gedək getdiyiniz yerdə nə istədiyimi bilərsiz”. Bəhruz avtomobili idarə edərək Bakı şəhəri, Nəsimi rayonu, 3 mkr dairəsinə gəlmiş. “Tofaş” markalı avtomobil də Bəhruzun maşının arxasında saxlamış. Bəhruz avtomobili saxladıqdan sonra Bəhruz və digər üç nəfər şəxs onun və Elməddinin gözlərinə qara parça qoyaraq skoçlamışlar. Daha sonra skoçu üzərindən gözünə qara eynək vurmuş, başma da isə kepka qoymuşlar. Yenidən avtomobili hərəkət etdirərək onu gətirib bir otaqa salmışlar. Otaqda gözləri açmışlar. Gözünü açdıqda bir tanımadığı şəxsin də yanında olduğunu görmüş. Zənnicə həmin şəxs evin sahibi imiş. Həmin sonradan gördüyü şəxs evdən “kontur yükləyib qayıdıram” deyərək otaqdan çıxmış və 5 dəqiqədən sonra qayıtmışdı vəəlində olan çeki otaqda olan taxta stolun üzərinə qoydu. Həmin çekə baxdıqda çekdə Yeni Yasamal 2-ciAlatavaİlkin market sözləri yazılmışdı. Həmin vaxtı bilmişdir ki. Yeni Yasamaldadırlar. Belə ki, Bəhruz başda olmaqla digər dörd nəfər şəxslər onlardan hansı yolla pul almaq planını hazırlıyırmışlar. Aralarında olan danışıqları tam eşidə bilməsə də amma bir biriləri ilə danışıqlarından bilirmiş ki, hansısa yolla onlardan pul almaq istəyirlər. KM 5 dəqiqə öz aralarında götür qoy etdikdən sonra onların qarşısında olan masanın üzərinə çoxulu sayda özünün dediyinə görə içində narkotik vasitə olan bükümləri qoymuş. Onunla Elməddinə demişdir ki, “biz sizi telefon vsitəsi ilə videoya çəkəcəyik və siz də həmin bükümlərin sizə aid olduğunu, narkotik vasitələrin satışı ilə məşğul olduğunuzu etiraf edəcəksiz və bundan sonra sizi sərbəst buraxacayıq”. O və Elməddin buna razı olmaqdıqda hər biri onları döyməyə başlamışlar. O da görmüşdür ki, döyməklərinə dözə bilmir və məcbur həmin şəxslərin dediyi ilə razılaşmış. Həmin şəxslərin dediyi kimi narkotik vasitələrin onlara aid olmasını və satışını həyata keçirməklərini təzyiq altında etmişlər. Daha sonra həmin şəxslər onlarn hər birinə narkotik vasitədən istifadə etməklərini tələb etmişlər. Onlar həmin şəxslərin təklifi ilə metamfetamindən istifadə etmişlər. Həmin şəxslər çəkiliş etdilər. Çəkilişi edib bitirdikdən sonra demişlər ki, “Elməddin 5000 manat, sən isə 15000 manat pul tapın verin ki, həmin görüntüləri polisə təqdim etməyək və həmçinin də sosial şəbəkələrdə yayımlamayaq”. Hər ikisi buna etiraz etdikdə yenə də döyməyə başlamışlar. Həm döyülməklərindən, həm də ki, bunun polisə təqdim edilməsindən, həmçinin də sosial şəbəkələrdə yayımlanacağından qorxaraq o, anasına zəng edərək yalandan ona demişdir ki, guya ucuz qiymətə maşın tapmışdır və maşını almağa pul lazımdır. Birinci anası etiraz etmişdir ki, bu qədər pulu tez bir zamanda tapa bilmər. O isə anasına demişdir ki, maşın düşmə və ucuz maşındır, satıb üzərində pul qazanmaq olar və anasını məcbur etmişdir ki, pulu hardansa tapıb onun üzərində olan kart hesabına köçürsün. Bunun üçün də həmin günü saat təqribən 20 radələrində anası 6600 manat pulu ona məxsus “Leo” bank kartına göndərmiş. Kartında da əlavə 2000 manat, cibində isə 200 manat pul var imiş. Pul kartına gəldikdən sonra Bəhruz kartı və üzərində olan 200 manatı ondan almış və demişdir ki, “gedə bilərsiz” və bildirmişdir ki, “əgər bu olanlardan polisə məlumat versəz, çəkilişinizi polisə təqdim edərik”. O, Bəhruza demişdir ki, “kart mənə lazımdır, pulu çıxardıb kartımı qaytarın”. Belə olan halda Bəhruz orda olanlardan Nicata, Şaiqə, Şahinə göstəriş vermişdir ki, “çıxın çöldən bir yerdən kartdan pulu çıxarıb kartı qaytarın”. O və Elməddin, Bəhruzun maşına oturmuş, onlardan da Nicat, Şaiq, Şahin onlarla gəlmişlər. Bəhruz və Anar isə evdə qalmışlar. Yasamal rayon ərazisində bankomat gəzsə də rastlarına bankomat çıxmamış. Bundan sonra Bakı şəhəri Nəsimi rayonu Asif Məhərrəmov küçəsində yerləşən Uni Banka gəlmişlər. Şaiq bankomatdan 8600 manat pulu çıxarmış və kartı da ona qaytarmışdır. Həmin şəxslər onlara demişdir ki, “gedə bilərsiz”. O, həmin şəxslərə bildirmişdir ki, “üstümzdə pulda yoxdur, həmçinin də əynimizdəki paltarlar cırıq cırıq olub, bədənimizdə xəsarətlər vardır, bu vəziyyətdə heç bir marşurut və taksi bizi qəbul etməz”. Belə olan halda onlar Elməddin və onun vəziyyətini görüb xahişiləri ilə onları gətirib götürdükləri yerdə, yəni Binəqədi rayonunda avtomobilinin yanında düşürdülər. Onlar çıxıb getdikdən sonra Elməddin və o evlərinə getmişlər. O, evdə olanlar barəsində danışmış və qərar gəlmişlər ki, polisə müraciət etsinlər. Həmçinin, bildirmişdir ki, evdə onları saxlayanda həmin şəxslər bir-birilərinə müraciətlərindən adlarının Nicat, Şaiq, Şahin və Anar olduğunu bilmişdir. Bunun üçün də o və Elməddin bu barədə Binəqədi RPİ-nin 5-ci PB-nə ərizə ilə şikayət etmişlər. Şikayət etdikdən sonra ona məlum olmuş ki, Bəhruzdan başqa həmin şəxslər, Tofaş markalı avtomobilin sürücüsün adı Nicat, saxlanıldığı evin sahibin adı Şaiq, digər iki nəfər isə Şahin və Anar adlı şəxslər olmuşdur. O, həmin şəxsləri görsə tanıya bilərmiş (cild 2, iş vərəqi 37-41). Zərərçəkmiş şəxs1 ibtidai istintaq zamanı verdiyi və məhkəmə zamanı elan edilərək tədqiq edilmiş ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs1 uzaqdan uzaqa tanısa da lakin yaxından münasibəti yoxdur. Belə ki, Bəhruzun adını soyadını ata adını polis bölməsində olarkən bilmiş. Amma Bəhruzu üzdən tanımamışdır. Ona görə ki, Bəhruz ondan biraz aralıda yaşayırmış. Bəhruzu yaşadığı ərazidə ara bir görmüş və “ara uşağı” kimi tanımış. Eşitdiyinə görə Bəhruz həbsdən təzə çıxmış və qarşısına çıxan zəiflərin əlindən nə varsa almaqla məşğul olurmuş. Mahiyyəti üzrə xx.xx.2022-ci il tarixdə saat 22 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Cəfər Xəndan küçəsi ilə piyada hərəkət edərkən yolun kənarında dayanmış vəziyyətdə olan avtomobildən onu kiminsə səsləməsini eşitmiş. O, həmin şəxsə baxdıqda həmin şəxsin Bəhruz olmasını görmüş. Bəhruz **-EF-*** dövlət qeydiyyat nişanlı «Mercedes-190» markalı avtomobildə oturmuş. O, Bəhruza yaxınlaşanda Bəhruz avtomobldən aşağı düşmüş. Bəhruz ona yaxınlaşan kimi sağ ayağı ilə onun sol ayağının aşağı hissəsindən vuraraq onu yerə yıxmış. O, yerə yıxıldıqda Bəhruz əli ilə yaxasından tutub onu ayağa qaldıraraq üzərində nə varsa verməyini tələb etmiş. O, Bəhruza demişdir ki, onun üzərində heçinə yoxdur. Bəhruz onu y vurmaq istəməyini görmüş, qorxusundan demişdir ki, “üzərimdə “Redmi” markalı mobil telefon, 28 manat pul və 10 ABŞ dolları var”. Bəhruz onları verməyini tələb etmiş. O, qorxusundan “Redmi” markalı mobil telefon, 28 manat pul və 10 ABŞ dollarını Bəhruza vermiş. O, Bəhruza demişdir ki, o, telefonu kreditlə götürmüş və bunu valideyinləri də bilir və ondan soruşsalar o, məcbur olub sənin adını verməli olacaq. Bəhruz ona demişdir ki, “200 manat gətirib verərəsən, ondan sonra telefonunu qaytararam”. O da Bəhruza demişdir ki, “atam evdə məndən telefonu soruşduqda mən sənin adını verməli olacam”. Bəhruz isə cibindən köhnə “İpone-6” markalı telefon çıxararaq üzərində olan nömrəni çıxartmış. Həmçinin onun da telefonunun içindən nömrəni çıxartmış. Nömrələri telefonlarda dəyişdikdən sonra öz telefonunu ona vermiş, və demişdir ki, “200 manat pulu çatdırdıqdan sonra telefonunu qaytararam” və arxasından da bir təpik vuraraq “rədd ol get” demişdir. O da qorxusundan heç bir söz deməyərək oradan qaçaraq uzaqlaşmış. O evdə bu barədə valideyininə demiş və atasının məsləhəti ilə 5-ci Polis bölməsinə ərizə ilə müraciət etmişdir (cild 1, iş vərəqi 68-70). Məhkəmə zəmanı şahid qismində dindirilmiş Şahid2 ifadə verərək göstərmişdir ki, Zərərçəkmiş şəxs3 anasıdır. Hadisə günü Fərid ona zəng edərək kömək lazım olduğunu, pul verməli olduğunu, səbəbini soruşduqda isə sonra deyəcəyini bildirmişdir. Fərid evə gəldikdən sonra ona təzyiq etmiş və səbəbini öyrənmək istəmişdir. O da uşaqlarla dalaşdığını və buna görə baş verdiyini demişdir. Daha sonra polis idarəsinə getmiş və orada izahat vermişdir. Fərid ona zəng etdikdə təqribən 3-5 min manat pul istəmişdir. O da pul köçürmə aparatı ilə Fəridin dediyi pulu onun kartına həmin gün köçürmüşdür. Olanlar barəsində digər oğlu Fəqana söyləmişdir. Fərid həmin gün evə gəlmişdir. O evə gəldikdə üzərində başqa geyim olduğunu görmüşdür. Məhkəmə zəmanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, Zərərçəkmiş şəxs3 onun qardaşıdır. İşdə olarkən Fərid anasına zəng edərək bildirmişdir ki, ucuz maşın var, həmin maşını alıb başqasına satmaqla yaxşı qazanc əldə edəcəkdir və bunun üçün də təcili 7000 manat pul lazımdır. Anası bu barədə ona dedikdə pulları olmadığlndan ilk növbədə buna etiraz etmişlər. Lakin Fəridin təkidindən sonra onlar 7000 manat pulu tapmış və həmin günü anası ilə birlikdə Milli ön terminal vasitəsi ilə həmin 6.600 manat pulu Fəridə məxsus Leobank karta köçürmüşlər. Həmin gün Fərid evə gəlmiş və olanları ona danışmışdır. Lakin Fəridin üzündə və yaxud digər yerlərində hər hansı xəsarətlər olduğunu dəqiq xatırlamır. İstintaq zamanı verdiyi ifadəsini təsdiq edir. Şahid1 ibtidai istintaq zamanı verdiyi və məhkəmə zamanı elan edilərək tədqiq edilmiş ifadəsində göstərmişdir ki Zərərçəkmiş şəxs3 onun qardaşıdır. xx.xx.2022-ci il tarixdə saat 15 radələrində X6 klinikada işdə olarkən Fərid anasına zəng edərək bildirmişdir ki, ucuz maşın var, həmin maşını alıb başqasına satmaqla yaxşı qazanc əldə edəcəkdir və bunun üçün də təcili 7000 manat pul lazımdır. Anası bu barədə ona dedikdə ilk növbədə buna etiraz etmişlər. Ona görə ki, o qədər pulları yox imiş. Lakin Fəridin təkidindən sonra onlar tanışlarından 7000 manat pulu tapmış və həmin günü anası ilə birlikdə təqribən saat 18 radələrində Səbail rayon ərazisində Azneft deyilən yerdən Milli ön terminal vasitəsi ilə həmin 6.600 manat pulu Fəridə məxsus Leobank karta köçürmə etmiş. xx.xx.2022-ci il tarixdə 21 radələrində Fərid evə gəldikdə o, görmüşdür ki, Fəridin üz gözü pis vəziyyətdədir və nə olduğunu soruşduqda bildirmişdi ki, Bəhruz, Nicat, Şahin, Anar, Şaiq adlı şəxslər tərəfindən xx.xx.2022-ci il tarixdə saat 10 radələrindən saat 18 radələrinə kimi Şaiq adlı şəxsin ünvan 12 ünvanda dostu Elməddinlə birilkdə girov saxlanılıb və orada döyülmüş, 6600 manat pulu ona göndərdikdən sonra həmin pulun üzərinə də üzərində olan 2200 manatı qoyaraq onlara 8800 manat pul verdikdən sonra sərbəs buraxılmışlar. Fərid bunları danışdıqdan sonra 5-ci Polis bölməsinə şikayət etmişlər (cild 2, iş vərəqi 92-93). Şahid3 ibtidai istintaq zamanı verdiyi və məhkəmə zamanı elan edilərək tədqiq edilmiş ifadəsində göstərmişdir ki, Bakı şəhərinin müxtəlif yerlərində fəhlə işləyir. 21 iyul 2022-ci il tarixdə günün birinci yarsmda Binəqədi RPİ-nin 5-ci PB-nin qarşısından keçərkən həmin bölmənin polis əməkdaşlarından biri ona yaxınlaşaraq bölmədə 3 nəfərin üzərinə baxış keçirilməsi və onun da həmin baxışda hal şahidi kimi iştirak etməyi təklif olunduqda o, buna etiraz etməyərək polis bölməsinə daxil olmuş və həmin polis bölməsində xidməti otaqların birinə daxil olduqda ona hüquq və vəzifələri izah olunduqdan sonra Təqsirləndirilən şəxs1 adlı şəxsin üzərinə baxış keçirilərkən üzərindən 2 ədəd mobil telefonu, 01 ədəd qara pul kisəsini, 01 ədəd saatı, 01 ədəd üzüyü, 01 ədəd qolbağı, 01 ədəd boyunbağı, 01 ədəd klonu polis işçilərinə təqdim etmiş. Həmin pul kisəsi açıldıqda içindən 7 ədəd 100 manatlıq pul, 02 dədə işlənməyən köhnə 5 manatlıq pul, 05 ədəd kart aşkarlanmış. Həmin əşyalar qablaşdırılaraq protokol tərtib edilmiş. Həmin protokol imza etmək təklif olunduqda polis əməkdaşları və o, həmçinin digər hal şahidi protokola imza etmiş. Əşyaları təqdim edən şəxs isə imza etməkdən imtina etmiş və bildirmişdir ki, üzərindən çıxn əşyalar qaytarılmırsa heç bir protokola imza etməyəcəkdir. Bundan sonra başqa xidməti otaqların birinə dəvət edilmiş və həmin otaqda da ona hüquq və vəzifələri izah olunaraq Təqsirləndirilən şəxs2 təqdim etdiyi 02 ədəd mobil telefon və 300 manat pul təhqiqatçı tərəfindən qablaşdırılmış və protokol tərtib edilmişdir. Həmin protokol imza etmək təklif olunduqda polis əməkdaşları və o, həmçinin digər hal şahidi protokola imza etmiş. Əşyaları təqdim edən şəxs isə imza etməkdən imtina etmiş və bildirmişdi ki, üzərindən çıxan əşyalar qaytarılmırsa heç bir protokola imza etməyəcəkdir, Bundan başqa digər otaqların birinə dəvət olunmuş və orada X5 üzərinə baxış keçirilərkən heç bir əşya və pul aşkarlanmamış. Həmçinin bu barədə də protokol tərtib edilməklə o da daxil olmaqla imzalarla imzalanmışdır (cild 2, iş vərəqi 172-173). Şahid4 ibtidai istintaq zamanı verdiyi və məhkəmə zamanı elan edilərək tədqiq edilmiş ifadəsində Şahid3 ilə eyniməzmunlu və işin faktiki hallarına uyğun ifadə vermişdir. Məhkəmə iş üzrə dindirilmiş və tədqiq edilmiş təqsirləndirilən şəxslərin, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq işdə olan istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də sübut kimi qəbul edir: Şübhəli şəxsin tutulması haqqında xx.xx.2022-ci il tarixli protokollardan görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 həmin tarixdə şübhəli şəxs qismində tutulmuşlar (cild 1, iş vərəqi 96-97). Binəqədi rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs1nün barəsində həbs qətimkan seçilmişdir (cild 1, iş vərəqi 230-231). Binəqədi rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs2 barəsində həbs qətimkan seçilmişdir (cild 1, iş vərəqi 232-233). 22 iyul 2022-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs1 ilə Təqsirləndirilən şəxs2 arasında keçirilmiş üzləşdirmə zamanı Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı verdikləri ifadələri təsdiq etmişlər (cild 1, iş vərəqi 151-155). 22 iyul 2022-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, Təqsirləndirilən şəxs1 ilə Zərərçəkmiş şəxs3 arasında keçirilmiş üzləşdirmə zamanı Zərərçəkmiş şəxs3 ibtidai istintaq zamanı verdiyi ifadəni təsdiq etmişdir (cild 2, iş vərəqi 118-122). 22 iyul 2022-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, Təqsirləndirilən şəxs1 ilə Zərərçəkmiş şəxs2 arasında keçirilmiş üzləşdirmə zamanı Zərərçəkmiş şəxs2 ibtidai istintaq zamanı verdiyi ifadəni təsdiq etmişdir (cild 1, iş vərəqi 165-169). 22 iyul 2022-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, Təqsirləndirilən şəxs1 ilə Zərərçəkmiş şəxs1 arasında keçirilmiş üzləşdirmə zamanı Elçin Novruzov ibtidai istintaq zamanı verdiyi ifadəni təsdiq etmişdir (cild 1, iş vərəqi 162-164). 22 iyul 2022-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, Təqsirləndirilən şəxs2 ilə Zərərçəkmiş şəxs3 arasında keçirilmiş üzləşdirmə zamanı Zərərçəkmiş şəxs3 ibtidai istintaq zamanı verdiyi ifadəni təsdiq etmişdir (cild 2, iş vərəqi 114-117). 22 iyul 2022-ci il tarixli yzləşdirmə protokolundan görünür ki, Təqsirləndirilən şəxs2 ilə Zərərçəkmiş şəxs2 arasında keçirilmiş üzləşdirmə zamanı Zərərçəkmiş şəxs2 ibtidai istintaq zamanı verdiyi ifadəni təsdiq etmişdir (cild 1, iş vərəqi 170-174). İfadənin yerində yoxlanılması haqqında 21 iyul 2022-ci il tarixli protokoldan görünür ki, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs1 ifadələri hadisə yerində yoxlanılmış və işin fatiki hallarına uyğun və ibtidai istintaq zamanı verdikdləri ifadələrinə uyğun ifadələr vermişlər (cild 1, iş vərəqi 47-52, 53-56, 57). Tanınmaya təqdim etmə haqqında 26 avqust 2022-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 X10, X9 və X7 fotocədvəl əsasında tanınmaya təqdim edilmiş və zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 həmin şəxləri tanıyaraq onlara qarşı hadisəni törədən şəxslər olmasını bildirmişdir (cild 2, iş vərəqi 58-59, 60-61, 62-63, 64, 65-66, 67-68, 69-70,71). Təqdim etmə və götürmə haqqında 21 iyul 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 2 ədəd mobil telefon, 1 ədəd qara rəngli pul kisəsi, 1 ədəd metal üzük, 1 ədəd metal qol saatı, 1 ədəd metal qolbaq, 1 ədəd metal boyunbağı, 1 ədəd metal klon təqdim etmişdir; təqdim olunan 1 ədəd telefon qara rəngli, Redmi markalı, içərisində ***-***-**-** nömrəsi var, digər mobil telefon ağ rəngli Redmi markalı, içərisində ***-***-**-** nömrəsi var; pul kisəsi suni dəridəndir, üzərində QİVİS yazısı var, içərisində 1 ədəd üzərində “Status avto” yazılan kart, 1 ədəd üzərində “Classic” yazılan **********451515 nömrəli Xalq Banka aid kart, 1 ədəd üzərində **********486965 nömrəli Elçin Xəlilov yazılan kart,l ədəd **********540808 nömrəli Aynur Heydərovaya məxsus kart, 7 ədəd 100 manatlıq əskinasla 700 manat pul aşkar olunmuşdur; digər 1 ədəd metal üzük, 1 ədəd metal qol saatı, 1 ədəd metal qolbaq, 1 ədəd metal boyunbağı, 1 ədəd metal klon qiymətli metal deyildir; həmin əşyalar qablaşdırılaraq imzalanmışdır (cild 1, iş vərəqi 27-28) Baxış keçirilməsi haqqında 08 avqust 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 təhqiqata təqdim etdiyi əşyalara baxış keçirilmiş, baxış zamanı müəyyən olunmuşdur ki, 01 ədəd «RedMi» markalı mobil telefon qara rəngdə olan mobil telefondur; həmin mobil telefonun üərində ***-***-**-** saylı mobil nömrə vardır; həmin mobil telefonun giriş kodu dörd ədəd sıfırlardan (0000) ibarətdir; həmin telefonun yaddaşında fotoşəkil yerinə, yaddaş kartına baxış keçirlərkən müəyyən edildi ki, həmin mobil telefonun vidio komerası ilə xx.xx.2022-ci il tarixdə saat 07:57-də iş üzrə Zərərçəkmiş şəxs2 döyülməsi çəkilmişdir; həmin vidogörüntü 43 saniyədən ibarətdir; baxış zamanı zərərçəkmiş şəxs bildirmişdir ki, həmin videogörüntüdə döyülən şəxs özü və onu döyən şəxslər Bəhruz, Nicat, Anar, Şahin adlı şəxslərdir; videonu da Bəhruz çəkmişdir; həmçinin ağ rəngli «RedMi» markalı mobil telefona baxış zamanı müəyyən edilmişdir ki, həmin mobil telfonun üzərində ***-***-**-** saylı nömrə vardır; həmin telefonun WhatsApp bölümündə olan ***-***-**-** nömrəsinin WhatsApp bölümündən ***-***-**-** saylı nömrənin WhatsApp bölmünə 05 fayl vidogörünütü gəlmişdir; həmin vidogörüntülərdə iş üzrə zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 məxsusdur (cild 2, iş vərəqi 44-46). Məhkəmə-tibb ekspertizası üzrə xx.xx.2022-ci il tarixli 1537 nömrəli ekspert rəyinə əsasən Zərərçəkmiş şəxs3 bədən səthində döş qəfəsinin arxa səthinin dərialtı hematoması, təpə nahiyəsinin, sağ və sol qulaq seyvanlarının, sol bazu oynağı nahiyəsinin sol bazu nahiyəsinin, döş qəfəsinin qançırları, sol dirsəkoynağı nahiysəinin sıyrığı kimi xəsarətlərlə müşaiyət olunan və sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül zərərvurmaya aid xəsarətlərdir, digər xəsarətlər isə həm ayrı-ayrılıqda, həm birlikdə sağlamlığa zərər vurmayan xəsarətlərə aid edildiklərindən dərəcələri təyin olunmur (cild 2, iş vərəqi 97-99). Məhkəmə-tibb ekspertizası üzrə xx.xx.2022-ci il tarixli 1538 nömrəli ekspert rəyinə əsasən Zərərçəkmiş şəxs2 bədən səthində başın təpə nahiyəsinin qaçırları ilə müşaiyət olunan xəsarətlər sağlamlığa zərər vurmayan xəsarətlərə aid edildiklərindən dərəcələri təyin olunmur (cild 2, iş vərəqi 100-102). Məhkəmə-tibb ekspertizası üzrə xx.xx.2022-ci il tarixli 1541 nömrəli ekspert rəiynə əsasən Zərərçəkmiş şəxs1 bədən səthində boyun nahiyəsinin sıyrığı, sol dirsək oynağı nahiyəsinin və sol said nahiyəsinin səthi əzilmiş yaraları başın təpə nahiyəsinin qaçırları ilə müşaiyət olunan xəsarətlər sağlamlığa zərər vurmayan xəsarətlərə aid edildiklərindən dərəcələri təyin olunmur (cild 2, iş vərəqi 103-105). 08 fevral 2023-cü il tarixli qərarla Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.1, 180.2.2, 180.2.4, 144.2.1, 144.2.3, 144.2.5, 144.2.6, 236.2.1, 236.2.3 və 236.2.4-cü maddələri ilə və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.1, 180.2.4, 144.2.1, 144.2.3, 144.2.5, 144.2.6, 236.2.1, 236.2.3, 236.2.4-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işindən qrupun digər üzvləri barəsində ayrı icraata ********* №-li cinayət işi ayrılmışdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.4 və 236-cı maddələrinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.10-cu maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 14 iyul 2023-cü il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 236-cı maddəsində nəzərdə tutulmuş cinayət əməlinin obyektiv cəhəti narkotik vasitələrin və ya psixotrop maddələrin istehlakına təhrik etmə hərəkətində ifadə olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun həmin qərarında göstərilir ki, Cinayət Məcəlləsinin 236-cı maddəsində nəzərdə tutulmuş cinayət əməli subyektiv cəhətdən birbaşa qəsd formasında, zərərçəkmiş şəxsi narkotik vasitədən və ya psixotrop maddədən istifadə etməyə təhrik etmə məqsədilə törədilir; belə ki, təqsirkar bu hərəkətlərin zərərçəkmiş şəxsin sağlamlığına zərər vura biləcəyini dərk edir, onun narkotik aludəçisi ola biləcəyini qabaqcadan görür və bunu arzu edir; burada məqsəd (narkotik vasitədən və ya psixotrop maddədən istifadə etməyə təhrik etmə) cinayət tərkibinin zəruri əlamətidir və həmin əməlin törədilməsində belə məqsəd olmazsa, bu, Cinayət Məcəlləsinin 236-cı maddəsində nəzərdə tutulmuş cinayət tərkibini yaratmaz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun həmin qərarında həmçinin göstərilir ki, təhrik konkret şəxsə qarşı yönəlmiş hərəkət kimi qəbul olunur; təhrik etmənin bu cür qəbul olunması həmçinin onunla bağlıdır ki, hüquq ədəbiyyatında narkotik vasitələrin və ya psixotrop maddələrin istehlakına təhrik etmə təhrikçiliyin xüsusi forması kimi dəyərləndirilir, yəni başqa şəxsə bu və ya digər formada edilən təsir onu cinayət və ya digər hüquqazidd hərəkəti etməyə qətiyyətləndirir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun həmin qərarında həmçinin göstərilir ki, narkotik vasitələrin və ya psixotrop maddələrin istehlakına təhrik etmə şəxsi bu maddələri istehlak etmək üçün dilə tutma, təklif etmə, məsləhət vermə, bu maddələri qəbul etdikdən sonra yaranan hislər barədə həvəs və arzu yaratmada ifadə olunur və bu cür təhrik etmə ümumi insan kütləsinə deyil, konkret şəxsə və ya şəxslərə ünvanlanmalıdır; əks yanaşma, yəni, təhrik olunanın fərdiləşdirilməməsi cinayət qanununun genişləndirici təfsirinə gətirib çıxarardı ki, bu da qanunçuluq prinsipi ilə uzlaşmır. Məhkəmədə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 236.2.1, 236.2.3 və 236.2.4-cü maddələri ilə onlara verilmiş ittiham üzrə özlərini təqsirli bilməmişlər; belə ki, Təqsirləndirilən şəxs2 ümumiyyətlə zərəçəkmiş şəxslər Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs2 aparıldığı və narkotik vasitələrin istifadəsinə təhrik edilməsi qeyd edilən mənzilə getmədiyini, Təqsirləndirilən şəxs1lə Dərnəgül ərazisində söhbətləşdikdən sonra ayrıldığını bildirmiş, daha sonra baş vermiş hadisələr barədə məlumatının olmadığını qeyd etmiş; Təqsirləndirilən şəxs1 isə Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs2 onunla birlikdə yaşadığı mənzilə könüllü gəlməsini, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs2 narkotik vasitə istifadəçisi olmalarını, onlara məcburi şəkildə və ya zor tətbiq etməklə narkotik vasitə çəkdirməməsini, evdə narkotik vasitə çəkdikdə videoya qeydə almaqda məqsədinin Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs2 gələcəkdə yenə narkotik vasitələrin satışı və istifadəsi ilə məşğul olduqları təqdirdə həmin videogörüntüləri polisə təqdim etmək olduğunu demişdir; zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs2 da məhkəmədə hər biri ayrı-ayrılıqda ifadə verərkən onlara kiminsə zorla narkotik vasitə çəkdirmədiyini, narkotik vasitə çəkərkən görüntülərinin videoya alınmasını sonradan bildiklərini qeyd etmişlər. Lakin iş üzrə toplanmış digər sübutlarla, eləcə də zərəçəkmiş şəxslərin, şahidlərin ibtidai istintaq zamanı verdikləri ifadələrlə və Yasamal RPİ tərəfindən məhkəməyə təqdim edilmiş 1 ədəd CD diskə məhkəmə zamanı aparılmış baxış zamanı təqsirləndirilən və zərərçəkmiş şəxslərin ibtidai istintaq zamanı verdikləri ifadələrinin işin fatiki hallarına tam olaraq ayğun olmasını, məhkəmə zamanı isə verdiklər ifadələrin işin faktiki hallarına qismən uyğun olmaması müəyyən olunmuşdur. Məhkəmə hesab edir ki təqsirləndirilən şəxslərin məhkəmədə verdikləri ifadələr cinayət məsuliyyətindən yayınmaq məqsədi ilə verilmişdir. Məhkəmə eyni zamanda hesab edir ki, başqa cinayət işi üzrə barəsində həbs qətimkan tədbiri seçilmiş və təqsirləndirilən şəxslər Bəhruz Hüseynov və Nicət Əliyevlə eyni istintaq təcridxanasında saxlanılan zərərçəkmiş şəxs Elməddin İsmaylıovun məhkəmə zamanı verdiyi ifadəsi də təqsirləndirilən şəxslərə qarşı ifadə verməmək məqsədi daşıyır. Belə ki, Yasamal RPİ tərəfindən məhkəməyə təqdim edilmiş videogörüntülərin köçürüldüyü 1 ədəd CD diskə məhkəmə zamanı baxış keçirilmiş və həmin videogörüntülərdə Zərərçəkmiş şəxs3 metamfetamin olması ehtimal edilən psixotrop maddəni şüşə borucuqda yandırmaqla istifadə etməsi, onun və digər Zərərçəkmiş şəxs2 narkotik vasitələrin satışı ilə məşğul olması barədə videonu çəkən şəxsə qarşı etiraflar etməsi, eləcə də Zərərçəkmiş şəxs2 səs oxşarlığı səbəbi ilə Təqsirləndirilən şəxs1 olması ehtimal edilən şəxslə birlikdə digər bir şəxs tərəfindən döyülməsi və təhqir edilməsi öz əksini tapmışdır; Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs2 döyən və təhqir edən şəxsin özü olmasını göstərərək, həmin görüntülərin məhz özü tərəfindən Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs2 gələcəkdə yenə narkotik vasitələrin satışı və istifadəsi ilə məşğul olduqları təqdirdə həmin videonu polisə təqdim etmək məqsədi ilə qeydə alındığını məhkəmədə etiraf etmişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 236.2.1, 236.2.3 və 236.2.4-cü maddələri ilə verilmiş ittiham üzrə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs2 məhkəmə zamanı verdikləri və ibtidai istintaq zamanı verdikləri ifadələri ilə ziddiyyət təşkil edən ifadələrini cinayət işinin materiallarına və işin faktiki hallarına uyğun hesab etmir. Məhkəmə təqsirləndirilən şəxslərə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144.2.1, 144.2.3, 144.2.5, 144.2.6-cı maddələri ilə verilmiş ittihamla bağlı qeyd edir ki, adam oğurluğu insanın iradəsinə zidd olaraq, zorla bir yerdən başqa yerə aparılması və saxlanılmasını özündə ehtiva edir. Həmin cinayətin obyekti - insanın şəxsi azadlıq hüququ, obyektiv cəhəti – zərərçəkmişin iradəsinə zidd və ya iradəsindən kənar surətdə onu daimi və ya müvəqqəti yaşadığı, yaxud faktiki olduğu yerdən qanunsuz olaraq başqa yerə aparıb saxlamada ifadə olunan fəal hərəkətlərdir; bu cinayət qanunvericilik quruluşuna görə formal tərkiblidir, şəxs tutulduğu və başqa yerdə saxlandığı andan başa çatmış sayılır; əməl o vaxt iki və ya daha çox şəxsi oğurlama kimi tövsif olunur ki, təqsirkarın cinayəti törətməzdən əvvəl niyyəti iki və daha artıq şəxsi oğurlamağa yönəlir; tamah məqsədi dedikdə, şəxsin qohumlarından və ya taleyi ilə maraqlanan digər şəxslərdən pul tələb edilməsi məqsədi başa düşülür. Məhkəmədə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144.2.1, 144.2.3, 144.2.5, 144.2.6-cı maddələri ilə onlara verilmiş ittiham üzrə də özlərini təqsirli bilməmişlər; belə ki, Təqsirləndirilən şəxs2 eyni məzmunlu ifadə verərək Təqsirləndirilən şəxs1la Dərnəgül ərazisində söhbətləşdikdən sonra ayrıldığını bildirmiş, daha sonra hansı hadisələrin baş verməsi haqqında məlumatının olmadığını qeyd etmiş; Təqsirləndirilən şəxs1 isə Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs2 könüllü olaraq onunla birlikdə yaşadığı mənzilə gəlməsini, onları oğurlamaq niyyətinin olmamasını, Zərərçəkmiş şəxs3 avtomobilinin şüşəsi qırıldığından təmir olunanadək ondan ayrılmayacağını söyləyərək birlikdə özünə (Təqsirləndirilən şəxs1) məxsus avtomobilə əyləşməsini, Elməddinin isə Fəridin avtomobilinə əyləşərək sürüb arxalarınca gəldiklərini bildirmişdir; Zərərçəkmiş şəxs2 isə ibtidai istintaqdakı ifadəsinə zidd olaraq məhkəmədə Təqsirləndirilən şəxs1 və digərləri tərəfindən oğurlanmadığını, özü onlarla könüllü getdiyini bildirmişdir. Lakin Zərərçəkmiş şəxs3 məhkəmə zamanı ifadə verərkən hadisənin məhz ittihamda qeyd edildiyi kimi olmasını, yəni Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və tanımadığı digər şəxslər tərəfindən avtomobilinin qabağı və arxası kəsildikdən, hərəkəti məhdudlaşdırıldıqdan sonra Təqsirləndirilən şəxs1 əlində olan bıçaqla avtomobilinin şüşəsini sındırmasını, həmin şəxslər tərəfindən zorla avtomobildən düşürdülərək Zərərçəkmiş şəxs2la birgə Bəhruza məxsus avtomobilə əyləşdirilib oradan aparılmasını qeyd etmişdir. İş üzrə toplanmış digər sübutlarla, eləcə də zərəçəkmiş şəxslərin, şahidlərin ibtidai istintaq zamanı verdikləri ifadələrlə təqsirləndirilən şəxslərin və Zərərçəkmiş şəxs2 həmin hissədə də bildirdiklərinin işin faktiki hallarına uyğun olmadığı müəyyən olunmuşdur. «Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 1 №-li 3 mart 2005-ci il tarixli qərarının 6-cı maddəsinə əsasən soyğunçuluq və quldurluq cinayətini əmlakın hədə-qorxu ilə tələb edilməsi cinayətindən (CM-in 182-ci maddəsi) fərqləndirərkən nəzərə almaq lazımdır ki, soyğunçuluq və quldurluqda əmlakın ələ keçirilməsi zor tətbiq edilməsi ilə eyni vaxtda və ya ondan dərhal sonra baş verirsə, özgə əmlakını hədə-qorxu ilə tələb etmə zamanı təqsirli şəxsin əməli əmlakın və ya ona olan hüquqların gələcəkdə əldə edilməsinə yönəlir. Həmin Qərarın 15-ci maddəsinə görə, Cinayət Məcəlləsinin 177-ci maddəsinin qeydinin 3-cü bəndinə müvafiq olaraq oğurluq, soyğunçuluq və ya quldurluq cinayətlərinin «təkrarlıq» əlamətləri üzrə tövsif edilməsi üçün CM-in 177, 178, 180, 181-ci maddələri ilə, habelə CM-in 179. 182, 183, 184 və 185-ci maddələri ilə nəzərdə tutulan cinayətlərin törədilməsi (hər hansı ardıcıllıqla) əsas ola bilər. Oğurluq, soyğunçuluq və quldurluq cinayətlərindən əvvəl CM-in 217, 227, 232 və 235-ci maddələri ilə nəzərdə tutulmuş cinayətlərdən hər hansı birinin törədilməsi də eyni qaydada tövsif edilir. Həmin Qərarın 15-ci maddəsinə görə Cinayət Məcəlləsinin 16.3-cü maddəsinə müvafiq olaraq oğurluq, soyğunçuluq və ya quldurluq törətmiş şəxslərin əməlini yuxarıda qeyd edilən əlamətlə (CM-in 177.2.2, 180.2.2 və 181.2.2-ci maddələri ilə) həm də o zaman tövsif etmək olar ki, Azərbaycan Respublikası CM-in 177-ci maddəsinin qeydinin 3-cü bəndində sadalanan cinayətlərə görə məhkumluq yeni cinayət törədilən anda ödənilməmiş və ya götürülməmiş olsun və törədilmiş əməlləri CM-in 177.3.3, 180.3.3 və 181.3.4-cü maddələri ilə hüquqi tövsif etmək üçün əsaslar olmasın. Şəxsin özgə əmlakını müxtəlif formada bir neçə dəfə talaması (məsələn oğurluq və soyğunçuluq), yaxud CM-in 177.1, 177.2, 177.3, 180.1, 180.2, 180.3, 181.1, 181.2, 181.3cü maddələri ilə tövsif edilməli olan bir neçə cinayət törətməsi hallarında, şəxs həmin əməllərə görə məhkum edilməmişsə, göstərilən cinayətlərin məcmusu yaranır. Bu zaman vaxt etibarilə sonrakı epizodlar cinayələrin «təkrarlığı» əlaməti ilə tövsif edilməlidir. Məhkəmədə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.1, 180.2.2, 180.2.4-cü maddələri ilə onlara verilmiş ittiham üzrə də özünü təqsirli bilməmiş, yalnız Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə təqsirli bilmiş, Təqsirləndirilən şəxs2 isə ittiham olunduğu 180.2.1, 180.2.4-cü maddələri ilə özünü təqsirli bilməmişdir; belə ki, Təqsirləndirilən şəxs2 digər epizodlarda olduğu kimi eyni məzmunlu ifadə verərək Bəhruzla Dərnəgül ərazisində söhbətləşdikdən sonra ayrıldığını bildirmiş, daha sonra hansı hadisələrin baş verməsi haqında məlumatının olmadığını qeyd etmişdir; Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs1 epizodu üzrə bildirmişdir ki, Elvin ona 70-80 manat pul borclu olmuş, o da Elvinin ona olan borcu müqabilində öz «İphone 6» markalı mobil telefonunu Elvinə vermiş və Elvindən sonuncunun «Redmi» markalı mobil telefonunu almış, borcu qaytardıqda telefonu qaytaracağını Elvin Nlvruzova bildirmişdir; o, Zərərçəkmiş şəxs2 və Elvin Novruzu vurmamış, onları döyməmiş, soyğunçuluq etməmişdir; Xarici ölkədə olması səbəbi ilə məhkəmədə iştirak etməyən və məhkəmədə dindirilməsi mümkün olmayan Zərərçəkmiş şəxs1 ibtidai istintaq zamanı verdiyi və məhkəmə zamanı elan edilərək tədqiq edilmiş ifadəsindən görünür ki, 18 iyul 2022-ci il tarixdə Təqsirləndirilən şəxs1 sağ ayağı ilə onun sol ayağının aşağı hissəsindən vuraraq yerə yıxmış, yerə yıxıldıqda Bəhruz əli ilə yaxasından tutub onu ayağa qaldıraraq üzərində nə varsa verməyini tələb etmiş, Təqsirləndirilən şəxs1 ondan «Redmi Not 11» markalı mobil telefonu, 10 ABŞ dollarını və 28 manat nağd pulunu ələ keçirərək soyğunçuluq etmişdir. Zərərçəkmiş şəxs1 həmin ifadəsində Təqsirləndirilən şəxs1 ona özünə məxsus «İphone 6» markalı mobil telefonunu verməsi xüsusatı barədə heç nə göstərməmişdir. Məhkəmə-tibb ekspertizası üzrə xx.xx.2022-ci il tarixli 1541 nömrəli ekspert rəyi ilə Zərərçəkmiş şəxs1 bədən səthində müəyyən edilmiş boyun nahiyəsinin sıyrığı, sol dirsək oynağı nahiyəsinin və sol said nahiyəsinin səthi əzilmiş yaraları, başın təpə nahiyəsinin qançırları lokalizasiyasına, yetirilmə mexanizminə və xarici yaralayan faktorlara görə Təqsirləndirilən şəxs1 tərəfndən Zərərçəkmiş şəxs1 zor tətbiq olunmasını təsdiq edir. Toplanmış digər sübutlarla da təqsirləndirilən şəxslərin və Zərərçəkmiş şəxs2 məhkəmə zamanı işin fatiki hallarına uyğun olmayan ifadələr vermələri müəyyən olunmuşdur. Təqsirləndiilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 məhkəməyə verdikləri ifadədərinin həqiqətə uyğun olmaması o cümlədən Yasamal RPİ-nini məhkəməyə təqdim etdiyi videogörüntülərlə təsdiq olunur. Zərərçəkmiş şəxs2 məhkəmənin hazırlıq iclasında bildirmişdir ki, müstəntiq onu cinayət işinin materialları ilə tanış etməmiş, istintaqın materialları ilə zərərçəkmiş şəxsi tanış etmək haqqında 13 fevral 2023-cü il tarixli protokolda (4-cü cild iş vərəqi 91), zərərçəkmiş şəxs qrafasının qarşısında olan imza və ad soyad onun tərəfindən icra edilməmişdir, ümumiyyətlə yazmağı bacarmır, lakin imza edə bilir. Məhkəmə tərəfindən qeyd edilən xüsusatın araşdırılması üçün məhkəmə-xətşünaslıq tədqiqatının metodikası üzrə xüsusi biliklərin tələb edildiyi nəzərə alınaraq, təqdim edilmiş sənədlərin Zərərçəkmiş şəxs2 tərəifndən imzalanalıb-imzalanmamasını müəyyən etmək məqsədilə məhkəmə-xətşünaslıq ekspertizası təyin edilmişdir. Məhkəmə-xətşünaslıq ekspertizası üzrə 7 iyun 2023-cü il tarixli ekspert rəyinə əsasən ekspertizaya təqdim edilmiş cinayət işinin materiallarında olan Zərərçəkmiş şəxs2 adı qarşısıda mövcud olan bütün imzalar Zərərçəkmiş şəxs2 özü tərəfindən icra edilmişdir. Zərərçəkmiş şəxs2 məhkəmədə ibtidai istintaq zamanı verdiyi ifadələrə zidd ifadələr verməsi, ibtidai istintaq zamanı verdiyi ifadələrini eləcə də istintaq hərəkətləri zamanı bildirdiklərini öz imzası ilə təsdiq etdiyi halda, məhkəmədə imzaların ona məxsus olmamasını qeyd edərək mübahisələndirməsi məhkəmə zamanı ətraflı araşdırılmış və Zərərçəkmiş şəxs2 həmin hissədə həqiqətə uyğun olmayan ifadə verməsi öz təsdiqini tapmışdır. Beləliklə, məhkəmə toplanmış və tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətmiş olduqları cinayət əməlləri istintaq orqanı tərəfindən düzgün tövsif edilmiş və məhkəmə istintaqı zamanı tam sübuta yetirilmişdir, onların cinayət məsuliyyətindən və cəzadan azad edilmələri üçün əsaslar müəyyən edilməmişdir. Cinayətlərin təsnifatına görə Azərbaycan Respublikası CM-in 180.2.1, 180.2.2, 180.2.4-cü maddələri az ağır cinayətlər, həmin Məcəllənin 144.2.1, 144.2.3, 144.2.5, 144.2.6, 236.2.1, 236.2.3 və 236.2.4-cü maddələri isə ağır cinayətlər kateqoriyasına daxildir. Belə ki, Azərbaycan Respublikası CM-in 15.3-cü maddəsinə əsasən qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi yeddi ildən artıq olmayan əməllər az ağır cinayətlər, həmin Məcəllənin 15.4-cü maddəsinə əsasən qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi on iki ildən artıq olmayan əməllər ağır cinayətlər hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.1, 180.2.2 və 180.2.4-cü maddələrinin sanksiyasında üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə cəzası, həmin Məcəllənin 144.2.1, 144.2.3, 144.2.5 və 144.2.6-cü maddələrində cəkkiz ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə cəzası və həmin Məcəllənin 236.2.1, 236.2.3 və 236.2.4-cü maddələrinin sanksiyasında beş ildən on ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəza təyin edərkən onların törətdikləri cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətlərini, cəzalarını yüngülləşdirən və ağırlaşdıran halların olubolmamasını, o cümlədən onları səciyyələndirən halları və təyin olunacaq cəzaların onların islah olunmasına və onların ailə vəziyyətinə təsirini nəzərə alır. Azərbaycan Respublikası CM-in 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs1 məsuliyyətini yüngülləşdirən hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-in 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs2 məsuliyyətini yüngülləşdirən hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələnamədən görünür ki, Təqsirləndirilən şəxs1 Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsində təqsirli bilinib 3 il 5 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur. Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2017-ci tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsində təqsirli bilib 5 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir; xx.xx.2017-ci il tarixində Bakı Apelyyasiya məhkəməsinin qərarına əsasən Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü dəyişdirilərək cəzası 4 il azadlıqdan məhrum etmə cəzasına endirilmişdir; xx.xx.2021-cİ il tarixdə Bakı Apelyasiya Məhkəməsinin qərarı ilə Nizami rayon məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ləğv olunaraq cəzasının çəkilməmiş qalan hissəsini çəkməkdən vaxtından əvvəl şərti azad olunmuşdur; Azərbaycan Respublikası CM-in 83.3.4-cü maddəsinə əsasən ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə məhkumluqları ödənilmiş hesab olunur. Azərbaycan Respublikası CM-in 83.4-cü maddəsinə əsasən məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. Cinayətlərin təsnifatına görə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 sonuncu məhkumluqları üzrə təqsirli bilindikləri Azərbaycan Respublikası CM-in 126.1-ci maddəsi ağır cinayətlər kateqoriyasına daxildir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hazırki iş üzrə cinayət işi üzrə ilk epizodu 18 iyul 2022-ci il tarixdə törətdiklərindən Cinayət Məcəlləsinin 83.3.4-cü maddəsi ilə nəzərdə tutulmuş 6 il müddət keçməmişdir. Odur ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 83.3.4-cü maddəsinə əsasən məhkumluğu ödənilməmiş şəxslər hesab edilirlər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə görə residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Azərbaycan Respublikası CM-in 61.1.1–ci maddəsinə əsasən cinayətlərin residivi Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran hal kimi müəyyən olunmuşdur. Azərbaycan Respublikası CM-in 61.1.1–ci maddəsinə əsasən cinayətlərin residivi Təqsirləndirilən şəxs2 oğlunun cəzasını ağırlaşdıran hal kimi müəyyən olunmuşdur. Azərbaycan Respublikası CM-in 60.1-ci maddəsinə əsasən həmin Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 münasibətdə Cinayət Məcəlləsinin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrində nəzərdə tutulmuş cəzanı yüngülləşdirən halların müəyyən edilməməsi və cəzalarını ağırlaşdıran halın olması onların barəsində Cinayət Məcəlləsinin 60-cı maddəsinin tətbiqini istisna edir. Azərbaycan Respublikası CM-in 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Belə ki, həmin Məcəllənin 8-ci maddəsinin tələbinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət - hüquqi xarakterli tədbirlər ədalətli, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə kollegiyası işin hallarına əsasən, Azərbaycan Respublikası CM-in tələblərinə riayət etməklə, ədalət prinsipini və sosial ədalətin bərpasını, cəzanın məhkumun islah edilməsinə və təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaqla preventiv rol oynamasını və təyin olunacaq cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası CM-in 8 və 9-cü maddələrinə görə, cinayət törətmiş şəxsə tətbiq edilən cəza ədalət və humanizm prinsiplərinə əsaslanaraq, hər bir halda zərər çəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli 4 №-li qərarının 1-ci bəndinin tövsiyyəsinə görə: - hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir; - cinayət qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır; - cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Həmin qərarın tövsiyyəsinə əsasən məhkəmələr işin konkret hallarını nəzərə alaraq daha yüngül cəza təyin edilməsi məsələsini də müzakirə etməlidirlər. Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsinin tələblərinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. «Məhkəmə Hökmü Haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 27 dekabr 1996-cı il tarixli 4 №-li qərarının 13-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin etmək hallarına yol verməməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsində birbaşa göstərilir ki, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan hesablanmalıdır. Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələblərinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 mart 2006-cı il tarixli 5 saylı qərarının 15-ci bəndində göstərilir ki, «İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə, şəxsin həbsdə saxlanılma müddəti müəyyən edilərkən, onun şübhəli şəxs (təqsirləndirilən şəxs) kimi tutulduğu andan barəsində hökm çıxarılanadək həbsdə saxlanıldığı müddət nəzərə alınır». Məhkəmə kollegiyası Avropa Məhkəməsinin hüquqi mövqeyini və Cinayət- Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təyin olunmuş azadlıqdan məhrum etmə cəzalarının başlanğıcı tutulduqları 21 iyul 2022-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası CM-in 56.1.3-cü maddəsinin tələblərinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün ciddi rejimli cəza çəkmə müəssisələri müəyyən edilir. Beləliklə, məhkəmə kollegiyası: -Təqsirləndirilən şəxs1 cəza təyin edilməsi məsələsini müzakirə edərkən, şəxsiyyətini, törətdiyi cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən halın olmamasını və cəzanı ağırlaşdıran hal kimi cinayətlərin residivinin olmasını və işin digər hallarını nəzərə alaraq törətdiyi cinayətləri nəzərdə tutan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.1, 180.2.2, 180.2.4, 144.2.1, 144.2.3, 144.2.5, 144.2.6, 236.2.1, 236.2.3 və 236.2.4-cü maddələrinin sanksiyasında müəyyən edilmiş həddə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini, Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplanılmaqla Təqsirləndirilən şəxs1 qəti olaraq azadlıqdan məhrumetmə cəzasının təyin edilməsini, həmin Məcəllənin 56.1.3-cü maddəsinə əsasən azadlıqdan məhrumetmə cəzasının çəkilməsi üçün ciddi rejimli cəzaçəkmə müəssisəsinin müəyyən edilməsini, cəza çəkməsinin başlanğıcının tutulduğu 18 iyul 2022-ci il tarixdən hesablanmasını cəza siyasətinin məqsədlərinə uyğun hesab edir; -Təqsirləndirilən şəxs2 cəza təyin edilməsi məsələsini müzakirə edərkən, şəxsiyyətini, törətdiyi cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən halın olmamasını və cəzanı ağırlaşdıran hal kimi cinayətlərin residivinin olmasını və işin digər hallarını nəzərə alaraq törətdiyi cinayətləri nəzərdə tutan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.1, 180.2.4, 144.2.1, 144.2.3, 144.2.5, 144.2.6, 236.2.1, 236.2.3, 236.2.4-cü maddələrinin sanksiyasında müəyyən edilmiş həddə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini, Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplanılmaqla Təqsirləndirilən şəxs2 qəti olaraq azadlıqdan məhrumetmə cəzasının təyin edilməsini, həmin Məcəllənin 56.1.3-cü maddəsinə əsasən azadlıqdan məhrumetmə cəzasının çəkilməsi üçün ciddi rejimli cəzaçəkmə müəssisəsinin müəyyən edilməsini, cəza çəkməsinin başlanğıcının tutulduğu 18 iyul 2022-ci il tarixdən hesablanmasını cəza siyasətinin məqsədlərinə uyğun hesab edir. Məhkəmə kolegiyası Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində Azərbaycan Respublikası CM-in 62 və 70-ci maddələrinin tətbiqinə əsas görmür. Məhkəmə kollegiyası hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının CM-in 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Azərbaycan Respublikasının CM-in 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilmədi. İş üzrə maddi sübutlar - Təqsirləndirilən şəxs2 idarə etdiyi Tofaş Şahin markalı Az**- SN-*** DQN-lı avtomobilin Təqsirləndirilən şəxs2 yaxınlarına təhvil verilməsi nəzərə alınmalı; Təqsirləndirilən şəxs1 idarə etdiyi Mercedes Benz 190 Minik markalı, Az**-EF-*** d.q.n-lı avtomobilin Təqsirləndirilən şəxs1 yaxınlarına təhvil verilməsi nəzərə alınmalı; 1 ədəd qara rəngli Redmi markalı mobil telefon, 1 ədəd ağ rəngli Redmi markalı mobil telefon, 1 ədəd qara rəngli pul kisəsi, 1 ədəd metal üzük, 1 ədəd metal qol saatı, 1 ədəd metal qolbaq, 1 ədəd metal boyunbağı, 1 ədəd metal klon, 1 ədəd üzərində “Status avto” yazılan kart, 1 ədəd üzərində “Classic” yazılan **********451515 nömrəli Xalq Banka aid kart, 1 ədəd üzərində **********486965 nömrəli Elçin Xəlilov yazılan kart, 1 ədəd **********540808 nömrəli Aynur Heydərovaya məxsus kart, 7 ədəd 100 manatlıq əskinasla 700 manat pul, Təqsirləndirilən şəxs2 üzərindən aşkar olunan 300 manat pul olmaql maddi sübutlardan- pul əskinaslarının Zərərçəkmiş şəxs3 Müşfiq oğluna qaytarılması, Redmi Note 11 markalı mobil telefonun Zərərçəkmiş şəxs1ov oğlunun atası Novruz Novruzluya qaytarılması nəzərə alınmalı, 1 ədəd ağ rəngli Redmi markalı mobil telefon, 1 ədəd qara rəngli pul kisəsi, 1 ədəd metal üzük, 1 ədəd metal qol saatı, 1 ədəd metal qolbaq, 1 ədəd metal boyunbağı, 1 ədəd metal klon, 1 ədəd üzərində “Status avto” yazılan kart, 1 ədəd üzərində “Classic” yazılan **********451515 nömrəli Xalq Banka aid kart, 1 ədəd üzərində **********486965 nömrəli Elçin Xəlilov yazılan kart,l ədəd **********540808 nömrəli Aynur Heydərovaya məxsus kart hökm qanuni qüvvəyə mindikdən sonra aidiyyatı üzrə sahiblərinə (və ya yaxın qohumlarına) qaytarılmalıdır. İş üzrə məhkəmə məsrəfləri, mülki iddia və cinayət işi üzrə müsadirə edilməli digər əmlakın olmaması nəzərə alınmalıdır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkminləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral 2017-ci il tarixli sərəncamının, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarının, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa konvensiyası müddəalarının və “İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli qərarının izahları baxımından da əsaslı hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 65-ci maddəsinə əsasən məhkəmənin məhkum etdiyi hər bir şəxsin öz barəsində çıxarılmış hökmə qanunla nəzərdə tutulan qaydada yuxarı məhkəmədə yenidən baxılması, habelə özünün əfv edilməsi və cəzasının yüngülləşdirilməsi haqqında müraciət etmək hüququ vardır. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 345-349, 351-353, 356, 358, 383-384-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.1, 180.2.2, 180.2.4, 144.2.1, 144.2.3, 144.2.5, 144.2.6, 236.2.1, 236.2.3 və 236.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.1, 180.2.2, 180.2.4-cü maddələri ilə 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144.2.1, 144.2.3, 144.2.5, 144.2.6-ci maddələri ilə 8 (səkkiz) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 236.2.1, 236.2.3 və 236.2.4-cü maddələri ilə 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin, Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzalar qismən toplanılmaqla Təqsirləndirilən şəxs1 qəti olaraq 10 (on) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 təyin olunmuş azadlıqdan məhrum etmə cəzasnın başlanğıcı 21 iyul 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.1, 180.2.4, 144.2.1, 144.2.3, 144.2.5, 144.2.6, 236.2.1, 236.2.3, 236.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.1, 180.2.4-cü maddələri ilə 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144.2.1, 144.2.3, 144.2.5, 144.2.6-cı maddələri 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 236.2.1, 236.2.3, 236.2.4-cü maddələri ilə 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzalar qismən toplanılmaqla Təqsirləndirilən şəxs2 qəti olaraq 9 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 təyin olunmuş azadlıqdan məhrum etmə cəzasnın başlanğıcı 21 iyul 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İş üzrə maddi sübutlar - Təqsirləndirilən şəxs2 idarə etdiyi Tofaş Şahin markalı Az**- SN-*** dövlət qeydiyyat nömrəli avtomobilin Təqsirləndirilən şəxs2 yaxınlarına təhvil verilməsi nəzərə alınsın; Təqsirləndirilən şəxs1 idarə etdiyi Mercedes Benz 190 Minik markalı Az**-EF-*** dövlət qeydiyyat nömrəli avtomobilin Təqsirləndirilən şəxs1 yaxınlarına təhvil verilməsi nəzərə alınsın; 1 ədəd qara rəngli Redmi markalı mobil telefon, 1 ədəd ağ rəngli Redmi markalı mobil telefon, 1 ədəd qara rəngli pul kisəsi, 1 ədəd metal üzük, 1 ədəd metal qol saatı, 1 ədəd metal qolbaq, 1 ədəd metal boyunbağı, 1 ədəd metal klon, 1 ədəd üzərində “Status avto” yazılan kart, 1 ədəd üzərində “Classic” yazılan **********451515 nömrəli Xalq Banka aid kart, 1 ədəd üzərində **********486965 nömrəli Elçin Xəlilov yazılan kart, 1 ədəd **********540808 nömrəli Aynur Heydərovaya məxsus kart, 7 ədəd 100 manatlıq əskinasla 700 manat pul, Təqsirləndirilən şəxs2 üzərindən aşkar olunan 300 manat pul olmaqla maddi sübutlardan - pul əskinaslarının Zərərçəkmiş şəxs3 Müşfiq oğluna qaytarılması, Redmi Note 11 markalı mobil telefonun Zərərçəkmiş şəxs1ov oğlunun atası Novruz Novruzluya qaytarılması nəzərə alınsın, 1 ədəd ağ rəngli Redmi markalı mobil telefon, 1 ədəd qara rəngli pul kisəsi, 1 ədəd metal üzük, 1 ədəd metal qol saatı, 1 ədəd metal qolbaq, 1 ədəd metal boyunbağı, 1 ədəd metal klon, 1 ədəd üzərində “Status avto” yazılan kart, 1 ədəd üzərində “Classic” yazılan **********451515 nömrəli Xalq Banka aid kart, 1 ədəd üzərində **********486965 nömrəli Elçin Xəlilov yazılan kart, l ədəd **********540808 nömrəli Aynur Heydərovaya məxsus kart hökm qanuni qüvvəyə mindikdən sonra aidiyyəti üzrə sahiblərinə (və ya yaxın qohumlarına) qaytarılsın. İş üzrə məhkəmə məsrəflərinin, mülki iddianın və cinayət işi üzrə müsadirə edilməli digər əmlakın olmaması nəzərə alınsın. Hökmdən Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə elan olunduğu, həbsdə saxlanılan təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Siyavuş Hacıyev hakimlər: Aytən Əliyeva Vüqar Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar