Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-2111/2024 17.10.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Məhkəmənin hakimləri Tağıyev Azər Heydər oğlunun sədrliyi, X8 və X2 ibarət tərkibdə, Bəşirli Pərvanə Böyükağa qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs2, zərərçəkmiş şəxsin hüquqi varisi X1, müdafiəçi Bakı şəhəri 4 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.2003-cü ildə Xaçmaz rayonunun Qalağan kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, natamam orta təhsilli, subay, məhkum olunmayan, işləməyən, Xaçmaz rayonunun Qalağan kəndində qeydiyyatda olmaqla Bakı şəhəri, Nərimanov rayonu, Murtuz Nağıyev küçəsi ev 14 A, mənzil 45-də yaşamış, hazırda Bakı İstintaq Təcridxanasmda həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.2.2, 120.2.4 və 128-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs xuliqanlıq niyyəti ilə xüsusi amansızlıqla qəsdən adam öldürmüş, yəni qəsdən həyatdan məhrum etmiş və sağlamlığa qəsdən yüngül zərər vurmuşdur. Belə ki, Təqsirləndirilən şəxs əvvəllər sevgi münasibətlərində olmaqla onunla birlikdə yaşayaraq sonradan münasibətləri pozulmuş mərhum Zərərçəkmiş şəxs1 ilə barışıb yenidən bir yerdə yaşamaqlarına onu razı salmaq məqsədi ilə xx.xx.2024-cü il tarixdə saat 06:00 radələrində Bakı Metropoliteninin N.Nərimanov metrostansiyasının yaxınlığında sonuncu və rəfiqəsi Zərərçəkmiş şəxs2 ilə görüşərək onunla barışması üçün söhbət aparmışlar. Bu zaman Bakı şəhəri, Xətai rayonu, Xudu Məmmədov küçəsi 13 saylı binanın qarşısına gəlmiş və Zərərçəkmiş şəxs1 onunla barışmayacağına dair rədd cavabını aldıqdan sonra bunu cüzi səbəb kimi qəbul edib bəhanə gətirərək heç bir əsaslı səbəb olmadan öz davranışı ilə ictimai qaydalara və hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərib xuliqanlıq niyyəti ilə müstəsna dərəcədə qəddarlıq və rəhimsizlik nümayiş etdirərək xüsusi amansızlıqla qəsdən öldürmək məqsədilə üstündə gəzdirdiyi zavod üsulu ilə hazırlanmış qara rəngli metaldan olan qatlanan tipli, tiyəsi açıq vəziyyətdə olan ümumi uzunluğu 241 mm, tiyəsinin uzunluğu isə 107 mm olan soyuq silah hesab edilməyən məişət təyinatlı cib bıçağı ilə xx.xx.2024-cü il tarixdə saat 06:30 radələrində Bakı şəhəri, Xətai rayonu, Xudu Məmmədov küçəsi, 13 saylı binanın qarşısında Zərərçəkmiş şəxs1 ardıcıl olaraq vuraraq kəskin qan itirmə nəticəsində ölümünə səbəb olan həm ümumilikdə həm də ayrı-ayrılıqda sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid döş qəfəsinin sol-yan səthində bir ədəd deşilmiş-kəsilmiş, sağ kürək nahiyəsinin bir ədəd deşilmiş-kəsilmiş, sol bazu oynağının bayır səthinin iki ədəd deşilmiş-kəsilmiş, döş qəfəsinin ön səthinin sol yarısının iki ədəd deşilmiş-kəsilmiş, sağ süd vəzisinin bir ədəd deşilmiş kəsilmiş yarası, sağ bazunun yuxarı 1/3-nin iki ədəd deşilmiş- kəsilmiş, sağ dirsək oynağı nahiyəsinin iki ədəd deşilmiş-kəsilmiş, sol əlin ovuc səthinin bir ədəd kəsilmiş, sol əlin V barmağının bir ədəd kəsilmiş, sağ bazunun bir ədəd kəsilmiş, sağ saidin bir ədəd kəsilmiş yarası xəsarətləri, həm ümumilikdə, həm də ayrı-ayrılıqda canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid döş qəfəsinin arxa səthinin sol yarısının döş boşluğuna nüfuz edən daxili orqanları zədələməyən bir ədəd, döş qəfəsinin sol-yan səthində döş boşluğuna nüfuz edərək daxili orqanları zədələməyən bir ədəd və qarının sol yarısının boşluğuna nüfuz edərək dalağın zədələnməsi ilə müşaiyət olunmuş bir ədəd cəmi üç ədəd daxilə nüfuz edən deşilmiş-kəsilmiş yaraları - ümumilikdə 18 (on səkkiz) ədəd bədən xəsarətləri yetirərək qəsdən öldürmüş, bu zaman hadisə yerində olan və onun Zərərçəkmiş şəxs1 bıçaqla daha çox zərbə vurmasının qarşısını almağa cəhd edən Zərərçəkmiş şəxs2 sağ qolunun bilək nahiyyəsinə əlindəki həmin bıçaqla bir dəfə qəsdən zərbə vurub ona sağ mil-bilək oynağı nahiyyəsinin kəsilmiş yarası kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid bir ədəd bədən xəsarəti yetirmiş, bunlarla da o, Zərərçəkmiş şəxs1 xuliqanlıq niyyəti ilə xüsusi amansızlıqla qəsdən öldürmüş, yəni qəsdən həyatdan məhrum etmiş, Zərərçəkmiş şəxs2 isə sağlamlığına qəsdən yüngül zərər vurmuşdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü qismən təqsirli bilərək və məhkəməyədək istintaq dövründə verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, o, Zərərçəkmiş şəxs1 xx.xx.2023-cü ildən tanıyır və Elnarənin əsl adını yalnız hadisədən sonra bilmiş, ona qədər Elnarə özünü Dəniz adı ilə təqdim etmiş, o isə özünü hamıya Elmir kimi təqdim etmişdir. Həmin dövrdə o, Bakı şəhəri, Nərimanov rayonunda yerləşən “Publo Escobar” restoranını icarə əsasında işlədən zaman restorana ofissiant işçi axtararkən Zərərçəkmiş şəxs1 ona müraciət etmişdir. Sonuncunu işə götürdükdən sonra onunla aralarında sevgi münasibəti yaranmış, təxminən 10 gün sonra Elnarə ilə birlikdə yaşamağa qərar verərək Bakı şəhəri, Xətai rayonu, Vunqtau küçəsində mənzil kirayələyərək həmin mənzilə köçmüş və xx.xx.2024-cü il tarixədək onlar həmin ünvanda birlikdə yaşamışlar. O, xx.xx.2024-cü il tarixdə Zərərçəkmiş şəxs1 işlədiyi “Nar Pub” restoranının qarşısına sərxoş vəziyyətdə gedərək xatırlamadığı səbəbdən Elnarə ilə mübahisə etmiş və ayrılmışlar. Mübahisədən sonra o, yaşadıqları evə gəlmiş, lakin, Elnarə həmin gün evə gəlməyərək Samirə adlı rəfiqəsigilə gedərək onlarda qalmışdır. Növbəti gün o da, yaşadığı həmin evi mülkiyyətçisinə təhvil verib ailəsinin yaşadığı ünvana qayıtmışdır. Bundan sonra bir neçə dəfə Elnarənin işlədiyi kafeyə gəlmiş və sonuncu ilə barışmağa cəhd etmiş, lakin sonuncu onunla barışmağa razılıq verməmişdir. xx.xx.2024cü il tarixdə o, axşam saat 23:00 radələrinədək evdə olmuş, saat 23:00 radələrində Xaçmaz rayonuna getmək adı ilə evlərindən çıxaraq 05 ədəd “Go” markalı spirtli içki içmişdir. xx.xx.2024-cü il tarixdə saat 05 radələrində Elnarəni görmək üçün “Nar Pub” kafesinin qarşına getmişdir. Təxminən saat 06:00 radələrində Elnarə özünü Ləman adlandıran Qızqayıt adlı rəfiqəsi ilə birlikdə kafedən çıxmışlar. Onlar piyada gəlib Nərimanov metrostansiyasına daxil olmuş və qatara minərək Həzi Aslanov metrostansiyasına doğru hərəkətə başlamışlar. Onlar H.Aslanov metrostansiyasından çıxaraq Qızqayıtın yaşadığı Bakı şəhəri, Xətai rayonu, Xudu Məmmədov küçəsinə gəlmiş və binanın qarşısında Elnarə heç bir səbəb olmadan onunla barışmayacağını təhqiramiz formada ona bildirmiş və ona qarşı nalayiq ifadələr işlətmişdir. Bundan əvvəlldə Elnarə ilə ayrılan zaman sonuncunun əşyalarını tulladığı üçün ona qarşı nalayiq ifadələr işlətmişdir. Elnarənin bu hərəkətləri onu bərk əsəbləşdirmiş və o, sonuncunun üzərinə gedərək xatırlamadığı yerdən aldığı qatlanan bıçağı cibindən çıxardaraq həmin bıçaqla Elnarənin bədəninin müxtəlif nahiyyələrinə xatırlamadığı sayda zərbələr vurmuşdur. Həmin vaxt Qızqayıt qışqıraraq onları ayırmaq istəmiş, ona mane olmasın deyə o, bıçaqla onunda əlindən vurmuş, Elnarəni bıçaqladıqdan sonra bıçaqla özünün sinə nahiyyəsinin sol yuxarı tərəfinə bir ədəd zərbə vurmaqla intihara cəhd etmiş və huşunu itirərək yerə yıxılmışdır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, Zərərçəkmiş şəxs1 onu təhqir etdiyinə və əvvəllərdə ona qarşı nalayiq ifadələr işlətdiyinə görə sonuncunu bıçaqla vurub öldürmüşdür. Üzərində həmin vaxt bıçaq olmasının səbəbi daima üzərində bıçaq gəzdirməsi olmuşdur. Daha sonra məhkəmədən heç bir xahişinin olmamasını bildirmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün qismən etiraf edici, zərərçəkmiş şəxsin, zərərçəkmiş şəxsin hüquqi varisinin və şahidin ifadələri, hadisə yerinə baxış protokolları, məhkəmə-tibbi, kompleks komisyon, məhkəmə-psixiatrik və psixoloji ekspertizalarının rəyləri, foto şəkillər, CD diskdə olan video görüntülər və iş materiallarında olan digər mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi kimi dindirilmiş Ş.N.Cabbarova ifadəsində göstərmişdir ki, o, 2001-ci ildə X5 ilə rəsmi nikaha daxil olub ailə qurmuş, birgə nikahdan 2002-ci ildə qızı Zərərçəkmiş şəxs1 anadan olmuşdur. 2016cı ildə X.Ş.Cabbarov ilə nikahları rəsmi qaydada pozulmuş və bundan sonra o, uşaqları ilə birlikdə öz ata evində yaşamışdır. Qızı Zərərçəkmiş şəxs1 2020-ci ildə rəsmi nikaha daxil olmadan Kamran adlı şəxslə evlənərək ailə qurmuş, 5-6 ay bir yerdə yaşadıqdan sonra onlar ayrılmış və birgə nikahdan uşaqları olmamışdır. Təxminən 2022-ci ildən Zərərçəkmiş şəxs1 Bakı şəhərinə köçərək müxtəlif rəfiqələrinin yanında yaşayaraq kafelərdə ofissiant işləmiş və qazandığı pul ilə ailəsinin maddi təminatına köməklik göstərmişdir. 2024-cü ilin mart ayının təxminən ortalarında Zərərçəkmiş şəxs1 ona Elmir adlı oğlan ilə tanış olduğunu, sonuncunun onu sevdiyini və evlənmək istədiyini bildirmişdir. Mart ayının sonlarında qızı ona 50 manat pul vermək üçün Lökbatan qəsəbəsinə gələn zaman yanında bir nəfər oğlan olmuş, sonuncu həmin oğlanın Elmir olduğunu bildirmişdir. Bir müddət əvvəl Elmir ona zəng edərək Elnarənin ondan ayrıldığını bildirərək demişdir ki, Elnarənin kafedə işləməsinə icazə verməyəcək. O, qızına zəng vuraraq bunları bildirsə də Elnarə ona Elmirin özünü təqdim etdiyi kimi yaxşı biri olmadığını onun başına çox oyunlar gətirdiyini və pis əməlləri olduğunu bildirmişdir. xx.xx.2024-cü il tarixdə saat 10 radələrində Xətai rayonunun nömrəsini xatırlamadığı polis şöbəsindən ona zəng gələrək qızı Zərərçəkmiş şəxs1 xəstəxanada olması və təcili Bakı şəhərinə gəlməsinin zəruri olduğu bildirilmişdir. Bundan sonra o, polis işçilərinin taksi sürücüsünə izah etdikləri ünvana gəlmiş, polislər onu morqa gətirmiş və bildirmişlər ki, Səbuhi adlı şəxs qızını bıçaqla vurub öldürmüşdür. Həmin vaxt o, özünü Elmir kimi təqdim edən şəxsin adının həqiqətdə Səbuhi olduğunu bilmişdir. Məhkəmə iclasında Ş.N.Cabbarova verilmiş suallara cavab olaraq bildirmişdir ki, cinayət işinə əlavə edilmiş barışıq ərizəsinin verilməsi səbəbi, təqsirləndirilən şəxsin atası tərəfindən onu aldadaraq qızının ölüm səbəbinin qısqanclıq zəminində baş verməsinin bildirilməsi və ona 300 və 500 manat dəfn xərcləri, həmçinin 1500 manat qəbir daşı üçün pul verilməsi olmuşdur. Lakin sonradan ittiham aktını aldıqda aldadıldığını, yəni qızının həmin şəxs tərəfindən 18 bıçaq zərbəsi vurmaqla xüsusi amansızlıqla öldürülməsini bilmiş, və bu da onun yenidən şikayətçi olmasına səbəb olmuşdur. Həmçinin məhkəmə iclasında Ş.N.Cabbarova Təqsirləndirilən şəxsla barışmadığını, şikayətçi olduğunu və ona ağır cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərər şəkmiş şəxs qismində dindirilmiş B.Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, o, atası, anası, bacısı, 7 yaşlı oğlu, bacısının uşaqları ilə birlikdə kirayədə yaşayır və «Nar Pab»da 5 aydır ki, ofisiant olaraq işləyir. 2024-cü ilin təxminən fevral ayının sonunda Elnarə onun işlədiyi pabda ofisiant olaraq işə başlamış və özünü Dəniz adı ilə təqdim etmişdir. Elnarə ilə söhbət edərkən ona Elmir adlı oğlan ilə sevgili olduğunu və Xətai rayonu, Həzi Aslanov metrosunun yanında birlikdə yaşadıqlarını bildirmişdir. Baş vermiş hadisədən təxminən 20 gün əvvəl Elnarə ona demişdir ki, Elmir ona qarşı pis rəftar etdiyinə görə ayrılmışlar. Bundan sonra Elmir bir neçə dəfə işlədikləri pabın qarşısına gələrək Elnarə ilə barışmaq istədiyini, əks halda sonuncunu öldürəcəyini bildirmişdir. Lakin Elnarə onun sözlərinə ciddi yanaşmayaraq Elmirin onu öldürəcəyinə inanmamışdlr. Həmçinin, Elmir bir neçə dəfə də onu bıçaqla yaralayacağı və Elnarəni də öldürəcəyi barədə təhdidlər etmişdir. Belə ki, Elmir xatırlamadığı tarixdə onların işlədiyi kafeyə gələrək cibində 10.000 manat pul olduğunu və məhz onun masasına Elnarənin xidmət etməyini istəmişdir. Lakin, rəhbərlik buna icazə vermədiyindən o, Elmirin masasına özü xidmət etmişdir. Bu zaman Elmir cibindən bıçaq çıxartmış və onun qarşısında bıçağı nümayiş etdirərək təhdid etmişdir. Hətta həmin gün hesab çox olduğundan Elmir qaçıb getmiş və hesabı ödəməyi üçün onu tutub geri gətirmişlər. Elmirdən ayrıldıqdan sonra Elnarə təxminən 20 gün onunla bir yerdə qalırmış. Onların iş vaxtı axşam saat 17:00-da başlayıb növbəti gün gecəyə qədər davam edir və sonuncu müştəri gedəndən sonra işləri bitir. xx.xx.2024-cü il tarixdə işləri həmişəki kimi saat 17:00da başlayıb xx.xx.2024-cü il tarixdə səhər saat 06:00 radələrində bitmişdir. Həmin vaxt onlar Elnarə ilə birlikdə işdən çıxarkən Elmir onlara yaxınlaşmış, Nərimanov metrostasiyasında onlarla birlikdə qatara minib H.Aslanov stansiyasına gəlmiş və yol boyu Elnarəyə barışıb onun yanına qayıtmağı təkid etmişdir. Saat 06:30 radələrində metrodan çıxıb yeriyərək yaşadıqları binaya çatan zaman Elmir növbəti dəfə Elnarəyə onunla barışıb birlikdə yaşamaqlarını təklif etmiş, Elnarə ona qarşı heç bir nalayiq ifadə işlətməyərək rədd cavabı vermiş, Elnur ona sonuncu dəfə qucaqlaşmağı təklif etmiş Elnarə isə razılaşmışdır. Bundan sonra sonuncu onun arxasınca gələrkən bu zaman Elmir bıçağı çıxarıb ilk olaraq Elnarənin bədənin arxa tərəfindənvurmuş, sonra isə dəfələrlə vurmağa davam etmiş, zərbələr nəticəsində Elnarə yerə yıxılmış, Elmir isə Elnarədən əl çəkməyərək yerdə də bıçaqla vurmağa davam etmişdir. O, Elnarəyə köməklik etmək istəyən zaman Elmir bıçaqla onun sağ əlinin bilək nahiyyəsinə bir dəfə vurmuş, bunun nəticəsində ağrı hiss etmiş və əlindən qan axmağa başlamışdır. Sonra Elmir bir anlıq dayanmış, sağ əlindəki bıçaq ilə özünün sinə nahiyyəsinə də zərbə vurmuş, biraz qabağa addımlayıb Elnarənin yaxınlığında yerə yıxılmış və bıçaq əlindən düşərək hadisə yerində qalmışdır. Onun qışqırıq səsinə idman geyimində olan bir yeniyetmə oğlan gəlmiş, onlar təcili tibbi yardım və polis çağırmışlar. Təcili yardım Elnarə və Elmiri aparmış, o isə polis şöbəsinə gəlmiş və orada olanda Elnarənin yolda öldüyünü və Elmirin əsl adının isə Təqsirləndirilən şəxs olduğunu bilmişdir. Bundan əlavə məhkəmə iclasında B.Zərərçəkmiş şəxs2 ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, təqsirləndirilən şəxsin Elnarəni öldürmək niyyətinin əsasını ona nalayiq ifadələr işlətməsinin olması tamamilə yalandır. Belə ki, Elmir əvvəllərdə Elnarəyə barışması üçün dəfələrlə təkidlər etmiş və əgər onunla barışmasa onu öldürəcəyini bildirmiş, lakin Elnarə buna ehtimal vermədiyindən inanmamışdır. Bununla yanaşı, Elmir bir neçə dəfə onun özünüdə bıçaqla yaralayacağı və Elnarəni də öldürəcəyi barədə təhdidlər etmişdir. Həmçinin, Elmir törətmiş olduğu əməldən peşmançılıq hissi keçirməmiş və Elnarəyə çoxlu sayda bıçaq zərbələri yetirərkən mane olmağa çalışdığı zaman onu da yaralamışdır. Həmçinin məhkəmə iclasında B.Zərərçəkmiş şəxs2 təqsirləndirilən şəxslə barışmadığını, ondan şikayətçi olduğunu və ona ağır cəzanın verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Qanuni nümayəndə iştirakı ilə şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, 2019-cu ildən ünvan 1 ünvanında anası X3, nənəsi və iki qardaşı ilə birgə yaşayır. Təxminən 3-4 ildir ki, idmanın boks növü ilə məşğul olur həmçinin, şənbə və bazar günlərində səhər saat 06:00 radələrində yaşadığı ünvandan çıxıb uzun məsafəli qaçış edərək yarışlar üçün əlavə olaraq məşqlər edir. O, dənizkarı bulvara gedib orada digər idmançıları ilə birgə məşq etmək üçün xx.xx.2024-cü il tarixdə saat 06:25-də evdən çıxaraq yaşadığı binanın həyətinə düşmüş, təxminən 5 dəqiqə sonra, yəni saat 06:30 radələrində yaşadığı binanın yaxınlığında '‘kömək edin” deyə qışqırıq səslərini eşitmiş, dərhal həmin səs gələn tərəfə qaçmışdır. Həmin yerə, yəni ünvan 2 ünvanının qarşısına çatdıqda, tanımadığı kişi cinsli şəxsin, araşdırma zamanı adının Təqsirləndirilən şəxs olduğu ona məlum olan şəxsin və tanımadığı iki nəfər cavan qadının həmin yerdə olduqlarını və qadının birinin qışqırdığını görmüşdür. Kişi cinsli şəxsin əlində bir ədəd qara rəngli bıçaq olmuş, qadınlardan biri yerdə uzanıqlı vəziyyətdə bədənin müxtəlif nahiyələrində bıçaq xəsarətləri olmaqla qan axdığını görmüşdür. Bundan sonra kişi cinsli şəxs sağ əlində olan bıçaqla öz sinə nahiyyəsinə bıçaqla vurmuş və yerə uzanmışdır. Digər qadın isə bıçaqlanmış qadına kömək etməyə çalışırdı. O, dərhal Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə və TƏBİB-in 103 qaynar xəttinə zəng edərək hadisənin baş verdiyi barədə məlumat vermiş, sonra hadisə yerinə polis əməkdaşları və təcili-tibbi yardım briqadası gəlmişdir. Ona məlum olmuşdur ki, həmin Səbuhi öz sevgilisi Elnarəyə bıçaqla müxtəlif bədən xəsarətləri yetirmiş, bu zamanı sevgilisinin iş yoldaşı Qızqayıtı da bıçaqla vurmuşdur. Bundan əlavə məhkəmə iclasında Şahid ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, hadisə zamanı Təqsirləndirilən şəxs əlində bir ədəd qara rəngli bıçaq olmuşdur. Cinayət işinin 1-ci cild 103-107-ci vərəqələrində olan Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində xx.xx.2024-cü il tarixdən hesablanmaqla 3 (üç) ay 20 (iyirmi) gün həddində həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 2-ci cild 26-27-ci vərəqələrində olan Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2024-cü il tarixli məhkəmə hazırlıq iclasının qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Cinayət işinin 1-ci cild 2-6-cı vərəqələrində olan xx.xx.2024-cü il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan və fotoşəkillərdən görünür ki, hadisə yeri Bakı şəhəri, Xətai rayonu, Xudu Məmmədov küçəsi 13 saylı binanın qarşısıdır. Hadisə yerinə baxış keçirilən zaman cinayətin aləti hesab edilən, qara rəngli metaldan olan, tiyəsi açıq bıçaq və Zərərçəkmiş şəxs1 məxsus olması ehtimal edilən qanabənzər izlər görsənir. Cinayət işinin 1-ci cild 8-11-ci vərəqələrində olan xx.xx.2024-cü il baxış keçirilməsi haqqında protokoldan və fotoşəkillərdən görünür ki, Zərərçəkmiş şəxs1 məxsus 01 ədəd qara rəngli papaqlı gödəkçə, belinə qara rəngli kəmərlə bərkidilmiş cins şalvar, yerliyi ağ rəngli, ön hissədə 3 ədəd qara rəngli zolaqları olan qısaqol kofta, sağ bilək nahiyəsində dolanıqlı vəziyyətdə olan qara rəngli işləməli baş yaylığı, qara büstqalter və göy rəngli qadın alt tumanı müəyyən edilmiş, Zərərçəkmiş şəxs1 əynində olmuş paltarlar və qan nümunəsi müvafiq qaydada qablaşdırılıb götürülmüşdür. Cinayət işinin 1-ci cild 149-154-cü vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X4” PHŞ-nin məhkəmə-tibb ekspertizasının xx.xx.2024-cü il tarixli, 45 saylı ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 meyitində cəmi 18 ədəd olmaqla aşağıdakı xəsarətlər aşkar edilmişdir: Döş qəfəsinin arxa səthinin sol yarısının döş boşluğuna nüfuz edən, daxili orqanları zədələməyən deşilmiş-kəsilmiş yarası; döş qəfəsinin sol-yan səthində 2 ədəd olmaqla, (onlardan birinin döş boşluğuna nüfuz edərək daxili orqanları zədələməyən) deşilmişkəsilmiş yaraları; qarının sol yarısının boşluğuna nüfuz edərək dalağın zədələnməsi ilə müşaiyət olunmuş deşilmiş-kəsilmiş yarası; sağ kürək nahiyəsinin deşilmiş-kəsilmiş yarası; sol bazu oynağının bayır səthinin 2 ədəd deşilmiş-kəsilmiş yaraları; döş qəfəsinin ön səthinin sol yarısının 2 ədəd deşilmiş kəsilmiş yaraları; sağ süd vəzisinin deşilmiş kəsilmiş yarası; sağ bazunun yuxarı 1/3-nin 2 ədəd deşilmiş-kəsilmiş yaralan; sağ dirsək oynağı nahiyəsinin 2 ədəd deşilmiş-kəsilmiş yaraları; sol əlin ovuc səthinin kəsilmiş yarası; sol əlin V barmağının kəsilmiş yarası; sağ bazunun kəsilmiş yarası; sağ saidin kəsilmiş yarası. Qeyd edilən xəsarətlər həyati olub, mərhumun ölümündən az əvvəl (dəqiqələrlə və saniyələrlə ölçülən qısa vaxt vahidi ərzində) törənmişlər, həmin xəsarətlərdən deşilmişkəsilmiş yaralar deşici-kəsici əşya (alət) təsirindən törənməklə, eyni konstruksiyalı bıçağın deşici-kəsici təsirindən, kəsilmiş yaralar isə iti konarlı əşya (alət) təsirindən törənməklə, ola bilsin ki eyni bıçağın kəsici təsirindən törənməklə qərarda göstərilən xx.xx.2024-cü il tarixdə və şəraitdə əmələ gəlməyə uyğun gəlirlər və dərəcələrinə görə döş qəfəsinin arxa səthinin səthinin sol yarısının 1 ədəd döş boşluğuna nüfuz edən, daxili orqanları zədələməyən deşilmiş-kəsilmiş yarası, döş qəfəsinin sol-yan səthinin 1 ədəd döş boşluğuna nüfuz edən, daxili orqanları zədələməyən deşilmiş-kəsilmiş yarası; qarının sol yarısının boşluğuna nüfuz edərək dalağın zədələnməsi ilə müşaiyət olunmuş deşilmişkəsilmiş yarası həm ümumilikdə, həm də ayrı- ayrılıqda canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmanın əlamətlərinə malikdirlər; digər xəsarətlər isə həm ümumilikdə, həm də ayrı-ayrılıqda sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vıurmanın əlamətlərinə malikdirlər və mərhumun ölümü ilə bir başa səbəbli əlaqəlidirlər. Zərərçəkmiş şəxs1 ölümünə səbəb çox saylı deşilmişkəsilmiş yaralar və kəsilmiş yaralar nəticəsində baş vermiş kəskin qan itirmə olmuşdur. Meyit əlamətlərinin inkişaf dərəcəsinə əsasən demək olar ki, mərhumun ölümü meyitin meyitxanada müayinəsi başladığı vaxtdan (xx.xx.2024-cü il tarixdə saat 08:25-dən) təxminən 2-4 saat əvvələ uyğun gəlir. Zərərçəkmiş şəxs1 xəsarətlər yetirilərkən xəsarət yetirən şəxs onunla üzbəüz və nisbətən sol hissəsində olmaqla müxtəlif duruş vəziyyətlərində ola bilərdi. Zərərçəkmiş şəxs1 təbii yolla cinsi əlaqədə olmanın köhnə (qızlıq pərdəsinin pozulmasının 2 həftədən artıq müddətə uyğun gəlməsi) əlamətləri aşkar edilmişdir. Qeyri-təbii yolla cinsi əlaqədə olma əlamətləri və eyni zamanda hamiləlik əlamətləri aşkar olunmamışdır. Zərərçəkmiş şəxs1 əynində aşkar edilmiş paltarlarda hər hansı bir travmatik zədələnmə izləri aşkar edilməmişdir. Sonuncunun meyitindən götürülmüş qanda məhkəmə-kimya tədqiqatı nəticəsində narkotik maddələr və etil spirti aşkar edilməmişdir. Cinayət işinin 1-ci cild 113-115-ci vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X4” PHŞ-nin xx.xx.2024-cü il tarixli, 413 saylı eskpert rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 sağ mil-bilək oynağı nahiyyəsinin kəsilmiş yarası müəyyən edilmişdir. Xəsarət iki kənarlı əşya (alət) təsirindən törənmiş, müddəti qərarda göstərilmiş xx.xx.2024-cü il tarixə və şəraitə uyğun gəlir və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəbə olan sağlamlığa YÜNGÜL zərərvurmaya aiddir. Zərərçəkmiş şəxs2 aşkar edilmiş xəsarətin xarakterinə və lokalizasiyasına görə demək olar ki, həmin xəsarətin onun özü-özünə yetirilməsi nəticəsində törənməsi az inandırıcı olsa da, istisna edilmir. Cinayət işinin 1-ci cild 176-183-cü vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” PHŞ-nin maddi sübutların ekspertizasının xx.xx.2024-cü il tarixli, 240/MTKŞ-2024 saylı rəyindən görünür ki, təqdim edilmiş mərhum Zərərçəkmiş şəxs1 məxsus gödəkçənin və qısaqol koftanın hər birinin ön səthinin sağ və sol yarısında, arxa səthində, sağ qolunun ön və arxa səthində, sol qolunun ön və arxa səthində, gödəkçənin kapyuşonun sol yan səthində çoxsaylı deşilmiş-kəsilmiş zədələr, büstqalterin ön səthinin sağ yarısında bir ədəd, cins şalvarın ön səthinin sol yarısında iki ədəd və kəmərin üzərində bir ədəd deşilmiş-kəsilmiş zədələr var. Bu zədələr ülgücü və küpü olan yastı tiyə tipli deşici-kəsici alətin (alətlərin) təsirindən törənmişlər. Zərərçəkmiş şəxs1 məxsus tumanın üzərində zədə aşkar edilmədi. Sonuncuya məxsus paltarların üzərində olan deşilmiş-kəsilmiş zədələrin və bədən səthində olan xəsarətlərin ekspertizaya təqdim olunmuş bıçağın tiyəsi təsirindən, yaxud oxşar konstruktiv xüsusiyyətinə malik digər bir və ya bir neçə alətin (alətlərin) tiyəsinin təsirindən törənməsinin mümkünlüyü inkar olunmur. Təqdim edilmiş S.İ.Qurbotova məxsus uzunqol koftanın ön səthinin sol yarısında bir ədəd deşilmiş-kəsilmiş zədə var. Bu zədə ülgücü və küpü olan yastı tiyə tipli deşici-kəsici alətin təsirindən törənmişdir. Təqsirləndirilən şəxs məxsus uzunqol koftanın ön səthinin sol yarısında olan deşilmiş-kəsilmiş zədənin və bədən səthində olan döş qəfəsinin ön səthinin sol yarısındakı deşilmiş-kəsilmiş yaranın, ekspertizaya təqdim olunmuş bıçağın tiyəsinin təsirindən, yaxud oxşar konstruktiv xüsusiyyətə malik digər alətin tiyəsinin təsirindən törənməsinin mümkünlüyü inkar olunmur. Sonuncuya məxsus gödəkçənin və şalvarın üzərində zədə aşkar edilmədi. Təqdim olunmuş bıçaq zavod üsulu ilə hazırlanmış qara rəngli metaldan olan qatlanan tipli, tiyəsi açıq vəziyyətdə olan ümumi uzunluğu 241 mm, tiyəsinin uzunluğu isə 107 mm olan məişət tipli qatlanan cib bıçağıdır və soyuq silah hesab edilmir. Cinayət işinin 1-ci cild 132-139-cu vərəqələrində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Kriminalistik Tədqiqatlar İdarəsinin xx.xx.2024-cü il tarixli, 24/921R nömrəli rəyindən görünür ki, 1) 01 ədəd bıçaq, 01 ədəd pambıq tampon, həmçinin Zərərçəkmiş şəxs1 əynində olmuş 01 ədəd qara rəngli gödəkçə, 01 ədəd cins şalvar, 01 ədəd ağ rəngli kofta, 01 ədəd qara rəngli büstqalter və 01 ədəd göy rəngli tuman, hadisə zamanı Təqsirləndirilən şəxs əynində olmuş 01 ədəd qara rəngli qolsuz jilet, 01 ədəd yaşıl kofta ve 01 ədəd cins şalvar üzərində olan qanabənzər ləkələr insan qanıdır. 2) Hadisə yerindən götürülmüş 01 ədəd pambıq tamponda qan nümunəsi Zərərçəkmiş şəxs1 məxsusdur. 3) Tədqiqata təqdim edilmiş 01 ədəd bıçağın dəstəyi və tiyəsi üzərində, həmçinin hadisə zamanı S.İ.Qurbotovun əynində olmuş 01 ədəd cins şalvarın ön yuxarı hissəsi və sol diz hissəsində həm Zərərçəkmiş şəxs1 və həm də Təqsirləndirilən şəxs məxsus qan nümunələri mövcuddur. 4) Hadisə zamanı Zərərçəkmiş şəxs1 əynində olmuş 01 ədəd qara rəngli gödəkçənin üzərində, 01 ədəd cins şalvarın üzərində, 01 ədəd ağ rəngli koftanın üzərində, 01 ədəd qara rəngli büstqalterin üzərində və 01 ədəd göy rəngli tumanın bel hissəsində aşkar edilmiş qan ləkələri Zərərçəkmiş şəxs1 məxsusdur. 5) Hadisə zamanı Təqsirləndirilən şəxs əynində olmuş-01 ədəd qara rengli rəngli qolsuz jiletin astarının sol yuxarı hissəsi üzərində, 01 ədəd yaşıl koftanın sol sinə hissəsi, ön aşağı hissəsi, arxa sol yuxarı hissəsi, 01 ədəd cins şalvarın sağ bud, sağ baldır hissələri üzərində, arxa sağ cibin sol hissəsində, arxa sağ cibi üzərində, qabaq sağ ve sol cibin astarı üzərində aşkar edilmiş qan ləkələri Təqsirləndirilən şəxs məxsusdur. 6) Hadisə zamanı Təqsirləndirilən şəxs əynində olmuş 01 ədəd qara rəngli qolsuz jiletin sağ vo sol döş cibi üzərində, sol aşağı cibi üzərində, 01 ədəd yaşıl rəngli koftanın sağ qolunun bilək hissəsi və sol qolu üzərində aşkar edilmiş qan nümunələri Zərərçəkmiş şəxs1 məxsusdur. Cinayət işinin 1-ci cild 145-148-ci vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Exspertiza Mərkəzi” PHŞ-nin Kompleks Ambulator Məhkəmə-Psixiatrik və Psixoloji Ekspertizasının xx.xx.2024-cü il tarixli, 1539 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkətləri Azərbaycan Respublikası CM-nin 21 və 22-ci maddələrinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Sonuncu əqliintellektual imkanları normaya uyğundur. Nümayişkaranəlik, eqosentrizm, öz maraqlarına uyğun davranmaq, laqeydlik, ətrafdakıların diqqətini öz üzərinə çəkməyə meyillilik, inadkarlıq kimi fərdi-psixoloji xüsusiyyətlərə malikdir. Təqsirləndirilən şəxs cinayət əməlini törətdiyi zaman psixi-emosional sferasında qəzəb yaranmış, həmin halın yaranması fərdipsixi xüsusiyyətləri fonunda situasiya ilə şərtləşmişdir. Sonuncu hadisə zamanı emosional halından asılı olaraq öz hərəkətlərini tam dərk etmək, hərəkət və davranışını tənzimləmək və onlara iradi nəzarət etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs cinayət əməlini törədən zaman fizioloji affekt vəziyyətində olmamışdır. Cinayət işinin 1-ci cild 207-222-ci vərəqələrində olan xx.xx.2024-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, cinayət işi üzrə hadisə baş verən zaman Zərərçəkmiş şəxs1 üzərində olmuş 01 ədəd qara rəngli gödəkçə, 01 ədəd cins şalvar, 01 ədəd ağ rəngli kofta, 01 ədəd qara rəngli büstqalter və 01 ədəd göy rəngli tuman, S.İ.Qurbanovun əynində olmuş 01 ədəd qara rəngli qolsuz jilet, 01 ədəd yaşıl kofta və 01 ədəd mavi cins şalvar, hadisə yerinə baxış keçirilən zaman götürülmüş 01 ədəd bıçaq, hadisə yerində olan qanabənzər ləkədən hopdurularaq götürülmüş 01 ədəd pambıq tamponda nümunə maddi sübut kimi tanınmış və Xətai rayon prokurorluğunun maddi sübutların saxlanılma otağına verilmiş, digər maddi sübut, hadisə yerində olan müşahidə videokamerasının cinayət hadisəsini özündə əks etdirən 01 ədəd CD diskə yazılmış videogörüntü cinayət işi materiallarında saxlanılmışdır. Cinayət işinin 1-ci cild 203-cü vərəqəsində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin sistemi tərəfindən xx.xx.2024-cü il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin 1-ci cild 196-cı vərəqəsində olan CD diskə məhkəmə iclasında baxış keçirilərkən müəyyən edilmişdir ki, Bakı şəhəri, Xətai rayonu, Xudu Məmmədov küçəsi 13 saylı binanın qarşısında Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 əlindəki bıçaqla ardıcıl olaraq zərbələr yetirir və sonuncu yerdə uzanıqlı vəziyyətdə olaraq üzü aydın görünmür. Zərərçəkmiş şəxs1 rəfiqəsi və iş yoldaşı Zərərçəkmiş şəxs2 onları ayırmağa cəhd edir, lakin bu zaman Təqsirləndirilən şəxs əvvəl bıçağını onun qarşısında yellədir, sonra isə ona da bıçaqla bir zərbə yetirir, daha sonra özünü də bıçaqla vuraraq yerə yıxılır. Azərbaycan Respublikası Konstitusiyanın 60-cı maddəsi hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verir. Avropa İnsan Hüquqları Məhkəməsinin «Van Mexelen və başqalarının Niderlanda qarşı» işi üzrə qəbul edilmiş 23 aprel 1997-ci il tarixli qərarının 50-ci bəndində göstərilmişdir ki, sübutların mümkünlüyü əsasən mili qanunvericiliklə tənzimlənən məsələ olduğundan məhs mili məhkəmələr onlara təqdim olunan sübutlara qiymət verməlidirlər. Məhkəmənin (İnsan Hüquqları Üzrə Avropa Məhkəməsinin) vəzifəsi şahid ifadələrinə qiymət vermək deyil, ümumilikdə məhkəmə araşdırmasının ədalətli keçirilibkeçirilməməsinə, o cümlədən təqdim olunan sübutların necə əldə olunmasını müəyyən etməkdən ibarətdir. B.Yusifavanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 07 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli qərarında qeyd edilmişdir ki, hər hansı cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmaması, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını Azərbaycan Respublikası cinayət prosesual qanunvericiliyi müəyyən edir (Azərbaycan Respublikası Cinayət Prosesual Məcəlləsinin 1.1-ci maddəsi). Hər hansı məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız Cinayət Prosesual Məcəlləsində (bundan sonra - CPM) göstərilən məsələlər hakim tərəfindən müzakirə edildikdən (hakim tərəfindən baxıldıqdan) sonra müşavirə otağında çıxarılır. CPM-nin həmin məsələlərin dairəsini müəyyənləşdirən 346.1-ci maddəsinə görə müzakirə edilməsi mütləq olan məsələlərdən biri də təqsirləndirilən şəxsin əməlinin cinayət qanununun müvafiq maddəsi əsasında ona ittiham elan edildiyi cinayətin əlamətlərinə uyğun olubolmamasıdır. Məhkəmə hökmü hər hansı əməli törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyətli məsələni və bununla da müəyyən mənada həmin şəxsin gələcək taleyini həll etdiyi üçün prosessual qanunvericirik onunla bağlı konkret tələblər irəli sürür. Cinayət prosesual qanunvericiliyə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmə hökmü Azərbaycan Respublikası Konstitusiyasının, CPMnin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Hökmün əsaslı olması üçün isə, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə ictintaqında tətqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlməlidir (CPM-nin 349.3., 349.4., 349.5-ci maddələri). Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbirliyi müəyyənləşdirilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2002-ci il tarixli Qərarının 6-cı bəndinin 1-ci hissəsində ifadə olunmuş tövsiyyədə göstərilmişdir ki, qəsdən adam öldürmə o vaxt CMnin 120.2.2-ci maddəsi ilə (xuliqanlıq niyyəti ilə adam öldürmə) tövsif olunmalıdır ki, təqsirkar davranışı ilə ictimai qaydalara və hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərməklə, özünü ətrafdakılara qarşı qoymaqla cinayət törədir (Məsələn, heç bir səbəb olmadan, yaxud hər hansı bəhanə ilə başqasını həyatdan məhrum etmək). Həmin qərarın 8-ci bəndində ifadə olunmuş tövsiyyədə göstərilmişdir ki, təqsirkarın əməli xüsusi amansızlıqla qəsdən adam öldürmə kimi CM-nin 120.2.4-cü maddəsi ilə tövsif edilərkən nəzərə almaq lazımdır ki, burada xüsusi amansızlıq anlayışı həm adam öldürmənin üsulu ilə, həm də təqsirkarın cinayət törədərkən xüsusi amansızlıq göstərdiyini təsdiq edən digər hallarla bağlı olur. Əməl xüsusi amansızlıqla adam öldürmə kimi tövsif edilərkən müəyyən edilməlidir ki, təqsirkarın qəsdi zərərçəkmişi məhz xüsusi amansızlıqla həyatdan məhrum etməyə yönəldilmişdir. Xüsusi amansızlığın əlamətləri həyatdan məhrumetmə ərəfəsində və ya adam öldürmə prosesində zərərçəkmiş şəxsə əzab, işgəncə verilməsi, onun şəxsiyyətinin ələ salınması, təqsirkar üçün aşkar surətdə zərərçəkmişə xüsusi ağrılar (çoxlu miqdarda xəsarətlər yetirmə, şiddətli ağrı verən zəhərdən istifadə edilməsi, diri-diri yandırılması, uzun müddət acsusuz saxlanması və s.) yetirilməsi hallarında mövcud olur. Beləliklə məhkəmə iclasında təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidin ifadələri ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs qeyri-rəsmi olaraq faktiki birgə yaşamış Zərərçəkmiş şəxs1 xx.xx.2024-cü il tarixində güya ona nalayiq ifadələr işlətməsi səbəbindən öldürmüşdür. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs məhkəmə iclasında ifadəsində “Elnarə mənə nalayiq ifadələr işlətdiyi üçün onu öldürmüşəm. Onu öldürmək niyyətim olmamışdır.” şəklində gətirdiyi əsaslandırma məhkəmə tərəfindən sonuncunun heç bir cüzi səbəb belə olmadan, yaxud hər hansı bəhanə ilə zərərçəkmiş şəxsi Zərərçəkmiş şəxs1 bədəninin müxtəlif nahiyyələrinə 18 bıçaq zərbəsi ilə çoxlu miqdarda xəsarət yetirərək öldürməsi, həmçinin təqsirləndirilən şəxs tərəfindən digər Zərərçəkmiş şəxs2 yüngül xəsarət yetirməsi qənaətinə gətirib çıxarır və bu səbəbdən də onun əməli zərərçəkmiş şəxsi xuliqanlıq niyyəti ilə xüsusi amansızlıqla qəsdən həyatdan məhrum etmə və sağlamlığa qəsdən yüngül zərər vurma cinayətləri kimi qiymətləndirilməlidir. Belə ki, məhkəmə iclasında baxış keçirilmiş hadisənin videogörüntülərini özündə əks etdirən CD diskə olan görüntülərdən müəyyən edilmişdir ki, Bakı şəhəri, Xətai rayonu, Xudu Məmmədov küçəsi 13 saylı binanın qarşısında Təqsirləndirilən şəxs mərhum Zərərçəkmiş şəxs1 onun əlindən qaçmaq istəməsinə baxmayaraq onu tutaraq və yerdə sürüyərək əlindəki bıçaqla ardıcıl olaraq bədəninin müxtəlif nahiyələrinə zərbələr yetirir, sonuncunun rəfiqəsi Zərərçəkmiş şəxs2 onları ayırmağa çalışsa da buna məhəl qoymayarq sonuncunun qarşısında onu vurmaq niyyəti ilə bıçağını yellədir və nəticədə Zərərçəkmiş şəxs2 də xəsarər yetirir və sonda isə özünə bıçaqla vuraraq yerə yıxılır. Beləliklə, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, Təqsirləndirilən şəxs, zərərçəkmiş şəxsin, zərərçəkmiş şəxsin hüquqi varisinin, şahidin məhkəmə iclasında və məhkəməyədək istintaq dövründə verdikləri ifadələri, hadisə yerinə baxış protokolları və foto şəkillər, məhkəmə-tibbi, məhkəmə-tibbi bioloji, kompleks komisyon, məhkəmə-psixiatrik və psixoloji ekspertizalarının rəyləri, hadisə yerini özündə əks etdirən CD diskdəki video görüntülərlə və digər iş materialları ilə onun xuliqanlıq niyyəti ilə xüsusi amansızlıqla qəsdən adam öldürməsi, yəni qəsdən həyatdan məhrum etməsi və sağlamlığa qədən yüngül zərər vurması cinayətlərini törətməsi tamamilə sübuta yetirildi. Onun əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.2.2, 120.2.4 və 128-ci maddələri ilə tövsif edilməli və o, həmin maddələrinin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.2.2-ci maddəsinə əsasən xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmə, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmə - on dörd ildən iyirmi ilədək müddətə azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsinə əsasən xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmə - on dörd ildən iyirmi ilədək müddətə azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Həmin Məcəllənin 128-ci maddəsinə əsasən Sağlamlığın qısa müddətə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurma - min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz altmış saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün - ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Həmin Məcəllənin 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusuna ağır və ya xüsusilə ağır cinayətlərdən hər hansı biri daxildirsə, təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda azadlıqdan məhrum etmə növündə qəti cəzanın müddəti iyirmi ildən çox ola bilməz. Cinayətlərin məcmusuna daxil olan cinayətlərdən birinə görə ömürlük azadlıqdan məhrum etmə növündə cəza və ya iyirmi il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edildikdə isə az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə qəti cəza təyin edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs ikinci Vətən Müharibəsi iştirakçısı olması və zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışığa cəhd etməsi cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, yüngülləşdirici halıarı, habelə cəzanın fərdiləşdirilməsi prinsipini, təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.2.2, 120.2.4 və 128-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzasının təyin olunduğu təqdirdə təmin edilə bilər və ona həmin cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Yuxarıdakılara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.2.2, 120.2.4 və 128-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, həmin Məcəllənin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzalar qismən toplanılmaqla qəti cəza təyin edilməli və həmin Məcəllənin 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cinayət işinin materialları ilə Təqsirləndirilən şəxs azadlığı xx.xx.2024-cü il tarixdən faktiki olaraq məhdudlaşdırılması təsdiq edildiyindən məhkəmə hesab edir ki, sonuncunun cəza çəkmə müddətinin əvvəli Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən həmin tarixdən hesablanmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Maddi sübutla bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, maddi sübutlar kimi tanınmış və Xətai rayon prokurorluğunun maddi sübutların saxlanılma otağında saxlanılan, qanabənzər ləkədən hopdurularaq götürülmüş bir ədəd pambıq tamponda nümunə, Zərərçəkmiş şəxs1 qan nümunəsi və hadisə zamanı əynində olmuş bir ədəd qara rəngli gödəkçə, bir ədəd cins şalvar, bir ədəd ağ rəngli kofta, bir ədəd qara rəngli büstqalter və bir ədəd göy rəngli tuman, hadisə zamanı S.İ.Qurbanovun əynində olmuş bir ədəd qara rəngli qolsuz jilet, bir ədəd yaşıl kofta və bir ədəd mavi cins şalvar, cinayət əməlində istifadə olunan hadisə yerindən aşkar edilərək götürülmüş bir ədəd bıçaq hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, digər maddi sübut hadisə yerində olan müşahidə videokamerasının cinayət hadisəsinin görüntülərini özündə əks etdirən 01 ədəd CD disk cinayət işi materiallarında saxlanılmalıdır. Bundan əlavə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.2, 120.2.4 və 128-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmənin hazırlıq iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 33 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2008-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 197-198, 341-349, 351-353, 356, 358, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.2.2, 120.2.4 və 128-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin, həmin Məcəllənin 120.2.2 və 120.2.4-cü maddələri ilə 18 (on səkkiz) il müddətinə azadlıqdan məhrum etmə cəzasına, həmin Məcəllənin 128-ci maddəsi ilə 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 18 (on səkkiz) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 30 aprel 2024-cü il tarixdən hesablansın. İş üzrə maddi sübut kimi tanınmış və Xətai rayon prokurorluğunun maddi sübutların saxlanma otağında saxlanılan hadisə yerində olan qanabənzər ləkədən hopdurularaq götürülmüş bir ədəd pambıq tamponda nümunə, Zərərçəkmiş şəxs1 qan nümunəsi və hadisə zamanı əynində olmuş bir ədəd qara rəngli gödəkçə, bir ədəd cins şalvar, bir ədəd ağ rəngli kofta, bir ədəd qara rəngli büstqalter və bir ədəd göy rəngli tuman, hadisə zamanı S.İ.Qurbanovun əynində olmuş bir ədəd qara rəngli qolsuz jilet, bir ədəd yaşıl kofta və bir ədəd mavi cins şalvar, cinayət əməlində istifadə olunan hadisə yerindən aşkar edilərək götürülmüş bir ədəd bıçaq hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 33 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 məhkəmədə iştirak etdiyi 10 saata görə 60 (altmış) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 33 saylı Vəkil Bürosunun hesablaşma hesabına köçürülsün. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmdən məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya protesti verilə bilər. Hökm ondan apelyasiya şikayəti və ya protesti verilmədiyi halda, məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim (sədrlik edən): Azər Tağıyev Elnur Nuriyev Kamran Muxtarov
Məhkəmə qərarları › İş №1(101)-2111/2024
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-2111/2024
17.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver