Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(101)-2113/2025 06.01.2026 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Hüseynov Səbuhi Sabir oğlu (sədrlik edən), İsmayılov Eldar Herov oğlu və Məmmədzadə Səbinə Adil qızından ibarət tərkibdə, məhkəmə iclas katibi X2, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X1, müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin hazırlıq iclasında baxaraq məhkəmə m ü ə y y ə n e t d i: İttiham aktına əsasən Təqsirləndirilən şəxs təkrarən, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin külli miqdarda əmlakını ələ keçirməklə dələduzluq cinayət əməllərini törətmişdir. Belə ki, o, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirmək məqsədi ilə Şahid8 məxsus torpaq sahəsindən müştəri kimi tapdığı Zərərçəkmiş şəxs1 Abşeron rayonu, Məmmədli kəndi ərazisində yerləşən 1,15 hektar torpaq sahəsini hüquq verən sənədləri əldə edib rəsmi alqı-satqı edəcəyinə dair yalan vəd verib, aldadaraq, sonuncunun etibarından sui-istifadə edib 20 iyul 2023-cü il tarixdə Zərərçəkmiş şəxs1lə Bakı şəhəri, Nəsimi rayonu, Moskva prospekti 58/1 ünvanında yerləşən 14 saylı notariat ofisinin qarşısında görüşüb sonuncudan həmin torpaq sahəsinə görə 35.000 manat pulu alıb ələ keçirərək verdiyi vədə əməl etməyib zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 xeyli miqdarda 35.000 (otuz beş min) manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilǝ özgənin xeyli miqdarda əmlakını ələ keçirmək məqsədi ilə Şahid8 məxsus Abşeron rayonu, Məmmədli kəndi ərazisində yerləşən torpaq sahəsindən əvvəllər başqasına satdığı 0,04 ha (4 sot) ayrılmış ərazini müştəri kimi tapdığı Zərərçəkmiş şəxs2 həmin torpaq sahəsinin boş olması barədə yalan məluma verib aldadaraq 2023-cü ilin iyul ayının sonlarında Zərərçəkmiş şəxs2la Bakı şəhəri, Nəsimi rayonu, Moskva prospekti 58/1 ünvanında yerləşən 14 saylı notariat ofisinin qarşısında görüşüb sonuncudan 10.000 manat pulu alıb ələ keçirərək verdiyi vədə əməl etməyib zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 xeyli miqdarda 10.000 (on min) manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, tamah niyyətilə özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə vahid niyyətlə ələ keçirmək məqsədi ilə, tanışı Bərdə rayonu Zümürxan kənd sakini Zərərçəkmiş şəxs5 vasitəsi ilə tanıdığı Bərdə rayonu Divanlı kənd sakini Zərərçəkmiş şəxs3 ilə 22 avqust 2024-cü il tarixdə gündüz saatlarında Bərdə rayonu Alpoud kənd ərazisində yerləşən Bərdə Mal bazarı adlanan yerdə görüşüb Zərərçəkmiş şəxs3 Bakı şəhəri və ətraf yerlərdə tanış qəssabların olduğunu, özünün Beyləqan ət kəsimi məntəqəsini olmasını bildirib nisyə formasında ona iribuynuzlu mal-qara alıb göndərməsini, həmin mal-qaranı qısa müddətdə satacağı və göndərmiş olduğu malqaranın pulunu qısa müddətdə verəcəyi barədə yalan və uydurma məlumatlar verib inandıraraq etibarını qazandıqdan sonra həmin etibardan sui-istifadə edərək, əslində Zərərçəkmiş şəxs3 külli miqdarda pulunu ələ keçirmək niyyətilə xx.xx.2024-cü il tarixdə Bərdə rayonu Alpoud kəndi ərazisində yerləşən Bərdə Mal bazarı adlanan ərazidən Zərərçəkmiş şəxs3 22.300 manat dəyərində 9 baş iribuynuzlu heyvanını, xx.xx.2024-cü il tarixdə Gəncə şəhəri ərazisində yerləşən Gəncə Mal bazarı adlanan ərazidən 5.500 manat dəyərində 2 baş iribuynuzlu heyvanını, xx.xx.2024-cü il tarixdə Gəncə şəhəri ərazisində yerləşən Gəncə Mal bazarı adlanan ərazidən 12250 manat dəyərində 5 baş iribuynuzlu heyvanını, xx.xx.2024-cü il tarixdə İmişli rayonu ərazisində yerləşən İmişli Mal bazarı adlanan ərazidən 12600 manat dəyərində 5 baş iribuynuzlu heyvanını, xx.xx.2024-cü il tarixdə Bərdə rayonu Alpoud kəndi ərazisində yerləşən Bərdə Mal bazarı adlanan ərazidən 33500 manat dəyərində 15 baş iribuynuzlu heyvanını, xx.xx.2024-cü il tarixdə Gəncə şəhəri ərazisində yerləşən Gəncə Mal bazarı adlanan ərazidən 14050 manat dəyərində 5 baş iribuynuzlu heyvanını, xx.xx.2024-cü il tarixdə İmişli rayonu ərazisində yerləşən İmişli Mal bazarı adlanan ərazidən 16950 manat dəyərində 6 baş iribuynuzlu heyvanını, xx.xx.2024-cü il tarixdə Bərdə rayonu Alpoud kəndi ərazisində yerləşən Bərdə Mal bazarı adlanan ərazidən 51300 manat dəyərində 20 baş iribuynuzlu heyvanını, xx.xx.2024-cü il tarixdə Gəncə şəhəri ərazisində yerləşən Gəncə Mal bazarı adlanan ərazidən 14150 manat dəyərində 6 baş iribuynuzlu heyvanını, xx.xx.2024-cü il tarixdə İmişli rayonu ərazisində yerləşən İmişli Mal bazarı adlanan ərazidən 15300 manat dəyərində 6 baş iribuynuzlu heyvanını, xx.xx.2024-cü il tarixdə Beyləqan rayonu ərazisində yerləşən Beyləqan Mal bazarı adlanan ərazidən 7950 manat dəyərində 3 baş iribuynuzlu heyvanını və xx.xx.2024-cü il tarixdə Bərdə rayonu Alpoud kəndi ərazisində yerləşən Bərdə Mal bazarı adlanan ərazidən 49900 manat dəyərində 16 baş iribuynuzlu heyvanını nisyə formasında almaqla ələ keçirib ümumilikdə Zərərçəkmiş şəxs3 255750 (iki yüz əlli beş min yeddi yüz əlli) manat pul verməli olduğu halda, xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək olan müddət ərzində Zərərçəkmiş şəxs3 ***-***-**-** mobil nömrə tətbiqi vasitəsilə quraşdırılmış "xxxx" proqramı üzərindən hesabına və Zərərçəkmiş şəxs3 Kapitalbank ASC-yə mənsub “**********288288” nömrəli kart hesabına ümumilikdə 164500 (yüz altış dörd min beş yüz) manat pul köçürməklə, habelə Zərərçəkmiş şəxs3la görüşüb əlbəəl 5700 manat pul verməklə cəmi 170200 (yüz yetmiş min iki yüz) manat pulunu ödəyib qalan külli miqdarda 85550 (səksən beş min beş yüz əlli) manat pulunu əvvəlcədən planlaşdırdığı şəkildə borcu qalmadığı barədə heç bir əsası olmayan müxtəlif bəhanələr və uydurmalar etməklə vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirib Zərərçəkmiş şəxs3 külli miqdar hesab edilən 85550 (səksən beş min beş yüz əlli) manat məbləğində maddi ziyan vurmaqla dələduzluq cinayətini törətmişdir. Bundan başqa o, tamah niyyətilə özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə vahid niyyətlə ələ keçirmək məqsədi ilə, tanışı Bərdə rayonu Divanlı kənd sakini Zərərçəkmiş şəxs3 vasitəsi ilə tanıdığı Beyləqan rayonu 2-ci Aşıqlı kənd sakini Zərərçəkmiş şəxs4 ilə 2024-cü ilin sentyabr ayının əvvəllərində dəqiq tarixi və vaxtı istintaqa məlum olmayan tarixdə və vaxtda mobil telefon vasitəsi ilə danışıb Bakı şəhəri və ətraf yerlərdə tanış qəssabların olduğunu, özünün Beyləqan ət kəsimi məntəqəsini olmasını bildirib nisyə formasında ona xırdabuynuzlu heyvanları alıb göndərməsini, həmin heyvanları qısa müddətdə satacağı və göndərmiş olduğu heyvanların pulunu qısa müddətdə verəcəyi barədə yalan və uydurma məlumatlar verib inandıraraq etibarını qazandıqdan sonra həmin etibardan sui-istifadə edərək, əslində Zərərçəkmiş şəxs4 pulunu ələ keçirmək niyyətilə xx.xx.2024-cü il tarixdə sonuncunun Bərdə rayonu, Alpout kəndində yerləşən Bərdə Mal bazarı adlanan yerdən 11 baş xırdabuynuzlu heyvanını, xx.xx.2024-cü il tarixdə isə eyni ünvandan 5 baş xırdabuynuzlu heyvanını nisyə formada alaraq, həmin heyvanlar üçün verməli olduğu 5300 manat pulu vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirib Zərərçəkmiş şəxs4 xeyli miqdar hesab edilən 5300 (beş min üç yüz) manat məbləğində maddi ziyan vurmaqla dələduzluq cinayətini törətmişdir. Bundan başqa o, tamah niyyətilə özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə vahid niyyətlə ələ keçirmək məqsədi ilə, tanışı Bakı şəhəri sakini Şahid5 vasitəsi ilə tanıdığı Bərdə rayonu Zümürxan kənd sakini Zərərçəkmiş şəxs5 ilə 2024-cü il iyul ayında dəqiq tarixi və vaxtı istintaqa müəyyən olunmayan tarixdə və vaxtda mobil telefonla danışıb Bakı şəhəri və ətraf yerlərdə tanış qəssabların olduğunu, özünün Beyləqan ət kəsimi məntəqəsini olmasını bildirib nisyə formasında ona iribuynuzlu malqara alıb göndərməsini, həmin mal-qaranı qısa müddətdə satacağı və göndərmiş olduğu mal-qaranın pulunu qısa müddətdə verəcəyi barədə yalan və uydurma məlumatlar verib inandıraraq etibarını qazandıqdan sonra həmin etibardan sui-istifadə edərək, əslində Zərərçəkmiş şəxs5 külli miqdarda pulunu ələ keçirmək niyyətilə 2024-cü ilin iyul ayından xx.xx.2024-cü il tarixədək olan dövrdə dəqiq sayını istintaqla müəyyən edilməsi mümkün olmayan sayda heyvanları Bərdə rayonu Alpoud kəndi ərazisində yerləşən Bərdə Mal bazarı adlanan ərazidən nisyə formasında almaqla ələ keçirib Zərərçəkmiş şəxs5 ödəməli olduğu külli miqdarda 95539 (doxsan beş min beş yüz otuz doqquz) manat pulunu əvvəlcədən planlaşdırdığı şəkildə borcu qalmadığı barədə heç bir əsası olmayan müxtəlif bəhanələr və uydurmalar etməklə vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirib Zərərçəkmiş şəxs5 külli miqdar hesab edilən 95539 (doxsan beş min beş yüz otuz doqquz) manat məbləğində maddi ziyan vurmaqla dələduzluq cinayətini törətmişdir. Bundan sonra o, təkrarən 2024-cü ilin fevral ayında Bakı şəhərində dələduzluq, yəni özgənin əmlakını aldatma yolu ilə ələ keçirmək məqsədi ilə hərəkət edərək, mülkiyyət hüququna malik olmadığı torpaq sahələrinin satlması barədə verdiyi elan üzrə ona müraciət etmiş, əvvəllər tanımadığı Zərərçəkmiş şəxs6 Abşeron rayonu, Məmmədli kəndi ərazisində 2023-cü ildə Şahid6 satmış olduğu 0,06 ha(6 sot) torpaq sahəsini özünə məxsus olan daşınmaz əmlak kimi 18.000 manata təklif edib yalan vəd verib aldadaraq, cinayət törətmək niyyətini gizlətmək və yalan vədinə inandırmaq üçün həmin torpaq sahəsinin Zərərçəkmiş şəxs6 sahibliyinə vermək barədə 03 fevral 2025-ci il tarixdə Bakı şəhəri, Buzovna qəsəbəsində yerləşən 03 nömrəli notariat ofisində etibarnamə vermiş və Zərərçəkmiş şəxs6 0,06 ha(6 sot) torpaq sahəsinə görə 18.000 manat ödəniş əvəzinə təklif etdiyi “Ford transit” markalı **-EM-*** dövlət qeydiyyat nişanlı avtomobili və 800 manat pulunu alıb aldatma yolu ilə ələ keçirərək sonuncuya xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan sonra o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını vahid niyyətlə ələ keçirmək məqsədi ilə Şahid7 vasitəsi ilə tanıdığı sonuncunun atası ünvan 2 ünvanında yaşayan Zərərçəkmiş şəxs7 Şahid8 məxsus Abşeron rayonu, Məmmədli kəndi ərazisində yerləşən 05 sot torpaq sahəsini 25.000 manat müqabilində satacağına dair yalan vəd verib aldadaraq torpaq sahəsini özünün torpaq sahəsi kimi təqdim edərək, həmin torpaq sahəsini satmağı vəd verərək, vahid niyyətlə əhatə olunan qəsdlə 07 fevral 2025-ci il tarixdə dəqiq vaxtı istintaqa məlum olmayan vaxtda Şahid7 vasitəsi ilə Bakı şəhəri, Sabunçu rayonunda yerləşən “Sultan” restoranında 2500 manat pulunu, 10 fevral 2025-ci il tarixində dəqiq vaxtı istintaqa məlum olmayan vaxtda yaşadığı ünvan 3 ünvanında 15000 manat pulunu, 11 fevral 2025-ci il tarixdə dəqiq vaxtı istintaqa məlum olmayan vaxtda Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsinin ərazisində yerləşən 35 saylı Notariat kontorunda 7500 manat dəyərində olan “Wolkswagen Passat” markalı, **-OF-*** dövlət qeydiyyat nişanlı avtomobili ələ keçirərək verdiyi vədə əməl etməyib, ümumilikdə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs7 xeyli miqdar hesab edilən 25000 (iyirmi beş min) manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə cinayət prosesi tərəflərinin fikirlərini dinləyib hesab edir ki, həmin cinayət işi üzrə ərazi üzrə məhkəmə aidiyyəti Gəncə Ağır Cinayətlər Məhkəməsinə aiddir və buna görə də cinayət işi Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilməlidir. Belə ki, verilmiş ittihamdan görünür ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.3 və 15.4-cü maddələrinin tələbinə əsasən “az ağır” və “ağır” cinayətlər təsnifatına aiddir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hər bir ağır cinayətlər məhkəməsinə yalnız onun yurisdiksiyasında baş vermiş cinayətlərlə bağlı işlər aiddir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin ərazi üzrə məhkəmə aidiyyətindən bəhs edən 74.1 və 74.5-ci maddələrinə əsasən cinayət işinə və digər materiala cinayətin törədildiyi yerin yurisdiksiyasına aid olan birinci instansiya məhkəməsində baxılır. Cinayət işlərindən biri ağır cinayətlər məhkəməsinə, digəri isə rayon (şəhər) məhkəməsinə aid olan bir icraatda birləşdirilmiş cinayət işlərinə ağır cinayətlər məhkəməsində baxılır. İttiham aktında görünür ki, Təqsirləndirilən şəxs ona istinad olunan sonuncu ağır cinayəti Bərdə rayonu ərazisində törətmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 74.2.2-ci maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş son əməlin törədildiyi yer davam edən cinayətin başa çatdığı yer hesab olunur. Bərdə rayonu Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının 2019-cu il 14 noyabr tarixli 4 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası apelyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”-na əsasən Gəncə Ağır Cinayətlər Məhkəməsinin yurisdiksiyasına aid edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsinin tələbləri baxımından Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 74.2.1, 74.5 və 74.8-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 sentyabr 2023-cü il tarixli qərarından görünür ki, 1. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 74.2.1-ci maddəsinə uyğun olaraq, alternativ tərkibli uzanan cinayətlərə dair işə cinayətə son qoyulduğu yerin yurisdiksiyasına aid olan məhkəmələr tərəfindən baxılmalıdır. 2. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 74.5-ci maddəsinə müvafiq olaraq, cinayət işlərindən biri ağır cinayətlər məhkəməsinə, digəri isə rayon (şəhər) məhkəməsinə aid olan bir icraatda birləşdirilmiş cinayət işlərinə ağır cinayətin törədildiyi yer üzrə ağır cinayətlər məhkəməsində baxılmalıdır. 3. Ərazi yurisdiksiyası Azərbaycan Respublikasının bütün ərazisini və ya bir neçə inzibati ərazi vahidini əhatə edən istintaq qurumlarında məhkəməyədək icraatı tamamlanan cinayət işlərinin məhkəmə aidiyyəti Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 74.1-ci maddəsinin hüquqi mahiyyətinə əsasən müvafiq cinayətlərdən ən çoxunun və ya ən ağırının törədildiyi yer üzrə müəyyən edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 75.1-ci maddəsinə əsasən cinayət işinin məhkəmənin icraatına qəbul edilməsi məsələsi həll edilərkən onların məhkəmə aidiyyəti mütləq yoxlanılmalıdır. Məhkəməyə daxil olmuş cinayət işinin və ya digər materialın həmin məhkəməyə aid olmadığı müəyyən edildikdə məhkəmə onu aidiyyəti üzrə göndərməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 300.1.4-cü maddəsinə mənasəna görə məhkəmənin hazırlıq iclasının keçirilməsi nəticəsində məhkəmə tərəfindən cinayət işinin məhkəmə aidiyyəti üzrə göndərilməsi barədə qərar qəbul edilə bilər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 299.3-cü maddəsinə əsasən hər bir halda cinayət prosesi tərəflərinin iştirakçı ilə məhkəmənin hazırlıq iclasında cinayət işi üzrə qətimkan tədbirinin seçilməsi, dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsasların olub-olmaması barədə məsələyə baxılır. Yuxarıda qeyd olunanları nəzərə alıb məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittiham üzrə sonuncu ağır cinayət Bərdə rayonunda törədildiyindən və Bərdə rayonu ərazi yurisdiksiyasına görə Gəncə Ağır Cinayətlər Məhkəməsinə aid olduğundan cinayət işi ərazi üzrə məhkəmə aidiyyəti üzrə Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilməlidir. Təqsirləndirilən şəxs barəsində həbs qətimkan düzgün seçilmişdir, hazırkı mərhələdə onun dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsaslar müəyyən edilmədiyindən dəyişdirilmədən qüvvəsində saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 69.3, 74, 75, 300.1.4-cü maddələrini rəhbər tutaraq məhkəmə q ə r a r a a l d ı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işi ərazi üzrə məhkəmə aidiyyəti üzrə Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən qüvvəsində saxlanılsın.
Məhkəmə qərarları › İş №1(101)-2113/2025
Bakı Ağır Cinayətlər Məhkəməsi Qərar — İş №1(101)-2113/2025
06.01.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver