Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-211/2025 18.12.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim: Kərimova Mahirə Nəzər qızının sədrliyi ilə, Hakimlər: Məmmədov Fəxri Afiq oğlu və Əsgərova-X1 ibarət tərkibdə, Məmmədov Rüstəm Mirhadı oğlunun katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs – Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxsin nümayəndəsi - “Femida” Vəkil Bürosunun vəkili Nümayəndə, Müdafiəçi - “Arbitrium” Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1990-cı il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, ali təhsilli, subay, himayəsində 3 azyaşlı uşağı olan, fərdi əməklə məşğul olmuş, əvvəllər məhkum olunmuş, ünvan 1 ünvanında qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (təsviri əsaslandırıcı hissəsində – CM) 178.3.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs təkrarən etibardan sui-istifadə etmə va aldatma yolu ila özgənin əmlakını ələ keçirərək zərərçəkmiş şəxslərə xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs özgənin əmlakını etibardan sui-istifadə etmə va aldatma yolu ilə ələ keçirmək məqsədi ilə tanışı Zərərçəkmiş şəxs2 ona qarşı yaranmış etibarından sui istifadə edib sonuncuya birlikdə Dağıstan Respublikasından sərfəli qiymətə "Dirol" saqqız mahsulları gətirib satmaqla qazanc əldə edəcəkləri barədə yalan vədlər verib inandıraraq 2019-cu ilin iyul ayının sonlarında Bakı şəhəri, Xətai rayonu Gəncə prospekti 111 ünvanın qarşısında Zərərçəkmiş şəxs2 12.000 manat va həmin ilin avqust ayının sonlarında isə Bakı şəhəri Xətai rayonu, Gəncə prospekti 29/30 ünvanda yerləşən "Panorama Park" yaşayış kompleksinin qarşısında 11.000 manat pulunu alıb ələ keçirərək, verdiyi vədə əməl etməyib vahid niyyətlə əhatə olunan qəsdlə aldatmaqla Zərərçəkmiş şəxs2 ümumilikdə 23.000 (iyirmi üç min) manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını etibardan sui-istifadə və aldatma yolu ilə ələ keçirmək məqsədilə Zərərçəkmiş şəxs3 Allaverdi oğlunun ona qarşı yaranmış etibarından sui istifadə edib sonuncuya taksi fəaaliyyəti ilə məşğul olmasına inandırıb "Azsamand" markalı avtomobillər alacağını, avtomobilləri aldıqdan sonra 20 aylıq icarəyə verəcəyini, 20 aydan sonra isə avtomobillərin sonuncuya qalacağı barədə yalan vədlər verib inandıraraq Zərərçəkmiş şəxs3 Naxçıvan MR, Naxşıvan şəhərində yerləşən müxtəlif ödəmə terminalları vasitəsi ilə əvvəlcədən "xxxx" ani mesailaşma proqramı vasitəsi ilə göndərdiyi Leobank ASC-nə məxsus bank kartına xx.xx.2022-ci il tarixdə 3.000 manat və 5.000 manat, xx.xx.2022-ci il tarixdə 5.000 manat, xx.xx.2022-ci il tarixdə 3.000 manat, xx.xx.2022-ci il tarixdə 500 manat olmaqla 16.500 manat, həmçinin 20 avqust 2022-ci il tarixdən 20 sentyabr 2022-ci il tarixədək olan müddət ərzində istintaqa məlum olmayan tarixlərdə hissə-hissə göndərdiyi 8.500 manat olmaqla ümumilikdə 25.000 manat, daha sonra 2022-ci ilin sentyabr ayının ortalarında Bakı şəhəri, Nəsimi rayonu, Tbilisi prospekti 20 ünvanında yerləşən “Avropa” otelindəki ofisində Şahid1 Zellabdin oğlunun vasitəsi ilə göndərdiyi 10.000 manat, sonuncu dəfə isə 20 sentyabr 2022-ci il tarixdə yuxarıda qeyd edilən həmin ünvanda Zərərçəkmiş şəxs3 təqdim etdiyi 5.000 manat pulu alıb ələ keçirərək, verdiyi vədə əməl etməyib vahid niyyətlə əhatə olunan qəsdlə aldatmaqla Zərərçəkmiş şəxs3 ümumilikdə 40.000 (qırx min) manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə tanışı Zərərçəkmiş şəxs1 ona qarşı yaranmış etibarından sui istifadə edib işlətdiyi avtomobillərin icarəyə verilməsi ilə məşğul olan “Rent a car”a qoyduğu sərmayəyə görə hər ay 2.000 manat qazanc əldə edəcəyi barədə yalan vədlər verib inandıraraq sonuncunun yaşadığı ünvan 5 ünvanda ilk dəfə 02 sentyabr 2022ci il tarixdə 5.000 manat, bundan 4-5 gün sonra həmin ünvanda 5.000 manat, daha sonra 2022-ci ilin sentyabr ayının ortalarında həmin ünvanda 5.000 manat və sonuncu dəfə həmin ilin sentyabr ayının axırlarında yenə də həmin ünvanda 5.000 manat pulu alıb ələ keçirərək verdiyi vədə əməl etməyib vahid niyyətlə əhatə olunun qəsdlə aldatmaqla Zərərçəkmiş şəxs1 ümumilikdə 20.000 (iyirmi min) manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə tanışı Zərərçəkmiş şəxs1 ona qarşı yaranmış etibarından sui istifadə edib hər ay kredit ödənişini özü edəcəyi barədə yalan vədlər verib inandıraraq 08 sentyabr 2022-ci il tarixdə Baki şəhəri, Binəqədi rayonu, Naxçıvani küçəsi 3066-cı məhəllədə fəaliyət göstərən Baku Elektoronik mağazasından sonuncunun adına rəsmiləşdirilmiş bir ədəd dəyəri 2.000 manat olan “Samsung 5901“ markalı mobil telefon aparatı və bir ədəd dəyəri 1250 manat olan “FHD mikrotex” markalı nootbuk alıb ələ keçirdikdən sonra verdiyi vədə əməl etməyib aldatmaqla Zərərçəkmiş şəxs1 ümumilikdə 3.250 (üç min iki yüz əlli) manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə tanışı Zərərçəkmiş şəxs1 ona qarşı yaranmış etibarından sui istifadə edib guya ABŞ-dan 80.000 manata sonuncu üçün gətizdirəcəyi “Range Rover” markalı avtomobilin sənədləşirilməsinə xərclər lazım olacağı barədə yalan vədlər verib inandıraraq 2022-ci ilin sentyabr ayının ortalarında Zərərçəkmiş şəxs1 yaşadığı ünvan 5 ünvanda 1.500 (min beş yüz) manat məbləğində pulu sonuncudan alıb ələ keçirərək verdiyi vədə əməl etməyib aldatmaqla Zərərçəkmiş şəxs1 həmin məbləğdə maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə tanışı Zərərçəkmiş şəxs1 ona qarşı yaranmış etibarından sui-istifadə edib sonuncuya məxsus Hyundai Tucson markalı **-SS-*** dövlət qeydiyyat nişanlı avtomobili işlətdiyi “Rent a car”da icarəyə verəcəyi halda qazanc əldə edəcəkləri və həmin qazancın üstünə bir qədər də pul əlavə edərək sonuncu üçün ABŞdan 80.000 manata “Range Rover” markalı avtomobil gətizdirəcəyi barədə yalan vədlər verib inandıraraq xx.xx.2022-ci il tarixdə ünvan 6 ünvanda yerləşən 12 saylı notariat kontorunda etibarnamə əldə edərək Zərərçəkmiş şəxs1 məxsus 30.900 manat dəyərində Hyundai Tucson markalı **-SS-*** dövlət qeydiyyat nişanlı avtomobili alıb ələ keçirərək verdiyi vədə əməl etməyib aldatmaqla Zərərçəkmiş şəxs1 30.900 (otuz min doqquz yüz) manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə tanışı Zərərçəkmiş şəxs1 ona qarşı yaranmış etibarından sui istifadə edib Bakı şəhəri, Xətai rayonu, “Ağ Şəhər” adlanan ərazidə mənzil kirayələyəcəyi barədə yalan vədlər verib inandıraraq 15 noyabr 2022-ci il tarixdə sonuncunun yaşadığı ünvan 7 ünvanda 1.000 (bir min) manat pulunu alıb ələ keçirərək verdiyi vədə əməl etməyib aldatmaqla Zərərçəkmiş şəxs1 həmin məbləğdə maddi ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs CM-in 178.3.2-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək göstərmişdir ki, Zərərçəkmiş şəxs2 faizlə pul verməklə məşğul olan şəxsdir. Zərərçəkmiş şəxs2 2019-cu ildə pul almamışdır. O, Dağıstan Respublikasından ölkəyə saqqız gətirərək qazanc əldə etmişdir. Əlində olan pulu az olduğu üçün bir neçə dəfə Zərərçəkmiş şəxs2 borca, faiz müqabilində pul almışdır. Zərərçəkmiş şəxs2 10 min manat aldıqda həmin məbləğdən əlavə 2 min manat, 20 min manat aldıqda həmin məbləğdən əlavə 5 min manat, 30 min manat aldıqda həmin məbləğdən əlavə 6 min manat, 50 min manat aldıqda həmin məbləğdən əlavə 10 min manat qaytarmışdır. O, aldığı pulları faizi ilə birlikdə 3 gün ərzində geri qaytarmışdır. Tanıdığı şəxslər 170 min manat pulunu qaytarmadıqlarına görə faizlə borc aldığı şəxslərə pullarını qaytarmaq üçün həmin şəxslərlə əlaqə saxlamış və 2 evi olduğunu, lazım olarsa evləri satıb borclarını qaytaracağını bildirmişdir. Zərərçəkmiş şəxs2 sonuncu dəfə 10 min manat almış və sonuncuya cəmi 12 min manat məbləğdə pul qaytarmalı olmuşdur. Zərərçəkmiş şəxs2la danışıb bu vaxta qədər Zərərçəkmiş şəxs2 aldığı pullardan faizlə çox qazandığına görə ona güzəşt etməsi və cəmi 6 min ödəməklə aralarındakı pul məsələsini yekunlaşdırmaları barədə razılaşmışdır. Zərərçəkmiş şəxs2la razılaşmışlar və sonuncuya qaytaracağı hər hansı pul məsələsi qalmamışdır. Bundan sonra Zərərçəkmiş şəxs2 hər hansı məbləğdə pul, xüsusilə 20 min manat məbləğində pul almamışdır. Zərərçəkmiş şəxs2 hadisədən 7 il sonra onun barəsində şikayət edərək varlandığını və buna görə şikayət etdiyini bildirmişdir. Bundan başqa Zərərçəkmiş şəxs3 əvvəllər tanıdığı Elməddin adlı tanışının vasitəsi ilə tanımış, Zərərçəkmiş şəxs3la tanışlığı 2022-ci ilin yay aylarına təsadüf etmişdir. Həmin vaxtı avtomobil kirayəsi və alqı-satqısı işi ilə məşğul olmuş, bu minvalla da Bakı şəhəri, Tbilisi prospektində yerləşən "Avropa" otelinin içərisində bir otaq icarəyə götürərək ofisdə taksi şirkəti kimi fəaliyyət göstərmiş, bu minvalla da dolanışığını təmin etmişdir. Həmin vaxt Zərərçəkmiş şəxs3 əlaqə saxlayaraq mobil nömrəsini Elməddindən aldığını bildirmiş, bundan sonra birlikdə iş görmək təklif etmişdir, Zərərçəkmiş şəxs3 özünə məxsus çoxlu avtomobilləri olduğunu, avtomobilləri idarə etdiyini, ofisinin isə "Avropa" otelində yerləşdiyini bildirmişdir. Zərərçəkmiş şəxs3 ilkin olaraq avtomobilləri alıb icarəyə vermək fikrində olduğunu bildirmişdir. Zərərçəkmiş şəxs3la avtomobilləri 16.700 manat məbləğində razılaşmışlar və Zərərçəkmiş şəxs3 ona ümumi etirabarnamə vermişdir. Zərərçəkmiş şəxs3 ondan avtomobilləri Biləcəri qəsəbəsinə aparmağı və oradan da Qaradağ rayonu, Meyvəli ərazisindən Naxçıvan MR-yə gedən yük maşınları ilə göndərməyi xahiş etmişdir. Avtomobilin birini göndərmiş, digər avtomobili göndərərkən yolda zədələnmişdir. Zərərçəkmiş şəxs3la əlaqə saxlayıb hadisəni bildirdikdə Naxçıvan MR-yə zədəli avtomobilin buraxılmadığını bildirmişdir. O, Şaiqə "Azsamand" markalı aldomobillərin dəyərinin 5 min manat olduğunu, avtomobili aldıqdan sonra 20 aylıq icarəyə verəcəyini və hər ay 600 manat ödəyəcəyini, 20 aydan sonra isə avtomobillərin özünə qalacağını demişdir. Zərərçəkmiş şəxs3 belə olduğu halda ona 35 min manat ödəməyi və 2 sprinter sərnişin daşıyan avtomobilinin olduğunu, bunların qarşılığında aylıq 4200 manat ödəməyini bildirmişdir. O da bu məsələnin telefonda həll olunmayacağını Zərərçəkmiş şəxs3 bildirmişdir. Zərərçəkmiş şəxs3 Naxçıvan MR-dan Bakı şəhərinə, onun “Avropa” hotelindəki ofisinə gəlmişdir. Zərərçəkmiş şəxs3 orada 50 maşın versə də, 1 maşın da versə aylıq 600 manat ödəyəcəyini bildirmişdir. Zərərçəkmiş şəxs3 ona 40 min manat göndərməmişdir. Zərərçəkmiş şəxs3 Famir adlı birini göndərmişdir. Famir sprinter sərnişin daşıyan avtomobilləri ucuz qiymətə istədiklərini bildirmişdir. Famir ona 15 min manat pul vermişdir. O da Famirə 1800 manat pul ödəmişdir. Saxlanılmamışdan əvvəl də sonuncuya 800 azn ödəmişdir. Famirə hər on gündən bir 600 manat pul ödəmişdir. Famir bir gün içkili vəziyyətdə gəlib 36 min manat pulu qaytarmağını istəmişdir. O, sonuncuya 10 min manat ödəyəcəyini bildirmişdir. Famir 36 min manatı ödəməli olduğuna təkid etdikdə o, ümumiyyətlə pulu ödəməyəcəyini bildirmişdir. Famir bir neçə şəxslə evinə gəlmişdir. Daha sonra onu Xalqlar dostluğu ərazisi tərəfdə mübahisəyə dəvət etmişdir. Burada dələduzluq yoxdur. Bundan başqa Zərərçəkmiş şəxs1 ilə aralarında dostluq münasibətləri olmuşdur. Zərərçəkmiş şəxs1 xx.xx.2022-ci il tarixdə 5 min manat, xx.xx.2022-ci il tarixdə 5 min manat, xx.xx.2022-ci il tarixdə 5 min manat və daha sonra da 5 min vermişdir. Bundan əlavə kompüter, telefon almışdır. Həmçinin, sonuncu ona avtomobil üçün etibarnamə vermişdir. Alınan mobil telefonu Zərərçəkmiş şəxs1 onun ad gününə hədiyyə olaraq almışdır. Alınan nootbuku isə onun xahişi ilə Zərərçəkmiş şəxs1 öz adına almış, lakin nootbukun pulunu o, qısa müddətdə Zərərçəkmiş şəxs1 ödəmişdir. Zərərçəkmiş şəxs1 ona daşınar əmlakın satışı ilə bağlı mülki etibarnamə vermişdir. Sonuncunun avtomobilini satmaq hüququ olmuşdur. O, Zərərçəkmiş şəxs1 məxsus «Hyundai Tucson» markalı avtomobili birlikdə sataraq sonuncu da istifadə etmiş, o da istifadə etmişdir. Zərərçəkmiş şəxs1 ilə birlikdə yaşamaq üçün 1500 manata mənzil kirayələmək üçün verilən pulun dələduzluqla əlaqəsi yoxdur. O, suallara cavab olaraq bildirmişdir ki, Zərərçəkmiş şəxs2 pul almışdır və faizi ilə geri qaytarmışdır. O, dəfələrlə Zərərçəkmiş şəxs2 qeyd etdiyi kimi pul almışdır. Sonuncu dəfə 10 000 manat məbləğində pul almış və faizi ilə birlikdə bir həftə ərzində 12 000 manat qaytarmalı olmuşdur. İtiham aktında Zərərçəkmiş şəxs2 qaytaracağı pul məbləğinin 23 000 manat olduğu qeyd olunsa da o, Zərərçəkmiş şəxs2 10 000 manat məbləğində pul almışdır. İttiham aktında qeyd olunan məbləğ Zərərçəkmiş şəxs2 sonuncudan aldığı pul məbləğinin üzərinə əlavə etdiyi faiz məbləğidir. Qeyd etdiyi 10 000 manat pulu 2017-ci ilin yay aylarında Zərərçəkmiş şəxs2 almışdır. O, Zərərçəkmiş şəxs2 2015-ci ildən bəri faizlə qaytarmaq şərti ilə pul almışdır. O, Dağıstandan saqqız gətirdib burada satmışdır. Gördüyü işə görə şəxslərdən aldığı hər 10 000 manatdan təxminən 5000 - 6000 manat gəlir əldə etmişdir. 5000 - 6000 manat gəlirdən ona 2000-3000 manat qazanc qalmışdır. 6000 manat gəlirdən 2000 manatı isə faizlə pul götürdüyü şəxsə vermişdir. Dağıstandan 128 manata saqqızları gətirmiş, Gömrük rüsumu kimi hər kilosun 1 manat ödəniş etmişdir. Həmin saqqızların Azərbaycana gətirilməsi 148 manat etmişdir. Bir qutu saqqızdan 80 manat gəlir əldə etmişdir. O da hər dəfə ***-**** ədəd qutu saqqız sifariş etmişdir. Sonuncu dəfə 170 000 manatlıq saqqız sifarişi olmuşdur. Qeyd etdiyi işlə 4 ildir məşğul olur. Dəfələrlə sifariş verdiyi saqqızlardan müəyyən qədərin geri qaytarmışdır, çünki ziyanına ola bilərdi. O, bir ayda 1-2 dəfə qeyd etdiyi kimi mallar sifariş verib satmışdır. Sonuncu dəfə satdığı mallardan 60 000 manat gəlir əldə etmişdir. Zərərçəkmiş şəxs2 10 000 manat götürdüyü və ümumi 170 000 manatlıq sifariş etdiyi mallarla bağlı işi alınmamış və malı sifariş verdiyi şəxslər 170 000 manatı ondan almışlar və həmin iş baş tutmamışdır. Buna görə sonuncu Zərərçəkmiş şəxs2 aldığı 10 000 manat məbləğlə görəcəyi iş alınmamışdır. O, müxtəlif şəxslərdən müəyyən məbləğlərdə pul almış və bu pul məbləği cəmi 115 000 manat təşkil etmişdir. O, Xırdalan şəhərində olan evini və atasının mülkiyyətində olan evi satıb qeyd etdiyi pulları aldığı şəxslərə həmin borclarını qaytarmışdır. O, şəxslərdən aldığı borc məbləğlərinin 20 faizi üzərində olmaqla qaytaracağı ilə razılaşmışdır. Zərərçəkmiş şəxs2 aldığı pulu 20 faizi ilə birlikdə bir həftə ərzində qaytarmalı olmuşdur. Bir il ərzində 20 dəfə qeyd etdiyi kimi mallar sifariş verib Dağıstandan gətirib Azərbaycanda satmışdır. Hər sifarişində ən az 60 000 manat pulla Dağıstana gedib mal gətirmişdir. Malları almaq üçün özü ilə apardığı pulları Dağıstanda malların sahibi olan şəxsin gömrük ərazisində olan və həmin şəxsin işçiləri kimi fəaliyyət göstərən sürücülərin hər birinə 10 000 manat verərək pulları malları aldığı şəxsə çatdırmışdır. Hər 10 000 manat üçün həmin sürücülərə 100 ABŞ dolları pul vermişdir. Onun əmlak vəziyyəti kredit şərtlərinə uyğun olmadığından banklar ona kredit verə bilməzdi və buna görə o, müxtəlif şəxslərdən faizlə pul götürmüşdür. Zərərçəkmiş şəxs2 aldığı 10 000 manat pulun 6 000 manat məbləğini sonuncuya qaytarmışdır. Sonuncu dəfə Zərərçəkmiş şəxs2 10 000 manat məbləğində puldan başqa hər hansı pul məbləği almamışdır. İttiham aktında 2019-cu ildə Zərərçəkmiş şəxs2 10 000 manat aldığı qeyd olunsa da bu doğru deyil. O, Zərərçəkmiş şəxs2 həmin məbləğdə pulu 2017-ci ildə almışdır. İttiham aktında Zərərçəkmiş şəxs2 23 000 manat borcu olduğu qeyd olunsa da o, sonuncudan sadəcə 10 000 manat almış və həmin məbləğin 6 000 manatını qaytarmışdır. Zərərçəkmiş şəxs2 son 3-4 il ərzində qalan 4 000 manat borcunu mübahisələndirməmişdir. İbtidai istintaq zamanı Zərərçəkmiş şəxs2 ona pulunun çoxaldığını və buna görə onu şikayət edib pul tələb etdiyini bildirmişdir. Zərərçəkmiş şəxs2la yoldaşlıq münasibəti olmuş, eyni məhəllədə yaşamışlar. O, kiminsə borcunu qaytarmadan yenidən pul istəməmişdir. Alpen gold da gətirmək üçün Soltandan pul almışdır. Sonra da 10 000 manat alıb 12 000 manat qaytarmışdır. O, qaçmamışdır, Soltan da onu axtarmamışdır. O, Zərərçəkmiş şəxs2 3500 manat almış və sonuncuya 4000 manat qaytarmışdır, Coca-Cola içkilərinin satışı ilə bağlı iş olmuşdur və o, həmin işdən 30 faizə yaxın qazanc əldə etmişdir. Sonuncu dəfə Zərərçəkmiş şəxs2 10 000 manat, Zərərçəkmiş şəxs2 dostu Cavidan adlı şəxsdən də 10 000 manat almışdır. Zərərçəkmiş şəxs2 11 000 manat, Cavidana 12 000 manat qaytarmalı olmuşdur. Cavidana qaytaracaq pulu Zərərçəkmiş şəxs2 özü vermişdir. Beləliklə o, bütün pulları Zərərçəkmiş şəxs2 qaytarmalı olmuşdur. Zərərçəkmiş şəxs2 məhkəmədə ifadə verərək bildirdi ki, saqqız gətirmək məqsədi ilə pul verib. Burada heç bir dələduzluq əməli yoxdur, o özü də təsdiq elədi ki, ona faizə pul vermişdir. Məhkəmədə dövlət ittihamçısının sualına da cavab olaraq Zərərçəkmiş şəxs2 bildirdi ki, ona verdiyi 10.000 manatın üstündə ona 1000 manat pul vermişdir. Zərərçəkmiş şəxs3 40 000 manat borcu olduğu doğru deyil. O, Zərərçəkmiş şəxs3 bir ədəd Azsamand avtomobili verməlidir. Zərərçəkmiş şəxs3 olan borcu sadəcə bundan ibarətdir. Zərərçəkmiş şəxs3 2 avtomobil üçün onun kartına 16 800 manat pul göndərmişdir. Zərərçəkmiş şəxs3 sonuncu üçün aldığı avtomobillərdən birini Naxçıvan MR-yə göndərməyini ondan xahiş etmişdir. O da avtomobillərdən birini Naxçıvan MR-yə göndərmişdir. Bir müddət sonra Zərərçəkmiş şəxs3 digər avtomobili də Naxçıvan MR-yə göndərməyini ondan xahiş etmişdir. O, avtomobili Naxçıvan MR-yə göndərərkən yolda avtomobilə zərər dəymişdir. Zərərçəkmiş şəxs3 zədələnmiş avtomobilin şəklini və videosunu göndərmişdir. Zərərçəkmiş şəxs3 Naxçıvan MR-yə əzik avtomobilin qəbul edilmədiyini bildirmişdir. Belə olduqda, o, Zərərçəkmiş şəxs3 20 ay ərzində hər ay 600 manat sonuncuya pul ödəməyi təklif etmişdir. Zərərçəkmiş şəxs3 cavabında avtobusunun olduğunu və satıb 35 000 manat ona pul verməyi və həmin pulla 7 ədəd Azsamand avtomobil alıb sonuncuya da aylıq 4800 manat pul ödəməyi təklif etmişdir. Onun taksi fəaliyyəti ilə məğul olan şirkəti olmuşdur. Avtomobilləri alıb taksi kimi istifadəyə vermişdir. Bolt şirkətinin rəsmi nümayəndəsi olmuşdur. Zərərçəkmiş şəxs3 Naxçıvan MR-dən Bakı şəhərinə gəlmiş və sonuncu ilə görüşmüşdür. Zərərçəkmiş şəxs3 ona avtobusunu satıb ona pulu göndərəcəyini bildirmiş və o da razılaşmışdır. Zərərçəkmiş şəxs3 3-4 gün sonra ona zəng edərək avtobusun satışının xərci olacağını və dostu Famir adlı şəxs tərəfindən ona pul ödəniləcəyini bildirmişdir. O da ofisinə gəlib danışmağı təklif etmiş və Zərərçəkmiş şəxs3 dostu Famirlə birlikdə ofisinə gəlmişlər. Famir orada ona 15 000 manat pul vermiş və qarşılığında hər avtomobil üçün 600 manat olmaqla aylıq cəmi 1800 manat Famirə pul ödəməyi ilə bağlı razılığa gəlmişlər. Avtomobilləri bəzən 5000 manata, 3000 manata və hətta pulsuz olaraq aldığı da olmuşdur. Avtomobilləri aldığı şəxs tanışı olduğundan ona müəyyən güzəşt etmişdir. O isə avtomobillərin ödənişini hissələrə bölüb aylıq həmin şəxsə pul ödəmişdir. Onun Zərərçəkmiş şəxs3 7200 manat borcu var. Onun Zərərçəkmiş şəxs3 6.000 manat borcu var. Noyabr ayında o, 800 manat pulu kartına atmışdır. İkinci maşının nasaz olması barədə heç bir təsdiq edən sənəd yoxdur. Həmin nasaz maşını 4000 manata satmışdır. Zərərçəkmiş şəxs3 etibarnaməni göndərməsini demiş, sonuncu da göndərmişdir. O, Famirdən aldığı 15 000 AZN pulun 4 000 AZN hissəsini ödəmişdir. Ona 11 000 AZN borcu qalmışdır. 6 000 isə Şaiqə borcu qalmışdır. Onun Şaiqə 40 000 borcu olmamışdır. Zərərçəkmiş şəxs3 məhkəmədə bildirdi ki, 40.000 manat pul vurmuşdur, çeki təqdim etməmişdir. O, ona 6800 manat verdiyini demişdir. Maşının biri qəzaya uğramışdır. Məhkəmədə Zərərçəkmiş şəxs3 bildirmişdir ki, qəzanını necə olmasını ona göndərib. Famir gəlmiş, sonuncu da burada demişdir ki, pul onundur. Burada da dələduzluq əməli yoxdur. Zərərçəkmiş şəxs1 maşını ona satmaq üçün vermişdi, satmamaq üçün sonuncuya zəng vurub icarəyə verməsini bildirməyi barədə səs yazıları var. Maşın satıldı, problemlər həll olundu, onun da problemləri həll olundu. Sonra aralarında söz-söhbət olanda Zərərçəkmiş şəxs1 10.000 manat pul çatdı. Zərərçəkmiş şəxs1 maşını öz problemlərinin və onun problemlərinin həll olunması üçün satmışdır. Zərərçəkmiş şəxs1 telefonu onun ad gününə hədiyyə almışdır. Ofisdə Notebook xarab olduğu üçün sonuncuya zəng edib ucuz notebook almaq istədiyini demişdir, R.X4 notebook götürməyini və ayda 200 manat verməyini təklif etmişdir. O, razılaşaraq dəyəri 1200 manat olan təzə notebooku götürərək gətirib ofisdə işçisinə vermişdir. Zərərçəkmiş şəxs1 da 5-6 dəfə ifadəsini dəyişib, onun özünün də maşının satıldığından xəbəri var idi. Renta Car işlətməyi ilə bağlı da heç nə sübut olunmadı, səs yazısı ilə bağlı da həmin səsin onun səsi olması bilinmədi, əgər bu qabaqcadan planlaşdırılmış bir çəkiliş idisə, o, əgər həmin evə gələcəkidisə, niyə telefon onun üzünü çəkəcək formada yerləşdirilməmişdi. Onun 20.000 götürməyi, 5000-5000 verməyi barəsində heç bir sübut yoxdur. Məhkəmənin ədalətli qərar verəcəyinə əmindir. O, mülki iddianın təmin olunmamasını, əməlinin tövsif edilməsini və ya müdafiəçinin dediyi kim bəraət verilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan edilərək tədqiq olunmuş ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs2 bir neçə ildir ki, tanıyır. Onunla münasibəti əvvəlki yaşadığı Xətai rayonu, Gəncə prospekti ərazisində yaranmışdır. Həmin şəxs bir müddət qonşusu olmuşdur. Onunla münasibəti 2017-ci ildə yaranmışdır. Bir müddət “Az Trade” şirkətində satış təmsilçisi işlədiyi üçün Bakı şəhərində yerləşən marketlərlə münasibəti yaranmışdır. Həmin müddətdə o, Dağıstan Respublikasından ölkəyə “Dirol” saqqızını firmanın satdığı qiymətindən daha ucuz qiymətə gətirərək qazanc əldə etmişdir. Əlində olan pulu az olduğu üçün bir neçə dəfə Soltandan borca, faiz müqabilində pul almışdır. Yəni, hər 12.000 manata görə Soltana 1000 manat pul qaytarmış, Zərərçəkmiş şəxs2 ümumilikdə 30.000-40.000 manat xeyir vermiş, heç vaxt Soltanla birlikdə hər hansı iş görməmiş və aralarında birgə iş olmamışdır. İşi ilə bağlı bir neçə dəfə Soltana həmin işlə məşğul olması barədə bildirmiş, onun barəsində şikayət etməyinə səbəb əvvəllər borc müqabilində aldığı pul məbləğlərinin faizlərini hesablayaraq gördüyü işdən məlumatı olduğu üçün guya, birlikdə iş görməklərinə əsaslandırıb barəsində şikayət etmişdir. Soltana sonuncu dəfə borc qarşılığında 4.000 manat pul məbləğini geri qaytarmışdır. Zərərçəkmiş şəxs2 aldadıb pulunu əldə etməmişdir. Soltanla birlikdə heç vaxt birgə iş görməmiş və birgə iş görməyi belə həmin şəxsə təklif etməmişdir. Bundan başqa Zərərçəkmiş şəxs3 əvvəllər tanıdığı Elməddin adlı tanışı vasitəsi ilə tanımış, Şaiqlə tanışlığı 2022-ci ilin yay aylarına təsadüf etmişdir. Həmin vaxtı avtomobil kirayəsi və alqısatqısı işi ilə məşğul olmuş, bu minvalla da Bakı şəhəri, Tbilisi prospektində yerləşən "Avropa" otelinin içərisində bir otaq icarəyə götürərək ofisdə taksi şirkəti kimi fəaliyyət göstərmiş, bu minvalla da dolanışığını təmin etmişdir. Həmin vaxt Şaiq əlaqə saxlayaraq mobil nömrəni Elməddindən almasını bildirmiş, bundan sonra birlikdə iş görmək təklif etmiş, Şaiqə özünə məxsus çoxlu avtomobilləri olduğunu, avtomobilləri idarə etdiyini, ofisinin isə "Avropa" otelində yerləşdiyini bildirmişdir. Şaiq ilkin olaraq avtomobilləri alıb icarəyə vermək fikrində olduğunu demiş, o, Şaiqə özündə "Azsamand" markalı avtomobillər olduğunu, həmin avtomobillərinin dəyərinin 5 min manat olduğunu, avtomobili aldıqdan sonra 20 aylıq icarəyə verəcəyini, 20 aydan sonra isə avtomobillərin özünə qalacağını demişdir. Bundan sonra Şaiq həmin şərtlərlə razılaşmış, 20 avqust 2022-ci il tarixdə Şaiq əlaqə saxlayaraq qeyd etdiyi şərtlər ilə razılaşdığını bildirmiş, razılaşmaya əsasən Şaiq 10 ədəd "Azsamand" markalı avtomobil qarşılığında 50.000 manat pul verməli olmuş, həmin vaxt bir neçə bankdan borc qarşılığında şəxslərdən alınan avtomobilləri dəyərindən ucuz qiymətə əldə etmiş, lakin Şaiq ilə danışan vaxtı 10 ədəd avtomobili olmamış, 2022-ci ilin təxminən 20-31 avqust tarixləri aralığında müxtəlif vaxtlarda və Şaiq ödəmə terminalları vasitəsi ilə "xxxx" ani mesalaşma proqramı vasitəsi ilə ona göndərdiyi özünə məxsus "Leo Bank" tərəfindən verilmiş bank kartına hissə-hissə olmaqla ümumilikdə təxminən 25.000 manat pul göndərmiş, bundan sonra Şaiqə 02 ədəd 2019-cu və 2020-ci ilə məxsus buraxılış ili olan "Azsamand" markalı avtomobili tədim etmiş, bir neçə gün sonra isə avtomobilləri icarəyə vermək üçün Şaiqdən götürmüş, daha sonra isə birini təkrar Şaiqə qaytarmış, 2022-ci ilin sentyabr ayında qalan məbləği Şaiqdən istəmək üçün zəng etmiş, Şaiq Bakı şəhərində olmadığını, qalan məbləği isə Famir adlı tanışı vasitəsi ilə göndərəcəyini bildirmiş, 2022-ci ilin ortalarında Famir onun işlədiyi “Avropa” otelinin içərisindəki ofisinə gələrək ona 10000 manat pul vermiş, daha sonra isə Şaiq xx.xx.2022-ci il tarixdə Bakı şəhəri Tiblisi prospektində yerləşən “Avropa” otelinin içərisində olan ofisinə Famir ilə birlikdə gəlib orada sonuncu olaraq ona 5000 manat pul vermiş, lakin həmin vaxt atasının onkololi xəstə olması səbəbindən Şaiqdən əldə etdiyi pul məbləğini atasının müalicəsinə sərf etmiş, buna görə da avtomobilləri əldə edə bilməmiş, bundan sonra işin baş tutmadığını görən Şaiq işlədiyi otelə gəlib, orada verdiyi pulları geri qaytarmasını tələb etmiş, buna görə də Şaiqə 2800 manat pul qaytarmış, qalan pul məbləğini isə geri qaytara bilməmişdir. Bundan başqa Zərərçəkmiş şəxs1 ilə xx.xx.2022-ci il tarixdə tanış olmuş və aralarında dostluq münasibətləri yaranmışdır. Zərərçəkmiş şəxs1 heç vaxt Renta Car işlətmək məqsədilə 20.000 manat pul almamışdır. Bunlar ona qarşı şər və böhtandır. Kreditlə alınan mobil telefonu Zərərçəkmiş şəxs1 onun ad gününə hədiyyə olaraq almışdır. Kreditlə alınan nootbuku isə onun xahişi ilə Zərərçəkmiş şəxs1 öz adına almış, lakin nootbukun pulunu o, özü qısa müddətdə Rənaya ödəmişdir. Zərərçəkmiş şəxs1 məxsus Hyundai Tucson markalı **-SS-*** dövlət qeydiyyat nişanlı avtomobili sataraq pulunu sahibinə, yəni Rənanın özünə vermişdir. O, ev kirayələmək üçün Zərərçəkmiş şəxs1 hər hansı məbləğdə pul almamışdır. Onun Zərərçəkmiş şəxs1 ilə sonuncuya xarici ölkədən avtomobil gətirmək barədə heç bir söhbəti olmayıb, Rənaya bu barədə söz verməmiş, Rənadan həmin avtomobilin sənədləşdirilməsi üçün pul almamışdır. Məhkəmə baxışı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxsla qonşu və dost olmuşlar, həmçinin, sonuncu ilə biryerdə iş görmüşlər. 2019-cu ildə Təqsirləndirilən şəxs “Az Trade” şirkətində işləmiş və Dirol saqqızlarının satışı işi ilə məşğul olmuşdur. Həmin il Təqsirləndirilən şəxs saqqız gətirmək adı ilə ondan 10 000 manat pul almış və bir ayın tamamında 1000 manat qaytarmışdır. Təqsirləndirilən şəxs qazancının 1500-2000 manat olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs daha sonra ondan bir də pul istəmiş və o, yenə də sonuncuya pul vermişdir. Bunda sonra Təqsirləndirilən şəxs tapa bilməmişlər. Daha sonra Təqsirləndirilən şəxs tapmışlar və sonuncu Dağıstandan malları gətirən sürücü gəlmədiyindən pulların batdığını bildirmişdir. Məlum olmuşdur ki, Təqsirləndirilən şəxs həmin pulları qumarda uduzmuşdur. Təqsirləndirilən şəxs təxminən 15 nəfər şəxs pul vermişdir. Belə olduqda Təqsirləndirilən şəxs Xətai rayonu, Gəncə prospektində bir otaqlı evini Təqsirləndirilən şəxs atası 40000 manata satmışdır. Təqsirləndirilən şəxs “Az Trade” şirkətinə 24 000 manat borcu olduğundan evin satışından əldə olunan pulla həmin borcu bağlamışlar. Evin satışından qalan pulu Təqsirləndirilən şəxs borclu olduğu şəxslər arasında bölüşdürmüşlər. Beləliklə ona həmin puldan 4000 manat pul verilmişdir. Təqsirləndirilən şəxs ona ümumi borcu 23 000 manat təşkil etmişdir. Daha sonra Təqsirləndirilən şəxs ona qalan borcunu aylıq 300-400 manat verməklə qaytarmağını təklif etsə də Təqsirləndirilən şəxs xəbər olmamışdır. Təqsirləndirilən şəxs atası ilə əlaqə saxlayıb sonuncudan da kömək istəmişlər. Lakin, bunun da hər hansı xeyri olmamışdır. Təqsirləndirilən şəxs 4 ildir ki, görmür. O, verilmiş suallara cavab olaraq bildirmişdir ki, onun tərəfindən Təqsirləndirilən şəxs 23000 manat pul verilmişdir. Təqsirləndirilən şəxs əvvəlcə 11 000 manat, daha sonra 12 000 manat pul vermişdir. Təqsirləndirilən şəxs həmin məbləğdən ona 1000 manat və 4000 manat qaytarmışdır. Təqsirləndirilən şəxs əvvəlcə 11 000 manat pulu verdikdən bir ay ərzində sonuncu ona 1000 manat qazanc olaraq qaytardığına görə növbəti dəfə də Təqsirləndirilən şəxs inanıb 12 000 manatı vermişdir. Təqsirləndirilən şəxs hardansa saqqız gətirdiyini və ya firmanın mallarını satdığına şahid olmamış, amma Təqsirləndirilən şəxs avtomobilinin yük yerində saqqızları görmüşdür. Təqsirləndirilən şəxs “Az Trade” şirkətində satış təmsilçisi işləmişdir. “Az Trade” şirkəti Dirol saqqızlarının satışı ilə məşğul olmuşdur. Təqsirləndirilən şəxs həm “Az Trade” firmasından, həm də Dağıstandan gətirdiyi saqqızları satdığını bildirmişdir. Təqsirləndirilən şəxs avtomobilinin yük yerində başqa malların olduğunu da görmüşdür. Təqsirləndirilən şəxsla borc məsələsi yaranandan sonra sonuncu ona qonşu kimi yaşadığı mənzildən köçmüş və nömrəsini dəyişmişdir. Təqsirləndirilən şəxs borcu qaytarmağı bildirdikdə sonuncu imkanının olmadığını və qaytaracağını bildirmişdir. Təqsirləndirilən şəxs Dağıstandan malları gətirən sürücünün malları gətirmədiyini və aldatdıqlarını bildirmişdir. Təqsirləndirilən şəxs təxminən 15 nəfərə borcu olmuşdur. Təqsirləndirilən şəxs dediyi məsələ ilə maraqlansalar da sonuncunun qeyd etdiyi sürücü barədə məlumat ala bilməmişlər. Təqsirləndirilən şəxs sonuncunun dediyi sürücünün nömrəsin alıb maraqlanmaq istəsələr də Təqsirləndirilən şəxs sürücünün nömrəsini verməmişdir. Təqsirləndirilən şəxs ümumi borcdan ona qaytardığı 1000 manat və 4000 manatdan başqa hər hansı pul məbləği qaytarmamışdır. Təqsirləndirilən şəxsla əvvəllər aralarında pul məsələləri çox olmuşdur. Lakin, sonuncu pul məsələsi Təqsirləndirilən şəxs saqqız gətirməsi ilə bağlı olmuşdur. Təqsirləndirilən şəxsla avtomobillərin alqı-satqı işləri ilə də məşğul olmuşlar. Təqsirləndirilən şəxs dostu Cavidanın sonuncuya pul verməsi ilə bağlı dedikləri qismən doğrudur. O, Cavidan adlı şəxsə zamin durmuşdur. Təqsirləndirilən şəxsla aralarında pul mübahisəsi yarananda Cavidanın pulunu o, vermişdir. O, əvvəlcə Təqsirləndirilən şəxs 10 000 manat vermiş və sonuncu 1000 manat qaytarmışdır. Təqsirləndirilən şəxs verilən 12 000 manat puldan sonuncu hər hansı məbləğ qaytarmamışdır. Təqsirləndirilən şəxs verilən 12 000 manat pul Cavidanın pulu olmuşdur. O, borcu Təqsirləndirilən şəxs 2019-cü ilin avqust ayında vermişdir. Təqsirləndirilən şəxs verdiyi pulları whatsapp sosial yazışmaları və Təqsirləndirilən şəxs evinin satılma tarixi sübut edir. Həmçinin, o, Təqsirləndirilən şəxs pulu Xətai rayonu, Gəncə prospektində vermişdir və orada olan TŞ kameralarının görüntülərindən bunu müşahidə etmək olar. Təqsirləndirilən şəxs Cavidan adlı dostu 12 000 manat vermişdir. Təqsirləndirilən şəxs Cavidana qaytaracağı pulu o, Cavidana vermişdir. Təqsirləndirilən şəxs verdiyi pulları qazanc məqsədi ilə vermişdir. Təqsirləndirilən şəxs şikayətçidir. Təqsirləndirilən şəxs ümumi 19 000 manat borcu qalmışdır. Onun Şahidlə hər hansı düşmənçiliyi yoxdur, sadəcə ona olan borcunu qaytarmağını istəyir Məhkəmə baxışı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, hadisə 2022-ci ilin avqust ayında baş vermişdir. Təqsirləndirilən şəxs ona maşın satdıqlarını bildirmişdir. O da maşın almaq istəyirdi. “Azsamand” markalı maşın olmalı idi. 5 ədəd olmalı idi, sonra 10 ədəd maşın olmuşdur. Qarşılığında 50.000 manat pul Təqsirləndirilən şəxs verməli idi. O, pulu xırda-xırda göndərmişdir. Təqsirləndirilən şəxs Elməddin adlı dostu var idi, 40.000 manata yaxın pulu onun vasitəsi ilə Təqsirləndirilən şəxs göndərmişdir. Sonra Təqsirləndirilən şəxs ona alınmadığını bildirmişdir. İşin alınmadığını görüb qalanını göndərməmişdir. Hazırda ona 40.000 manat ziyan dəymişdir. O, verilmiş suallara cavab olaraq bildirmişdir ki, pulları bankomatdan köçürmüşdür. Famir adlı dostları var idi, Təqsirləndirilən şəxs 5000, 5000 manat gedib evlərindən götürdü, qalanlarını bankomatla köçürmüşdür. İfadəsində göstərdiklərini təsdiq edir. Təqsirləndirilən şəxs 2400 manat məbləğində pulu karta atmış, bir də “Azsamand” vermişdi xarab idi, onu 15.000 manat pul götürdüyü adama vermişdir, qalanı qalmışdır. 15.000 manat götürdüyü adama pulun əvəzinə “Azsamand” maşınını vermişdir, hələ ona borcu qalmışdır. Maşın onda deyildi, göndərəcəkdi göndərmədi. Onun 40.000 manat pul göndərməyi barədə qəbzlər var. Famirdən 10.000 manat bir götürüb, 5000 manat pulu da Famir gətirib ofisdə Təqsirləndirilən şəxs verib. Famir deyir “sən demisən, pulu mən vermişəm, mənim pulumu ver”. Qalan pulların da qəbzləri var. Ona cəmi bir xarab maşın gəlmişdir. Etibarnamə verib, amma maşın verməmişdir. Qəzaya düşən maşını Təqsirləndirilən şəxs geri qaytarıb, sonra kafedə oturub, videogörüntüsü onda var, ona maşını dəyişdiyini, təzə maşını ona göndərdiyini dedi, amma maşını göndərmədi. Ona iki etibarnamə göndərdi, amma maşın ona çatmadı. Sonra maşının etibarnaməsi onun adına olduğunu bildirdi, lakin maşını göndərmədi. Həmin göstərdiyi maşının onda videogörüntüsü var. 9700 manat pulu Təqsirləndirilən şəxs qaytarmış, qalan 31.000 manat pul ona borclu qalmışdır. 25.000 manat pulun qəbzi onda var, 15.000 manat da Famirdən götürmüşdür. Famir 15.000 manat pulunu ondan tələb edir. İstintaqda verdiyi ifadəni təsdiq edir. İkinci maşının qəzalı olduğunu Təqsirləndirilən şəxs ona bildirmişdir. Ona göndərdiyi videogörüntüdə “kapot”un açılıb dama dəyməsi görsənir. O, etibarnaməni göndərmişdir, Təqsirləndirilən şəxs ona başqa maşın alıb göndərəcəyini demişdir. Maşını meyvəliyə aparmasını o, xahiş etmişdir. Təqsirləndirilən şəxs tərəfindən ona 9700 manat pul ödənilmişdir. Hal-hazırda Təqsirləndirilən şəxs şikayətçidir, aralarında barışıq olmamışdır. Məhkəmə baxışı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun yaşadığı evinin önündə maşınla dayanmışdı. O, yaşadığı evin blokuna girəndə Təqsirləndirilən şəxs arxasınca bloka girib onu hardansa tanıdığını bildirmişdir. O, sonuncuya pasiyenti olduğunu bildirəndə inkar etmişdi. Onların Təqsirləndirilən şəxsla tanışlıqları belə olmuşdur. Onlar tanış olmuşlar, Təqsirləndirilən şəxs ona qarşı yaxşı davranmış, birlikdə gedib oturub çay içmişlər. Tanışlıq ərəfəsində o, Təqsirləndirilən şəxs təsəvvür etdiyi insan olmadığını görmüşdür. Sonradan o, sonuncunun evli olduğunu öyrənmişdir. O, Təqsirləndirilən şəxs sonuncunun danışıqlarından Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşı kimi bilmişdir. Təqsirləndirilən şəxs Rent-a-Car işlətdiyini deyəndə o, sonuncunun dövlət işçisi olduğundan inanmışdır. Hər gün onunla Rent-a-Carda oturub görüntülü danışdığından onun oranı işlətdiyinə, onun oranın sahibi olduğuna inanmışdır. Təqsirləndirilən şəxs onu Rent-a-Carın sahibi olduğuna inandırmışdır. “Range Rover” markalı maşını ona vermiş, o, sürmüşdür, sonra o, həmin maşını almaq istəmişdir. Təqsirləndirilən şəxs maşınını Rent-a-Cara qoyulmasını, ona “Range Rover” markalı maşın gətizdirməsini təklif etmişdir. Təqsirləndirilən şəxs Anar və Talıb adında dostları var. Onlarla tanışlıq ərəfəsində o, onların onu aldatdıqlarını başa düşmüşdür. Onun telefonunda Anarla və Talıbla danışıqları var. Talıbdan maşınının niyə gəlmədiyini soruşduqda, Talıb ona ingiliscə cavabında maşının yolda olduğunu bildirmişdir. O, Talıba çox sağol demişdir, sonuncu ona nəyə görə sağol deməsini deyəndə ayılmışdır. Aldadıldığını başa düşəndə sonuncu onun nömrəsini bloklamışdır. Sonra onun maşınının cərimələndiyi barədə ona SMS radardan mesaj gəlmişdir. Təqsirləndirilən şəxs zəng vurub maşınına cərimə gəldiyi barədə dedikdə, sonuncu ona narahat olmamağını, cəriməni ödədiyini bildirmişdir. Şahidin danışığı onu şübhələndirmişdir, o, SMS radara girib baxdıqda onun maşınının nömrəsi Opel markalı maşının üstündə olduğunu görmüşdür. Təqsirləndirilən şəxs onun maşınını satdığını soruşduqda inkar etmişdir. O, sonradan araşdırmış, onun maşınının nömrəsini Nərimanovda polis işçisinə satdıqlarını öyrənmişdir. Həmin polis işçisinə maşınının nömrəsini qaytarmasını dedikdə, ona nömrəni 7000 manata aldığını bildirərək nömrəni qaytarmaq üçün ondan 10.000 manat pul istəmişdir. O, həmin nömrəni əziyyətlə işləyib pul qazanıb almışdır. Qısaca olaraq onu aldadanlar üç nəfər olmuşlar, Anar, Talıb, Şahid olmuşlar. Onun nömrəsinin qiyməti hazırda 10.000 manatdır. Həmin nömrənin onun adına olmasını, maşınının ona qaytarılmasını tələb edir. Bu işdə Təqsirləndirilən şəxs tək olmamasını, onların əlbir olub bir qrup şəxs halında onun başına oyun açdıqlarına görə onları birlikdə aid olduqları yerdə görmək istəyir. Talıbla oturub danışanda o, Talıba güvənmişdir, o, Şahidə güvənməmişdir. Etibarnamə verilməsində Təqsirləndirilən şəxs ona maşınını Rent-a-Cara verəndə həmin maşını sürmək üçün verilməsinə görə etibarnamə verməyini istəmişdir. Təqsirləndirilən şəxs ona “Range Rover” markalı maşını sürməyə verdiyi üçün ona inanıb öz maşınına etibarnamə vermişdir. O, Anarın, Talıbın, hətta Renta Car obyektinin sahibi Röyünün də Şahidlə əlbir olduqlarından onunla birlikdə törətdikləri əməllərinə görə cavab verilməsini istəyir. O, verilmiş suallara cavab olaraq bildirmişdir ki, istintaqda adlarını qeyd etdiyi şəxslərin də cəlb olunmaları barədə vəsatət vermişdir. Anarla və Talıbla onun yazışması var, hamısı istintaqa təqdim etmişdir. Təqsirləndirilən şəxs ondan 20.000 manat Rent-a- Carı işlətmək üçün maşınlara görə hərəsi üçün 5000 manat məbləğində pul götürmüşdür. O, pulu gəlir əldə etmək üçün vermişdir. Təqsirləndirilən şəxs ondan “Şevrolet” markalı, “Mersedes” markalı, “Range Rover” markalı maşınlar üçün və qumarda uduzduğu üçün pulları istəmişdir. 3250 manat məbləğində pulu Samsung markalı telefon və notebook işlətmək üçün Təqsirləndirilən şəxs vermişdir. Təqsirləndirilən şəxs dövlət işçisi olduğundan onlara kredit götürmək olmaz dediyinə görə öz adına telefonu və notebooku götürmüşdür. Təqsirləndirilən şəxs onların pulunu verəcəyini ona bildirmişdir. 3200 manat məbləğindən Təqsirləndirilən şəxs ona iki dəfə ödəniş üçün cəmi 200 manat pul vermişdir. 1500 manat pulu Təqsirləndirilən şəxs “Range Rover” markalı maşının onun adına sənədləşməsi üçün ondan götürmüşdür. Onu maşının gəlməsinə inandırmışlar və sənədləşməsi üçün ondan almışdır. 52.000 manata öz maşınını, 2.000 manata nömrəni almışdı. O, Təqsirləndirilən şəxs maşınını Renta Cara qoymasına görə icarəyə vermişdir, satmasına görə verməmişdir. Təqsirləndirilən şəxs ona günə 60 manatdan, aya 1800 manat pul verməli idi. Maşın iki ay icarədə qalmışdır, sonra o, Təqsirləndirilən şəxs maşını üçün darıxdığını, maşının gətirməsini deyəndə sonuncu onun maşınını 10 günlük götürüldüyünü bildirmişdir. Verməli olduğu pulu Təqsirləndirilən şəxs ona vermirdi, onun adına “Range Rover” maşının gəlməsini bildirirdi. Nəticədə maşın ona gəlmədi, sonra evində Talıbın özünə maşını gətirməsini etirafında bildirdi. O, bütün danışıqları telefonunda yazmışdır. O, Təqsirləndirilən şəxs obyektdə olan “Range Rover” markalı maşının verməsini istədikdə bu maşının adamının olduğunu, ona başqa maşının gəldiyini bildirmişdir. Təqsirləndirilən şəxs ona gələn maşının qiyməti 100.000-dən çox olduğunu, ona jest elədiyinə görə 80.000 manata başa gələcəyini bildirmişdir. Röyünün “Range Rover” markalı maşınları, “Qalenvaqen” markalı maşını onun qapısında üç-üç dayanırdılar. Anarın bu işlərdə iştirakı yazışmalarında var. Talıbla o, bir dəfə görüşmüşdür, oturub birlikdə söhbət etmişlər, maşını onun tərəfindən alındığını öyrənmişdir, Təqsirləndirilən şəxsla aralarında komplektasiya ilə bağlı söhbətlər edirdilər. Təqsirləndirilən şəxs verdiyi məbləğləri xatırlayır. 1000 manat, 1500 manat, 800 manat yığışırdı, axırda Təqsirləndirilən şəxs üç min manatın o pulun üstünə gəlməsini deyirdi. O, verdiyi məbləğləri özündə qeyd edirdi. Bütün yazışmaları istintaqa təqdim etmişdi. Onun tərəfindən Təqsirləndirilən şəxs pul verilməsini təsdiq edən sənədlər maşını, maşının nömrəsi, yazışmalar və fotoşəkillərdir. Maşını və maşının nömrəsini o, satmamışdır, o, maşınını Rent a Cara qoymuşdur. “Range Rover” markalı maşını o, alırdı. Onun avtomobili Rent a Carda olduğu üçün Təqsirləndirilən şəxs ona aya 1800 manatı, telefon və notebookun pullarını verməli idi, qumarda uduzub ondan pul alırdı, hamısı gəlməli olan maşının pulundan çıxılırdı. Təqsirləndirilən şəxs hər dəfə ondan pul istəyəndə maşının pulundan çıxacağını bildirirdi. O da sonuncuya hər verdiyi pulu qeyd edirdi. Ofisin içində olmamış, taksi şirkətində olmuşdur. O, “Range Rover” markalı avtomobili bir aya yaxın sürmüşdür. O, Təqsirləndirilən şəxs telefon hədiyyə etməmişdir. Ona dəymiş ziyanın məbləği 79.500 manatdır. Ona həmin məbləğdən heç nə ödənilməmişdir. O, Təqsirləndirilən şəxs şikayətçidir, aralarında barışıq yoxdur. Onun Təqsirləndirilən şəxsla hər hansı düşmənçiliyi yoxdur, sadəcə ona olan borcunu qaytarmağını istəyir. Təqsirləndirilən şəxs ona “RangeRover” markalı avtomobil gətirəcəyini söz vermişdi. Təqsirləndirilən şəxs verdiyi “Samsung” markalı mobil telefon və notebookun pulu ona gətirəcəyi “RangeRover” markalı avtomobilin pulundan çıxılacaqdı. Təqsirləndirilən şəxsə ağır cəza təyin olunmasını, eyni zamanda verilmiş mülki iddiasının da təmin olunmasın xahiş etmişdir. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, istintaqda verdiyi ifadəni təsdiq edir. Təqsirləndirilən şəxs Şaiqə görə tanımışdır. Şaiq ona Təqsirləndirilən şəxs pul verməyini bildirmişdir. Ona görə o, Təqsirləndirilən şəxs pul vermişdir. Pulları fərqli vaxtlarda vermişdir. Birinci dəfə 5000 AZN pulu səhər saat 10:00-da evində vermişdir. Sonra sürücüsünü göndərib 5000 AZN ona vermişdir. Bir dəfə də Tbilisi prospektdə oteldə yerləşən ofisində 5000 AZN pul vermişdir. Ümumilikdə o, Təqsirləndirilən şəxs 15 000 AZN pul vermişdir. Pulun qalan hissəsini də Təqsirləndirilən şəxs Şaiq vermişdir. O, verilmiş suallara cavab olaraq bildirmişdir ki, o, Təqsirləndirilən şəxs ümumilikdə 15 000 AZN pul vermişdir. Verdiyi pulu şəxsən Təqsirləndirilən şəxs özünə vermişdir. Bir dəfə səhər saat 10:00-da “Mersedes” markalı maşınla gələrək yaşadığı binadan pulu ondan götürmüşdür. Bir dəfə “Prius” markalı maşınla bir şəxsi göndərərək sürücüsü olduğunu və həmin şəxsə 5 000 AZN pul verməyini bildirmişdir. Təqsirləndirilən şəxs Tbilisi prospektdə oteldə ofisi var idi. 5 000 pulu da aparıb orada Təqsirləndirilən şəxs özü vermişdir. O, pulu verən vaxt Şaiq də orada olmuşdur. O, verdiyi pulları geri istəyəndə Elməddin adlı şəxs verilən pullara cavabdeh olduğunu, pulu artıqlaması ilə geri qaytaracağını bildirmişdir. Pulu verdiyi tarixləri dəqiq xatırlamır, amma qəbzlərdə olmalıdır. Pulu verdiyi vaxt təxmini iyun-avqust ayları idi. 10 000 AZN pulu təxmini iki gün aralığı ilə vermişdir. 5 000 AZN pulu özü gələrək evindən götürmüşdür. 5 000 AZN pulu sürücüsünü göndərib ona vermişdir. Həmin pullar onun şəxsi pulları idi. Əvəzində ona maşını verəcəyini söz vermişdi. Təqsirləndirilən şəxs verdiyi pulların hamısını Şaiqin göstərişi ilə vermişdir. Ofis Tbilisi prospektində yerləşirdi. 15 000 AZN pulun əvəzinə maşın verəcəyini söz verdiyi üçün Təqsirləndirilən şəxs vermişdir. Təqsirləndirilən şəxs ona heç bir məbləğdə pul ödəməmişdir. O, Şaiqin vasitəsilə Təqsirləndirilən şəxs 15 000 AZN pul vermişdir. Təqsirləndirilən şəxs ona aylıq ödəniş etməmişdir. Şaiqin verdiyi pulla onun verdiyi pul birlikdə 40 000 AZN idi. Elməddinlə kafedə oturub söhbət edən zaman o, pulun hamısının qaytaracağına söz verdi. Sonra Elməddin Təqsirləndirilən şəxs hər ay ona pul ödəyəcəyini bildirdi. Təqsirləndirilən şəxs aylıq pulu ödəmədiyi üçün Elməddin dostundan 1 000 AZN pul alıb ona gətirdi. Şaiq dediyi üçün Elməddin pulu ona verdi. Məhkəmə baxışı zamanı vəsatət əsasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxsla onu Zamiq adında şəxs müştəri kimi tanış etmişdir. Sonra müştəri münasibətləri yaranmış, ondan daim maşın götürmüşdür. Maşını öz istifadəsi üçün götürmüşdür. Təqsirləndirilən şəxs Rəna xanım üçün də ondan maşın götürdüyünü bilmişdir, çünki o, demişdir ki, “xanım gəlsin maşını burdan götürsün”, ona demişdir ki, “mənim xanımımdır, onun bura gəlməsi düzgün deyil”, o da münasibətləri olduğu üçün sənədləri vermiş, maşını aparıb verə biləcəyini demişdir. Təqsirləndirilən şəxs bir maşın özü üçün götürmüşdü, bir maşını da Rəna xanım üçün götürmüşdü. O, “Renta Car” işlədir, maşını sürməyə yol vərəqəsi ilə verirdi. Maşınların ödənişində maksimum bir günlük gecikmələr olurdu. Şahid3ı Təqsirləndirilən şəxs vasitəsilə tanımışdır. Talıb adlı şəxsi tanımır. Təqsirləndirilən şəxs 150-170-180 manat civarında ödənişlər edirdi. Ödəniş nəğd də olurdu, kartla da olurdu. Təqsirləndirilən şəxs onun müştərisi olub, onunla birlikdə işləməyib, onun kreslosunda oturması ilə bağlı deyə bilər ki, ora hər hansı bir dövlət orqanı deyil, balaca bir otaqdı, orada ona yaxın olan hər kəs otura bilər, Rəna xanımın maşınını isə o, öz ofisinin qarşısında görməmişdir. Təqsirləndirilən şəxsla münasibəti olduğu üçün və Rəna xanımın ofisə gəlməsini istəmədiyi üçün o, Rəna xanım üçün yol vərəqəsini aparmağı Təqsirləndirilən şəxs icazə vermişdir. Rəna xanım üçün “Range Rover” götürülmüşdü, Rəna xanım təxmini 15-20 gün həmin maşını sürdü. Həmin maşının günü 150-170 manat idi. Maşının yol vərəqəsini 1 aylıq yazırdılar, müştəri bəzən 10 günlük götürür, onlar çox vaxtı müddəti çox yazırlar ki, birdən çox lazım olar, maşın onda olduğu müddətdə problem yaşamasın. Təqsirləndirilən şəxs ancaq bu xanım üçün yol vərəqi yazıb aparıb, başqa bir şəxs üçün ona belə bir ayrıcalıq tanınmamışdır. Bir dəfə də toy üçün maşın götürülüb, həmin maşın toy üçün onun ofisinin qarşısında bəzədilmişdir və onun sürücüsü maşını sürüb toya getmiş və gəlmişdir. Rəna xanımın avtomobili onların “Renta Car” da icarəyə verilməmişdir. Məhkəmə baxışı zamanı vəsatət əsasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs işçisi olmuşdur. Təqsirləndirilən şəxs taksi şirkəti var idi, orada şirkətin rəhbəri idi, o da işçiləri işə aparırdı, maşınları ustaya aparırdı. Neçənçi ildən bir yerdə işləməkləri yadında deyil. Şahid4 “Aqşin” kimi tanıyır. Röyünlə Təqsirləndirilən şəxs nə kimi əməkdaşlığı olub bilmir. O, Təqsirləndirilən şəxs üçün “Renta Car”dan maşın götürməmişdir. Zərərçəkmiş şəxs1 tanıyır, Təqsirləndirilən şəxs yanında görmüşdür, münasibətlərinin olduğunu bilirdi. X2 tanımır. O, ancaq məbləğin Təqsirləndirilən şəxs tərəfindən verilməsi ilə bağlı Zərərçəkmiş şəxs1 demişdir. Talıb adlı şəxsi tanımır. Talıbı bir dəfə maşını götürəndə görmüşdür. Görüşəndə salamlaşanda adını demiş, bilmişdir ki, Talıbdır. 12 noyabr 2022-ci ildə “Yaban” restoranında onun, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs1 Talıbla görüşməklərini xatırlamır. O, “Renta Car”-a maşın verməmişdir. Zərərçəkmiş şəxs1 maşınının “Renta Car” adı ilə götürüldüyünü bilmirdi. Zərərçəkmiş şəxs1 maşınını o, həyətdən götürməmişdir. Təqsirləndirilən şəxs maşınlarını, sonuncu içkili olanda sürmüşdür, hətta Zərərçəkmiş şəxs1 da aparıb gətirmişdir. Təqsirləndirilən şəxs Qalenvagen markalı maşınını da sürmüşdür. Onun Zərərçəkmiş şəxs1 ilə dialoqu ondan ibarət olub ki, Təqsirləndirilən şəxs hər şeyi yoluna qoyacaq, münasibətlərini pozmasınlar. O, Zərərçəkmiş şəxs1 “Hundai Tucson” markalı maşınını kirayə verilməsini deməmişdir. **-SS-*** dövlət qeydiyyat nişanlı “Hyundai Tucson” markalı avtomaşının icarəyə verilməsindən xəbəri yoxdur. Bundan başqa, qanunla müəyyən olunan qaydada məhkəmənin yeri və vaxtı barədə məlumatlandırılmasına baxmayaraq, məhkəmə baxışı zamanı iştirak etməmiş, məhkəməyədək icraat zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid2 ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan edilərək tədqiq olunmuş ifadəsində göstərmişdir ki, özünə məxsus Opel Astra H markalı **-FP-*** dövlət qeydiyyat nişanlı avtomaşını 2022-ci ilin aprel ayında almışdır. Bələ ki, 2022-ci ilin noyabr ayında qardaşı Ülvü Səfərov ona zəng edərək bildirmişdi ki, satışda avtomaşın nömrəsi var, nömrə ** SS *** dövlət qeydiyyat nişanlıdır və bildirmişdi ki, Xırdalan şəhərində yerləşən Azərbaycan Respublika DYPİ-nə getsin. O, həmin ünvana yaxınlaşmış və inzibati otaqların birinə daxil olmuş, lakin kimin otağına getdiyini xatırlamır, orada olan inspektora yaxınlaşıb özünə aid olan sənədləri təqdim etmiş və həmin satışda olan nömrə onun avtomobilinin üzərinə qeydiyyata qoyularaq bağlanılmışdı. Həmin nömrənin kimin tərəfindən satıldığını hazırda xatırlamır, lakin bildirmək istiyir ki, həmin nömrəyə görə o, 5000 manat pulu xatırlamadığı şəxsə ödəmişdir. Daha sonra isə 700 manat DYPİ-də bir addan digərinə keçirilməsi ücün dövlət rüsumu ödəmişdir. Həmin nömrənin cinayət yolu ilə əldə olunmasını bilməmişdir. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş: xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs1 müraciəti əsasında toplanmış material üzrə CM-in 178.3.2-ci maddəsi ilə ********* saylı cinayət işi başlanılmışdır. (l cild i.v. 1-2) xx.xx.2022-ci il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Zərərçəkmiş şəxs1 xaricdən avtomobil gətizdirməsi üçün Təqsirləndirilən şəxs 20000 manat nəğd pulu ünvan 8 ünvanında vermişdir. Həmin istintaq hərəkəti zamanı müvafiq fotoşəkillər çəkilərək protokola əlavə olunmuşdur. (İ cild, i.v. 18-20) Zəmanət talonlarından görünür ki, Zərərçəkmiş şəxs1 xx.xx.2022-ci il və xx.xx.2022ci il tarixlərdə Bakı şəhəri, Nəsimi rayonu ərazisində fəaliyyət göstərən Baku Electronic mağazasından bir ədəd dəyəri 2.000 manat olan Samsung 5901 markalı mobil telefon aparatı və bir ədəd dəyəri 1250 manat olan FHD mikrotex markalı notebooku kreditlə almışdır. (İ cild, i.v. 38,44) Zərərçəkmiş şəxs1 telefonun whatsapp səhifəsində aparılan yazışmalara dair çıxarışdan görünür ki, həmin yazışmalar sonuncu ilə Təqsirləndirilən şəxs aralarında aparılmış, Zərərçəkmiş şəxs1 sonuncudan öz kartına pul göndərməsini istəmiş və pulu nə vaxt göndərəcəyini yazmışdır. (İ cild, i.v. 40-42) xx.xx.2022-ci il tarixli etibarnamədən görünür ki, Təqsirləndirilən şəxs 12 saylı notariat ofisində əmlakı olmadığı halda inandırmaq məqsədilə Zərərçəkmiş şəxs1 adına əmlaka dair baş etibarnamə vermişdir ki, sonuncu onun bütün əmlakına sərəncam verə bilər. (İ cild, i.v. 63) xx.xx.2022-ci il tarixli etibarnamədən görünür ki, Zərərçəkmiş şəxs1 12 saylı notariat ofisində Təqsirləndirilən şəxs adına nəqliyyat vasitələri barədə baş etibarnamə vermişdir. (İ cild, i.v. 64) xx.xx.2023-cü il tarixli hadisə yerinə baxış keçirilməsi barədə protokoldan görünür ki, Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs “Hundai Tucson” markalı, **-SS-*** qeydiyyat nişanlı avtomobilini baş etibarnamə əsasında Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti 28A ünvanında yerləşən 12 saylı notariat ofisində vermişdir. Həmin istintaq hərəkəti zamanı müvafiq fotoşəkillər çəkilərək protokola əlavə olunmuşdur. (İ cild, i.v. 66- 69) xx.xx.2023-cü il tarixli diskə baxış keçirilməsi haqqında protokollardan görünür ki, Zərərçəkmiş şəxs1 təqdim etdiyi 01 ədəd “DVD” formatlı diskə baxış zamanı diskdəki fayl açıldıqda görüntünün 31:40 dəqiqə müddətli olması müəyyən edilmişdir, baxış zamanı, həmçinin, müəyyən edilmişdir ki, 01:54:X9 markalı avtomobilin Şahid tərəfindən satılması barədə məsələni qaldırır. 02:17:Şahid məsələ barədə etdiyi hərəkətini inkar etmir. 02:58:Rəna avtomobilin və ya onun dəyərinin qaytarılmasını tələb edir. 03:10-03:59:Şahid avtomobillə bağlı məsələni həll edəcəyi barədə məlumat verir. 04:03:Şahid avtomobil yerinə digər avtomobil təmin edə biləcəyini deyir. 05:20-06:57:Rəna qeyd olunan məsələ ilə bağlı yaranmış problemləri Şahidə izah edir. 07:22-10:35:Rəna məsələ həll edilmədiyi təqdirdə Şahidi hüquq mühafizə orqanlarına şikayət edəcəyi və onun tutulma ehtimalı ilə hədələyir. 17:12:Şahid 1000 azn aldığını, 500 azn isə qaldığını bildirir. 17:50:Şahid telefonunu götürəcəyini deyir. 19:45:Şahid Hyundai Tucson barədə 30000 azn məbləği ifadəsini işlədir. 19:55:Şahid 70000 azn məbləğini aldığını deyir. 21:43:Şahid Hyundai Tucsonu 18000 ABŞ dollarına satdığını söyləyir. 21:56:Şahid Rənaya məxsus avtomobili qaytarmaq niyyətində olduğunu deyir. 22:13:Şahid yeni avtomobil alacağını deyir. 22:43:Şahid Rənanın dediklərini inkar etmir. 23:24:Şahid həftənin bazar və ya bazar ertəsi günü həll edəcəyini söyləyir. 23:54:Şahid avtomobilin nömrəsini dəyişəcəyini deyir. 24:35:Şahid Hyundai Tucsonun 52000 azn olduğunu qeyd edir. 25:00-28:00:Şahid Rənaya müvəqqəti Range Rover markalı avtomobil verəcəyini, həftənin bazar və ya bazar ertəsi günü həmin avtomobili onun adına keçirəcəyini deyir. 29:35:Rəna ağ rəngli avtomobildən söhbət edir. 29:38-31:40:Mübahisə bu məzmunda yekunlaşır, Rənanın gizli səs (video) yazısı barədə Şahidə məlumat verir. (İ cild, i.v. 75, 94-99) xx.xx.2023-cü il tarixli axtarışda olan şəxsin yaxalanması barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə, saat 21:05 radələrində yaxalanaraq Yasamal RPİnin MSY-nə təhvil verilmişdir. (l cild i.v. 148) xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-in 178.3.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. (İ cild i.v. 161-162) xx.xx.2023-cü il tarixli üzləşdirmə protokolundan görünür ki, Zərərçəkmiş şəxs1 ifadəsində qeyd olunanları Təqsirləndirilən şəxs üzünə qarşı deməklə bir daha təsdiq etmişdir. (l cild i.v. 174-178) Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 4(004)-616/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatət və təqdimat təmin edilməmişdir. (İ cild i.v. 189-194) xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə haqqında qətimkan tədbiri seçilmişdir. (İ cild i.v. 195-196) xx.xx.2023-cü il tarixli ifadənin yerində yoxlanılması haqqında protokoldan görünür ki, Zərərçəkmiş şəxs1 istintaqda verdiyi ifadəni hadisə yerində təsdiq edərək cinayət hadisəsinin baş verdiyi yeri əyani surətdə göstərmişdir. (İ cild,i.v. 204) xx.xx.2022-ci il tarixli 2 ədəd, xx.xx.2022-ci il tarixli 2 ədəd, xx.xx.2022-ci il tarixli və xx.xx.2022-ci il tarixli ödəmə qəbzlərindən görünür ki, zərərçəkmiş şəxs Cəfərov X3 şəhərində yerləşən Milliön ödəmə terminalından Təqsirləndirilən şəxs adına olan “Leobank”a məxsus bank kartının hesabına müvafiq olaraq 3.000 manat, 5.000 manat, 5.000 manat, 1.000 manat, 3.000 manat və 500 manat məbləğində pullar göndərilmişdir. (lİ cild i.v. 15-18) xx.xx.2023-cü il tarixli axtarışda olan şəxsin saxlanılması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə, saat 22:30 radələrində saxlanılmışdır. (lİ cild i.v. 45) xx.xx.2023-cü il tarixli üzləşdirmə protokolundan görünür ki, Zərərçəkmiş şəxs2 ifadəsində qeyd olunanları Təqsirləndirilən şəxs üzünə qarşı deməklə bir daha təsdiq etmişdir. (İl cild i.v. 66-68) xx.xx.2023-cü il tarixli ifadənin yerində yoxlanılması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs istintaqda verdiyi ifadəni hadisə yerində təsdiq edərək cinayət hadisəsinin baş verdiyi yeri əyani surətdə göstərmişdir. (İİ cild,i.v. 72-74) xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-in 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddələrdə nəzərdə tutulan ittiham elan edilmişdir. (İİ cild i.v. 75-76) Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 4(011)-786/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 02 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmışdır. (İİ cild i.v. 94-98) xx.xx.2024-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Zərərçəkmiş şəxs1 təqdim etdiyi 01 ədəd DVD-R disk iş üzrə maddi sübut kimi tanınaraq cinayət işinin materiallarında saxlanılmışdır. Eyni zamanda Zərərçəkmiş şəxs1 məxsus olan “Hyundai Tucson” (minik) markalı (İİ cild i.v. 228-238) avtomobilinin üzərində olan **- SS-*** dövlət qeydiyyat nişanın dələduzluq yolu ilə ələ keçirilməsi epizodu üzrə cinayət təqibinə xitam verilmişdir. xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-in 178.3.2-ci maddəsi ilə yenidən ittiham elan edilmişdir. (İİ cild i.v. 239-241) Azemis elektron məhkəmə informasiya sistemindən çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2021-ci il təvəllüdlü Bayramov Şahin Şahid oğlu, xx.xx.2016-cı il təvəllüdlü Bayramova Nilay Şahid qızı və xx.xx.2019-cu il təvəllüdlü Bayramova Miray Şahid qızı adlı azyaşlı uşaqları vardır. Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İnformasiya İdarəsinin xx.xx.2024-cü il tarixli tələbnaməsindən, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 1(001)-11/2025 nömrəli hökmündən, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 1(103)-848/2025 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs sonuncu dəfə xx.xx.2025-ci il tarixdə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hökmü ilə CM-in 178.2.1, 178.2.2, 178.2.4, və 320.1-ci maddələri ilə təqsirli bilinərək ona CM-in 178.2.1, 178.2.2, 178.2.4-cü maddələri ilə 2 il 6 ay müddətə, CM-in 320.1-ci maddəsi ilə 6 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, CM-in 66.2-ci maddəsinə uyğun olaraq ona təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq 2 il 9 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin 18 dekabr 2024-cü il tarixli 1(102)2512/2024 saylı qərarı ilə Təqsirləndirilən şəxs qəti olaraq təyin edilmiş 2 il müddətə sahibkarlıq fəaliyyəti ilə məşğul olma hüququndan məhrum edilməklə 5 il müddətə azadlıqdan məhrum etmə və 3000 manat cərimə cəzası hazırkı hökmlə təyin edilən 2 il 9 ay müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılmaqla Təqsirləndirilən şəxs oluna qəti olaraq 2 il müddətə sahibkarlıq fəaliyyəti ilə məşğul olma hüququndan məhrum edilməklə 5 il 9 ay müddətə azadlıqdan məhrum etmə və 3000 manat cərimə cərimə cəzası təyin edilmişdir, CM-in 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək həbsdə və ev dustaqlığında olduğu 3 ay 5 gün, habelə Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 1(001)-13/2024 saylı hökmü ilə məhkum edildiyi cinayət işi üzrə 16 fevral 2022-ci il tarixdən 18 fevral 2022-ci il tarixədək şübhəli səxs kimi saxlandığı 2 gün müddət olmaqla ümumilikdə 3 ay 7 gün müddət həbsdə saxlamanın bir günü azadlıqdan məhrum etmənin bir gününə bərabər hesablanmaqla, ona CM-in 66.5-ci maddəsi ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılaraq üzərində qəti olaraq 3000 min manat cərimə cəzası və iki il müddətə sahibkarlıq fəaliyyəti ilə məşğul olma hüququndan məhrum edilməklə 5 il 5 ay 23 gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarı ilə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 1(001)- 11/2025 saylı hökmü verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, həmin Məhkəmənin xx.xx.2025-ci il tarixli, 1(001)-11/2025 nömrəli hökmü 24 aprel 2025-ci il tarixdə qanuni qüvvəsini almışdır. xx.xx.2022-ci il tarixli nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsindən görünür ki, Hyundai Tucson (minik) markalı **-SS-*** dövlət qeydiyyat nişanlı avtomobil 36.000 manata satılmışdır. Avtonəqliyyat vasitəsinin qiymətləndirilməsi barədə CVN/İ 31-236/25 nömrəli mütəxəssis rəyinə əsasən aparılan araşdırmalar və təhlillərə əsasən buraxılış ili 2019-cu il olan “Hyundai Tucson” (minik) markalı, “universal” tipli, **-SS-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinin 10 noyabr 2022-ci il tarixinə bazar dəyəri 30.900 (otuz min doqquz yüz) manat təşkil edir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs təkrarən etibardan sui-istifadə etmə va aldatma yolu ila özgənin əmlakını ələ keçirərək zərərçəkmiş şəxslərə xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etməsi sübuta yetirildi. İttiham aktında Təqsirləndirilən şəxs təkrarən Zərərçəkmiş şəxs1 etibarından suiistifadə edərək və aldadaraq Zərərçəkmiş şəxs1 məxsus 52.000 manat dəyərində Hyundai Tucson markalı **-SS-*** dövlət qeydiyyat nişanlı avtomobili alıb ələ keçirərək Zərərçəkmiş şəxs1 52.000 manat məbləğində külli miqdarda maddi ziyan vurmaqla dələduzluq etməsi göstərilmişdir. İbtidai istintaq orqanı bu nəticəyə gələrkən hər hansı ekspertiza rəyinə, mütəxəssis rəyinə istintad etməmiş, sadəcə Zərərçəkmiş şəxs1 verdiyi ifadələri ilə kifayətlənmişdir. Məhkəmə araşdırması zamanı həmin Hyundai Tucson markalı **-SS-*** dövlət qeydiyyat nişanlı avtomobilin dəyərinin 52000 manat deyil, 30.900 manat olması müvafiq rəylə müəyyən edilmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 1(101)-211/2025 saylı qərarı ilə Hyundai Tucson markalı, **-SS-*** dövlət qeydiyyat nişanlı avtomobilin xx.xx.2022-ci il tarix üçün orta bazar qiymətinin müəyyən edilməsi üçün mütəxəssis rəyinin alınması qərara alınmışdır. Avtonəqliyyat vasitəsinin qiymətləndirilməsi barədə CVN/İ 31-236/25 nömrəli mütəxəssis rəyinə əsasən aparılan araşdırmalar və təhlillərə əsasən buraxılış ili 2019-cu il olan “Hyundai Tucson” (minik) maraklı, “universal” tipli, **-SS-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinin 10 noyabr 2022-ci il tarixinə bazar dəyəri 30.900 (otuz min doqquz yüz) manat təşkil etmişdir. Eyni zamanda sübutların qiymətləndirilməsi haqqında qərardan da görünür ki, Zərərçəkmiş şəxs1 məxsus olan “Hyundai Tucson” (minik) markalı avtomobilinin üzərində olan **-SS-*** dövlət qeydiyyat nişanın dələduzluq yolu ilə ələ keçirilməsi epizodu üzrə cinayət təqibinə xitam verilmişdir. Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 mart 2005-ci il tarixli qərarından görünür ki, talanmış əmlakın qiyməti müəyyən edilərkən, cinayət törədilən vaxt həmin əmlakın faktiki dəyəri əsas götürülməlidir. Talanmış əmlakın qiyməti barədə məlumat olmadıqda talanmış əmlakın qiyməti ekspert rəyi ilə müəyyən edilə bilər. Məhkəmə, göstərilənləri nəzərə alaraq hesab edir ki, Hyundai Tucson markalı **-SS- *** dövlət qeydiyyat nişanlı avtomobilin qiyməti avtonəqliyyat vasitəsinin qiymətləndirilməsi barədə CVN/İ 31-236/25 nömrəli mütəxəssis rəyinə əsasən müəyyən edilməlidir. Həmin rəydən görünür ki, Hyundai Tucson markalı **-SS-*** dövlət qeydiyyat nişanlı avtomobilin 10 noyabr 2022-ci il tarixinə bazar dəyəri 30.900 manat təşkil etmişdir. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 məxsus Hyundai Tucson markalı **-SS-*** dövlət qeydiyyat nişanlı avtomobili alıb ələ keçirərək törətdiyi dələduzluq cinayət əməli nəticəsində Zərərçəkmiş şəxs1 vurduğu ziyan cəmi 30.900 manat təşkil edir. Azərbaycan Respublikası CM-in 177-ci maddəsinin qeyd hissəsinə əsasən 30.900 manat xeyli miqdar təşkil edir. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CMin 178.3.2-ci maddəsindən həmin Məcəllənin 178.2.2 və 178.2.4-cü maddələrinə tövsif edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “CM-in 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. “Barbera, Messege və Yabardo İspaniyaya qarşı” şikayətlə bağlı qərarında Avropa Məhkəməsi bildirmişdir ki, təqsirsizlik prezumpsiyası nəzərdə tutur ki, məhkəmənin tərkibi öz vəzifələrini icra edərkən, təqsirləndirilən şəxsə istinad edilən cinayətin onun tərəfindən törədildiyi kimi qərəzli mövqedən çıxış etməməlidir və bunu sübut etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür, istənilən şübhə isə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin: 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Cinayət və Cinayət-Prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. 21.3-cü maddəsinə əsasən cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Təqsirləndirilən şəxsin özünü müdafiə xarakterli ifadələri müvafiq sübutlarla təkzib olunmadıqda və ya yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri başqa sübutlarla aradan qaldırmaq mümkün olmadıqda onlar təqsirləndirilən şəxsin xeyrinə həll edilir. 351.2 və 351.3.4-cü maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır, məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə həll edir. 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. 146.1-ci maddəsinin tələbinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilmiş ittiham daxilində baxılır və məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxmaq hüququna malikdir. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1-ci və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında qeyd edilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarı ilə təqsirsizə şərtsiz bəraət verilməsi - hakimin həm vəzifə, həm də mənəvi borcudur. Məhkəmə, cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları, təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxslərin, şahidlərin ifadələrini tədqiq edib Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs hazırkı cinayət işi üzrə olan əməli CM-in 178.3.2-ci maddəsindən həmin Məcəllənin 178.2.2 və 178.2.4-cü maddələrinə tövsif edilməli və ona 178.2.2 və 178.2.4-cü maddələri ilə cəza təyin edilməlidir. Odur ki, məhkəmə Təqsirləndirilən şəxs əməlini CM-in 178.3.2-ci maddəsindən həmin Məcəllənin 178.2.2 və 178.2.4-cü maddələrinə tövsif edir. Azərbaycan Respublikasının cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs CM-in 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş əməli qəsdən törətmiş, həmin əməl başa çatmış cinayətdir, CM-in 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulan əməl az ağır cinayət hesab olunur. Beləliklə, məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən CM-in 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir, onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, CM-in 178.2.2 və 178.2.4-cü maddələrinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü təqsirli bilməməsi, Zərərçəkmiş şəxs2 hər hansı məbləğdə pul, xüsusilə 20 min manat məbləğində pul almaması, Zərərçəkmiş şəxs3 40 000 manat borcu olmaması, Zərərçəkmiş şəxs1 məxsus «Hyundai Tucson» markalı avtomobili birlikdə sataraq sonuncu da istifadə etmələri, alınan mobil telefonu Zərərçəkmiş şəxs1 onun ad gününə hədiyyə olaraq alması və s. ilə bağlı verdiyi ifadələri iş üzrə toplanmış sübutlar, o cümlədən zərərçəkmiş şəxslərin, şahidlərin ifadələri, xx.xx.2023-cü il tarixli diskə baxış keçirilməsi haqqında protokollar və işin faktiki halları ilə tam təkzib edildiyindən, həmçinin iş materiallarında olan sübutlarla təsdiq edilmədiyindən və işin faktiki halları ilə uyğunluq təşkil etmədiyindən məhkəmə Təqsirləndirilən şəxs həmin ifadələrini işin faktiki hallarına uyğun olmayan və özünü müdafiə xarakterli ifadə, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yayınmağa, məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək sübut qismində qəbul etmir. Eyni zamanda Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli ilə bağlı ibtidai istintaq zamanı dindirilərkən verdiyi və məhkəmə istintaqında tədqiq edilmiş qismən etirafedici ifadələri iş üzrə digər bütün sübutların məcmusu ilə təsdiq edildiyindən, məhkəmə iş üzrə yekun qərar qəbul edərkən həmin ifadələri də sübut kimi qəbul edir. Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli qərarının 1ci bəndində göstərilmişdir ki, qanuna görə talama dedikdə özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 11 iyun 2015-ci il tarixli, 7 nömrəli qərarının 1-ci bəndində göstərilir ki, törədilmiş əməl o halda Cinayət Məcəlləsinin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Həmin qərarın 2-ci bəndində göstərilir ki, dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi başa düşülür. Qeyd edilən qərarın 3-cü bəndində göstərilir ki, dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Həmçinin qərarın 4-cü bəndində göstərilir ki, dələduzluq cinayəti özgənin əmlakının (əmlaka olan hüququnun) təqsirkarın və ya üçüncü şəxslərin sahibliyinə keçdiyi və onların bu əmlaka (əmlaka olan hüquqa) dair istədikləri kimi sərəncam vermək və ya onlardan istifadə etmək imkanının yarandığı andan başa çatmış hesab edilir. Bundan başqa, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qeyd edilən qərarının 8-ci bəndində göstərilir ki, oğurluqdan, soyğunçuluqdan və quldurluqdan fərqli olaraq dələduzluğun törədilməsi zamanı təqsirkar zərərçəkmişin əmlakını onun iradəsinə zidd olaraq hər hansı yolla (gizli şəkildə, zor tətbiq etməklə və zor tətbiq etmə hədəsi ilə) ələ keçirmir, əksinə həmin əmlak aldadılma və ya etibarından suiistifadə edilməsi nəticəsində zərərçəkmiş şəxsin özü tərəfindən könüllü olaraq təqsirkara verilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarının 23-cü bəndində qeyd edilir ki, “Məhkəmələr nəzərə almalıdır ki, CPM-in 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi «Deveyer Belçikaya qarşı» iş üzrə qərarında göstərmişdir ki, «ittiham» termininə formal cəhətdən deyil, məzmun cəhətdən anlayış verilməlidir və Məhkəmə ittihamın zahiri təzahürlərinin arxasında nəyin durduğunu nəzərdən keçirməli və ittihamın irəli sürülməsi prosedurunun reallıqlarını araşdırmalıdır. Məhkəmə onu da qeyd edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilən zaman CM-in 58 və 59-cu maddələrinin tələbləri nəzərə alınmalıdır. CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə CM-in 59-cu maddəsinə əsaslanmaqla təqsirləndirilən şəxsin himayəsində üç nəfər azyaşlı uşağının olmasını, cinayət nəticəsində dəymiş ziyanın qismən ödənilməsini cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. CM-in 61-ci maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 178.2.2 və 178.2.4-cü maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə, cəza təyin edərkən CM-in 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunmuş cəzanın Təqsirləndirilən şəxs islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini, cəzasını yüngülləşdirən halları, cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alaraq Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasını təyin etməklə onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. CM-in 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. CM-in 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilən zaman CM-in 66.5-ci maddələrinin tələbləri rəhbər tutularaq Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 1(001)-11/2025 nömrəli hökmü ilə Təqsirləndirilən şəxs qəti olaraq təyin edilmiş 2 (iki) il müddətə sahibkarlıq fəaliyyəti ilə məşğul olma hüququndan məhrum edilməklə 5 (beş) il 9 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə və 3000 manat cərimə cəzası hazırkı hökmlə təyin edilmiş cəza ilə qismən toplanılmaqla cəza təyin edilməli, ona hazırkı iş üzrə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək həbsdə və ev dustaqlığında olduğu 03 ay 05 gün, 16 fevral 2022-ci il tarixdən 18 fevral 2022-ci il tarixədək şübhəli səxs kimi saxlandığı 02 gün müddət (Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 1(001)-11/2025 nömrəli hökmü üzrə) və hazırki cinayət işi üzrə xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək tutulub həbsdə saxlandığı 02 gün müddət olmaqla ümumilikdə 03 ay 09 gün müddət çıxılmaqla üzərində qəti cəza saxlanılmalıdır. Məhkəmədə tədqiq edilmiş və işdə olan xx.xx.2023-cü il tarixli axtarışda olan şəxsin saxlanılması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə, saat 22:30 radələrində saxlanılmış, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 4(011)-786/2023 saylı qərarı ilə barəsində 02 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmışdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin: 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət, ev dustaqlığında saxlanıldığı müddət, məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət və Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmalıdır. CM-in 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəza çəkmə müəssisələrində cəzasını çəkməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs, ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı, CM-in 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə, CPM-in 132-ci maddəsinin tələblərinə əsasən hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış Zərərçəkmiş şəxs1 təqdim etdiyi 01 ədəd DVD-R disk cinayət işinin materiallarında saxlanılmalıdır. Mütəxəssis rəyinin alınması ilə əlaqədar 200 (iki yüz) manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutularaq X6 Məsuliyyətli Cəmiyyətə ödənilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin: 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, “Arbitrium” Vəkil Bürosunun vəkili Müdafiəçi təqsirləndirilən şəxsin müdafiəçisi qismində məhkəmə iclaslarında iştirak edərək ümumilikdə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 28 aprel 2025-ci il tarixədək 60 saat olmaqla ümumilikdə 100 saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs göstərdiyi cəmi 100 saat hüquqi yardıma görə “Arbitrium” Vəkil Bürosunun vəkili Müdafiəçi üçün 28 aprel 2025-ci il tarixədək hər iş saatına 6 manat, sonrakı vaxt üçün hər iş saatına 11 manat hesab edilməklə, cəmi 800 manat məbləğində pul köçürülməlidir. Zərərçəkmiş şəxs1 nümayəndəsi Nümayəndə mülki iddia ilə məhkəməyə müraciət edərək Təqsirləndirilən şəxs vurulmuş maddi ziyana görə 79750 manat və 330 manat ödənilmiş dövlət rüsumunun məbləği tutularaq zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs1 ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Mülki iddia onunla əsaslandırılmışdır ki, cinayət işində olan materiallardan və işin faktiki hallarında aydın olur ki, iş üzrə zərərçəkmiş Zərərçəkmiş şəxs1 külli miqdarda ziyan vurulmuşdur. Belə ki, Təqsirləndirilən şəxs tərəfindən 2022-ci ilin sentyabr ayında hər dəfəsində 5000 min manat olmaqla ümumilikdə 20 000 min manat pul vəsaiti, 1500 manat vəsaiti “Range Rover” markalı avtomobilin xaricdən gətirilməsi ilə bağlı, mülki iddiaçı Zərərçəkmiş şəxs1 ev kirayələməsi ilə əlaqədar 1000 manat vəsaiti, bundan başqa xx.xx.2022-ci il tarixində Baku Elektoroniks mağazasından kreditlə adına 1 ədəd dəyəri 1249 manat 99 qəpik olan FHD mikrotex markalı notebook və dəyəri 1999 manat 99 qəpik olan Samsung 5901 markalı mobil telefon almaqla ümumilikdə onun adına 3250 manat məbləğində kredit götürmüş vəsaiti, bundan başqa mülki iddiaçı Zərərçəkmiş şəxs1 tərəfindən xx.xx.2019-cu il tarixində 52 000 manat vəsaitə alınmış Hyundai Tucson markalı avtomobili, zərərçəkmiş şəxsə məxsus olan və onun tərəfindən 2000 manat vəsaitə alınmış **-SS-*** dövlət qeydiyyat nişanını aldatma və etibardan sui-istifadə etməsi nəticəsində əldə etmişdir. Qeyd olunan dələduzluq cinayəti nəticəsində mülki iddiaçıya ümumilikdə 79 750 manat maddi ziyan vurulmuşdur. Məhkəmə mülki iddianın dəlillərini, cinayət işinin materiallarını araşdırıb, tədqiq edərək belə hesab edir ki, mülki iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 89.1-ci maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməl nəticəsində maddi ziyan vurulması qənaətinə gəlməyə kifayət qədər əsaslar olduqda onun cinayət mühakimə icraatı qaydasında ödənilməsi barədə cinayət işinin icraatı zamanı iddia vermiş fiziki və ya hüquqi şəxs mülki iddiaçı qismində tanınır. 179.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. 181.1.1-ci maddəsinə əsasən ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda əmlakına vurulmuş ziyana görə fiziki şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməyə haqlıdır. Azərbaycan Respublikasınınnın Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, mülki cavabdeh – Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə təqsiri məhkəmə araşdırılması zamanı təsdiqini tapdığından onun vurulmuş zərərlə bağlı həm də mülki məsuliyyəti yaranmışdır. Məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, təqsirləndirilən şəxs – mülki cavabdeh Təqsirləndirilən şəxs zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs1 etibarından sui-istifadə edərək və aldadaraq onun xeyli miqdarda – 56.650 manat məbləğində əmlakını, pulunu ələ keçirmiş, ona maddi ziyan vurmuş, vurduğu maddi ziyandan hər hansı ödəniş etməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs - mülki cavabdeh Təqsirləndirilən şəxs vurulmuş maddi ziyana görə 56.650 manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 259,95 manat, ümumilikdə 56.909,95 (əlli altı min doqquz yüz doqquz manat doxsan beş qəpik) manat məbləğində pulu tutularaq zərərçəkmiş şəxs – mülki iddiaçı Zərərçəkmiş şəxs1 ödənilməli, iddia tələbi üzrə ödənilmiş dövlət rüsumunun 70,05 manat məbləğində hissəsi mülki iddiaçıya adi edilməlidir. Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 mülki mühakimə icraatı qaydasında mülki iddia vermək hüququ izah olunmalıdır. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Yuxarıda göstərilənlərə əsasən CPM-in 197-198, 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2, 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 1(001)-11/2025 nömrəli hökmü ilə Təqsirləndirilən şəxs qəti olaraq təyin edilmiş 2 (iki) il müddətə sahibkarlıq fəaliyyəti ilə məşğul olma hüququndan məhrum edilməklə 5 (beş) il 9 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə və 3000 manat cərimə cəzası hazırkı hökmlə təyin edilmiş cəza ilə qismən toplanılmaqla Təqsirləndirilən şəxs oluna qəti olaraq 3000 manat cərimə və 2 (iki) il müddətə sahibkarlıq fəaliyyəti ilə məşğul olma hüququndan məhrum edilməklə 07 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək həbsdə və ev dustaqlığında olduğu 03 ay 05 gün, 16 fevral 2022-ci il tarixdən 18 fevral 2022-ci il tarixədək şübhəli səxs kimi saxlandığı 02 gün müddət (Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 1(001)-11/2025 nömrəli hökmü üzrə) və hazırki cinayət işi üzrə xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək tutulub həbsdə saxlandığı 02 gün müddət olmaqla ümumilikdə 03 ay 09 gün müddət həbsdə saxlamanın bir günü azadlıqdan məhrum etmənin bir gününə bərabər hesablanmaqla, ona Cinayət Məcəlləsinin 66.5-ci maddəsi ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılaraq üzərində qəti olaraq 3000 (üç) min manat cərimə cəzası və iki il müddətə sahibkarlıq fəaliyyəti ilə məşğul olma hüququndan məhrum edilməklə 06 (altı) il 08 (səkkiz) ay 21 (iyirmi bir) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli xx.xx.2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış Zərərçəkmiş şəxs1 təqdim etdiyi 01 ədəd DVD-R disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs göstərdiyi cəmi 100 saat hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabına “Arbitrium” Vəkil Bürosunun vəkili Müdafiəçi üçün 28 aprel 2025-ci il tarixədək hər iş saatına 6 manat, sonrakı vaxt üçün hər iş saatına 11 manat hesab edilməklə, cəmi 800 (səkkiz yüz) manat məbləğində pul köçürülsün. İş üzrə mütəxəssis rəyinin alınması ilə əlaqədar 200 (iki yüz) manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutularaq X6 Məsuliyyətli Cəmiyyətə ödənilsin. İş üzrə mülki iddia qismən təmin edilsin. Mülki cavabdeh Təqsirləndirilən şəxs vurulmuş maddi ziyana görə 56.650 (əlli altı min altı yüz əlli) manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 259,95 (iki yüz əlli doqquz manat doxsan beş qəpik) manat, ümumilikdə 56.909,95 (əlli altı min doqquz yüz doqquz manat doxsan beş qəpik) manat məbləğində pulu tutularaq zərərçəkmiş şəxs – mülki iddiaçı Zərərçəkmiş şəxs1 ödənilsin. İddia tələbi üzrə ödənilmiş dövlət rüsumunun 70,05 (yetmiş manat beş qəpik) manat məbləğində hissəsi mülki iddiaçıya adi edilsin. Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 mülki mühakimə icraatı qaydasında mülki iddia vermək hüququ izah olunsun. Cinayət işi üzrə xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Hökmdən elan olunduğu andan, Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən hakim Mahirə Kərimova Hakimlər: Fəxri Məmmədov Leyla Əsgərova-Məmmədova
Məhkəmə qərarları › İş №1(101)-211/2025
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-211/2025
18.12.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver