Məhkəmə qərarları › İş №1(101)-2118/2024

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-2118/2024

29.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-2118/2024 29.10.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Hüseynov Cavid İbadulla oğlunun sədrliyi, hakimlər İsmayılov Eldar Herov oğlu və Hüseynov Səbuhi Sabir oğlundan ibarət tərkibdə, Cəbizadə Aybəniz Emin qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarənin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin Bakı Ağır Cinayətlər Məhkəməsi üzrə prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçiləri - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 28 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1, «Ekol» Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında xx xxxxxx 1991-ci il tarixdə Ağdam şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli-himayəsində bir nəfər azyaşlı uşağı olan, orta təhsilli, məhkumluğu olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, M.S.Ordubadi küçəsi, döngə 1, yeni yaşayış massivində yerləşən nömrəsiz fərdi evdə yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, faktiki həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməklə satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitəni külli miqdarda əldə edərək saxlamaqla daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs şəxsiyyəti müəyyənləşdirilməmiş şəxs və ya şəxslərlə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs tərəfindən satış məqsədi ilə qanusuz olaraq külli miqdarda narkotik vasitəni əldə edib sataraq qazanc əldə etmək məqsədilə naməlum tarixdə və naməlum mənbədən kimyəvi komponent tərkiblərinə və təsiredici maddəsinin miqdarına görə eyni olan 2.500 ədəd təsir maddəsinin ümumi miqdarı 100 qram təşkil edən külli miqdarda narkotik vasitə metadon həblərini əldə edib yaşadığı evdə və üzərində saxlamaqla daşımış, 24 mart 2024-cü il tarixdə, saat 22:28-də Azərbaycan Respblikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin (bundan sonra: DİN, BNMİ) əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, M.S.ünvan 2 ünvanının yaxınlığında saxlanılaraq ünvan 3 idarənin inzibati binasına aparılmış və 25 mart 2024-cü il tarixdə, saat 00:10-da üzərində aparılan şəxsi axtarış və götürmə zamanı əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən 01 ədəd qara rəngli sellofanda, qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq əldə edib saxlamaqla üzərində daşıdığı, tərkibində narkotik vasitə metadonun təsiredici maddəsinin ümumi miqdarı külli miqdarda - 8 qram olan, kimyəvi komponent tərkiblərinə və təsiredici maddəsinin miqdarına görə eyni olan, qəhvəyi rəngli, dairəvi formalı 200 ədəd dərman həbləri aşkar edilərək götürülmüş, bundan başqa, əməliyyat-axtarış tədbirinin davamı olaraq 25 mart 2024-cü il tarixdə, saat 01:20-də yaşadığı Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, M.S.ünvan 2, yeni yaşayış massivində yerləşən fərdi yaşayış evində DİN-nin BNMİ-nin əməkdaşları tərəfindən baxış və götürmə istintaq hərəkəti keçirilən zaman evin mətbəx otağındakı paltaryuyan qurğusunun içərisindən 01 ədəd sarı rəngli sellofana bükülmüş qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq əldə edib saxladığı, tərkibində narkotik vasitə metadonun təsiredici maddəsinin ümumi miqdarı külli miqdarda - 92 qram olan, kimyəvi komponent tərkiblərinə və təsiredici maddəsinin miqdarına görə bir-biri ilə, eləcə də üzərindən aşkar edilmiş 200 ədəd dərman həbləri ilə eyni olan, qəhvəyi rəngli, dairəvi formalı 2.300 ədəd dərman həbləri aşkar edilərək götürülmüşdür, yəni qeyd olunan bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs münasibətdə irəli sürülmüş ittiham üzrə məhkəmə baxışına təqdim edilmiş sübutlar məhkəmə iclasında hərtərəfli, tam və obyektiv araşdırılmış, araşdırılan mötəbər və təkzibedilməz sübutlarla onun qabaqcadan əlbir olan bir qrup şəxs kimi satış məqsədilə qanunsuz olaraq külli miqdarda metadon narkotik vasitəsini əldə etməsi, üzərində gəzdirməsi, daşıması və saxlaması, yəni Azərbaycan Respublikası CMnin 234.4.1 və 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi tam təsdiq olunmuşdur. Belə ki, məhkəmə baxışı zamanı iş üzrə təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddəsi ilə elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, o, atasının yanında “Şamaxinka” adlanan ərazidə dərzi işləmiş, dublonka təmizləmiş, şalvar ətəyi kəsmişdir. 9-cu sinifdən tutulanadək atasının yanında işləmiş, gündəlik 15-20 manat pul qazanmışdır. O, “Sevimli dad” kolbasa sexində də işləmişdir. O, mən narkotik vasitə olan metadonun belə ağır olacağını bilməmiş, bir müddət ağrıdan çıxmaq üçün kakosdan istifadə etmişdir. Metadonun bir listinin qiyməti 150 manat olduğundan o, metadon ala bilməmişdir. Həmin ərəfədə ona zəng gəlmiş, ucuz qiymətə metadon olması ona deyilmişdir. Ona zəng edən həmin adam ona 20 list demişdir. O, 20 listin pulunu hesablayıb adama onun kart hesabına 2.500 manat pul göndərmişdir. O, 1 günə səhər və axşam 2 dənə istifadə etmişdir. Pulu göndərdikdən sonra həmsin şəxs ona konum, yəni olduğu yer barədə məlumatları atmış, göndərdiyi metadonu Qaradağ rayonu ərazisindən götürəcəyini demiş, o da deyilən yerdən narkotiki götürmüşdür. Ona narkotik göndərən həmin şəxsin özünün deməsinə görə adı İqbal və ya İlqar olmuşdur. Adətən onlar öz adlarını düz deməmişlər. Eyni insan 3 dəfə adını ona Hüseyn olaraq da demiş, hətta nömrəsini dəyişmiş, başqa nömrə ilə adının İlqar olduğunu da eşitmiş, onun İran və yaxud Azərbaycan vətəndaşı olduğunu o, bilməmişdir. O, xatırladığı qədər 24 və ya 25 mart 2024-cü il tarixdə narkotiki götürməyə taksi ilə getmiş, maddəni oradan götürəndə orada maşın olduğunu görmüş, gedib götürməyə qorxmuş, götürdükdən sonra isə izlənilmə olduğunu hiss etmişdir. Maddəni götürdükdən sonra yol boyu da izlənildiyimi hiss etmiş, Biləcəriyə gəlmiş, servisin qarşısında düşmüş, arada biraz qalıb ordan sol tərəfə dönəndə yaşadığı evin qabağına çatmış və artıq axşam saat 8 və 9 (20, 21) radələrində orada 8 nəfər polis əməkdaşı tərəfindən tutulmuşdur. Həmin vaxt maddələr toplam şəkildə onun əlində olmuş, bağlamanın içində nə qədər narkotik oldluğunu, saymadığından bilməmişdir. Amma çəkiliş əsasında tərtib edilmiş sənəddə isə həmin maddənin 200 ədədin onun cibində olması göstərilmişdir. Hansı ki, elə bir şey olmamış, metadon narkotik vasitəsi toplam şəkildə onun əlindəki sellofanda olmuş, ağzı ümumiyyətlə açılmamışdır. Onu saxlayanlar evinə getdiyini, evinin yaxında olduğunu öyrənib, israrla evində də narkortik olacağını bildirmişlər. Şəxsi axtarış və götürmədən əvvəl o, 2 ədəd metadon atmış, şəxsi axtarış və götürmə zamanı nə dediyini xatırlaya bilməmiş, ağlı başında olmamış, hər halda olduğu kimi demişdir. Evə də videogörüntü ilə baxış keçirilmiş, həmin vaxt ondan çıxan narkotiki istifadəsi üçün götürdüyünü demiş, başqa nə dediyini xatırlamamışdır. İş üzrə dindirilən Təqsirləndirilən şəxs ifadəsinin davamında göstərdi ki, o, narkotik istifadəçisi olmuş, heç kimlə cinayət əlaqəsinə girməmiş, narkotik satmamışdır. O, tutulmazdan əvvəl son 2 ay metadon, ondan əvvəl isə kakos istifadə etmişdir. O, aşkar olunan narkotik vasitə metadonu ala bilməsi üçün maşınını bazar günü Sumqayıt bazarında satıb həmin maddələri almış, həmin o puldan 3000 manat qalmışdır. Maşını satmasına dair kağızlar da evlərindədir. Metadonu almaqda məqsədi düzəlmək, yəni tərgitmək istəmişdir. Belə ki, kakos onun vaxtını çox aparmış, çox istifadə etdiyindən bütün gün ayaqyolunda qalmış, amma dərman atdığı vaxtlarda çıxıb rahat gəzə bilmişdir. Ona narkotik göndərən İlqar adlı şəxs ona göndərdiyi artıq miqdarda narkotik maddələri dediyi yerlərə qoymağı ona tapşırmışdır. Belə ki, İlqarın atdığı dərmanın sayı çox olmuş, onun İlqara göndərdiyi pul isə yalnız 20 listin dəyəri olmuşdur. Bir listdə 10 dənə tablet olmuş, İlqar ona qiymətdə endirim etmişdir. Təqsirləndirilən şəxs izahat verib, İlqarın ona artıq miqdarda göndərdiyi narkotiki 2-3 gün ərzində onun deyəcəyi yerlərə qoymağı tapşırdığını, əks təqdirdə onu ifşa edəcəyini və polisə verəcəyini dediyini bildirmiş, amma onun həmin maddələri harasa qoymaq niyyəti olmadığını, qorxduğunu, o, maddəni götürəndə də qorxa-qorxa götürdüyünü bildirmişdir. İlqar həmin maddəni ayrı-ayrı yerlərə qoymağı ondan tələb etdikdə, o, narkotiki aparıb onun deyəcəyi yerlərə qoyacağı təqdirdə «işə düşə» biləcəyini demiş, amma ona yox da deməmişdir. İlqar ona həmin maddəni dediyi yerlərə qoymağın müqabilində 4.000 manat pul təklif etməmişdir. Badamdarda BNMİ-nin inzibati binasında olanda ona cibindəki pulla bağlı sual verilmiş, o da, cibindəki pulun maşının pulu olduğunu, 4.000 manat borcu olduğunu bildirmişdir. Onun hesablamasına görə artıq göndərilən narkotikə görə onun iranlıya 4.000 deyil, 5.000 manat borcu yaranmışdır. Təqsirləndirilən şəxs daha sonra göstərdi ki, o, göndərilən artıq miqdarda narkotiki İlqarın dediyi yerlərə qoymağa razılaşmadıqda, İlqar ondan artıq atılan narkotikin pulunu tələb etmiş, o, İlqara o qədər maddənin pulunu verə bilməyəcəyini dedikdə, İlqar ona həmin maddəni qaytarıb götürdüyü həmin yerə qoymağı tapşırmışdır. Nəticədə o, ya artıq maddənin pulunu İlqara verməli, ya da aparıb onun dediyi harasa atmalı olmuşdur. Təqsirləndirilən şəxs ifadəsinin yekununda göstərdi ki, saxlanılarkən narkotikin hamısının onun üstündə olmasına baxmayaraq, bir hissəsini evindən götürmüş kimi sənədləşdirmişlər. Belə ki, o, evinə gətirilmiş, üstündə olan açarla evin qapısını açmışdır. Bundan sonra ondan narkotiki hara qoyacağını soruşmuş, o, narkotiki paltaryuyan maşının içərisinə qoyacağını demişdir. Narkotikin qalıq hissəsini o, paltaryuyan maşının içərisinə qoymuş, sonra isə videoçəkilişlə özü maşının içərisindən çıxarıb təqdim etmişdir. Hər 2 halda videoçəkiliş aparılmış, videoçəkilişdən qabaq polislər nə və necə demək lazım olduğu barədə onu təlimatlandırmışlar. O, polislərin cüssəli olduğundan qorxmuş, dediklərinə etiraz etməmişdir. Evdə olarkən soyuducudan buz götürüb soyuması üçün alnına qoymuşlar. Belə ki, polis tərəfindən saxlanılarkən qovulmuş, tutulduqdan sonra ona qarşı fiziki zor tətbiq edilmiş, əlinə və göz hissəsinə vurmuşlar. Evin içərisində də ona qarşı fiziki təzyiq göstərilmiş, lakin həmin vaxt həyat yoldaşı qaynatasıgildə olduğundan evdə tək olmuş, ona fiziki təzyiq göstərildiyini görməmişdir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı verdiyi ifadəsi ilə məhkəməyədək icraat zamanı vermiş olduğu ifadələri arasında müəyyən olunan ziddiyyətlərlə bağlı onun ibtidai istintaq mərhələsində təqsirləndirilən şəxs qismində verdiyi ifadələri elan olunmaqla tədqiq edildi. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı təqsirləndirilən şəxs qismində dindirilərkən verdiyi ifadələrində ona qarşı Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddəsi ilə elan edilmiş ittihamla özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, təxminən 6 ay əvvəl “WhatsApp” proqramı vasitəsilə xatırlamaıdğı GSM nömrəsindən ona tanımadığı şəxs zəng etmiş və özünü İran İslam Respublikasının (bundan sonra: İran və ya İİR) vətəndaşı “İlqar” adlı şəxs kimi təqdim etmişdir. Söhbət vaxtı həmin şəxs ona qardaşı Kamalı tanıdığını bildirmişdir. Qardaşı Kamal təxminən 2 il əvvəl narkotik vasitəsilərin qanunsuz satışı ilə əlaqədar tutulub və hal-hazırda cəzaçəkmə müəssisəsindədir. Danışıq zamanı İlqar adlı şəxs ona bildirmişdir ki, əgər narkotik vasitə və psixotrop maddə lazım olarsa təşkil edə bilər. O razılaşmış və bildirmişdir ki, metadon dərmanı istifadə edir, lazım olanda əlaqə saxlayar. 2024-cü ilin mart ayının əvvəllərində “İlqar” adlı şəxs onunla əlaqə saxlamış və bildirmişdir ki, onda ucuz qiymətə metadon dərmanı var, 2500 manat pul göndər, hər listdə 10 həb olmaqla 230 ədəd listdə metadon dərmanı göndərə bilər. O razılaşmış və M10 proqramı vasitəsilə əvvəlcə 1500 manat, daha sonra isə 1000 manat olmaqla ümumilikdə 2500 manat pulu xatırlamadığı nömrəyə ödəmə terminalı vasitəsilə göndərmişdir. Daha sonra İlqar ona 1 həftə gözləməyi bildirmiş, o, gözləmiş və 2024-cü ilin mart ayının ortalarında İlqar adlı şəxs xatırlamadığı nömrədən ona məkan bildirişi göndərmiş və o da onun əsasında gedib Qaradağ rayonu ərazisində həmin bağlamanı götürmüş və evə gətirmişdir. Bağlamada 250 ədəd list olmuş və hər birində 10 ədəd olmaqla 2500 həb olmuşdur. Təqsirləndirilən şəxs tədqiq olunan ifadəsinin davamında göstərmişdir ki, 24 mart 2024-cü il tarixdə, saat 22:28 dəqiqədə Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, M.S.ünvan 2 ünvanın yaxınlığında piyada hərəkət edən zaman 2 nəfər mülki geyimli şəxs yaxınlaşaraq özlərini ona polis əməkdaşı kimi təqdim etmiş, xidməti vəsiqələrini göstərərək onun qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsində şübhəli olduğunu bildirərək barəsind əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında qərarla onu tanış edib, onu BNMİ-nin inzibati binasına dəvət etmişlər. Burada dəvət olunmuş müdafiəçinin iştirakı ilə o, şübhəli şəxs qismində tutulmuş, ona hüquq və vəzifələri elan olunmuş və buna dair bildiriş təqdim edilmişdir. Bundan sonra onun üzərinə şəxsi axtarış aparılmağa başlanılmışdır. Şəxsi axtarış zamanı ona üzərində olan qanunla qadağan olunmuş əşya olduğu təqdirdə, onları təqdim etməyi təklif olunmuşdur. Bu təklifdən sonra o, əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən l (bir) ədəd qara sellofanda 200 (iki yüz) ədəd metadon həbini masanın üzərinə qoymuşdur. Sonra üzərinə şəxsi axtarış aparılmış, şəxsi axtarış zamanı əynində olan həmin gödəkçənin sol yan cibindən, 1 (bir) ədəd açar, l (bir) ədəd içərisində ***-***-**-** sim kart nömrəsi olan “İlel” markalı mobil telefon, l (bir) ədəd içərisində ***-***-**-** sim kart nömrəsi olan “Realme” markalı mobil telefon, l (bir) ədəd içərisində sim kart nömrəsi olmayan “Redmi” markalı mobil telefon, əynində olan boz rəngli şalvarın sağ yan cibindən l (bir) ədəd şəxsin özünə aid şəxsiyyət vəsiqəsi, 1 (bir) ədəd üzərində **********746213 nömrəsi olan plastik bank kartı və 3000 (üç min) manat pul aşkar olunaraq götürülmüşdür. Daha sonra şəxsi axtarış zamanı üzərimdən əlavə olaraq qanunla qadağan olunmuş hər hansı bir əşya, maddə və ya predmet aşkar edilməmişdir. Sonra aşkar olunmuş həmin kütlələr və pul içərisi boş olan ağ rəngli kağız zərflərə qoyularaq qablaşdırılmış, DİN-in 7 saylı möhürü ilə möhürlənmiş, üzəri o, müdafiəçi və təhqiqatçı tərəfindən imzalanmışdır. İş üzrə əhəmiyyət kəsb etdiyi üçün 3 (üç) ədəd mobil telefon, l (bir) ədəd özünə aid şəxsiyyət vəsiqəsi, l (bir) ədəd plastik bank kartı bu barədə izah verildikdən sonra götürülmüşdür, l (bir) ədəd açar ona geri qaytarılmışdır. O, verilən suallara cavab olaraq üzərindən aşkar olunmuş kütlələrin özünə məxsus olduğunu, həmin kütlələri sosial şəbəkədən tanış olduğu “İlqar” adlı İran vətəndaşından Bakı şəhəri, Qaradağ rayonu ərazisində əvvəlcədən təyin edilmiş yerdən 10 (on) gün bundan əvvəl sonuncunun qeyd etdiyi ünvanlara çatdırmaq məqsədi ilə əldə etdiyini, bunun müqabilində sonuncunun ona 4000 (dörd min) manat pul verəcəyini, heç kimə narkotik vasitə satmadığını və bağışlamadığını qeyd etmişdir. Üzərindən olandan başqa Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, M.S.ünvan 2, yeni yaşayış massivində yerləşən nömrəsiz fərdi evdə narkotik maddə olduğunu, həmin evə polis əməkdaşları tərəfindən baxış keçirilməsinə etiraz etmədiyini, verilən sualları tam başa düşdüyünü, ona qarşı polis əməkdaşları tərəfindən fiziki və psixi zor tətbiq edilmədiyini bildirmişdir. Üzərinə şəxsi axtarış aparıldıqdan sonra o, müdafiəçisi və polis əməkdaşları ilə yaşadığı Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, M.S.ünvan 2, yeni yaşayış massivində yerləşən nömrəsiz fərdi evə getmişlər. Bundan sonra o, müdafiəçisi və polis əməkdaşları ilə birlikdə evə baxış keçirilməsinə başlamışlar. Evə baxış zamanı o, yaşadığı evin mətbəxində paltaryuyan avtomobilin içərisindən l (bir) ədəd sarı rəngli torbanın içərisindən 2300 (iki min üç yüz) ədəd metadon həbini təqdim etmişdir.Daha sonra həmin həblər qablaşdırılmış, DİN-in 7 saylı möhürü ilə möhürlənmiş və üzəri o, müdafiəçisi və təhqiqatçı tərəfindən imzalanmışdır. Sonra yaşadığı evin digər hissələrinə baxış keçirilmiş və narkotik vasitə, psixotrop maddə, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyalar və ya sənədlər aşkar edilməmişdir. O, baxış zamanı verilən suallara cavab olaraq yaşadığı ünvandan aşkar olunmuş kütlələrin özünə məxsus olduğunu, həmin kütlələri sosial şəbəkədən tanış olduğu “İlqar” adlı İİR-nın vətəndaşından Bakı şəhəri, Qaradağ rayonu ərazisində əvvəlcədən təyin edilmiş yerdən 10 (on) gün bundan əvvəl sonuncunun qeyd etdiyi ünvanlara çatdırmaq məqsədi ilə əldə etdiyini, bunun müqabilində sonuncunun ona 4000 (dörd min) manat pul verəcəyini, heç kimə narkotik vasitə satmadığını və bağışlamadığını qeyd etmişdir. Başqa heç bir yerdə narkotik maddə saxlamadığını, verilən sualları tam başa düşdüyünü, ona qarşı polis əməkdaşları tərəfindən fiziki və psixi zor tətbiq edilmədiyini, yaşadığı evə daha əvvəl baxış keçirilmədiyini bildirmişdir (iş vərəqə: 69-73, 165-169). Tədqiq olunan ifadəsinə aydınlıq gətirən Təqsirləndirilən şəxs ziddiyyətlərlə bağlı göstərdi ki, o, elan edilməklə tədqiq olunan həmin ifadəni müstəntiqə narkotik vasitənin təsiri altında olarkən vermişdir. O, narkotik vasitəni şəxsi istifadəsi üçün götürmüş, 250 ədədinin pulunu vermişdir. Bununla bağlı onun ödəniş çeki də olmuşdur. Sadəcə göndərilən narkotik vasitənin miqdarı artıq olmuş, onun satış niyyəti olmamışdır. O, tutulan zaman üzərində olan pul məbləği Sumqayıt bazarında satdığı maşının satışından olmuşdur. Belə ki, o, «çeşka» modelli benzin mühərrikli maşını atasının məsləhəti ilə satmışdır. O, həmin gecə atasından 6.000 manat pul götürmüş, məqsədi yeni maşın almaq olmuşdur. Lakin o qiymətə maşın almaq mümkün olmadığından o, pulun 2.500 manatını İlqara göndərmişdir. İlqar ona 200 ədəd metadon göndərmək əvəzinə 2500 ədəd metadon göndərmişdir ki, bunun 2300 ədədi artıq olmuşdur. Saxlanılan vaxt isə 2500 ədəd metadonun hamısı onun üzərində olmuş, lakin 200-ü üstündən, 2300-ü isə evindən götürülmüş kimi sənədləşdirilmişdir. Cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilən Azərbaycan Respublikası DİN, BNMİ-nin xüsusilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili Şahid2 ifadəsində göstərdi ki, 24 mart 2024-cü il tarixdə barəsində cinayət işinə baxılan Təqsirləndirilən şəxs Binəqədi rayonu ərazisində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satışı ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuş, məlumat raportla baş idarə rəhbərliyinə məruzə olunmuşdur. Müvafiq icazə alındıqdan sonra Təqsirləndirilən şəxs ətrafında əməliyyat-axtarış tədbirləri keçirilməsi üçün qərar qəbul edilmiş, onun rəhbərliyi ilə əməliyyat qrupu yaradılmış, əməliyyat müvəkkili Şahid1 qrup cəlb edilmişdir. 24 mart 2024-ci il tarixdə gecə saat təxminən 22-23 radələrində Təqsirləndirilən şəxs Biləcəri qəsəbəsində yaşadığı eyin yaxınlığında saxlanılmışdır. Onlar Təqsirləndirilən şəxs özlərini təqdim edərək onun şəxsiyyətini dəqiqləşdirmiş, ona narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğu bildirilmiş, onu DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin inzibati binasına aparmışlar. Təqsirləndirilən şəxs BNMİ-nə aparılarkən heç bir etiraz etməmiş, sonuncu tərəfindən onlara qarşı hər hansı tabesizliyə yol verilməmişdir. DİN-nin BNMİ-nin inzibati binasında təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs ilə bağlı hüquqi məsələlər həll olunmuş, sonra xidməti otaqda müdafiəçisinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış videoçəkilişlə lentə alınmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs təhqiqatçının könüllü təqdim etmək barədə təklifinə əsasən əynindəki qara rəngli gödəkçənin sağ yan cibindən 01 ədəd qara rəngli sellofan bükümü çıxarıb masanın üzərinə qoymuşdur. Sonra üzərinə şəxsi axtarış aparılmış, axtarış nəticəsində sonuncunun əynində olan həmin gödəkçənin sol yan cibindən bir ədəd açar, üç ədəd mobil telefon, şalvarının sağ yan cibindən özünə aid şəxsiyyət vəsiqəsi, bir ədəd plastik bank kartı və 3000 (üç min) manat nağd pul aşkar olunaraq götürülmüşdür. Daha sonra şəxsi axtarış zamanı sonuncunun üzərindən əlavə olaraq qanunla qadağan olunmuş hər hansı bir əşya, maddə və ya predmet aşkar edilməmişdir. Aşkar edilən 200 ədəd həb zərfə qoyularaq möhürlənmişdir. Şahid2 ifadəsinin davamında göstərdi ki, Təqsirləndirilən şəxs aşkar edilmiş 01 ədəd qara rəngli sellofan büküm açılmış və içərisində 200 ədəd metadon həbi olduğu aşkar edilmişdir. Təqsirləndirilən şəxs suallara cavab olaraq aşkar olunmuş maddənin metadon maddəsi olmaqla özünə məxsus olduğunu, həmin maddələri sosial şəbəkədən tanış olduğu “İlqar” adlı İran vətəndaşından əldə etdiyini, on gün əvvəl Qaradağ rayonu ərazisində əvvəlcədən qoyulmuş yerdən iranlının müəyyən edəcəyi ünvanlara çatdıracağını, bunun müqabilində sonuncunun ona 4000 (dörd min) manat pul verəcəyini bildirmiş, heç kimə narkotik vasitə satmadığını və bağışlamadığını demişdir. Təqsirləndirilən şəxs, həmçinin üzərində aşkar olunandan başqa yaşadığı Biləcəri qəsəbəsi, M.S.Ordubadi küçəsindəki yeni yaşayış massivindəki evdə də narkotik maddə saxladığını, təqdim edə biləcəyini bildirmiş, həmin evə polis əməkdaşları tərəfindən baxış keçirilməsinə etiraz etmədiyini bildirmişdir. Keçirilmiş şəxsi axtarışla bağlı protokol tərtib edilmiş, həm maddi sübut olan zərfin üzəri, həm də protokol şəxsi axtarışda iştirak edən iştirakçılar tərəfindən imzalanmışdır. Bundan sonra, Şahid2 ifadəsində göstərdi ki, birinci mərhələ başa çatdıqdan sonra Təqsirləndirilən şəxs yaşadığı mənzilə Biləcəri qəsəbəsi, M.S.Ordubadi küçəsi, döngə 1 də yerləşən yeni yaşayış massivindəki nömrəsiz evə gedilmiş, evə baxış keçirilmişdir. Baxış videoçəkilişlə müdafiəçisinin iştirakı ilə aparılmışdır. Baxış zamanı Təqsirləndirilən şəxs mənzildə qanunsuz əşyalar saxladığı təqdirdə könüllü təqdim etməsi təklif olunmuşdur. Bu təklifdən sonra Təqsirləndirilən şəxs evin mətbəxində paltaryuyan maşının içərisindən bir ədəd sarı rəngli torbanın içərisindən 2300 (iki min üç yüz) ədəd metadon həbinə bənzər həbi təqdim etmişdir. Sonrakı baxış nəticəsində evdə qanunsuz saxlanılan heç bir əşya aşkar edilməmişdir. Sorğulara cavab olaraq Təqsirləndirilən şəxs aşkar olunmuş maddələrin özünə məxsus olduğunu, həmin maddələri sosial şəbəkədən tanış olduğu “İlqar” adlı İran vətəndaşından əldə etdiyini, on gün əvvəl Qaradağ rayonu ərazisində əvvəlcədən qoyulmuş yerdən iranlının müəyyən edəcəyi ünvanlara çatdıracağını, bunun müqabilində sonuncunun ona 4000 (dörd min) manat pul verəcəyini bildirmiş, heç kimə narkotik vasitə satmadığını və bağışlamadığını demişdir. Daha sonra aşkar edilən 2300 ədəd həb 01 ədəd boş zərfə qoyularaq möhürlənmiş, evə keçirilmiş baxışla bağlı protokol tərtib edilmiş və həmin protokol ucadan oxunmuş, həm zərf, həm də protokol baxışda iştirak edən iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs istər saxlanılarkən və istərsə də sonrakı proseslərdə ona qarşı polis əməkdaşları tərəfindən fiziki və psixi zor tətbiq edilməmiş, ona xəsarətlər yetirilməmiş, buna əsaslar da olmamışdır Məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilən BNMİ-nin xüsusilə mühüm işlər üzrə əməliyyat müvəkkili Şahid1 məhkəmədə şahid qismində dindirilmiş həmkarı Şahid2 ilə oxşar məzmunda ifadə verib sonuncunun ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etdi. Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan Təqsirləndirilən şəxs üzərinə keçirilmiş «şəxsi axtarış və götürmə aparılması haqqında» 25 mart 2024-cü il tarixli protokoldan görünür ki, protokol tərtib olunan həmin tarixdə, saat 00:10-da Təqsirləndirilən şəxs üzərinə DİN-in BNMİ-nin inzibati binasında həmin idarənin əməkdaşları tərəfindən «Sony» markalı videokamera vasitəsi ilə videoçəkiliş müşaiyəti altında Azərbaycan Respublikası CPM-nin tələblərinə riayət olunmaqla şəxsi axtarış və götürmə istintaq hərəkəti keçirilmiş və tədqiq olunan həmin protokol tərtib edilmişdir. Tədqiq olunan həmin protokoldan görünür ki, şəxsi axtarış başlamazdan əvvəl prosessual hərəkətə rəhbərlik edən təhqiqatçı tərəfindən şəxsi axtarışa məruz qalan şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində olan əşyaları təqdim etməsi təklif olunmuş, bu təklifdən sonra şübhəli şəxs Təqsirləndirilən şəxs əynindəki qara rəngli gödəkçənin sağ yan cibindən 01 ədəd qara rəngli sellofanda üzərində “Methadone 40” əmtəə göstəriciləri olan yazı əlavəli 20 ədəd konvalyutda qəhvəyi rəngli, dairəvi formalı 200 ədəd həb, əynində olan həmin gödəkçənin sol yan cibindən 01 ədəd açar, 01 ədəd içərisində ***-***- **-** sim kart nömrəsi olan “İtel” markalı mobil telefon, 01 ədəd içərisində ***-***-**-** sim kart nömrəsi olan “Realme” markalı mobil telefon, 01 ədəd içərisində sim kart nömrəsi olmayan «Redmi» markalı mobil telefon, əynində olan boz rəngli şalvarın sağ yan cibindən 1 (bir) ədəd şəxsin özünə aid şəxsiyyət vəsiqəsi, 1 (bir) ədəd üzərində **********746213 nömrəsi olan plastik bank kartı və 3000 (üç min) manat pulu çıxarıb təqdim etmişdir. Tədqiq olunan protokoldan görünür ki, şübhəli şəxs Təqsirləndirilən şəxs təqdim etdiyi əşyalara izah verib göstərmişdir ki, təqdim etdiyi əşyalar onun özünə məxsusdur, həmin kütlələri sosial şəbəkədən tanış olduğu İran İslam Respublikası vətəndaşı “İlqar” adlı şəxsdən Bakı şəhəri, Qaradağ rayonu ərazisində əvvəlcədən təyin edilmiş yerdən saxlanılmazdan on gün əvvəl İlqarın qeyd etdiyi ünvanlara çatdırmaq məqsədi ilə əldə etmişdir, bunun müqabilində sonuncu ona 4000 (dörd min) manat pul verməlidir, heç kimə narkotik vasitə satmamış və bağışlamamışdır, qeyd olunan narkotik vasitədən yaşadığı Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, M.S.ünvan 2, yeni yaşayış massivində yerləşən nömrəsiz fərdi evdə də saxlamışdır, yaşadığı evə polis əməkdaşları tərəfindən baxış keçirilməsinə etiraz etmir. Tədqiq olunan protokoldan, həmçinin görünür ki, aşkar olunan predmetlərə baxış keçirildikdən sonra narkotik vasitəyə şübhəli maddələr bir ədəd zərfə qablaşdırıldıqdan sonra möhürlənib götürülmüş, 03 ədəd mobil telefon, şəxsiyyət vəsiqəsi, 1 (bir) ədəd plastik bank kartı və 3000 (üç min) manat pul araşdırma məqsədilə götürülmüş, 01 ədəd açar şübhəli şəxs Təqsirləndirilən şəxs özünə qaytarılmışdır. Ən nəhayət, tədqiq olunan protokoldan görünür ki, şəxsi axtarış keçirilməsi və götürmə prosesi «Sony» markalı videokamera vasitəsi ilə lentə alınmış, videogörüntülərinin yükləndiyi bir ədəd DVD formatlı disk protokola və cinayət işinin materiallarına əlavə edilmişdir (iş vərəqə: 32-33). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan Təqsirləndirilən şəxs yaşadığı ünvanda aparılmış baxışın nəticəsinə dair «evə baxış və götürmə aparılması haqqında» 25 mart 2024-cü il tarixli protokoldan görünür ki, protokol tərtib olunan tarixdə, saat 01:20-də Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, M.S.ünvan 2, yeni yaşayış massivində yerləşən nömrəsiz fərdi evdə DİN-in BNMİ-nin əməkdaşları tərəfindən videoçəkiliş aparılmaqla baxış və götürmə istintaq hərəkəti keçirilmiş, baxışın gedlişatında Təqsirləndirilən şəxs evin mətbəxində paltaryuyan avtomomaşının içərisindən l (bir) ədəd sarı rəngli torba çıxararaq təqdim etmişdir. Təqdim olunan sarı rəngli torbanın içərisində olan əşyalara baxış keçirilmiş və həmin torbanın içərisində üzərində “Methadone 40” əmtəə göstəriciləri olan yazı əlavəli 230 ədəd konvalyutda, hər konvalyutda 10 ədəd olmaqla qəhvəyi rəngli, dairəvi formalı 2300 (iki min üç yüz) ədəd həb olduğu müəyyən edilmişdir. Təqdim olunan 230 ədəd konvalyutda olan həblər bir ədəd zərfə qablaşdırıldıqdan sonra zərf möhürlənmiş, baxış iştirakçıları tərəfindən qablaşdırma aparılmış zərfin üzəri imzalanmış və araşdırma üçün götürülmüşdür. Tədqiq olunan protokoldan görünür ki, edilməsi, təhqiqatçının suallarına Təqsirləndirilən şəxs münasibət bildirimb yaşadığı ünvandan aşkar olunmuş kütlələrin onun özünə məxsus olduğunu, həmin kütlələri sosial şəbəkədən tanış olduğu İİR-nın vətəndaşı ‘İlqar” adlı şəxsdən Bakı şəhəri, Qaradağ rayonu ərazisində əvvəlcədən təyin edilmiş yerdən saxlanılmazdan 10 (on) gün əvvəl sonuncunun bildirəcəyi ünvanlara çatdırmaq məqsədi ilə əldə etdiyini, bunun müqabilində İran İslam Respublikası vətəndaşının ona 4000 (dörd min) manat pul verəcəyini, heç kimə narkotik vasitə satmadığını və bağışlamadığını bildirmişdir. Ən nəhayət, tədqiq olunan protokoldan görünür ki, yaşayış ünvanına baxış keçirilməsi və götürmə prosesi «Sony» markalı videokamera vasitəsi ilə lentə alınmış, videogörüntülərinin yükləndiyi bir ədəd DVD formatlı disk protokola və cinayət işinin materiallarına əlavə edilmişdir (iş vərəqə: 36-37). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə, həmçinin onun yaşadığı ünvana baxış keçirilməsi proseslərinin videogörüntülərinin yükləndiyi iki ədəd DVD formatlı diskə baxış keçirilməsi haqqında 21 aprel 2024-cü il tarixli protokoldan görünür ki, hər iki DVD formatlı diskə baxış keçirilərkən disklərə yüklənmiş videogörüntülərin müvafiq olaraq məhkəmə baxışı zamanı tədqiq olunan Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsi və götürmə aparılması prosesinin nəticəsi olaraq tərtib olunan 25 mart 2024-cü il tarixli və Təqsirləndirilən şəxs yaşadığı ünvana baxış keçirilməsi və götürmə aparılması prosesinin nəticəsi olaraq tərtib olunan eyni tarixli protokolların məzmunu ilə eynilik təşkil edir, yəni şəxsi axtarış zamanı olunan Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilərkən ondan 01 ədəd qara rəngli sellofanda üzərində “Methadone 40” əmtəə göstəriciləri olan yazı əlavəli 20 ədəd konvalyutda qəhvəyi rəngli, dairəvi formalı 200 ədəd həb 01 ədəd açar, 03 ədəd “İtel”, «Redmi» və “Realme” markalı mobil telefonlar, onun özünə aid şəxsiyyət vəsiqəsi, 1 (bir) ədəd üzərində **********746213 nömrəsi olan plastik bank kartı və 3000 (üç min) manat pul və yaşadığı ünvana baxış keçirilməsi prosesində mənzildən üzərində “Methadone 40” əmtəə göstəriciləri olan yazı əlavəli 2300 (iki min üç yüz) ədəd həblərin götürülməsi təsdiq olunur (iş vərəqə: 104-105). Bundan başqa, cinayət işinə məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılması və götürmə, həmçinin onun yaşadığı ünvana baxış keçirilməsi və götürmə proseslərinin videogörüntülərinin yükləndiyi iki ədəd DVD formatlı diskə yüklənmiş həmin videogörüntülərin nümayişi ilə müəyyən edildi ki, tədqiq olunan videogörüntülər Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsi və götürmə aparılması prosesinin nəticəsi olaraq tərtib olunan 25 mart 2024-cü il tarixli və Təqsirləndirilən şəxs yaşadığı ünvana baxış keçirilməsi və götürmə aparılması prosesinin nəticəsi olaraq tərtib olunan eyni tarixli protokolların məzmununda göstərilənləri özündə ehtiva edir, tədqiq olunan sübutlar arasında uyğunsuzluqlar və ya ziddiyyətlər müəyyən edilməmişdir (iş materialları). İşdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan, məhkəmə-kimyəvi ekspertizasının 25 mart 2024-cü il tarixli, 3-16-16/1-6/1635 №-li rəyindən görünür ki, tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs üzərindən götürüldüyü qeyd olunan 200 (iki yüz) ədəd, evindən götürüldüyü qeyd olunan 2300 (iki min üç yüz) ədəd olmaqla ümumilikdə 2500 ədəd qəhvəyi rəngli, dairəvi formalı dərman tabletləri kimyəvi komponenet tərkiblərinə və təsiredici maddəsinin miqdarına görə eyni olub, narkotik vasitə - metadondur. Tədqiq olunan rəydən həmçinin görünür ki, 2500 ədəd dərman tabletlərinin tərkibində metadonun təsiredici maddəsinin ümumi miqdarı 100 qram (üzərindəki göstəricilərə əsasən bir tabletdə 0,04 qram) təşkil edir. Daha sonra tədqiq olunan rəydən görünür ki, ekspertiza tədqiqatı zamanı ümumi miqdarı 2500 ədəd təşkil edən metadon dərman tabletlərinin 50 ədədi tədqiqata sərf edilmiş, 2450 ədəd tablet qalıq qalmışdır. Rəydə olan qeydlərə görə metadon Azərbaycan Respublikasının 2005-ci il 28 iyim tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına daxildir. (Siyahı İ) (iş vərəqə: 43-47). Cinayət işinə məhkəmə baxışı zamanı tədqiq olunan ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs aşkar edilmiş külli miqdarda narkotik vasitə metadon həblərinin əldə edilmə mənbəyinin müəyyən edilməsi məqsədi ilə verilmiş əməliyyat tapşırığına əməliyyat-axtarış tədbirlərini həyata keçirən orqandan əldə olunan cavab məktubundan görünür ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs aşkar edilən metadon həblərini onun satış məqsədi ilə əldə edib üzərində gəzdirməsi müəyyən edilmiş, lakin Təqsirləndirilən şəxs aşkar edilmiş metadon həblərini aldığı şəxsin, yəni mənbəyinin müəyyən edilməsi istiqamətində müsbət nəticə əldə etmək mümkün olmamışdır(iş vərəqə: 108). Məhkəmə baxışı zamanı tədqiq olunan məhkəmə-narkoloji ekspertizanın xx.xx.2024-ci il tarixli, 2999 №-li rəyindən görünür ki, ekspertiza tədqiqatı mərhələsində Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorlarm qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunmuşdur. Onun narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır, həmçinin ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür(iş vərəqə: 129-130). Məhkəmə istintaqı zamanı tədqiq olunan, ibtidai istintaq orqanının 01 may 2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş və ekspertiza tədqiqatlarından sonra qalıq qalmış 2450 ədəd metadon tərkibli dərman həbləri, həmçinin Təqsirləndirilən şəxs üzərinə DİN-in BNMİ-nin inzibati binasında, şəxsi axtarış və götürmə, eləcə də evində baxış və götürmə istintaq hərəkəti keçirilən zaman aparılmış videoçəkilişin videogörüntülərinin yükləndiyi 02 ədəd DVD formatlı disk iş üzrə maddi sübut kimi tanınmış, 2450 ədəd narkotik vasitə metadon tərkibli dərman həbləri saxlanması üçün Binəqədi RPİ-nin saxlancına təhvil verilmiş, 02 ədəd DVD formatlı disk isə cinayət işinin materiallarına əlavə edilmişdir(iş vərəqə: 114-115, 175). Məhkəmə baxışı zamanı müəyyən edildi ki, məhkəməyədək icraat mərhələsində ibtidai istintaq orqanının 01 iyul 2024-cü il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş külli miqdarda metadon narkotik vasitəsinin mənbəyinin müəyyənləşdirilməsi məqsədi ilə baxılan cinayət işindən Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddəsinin tərkib əlamətləri ilə ayrıca icraatda ********* nömrəli cinayət işi ayrılmışdır (iş vərəqə: səh.151-152). Məhkəmə təqsirləndirilən şəxsin əməlinin cinayət-hüquqi tövsifinə qiymət verərkən “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında”Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024cü il tarixlə 8 №-li qərarının, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun və 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahı”nın konkret müddəalarını rəhbər tutmuşdur. Belə ki, 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıya» əsasən metadon narkotik vasitəsinin xeyli miqdar olmaqla aşağı həddi 0,02 qram, külli miqdar olmaqla aşağı həddi 1,6 qram, xüsusilə külli miqdar olmaqla aşağı həddi 160 qram müəyyən edilmişdir. Məhkəmə baxışı zamanı isə müəyyən edildi ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilib götürülmüş ümumi çəkisi 100 (yüz) qram təşkil edən 2500 ədəd metadon narkotik vasitəsin miqdarı «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahı»da nəzərdə tutulmuş külli miqdar hədlərində olmuşdur. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında”Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024cü il tarixlə 8 №-li qərarında məhkəmələrə tövsiyə edilir ki, Azərbaycan Respublikası CMnin 234.2 və 234.3-cü maddələrində nəzərdə tutulan əməllərin külli miqdarda törədilibtörədilməməsi məsələsi Azərbaycan Respublikasının “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Qanunu ilə müvafiq miqdarları özündə əks etdirən siyahılara uyğun (İ və İİ siyahılar) olaraq həll olunmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli həmin qərarının doqquzuncu bəndində qeyd olunur ki, CM-nin 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və psixotrop maddələri təkcə satma deyidl, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yartdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Qeyd olunan Plenum Qərarında məhkəmələrə tövsiyə olunur ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Ali Məhkəmə Plenumunun 14 iyun 2024-cü il tarixli qərarının bu hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda – 100 qram (2500 ədəd) metadon narkotik vasitəni əldə edərək üzərində saxlaması, daşıması, onun məhkəməyədək icraat mərhələsində üzərində şəxsi axtarış aparılarkən, şübhəli və təqsirləndirilən şəxs qismində dindirilərkən verdiyi ifadələrində səmimi etirafı, barəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı əməliyyat orqanının məlumatları təqsirləndirilən şəxsin əldə etdiyi narkotik vasitəni satış məqsədilə qanunsuz olaraq külli miqdarda əldə etməsinə, saxlamasına, daşımasına və satmasına dəlalət edir. Beləliklə, məhkəmə kollegiyası, məhkəmə baxışına təqdim edilmiş sübutları məhkəmə iclasında hərtərəfli, tam və obyektiv tədqiq edib, sübutlar toplusuna məcmu halında qiymət verərək, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməklə satış məqsədilə qanunsuz olaraq külli miqdarda metadon narkotik vasitəsini alıb əldə etməklə, daşımaqla və saxlamaqla Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayəti törətməsi məhkəmədə təkzibedilməz və mötəbər sübutlarla təsdiq edildiyindən onun cinayət əməli ibtidai istintaq orqanı tərəfindən Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddəsi ilə düzgün ixtisaslaşdırılmışdır və Təqsirləndirilən şəxs əməli məhkəmə tərəfindən Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddəsi ilə tövsif olunmalı və o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası CPM-nin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı ziddiyyətli ifadələrini, onun heç kimlə cinayət əlaqəsinə girməməsi, narkotik vasitələrin satışı ilə məşğul olmaması, iranlı tərəfindən ona narkotik vasitələri sonuncunun dediyi yerlərə qoymaq barədə təklif verməsi, lakin ona hər hansı məbləğdə pul təklif etməməsi barədə göstərdiklərini onun ağır cinayət törətməyə görə cinayət məsuliyyətindən və cəzadan azad oluna bilmək üçün seçmiş olduğu müdafiə taktikası kimi qiymətləndirir. Belə ki, təqsirləndirilən şəxsin özünü müdafiə üçün gətirdiyi dəlillər məhkəmə baxışı zamanı araşdırılan mötəbər və təkzibedilməz sübutlarla nəinki tam inkar olunur, əksinə, onun təqsirliliyini təsdiq edir. Məhkəmədə Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar və onu cinayət məsuliyyətindən və cəzadan azad etmə üçün əsaslar müəyyən edilməmişdir. Məhkəmə cəza təyin edərkən, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və cəzanı ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsirini nəzərə alır. Cinayət işinə məhkəmə baxışı zamanı Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş əməliyyat-sorğu arayışı, müvafiq məhkəmə hökmü və probasiya məlumatları ilə müəyyən edildi ki, Təqsirləndirilən şəxs əvvəllər Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 21 sentyabr 2021-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan az ağır cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, cəza çəkərkən Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 15 iyul 2022-ci il tarixli qərarına əsasən cəzasının çəkilməmiş qalan 07 ay 16 gün hissəsindən vaxtından əvvəl şərti azad olunmuş, sonuncu qərar üzrə cəzasını tam olaraq 02 mart 2023-cü il tarixdə çəkib qurtarmış, üzərində heç bir öhtəlik qalmamışdır (iş vərəqə: 106-107, hökmün surəti, probasiya arayışı). Cinayət işinə məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs məhkumluğu ilə bağlı məsələ müzakirə olunarkən müəyyən edildi ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 21 sentyabr 2021-ci il tarixli hökmü üzrə olan məhkumluğu onun yeni cinayəti törətdiyi 24 mart 2024-cü il tarixə ödənilməmiş və ya götürülməmişdir ki, qeyd olunan bu hal Təqsirləndirilən şəxs əməlinin cinayətlərin residivini yaradır. Belə ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 21 sentyabr 2021-ci il tarixli hökmünə əsasən məhkum olunduğu Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi təsnifatına görə az ağır cinayət hesab olunur və Azərbaycan Respublikası CM-nin 83.3 və 83.3.4-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə (Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi) azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən (burada: 15 iyul 2022-ci il tarixdən) iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Azərbaycan Respublikası CM-nin 15.3-cü maddəsinə əsasən bu Məcəllə ilə qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi yeddi ildən artıq olmayan əməllər az ağır cinayətlər hesab olunur. Həmin Məcəllənin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Azərbaycan Respublikası CM-nin 61.1 və 61.1.1-ci maddəsinə əsasən cinayətlərin cinayətlərin residivi cəzanı ağırlaşdıran hal hesab olunur. Azərbaycan Respublikası CM-nin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəllənin 83.4-cü maddəsinin tələblərinə görə məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan (burada: 15 iyul 2022-ci il) hesablanır. Məhkəmədə baxışı zamanı, müəyyən edildi ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2019-cu il təvəllüdlü bir nəfər uşağı vardır ki, qeyd olunan bu hal Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən cəza təyin olunarkən təqsirləndirilən şəxsin barəsində cəzasını yüngülləşdirən hal qismində nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəza məsələsini müzakirə edib belə nəticəyə gəlir ki, sonuncunun ittiham olunduğu Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayətin təsnifatına görə ağır cinayətlərə aid olması, onun əməlinin cinayətlərin residivini yaratması, törədilmiş cinayət əməlinin ictimai təhlükəliliyi nəzərə alınmalı, sosial ədalətin bərpası, təqsirləndirilən Təqsirləndirilən şəxs islah olunması və həm təqsirləndirilən Təqsirləndirilən şəxs, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə ona residivə görə cəza təyin etmənin prinsipləri nəzərə alınmaqla, təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddəsində nəzərdə tutulan sanksiya hədlərində ədalətli və şəxsiyyətinə uyğun azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 65.2-ci maddəsinin tələblərinə görə residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, ......... az ola bilməz. Məhkəmə təqsirlilik və cəza məsələsi ilə yanaşı, həm də belə nəticəyə gəlir ki, işdə olan məhkəmə-narkoloji ekspertizasının xx.xx.2024-ci il tarixli, 2999 №-li rəyi əsas götürülməli, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicəyə ehtiyacının olması nəzərə alınmalı və barəsində cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi-xarakterli məcburi tədbirlər tətbiq edilməli, Təqsirləndirilən şəxs, həmçinin ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə kollegiyası təyin olunacaq azadlıqdan məhrum etmə cəzasının çəkilməsi üçün təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində cəzaçəkmə müəssisəsinin növünü müəyyən edərkən, törədilən cinayətin ağır cinayətlər kateqoriyasına aid olmasını, onun əməlinin cinayətlərin residivini yaratmasını və əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkməsini qeyd edir və onun təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsini qanuna uyğun hesab edir. Belə ki, Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinin tələblərinə görə xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün cəza çəkmə müəssisələri ciddi rejimli cəzaçəkmə müəssisələri olaraq müəyyən olunur. Bundan başqa, məhkəmə kollegiyası təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının çəkilməsinin əvvəli ilə əlaqədar məsələni müzakirə edib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli onun şübhəli şəxs qismində tutulduğu 24 mart 2024-cü il tarixdən hesablanmalıdır. Belə ki, Təqsirləndirilən şəxs 24 mart 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, 26 mart 2024-cü il tarixdə müvafiq məhkəmə qərarına əsasən onun barəsində həbsetmənin əvvəli 24 mart 2024-cü il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmiş və Təqsirləndirilən şəxs məhkəmə hökmü çıxarılanadək qanuni əsaslarla fasiləsiz olaraq həbsdə saxlanılmışdır. Məhkəmə, həmçinin qeyd edir ki, Təqsirləndirilən şəxs 24 mart 2024-cü il tarixdən başlayaraq həbsdə saxlanıldığı bütün müddət ona təyin olunan cəza müddətinə hesablanmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə görə isə cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Məhkəmə təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbirinə münasibət bildirib qeyd edir ki, təqsirləndirilən şəxsə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin ediləcəyindən onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Məhkəmə, Azərbaycan Respublikası CPM-nin 346.1.19-cu maddəsinin tələbləri baxımından iş üzrə maddi sübutlara dair məsələni həll edərkən belə nəticəyə gəlir ki, iş üzrə maddi sübutların taleyi hökm qanuni qüvvəyə mindikdən sonra aşağıdakı qaydada həll edilməlidir: Bakı şəhəri Binəqədi RPİ-nin maddi sübutların saxlanma kamerasında saxlanılan, Təqsirləndirilən şəxs üzərindən və yaşadığı evdən aşkar edilərək götürülmüş və ekspertiza tədqiqatlarından sonra qalıq qalan 2450 ədəd metadon tərkibli tabletlər məhv edilməli; - Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə, həmçinin yaşadığı evə baxış keçirilməsi və götürmə aparılması proseslərinin videogörüntülərinin yükləndiyi 02 (iki) ədəd DVD formatlı disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə baxışı zamanı müəyyən edildi ki, iş üzrə 80,00 (səksən) manat ekspertiza xərci mövcuddur ki, həmin məbləğ Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir. İş üzrə qanunla müəyyən olunmuş qaydada mülki iddia verilməmişdir, əmlak üzərinə həbs qoyulmamışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 345-347, 349, 351- 354, 356, 381, 384.1 maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 7 (yeddi) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli baxılan iş üzrə şübhəli şəxs qismində tutulduğu 24 mart 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbixarakterli məcburi tədbirlər tətbiq edilsin və o, yaşayış yeri üzrə ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübutların taleyi hökm qanuni qüvvəyə mindikdən sonra aşağıdakı qaydada həll edilsin: - Bakı şəhəri Binəqədi RPİ-nin maddi sübutların saxlanma kamerasında saxlanılan, Təqsirləndirilən şəxs üzərindən və yaşadığı evdən aşkar edilərək götürülmüş və ekspertiza tədqiqatlarından sonra qalıq qalan 2450 ədəd metadon tərkibli tabletlər məhv edilsin; - Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə, həmçinin yaşadığı evə baxış keçirilməsi və götürmə aparılması proseslərinin videogörüntülərinin yükləndiyi 02 (iki) ədəd DVD formatlı disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə məsrəfləri – 80,00 (səksən) manat məbləğində ekspertiza xərci məhkum Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. İş üzrə qanunla müəyyən olunan qaydada mülki iddia verilməmişdir, əmlak üzərinə həbs qoyulmamışdır. Hökmdən elan olunduğu vaxtdan, həbsdə olan məhkum Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar