Məhkəmə qərarları › İş №1(101)-2114/2024

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-2114/2024

05.11.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-2114/2024 05.11.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim: Məmmədov Fəxri Afiq oğlunun sədrliyi ilə, Hakimlər: X4 və Kərimova Mahirə Nəzər qızından ibarət tərkibdə, Zeynallı Həcər Zahid qızının katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi – Bakı şəhəri 15 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1998-ci ildə Bakı şəhərində anadan olmuş, subay, orta təhsilli, işsiz, məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan, Bakı şəhəri, ünvan 2 ünvanında yaşamış, hazırda barəsində “həbs” qətimkan tədbiri seçilərək Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs təqsirləndirilir ona görə ki, o, qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və külli miqdarda psixotrop maddə əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və külli miqdarda psixotrop maddə əldə etmə, saxlama, daşıma və satma barədə şəxsiyyəti istintaqla araşdırılan “Şamxal” adlı şəxs ilə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşmiş, bu məqsədlə aralarında olan cinayətkar sövdələşməyə əsasən Təqsirləndirilən şəxs “Şamxal” adlı şəxsin bildirdiyi yerdən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda 12,240 qram çəkidə narkotik vasitə kokain, tərkibində psixotrop maddə metilendioksimetamfetaminin (MDMA) təsiredici maddəsinin ümumi miqdarı külli miqdarda 9,556 qram təşkil edən ekstazi həbləri, xeyli miqdarda 69,866 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana, xeyli miqdarda 1,960 qram çəkidə psixotrop maddə metamfetamin əldə edib yaşadığı Bakı şəhəri, ünvan 2 ünvanına daşımaqla orada saxlamış, bu barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri ünvan 3 ünvanına 29 aprel 2024-cü il tarixdə saat 01:24-dən etibarən keçirilən baxış zamanı yataq otağındakı dolabdan 01 ədəd dəmir qutuda xeyli miqdarda 60 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana, 03 ədəd polietilendə ayrı-ayrılıqda çəkiləri 3,982 qram, 3,988 qram və 1,896 qram olmaqla ümumi çəkisi xeyli miqdarda 9,866 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana, 01 ədəd polietilendə xeyli miqdarda 1,960 qram çəkidə psixotrop maddə metamfetamin, 01 ədəd qırmızı qapaqlı plastik qabda külli miqdarda 12,240 qram çəkidə narkotik vasitə kokain, 01 ədəd şəffaf polietilendə tərkibində psixotrop maddə metilendioksimetamfetaminin (MDMA) təsiredici maddəsinin ümumi miqdarı külli miqdarda 7,236 qram təşkil edən 36 ədəd ağ rəngli ekstazi həbləri və 01 ədəd şəffaf polietilendə tərkibində psixotrop maddə metilendioksimetamfetaminin (MDMA) təsiredici maddəsinin ümumi miqdarı xeyli miqdarda 2,32 qram təşkil edən 16 ədəd göy rəngli ekstazi həbləri, üzərində psixotrop maddə metamfetaminin izləri olan 01 ədəd gümüşü rəngli elektron tərəzi aşkar edilərək götürülmüşdür. İşin halları və dəlilləri: Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 2024-cü ilin aprel ayının 28-dən 29-na keçən gecə saat 01 radələrində evinin yerləşdiyi blokun qarşısında taksidən düşmüş və blokun qapısına tərəf getmişdir. Qapını açıb içəri daxil olan zaman arxadan iki nəfər oğlanın qaça-qaça gəldiyini görmüş və həmin şəxslərin keçməsi üçün qapını saxlamışdır. Həmin şəxslər onunla birlikdə içəri daxil olmuşlar. O, evinə getmək üçün liftə daxil olmuş, həmin oğlanlar da onunla birlikdə liftə girmişlər. O, 19-cu mərtəbədə yaşayır. Onunla birgə daxil olan həmin oğlanlar liftdə heç bir düyməni sıxmamışlar. Həmin şəxslər onun düşdüyü mərtəbədə düşərək qoluna girmişlər və BMCMİ-nin əməkdaşları olduqlarını bildirərək ona sakit olmağını demişlər. Daha sonra onun üzərini axtarmağa başlamışlar. O bunun qanunsuz olduğunu bildirmiş, lakin həmin şəxslər onun dediklərinə heç bir məhəl qoymayaraq davam etmişlər. Bundan sonra həmin şəxslər onun çantasından evinin açarını götürmüşlər və qapını açaraq içəri daxil olmuşlar. Həmin şəxslərdən biri onun qolundan tutub saxlamış, digəri isə evə baxış keçirmişdir. Lakin onun evindən heç bir şey aşkar edilməmişdir. Onlar telefonla kiməsə zəng vuraraq “Bu deyil, səhvdir” sözlərini demişlər. Bundan sonra həmin şəxslərə zəng gəlmişdir. Əməkdaşlardan biri onun yanında qalmış, digəri isə aşağı düşmüşdür. Bir müddət sonra başqa bir oğlanla birlikdə təkrar onun evinə gəlmişlər. Üstündən 20 dəqiqə keçmiş evində olan əməkdaşlar evində olan içkidən içməyə və siqaret çəkməyə başlamışlar. Bir az sonra əməkdaşlardan birinə təkrarən zəng gəlmişdir. Həmin şəxs yenidən aşağıya düşərək başqa 3 nəfər əməkdaşla birgə onun evinə gəlmişlər. Beləliklə, evində ondan əlavə 5 nəfər oğlan və bir qız əməkdaşı olmuşdur. Sonradan gələn əməkdaşlar birbaşa yataq otağına keçərək orada olan şkafın çəkməcəsində narkotik vasitə aşkar etdiklərini demişlər. O, əvvəl axtarış keçirilən zaman narkotik vasitə tapılmadığını dedikdə, onlar yəqin ki, yaxşı baxmadıqlarını bildirmişlər. Həmin şəxslər ona 50 000 manat verməsini və bundan sonra onu buraxacaqlarını demişlər. Lakin o, onda o qədər pul olmadığını bildirmişdir. Həmin şəxslər isə nəyə gücü çatırsa o qədər pul verməyini ona bildirmişlər. O həmin vaxt bir tanışından 3960 manat pul almış, üstünə də öz kartından pul ataraq 4000 manat pul düzəltmişdir. Pul kartda olduğu üçün ona pulu bankomatdan çıxardıqdan sonra buraxacaqlarını demişlər. Daha sonra ona bu işin rəisə məruzə olunduğunu və bu səbəbdən çəkiliş edilməli olduğunu, çəkiliş zamanı narkotik vasitələrin onun olduğunu boynuna alarsa məhkəmə tərəfindən azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunacağını, əks halda isə BMCMİ-nin zirzəmisində ona işgəncə verəcəklərini demişlər. O da həmin şəxslərin dedikləri ilə razılaşmışdır. Həmin gün onun üzərində narkotik vasitə olmamışdır. Belə ki, o artıq evə gələndə narkotik vasitə istifadə etmişdir. Daha sonra videoçəkiliş olmuş, videoçəkilişdən sonra onu BMCMİ-nin zirzəmisinə aparmışlar. O, 3 gün orada qalmış və eyni zamanda ailə üzvlərinə məlumat verməyə ona icazə verməmişlər. Məhkəmədə verilən əlavə suallara cavab olaraq Təqsirləndirilən şəxs bildirdi ki, o özü vitrin dizayneri işləmişdir. Tutulana qədər ortalama aylıq gəliri 3000-3500 manat təşkil etmişdir. O yalnız narkotik vasitənin kokain növündən istifadə etmiş, kokain tapılmayanda isə ekstazi istifadə edirmiş. Ekstazi həbinin bir dənəsini 50 manata, kokainin isə 1 qramını 300 manata alırmış. Kokain ona Türkiyədən gəlirmiş. O, 1 qram kokaini təxminən 1 həftəyə istifadə edirmiş. O, tutulmamışdan təxminən 1 ay əvvəl işdən çıxmış və həmin vaxt artıq borcları yaranmışdır. Narkotik vasitəni aldığı şəxslə sosial şəbəkə vasitəsilə tanış olmuşdur. Onun narkotik vasitə istifadə etdiyini yalnız ətrafından 1-2 nəfər şəxs bilmişdir. Narkotik vasitə istifadə etdiyini bilən şəxslərin adları Hüseyn və Aişə olmuşdur. O, heç vaxt heç kimə narkotik vasitə verməmişdir. O, 4 ildir ki, narkotik vasitə istifadə edir. Onun narkotik vasitə istifadə etdiyini ailəsi bilmirmiş. Hüseyn adlı şəxs ondan narkotik vasitə almaq üçün pul istəmişdir. Narkotik vasitəni aldığı şəxsin adını bilmir. O, türk nömrəsi ilə həmin şəxslə əlaqə saxlayırmış. Narkotik vasitəni aldığı şəxsin adı sonradan öyrəndiyinə görə Şamxal olmuşdur. Şamxal ona narkotik vasitə çatdırmağını istəməmişdir. Ona qarşı polis əməkdaşları tərəfindən fiziki və psixi təsir və təzyiqlər olmuşdur. Belə ki, polis əməkdaşlarından biri dirsəyi ilə onun ağız hissəsinə vurmuş, eyni zamanda onun əl və ayaq dırnaqları sındırılmışdır. O, hadisə baş verən gün narkotik vasitəni anasıgildə istifadə edib evinə qayıdırmış və həmin zaman narkotik vasitənin təsiri altında olmuşdur. Onun evinə baxış keçirilən zaman heç bir narkotik vasitə aşkar edilməmişdir. Onu tutan əməkdaşlar evindən şəxsi əşyalarını da götürmüşlər. Evinə daxil olan polis əməkdaşlarından Şahid2 əvvəlcədən tanıyırmış. Şahid2la restoranların birində qarşılaşırmışlar. Şahid2 dəfələrlə onunla tanış olmaq üçün ona yaxınlaşmış, lakin o razı olmamışdır. Onunla birlikdə liftdə qalxan polis əməkdaşları Şahid1 və Şahid2 olmuşdur. Onu saxlayandan sonra telefonunu əlindən almışlar və üzərini axtarmağa başlamışlar. Onun çantasından açarı götürərək evinə daxil olmuşlar və orada axtarış keçirmişlər. Onu tutan zaman narkotik vasitələrin satışı ilə bağlı şübhəli şəxs olduğunu bildirmişlər. Sonradan evə qadın polis əməkdaşı da gəlmişdir. Həmin şəxslər evə daxil olarkən ona xidməti vəsiqələrini göstərməmişlər. Polis əməkdaşları onun evinə daxil olduqdan 2 saat sonra videoçəkiliş aparmışlar. Həmin gün o narkotik vasitə istifadə etməsinə baxmayaraq, onun üzərində və evində narkotik vasitə olmamışdır. Sonradan Şahid2, Şahid1 və videoçəkiliş edən bir əməkdaş çölə çıxaraq üçə qədər sayıb qurtardıqdan polis əməkdaşlarının qapını döydükdən sonra qapını açmasını bildirmişlər. Sonradan gələn bir qadın və iki kişi əməkdaş çəkilişə düşməmələri üçün evin eyvanına çıxmışlar. Evinə axtarış keçirilməsi ilə bağlı razılıq verməyini təsdiq edən ərizə yazıb-yazmadığını xatırlamır. Onu gecə saat 05 radələrində BMCMİ-yə aparmışlar. Evdən çıxan zaman onu BMCMİ-yə apardıqlarını bilməmişdir. Onu buraxmaq üçün 4000 manat pul istəmişlər. O da gecə vaxtı pulu tapmışdır. Evindən çıxan narkotik vasitələr ona məxsus olmamışdır. O, narkotik vasitə heroin, nadir hallarda isə ekstazi həbi istifadə edirmiş. O, başqa narkotik vasitə istifadə etməmişdir. Evindən çıxan tərəzi ona məxsus deyildir. Polis əməkdaşları ona dirsək ilə vurmuşlar və dişi düşmüşdür. Daha sonra BMCMİ-nin zirzəmisində kəlbətinlə onun dırnaqlarını çıxarmışlar. Polis əməkdaşları ona işgəncə verdikləri üçün o hər şeyi boynuna almaq məcburiyyətində qalmışdır. İttiham aktında qeyd olunan SMS-lərlə bağlı qeyd edə bilər ki, ondan narkotik vasitə almaq üçün pul istəmişlər. Onda aşkar edilmiş köhnə çapıq izləri (xəsarəti) əvvəllər özü-özünə yetirmişdir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı müdafiəçisinin iştirakı ilə verdiyi ifadəsində göstərmişdir ki, ünvan 1 ünvanında qeydiyyatdadır, Bakı şəhəri, ünvan 2 ünvanında yaşayır. ***-***-**-** saylı nömrəni istifadə edir. Narkotik vasitə qurudulmuş marixuanadan istifadə edir. Narkotik vasitələri özünü Renat adı ilə təqdim edən və Türkiyə Respublikasına məxsus mobil nömrə işlədən şəxsdən watsapp proqramında danışmaqla əldə etmişdir. Təxminən bir il bundan öncə sosial şəbəkələrdən birində olan zaman orada narkotik vasitə və psixotrop maddələrin təbliğ edildiyini və sifariş qəbul edildiyini görüb həmin nömrəyə yazmışdır. Həmin nömrənin istifadəçisi özünü ona Renat kimi təqdim etmişdir. Hər dəfə öz istifadəsi üçün 2 qram narkotik vasitə qurudulmuş marixuana sifariş etmişdir. Renatın bildirdiyi nömrəyə ödəmə terminalı vasitəsi ilə “M 10” proqramında pul yüklədikdən sonra o, narkotik vasitənin yerləşdirildiyi yerin konumunu göndərmiş və həmin narkotik vasitəni götürüb istifadə etmişdir. Sonradan Renatla ünsiyyətləri daha da sıx olmuş, sonuncu ona ləqəbinin “Renat” olmasını, əsl adının isə Şamxal olduğunu bildirmişdir. 2023-cü ilin sentyabr ayında pula ehtiyacı olduğu üçün Şamxal ilə watsapp proqramı vasitəsi ilə danışan zaman artıq uzun müddətdir tanış olduqlarını, ona narkotik vasitə və psixotrop maddələrin Bakı şəhəri ərazisində dövriyyəsində köməklik etməyini bildirib bu işi birlikdə görmələrini təklif etmişdir. Şamxal kənar adamlara xeyir vermək istəmədiyini, əldə olunan qazancı ona vermək istədiyini demişdir. Bu işi görməkdən ötrü Şamxal ona tək qalmağını və göndərəcəyi narkotik vasitələri özünün dediyi miqdarlara bölməklə Bakı şəhərindəki ünvanlara qoymalı olduğunu və bu işdən kiminsə məlumatının olmayacağını vurğulamışdır. O isə Şamxala ev tutmağa pulunun olmadığını, bu işi görməyə hazır olmadığını bildirmişdir. Şamxal ona aylıq 2000 manat əmək haqqı verəcəyini işinin yalnız onun göndərdiyi narkotik vasitələri bildirdiyi yerdən götürüb sonradan öz dediyi çəkilərdə bildirəcəyi ünvanlara qoymaqdan ibarət olmasını demişdir. Şamxalın təklifi ilə razılaşmışdır. Belə ki, 2023-cü ilin sentyabr ayında Bakı şəhəri, ünvan 3 ünvanını kirayə tutub orada tək yaşamağa başlamışdır. Bundan sonra Şamxalın dəqiq xatırlamadığı tarixdə bildirdiyi yerə gedib oradan qurudulmuş marixuana götürüb yaşadığı ünvana gətirmişdir. Onu da qeyd etmişdir ki, Şamxal ona narkotik vasitələrinin miqdarını çəkməkdən ötrü elektron tərəzi almağını tapşırdığından elektron tərəzi almışdır. Narkotik vasitəni Şamxalın yazdığı miqdarda olmaqla sellefon paketlərə yığıb bildirdiyi yerə atmışdır. Bu minvalla demək olar ki, hər gün onun sifarişlərinə uyğun narkotik vasitələri yerləşdirmişdir. Şamxal isə pulu ona bəzən “M 10” proqramı vasitəsi ilə, bəzən isə müxtəlif ünvanlara yerləşdirməklə vermişdir. Bir neçə ay işlədikdən sonra onun yanında etibar qazandığından bir neçə növ narkotik vasitə və dərman həbləri göndərməyə başlamışdır. Şamxal ona həmin narkotik vasitələrin baha olmasını demişdir. Narkotik vasitə kokain və ekstazi həbləri göndərib müxtəlif ünvanlara qoymağı tapşırmışdır. Sonuncu dəfə 27 aprel 2024-cü il tarixdə Şamxal ona konum göndərib Azadlıq metrostansiyası yaxınlığına gedib orada olan bağlamanı götürməyini tapşırmışdır. O da qeyd olunan əraziyə gedib həmin bağlamanı götürüb yaşadığı ünvana gətirmişdir. Yaşadığı ünvanın içərisində həmin bağlamaya baxan zaman içərisində narkotik vasitə kokain, psixotrop maddə metamfetamin, qurudulmuş marixuana və ekstazi həblərinin olmasını görmüşdür. Həmin gün bir neçə ünvana qeyd olunan narkotik vasitə və psixotrop maddələrin üzərindən götürüb yerləşdirmişdir. 29 aprel 2024-cü il tarixdə saat 01 radələrində yaşadığı Bakı şəhəri, ünvan 3 ünvanında olan zaman mənzilin qapısının döyülməsini görüb qapını açmışdır. Qapını açdıqdan sonra 3 nəfər mülki geyimli şəxsin dayanmasını görmüşdür. Onlar özlərini təqdim edərək Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları olduqlarını bildirib barəsində narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə bağlı məlumat daxil olmasını və əməliyyat axtarış tədbirinin keçirilməsi ilə əlaqədar qərar qəbul olunmasını bildirmişlər. Bundan sonra yaşadığı ünvana baxış keçirilməsinin zəruri olduğunu bununla əlaqədar etirazının olmadığını soruşmuşlar. Etirazının olmadığını bildirib bu barədə ərizə yazmışdır. Üzərində deyil, yaşadığı mənzilin yataq otağında narkotik vasitə və psixotrop maddələrin olmasını bildirmişdir. İlk öncə yaşadığı ünvanda olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri və qanunla dövriyyəsi qadağan edilmiş digər əşyaları və maddələri könüllü surətdə təqdim etməyi təklif edilmişdir. Bu təklifdən sonra iştirakçıları yataq otağına dəvət etmişdir. Yataq otağında çarpayının yanında olan dolabı açaraq orada olan narkotik vasitə və psixotrop maddələri təqdim etmişdir. Həmin maddə və kütlələrə baxış zamanı 01 ədəd dəmir qutuda narkotik vasitə qurudulmuş marixuana, 03 ədəd şəffaf sellofan paketdə narkotik vasitə qurudulmuş marixuana, 1 ədəd sellofan paketdə psixotrop maddə metamfetamin, 01 ədəd plastik qabda narkotik vasitə kokain, 01 ədəd sellofan paketin içərisində 36 ədəd ağ rəngli dərman həbi, 01 ədəd sellofan paketdə 16 ədəd dərman həbi və 01 ədəd elektron tərəzi olması müəyyən edilmişdir. Aşkar edilmiş kütlə, maddələr və predmetlər qablaşdırılıb möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. Daha sonra üzərinə baxış keçirilmişdir. Baxış zamanı şalvarının sol arxa cibindən 01 ədəd “İphone” markalı mobil telefonu çıxarıb təqdim etmişdir. Telefona baxış zamanı arxa hissəsində 1 ədəd mobil danışıq kartının olması müəyyən edilmişdir. 01 ədəd “İphone” markalı mobil telefon və 02 ədəd danışıq kartı iş üçün əhəmiyyət kəsb etdiyindən tərəfindən götürülmüşdür. Baxış prosesi davam etdirilərkən üzərindən və yaşadığı ünvandan digər əşya və predmetlər aşkar edilməmişdir. Sorğu zamanı yaşadığı ünvandan aşkar edilmiş maddə və kütlələri 27 aprel 2024-cü il tarixdə Bakı şəhəri Azadlıq metrostansiyası yaxınlığından əldə etdiyini, belə ki, özünü “Renat” kimi təqdim edən “Şamxal” adlı şəxsin onunla “Whatsapp” ani mesajlaşma proqramı vasitəsi ilə əlaqə saxlayıb həmin maddə və kütlələrin yerinin şəkilini göndərdiyini, həmin kütlə və maddələri başqa bir yerə daşımalı olduğunu, bunun müqabilində hər ay 2.000 manat pul aldığını bildirmişdir. Daha sonra polis əməkdaşları hadisə yerində keçirilən baxışla bağlı sənədləşmənin aparılması üçün əlverişli şərait olmadığını bildirib Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə gətirmişlər. Baxış keçirilməsi və əşyaların götürülməsi prosesinin nəticəsinə dair protokol tərtib olunduqdan sonra müdafiəçi ilə təmin edilib şübhəli şəxs qismində tutulmuşdur. (Cild 1, iş vərəqi 38-39; 57-60; 70-73; 84-86) Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid1 məhkəməyədək icraat zamanı verdiyi ifadəsi ilə eyni məzmunlu ifadə verərək göstərmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin dövriyyəsi ilə məşğul olması ilə bağlı əməliyyat məlumatı daxil olmuşdur. Tərəflərindən əməliyyat-axtarış tədbirləri keçirilmiş və Təqsirləndirilən şəxs yaşadığı ünvanda saxlanılmışdır. Şəxsin özünün razılığı ilə videoçəkiliş vasitəsilə mənzilə baxış keçirilmişdir. Təqsirləndirilən şəxs evində qanunsuz əşya, narkotik vasitə və ya psixotrop maddə saxlayırsa təqdim etməsini təklif etmişlər. Leyla əmmədova evində narkotik vasitələr olduğunu bildirərək könüllü şəkildə təqdim etmişdir. Təqsirləndirilən şəxs evindən qurudulmuş marixuana, metamfetamin, kokain və dərman həbləri aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs narkotik vasitələri aylıq 2000 manat pul müqabilində Renat adlı şəxsdən əldə edərək şəhərin müxtəlif ərazilərinə qoyaraq şəklini həmin şəxsə atdığını bildirmişdir. Təqsirləndirilən şəxs daha sonra “Renat” adlı şəxsin əsl adının Şamxal olduğunu bildirmişdir. Məhkəmədə verilən əlavə suallara cavab olaraq Şahid1 bildirdi ki, əməliyyat qrupu səhv eləmirsə 2 nəfərdən ibarət olmuş: o və Şahid2. Onlar evə videoçəkilişlə yaxınlaşmışlar. Təqsirləndirilən şəxs mənzilə daxil olmağa özü icazə vermişdir. Narkotik vasitələr yataq otağında aşkar edilmişdir. Mənzildən marixuana, metamfetamin, kokain və dərman həbləri aşkar edilmişdir. Təqsirləndirilən şəxs narkotik vasitələri “Renat” adlı şəxsdən əldə etdiyini bildirmişdir. Təqsirləndirilən şəxs gecə 00-01 radələrində saxlanılmışdır. Şəxsin evinə nə qədər müddət ərzində baxış keçirildiyini xatırlamır. Tərəflərindən Təqsirləndirilən şəxs qarşı heç bir fiziki və psixi təsir olmamışdır. Əməliyyat məlumatı ona daxil olmuşdur. Əməliyyat məlumatı Təqsirləndirilən şəxs “kuryerlik” etməsi ilə bağlı olmuşdur. Təqsirləndirilən şəxs mənzilinə baxış keçirilməsi ilə bağlı məhkəmə qərarı olmamış, sonradan məhkəməyə təqdim olunmuşdur. Mənzilə baxış keçirməzdən əvvəl Təqsirləndirilən şəxs xidməti vəsiqələrini təqdim etmişlər. Şahid2 əvvəllər Təqsirləndirilən şəxs ilə tanışlığı olması barədə heç bir məlumatı yoxdur. Əməliyyat tədbirində qadın əməkdaş iştirak etməmişdir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməmişdir. Narkotik vasitələrin yataq otağında olduğunu Təqsirləndirilən şəxs özü könüllü şəkildə etiraf etmişdir. Mənzilə daxil olarkən iki nəfər olmuşlar. Narkotik vasitələr Təqsirləndirilən şəxs aiddir. Belə ki, evdən aşkar edilmiş narkotik vasitələrin onlar tərəfindən evə qoyulması heç bir həqiqəti əks etdirmir. Mənzilə baxış keçirilən zaman elektron tərəzinin çıxmasını xatırlamır. İbtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir. Şahid1 məhkəməyədək icraat zamanı verdiyi ifadəsində göstərmişdir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili vəzifəsində işləyir və polis kapitanı xüsusi rütbəsini daşıyır. 28 aprel 2024-cü il tarixdə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə ünvan 1 ünvanında qeydiyyatda olan, Bakı şəhəri, ünvan 2 ünvanında yaşayan Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə məlumat daxil olmuşdur. Daxil olmuş məlumat əsasında tərəfindən raportla Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin rəhbərliyinə məruzə edilərək Təqsirləndirilən şəxs müəyyən edilib ifşa olunması istiqamətində “əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” qərar qəbul edilmiş, əməliyyat qrupunun yaradılması ilə bağlı əmr verilmişdir. Bundan sonra əməliyyat qrupunun üzvləri ilə birlikdə gecə saatlarında əməliyyat qrupunun üzvləri ilə birlikdə Təqsirləndirilən şəxs yaşadığı ünvan 6 ünvanın qarşısına gəlmişlər. Bir qədər həmin ərazidə müşahidə apardıqdan sonra saat 29 aprel 2024-cü il tarixdə saat 01 radələrində Bakı şəhəri, ünvan 2 ünvanının giriş qapısını döymüşlər. Qapını qadın cinsindən olan bir şəxs açmışdır. Özlərini ona təqdim edib DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları olduqlarını bildirmişlər. Həmin şəxs özünü onlara təqdim edib Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Bundan sonra onun qanunsuz olaraq narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsi ilə məşğul olmasını bildirib əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında qərarla tanış etmişlər. Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olması, satış məqsədi ilə narkotik vasitələr və psixotrop maddələr əldə edərək yaşadığı ünvanda saxlaması və üzərində daşımaqda şübhəli olduğu bildirilmişdir. Təqsirləndirilən şəxs yaşadığı ünvanda narkotik vasitə saxladığını və həmin narkotik vasitəni təqdim edə biləcəyini bildirərək yaşadığı ünvana baxış keçirilməsinə heç bir etirazının olmadığını qeyd etmişdir. Təqsirləndirilən şəxs yaşadığı ünvana tərəflərindən baxış keçirilməsinə etirazının olmaması ilə bağlı ərizə yazaraq təqdim etmişdir. Baxış keçirilməsindən əvvəl Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilmişdir. İlk öncə Təqsirləndirilən şəxs yaşadığı ünvanda olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri və qanunla dövriyyəsi qadağan edilmiş digər əşyaları və maddələri könüllü surətdə təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs iştirakçıları yataq otağına dəvət etmişdir. Yataq otağında çarpayının yanında olan siyirməni açaraq maddə və kütlələri təqdim etmişdir. Həmin maddə və kütlələrə baxış zamanı 01 ədəd dəmir qutuda narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlə, 03 ədəd şəffaf sellofan paketdə narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlə, 01 ədəd sellofan paketdə psixotrop maddə metamfetaminə oxşar maddə, 01 ədəd plastik qabda narkotik vasitə kokainə oxşar maddə, 01 ədəd sellofan paketin içərisində 36 ədəd ağ rəngli dərman həbi, 01 ədəd sellofan paketdə 16 ədəd dərman həbi və 01 ədəd elektron tərəzi olması müəyyən edilmişdir. Aşkar edilmiş kütlə, maddələr və predmetlər qablaşdırılıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “Zərflər üçün” möhürü ilə möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. Daha sonra Təqsirləndirilən şəxs üzərində olan əşyaları təqdim etmək təklif edilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs şalvarının sol arxa cibindən 01 ədəd “İphone” markalı mobil telefonu çıxarıb təqdim etmişdir. Telefona baxış zamanı arxa hissəsində 02 ədəd mobil danışıq kartının olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs üstündən aşkar edilmiş 01 ədəd “İphone” markalı mobil telefon və 02 ədəd danışıq kartı iş üçün əhəmiyyət kəsb etdiyindən götürülmüşdür. Baxış prosesi davam etdirilərkən Təqsirləndirilən şəxs üstündən və yaşadığı ünvandan digər əşya və predmetlər aşkar edilməmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs yaşadığı ünvandan aşkar edilmiş maddə və kütlələri 27 aprel 2024cü il tarixdə şəhərin Azadlıq metrostansiyası yaxınlığından əldə etdiyini, belə ki, özünü “Renat” kimi təqdim edən “Şamxal” adlı şəxsin onunla “Whatsapp” ani mesajlaşma proqramı vasitəsi ilə əlaqə saxlayıb ona həmin maddə və kütlələrin yerinin şəkilini göndərdiyini, həmin kütlə və maddələri başqa bir yerə daşıyacağını, bunun üçün “Şamxalın” ona hər ay 2.000 manat pul göndərdiyini bildirmişdir. Təqsirləndirilən şəxs yaşadığı ünvana və üzərinə baxış gecə vaxtı, süni işıqlandırma şəraitində aparılmışdır. Baxışın keçirilməsi 29 aprel 2024-cü il tarixdə saat 01:51-də başa çatmışdır. Baxış keçirilməsi zamanı "Sony” markalı videokameradan istifadə edilməklə videoçəkiliş ilə aparılmışdır. Hadisə yerində keçirilən baxışla bağlı sənədləşmənin aparılması üçün əlverişli şərait olmadığını nəzərə alaraq Təqsirləndirilən şəxs və digər iştirakçılar Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə dəvət olunmuşdur. Baxış keçirilməsi və əşyaların götürülməsi prosesinin nəticəsinə dair protokol tərtib olunduqdan sonra Təqsirləndirilən şəxs müdafiəçi ilə təmin edilib şübhəli şəxs qismində tutulmuşdur. (Cild 1, iş vərəqi 122-125) Tərəflərin razılığı ilə Şahid2 ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan edilmiş ifadəsindən görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməliyyat müvəkkili vəzifəsində işləyir və polis baş leytenantı xüsusi rütbəsini daşıyır. 28 aprel 2024-cü il tarixdə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə ünvan 1 ünvanında qeydiyyatda olan, Bakı şəhəri, ünvan 2 ünvanında yaşayan Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə məlumat daxil olmuşdur. Daxil olmuş məlumat əsasında tərəfindən raportla Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin rəhbərliyinə məruzə edilərək Təqsirləndirilən şəxs müəyyən edilib ifşa olunması istiqamətində “əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” qərar qəbul edilmiş, əməliyyat qrupunun yaradılması ilə bağlı əmr verilmişdir. Bundan sonra əməliyyat qrupunun üzvləri ilə birlikdə gecə saatlarında əməliyyat qrupunun üzvləri ilə birlikdə Təqsirləndirilən şəxs yaşadığı ünvan 6 ünvanın qarşısına gəlmişlər. Bir qədər həmin ərazidə müşahidə apardıqdan sonra 29 aprel 2024-cü il tarixdə saat 01 radələrində Bakı şəhəri, ünvan 2 ünvanının giriş qapısını döymüşlər. Qapını qadın cinsindən olan bir şəxs açmışdır. Özlərini ona təqdim edib DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları olduqlarını bildirmişlər. Həmin şəxs özünü onlara təqdim edib Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Bundan sonra onun qanunsuz olaraq narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsi ilə məşğul olmasını bildirib əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında qərarla tanış etmişlər. Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olması, satış məqsədi ilə narkotik vasitələr və psixotrop maddələr əldə edərək yaşadığı ünvanda saxlaması və üzərində daşımaqda şübhəli olduğu bildirilmişdir. Təqsirləndirilən şəxs yaşadığı ünvanda narkotik vasitə saxladığını və həmin narkotik vasitəni təqdim edə biləcəyini bildirərək yaşadığı ünvana baxış keçirilməsinə heç bir etirazının olmadığını qeyd etmişdir. Təqsirləndirilən şəxs yaşadığı ünvana tərəflərindən baxış keçirilməsinə etirazının olmaması ilə bağlı ərizə yazaraq təqdim etmişdir. Baxış keçirilməsindən əvvəl Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilmişdir. İlk öncə Təqsirləndirilən şəxs yaşadığı ünvanda olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri və qanunla dövriyyəsi qadağan edilmiş digər əşyaları və maddələri könüllü surətdə təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs iştirakçıları yataq otağına dəvət etmişdir. Yataq otağında çarpayının yanında olan siyirməni açaraq maddə və kütlələri təqdim etmişdir. Həmin maddə və kütlələrə baxış zamanı 01 ədəd dəmir qutuda narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlə, 03 ədəd şəffaf sellofan paketdə narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlə, 01 ədəd sellofan paketdə psixotrop maddə metamfetaminə oxşar maddə, 01 ədəd plastik qabda narkotik vasitə kokainə oxşar maddə, 01 ədəd sellofan paketin içərisində 36 ədəd ağ rəngli dərman həbi, 01 ədəd sellofan paketdə 16 ədəd dərman həbi və 01 ədəd elektron tərəzi olması müəyyən edilmişdir. Aşkar edilmiş kütlə, maddələr və predmetlər qablaşdırılıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “Zərflər üçün” möhürü ilə möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. Daha sonra Təqsirləndirilən şəxs üzərində olan əşyaları təqdim etmək təklif edilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs şalvarının sol arxa cibindən 01 ədəd “İphone” markalı mobil telefonu çıxarıb təqdim etmişdir. Telefona baxış zamanı arxa hissəsində 02 ədəd mobil danışıq kartının olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs üstündən aşkar edilmiş 01 ədəd “İphone” markalı mobil telefon və 02 ədəd danışıq kartı iş üçün əhəmiyyət kəsb etdiyindən götürülmüşdür. Baxış prosesi davam etdirilərkən Təqsirləndirilən şəxs üstündən və yaşadığı ünvandan digər əşya və predmetlər aşkar edilməmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs yaşadığı ünvandan aşkar edilmiş maddə və kütlələri 27 aprel 2024-cü il tarixdə şəhərin Azadlıq metrostansiyası yaxınlığından əldə etdiyini, belə ki, özünü “Renat” kimi təqdim edən “Şamxal” adlı şəxsin onunla “Whatsapp” ani mesajlaşma proqramı vasitəsi ilə əlaqə saxlayıb ona həmin maddə və kütlələrin yerinin şəkilini göndərdiyini, həmin kütlə və maddələri başqa bir yerə daşıyacağını, bunun üçün “Şamxalın” ona hər ay 2.000 manat pul göndərdiyini bildirmişdir. Təqsirləndirilən şəxs yaşadığı ünvana və üzərinə baxış gecə vaxtı, süni işıqlandırma şəraitində aparılmışdır. Baxışın keçirilməsi 29 aprel 2024-cü il tarixdə saat 01:51-də başa çatmışdır. Baxış keçirilməsi zamanı "Sony” markalı videokameradan istifadə edilməklə videoçəkiliş ilə aparılmışdır. Hadisə yerində keçirilən baxışla bağlı sənədləşmənin aparılması üçün əlverişli şərait olmadığını nəzərə alaraq Təqsirləndirilən şəxs və digər iştirakçılar Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə dəvət olunmuşdur. Baxış keçirilməsi və əşyaların götürülməsi prosesinin nəticəsinə dair protokol tərtib olunduqdan sonra Təqsirləndirilən şəxs müdafiəçi ilə təmin edilib şübhəli şəxs qismində tutulmuşdur. (cild 1, iş vərəqə 118-121) Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq aşağıdakı istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də ittiham və müdafiə tərəfinin təqdim etdikləri sübut növləri kimi mötəbərliyi və mümkünlüyü üzrə qiymətləndirilməklə tədqiq edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş: Cinayət işinin başlanılması və icraata qəbul edilməsi barədə 29 aprel 2024-cü il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə cinayət işi başlanılmışdır. (Cild 1, iş vərəqə 1) xx.xx.2024-cü il tarixli raportdan görünür ki, etimad doğuran, məlum, qərəzsiz mənbədən Leyla adlı şəxsin qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olması, satış məqsədi ilə külli miqdarda narkotik vasitələr və psixotrop maddələr əldə edərək üstündə, eləcə də yaşadığı ünvanda saxlaması və daşıması barədə əməliyyat məlumatı daxil olmuşdur. (Cild 1, iş vərəqə 5) xx.xx.2024-cü il tarixli “Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” qərardan və xx.xx.2024-cü il tarixli, 3-13-6/Ə171/24 saylı əməliyyat qrupunun yaradılması barədə əmrdən görünür ki, Təqsirləndirilən şəxs ətrafında təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin keçirilməklə yaxalanmasından ötrü BMCMİ-də əməliyyat qrupu yaradılmışdır. (Cild 1, iş vərəqə 5-9) xx.xx.2023-cü il tarixli raportdan görünür ki, həmin gün saat 01:24-də Təqsirləndirilən şəxs ünvan 6, mənzil 91B ünvanının qarşısında saxlanılmış, yaşadığı ünvana, eləcə də üstünə keçirilən baxış zamanı Təqsirləndirilən şəxs yaşadığı ünvandan 01 ədəd dəmir qutuda narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlə, 03 ədəd sellofan paketdə narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlə, 01 ədəd sellofan paketdə psixotrop maddə metamfetaminə oxşar maddə, 01 ədəd plastik qabda narkotik vasitə kokainə oxşar maddə, 01 ədəd sellofan paketdə 36 ədəd dərman həbi, 01 ədəd sellofan paketdə 16 ədəd dərman həbi və 01 ədəd elektron tərəzi aşkar edilərək götürülmüş, daha sonra Təqsirləndirilən şəxs Baş İdarəyə gətirilmişdir. (Cild 1, iş vərəqə 10) xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs ərizə verərək üzərinə və yaşadığı ünvana videoçəkiliş vasitəsi ilə baxış keçirilməsinə etirazı olmadığını bildirmişdir. (Cild 1, iş vərəqə 11) Baxış keçirilməsi və əşyaların götürülməsi haqqında 29 aprel 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri, ünvan 2 ünvanına 29 aprel 2024-cü il tarixdə saat 01:24-dən etibarən keçirilən baxış zamanı mənzilin yataq otağındakı çarpayının yanında olan dolabdan 01 ədəd dəmir qutuda narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə, 03 ədəd şəffaf sellefon paketdə narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə, 01 ədəd sellefon paketdə psixotrop maddə metamfetaminə oxşar maddə, 01 ədəd plastik qabda narkotik vasitə kokainə bənzər maddə, 01 ədəd sellefon paketin içərisində 36 ədəd ağ rəngli dərman həbi, 01 ədəd sellefon paketdə 16 ədəd dərman həbi və 01 ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. (Cild 1, iş vərəqə 12-15) “Şübhəli şəxsin tutulması haqqında” xx.xx.2024-cü il tarixli qərar və protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş əməli törətməsinə şübhə yarandığından, şübhəli şəxs qismində tutulmuş, tutulmanın əvvəli onun azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, yəni xx.xx.2024-cü il tarixdən hesablanmışdır. (Cild 1, iş vərəqə 24-25) Məhkəmə-kimyəvi ekspertizasının 29 aprel 2024-cü il tarixli, 3-16-16/2-6/2351-7/658 nömrəli ekspertiza rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs yaşadığı ünvandan aşkar edilərək götürülmüş kütlə...” yazı və imzalar olan dəmir qabda təmiz çəkisi 60 qram bitki mənşəli kütlə çətənə(kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Tədqiqata təqdim edilmiş üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs yaşadığı ünvandan aşkar edilmiş maddə və kütlə...” yazı və imzalar olan zərfdə 3 ədəd şəffaf polietilendə hər birinin ayrı-ayrılıqda təmiz çəkisi 3,982 qram, 3,988 qram, 3,988 qram və 1,896 qram olmaqla, ümumi çəkisi 9,866 qram bitki mənşəli kütlələr çətənə(kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuanadır. Tədqiqata təqdim edilmiş 01 ədəd dəmir qutuda və 03 ədəd şəffaf polietilendə olan marixuanalar tərkiblərinə görə eynidir. ndə “Şübhəli şəxs Təqsirləndirilən şəxs yaşadığı ünvandan aşkar edilmiş maddə və kütlə...” yazı və imzalar olan zərfdə 1 ədəd şəffaf polietilendə təmiz çəkisi 1,960 qram ağ rəngli kristallşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir. Tədqiqata təqdim edilmiş üzərində “Şübhəli şəxs Leyla Məmmədovanın yaşadığı ünvandan aşkar edilmiş maddə və kütlə...” yazı və imzalar olan zərfdə 1 ədəd qırmızı qapaqlı plastik qabda təmiz çəkisi 12,240 qram ağ rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə-kokaindir. Tədqiqata təqdim edilmiş üzərində “Şübhəli şəxs Leyla Məmmədovanın yaşadığı nvandan aşkar edilmiş maddə və kütlə...” yazı və imzalar olan zərfdə 1 ədəd şəffaf polietilendə ümumi sayı 36 ədəd ağ rəngli həb kustar üsulla hazırlanmış metilendioksimetamfetamin (MDMA)tərkibli həblərdir (“ekstazi”) və 36 ədəd həbin tərkibində MDMA-nın təsiredici maddəsinin ümumi miqdarı 7,236 qram təşkil edir. Həblər xarici əlamətlərinə (rəngi, forması) və təsiredici maddəsinin miqdarına görə eynidirlər. Tədqiqata təqdim edilmiş üzərində “Şübhəli şəxs Leyla Məmmədovanın yaşadığı ünvandan aşkar edilmiş maddə və kütlə...” yazı və imzalar olan zərfdə 1 ədəd şəffaf polietilendə ümumi sayı 16 ədəd göy rəngli həb kustar üsulla hazırlanmış metilendioksimetamfetamin (MDMA) tərkibli həblərdir (“ekstazi”) və 16 ədəd həbin tərkibində MDMA-nın təsiredici maddəsinin ümumi miqdarı 2,32 qram təşkil edir. Həblər xarici əlamətlərinə (rəngi, forması) və təsiredici maddəsinin miqdarına görə eynidirlər. Tədqiqata təqdim edilmiş 36 ədəd ağ rəngli həblər 16 ədəd göy rəngli həblərdən xarici əlamətlərinə(rəngi, forması) görə fərqlənirlər. Tədqiqata təqdim edilmiş üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs yaşadığı ünvandan aşkar edilmiş maddə və kütlə...” yazı və imzalar olan zərfdə 1 ədəd gümüşü rəngli elektron tərəzinin üzərində psixotrop maddə olan metamfetaminin izi vardır. Metamfetamin iz şəklində olduğundan onun çəkisini müəyyən etmək və eynilik tədqiqatı aparmaq mümkün deyildir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələri” in siyahısına (Siyahı İ) daxildir. Kokain 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş siyahılara əsasən, “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr” in, MDMA “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr” in İ siyahısına daxildirlər. QEYD: marixuananın ümumi çəkisi 69,866 qram, tədqiqata sərf edilən ümumi miqdar 0,2 qram, qalıq 69,666 qram. Metamfetaminin təmiz çəkisi 1,960 qram, tədqiqata sərf edilən ümumi miqdar 0,05 qram, qalıq 1,910 qram. Kokainin təmiz çəkisi 12,240 qram, tədqiqata sərf edilən ümumi miqdar 0,05 qram, qalıq 12,190 qram, 36 ədəd ağ rəngli həbin 3 ədədi tədqiqata sərf edildi, qalıq 33 ədəd, 16 ədəd ağ rəngli həbin 2 ədədi tədqiqata sərf edildi, qalıq 14 ədəd. (Cild 1, iş vərəqə 44-50) “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələrinə əsasən təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddələr ilə ittiham elan edilmişdir. (Cild 1, iş vərəqə 61-62) Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 4(005)-571/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 04 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli 29 aprel 2024-cü il tarixdən hesablanmışdır. (Cild 1, iş vərəqə 84-86) xx.xx.2024-cü il tarixli maddi sübut hesab etmə haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı ünvandan aşkar edilərək götürülmüş 69,866 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana, 1,960 qram çəkidə psixotrop maddə metamfetamin, 12,240 qram çəkidə narkotik vasitə kokain, tərkibində psixotrop maddə metilendioksimetamfetaminin (MDMA) təsiredici maddəsinin ümumi miqdarı külli miqdarda 9,556 qram təşkil edən 52 ədəd ekstazi həbləri və 01 ədəd elektron tərəzi maddi sübut kimi tanınmış, ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq çəkiləri 69,666 qram narkotik vasitə qurudulmuş marixuana, 1,910 qram çəkidə psixotrop maddə metamfetamin, 12,190 qram çəkidə narkotik vasitə kokain, 47 ədəd psixotrop maddə (MDMA) tərkibli ekstazi həbləri və 01 ədəd elektron tərəzi saxlanılmasından ötrü Azərbaycan Respublikası DİN-in BMCMİ-nin maddi sübutları saxlama yerinə təhvil verilmişdir. (Cild 1, iş vərəqə 87-89) Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardan görünür ki, DİN-nin BMCMİ-nin baş əməliyyat müvəkkili, polis kapitanı Şahid1 Təqsirləndirilən şəxs barəsində 28 aprel 2024-cü il tarixli əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair qərarı qanuni və əsaslı hesab edilmişdir. (Cild 1, iş vərəqə 96-100) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 2 nömrəli X1 verdiyi xx.xx.2024-cü il tarixli, 1/2718 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs son 10 ildə stosianar müalicə üçün Bakı şəhəri 2 nömrəli X2 müraciət etməmişdir. (Cild 1, iş vərəqə 113) Bakı şəhəri Suraxanı Rayonu İcra Hakimiyyəti Suraxanı Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin 105 saylı Mənzil-Kommunal İstismar Sahəsinin verdiyi 13 iyun 2024cü il tarixli, 355 saylı arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, Samir Cəfərov küçəsi, 12 saylı evin 11 nömrəli mənzilində qeydiyyatdadır. Yaşayış yeri üzrə müsbət xarakterizə olunur. (Cild 1, iş vərəqə 114-117) Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir. (Cild 1, iş vərəqə 126-127) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Psixiatriya Xəstəxanası PHŞin verdiyi xx.xx.2024-cü il tarixli, 8164 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs arxiv məlumatlarına görə yuxarıda göstərilən xəstəxanada müalicədə olmamışdır. (Cild 1, iş vərəqə 128) Məhkəmə-narkoloji ekspertizasının xx.xx.2024-cü il tarixli 4376 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs Kokainin Opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan Aslılıq Sindromu (Narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (Cild 1, iş vərəqə 131-132) Baxış keçirilməsi haqqında 16 iyul 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrəsinə müxtəlif mobil operatorlarına məxsus nömrələrdən “Sevgilim daw goturmey olar bidene cavab yazda”, “Leylos zanit niye edirsen?hell elemek olarsa edekde”, “Niye cavab demirsen alinar leylow”, “Yari verir istiyen var ustunde bir az pay verer hell ele leyla”, “daniwa bilersem p lazim hel elede ne olar pul yoxdu”, “Leylos yatarsan tezden birden p hel edekde ureyim” məzmununda mesajlar göndərilir. (Cild 1, iş vərəqə 133-134) “Sübutların qiymətləndirilməsi haqqında” 17 iyul 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4.1 va 234.4.3-cü maddələri ilə yeni məzmunlu ittiham elan edilmiş, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-in 234.4.2-ci maddəsi ilə cinayət təqibinin başlanılması rədd edilmiş, Təqsirləndirilən şəxs yaşadığı ünvana keçirilən baxış və götürmə zamanı çəkilən videogörüntünü özündə saxlayan 01 ədəd DVD disk cinayətin izlərini özündə əks etdirdiyi üçün maddi sübut kimi tanınmış və cinayət işi materiallarında saxlanılmış, Təqsirləndirilən şəxs məxsus 01 ədəd "İphone" markalı mobil telefon ailə üzvlərinə təhvil verilmiş, "xxxx" MMC-dən daxil olmuş 01 ədəd CD diskdə iş üzrə əhəmiyyət kəsb edən hallar müəyyən edildiyindən 01 ədəd CD disk maddi sübut kimi tanınmış və cinayət işi materiallarında saxlanılmış, ********** nömrəli cinayət işinin materiallarından Azərbaycan Respublikası 234.4.1 və 234.4.3-cü maddələri ilə ayrıca icraata cinayət işi ayrılmış, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən tutulan zaman yaşadığı ünvanda olan narkotik vasitələri polis əməkdaşlarının təklifinə əsasən onlara təqdim etməsi narkotik vasitələrin könüllü təhvil verilməsi kimi qiymətləndirilməsi rədd edilmişdir. (Cild 1, iş vərəqə 135-145) Təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında 18 iyul 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə yenidən ittiham elan edilmişdir. (cild 1, iş vərəqə 147-148) Cinayət işinin materiallarından başqa cinayət işinin ayrılması və icraata götürülməsi haqqında 24 iyul 2024-cü il tarxli qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş külli miqdarda 12,240 qram çəkidə narkotik vasitə kokain, tərkibində psixotrop maddə metilendioksimetamfetaminin (MDMA) təsiredici maddəsinin ümumi miqdarı külli miqdarda 9,556 qram təşkil edən ekstazi həbləri, xeyli miqdarda 69,866 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana, xeyli miqdarda 1,960 qram çəkidə psixotrop maddə metamfetamin əldə edilmə mənbəyinin müəyyən edilməsi məqsədi ilə Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə ayrıca icraata cinayət işi ayrılmış və ibtidai istintaq aparılması üçün icraata qəbul edilmişdir. (cild 1, iş vərəqə 163-164) Əməlin tövsifi və digər hüquqi məsələlər: Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən - hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Avropa İnsan Hüquqları Məhkəməsinin formalaşdırdığı mövqeyə görə, 6-cı maddə ədalətli məhkəmə araşdırması hüququnu təmin etsə də, sübutların qəbul edilməsinin mümkünlüyünə dair hər hansı qaydaları təsbit etmir, bu, ilk növbədə milli qanunvericiliklə tənzimlənməli olan məsələdir. Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən yerli qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən, Avropa məhkəməsinin vəsifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla, bütövlükdə prosesin ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. “Ədalətli məhkəmə araşdırması hüququ” kontekstində araşdırılmalı olan məsələ sübutların əldə edilməsi üsulu da daxil olmaqla bütövlükdə məhkəmə prosesinin ədalətli olub-olmamasından ibarətdir, bu da özlüyündə sübutların “qanunsuz” yolla əldə edilibedilməməsinin, Konvensiyada nəzərdə tutulmuş digər hüquqların pozulubpozulmamasının, pozuntu olduğu təqdirdə, onun xarakterinin müəyyən edilməsinə xidmət edir. Məhkəmə qeyd edir ki, bütün məhkəmə iclaslarında müdafiə tərəfinin hüquqlarına hörmət edilmiş, təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların, o cümlədən maddi sübutların tədqiqində şəxsən iştirak etmiş, ona sübutların etibarlılığına və onlardan istifadəyə etiraz etmək imkanları təqdim olunmuş, əleyhinə ifadə vermiş şahidlərə bilavasitə və müdafiəçisi vasitəsi ilə suallar vermişdir. Bundan əlavə, sübutların keyfiyyəti, o cümlədən sübutların əldə edildiyi şərait onların etibarlılığını və ya dəqiqliyini şübhə altına almır, əldə edilmiş sübutlar iş üzrə digər materiallarla təsdiq olunur. Məhkəmədə təqsirləndirilən şəxs məhkəmə iclaslarında dindirilərkən özünü təqsirli bilməyərək ifadələrində narkotik vasitələrin satışı ilə heç bir əlaqəsi olmadığını, yalnız narkotik vasitə istifadəçisi olduğunu, polis əməkdaşlarının onun yaşadığı evə qanunsuz daxil olduqlarını, evə baxış keçirilərkən evində heç bir narkotik vasitə və ya psixotrop maddə, həmçinin elektron tərəzi aşkar edilmədiyini, qeyd edilən narkotik vasitə və psixotrop maddələrin, elektron tərəzinin ona məxsus olmadığını və polislər tərəfindən onun evinə qoyulduğunu, polislərin onun evindən şəxsi əşyalarını götürdüklərini, videoçəkilişin polis əməkdaşlarının onun evinə daxil olduqdan 2 saat sonra aparıldığını, evinə axtarış keçirilməsi ilə bağlı razılıq verməyini təsdiq edən ərizə verdiyini xatırlamadığını, tutulan zaman polis əməkdaşları tərəfindən fiziki və psixi təzyiqlərə məruz qaldığını, polis əməkdaşları tərəfindən döyüldüyünü, ibtidai istintaq zamanı polis əməkdaşları tərəfindən ona işgəncə verildiyi üçün etirafedici ifadə verdiyini bildirmişdir. Məhkəmə təqsirləndirilən şəxsin məhkəməyədək icraat dövründə verdiyi ifadələrini məhkəmə iclaslarında dəyişdirməsinin səbəblərini araşdırmış, müdafiə tərəfi ibtidai istintaq zamanı etirafedici ifadə verməsinin səbəbini polis əməkdaşları tərəfindən ona qarşı fiziki və psixi zorakılıq edilməsi ilə əlaqələndirmişdir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli qərarına əsasən, hökmün təsviri-əsaslandırıcı hissəsində həmçinin təqsirləndirilən şəxsin ona verilən ittihama münasibətini öz əksini tapmalı, onun özünü müdafiə məqsədilə gətirdiyi dəlillərə qiymət verilməlidir.Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun həmin qərarından görünür ki, cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən şəxsin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıbyoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət verib-verməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır. Avropa İnsan Hüquqları Məhkəməsinin “Cənnətov Azərbaycana qarşı” işi (Jannatov v. Azerbaijan, № 32132/07, 31 iyul 2014-cü il, § 58) üzrə qərarında qeyd olunmuşdur ki, “...pis rəftar iddiaları müvafiq dəlillərlə dəstəklənməlidir. Dəlilləri qiymətləndirərkən Məhkəmə “əsaslı şübhədən kənar” sübut standartı tətbiq edir. Belə sübut kifayət qədər güclü, aydın və uyğun gələn nəticələrin və ya təkzib olunmayan oxşar fakt prezumpsiyalarının birgə mövcudluğundan irəli gələ bilər.” Avropa Məhkəməsinin “Məmmədov və digərləri Azərbaycana qarşı” işi (Mammadov and Others v. Azerbaijan, № 35423/07, 21 fevral 2019-cu il, § 112) üzrə qərarında verilən təfsirə görə, bu qəbildən olan iddiaların əsas sübut etmə vasitəsini zorakılığın görünən nəticəsini əks edən tibbi sənədlər təşkil edir. Bununla belə, müstəsna hallarda iddia olunanların həqiqətə uyğun olubolmadığını müəyyən etmək üçün şikayət edənin hadisə ilə bağlı təfərrüatlı ifadələrinin əsas götürülməsi mümkündür. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsində göstərdiyi həmin xüsusatın araşdırılması üçün müvafiq dövlət orqanlarına sorğu vermiş və cavabları alınaraq cinayət işinin materiallarına əlavə edilmişdir. Belə ki, məhkəmə Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı fiziki, psixi və ya sair zorakılığa, işgəncəyə və sair qeyri-qanuni rəftara məruz qalıb-qalmaması ilə bağlı araşdırma aparılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına sorğu ünvanlamış, təcridxanadan daxil olmuş xx.xx.20234-cü il tarixli 3-16-17/40/2-7037/2024 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə Bakı İstintaq Təcridaxanasına gətirilmiş, ilkin tibbi müayinədən keçirilərək adına tibbi kitabça açılmışdır. Məktuba əlavə edilmiş həmin tibbi kitabçanın surətindən görünür ki, Təqsirləndirilən şəxs zədə və xəsarət almadığını bildirmiş, sağ saidin ön səthinin köhnə kəsiklərdən sonrakı çapıq izləri, iki qaşların ortasında çapıq toxuma aşkar olunmuşdur. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs qeyd olunan xəsarət (sağ saidin ön səthinin köhnə kəsiklərdən sonrakı çapıq izləri, iki qaşların ortasında çapıq toxuma) ilə bağlı ona verilən suala cavab olaraq həmin xəsarətləri əvvəllər özü-özünə yetirdiyini bildirmişdir. BMCMİ-nin 24 oktyabr 2024-cü il tarixli, 3-13-6/2-9542/2024 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs Baş İdarənin MSY-nə qəbul edilərkən bədəni üzərində xəsarətlərin olmadığını bildirmiş və xarici müayinə zamanı xəsarət izlərinin aşkar olunmadığı müəyyən edilmişdir. İstintaq zamanı Təqsirləndirilən şəxs yaxalanarkən və ya sonrakı müddətdə ona polis əməkdaşları tərəfindən hər hansı psixi-fiziki təzyiq göstərilməsini və yaxud xəsarət yetirildiyini bildirməmişdir. Azərbaycan Respublikasının Baş Prokurorluğunun xx.xx.2024-cü il tarixli 2-2-110/2- 150259/2024 nömrəli cavab məktubundan müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən fiziki və psixoloji təsirlərə və təzyiqlərə məruz qalması barədə Baş prokurorluğun Xidməti araşdırmalar idarəsində araşdırma aparılmamışdır. Təqsirləndirilən şəxs məhkəməyə verdiyi ifadələrində narkotik vasitələrin satışı ilə heç bir əlaqəsi olmadığını, tutulan zaman polis əməkdaşları tərəfindən fiziki və psixi təzyiqlərə məruz qaldığını, polis əməkdaşları tərəfindən döyüldüyünü, ibtidai istintaq zamanı polis əməkdaşları tərəfindən ona işgəncə verildiyi üçün etirafedici ifadə verdiyini bildirmişdir. Şahidlər Şahid1 və Şahid2 isə ifadələrində Təqsirləndirilən şəxs qarşı hər hansı polis əməkdaşı tərəfindən tutulmazdan əvvəl və ya sonra heç bir psixi və fiziki zorakılıq edilmədiyini, evə baxış keçirilən zaman Təqsirləndirilən şəxs evində narkotik vasitələr və psixotrop maddələr saxladığını etiraf etdiyini, həmin narkotik vasitələri və psixotrop maddələri, həmçinin elektron tərəzini könüllü şəkildə təqdim etdiyini bildirmişlər. Məhkəmə istintaqı zamanı şəxsi “baxış keçirilməsi və əşyaların götürülməsi”-nin qeydə alındığı videoçəkilişi əks etdirən 01 (bir) ədəd diskə baxış keçirilərkən müəyyən edilmişdir ki, baxış keçirilməsi və əşyaların götürülməsi istintaq hərəkəti Cinayət- Prossesual Məcəllənin tələblərinə uyğun şəkildə aparılmış, xx.xx.2024-cü il tarixli “baxış keçirilməsi və əşyaların götürülməsi haqqında” protokolun məzmununda qeyd edilən hallar burada əyani olaraq öz əksini tapmışdır. Bundan başqa məhkəmə qeyd etməyi zəruri hesab edir ki, xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs ərizə verərək üzərinə və yaşadığı ünvana videoçəkiliş vasitəsi ilə baxış keçirilməsinə etirazı olmadığını bildirmiş və həmin ərizə sonuncu tərəfindən şəxsən imza edilmişdir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs qarşı Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə, qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə edib saxlayaraq daşımasına görə ittiham irəli sürülmüşdür. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli qərarının izah və tələblərini də rəhbər tutur. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanuna əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (maddə 1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (maddə 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (maddə 1.0.8) hesab edilir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən isə miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli 2 №-li qərarının 9-cu bəndində göstərilmişdir ki, narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitəni satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Qeyd olunan Plenum qərarının 14-cü bəndinin 2-ci abzasına əsasən, bir neçə növ narkotik vasitənin və ya psixotrop maddənin satış məqsədi ilə əldə edilməsi, saxlanılması, hazırlanması, istehsal edilməsi, emal edilməsi, daşınması və göndərilməsi müəyyən edildikdə, külli miqdar tövsifedici əlamətin olub-olmaması məsələsi həll edilərkən hər bir növ narkotik vasitənin miqdarı əsas götürülməli, hər hansı bir növ narkotikin miqdarı yuxarıda qeyd edilən siyahılarda külli miqdar kimi göstərilmiş miqdarı təşkil etdikdə əməl Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif edilməli, aşkar olunmuş narkotik vasitələrin və psixotrop maddələrin heç biri külli miqdar təşkil etmədikdə isə əməl (satış məqsədi ilə həmin maddələrin əldə edilməsi, saxlanılması və sair) Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə tövsif edilməlidir. Məhkəmə aşkar olunmuş narkotik vasitə və psixotrop maddələrlə bağlı qeyd edir ki, həmin vaxt Təqsirləndirilən şəxs evindən aşkar olunmuş narkotik vasitələrin və psixotrop maddələrin ümumi təmiz çəkisi şəxsi istehlak miqdarı (birdəfəlik istehlak həcmi) üçün nəzərdə tutulduğundan dəfələrlə çoxdur. Məhkəmə, Təqsirləndirilən şəxs ittihamı mübahisələndirdiyi hissədəki ifadələrini, polis əməkdaşları tərəfindən psixi və fiziki təsir və təzyiqlərə məruz qalaraq döyüldüyünü, ona işgəncə verildiyini, ona görə də ibtidai istintaq zamanı etirafedici ifadə verdiyini, habelə narkotik vasitələrin və ya psixotrop maddələrin qanunsuz dövriyyəsi (satışı) ilə məşğul olmaması barədə məhkəmə iclaslarında verdiyi bu kimi ifadələrini onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmağa, məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək ittiham olunduğu cinayət əməlini törətməsini sübuta yetirilmiş hesab edir. Onun öz müdafiəsi üçün məhkəmə istintaqı zamanı irəli sürdüyü mülahizələri yuxarıda göstərilən sübutlarla - işin faktiki halları cinayət işinin materialları, şahidlərin ifadələri, ekspert rəyləri, “baxış keçirilməsi və götürülmə aparılması” haqqında protokol, istifadəsində olmuş mobil nömrəsinə narkotik vasitələrin alış-verişini əks etdirən yazışmaların olması və iş üzrə toplanmış digər sübutların məcmusu ilə tam təkzib olunur. Məhz həmin sübutların məcmusu Təqsirləndirilən şəxs ona istinad edilən cinayət əməlini törətməsinin təsdiqini tapması ilə bağlı tərəddüdsüz yekun qənaətə gəlməyə tam əsas verir. Məhkəmə təqsirləndirilən şəxsin əməlinə yekun hüquqi qiymət verərkən onun ibtidai istintaq zamanı verdiyi etirafedici ifadəsini də əsas götürür. Məhkəmə təqsirləndirilən şəxsin həm evinə baxış keçirilməsi, həm istintaq dövründə eyniməzmunlu etirafedici ifadə verməsini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs evindən 01 ədəd dəmir qutuda xeyli miqdarda 60 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana, 03 ədəd polietilendə ayrı-ayrılıqda çəkiləri 3,982 qram, 3,988 qram və 1,896 qram olmaqla ümumi çəkisi xeyli miqdarda 9,866 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana, 01 ədəd polietilendə xeyli miqdarda 1,960 qram çəkidə psixotrop maddə metamfetamin, 01 ədəd qırmızı qapaqlı plastik qabda külli miqdarda 12,240 qram çəkidə narkotik vasitə kokain, 01 ədəd şəffaf polietilendə tərkibində psixotrop maddə metilendioksimetamfetaminin (MDMA) təsiredici maddəsinin ümumi miqdarı külli miqdarda 7,236 qram təşkil edən 36 ədəd ağ rəngli ekstazi həbləri və 01 ədəd şəffaf polietilendə tərkibində psixotrop maddə metilendioksimetamfetaminin (MDMA) təsiredici maddəsinin ümumi miqdarı xeyli miqdarda 2,32 qram təşkil edən 16 ədəd göy rəngli ekstazi həbləri, üzərində psixotrop maddə metamfetaminin izləri olan 01 ədəd gümüşü rəngli elektron tərəzi aşkar edilməsi işin mübahisəsiz hallarıdır. Narkotik vasitənin miqdarının külli miqdar təşkil etməsi özü-özlüyündə satış məqsədinin müəyyən edilməsində həlledici rol oynamasa da, məhkəmə hazırkı iş üzrə Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddələrlə yanaşı narkotik vasitələrin və psixotrop maddələrin çəkisini müəyyən etmək üçün istifadə olunan elektron tərəzinin aşkarlanması, aşkar edilən narkotik vasitənin və psixotrop maddələrin şəxsi istehlak miqdarından dəfələrlə artıq olması, əldə etdiyi narkotik vasitəni və psixotrop maddələri yaşadığı ünvanda saxlaması, həmin narkotik vasitə və psixotrop maddələri “Şamxal” adlı şəxsən qabaqcadan razılaşaraq alması, ibtidai istintaq zamanı təqsirini etiraf etməsi, kimi halları birgə qiymətləndirərək hesab edir ki, Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitə və psixotrop maddələri qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədilə qanunsuz əldə etmiş, saxlamış və daşımışdır. Həmçinin, iş üzrə maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmiş "xxxx" MMC-dən daxil olmuş 01 ədəd CD diskə baxış zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrəsinə müxtəlif mobil operatorlarına məxsus nömrələrdən “Sevgilim daw goturmey olar bidene cavab yazda”, “Leylos zanit niye edirsen?hell elemek olarsa edekde”, “Niye cavab demirsen alinar leylow”, “Yari verir istiyen var ustunde bir az pay verer hell ele leyla”, “daniwa bilersem p lazim hel elede ne olar pul yoxdu”, “Leylos yatarsan tezden birden p hel edekde ureyim” məzmununda mesajlar göndərilmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs mobil nömrəsinə daxil olan sms-lərin (mesajların) məzmunundan açıq-aşkar görünür ki, müxtəlif şəxslər Təqsirləndirilən şəxs istifadəsində olan mobil nömrəyə mesaj göndərərək sonuncudan jarqon terminlərdə ifadə olunan, əslində isə dövriyyəsi qadağan olunmuş narkotik vasitə və psixotrop maddələri almaq istədiklərini bildirmişlər. Məhkəmə, Təqsirləndirilən şəxs baxış keçirilməsi və götürmə istintaq hərəkəti zamanı təqdim etdiyi narkotik vasitə və psixotrop maddənin birdəfəlik istifadə üçün nəzərdə tutulan şəxsi istehlak miqdarından dəfələrlə çox olmasına, narkotik vasitə və psixotrop maddələrlə yanaşı narkotik vasitələrin və psixotrop maddələrin çəkisini müəyyən etmək üçün istifadə olunan elektron tərəzinin aşkarlanması, narkotik vasitələr və psixotrop maddələri qabaqcadan əlbir olduğu “Şamxal” adlı şəxsdən almasına, istifadəsində olmuş mobil nömrədə narkotik vasitələrin və psixotrop maddələrin alış-verişini əks etdirən yazışmaların olmasına, əldə etdiyi külli miqdarda narkotik vasitəni və psixotrop maddəni evində saxlamasına dair cinayət təqibi üzrə toplanmış sübutları Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə edib, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara ayrı-ayrılıqda və məcmu halda qiymət verərək Təqsirləndirilən şəxs əməlinin hüquqi tövsifi məsələsini həll etmişdir. Məhkəmə belə qənaətə gəlir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrinə düzgün tövsif edilmiş, onun həmin cinayət əməlini törətməsi və əməli törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Beləliklə, məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun əməli başa çatmış cinayətdir və cinayətlərin təsnifatına görə ağır cinayət kateqoriyasına aiddir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Cəzanın təyin edilməsi və digər həll edilən məsələlər: “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2003-cü il tarixli qərarından görünür ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinməklə həmin maddənin sanksiyası həddində ədalətli şəkildə cəzalandırılmalıdır. Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddəsinin sanksiyasına görə, həmin əməli törətmiş şəxs beş ildən on iki ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən, onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Məhkəmə tərəfindən Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsi və yaşayış yeri üzrə müsbət xarakterizə olunması iş üzrə onun cəzasını yüngülləşdirən hallar kimi müəyyən edilmişdir. Məhkəmə tərəfindən Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs şəxsiyyətini, ondan aşkar edilmiş narkotik vasitə və psixotrop maddələrin növünü, çəkisini, cəzasını yüngülləşdirən halların olmasını və cəzasını ağırlaşdıran halın müəyyən edilməməsini, eləcə də işin digər hallarını nəzərə alaraq hesab edir ki, ona Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş sanksiya həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Cinayətlərin təsnifatına görə Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində göstərilən cinayət əməli həmin Məcəllənin 15-ci maddəsinə əsasən ağır cinayətlər təsnifatına daxildir. Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən, qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrumetməyə məhkum edilmiş şəxslərin cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməsi müəyyən edilir. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə azadlığı faktiki olaraq məhdudlaşdırılmaqla, şübhəli şəxs qismində saxlanılmış, xx.xx.2024-cü il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilərək Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin həmin tarixli qərarı ilə barəsində 04 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmışdır. Göründüyü kimi, Təqsirləndirilən şəxs bugünədək davamlı olaraq həbsdə saxlanılır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2 və 158.6-cı maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan (barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir (CPM-in 147.4-cü maddəsi)), o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə, ev dustaqlığında saxlanıldığı müddət, məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət, Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2, 158.6-cı maddələrinə əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı ibtidai həbs müddəti onun cəzaçəkmə müddətinə daxil edilməklə cəza çəkməsinin əvvəli tutulduğu gündən, yəni 29 aprel 2024-cü il tarixdən hesablanmalıdır. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də məhkəmə xərclərinin ödənilməsidir. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 88 (səksən səkkiz) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.4-cü maddəsinə əsasən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə edilmiş hallar istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Həmin Məcəllənin 132.1.7-ci maddəsinə əsasən dəyəri olmayan digər əşyalar məhv edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.6-cı maddəsinə əsasən, maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Həmin məcəllənin 135.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə əhəmiyyət kəsb edə bilən məlumatları hərf, rəqəm, qrafika və digər işarə formasında özündə əks etdirən kağız, elektron və ya digər daşıyıcılar sənəd hesab olunur. Məhkəmə hesab edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra, iş üzrə maddi sübut kimi tanınaraq BMCMİ-nin maddi sübutları saxlama yerinə təhvil verilmiş Təqsirləndirilən şəxs evindən aşkar edilərək götürülmüş ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq çəkiləri 69,666 qram narkotik vasitə qurudulmuş marixuana, 1,910 qram çəkidə psixotrop maddə metamfetamin, 12,190 qram çəkidə narkotik vasitə kokain, 47 ədəd psixotrop maddə (MDMA) tərkibli ekstazi həbləri və 01 ədəd elektron tərəzi məhv edilməli, Təqsirləndirilən şəxs evinə «Baxış keçirilməsinin» görüntüsü olan 01 (bir) ədəd DVD disk və "xxxx" MMC-dən daxil olmuş 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilməmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli, 2 nömrəli Qərarının 26-cı bəndində göstərilmişdir ki, məhkəmələr narkomaniya xəstəliyinə düçar olmuş təqsirli şəxslər barəsində cəza təyin edərkən onların cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi qaydada müalicə olunması məsələsini həll etməlidirlər (belə müalicənin tətbiq edilməli olub-olmaması barədə müvafiq ekspertiza rəyi alınmalıdır). Bu halda məcburi müalicənin müddəti məhkəmələr tərəfindən hökmdə göstərilməməlidir. Narkomaniyadan məcburi müalicənin belə şəxslərə zərərli təsir göstərməsi həkim rəyində qeyd olunduğu halda və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 09 fevral 2006-cı il tarixli 39 №-li qərarının 3-cü bəndində nəzərdə tutulan digər hallarda məhkəmə hökmdə Cinayət Məcəlləsinin 93.1.4-cü maddəsinin tətbiq edilməməsinin səbəblərini əsaslandırmalı, belə şəxslərin ərazi narkoloji dispanserində qeydiyyata götürülməsi təmin edilməlidir. Belə ki, Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilməli və ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. CPM-in 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 4 mart 2011-ci il tarixli “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli, “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” 30 aprel 2021-ci il tarixli qərarlarının müddəaları baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. Göstərilənlərə əsasən və Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək 06 (altı) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunsun. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilsin və ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. Hökm qanuni qüvvəyə mindikdən sonra, iş üzrə maddi sübut kimi tanınaraq BMCMİnin maddi sübutları saxlama yerinə təhvil verilmiş Təqsirləndirilən şəxs evindən aşkar edilərək götürülmüş ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq çəkiləri 69,666 qram narkotik vasitə qurudulmuş marixuana, 1,910 qram çəkidə psixotrop maddə metamfetamin, 12,190 qram çəkidə narkotik vasitə kokain, 47 ədəd psixotrop maddə (MDMA) tərkibli ekstazi həbləri və 01 ədəd elektron tərəzi məhv edilsin, Təqsirləndirilən şəxs evinə «Baxış keçirilməsinin» görüntüsü olan 01 (bir) ədəd DVD disk və "xxxx" MMCdən daxil olmuş 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 88 (səksən səkkiz) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Cinayət işi üzrə xüsusi müsadirə edilməli digər əmlakın və mülki iddianın olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu andan, (Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan) 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən hakim Fəxri Məmmədov Hakimlər Anar Sadıqov Mahirə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar