Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-2115/2024 24.10.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Məhkəmənin hakimləri Tağıyev Azər Heydər oğlunun sədrliyi, X6 və X7 ibarət tərkibdə, Bəşirli Pərvanə Böyükağa qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, müdafiəçi Abşeron Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi, təqsirləndirilən şəxs X2 iştirakı ilə, xx.xx.1964-cü il tarixdə Gürcüstan Respublikası, Bolnisi rayonunda anadan olmuş, Gürcistan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olan, Bakı şəhəri, ünvan 1 ünvanında müvəqqəti qeydiyyatda olmaqla yaşayan, hazırda barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmiş X2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Cinayət işinin ibtidai istintaq materiallarına görə K.M.Bilalov etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin külli miqdarda əmlakını vahid niyyətlə ələ keçirmək məqsədi ilə tanışı Zərərçəkmiş şəxs inam və etibarını qazandıqdan sonra xarici dövlətlərdən müxtəlif markalı avtomobillər alıb ölkə ərazisində satışını həyata keçirməklə birgə qazanc əldə etmələri adı ilə yalan vəd verib aldadaraq 2008-2009-cu illərdə Bakı şəhəri, Xətai rayonu, Babək prospektində yerləşən “Elegant” avtosalonunda hissə-hissə olmaqla ümumilikdə külli miqdarda 230.000 manat pulunu ələ keçirmiş, sonradan verdiyi vədə əməl etməyərək Zərərçəkmiş şəxs külli miqdarda 230.000 manat məbləğində ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2012-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 178.3.2-ci maddəsi ilə təqsirli bilinərək 09 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsinə, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ilə təyin edilmiş cəzanın sanksiya çərçivəsində azaldılaraq 08 il azadlıqdan məhrumetmə cəzasına endirilməsinə baxmayaraq o, məhkumluğu ödənilmədən və qanunla müəyyən edilmiş qaydada götürülmədən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirmək məqsədi ilə tanışı Zərərçəkmiş şəxs inam və etibarını qazandıqdan sonra özünə məxsus Bakı şəhəri, Nizami rayonu, Çobanzadə küçəsində yerləşən torpaq sahəsinin satılması ilə əlaqədar sənədləşmə prosesində yaranan problemi həll etməsi və yenidən xarici dövlətlərdən avtomobillər alıb qazanc əldə etməklə əvvəllər almış olduğu pulu tam formada qaytarmasına dair yalan vəd verib aldadaraq 2019-cu ilin sonlarında Bakı şəhəri, Nərimanov rayonu, “N.Nərimanov” adına metrostansiyasının yaxınlığında xeyli miqdarda 30.000 manat pulunu ələ keçirmiş, sonradan verdiyi vədə əməl etməyərək Zərərçəkmiş şəxs xeyli miqdarda 30.000 manat məbləğində ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs K.M.Bilalov ona elan edilmiş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, 2000-ci illərin əvvəllərindən avtomobillərin alqı-satqısı ilə məşğul olmuş, ilk vaxtlar Bakı şəhəri, Xətai rayonu, 8-ci kilometrdə yerləşən avtomobil bazarında avtomobillərin alqı-satqısını həyata keçirmişdir. Həmin vaxtlar onunla qonşuluqda yaşayan X4 ilə bir neçə illər ərzində münasibəti olduğundan onu öz yanında işləməyə dəvət etmişdir. Şahid həm avtomobillərin təmizlik işi ilə, həm də satışı ilə məşğul olmuşdur. Sonradan 2006-2007-ci illərdə Bakı şəhəri, Xətai rayonunda fəaliyyət göstərən “Elegant” adlanan avtosalonu icarəyə götürüb işlədərək ölkə ərazisindən və xaricdən ucuz qiymətə avtomobillər alıb işlətdiyi avtosalonda daha baha qiymətə sataraq qazanc əldə etmişdir. Əvvəllər işləri yaxşı getdiyinə görə biznesini daha da genişləndirib daha çox qazanc əldə etmək üçün bir neçə şəxsdən faizə pul götürmüşdür. Sonradan ölkədə olan ümumi böhran vəziyyəti ilə əlaqədar faizləri ödəyə bilməmiş və avtosalonda olan avtomobillərin satışını həyata keçirə bilməmişdir. Avtosalonun xərclərini və digər ehtiyacları ödəmək üçün avtomobilləri dəyərindən də ucuz qiymətə satmağa başlamışdır. Daha sonra ona faizə pul verən şəxslər şikayət etmiş, həmin şikayətlər əsasında onun barəsində Xətai RPİ-də cinayət işi başlanılmış və 2011-ci il tarixdə barəsində həbs qətimkan tədbiri seçilmiş və 2019-cu ildə isə cəzasını tam çəkib qurtarmışdır. Zərərçəkmiş şəxs əvvəllər tanımamış, onunla aralarında hər hansı bir söhbət və ya telefon danışığı olmamışdır. 2022-ci il tarixdə DİN-ə çağırıldığı zaman orada polis əməkdaşı Zərərçəkmiş şəxs adlı bir nəfərin onun barəsində şikayət etdiyini və sonuncunun onunla əvvəllər işləmiş Şahid qaynı olduğunu bildirmişdir. Bundan sonra onun barəsində edilmiş şikayət ərizəsi ilə tanış olarkən ona məlum olmuşdur ki, ərizədə Zərərçəkmiş şəxs ona avtomobillərin alqı-satqısı ilə bağlı 230.000 manat pul verdiyini göstərmişdir. İkinci dəfə DİN-ə dəvət edildikdə oraya müdafiəçisi ilə birlikdə getmiş və həmin vaxt özü nazirliyin içərisinə daxil olmasa da, müdafiəçisi içəriyə daxil olmuşdur. Daha sonra müdafiəçi onun yanına gəldikdə nazirlikdə razılığa gəlmələri üçün onun və Zərərçəkmiş şəxs görüşməsi təklifinin irəli sürüldüyünü bildirmişdir. 2022-ci ildə bir neçə gün keçdikdən sonra Zərərçəkmiş şəxs, onun oğlu, özü və müdafiəçisi Bakı şəhəri, Nərimanov rayonu, “N.Nərimanov” adına istirahət parkının içərisində görüşmüşlər. Görüş zamanı o, Zərərçəkmiş şəxs onunla aralarında hər hansı bir ortaq iş birliyinin olmadığını, ondan ümumiyyətlə pul almadığını, onu birinci dəfə gördüyünü və həmçinin aralarında avtomobil alqı-satqısı ilə bağlı, ümumiyyətlə hər hansı bir mövzu ətrafında söhbət və danışığın getmədiyini bildirmişdir. Zərərçəkmiş şəxs isə təkidlə ona 200.000 manatdan çox pul verdiyini, həmin pulu birlikdə avtomobillərin alqı-satqısını həyata keçirib qazanc əldə edəcəklərini vəd etdiyi üçün ona verdiyini və hətta qazanc kimi ona 10.000 manat məbləğində pul da verdiyini bildirmişdir. Zərərçəkmiş şəxs pulu hər dəfə Şahid vasitəsi ilə verdiyini söyləsə də, sonuncudan bir manat belə almadığını Zərərçəkmiş şəxs bildirmişdir. Hətta sonuncu dəfələrlə bu barədə aralarında danışıqların olmasını desə də onun mobil telefon nömrəsini bilmədiyini və ona şər atdığını bildirmişdir. Məhkəmə iclasında K.M.Bilalov ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, o, zərərçəkmiş şəxsi ümumiyyətlə tanımır və onların aralarında avtomobil alqı-satqısı ilə bağlı hər hansı söhbət getməmişdir. Həmin şəxsi sadəcə bir dəfə Şahid uşağının ad günündə görmüş və orada söhbəti olmuşdur. Daha sonrasında isə o, DİN-ə çağırıldığı zaman binanın qarşısında həmin şəxsin kim olduğunu bilmədən onunla söhbət etmiş və sonra həmin şəxsin ondan şikayətçi olduğunu bilmişdir. Həmçinin bildirmişdir ki, zərərçəkmiş şəxslə o, yalnız 2022-ci ildə Bakı şəhəri, Nərimanov rayonu, “N.Nərimanov” adına istirahət parkının içərisində zərəçəkmiş şəxsin oğlu, özü və müdafiəçisi ilə görüşmüşdür. Lakin 2019-cu ilin noyabr, dekabr aylarında Bakı şəhəri, Nərimanov rayonunun ərazisində zərərçəkmiş şəxslə görüşməmiş, həmin müddətdə onunla aralarında hər-hansl telefon danışıqları belə olmamışdır. Bundan başqa zərərçəkmiş şəxsə ona məxsus ***-***-**-** saylı mobil nömrəsindən 2008-2010-cu illərdə daxil olan və xaric olan zənglər barədə məlumatsızdır, belə ki, həmin mobil nömrə avtosalonun işçilərinin və zərərçəkmiş şəxsin qaynı Şahid istifadəsində olmuşdur. Daha sonra özünü təqsirli bilməyərək barəsində bəraət hökmünün çıxarılmasını məhkəmədən xahiş etmişdir. Bununla da, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs K.M.Bilalova verilmiş ittihamın birinci epizodu üzrə onun təqsirli olması zərərçəkmiş şəxsin, şahidin ifadələri, telefon danışıqlara dair çıxarışlardan və iş materiallarında olan digər sənədlər ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, təxminən 30 ilə yaxındır ki, ticarətlə məşğuldur və qeyriərzaq məhsullarının satışını həyata keçirərək qazanc əldə edir. Əvvəllər qaynı Şahid Bakı şəhəri, Xətai rayonunda yerləşən avtosalonda satıcı işləmiş və həmin zaman sonuncun müdiri yəni həmin avtosalonun rəhbəri K.M.Bilalov ilə ailəvi yaxınlıqları olmuşdur. Bu səbəbdən bir neçə dəfə qaynıgildə keçirilən mərasimlərdə K.M.Bilalovu görmüş və oradan münasibətləri yaranmışdır. 2007-ci il tarixdə Şahid övladının ad günü məclisində K.M.Bilalov ilə söhbət edən zaman sonuncu ondan nə işlə məşğul olduğunu maraqlanmışdır. O da Mingəçevir şəhərində yerləşən bazarda qeyri-ərzaq məhsullarının satışını həyata keçirdiyini bildirmişdir. K.M.Bilalov avtomobil işində yaxşı pul olmasını və razı olacağı halda bu işi birlikdə həyata keçirib qazanc əldə edə biləcəklərini ona bildirmişdir. Bunun üçün hansı məbləğdə pul verməli olmasını və qazancı hansı şəkildə əldə edəcəklərini soruşduqda K.M.Bilalov “böyük pullar böyük qazanc gətirir” ifadəsini işlətmişdir. Həmçinin, ticarətdə qoyduğu pulu birdən-birə yuxarı çıxara bilməyəcəyini söyləyib bunun üçün vaxt lazım olduğunu bildirmişdir. Sonuncunun deməsinə görə o, xarici ölkələrdən avtomobilləri Bakı şəhərinə gətirib buradakı tanışlarına satmalı və əldə olunan qazancın yarı hissəsini onunla bölməli idi. Kamandar ilkin olaraq 150.000-200.000 manat məbləğində pul verəcəyini qazanc əldə etdikdən sonra bizneslərinin genişlənəcəyini və daha artıq pul qoyub yüksək məbləğlərdə qazanc əldə edəcəklərini bildirmişdir. Bu zaman onun təklifi ilə razılaşıb Mingəçevir şəhərində ticarət işlərini yekunlaşdırıb bu işə qoşulacağını K.M.Bilalova bildirmişdir. Bu məqsədlə 2008-ci ilin yanvar ayında Mingəçevir şəhərində sonuncuya çatdırması üçün qaynı Şahid 30.000 manat məbləğində pul vermişdir. Həmin gün K.M.Bilalov istifadəsində olan ***-***-**-** nömrədən onun istifadəsində olan xatırlamadığı nömrəyə zəng edib pulun çatması barədə soruşmuşdur. O isə Şahid pulu çatdırdığını və daha çox məbləğ olarsa işə başlaya biləcəyini bildirmişdir. O da əlinə pul düşdükcə qaynı vasitəsi ilə ona göndərəcəyini demişdir. 2008-ci ilin may ayında Bakı şəhərində K.M.Bilalova çatdırması üçün Şahid növbəti 40.000 manatı vermişdir. Bundan sonra K.M.Bilalov ilə pulun çatıb-çatmamasını dəqiqləşdirmək üçün əlaqə saxladıqda sonuncu pulun çatmasını təsdiqləmişdir. 2008-ci ilin sonları özünə məxsus olan Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən həyət evini satmış və həmin tarixdə 100.000 manatı Tariyelin vasitəsi ilə K.M.Bilalova göndərmişdir. Bundan sonra 10.000-20.000 manat olmaqla bir neçə dəfə ümumilikdə 60.000 manat məbləğində pulu Şahid Kamandara çatdırmaq məqsədi ilə vermişdir. Beləliklə, K.M.Bilalova ümumilikdə 230.000 manat məbləğində pul vermişdir. Hər dəfə sonuncu ilə əlaqə saxlayıb işlərin hansı qaydada getdiyini və nə zaman qazanc olacağını soruşduqda sonuncu ona işlərin qaydasında getdiyini və növbəti aydan etibarən hər ay qazanc götürəcəklərini bildirmişdir. O da K.M.Bilalovun dediklərinə inanıb gözləmiş, lakin dediyi vaxt başa çatdıqdan sonra onu bir neçə dəfə yığıb nə üçün qazanc olmadığını və 230.000 manatı hansı səbəbdən almasını soruşmuşdur. Sonuncu isə işlərdə xırda problemlərin çıxdığını gömrüklə bağlı problemləri həll edib pulu ona qaytaracağını bildirmişdir. K.M.Bilalov 2009-cu ilin fevral ayında bir neçə şəxsin pulunu ələ keçirdiyinə görə Bakı şəhəri, Nizami Rayon Polis İdarəsində şübhəli şəxs qismində saxlanıldıqdan sonra artıq sonuncunun düzgün insan olmadığını və onu aldatdığını anlamışdır. K.M.Bilalov tutulduqdan 2 gün keçdikdən sonra sərbəst buraxılmış və bu zaman onunla görüşüb problemlərini həll edib pulunu qaytarmasını və daha birlikdə iş görmək istəmədiyini sonuncuya bildirmişdir. O, hər dəfə müxtəlif bəhanələr gətirərək pulunu qaytaracağını bildirsə də qaytarmamışdır. Pulunu tələb edən zaman K.M.Bilalov Bakı şəhəri, Nizami rayonunda fəaliyyət göstərən “Ay işığı” restoranın yanında torpaq sahəsinin olduğunu və həmin torpaq sahəsini satıb pulunu verəcəyini bildirmişdir. 2011-ci ilin iyun ayında K.M.Bilalov Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 9 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. İstintaq zamanı K.M.Bilalov ondan şikayət etməməsini xahiş etmiş və həmçinin işlərini yoluna qoyan kimi ilk növbədə onun pulunu qaytaracağına söz vermişdir. Sonuncudan bir neçə şəxsin şikayət etməsini görərək onun həbsdən azad edilməsini gözləyib şikayət etməmişdir. 2019-cu ilin sonlarında K.M.Bilalov ilə o, Bakı şəhəri, “N.Nərimanov” metrostansiyasının yaxınlığında görüşmüşlər. Bu zaman sonuncu həbsdə çəkdiyi çətinliklərdən danışıb artıq hər şeyin yolunda getdiyini daha əvvəlki səhvlərə yol verməyəcəyini bildirərək torpağının satılması üçün işlər gördüyünü və sənədləşmə işinə cüzi məbləğin lazım olmasını, bu işləri həll edərsə onun pulunu tam şəkildə ödəyəcəyini bildirmişdir. Həmin vaxt K.M.Bilalov ondan 30.000 manat verməsini xahiş edib və bütün pulunu tam şəkildə əlavə qazancla birlikdə qaytaracağını demişdir. Əgər yenidən avtomobil işi alınmazsa belə torpaq sahəsini satıb pulunu ona tam şəkildə qaytaracaqdı. O, sonuncuya bu barədə söz verməmiş bu barədə düşünəcəyini, pul tapdığı halda verəcəyini bildirmişdir. Danışıqlarından 1 həftə keçdikdən sonra K.M.Bilalova verdiyi bütün pulların qayıtması üçün 30.000 manat məbləğində pul düzəldib onunla əlaqə saxlamışdır. Onlar yenidən Nərimanov metrostansıyasının yaxınlığında çayxanada görüşmüş və orada 30.000 manatı sonuncuya vermişdir. K.M.Bilalova bu köməkliyi etdiyini və pulunu tam formada ona geri qaytarmasını söyləmişdir. O da balalarının canına and içib 230.000 manat məbləğində pulu əlavə verdiyi 30.000 manatı qazancları ilə birlikdə 3 ay ərzində qaytaracağını bildirmişdir. Lakin 3 ay keçdikdən sonra onunla yenidən əlaqə qurmağa başlasa da, o hər dəfə müxtəlif bəhanələr gətirib görüşməkdən yayınmışdır. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, 2019-cu ilin noyabr və ya dekabr ayında 30.000 manat pulu K.M.Bilalova tam şəkildə Nərimanov rayonunda yerləşən çayxanada vermişdir. Pulu verən zaman onun yanında heç kim olmamış, o tək olmuş, ona yenidən inandığından pulu verdiyinə dair də hər hansı sənəd imzalamamışlar. Onun 2019-cu ildə 30.000 manat pulu K.M.Bilalova vermə səbəbi sonuncunun “Ay işığı” restoranının yanında torpağı olduğu və onun satışından əldə etdiyi pul ilə həm 30.000 manatı həm də digər borclarını ödəyəcəyini bildirmişdir. Sözügedən torpağa dair o, heç bir sənəd görməmiş, sadəcə qaynı Şahid eşitmişdir. K.M.Bilalova 2008-ci ildə pulları qaynı vasitəsi ilə vermiş, heç bir halda özü verməmişdir. 230.000 manat pulu isə o, hissə-hissə K.M.Bilalova Şahid vasitəsi ilə göndərmiş, özü isə K.M.Bilalovla sonuncuya məxsus ***-***-**-** saylı mobil nömrə ilə əlaqə saxlayırmış. Həmçinin, 2022-ci ildə polisə yazdığı şikayət ərizələrində 2019-cu ildə K.M.Bilalova verdiyi 30.000 manatı qeyd etməməsinin səbəbi isə təkrarən sonuncuya inanması olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs bacısı X1 həyat yoldaşıdır. K.M.Bilalov onunla eyni məhəllədə yaşamış və təxminən 1999-cu ildən tanışlıqları yaranmışdır. Həmin vaxtlar K.M.Bilalov ilə aralarında olan söhbət zamanı sonuncu ona avtomobil bazarında avtomobillərin alqısatqısını həyata keçirdiyini bildirmişdir. K.M.Bilalov ona birlikdə işləməyi və satışda olan avtomobilləri yuyub təmizləməyi təklif etmiş və o da bununla razılaşmışdır. Sonuncu həmin vaxtlar “Əzizbəyov” dairəsi adlanan yerdə yol kənarında və Bakı şəhəri, Xətai rayonu, 8-ci kilometrdə yerləşən “maşın bazarı” adlanan yerdə avtomobillərin alqı-satqısını həyata keçirmişdir. O da həmin avtomobillərin təmizlik işlərinə baxmışdır. 2002-2003-cü il tarixlərdə K.M.X12 prospektində yerləşən “Volswagen” avtoservisinin qarşısında yer götürərərk avtomobillərin satışını həyata keçirməyə başlamışdır. 2007-ci il tarixdə sonuncu Bakı şəhəri, Xətai rayonu, Babək prospektində yerləşən “Elegant” avtosalonu açmış və o da satıcı kimi həmin salonda işləməyə başlamışdır. Birlikdə işlədikləri vaxtlarda K.M.Bilalov ilə ailəvi münasibətləri yaranmış və onun ailə üzvlərini də tanımağa başlamışdır. 2007-ci il tarixdə övladına “Dan Ulduzu” şadlıq evində keçirdiyi ad günü mərasimində yeznəsi Zərərçəkmiş şəxs ilə müdiri K.M.Bilalov arasında münasibət yaranmış və onlar öz aralarında ticarətlə bağlı söhbət aparmışlar. Təxminən bir neçə müddət keçdikdən sonra yeznəsi Zərərçəkmiş şəxs ondan K.M.Bilalov barəsində maraqlanmış və onun işlərinin hansı səviyyədə olmasını soruşmuşdur. O da sonuncunun böyük avtomobil biznesinin olmasını və bundan yaxşı qazanc əldə etdiyini bildirmişdir. Zərərçəkmiş şəxs ona daha çox gəlir əldə etmək məqsədi ilə qeyri-ərzaq məhsullarının satışını yekunlaşdırıb oradan əldə etdiyi pulu avtomobillərin alqı-satqısına qoymaq istədiyini və bu işi K.M.Bilalov ilə şərikli görəcəyini bildirmişdir. O da Zərərçəkmiş şəxs K.M.Bilalovun normal ticarətçi olduğunu və işləri alınarsa böyük məbləğlərdə qazanc əldə edə biləcəklərini bildirmişdir. 2008-ci ilin əvəllərində dəqiq xatırlamadığı tarixdə Zərərçəkmiş şəxs ona Mingəçevir şəhərində qaldığı evdə 30.000 manat məbləğində pul verərək K.M.Bilalova çatdırmağını tapşırmışdır. Oda həmin məbləği götürərək sonuncuya Bakı şəhəri, Xətai rayonunda yerləşən “Elegant” avtosalonunda vermişdir. Həmin ilin may ayında yenidən Zərərçəkmiş şəxs ona Mingəçevir şəhərində 40.000 manat məbləğində pul verərək həmin məbləği də K.M.Bilalova çatdırmağını tapşırmışdır. O da həmin məbləği götürərək işlədikləri “Elegant” salonda sonuncuya vermişdir. Təxminən 2008-ci ilin sonlarında Zərərçəkmiş şəxs Bakıxanov qəsəbəsində “Arablinka” deyilən ərazidə yerləşən həyət evini satmışdır. Bundan sonra sonuncu “Nərimanov” metrostansiyasının yaxınlığında yerləşən parkla üzbəüz “Kapitalbank” dan 100.000 manat pulu çıxararaq K.M.Bilalova çatdırmaq üçün ona vermişdir. O da həmin məbləği aparıb sonuncuya vermişdir. Daha sonra Zərərçəkmiş şəxs ona bir neçə dəfə ayrı-ayrı vaxtlarda 10.000-20.000 manat məbləğində olmaqla pullar verərək K.M.Bilalova çatdırmasını tapşırmışdır. O da həmin pulları sonuncuya təhvil vermişdir. Həmçinin, Zərərçəkmiş şəxs hər dəfə ona pul verdikdən və pulu K.M.Bilalova çatdırdıqdan sonra onun ilə telefon əlaqəsi saxlayaraq məlumat almışdır. 2009-cu ildə sonuncu Bakı şəhəri, Nizami RPİ-nin əməkdaşları tərəfindən saxlanılmış və bir neçə gün onun barəsində məlumat ala bilməmişdir. Həmin vaxtı Zərərçəkmiş şəxs ilə aralarında olan danışıq zamanı sonuncu bildirmişdir ki, K.M.Bilalova ümumilikdə 230.000 manat məbləğində pul vermişdir. O isə sonuncuya verdiyi məbləğləri dəqiq xatırlamadığını və hər dəfə verilən pulu elə həmin gün K.M.Bilalova çatdırdığını bildirmişdir. Sonuncu polis idarəsində olduğu zaman onunla iş görən bütün şəxslərin tutulmasından məlumatı olmuş və avtosalona qoyulan bütün avtomobillər sahibləri tərəfindən götürülmüşdür. Zərərçəkmiş şəxs da ondan verdiyi pulları istəsə də, o, müxtəlif bəhanələr gətirməklə işlərin düzələcəyini və hər şeyin qaydasına düşəcəyini bildirmişdir. Avtomobillər salondan götürüləndən sonra o da artıq K.M.Bilalov ilə işləməyə son vermişdir. İşləmədiyi dövrdə 1- 2 dəfə görüşləri olmuş və həmin görüşlərin səbəbi sə Zərərçəkmiş şəxs pulunun qaytarılması barədə olmuşdur. 2011-ci ilin yay aylarında K.M.Bilalov barəsində həbs qətimkan tədbiri seçilmiş və həmin tarixdən indiyədək onu görməmişdir. Məhkəmə iclasında Şahid ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, Zərərçəkmiş şəxs 100.000 manatı tam olaraq qalan məbləği isə hissə-hissə olaraq ona vermiş və K.M.Bilalova çatdırmasını tapşırmış, sonuncunun istifadəsində olan ***-***-**-** saylı mobil telefonu o, heç vaxt istifadə etməmiş, həmin telefonu yalnız K.M.Bilalov özü istifadə edirmiş. Həmçinin Şahid Zərərçəkmiş şəxs 2019-cu ildə K.M.Bilalova 30.000 manat pulun verilməsində iştirak etməmiş və bu barədə yeznəsi Zərərçəkmiş şəxs da eşitməmiş, sonradan bilmişdir. Cinayət işinin İ cild 95-96-ci vərəqələrində olan xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, K.M.Bilalov həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin İ cild 127-131-ci vərəqələrində olan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, K.M.Bilalovun barəsində 03 (üç) ay 26 (iyirmi altı) gün həddində qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmışdır. Cinayət işinin İ cild 192-199-cu vərəqələrində olan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2023-cü il tarixli qərarından görünür ki, K.M.Bilalovun barəsində 03 (üç) ay 26 (iyirmi altı) gün müddətinə seçilmiş həbs qətimkan tədbiri 03 (üç) ay 26 (iyirmi altı) gün müddətinə ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmişdir. Cinayət işinin İ cild 232-233-cü vərəqələrində olan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, K.M.Bilalovun barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbirinin müddəti xx.xx.2024-cü il tarixədək uzadılmışdır. Cinayət işinin İ cild 242-243-cü vərəqələrində olan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, K.M.Bilalovun barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbirinin müddəti xx.xx.2024-cü il tarixədək uzadılmışdır. Cinayət işinin İİ cildinə əlavə edilmiş Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2024cü il tarixli məhkəmə hazırlıq iclasının qərarından görünür ki, K.M.Bilalovun barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Cinayət işinin İ-ci cild 76-81-ci vərəqələrində olan xx.xx.2023-cü il tarixli üzləşdirmə protokolundan görünür ki, zərərçəkmiş şəxs qismində tanınmış Zərərçəkmiş şəxs istintaqa vermiş olduğu ifadəsini təqsirləndirilən şəxs K.M.Bilalovun üzünə qarşı bir daha təsdiq etmişdir. Cinayət işinə əlavə edilmiş "xxxx" MMC-dən daxil olmuş CD diskə baxış zamanı müəyyən edilmişdir ki, təqsirləndirilən şəxs K.M.Bilalovun istifadəsində olan ***-***-**-** saylı mobil nömrə ilə Zərərçəkmiş şəxs istifadəsində olan ***-***-**-** saylı nömrə arasında xx.xx.2008-ci il tarixdə saat 17:51-də, xx.xx.2008-ci il tarixdə saat 19:17-də, xx.xx.2009-cu il tarixdə saat 19:09-da, xx.xx.2009-cu il tarixdə saat 10:38-də, xx.xx.2009-cu il tarixdə 10:52-də, xx.xx.2009-cu il tarixdə saat 19:28-də, xx.xx.2009-cu il tarixdə saat 10:00-da, xx.xx.2009-cu il tarixdə saat 16:41-də, xx.xx.2009-cu il tarixdə 19:47-də, xx.xx.2009-cu il tarixdə saat 18:03-də, xx.xx.2009-cu il tarixdə saat 20:13-də, xx.xx.2009-cu il tarixdə saat 18:12-də, xx.xx.2009-cu il tarixdə saat 17:46-da, xx.xx.2009-cu il tarixdə saat 13:31-də, 13:35-də, xx.xx.2009-cu il tarixdə saat 12:25-də və 12:27-də, xx.xx.2009-cu il tarixdə saat 21:22-də, xx.xx.2009-cu il tarixdə saat 19:36-da, xx.xx.2009-cu il tarixdə 10:41-də, xx.xx.2010-cu il tarixdə saat 17:29-da, xx.xx.2010-cu il tarixdə saat 20:57-də, xx.xx.2010cu il tarixdə saat 15:14-də, xx.xx.2010-cu il tarixdə saat 19:44-də, xx.xx.2010-cu il tarixdə saat 10:28-də, xx.xx.2010-cu il tarixdə saat 19:16-da, xx.xx.2010-cu il tarixdə saat 11:05də, xx.xx.2010-cu il tarixdə saat 11:44-də, xx.xx.2010-cu il tarixdə saat 13:49-da, xx.xx.2010-cu il tarixdə saat 18:51-də, xx.xx.2010-cu il tarixdə saat 15:44-də, 16:38-də, xx.xx.2010-cu il tarixdə saat 12:41-də, xx.xx.2010-cu il tarixdə saat 21:37-də, xx.xx.2010cu il tarixdə saat 15:39-da danışıqlar olmuşdur. Cinayət işinin İ cild 210-211-ci vərəqələrində olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistika və İnformasiya İdarəsinin tərəfindən xx.xx.2024cü il tarixdə verilmiş tələbnamədən görünür ki, K.M.Bilalov Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2012-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirli bilinərək 09 (doqquz) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Bakı Şəhər Nizami Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarına əsasən Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təyin edilmiş cəzası həmin sanksiya çərçivəsində azaldılaraq üzərində 08 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış və xx.xx.2019-cu il tarixdə cəzanın sonu ilə azad edilmişdir. Cinayət işinin İ-ci cild 15-25-ci vərəqələrində olan xx.xx.2012-ci il tarixli Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2012-ci il tarixli hökmü ilə K.M.Bilalov Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirli bilinərək 09 (doqquz) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Cinayət işinin İ-ci cild 244-252-ci vərəqələrində olan xx.xx.2024-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, "xxxx" MMC-dən daxil olmuş 01 ədəd CD disk maddi sübut kimi tanınmışdır. Cinayət işinin 2-ci cildinə əlavə edilmiş xx.xx.2024-cü il tarixli Azercell” MMC-nin Bakı Ağır Cinayətlər Məhkəməsinə həmin məhkəmənin qərarının icrası ilə bağlı göndərdiyi CDdiskdəki məlumatlar məhkəmə iclasında tədqiq edilərək müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs və təqsirləndirilən şəxs K.M.Bilalov 2019-cu ilin noyabr-dekabr aylarında heç bir şəkildə eyni vaxtda Nərimanov rayonu ərazisində olmamışlar. Beləliklə, təqsirləndirilən şəxs K.M.Bilalov birinci epizodu üzrə, zərərçəkmiş şəxsin inam və etibarını qazandıqdan sonra xarici dövlətlərdən müxtəlif markalı avtomobillər alıb ölkə ərazisində satışını həyata keçirməklə birgə qazanc əldə etmələri adı ilə yalan vəd verib aldadaraq 2008-2009-cu ildə Bakı şəhəri, Xətai rayonu, Babək prospektində yerləşən “Elegant” avtosalonunda hissə-hissə olmaqla ümumilikdə külli miqdarda 230.000 manat pulunu ələ keçirməsi cinayət əməlini etiraf etməsə də, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, zərərçəkmiş şəxsin, şahidin ifadələri, telefon danışıqlarından çıxarış və digər iş materialları ilə onun həmin epizod üzrə etibardan sui-istifadə etmə və aldatma yolu ilə zərərçəkmiş şəxsin külli miqdarda əmlakını ələ keçirərək dələduzluq etmə cinayətini törətməsi tamamilə sübuta yetirildi. Onun əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının CM-nin 178.3.2-ci maddəsi ilə tövsif edilməlidir. Lakin məhkəmə iclasında müəyyən edilmişdir ki, hazırkı cinayət işinin birinci epizodu üzrə təqsirləndirilən şəxs K.M.Bilalova qarşı cinayət təqibini istisna edən hal mövcuddur. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 16 və 75-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Konstitusiya Məhkəməsinin 15 mart 2022-ci il tarixli qərarına əsasən, eyni və yaxud həmcins yeni cinayətin törədilməsi əvvəlki cinayətə görə cinayət məsuliyyətinə cəlb etmə müddətinin axımını kəsmir və bu səbəbdən cinayətlərin təkrar törədilməsi vəziyyətində də yeni cinayətin törədilməsi təkrarlığa daxil olan əvvəlki cinayətə müstəqil cinayət kimi yanaşılmasını və ümumiyyətlə təkrarlığı təşkil edən hər bir cinayətə görə cinayət məsuliyyətinə cəlb etmə müddətininayrı-ayrılıqda hesablanmasını istisna etmir. Qərardakı hüquqi mövqedən aydın olur ki, hər bir cinayətə görə məsuliyyətə cəlb etmə müddəti müstəqil hesablandığından, eyni və yaxud həmcins cinayətlərin təkrar törədilməsi zamanı əvvəlki əmələ görə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyi halda ikinci əməl təkrarlıq yarada bilməz. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 15.4-cü maddəsinə əsasən qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi on iki ildən artıq olmayan əməllər ağır cinayətlər hesab olunur. Həmin Məcəllənin 75.1.3-cü maddəsinə əsasən ağır cinayətin törədildiyi gündən on iki il keçdikdə şəxs cinayət məsuliyyətinə cəlb edilə bilməz. Həmin Məcəllənin 178.3.2-ci maddəsinə əsasən dələduzluq, yəni etibardan suiistifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirməklə külli miqdarda ziyan vurmaqla törədildikdə - beş ildən on ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılma nəzərdə tutulmuşdur. Cinayət işinin hallarından görünür ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin birinci epizodu 2008- 2009-cu illərdə törədilmişdir. İş materiallarından görünür ki, cinayət işinin başlanmasına əsas Zərərçəkmiş şəxs maddi ziyan vurmaqla dələduzluq cinayətinin törədilməsidir. Bu əsasla, yəni birinci epizod üzrə xx.xx.2023-cü il tarixdə cinayət işi başlanmışdır. İşin faktiki hallarından müəyyən edilir ki, dələduzluq cinayətinin birinci epizodu üzrə 12 (on iki) illik cinayət məsuliyyətinə cəlb etmə müddəti keçmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.2.1-ci maddəsinə əsasən bəraəthökmü və ya cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarılması üçün müvafiq olaraq bu Məcəllənin 42 və 43-cü maddələrində göstərilən əsaslar mövcud olmadıqda, məhkəmə bu Məcəllənin 39.1.3-cü maddəsində nəzərdə tutulmuş halda təqsirləndirilən şəxsə cəza təyin etməməklə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 39.1.3. maddəsinə əsasən cinayət məsuliyyətinə cəlbetmə müddətlərikeçdikdə (cinayət məsuliyyətinə cəlbetmə müddətinin dayandırılması halları istisna edilməklə) cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Məhkəmə hesab edir ki, məhkum edilmiş şəxs dələduzluq cinayətinin birinci epizodunu törətməkdə özünü təqsirli bilmədiyi üçün cinayət məsuliyyətinə cəlb etmə müddəti keçməsinə baxmayaraq həmin epizoda aid hissədə cinayət işi üzrə icraata xitam verilə bilməz. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, K.M.Bilalov Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə verilmiş ittihamın birinci epizodu üzrə təqsirli bilinməli və cinayət əməli ağır cinayətlər kateqoriyasına aid olduğundan, həmin Məcəlləsinin 75.1.3-cü maddəsinə əsasən, törədildiyi gündən on iki ildən artıq müddətin keçməsi ilə əlaqədar həmin epizod üzrə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.1-ci maddəsinə əsasən sonuncuya cəza təyin edilməməlidir. Bundan başqa, məhkəmə hesab edir ki, ibtidai araşdırma orqanı tərəfindən təqsirləndirilən şəxs K.M.Bilalovun Zərərçəkmiş şəxs etibarından sui-istifadə və aldatma yolu ilə 30.000 manat pul vəsaitinin əldə etməsi epizodu Azərbaycan Respublikası CPMnin 318.1-ci maddəsinə uyğun olaraq təqsirliliyi sübuta yetirilmədiyi üçün ittihamdan çıxarılmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-nin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Məhkəmə iclasında iş materiallarının tədqiqi zamanı müəyyən edilmişdir ki, cinayət işinin və ibtidai istintaq materaillarına əsasən ittihamın ikinci epizodu üzrə təqsirləndirilən şəxs K.M.Bilalov etibardan sui-istifadə və aldatma yolu ilə Zərərçəkmiş şəxs 30.000 manat pul vəsaitini əldə etmişdir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə müraciət edərək ərizəsində 2008-2009-cu illərdə təqsirləndirilən şəxs K.M.Bilalov tərəfindən onun 230.000 manat məbləğində pulunu ələ keçirdiyini, daha sonra məlum olmayan səbəbdən xx.xx.2023-cü il tarixdə BMCMİ-də verdiyi izahatında təqsirləndirilən şəxsin onun 230.000 manat deyil 260.000 manat məbləğində pulunu ələ keçirdiyini göstərmiş, həmçinin Zərərçəkmiş şəxs istər məhkəməyədək istintaq dövründə istərsə də məhkəmə iclasında ifadələrində təqsirləndirilən şəxs K.M.Bilalova 2019-cu ilin noyabr, dekabr aylarında 30.000 manat pul məbləğini Nərimanov rayon metrostansiyasının yaxınlığında çayxanada verdiyini bildirmişdir. Lakin məhkəmə iclasında yuxarıda göstərilən hallar öz təsdiqini tapmamışdır. Belə ki, məhkəmə iclasında müdafiəçinin vəsatəti əsasında "xxxx" MMC-dən əldə edilmiş anten əhatə dairələrinə dair məlumatlardan müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs istifadəsində olan ***-***-**-** saylı və təqsirləndirilən şəxs K.M.Bilalovun istifadəsində olan ***-***-**-** saylı mobil nömrələrin anten məlumatlarına əsasən həmin şəxslər 2019-cü ilin sonlarında yəni, noyabr-dekabr aylarında heç bir şəkildə eyni vaxtda Nərimanov rayonu ərazisində olmamışlar. Həmçinin məhkəmə iclasında müəyyən edilmişdir ki, təqsirləndirilən şəxs zəzərçəkmiş şəxslə 2019-cü ildə Nərimanov rayon metrostansiyasının yaxınlığında çayxanada deyil, yalnız bir dəfə 2022-ci ildə DİN-nin onların görüçüb razılığa gəlməsi barədə təklifinə əsasən Bakı şəhəri, Nərimanov rayonu, “N.Nərimanov” adına istirahət parkının içərisində zərəçəkmiş şəxsin oğlu, özü və müdafiəçisi ilə görüşmüşdür. Həmçinin "xxxx" MMC-dən əldə edilmiş anten əhatə dairələrinə dair məlumatlardan müəyyən edilmişdir ki, zərərçəkmiş şəxs 2019-cu ilin noyabr, dekabr aylarında sadəcə bir dəfə xx.xx.2019-cu il tarixdə Nərimanov rayonu, X15 küçəsi, “X14” ünvanında olmuşdur. Bundan başqa, məhkəmə Zərərçəkmiş şəxs təqsirləndirilən şəxs K.M.Bilalova 2008- 2009-cu illərdə 230.000 manat pul verməsinə və 10 il ərzində həmin pulun təqsirləndirilən şəxs tərəfindən ona qaytarılmamasına və təqsirləndirilən şəxsin Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2012-ci il tarixli hökmünə əsasən dələduzluq cinayətinə görə məhkum olunmasına baxmayaraq, yenidən 10 ildən sonra, yəni 2019-cu ildə tək başına, heç bir şahidin iştirakı olmadan, guya yenidən inandığı üçün sonuncuya 30.000 manat məbləğində pulun verilməsini inandırıcı hesab etmir. Hazırkı epizod üzrə məhkəmə iclasında müəyyən edilir ki, həmin epizod üzrə ittihamın əsasını şübhələr, ehtimallar və ən əsası yalnız zərərçəkmiş şəxsin ifadəsi təşkil edir. Məhkəmə belə hesab edir ki, ittihamın ikinci epizodu üzrə müəyyən edilmiş ziddiyyətli məqamlar zərəçəkmiş şəxs tərəfindən məhkəmə iclasında həqiqətə uyğun olmayan, yalan ifadələrin verdiyini bir daha təsdiq edir. Məhkəmə iş materiallarına əsaslanaraq belə nəticəyə gəlir ki, istər məhkəməyədək istintaq dövründə, istərsə də məhkəmə iclasında ittihamın ikinci epizodu üzrə zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs verdiyi ifadələri mümkün olmayan sübutlar kimi qiymətləndirilərək sübut kimi qəbul edilə bilməz və əhəmiyyətsiz hesab edilməlidir. Bununla da məhkəmə yuxarıdakılara əsasən hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 318.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxs K.M.Bilalovun etibardan suiistifadə və aldatma yolu ilə Zərərçəkmiş şəxs 30.000 manat pul vəsaitinin əldə etməsi epizodu üzrə təqsiri sübuta yetirilmədiyi üçün həmin epizod ittihamdan çıxarılmalıdır. Beləliklə məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayətprosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsinə şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Həmçinin zərərəçəkmiş şəxs Zərərçəkmiş şəxs təqsirləndirilən şəxs K.M.Bilalov tərəfindən onlara vurulmuş maddi və mənəvi ziyanla bağlı mülki icraat qaydasında məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Maddi sübutla bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış "xxxx" MMC-dən daxil olmuş 01 ədəd CD disk maddi sübut kimi tanınaraq cinayət işinin materiallarında saxlanılmalıdır. Bundan əlavə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, K.M.Bilalovun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Həmçinin məhkəmə hesab edir ki, K.M.Bilalovun barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri ləğv edilməlidir. İş üzrə mülki iddia və məhkəmə xərcləri yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-nin 39, 42, 197-198, 318, 341-349, 351-353, 356, 358, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: X5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsində nəzərdə tutulan ittihamın Zərərçəkmiş şəxs inam və etibarını qazandıqdan sonra xarici dövlətlərdən müxtəlif markalı avtomobillər alıb ölkə ərazisində satışını həyata keçirməklə birgə qazanc əldə etmələri adı ilə yalan vəd verib aldadaraq 2008-2009-cu ildə Bakı şəhəri, Xətai rayonu, Babək prospektində yerləşən “Elegant” avtosalonunda hissə-hissə olmaqla ümumilikdə külli miqdarda 230.000 (iki yüz otuz min) manat pulunu ələ keçirməsi epizodu üzrə cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçməsi ilə əlaqədar təqsirli bilinərək ona cəza təyinolunmasın. Azərbaycan Respublikası Cinayət Prosesual Məcəlləsinin 318.1-ci maddəsinə uyğun olaraq təqsiri sübuta yetirilmədiyi üçün X3 elan edilmiş ittihamdan Zərərçəkmiş şəxs etibardan sui-istifadə və aldatma yolu ilə xeyli miqdarda 30.000 (otuz min) manat pulu ələ keçirməklə ziyan vurması epizodu çıxarılsın. X2 barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri ləğv edilsin. İş üzrə maddi sübut kimi tanınmış "xxxx" MMC-dən daxil olmuş 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə mülki iddia və məhkəmə xərcləri yoxdur. Zərərçəkmiş şəxs təqsirləndirilən şəxs X5 tərəfindən ona vurulmuş maddi və mənəvi ziyanla bağlı mülki icraat qaydasında məhkəməyə müraciət etmək hüququ izah edilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim (sədrlik edən): Azər Tağıyev Elnur Nuriyev Kamran Muxtarov
Məhkəmə qərarları › İş №1(101)-2115/2024
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-2115/2024
24.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver